Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-207/2025 03.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 08 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 4(071)-51/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması barədə istifadəsində olan “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə danışaraq razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda narkotik vasitə heroini, xeyli miqdarda narkotik vasitə tiryəki və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Qarasu kəndi ərazisinə daşımış, 08 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən adsız və fəaliyyət göstərməyən kafenin həyətində saxlanılaraq, üzərində yoxlama aparılan zaman onun sağ əlində saxladığı üzəri yapışqan lentlə bağlanmış göy rəngli sellofan torbanın içərisindən 01 ədəd polietilen torba bağlamada külli miqdarda-650,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen kəsiyi bükümündə xeyli miqdarda-25,983 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan 19 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri-2,17 qram, 2,93 qram, 2,71 qram, 2,21 qram, 3,11 qram, 2,92 qram, 2,93 qram, 2,72 qram, 3,0 qram, 2,52 qram, 2,34 qram, 2,34 qram, 2,62 qram, 3,28 qram, 2,74 qram, 3,05 qram, 3,17 qram, 2,61 qram, 2,88 qram olmaqla ümumilikdə xeyli miqdarda-52,25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, o, iranlı ilə danışmış, iranlı ona “hərəsindən 10 qram atıram” demişdir. İranlının atdığı konumla həmin yerə getmiş, həmin yerdə Hacıqabul RPŞnin əməliyyatçıları onu tutmuşlar. Polis əməkdaşları onu tutandan sonra şöbəyə aparmışlar, orada polis əməkdaşları ona “dediklərimizi deyərsən, sənə köməklik edərik” demişlər. İranlıya pul göndərməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iranlının qoyduğu narkotik vasitələri götürə bilməmiş, obyektə girmiş və polis əməkdaşları onu həmin vaxtı tutmuşlar. Obyektin içərisinə girən kimi polis əməkdaşları onu tutduqları üçün, iranlının narkotik vasitələri harada gizlətdiyini bilməmişdir. Narkotik vasitələri götürməmişdir. Onunla narkotik vasitələri götürmək üçün gedən Vicaya nəşə və patı verəcəkdi, qalan narkotik vasitələri şəxsi istifadəsi üçün götürəcəkdir. İranlının qoyduğu narkotik vasitələr olan bağlamaya əli də dəyməmişdir. İranlı ilə danışdığını boynuna almışdır. Narkotik vasitələri otaqda soyuducunun arxasından əməliyyatçılar götürmüşlər. Polis əməkdaşları onu döyməmişlər. Vicayın narkotik vasitədən məlumatı olmuşdur və polis əməkdaşları Vicaydan 6000 manat pul alaraq onu azadlığa buraxmışlar. Polis əməkdaşlarının Vicaydan pul almalarının şahidi olmamış, ancaq sonradan bu barədə eşitmişdir. Vicayın məhkəmədə dindirilməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, ailənin tək qazancgətirəni olmasını nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində demişdir ki, ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. Şirvan şəhəri ərazisində tikinti işlərində fəhləliklə məşğul olub çörək pulunu qazanır. Təxminən 1 ilə yaxındır ki, “Facebook” adlı sosial şəbəkədə özünü ona Baba adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxslə “Facebook” vasitəsi ilə arabir danışırmışlar. Bir müddət keçdikdən sonra həmin şəxs ona “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə danışmağı təklif etmişdir. O, həmin şəxlə razılaşmışdır. Həmin vaxtdan sonra “Honor” markalı mobil telefonuna quraşdırdığı və ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Baba adlı şəxslə danışmağa başlamışdır. Həmin şəxs ona dəfələrlə özündə narkotik vasitə olduğunu, satması üçün ona göndərə biləcəyini bildirmişdir. O, hər dəfəsində istəmədiyini bildirib, bir daha bu barədə söhbət açmamasını xahiş etmişdir. Sonuncu dəfə 08 sentyabr 2024-cü il tarixdə səhər saatlarında “whatsapp” vasitəsi ilə danışan zaman, Baba adlı şəxs ona satması üçün narkotik vasitə göndərməyi təklif etmişdir. O da son dövrlər maddi vəziyyəti yaxşı olmadığından həmin təklifi qəbul etmişdir. Lakin, Baba adlı şəxsə ilk dəfə olduğu üçün ona satmasından ötrü 10 qram heroin, 10 qram nəşə kimi tanıdığı marixuana göndərməsini bildirmişdir. Həmin şəxs onunla razılaşaraq, qeyd etdiyi çəkidə heroini və marixuananı onun üçün göndərəcəyini, lakin satdıqdan sonra əldə olunacaq pulu yarıbayarı bölüşəcəklərini bildirmişdir. O, həmin şəxsin dedikləri ilə razılaşmış və narkotik vasitələri göndərməsini istəmişdir. Baba adlı şəxs ona bildirmişdir ki, Bakı şəhərində adamı var, həmin adam qeyd etdiyi heroin və marixuananı onun üçün magistral yolun kənarına qoyacaq, bundan sonra ona göndərəcəyi konum vasitəsi ilə narkotik vasitələrin yerini tapıb götürəcəkdir. Bundan sonra o, Baba adlı şəxsdən xəbər gözləməyə başlamışdır. Həmin gün yəni, 08 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində əvvəldən tanıdığı, aralarında heç bir ədavət və ya düşmənçilik olmayan, Bakı şəhərində birlikdə fəhlə işlədiyi Şahid5 yaşadığı evdə partlamış su borusunu təmir etməyə dəvət etmişdir. Şahid5 Şirvan şəhəri ərazisində həm santexnik, həm də taksi kimi fəaliyyət göstərir. Təxminən saat 16 radələrində Baba adlı şəxs vatsap ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə ona konum göndərərək, narkotik vasitələrin konumda qeyd olunan tikilinin içərisində olduğunu, həmin yerdən götürə biləcəyini bildirmişdir. O, yaşadığı evin həyətində su borularını təmir edən Şahid5 onu idarə etdiyi Vaz 2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul rayonuna aparmasını xahiş etmişdir. Vicay ona əlindəki işi bitirdikdən sonra getməyi təklif etdikdə o, Vicaya tələsdiyini, başqa taksi ilə getmək istəmədiyini, onu aparması qarşılığında 10 manat pul verəcəyini bildirmişdir. Vicay onunla razılaşaraq, hara gedəcəklərini ondan soruşmuşdur. O, Hacıqabul rayonuna gedib-qayıdacağını təkrar bildirmişdir. Bundan sonra Vicay ondan hara getdiklərini birdaha soruşmamış və sadəcə olaraq avtomobilini idarə etmişdir. O, göndərilən konum əsasında Vicaya yolu tərif etmişdir. Təxminən saat 17 radələrində ona göndərilən konum əsasında Bakı-Ələt avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun kənarında yerləşən adsız işləməyən kafenin qarşısına gəlmişlər. O, həmin vaxt Vicaya idarə etdiyi avtomobili işləməyən kafenin qarşısına idarə etdirməsini, sidiyə gedəcəyini bildirmişdir. Vicay onun dediklərini edərək, avtomobili işləməyən kafenin qarşısına tərəf idarə etmişdir. O, avtomobildən yerə düşüb, kafenin içərisinə doğru hərəkət etmişdir. Vicay isə hər şeydən xəbərsiz idarə etdiyi avtomobilin içərisində qalmışdır. Kafenin içərisinə daxil olduqdan sonra, ona göndərilən narkotik vasitələri axtarmağa başlamışdır. Kafenin zal hissəsində divara söykənmiş vəziyyətdə olan köhnə dəmir qapının arxasından göy rəngli torba tapmışdır. Əli ilə yoxlayaraq ona göndərilən narkotik vasitələrin həmin torbanın içərisində olmasına əmin olduqdan sonra, kafenin içərisindən çıxıb avtomobilə tərəf hərəkət etməyə başlamışdır. Bu zaman mülki geyimdə olan şəxslər ona tərəf yaxınlaşaraq onu kafenin həyətində saxlamışlar. Daha sonra “Vaz-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan taksi sürücüsü Şahid5 tərəf yaxınlaşıb, onu da avtomobildən yerə düşürmüşlər. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını, üzərində külli miqdarda narkotik vasitə saxlamaqla danışmaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Şahid5 onun narkotik vasitə əldə etmək üçün saxlanıldıqları əraziyə gəldiyini bilmişdir. Bundan sonra polis əməkdaşları ilk öncə onun üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat vermişdir. Əməliyyatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi istəməsi barədə təklif etmişdir. O, sağ əlində saxladığı bir ədəd göy rəngli torbanı əməliyyatçıya təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. İlk öncə əməliyyatçı onun təqdim etdiyi torbanı yoxlayan zaman, həmin torbanın içərisindən nəşə kimi tanıdığı 19 ədəd kibrit qutusunda narkotik vasitə marixuana, 01 ədəd bükümdə kola kimi tanıdığı narkotik vasitə heroin və 01 ədəd bükümdə narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. 01 ədəd bükümdə kola kimi tanıdığı narkotik vasitə heroinin çəkisinin 687 qram, 01 ədəd bükümdə narkotik vasitə tiryəkin çəkisinin 27 qram, 19 ədəd kibrit qutusunda olan nəşə kimi tanıdığı narkotik vasitə marixuananın ümumilikdə çəkisinin isə 109 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərimdə saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, üzərindən aşkar olunan narkotik vasitə heroini və marixuananı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin ona satması üçün göndərdiyini bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, üzərindən özünə məxsus olan 01 ədəd “Honor” markalı üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan mobil telefon aşkar olunaraq götürülmüş və əməliyyatçı tərəfindən qablaşdırılmışdır. Əməliyyatçı tərəfindən üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra onunla birlikdə saxlanılan Şahid5 üzərində yoxlama aparılmış və üzərindən 01 ədəd markasını bilmədiyi mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Şahid5 üzərində yoxlama davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonda isə Şahid5 idarə etdiyi “Vaz-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra onları polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərlərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar təhqiqatçı, ona üzərində külli miqdarda narkotik vasitə saxlamaqla danışmaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X11 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, onun və müdafiəçinin, o cümlədən Şahid5 və müdafiəçisinin iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biritərəfindən imzalar edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməllərini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hərəkətləri və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında iranlının ona narkotik vasitələrin hərəsindən 10 qram göndərməsi, polislərin ona “dediklərimizi deyərsən, sənə köməklik edərik” demələri, iranlının qoyduğu narkotiki götürə bilməməsi, obyektin içərisinə girən kimi polis əməkdaşlarının onu tutmaları səbəbindən, iranlının narkotik vasitələri harada gizlətdiyini bilməməsi, narkotik vasitələri götürməməsi, onunla gələn Vicaya nəşə və patı verəcəyini, qalan narkotik vasitəni şəxsi istifadəsi üçün götürəcəyini, iranlının qoyduğu narkotikə əlinin dəyməməsi, narkotik vasitənin otaqda olan soyuducunun arxasından əməliyyatçıların götürmələri, polis əməkdaşlarının Vicaydan 6000 manat pul alaraq onu azadlığa buraxmaları ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə qərar qəbul edilmişdir. Yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə verilən məlumata əsasən Hacıqabul rayonu ərazisində əməliyyat tədbirini qurmuşlar. Həmin saat 17 radələrində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman “Vaz-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ ehtiyat hissəsində yerləşən fəaliyyət göstərməyən kafenin qarşısında dayandığını müşahidə etmişlər. Həmin vaxt avtomobilin sərnişin qapısından Təqsirləndirilən şəxs yerə düşərək, kafenin içərisinə doğru getmişdir. Onlar birlikdə həmin kafenin qarşısına çatdıqda, Təqsirləndirilən şəxs sağ əlində göy rəngli sellofan torbanı tutaraq avtomobilə tərəf yaxınlaşdığını görmüşlər. Dərhal Təqsirləndirilən şəxs tərəf yaxınlaşıb onu saxlamışlar. Daha sonra “Vaz-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan taksi sürücüsü Şahid5 tərəf yaxınlaşıb, onu da avtomobildən yerə düşürmüşlər. Hər iki şəxsə özlərini təqdim edib, Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd göy rəngli torbanı ona təqdim edib içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanı yoxlayan zaman, həmin torbanın içərisindən marixuana, heroin və tiryək aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin ona satması üçün göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs telefonu da götürülmüşdür. Şahid5 üzərindən və maşndan qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 şübhəli şəxs qismində tutulmuşlar. Araşdırma zamanı Şahid5 təqsiri sübut olunmadığından azadlığa buraxılmışdır. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 09 centyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, 08 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən adsız və fəaliyyət göstərməyən kafenin həyətində saxlanılaraq, üzərində yoxlama aparılan zaman onun İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə etdiyi üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 650,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 25,983 qram xeyli miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan 19 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2,17 qram, 2,93 qram, 2,71 qram, 2,21 qram, 3,11 qram, 2,92 qram, 2,93 qram, 2,72 qram, 3,0 qram, 2,52 qram, 2,34 qram, 2,34 qram, 2,62 qram, 3,28 qram, 2,74 qram, 3,05 qram, 3,17 qram, 2,61 qram, 2,88 qram olmaqla ümumilikdə təmiz çəkisi 52,25 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sağ əlində saxladığı üzəri yapışqan lentlə bağlanmış göy rəngli sellofan torbanın içərisindən aşkar edilib götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-61) -«əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə haqqında» 08 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən adsız və fəaliyyət göstərməyən kafenin həyətində saxlanılaraq, Hacıqabul RPŞ-yə gətirilmiş, üzərində yoxlama aparılan zaman onun sağ əlində saxladığı üzəri yapışqan lentlə bağlanmış 01 ədəd göy rəngli polietilen torba bağlamada təmiz çəkisi 650,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 25,983 qram xeyli miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan 19 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2,17 qram, 2,93 qram, 2,71 qram, 2,21 qram, 3,11 qram, 2,92 qram, 2,93 qram, 2,72 qram, 3,0 qram, 2,52 qram, 2,34 qram, 2,34 qram, 2,62 qram, 3,28 qram, 2,74 qram, 3,05 qram, 3,17 qram, 2,61 qram, 2,88 qram olmaqla ümumilikdə təmiz çəkisi 52,25 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür.(i.v.10-13) -«cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 08 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.23-24) -«kompleks məhkəmə bioloji və materialların ekspertizası»nın 09 sentyabr 2024-cü il tarixli, 18/791-18/792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda «...Təqsirləndirilən şəxs...» sözləri yazılmış və imzalar olan polietilen torbanın işərisində olan üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi..” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi- 650,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-25,983 qram maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 19 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2,17 qram, 2,93 qram, 2,71 qram, 2,21 qram, 3,11 qram, 2,92 qram, 2,93 qram, 2,72 qram, 3,0 qram, 2,52 qram, 2,34 qram, 2,34 qram, 2,62 qram, 3,28 qram, 2,74 qram, 3,05 qram, 3,17 qram, 2,61 qram, 2,88 qram, ümumi çəkisi- 52,25 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və həmin marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir.(i.v.54-58) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 4(071)-51/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.88-89; 109-112) -«baxış aparılması haqqında» 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və üzərində yoxlama aparılan zaman aşkar olunaraq götürülmüş üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan qara rəngli “Honor” markalı **********54463 və **********54471 imei kodlu mobil telefona baxış zamanı, telefona quraşdırılmış whatsapp ani mesajlaşma sisteminə daxil olan zaman həmin sistemdən +**********13 saylı mobil nömrə ilə qeydiyyatdan keçirildiyi müəyyən edildi. Həmin sistemə baxış keçirilən zaman İran İslam Respublikasına məxsus “Baba İran” kimi qeyd olunmuş +**********16 saylı operator nömrəsi ilə aparılmış səsli qeydlərinə baxış keçirilən zaman aşağıdakılar müəyyən olunmuşdur: +**********16: “Hə Araz dünənəcən tema istirdin məndən deyirdin belədi filandı, belə temanı atmışam sənə, adam telefona zadaniyə cavab vermirsın, 600-700 qram vəsail qoymuşam, kokosdan atdım, sən niyə telefon açmırsan”.(İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi - 17 saniyə) gündüz 03:52, +**********16: Səsli zəng (İran İslam Respublikası vətəndaşı tərəfindən) 01 saniyə gündüz 03:52, +**********16: “Hə Araz bu düz işdi? Sən gəlirsən unvana malları götürürsən az tema dəyilki, 500-600 qram vəsail bağlamışam, özün dediyin vəsailləri yerbəyer eləmişəm telefonu götürmürsən, 200 dənə torağdı, 200 dənə daşdı, 200 dənə küldi, malları götürürsən telefona cavab vermirsən”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi - 23 saniyə) gündüz 03:57, +**********16: “Hə, hə”.(Təqsirləndirilən şəxs məxsus səs qeydi - 01 saniyə) gündüz 03:58, +**********16: “Mən, körpin altında diyanmışam baba”. (Təqsirləndirilən şəxs məxsus səs qeydi - 03 saniyə) gündüz 03:58, +**********16: “Gec olar Baba?”. (Təqsirləndirilən şəxs məxsus səs qeydi - 02 saniyə) gündüz 03:58, +**********16: “Gec olar Baba? Bir hədən yoxdan de də mə”. (Təqsirləndirilən şəxs məxsus səs qeydi - 07 saniyə) gündüz 03:58, +**********16: “Burda çox diyanmağ olmur e Baba bidə gördün gəldilər apardılar ona görə dirəm”. (Təqsirləndirilən şəxs məxsus səs qeydi - 04 saniyə) gündüz 03:58, +**********16: “İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilən narkotik vasitələrin olduğu yerin məkanı” gündüz 03:58, +**********16: “Narkotik vasitələrin tikilinin içərisində qoyulduğu yerin istiqamətini göstərən yaşıl rəngli cizginin olmasını özündə əks etdirən foto şəkil”. gündüz 03:58, +**********16: “Baba çatım ora götürüm, yığacam səni götürən kimi yığacam, narahat olma”. (Təqsirləndirilən şəxs məxsus səs qeydi - 05 saniyə) gündüz 03:58, +**********16: “Allaha and olsun çatmamışuğ biz körpün altındayduğ Muğannan körpin altı nə qədər ara var, hələ gedirük, konumunnan gedirüydə, gedəy çatax götürən kimi sə yığacam”. (Təqsirləndirilən şəxs məxsus səs qeydi - 13 saniyə) gündüz 03:58, +**********16: “Telfuna cavab verməsən ünvanın, hammısı şəkilli zaddı, səsdərin zadın hamısı bırdadı atacam Şirvana tapsınlar səni”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi - 07 saniyə) gündüz 03:58, +**********16: “Səsi zadı açırsan cavab bu nə işdi?”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi - 04 saniyə) gündüz 03:59, +**********16: “Narkotik vasitələrin tikilinin içərisində qoyulduğu yerin istiqamətini göstərən yaşıl rəngli cizginin olmasını özündə əks etdirən foto şəkil”. gündüz 04:00, +**********16: “Narkotik vasitələrin ağ rəngli qapının arxasında olmasını göstərən yaşıl rəngli cizginin olmasını özündə əks etdirən foto şəkil”. gündüz 04:00, +**********16: “Telfuna cavab verdə az mal dəyirki 700 qram torpağ atmışam sə 20 karotka güldü, bir yüzdənə zadda qaradı, telfunu açginan görüm nə iş görsən sən”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi-15 saniyə) gündüz 04:06, +**********16: “Telfunu açdana səsdəri açıb baxırsan telfuna cavab vermirsən, ə sən yeməy istirsən sən temanı?. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi-06 saniyə) gündüz 04:06, +**********16: “Ağlı başa topla yaxcı, mən sa az tema atmamışam, 700 qram kakos atmışam sə yaxcı, 20 karotka gül atmışam, onnanda bi yüz qram zadda tiryək atmışam telfunu açginən açmasan zəng elirəm gəlsinlər sənnən işdəri vardı?”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi - 21 saniyə) gündüz 04:11, +**********16: “Adam qəhbəliy eliyər ə, quran haqqı çıxıb gedəsən, peyğəmbər haqqı tutub sikərəm varyoxu ağzını, mən temam, cavab ver mən temamı yerbəyer eləginən”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi-13 saniyə) gündüz 04:11,+**********16: “Adam qəhbə olmaz, adam cındır olmaz, bildin, adam nəbək, biharam olmaz”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi-06 saniyə) gündüz 04:12, +**********16: “Ə adamda belə qəhbə olar? Düz quran haqqı götü sihdirəcəm, telfuna cavab verginən”.(İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi-07 saniyə) gündüz 04:18, +**********16: “Yazdığın səsdəri zadı tez sildin, nə buna zirəhliy diyəllər, səsin yanı məndə yoxdu?”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi-06 saniyə) gündüz 04:18, +**********16: “Allah haqqı düz sikəciyəm varyoxu ağzın, adam belə teman götürüb, telfuna cavab verməz? Adam qəhbə olar sikim varyoxu ağzın, cındır köpölü”. (İran İslam Respublikası vətəndaşına məxsus səs qeydi-10 saniyə) gündüz 04:18.(i.v.146-152) -«əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 649,9 qram narkotik vasitə heroin, qalıq qalmış 25,883 qram narkotik vasitə tiryək və qalıq qalmış 51,87 qram narkotik vasitə qurudulmuş marixuana, üzərində ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr olan qara rəngli “Honor” markalı **********54463 və **********54471 imei kodlu mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama, avtomobilə baxış, o cümlədən götürülmüş əşyaya və yoxlama zamanı aşkar olunaraq götürülmüş üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan qara rəngli “Honor” markalı **********54463 və **********54471 imei kodlu mobil telefona baxış aparılmasını özündə əks etdirən üç ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.153-154) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərində “13867” və “xx.xx.2024” rəqəmləri yazılmış CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.195-196) -«Şirvan şəhəri, Mərkəzi Xəstəxanası» X14 09 oktyabr 2024-cü il tarixli, 18-1-35/2- 1474/2024 nömrəli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxanada stasionar və ya ambulator müraciəti qeydə alınmamışdır. Təqsirləndirilən şəxs Şirvan şəhəri, X7 Hüquqi Şəxsin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v.201) -«məhkəmə-tibbi ekspertizası»nın 12 sentyabr 2024-cü il tarixli 347 saylı rəyindən görünür ki, müayinə zamanı, Təqsirləndirilən şəxs hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır.(i.v.215-216) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 20 sentyabr 2024-cü il tarixli, 6402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.217-218) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 28 sentyabr 2024-cü il tarixli 2818 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik, hövsələsizlik, emosional dəyişkənlik, inadkarlıq və.s aşkar edilir. Cinayət hadisəsi törədilərkən Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur.(i.v.219-222) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda nakotik vasitələri qanunsuz olaraq aldığı şəxsin şəxsiyyətini müəyyən etmək üçün Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılıb və icraata qəbul edilmişdir.(i.v.250-251) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında iranlının ona narkotik vasitələrin hərəsindən 10 qram göndərməsi, polislərin ona “dediklərimizi deyərsən, sənə köməklik edərik” demələri, iranlının qoyduğu narkotiki götürə bilməməsi, obyektin içərisinə girən kimi polis əməkdaşlarının onu tutmaları səbəbindən, iranlının narkotik vasitələri harada gizlətdiyini bilməməsi, narkotik vasitələri götürməməsi, onunla gələn Vicaya nəşə və patı verəcəyini, qalan narkotik vasitəni şəxsi istifadəsi üçün götürəcəyini, iranlının qoyduğu narkotikə əlinin dəyməməsi, narkotik vasitənin otaqda olan soyuducunun arxasından əməliyyatçıların götürmələri, polis əməkdaşlarının Vicaydan 6000 manat pul alaraq onu azadlığa buraxmaları ilə bağlı hissədə verdiyi ifadələrini ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin, qurudulmuş marixuana və tiryək narkotik vasitələr hesab edilir. Siyahılara əsasən heroinin 0,15 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 2 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 800 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri, hesab olunur. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, tiryəkin 0,5 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 50 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 5000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda- 650 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 25,983 qram çəkidə tiryəki və 52,25 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması barədə istifadəsində olan “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə danışaraq razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda narkotik vasitə heroini, xeyli miqdarda narkotik vasitə tiryəki və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Qarasu kəndi ərazisinə daşımış, 08 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı- Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən adsız və fəaliyyət göstərməyən kafenin həyətində saxlanılaraq, üzərində yoxlama aparılan zaman onun sağ əlində saxladığı üzəri yapışqan lentlə bağlanmış göy rəngli sellofan torbanın içərisindən 01 ədəd polietilen torba bağlamada külli miqdarda-650,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen kəsiyi bükümündə xeyli miqdarda-25,983 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan 19 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2,17 qram, 2,93 qram, 2,71 qram, 2,21 qram, 3,11 qram, 2,92 qram, 2,93 qram, 2,72 qram, 3,0 qram, 2,52 qram, 2,34 qram, 2,34 qram, 2,62 qram, 3,28 qram, 2,74 qram, 3,05 qram, 3,17 qram, 2,61 qram, 2,88 qram olmaqla ümumilikdə xeyli miqdarda-52,25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, şəxsi istifadəsi üçün əldə etməsi barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş videoçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və polislərin ona “dediklərimizi deyərsən, sənə köməklik edərik” demələri barədə hər hansı bir müraciətləri olmamışdır. Cinayət işinin materiallarında olan «məhkəmə-tibbi ekspertizası»nın 12 sentyabr 2024cü il tarixli 347 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət məyyən edilməmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını və aldadılmasını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının narkotik vasitələri qoyulduğu yerdən özlərinin götürmələri, onun əlinin narkotik vasitələrə dəyməməsi, narkotik vasitə satmaması, öz istifadəsi üçün əldə etməsini bildirməsini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin narkotik vasitələr satmaması, öz istifadəsi üçün əldə etməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, onunla gələn Vicaya nəşə və patı verəcəyini və polis əməkdaşlarının Vicaydan 6000 manat pul alaraq onu azadlığa buraxmaları ilə bağlı hissədə verdiyi ifadəsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən dövlət ittahmçısının diqqətinə Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi, onunla gələn Vicaya nəşə və patı verəcəyini və polis əməkdaşlarının Vicaydan 6000 manat pul alaraq onu azadlığa buraxmaları ilə bağlı hissəsi çatdırılsa da dövlət ittihamçısı ibtidai istintaq orqanı tərəfindən Şahid5 əməlinə hüquqi qiymət verildiyini və verilmiş ittihamı müdafiə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan «sübutların qiymətləndirilməsinə dair» 14 dekabr 2024-cü il tarixli qərarın 3-cü bəndindən görünür ki, Şahid5 barəsində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və cinayət işinin materiallarından ayrıca icraat ayrılaraq Hacıqabul rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə haqqında» protokoldan və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə ekspertizası»nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 1(032)-31/2017 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Əli- Bayramlı Şəhər Məhkəməsinin 17 oktyabr 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin 25 yanvar 2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 128, 29,149.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 sentyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Şirvan Şəhər Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(i.v.164-165; 187-190) -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2024-ci il tarixli, 6184-483 nömrəli arayışdan, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadəthamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, ailə üzvləri arvadından və iki az yaşlı övladlarından - xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X4 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.206-214) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini qismən etiraf etməsini, ailə və maddi vəziyyətini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayəthüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X9rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X8 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 sentyabr 2024cü il tarixdən hesablanmalı və Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 4(071)-51/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 649.9 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 25,883 qram olan narkotik vasitə tiryək və qalıq çəkisi 51,87 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan qara rəngli 1 (bir) ədəd «Honor» markalı **********54463 və **********54471 imei kodlu mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində yoxlama, o cümlədən götürülmüş əşyaya və yoxlama zamanı aşkar olunaraq götürülmüş üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan qara rəngli «Honor» markalı **********54463 və **********54471 imei kodlu mobil telefona baxış aparılmasını özündə əks etdirən 3 (üç) ədəd DVD disklər, təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əlavə edilən 1 (bir) ədəd DVD disk və yaddaşında telefon məlumatları olan 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 08 sentyabr 2024-cü il tarixdən hesablansın. Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 4(071)-51/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 649,9 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi 25,883 qram qalmış narkotik vasitə tiryək və təmiz çəkisi 51,87 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Haciqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında salxanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 4 (dörd) ədəd DVD disklər və yaddaşında telefon məlumatları olan 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-207/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-207/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver