Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-206/2025 08.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda 2510 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun və Cinayət-axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 28 sentyabr 2024-cü il tarixdə saat 21:06-da Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan şəhər filialının qarşısında yaxalanan zaman əlindən yerə atdığı 01 ədəd göy rəngli polietilen torbanın içərisindən 04 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 620 qram, 740 qram, 540 qram, 610 qram, ümumi təmiz çəkisi 2510 qram olmaqla xüsusilə külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 sentyabr 2024-cü ildə saat yeddi radələrində yaşadığı ünvan 2 ünvanından çıxıb bər-bərə getmişdir. Özü narkotik istifadəçisi olmuş, heroindən istifadə etmişdir. Lakin son üç aymış ki, eliyə bilmirmiş, ağrıları olmuş, heç harda satışda yoxmuş. Uzun müddətmiş, hardasa üç-dörd aymış ki, bir iranlı ona yazırmış. Deyirmiş ki, “gəl Biləsuvara, Zərdaba mən sənə heroin verim”. Özü isə iranlıya pulunun olmadığını deyirmiş. Hadisə günü də iranlı ona yazmışdır ki, “kuriyerim Şirvandadır, sənə istifadən üçün heroin verim, gedib götür”. Özünün isə hər yerə onunla getdiyi taksi sürücüsü olan qonşusu Şahid1 var. İlqara zəng edib, Şirvana gedib-qayıtmaq lazım olduğunu demiş, o isə problem olmadığını demişdir. Bundan sonra saat yeddi-səkkiz olarmış Sabirabaddan Şirvana yola çıxmışlar. Şirvana on dəqiqə qalmış çatmağa iranlı ona konum göndərmişdir. Səhv etmirsə Hacıqəhrəmanlı deyilən yerə konum göndərmiş, ordan götürəcəyini demişdir. Konumda şəkillə istiqamətdə görsənmişdir. Şəkili konum olan yerə çatdıqda oradakı dayanacağın arxasında atılmış bir mağaza kimi yerin şəkilini və sumkanın da şəkilini göndərmişdir. İranlı demiş ki, “istifadəm üçün o boyda şey niyə qoymusan”. Bu zaman qaranlıqdan telefona gələn sms səsi eşitmişdir. Buna görə də qayıdıb maşına minmiş, narkotiki götürmədən getmişdir. Daha sonra geri qayıdıb Kür körpüsün keçəndə, iranlı yenidən ona zəng vurub, guya həmin kuriyerin qız olduğunu, malı səhv saldığını, ona əlbəəl heroin verəcəyini demişdir. Bundan sonra isə başqa konum atmışdır. Həmin yer isə Şirvan dairəsindən köhnə hamam tərəfi göstərmişdir. İranlı demişdir ki, “qız qardaşı ilə birlikdədir, həmin adam arıq oğlandır, başında da kepka var, səni qarşılayacaq”. Konum olan yerdə də həmin adamı görüb, yaxınlaşmış, iranlı dediyi adamın o olduğunu soruşmuşdur. Həmin şəxs isə bunu təsdiq etmiş, narkotiki daşın dibinə qoyduğunu demişdir. Bu zaman ona gedib gətirməyini dedikdə, həmin şəxs demişdir ki, “get özün gətir”. Gedib yaxınlaşdıqda görmüş ki, şəkildəki sumkadır. Həmin vaxt artıq əməliyyatçılar ona yaxınlaşmışdır. Onu tutub yerə yıxmışlar. Demişlər ki, “heroindir”, özü isə bunu haradan bildiklərini soruşmuşdur. Eyni zamanda arxa cibində “rezak” olduğunu, gedib sumkanı kəsib baxmalarını, sumkanın onun olmadığını bildirmişdir. Şikayətçi olmasa da, polis ona təzyiq göstərmişdir. Sonra cibindən “rezak”ı çıxarıb kəsib baxmışlar. Ekspert isə demişdir ki, “heroindir”. Daha sonra şöbəyə aparılmış, orada boynuna götürməmişdir. Polislər isə narkotiki aparıb evində yataq otağından çıxaracaqlarını deyib, ailəsi ilə təhdid etmişlər. Ondan sonra isə ifadələrinə qol çəkmişdir. İranlı ilk dəfə onunla danışanda 300 qram heroin olduğunu demiş, özü isə pulunun olmadığını, həm də o qədər istəmədiyini bildirmişdir. Bir-iki ay danışdıqdan sonra isə iranlı ona istifadəsi üçün heroin göndərəcəyini demiş, özü isə həmin heroinə görə ona pul verəməyəcəkmiş. Hadisə günü isə birinci ünvana gedəndə bağlamanı görmüş, beş-altı metr məsafədə ona yaxınlaşmışdır. Ərazidən telefona sms səsi gəldiyindən qayıdıb maşına minib getmişdir. İranlının təkilif ona 300 qram heroin, bir kq marixuana və 95 ədəd metodon həbini göndərməsi olmuş, həmin narkotikləri isə istədiyi təqdirdə özünə götürə biləcəyini demişdir. Saxlanılarkən isə ona fiziki təzyiqlər etmişlər, eyni zamanda narkotiki gedib evindən çıxaracaqları barədə təhdid etmişlər. Müstəntiq ona heç bir təzyiq və ya təhdid etməmiş, ifadələrində göstərilənləri əməliyyatçılar demiş, ifadələrini isə oxumadan imza etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 1 ay olar ki, hərdən istifadə etdiyi 099 *** ** ** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə İİR vətəndaşı Hadi adlı şəxsin ona +98 905 143 46 71 saylı nömrə ilə yazdığını görmüşdür. Hadi ona göstərdiyi müddət ərzində Bakıda və yaxud Biləsuvarda dövriyyəsi qanunla məhdudlaşdırılmış, narkotik vasitə olan marixuana, metamfetamin və M40 həbləri olduğunu onları götürməyini, götürdükdən sonra isə yolda olan zaman deyəcəyi yerə qoymağını bildirmişdir. O, hər dəfəsində Hadinin dedikləri ilə razılaşmamışdır. Danışıqlar əsasında Hadi onun Sabirabad rayonunda yaşadığını bilmişdir. xx.xx.2024 tarixdə saat təxminən 19 radələrində Hadi ona Şirvan şəhərinə getməyini, orada deyəcəyi yerdə 300 qram heroin, 90 ədəd M40 həbləri və 1 kq marixuana olacağını, marixuana və M40 ona aid olmadığını, 300 qram heroin isə ona verəcəyini vəd etmişdir. O, bundan sonra Hadinin dediyi ilə razılaşmışdır. Hadi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqədə olmuş, sonuncu ona hara getməyini izah etmişdir. Hadi ona şəkil ataraq Şirvan şəhərində yerləşən Avtovağzal yaxınlığında dayanacaq olduğunu və onun arxasında sellofan bükümdə əvvəlcədən ona bildirdiyi 300 qram heroin, 90 ədəd M40 həbləri və 1 kq marixuana olduğunu demişdir. O, Hadinin qeyd etdiyi və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ünvanı göndərdiyi yerə çatdıqda avtomobili saxladaraq yürüyüb həmin dayanacağa yaxınlaşmışdır. Dayanacağa yaxınlaşmaq istədikdə ətraf çox qaranlıq olmuşdur. Birdən ətrafda olan kolların içərisindən telefon səsinin gəldiyini eşidib geri qayıtmış, avtomobilə əyləşərək İlqara getməyi bildirmişdir. Hadi bundan sonra ona yazaraq yuxarıda qeyd etdiyi dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələri əlbəəl bir arıq oğlan və qızın verəcəyini deyərək onu özünə inandırmışdır. O, yenidən İlqara geri qayıtmaq lazım olduğunu demiş və qayıtmışlar. Yenidən onlar Şirvan şəhərində yerləşən Avtovağzal yaxınlığında deyil biraz oradan düz getdikdən sonra, şəkil göndərdiyi yerdə dayanmalarını bildirmişdir. O, aralıda tək arıq oğlan durduğunu görərək avtomobildən düşərək həmin oğlana yaxınlaşmışdır. Həmin şəxsi tanımamışdır. İlk dəfə idiki görürdü, qaranlıq olduğuna görə üzünü ayırd edə bilməmişdir. O, həmin oğlana Hadi deyən adamın olduğunu sual etdikdə ona müsbət cavab vermişdir. Ona malların əlbəəl çatmalı olduğunu dedikdə irəlini əli vasitəsi ilə göstərərək oraya atdığını demişdir. O, həmin yerə çatdıqda yerdə sellofan bağlamada bir ədəd büküm vardır. O, onu əlinə alaraq götürmüşdür. Bağlama əlində olarkən oranı tərk etmək istədikdə həmin vaxt ətrafdan Polis əməkdaşları özlərini təqdim edərək yanına yaxınlaşmışlar. O, Polis adını eşitdikdə dərhal əlində olan dövriyyəsi qanunla qadağan edilmiş, narkotik tərkibli bağlamanı yerə atmışdır. Daha sonra polis əməkdaşları təqdim etdiyi kütlə elektron tərəzi vasitəsi ilə çəkilərək qablaşdırılmış və götürülmüşdür. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs elan olunmuş ifadələri təsdiq etmədiyini, həmin sözləri ona əməliyyatçıların dediyini, ifadələrini oxumadan imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Ağaqulunu tanıyır, yaxşı münasibəti var, qonşusudur. Hadisə günü toyda olmuş, telefonuna Ağaqulu zəng vurmuş, ona “Şirvana dəyib qayıtmağı” xahiş etmişdir. Həmin vaxt saat 19:00 radələri olmuş, özü isə Ağaquluya saat 21:00-da idarədən müştərisi olduğunu, onu aparmalı olduğunu demişdir. Ağaqulu isə ona kimi gedib-qayıdacaqlarını demişdir. Bundan sonra rayonun icra hakimiyyətinin qarşısında Ağaqulu ilə görüşüb Şirvana yola düşmüşlər. Şirvan gəlib çatanda Ağaqulu ona Hacıqəhrəmanlı deyilən yerə gedəcəyini demiş, özü isə ora maşın sürməyəcəyini bildirmişdir. Ağaqulu isə ora dörd km məsafə qaldığını sürməsini istəmiş, bundan sonra həmin yerə maşını sürmüşdür. Ora çatdıqda Ağaqulu maşından düşmüş, həmin yerdə dayanacaq olmuş, daha sonra geri qayıdıb maşına minmişdir. O zaman düşünmüş ki, “bu nəsə başqa şeydir”. Çünki, Ağaqulu maşına minəndə demişdir ki, “kiməsə zəng gəldi”. Qayıtmışlar geriyə ayrıdan Ağaqulu bu dəfə başqa yerə avtovağzala sürməsini istəmişdir. Həmin yerə gəlmişlər, Ağaqulu maşından düşmüş, özü isə maşına fırlayıb üzü yola saxlamışdır. Güzgüdə Ağaquluya baxmış, görmüş ki, onu tutdular, sonra isə gətirmişlər ki, narkotikdir. Ağaqulunun əlində isə heçnə görməmişdir. Həmin vaxt hay-küy eşitmiş, özünü də maşından çıxarmışlar, bilmiş ki, onlar polisdir. Əvvəl yayınmaq istəmiş, maşını işə salmış, sonra isə dayanmışdır. Yolda isə Ağaqulunun telefonuna sms gəlmiş, onun danışından da başa düşmüşdür ki, Ağaqulu narkotik dalınca gedir. Özünə qarşı heç bir təsir-təzyiq edilməyib, Ağaquluya da edildiyini görməmişdir. Ağaqulunu ikinci ünvana aparanda ona demişdir ki, “düş maşından”, Ağaqulu isə ondan xahiş etdiyindən yazığı gəlib onu gözləmişdir. İstintaq zamanı da müstəntiqə ifadə vermiş, ona qarşı heç bir təsir təzyiq edilməyib, ifadəsini isə oxuyub qol çəkmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Həmin ifadəsində Şahid1 bildirmişdir ki, saat təxminən 19:40 radələrində Şirvan şəhərinə çatmışlar. Yol boyu o, Ağaqulunun kimləsə yazışdığını müşahidə etmişdir. Ağaqulu ona Şirvan şəhərində yerləşən Avtovağzal yaxınlığında dayanacaq olduğunu və onun yanında adamla görüşəcəyini demişdir. Ağaqulunun dediyi ünvana çatdıqda avtomobili saxlamasını, onu gözləməyini deyərək avtomobildən düşüb yürüyərək dayanacağa yaxınlaşmışdır. Dayanacağa yaxınlaşmağı ilə geri qayıtmışdır. Ona təcili sürməyini evə getməyi bildirmişdir. Onlar oradan biraz uzaqlaşmışlar. Kür çayının üzərindəki körpüdə olduqda Ağaqulu ona geri qayıtmağı bildirmiş, cavab olaraq işinin olduğunu özünədə dediyi kimi adam gözlədiyini demiş, ona yolda qoymamağını bildirmiş, 5 dəqiqə çəkəcəyi deyə söz vermişdir. Yenidən onlar Şirvan şəhərində yerləşən Avtovağzal yaxınlığında deyil biraz oradan düz getdikdən sonra, Ağaqulunun istifadə etdiyi mobil telefona şəkil göndərdiyi yerdə dayanmalarını bildirmişlər. Onlar aralıda tək arıq oğlan durduğunu görmüşlər, Ağaqulu avtomobildən düşərək həmin oğlana doğru yaxınlaşmışdır. Həmin vaxt o, idarə etdiyi avtomobilin istiqamətini gəldikləri tərəfə doğru dəyişmişdir. Avtomobildə salonda olan orta güzgü vasitəsi ilə arxada Ağaqulunun neynədiyinə baxmışdır. Ağaqulunun birdən əlindən nə isə atdığını və ətrafda polis olduqları təəsuratı yaradan şəxslərin üzərinə gedərək tutduqlarını görmüşdür. Həmin vaxt ətrafdan Polis əməkdaşları özlərini təqdim edərək yanına yaxınlaşmışlar. Polis əməkdaşları Ağaqulunun əlindən atdığı dövriyyəsi qanunla qadağan edilmiş, narkotik tərkibli bağlamanı elektron tərəzi vasitəsi ilə çəkilərək qablaşdırılmış və götürülmüşdür. İfadələri elan olunduqdan sonra Şahid1 elan olunmuş ifadələrində “avtomobildə salonda olan orta güzgü vasitəsi ilə arxada Ağaqulunun neynədiyinə baxdıqda onun birdən əlindən nə isə atdığını və ətrafda polis olduqları təəsuratı yaradan şəxslərin üzərinə gedərək tutduqlarını gördüyünü” demədiyini o hissədə ifadəsini təsdiq etmədiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2024-cü il tarixdə xidmətdə olarkən özünə əməliyyat məlumatı daxil olmuşdur ki, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 46-da qeydiyyatda olmaqla yaşayan Tağıyev X5 şəhərindən Şirvan şəhərinə gələrək qanunsuz yolla əldə etdiyi narkotik vasitələrin satışını həyata keçirəcək. Həmçinin daxil olmuş məlumatda Təqsirləndirilən şəxs gələcəyi taksi avtomobilində məlumatları da bildirilmişdir. Bu səbəbdən əməliyyat-axtarış tədbirinin gedişində tərəfindən qərar qəbul edilmiş və rəhbərliyi altında əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən 28 sentyabr 2024-cü il tarixdə saat 21:06-da Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində tədbir keçirilmiş, onları izləmişlər. Tədbir zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs və sürücü Şahid1 onları sezərək qaçmağa başlamalarını və Təqsirləndirilən şəxs əlindəki göy rəngli polietilen torbanı yerə atmasını görmüşlər. Bu səbəbdən həmin şəxslərin əməliyyat qrupunun bütün üzvlərilə birgə yaxalanmaları zərurəti ilə əlaqədar 21:08-dək olan müddət ərzində videoçəkilişin qeydə alınması texniki səbəblərdən mümkün olmamışdır. Saat 21:08-də hər iki şəxs tərəflərindən yaxalanaraq əməliyyat-axtarış tədbirinin videoçəkilişlə qeydə alınmasına başlanmışdır. Aşkar edilmiş bağlamdan narkotik vasitə heroinə bənzər kütlə götürülüb qablaşdırılmışdır. Onları saxlayarkən isə fiziki qüvvə tətbiq etmişlər. Birinci Ağaqulu əməlini etiraf etməmiş, qızla görüşmək üçün gəldiyini demiş, sonra isə əvvəllərdə narkotiklə bağlı məhkum edildiyini, M40 metadon atdığını, götürdüyü bağlamanı harasa qoyub, müəyyən qədər narkotikin ona veriləcəyini bildirmişdir. Ağaqulunu bağlama əlində gəldiyini görüb, ona cəld yaxınlaşmışlar. Özü ona tərəf qaçanda Ağaqulu bağlamanı yerə atmışdır, o isə Ağaqulunu yaxalamışdır. Həmin vaxtda Ağaqulu hətta götürdüyü bağlamadakı narkotikdən istifadə etmək istədiyini də bildirmiş, lakin ona heç bir şərait yaradılmamışdır. Məhkəmə iclasında Şahid5 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitələrin satışını, həyata keçirməsi, bu məqsədlə narkotik vasitələri saxlaması və daşınmasında şübhəli olması, Şahid1 idarə etdiyi “VAZ21011” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Sabirabad rayonu ərazisindən Şirvan şəhərinə şəxsiyyəti əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektlərə məlum olmayan şəxsdən aralarında qabaqcadan əldə olunmuş razılığa əsasən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edəcəyi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs hərəkət edəcəyi marşrutlar və naməlum şəxslə görüş yerinin dəqiqləşdirilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq yaxalandığı yerdə üstünün yoxlanılması, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi, müsbət halda aşkar edilmiş predmetlərə baxış keçirilməsinə dair Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 7-8) İş materiallarında olan əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 28 sentyabr 2024-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 21:06-da polis əməkdaşları tərəfindən yaxalanan zaman əlində olmaqla yerə atdığı polietilen torbadan narkotik vasitə heroinə bənzər maddə, Təqsirləndirilən şəxs və Şahid1 məxsus 02 ədəd mobil telefonlar, Şahid1 iadrə etdiyi Vaz-21011 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə avtomobildən bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 9-12) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:06-dan faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 24) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 29 sentyabr 2024-cü il tarixli 18/838 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs üzərində….» sözləri yazılmış kağız paketdə olan tamlığı pozulmuş 01 ədəd kağız paketdə 04 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 620 qram, 740 qram, 540 qram, 610 qram, ümumi çəkisi 2510 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin ümumi təmiz çəkisi 2510,0 qram, cəmi təhqiqata sərf edildi 0,40 qram, qalıq 2509,60 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manatdır. (c 1, i.v 43-45) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 29 sentyabr 2024-cü il tarixli 18/839 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin ümumi təmiz çəkisi 2509,60 qram, cəmi təhqiqata sərf edildi 0,40 qram (hər ob-0,10 qram), qalıq 2509,20 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manatdır. (c 1, i.v 56-58) İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 29 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Poco X3” markalı mobil telefona baxış zamanı mobil telefonun ekranı açıldıqda, içərisində ayrı-ayrı qovluqlar olması görünür, telefonda olan “WhatsApp” sosial şəbəkəsinə daxil olunduqda Təqsirləndirilən şəxs “Hadi2” adlı şəxslə +98 905 *** **** saylı mobil nömrə ilə olan yazışmalarda “Hadi2” adlı şəxsdən xx.xx.2024-cü il tarixdə saat 20:52-də “konum”, saat 20:52-də “Hadi qardaş ona de gelsin bura tez verim əlbəəl cixim gedim bilirsen uşagim xəstədi cox yubana bilmir tez gəlsin bura mən qorxmaliyame mali veren menem o yox”, saat 20:52-də 09 saniyəlik səs yazısı olan “qardaş, bu yazını oxu, nə yazıb, deyir gəlsin burda əlbəəl görüşək”, saat 20:53-də 04 saniyəlik “mənə bir səs verin başıva dönüm, mənim ürəyim partlayır burda” səs yazıları vardır. Bundan başqa həmin tarixdə saat 20:53də Təqsirləndirilən şəxs “Hadi2” adlı şəxsə 03 saniyəlik “dəbərdim, dəbərdim ora, 10 dəqiqəyə, 5 dəqiqəyə ordayam” səs yazısı, saat 20:54-də “Hadi2” adlı şəxsdən 11 saniyəlik “qardaş, bir dənə arıq oğlandı, bir dənə də yanında qız var da, bildin, olar ilə görüşərsən” səs yazısı, saat 20:55-də 09 saniyəlik “qardaş bu səsə bir qulaq as, bir oğlandı, arıq oğlan, bir də qızla görüşərsən, arıq oğlan, bil ha sənə nə deyirəm”, saat 20:55-də “Hadi2” adlı şəxsə 05 saniyəlik “bildim e Hadi bildim, zaryatkam ölür, bir şey eləmə, çatım olara xəbər edəcəm” səs yazısı, saat 20:55-də “Hadi2” adlı şəxsdən 07 saniyəlik “Qadaa alım elə demə, başaa dönüm elə demə, ürəyim partlayır, bayaqdan bir məhəlləni qədəm vururam, indi şəklin atıram bax” səs yazısı, saat 20:55-də “Hadi2” adlı şəxsdən 01 ədəd küçə fotoşəkli, sonra “Hadi2” adlı şəxsdən saat 20:56-da 27 saniyəlik səs yazısı “bayaqdan elə bu məhəlləni qədəm vururam, ürəyim partlayır, başaa dönüm, mən də sənəd verib mal götürmüşəm dana, qıçım sınır, sənin o günü pulun olmadı, gərək bu əmanəti sən gedib götüreydün, neynəh e, genə salamatçılıq olacağe görəcəksən, yəni heç nigaran olma, əlbəəl get görüş, mən sənə deyirəm, başından bir tük əskik olmaz” səs yazısı, saat 20:57-də “Hadi2” adlı şəxsdən 08 saniyə “gör nə deyirəm, bir dənə arıq oğlanla gəlir a, arıq oğlanla, bildin, yəni qardaşınla gəlir” səs yazısı, saat 21:15-də “Hadi2” adlı şəxsdən “ay qardaş, amaneti aldin əlbəəl mənə hə yox de” mesajı yazılması görünür. (c 1, i.v 60-64) İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)- 195/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 sentyabr 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 83-89) İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 30 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Poco X3” markalı mobil telefona baxış zamanı “TikTok” sosial şəbəkəsinə daxil olarkən mesajlar hissəsində Təqsirləndirilən şəxs şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxslə aşağıda qeyd olunan tarixdə söhbətləri müəyyən olunmuşdur: - xx.xx.2024-cü il tarixdə saat 23:08-də Təqsirləndirilən şəxs həmin şəxs şərti adı “Gümüş(iki ürək və bir roza)”-ya “salam netersen Gumusu, iki gündü yatıram, Adil hansıdiki, Gümü mənim köhnə iranlı tanışım direnib ki gəl yarim dene kola atım, nəsə gözüm su içmir, Gah Biləsuvar dedi indidə Şirvan deyir, Məsləhətləşməyə heç kimim yoxdu ay Gümü, maqil bir yerdə daqidirdiq alemi” yazmışdır. - xx.xx.2024-cü il tarixdə saat 23:08-də şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “salam nətərsən dostum, Gedmə birdən, tutalar” yazmışdır. - xx.xx.2024-cü il tarixdə saat 01:11-də Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Hele məndə ona görə qalmişame, Nese direnibe bu mənə ki ged, birinci dedi ged Biləsuvara” yazmışdır. - Sonuncu söhbətin davamı olaraq şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Famildə 60 kiloyla gedi” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Ayda, Allah köməyi olsun” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Hə pis olmuşam” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Gumu deyir 500qr koladi, 130 dənə m40, 2 kq ot” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Sənidə itirməy isdəmirəm” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Guya sirvanda qizdadi ünvan edəcək götürəcəm, inanmırame qizda ola mənə verə oları, naqildi” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Gözüm su içmir” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Mənimdə, urəyimə birinci gəldi ki, tələdi” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Bu dəyqə tuta tutdu” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Ozüdə bu qiz buna atmışdı o vaxt mən alıb verdim” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Rzayla danişmirsan” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “yox, Rzada 120m qalıb, niyə sorusdun?, Yaman aldadıre uşaqları, Boş çıxır konum, Zahid səni soruşur, deyir hardadı xalaqızı” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Nəbilim ayıqlıq ləzət edmir” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “dedim qurtarib hər seynən, Besdi sən Allah, ayaq ol” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Qulu bərk sıxılam” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “He bilirem, Oralarda olsaydim cixib gezerdik, Mama neterdi?” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “hər kəs tutulub” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “he hami tutulib muqayet ol” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Gəlsəydin əla olardi, Mama əla” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “mende vallah 1 qepiyim yoxdu Amma yenede gedmirem, 10 gundu direnib iranli” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Bu gün mamanin yanından adam, Tutublar” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Ay daaa, dehsetdi her yer” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Bariqalar, dewet malları olub” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Gumu qabaq bu mene atibe 750 dene 500 dene” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “mənidə sıxan odu” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “sebirli ol, Aysel çıxıb?” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “yox mence, Harda” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Ayseldi elaqe saxla, o biri tik tokda?” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Boy” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “mende onda yazdım dene hardadi Gumu, Bacında yazdi el cekin” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “2 ədəd gülmək smayliki ” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “1 ədəd gülmək smayliki” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Nayle gəlinləri var ide, o mamanin, İş yerində ” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “day demir it 31 ceker Qulu el cekmez” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Gelimiw ” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Ne istiyirmis ki?” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Məni axtarirmiw ” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Olardan xeyir gelmez, hec vaxt” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Qulu bir famil birdə sən ən yaxın dostum olmusuz, O gedi” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “ay da iranlı ses atir yene” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Səni itirməy isdəmirəm” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “El cekmire bu, narahat olma, o qeder aqilsiz deyilem gorum ne atib ne deyir” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “yaxsi” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Gumu bayaq qizin sesin atdi mene qiz ona deyir ki 2 inci gun deyirmise bu gunde 1 inci gundu denen sabah 8 de gelsin ... Mende deyirem ki o kimi deyir ki? İranliya . bes deyirsen qizdadi bu deyir sabaha deyibmis, indi ona cavab yazir” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Bu işdə iş var, Götür qoy ed, Qız varsa bu işdə ehdiyatli ol” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Gumu deyir mene deqiq denen basqasina deyim. Amma deyir senden basqa hec kime etibar elemirem, kuryerin tutublar bunun, qalib giceley, mal kecirtdi Bilesuvara gedmedim men, indi deyir gelib sirvana, ged gotur dil aqiz edirki bes seninle o qeder is gormusuy menim malim batir arada, ne bilime basim xarab oldu, deyir sen meni taniyirsan, o bu neyine lazimdi, Bir yerde olsaydiq nese fikirlesib yoxlayardiq bu is” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Firikeww” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Amma qiz inanmirame elinden mali vere” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Mencede” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Qiz pati cekendi deyir patini vermiyecek” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Boş konum, Atar” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “onu saxlayir ki ozum satacam” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Zibile, Düwersen” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “he o da ola biler, bir defe edib de bu qoz, dasi verdi, kolanin evezine torpaq vermisdi, yaxsi iranli mene inandi, ne bilim Gumu sabah baxacam veziyyete, isteyirem yalannan deyim ordayam gorum ne olacaq” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Hee, Taktikalarimizdan” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “2 kq nese meni casdirire” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “isdifede ede, ot söhbəti acmirda” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Prosto imkan ola kenardan baxasan, he hele otu dedi men casdim” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Familde otla, tutublar” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Deyir qiz siravnda konum atir kliyentler gelmir ora Bakidan, Gotur sat verersen 1 hefteye zada, Bir deki gumu o vaxten tutulanda bunun 3000 pulu qaldi mende, Soram da dedim 50 dene at isteyen var atdi, onu da vermedim” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Ayda qulu bu cindirlara ümüd yoxduda” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “gülmək smayliki ataraq, he bilireme dene” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Abijni qalar” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Bu konkret tutdurmaq isteyir meni, mene ele gelir” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “mencede” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “Amma bir defede bele poxa dusub mali tocnu bele batirdi men diriltdim, ona gore deyir ki borc zad cehennem olsun qoyma malim batsin, Baxacam Gumusu veziyyete, Amma Gumu bu 6-7 ayi yaman eziyyet cekdim, helede cekireme, Kime de yaziram ses cixmir, bele kimim vare sene yazirdim sen yox, Adamin lap baqri catdiyir, Allaha sukur salamatciliqdi” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Meni demirsən zindan heyati cekdim” yazmışdır. - Təqsirləndirilən şəxs şərti adı“Gümüş(iki ürək və bir roza)”-yə “hee, Ot ola ot cekesen, Amma otda pis sixir adami islerin qaydasinda olmayanda” yazmışdır. - şərti adı “Gümüş(iki ürək və bir roza)” olan şəxs Təqsirləndirilən şəxs “Qulu məncə fikirləw, Seher, kart açaram gorum, ne gorsenir” yazmışdır. (c İ, i.v 102-121) İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-140/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Salyan rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 11 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş Sabirabad rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli hökmündən görünür ki, Tağıyev X5 rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. (c İ, i.v 133-134, 180-185) İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 508 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. (c İ, i.v 135-136) İş materiallarında olan Sabirabad Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sabirabad RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində qeydiyyatdadır. (c İ, i.v 139) İş materiallarında olan Sabirabad RİHB-nın Şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009 və 2013-cü il təvəllüdlü uşaqları var, barəsində nümayəndəliyə hal-hazıra kimi şifahi və yazılı şikayət daxil olmamışdır. (c İ, i.v 159, 165) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/1136 saylı rəyindən görünür ki, “POCO x3 Pro) modelli mobil smartfonun məlumat mübadilərini əldə edərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır. (c 1, i.v 186-189) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 28 oktyabr 2024-cü il tarixli 18/866 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir. «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 57,40 (əlli yeddi manat qırx qəpik) manatdır. (c 1, i.v 190-192) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 28 oktyabr 2024-cü il tarixli 18/867 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd metal predmet – zavod üsulu ilə hazırlanmış, təsərrüfatməişət təyinatlı (kağız, karton, faner və.s kəsmək üçün), kəsici xassəli bıçaqın tiyəsidir, istifadəyə yararsızdır, soyuq silah hesab edilmir. «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 57,40 (əlli yeddi manat qırx qəpik) manatdır. (c 1, i.v 193-195) İş materiallarında olan Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 273981 saylı sorğuya cavab məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-140/240 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 02 il 05 ay 26 gün təşkil edir. (c 1, i.v 205) İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməsi barədə xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılaraq material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c 1, i.v 207) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2024-cü il tarixli, 6979 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 217-218) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 noyabr 2024-cü il tarixli, 3197 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qonlarma fikirlər söyləməyə patoloji meyl yarada bilən hər hansı psixi xəstəlik müəyyən olunmamışdır. (c 1, i.v 219-221) İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.4-1 və 228.4cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, narkotik vasitə heroinin ekspertiza tətqiqatlarından sonrakı 2509,20 qram qalığı, Təqsirləndirilən şəxs məxsus “Redmi Poco X3” modelli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c 1, i.v 243-258) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini qismən mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin göndərdiyini, həmin narkotik vasitəni götürmək məqsədilə göndərilmiş konuma getdiyini, sellofan torbanın böyük olduğunu görüb götürmədiyini, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq, daha sonra polis əməkdaşlarının fiziki təzyiqi, təhdidi və pis rəftarı nəticəsində narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə tərkibi ilk öncə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqinə məruz qaldıqlarını bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxsin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onların iddia etdiyi halların baş verməsi mümkün olsa da, onların əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, müvafiq olaraq 18 noyabr 2024-cü il tarixli (cild İ, i.v 207) qərarla cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən məhkəməyə verdiyi izahatında törətdiyi cinayət əməlini səmimi etiraf edərək, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsir olunmadığını bildirmişdir. X11 Məhkəməsi «X1rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini, yalnız saxlanılarkən ona fiziki qüvvə tətbiq etdiklərini bildirmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla ondan etirafedici ifadələrin alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (şübhəli və təqsirləndirilən şəxs qismində), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqları məlumatları, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 34-36, 65-67), xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 75-77) qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında (cild İ – i.v. 83- 89) işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və izahatında Təqsirləndirilən şəxs İİR vətəndaşı Hadi adlı şəxsin xx.xx.2024 tarixdə saat təxminən 19 radələrində ona Şirvan şəhərinə getməyini, orada deyəcəyi yerdə 300 qram heroin, 90 ədəd M40 həbləri və 1 kq marixuana olacağını, marixuana və M40 ona aid olmadığını, 300 qram heroin isə ona verəcəyini vəd etdiyini, Hadinin dediyi ilə razılaşıb, “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqədə olub, Hadi ona şəkil atdığını, özünün isə Şirvan şəhərində həmin yerə çatdıqda yerdə sellofan bağlamada bir ədəd büküm olduğunu görüb, onu əlinə alaraq götürdüyünü, bağlama əlində olarkən oranı tərk etmək istədikdə həmin vaxt ətrafdan Polis əməkdaşları özlərini təqdim edərək yanına yaxınlaşdığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə İİR operatoruna məxsus “+98-***-***-**-**” nömrə arasında aşkar edilmiş narkotik vasitənin göndərilməsi, Təqsirləndirilən şəxs tərəfindən gizlədilmiş yerdən əldə edilərək, saxlanılması, daha sonra digər şəxsin deyəcəyi ünvana çatdırılması, narkotik vasitənin qoyulduğu yerin konumu və fotoşəkilin göndərilməsi barədə çoxsaylı səsli danışıqlar və fotoşəkillər aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə yerinə öz istifadəsi üçün narkotik vasitə heroin götürmək məqsədilə getməsi, oradakı bağlamanın böyük olub götürmədiyi, barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (İİR məxsus mobil operatora göndərdiyi və ona göndərilən səsli mesajlar, konum və fotoşəkillə, eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid2 və Şahid5 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən bir ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin (şübhəli və təqsirləndirilən şəxs qismində) isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi yuxarıda qeyd edilmiş ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxs(lər)lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitələrin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu (şübhəli və təqsirləndirilən şəxs qismində) ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxs(lər)lə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxs(lər)lə (Hadi adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Hadi adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Şirvan şəhərində narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxs(lər)in qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83-cü sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin vasitənin müvafiq sətr ardıcılığı ilə xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olması CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, narkotik vasitənin aşkar olunmayacağı təqdirdə məhz çəkisinin xüsusi ilə külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən 2510,10 qram heroinin ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, son nəticədə isə əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin, eyni zamanda ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətinin, konkret müəyyən qrup insan və fərdin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 273981 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-140/240 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 02 il 05 ay 26 gün təşkil edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 28 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Sabirabad RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2509,20 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd Redmi Poco X3 modelli mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 258,7 (iki yüz əlli səkkiz manat, yetmiş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2509,20 qram heroin məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd Redmi Poco X3 modelli mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 258,7 (iki yüz əlli səkkiz manat, yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-206/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-206/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver