Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-206/2024 29.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Göyçay rayonu, Şıxəmir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonu, Şıxəmir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri xx.xx.1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İİR-də olan digər şəxs və qeyrilərinin göndərdikləri külli miqdarda tərkibində 41,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan ümumilikdə 1030 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda 57201,56 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, külli miqdarda tərkibində 2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 50 ədəd narkotik vasitə metadon həbini və 43,55 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 öz üzərində, tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 30 ədəd narkotik vasitə metadon həbini və 7,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 öz üzərində, tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 30 ədəd narkotik vasitə metadon həbini və 10,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs3 öz üzərində, qalan külli miqdarda tərkibində 36,8 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 920 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda 57140 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə ümumi razılıq əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə polietilen torbalarda daşımaqla saxlamışlar, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 07 iyul 2023-cü il tarixdə saat 00:10-da İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında Vaz 21093 markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında sözügedən narkotik vasitələri üzərlərində və əllərində avtomobilə tərəf daşıyarkən saxlanılıb İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 02:45-dən etibarən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 43,55 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda tərkibində 2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 05 ədəd blisterdə üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 50 ədəd narkotik vasitə metadon həbi, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 7,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 03 ədəd blisterdə üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 30 ədəd narkotik vasitə metadon həbi və Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 10,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 03 ədəd blisterdə üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 30 ədəd narkotik vasitə metadon həbi, eləcə də, ümumi razılıq əsasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 03 ədəd narıncı rəngli polietilen torbalarda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdıqları külli miqdarda tərkibində 36,8 qram çəkidə narkotik vasitə metadon maddəsi olan, üzərlərindən aşkar edilmiş narkotik vasitə metadon maddələri ilə eyni tərkibli olan 920 ədəd narkotik vasitə metadon həbi və külli miqdarda həm öz aralarında, həm də üzərlərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar ilə eyni tərkibli olan, altı ədəd polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 11355 qr, 9590 qr, 6060 qr, 9965 qr, 10560 qr, 9610 qr olmaqla, ümumi təmiz çəkisi 57140 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisə günü özü Təqsirləndirilən şəxs2 maşın tapmasını demişdir. Lakin onlara hara, nə məqsədlə getdiyini deməmiş, pul götürmək üçün Kürdəmirə getdiyini bildirmişdir. Özü tək getməmək üçün onları da özü ilə aparmışdır. Əslində isə dayısı oğlundan pul götürmək məqsədi ilə getməmişdir. 06 iyul 2023-cü ildə axşam saat 21:00-22:00 ərəfələrində Göyçaydan birlikdə taksi ilə yola çıxmışlar. Gedib Kürdəmirə çatdıqda, demiş ki, dayısı oğlu Kürdəmirdə qalır ondan pul götürəcəkdir. Əslində isə özü 100 qram “nəşə” dalınca gedirmiş. “Nəşə”ni göndərənin adı Məhəmməd adlı iranlı olmuşdur. Özü narkotik istifadə eliyən olmuş, həmin iranlıya pul vururmuş, o isə narkotik göndərirmiş, 10 qramdan artıq onunla danışığı olmayıb. Kürdəmirdə olarkən həmin şəxs zəng edib “nəşə”ni İmişli-Kürdəmir yoluna qoyduğunu, gedib götürə biləcəyini demişdir. Bundan sonra Kürdəmirdən yola çıxıb Bəhrəmtəpə yoluna çıxmışlar, həmin vaxt iranlı konum atmış ki, götürsün. Konuma çatanda sürücüyə demiş ki, saxla. Özü maşından düşmüş uşaqlar isə maşında qalmışdır. Konum olan nöqtəyə gedib çatdıqda isə görmüş ki, bir qazel “nəşə” var orda. Narkotikləri bir-iki metr məsafədən görmüşdür. Həmin narkotiklər sarı yekə pampıq xaralarında olmuşdur. Narkotikləri orada olan yarımtikilinin içinə qoymuşlarmış. Bundan sonra polislər onu tutmuş, ondan 300 metr qıraqda isə uşaqları tutmuşlar. Getdikləri taksi isə VAZ09 markalı maşın olub, həmin narkotiklər isə heç ona yerləşə bilməzmiş. Saxlanılandan sonra uşaqları da yanına gətirib, sonra isə İmişli RPŞ-nə aparmışlar. Orada üçünün də cibinə nəşə və dərman qoyub, çəkiliş etmişlər. Demişlər ki, “götürməsəniz gedib evinizdən çıxarıb, evdəkiləri də bura gətirəcəyik”. Özü də bu səbəbdən razılaşmışdır. Həmin gün 100 qram narkotiki götürə bilsəymiş, uşaqlarla birlikdə istifadə edəcəkmiş, çünki onlar istəsə narkotikdən onlara da verəcəkmiş. Həmin 100 qram “nəşə”yə görə də iranlıya 80 manat pul göndərmişdir. İranlı nəşəni Bakıya göndərib əvvəllər, 10 gündən bir aydan bir gedib götürürmüş. Maşından düşəndə Nurlan və Ruslan ondan həmin yerdə düşməsinin səbəbini soruşduqda, nəşə götürəcəyini demişdir. Onlar isə demiş ki, “belə bir iş görürdünsə bizə əvvəlcədən deyərdin bilərdik”. Taksi sürücüsünün isə heçnədən xəbəri olmamışdır.Taksiyə 50-60 manat pul verəcəkləri barədə razılaşmışdır. Müstəntiqə ifadə verməmiş, onlar nə yazmışsa imza etmişdir. İstintaq zamanı iranlının adı Səyid kimi yazılıb, lakin elə bir adam tanımır, ola bilsin ki, Seid deyib onlar Səyid kimi yazıblar. İranlının adı Məhəmməd olub, onunla sosial şəbəkədə tanış olmuşdur. İranlıya isə yolda bir dəfə whatssapda yazmış, onunla danışmamış, iranlı isə çatanda xəbər etməyini bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə heçnə deməmişdir. Özü maşından düşəndə isə digərləri yolun qırağında maşında qalmışdır. Saxlanılarkən isə yüngülvari onu döymüşlər. Ruslan və Nurlanın bu işdə günahı, xəbəri olmamış, cavanlıqlarını, azyaşlı uşaqlarının olmasını nəzərə alıb, narkotiklərin onlara aidiyyəti olmadığından məhkəmədən ədalət istəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, təxminən 13 ildir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dostluq münasibətindədir. Çünki bilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də narkotik vasitə istifadə edəndir. İnstaqram sosial şəbəkəsində olan zaman Səyid adlı bir şəxsdən ona mesaj gəlmişdir. Həmin şəxslə danışan zaman bilmişdir ki, o İİR-də yaşayan və oranın vətəndaşı olan Səyid adlı şəxsdir. Səyid adlı şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 da narkotik vasitə istifadə etdiyi üçün onunla dostlaşmaq barədə qərarlaşmışdır. Çünki ki, Səyid adlı şəxs istədiyi zaman ona narkotik vasitə göndərə bilər. Səyid adlı şəxslə danışan zaman o Təqsirləndirilən şəxs1 demişdir ki, ona narkotik vasitələr göndərəcək, onu dediyi ünvanlara qoysa pul verəcək, Təqsirləndirilən şəxs1 qazanc əldə edəcəkdir. Təqsirləndirilən şəxs1 isə pul istəmədiyini onun yerinə narkotik vasitə heroin istədiyini bildirmişdir. Səyid adlı şəxs də göndərəcəyi narkotik vasitələri onun dediyi ünvanlara qoyacağı təqdirdə ona 2 kq narkotik vasitə heroin göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da bu barədə dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bildirmişdir. Ruslan və Nurlan onunla birlikdə narkotik vasitələri götürüb iranlının dediyi ünvanlara birlikdə çatdıracaqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs1 isə əvəzində onlara narkotik vasitə verməli idi. Razılaşdıqdan sonra Ruslana demişdir ki, taksi tap gedək, Ruslan da bundan sonra Şahid5 zəng etmişdir. Vüqar da Vaz 21093 markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobilə onu, Ruslanı və Nurlanı Ruslanın yaşadığı ünvanın yaxınlığından 06 iyul 2023-cü il tarixdə saat 17 radələrində götürmüşdür. Ruslan Vüqarın şübhələnməməsi üçün ilk öncə Kürdəmir rayonuna gedəcəyini bildirmişdir. Çünki Vüqara hansı məqsədlə İmişliyə getdiyini bildirməmişlər, guya bir nəfərdən pul alıb geri qayıdacaqlar. Lakin Kürdəmir şəhərinə çatdıqdan sonra o Vüqara demişdir ki, adam hazırda İmişli rayonundadır, əgər mümkünsə İmişliyə gedək. Vüqar isə 60 manata onları İmişliyə apara biləcəyini bildirmişdir. İmişli rayonu istiqamətində hərəkət edib 07 iyul 2023-cü il tarixdə saat 23 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndinə çatmışdır. Həmin kənddə çatdıqdan sonra yol kənarında Elmir Şahid5 maşını saxlamağını bildirmişdir. Vüqar isə nə üçün maşını saxlayacağını soruşmuşdur. O isə ayaq yoluna getmək istədiyini bildirmişdir. Lakin məqsədi həmin ərazidə olan narkotik vasitəni götürüb gəlmək olmuşdur. O düşdükdən sonra Ruslan və Nurlan da onunla birlikdə düşmüşdür. İranlının dediyi yerə çatıb orada olan torbalardakı narkotik vasitə qurudulmuş marixuanadan hər birinə bir büküm və blisterlərdə olan metadon həblərindən hər birinə 3 ədəd blister vermişdir ki, istifadə etsinlər. Çünki Ruslan və Nurlan narkotik vasitəni iranlının dediyi ünvanlara daşımaq üçün ona kömək edəcəkdir. Onlarda narkotik vasitələri cibinə qoymuşdur. Eyni zaman da Təqsirləndirilən şəxs1 da marixuanadan metadon həblərindən götürüb cibinə qoymuşdur ki, istifadə etsin. Daha sonra Ruslan və Nurlan ilə birlikdə torbalarda olan narkotik vasitələri götürüb maşına tərəf getməyə başlamışdır. Lakin həmin vaxt bir neçə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib BNMİ-nin əməkdaşları olduqlarını bildirmişdir. Daha sonra polis əməkdaşları İmişli RPŞ-yə aparmışdır. Həmçinin Vüqarı da İmişli RPŞ-yə dəvət etmişdir. Vüqar da maşını ilə birlikdə İmişli RPŞ-yə gəlmişdir. Polis Şöbəsində onlara vəkillər dəvət edilmişdir. Elmir, Ruslan və Nurlan şübhəli şəxs qismində tutulmuş, Vüqar isə tutulmamışdır. Daha sonra videoçəkilişlə onların üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara üzərlərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməkləri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və 50 ədəd metadon həbini təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli Huavei markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı və 30 ədəd metadon həbini təqdim etmişdir. Ruslanın üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Ruslanın əynindən əlavə olaraq hər hansı əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı və 30 ədəd metadon həbini təqdim etmişdir. Daha sonra Nurlanın üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Nurlanın əynində olan şalvarın sol yan cibindən bir ədəd “X-inova” markalı, qara rəngli mobil telefon, 3 manat pul aşkar olunmuşdur. Daha sonra üç ədəd narıncı rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən altı ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və 920 ədəd metadon həbləri aşkar olunmuşdur. Onun, Ruslanın və Nurlanın üzərindən aşkar edilmiş narkotik vasitələr və təqdim etdiyi torbalarda olan narkotik vasitələr elektron tərəzidə çəkilmiş, üzəri möhürlənərək imzalanmış və götürülmüşdür, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, pul isə Nurlana qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və təqdim etdiyi polietilen torbalardan aşkar olunan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında gizlədilən yerdən əldə etmişdir, narkotik vasitələri Bakı şəhərində deyiləcək ünvana çatdırmasının qarşılığında “Səyid” ona 2 kq heroin verəcəkdir, əldə edəcəyi heroini satıb pul qazanmaq niyyətində olmuşdur, heroindən istifadə edir, başqa hardasa narkotik maddə saxlamır, Nurlan və Ruslan ilə birlikdə Göyçay rayonunda razılaşaraq aşkar olunan narkotik maddələri götürmək üçün birlikdə gəlmişlər, sonuncular narkotikləri götürüb aidiyyatı yerə çatdırmağa köməklik etmələri müqabilində onlara üzərlərindən aşkar olunan marixuana və metadonu vermişdir, Nurlan və X7 hər hansı əlaqələri yoxdur, qeyd olunan narkotiklər barədə Şahid5 hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edərək, aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, mobil telefon işlətmədiyini, narkotiklər barədə Şahid5 hər hansı bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 onun dediklərini təsdiq edərək, aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, narkotiklər barədə Şahid5 hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müstəntiqə qeyd edilən kimi ifadələr vermədiyini, ifadələrin yalan olduğunu təsdiq etmədiyini, həmin ifadələri oxumağa imkan vermədiklərini, evindən gedib narkotik çıxaracaqları ilə təhdid edildiyindən imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 06 iyul 2023-cü ildə axşam saat 20:00-21:00 ərəfələrində Elmirlə Göyçayda rastlaşmışdır. Həmin vaxt Elmir demiş ki, “tanış taksi tap, benzin vuraq gedək Kürdəmirə dayım oğlugilə, ondan 500 manat pul götürəcəm”. Özü də bekarçılıq olduğundan demiş ki, “gedək”. Həm də Elmirin qardaşının toyu olacaqmış, ciyər axşamında qumar üçün pul lazımmış. Özü də həmin gün piyan olmuşdur. Həmin vaxt Nurlan da yanlarında olmuş, üçü bir yerdə bu barədə danışmışlar. Bundan sonra Vüqar adlı taksi sürücüsün tapmış, 60 manata getdib gəlməyə razılaşmışlar. Taksi sürücüsünə isə həmin yerdə pul götürüb verəcəyini demişdir. Birlikdə yola düşmüşlər, gedib Kürdəmirə çatanda, Elmirə mesaj gəlmişdir. Elmir isə demişdir ki, “dayım oğlu İmişlidədir”. Daha sonra Bəhrəmtəpə yoluna çıxmışlar. Orada Elmir maşını saxlatmış, saxlatdığı ərazi isə kolluq-kosluq olmuş, ev olmamış, insan olmamışdır. Elmirdən nəyə görə orda düşdüyünü soruşanda Elmir 100 qram “nəşə” götürcəyini demişdir. Elmirə demişdir ki, “bunu vaxtında deyərdin, getməzdim səninlə, belə işlərdən qorxuram”. Həmin vaxt sürüb getmək istəmişlər, Elmir isə and aman etmiş ki, 5-10 dəqiqəyə qayıdacaq gözləsinlər onu. Bir qədər sonra polislər gəlib onları saxlayıb Elmirin olduğu yerə aparmışlar. Görmüş ki, Elmiri yerə yıxıblar, qabağına da meşokları qoyublar. Həmin vaxt polislərlə razılaşmamış, başlamışlar onu döyməyə. Daha sonra İmişli RPŞ-nə aparmışlar. Əlləri qandalda olmuş, cibinə metadon və nəşə qoymuşlar. Demişlər ki, “razılaşıb getməlisiz əks halda ailə üzvlərinizdə gətirəcəyik”. Daha sonra kişiliyinə toxunacaqları ilə hədələnmişdir. Onda demişdir ki, “özümü öldürəcəm”, bundan sonra əl çəkmişlər. Sürücü isə çox ağlamış, çünki narkotikləri aparıb maşınına qoyurlarmış. Ona görə də polislərlə razılaşmışdır. Bununla bağlı da şikayətlər etmiş, araşdırmışlar. Uzun müddət aclıq etmişdir. Özü isə nə o boyda yükün nə də ki, nəşənin dalınca getməzmiş. Hadisə yerində Nurlan və özü maşından düşməmişlər, Elmirlə 200-300 metr aralarında məsafə olmuşdur. Saxlanılanda da trasın kənarında maşında olmuşlar, onları tutub döyə-döyə aparmışlar. Yalnız maşın saxlayanda Elmirin nəşə dalınca getməsini bilmişdir. Müstəntiq tərəfindən döyülüb incidilməyib, sanksiyadan qabaq ona vəkillə birlikdə suallar verib sənədləri imzaladıb, sonradan isə sənədlərə qol çəkməmişdir. Hakimə isə döyüldüyün deməmiş, yükləndiklərini demişdir. Özü ikinci qrup ömürlük əlildir, işinə ədalətlə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitəni əsasən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə istifadə etmişdir. 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə söhbət edən zaman Təqsirləndirilən şəxs1 İİR vətəndaşı Səyid adlı şəxslə danışdığını, Səyid adlı şəxsin onun ayrı-ayrı ünvanlara qoymaq üçün narkotik vasitələr göndərdiyini, narkotik vasitələri onun dediyi ünvandan götürüb dediyi ünvanlara çatdıracaqlarını, müqabilində onlara istifadə üçün narkotik vasitə verəcəyini bildirmişdir. O və Təqsirləndirilən şəxs3 narkotik vasitə istifadəçisi olduqları üçün Elmir ilə razılaşmışdır. Daha sonra bununçün taksi tapmalı olmuşdur. O da buna görə taksi kimi fəaliyyət göstərən Şahid5 zəng etmişdir. Vüqar da Vaz 21093 markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobilə onu, Elmiri və Nurlanı onun yaşadığı ünvanın yaxınlığından 06 iyul 2023-cü il tarixdə saat 17 radələrində götürmüşdür. O Vüqarın şübhələnməməsi üçün ilk öncə Kürdəmir rayonuna gedəcəklərini bildirmişdir. Çünki Vüqara hansı məqsədlə İmişliyə getdiklərini bildirməmişdir. Guya bir nəfərdən pul alıb geri qayıdacaqlar. Lakin Kürdəmir şəhərinə çatdıqdan sonra Elmir Vüqara demişdir ki, adam hazırda İmişli rayonundadır, əgər mümkünsə İmişliyə gedək. Vüqar isə 60 manata onları İmişliyə apara biləcəyini bildirmişdir. İmişli rayonu istiqamətində hərəkət edib 07 iyul 2023-cü il tarixdə saat 23 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndinə çatmışlar. Həmin kənddə çatdıqdan sonra yol kənarında Elmir Vüqara maşını saxlamağını bildirmişdir. Vüqar isə nə üçün maşını saxlayacağını soruşmuşdur. Elmir isə ayaq yoluna getmək istədiyini bildirmişdir. Lakin məqsədinin həmin ərazidə olan narkotik vasitəni götürüb gəlmək olduğunu bildirməmişdir. Elmir düşdükdən sonra özü və Nurlan da düşmüşdür. İranlının dediyi yerə çatandan sonra Elmir orada olan torbalardakı narkotik vasitə qurudulmuş marixuanadan bir büküm və 3 ədəd blisterdə narkotik vasitə metadon həbini götürərək ona və bir o qədərdə Nurlana vermişdir. Həmçinin özü də götürmüşdür. O da götürdüyü narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra Elmir və Nurlan ilə birlikdə torbalarda olan narkotik vasitələri götürüb maşına tərəf getməyə başlamışdır. Lakin həmin vaxt bir neçə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib BNMİ-nin əməkdaşları olduqlarını bildirmişdir. Daha sonra polis əməkdaşları onları İmişli RPŞ-yə aparmışdır. Həmçinin Vüqarı da İmişli RPŞ-yə dəvət etmişdir. Vüqar da maşını ilə birlikdə İmişli RPŞ-yə gəlmişdir. Polis Şöbəsində onlara vəkillər dəvət edilmişdir. O, Elmir və Nurlan şübhəli şəxs qismində tutulmuşdur, Vüqar isə tutulmamışdır. Daha sonra videoçəkilişlə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməkləri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və 50 ədəd metadon həbini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Elmirin əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli Huavei markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı və 30 ədəd metadon həbini təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı onun əynindən əlavə olaraq hər hansı əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı və 30 ədəd metadon həbini təqdim etmişdir. Daha sonra Nurlanın üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Nurlanın əynində olan şalvarın sol yan cibindən bir ədəd “X-inova” markalı, qara rəngli mobil telefon, 3 manat pul aşkar olunmuşdur. Daha sonra Elmir üç ədəd narıncı rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən altı ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və 920 ədəd metadon həbləri aşkar olunmuşdur. Onun, Elmirin və Nurlanın üzərindən aşkar edilmiş narkotik vasitələr və Elmirin təqdim etdiyi torbalarda olan narkotik vasitələr elektron tərəzidə çəkilmiş, üzəri möhürlənərək imzalanmış və götürülmüşdür, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, pul isə Nurlana qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və təqdim etdiyi polietilen torbalardan aşkar olunan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında gizlədilən yerdən əldə etmişdir, narkotik vasitələri Bakı şəhərində deyiləcək ünvana çatdırmasının qarşılığında “Səyid” ona 2 kq heroin verəcəkdir, əldə edəcəyi heroini satıb pul qazanmaq niyyətindədir, heroindən istifadə edir, başqa hardasa narkotik maddə saxlamır, Nurlan və Ruslanla birlikdə Göyçay rayonunda razılaşaraq aşkar olunan narkotik maddələri götürmək üçün birlikdə gəlmişdir, narkotikləri götürüb aidiyyatı yerə çatdırmağa köməklik etmələri müqabilində Ruslan və Nurlana üzərlərindən aşkar olunan marixuana və metadonu vermişdir, qeyd olunan narkotiklər barədə Şahid5 hər hansı bir məlumat verməmişdir. Özü də Elmirin dediklərini təsdiq edərək, aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, mobil telefon işlətmədiyini, narkotiklər barədə Şahid5 hər hansı bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 Elmirin dediklərini təsdiq edərək, aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, narkotiklər barədə Şahid5 hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müstəntiqə heç bir ifadə vermədiyini, ifadələrinin nə vaxt yazıldığını bilmədiyini, özünün heç maşından yerə düşmədiyini, həmin ifadələri təsdiq etmədiyini, vəkilinin barəsində həbs qətimkan tədbiri seçilərkən sənədləri oxumağa imkan vermədən ona qol çəkdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisə günü Ruslanla birlikdə Kral çayxanasının qarşısında dayanmışlar. Həmin vaxt orada Elmirlə rastlaşmışlar. Söhbət edərkən Elmirə zəng gəlmiş, kiminləsə telefonda danışmışdır. Sonra elə olmuş ki, Elmir deyib “Kürdəmirə gedək”. Elmirin həmin vaxt qardaşının toyu olacaqmış, onlara Kürdəmirdə dayısı oğlundan pul götürəcəyini demişdir. Razılaşıb taksiylə yola çıxmışlar. Kürdəmirdən isə İmişliyə ona görə getmişlər ki, Elmir burada alınmadığını, dayısı oğlunun İmişlidə olduğunu deyib. Orada Elmirə zəng gəlmiş, Elmir onda demişdir ki, “İmişliyə gedəsi olduq”. Nəsə belə söhbət olub aralarında, getmişlər İmişliyə. Sürücüyə yolu Elmir demişdir, konum falan göstərməmişdir. Orada isə Elmir yolda taksiyə demiş ki, “burda saxla maşını”. Onlar isə maşında oturmuşlar. Ruslan Elmirdən nə tema olduğun soruşmuş, orada adam olmadığını demişdir. Elmir isə demişdir ki, “gedib-qayıdıram, adam var nəşə alacam”. Onlar isə Elmirə nəyə görə qabaqcadan onlara belə bir söz demədiyini irad bildirmişlər. Elmir də qabaqcadan desə imiş gəlməyəcəklərini tək gəlmək istəmədiyini bildirmişdir. Elmir getmiş 8-10 dəqiqə keçmişdir. Özləri isə maşında gözləmişlər. Birdən maşına tərəf tökülüşüb gəlib hər tərəfdən, haradan necə çıxdıqlarını görməmişdir. Onları tutub, maşında çıxarıb, vura-vura yerə yıxmışlar. Daha sonra Elmir tərəfə aparmışlar. Görmüşlər ki, Elmiri yerə uzadıblar, əllərini bağlayıblar, qabağında da torbalar var. Orada böyük yük olmuşdur. Orada vurmuşlar onları, bu iş tamam qurma olmuşdur. Sonra da İmişli RPŞ-nə aparmışlar. Əlləri-qolları bağlı ciblərinə narkotik qoymuşlar. Nəcəf adlı polis isə demişdir ki, “qabaqcadan deyirəm çəkiliş zamanı artıq heçnə deməyin, yoxsa kameranı silib yenidən çəkə bilərik, amma şəxsiyyətinizə dəyəciyik, evinizdə də kim var gətirib, sizə qoşacayıq”. Çəkiliş etmişlər, polislərlə məcbur razılaşmışlar. Polislər demişlər ki, “hara yazırsınız yazın bizim sözümüz keçəcək”. Elmirin orada onlara nəşə və metadon verməsi də məntiqsizdi. Elmir maşından düşəndə nəşə götürəcəyin demiş, onunla razılaşmamışlar, Elmir 5-10 dəqiqə səbr etmələrini demiş, həmin vaxt mübahisə etmişlər, qardaşının toyu olacaqmış, onu gözləmişlər orda. Elmirlə isə qabaqcadan nəşə götürməsi ilə bağlı söhbətləri olmamışdır. Elmir gedəndə taksidən yerə düşməmişlər. Şöbədə isə üstlərinə narkotiki stolun üstündə kağızda qoyub, oradan götürüb tərəzidə çəkib düzlətmişlər, birdə dərman yanında qoymuşlar. Elmirlə isə hadisə günü bekarçılıqdan yola çıxmışlar. Ümidi məhkəməyədir, üç azyaşlı uşağı var, atası və anası əlildir, məhkəmədən ədalət istəyir. Məhkəmədə Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən 12 ildir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitəni əsasən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə istifadə etmişdir. 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə söhbət edən zaman Təqsirləndirilən şəxs1 İİR vətəndaşı Səyid adlı şəxslə danışdığını, Səyid adlı şəxsin onun ayrı-ayrı ünvanlara qoymaq üçün narkotik vasitələr göndərdiyini, narkotik vasitələri onun dediyi ünvandan götürüb dediyi ünvanlara çatdırmaları müqabilində onlara istifadə üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduqları üçün Elmir ilə razılaşmışdır. Daha sonra taksi tapmalı olmuşlar. Ruslan da buna görə taksi kimi fəaliyyət göstərən Şahid5 zəng etmişdir. Vüqar da Vaz 21093 markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobillə onu, Elmiri və Ruslanı sonuncunun yaşadığı ünvanın yaxınlığından 06 iyul 2023-cü il tarixdə saat 17 radələrində götürmüşdür. Vüqarın şübhələnməməsi üçün ilk öncə Kürdəmir rayonuna gedəcəklərini bildirmişdirlər. Çünki Vüqara hansı məqsədlə İmişliyə getdiklərini bildirməmişdirlər. Guya bir nəfərdən pul alıb geri qayıdacalar. Lakin Kürdəmir şəhərinə çatdıqdan sonra Elmir Vüqara demişdir ki, adam hazırda İmişli rayonundadır, əgər mümkünsə İmişliyə gedək. Vüqar isə 60 manata onları İmişliyə apara biləcəyini bildirmişdir. İmişli rayonu istiqamətində hərəkət edib 07 iyul 2023-cü il tarixdə saat 23 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndinə çatmışdırlar. Həmin kənddə çatdıqdan sonra yol kənarında Elmir Vüqara maşını saxlamağını bildirmişdir. Vüqar isə nə üçün maşını saxlayacağını soruşmuşdur. Elmir isə ayaq yoluna getmək istədiyini bildirmişdir. Lakin məqsədinin həmin ərazidə olan narkotik vasitəni götürüb gəlmək olduğunu bildirməmişdir. Elmir düşdükdən sonra o və Ruslan da düşmüşdür. İranlının dediyi yerə çatandan sonra Elmir orada olan torbalardakı narkotik vasitə qurudulmuş marixuanadan bir büküm və 3 ədəd blisterdə narkotik vasitə metadon həbini götürərək ona və bir o qədərdə Ruslana vermişdir. Həmçinin özü də götürmüşdür. O da götürdüyü narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra Elmir və Ruslan ilə birlikdə torbalarda olan narkotik vasitələri götürüb maşına tərəf getməyə başlamışdır. Lakin həmin vaxt bir neçə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib BNMİ-nin əməkdaşları olduqlarını bildirmişdir. Daha sonra polis əməkdaşları onları İmişli RPŞ-yə aparmışdır. Həmçinin Vüqarı da İmişli RPŞ-yə dəvət etmişdir. Vüqar da maşını ilə birlikdə İmişli RPŞ-yə gəlmişdir. Polis Şöbəsində onlara vəkillər dəvət edilmişdir. Özü, Elmir və Ruslan şübhəli şəxs qismində tutulmuş, Vüqar isə tutulmamışdır. Daha sonra videoçəkilişlə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara üzərlərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməkləri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və 50 ədəd metadon həbini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Elmirin əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli Huavei markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı və 30 ədəd metadon həbini təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindən əlavə olaraq hər hansı əşya aşkar olunmamışdır. Daha sonra o əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı və 30 ədəd metadon həbini təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən bir ədəd “X-inova” markalı, qara rəngli mobil telefon, 3 manat pul aşkar olunmuşdur. Daha sonra Elmir üç ədəd narıncı rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən altı ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və 920 ədəd metadon həbləri aşkar olunmuşdur. Onun, Elmirin və Ruslanın üzərindən aşkar edilmiş narkotik vasitələr və Elmirin təqdim etdiyi torbalarda olan narkotik vasitələr elektron tərəzidə çəkilmiş, üzəri möhürlənərək imzalanmış və götürülmüşdür, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, pul isə Nurlanın özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və təqdim etdiyi polietilen torbalardan aşkar olunan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında gizlədilən yerdən əldə etmişdir, narkotik vasitələri Bakı şəhərində deyiləcək ünvana çatdırmasının qarşılığında “Səyid” ona 2 kq heroin verəcəkdir, əldə edəcəyi heroini satıb pul qazanmaq niyyətindədir, heroindən istifadə edir, başqa hardasa narkotik maddə saxlamır, Ruslan və Nurlanla birlikdə Göyçay rayonunda razılaşaraq aşkar olunan narkotik maddələri götürmək üçün birlikdə gəlmişdir, narkotikləri götürüb aidiyyatı yerə çatdırmağa köməklik etmələri müqabilində Nurlana və Ruslana üzərlərindən aşkar olunan marixuana və metadonu vermişdir, qeyd olunan narkotiklər barədə Şahid5 hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 Elmirin dediklərini təsdiq edərək aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, mobil telefon işlətmədiyimi, narkotiklər barədə Şahid5 hər hansı bir məlumatının olmadığını bildirmişdir. Özü də Elmirin dediklərini təsdiq edərək, aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, narkotiklər barədə Şahid5 hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı təzyiq altında olduğunu, ifadələrindən xəbərinin olmadığını, təsdiq etmədiyini, müstəntiqin həmin ifadələri oxumağa imkan vermədiyini, oxumadan qol çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, tarix yadında qalmayıb, evdə oturarkən Ruslan ona zəng vurub təklif etmiş ki, onları Kürdəmirə apar bilər, orada yoldaş var ondan pul alacaqdır. Ruslanla onları aparıb gətirmək üçün 30 manata razılaşmışdır. Daha sonra Ruslanla danışıb şəhərdə görüşmüşdür. Onun yanında Elmir və Nurlan da olmuşdur. Bundan sonra maşına oturub yola çıxmışlar, yanacaqdoldurma məntəqəsinə gəlmişlər, Ruslan ona 20 manat pul vermiş yanacaq almışlar və Kürdəmirə yola düşmüşlər. Kürdəmirə çatmağa az qalmış Elmirin telefonuna zəng gəlmiş, bu zaman Ruslan onları İmişliyə aparmağı təklif etmişdir. Həmin vaxt artıq saat 18:00-dan sora imiş. Özü isə demişdir ki, İmişliyi aparmaq üçün 60 manat pul alar. Yolda isə bir dəfə özü şəkər xəstəsi olduğundan yanacaqdoldurma məntəqsində saxlayıb ayaqyoluna girmişdir. Daha sonra isə Ruslan demişdir ki, “işimiz alınmadı, pulu karta atacaqlar”. Bundan sonra demiş ki, gəldikləri yolla qayıtsınlar. Elmir isə demişdir ki, “xeyr, Bəhrəmtəpə yolu ilə qayıdaq bura daha yaxın düşəcək”. Başlamışlar həmin yolla getməyə, artıq hava qaralmışdır. Yolda Elmir demiş ki, “burada saxla ayaqyoluna gedim”. Elmir maşından düşüb getmiş, Ruslan və Nurlan isə maşında qalmışdır. Birdən görmüş ki, polis əməkdaşları gəlir, gəlib onları maşından çıxarıb, əllərini qandallayıb, şumluğa aparmışlar. Görmüş ki, orada Elmiri də qandallayıb yerə yıxıblar. Orada polislər ona demiş ki, “bilirsən səni niyə bura gətiriblər”. Özü isə demişdir ki, taksi kimi bura gəlmişdir. Hələ orda polislər də demiş ki, “utanmırsınız bu kişini də gətirmisiniz”. Orada meşokları görmüş, 50 kqlıq bağlamalar olmuşdur. İçərisində isə narkotiklər, marixuana, dərmanlar olmuşdur. Sonra onları İmişli RPŞ-nə aparmışlar. Maşına da baxış keçirmişlər, heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxslər də ifadə vermişlər ki, aldadıb gətiriblər. Sonra isə onları BNMİ-nə aparmışlar. Orada izahatı alınmış, demişlər ki, “şahid qismində çağıracayıq gələrsən”. Ruslangilin hansı məqsədlə getdiklərindən əvvəlcədən məlumatı olmamışdır. Yol boyu isə Elmir telefonda nə isə yazmış, lakin danışmamışdır. Saxlanılandan sonra isə onların özləri demiş ki, “narkotiklər bizimdir, bu kişinin aidiyyəti yoxdur”. Maşından isə Ruslan və Nurlan düşməmiş, polislər gələndə Ruslan qaçmış, lakin onu tutmuşlar. Saxlanılarkən isə polislər onlara heçnə etməmiş, döyülməmiş, incidilməmişlər. Onların üzərilərinə baxışda iştirak etmişdir. Elmir də demişdir ki, “mal mənimdir”. Həmin kisələri görmüş, kisələr onun maşınına sığa bilməzmiş. Müstəntiqə ifadə vermiş, həmin ifadəni müstəntiq ona oxumuş, özü isə imza etmişdir. Müstəntiq ona heç bir təzyiq və ya təsir göstərməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin ifadələrinin elan edilməsi ... şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda mümkündür) Şahid5 cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadəsində Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 06 iyul 2023-cü il tarixdə onun istifadəsində olan mobil nömrəyə zəng edərək Kürdəmir şəhərinə getmək lazım olduğunu bildirmişdir. O da taksi sürücüsü olduğu üçün onu Kürdəmir rayonuna apara biləcəyini bildirmişdir. Ruslan isə 3 nəfər olduqlarını bildirmişdir 06 iyul 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın yaxınlığına gedib orada Təqsirləndirilən şəxs2 və onun yanında olan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 maşına mindirib Kürdəmir rayonu istiqamətində hərəkət etmişdir. Kürdəmir şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 Kürdəmirdə görüşəcəyi şəxsin İmişli rayonunda olduğunu və İmişli rayonuna gedə bilib bilməyəcəyini soruşmuşdur. O isə ümumilikdə 60 manat pula onları İmişli rayonuna apara biləcəyini bildirmişdir. Lakin onların hansı məqsədlə Kürdəmirə və İmişli rayonuna getdiklərini bilməmişdir. Onlar ancaq ona bir nəfərdən 500 manat pul götürəcəklərini bildirmişdir. İmişli rayonu istiqamətində hərəkət edib 07 iyul 2023-cü il tarixdə saat 23 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndinə çatmışdır. Həmin kəndə çatdıqdan sonra yol kənarında Elmir maşını saxlamağını bildirmişdir. O isə burada hansı səbəbə maşını saxladığını soruşanda Elmir ona demişdir ki, təcili yerə düşməliyəm, böyrəklərim atkaz gedəcəkdir, heç kim olmayan yerdir, saxla işimi görüm gəlim. Bundan sonra Elmir maşından düşmüş, Elmirin arxasınca isə Nurlan və Ruslan düşüb getmişdir. Təxminən 5 dəqiqə sonra görmüşdür ki, Elmir, Ruslan və Nurlanı polis əməkdaşları saxlayaraq gətirir. Həmin vaxt Elmirgilin əlində torbalar var idi. Daha sonra polis əməkdaşları Vüqarı və onları İmişli Rayon Polis Şöbəsinə aparmışdır. Polis Şöbəsində onlar şübhəli şəxs qismində tutulmuş, Vüqar isə tutulmamışdır. Daha sonra Elmir və digərlərinin vəkili İmişli RPŞ-yə gəldikdən sonra videoçəkilişlə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və 50 ədəd metadon həbinə bənzər kütlələri təqdim etmişdir. Polis əməkdaşları maddələri demiş, o isə həmin maddələri tanımamışdır. Daha sonra Elmirin üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Elmirin əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli Huavei markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuanaya və 30(otuz) ədəd metadon həbinə bənzər kütlələri təqdim etmişdir. Ruslanın üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Ruslanın əynindən əlavə olaraq hər hansı əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuanaya və 30(otuz) ədəd metadon həbinə bənzər kütlələri təqdim etmişdir. Daha sonra Nurlanın üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Nurlanın əynində olan şalvarın sol yan cibindən bir ədəd “X-inova” markalı, qara rəngli mobil telefon, 3 manat pul aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üç ədəd narıncı rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən altı ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 920 ədəd metadon həbinə bənzər kütlələr aşkar olunmuşdur. Qeyd edim ki, Elmir, Ruslan və Nurlanın üzərindən aşkar edilmiş narkotik vasitələr və Elmirin təqdim etdiyi torbalarda olan narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, üzəri möhürlənərək imzalanmış və götürülmüşdür, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, pul isə Nurlana qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və təqdim etdiyi polietilen torbalardan aşkar olunan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında gizlədilən yerdən əldə etmişdir, narkotik vasitələri Bakı şəhərində deyiləcək ünvana çatdırmasının qarşılığında “Səyid” ona 2(iki) kq heroin verəcəkdir, əldə edəcəyi heroini satıb pul qazanmaq niyyətindədir, heroindən istifadə edir, başqa hardasa narkotik maddə saxlamır, Nurlan və Ruslan ilə birlikdə Göyçay rayonunda razılaşaraq aşkar olunan narkotik maddələri götürmək üçün birlikdə gəlmişdir, sonuncular narkotikləri götürüb aidiyyatı yerə çatdırmağa köməklik etmələri müqabilində onlara üzərlərindən aşkar olunan marixuana və metadonu vermişdir, Nurlan və X7 hər hansı əlaqələri yoxdur, qeyd olunan narkotiklər barədə Vüqara hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, sonuncu ilə aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, mobil telefon işlətmədiyini, narkotiklər barədə Vüqarın hər hansı bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, sonuncu ilə aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiyini, narkotik vasitə aludəçisi olduğunu, İranlı Səyidlə hər hansı əlaqəsinin olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, qeyd olunan narkotiklər barədə Vüqarın hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid5 bildirmişdir ki, həmin ifadəsini Nurlan və Ruslanın maşından yerə düşmələri hissəsində təsdiq etmir, ifadəsində elə söz deməmişdir, ifadəsi müstəntiq tərəfindən yazılıb özü isə oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BNMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş və şəxslərin olduqları yer müəyyən edilərək 07 iyul 2023-cü il saat 00:10 tarixində İmişli rayonu, Qaragüvəndikli kəndinə gəlmişlər. Həmin yerdə isə hər üç təqsirləndirilən şəxs və sürücü saxlanılıb, polis şöbəsinə aparılmışdır. Şöbədə üzərlərinə videoçəkilişlə və müdafiəçilərin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərindən metadon həbləri və təxminən əlli qram qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra ərazidən götürdükləri bağlamalara baxış keçirilərkən ümumilikdə altı ədəd bağlamadan əlli yeddi kq yaxın qurudulmuş marixuana və 920 ədəd metadon həbləri aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələri iranlı şəxsdən əldə etdiyini, danışıb onunla sonuncunun dediyi yerlərə aparıb qoyacaqmış, qarşılığında isə iki kq heroin verəcəkmiş Elmirə. Ruslan və Nurlan isə Elmirin sözüylə həmin əraziyə gəlmişlər, gəldiklərinə görə də Elmir onlara metadon və marixuana verəcəkmiş. Sürücünün isə bu işlə heç bir əlaqəsi olmamış, 60 manat qarşılığında Göyçaydan bunları taksi kimi gətirib. Təqsirləndirilən şəxsləri saxlayarkən onların hər üçü bir yerdə bağlamanı avtomobilə tərəf aparırmışlar. Saxlanılarkən hər üç təqsirləndirilən şəxs ərazidə olub, avtomobildə isə yalnız sürücü Vüqar olub. Onlara qarşı heç bir təzyiq və təsir göstərilməyib, məlumat hər üç şəxs barəsində daxil olub və konkret ərazi göstərilmişdir. Təqsirləndirilən şəxsləri müşahidə edərkən yol kənarındakı yarımtikilidən bağlamanı götürüb, avtomobilə tərəf apardıqların görmüşlər. Həmin vaxt da tərəflərindən saxlanılmışlar. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarında olan BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin idarənin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib İmişli rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c 1, i.v 6-7) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 07 iyul 2023-cü il tarixdə saat 00:10-də şübhəli şəxs qismində tutulmuşlar. (c 1, i.v 21, 38, 55) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə qurudulmuş marixuanaya və metadon həbinə bənzər kütlələr, daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə qurudulmuş marixuanaya və metadon həbinə bənzər kütlələr, daha sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sağ yan cibində bir bükümdə qurudulmuş marixuanaya və metadon həbinə bənzər kütlələr, daha sonra Təqsirləndirilən şəxs1 əlindəki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri üç narıncı rəngli polietilen torbanın içindən altı ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və metadon həbinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. (c 1, i.v 66-71) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3671 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan bağlamadakı üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 05 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 50 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə 2 qram narkotik vasitə - metadon maddəsi müəyyən edildi; üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan bağlamadakı üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 03 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 30 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə 1,2 qram narkotik vasitə - metadon maddəsi müəyyən edildi; üzərində “Təqsirləndirilən şəxs3” yazısı olan bağlamadakı üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 03 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 30 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə 1,2 qram narkotik vasitə - metadon maddəsi müəyyən edildi; Həmin kisədə açıq vəziyyətdə (qərara əsasən Təqsirləndirilən şəxs1 məxsus) üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 92 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 920 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə 36,8 qram narkotik vasitə - metadon maddəsi müəyyən edildi; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məxsus və kisədə açıq vəziyyətdə (qərara əsasən Təqsirləndirilən şəxs1 məxsus) üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan tabletlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: 1№-li oby.Metadon üm. -50 tablet. – tədqiqata sərf eddildi-5tabl., qalıq-45 tablet. 2№-li oby. Metadon üm.-30 tablet. – tədqiqata sərf edildi-5 tabl., qalıq-25 tablet. 3№-li oby. Metadon üm.-30 tablet. – tədqiqata sərf edildi-5 tabl., qalıq-25 tablet. 4№-li oby. Metadon üm.-920 tablet. – tədqiqata sərf edildi-10 tabl., qalıq-910 tablet. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (c 1, i.v 108-111) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7/973 nömrəli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd narıncı rəngli sintetik torbadakı 03 (üç) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 11355 qram; 9590 qram; 6060 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 aşkar olunan kütlələr...” yazısı və imzalar olan bir ədəd narıncı rəngli sintetik torbadakı 03 (üç) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 9965 qram; 10560 qram; 9610 qram və həmin narıncı rəngli torbada ağ kağız üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi-43,55 qram, ağ kağız üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi-7,95 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs3” yazısı olan 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi-10,06 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-57201,56 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi-57201,56 qram (1-9№li ob), tədqiqata istifadə olundu- 1,5qram, qalıq-57200,06qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. (c 1, i.v 114-117) İş materiallarında olan 08 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. (c 1, i.v 262-268) İş materiallarında olan 08 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. (c 1, i.v 269-275) İş materiallarında olan 08 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. (c 1, i.v 276-282) İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1039/2023, 4(005)-1040/2023 və 4(005)-1038/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablanmışdır. (c 2, i.v 16-33) İş materiallarında olan 10 iyul 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 45 ədəd qalmış narkotik vasitə metadon həbi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 25 ədəd qalmış narkotik vasitə metadon həbi, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 25 ədəd qalmış narkotik vasitə metadon həbi və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdikləri ekspertiza tədqiqatına sərf ediləndən sonra 910 ədəd qalmış narkotik vasitə metadon həbi və qalıq çəkisi 57200,06 qram qalmış narkotik vasitə qurudulmuş mariuxuana iş üzrə maddi sübut hesab edilmişdir. (c 2, i.v 43-45) İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən 18210 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdə olan anten məlumatlarına 19 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində ***- ***-**-** saylı mobil nömrə vardır. xx.xx.2023-cü il tarixdə saat 16:17:17 radələrində ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bu nedi qaq cetde dore bu verdiyin men utanardim men bunu qret elemeye anamin cani ne bilim e” tipli mesaj yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. xx.xx.2022-ci il tarixdə saat 13:59:20 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa 10 manatım var gedəsi yerim var ala mənə olsun sənə otda qiret edəcəm” tipli mesaj yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. xx.xx.2023-cü il tarixdə saat 18:05:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Qaqa telefona yaxsi tema verir masindayam ustu ortulu danisacam yiq meni”, xx.xx.2023-cü il tarixdə saat 05:08:57-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “menem ruslandi sen agrida olsaydin men seni saxlamazdim agrida” tipli mesajlar yazılmışdır. Tema narkotik vasitə istifadəçiləri arasında narkotik vasitə və psixotrop maddənin hər hansısa növü, çet narkotik vasitənin bir dəfə istifadəlik üçün bükümü, ot – narkotik vasitənin qurudulmuş marixuana növü, ağrı isə narkotik vasitə istifadəçisinin narkotik vasitə istifadə etmədiyinə görə onda yaranan narahatçılığıdır. (c 2, i.v 78-81) İş materiallarında olan 22 avqust 2023-cü il tarixli, 3-13-7/2-6924/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdikdən sonra bu maddələri satış məqsədi ilə qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. X12 Respublikası vətəndaşı “Səyid” ləqəbli şəxsin kimliyini, eləcə də cinayətin digər iştirakçılarının, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu maddələri hansı yolla və kimlərin vasitəsi ilə əldə etmələrini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamalarını, onların narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şahidlərin dairəsini , digər cinayətlərin törədilməsində iştiraklarının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. (c 2, i.v 85) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1(046)-94/2022 nömrəli Göyçay Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c 2, i.v 87-92) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşağı vardır. (c 2, i.v 105) İş materiallarında olan Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, xx/xx-9986 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu ildən, Təqsirləndirilən şəxs2 2016-cı ildən, Təqsirləndirilən şəxs3 isə xx.xx.2022-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi X9 qeydiyyatdadır. (c 2, i.v 106) İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 03 il 02 ay 01 gün azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddətinə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə CM-in 234.1-ci maddəsi ilə 02 il 01 ay cəza təyin edilib. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (c 2, i.v 109-111) İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə narkoloji məcburi müalicə təyin edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə narkomaniyadan məcburi mülaicə ləğv olunub. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilib. Bundan başqa Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə narkoloji məcburi müalicə təyin edilməklə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilib. (c 2, i.v 112-114) İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Rusiya Federasiyasının CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək Dağıstan Respublikasının Sovet Rayun Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilib. Bundan başqa Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. (c 2, i.v 115-116) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji yoxlamasının 09 sentyabr 2023-cü il tarixli 5805 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 124-125) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji yoxlamasının 16 sentyabr 2023-cü il tarixli 5957 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 126-127) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji yoxlamasının 09 sentyabr 2023-cü il tarixli 5800 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 128-129) İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, 10 avqust 2023-cü il tarixdə Azercell MMC-dən 18210 nömrəli məktuba əlavə edilən CD disk və şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmişdir. (c 2, i.v 130-150) İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən görünür ki, həbs edilmiş X1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabç açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, hər iki baldır nahiyəsində postinyeksion trofiki xoralar müşahidə edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sol döş nahiyəsində, sol bazunun ön səthində, hər iki said nahiyyəsində, qarının ön divarında, boyunun sağ yan nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sol said nahiyyəsində köhnə çapıq toxumalar müşahidə olunmuşdur. (c 3, i.v) İş materiallarında olan 24 aprel 2024-cü il tarixli Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2023-cü il tarixdə şöbədə icraata qəbul edilmiş, məhkumun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinə müraciət edilmişdir. Hökmün icrası ilə əlaqədar olaraq məhkum Təqsirləndirilən şəxs3 dəfələrlə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunsa da o gəlməmiş, cəzasını çəkməkdən boyun qaçırmışdır. Buna görə də məhkumun məcburi qaydada şöbəyə gətirilməsi üçün qərar qəbul edilərək Göyçay Rayon Polis Şöbəsinə göndərilmiş, eyni zamanda məhkum barəsində axtarış tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti orqanlara sorğular ünvanlanmışdır. Məhkum Təqsirləndirilən şəxs3 Göyçay Rayon Məhkəməsinin 1(046)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. (c 3, i.v) İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)- 150/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm 19 aprel 2024-cü ildə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. (c 3, i.v) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamın faktiki tərəfini tam mübahisələndirdikləri və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərlərində heç bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitələr polis əməkdaşları tərəfindən üzərlərinə qoyulmuşdur. Hadisə yerinə narkotik vasitələr götürmək məqsədilə getmədiklərini, bu barədə aralarında razılıq olmadığını, bundan başqa Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün İİR-də olan digər şəxslə danışaraq ona göndərilmiş 100 qram “nəşə”, yəni qurudulmuş marixuana götürmək məqsədilə həmin əraziyə getdiyini, bu barədə digər təqsirləndirilən şəxslərlə əvvəlcədən aralarında heç bir danışığın olmamasını, yalnız maşından düşərkən Nurlan və Ruslana nəşə götürəcəyini deməsini, özünün narkotiklərin olduğu yarımtikiliyə tək getdiyini, digərlərinin isə avtomobildə onu gözlədiklərini, narkotikləri orada olan yarımtikilinin içində bir-iki metr məsafədən gördüyünü, bundan sonra polislər tərəfindən tutulduğunu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 yaxın adamından pul götürəcəyini deməsinə görə onunla birlikdə hadisə yerində getdiklərini, aralarında narkotik vasitənin götürülməsi ilə bağlı heç bir danışığın olmadığını, yalnız Təqsirləndirilən şəxs1 hadisə yerində avtomobildən düşərkən “nəşə”, yəni qurudulmuş marixuana götürəcəyini bildirməsini, bu zaman ona iradlarını deyib, etiraz etdiklərini, hadisə yerində avtomobildən yerə düşmədiklərini, daha sonra polis əməkdaşları tərəfindən avtomobildən düşürülərək Təqsirləndirilən şəxs1 olduğu yerə aparılıb, narkotik vasitələr olan bağlamanı orada gördüklərini, fiziki təzyiqlər və təhdidlər nəticəsində isə etirafedici ifadələr verdiklərini bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə onlardan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqinə məruz qaldıqlarını bildirmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin iddia etdiyi halla razılaşmır və hesab edir ki, onlar belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişlər. Belə ki, təqsirləndirilən şəxslərin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onların iddia etdiyi halların baş verməsi mümkün olsa da, onların əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barələrində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdikləri hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdikləri halları mübahisələndirməmişlər. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istər onların vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda onlar bu halları hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçının suallarına cavab olaraq söylədikləri səsli nitqində törətdikləri cinayət əməlini səmimi etiraf etmişlər, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bundan başqa məhkəmə tərəfindən müvafiq sorğu əsasında təqsirləndirilən şəxslərin saxlanıldıqları istintaq təcridxanasına daxil olarkən keçirildikləri tibbi müayinə zamanı bədənləri üzərində hər hansı bir xəsarət və ya xəsarət izlərinin olması barədə məlumatlar götürülmüş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalmaqla onlardan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 142-146), xx.xx.2023-cü ildə (cild İ – i.v. 213-217) təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 170-174), xx.xx.2023-cü ildə (cild İ – i.v. 228-231) təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 198- 202), xx.xx.2023-cü ildə (cild İ – i.v. 242-245) təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində, xx.xx.2023-cü ildə (cild İ – i.v. 262-268) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, xx.xx.2023-cü ildə (cild İ – i.v. 269-275) Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, xx.xx.2023-cü ildə (cild İ – i.v. 276-282) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı vermiş olduqları ifadələrində, eləcə də üzərlərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədikləri səsli nitqlərində işin faktiki hallarına uyğun gələn ifadələr vermişlər. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən və təqdim etdiyi polietilen torbalardan aşkar olunan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında gizlədilən yerdən əldə etmişdir, narkotik vasitələri Bakı şəhərində deyiləcək ünvana çatdırmasının qarşılığında “Səyid” ona 2 kq heroin verəcəkdir, Nurlan və Ruslan isə Səyid adlı şəxslə danışdığını və onun göndərdiyi narkotik vasitələri deyilən ünvanlara qoyacağını bilmişlər, bu işdə ona köməklik edəcəkləri barədə razılaşmışlar və birlikdə Göyçay rayonundan aşkar olunan narkotik maddələri götürmək üçün gəlmişlər, sonuncular narkotikləri götürüb aidiyyatı yerə çatdırmağa köməklik etmələri müqabilində onlara üzərlərindən aşkar olunan marixuana və metadonu vermişdir, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, aşkar olunan narkotiklərin daşınmasına köməklik edib əvəzində marixuana və metadon əldə etmək məqsədi ilə əvvəlcədən razılaşaraq Göyçay rayonundan İmişli rayonuna gəldiklərini, orada Təqsirləndirilən şəxs1 torbalardakı narkotik vasitə qurudulmuş marixuanadan bir büküm və 3 ədəd blisterdə narkotik vasitə metadon həbini götürərək onlara verdiyini, həmçinin özünün də götürdüyünü, daha sonra birlikdə torbalarda olan narkotik vasitələri götürüb maşına tərəf getməyə başladıqlarını, lakin həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldıqlarını qeyd edilən ifadələrində və səsli nitqləri ilə bilvasitə öz seçimləri əsasında cəlb edilmiş peşəkar vəkillərinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişlər. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə, hədə-qorxuya və pis rəftara məruz qalmalarını bildirməklə özlərinə qarşı verdikləri ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslərin məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, təqsirləndirilən şəxslər məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçilərinin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilən zaman törətdikləri cinayət əməllərini səmimi etiraf etmişlər və onların bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 07 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 07 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl təqsirləndirilən şəxslər barəsində onlara dövlət hesabına müdafəçi ayrılmasına dair və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmaları haqqında qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar İmişli Rayon Vəkil Bürosunun vəkilləri Sərraf Quliyev, Sərraf Feyzullayev və Yusif Nərimanov təqsirləndirilən şəxslərə təqdim olunmuş, sonuncular isə həmin vəkillərin onları müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolları vəkillə birlikdə imzalamışlar. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 07 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçilərinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra təqsirləndirilən şəxslərə şəxsi axtarış həyata keçirilmiş və Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə qurudulmuş marixuanaya və metadon həbinə bənzər kütlələr, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə qurudulmuş marixuanaya və metadon həbinə bənzər kütlələr, Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sağ yan cibində bir bükümdə qurudulmuş marixuanaya və metadon həbinə bənzər kütlələr, daha sonra Təqsirləndirilən şəxs1 əlindəki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri üç ədəd narıncı rəngli polietilen torbanın içindən altı ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və metadon həbinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, təqsirləndirilən şəxslərin üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkillər tərəfindən, habelə onların özü tərəfindən video-görüntüdə onlara qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə onlara işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmalarını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqda onların bütün hüquqları, o cümlədən müdafiəçilərinin iştirakı təmin edilməklə tutulmalarına dair protokollar tərtib olunduqdan sonra şəxsi axtarışları həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. İş materiallarından da görünür ki, təqsirləndirilən şəxslərə tutulduğu andan müdafiəçilər təqdim edilmiş və onlar həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə dindirilmiş, həmin dindirmə protokollarının sonunda “ifadəmi oxudum, düzdür, əlavəm yoxdur, imzamla təsdiq edirəm” sözləri yazılmış, həmin protokollar həm özləri, həm də müdafiəçilər tərəfindən imzalanmışdır. Beləliklə də, təqsirləndirilən şəxslərin yuxarıda elan və tətqiq edilən ifadələrinin təhlili göstərir ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onların digər şəxslə (Səyid adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Səyid adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdikləri şəxslə mobil telefon vasitəsi ilə razılıq əldə etmələrini, cinayət əlaqəsinə girdikləri şəxsin İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında yarımçıq tikilidə narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs1 dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdikləri şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxslərin öz aralarında və həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdikləri şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi onların cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduqları başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Habelə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və digər şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahının 12a və 13-cü sətrlərinə əsasən marixuana, metadon narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 5 qram, 0,02 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 500 qram, 1,6 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Habelə, Gəncə Şəhər Məhkəməsinin 05 mart 2023-cü il tarixli, 1(125)-150/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş və çəkilməmiş 2 (iki) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs3 hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandıqları müddət hər birinin cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətlərinin başlanğıcı onların azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan 07 iyul 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində narkomaniyadan məcburi müalicə təyin edilməli və hər üç təqsirləndirilən şəxsin Respublika Narkoloji Mərkəzi X9 qeydiyyatda olmaları nəzərə alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 57201,56 qram olan narkotik vasitə marixuana, 910 ədəd, 45 ədəd, 25 ədəd, 25 ədəd metadon həbləri məhv edilməli, iş materiallarında olan 10 avqust 2023-cü il tarixdə Azercell MMC-dən 18210 nömrəli məktuba əlavə edilən CD disk, baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-188 (bir yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 hər birindən 60 (altmış) manat, Təqsirləndirilən şəxs1 68 (altmış səkkiz) manat olmaqla tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Şəhər Məhkəməsinin 05 mart 2023-cü il tarixli, 1(125)-150/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş və çəkilməmiş 2 (iki) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs3 hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 57201,56 qram olan narkotik vasitə marixuana, 910 ədəd, 45 ədəd, 25 ədəd və 25 ədəd metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan 10 avqust 2023-cü il tarixdə Azercell MMC-dən 18210 nömrəli məktuba əlavə edilən CD disk, baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-188 (bir yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 hər birindən 60 (altmış) manat, Təqsirləndirilən şəxs1 68 (altmış səkkiz) manat olmaqla tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-206/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-206/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver