Məhkəmə qərarları › İş №1(099)-208/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-208/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-208/2023 17.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X36, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili X8, təqsirləndirilən şəxsin müdafiəçiləri-Bakı şəhəri, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1971-ci ildə Yardımlı rayonu, Telavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olmaqla yaşamış, Yardımlı Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 4(038)-01/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məncəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 29,120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə saat 08 radələrində Yardımlı rayonu, Telavar kəndi yaxınlığında yerləşən “Qobular” adlı ərazidə ailədaxili ədavətləri olan həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə növbəti dəfə örüş sahəsinə sahibliklə bağlı mübahisə edərkən sonuncunu öldürmək məqsədi ilə atəşə hazır vəziyyətə gətirdiyi, içərisində 2 (iki) ədəd zavod istehsallı patron olan 16 kalibrli, “B” modelli, 110080-66 nömrəli, qoşalüləli ov tüfəngi ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinə qəsdən bir dəfə atəş açaraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz etməyən kor və dəlib keçən xəsarət yetirmiş, cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə silahı yenidən tuşlayan zaman Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək üçün atdığı ağac parçasının ona dəyməsi səbəbindən müvazinətini itirərək sonuncunun sağ ayağına qəsdən ikinci atəşi açaraq Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ ayağının İV-V barmaqlarının odlu silah yaraları, sağ ayağın beşinci barmağının dırnaq falanqa sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan bədən xəsarətləri yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 köməyinə gəlmiş qardaşı Zərərçəkmiş şəxs2 silahı ondan almaq istədikdə istintaqa məlum olmayan bərk küt əşya ilə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ aşıq baldır oynağının yumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs2 tüfəngi onun əlindən aldığından və Zərərçəkmiş şəxs1 xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib qəsdən Zərərçəkmiş şəxs1 öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1 və 128ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsi qarşı tərəfin yalan ifadələri əsasında ona ilkin olaraq verilmiş ittiham üzrə maddəni yüngül hesab edərək ağır ittihamla, yəni ölümə cəhd maddəsi ilə barəsində olan cinayət işini ibtidai istintaq orqanına qaytarmış, qeyd edilən məhkəmənin təşəbbüsünün hazırkı məhkəmədən diqqətə alınmasını xahiş etmişdir. 01 may 2021-ci il tarixdə taksi şoferi Qismətlə birlikdə bazara qoyun aparmalı olmuşdur. Həmin günü səhərə yaxın 4-5 radələrində Qismətlə zəngləşmiş və Qismət ona bildirmişdir ki, gecə yağış yağdığı üçün həyətinə maşınla daxil ola bilməyəcək, çünki həyət palçıq olmuşdur. Bu səbəbdən bazara gedəsi olmamışlar, səhər saat 7-8 radələrində həyətdə qoyunları qaldıqları yerdən çölə çıxarmış, oğlu Tərlanla tövlədən inəkləri çıxarmış və inəkləri həyətdən aşağıya aparanda tövlənin aşağısında toyuq tüklərinin töküldüyünü görmüşdür. Həmin an anlamışdır ki, toyuq tüklərinin tökülməsi tülkünün əməlinin nəticəsi olmuş və evə qayıdıb 2 patronla qoşalüləni götürüb, geri qayıtmışdır. Evindən aşağıda çay axır, həmin çayın ətrafında ağaclar, kolluqlar var və həmin ərazidə vəhşi heyvanlar asanlıqla gizlənə bilir, çünki orda yuvaları vardır. Tülkü dəfələrlə onun həyətində olan toyuq-cücəni tələf etmişdir. Oğlu Tərlan tövlədən aşağıda mal-heyvanın yanında qalmış, çay tərəfə kolluğa tərəf getmiş, orda tülkünü görüb, patronları tüfəngə qoymuş, çaxmağı çəkəndə tülki səsi eşidib qaçıb kolluqda gizlənmiş, buna görə də tülkünü vura bilməmişdir. Sonra oğlu Tərlanla birlikdə heyvanları pay torpaqları olan “Qarağaclıq” deyilən sahəyə aparmış, “Qarağaclıq” deyilən sahəyə getmək üçün “Qoblar” deyilən ərazidən keçmək lazım olmuşdur. “Qoblar” deyilən yer kəndlərinin arasında 4-5 kilometr yerdir, kəndləri ilə “Qoblar” deyilən yer arasında böyük dağ olmuş, kəndlərindən “Qoblar” görsənməmiş, çünki ora böyük qayalıq yer olmuş və çayın qırağında yerləşmişdir. “Qarağaclıq” deyilən sahələrinə həmişə “Qoblar” deyilən yerdən keçib getmişlər, çünki alternativ başqa yol olmamışdır. Oğlu Tərlanla birlikdə “Qoblar” deyilən yerdən keçərək mal-heyvanı “Qarağaclıq” deyilən sahələrinə aparmışlar, oğlu inəkləri aparmış, özü isə qoyunları aparmışdır. Tərlan “Qarağaclıq” deyilən sahədə mal-heyvanın yanında otarmağa qalmış, özü isə geri qayıtmış, geri qayıdarkən “Qoblar”dan keçəndə ondan 200-250 metr hündürlükdə Coşqun ona səslənmişdir ki, “Hamlet, orda gözlə, sənə sözüm var”, cavabında Coşquna “Tələsirəm, tez gəl” demişdir. Daha sonra görmüşdür ki, təpədən Coşqun gəlmiş, arxası ilə qardaşı Seymur və bacısı oğlu Elmiyar da gəlmişlər. Coşqun gələrək salam verib: “Dayıoğlu, necəsən, nə var, nə yox?” demiş, o da cavabında “Yaxşıyam, sağ ol, qripəm”- demişdir. Daha sonra Coşqunun qardaşı Seymur və bacısı oğlu Elmiyar da gəlmişlər, ona salam vermiş, yanında durmuşlar. Coşqun ona Elmiyarı göstərib “Elmiyar, səndən şikayət edir ki, sən onu “Beşbarmaq” deyilən yerdə söymüsən, hədələmisən və ona demisən ki, burdan qoyun aparma”. Coşquna “Elmiyar mənim oğlum yaşındadır, mən onu niyə döyməliyəm, söyməliyəm, belə bir hadisə olmayıbdır” demişdir. Hadisədən 2-3 gün əvvəl Elmiyara irad bildirmişdir ki, Elmiyarəmibalası, “Beşbarmaq” deyilən yerdən qoyunlarını onun qoyunlarından ayrı apar, çünki qoyunlar bir-birinə qarışır. Oğlu Tərlan da gedib qoyunları ayırıb aparmışdır. Coşqungil onunla mübahisə etməyə başlamışlar ki, düz danışmırsan, hadisə onun dediyi kimi baş verməmişdir. Coşqun ona özün də “Qoblar”-dan keçmə daha, heyvanında keçməsin, onu “Qoblar” dan keçməyə qoymayacaqlar, “Qoblar” onların yeridir demiş, o da Coşqungilə demişdir ki, “Qoblar” bələdiyyənin mülkiyyətində olan yerdir, onun “Qoblar”-dan savayı heyvanının örüş sahələrinə aparacağı ikinci yol yoxdur. Coşqungil ona qarşı aqressiv şəkildə iradlarını davam etdirərək onu itələmişlər və “Çaya tərəf get, səni “Qoblar”-dan daha keçməyə qoymayacağıq” demişlər. Coşqun onu itələyəndə yerindən tərpənmək istəməmiş, bu zaman Seymur çiynindəki tüfəngin lüləsindən tutub özünə tərəf dartmış, o isə sağ əli ilə tüfəngin kəmərindən tutub dolayaraq tüfəngi buraxmamış, bu zaman Elmiyar və Coşqun birlikdə ağacla qoluna, ayağına zərbələr yetirmişlər ki, tüfəngi buraxsın, başındakı gün papağı yerə düşmüş, lakin onu buraxmamış, bu şəkildə dartışa-dartışa çaya tərəf getmişlər. Elmiyar ağacla sol baş nahiyəsinə vurmuş, başından üzünə tərəf qan axmağa başlamış və bu zaman Seymur tüfəngi buraraq əlindən almağa çalışmış, həmin vaxtı tüfəng açılmış və Seymurla yerə yıxılmış, onlar da onu itələyə-itələyə çaydan 2-3 metr məsafədə çökək yerə salmışlar. Coşqun ona bir dəfə badalaq vurmuş, nəticədə yerə yıxılmış, Seymur isə onun cinsiyyət orqanına təpik vurmuş və tüfəngi əlindən almışdır. Seymur tüfəngi əlindən aldıqdan sonra ona tərəf tuşlamış, tətiyi çəkmiş, lakin tüfəng boş olduğu üçün atəş açılmamış və Seymur tüfəngin lüləsindən tutub qundağı ilə başına zərbə yetirmək istəyərkən dönmüş və zərbə sol qoluna dəymişdir. Dərhal çevrilmiş, ondan 2-3 metr yaxınlıqda olan sıldırım qayaya tərəf hərəkət etmiş və oradan çaya tullanıb hadisə yerindən qaçıq uzaqlaşmışdır. Çayın qırağında yaşayan Qalibgilə, oradan isə öz həyətlərinə getmişdir. Həyətlərinə gələn polis rəisinin müavini polis əməkdaşları ilə onu Yardımla Rayon Poliş Şöbəsinə aparmışlar. Polis Şöbəsində kriminalist onun xəsarətli başının şəklini çəkmiş, daha sonra onu xəstəxanaya aparmışlar və orada ilkin tibbi yardım göstərilmişdir. Sonra onu xəstəxanadan polis şöbəsinə aparmışlar, orada hal-hazırda verdiyi ifadəsini müstəntiq Fuad Rzayevə vermişdir. Hadisə nəticəsində Elimyar, Coşqun və Seymur ona 20dən çox bədən xəsarətləri yetirmişlər, onlar hadisə yerindən 50 metr məsafədə yerləşən onun tullanaraq qaçdığı çaya qədər onu sürümüşlər. Əgər hadisə yerindən uzaqlaşmasaydı Elimyar, Coşqun və Seymur onu öldürə bilərdilər, ona çoxsaylı xəsarətlər yetirsələr belə, Elimyar, Coşqun və Seymura bir xəsarət də yetirməmişdir. Bədənində olan xəsarətlərin hamısı barədə müstəntiq Fuada verdiyi ifadəsində və eyni zamanda tibbi ekspertiza rəyində də qeyd edilmişdir. Verilən suallara cavab olaraq təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisə günü səhər saat 7-8 radələrində tövləni açmışdır. Toyuq-cücəni isə tövlənin yanında ona bitişik hində saxlayırlar, hinin qapısına taxta söykəyirlər, hinin torpaqdan balaca bacası vardır, baca deşilmiş, ordan tülkü keçə bilmişdir. Tülkü gecə 1 toyuğunu aparmışdır. İbtidai istintaq zamanı ondan tülkünün neçə toyuğunu aparması soruşulmamışdır. Hadisə günü tülkü görmüş, patronları tüfəngə qoymuş, tətiyi çəkmiş, nişan almış, tülkü səsi eşidib qaçıb kolluğda gizləndiyindən arxası ilə atəş açmamışdır. Həmin yer düzən yer olsaydı, atəş açardı, yer dağlıq yer olmuş, tülkü artıq gizləndiyi üçün tülkünü görməmişdir. Həmin vaxtı yadından çıxaraq tüfəngin çaxmağını yerinə qaytarmamışdır. Oğlu Tərlanla birlikdə “Qoblar” deyilən yerdən keçərək mal-heyvanı “Qarağaclıq” deyilən sahələrinə aparmışlar, həmin yer onların pay torpaqlarıdır. Evlərində uzun müddətdir ki, tüfəng olmuş, tüfənglə davranış qaydalarını çox yaxşı bilmiş, tüfəngi təhlükəsizlik qaydalarına riayət etməklə çiynində aparmışdır. Çaxmağı ona görə geri qaytarmamışdır ki, qoşalüləli tüfəngdə çaxmaq ağır və çətin geri qayıdır, tülkü görən kimi vaxt itkisi olmaması üçün çaxmağı geri qaytarmamışdır. Çiynində olan tüfəngin çaxmağına kimsə toxunmasa heç vaxt ondan atəş açıla bilməzdi. Coşqungillə “salam-əleyküm” olmuş, mehriban olmuşlar, get-gəlişləri olmuşdur. Hadisə günü Coşqunla aralarında mübahisə guya onun Elmiyara hədə-qorxu gəlməyi, onu söyməyi ilə bağlı yaranmışdır. Coşqunla arasında “Səmənd yeri” ərazisi ilə bağlı mübahisə olmamışlar. Coşqunla mal-qoyun otaranda tez-tez rastlaşmışlar. Hadisədən 1-2 gün qabaq Coşqun və Seymurla qarşılaşmamışdır. Hadisə zamanı tüfəng sağ çiynində olmuş, Seymur tüfəngi ondan dartanda tüfəngin kəmərindən yapışmışdır. Seymur tüfəngi ondan dartanda demişdir ki, tüfəng doludu, Elmiyar və Coşqun bədəninə xəsarətlər yetirmişlər, başındakı gün papağı yerə düşmüş, Elmiyar ağacla sol tərəfdən başına zərbə vurmuş, bundan sonra Seymur tüfəngi dartışdırmış və nəticədə tüfəng açılmışdır. Əlinin tətiyə dəyməsini xatırlaya bilməmiş, çünki həmin vaxt özünü müdafiə etmişdir. Sağ əliylə tüfəngin kəmərindən tutmuş digər sol əliylə özünü müdafiə etmişdir. Hadisə zamanı konkret olaraq Seymur tüfəngdən tutmuş, Elmiyar ağacla onu vurmuş, Coşqun isə onu yumruqla vurmuşdur. Başının sol nahiyəsindən bir ağac zərbəsini Elmiyar vurmuş, Coşqun onu ağacla vurmamışdır. Hadisə zamanı özündə olmadığından güllə səsini eşidə bilməmiş, atəş sayını bilməmiş, güllənin kimə dəyməsini görməmiş, çünki orada özünü müdafiə etmiş, canının hayında olmuşdur. Hadisə zamanı güllənin dəydiyi Coşqunun reaksiyasını eşidə və görə bilməmişdir. Atəşin Coşquna hansı şəraitdə və necə dəyməsini bilməmiş, o vaxtı açılan atəşin hamıya dəyməsi mümkün olmuşdur. Coşqunu öldürmək istəsəydi, ona nizamlı atəş açardı, ikincisi də atəş açmağı üçün səbəb də olmamışdır. İbtidai istintaq zamanı ifadəsi təhrif edilmiş, ifadə verərkən videoçəkiliş aparılmamışdır. Qoşalüləli tüfəng qanunsuz silah olmamış, xalasının əri öləndən sonra silahı almış, silah mərhumun adına olan silah olmuş, 7-8 il müddətdir həmin silah onda olmuş, Rusiya Federasiyasında olduğu üçün adına sənədləşdirə bilməmişdir. Atasının adına olan silah istifadəyə yararsız olduğu üçün hadisə günü onu götürməmişdir. Hadisə günü qoyunları satıb Rusiya Federasiyasına getmək istəmiş, bu səbəbdən ailələrində narazılıq yaranmış, Coşqungil də onun Rusiya Federasiyasına getməyinin qarşısını almaq üçün Elmiyardan mübahisə səbəbi kimi istifadə edib üzərinə hücum çəkmişlər. Taksi sürücüsü Qismət Coşqungilin əmisidir, hadisə günü Qismətə mobil telefon vasitəsilə zəng vurmuş, bazara getməli olduğunu bildirmiş, Qismət ona yağış yağdığını bazara getmələrinin qalmasını, gələn bazar getmələrini bildirmişdir. Hesab etmişdir ki, bəlkə də Coşqungil də əmiləri Qismətə onu bazara aparmamasını bildirmişlər. Qismət ola bilsin ki, Coşqungilin əmisi olduğu üçün onun dediklərini təsdiq etməsin, lakin hadisə günü onunla aralarında telefon danışığı olmuşdur. Hadisəni Rail, Elçin, Vüqar adlı şəxslər də görmüşlər, lakin qohumluq münasibətləri olduğu üçün onlar ifadə vermək istəməmişlər. Coşqun yolla gedərkən ona “Səmənd yeri” adlanan ərazi ilə bağlı irad tutmamışdır. Seymur heç vaxt onun evindən “Səmənd yeri” adlanan ərazidə olan Coşquna dediyi iradı eşidə bilməzdi, çünki məsafə 500-600 metrdır və həmin məsafədə ağaclar da olmuşdur. Seymur hadisə yerində Coşqun və Elmiyarla birgə onunla üzbəüz dayanmış, sonradan hadisə yerinə qaçaraq gəlməsi, Coşqunun ona ağac atması, “qohumuq, vurma” deməsi ilə bağlı hallar olmamışdır. Hadisə vaxtı əlində ağac olmamış, hər hansı ağacla Seymura da xəsarət yetirməmişdir. Hadisə vaxtı silahın dolu olması ilə bağlı xəbərdarlıq da etmişdir. “Səmənd yeri” adlanan ərazidən ondan başqa hamı mal-heyvan aparıb-gətirmişdir. Rusiya Federasiyasına getməyilə əlaqədar öz ailəsində də narazılıq yaranmış, buna rəğmən getməyinin səbəbi orada pul qazanmaq və oradakı uşaqlarının müəyyən qədər qayğısına qalmaq olmuşdur. Bu səbəbdən başqa ailəsində narazılıq olmamışdır. Patronla dolu olan silahı Seymura verə bilməzdi, çünki onlar-Seymur, Coşqun və Elmiyar birləşib ona xəsarət yetirmişlər. Coşqun, Seymur və Elmiyarın üzərinə hücum çəkmələrinin səbəbi onun Rusiya Federasiyasına getmək istəməyi olmuşdur. Atəş açıldıqdan sonra Coşquna “get, belə olarsan” deməmişdir. Qalib hadisənin birbaşa şahidi olmamış, bədənində xəsarət ola-ola Qalibgilə getmiş, o da Xəyyama zəng vurmuş, onu həyətinə aparmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona bəraət verilməsini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 28 iyun 2021-ci il tarixli ifadəsində bildirmişdir ki, ailə üzvləriylə birlikdə Yardımlı rayonu, Telavar kəndində atasına məxsus evdə yaşayır. Şəxsi təsərrüfatında iri və xırda buynuzlu heyvanları vardır. Həmin heyvanları rayonun Telavar kəndi ərazisində yerləşən “Qarağaclı” deyilən yerdə özlərinə məxsus torpaq sahəsində otarmışlar. 01 may 2021-ci il tarixdə saat 08 radələrində səhər tezdən yuxudan ayılmış, evin həyətyani sahəsinə düşdükdə tülkünün şəxsi təsərrüfatında olan toyuqları məhv etdiyini görmüşdür. Buna görə də yaşadığı evdə saxladığı 16 kalibrli, qoşalülə, 1 10080-66 nömrəli ov silahını götürərək içərisinə zavod istehsalı olan 2 ədəd patron qoyub çiynindən asmışdır. Məqsədi toyuq-cücələrini yeyən tülkünü vurmaq olmuşdur. Tüfəngin hər iki tətiyini çəkərək hazır vəziyyətdə tülkünü vurmaq istəyən zaman tülkü qaçaraq oradan uzaqlaşdığından tülkünü vura bilməmişdir. Yadından çıxdığına görə tüfəngin tətiyini buraxmamış və patronları tüfəngdən çıxarmamışdır. Bundan sonra oğlu Tərlan Qulizadə ilə birlikdə şəxsi təsərrüfatlarında olan xırda və iri buynuzlu heyvanları “Qarağaclı” adlı örüş sahəsinə aparmışlar. Tərlan heyvanların yanında qalmış, o isə yaşadığı evə qayıtmışdır. Telavar kəndi ərazisində yerləşən “İməci yeri” adlı sahədən gələn zaman həmkəndliləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Elmiyar Sultanlı onun qabağını kəsmişlər. Həmin vaxt Coşqun ona “bu sahə ilə niyə gedib-gəlirisiniz, həmin sahə yol deyil, bizə məxsusdur” demişdir. Coşqun onunla üzbəüz dayanmışdır. Seymur və Coşqun ona yaxınlaşaraq çiyin nahiyəsində olan ov silahını almaq istəyən zaman onları qorxutmaq məqsədi ilə onlara “yaxın gəlməyin sizi vuraram” demişdir. Seymur tüfəngi əlindən almaq istəyən zaman Elmiyar arxadan əlindəki ağac parçası ilə baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Özünü itirmiş və bilmədən əli silahın tətiyinə dəymiş və silahdan atəş açılmışdır. Onu döymüşlər və silahını əlindən almışlar. Sonra isə Coşqun, Seymur və Elmiyar oradan getmişlər, bundan sonra o da yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixli ifadəsində bildirmişdir ki, Coşqun və Zərərçəkmiş şəxs2lar ilə yaxın qohumluq münasibətləri olmuşdur. Onlar həm bibisi oğlanları, həm də qayınlarıdır. Bundan əlavə onun bacısı, Coşqun və Seymurun qardaşı Fuadın, Coşqun və Seymurun da bacısı onun həyat yoldaşıdır. Elmiyar Sultanzadə isə baldızı oğludur. Onlar ilə münasibətləri yaxşı olmuşdur. 01 may 2021-ci il tarixdə saat 08 radələrində, səhər tezdən yuxudan ayılmış, həyətdə olan heyvanların saxlanıldığı setkanı açmış və heyvanları tövlənin aşağı hissəsinə ötürərkən çoxlu toyuq tüklərinin yayıldığını görmüşdür. Tülkünün onların toyuqlarını apardığını başa düşmüşdür. Buna qədər də dəfələrlə tülkü qonşuların da toyuqlarını aparmışdır. Evə qaçmış və tülkünü vurmaq üçün yaşadığı evdə saxladığı 16 kalibrli, qoşalülə, 110080-66 nömrəli ov silahını götürərək içərisinə zavod istehsalı olan 2 ədəd patron qoyub tüfəngin hər iki tətiyini çəkərək hazır vəziyyətdə tülkünü vurmaq istəyən zaman tülkü qaçaraq oradan uzaqlaşmış və tülkünü vura bilməmişdir. Həmin vaxt əmisi oğlu Xəyyamla rastlaşmış, ona tülkü vurmaq üçün tüfəngi götürdüyünü bildirmişdir. Həmin vaxt oğlu Tərlan heyvanları tövlədən çıxarmış və “Qarağaclı” deyilən yerə tərəf aparmışdır. Tərlan iribuynuzlu heyvanları, o isə oğlunun arxası ilə xırdabuynuzlu heyvanları aparmışdır. Tülkünü görəndə vurmaq üçün tüfəngin tətiyini buraxmamış və patronları tüfəngdən çıxarmamışdır. Tülkünü gördüyü halda vaxt itirməmək üçün belə etmişdir. Tərlan qabaqda inəkləri, o, isə arxada tüfəng çiynində qoyunları “Qarağaclı” adlı örüş sahəsinə qoyub geri qayıtmışdır. Coşquna heyvanlarını hər hansı bir yerə aparmaması ilə bağlı bir söz deməmişdir. Coşqunun həmin vaxt örüş sahəsinə heyvan apardığını görməmişdir. Belə bir söz deməyi də mümkün deyildir. Çünki kəndin hər hansı sakininin “İməci yeri” deyilən sahəyə və digər örüş sahələrinə heyvanları ancaq həmin yerdən gedib-gəlir. Bundan başqa yol yoxdur. Ona görə də Coşqunun dedikləri mümkün deyil. Belə çıxır ki, o həmin ərazidən heyvanların aparılmasını bütün kənd sakinlərinə qadağan etməli idi. 01 may 2021-ci ildə oğlu Tərlanla birlikdə heyvanlarını “Qobular” deyilən yerdən keçməklə, pay torpağına, yəni “Qarağaclı” deyilən yerə aparmışdır. Oğlu Tərlan örüş sahəsində qalmış, o isə evə getdiyi yol ilə, yəni “Qobular” deyilən ərazidən keçməklə qayıtmışdır. “İməci yeri”ndə olan hündür dağın aşağı hissəsi ilə, yəni “Qobular” adlı ərazidən keçərkən ondan təxminən 200 metr aralıda hündür dağın yuxarısından Coşqun ona orada dayanmağını və sözü olduğunu bildirmişdir. Tələsdiyindən sonuncuya sözünü deməsini bildirmişdir. Coşqun isə ona “gözlə gəlirəm” demişdir. O, da gözləmiş, Coşqun yaxınlaşaraq ona salam vermiş və sonra bacısı oğlu Elmiyarın “Hamlet mənimlə mübahisə edir” dediyini bildirmiş, olduğu ərazinin Elmiyarın yeri olmasını deyərək bir daha oradan gəlib getməməyi tələb etmişdir. Bu ərazidə heyvan otarmadığını, sadəcə olaraq getdiyi yolun hamının istifadəsi olan yol olmasını demişdir. Həmin vaxt Coşqunun arxası ilə Elmiyar və qardaşı Seymur gələrək Coşqunun yanında durmuşlar. Ona bir daha həmin ərazidən keçməməsini bildirirək hədələmişlər. O isə heyvanlarını otardığı örüş sahəsinə getməyə başqa yol olmadığını, həmin yolun dədə-baba yolu olduğunu bildirmişdir. Sonra ani olaraq Seymur və Elmiyar ona hücum edib, çiynindən tüfəngi çıxarmaq istəmişlər. O, isə bunu görüb bir neçə addım arxaya çəkilmişdir. İlkində onunla qarşı tərəf arasında məsafə çox yaxın olmuş, demək olar ki, üzbə-üz olmuşlar. Ov tüfəngin hazır vəziyyətdə olması barədə xəbərdarlıq etmişdir. Geri çəkiləndən sonra Elmiyar və Seymur onun üstünə gəlmişlər. Coşqun isə bir qədər aralıda qalmışdır. Həmin vaxt Coşqunla onun arasında təxminən 3 metr məsafə olmuşdur. Tüfəngi ondan almaq niyyətlərini görüb tüfəngin kəmərini sol əlinə dolayıb möhkəm tutmuşdur. Seymur tüfəngdən tutmuş, elə həmin vaxt Elmiyar əlindəki ağacla onun bədəninin müxtəlif yerlərinə vurmağa başlayaraq Seymurun tüfəngi ondan almasına kömək etmək istəmişdir. Həmin vaxt onun başında papaq olmuşdur. Onlarla dartışanda papaq başından yerə düşmüşdür. Onlar tüfəngi əlindən buraxmadığını gördükdə Elmiyar başının sol tin hissəsinə ağacla zərbə endirmişdir. Eyni vaxtda Seymur bir əli ilə tüfəngin lüləsindən, digər əli ilə qundağından tutub almaq istəmişdir. Başına ağac dəyəndə özünü itirib əyilmişdir. Seymurun əlindən çıxmaq üçün dartınmış, sanki tüfəngin lüləsi aşağı tərəfə əyilmiş, bu vaxt birdən atəş açılmışdır. Seymur onu yenə dartmış, tüfəngin lüləsi bir qədər yuxarı qalxanda yenə atəş açılmışdır. Onların əlindən çıxmaq üçün dayandığı yerin aşağı tərəfinə dartınmağa başlamışdır. Onların üçü də ağacla ayaqlarına, qollarına və bədəninə vuraraq aşağıdakı qayalığın üstünə gətirmişlər. Həmin qayalığın üstündə Seymur onun qasıq nahiyəsinə bir zərbə vurmuş, sanki gözündən od çıxmış, qarın hissəsində bərk sancılar yaranmışdır. O, yerə yıxılmış, artıq əli boşalmış, bundan istifadə edən Seymur tüfəngi əlindən alıb, ona tərəf tuşlayıb tətiyi çəkmiş və silahda güllə olmadığı bildirib qundağı ilə onun qoluna vurmuşdur. Sonra onların əlindən qaçmışdır. Qaçan zaman Coşqunun qan axdığını dediyini eşitmişdir. O çayla qaçıb həmkəndlisi Qalibin evinə gəlmişdir. Qalibə qısa olaraq olanları demişdir. Qalib isə dərhal əmisi oğlu Xəyyama zəng etmişdir. Az sonra Xəyyam onu Qalibin evindən götürüb yaşadığı evə aparmışdır. Onun heç kəsə güllə atmaq, kimisə öldürmək niyyəti olmamışdır. Əgər belə bir niyyəti olsaydı Coşqun dağın yuxarısından aşağı düşəndə onu vurardı, buna mane olan da olmamışdır. Coşqunla onun arasında bir neçə metr məsafə olmuşdur. Silahdan pis istifadə etmir. 3-4 metrdən də tüfəngi uzadanda Coşquna çatardı, heç nişan almağa da ehtiyac olmazdı. Onun tüfəngində cəmi 2 patron olmuşdur. Üstündə artıq patron olmamışdır. Hadisə zamanı baş nahiyəsinə ağacla Elmiyar, sol bazu nahiyəsinə ağacla Seymur, sağ kürək nahiyəsinə və sol bud nahiyəsinə isə ağacla Coşqun vuraraq xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs bundan başqa verilən suallara cavab olaraq bildirmişdir ki, həmin silah Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan xalası X6 əri Allahverdi Nəzərova məxsus olmuş və təxminən 4-5 il əvvəl sonuncu öldükdən sonra xalasından xahiş edərək götürmüşdür. Həmin silahla əvvəllər dəfələrlə tülkü vurmuşdur. Ov tüfəngindən yaxşı istifadə edə bilir. Həmçinin əvvəllər də dəfələrlə həmin silahı çiynində örüş sahəsinə aparmışdır. Həmin silahı üstündə daşımağının səbəbi şəxsi təsərrüfatında olan heyvanları vəhşi heyvanların ola biləcək ani hücumundan qorumaq olmuşdur. Həmin gün də tülkü onların toyuqlarını ovladığına görə silahı özü ilə götürmüşdür ki, qarşısına çıxdığı anda tülkünü vursun. Belə ki o, örüş sahəsinə getdiyi ərazidə yolboyu tülkü yuvaları vardır. Oğlu Tərlan ilə birlikdə “Qarağaclı” deyilən sahəyə gedərkən və oradan təkbaşına qayıdarkən onda ağac parçası olmamışdır. Həmin ərazidən qayıdarkən silah sağ çiynində olmuşdur. “Qobular” adlı ərazinin aşağı, yol olan hissəsi ilə gedəndə həmin ərazinin yuxarı hissəsindən Coşqunun onu çağırdığını eşitmişdir. Sonuncudan təxminən 5-6 metr aralıda da qardaşı Seymur və Elmiyar irəliləmişdir. Üçünün də əlində təxminən 1,5 metr uzunluğunda ağac parçası olmuşdur. Coşqun onun qabağında, Seymur sağ tərəfində, Elmiyar isə solunda nisbətən arxa tərəfində dayanmışlar. Coşqun ona həmin ərazinin Elmiyarın ərazisi olduğunu demiş, ona həmin ərazidən gedib-gəlməyini irad bildirmişdir. Əlavə olaraq ona bir daha həmin ərazidən keçməməyini bildirmiş və keçəcəyi halda onu hədələmişlər. Söhbət zamanı Seymur anidən onun sağ çiynində olan silahın əvvəlcə sağ əli ilə lüləsindən, bundan sonra isə sol əli ilə silahın qundaq hissəsindən yapışıb ondan almağa çalışmışdır. Həmin an Seymurla əlbə-yaxa olmuş və Seymur silahı özünə tərəf o, isə özünə tərəf dartmışdır. Dartışdıqları anda Coşqun onunla üzbə-üz durmuşdur. Onun sol-arxa tərəfində olan Elmiyar isə əlindəki ağac parçası ilə sol təpə nahiyəsindən zərbə vurmuşdur. Həmin zərbənin təsirindən aşağı əyilmiş, bu vaxt silah açılmışdır. Özünü tarazlayıb ayaq üstə qalxmaq istəyəndə isə silahın lüləsi yuxarı istiqamətlənmiş və ikinci atəş açılmışdır. Elmiyarın vurduğu zərbə nəticəsində aşağı əyilən zaman və yenidən qalxan zaman Seymur silahdan yapışmış vəziyyətdə olmuşdur. Hadisə zamanı silahın tətiyinə kimin basdığını xatırlamamışdır. Onun sağ əli, Seymurun isə sol əli silahın tətik olan hissəsində olmuşdur. Açılmış atəşlərin Coşquna dəydiyini bilməmişdir. Atəşlər açıldıqdan sonra Seymur yenə də silahı buraxmamış, onun əlindən almaq istəmişdir. Bundan sonra onların üçüdə onu tutaraq əllərində olan ağaclarla onun ayaqlarına, qollarına vurmuşlar. Hadisə ümumilikdə 10-15 dəqiqə davam etmiş, təxminən 10 dəqiqə söhbət etmişlər, əlbə-yaxa olmaları isə 5-6 dəqiqə çəkmişdir. Hadisə zamanı çox həyacanlı olmuş, onun qabağını kəsdiklərinə və Seymurun onun əlindəki tüfəngdən yapışdığına görə onu öldürmək istədiklərini düşünmüşdür. Eyni zamanda silahın tətik olan hissəsindən Seymur da sol əli ilə tutmuşdur. Hadisə zamanı silahın tətiyinə konkret olaraq kimin əlinin dəydiyini xatırlamamışdır. Seymur da yalan danışmışdır. Heç vaxt heç kimi güllə ilə vurmaqla hədələməmişdir. Hadisə zamanı onda odun parçası olmamış, Seymurun ayağına odun parçası ilə vurmamışdır. Seymurun dediyi şəraitdə həm tüfəngi, həmdə ki odun parçasını eyni anda əlində saxlaması mümkün deyildir. Hadisədən əvvəl Coşqun, Seymur və ya Elmiyar ona “Qobular” deyilən ərazidən gedib-gəlməmək barədə irad bildirməmişlər. Hadisə günü Coşqun, Seymur və Elmiyarın onun qabağını kəsmələrinin səbəbi Elmiyarın hadisədən bir neçə gün əvvəl dayıları Coşqun və Seymura guya onun “Beşbarmaq” deyilən yerdə Elmiyarın qabağını kəsməyi və qəsdən ilişməyi barədə yalandan dedikləri olmuşdur. Əslində isə belə hal baş verməmişdir. Elmiyarın qabağını kəsməmiş, nə də ona ilişməmişdir. Sadəcə olaraq hadisədən iki üç gün əvvəl örüş sahəsində olarkən uzaqdan Elmiyara öz heyvanlarını onların heyvanlarına qatmamağını xahiş etmişdir. Sonuncu isə ona sərt cavab verərək yaxşı etdiyini bildirmişdir. Həmin vaxt nəinki Elmiyarın qabağın kəsmək, hətta onunla üz-üzə belə olmamışdır. Elmiyarın hadisə yerində olmaması, atasının Elmiyarın atası Əliməddini tutdurmağı barədə dedikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixli ifadəsində bildirmişdir ki, iş üzrə verdiyi ilkin izahatı və ifadələri alınanda isə həmin izahat və ifadələri oxumadan imzalamışdır. Buna görə də hadisə yerində Coşqun və Seymurun ona yaxınlaşaraq həmin vaxt çiynində olan silahı almaq istəyən zaman onları qorxutmaq məqsədi ilə tüfəngi Zərərçəkmiş şəxs1 tərəf tuşlaması və Zərərçəkmiş şəxs2 tüfəngi əlindən almaq istəyən zaman Elmiyarın əlindəki ağacla onun baş nahiyəsinə zərbə vurması nəticəsində bilmədən əlinin silahın tətiyinə dəyməsi, qorxutmaq məqsədi ilə “yaxın gəlməyin sizi vuraram” deməsi ilə bağlı xüsusatlardan imtina edir. Müdafiəçisi olana qədər verdiyi izahat və ifadələri oxumamışdır. Onun dedikləri düzgün əks etdirilməmişdir. Heç vaxt silahı Coşquna tuşlamağı barədə izahat və ya ifadə verməmişdir. Ona görə də faktla bağlı verdiyi ilkin izahatını, 12 may 2021-ci il tarixdə şahid qismində, 28 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini qismən təsdiq edərək yuxarıda qeyd edilən xüsusatlardan imtina edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğlu və bacısı Gülmira Zabidovanın əridir. Hamletin bacısı onun qardaşı Fuadın arvadıdır. Hamletlə münasibəti yaxşı olmuşdur. Hadisədən əvvəl son iki ayda Hamleti görməmişdir. Hamlet örüş sahəsinə gedən zaman onu görməmiş, Hamletin oğlu Tərlanın onun olduğu yerdən bir az aşağı yol ilə özlərinə məxsus heyvanları apardığını görmüşdür. 01 may 2021-ci il tarixdə təxminən saat 07 radələrində şəxsi təsərrüfatında olan xırda və iri buynuzlu heyvanları tövlədən açıb onlara məxsus kəndin “İməci yeri” deyilən ərazisinə otarmaq məqsədi ilə aparmışdır. Kəndin “Səmənd yeri” deyilən örüş sahəsindən keçən zaman Təqsirləndirilən şəxs həyətlərindən səsləyib əraziyə heyvanlarını aparmamalarını, oranı öz heyvanları üçün qoruduğunu demişdir. Həmin vaxt Hamletin bu sözü ona dediyini başa düşməmişdir. Hamletlə aralarında təxminən 300 metr məsafə olmuş, özünün yaşadığı evə qədər isə təxminən 400 metr məsafə olmuşdur. Hesab etmişdir ki, Hamilet ümumi şəkildə danışır, bu səbəbdən də Hamletə cavab verməmiş, heyvanları həmin ərazidən keçirib “İməci yeri” deyilən sahəyə aparmış və orada otarmağa başlamışdır. Təxminən yarım saat keçmiş Tərlan da şəxsi təsərrüfatlarında olan heyvanları onların sahələrinin aşağı tərəfində olan yol ilə öz sahələrinə aparmış və heyvanların yanında qalmışdır. “Səmənd yeri” deyilən sahə dövlətə məxsusdur. Əvvəllər də həmin ərazidə heyvan otarmış və şəxsi təsərrüfatında olan heyvanları ‘İməci yeri” deyilən sahəyə aparanda həmin “Səmənd yeri” deyilən ərazidən keçmişdir. Ərazi üstündə Hamletlə aralarında heç vaxt mübahisə olmamışdır. Təxminən 20 il bundan əvvəl aralarında ailə münaqişəsi olmuş, Hamletgil qardaşı Fuadın evinə hücum çəkmişlər. Bir az sonra Hamletin sağ əlində ov tüfəngi, sol əlində isə odun (ağac) parçası həmin istiqamətdən gəldiyini görmüşdür. Hamlet ona yaxınlaşmış, Hamletə salam vermiş, əl verib görüşmək istəmiş, Hamlet razı olmamış, qrip olduğunu, yaxın gəlməməsini bildirmişdir. Hamletin bu sözündən sonra üzünü çevirib 3-4 metr heyvanları olan tərəfə getmişdir. Hamlet “sənə neçə dəfə demişəm ki, heyvanları “Səmənd yeri”ndən gətirmə, oranı mən qoruyuram” demiş, Hamletə cavabında həmin sahənin heç kimə aid olmadığını, kənd sakinləri üçün ayrılmış örüş sahəsi olduğunu demişdir. Hamlet silahı öz boyu paralelində onun düz sifətinə doğru tuşlamış, həmin vaxt sonuncunun əlində olan ağacla bağlı nə etdiyinə fikir verməmişdir. Hamlet ov silahını ona tuşlayan zaman üz-üzə olmuşlar, həmin vaxt yanlarında və ətrafda kənar şəxs olmamış, aralarında məsafə 5-6 metrə olmuşdur. Tüfəngin uzunluğu isə 1-2 metr olardı. Hamlet “səni vuraram” dediyi anda birinci atəşi açmış, həmin vaxt özü anidən sola çəkilmiş, buna görə də mərmi onun sağ döş qəfəsinə dəymişdir. Birinci atəşdən sonra mərmi dəyən sağ döş qəfəsindən sol əli ilə tutmuş, lakin yıxılmamışdır. Hamlet birinci atəşdən təxminən 10-15 saniyədən sonra ikinci dəfə ona atəş açmaq üçün silahı tam tuşlamaq istədiyi anda sağ əlində olan ağac parçasını atmış və həmin ağac parçası Hamletin baş nahiyəsindən dəymiş, Hamlet müvazinətini itirmiş və başı aşağı getmiş, həmin vaxt da ikinci atəşi açmış və ikinci güllə sağ ayağına dəymişdir. İkinci atəşdən sonra Hamlet əlini sağ cibinə atmış, Hamlet növbəti patronu silaha yerləşdirib bir daha atəş açacağını fikirləşmişdir. Həmin vaxt Hamletə çatmış və ona badalağ verib yerə yıxmışdır. Hamlet yenidən yerindən qalxmaq istəyəndə qardaşı Seymur onlara çatmış və birlikdə silahı Hamletin əlindən almışlar. Hamletin əlində 3-cü patronu görməmişdir. Elmiyar hadisə zamanı orada olmamışdır. Seymurun da Hamletə xəsarət yetirdiyini görməmişdir. Seymuru ilk dəfə Hamletə badalağ verib yıxdıqdan sonra gələndə görmüşdür. Hamletlə söhbət edən zaman Seymurun hadisə yerində olduğunu görməmiş, fikirləşmişdir ki, bəlkə də Seymur həmin vaxt hadisə yerinin yuxarısında olan təpədən onları görmüşdür. Hamlet qayalıq sahə ilə qaçıb getmişdir. Özü isə qardaşı ilə birlikdə kəndə qayıtmışdır. Kənddən onu “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X51 aparmışlar. Xəstəxanada tibbi müayinə və müalicə olunmuşdur. Sağ döş qəfəsindən cərrahiyyə üsulu ilə 8 qırma çıxarılmış, 3 qırma hal-hazırda bədənindədir, hava boşluğuna nə qədər qırma getdiyini bilməmişdir. Həyatı üçün riskli olduğundan bədənində qalan 3 qırmanı həkimlər müdaxilə еdib çıxarа bilməmişlər ona görə də müalicə olunmuşdur. Hamlet öz evindən silahı götürərək atəşə hazır vəziyyətə gətirib onu öldürmək üçün olduğu yerə gəlmiş və iki dəfə atəş açaraq xəsarət yetirmişdir. Səbəb kimi isə örüş sahəsində heyvan otarmağını bəhanə etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etmişdir. Xəstəxanada olarkən, müstəntiq ilkin izahatını alanda dediklərini qeyd etmək istəməmiş, çünki müstəntiq Hamleti müdafiə etmişdir. Hamletgillə aralarında olan ailə münaqişəsi bacısı onlara gəlin getməsindən əvvəl olmuşdur. Təxminən 25 il olar ki, Hamletin bacısı qardaşının arvadıdır, bacısı Hamletə ərə getdiyi gündən 1 il 6 ay keçməmiş Hamletin ailəsi, bacısının ərdə olduğu qardaşıgilə hücum çəkmiş, məhz həmin vaxtdan ailələri ilə Hamletin ailəsi arasında mübarizə getmişdir. Hamletgillə aralarında münaqişə ailə mübahisəsinə görə olmuş, onlarla torpaq münaqişəsi olmamışdır. Hamletin bacısı qardaşında ərdə olduğu vaxt, Hamletgil onlara qarşı əl-qol açmamışlar, onlarla dalaşmamışlar, lakin bacıları Hamletə gəlin gedəndən sonra münaqişələr ciddi xarakter almağa başlamış, Hamlet bacısıyla qisas məqsədilə аilə qurmuşdur. Əvəllər Hamlet qardaşı ilə birləşib örüş yerində, onu vurduğu yerə qardaşı Vurğunu söhbət bəhanəsi ilə çağırmış və həmin yerdə Hamletin qardaşı Vurğunu arxadan dəmir-ağac ilə vurmuş, lakin bu barədə polisə müraciət etməmişlər. Bir dəfə də Hamletgil qardaşı Seymurun həyətinə dava-dalaş salmaq məqsədilə getmiş, polisə baş vermiş faktla bağlı müraciət etmişlər, lakin aralarında barışıq olması səbəbilə işə baxılmasına xitam verilmiş, sonra bir neçə dəfə eyni proseslər təkrarlanmış, lakin Hamletgili yola vermişlər, Hamletgil görmüşlər ki, niyətlərini başa çatdıra bilmirlər və Hamlet tam оdlu silahla hücum çəkmişdir. Hadisə baş verən günü örüşdə heyvanları tək otarmış, qardaşıyla onun örüş növbələri olmuş, hər gün səhər tezdən səhər yeməyi yeməmiş heyvanları örüşə aparmış, sonra qardaşı evdə yeməyini yeyerək növbəni ondan təhvil almış və evə səhər yeməyi yeməyə getmişdir. Əvvəllər örüş sahəsi ilə bağlı Hamlet onlara heç bir iradını bildirməmiş, örüş sahəsi kəndin ümumi istifadəsindədir. Hamletlə eyni kənddə yaşamışlar. Gündüz vaxtı örüşdə vəhşi heyvanlar оlmamışdır. Gündüz vaxtı heç kim, yəni digər kənd sakinləri örüşə heç vaxt silahla getməmişlər, Hamlet silahı örüşə onu öldürmək məqsədi ilə aparmışdır. Silah Hamletin xalasının ərinə məxsusdur, Bakı şəhərindən gətirilmişdir. Hadisə yerində azca maili ərazidə olmuş, Hamletə nisbətən hündürdə olmuş, Hamlet onu ilk olaraq silahla başından vurmaq istəmiş, lakin məsafə olaraq ondan aşağıda olması, həm də boyunun çatmaması səbəbilə öz cinayətkar niyyətini başa çatdırа bilməmişdir. Hamlet onu başından vura bilməmiş, Hamletin açdığı atəş nəticəsində güllə onun sağ döş qəfəsindən dəymişdir. Hamlet ona atəş açarkən onunla məsafələri 5-6 metr olmuş, Hamlet ona atəş açarkən qaçmağa çalışmamış, Hamlet öz boyunun məsafəsində ona atəş açmış, Hamlet ona “Səni vururam” deyərkən sola büdrəmiş və güllə sağ döş qəfəsinə dəymiş, sola büdrəməyinin səbəbini bilməmişdir. Birinci atəş zamanı Hamlet ona tərəf, o da Hamlet tərəfə hərəkət etməmiş, güllə dəyən sağ döş qəfəsini əliylə tutmuş, sola tərəf büdrəmiş və Hamletin yenə ona atəş açmaq istədiyini görmüşdür. Hadisə yerində Hamletin əlində ağac görmüş, lakin ona birinci atəşi açanda Hamlet qoşalüləni iki əli ilə tutmuş, yəni həmin vaxtı əlindəki ağacı yerə söykəyib atəş açmağını görə bilməmişdir. Həmin vaxtı özündə olmamış, Hamletin ona “vurаram” deməsi ilə atəş açmaсı eyni olmuş, tüfəng də qoşalülə olmuş, iki tətiyi və iki patronu olmuşdur. Hamlet birinci atəşi açmış, sol əlini yaraya-sağ döş qəfəsinin üzərinə qoymuş, elə hiss etmişdir ki, sanki ona daş dəymiş, yara isti olduğu üçün tam hiss etməmiş, kürəyinin arxa hissəsindən-güllə çıxdığı yerdən qan axdığını hiss etməmiş, həmin vaxt görmüşdür ki, üstdən onu nişan almış, əlindəki ağacı Hamletin başına аtmış, ağacın Hamletin başının hansı hissəsinə dəyməyini görə bilməmiş, həmin an Hamlet başını aşağı salaraq önə tərəf gəlmiş və atdığı ikinci atəş ayağına dəymişdir. Hadisə zamanı Hamleti Elmiyar və Seymur vurmamış, Elmiyar hadisə yerində olmamışdır. Birinci atəşdən sonra əlindəki ağacı Hamletə atdıqdan sonra müvazinətini itirib əyilib önə tərəf getmiş, Hamletin barmağı tətikdə olmuş, bu zaman ikinci güllə ayağından dəymiş, ikinci atəşdən sonra tüfəng Hamletin əlindən düşməmiş və hətta Hamlet əlini üçüncü patrona atmış və onu söymüşdür. Hamlet önə tərəf əyilmiş, lakin dizləri üstə yıxılmamış və güllə də onun ayağına dəymişdir. Hamlet ona tüfəngdən atəşlər açan zaman hadisə yerində qardaşını görməmiş, onlardan irəlidə yüksəklik olmuş, qardaşı Seymur ordan Hamletin “vururam” deməsini eşitmiş, qardaşının növbəni dəyişmək üçün arxasınca gələcəyini bilmiş, lakin hadisə zamanı onu görməmişdir. X20 tüfənglə vurmasını yüksəklikdən görmüşdür. Qardaşı Seymur gələndən sonra Hamleti zərərsizləşdirmək mümkün olmuş, Seymur tüfəngi Hamletin əlindən almış, qardaşı Seymur gəlməsəydi, Hamlet onu öldürəcəkdi, həmin vaxtı yaralı olmuş, Hamleti zərərsizləşdirmək iqtidarında olmamışdır. Hamlet hadisə vaxtı qardaşı Seymura xəsarət yetirmiş, lakin Hamletin qardaşı Seymura hansı istiqamətdə xəsarət yetirməsini bilməmişdir. Qoşalüləli tüfəngdə tətiyi dəyişmək üçün saniyə lazımdır, Hamlet önə tərəf əyildikdən sonra əlindəki tüfəngi qaldırıb yenidən ona tərəf tuşlamaya macal tapmamış, çünki cəld tərpənərək ağacı Hamletə tərəf atmışdır. Aldığı güllə xəsarətləri nəticəsində uzun müddət müalicə almış, cərrahi əməliyyata məruz qalmış və hal-hazırda ambulator şəraitdə müalicə almışdır. Bədənində qəlpələr mövcuddur, tibbi müdaxilə nəticəsində də götürülə bilməmiş, bu barədə cinayət işi materiallarında sənədlər vardır. Hamlet tutulana qədər bacısı Hamletgilin evində olmuş, Hamlet tutulduqdan sonra Hamletin valideynləri-anası və atası bacısını evlərindən qovmuşlar, aralarında olan ailə münaqişəsinə görə nə Hamletin onlarda gəlin olan bacısını, nə də ki Hamletin arvadı bacısını söhbətə qatmamışlar. Hamletlə aralarında 20 il əvvəl ziddiyyət olmuş, ziddiyyətin baş verdiyi müddətdən hal-hazırkı hadisəyə qədər aralarında olan münaşiqə sabitləşmiş, baş verən hazırkı hadisədən sonra isə аralarında olan ziddiyyət kəskinləşmişdir. 20 il ərzində Hamletgillə aralarında olan ədavətlər barədə onu deyə bilmişdir ki, 2002-ci ildə Hamlet qardaşı ilə birlikdə örüş sahəsində qardaşına xəsarət yetirmişlər, həmin vaxt ailə üzvləri məsələnin böyüməsinə imkan verməmişlər, bu hadisədən 2-3 ay sonra Hamlet öz yeznəsinin-qardaşı Fuadın həyətinə daxil olaraq orada dava-dalaş salmışlar, həmin vaxtdan aralarında münaqişələr başlamışdır. Bir neçə dəfə Hamletgilin etdikləri qanunsuz hərəkətlərə göz yummuşlar. Hadisə baş verəndən sonra Hamletin qohumları onlara üzrxahlıq üçün gəlməmişlər. Hadisədən sonra təxminən 7-10 gün müddət olmuşdur ki, xəstəxanada olduğu zaman Hamletin qardaşı Sehran xəstəxanaya gəlib onu hədələyərək “bu da barışmağın bir yoludur” demiş, yəni təslim olmasanız, ölümlə nəticələnəcək demək istəmişdir. “Səmənd yeri” ərazisi dövlət mülkiyyətindədir, həmin ərazi ilə Hamletin evinin arasındakı məsafə təxminən 500 metr olardı. Hamletin evindən yüksək səslə çıxan səsi “Səmənd yeri” ərazisidən eşitmək mümkündür. Hamletin “Səmənd yeri” ərazisi ilə əlaqədar digər şəxslərə irad tutub-tutmaması barədə məlumatı olmamışdır. 01 may 2022-ci ildə hadisə yerində, yəni “Səmənd yeri” adlanan ərazidə heç kim olmamış, ondan başqa kiminsə mal-qarası ordan keçməmiş, lakin dərədən yuxarıda adamlar olmuşdur. Hamlet oğlu ilə mal-qarasını çölə apardıqdan təxminən 30 dəqiqə sonra tək geri qayıtmış, hadisə yerində ondan başqa heç kim olmamışdır. Kənddə Hamletin onların ailələrindən savayı başqa şəxslərlə arasında dava-dalaşının, mübahisəsinin olması barədə məlumatı olmamışdır. Elmiyar ona Hamletin onu döyməsi, hədələməsi ilə bağlı heç nə deməmişdir “Qoblar” adlanan yeri Elmiyarın atası Elməddin ona satmış və ora heyvanı otarmaq üçün getmişdir. Hamletin onu öldürmək istəməsi səbəbini bilməmişdir. Əgər Elmiyar ağacla Hamletin başına xəsarət yetirsəydi, Hamlet Elimyarı öldürmək istəyərdi onu deyil. Hadisə günü yağış yağmamış, hava günəşli olmuş, yağış hadisədən bir gün qabaq gecə yağmış, buna görə də yer nəmişlik olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğlu olmaqla bacısının əridir. Hamletin bacısı da qardaşı Fuadın arvadıdır. Hamletlə yaxın münasibəti olmamışdır. Hamletlə heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. 20 il əvvəl aralarında ailə münaqişəsi olmuşdur. Hamlet ilə onun yaşadığı ev arasında təxminən 150 metr məsafədir. 01 may 2021-ci il tarixdə təxminən saat 08 radələrində qardaşı Coşqun şəxsi təsərrüfatlarında olan iri və xırda buynuzlu heyvanları kəndin “Səmənd yeri” deyilən otlaq sahəsindən keçirməklə onlara məxsus “İməci yeri” adlanan əraziyə aparan zaman Hamlet onu görmüş və ondan heyvanlarını oradan aparmamağı tələb etmişdir. Coşqun isə Hamletə heç nə demədən heyvanları aparmışdır. Hamlet evdən tüfəngini götürərək həmin əraziyə tərəf getdiyini görmüşdür. Heyvanların yanında qalmaq üçün həmin əraziyə getmişdir. “İməci yeri” deyilən əraziyə yaxınlaşanda Hamletin qardaşı Coşquna “Səmənd yeri” adlanan örüş sahəsini qoruduğunu, niyə heyvanlarını oradan gətirirsən dediyini eşitmişdir. Hamletlə Coşqunu ilk dəfə müşahidə edən zaman aralarında təxminən 50 metr məsafə olmuşdur. Coşqun isə Hamletə ora kənd mal-qarası üçün ayrılmış otlaq sahəsidir deyə cavab verən vaxtı Hamlet Coşquna oranı özü üçün qoruduğunu və onu güllə ilə vuracağını demişdir. Bu sözləri eşidib onlara yaxınlaşıb Hamletə ayıbdir, güllə nədir, başqa adam deyilsiz deyə bildirmişdir. Silah Hamletin sağ əlində olmuş, sol əlində isə ağac parçası olmuşdur. Hamletin silahı qardaşı Coşquna tuşladığını görsə də həmin vaxt əlindəki ağacı ne etdiyini görməmişdir. Bu zaman Hamlet bir-iki metr arxaya tərəf çəkilib tüfəngi Coşquna tərəf tuşlayıb ona iki güllə atmışdır. Güllələrdən biri Coşqunun sağ döş qəfəsinə tuş gəlmişdir. Birinci atəşdən sonra Coşqun xəsarət aldığı sağ döş qəfəsindən sol əli ilə tutmuş, lakin yıxılmamış, həmin vaxt Coşqunun əlində ağac parçası olub-olmadığını görməmişdir. Hamletin atəşin digərini isə onun baş nahiyəsinə vurmaq istəyəndə Coşqun odun parçasını Hamletə atmış, odun parçası Hamletin başına dəymiş, nəticədə Hamletin açdığı güllə Coşqunun ayağına dəymişdir. Birinci və ikinci atəş arasında təxminən 5-10 saniyə keçmişdir. Hamletdə üçüncü patronu görməmiş, hadisə zamanı Təqsirləndirilən şəxs və Coşqun üz-üzə durmuşlar. Bundan sonra dərhal onların olduğu yerə tərəf qaçmış və oraya çatmışdır. Coşqungilin yanına çatana qədər Coşqun Hamletə badalağ verib onu yerə yıxmışdır. Coşqun Hamletə badalağ verib onu yerə yıxdıqdan sonra sonuncunun yerdən hər hansı əşya götürdüyünü görməmişdir. Hamletin əlindəki silahdan yapışan zaman ağac parçası sonuncunun digər əlində olmuşdur. Hamlet qardaşı Coşquna atəş açan zaman ağac parçasının əlində olub-olmadığını bilməmişdir. Özü çatanda Hamlet artıq ayağa qalxmışdır. Çatan kimi əlini atıb silahın lülə hissəsindən yapışmışdır. Silahın lüləsindən tutan kimi Hamlet əlini sağ cibinə atmış və sonuncunun üçünücü patronu götürüb silaha qoymaq istədiyini düşünmüşdür. Silahın lüləsindən tutan zaman Hamlet əlindəki ağac parçası ilə sağ ayağının topuq nahiyəsindən bir zərbə endirmişdir. Bu vaxt əlində olan ağac parçası ilə bir dəfə Hamletin baş nahiyəsindən vurmuşdur. Bu vaxtı Coşqun da ona çatmış və birlikdə tüfəngi Hamletin əlindən almışlar. Sonra isə Hamlet özünü qayadan atıb qaçmışdır. Elmiyar hadisə zamanı orada olmamışdır. Hamletin əvvəlcədən Elmiyar Sultanzadənin atası ilə ədavəti olduğuna görə hadisə zamanı Elmiyarında orada olduğunu və onun başına Elmiyarın vurduğunu bildirmişdir. Hamletin sol bazu nahiyəsinə xəsarət yetirməmiş, hadisə zamanı orada kənar şəxslər olmamışdır. “Səmənd yeri” adlı ərazi dövlətə məxsusdur. O və qardaşı Coşqun əvvəllər də həmin ərazidə heyvan otarmış və bundan başqa heyvanlarını özlərinə məxsus “İməci yeri” deyilən əraziyə aparanda “Səmənd yeri”ndən aparmışlar. Hamletlə əvəllər heç vaxt ərazi üstündə mübahisələri olmamışdır. Hamlet öz evindən silahı götürüb atəşə hazır vəziyyətə gətirərək qardaşı Coşqunu öldürmək üçün sonuncunun olduğu yerə getmiş və iki dəfə atəş açaraq xəsarət yetirmişdir. Səbəb kimi isə örüş sahəsində heyvan otarmağını bəhanə etmişdir. Hamletin atəş açaraq Coşquna xəsarət yetirdiyi silahı əvvəllər görməmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Hamlet dayısı oğlu olmaqla yanaşı bacısının əridir. Hamletin bacısı da onun qardaşı Fuadın arvadıdır. Bakı şəhərində yaşadığına görə təxminən 20 ildir ki, Hamleti görməmişdir. Hamlet də bu müddət ərzində çox vaxt Rusiya Federasiyasında olmuş, kəndə ara-sıra gəlib-getmişdir. Hamletlə hər hansı münasibəti olmamışdır. 01 may 2021-ci il tarixdə Bakı şəhərində olduğu vaxt Hamletin silahdan atəş açaraq qardaşı Coşquna müxtəlif bədən xəsarətləri yetirməsi barədə məlumat almışdır. “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X51 getmiş, hadisə ilə maraqlanan zaman məlum olmuşdur ki, 01 may 2021-ci il tarixdə, saat 08 radələrində qardaşı Coşqun şəxsi təsərrüfatında olan xırda və iri buynuzlu heyvanları kəndin “Səmənd yeri” adlanan örüş sahəsindən keçməklə onlara məxsus “İməci yeri” adlanan əraziyə aparıb otaran vaxt Hamlet odlu silahdan atəş açmaqla qardaşının sağ döş qəfəsinə xəsarətlər yetirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hadisənin birbaşa şahidi olmamış, çünki həmin vaxtı Bakı şəhərində olmuş, Televar kəndində olmamış, hadisə isə kənddə olmuşdur. Cinayətin törədilmə səbəbin bilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ünvanladığı teleqram əsasında cinayət işinin İİ cildinin 50-51 səhifəsində olan ifadəsi elan olunaraq tədqiq oluna zaman müəyyən edildi ki, baş vermiş hadisənin şahidi olmamış və oğlu-Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, hər hansı məktəbdə oxumur və işsizdir. Təqsirləndirilən şəxslə düşmənçiliyi vardır, əvvəllər atasının üzünə duraraq onu həbs etdirmişdir. Hamletlə heç vaxt mübahisəsi olmamış, bir-birlərinin barələrində hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Hamlet heç vaxtı onu vurmamış və döyməmişdir. Hamlet yalandan onun adını çəkmişdir ki, guya Coşquna atəş açan zaman orada olmuş və onu vurmuşdur. Verilən suallara cavab olaraq şahid Elmiyar Sultanzadə bildirmişdir ki, Hamlet yalandan ifadə vermiş, Hamletin başına ağacla vuraraq xəsarət yetirməmişdir. Hadisə yerində olmamışdır. Hamletin evi ilə onun evi arasında məsafə 4-5 evdən çox olmuşdur. Hamletə xəsarət yetirməyilə bağlı barəsində olan cinayət işinə, yəqin, Hamlet yalan danışdığına görə xitam verilmişdir. Barəsində olan cinayət işinə ittihamedici əsaslarla xitam verilməsi ilə əlaqədar ərizədən xəbəri olmamışdır. Əvvəlki məhkumluğu ödənilmiş, əvvəlki məhkumluğu Hamletgilə görə olmuş, üzünə durmuşlar. Telefonu arabir işlətmiş, hadisə günü üstündə telefon olmamış, hadisədən sonrakı dövrdə özünə təzə telefon almışdır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Hamet Quliyev atasıdır, bir yerdə yamışlar, münasibətləri yaxşıdır. 01 may 2021-ci il tarixdə tezdən yuxudan durmuş, heyvanlarını Televar kəndi ərazisində yerləşən “Qarağaclı” deyilən yerdən özlərinə məxsus torpaq sahəsinə aparmışdır. Tezdən tövləni açanda tülkünün toyuqlarını apardığını görmüş, atasına məlumat vermiş, atasında tüfəngi götürərək tülkü vurmaq üçün getmişdir. Sonra atası gəlmiş, hevanları birlikdə aparmışlar. Həmin vaxtı ov tüfəngi atasının çiynində olmuş, heyvanları aparıb torpaq sahələrinə çatdıqdan sonra heyvanların yanında qalmış, atası evə qayıtmağa başlamışdır. Atası evə qayıdan zaman Coşqun, Seymur və Elmiyar atasının qabağını kəsmişlər, onlar atasını döyüb xəsarət yetirmişlər və əlindən silahı da almışlar. Sonra Elmiyar əlində ağac ilə yanına gələrək həmin sahənin onların olduğunu, heyvanları həmin sahədən aparmaqlarını bildirmişdir. Əks halda onu da atası kimi döyəcəyini demiş, heyvanları sahədən çıxarmış, Elmiyar onu döymək istəyən zaman həmkəndliləri X24 döyməsinə imkan verməmişdir. Verilən suallara cavab olaraq şahid Tərlan Quluzadə bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Dayısıgillə atasının qarşılaşmağını görmüşdür. Atası və dayısıgil ilə arasında məsafə təxminən 300 metr olmuş, ortalarında təpə də olmuş, dərənin 1 tərəfində özü, digər tərəfindən atası və dayısıgil olmuşdur. Hadisə vaxtı olduğu yerdən hadisə yerinə getmək mümkün olmuş, həmin vaxt mal-qaranı nəzarətdə saxlamışdır. Hadisə yerinə getmək istəyəndə Elmiyar üstünə cummaq istəmiş, Rail arxadan onu qoymamışdır. Atəş səsini eşitmiş, lakin güllənin kimə dəyməsini görməmiş, həmçinin həmin vaxt kimsə də yerə yıxılmamışdır. Atasının döyülməyini görmüşdür. Heyvanları nəzarətsiz qoya bilmədiyi üçün hadisə yerinə gedə bilməmiş, çünki yer sahibləri də orda olmuşlar. Elmiyar ağacı atasının başına vurduqdan sonra tutaşıb-süpürləşməyə başlamışlar və atəş açılmışdır. Hadisə yerində olmasa da, iki atəş səsini eşitmiş, lakin güllələrin kimə dəydiyini görməmişdir. Hadisə zamanı dayısı Coşqunun yerə yıxılmağını görməmiş, çünki 3-4 nəfərin arasından onu seçə bilməmiş, çünki orda qarışıq vəziyyət yaranmışdır. Atası silahı ona görə özü ilə aparmışdır ki, yolda tülkünü görən kimi vuracaqdır. Evlərindən dərəyə qədər məsafə 300-400 metr olmuş, hadisə yerinə kimi məsafənin təxminən nə qədər olmasını bilməmişdir. Atasıyla hadisə günü ayrılmaqlarının səbəbi atasının tülkü dalınca getməyi olmuşdur. Atası onunla birgə Qarağaclığa heyvanları qoyub tək geri evə qayıdanda, həm də yolboyu tülkü axtarmış, dayısıgillə qarşılaşmışdır. “Qobular”-dan keçəndə dayıları və heyvanlar “İməcilik” yerində olmuşdur. “Qobular” el yoludur, hamı ordan keçmişdir. Atası geri qayıdanda dayılarının heyvanları “İməcilik” yerində olmuşdur. Atasının tülkü dalınca getməsini qonşuluqda yaşayan Xəyyam da görmüşdür. Səhər saat 08-09 radələrində heyvanların qapısını açmışlar, səhər heyvanların olduğu yeri birinci özü açmışdır. Toyuqları heyvanlardan ayrı yerdə saxlamışlar, lakin bir-birinə yaxın saxlamışlar, birinci toyuqları açmış, onlar peyinliyə tərəf-tövlənin altına getmişlər, tülkünün toyuğu apardığını görmüş, dalınca qaçmış, lakin çata bilməmiş, sonra atasına xəbər vermiş, atası da tüfənglə onun dalınca getmiş, sonra mal-qoyunu açmışdır. Hal-hazırda “Qobular” deyilən ərazi Elmiyargil tərəfindən çəpərlənmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oğludur, Zərərçəkmiş şəxs1 da bacısı oğludur, Coşqunun bacısı Hamletin arvadıdır, onun qızı da Coşqunun qardaşının arvadıdır. Əvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Baş vermiş hadisənin bir başa şahidi olmamıdır. Əvvəllər olduğu kimi 01 may 2021-ci il tarixdə də səhər vaxtı tülkü toyuqlarını aparmışdır. Hamlet ov tüfəngini götürərək dərə ilə tülkünü vurmaq üçün onun dalınca getmiş, lakin tülkü çıxıb getdiyindən onu vura bilməmişdir. Evə qayıtdıqdan sonra Hamlet oğlu Tərlan ilə birlikdə heyvanlarını “Qarağaclı” adlanan ərazi ilə aparmışdır. Bir az sonra evdə olan zaman eşitmişdir ki, bacısı oğlanları Coşqun, Seymur və onların bacısı oğlu Elmiyar Hamletin qabağını kəsərək onu döymüşlər. Hadisə yerinə gedə bilməmiş, sonra Hamleti evə gətirmişlər, Hamet Coşqungilin onun qabağını kəsərək döydüklərini və ov tüfəngini əlindən aldıqlarını bildirmişdir. Hamlet birinci zərbəni Elmiyarın ağacla başına, Coşqun və Seymurun bədəninin müxtəlif yerlərinə zərbə vurduğunu bildirmişdir. Hamletlə söhbət etdikdən sonra Yardımlı RPŞ-nin əməkdaşları evlərinə gələrək Hamleti aparmışlar. Verilən suallara cavab olaraq şahid Cəfər Quliyev bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Hadisədən sonra barışıq üçün zərərçəkmiş tərəfə getmək istəmiş, lakin onu qəbul etmək istəməmişlər. 3-4 il əvvəl qohumları yığıb Coşqungilin üzərinə getməmişlər. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Ədalətin qızının əridir, Coşqun və Zərərçəkmiş şəxs2lar isə Ədalətin oğlanlarıdır, Elmiyar Sultanzadə isə Ədalətin digər qızının oğludur. Onların hər biri ilə münasibəti yaxşı olmuşdur. 01 may 2021-ci il tarixdə səhər vaxtı evində yatan zaman Ədalətin digər oğlu Fuad ona zəng edərək Hamletin “İməci yeri” də silahdan atəş açaraq Coşquna xəsarət yetirdiyini, Coşqunu Yardımlı Rayon Mərkəzi Xəstəxanasına apardığını, atası xəstə olduğu üçün ondan müğayət olmağını, atasının hadisə barədə məlumatı olmadığını bildirmişdir. Həyətə düşən zaman həyətlərində Yardımlı RPŞ-nin əməkdaşlarını görmüş, polislərə zəng gəldiyi üçün onlar çıxıb getmişlər, o isə digər qardaşı Qismətlə birlikdə xəstəxanaya Coşqunun yanına getmişlər. Xəstəxanaya gedən zaman Elmiyar həyətlərində görmüşdür. Baş vermiş hadisənin şahidi olmamış və hadisə yerində olmamışdır. Verilən suallara cavab olaraq şahid Hafis Zabidov bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Elmiyarın Hamletə xəsarət yetirməsindən, o cümlədən barəsində olan cinayət işinə xitam verilməsi barədə ərizəsindən xəbəri olmamışdır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, Televar bələdiyyəsinin sədri vəzifəsində işləyir, Təqsirləndirilən şəxs, Coşqun və Zərərçəkmiş şəxs2la münasibəti yaxşı olmuş, onlarla düşmənçiliyi olmamışdır. Hamet Quliyevin ov tüfəngindən atəş açaraq Coşquna xəsarət yetirməsinin şahidi olmamış, həmin vaxtı hadisə yerində olmamışdır. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman hadisə yerinə getmişdir. Hadisənin baş verdiyi ərazi “Qobular” adlanır, ancaq həmin ərazinin Televar bələdiyyəsinə məxsus olub-olmaması barədə rəsmi heç bir sənəd olmamış, bunu aydınlaşdırmağa çalışsa da heç bir sənəd əldə edə bilməmişdir. Verilən suallara cavab olaraq şahid Elşad Nəcəfov bildirmişdir ki, hadisənin hansı səbəbdən baş verməsini bilməmiş, hadisədən sonra Hamletlə Coşqun arasında yer üstündə mübahisə olduğunu, mübahisə zamanıda hadisənin baş verdiyini eşitmişdir. “Qobular” adlanan ərazinin Televar bələdiyyəsinin mülkiyyətində olması ilə bağlı sənəd olmadığından bununla bağlı rəsmi müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bələdiyə seçildiyi vaxtı hadisənin baş verdiyi ərazi kənd sakini Ağəli Ağayev tərəfindən çəpərlənmiş vəziyyətdə olmaqla onun tərəfindən istifadə edilmişdir. Bildiyinə görə Ağalənin də həmin ərazi ilə bağlı heç bir rəsmi sənədi olmamış, Ağəli hadisədən əvvəl ölmüşdür. Torpaqdan istifadə ilə bağlı bələdiyyə büdcəsinə vergi ödənməmiş, torpağın bələdiyyə mülkiyyətində olmasını təsdiq edə bilmədiklərindən vergi ilə bağlı tələb irəli sürə bilməmişlər. İstintaq dövründə hadisənin baş verdiyi ərazinin “Qobular” adlanması və Televar bələdiyyəsinə məxsus olması ilə bağlı arayış vermiş, həmin vaxtı kənd əhalisindən öyrənmişdir ki, həmin ərazi bələdiyyənin mülkiyyətindədir. Sonradan maraqlandıqda hadisənin baş verdiyi ərazinin Televar bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən sənəd olmadığını bilmişdir. Kənd əhalisinin heyvanları da həmin ərazidən də keçir, bildiyinə görə Hamlet də həmin ərazidən heyvanlarını aparmışdır. Özü cəmi bir dəfə həmin ərazidə olmuşdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Hamet Quliyevlə, Coşqun və Zərərçəkmiş şəxs2lar ilə münasibəti yaxşıdır, hadisənin baş verməsinin şahidi olmamış, hadisə yerində olmamış, hadisənin baş verdiyi 01 may 2021-ci il tarixdə evdə olmuş, heç bir yerə getməmişdir. 01 may 2021-ci il tarixdə səhər vaxtı heyavlarını örüş sahəsinə aparan zaman Hamletin səsini eşidərək baxan zaman onun əlində ov tüfəngi dərədən aşağı getdiyini görmüş, Hametdən nə baş verdiyini soruşduqda Hamlet cavabında tülkünün toyuqlarını boğduğunu demişdir. Sonra özü işiylə məşğul olmuş, təxminən saat 09 radələri olardı öz evində olan zaman Hamletin Coşqun, Seymur və Elmiyarla dalaşdığını eşitmiş və hadisənin baş verdiyi yerə tərəf getmişdir. Evlərindən təxminən 200-300 metr getmişdir ki, Hamletin gəldiyini, bədəni üzərində qanların olduğunu görmüş, soruşması əsasında Hamlet Coşqun, Seymur və Elmiyar tərəfindən döyüldüyünü və silahının əlindən alındığını bildirmişdir. Elmiyarın ağacla başına vurduğunu, Coşqun və Seymurun qoluna, kürəyinə və buduna vurduqlarını bildirmişdir. Hamleti evlərinə gətirmiş, bir az sonra Yardımlı RPŞ-nin əməkdaşları Hamletgilin həyətinə gəlmişlər. X30 silahdan açdığı atəş nəticəsində xəsarət yetirdiyini bildirmişlər. Verilən suallara cavab olaraq şahid Xəyyam Tağıyev bildirmişdir ki, hadisənin baş verdiyi yerdən kənd əhalisi, o cümlədən Hamlet də heyvanlarını aparıb gətirmişdir. Həmin torpaq sahəsinin kimə məxsus olmasını bilməmişdir. Hadisənin baş verdiyi yer Coşqungilin yerinin alt tərəfindədir, həmin yer “Qobular” adlanır. Əvvəllər həmin torpaq sahəsindən Ağəli istifadə etmişdir, Ağaəli öldükdən sonra həmin torpaq sahəsindən Elmiyarın atası istifadə etmişdir. “Səmənd” yeri adlanan ərazidən bütün əhali istifadə edir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar heç nə bilməmişdir. Hadisənin baş verdiyi 01 may 2021-ci ildən 1 gün qabaq gecə saat 22:00-da Hamlet ona zəng vurmuş və “Niva” markalı maşınıyla Masallı rayonunda yerləşən heyvan bazarına satış məqsədi ilə qoyunquzu aparmaq istədiyini demiş, o da Hamletlə razılaşmışdır. Gecə saat 04 radələrində Hamletə zəng vurmuşdur ki, qoyunları mal-bazarına aparmaq üçün hazırlaşsın və Hamlet ona gecə yağış yağdığı üçün həyətinə maşınla daxil ola bilməyəcəyini demiş, çünki palçıq olduğu üçün maşını Hamletgilin həyətində bata bilərdi. Hamletə həyətə maşın düşə bilməsinə imkan olub-olmamasına baxmasını demiş, Hamlet də həyətə baxıb maşının girməsinin mümkün olmadığını bildirmişdir. Buna görə o da öz işinin dalınca çıxıb Masallı rayonuna getmişdir. Verilən suallara cavab olaraq şahid Qismət Zabidov bildirmişdir ki, Hamletin Coşqunu ov tüfəngindən açdığı atəş nəticəsində xəsarət yetirməsinin şahidi olmamış, baş vermiş hadisə ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərrəçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 11 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması, Təqsirləndirilən şəxs əzilmiş və qançır xəsarətləri alması faktı ilə bağlı toplanmış üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. (cild 1, i.v. 1-49) -Zərərçəkmiş şəxs1 tərəfindən Yardımlı rayon Polis Şöbəsinə ünvanlanmış 01 may 2021-ci il tarixli ərizədən görünür ki, 01 may 2021-ci il tarixdə səhər saat 08:00 radələrində Yardımlı rayonu, Televar kəndinin “İməci” deyilən ərazisində mal-qaranı otaran zaman həmkəndlisi Təqsirləndirilən şəxs qoşalüləli odlu silahdan 2 dəfə atəş açaraq ona xəsarət yetirməsi barədə müraciət etmişdir.(cild 1, i.v. 7) -“hadisə yerinə baxış keçirilməsi haqqında” 01 may 2021-ci il tarixli protokolundan görünür ki, “İməci yeri” deyilən ərazi Telavar kəndindən təxminən 4-5 km uzaqda yerləşir. Həmin sahə qərbdən dərə, şimaldan, cənubdan və şərqdən boş sahə ilə əhatələnmişdir. Hadisə yeri dərədən təxminən 50 metr kənardadır. Hadisə yerinə baxış zamanı hadisə yerindən 2 ədəd zavod istehsalı olan patronlara məxsus plastik patron başlıqları aşkar edilərək götürülmüşdür. (cild 1, i.v. 10-14) -“təqdimetmə və götürmə haqqında” 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi 16 kalibrli, qoşalüləli, 110080-66 nömrəli ov silahını və həmin silaha aid zavod istehsalı olan 2 ədəd boş patronu Yardımlı RPŞ-də təqdim etmiş və həmin predmetlər götürülmüşdür. (cild 1, i.v. 19) -“təqdimetmə və götürmə haqqında” 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi zaman əynində olmuş 1 ədəd qara rəngli şalvarını, 1 ədəd qara rəngli qolu kəsik maykanı, 1 ədəd açıq göy rəngli mayka, 1 ədəd çəhrayı rəngli yun polver, 1 cüt qara rəngli rezin ayaqqabını Yardım RPŞ-də təqdim etmiş və həmin geyim əşyaları götürülmüşdür. (cild 1, i.v. 20) -təqsirləndirilən şəxs Quliyev X23 RPŞ-nə ünvanladığı 03 may 2021-ci il tarixli ərizədən görünür ki, 01 may 2021-ci il tarixdə səhər saat 08:00 radələrində Yardımlı rayonu, Televar kəndinin «İməci yeri» deyilən ərazidə otlaq sazəsinə heyvanları buraxdığına görə aralarında yaranmış mübahisə zamanı, həmkəndliləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Ədəalət oğlu və X9 onu döyərək xəsarətlər yetirmələri barədə müraciət etmişdir. (cild 1, i.v. 21) -Yardımlı RPŞ-nin 07 may 2021-ci il tarixli, 194-3127-1221 nömrəli məktubundan görünür ki, DİN-nin İnzibati Xətaların qeydiyyatı sistemində 16 kalibrli, qoşalüləli, 110080-66 nömrəli ov tüfənginin Abşeron rayon Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsi ev 5, mənzil 17-də qeydiyyatda olan X4 adına olması müəyyən edilmişdir. (cild 1, i.v. 27) -“məhkəmə-tibbi ekspertizası”nın 11 may 2021-ci il tarixli 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs başın təpə nahiyyəsinin əzilmiş yarası, sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilib-şişkinləşməsi və qançrı, sağ kürək və sol bud nahiyyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 01 may 2021-ci il tarixə uyğun gəlir. Təqsirləndirilən şəxs aşkar olunan başın təpə nahiyyəsinin əzilmiş yarası və sol bazu nahiyyəsininyumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, i.v. 35-37) -“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X47 verilmiş 16 may 2021-ci il tarixli, 5-164-4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. (cild 1, i.v. 69) -Zərərçəkmiş şəxs2 tərəfindən Yardımlı Rayon Polis Şöbəsinə ünvanlanmış 14 may 2021-ci il tarixli ərizədən görünür ki, 01 may 2021-ci il tarixdə Televar kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 güllələdiyi zaman qardaşını müdafiə etmək üçün gülləni ondan almaq istədikdə Təqsirləndirilən şəxs onun topuğuna küt alətlə-ağac parçası ilə vurduğunu, nəticədə topuğu şişdiyini, ayağı ağrıdığını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 1, i.v. 79) -“məhkəmə-tibbi ekspertizası”nın 16 may 2021-ci il tarixli, 363 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi müayinə zamanı bədəni üzərində “sağ aşıq-baldır oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı” müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 01 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.(cild 1 i.v. 82-84) -“məhkəmə-tibbi ekspertizası”nın 18 may 2021-ci il tarixli, 362 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yan hissəsinin döş boşluğuna nüfuz etməyən dəlib keçən odlu silah yaralanması, sağ ayağın İV-V barmağının odlu silah yaralanması, sağ ayağın V barmağının dırnaq falanqa sümüyünün açıq qəlpəli sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər gizli qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən açılan atəş nəticəsində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 01 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.(cild 1 i.v. 89-91) -“əməlin tövsif edilməsi haqqında” 07 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 128 və 127.1-ci maddələrinə tövsif edilmişdir. (cild 1 i.v. 92) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1 i.v. 109) -10 iyun 2021-ci il tarixli “üzləşdirmə protokolun” dan görünür ki, Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 odlu silahdan qəsdən iki dəfə atəş açaraq onu öldürmək istəməsi və özünün sağ ayağına odun parçası ilə vuraraq xəsarət yetirməsi barədə ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 1 i.v. 145-146) -21 iyun 2021-ci il tarixli “üzləşdirmə protokolun” dan görünür ki Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona odlu silahdan qəsdən iki dəfə atəş açması barədə ifadələrində göstərdiyi xüsusatları bir daha sonuncunun üzünə qarşı demişdir. (cild 2 i.v. 28-30) -“məhkəmə ballistik ekspertizası”nın 23 iyun 2021-ci il tarixli, 3/918; 919 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 1966-cı ildə keçmiş SSRİ-də Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan 16 kalibirli, “B” modelli, 110080-66 nömrəli, xarici çaxmaqlı, qoşalülə tüfəngdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir- yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və iki lüləsindən atəş açmaq üçün yararlıdır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, 16 kalibirli patronlardan istifadə edilməklə, 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteclər diametrlərindən asılı olmaqla müvafiq məsafələrə, 30-40 dərəcə bucaq altında atılan güllələr təxminən 1000-1500 metr məsafəyə uça və həmin məsafələr daxilində hədəfə (o, cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz- zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərindən döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş, 16 kalibirli patronların atəşlə ayrılmış hissələridirlər-gilizləridirlər. Həmin gilizlərdən -1 nömrəli giliz, təqdim edilmiş 16 kalibirli, “B” modelli, 110080-66 nömrəli, qoşalülə ov tüfənginin sağ lüləsindən, “2” nömrəli giliz isə həmin tüfəngin sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd plasmas predmet-yivsiz odlu ov tüfənglərindən döyüş sursatı kimi istifadə edilən 16 kalibirli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentini atəşlə ayrılmış hissələridirlər-polietilen kontener tipli tıxaclardırlar. Təyinatlarına və ölçülərinə uyğun olaraq həmin tıxacların digər atəş komponentlərilə birlikdə, təqdim edilmiş 2 (iki) ədəd 16 kalibirli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patronlardan istifadə etməklə, təqdim edilmiş 16 kalibirli, “B” modelli, 110080-66 nömrəli, qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacların üzərində atıldıqları silahin lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə onların təqdim edilmiş 2 (iki) ədəd 16 kalibirli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 16 kalibirli, “B” modelli, 110080-66 nömrəli, qoşalülə ov tüfəngindən, yaxud hansısa konkret bir gilizdən və ya silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd sviter, bir ədəd qısaqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd ayaqqabıların sağ tayının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd siviter, bir ədəd qısaqol köynək, bir ədəd qolsuz maykanın ön, bir ədəd ayaqqabının sağ tayının sağ yan hissəsindəki zədələr, isə çıxış zədəsi olmaqla hamarlüləli, (yivsiz) odlu silahdan açılan atəşlər nəticəsində qırmaların təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində də yarana bilər. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı vəziyyəti öndən arxaya doğru olmuşdur. Tədqiqata təqdim edilmiş bir ədəd şalvar və bir ədəd ayaqqabının sol tayının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə(lər) və atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir.(cild 2, i.v. 52-58) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 iyun 2021-ci il tarixli, 011-6033-1221 nömrəli məktubdan görünür ki, DİN KTİ-nin «gülləgiliz» kartotekasında yalnız «yivli» odlu silahların qeydiyyatı aparıldığından, 16 mm kalibrli, 110080-66 №-li qoşalüləli yivsiz ov tüfəngi həmin kartotekada qeydiyyatdan keçməmişdir.(cild 2, i.v. 59) -“maddi sübut kimi tanıma haqqında” 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, 02 ədəd istifadə olunmuş zavod istehsallı gilizlər, 01 ədəd qoşalüləli, 16 kalibrli, «B» modelli 110080-66 nömrəli ov tüfəngi, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş- 1 (bir) ədəd qara rəngli şalvar, 1 (bir) ədəd qara rəngli qolu kəsik mayka, 1 (bir) ədəd açıq göy rəngli mayka, 1 (bir) ədəd çəhrayi rəngli yun polver, 1 (bir) cüt qara rəngli rezin ayaqqabı və hadisə yerindən götürülmüş 2 (iki) ədəd plastik patron başlıqları maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı RPŞ-nin MSA-na təhvil verilmişdir.(cild 2, i.v.60-61) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Hamlet Quıiyev Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 2, i.v.73-74) -“qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v.84-85) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 2, i.v.103-104) -“qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v.113-114) - 11 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini təsdiq edərək hadisənin baş verdiyi yeri, hadisə yerinə hansı qaydada gəldiyini, hadisəni törətdikdən sonra getdiyi istiqaməti göstərmişdir. (cild 2, i.v.207- 213) -11 iyul 2021-ci il tarixli “istintaq eksperimentinin aparılması haqqında” protokoldan görünür ki, istintaq eksperimentinin keçirilməsi üçün 16 mm kalibrli 2011№-li qoşalüləli ov silahından və həmin silaha aid zavod istehsalı olan 3 ədəd üzərlərində “Sirinq” 16 kal 28 yazıları həkk olunmuş patrondan istifadə olunmuş, nişangaha kimi 1,5 metr hündürlüyündə olan taxta parçasına misar vasitəsi ilə bərkidilmiş taxta fanerkanın üzərinə yapşıdırılmış kağız kardondan istifadə olunmuş, nişangahların ölçüsü 40x40 sm olmuşdur. Həmin nişangah yerə bərkidilmişdir. Bundan sonra 4 metr məsafədən Təqsirləndirilən şəxs həmin nişangahı atəş açmaq təklif olunmuşdur. Açılan atəş nəticəsində patrondan çıxan bütün qırmalar nişangahın mərkəzindən dəymişdir. Bundan sonra ikinci nişangaha 6 metr məsafədən Təqsirləndirilən şəxs tərəfindən açılan atəş nəticəsində patrondan çıxan qırmalar açağl sol hissəsində tam olaraq dəymişdir.Bundan sonra 15 metr məsafədən atəş açmaq Təqsirləndirilən şəxs təklif olunmuşdur. Hamletin Quliyevin açıdığı atəş nəticəsində patrondan çıxan qırmalar tam olaraq nişangahın orta hissəsinə dəymişdir. Bundan sonra nişangahların 1,2,3 rəqəmləri ilə işarələnmiş, onlara dəyən qırmalar saylı və onların hər birində 60 ədəd qırma deşiklərinin olması müəyyən edilmişdir. (cild 2, i.v.214) -“maddi sübut kimi tanıma haqqında” 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərindən cərrahiyyə əməliyyat zamanı aşkar edilərək götürülmüş 9 (doqquz) ədəd qırmalar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 2, i.v.238-239) -“zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri, hadisə yerinə hansı qaydada gəldiyini, hadisənin baş vermə mexanizmini göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 2, i.v. 240-244) -“zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri, hadisə yerinə hansı qaydada gəldiyini, hadisənin baş vermə mexanizmini göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 2, i.v. 245-249) -“maddi sübut kimi tanıma haqqında” 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri yerində yoxlanılan zaman və istintaq eksperimenti keçirilərkən görüntüləri özündə əks etdirən 4 (dörd) ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 3, i.v. 30-31) -“maddi sübut kimi tanıma haqqında” 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə istintaq teksperimenti aparan zaman istifadə edilmiş 3 (üç) ədəd giliz, 3 ədəd kağız kartondan hazırlanmış mişenlər maddi sübut kimi tanınmışdır.(cild 3, i.v. 32-33) -"xxxx"nın 27 avqust 2021-ci il tarixli, 382/2021-MTKŞ nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş məhkəmə tibbi rəyə, hadisə vaxtı əynində olan paltarların məhkəmə tibbi kriminalistik müayinəsinə, qərarda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir. Vətəndaş Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz etməyən, kor və dəlib keçən, sağ ayağının İV-V barmaqlarının odlu silah yaraları, sağ ayağın V barmağının dırnaq falanqa sümüyünün açıq qəlpəli sınığı olmuşdur. Qeyd edilən xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən açılmış iki atəş nəticəsində törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə yəni 01 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin yaralanması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ ayağın yaralanması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs1 müəyyən edilən odlu silah yaralarının istiqaməti öndən arxaya və bir qədər yuxarıdan aşağıya olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs1 aşkar edilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldığından və tibbi kartada tam təsvir edilmədiyindən atəşin hansı məsafədən açılmasını dəqiq təyin etmək mümkün deyildir. Atəş açarkən zərərçəkmişlə atəş açanın qarşılıqlı duruş vəziyyəti üzbəüz və ya ona yaxın vəziyyətdə olmuşdur. Xəsarətlərin xarakteri və yetirildiyi nahiyyələrə əsasən onların yaranması Təqsirləndirilən şəxs göstərdiyi vəziyyətə daha çox uyğun gəlir. Xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyildir. Vətəndaş Zərərçəkmiş şəxs1 olan odlu silah yaralarının giriş dəliyi döş qəfəsinin və sağ aşağı ətrafın ön səthində, çıxış dəliyi isə bədənin arxa səthində yerləşmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın, köynəyin və sviterin sağ qoltuqaltı nahiyyəsində, həmçinin ayaqqabının sağ tayının bayır hissəsində aşkar edilmiş dəlib-keçən zədələr odlu silah zədələnmələrinin giriş dəlikləri; köynəyin və sviterin arxa hissəsinin sağ yuxarı nahiyyəsində aşkar edilmiş dəlib-keçən zədələr isə çıxış dəlikləri olub, mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış iki atəş nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində aşkar edilmiş odlu silah zədələnmələrinin morfoloji əlamətlərini, ölçülərini, səpələnmə zonası nəzərə alaraq demək olar ki, atəşin (atəşlərin) məsafəsi 2-3 metrə qədər ola bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın, köynəyin və sviterin sağ qoltuqaltı nahiyyəsində aşkar edilmiş odlu silah zədələnməsinin giriş dəliyi onun bədəninin döş qəfəsinin sağ yan hissəsinin döş boşluğuna nüfuz etməyən dəlib-keçən odlu silah yaralanmasının giriş dəliyi ilə; köynəyin və sviterin arxa hissəsinin sağ-yuxarı nahiyyəsində aşkar edilmiş çıxış dəliyi onun bədəninin döş qəfəsinin sağ yan hissəsinin döş boşluğuna nüfuz etməyən dəlib keçən odlu silah yaralanmasının çıxış dəliyi ilə; ayaqqabının sağ tayının bayır hissəsində aşkar edilmiş odlu silah zədələnməsinin giriş dəliyi onun bədəninin sağ ayağın İV-V barmağının odlu silah yaralanması ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər.(cild 3, i.v. 43-47) -“məhkəmə tibbi ekspertizası”nın 26 avqust 2021-ci il tarixli T 192/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət-sağ aşıq-baldır oynağının yumşaq toxumalarının qançırı fonunda əzilməsi bərk küt əşyanın o, cümlədən də ağacın təsirindən törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs2 xəsarətləri alarkən həmlə edənə münasibətdə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Həmin xəsarətlərin şəxsin özünün göstərdiyi şəraitdə əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs2 yetirilmiş xəsarətin lokalizasiyası əliçatan nahiyyə olsa da xarakterinə görə şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi inandırıcı deyildir.(cild 3, i.v. 49- 52) -“məhkəmə tibbi ekspertizası”nın 26 avqust 2021-ci il tarixli, T 191/2021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər başın təpə nahiyyəsinin əzilmiş yarası, sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilmiş qançırı, sağ kürək və sol bud nahiyyəsinin qançırı-bərk küt əşyanın (əşyaların) o cümlədən də ağacın, yumruğun və sair təsirindən törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir. Təqsirləndirilən şəxs aşkar olunan başın təpə nahiyyəsinin əzilmiş yarası, sol bazu nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı dərəcəsinə görə istər ayrıayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ kürək və sol bud nahiyyəsinin qançırları isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər qısa zaman kəsiyində müxtəlif istiqamətlərdən yetirildiklərindən Təqsirləndirilən şəxs xəsarətləri alarkən həmlə edənlərə münasibətdə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Yetirilən zərblərin gücü xəsarət əmələ gəlməsi üçün kifayət etmişdir. Həmin xəsarətlərin şəxsin özünün göstərdiyi şəraitdə əmələ gəlməsi inkar olunmur. Vətəndaş Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlərin lokalizasiyasına və xarakterinə görə onların şəxsin özü tərəfindən yetirilməsi inkar olunur.(cild 3, i.v. 53-56) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 3, i.v. 73-74) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 3, i.v. 95-96) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, X2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 3, i.v. 114-115) - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri, Zərərçəkmiş şəxs2 Cinayət Məcəlləsinin 128-ci maddəsi və X1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş ittiham aktı 06 sentyabr 2021-ci il tarixdə təsdiq edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. (cild 3, i.v. 157-175) -“hadisə yerinə baxış keçirilməsi barədə” 16 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin hakimi X12 tərəfindən Yardımlı rayonu, Televar kəndi ərazisində “İməci yeri” adlanan sahədə hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 hadisə baş verən yeri göstərərək, hadisənin necə baş verdiyini bildirmişlər. (cild 4, i.v. 142) -“təkrar kompleks-komisyon məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik ekspertizaları”nın 25 fevral 2022-ci il tarixli, 49/2022-MTKŞ nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz etməyən kor və dəlib-keçən, sağ ayağının İV-V barmaqlarının odlu silah yaraları, sağ ayağın V barmağının dırnaq falanga sümüyünun açıq qəlpəli sınığı olmusdur. Qeyd edilən xəsarətlər patronu qırma ilə doldurulmus odlu silahdan, ola bilsin ki, ov tüfəngindən açılmış iki atəş nəticəsində törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 01 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə dös qəfəsinin yaralanması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ ayağın yaralanması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların ardıcıllığı, eləcə də eyni və ya müxtəlif vaxtlarda yetirilməsi barədə dəqiq fikir söyləmək mümkün deyildir. Atəş açarkən zərərçəkmişlə atəş açanın qarşılıqlı duruş vəziyyəti üzbə üz və ya ona yaxın vəziyyətdə olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs1 müəyyən edilən odlu silah yaralarının istiqamətindən arxaya və bir qədər yuxarıdan aşağıya olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs1 aşkar edilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldığından və tibbi kartada tam təsvir edilmədiyindən atəşin hansı məsafədən açılmasını dəqiq təyin etmək mümkün deyildir. Xəsarətlərin xarakteri və yetirildiyi nahiyələrə əsasən onların yaranması Təqsirləndirilən şəxs göstərdiyi vəziyyətə daha çox uyğun gəlir. Ekspertizaya təqdim edilmiş zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus sviterin sağ qoltuqaltı nahiyəsində dörd ədəd, sviterin arxa hissəsinin sağ-yuxarı nahiyəsində iki ədəd; köynəyin sağ qoltuqaltı nahiyəsində dörd ədəd, köynəyin arxa hissəsinin sağ-yuxarı nahiyəsində iki ədəd; maykanın sağ qoltuqaltı nahiyəsində iki ədəd və ayaqqabının sağ tayının bayır hissəsində bir ədəd zədə vardır. Maykanın, köynəyin və sviterin sağ qoltuqaltı nahiyəsində,həmçinin ayaqqabının sağ tayının bayir hissəsində aşkar edilmis dəlib-kecən zədələrin morfoloji əlamətlərinə əsasən demək olar ki, bu zədələr odlu silah zədələnmələrinin giriş dəlikləri; köynəyin və sviterin arxa hissəsinin sağ-yuxari nahiyəsinda aşkar edilmis dəlib-keçən zədələr isə çıxış dəlikləri olub, mərmilərlə (qirmalarla) doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində əmələ gəlmişlər.(cild 4, i.v. 198-201) -“kompleks məhkəmə ballistik və trasoloji ekspertizası”nın 11 may 2022-ci il tarixli, 3/479; 3/480 nömrəli rəyindən görünür ki, tədiqata təqdim edilmiş silah 1966-cı ildə keçmiş SSR-də Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “B” modelli, 110080-66 nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, hər iki tətik atəş açmaq üçün yararlıdır, tətiklərinə toxunmadan silahın yüksəkdən bərk yerə düşməsi, hər hansı predmetlə zərbə vurulması(çaxmağın çəkili olduğu şəraitdə) nəticəsində çaxmağı çəkmədən ondan öz-özünə atəş açılmır. Həmin silahında aid olduğu yivsiz oldu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə, 20-30 dərəcə bucaq altında atəş açılarkən 2mm dimaetrli qırmalar 200 metr, 3 mm diametrli qırmalar 300 metr, 4 mm diametrli qırmalar 400 metr, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteçler diametrlerindan asılı olmaqla müvafiq məsafələrə, 30-40 dərəcə bucaq altinda atılan güllələr təxminən 1000-1500 metr məsafəyə uca ve həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetire bilərlər. Təqdim edilmiş silahdan nişan almaqla atəş açmaq mümkündür. Həmin silahdan kalibrinə uyğun (16 kalibrli) patronlardan istifadə edilməklə atəş açılır. Patronlara doldurulmus qirmalarin sayı, onların ölçüsündən asılı olaraq fərqlilik təşkil edir. Xüsusi kriminalistik ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən yivsiz odlu ov silahından atılmış qırmalar və karteclərin ölçüsündan asılı olaraq öldürücü məsafa təxminən 35-55 metr arasında dəyişə bilər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz, zavod üsulu ilə hazırlanmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronlarin atəşlə ayrılmiş hissələridir-gilizləridir. Həmin gilizlərdən, “1” nömrəli giliz, təqdim edilmis 16 kalibrli, “B” modelli, 110080-66 №-li qoşalülə ov tüfənginin sağ lüləsindən, “2” nömrəli giliz isə həmin tüfəngin sol lüləsindən atılmışdır. Gilizlər "jevelo" tipli pistonla doldurulmuşdur. Atəş açıldıqdan sonra gilizlər uçmur, silahın patronluğunda qalır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd plastmas predmet-yivsiz odlu ov tüfənglərində döyüs sursati kimi istifadə edilən 16 kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir-polietilen "konteyner" tipli tıxaclardır. Təyinatlarına və ölçülərinə uyğun olaraq, həmin tıxacların digər atəş komponentlər ilə birlikdə, təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patronlardan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli, “B” modelli, 110080-66 №-li qoşalülə ov tüfəngindən də atəs açılması mümkündür, lakin tıxacların üzərində atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların, təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansindansa və eləcə də təqdim edilmiş 16 kalibrli, “B” modelli, 110080-66 №-li qosalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir gilizdən və ya silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Təqdiqata təqdim edilmiş bir ədəd sviter, bir ədəd qısaqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd ayaqqabının sağ tayının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sada zədələr vardır. Zədələrin ətrafında barıt hissəcikləri, qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd sviter, bir ədəd qısaqol köynək, bir ədəd qolsuz maykanın ön, bir ədəd ayaqqabının sağ tayının sağ yan hissəsindəki zədələr giriş, bir ədəd sviter və bir ədəd qısaqol köynəyin arxa hissəsindəki zədələr isə çıxış zədəsi olmaqla, yivsiz odlu silahdan acılan iki ayri-ayri atəşlər nəticəsində, silahın lüləsinin ön kəsiyindən 2 metrdən yuxarı olan məsafədən, öndən-arxaya doğru istiqamatdə qırmaların təsirindən yaranmağa xarakterikdir.Geyim əsyalarının üzərindəki zədələr Məhkəmə-Tibbi Ekspertizasının rəyində göstərilən Zərərçəkmiş şəxs1 bədəni üzərindəki xəsarətlərlə üst-üstə düsür. Atəş açarkən zərərçəkmişlə atəş açanın qarşılıqlı duruş vəziyyəti üzbəüz olmuşdur. Tədqiqata təqdim edilmiş bir ədəd şalvar və bir ədəd ayaqqabının sol tayının üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Qərarda qoyulmus 1)Zərərçəkmiş şəxs1 bədənində hər hansı xəsarət varmı? 2)Əgər varsa onların xarakteri, lokalizasiyası, ayrı-ayrılıqda ağırlıq dərəcəsi, müddəti və sayı müəyyən edilsin. 3)Həmin xəsarətlər hansı silahdan və hansı növ silahdan açılmış atəş nəticəsində yetirilmişdir? 4)Zərərcəkmişə xəsarətlər hansi ardıcıllıqla yetirilmişdir? 5)Sağlamlığa zərər vurma anında zərərçəkmişlə silahdan atəş açan şəxsin qarşılıqlı vəziyyəti necə olmuşdur? 6)Xəsarətlər zərərçəkmişə eyni və ya müxtəlif vaxtlarda yetirilmişdirmi? 7)Coşğun Zabidovun bədəni üzərində xəsarətlər ayrı-ayrılıqda neçə atəş nəticəsində yaranmışdır? 8) Yara kanalının istiqaməti və forması müəyyən edilsin” sualları MTE-nin səlahiyyətinə aiddir. Qərarda qoyulmuş “10) Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər onun özünün və ya Zərərçəkmiş şəxs2, yaxud Təqsirləndirilən şəxs óğlunun ifadələrində göstərdiyi şəraitdə yaranmışdırmı?” sualı istintaq yolu ilə müəyyənləşdirilsin. Təqdim edilmiş ov silahından ilkin tədqiqat zamanı atəşlər açıldığından “19) Təqdim edilən silahdan atəş açıldıqdan sonra təmizlənməyə məruz qalmışdırmı?” sualına cavab vermək mümkün deyildir.(cild 4, i.v. 209- 216) -Yardımlı Rayon Məhkəməsinin “cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə” 09 iyun 2022-ci il tarixli, 1(038)-01/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 vəsatəti təmin olunmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə, Zərərçəkmiş şəxs2 və X1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilmişdir. Təqsirləndirilən şəxs başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yardımlı Rayon Prokuroruna qaytarılmışdır.(cild 4, i.v. 235-240) -“əməlin tövsif edilməsi haqqında” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələrindən həmin Məcəllənin 29, 120.1 və 128-ci maddələrinə tövsif edilmiş və cinayət işi aidiyyəti üzrə Yardımlı Rayon Prokurorluğuna göndərilmişdir. (cild 5, i.v. 21-23) -“birgə istintaq qrupunun yaradılması haqqında” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Yardımlı Rayon Prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşünas X10 və Yardımlı Rayon Polis X17 müstəntiqi, polis mayoru X7 ibarət birgə istintaq qrupu yaradılmış, istintaq qrupuna rəhbərlik Sulduz Məmmədova tapşırılmışdır. (cild 5, i.v. 30-32) -“istintaq qrupunun tərkibinin dəyişdirilməsi haqqında” 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, istintaq qrupuna rəhbərlik Yardımlı Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X27 tapşırılmışdır. (cild 5, i.v. 153-155) -“istintaq qrupunun tərkibinin dəyişdirilməsi haqqında” 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, istintaq qrupuna rəhbərlik Yardımlı Rayon Prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 tapşırılmışdır. (cild 5, i.v. 175-176) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd mişen və 3 (üç) ədəd gilizlər maddi sübut kimi tanınmışdır.(cild 5, i.v. 193-194) -“əşyalara baxış keçirilməsi haqqında” 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X13 hadisə zamanı üzərində olmuş qısaqol köynəyin və sviterin ön və arxa tərəfindəki olan zədələr müqayisə edildikə ön tərəfdəki zədələrin arxa tərəfdəki zədələrə münasibətdə bir qədər aşağıda olduğu müəyyən edilmişdir.(cild 6, i.v. 30-36) -“təkrar kompleks tibbi-kriminalistik və məhkəmə-tibbi ekspertizası”nın 25 noyabr 2022-ci il tarxili, 537/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, qərarda qoyulmuş 2.1-ci suala cavab olaraq aşağıdakıları göstərmək olar: Məhkəmə təbabətində hər hansı bir mərminin bədəndən keçdiyi yol yara kanalı adlanır. Yara kanalı giriş dəliyi ilə başlayır və çıxış dəliyi ilə, bəzən isə mərmi ilə qurtarır. Ov tüfəngindən açılan atəş nəticəsində istər qırmaların yığcam (kompakt) şəklində, istərsə də ayrı-ayrı qırmaların bədənə daxil olarkən yara kanalı (dəlib-keçən, hissəvi dəlib-keçən və kor) əmələ gəlir. Bu təqdirdə əgər bədənində odlu silah yaralanmasının giriş və çixiş dəlikləri vardırsa, onların bir-birinə nisbətdə yerləşməsinə görə (xüsusən, hər iki zədənin ayaqaltından yaralara qədər məsafələrini nəzərə alınmaqla) bu odlu silah yaralanmasının yara kanalının istiqaməti haqqında hər hansı bir fikir söyləmək mümkündür. Eyni zamanda, qeyd etmək olar ki, qırmalar kompakt (yığcam) və ya nisbi kompakt şəklində bədənə daxil olarkən, onlardan bir hissəsi əsas kanalı yaranarkən, bəziləri isə yumşaq və digər toxumalarla təmasda olunduqdan sonra öz uçuş trayektoriyasını dəyişirlər və əlavə yara kanalları yarana bilərdi. Qərarda qoyulmuş 2.3-cü suala cavab olaraq aşağıdakı göstərmək olar: 382/2021-MTKŞ sayli rəyin nəticə hissəsinin 4-cü bəndində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 müəyyən edilən odlu silah yaralarının istiqamətinin öndən arxaya, bir qədər yuxarıdan aşağıya doğru olması onun sağ ayağında olan xəsarəti nəzərdə tutulmaqla müəyyən edilmşidir. Qərarda qoyulmuş 2.4-ci suala cavab olaraq aşağıdakıları göstərmək olar: 382/2021-MTKŞ sayli rəydə Zərərçəkmiş şəxs1 sağ döş qəfəsində olan xəsarətlərin giriş və çıxış dəlikləri ilə hadisə zamanı onun üzərində olmuş paltarların giriş və çıxış dəliklərinin üst-üstə düşməsi qeyd olunduğu halda sonuncunun odlu silah yaralarının istiqamətinin yuxarıdan aşağıya doğru olmasının, paltarların ön tərəfindəki zədələrin arxa tərəfindəki zədələrə nisbətən aşağıda olması ilə təşkil etdiyi ziddiyyəti zərərçəkmişin hadisə zamanı əynində olan paltarların bədənə nisbətdə hərəkətdə olması ilə izah oluna bilər. Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz etməyən kor və dəlib-keçən və sağ ayağın V barmağının dırnaq falanqa sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan sağ ayağının İV-V barmaqlarının odlu silah yaraları olmuşdur. Qeyd edilən xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən açılmış iki atəş nəticəsində törənmişdir, yetirilmə müddəti qerarda göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qolsuz maykanın ön səthində sağda, qısaqol köynəyin ön və arxa səthlərində sağda və uzunqol köynəyin ön və arxa səthlərində sağda və ayaqqabının sağ tayının bayır hissəsində dəlib-keçən zədələr aşkar olundu. Qısaqol köynəyin və sviterin ön səthində sağda, hər birində bir ədəd əsas zədə və onları müşayiət edən kiçik ölçülü zədələrin, qolsuz maykanın ön səthində sağda olan kiçik ölçülü zədələrin və ayaqqabının sağ tayının bayır səthində olan zədənin forma, xarakteri, morfoloji əlamətlərinə əsasən demək olar ki, bu zədələr odlu silah zədələnməsinin giriş dəliyidirlər, patronu mərmilərlə (qırmalarla) doldurulmus odlu silahdan, mərmilərin (qırmaların) nisbi kompakt (nisbi yığcam) təsir etdiyi məsafədən (ola bilsin, 2-3 metr məsafədən) açılmış iki atəş nəticəsində törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus olan paltarların üzərindəki zədələrin ön və arxa tərəfdən məsafələri, həmçinin ön və arxa tərəfdə olan zədələrin bir-birinə münasibətdə mövqeləri rəyin təsviri hissəsində göstərilmişdir. Zərərçəkmiş şəxs1 məxsus paltarların (qolsuz mayka, qısaqol köynək və sviter) ön səthində sağda olan bir ədəd və arxa səthində sağda olan bir ədəd (qolsuz mayka istisna olmaqla) Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısında ön səthində bir ədəd va arxa səthində bir ədəd, ayaqqabının sağ tayının bayır hissəsində olan bir ədəd zədə isə onun sağ ayağın pəncəsinin tış kənarında olan bir ədəd eyni xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs1 məxsus paltarların üzərində aşkar edilmiş odlu silah zədələnmələrinin giriş və çıxış dəliklərinin, həmçinin onun bədənində aşkar edilmiş və yuxarıda qeyd edilən paltarlardakı zədələrə nisbətən uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthində sağda olan odlu silah yaralanmasını törədən atəşin istiqamətini yara cərrahi müdaxiləyə məruz qaldığından təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs1 sağ ayağında olan odlu silah yaralanmasını törədən atəşin istiqaməti isə öndən-arxaya və yuxarıdan-aşağıya doğru (bucaq altında) olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.(cild 6, i.v. 61-69) -“sübutların qiymətləndirilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qərarla 01 sentyabr 2022-ci il tarixdə keçirilmiş istintaq eksperimenti zamanı lentə alınmış videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd, telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd, məhkəmə baxışı zamanı hadisə yerində lentə alınmış görüntüləri əks etdirən 1 (bir) ədəd disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 6, i.v. 78-108) -“cinayət işinin ayrılması haqqında” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 6, i.v. 112-115) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 6, i.v. 125-127) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Cinayət Məcəlləsinin həmin maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 6, i.v. 160-161) -Yardımlı Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 4(038)-01/2022 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılması 13 gün müddətə, yəni 18 yanvar 2023-cü il tarixədək müəyyən edilməklə həbsetmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (cild 6, i.v. 181-184) -Yardımlı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 4(038)-2/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 fevral 2023-cü il tarixədək uzadılmışdır. (cild 6, i.v. 274-278) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Konvensiyanın müdafiə etdiyi subyektiv hüquqlar kataloquna daxil olan, ədalətli məhkəmə araşdırması tələb etmək hüququnun tərkib elementlərindən biri kimi çıxış edən, xarakterinə görə prosessual hüquq sayılan, azərbaycan dilində “cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququ” kimi məzmuna malik olan hüququn müdafiəsi məsələləri Avropa Məhkəməsinin presedent təcrübəsində kifayət qədər geniş təhlil edilir. Avropa Konvensiyasının 6-ci maddəsinin 3-cü bəndinin “d” yarımbəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malikdir. Bu hüququn müdafiəsi prinsipləri Avropa Məhkəməsinin presdent təcrübəsi ilə müəyyənləşdirilmişdir. Həmin prinsiplər cinayət mühakiməsinin bütövükdə və onun tərkibi hissəsi kimi sübutetmə prosesinin də ədalətli olmasına zəmin yaradır. Təcrübəsi göstərir ki, həmin prinsiplərə cavab verməyən mühakimə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş “ədalətli məhkəmə araşdırılması hüququ”nun pozuntusu ilə aparılan kimi dəyərləndirir və müvafiq nəticələrə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Doorson Niderlanda qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, məhkəmənin Konvensiyasıya üzrə vəzifəsi şahidlərin ifadələrinin lazımi qaydada sübut kimi qəbul edilməsi barədə qərar çıxarmaqdan yox, daha önəmli olaraq, sübutların əldə edilməsi üsulları da daxil olmaqla bütövlükdə məhkəmə araşdırmasının ədalətli olmasını müəyyənləşdirməkdən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Xametşin Rusiyaya qarşı və A.M.İtaliyaya qarşı” işləri üzrə qərarında qeyd edilmişdir ki, proseduranın ədalətli olması üçün ilk növbədə tələb olunur ki, bütün sübutlar bir qayda olaraq təqsirləndirilən şəxsin iştirakı və əks dəlillərlə birlikdə açıq məhkəmə iclasında əldə edilsin. Konvensiyanın 6-ci maddəsinin 3-cü bəndinin “d” yarımbəndində nəzərdə tutulmuş “onun əleyhinə ifadə vermiş şəxsi dindirmək” hüququ, bir qayda olaraq, təqsirləndirilən şəxsə ifadələri təkzib etmək və ittiham şahidini ifadə verərkən və ya sonrakı mərhələlərdə dindirmək üçün adekvat və lazımi imkan verilməsini nəzərdə tutur. Sözügedən hüququn təmin edilməsi üçün ağlabatan və münasib tədbirlər görülməsi vəzifəsini Avropa Məhkəməsi üzv dövlətlərin üzərinə qoyur. Xarakterinə görə bunlar pozitiv öhdəliklərdir. Dövlət elə şərait yaratmalıdır ki, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxsləri dindirsin və ya dindirmək imkanlarına malik olsun. Dövlət orqanlarının passiv, müşahidəçi rolu bu məsələdə yolverilməzdir. Onlar şəxsin hüquqdan səmərəli istifadəsi üçün xüsusi səy göstərməlidirlər. Bu “xüsusi səy” konkret olaraq nədən, hansı addımlardan ibarət olduğu Avropa Məhkəməsi tərəfindən konkretləşdirilmir, yalnız ümumi yanaşmalar müəyyənləşdirilir. Avropa Məhkəməsi “Sadak Türkiyəyə qarşı” iş üzrə qərarda vurlamışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi 3-cü bəndlə birlikdə tələb edir ki, dövlətlər pozitiv tədbirlər görsünlər, o cümlədən, təqsirləndirilən şəxsə ona qarşı ifadə vermiş şahidləri dindirmək imkanı verilsin və ya onları dindirmiş olsun. Bu tədbirlər 6-cı maddədə zəmanəti verilmiş hüquqlardan effektiv istifadəni təmin etmək üzrə xüsusi səyin bir hissəsidir. Cinayət-Prosessual Məcəllə sübutetmə prosesində “ədalətlilik” prinsipinin nəzərə alınması qaydasını müəyyən etmir. “Ədalət” sübutetmə fəaliyyətinin məqsədini (ittihamın həllini) səciyyələndirən amillərdən (qanuni və əsaslı amilləri ilə yanaşı) biri kimi çıxış edir. Cinayət-Prosessual Məcəllənin 138.1-ci maddəsində göstərilir ki, sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarət olan sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi daşıyır. Müdafiə tərəfi (təqsirləndirilən şəxs) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də (ifadəsində zərərçəkmiş şəxsi deyil, əlindəki silahı tülkü vurmaq üçün götürdüyünü bildirməsi), məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxslərə, şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. İttiham tərəfindən təqdim edilmiş Şahid1 01 may 2021-ci il tarixdə hadisə zamanı Bakı şəhərində olduğunu, hadisənin bir başa şahidi olmadığını, hadisədən xəbər tutduqdan sonra “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X51 gələndə bilmişdir ki, 01 may 2021-ci il tarixdə, saat 08 radələrində qardaşı Coşqun şəxsi təsərrüfatında olan xırda və iri buynuzlu heyvanları kəndin “Səmənd yeri” adlanan örüş sahəsindən keçməklə onlara məxsus “İməci yeri” adlanan əraziyə aparıb otaran vaxt Hamlet odlu silahdan atəş açmaqla qardaşının sağ döş qəfəsinə xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş Şahid1 dindirilməsində iştirak etmiş, müdafiəçisi ilə birlikdə müxtəlif suallar vermişdir. Məhkəmə tərkibi hesab edir ki, Şahid1 hadisənin bir başa şahidi olmasa da hadisə haqqında həmin gün məlumatlı olduğundan, onun verdiyi məlumatlar işin digər hallarına uyğun olduğundan sübut kimi qəbul edilir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə baxışında istifadə olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 cinayət işinin İİ cildinin 50-51 səhifəsində olan ifadəsi sübut kimi qəbul edilir. Avropa Məhkəməsi təhqiqat və ibtiai istintaq zamanı toplanmış sübutların məhkəmə baxışında istifadə olunmasını Konvensiyanın 6-cı maddəsi baxımından mümkün sayır. Şahidin məhkəməyə gətirilməsinin qeyri-mümkünlüyü özözlüyündə təqib üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Lakin iki şərtlə, yəni hakimiyyət orqanları tərəfindən səhlənkarlığa yol verilməməli və təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin olunmalıdır. Avropa Məhkəməsi “Saidi Fransaya qarşı” işi üzrə qərarında göstərilmişdir ki, əgər müdafiə hüquqları gözlənilirsə polis təhqiqatı və məhkəmə baxışı mərhələlərində əldə edilmiş ifadələrdən sübut kimi istsfadə edilməsi öz-özlüyündə Konvensiyanın 6-ci maddəsinin 3-cü bəndinin “d” yarımbəndi və 6-ci maddəsinin 1-ci bəndi ilə uyğunsuzluq təşkil etmir. Bir qayda olaraq bu hüquqlar tələb edir ki, müdafiə olunan şəxsə onun əleyhinə ifadə vermiş şahidi həmin ifadələri verən zaman və ya prosesin sonrakı mərhələlərində təkzib etmək və onu dindirmək üçün adekvat və lazımi imkan verilsin. İttihamın əsasında məhkəməyə gətirilməsi mümkün olmayan şahidlərin ifadələrindən savayı da sübutlar olmalıdır. Əgər belə sübutlar varsa, əminliklə demək olar ki, bu və ya digər ittiham şahidinin məhkəməyə gəlməməsi Konvensiyanın 6-cı maddəsinin tələblərini pozmayacaqdır. Məhkəmə tərkibi hesab edir ki, Şahid2 Təqsirləndirilən şəxsa haqqında istintaqa məlumat verməsi, lakin məhkəmə dinləmələrinə gəlməməsi ilə Konvensiyanın 6-cı maddəsinin tələblərini pozmamış, çünki iş materiallarında ittiham tərəfinin mövqeyinin əsaslılığına dair başqa ittiham sübutları da mövcuddur. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsinin məhkəmə baxışında elan olunmasına razılıq vermişdir. Məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid X19 yalan ifadə verdiyini, Hamletin başına ağacla vuraraq xəsarət yetirmədiyini, hadisə yerində olmadığını bildirmişdir. Şahid Elmiyar Sultanzadə ibtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxslər Coşqun və Zərərçəkmiş şəxs2lar da həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı hadisə zamanı Elmiyarın hadisə yerində olmadığını bildirmişlər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi o qənaətə gəlir ki, şahid Elmiyarın verdiyi ifadə özündə düzgün məlumatları etiva etmiş və işin digər halları ilə uyğunluq təşkil etmişdir. Məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid Tərlan Quluzadə 01 may 2021-ci il tarixdə heyvanlarını Televar kəndi ərazisində yerləşən “Qarağaclı” deyilən yerdən özlərinə məxsus torpaq sahəsinə apardıqlarını, atasının tüfəngi götürərək tülkü vurmaq üçün getdiyini, sonra atasının gəldiyini, hevanları birlikdə apardıqlarını, həmin vaxtı ov tüfənginin atasının çiynində olduğunu, heyvanları aparıb torpaq sahələrinə çatdıqdan sonra heyavnların yanında qaldığını, atasının evə qayıtmağa başladığını, atası evə qayıdan zaman Coşqun, Seymur və Elmiyarın atasının qabağını kəsdiklərini, onların atasını döyüb xəsarət yetirdiklərini və əlindən silahı da aldıqlarını, sonra Elmiyar əlində ağac ilə yanına gələrək həmin sahənin onların olduğunu, heyvanları həmin sahədən aparmaqlarını bildirdiklərini, əks halda onu da atası kimi döyəcəyini bildirdiyini, atasının döyülməyini görsə də heyvanları nəzarətsiz qoya bilmədiyi üçün hadisə yerinə gedə bilmədiyini demişdir. Zərəçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş üzrə toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə saat 08 radələrində Yardımlı rayonu, Telavar kəndi yaxınlığında yerləşən “Qobular” adlı ərazidə ailədaxili ədavətləri olan həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə növbəti dəfə örüş sahəsinə sahibliklə bağlı mübahisə edərkən sonuncunu öldürmək qərarına gələrək öncədən atəşə hazır vəziyyətə gətirdiyi qoşalüləli ov tüfəngi ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinə qəsdən bir dəfə atəş açaraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz etməyən kor və dəlib keçən xəsarət yetirmiş, silahı yenidən tuşlayan zaman Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək üçün atdığı ağac parçasının ona dəyməsi səbəbindən müvazinətini itirərək sonuncunun sağ ayağına qəsdən ikinci atəşi açaraq Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ ayağının İV-V barmaqlarının odlu silah yaraları, sağ ayağın beşinci barmağının dırnaq falanqa sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan bədən xəsarətləri yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 köməyinə gəlmiş qardaşı Zərərçəkmiş şəxs2 silahı ondan almaq istədikdə o, istintaqa məlum olmayan bərk küt əşya ilə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ aşıq baldır oynağının yumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətini yetirmiş, beləliklə Zərərçəkmiş şəxs2 tüfəngi onun əlindən aldığından, habelə Zərərçəkmiş şəxs1 xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Şərh edilənlərdən göründüyü kimi şahid Tərlan Quluzadənin verdiyi ifadə işin hallarına uyğun deyildir, onun verdiyi ifadə təqsirləndirilən şəxs olan atası Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən və cəza çəkməkdən yayınmaq məqsədinə xidmət etmişdir. Məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid Cəfər Təqsirləndirilən şəxs onun oğlu olduğunu, Hamletin oğlu Tərlan ilə birlikdə heyvanlarını “Qarağaclı” adlanan ərazi ilə apardığını, evdə olan zaman bacısı oğlanları Coşqun, Seymur və onların bacısı oğlu Elmiyar Hamletin qabağını kəsərək döydüklərini, hadisə yerinə gedə bilmədiyini və hadisə barədə Hamletin ona məlumat verdiyini demişdir. Özünün də bildirdiyi kimi Cəfər Quliyev hadisənin bir başa şahidi olmamış, hadisəni görməmiş, hadisə barədə oğlu Hamlet ona məlumat vermiş, zərərçəkmiş şəxslərin ifadələrindən də görünür ki, həqiqətən Cəfər Quliyev hadisə yerində olmamışdır. Belə olan halda məhkəmə təkibi hesab edir ki, Cəfər Quliyevin şahid qismində bildirdiyi Hamletin ona dediyi xüsussatlar işin hallarına uyğun deyil, həmçinin oğlu Hamletin cinayət məsuliyyətdən və cəza çəkməkdən yayınmaq məqsədinə hesablanaraq bildirilmişdir. Məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid Hafis Zabidov 01 may 2021-ci il tarixdə səhər vaxtı evində yatan zaman qardaşı Ədalətin digər oğlu Fuadın ona zəng edərək Hamletin “İməci yeri” də silahdan atəş açaraq Coşquna xəsarət yetirməsi barədə məlumat verdiyini, xəstəxanaya gedən zaman Elmiyarı həyətlərində gördüyünü, baş vermiş hadisənin şahidi və hadisə yerində olmadığını demişdir. Məhkəmə tərkibi Hafis Zabidovun ifadəsini sübut kimi qəbul edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək o qənaətə gəlir ki, şahid Hafisin verdiyi ifadə düzgün məlumatlardan ibarət olmaqla işin digər halları ilə eynilik təşkil etmişdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Televar bələdiyyəsinin sədri vəzifəsində işləyən X49 ov tüfəngindən atəş açaraq Coşquna xəsarət yetirməsinin şahidi olmamış, həmin vaxtı hadisə yerində olmadığını, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman hadisə yerinə getdiyini, hadisənin baş verdiyi ərazi “Qobular” adlanır, ancaq həmin ərazinin Televar bələdiyyəsinə məxsus olub-olmaması barədə rəsmi heç bir sənəd olmadığını, bunu aydınlaşdırmağa çalışsa da heç bir sənəd əldə edə bilmədiyini, bununla bağlı rəsmi müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını, Bələdiyə sədri seçildiyi vaxtı hadisənin baş verdiyi ərazinin kənd sakini Ağəli Ağayev tərəfindən çəpərlənmiş vəziyyətdə olmaqla onun tərəfindən istifadə edildiyini, həmin torpaqdan istifadə ilə bağlı bələdiyyə büdcəsinə vergi ödənilmədiyini, torpağın bələdiyyə mülkiyyətində olmasını təsdiq edə bilmədiklərindən vergi ilə bağlı tələb irəli sürə bilmədiklərini, istintaq dövründə hadisənin baş verdiyi ərazinin “Qobular” adlanması və Televar bələdiyyəsinə məxsus olması ilə bağlı arayış verdiyini, həmin vaxtı kənd əhalisindən həmin ərazinin bələdiyyənin mülkiyyətində olduğunu öyrəndiyini, sonradan maraqlandıqda hadisənin baş verdiyi ərazinin Televar bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən sənəd olmadığını bildiyini, kənd əhalisinin heyvanlarının da həmin ərazidən də keçdiyini, bildiyinə görə Hamletin də həmin ərazidən heyvanlarını apardığını bildirmişdir. Məhkəmə tərkibi şahid Elşadın ifadəsi ilə bağlı hesab edir ki, Elşad hadisə baş verən zaman hadisə yerində olmadığından, sonradan hadisənin baş verdiyi yerə getdiyindən onun hadisənin necə və hansı şəraitdə baş verməsi barədə heç bir məlumat verə bilməməsi işin halarına uyğundur. Məhkəməyədək icraat zamanı hadisənin baş verdiyi ərazinin “Qobular” adlanması və Televar bələdiyyəsinə məxsus olması ilə bağlı arayış verməsi, sonradan maraqlandıqda hadisənin baş verdiyi ərazinin Televar bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən sənəd olmadığını bilməsi ilə bağlı dediklərinə dair məhkəmə tərkibi qeyd edir ki, bu ifadələr Hamletin təqsirli olub-olmaması məsələsini həll etmir, hadisənin baş verdiyi ərazinin hüquqi rejimi ilə bağlı yol verilmiş texniki səhvdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Xəyyam Tağıyevin hadisənin baş verməsinin şahidi olmadığını, hadisə yerində olmadığını, hadisənin baş verdiyi 01 may 2021-ci il tarixdə evdə olduğunu, heç bir yerə getmədiyini, 01 may 2021-ci il tarixdə səhər vaxtı heyavlarını örüş sahəsinə aparan zaman Hamletin səsini eşidərək baxan zaman onun əlində ov tüfəngi dərədən aşağı getdiyini gördüyünü Hametdən nə baş verdiyini soruşduqda Hamlet cavabında tülkünün toyuqlarını boğduğunu dediyini, təxminən saat 09 radələri olardı öz evində olan zaman Hamletin Coşqun, Seymur və Elmiyarla dalaşdığını eşitdiyini və hadisənin baş verdiyi yerə tərəf getdiyini, təxminən 200-300 metr getdikdən sonra Hamletin gəldiyini, bədəni üzərində qanların olduğunu gördüyünü, soruşması əsasında Hamletin Coşqun, Seymur və Elmiyar tərəfindən döyüldüyünü və silahının əlindən alındığını bildirməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Xəyyam hadisə yerində həqiqətən olmamış, hadisənin baş verməsini görməmiş, Hamletin Coşqun, Seymur və Elmiyar tərəfindən döyüldüyünü və silahının əlindən alındığını isə Hamletin verdiyi yalan və özü tərəfindən törədilmiş cinayət hadisəsini gizlətmək məqsədi ilə deyildiyindən bildirmişdir. Xəyyamın Hamletin bədəni üzərində qanların olduğunu görməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan “məhkəmə-tibbi ekspertizası”nın 11 may 2021-ci il tarixli 317 saylı rəyindən göründüyü kimi hadisə zamanı Hamlet başın təpə nahiyəsinin əzilmiş yarası, sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilib-şişkinləşməsi və qançırı, sağ kürək və sol bud nahiyəsinin qançırı dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər almışdır. Məhkəmə tərkibi ibtidai istintaq zamanı alınmış "xxxx"nın 27 avqust 2021-ci il tarixli, 382/2021-MTKŞ nömrəli və “təkrar kompleks-komisyon məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik ekspertizaları”nın 25 fevral 2022-ci il tarixli, 49/2022-MTKŞ nömrəli rəylərində göstərilmiş Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin xarakteri və yetirildiyi nahiyələrə əsasən onların yaranması Təqsirləndirilən şəxs göstərdiyi vəziyyətə daha çox uyğun gəlir ifadəsinə tənqidi yanaşaraq ekspert rəylərində göstərilmiş həmin halın işin digər hallarına uyğun gəlmədiyini, həmin hissələrin yekdil və qəbul edilən olmadığını bildirir. Sözügedən ekspert rəyləri qiymətləndirilərkən həmçinin nəzərə alınmalıdır ki, Cinayət- Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etmiş, yəni iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2 və 3-cü bəndlərində göstərilir ki, qəsdən adam öldürməyə cəhdə təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır”. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,120.1 və 128-ci maddələri ilə tövsif edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v. 129) -Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Telavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadından iki yetkinlik yaşına çatmış və bir yetkinlik yaşına çatmayan uşaqlarından ibarətdir.(cild 1, i.v. 140) Müdafiəçi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olan ailə tərkibi arvadından, bir yetkinlik yaşına çatmayan və bir az yaşlı uşaqlarından ibarətdir. -Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Telavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmaması səbəbindən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur.(cild 1, i.v. 141) Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlarının olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə edilməklə törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin şəxsiyyət əleyhinə olan cinayətlər növünə aid olsa da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsi üçün heç bir aktiv hərəkət etməməsini və bu yöndə olan passiv davranışını nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sair.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudda təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları, cinayətin xarakterini və təhlükəlilik dərəcəsi, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsini təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinifə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbukı müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 nömrəli qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Delkourt Belçikaya qarşı”, “Piersack Belçikaya qarşı” və “X44rşı” işləri üzrə qərarlarında ədalətin bərpasını belə ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etməsi ilə bağlı Təqsirləndirilən şəxs qismində cəlb olunduğu Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və həmin maddə ilə bağlı təyin olunacağı cəzadan azad edilməsi üçün əsaslar, həmçinin həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurması ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb olunduğu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamış, eləcə də həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bağlı təyin olunacağı cəzadan azad edilməsi üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəlləninin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət Məcəlləsinin 75.1.1-cü maddəsinə əsasən “böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə” şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən “Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır...”. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən “cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)” cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Eyni Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə “bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə” ittiham hökmü çıxarır. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmuş, yəni cinayətin törədildiyi gündən iki il keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla bu Məcəllənin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin olunmuş cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin müddəaları (cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz) nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hal nəzərə alınmalıdır. Yardımlı Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 4(038)-01/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həbsetmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında sonuncunun ona, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş (dəymiş) maddi ziyana görə 10500 (on min beş yüz) manat, 10.000 (on min) manat mənəvi ziyanın və 151.50 (yüz əlli bir manat əlli qəpik) məbləğdə dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir (Maddə 185). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (mad.187.1). Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmin qərarın 67-cı bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-cı bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 71-cı bəndində göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmə tərkibi hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən (maddi ziyanın, dövlət rüsumunun ödənilməsi hissəsində tam, mənəvi ziyanın ödənilməsi hissəsində qismən) təmin edilməlidir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərəfindən odlu silahdan törədilmiş cinayət nəticəsində Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz etməyən kor və dəlib keçən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ ayağının İV-V barmaqlarının odlu silah yaraları, sağ ayağın beşinci barmağının dırnaq falanqa sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan bədən xəsarətləri alması tam sübuta yetmişdir. Zərərçəkmiş şəxsin müalicəsi üçün çəkilən xərclərin adətən nağd qaydada ödənilməsini, hadisənin şokunda olan şəxslərin işlərin görülməsinə dair hər hansı qəbzin alınması marağında olmadığını nəzərə alaraq həmin xərclərin çəkilməsini təsdiq edən qəbzlərin olmamasını mülki iddianı bu hissədə təmin edilməməsinə maneə kimi qəbul etmir və hesab edir ki, müvafiq sübutlar əlavə edilmədiyi halda belə Zərərçəkmiş şəxs1 əməliyyat olunması və müalicə xərcləri üçün 10.500 manat məbləğində xərcin çəkilməsi ağlabatandır. Həmçinin məhkəmə tərkibi verilmiş mülki iddiada mənəvi zərərlə bağlı xahişə münasibətdə hesab edir ki, Zərərçəkmiş şəxs1 mənəvi zərərlə bağlı tələbi qismən təmin olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi “Scordino İtaliyaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. (Jensen Danimarkaya qarşı və Freimanis və Lidums Latviyaya qarşı işlər üzrə qərarlarında məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb-qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər (Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı, Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı). Beləliklə də, aydın olur ki, məhkəmələr, baxılan işin bütün hallarını nəzərə almaqla təkcə pozuntunun müəyyən olunmasının mənəvi zərərin kompensasiyası üçün yetərli olmadığı qənaətinə gəldikdə, mənəvi zərərə görə müəyyən (ağlabatan) məbləğdə vəsaitin tutulması barədə də qərar qəbul etməlidirlər. Hazırkı halda məhkəmə tərkibi hesab edir ki, bu işin xüsusi halları, yəni Zərərçəkmiş şəxs1 iki dəfə açılmış atəş nəticəsində odlu silah yaraları alması baxımından, təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər, buna görə də mənəvi zərərin əvəzi olaraq həm də iddiaçının tələb etdiyi məbləğin müəyyən həcmində - 2000 (iki min) manat məbləğdə pulun tutulması ədalətli və ağlabatandır. Həmçinin məhkəmə tərkibi verilmiş mülki iddiada dövlət rüsumunun ödənilməsi ilə bağlı xahişə münasibətdə hesab edir ki, Coşqun Mahmudov tərəfindən mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cinayət-Prosessual Məcəlləsinin 197.1.8-ci maddəsinə əsasən cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə icraat aparılması üçün zəruri olan digər tədbirlərə sərf olunmuş xərclərin məbləğinə aid edilməklə məhkəmə məsrəflərinə aid olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə cəmi 10.500 (on min beş yüz) manat, vurduğu mənəvi ziyana görə 2.000 (iki min) manat, mülki iddianın verilməsi üçün ödənilmiş 151.50 (yüz əlli bir manat əlli qəpik) dövlət rüsumu olmaqla, cəmi 12651,50 (on iki min altı yüz əlli bir manat əlli qəpik) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs1 ödənilməlidir. Zərərçəkmiş şəxs1 verdiyi mülki iddiada göstərilmiş mənəvi ziyanın qalan hissəsi baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd qoşalüləli, 16 kalibrli, “B” modelli, 110080-66 nömrəli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd istifadə olunmuş zavod istehsalı gilizlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Prokurorluğunun maddi sübutlarının saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş geyim paltarı-1 (bir) ədəd qara rəngli şalvar, 1 (bir) ədəd qara rəngli qolu kəsik mayka, 1 (bir) ədəd açıq göy rəngli mayka, 1 (bir) ədəd çəhrayi rəngli yun polver, 1 (bir) cüt qara rəngli rezin ayaqqabı və hadisə yerindən götürülmüş 2 (iki) ədəd plastik patron başlıqları, Zərərçəkmiş şəxs1 bədəni üzərindən cərrahiyyə əməliyyatı zamanı aşkar edilərək götürülmüş 9 (doqquz) ədəd qırmalar, 6 (altı) ədəd zavod istehsalı olan gilizlər və 3 (üç) ədəd kağız kardondan hazırlanmış hədəflər, 1 (bir) ədəd mişen hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri yerində yoxlanılan zaman və istintaq eksperimenti keçirilərkən görüntüləri özündə əks etdirən 4 (dörd) ədəd və telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd, məhkəmə baxışı zamanı hadisə yerində lentə alınmış görünütüləri əks etdirən 1 (bir) ədəd disklər icraat materiallarının saxlanıldığı müddət ərzində iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 564 (beş yüz altımış dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 564 (beş yüz altımış dörd) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51- 2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 128ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 10.500 (on min beş yüz) manat, vurduğu mənəvi ziyana görə 2.000 (iki min) manat, mülki iddianın verilməsi üçün ödənilmiş 151.50 (yüz əlli bir manat əlli qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 12651,50 (on iki min altı yüz əlli bir manat əlli qəpik) manat məbləğdə pul tutulub Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddianın mənəvi ziyanın ödənilməsi ilə bağlı olan qalan hissəsi baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 564 (beş yüz altımış dörd) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübutar olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd qoşalüləli, 16 kalibrli, “B” modelli, 110080-66 nömrəli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd istifadə olunmuş zavod istehsallı gilizlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Yardımlı Rayon Prokurorluğunun maddi sübutlarının saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş geyim paltarı- 1 (bir) ədəd qara rəngli şalvar, 1 (bir) ədəd qara rəngli qolu kəsik mayka, 1 (bir) ədəd açıq göy rəngli mayka, 1 (bir) ədəd çəhrayi rəngli yun polver, 1 (bir) cüt qara rəngli rezin ayaqqabı və hadisə yerindən götürülmüş 2 (iki) ədəd plastik patron başlıqları, Zərərçəkmiş şəxs1 bədəni üzərindən cərrahiyyə əməliyyatı zamanı aşkar edilərək götürülmüş 9 (doqquz) ədəd qırmalar, 6 (altı) ədəd zavod istehsalı olan gilizlər və 3 (üç) ədəd kağız kardondan hazırlanmış hədəflər, 1 (bir) ədəd mişen hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri yerində yoxlanılan zaman və istintaq eksperimenti keçirilərkən görüntüləri özündə əks etdirən 4 (dörd) ədəd və telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd, məhkəmə baxışı zamanı hadisə yerində lentə alınmış görünütüləri əks etdirən 1 (bir) ədəd disklər icraat materiallarının saxlanıldığı müddət ərzində iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar