Məhkəmə qərarları › İş №1(099)-206/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-206/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-206/2023 31.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cabbarov Azad Atabala oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binsında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 şifahi qaydada verdiyi vəsatətində ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda sonuncuların Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313cü maddələri ilə təqsirləndirildikləri cinayət əməllərinin Bakı şəhəri ərazisində başa çatmasının göstərildiyini, bu səbəbdən cinayət işinin məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini və məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müdafiəçi2 vəsatətinə etiraz etməyərək, cinayət işinin məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı cinayət işinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu, Təqsirləndirilən şəxs1 kartına yüklənmiş pulu sonuncu dəfə Ağcəbədi rayonu ərazisində nağdılaşdırıdığını, həmin pulu kartından çıxarmadan Təqsirləndirilən şəxs1 həmin pulla bağlı sərəncam vermək hüququnun yarana bilmədiyini, aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-in tələbləri pozulmadığını, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, iş üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını, məhkəmə baxışında sübut kimi yolverilməz materialların xaric edilməsi müəyyən edilmədiyini, məhkəmə baxışı zamanı ittiham tərəfinin tədqiq etmək niyyətində olduğu sübutların ittiham aktında göstərildiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 iş materialları ilə tam tanış olmadığından dövlət ittihamçısının fikirləri ilə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in) 299.3-cü maddəsinin tələbinə görə müəyyən edilmiş ardıcıllığa uyğun olaraq, məhkəmənin hazırlıq iclasında ilkin olaraq məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxılır. Məhkəmə dövlət ittihamçısının verdiyi vəsatətə hüquqi qiymət verilməsi ilə əlaqədar təqsirləndirilən şəxsin təqsirliliyi haqqında məsələni qabaqcadan həll etmədən və işin hallarına ona qarşı irəli sürülmüş ittihamın məzmunu baxımından istinad etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihama daxil edilmiş Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313-cü maddələrinin dispozisiyasından görünür ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışlar, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişlər. Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin məcəllənin 74.2.1-ci maddəsinin mənasına görə uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunduğuna görə uzanan cinayətin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti onun başa çatdığı yerə əsasən müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, göstərilən qanunvericilik normaları baxımından cinayət işinin məhkəmə aidiyyətinin düzgün həll edilməsi üçün təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə bağlı göstərilmiş əməllərin bitmə anı və yeri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası CM-in 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il, “Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il və “Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə uyğun müəyyən edilməlidir. Belə ki, həmin qərarlarda ümumilikdə belə hüquqi mövqey ifadə edilmişdir ki, “uzanan hüquqpozuntuları” konkret olaraq qanunla cəza və ya inzibati tənbeh təhdidi altında müəyyən edilmiş öhdəliklərin əksər hallarda hərəkətsizlik, həmçinin hərəkət formasında yerinə yetirilməməsi və ya pozulması məqamında başlayır, əməlin törədilməsi ilə bitmir, uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir, törədildiyi anda deyil, ya subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında, ya da kənardan müdaxilə nəticəsində dayandırıldığı anda bitir. Cinayət işi materiallarında olan “Təqsirləndirilən şəxslərə yenidən ittiham elan edilməsi haqqında” qərarlar və ittiham aktından görünür ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313-cü maddələri irəli sürdüyü ittihamda Təqsirləndirilən şəxs1 Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktorunun 23 fevral 2018-ci il tarixli, 57 saylı əmri ilə 26 yanvar 2022-ci il tarixədək həmin İnstitutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi, Təqsirləndirilən şəxs2 isə 14 sentyabr 2015-ci il tarixli, 160 saylı əmrlə 26 oktyabr 2021-ci il tarixədək institutun kadrlar şöbəsinin müdiri vəzifəsində işlədikləri müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girməklə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 2019-cu ildən 2021-ci il ilədək institutun işçilərinin respublikanın müxtəlif rayonlarına ezam olunmalarına dair həmin institutun cinayətdən xəbəri olmayan direktoru Şahid2 tərəfindən əmrlərin imzalanmasına nail olmaqla, əmrlərdə adları qeyd olunan işçilərin faktiki olaraq ezam olunmalarına və ya məhdud sayda, hər bir halda bir-iki nəfərdən çox olmamaqla 2-3 gün ərzində edilməsinə baxmayaraq, həmin işçilərin adlarına tərtib edilmiş ezamiyyə vəsiqələrində özlərinin və həmin şəxslərin guya tam heyətdə əmrlərdə qeyd olunan müddət, yəni 30 gün ərzində ezamiyyətdə olmalarına dair rayon ərazilərində müxtəlif təşkilatlarda qeydlər aparılmasına nail olmaqla, həmin ezamiyyə vəsiqələrini İnstitutun Maliyyə şöbəsinə təqdim etməklə bütün ekspedisiya üzvlərinin ezamiyyə xərclərinin özünə məxsus "xxxx" ASC-nin Yasamal rayon filialında olan ******************** nömrəli əmək haqqı kartı hesabına köçürülməsini təmin etmiş, bundan sonra 24 fevral 2019-cu il tarixdən 17 iyun 2021-ci il tarixədək "xxxx" ASC-nin Bakı, Sumqayıt şəhərləri və Respublikanın müxtəlif rayonları ərazisində yerləşən "xxxx" ASC-nin müxtəlif filialları və bankomatlarından plastik kart vasitəsilə çıxarılmasını, xx.xx.2021-ci il tarixdə isə "xxxx" ASC-nin Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, 185 A ünvanında yerləşən ünvan 2ını təmin etməklə əldə etdikləri həmin pul vəsaitlərini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeylərindən istifadə etməklə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məxsus olmaqla onlara etibar olunmuş cəmi 92.700 (doxsan iki min yeddi yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışlar. Cinayət işinin materiallarından göründüyü kimi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məxsus 92.700 (doxsan iki min yeddi yüz) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Yasamal rayon filialından Təqsirləndirilən şəxs1 məxsus ******************** nömrəli əmək haqqı kartı hesabına köçürülməsi təmin edilmişdir ki, həmin andanda cinsayət baş çatmışdır. İbtidai istintaq zamanı “sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərarda və ittiham aktında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittihamda 16 iyun 2021-ci il tarixdə "xxxx" ASC-nin Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, 185 A ünvanında yerləşən ünvan 3 vəsaitinin nağdlaşdırılmasının göstərilməsi cinayətin başa çatma anı kimi qiymətləndirilə bilməz, təqsirləndirilən şəxslərin pul vəsaitini nağdlaşdırılmaları həmin pul vəsaitindən istifadə etmələrinin üsulu hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq pul vəsaitlərinin və əmlaka olan hüquqların əks olunduğu sənədlərin oğurlanması əməllərini nəzərdə tutur. Elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə müəyyən bank hesablarındakı pul vəsaitlərinin çıxarılması və başqa şəxslərin adına olan hesablara köçürülməsi həyata keçirilir. Qeyd olunan hallarda pul vəsaitlərinin başqa şəxslərin adına olan hesablara köçürüldüyü andan başa çatmış sayılır. Adına pul köçürülmüş şəxsin pulları hesabdan çıxarmaması (almaması) əməlin başa çatmış cinayət kimi tövsif edilməsinə mane olmur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmələri əməli Azərbaycan Respublikası CPM-in 74.2.1-ci maddəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti, 115 ünvanında yerləşən inzibati binasında başa çatmışdır. Azərbaycan Respublikası CPM-in 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə işin göstərilən faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanaraq belə nəticəyə gəlir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda onların cinayət əməllərini törətdikləri yer kimi göstərilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti, 115 ünvanında yerləşdiyindən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilməli, cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 299.3.5-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olubolmaması barədə məsələyə baxılır. X1 Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə, X1 Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb iş üzrə məhkəmənin bu günki hazırlıq iclasında cinayət işinin məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlindiyini, bu səbəbdən gələcəkdə Bakı Ağır Cinayətlər Məhkəməsində də hazırlıq iclasının keçirilməli olduğunu və məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin məhkəmənin hazırlıq iclasınadək qüvvəsində saxlanılmasını nəzərə alaraq hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək qüvvəsində saxlanılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 74.1, 74.2.1, 75.1, 159.1, 299.3.5 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda sonuncuların Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək qüvvəsində saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar