Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-208/2024 18.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə 4,895 qram, külli miqdarda narkotik vasitə heroini və 2 ədəd bağlamalarda ayrı-ayrılıqda 2890 qram və 3590 qram - ümumi çəkisi 6480 qram olan, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 07 iyul 2023-cü il tarixdə saat 01:20də Baş Narkotiklərlə Mübarizə İdarəsinin, X5 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən “Göbələk” adlı kafenin yaxınlığında saxlanılaraq, X5 Şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, həmin narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində, həmin çəkidə qurudulmuş mariuxana isə sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində iki ədəd qara rəngli sellofan bağlamaların içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Lənkəran şəhərində yaşayır, özü metamfetamindən istifadə edir. 07 iyul 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxmış, saat 24 radələrində Lənkəran şəhərində «Kiçik bazar» adlanın ərazidə Natiq adlı dostundan 20 manat pul borc almışdır. Məqsədi həmin pulu Lənkəran şəhərində «Qala» adlanın yerdə yerləşən «Bazarstor» marketin içərisində quraşdırılmış «Milliön» aparatı vasitəsi ilə kartına yükləyib «kazino» oyunu oynamaq olmuşdur. Piyada hərəkət etdiyi zaman «Qala» adlanan yerdə «Mayak» otelinin yaxınlığında yanında iki avtomobil dayanmışdır. Həmin avtomobillərdə olan regional narkotiklərlə mübarizə şöbəsinin işçiləri onu tutaraq regional polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. O, ağılsız deyildir ki, əlində 7 kiloqram narkotik vasitə ola-ola küçə ilə piyada getsin. Polis işçiləri onun üzərinə təxminən 7 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana qoymuş və döyərək narkotikin özünə məxsus olmasını etiraf etdirmişlər. Polis işçiləri onu döyərək başını yarmışlar. Sürüyəndə dizlərindən xəsarət almışdır. Polis işçiləri tərəfindən saxlanılarkən üzərində ***-***-**-** nömrəli telefon olmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evlidir, himayəsində iki azyaşlı övladı vardır. Əvvəllər 2020-ci il tarixdə CM-177.2.3-cü maddəsi ilə 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib başa vurmuşdur. 3 ilə yaxındır ki, narkotik vasitə heroin və hərdən də qurudulmuş mariuxana çəkərək qəbul edir. O tutulduğu gün axşam saatlarında təxminən saat 23 radələrində Lənkəran şəhərində “Göbələk” adlı kafeəyə pivə içməyə getmişdir. Tək olmuşdur. Həmin vaxt yan masada üzdən tanımadığı şəxs onu masaya dəvət etmiş və həmin şəxslə söhbət edib pivə içmişdir. Həmin şəxs ona adının Cavid olduğunu, Lənkəranlı olmadığını demişdir. Onunla bir qədər söhbət etdikdən bir-birlərinin narkotik vasitə qəbul etdiklərini bilmişlər. Həmin şəxs ona Lənkərana təzə gəldiyini, buraları tanımadığını demişdir. Sonra ondan xahiş etmişdir ki, kafedən bir qədər aralıda bir ədəd bağlama olduğunu, həmin bağlamanın götürdükdən sonra, onun deyəcəyi yerə gətirməsini, bunun müqabilində ona 500 manat pul verəcəyini deyib onun mobil nömrəsini götürmüşdür. Ondan bağalamda nə olduğunu soruşduqda, ona bağalamda marixuana və bir bükümdə də «kakos» olduğunu, istəs, «kakosu» özün üçün götürə biləcəyini demişdir. O da razılaşmışdır. O həmin şəxsin dediyi yerdən «Göbələk» kafesindən dəmir yollarının keçdiyi yerə tərəf getmişdir. Orada kolluğun içərisində bir ədəd bağlama olduğunu görmüşdür. Bağlamanın içərisinə baxıb iki ədən iri, bir ədəd kiçik sellofan bağlamlar olduğunu görmüşdür. Kiçik sellofanda «kakos» olduğunu bilib həmin bükümü götürüşdür. Bağlamanı götürüb həmin yerdən apararkən polis işçiləri tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə aparmışlar. Regional şöbədə üzərində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış keçirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə vardırsa, təqdim etsin. Bu təklifdən sonra əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə heroini və sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmişdir. Ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində heroin, sellofan torbda isə marixuana olduğunu, heroinin Rahid adlı şəxsdən iki gün öncə 100 manata aldığını, marixuanını isə 500 manat pul müqabilində Rahid adlı şəxs üçün apardığımı demişdir. Təqdim etdiyi bir ədəd bükümə təhqiqatçı tərəfindən baxış keçirildikdə bükümün içərisində heroin, sellofan torbaların içərisində isə qrudulmuş marixuana aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə çəkisi 5 qram, qrudulmuş marixuanının çəkisi isə 6 kq 765 qram olmuşdur. Sonra həmin heroin və qurudulmuş marixuana zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərinə qeydlər aparılmış və imzalamışlar. Törətdiyi əmələ görə peşmandır. Polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda doğru bilib imzalarla təsdiq etmişdir. Bildirir ki, Rahid adlı şəxsi tanımır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, videoçəkiliş, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyul 2023-cü il tarixdə Lənkəran şəhər sakini X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, barədə əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:20-də Lənkəran şəhərin T.İsmayılov küçəsində yerləşən “Göbələk” adlı kafenin yaxınlığında saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Oruc Hüsyenov təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərində şəxsi-axtarış keçirilərkən əgər üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Oruc Hüsyenov əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü və əlində olan ağ rəngli sellofan torbadan iki ədəd qara rəngli bağlamaları çıxarıb təqdim etmişdir. O, bükümün içərisində heroin, iki ədəd bağlamalarda isə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və bir ədəd plastik bank kartı aşkar edilmişdir. Sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı başqa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümün içərisinə baxıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd sellofan bağlamalarda isə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan heroini iki gün öncə “Rahid” adlı şəxsdən 100 manat pula şəxsi istifadəsi üçün aldığını, marixuananı isə bir gün öncə həmin şəxsin göstərişi ilə gizlədildiyi yerdən götürərək 500 manat pul müqbilində ona çatdırmalı olduğunu bildirmişdir. Şəxsi-axtarış zamanı videoçəkiliş aparılmaqla 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı təsir-təzyiq göstərilməmiş və qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən narkotiklərlə mübarizə üzrə X5 Şöbənin əməliyyat müvəkkilləri Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi, eyni zamanda göstərdi ki, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər, tutulan zaman dizləri yerə dəyə bilərdi. Təqsirləndirilən şəxs tutulmasından sonra məhkəmə-tibb eksperti tərəfindən müayinə olunmuş, bədəni üzərində xəsarətlər olmamışdır. Bundan bir neçə gün sonra Bakı İstintaq Təcridxanasına daxil olarkən onun dizlərində qartmaqlı sıyrıqların olmasının səbəbini bilmir. Məhkəmə istintaqında şahid kimi dindirilən X2 göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçi olmuş, lakin son vaxtlar istifadə etməmişdir. Oruc Hüsenov çox vaxt evdə olmuşdur. Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə gecə saatlarında evdə olduğu zaman onun telefonuna zəng gəlmişdir. Bundan sonra Oruc evdən çıxmışdır, lakin onun haraya getdiyini bilməmişdir. Polis işçiləri onu Lənkəran şəhərində tutub polis şöbəsinə aparmışlar, onu döyərək boynuna narkotik vasitələri qoymuşlar. Oruc tutulmasından sonra onunla telefonla danışarkən bildirmişdir ki, polis işçiləri tərəfindən saxlanılarkəın onda heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onu döyərək narkotik vasitəni boynuna qoymuşlar. Əri qanunsuz olaraq tutulmuşdur. Bununla bağlı hər yerə şikayət etmiş, lakin nəticəsi olmamışdır. Şəxsi axtarış və götürülmə aparılması barədə 07 iyul 2023-cü il tarixli protokoldan və videçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü və əlindəki ağ rəngli torbadan iki ədəd qara rəngli bağlamaları çıxarıb təqdim etmişdir. Bir ədəd sellofan bağlamada heroinəbənzər, iki ədəd qara rəngli bağlamalarda isə qurudulmuş marixuanayabənzər maddələr aşkar olunmuşdur. Elektron tərəzidə çəkilərkən heroinəbənzər maddənin çəkisi 5 qram, qurudulmuş marixuanayabənzər maddələrin isə ümumi çəkisi 6 kq 765 qram olmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı heroini iki gün əvvəl Lənkəran rayonu ərazisində Rahid adlı şəxsdən 100 manat pul verməklə istifadə etmək məqsədi ilə aldığını, qurudulmuş marixuananı isə Rahid adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, ona çatdırmalı olduğunu, bunun müqabilindən həmin şəxsdən 500 manat pul almalı olduğunu bildirmişdir. Materialların məhkəmə ekspertizasının 07 iyul 2023-cü il tarixli, 19/704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 4,895 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs əlindəki torbadan aşkar edilmiş 02 ədəd bağlamalarda ayrıayrılıqa təmiz çəkiləri 2890 qram, 3590 qram-ümumi çəkisi 6480 qram olan, bitki mənşəlli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, botaniki əlamətərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli, 708 saylı rəyinən görünün ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır, ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 657 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tvarixdə müayinə olunarkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən onun dizlərində qərtməkli sıyrıqlar aşkar olunmuşdur. Lənkəran Şəhər Psixatriya Xəstəxanasıının məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanasında qeydiyytda olmamışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə Lənkəran Rayon Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təsirlərə məruz qalmasını bildirdiyindən həmin məlumat araşdırılması üçüq Lənkəran Rayon prokurorluğuna göndərilmişdir. Prokurorluq tərəfindən həmin məlumatla bağlı araşdırma aparılmış və Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən fiziki və psixi təsirlərə məruz qalması təsdiq olunmadığından 08 oktyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edimldmişdir. İşdə olan xx.xx.2023-cü il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2014 və 2016-cı illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. O, yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 4,895 qram narkotik vasitə heroini və 6480 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi, 07 iyul 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmaması, narkotik vasitələrin üzərinə və əlində olan torbaya polis işçiləri tərəfindən qoyulması, polis işçilərinin onu döyərək narkotik vasitələrin guya özünə məxsus olmasını etiraf etdirmələri, polis işçilərinin onu döyərək başını yarmaları, sürüyəndə dizlərindən xəsarətlər alması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, məhkəmə-tibb ekspertinin qeyd olunan rəyindən görünür ki, Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən saxlanan gün, yəni xx.xx.2023-cü il tarixdə tibbi müayinədən keçirilərkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, onun diz nahiyəsində sıyrıqların isə polis işçiləri tərəfindən saxlanılması zamanı yıxılması, dizlərinin yerə dəyməsi, sürtünməsi nəticəsində əmələ gəlməsi onun polis işçiləri tərəfindən döyülməsi anlamına gəlmir. Həmçinin məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməklə başının yarılmasını göstərsə də, həm xx.xx.2023-cü il tarixdə tibbi müayinə zamanı, həm də xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı onun baş nahiyəsində hər hansı xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 4,795 qram heroin və 6 kq 479,8 qram qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 4,795 qram heroin və 6 kq 479,8 qram qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-208/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-208/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver