Məhkəmə qərarları › İş №1(099)-209/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-209/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-209/2025 06.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X15, müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdam rayonu Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi ev 10, mənzil 73-də yaşamış, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X15 vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işinin məhkəmə hazırlıq iclasında həyata keçirilən ilkin araşdırmalar nəticəsində cinayət işinin məhkəməyə qədər icraatında bir sıra kobud qanun pozuntularına yol verildiyindən, o cümlədən iş materialları ilə müdafiəçi və təqsirləndirilən şəxsin tanış edilməsi və cinayət prosesində etiraz məsələləri düzgün həll edilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Məhkəmə hazırlıq iclasında müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatətini başlıca olaraq aşağıdakı xüsusatlarla əsaslandırmışdır: Müdafiəçi təqdim etdiyi vəsatətdə qeyd edir ki, məhkəməyədək icraat zamanı Saatlı rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X12 tərəfindən Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub onunla istintaq hərəkətləri aparılarkən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin maddələrinin tələblərinə riayət edilməmiş, onun tərəfindən qanunsuz olaraq qərarlar qəbul edilmiş, protokollar tərtib edilmişdir. Eləcə də, Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X13 tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə riayət edilməmiş, onun tərəfindən qəbul edilmiş qərarlar, tərtib edilmiş protokollar qanunla nəzərdə tutulmuş vaxtda qeydiyyata alınmamış, müdafiəçinin təqdim etdiyi, rəsmi qaydada göndərdiyi vəsatətlərə vaxtında baxılmamış, vəsatətə baxılması barədə sonradan, yəni 2025-ci ilin yanvar ayında cinayət işinin materiallarına əlavə edilmiş qərarlar nə ona, nə də Təqsirləndirilən şəxs təqdim edilməmiş və ya rəsmi qaydada göndərilməmiş, qəbul edilmiş ekspertiza qərarları ilə nə o, nə də Təqsirləndirilən şəxs bəzi hallarda vaxtında tanış edilməmişlər, müstəntiq tərəfindən ekspert rəyləri ya vaxtında götürülməmiş, ya da götürülmüş ekspert rəyləri uzun müddət müstəntiq tərəfindən özündə saxlanılmaqla qeydiyyata alınmamış, bununla da, müstəntiq tərəfindən ekspert rəyi ilə 10 gün ərzində tanış olmaq hüquqlarının təmin edildiyinin görüntüsü yaradılmış, sonradan rəylər müvafiq qaydada Saatlı rayon polis şöbəsində daxil olma nömrəsi ilə qeydiyyata alınmamış, rəylǝrǝ dərkənarlar müstəntiq tərəfindən qoyulmuş, daxil olma möhürü yerinə həqiqətə uyğun olmayan rəqəmlər yazılmış, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs digər müqavilə əsasında müdafiəçisi olmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 əvvəlcə işə buraxılaraq, müdafiə etdiyi təqsirləndirilən şəxslə görüşməsi üçün ona məktub verilməsinə və həmin müdafiəçinin təqsirləndirilən şəxslə görüşməsinə baxmayaraq, sonradan qanunsuz olaraq işə buraxılmaması haqqında qərar qəbul edilmiş, həmin qərar müdafiəçi Elxan Əlitahirliyə təqdim edilməmiş, ona, Təqsirləndirilən şəxs və digər müdafiəçi Elxan Tahirliyə ibtidai istintaqın qurtarması barədə heç bir rəsmi məlumat verilməmiş, cinayət işinin materialları ilə onun tam tanış olmasına imkan yaradılmamış, vaxt verilməmiş, cinayət işinin üçüncü cildi ilə ümumiyyətlə tanış edilməmişdir. Təqsirləndirilən şəxs isə cinayət işinin materiallarının 1-ci cildinin cəmi 33 vərəqi ilə tanış olmuş, digər müdafiəçi vəkil Elxan Tahirliyə ümumiyyətlə cinayət işinin materialları və maddi sübutlarla tanış olmağın vaxtı və yeri barədə məlumat verilməmiş, o, cinayət işinin materialları və maddi sübutlarla tanış edilməmişdir. Hazırki Müdafiəçi tərəfindən tanış etmədən öncə müstəntiqə və prokurora verdiyi etirazlara, eləcə də tanış olma zamanı verdiyi vəsatətlərə müstəntiq tərəfindən baxılmamış, bu barədə müdafiə tərəfinə hər hansı bir qərar verilməmiş, müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd şəkildə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin bitməsinə cəmi bir gün qalmış, istintaq müddətinin bitməsinə isə iki gün qalmış ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Saatlı rayon prokuroru tərəfindən həmin gün təsdiq edilmiş, təsdiq edilmiş ittiham aktı müdafiə tərəfinə göndərilməmişdir. İş materiallarının İ və İİ cildləri ilə tanış olarkən müstəntiq tərəfindən sənədlərin saxtalaşdırıldığını müəyyən etmiş, belə ki, ibtidai istintaqın gedişatında cinayət işinin başlanması, təqsirləndirilən şəxs kimi cəlb etmə və bəzi digər qərarların surətləri ona təqdim edilmiş, lakin iş materiallarında olan qərarlar ilə ona əvvəlcədən təqdim edilən qərarların fərqli olduğunu, müstəntiq tərəfindən həmin qərarların bəzi məzmununun dəyişdirildiyini, bəzi qərarlarda sonradan əlavələr edilərək, vəsatətə münasibət bildirildiyinin qeyd edildiyini göstərir. Yekun olaraq, müdafiəçi təqdim etdiyi vəsatətdə, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284- 286, 288-ci maddələrinin tələblərinin pozulması ilə aparıldığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Saatlı rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4, Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 və Saatlı rayon prokuroru, baş ədliyyə müşaviri X8 barələrində xüsusi qərar çıxarılmasını, eləcə də, Təqsirləndirilən şəxs həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, dövlət ittihamçısının vəsatəti tam, müdafiəçinin vəsatəti isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli protokolda müstəntiq tərəfindən qeyd edilir: “Azərbaycan Respublikası DİN-nin Saatlı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X13, tərtib edirəm həmin protokolu ondan ötrü ki, icraatımda olan ********* nömrəli cinayət işi ilə əlaqədar 28 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına gedərək iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə dəfələrlə mobil telefon əlaqəsi saxladıqdan sonra ona 3 saylı İstintaq Təcridxanasına gəldiyimi, ona və təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın qurtarması barədə məlumat vermək istədiyimi dedim. Müdafiəçi həmin gün müxtəlif bəhanələr gətirərək gəlməsə də, 29 dekabr 2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gəldi və mənimlə birlikdə müvafiq icazə aldıqdan sonra təcridxananın istintaq otağına daxil olduq, orada Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi ibtidai istintaqın qurtarması və Azərbaycan Respublikası CPM-nin 284-287-ci maddələrinin tələblərinə əsasən cinayət işinin materialları, iş üzrə maddi sübut olan narkotik vasitə olan qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin, 1 ədəd "Realme, markalı mobil telefon ilə 06 yanvar 2025-ci il tarixdə saat 15:00 etibarən Saatlı RPŞ-nin MSY-nin istintaq otağında vaxt məhdudiyyəti qoyulmadan tanış ola biləcəkləri barədə məlumat verdim. Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs iş üzrə təqsirli olmadığını, mənə etiraz edəcəyi barədə prokurora vəsatət verəcəyini, işin xitam olunmasını istədiyini bildirərək həmin vaxt Saatlı RPŞ-yə gələcəyini bildirsə də, hazırki protokola özünün və Təqsirləndirilən şəxs imza etməyəcəklərini bildirib, imza etmədi”. (İİİ cild, iş vərəq, səh.93) İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokolda müstəntiq tərəfindən qeyd edilir: “Azərbaycan Respublikası DİN-nin Saatlı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X13, tərtib edirəm həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs icraatımda olan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq yekunlaşmış, bu barədə onun hüquqlarını müdafiə edən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X9 və təqsirləndirilən Təqsirləndirilən şəxs 29 dekabr 2024-cü il tarixdə Bakı şəhərində AR Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında məlumat verib Azərbaycan Respublikası CPM-in 284-287-ci maddələrinin tələblərinə əsasən cinayət işinin materialları, iş üzrə maddi sübut olan narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, 1 ədəd "Realme" markalı mobil telefon ilə 06 yanvar 2025-ci il tarixdə saat 15:00-dan etibarən Saatlı RPŞ-nin MSY-nin istintaq otağında vaxt məhdudiyyəti qoyulmadan tanış ola biləcəkləri barədə məlumat versəm də, vəkil Müdafiəçi 07 yanvar 2025-ci il tarixdə saat 13:52-də Saatlı RPŞ-nin MSY-nin istintaq otağına gəldikdən sonra 3 cilddən ibarət ********* nömrəli cinayət işinin bütün istintaq materialları səhifələnmiş və nömrələnmiş vəziyyətdə, eləcə də iş üzrə maddi sübut olan narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, 1 ədəd "Realme" markalı mobil telefon tanış olmaq üçün ona və təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim etdim və vaxt məhdudiyyəti qoyulmadan tanış ola biləcəkləri barədə məlumat verdim, lakin vəkil Müdafiəçi guya ona istintaqın qurtarması barədə məlumat verilmədiyini, iş üzrə mənə və prokurora etiraz etdiyini bildirərək iş materialları ilə və maddi sübutlarla tanış olmaqdan imtina edərək, bu barədə tərtib edilmiş protokolda imza etməkdən imtina etdi, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs də protokolda imza etməməsi barədə göstəriş formasında bildirdi. Vəkil Müdafiəçi qeyd edilən hərəkətləri etməsi Saatlı RPŞ-nin MSY-nin İstintaq otağında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alındığından MSY-də müvafiq monitordan həmin görüntülər 12 dəqiqə 21 saniyə (görüntülər sürətləndirilmiş vəziyyətdə) tərəfimdən mobil telefon vasitəsilə çəkiliş aparılıb götürüldü. (CD-yə köçürülüb protokola əlavə ediləcəkdir) Bundan əlavə Vəkil Müdafiəçi qeyd edilən hərəkətləri edərkən MSY-nin istintaq otağında Saatlı RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru X16, MSY-nin əməkdaşları polis baş serjantı X1, polis baş serjantı X17 və polis serjantı X19 da orada xidmətdə olub, vəkil Müdafiəçi hərəkətlərinin şahidi olmuşlar, qeyd edilən görüntülər də onların iştirakı ilə götürüldü”. (İİİ cild, iş vərəq, səh.106) Əlavə edilmiş diskə məhkəmə tərəfindən baxış keçirilmişdir. Həmin diskdə “VİD-20250109-WA0000” (uzunluğu 06 dəqiqə 57 saniyədən ibarət) və “VİD- 20250109-WA0000” (uzunluğu 05 dəqiqə 25 saniyədən ibarət) adlı 2 ədəd video fayllar möcuddur. Həmin video görüntülərdə müdafiəçinin və Təqsirləndirilən şəxs iş materialları ilə tanış olduğu müşahidə edilmir. (İİİ cild iş vərəq, səh.107) İşin sonrakı vərəqlərində müstəntiq tərəfindən Müdafiəçi ünvanlanan 3 məktub əlavə edilmişdir. Həmin məktubların birincisində xx.xx.2025-ci il saat 15:00-dan etibarən (İİİ cild, iş vərəq, səh.109), ikinci məktubda xx.xx.2025-ci il saat 10:00-dan etibarən (İİİ cild, iş vərəq, səh.123), üçüncü məktubda isə xx.xx.2025-ci il saat 10:00dan etibarən (İİİ cild, iş vərəq, səh.124) Saatlı RPŞ-nin MSY-nin istintaq otağında vaxt məhdudiyyəti qoyulmadan tanış ola biləcəyi yazılır. Lakin, qeyd edilən hər 3 məktubun nə vaxt tərtib edildiyi məlum deyil, məktublar tarixsizdir, həmçinin məktubların qeydiyyat və ya çıxış nömrəsi yoxdur, eləcə də onların göndərilməsini təsdiq edən hər hansı məktub, poçt qəbzi və sair təsdiq edici sənəd əlavə edilməmişdir. Yalnız məktubların arxa hissəsində müstəntiq tərəfindən əl yazısı ilə “Müdafiəçi mailto:Samilnajafov2634vk@gmail.comElektron ünvan 1 elektron ünvanına, ***-***-**-** mobil nömrədə istifadə etdiyi “Whatsapp” vasitəsilə və həmin nömrəyə SMS vasitəsilə göndərildi” qeydi yazılmışdır. Həmin qeydlərin də məktublar kimi nə vaxt yazılması qeyri-müəyyəndir, müstəntiq tərəfindən qeydin yazılma tarixi göstərilməmiş, qeydlər ümumiyyətlə imzalanmamışdır. Qeyddə elektron mail, “Whatsapp” və SMS vasitəsilə göndərildiyi qeyd edilsə də, bu halları təsdiq edən hər hansı sənəd, şəkil, ekran görüntüsü, çıxarış və sair sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hazırlıq iclasına dəvət edilmiş müstəntiq sözügedən məktubların tərtib edilmə tarixi barədə konkret cavab verə bilmədi, eləcə də məktubların göndərilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. İş materiallarında olan bir ədəd teleqram qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Eldost Ələkbərov tərəfindən Müdafiəçi teleqram göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdən ittiham aktının tərtib edildiyi xx.xx.2025-ci il tarixə qədər təqsirləndirilən şəxsin müdafiəçisinə məktub göndərilməsini təsdiq edən yeganə rəsmi sənəd bu teleqramdır, bundan başqa müstəntiq tərəfindən müdafiəçinin iş materialları ilə tanış olması üçün göndərilən hər hansı rəsmi çağırış, məktub, teleqram, bildiriş və sair yoxdur. (İİİ cild iş vərəq, səh.107) İş materiallarında 3 ədəd “Cinayət işi materialları ilə tanış etmə” protokolu mövcuddur: 1-ci tanış etmə protokolu: xx.xx.2025-ci il tarixli (İİİ cild iş vərəq, səh.126) Protokolun məzmunundan görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi həmin gün (xx.xx.2025) saat 12:15-dən saat 13:17-dək iş materiallarının 1-ci cild 33 vərəq hissəsi, iş üzrə maddi sübut olan 2 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd zərfdəki psixotrop maddə olan metamfetamin və 1 ədəd “Realme” markalı mobil telefonla saat 13:17-dək birlikdə tanış olmuşlar və Müdafiəçi qalan iş materialları ilə saat 14:00-dan tanış olmağa davam edəcəyini bildirmişdir. Həmin protokolda müdafiəçi əl yazısı ilə qeyd edir: "cinayət işinin 1-ci cildinin 33 vərəqi ilə tanış olarkən cinayət işi başlama haqqında qərarın məzmununun dəyişdirildiyi, qərar və protokolların sonradan qeydiyyat nömrəsi qoyulmaqla saxtalaşdırıldığı, mobil telefonda heç bir məlumatın olmadığı, qara sellofandakı kütlənin alaq otu, çubuq və peyindən ibarət olmaqla marixuana olmadığı, ağ kütlənin duz olduğu müəyyən edildi. Cinayət işinin digər materialları ilə də tanış olacam". Həmin protokol müdafiəçi və müstəntiq tərəfindən imzalanmış, təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. 2-ci tanış etmə protokolu: xx.xx.2025-ci il tarixli (İİİ cild iş vərəq, səh.128) Protokolun məzmunundan görünür ki, müdafiəçi həmin gün saat 16:30-dan saat 18:03-dək iş materiallarının 1-ci cildinin 33-cü vərəqindən 116-cı vərəqinədək hissəsi ilə tanış olmuş və qalan iş materialları ilə 11 yanvar 2025-ci il tarixdə saat 10:00-dan tanış olmağa davam edəcəyini bildirmişdir. Daha sonra həmin protokolda müdafiəçi əl yazısı ilə qeyd edir: "Təqsirləndirilən şəxs ilkin ifadəsi alınmaq əvəzinə təhqiqatçı tərəfindən izahatı alınmış, izahat və ifadələri cümləcümlə təkrar olmaqla şablon formada tərtib edilmiş, şəxsi axtarışda telefonun və çantanın aşkar olunması göstərilməmiş, şahid ifadələrində də həmin xüsusat bildirilməmiş, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının məzmunu dəyişdirilmiş, ekspertiza qərarları qərarla tanış olma protokolu ziddiyyət təşkil etmişdir". Həmin protokol müdafiəçi və müstəntiq tərəfindən imzalanmışdır, tanış etmədə təqsirləndirilən şəxs iştirak etməmişdir. 3-cü tanış etmə protokolu: xx.xx.2025-ci il tarixli (İİİ cild iş vərəq, səh.129- 131) Protokolun məzmunundan görünür ki, müdafiəçi həmin gün (xx.xx.2025) saat 12:45-dən saat 17:42-dək iş materiallarının 1-ci cildinin əvvəl tanış olduqdan sonra qalan bütün vərəqləri, İİ cilddə olan 252 vərəqin hamısı ilə tanış olmuşdur. Daha sonra həmin protokolda müdafiəçi əl yazısı ilə qeyd edir: "Şahid5 səh 120-122, Şahid3 səh 129-131, Şahid6 Əliquşad oğlu, Şahid4 səh 145-147, Şahid1 187-190 ifadələrində həmçinin, digər şahidlər ifadələrində içərisində marixuananın olduğu ikinci sellofan torbanı, həmçinin, şəxsi axtarışı aparmış Azər Əliyev ifadəsində içərisində marixuananın olduğu ikinci sellofan torbanı görmədiklərini bildirirlər. Şahidlər ifadələrində Təqsirləndirilən şəxs üzərindən mobil telefon, eynək, açar, bank kartı, pul siqaret, şəxsiyyət vəsiqəsinin aşkar edildiyini bildirməmişlər. Cinayət işinin 1-ci cildinin 157-158-ci vərəqlərinə tikilmiş, həmçinin, 182-183-cü, 215-217-ci, 223-224-cü, 2-ci cildinin 17-19-cu, 97-98-ci, 111-112-ci, 166-167-ci, 192-194-cü səhifələrinə tikilmiş vəsatətə baxmaq haqqında müstəntiq tərəfindən qəbul edilmiş qərarlar nə ona, nə də Təqsirləndirilən şəxs təqdim edilməmiş, qərarlardan sonra saxta məktublar tikilib guya qərarların onlara göndərilməsinin görüntüsü yaradılmış, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı halda məktublar Ağdam rayonu Mərzili kəndinə guya göndərilmiş, qeyd etdiyim məktublara Saatlı RPŞ-dən göndərilən sənədlərin çıxış nömrəsi deyil, cinayət işinin nömrələri qoyulmuşdur. 1-ci cild səhifə 175-ə tikilmiş protokol faktiki olaraq xx.xx.2024-cü il tarixdə tərtib edilməmiş, müstəntiq Təqsirləndirilən şəxs guya protokolu imzalamaqdan imtina etməsi barədə qeyd yazmışdır. Halbuki, həmin tarixədək artıq mən cinayət prosesində iştirak etmişəm, Təqsirləndirilən şəxs əvvəlki vəkilindən imtina etmişdir. 1-ci cildin 193-202-ci səhifəsinə tikilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon müstəntiq Eldost Ələkbərov tərəfindən qablaşdırılıb ekspertə təqdim edilmişdir. Halbuki, bu barədə cinayət işinin materiallarında heç bir sənəd yoxdur. 1-ci cild səhifə 203. Diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs telefonunda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar məlumatlar aşkar edilməmişdir. 1-ci cild 215-217-ci səhifə. Vəsatətə baxılması qərarı yeganə qərardır ki, təxminən bir ay əvvəl Eldost Ələkbərov tərəfindən mənə təqdim edilmişdir. Lakin, məndə olan qərarla 215-217-ci vərəqdəki qərarın məzmunu və mahiyyəti fərqlidir. Cinayət işinin 2-ci cildinin 48-50-ci vərəqinə tikilmiş Saatlı rayon prokurorunun xx.xx.2024-cü il tarixli yazılı göstərişi iş üzrə həqiqətin, obyektiv araşdırmanın aparılmasına deyil, Təqsirləndirilən şəxs verilmiş qanunsuz və əsassız ittihamın möhkəmləndirmək cəhdinə xidmət etmiş, müstəntiqin bütün qərarlarına uyğun şablon formada yazılmış, yazılı göstəriş, eləcə də üzləşdirmə keçirilməsi barədə prokurorun göstərişi müstəntiq tərəfindən icra edilməmişdir. 2-ci cild səhifə 116-119. Bank məlumatlarının götürülməsi barədə xx.xx.2024-cü il tarixli 5(055)-87/2024 saylı qərarı müstəntiq tərəfindən icra edilməmiş, qərarın Kapital banka göndərilməsi məktubu Saatlı RPŞ-nin çıxış nömrəsi ilə deyil, cinayət işinin nömrəsi yazılmaqla guya göndərilmiş, qərarın icra vəziyyəti barədə Kapital Banka təkrar məktublar yazılmamış, bankdan məlumat və qərarın icra edilməsi tələb edilməmişdir. 2-ci cild 126-128. Azər Əliyev istifadə etdiyi ***-***-**-** nömrəli telefonla 20:30-dan saat 22:33-dək mütəmadi danışıqlar aparmış, halbuki cinayət işinin sənədlərinə əsasən həmin vaxtda o, Təqsirləndirilən şəxslə şübhəli şəxs qismində istintaq hərəkətləri aparmışdır. 2-ci cild 232-236. Daxil olan sənədlər ESD vǝ cnayət işinin materialalrında olan əhəmiyyətli olaraq ziddiyyətlidir. Və ən əsası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 20 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə 1535 nömrəli müqavilə bağlamış, həmin order müstəntiq Eldost Ələkbərova göndərilmiş, bu barədə Elxan Əlitahirli müstəntiq E.Ələkbərova xx.xx.2024-cü il tarixli ərizə göndərmiş, müstəntiq Eldost Ələkbərov 3 saylı İstintaq Təcridxanasına xx.xx.2024cü il tarixdə vəkil X3 Əliyevlə görüşməsinə icazə məktubu göndərmiş, lakin, müstəntiq Eldost Ələkbərov həmin order, ərizə və məktubu bilə-bilə qəsdən cinayət işinin materiallarından çıxarmış və Təqsirləndirilən şəxs müdafiə hüquqlarını pozmuş, vəkil Elxan Əlitahirliyə cinayət işinin materialları ilə tanış olmaq üçün məlumat verməmişdir. İşin üçüncü cildi ilə bir neçə gün sonra tanış olub əlavə geniş vəsatət təqdim edəcəm". Həmin protokol müdafiəçi və müstəntiq tərəfindən imzalanmışdır, tanış etmədə təqsirləndirilən şəxs iştirak etməmişdir. Sözügedən sonuncu protokolda imza etdikdən sonra müstəntiq tərəfindən əl yazısı ilə qeyd yazılmışdır: “Təqsiləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi protokolda cinayət işinin 3-cü cildi ilə bir neçə gün sonra tanış olacağını yazsa da faktiki olaraq 3-cü cildlə də tanış oldu, buna sübut kimi onda 3-cü cilddə olan sübutların qiymətləndirilməsi haqqında qərarın olması, həmin cilddə olan etap qərarından Saatlı məhkəməsinə şikayət etməsidir. Vəkil Müdafiəçi iş materialları ilə tanış olarkən qəsdən süründürməçiliyə yol verdiyini özü bildirib, bunu Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin və iş üzrə ibtidai istintaq müddətinin bitməsinə nail olmaq istəməsi və bu səbəbdən də cinayət işinin xitam olacağını bu yolla dəfələrlə başqa cinayət iS *** etdi. (bu hissə anlaşılmır) Bir daha qeyd edirəm ki, Müdafiəçi bütün cinayət işinin materialları, onlara əlavə olunmuş CD-lərlə və maddi sübutlarla tanış oldu, hazırki qeydi yazarkən bu barədə Müdafiəçi bildirib qeydin sonunda imza etməsini bildirsəm də, Müdafiəçi imza etməkdən imtina etdi. Müstəntiq *imza* Eldost Ələkbərov”. İşin sonrakı vərəqində “Vəsatətə baxılması haqqında” xx.xx.2025-ci il tarixli Qərarda müstəntiq tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisinin tanış etmə protokollarında yazdığı qeydlərin bəzilərinə (hamısına deyil) münasibət bildirilmiş, bundan əlavə həmin qərarda müstəntiq göstərmişdir ki: “Qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi 11 yanvar 2025-ci il tarixdə cinayət işinin İİİ cildi ilə tanış olsa da, bununla bağlı protokola imza etməkdən imtina etmiş, onun cinayət işinin İİİ cildi ilə tanış olması ona həmin cilddə olan sübutların qiymətləndirilməsi haqqında qərarın ona təqdim edilməsi, həmin cilddə olan etap qərarından məhkəməyə şikayət etməsidir. Sadəcə Müdafiəçi şifahi olaraq qəsdən cinayət işinin materialları ilə bu qaydada tanış olub, süründürməçiliyə yol verib iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin və iş üzrə ibtidai istintaq müddətinin bitməsinə nail olub cinayət işinin xitam edilməsini istədiyini bildirmişdir. Müdafiəçi 29 dekabr 2024-cü il tarixdən hər dəfə yalandan gəlib iş materialları tanış olacağını bildirsə də, gəlməmiş, yalnız ona bu barədə rəsmi təcili və xəbərnaməli məktub göndərildikdən sonra gəlib iş materialları ilə tanış olmağa başlamış, bu zamanda müxtəlif bəhanələr gatirərək süründürməçiliyə yol vermiş, yalnız ona cədvəl tutulacağı və bu barədə vəkillər kollegiyasına məlumat veriləcəyi bildirildikdən sonra iş materialları tanış olmuşdur. Hətta onun tərəfindən qəsdən təqsirləndirilən şəxsə cinayət işinin materialları ilə tanış olmaması, aclıq aksiyası keçirməsini bildirmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi cinayət işinin materialları ilə tanış olarkən göstərdikləri vəsatət kimi qəbul edilməli və yuxarıda şərh olunanlara əsasən tam rədd edilməlidir”. Məhkəmə iclasında dəvət edilmiş müstəntiq ona verilən suallara cavabında, yuxarıda şərh edilən qərarın məzmununa uyğun cavab verərək, müdafiəçinin 3-cü cild ilə tanış olduğunu, lakin qəsdən süründürməçiliyə yol verdiyini bildirmişdir. Qeyd edilənlərin əksinə olaraq, Müdafiəçi tərəfindən məhkəməyə bir neçə sənəd təqdim edilmiş və həmin sənədlər məhkəmə tərəfindən öyrənilmişdir. Təqdim edilən xx.xx.2025-ci il tarixli “şikayət” ərizəsindən görünür ki, həmin ərizəni Təqsirləndirilən şəxs Saatlı rayon prokuroru Adil Vəliyevə və Saatlı rayon polis şöbəsinin müstəntiqi Eldost Ələkbərova ünvanlamış, ərizə xx.xx.2025-ci il tarixdə Saatlı rayon prokurorluğunun və Saatlı rayon polis şöbəsinin dəftərxanasına rəsmi qaydada təqdim edilmiş, hər iki qurum tərəfindən şikayətin qəbul edilməsi barədə ərizəyə "qəbul etdim" yazılıb imza və tarixlə təsdiq edilmişdir. Şikayətin məzmunu qısa olaraq belədir ki, təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə cinayət işinin birinci cildinin 33 vərəqi ilə tanış olduğunu, tanış olduğu vərəqlərdə çox saylı pozuntular olduğunu, həmçinin Saatlı rayon prokuroruna, eləcə də işin Saatlı rayon polis şöbəsində aparılmasına etdiyi etirazlara baxılmadığını və ona qərar təqdim edilmədiyini bildirir. Həmçinin onun tərəfindən verilmiş bir neçə vəsatətin təmin edilmədiyi, vəsatət barədə qərarların ona təqdim edilmədiyi, üzləşmə tələb etdiyi halda keçirilmədiyi və sair bu kimi halları qeyd edir. Həmin ərizədə təqsirləndirilən şəxs birbaşa yazır: “...cinayət işinin qalan materialları və cildləri ilə tanış olmaqdan bir neçə gün ərzində imtina edirəm, nə vaxt ki, müstəntiq mənim son olaraq əlavə ifadəmi alacaq, həmçinin, iş üzrə əleyhimə ifadə vermiş şahidlərlə mənim aramda üzləşdirmə keçirəcək. Bu istintaq hərəkətlərindən sonra mən cinayət işinin qalan materialları və cildləri ilə tanış olacam və cinayət işinin materialları ilə mənim tanış olmağım təmin edilmədən iş üzrə ittiham aktının yazılmasına qəti şəkildə etiraz edirəm”. Cinayət işi materiallarında təqsirləndirilən şəxsin qeyd edilən şikayətinə və şikayətdə göstərdiyi vəsatət xarakterli xüsusatlara hər hansı münasibət bildirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin sonradan cinayət işi materialları ilə tanış olması və ya tanış olmaqdan imtina etməsini təsdiq edən hər hansı sənəd yoxdur. Yuxarıda şərh edilən 3 ədəd tanışetmə protokolunun yalnız birincisində müdafiəçi və təqsirləndirilən şəxsin birlikdə İ cild ilk 33 vərəq ilə tanış olduğu qeyd edilmiş, 2-ci və 3-cü protokolda isə müdafiəçi İ cildin qalan vərəqləri və İİ cild ilə təkbaşına tanış olmuşdur. Təqsirləndirilən şəxsin özünün iş materialları ilə tanış edilməsi və ya onun iş materiallarının ona təqdim edilməsinə baxmayaraq, tanış olmaqdan imtina etməsinə dair hər hansı protokol və ya akt yoxdur. Müdafiəçi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli teleqram qəbzindən və teleqramın mətnindən görünür ki, Müdafiəçi xx.xx.2025-ci il tarixdə saat 15:55-də müstəntiq Eldost Ələkbərova teleqram göndərərək, İİİ cild ilə tanış olmaq üçün vaxtın və yerin ona bildirilməsini xahiş edir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin teleqram xx.xx.2025-ci il tarixdə müstəntiq Eldost Ələkbərova çatdırılmışdır. Buna baxmayaraq, müstəntiq tərəfindən tanış etmə başa çatdırılmadan xx.xx.2025-ci il tarixdə saat 08:30-da ittiham aktı tərtib edilməyə başlanmış və elə həmin gün prokurora təqdim edilərək, onun tərəfindən də təsdiq edilərək məhkəməyə göndərilmişdir. Əlavə olaraq, müdafiəçi ekran görüntüləri təqdim edərək, müstəntiq Eldost Ələkbərovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramında olan yazışmalarını təqdim etmişdir. Həmin yazışmalara baxdıqda müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 17:44-də müdafiəçi müstəntiqə aşağıda qeyd olunan məzmunda mesaj göndərir: “Eldost müəllim Gülmməmməd Əliyev zəng vurdu, mənə o, da vəkili Elxan Tahirli ilə birlikdə cinayət işinin materialları ilə tanış olmaq istəyir”. Ekran görüntülərindən müəyyən edilir ki, müdafiəçi tərəfindən müstəntiqə saat 17:47-də, 17:48-də, 17:58də və 18:01-də səsli zənglər edilmiş, lakin müstəntiq tərəfindən cavab verilməmiş, saat 18:02-də isə müstəntiq tərəfindən səsli zəng edilərək təxminən 1 dəqiqə müddətində aralarında danışıq olmuşdur. Ekran görüntülərinə əsasən, növbəti gün, yəni 13 yanvar 2025-ci il tarixdə saat 08:53-dən başlayaraq, müdafiəçinin dəfələrlə müstəntiqə zənglər etdiyi, müstəntiq tərəfindən zənglərin əksəriyyətinin cavablandırılmadığı, yalnız bir qismində zənglərə cavab verildiyi görünür. Saat 17:10-da müdafiəçi tərəfindən müstəntiqə “Eldost müəllim niyə cavab vermirsən zəngə”, “İki saatdır sizi gözləyirəm”, “Niyə gəlmədiniz”, “Və mənə cavab vermirsən”, sonrakı saat və dəqiqələrdə “Görüntülü aç”, “canlı konum at”, “yolda idinsə niyə cavab vermirdin”, “Mən inanmıram sənə”, “Zəngə cavab vermirdin??” məzmunlu mesajlar göndərdiyi, dəfələrlə səsli və görüntülü zənglər etdiyi, müstəntiq tərəfindən isə zənglərin əksəriyyətinə cavab verilmədiyi, 18:04-də avtomobil ilə yol gəldiyini göstərən 1 ədəd fotoşəkil göndərmiş, “hələ gəlirəm” deyə cavab mesajı yazmışdır. Həmin gün saat 21:47-ə qədər müdafiəçi 10-dan artıq zəng etsə də, müstəntiq tərəfindən zənglərə cavab verilməmişdir. Yazışmaların ekran görüntüsündən görünür ki, bir gün sonra, yəni xx.xx.2025-ci il tarixdə səhər saat 08:42-dən etibarən yenə müdafiəçi dəfələrlə müstəntiqə mesajlar yazmış və səsli zənglər etmişdir, buna baxmayaraq müstəntiq tərəfindən həmin mesajlara və zənglərə cavab verilməmişdir. Məhkəmə hazırlıq iclasına dəvət edilən müstəntiq ona verilən suallara cavab olaraq, həmin telefon nömrəsinin onun istifadəsində olduğunu, yazışmaların və zənglərin onun tərəfindən aparıldığını bildirmişdir. 13 yanvar 2025-ci ildə müdafiəçiyə Bakıya gəlib, iş materialları ilə tanış etməni həyata keçirəcəyini dediyini, lakin getmədiyini etiraf etmişdir. İttiham aktından görünür ki, müstəntiq tərəfindən xx.xx.2025-ci il tarixdə saat 08:30-dan etibarən ittiham aktı tərtib edilməyə başlanmışdır. Bununla da, ibtidai istintaq orqanı tərəfindən CPM-in 303.3.8-ci maddəsinin tələbləri birbaşa pozulmuşdur. Belə ki, CPM-nin 303.3.8-ci maddəsi məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci maddələrinin tələblərinin pozulmasını özündə ehtiva edir. CPM-in 284-cü maddəsinin tələbinə görə, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-nin 284.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi və ya nümayəndə bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçi, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə isə başqa nümayəndəyə malik olmaq imkan yaradılır. Həmin Məcəllənin 285-ci maddəsinin tələbinə görə, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-nin 285.4-cü maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Eyni zamanda cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər. 286.1. Müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. 286.2. Cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. 286.3. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. 286.4. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. 286.5. Protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Qanunvericiliyin şərh edilən müddəalarının əksinə olaraq, məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin özünün və onun müdafiəçisinin cinayət işi materialları ilə tam tanış edilmədiyi, tanış etmə qaydasının kobud surətdə pozulduğu müəyyən edilmişdir. Belə ki, yuxarıda şərh edilən hallardan da göründüyü kimi, xx.xx.2025-ci il tarixli cinayət işi materialları ilə tanış etmə protokolunda təqsirləndirilən şəxsin və müdafiəçisinin birlikdə İ cild, ilk 33 vərəqlə tanış olduğu əks olunur. Bundan sonra təqsirləndirilən şəxs şikayət ərizəsi verərək, həmin ərizədə də qeyd etdiyi kimi, iş materialları ilə müvəqqəti olaraq tanış olmaqdan imtina etdiyini, verdiyi vəsatət və etirazlara baxılıb qərar qəbul edilməsini, əlavə ifadəsinin alınmasını və iş materialları ilə tanış olmamış ittiham aktının tərtib edilməsinə etiraz etdiyini bildirir. Sonrakı 2 tanış etmə protokolunda isə xx.xx.2025 və xx.xx.2025-ci illərdə müdafiəçinin təkbaşına İ və İİ cildlər ilə tanış olduğu görünür. Daha sonra xx.xx.2025-ci il tarixdə müdafiəçi tərəfindən müstəntiqə Gülməmməd ilə danışdığını və onun da iş materialları ilə tanış olmaq istədiyini bildirmiş, buna baxmayaraq təqsirləndirilən şəxs işin sonuna qədər iş materialları ilə tanış edilməmişdir. Cinayət işi materiallarında təqsirləndirilən şəxsin iş materialları ilə tanış edilməsi üçün şəraitin yaradılmasını və ya təqsirləndirilən şəxsin tanış olmaqdan imtina etməsini göstərən hər hansı sənəd, sübut mövcud deyil. Habuki, CPM-nin yuxarıda sadalanan 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol, ayrı-ayrı tanış olduqda isə ayrı protokollar tərtib olunur. Bununla da təqsirləndirilən şəxsin cinayət işi materialları ilə yalnız İ cild ilk 33 vərəq ilə tanış edildiyi, işin qalan hissələri ilə isə ümumiyyətlə tanış edilmədiyi və bunun üçün müstəntiq tərəfidən hər hansı təşəbbüs göstərilmədiyi müəyyən edilir. Müdafiəçinin tanış edilməsi məsələsinə gəldikdə isə, yuxarıda sadalanan xüsusatlardan da tam aydın olur ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə müdafiəçi işin İ və İİ cildləri ilə təkbaşına tanış olmuş, İİİ cild ilə növbəti günlərdə tanış olacağını bildirmiş, 1 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə müstəntiqlə əlaqə saxlayaraq özünün və təqsirləndirilən şəxsin də cinayət işi materialları ilə tanış olmaq istədiyini bildirmişdir. Təqdim edilən “Whatsapp” yazışmalarına və məhkəmə hazırlıq iclasında müdafiəçi və müstəntiqin ifadələrinə əsasən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə tanış etmənin davam etdirilməsi barədə razılığa gəlinsə də, müstəntiq tərəfindən bundan imtina edilmişdir. Bununla da sübut edilir ki, müstəntiq tərəfindən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsi icra edilməmiş, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin hüquqları kobud şəkildə pozulmuşdur. Müstəntiq tərəfindən xx.xx.2025-ci il tarixli tanış etmə protokolunun sonuna əl yazısı ilə qeyri-müəyyən tarixdə yazılmış qeydə, həmçinin xx.xx.2025-ci il tarixli vəsatətə baxılması haqında qərarda qeyd edilən xüsusatlara, yəni müdafiəçinin tanışlığı qəsdən uzatması, süründürməçiliyə yol verməsi, bununla da şəxsin həbsdən azad olunmasına çalışması barədə qeydlərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla müstəntiq ibtidai istintaqın bitməsinə cəmi 9 gün qalmış (ilk dəfə tanış etmə vaxtını xx.xx.2025-ci il tarixə təyin etmişdir, halbuki şəxsin həbs müddəti xx.xx.2025-ci il tarixə qədər, ibtidai istintaq müddəti isə xx.xx.2025-ci il tarixə qədər idi) tanış etməyə başlamış və prosessual müddəti pozmuşdur. Halbuki, CPM-nin 290.1 və 292.1-1-ci maddələrinin tələlərinə əsasən ittiham aktı müstəntiq tərəfindən həbsin bitməsinə ən geci 20 gün qalmış tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, prokuror tərəfindən isə ən geci 15 gün qalmış ittiham aktı təsdiq edilərək, məhkəməyə göndərilməli idi. Göründüyü kimi, müstəntiq tərəfindən prosessual müddətlərə düzgün riayət edilməmiş, buna baxmayaraq müdafiəçinin işi qəsdən uzatdığı qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müstəntiq tərəfindən qeyd edilənlər, yəni müdafiəçinin tanış olmanı süni surətdə uzatdığı həqiqət kimi qəbul edilsə belə, o zaman yenə də CPM-nin tələblərinə düzgün riayət edilməmiş, müstəntiq öz səlahiyyətlərindən düzgün istifadə etməmişdir. Çünki, CPM-nin yuxarıda sadalanan maddələrinin tələblərinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz (CPM 285.4), bununla yanaşı əgər cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər (CPM 285.4), təqsirləndirilən şəxsin müdafiəçisi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır, müdafiəçi bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçiyə malik olmaq imkanı yaradılır (CPM 284.3). Hazırki cinayət işi üzrə müstəntiq əsassız olaraq müdafiəçinin guya tanış olmanı qəsdən uzatdığını qeyd etməsinə baxmayaraq, CPM-də nəzərdə tutulan tədbirləri tətbiq etməmiş, iş üzrə cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən etməmiş, tanış olmanı 5 günədək təxirə salmamış, “süründürməçiliyə yol verdiyi”ni qeyd etdiyi müdafiəçinin iştirakına xitam verməmiş və onun əvəzlənməsi məsələsini həll etməmişdir. Məhkəmə tərəfindən hazırlıq iclası zamanı iş üzrə yol verilən daha bir kobud pozuntunun mövcud olduğu, etiraz məsələsinə baxılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-in 303.3.3-cü maddəsinə əsasən, ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraatda etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxs tərəfindən ibtidai istintaqın aparılması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. CPM-nin 107.3.1-ci maddəsinə əsasən prokurora, müstəntiqə — cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında etiraz edilə bilər. Həmin Məcəllənin 107.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özüözünə etirazları həll etməyə haqlıdır. Həmin məcəllənin 107.7-ci maddəsinə əsasən başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Həmin məcəllənin 112.4.1-ci maddəsinə əsasən prokurora etiraz məsələsini cinayət təqibi üzrə məhkəməyədək icraatın gedişi zamanı — yuxarı prokuror həll edir. Həmin məcəllənin 113.4-cü maddəsinə əsasən müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir. Məhkəmə hazırlıq iclasında öyrənilən xx.xx.2024-cü il tarixli protokolda müstəntiq tərəfindən qeyd edilir: “... Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs iş üzrə təqsirli olmadığını, mənə etiraz edəcəyi barədə prokurora vəsatət verəcəyini... bildirib, imza etmədi.”. (İİİ cild iş vərəq, səh.93) İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokolda müstəntiq tərəfindən qeyd edilir: “vəkil Müdafiəçi guya ona istintaqın qurtarması barədə məlumat verilmədiyini, iş üzrə mənə və prokurora etiraz etdiyini bildirərək iş materialları ilə və maddi sübutlarla tanış olmaqdan imtina edərək, bu barədə tərtib edilmiş protokolda imza etməkdən imtina etdi”. (İİİ cild iş vərəq, səh.106) Şərh olunan hər iki protokoldan görünür ki, müstəntiq həm ona, həm prokurora etiraz edilməsindən məlumatlı olmuşdur. Məhkəmə hazırlıq iclasında işin geri qaytarılmasına dair vəsatət verən müdafiəçi, həmin vəsatətə qoşma sənədlər təqdim etmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, müdafiəçi tərəfindən ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora məktub ünvanlanaraq, istintaqı aparan müstəntiqə xx.xx.2024-cü il tarixdə etiraz edilmiş və həmin etirazın bir nüsxəsi müstəntiq Eldost Ələkbərova təqdim edilmiş və onun tərəfindən imza edilməklə xx.xx.2024-cü il tarixdə rəsmi qəbul edilmişdir. Müdafiəçi tərəfindən təqdim edilən “mail.ru” elektron poçtundan olan çıxarışa əsasən təsdiq edilir ki, xx.xx.2024-cü il tarixdə mailto:n-samil1989@mail.ruElektron ünvan 2 mailto:Elektron ünvan 1elektron poçtundan mailto:saatli@prosecutor.gov.azElektron ünvan 4 elektron poçtuna müstəntiqə etiraz ərizəsi Saatlı rayon prokurorluğunun rəsmi elektron poçt ünvanına göndərilmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli digər etirazdan görünür ki, təqsirləndirilən şəxsin özü tərəfindən də müstəntiqə etiraz edilmiş və həmin etiraz prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Müdafiəçi tərəfindən təqdim edilən elektron poçtdan olan çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə mailto:samilnajafov2634vk@gmail.comElektron ünvan 1 elektron poçtundan mailto:saatli@prosecutor.gov.azElektron ünvan 4 elektron poçtuna “Etiraz prokurora.pdf” başlıqlı fayl göndərmiş, həmin faylın prosessual rəhbərliyi həyata keçirən prokurora etiraz olduğu müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilən sənədlərdən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin özü tərəfindən xx.xx.2025-ci il tarixdə “istintaqı aparan müstəntiqə və prokurora” etiraz təqdim edilmiş, həmin etiraz xx.xx.2025-ci il tarixdə Saatlı rayon Prokurorluğu tərəfindən qəbul edilərək, zərflər üçün möhür və imza ilə qəbul edildiyi təsdiq edilmişdir. Edilmiş rəsmi etirazlara baxmayaraq, nə müstəntiqə, nə də prokurora edilmiş etirazlara qanuna müvafiq qaydada baxılmamış, hər hansı münasibət bildirilməmiş, etirazların təmin və ya rədd edilməsi barədə qərarlar qəbul edilməmişdir. Etiraza baxılması haqqında hər hansı qərar cinayət işi materiallarında mövcud deyildir, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hazırlıq iclasına dəvət edilmiş ibidai istintaqı həyata keçirən müstəntiq Eldost Ələkbərov ona verilən suallara cavabında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli etirazın qəbul edilməsi barədə imza və əl yazısı ona məxsusdur, belə ki, ona edilmiş etirazın bir nüsxəsi özünə təqdim edilmiş və o da imzalamaqla qəbul etmişdir. Lakin, sonradan həmin etiraza baxılıb qərar qəbul edilib-edilməməsi barədə onda hər hansı sənəd mövcud deyil. Sonrakı tarixlərdə, yəni 06 və 07 yanvar 2025-ci il tarixlərdə müdafiəçi və təqsirləndirilən şəxsin ayrıayrılıqda ona və prokurora etdiyi təkrar etirazlara baxılması haqqında da hər hansı qərar onda mövcud deyil, bu səbəbdən məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, müstəntiqə etiraz edilməsinə və müstəntiqin özünün də bu barədə məlumatlı olmasına baxmayaraq, həmin etiraz məsələsi qanuna müvafiq qaydada həllini tapmadan, etiraz edilmiş müstəntiqin özü tərəfindən prosessual istintaq hərəkətləri davam etdirilərək, tərəflərin işin müəyyən cildləri iə tanış edilməsi, onlar tərəfindən qaldırılan digər vəsatətlərə münasibət bildirilərək, rədd edilməsi və sonda ittiham aktının tərtib edildiyi müəyyən edilir. Bununla yanaşı, cinayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən prokurora rəsmi qaydada etiraz edilməsinə baxmayaraq, etiraz məsələsi qanuna müvafiq qaydada həllini tapmadan, etiraza baxılması haqqında hər hansı qərar qəbul edilmədən, barəsində etiraz edilmiş prokurorun özü tərəfindən ittiham aktı təsdiq eidlərək məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmənin hazırlıq iclası zamanı, məhkəməyə qədər icraatda CPM-nin 303.3.3-cü maddəsinin tələbləri - məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması kimi kobud pozuntu halı aşkar edilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikasının CPM-in normalarının digər mühüm pozulması hallarına da yol verilmişdir. Cinayət işinin materialları Azərbaycan Respublikasının CPM-in 298.5-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, qəbul edilmiş prosessual qərarlar və həyata keçirilmiş istintaq hərəkətləri protokolları düzgün qeydiyyatdan keçirilməmişdir. Belə ki, “Cinayət işinin başlanılması barədə qərar” xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və 2414 saylı nömrə ilə qeydiyyata alınmış (İ cild, i.v. 1), lakin ondan bir gün öncə, yəni xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında” qərar 2417 saylı nömrə ilə (İ cild, i.v. 12), müvafiq olaraq vəkillərin siyahısının şübhəli şəxsə təqdim edilməsi barədə protokol – 2420 saylı, Şəxsi axtarış, baxış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokol – 2441 saylı, digər əlavə edilən protokol və qərarlar da müəyyən ardıcıllıqla özündən bir gün sonra qəbul edilmiş qərardan daha sonra gələn nömrə ilə qeydiyyata alınmışdır. Bu hal həmin istintaq və prosessual sənədlərdəki aparılmış qeydiyyatın formal xarakter daşımasını göstərir. CPM-in 52-ci maddəsinin tələbinə görə sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Həmin Məcəllənin 134-cü maddəsinin tələbinə görə qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. Hazırki işdə protokolların qeydiyyatının aparılmasının tamamilə formal xarakter daşıması müəyyən edilmişdir ki, bu da qeyd edilən ciddi sübut əhəmiyyəti kəsb edən sənədlərin mötəbərliliyi və mümkünlüyünü şübhə altına salır. Həmçinin, qeyd edilməlidir ki, şəxsi axtarış, baxış və götürmənin əks olunduğu video görüntüləri əks etdirən DVD diskə baxış zamanı, görüntülərin cəmi 07 dəqiqə, 11 saniyə olduğu, şəxsi axtarış, baxış və götürmənin tam əks etdirilmədiyi, əsas hissənin, yəni narkotik vasitənin aşkar edilməsi, torbaya baxış keçirilməsi və sair vacib məqamların video görüntüsünün ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. DVD diskdə mövcud olan 07 dəqiqə, 11 saniyədən ibarət videoya baxış zamanı, videonun əvvəlində Təqsirləndirilən şəxs özünə məxsus mobil telefon, eynək, açar, bank kartı, pul, siqaret, alışqan və şəxsiyyət vəsiqəsini çıxararaq stolun üzərinə qoysa da, “Şəxsi axtarış, baxış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolda həmin əşyalar ümumiyyətlə qeyd edilməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Şəxsi axtarış, baxış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolda şəxsi axtarışın 21:15-də başladığı, 22:20-də başa çatdığı qeyd edilsə də, video çəkiliş zamanı şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs telefon yazışmalarına baxılan zaman, həmin telefonda saatın 22:11 olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs əlavə ifadəsində o, şəxsi axtarış zamanı təqdim etdiyi mobil telefonunun saatının düzgün işlədiyini, şəxsi axtarışın telefonundakı saatla eyni vaxta, yəni saat 22:10-da aparıldığını, təhqiqatçının şəxsi axtarışın aparılmasının saatı kimi göstərdiyi 21:15-in isə düzgün olmadığını bildirmişdir. (İİ cild, səhifə 171-172) "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC/LGL-12755/24 saylı məktubu ilə göndərilmiş bir ədəd CD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub ilkin sənədləşdirmə aparmış təhqiqatçı Azər Əliyev istifadə etdiyi ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs tutulması barədə qərar qəbul etdiyi tarixdə və vaxtda, yəni xx.xx.2024-cü il tarixdə saat 20:30-da ***- ***-**-** nömrəli telefonu istifadə edən şəxslə 81 saniyə, Təqsirləndirilən şəxs tutulması barədə protokol tərtib etdiyi saat 21:10-da 2191 saniyə müddətində, şəxsi axtarış aparıldığı saat 21:15-22:20-dək müddətdə yəni, saat 21:16-da 39 saniyə, saat 21:17-də 33 saniyə və 81 saniyə, saat 21:19-da 88 saniyə, saat 21:20-də 38 saniyə, saat 21:20-də 38 saniyə, saat 21:21-də 43 saniyə və 29 saniyə, saat 21:22də 28 saniyə və 68 saniyə, saat 21:23-də 45 saniyə, saat 21:24-də 46 saniyə, saat 21:25-də, saat 21:26-da, saat 21:34-də, saat 21:37-də, saat 21:43-də, saat 21:47də, saat 21:48-də, saat 21:53-də, saat 22:30-da telefon danışıqları aparmışdır. Lakin, diskdəki videodan görünür ki, Azər Əliyevə məxsus mobil telefon onun xidməti otağında masanın üzərindədir, o, mobil telefondan istifadə etmir. Telefon danışıqlarından görünür ki, təhqiqatçı Azər Əliyev Təqsirləndirilən şəxs üzərinə əslində saat 22:10-22:33 radələrində şəxsi axtarış keçirmiş, həmin vaxt Azər Əliyevin telefonundan istifadə edilməmiş, yəni heç bir danışıq aparılmamış, həmin xüsusat şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefondakı saatla da təsdiq olunur. (İİ cild, səhifə 124-125) Bundan əlavə, məhkəmə qeyd edir ki, “Şəxsi axtarış, baxış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolda yazılır: “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olmuş, qara rəngli sellofan torba açılarkən həmin torbanın içərisində skoçla sarınmış 1 ədəd əlavə qara rəngli sellofan bağlama aşkar olundu. Həmin bağlama açılarkən onun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd əlavə qara rəngli sellofan büküm açılarkən içərisində şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edildi”. (İ cild, səhifə 28-29) Cinayət işinə əlavə edilən kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizanın 16 mart 2024-cü il tarixli 3-16-16/2-18/397-398 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “..Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-20,597qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs... marixuanaya oxşar...” sözləri yazılmış polietilen torbada olan 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-4400 qram, 3550 qram, ümumi çəkisi-7950 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 42-43). Göründüyü kimi, “Şəxsi axtarış, baxış və götürmə haqqında” protokolda sellofan (polietilen) torbanın içində 01 ədəd sellofan torbanın aşkar edildiyi qeyd edilsə də, ekspertiza rəyində və ittiham aktında baxış keçirilən torbanın içində 02 ədəd sellofan (polietilen) torba olduğu qeyd edilir. Bu ziddiyyətlə bağlı, şəxsi axtarış, baxış və götürmədə iştirak edən şəxslərin əlavə ifadəsi alınmışdır. Belə ki, Şahid1 Firudun oğlu (İ cild, səhifə 97-100), Şahid2 (İ cild, səhifə 114-116 Şahid5 (İ cild, səhifə 120-122), Şahid3 (İ cild, səhifə 129-131), Şahid6 Əliquşad oğlu (İ cild, səhifə 138-140), şahid X10 (İ cild, səhifə 145-147), şahid X12 (İİ cild, səhifə 228-231) ifadələrində bir ədəd sellofan torbanın aşkar edildiyini, 2-ci torbanı ümumiyyətlə görmədiklərini, ola bilsin ki, həmin torbaların üstüstə olduğundan onları görmədiklərini qeyd etmişlər. Halbuki, CPM-nin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Məhkəmə hal şahidləri ilə bağlı məsələni də qeyd etməyi zəruri hesab edir. Belə ki, hal şahidi X6 dindirilməsi barədə protokolda, hal şahidi xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Saatlı RPŞ-nin əməkdaşlarının onunla əlaqə saxlayaraq onlar tərəfindən şəhər ərazisində keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün onu Saatlı RPŞ-nə çağırdıqlarını bildirmişdir. ECMS-“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə aparılan baxış zamanı X6 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(099)-274/2022 saylı, 1(099)-422/2022 saylı, 1(099)-525/2022 saylı, 1(099)-650/2023 saylı, 1(099)-694/2023 saylı, 1(099)- 76/2024 saylı cinayət işlərində, həmçinin Saatlı rayon Məhkəməsinin icraatında olmuş 1(055)-75/2022 saylı və 1(055)-23/2023 saylı cinayət işlərində hal şahidi qismində iştirak etdiyi müəyyən edilmişdir. İş üzrə digər hal şahidi Şahid6 isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(099)-694/2023 saylı, 1(099)-813/2023 cinayət işlərində, həmçinin Saatlı rayon Məhkəməsinin icraatında olmuş 1(055)-53/2023 saylı və 1(055)-61/2023 saylı cinayət işlərində hal şahidi qismində iştirak etdiyi müəyyən edilmişdir. CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə görə, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Hazırki işdə qeyd edilən şəxslərin hal şahidi qismində iştiraklarının mütəmadi xarakter alması, bir şəxsin bundan öncə 4, digər şəxsin bundan öncə 8 cinayət işində hal şahidi qismində iştirak etməsi, polis əməkdaşlarının onunla birbaşa əlaqə saxlayıb dəvət etməsi həmin şəxslərin cinayət prosesində marağı olmamasını şübhə altına alır. Bundan əlavə, məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus "Realme" markalı mobil telefon barəsində məhkəmə komputer-texniki ekspertizası təyin edilsə də (İ cild, səhifə 85-86), yuxarıda qeyd edildiyi kimi, “Şəxsi axtarış, baxış və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs üzərindən "Realme" markalı mobil telefonun aşkar edilməsi və götürülməsinə dair hər hansı qeyd yoxdur. Həmçinin, şəxsi axtarış, baxış və götürmədə iştirak edən şəxslərin şahid qismində verdikləri ifadələrində mobil telefonun götürülməsini göstərməmişlər. Məhkəmə komputer-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 5/445/2024 saylı rəyin məzmununda qeyd edilmişdir ki, mobil telefon müstəntiq Eldost Ələkbərov tərəfindən qablaşdırılıb imzalanmış zərfdə təqdim edilmişdir. Halbuki, həmin mobil telefon müstəntiq Eldost Ələkbərov tərəfindən deyil, təhqiqatçı Azər Əliyev tərəfindən götürülmüşdür. (İ cild, səhifə 193-202) Məhkəmənin hazırlıq iclasında işin geri qaytarılması haqqında vəsatət verən müdafiəçi, vəsatətə qoşma qismində sənədlər təqdim edərək göstərmişdir ki, müstəntiq tərəfindən ona təqdim edilən cinayət işinin başlanması haqqında qərarla, cinayət işi materiallarında olan qərar fərqlidir. Belə ki, cinayət işinin materiallarına tikilərək səhifələnmiş qərarda sonradan əlavə və dəyişiklər edilmişdir. Məhkəmə hazırlıq iclasına dəvət edilən müstəntiq müdafiəçi tərəfindən təqdim edilən və iş materiallarında olan cinayət işinin başlanması haqqında qərardan fərqli olan qərarın, onun tərəfindən qəbul edildiyini və müdafiəçiyə təqdim edildiyini, sonradan isə qərara müəyyən dəyişikliklər edilərək, cinayət işinə tikildiyini etiraf etmişdir. Cinayət işində mövcud olan vəsatətə baxılması haqqında xx.xx.2024-cü il tarixli qərarda da (İ cild, səhifə 215-217) analoji hala yol verildiyi müstəntiq tərəfindən etiraf edilmişdir. Məhkəmə qeyd edir ki, ekspertiza qərarları ilə tanış olma protokollarında məhkəmə komputer-texniki ekspertizası, məhkəmə-narkoloji və məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixdə təyin edildiyi göstərilsə də, həmin qərarlar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir (İ cild, səhifə 91-93). Son olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd (şəxsiyyət vəsiqəsi, pasport) işə əlavə edilməmişdir. Halbuki, şəxsi axtarış, baxış, götürmənin aparıldığı görüntüləri əks etdirən 07 dəqiqə 11 saniyədən ibarət natamam videoda görünür ki, şəxsi axtarışın əvvəlində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini cibindən çıxararaq stolun üzərinə qoyur. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs, şəxsiyyət vəsiqəsini videoda göründüyü kimi cibindən çıxararaq stolun üzərinə qoyduğunu, təhqiqatçı tərəfindən götürüldüyünü sonradan isə ona qaytarılmadığını bildirmişdir. Lakin, tərtib edilmiş protokolda şəxsiyyət vəsiqəsinin götürülməsi qeyd edilməmiş, eləcə də həmin vəsiqə iş materiallarına əlavə edilməmişdir. Yalnız təhqiqat araşdırması zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən portaldan çıxarış cinayət işinə əlavə edilmiş, lakin həmin çıxarışın əsli ilə düz olub-olmaması təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-in 155.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Bundan əlavə, təqsirləndirilən şəxsi xarakterizə edən sənədlər (yaşayış yeri, ailə tərkibi, xasiyyətnamə) iş materiallarına əlavə edilməmişdir. CPM-nin 289.3.4-cü maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi səciyyələndirən hallar (təhsili, məhkumluğu və sair) ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. İttiham aktının 19-cu vərəqində Təqsirləndirilən şəxs səciyyələndirən hallar tam olaraq və düzgün göstərilməmiş, onun orta təhsilli olduğu qeyd edilmişdir. Halbuki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilən diplom ilə müəyyən edilir ki, o, ali təhsillidir. Yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması göstərilmiş, halbuki onun himayəsində iki azyaşlı uşaq olmuşdur. Təqsirləndirilən şəxs barəsində yaşadığı yer üzrə nümayəndəlikdən ailə tərkibi haqqında arayış, xasiyyətnamə alınmamış, müstəntiq tərəfindən onun barəsində zəruri məlumatlar toplanmamaqla onun müdafiə hüququ pozulmuşdur. CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 8-ci bəndinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X5 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 298-300, 303.3.1, 303.3.3, 303.3.8, 306 və 307.1ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

1. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət tam, Müdafiəçi tərəfindən verilmiş vəsatət isə qismən təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. İş üzrə Saatlı RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X13 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılsın.

4. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə, yəni 06 mart 2025-ci il tarixədək uzadılsın.

5. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

6. Qərardan apelyasiya protesti və ya apelyasiya şikayəti verilə bilməz

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar