Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-207/2024 29.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,289 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 05 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X15 (bundan sonra Lənkəran ŞRPŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonun Göyşaban kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-2,289 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran rayonunun Göyşaban kəndində yaşayar, heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. Təxminən üç-dörd ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotik maddəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 05 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı Göyşaban kəndinin ərazisində olan “Bayraq meydanı”nın yanında olarkən iki nəfər polis işçisi onu tutub X16 (Lənkəran ŞRPŞ-nin X16) aparmışlar. Tutularkən üzərində narkotik maddə olmamış, 15 manat pul və yaşadığı evin açarı olmuşdur. Tutulduqdan sonra polis əməkdaşları üzərini axtarmış, üzərində narkotik maddə aşkar olunmamışdır. Polis bölməsində olarkən üzdən tanıdığı polis əməkdaşları onu döymüş, döyülmə nəticəsində xəsarətlər almışdır. Həmin vaxt polis əməkdaşları bir büküm narkotik maddəni qarşısına qoyub üzərinə götürməsini, üzərində axtarış zamanı isə həmin narkotik maddənin özünə məxsus olmasını deməsini tələb etmiş, ona qarşı təzyiqlər olmaqla döyüldüyü üçün o da razılaşmışdır ki, cibinə qoyulmuş narkotik maddənin özünə məxsus olmasını deyəcəkdir. Bundan sonra orada vəkilin iştirakı ilə, həm də videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əvvəldən polislər tərəfindən cibinə qoyulmuş və içərisində hansı növ narkotikin olmasını bilmədiyi bir bükümdə narkotik maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisindən metamfetamin aşkar olunmuşdur. Orada soruşulanda o, polislərin dediyi kimi hərəkət edib üzərində aşkar olunan maddənin (metamfetaminin) özünə məxsus olmasını, Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə tutulan vaxt üzərində heç bir narkotik maddə olmamış, aşkar olunan narkotik maddəni (metamfetamini) üzərinə polis əməkdaşları qoymuş, ona qarşı təzyiq və zorakılıq hərəkətləri olduğu üçün o, həmin maddənin özünə məxsus olmasını bildirmişdir. Ona görə də üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Polis əməkdaşları ilə arasında heç bir düşmənçiliyi olmamış, lakin hesab edir ki, qonşusunun şikayəti əsasında polis əməkdaşları onu tutumuş, sonra da üzərinə narkotik maddə (metamfetamin) qoyulmuşdur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 6 ilə yaxındır ki, narkotik və psixotrop maddələrdən istifadə etməyə başlamış, əsasən də metamfetamindən istifadə etmişdir. Psixotrop maddəni Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. 05 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, “Kiçik bazar” adlanan əraziyə gedib əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı şəxsdən istifadəsi üçün 40 manata bir büküm metamfetamin almışdır. Həmin gün axşam saatlarında yaşadığı Göyşaban kəndinin ərazisində olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib polis bölməsinə aparılmışdır. Polis bölməsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən bir bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunan metamfetamini Lənkəran şəhərində, “Kiçik bazar” adlanan ərazidə 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, polis bölməsinə gətirilərkən və bundan sonra ona qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. Həmçinin işdə olan, Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, onu qonşusunun şikayəti əsasında polis əməkdaşları Göyşaban kəndində saxlayıb polis şöbəsinə aparmışlar. Tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Narkoman olduğu üçün polis şöbəsində ondan narkotik maddəni aldığı şəxsin adının bildirməsi tələb olunmuş, o isə narkotiki aldığı şəxsin adını bilmədiyini demiş, bundan sonra üstündən aşkar olunmuş narkotik maddəni əməliyyatçılar onun üzərinə qoymuşlar. Lakin onlar ona qarşı fiziki təsir göstərməmişlər. Şöbədə çəkilişdə dindirildiyi zaman xəstə və narkotik istifadəçisi olduğunu etiraf edib əməlindən peşman olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları qonşusunun şikayəti əsasında onu tutub polis bölməsinə aparmışlar. Polis bölməsində polis əməkdaşları onu döymüş, sonra onu polis şöbəsinin X10 (Lənkəran ŞRPŞ-nin X10, bundan sonra MSY-nə) təhvil vermişlər. Orada olarkən gecə saatlarında səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılmış və həkim onu müayinə etmişdir. Həmin vaxt o, “qan qusmuş və bədəni üzərində hər hansı görünən xəsarətlər olmamış, yalnız döyülməsi ilə bağlı onun daxili orqanları ağrımışdır”. MSY-də olduğu müddətdə ekspertizadan keçirilmiş, sonrakı gün isə onu Bakı İstintaq Təcridxanasına (bundan sonra BİT-na) keçirmişlər. MSYdə olduğu müddətdə polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində görünən xəsarətlər olmuş, bu barədə onu müayinə edən həkimə, sonra isə ekspert həkimə desə də, onlar sənədlərdə bu barədə heç nə yazmamışlar. Həmçinin BİT-na daxil olan gün tibbi müayinədən keçərkən bədəni üzərində xəsarətlərin olması aşkar edilmiş, həmin vaxt o, bədəni üzərində olan xəsarətlərin polislərin onu döyməsi nəticəsində almasını bildirməmiş və heç bir şikayət də etməmişdir. O, tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş metamfetamini üzərinə polis əməkdaşları qoymuşdur. Ona görə də üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələr istifadə etdiyinə görə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşıdır. 05 sentyabr 2023-cü il tarixdə Lənkəran rayonunun Göyşaban kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 20 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Göyşaban kəndinin ərazisində küçədə saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib Liman PB-nə aparılmışdır. Polis bölməsində təhqiqatçı Coşqun Qasımov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və təsir göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş, şahid X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Əri Etibarın narkotik maddələrdən istifadə etməsini bilsə də, narkotikdən istifadə etməsini görməmişdir. 05 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında polis əməkdaşları heç bir səbəb olmadan əri Etibarı tutub polis şöbəsinə aparmışlar. Sonradan telefonla danışarkən əri Etibar ona demişdir ki, tutulan vaxt üzərində narkotik maddə olmamış, polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları onu döymüş, sonra üzərinə narkotik maddə qoyub həmin narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur etmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, qonşusu bir nəfər qadının şikayəti əsasında əri Etibarı polislər tutmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X11 və X8 şahid Aynurə İsayevanın ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin Liman PB-nn əməkdaşının 05 sentyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayonun Göyşaban kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 sentyabr 2023-ci il tarixdə, saat 20:45-də Lənkəran rayonun Göyşaban kəndinin ərazisində saxlanılıb X16 gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Coşqun Qasımov tərəfindən Müdafiəçi iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini “Kiçik bazar” ərazisində (Lənkəran şəhərində) tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,289 qram qram olan ağ rəngli kristallardan ibarət olan maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 2,239 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 25 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,239 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin rəyin təsviri hissəsində müayinə olunan Təqsirləndirilən şəxs deməsinə görə “o, 05 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilmiş, tibb müəssisəsinə müraciət etməmiş, şikayəti yoxdur” qeydləri aparılmışdır. İşdə olan, Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs adına olan tibbi kitabçasının surəti ilə müəyyən edilir ki, kitabçanın ilkin tibbi baxış bölməsinin “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” hissəsində “Zədə almadığını bildirir” qeydi aparılmış, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” hissəsində “Sağ baldırın içəri səthində köhnə çapıq, sol biləyində kərtməkli kəsik izləri vardır” qeydi aparılmış, “Alkoqol və narkotik maddələrdən istifadə etməsinə dair məlumatlar” və diaqnoz hissələrində “5 ilə yaxındır “kakos”dan istifadə edir, narkomaniya xəstəsi”dir qeydləri aparılmışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində xəsarətlərin aşkar edilməsi və Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair məhkəmədən daxil olmuş məlumat üzrə Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X19 27 may 2024-cü il tarixli məlumat məktubu ilə müəyyən edilir ki, Lənkəran ŞRPŞ-dən 06 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına təcili tibbi yardım çağırışı daxil olmamış və onun adına heç bir sənədləşmə aparılmamışdır. 06 sentyabr 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-dən (MSY-də saxlanılan) X2 adına çağırış daxil olmuş və çağırışa gedən həkim həmin şəxsi və digər məhkumları (təqsirləndirilən şəxsləri) müayinə edib polis şöbəsində olan tibbi qeydiyyat kitabına müvafiq qeydiyyat aparmışdır. İşdə olan, Lənkəran ŞRPŞ-nin 24 may 2024-cü il tarixli məktubu və əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat” kitablarından müvafiq çıxarışlarla müəyyən edilir ki, xx xxxxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 23:40-da Lənkəran ŞRPŞ-nin MSY-nə daxil olmuş, 06 sentyabr 2023-cü il tarixdə saat 02:07-də təcili tibbi yardım həkimi İ.Hüseynov tərəfindən tibbi müayinədən keçirilmiş və tibbi yardım göstərilməsinə dair jurnala “praktiki sağlam” qeydi yazılmışdır. Habelə sənədərlə müəyyən edilir ki, 06 sentyabr 2023-cü il tarixdə X3 da Lənkəran ŞRPŞ-nin MSY-də saxlanılmış və tibbi yardımla bağlı gələn həkim onu da tibbi myayinədən keçirib müvafiq qeydlər aparmışdır. Həmçinin tibbi yardım göstərilməsinə dair qeydiyyat kitabının tibbi müayinə zamanı aşkar olunmuş xəsarətlərin qeydiyyatının aparılması qrafasında Təqsirləndirilən şəxs aid hissədə “yoxdur” (xəsarətlər aşkar edilməmişdir) qeydi, eləcə də göstərilmiş tibbi yardımın xarakteri qrafasında isə “praktiki sağlam” qeydi aparılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşlarının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşlarının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli qərarla və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, həmin metamfetamini tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı fiziki təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, müdafiə tərəfinin göstərdiyi xüsusatlar, yəni qonşusu olan bir nəfər qadının şikayəti əsasında polis əməkdaşlarının Təqsirləndirilən şəxs tutub polis bölməsinə aparması və orada polis əməkdaşlarının döyməsi nəticəsində Təqsirləndirilən şəxs xəsarətlər alması, Təqsirləndirilən şəxs MSY-də olarkən gecə saatlarında səhhəti pisləşdiyinə görə onun üçün təcili tibbi yardım çağırılması, Təqsirləndirilən şəxs onu müayinə edən həkimə, sonradan ekspert həkimə döyülməsini və xəsarətlərin olmasını desə də, onların tərtib etdikləri sənədlərdə bu barədə yazılmaması, döyülməsi nəticəsində Təqsirləndirilən şəxs etirafedici ifadələr verməsinə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli rəyi, Təqsirləndirilən şəxs adına olan tibbi kitabçasında aparılmış qeydlər, MSY-də saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat” kitablarında aparılmış qeydlər, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli qərar və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X19 27 may 2024-cü il tarixli məlumat məktubu, eləcə də digər iş materialları ilə tam təkzib olunur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, göstərilən sənədlərlə, o cümlədən Təqsirləndirilən şəxs tutulandan sonra onun tibbi müayinəsi ilə bağlı qeydlərin aparıldığı sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə ondan izahat alınmış və o izahatının sonunda öz xətti ilə “izahada əlavəm yoxdur doğruluğunu öz imzamla təsdiq edirəm” qeydiyini yazmış, saat 23:40-da MSY-nə təhvil verilmiş və həmin vaxt onun bədəni üzərində hər hansı xəsarətlər aşkar edilməmişdir. 06 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində təcili tibbi yardım Təqsirləndirilən şəxs üçün yox, həmin vaxt orada saxlanılan başqa şəxs-Samir Ağakişiyevlə bağlı çağırılmış, həmin vaxt həkim eyni zamanda Təqsirləndirilən şəxs də tibbi müayinədən keçirmiş və onun bədəni üzərində hər hansı xəsarətlər aşkar edilməsi ilə bağlı qeydlər aparmamışdır. Təqsirləndirilən şəxs bununla bağlı məhkəmədə bildirmişdir ki, həmin vaxt o, “qan qusmuş və bədəni üzərində hər hansı görünən xəsarətlər olmamış, yalnız döyülməsi ilə bağlı onun daxili orqanları ağrımışdır”, lakin sonradan bu fakt da təsdiq olunmamış və onun bədəni üzərində köhnə çapıq və kəsik izləri aşkar edilmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs döyülməsi nəticəsində ondan etirafedici ifadələrin alınmasını göstərdiyi müddətdə, yəni 05 sentyabr 2023-ci il tarixdən 06 sentyabr 2023-cü il tarixə, saat 15-dək olan müddətdə istintaq orqanı tərəfindən ona ittiham verilməmiş və ifadəsi alınmamış, 06 sentyabr 2023-cü il saat 15-dən sonra müvafiq ittiham elan edilərək onun ifadəsi alınmışdır. 08 sentyabr 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, həmin vaxtı da onun bədəni üzərində heç bir xəsarət izləri aşkar olunmamışdır. 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs MSY-də olmuş və 09 sentyabr 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs BİT-na keçirilmişdir. Bakı İstintaq Təcridxanasında tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində fiziki döyülməni özündə ehtiva edən xəsarətlər yox, “Sağ baldırın içəri səthində köhnə çapıq, sol biləyində kərtməkli kəsik izləri” aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həbs olunmamamışdan əvvəl (bir qayda olaraq şəxsin üzərində xəsarətlər aşkar edilərkən onun həmin xəsarətləri həbs olunan vaxtı və ya həbs olunmamışdın əvvəl alması soruşularaq qeydlər yazılır) zədə almadığı bildirmiş, eləcə məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, BİT-da tibbi müayinədən keçərkən o, bədəni üzərində olan xəsarətləri (əslində “Sağ baldırın içəri səthində köhnə çapıq, sol biləyində kərtməkli kəsik izləri”) polislərin onun döyməsi nəticəsində aldığını bildirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində polislərin onu döyməsi nəticəsində üzərində görünən xəsarətlərin olmamasını, daxili orqanlarının ağrıdığını bildirmişdir. Ona görə də məhkəmə tədqiq olnmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş köhnə çapıq və kəsik izlərinin hansı tarixlərdə əmələ gəlməsi dəqiq deyil, həm də Təqsirləndirilən şəxs bununla bağlı ziddiyyətli ifadəsi onun bədəni üzərində aşkar olunmuş köhnə çapıq və kəsik izlərinin məhz polis əməkdaşlarının onu döyməsi nəticəsində almasını (əsasən də biləyində olan kəsiklərə münasibətdə) istisna edir. Ona görə də məhkəmə köhnə çapıq və kəsik izlərinin olması faktını Təqsirləndirilən şəxs döyülməsi kimi qəbul etmir və bədəni üzərində köhnə çapıq və kəsik izlərinin olmasına əsaslanıb Təqsirləndirilən şəxs özünə qarşı ifadələr verməsinə məcbur edilməsi kimi qiymətləndirilməsini mümkünsüz hesab edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Habelə təqsirləndirilən şəxsin yaxın qohumları- şahidlər Aynurə İsayeva, Qərib İsayev və Samayə İsayevanın ifadələrində göstərdiyi xüsusatlar, yəni 05 sentyabr 2023-cü il tarixdə polis əməkdaşlarının heç bir səbəb olmadan Təqsirləndirilən şəxs tutması, tutulan vaxt Təqsirləndirilən şəxs üzərində narkotik maddənin olmaması, polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşlarının Təqsirləndirilən şəxs döyməsi və üzərinə narkotik maddə qoyub həmin narkotik madənin ona məxsus olmasını deməyə məcbur edilməsi, qonşuları bir nəfər qadının şikayəti əsasında Təqsirləndirilən şəxs polislər tərəfindən tutulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlə təkzib olunduğundan məhkəmə şahidlər Aynurə İsayeva, Qərib İsayev və Samayə İsayevanın ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri yaxın qohumu olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən (05 sentyabr 2023-cü il tarixdə qüvvədə olmuş) dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 2,289 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran rayon Göyşaban kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 12 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran raonun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZE 11258421 və 11258427 №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X12 12 oktyabr 2011-ci ildə və X13 06 may 2013-cü ildə doğulmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,239 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,239 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-207/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-207/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver