Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-21/2025 21.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nuriyev Aqil Abdul oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, müdafiəçilər- Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi5 və fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1984-ci ildə Əli-Bayramlı doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta ixtisas təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2v dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 186.2.1 və 188.4.1-ci maddələri, xx.xx.1957-ci ildə Astara rayonu Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, ünvan 5 qeydiyyatda olmaqla yaşayan qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.1-ci ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 3 ünvanında yerləşən Şirvan şəhər Polis Şöbəsinin qarşısında özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qəsdən ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 barəsində şəhər polis şöbəsində araşdırılan hadisə üzrə onu cinayət məsuliyyətindən azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq onun əlbəəl 3000 (üç min) manat pulunu, daha sonra isə cinayətdən xəbərsiz olan Şahid1 və X2 vasitəsilə 150 (yüz əlli) manat pulunu Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayının qarşısında ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3150 (üç min yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayı ərzində yaşadığı ünvan 5 ünvanının qarşısında olan 37 kv/m bələdiyyə mülkiyyətinə və 28 kv/m dövlət mülkiyyətinə məxsus olan ümumilikdə 65 kv/m torpaq sahəsinin kənarını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlanması üçün tanıdığı günəmuzd fəhlələri göndərərək tikinti vasitələri ilə təmin edərək qeyd olunan torpaq sahəsinin Təqsirləndirilən şəxs2 tərəfindən özbaşına tutmasına köməkçilik etmişdir. Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayı ərzində yaşadığı ünvan 5 ünvanının qarşısında olan 37 kv/m bələdiyyə mülkiyyətinə və 28 kv/m dövlət mülkiyyətinə məxsus olan ümumilikdə 65 kv/m torpaq sahəsinin kənarını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlamaqla özbaşına tutmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun heç bir günahı yoxdur. CM-nin 178.1-ci maddəsinə munasibətdə bildirir ki, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 tanımır, onun barəsində cinayət işi olmasını bilmir. Səbuhi Babayevi tanıyır, Şahid1 isə tanımır, onlardan heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs2 polisin adamıdır. Onun nə səbəbə polisə şikayət edərək guyan ondan 3150 manat pul almasını deməsini bilmir. Adı çəkilən şəxslərdən 2022-ci ilin oktyabr ayında, ümumiyyətlə heç vaxt hər hansı bir məbləğdə pul almamış, hər hansı bir işinin həllinə vəd verməmişdir. CM-nin 186-cı maddəsinə munasibətdə bildirir ki, yoldaşının müalicəsi ilə bağlı pula ehtiyyacı olmuşdur, buna görə də faizə pul verən Zərərçəkmiş şəxs1 müraciət etmişdir. Bu minvalla 2021-ci ildən başlayaraq müxtəlif məbləğdə bir neçə dəfə sələmə pul almış, bununla bağlı notarial qaydada borc müqavilələri bağlamışdır. 2022-ci ilin əvvəllərində Təbrizlə görüşərək 25.000 manat faizə pul istəmiş, sonuncu da ona bildirmiş ki, borc çox olduğu üçün girov lazımdı. O, da ünvan 6 ünvanında yerləşən evi və evin yerləşdiyi torpaq sahəsini girov qoya biləcəyini demişdir. Razılığa görə evi notarial qaydada Təbrizin adına rəsmiləşdirəcək, borc qaytarılandan sonra ev geri onun adına rəsmiləşəcək. Bundan sonra 11 mart 2022-ci il tarixdə Şirvan şəhər Notariat kontorunda alqı-satqı müqaviləsi ilə həmin evi və torpaq sahəsini Təbrizin adına rəsmiləşdirmişdir. Ümumilikdə Təbrizə bocu yaranmışdır. Təbrizlə arasında evə dair alqı-satqı müqaviləsi bağlanmış olsa da, faktiki olaraq o evini Təbrizə satmamış, sadəcə borc aldığına görə girov kimi qoymuşdur. Təbriz özü də evi girov kimi qəbul etmişdir. Aralarında evə dair real alqı-satqı olmamışdır, Təbriz heç gəlib evə də baxmamışdır. Evi almaq istəyən adam evə gəlib baxardı. Sonradan borcunu ödəyə bilmədiyi üçün Təbriz ondan həm mülki qaydada məhkəməyə şikayət etmiş, bununla bağlı iki qətnamə də qəbul edilmişdir. Təbriz həmçinin polisə də şikayət etmişdir. Sonradan borcu tam qaytardığı üçün alqı-satqı müqaviləsi notarial qaydada ləğv edilmiş və ev torpaq sahəsi ilə birlikdə yenidən onun adına rəsmiləşmiş və bu barədə müvafiq çıxarış alınmışdır. Barəsində polis şöbəsində şikayət olanda ona ittiham elan edilmişdir ki, güya o, evi Təbrizə satdıqdan sonra evi sökmüş, həmçinin həyətdə talavar tikmişdir. Həmin evi alqı-satqı müqaviləsindən bəlkə də bir il əvvəl sökmüşdür. Alqı-satqı müqaviləsinin tarixindən əvvəl evin mövcud olmamasına dair peyk şəkilləri də var. CM-nin 188-ci maddəsinə munasibətdə isə bildirir ki, Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi ev 27A ünvanında talvar qurğusunun inşa edilmə tarixini dəqiq xatırlamır, lakin istənilən halda həmin ev və torpaq sahəsi faktiki olaraq özünə məxsus olduğuna görə, sadəcə faizə pul götürdüyü üçün girov kimi Təbrizin adına rəsmiləşmişdir, ona görə də həyətdə talavar tikməsi cinayət demək deyil. Həmçinin Təqsirləndirilən şəxs2 evinin qarşısında torpaq sahəsini çəpərləməyib, sonuncuya bu işdə hər hansı bir köməklik göstərməyib. Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda günahı olmadığını, hər hansı bir cinayət törətmədiyi bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı X1 və oğlu Şahid4la birlikdə ünvan 7 ünvanında yaşayır. Yaşadıqları evin həyətinin bir tərəfi açıq olmuş. Əri alczheymer xəstəliyinə tutulmuş, xəstəliyi ilə əlaqədar evdən çıxaraq ağlı kəsməyən istiqamətlərə gedirmiş. Bu səbəbdən ərinin evdən çıxıb yolda avtombil vurmaması, cəmiyyət üçün təhlükə yaratmaması səbəbindən 2023-cü ilin aprel ayında, dəqiq tarixini xatırlamır usta çağıraraq yaşadığı evin həyətinin ətrafı hasarlanmışdır. Həyətyanı sahəni tikmək üçün heç kəsə, eyni zamanda Təqsirləndirilən şəxs1 müraciət etməmişdir, Elçin ona köməklik etməmişdir. Törətdiyi əməldən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, sözü gedən torpaq sahəsini hasarlamaq üçün Təqsirləndirilən şəxs1 anası Giləxanım Mehtiyevaya zəng etmiş, Giləxanım evində işləyən 2 ustanı onun yanına göndərmiş, hasarlama işi təxminən 10 gün davam etmiş, həmin 10 gün müddət ərzində rəfiqəsinin oğlu Təqsirləndirilən şəxs1 hasarlama işlərinin necə getdiyinə gəlib baxmış və hasarlama işinin getməsinə nəzarət etmişdir. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun tikinti işləri aparmasında heç bir köməkalik etməməsi, istintaq zamanı müstəntiq tərəfindən ifadəsinin yazılması, oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı və əvvəlki məhkəmə baxışı iclaslarında verdiyi ifadələrini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmuş. Həmin ifadədə o göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. xx.xx.2022-ci il tarixdən bir qədər əvvəl Elçini Şirvan şəhərində görmüş, söhbət zamanı Elçin ona ünvan 8 ünvanda yerləşən torpaq sahəsini evlə birlikdə satmaq istədiyini bildirmiş, o Elçindən bunun səbəbini soruşduqda Elçin ona özünə təcili şəkildə pul lazım olduğu üçün evi satmaq istədiyini demiş, evi torpaqla birlikdə 30000 (otuz min) manata almağa dair razılaşmış, həmçinin həmin vaxt Elçin ona pul lazım olduğu üçün evi həmin qiymətə satmağa razılaşdığını, əslində isə sadəcə evin qiymətinin 62000 (altmış iki min) manat olduğunu bildirmişdir. Bundan sonra, Elçinin Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi ev 27A-da yerləşən fərdi yaşayış evinə getmiş, torpaq sahəsinə və evə baxmış, evə baxıb Elçinlə razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə rəsmi olaraq Elçinlə notarial kontorda alqı-satqı müqaviləsi bağlamış və Elçinə notariat qaydasında 30000 (otuz min) manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə isə evi öz adına sənədləşdirərək öz adına çıxarış almış, həmin ərəfələrdə şəxsi işləri və problemləri çox olduğu üçün həmçinin Elçin evdə qalmaq üçün müəyyən qədər ondan vaxt istədiyindən o yaşayış evi üçün texniki pasport almaq üçün müraciət edə bilməmişdir. Elçinlə razılaşmalarına əsasən Elçin evi 2022-ci ilin sentyabr ayında boşaltmalı və evi ona təhvil verməli olmuşdur. Lakin o 2022-ci ilin sentyabr ayında Elçinə bu barədə bildirsə də, Elçin ona məxsus evi təhvil verməmiş, 2023-cü ilin yanvar ayında o texniki pasport almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 ona satmış olduğu Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi ev 27A-da yerləşən fərdi yaşayış evinə getmiş, lakin Təqsirləndirilən şəxs1 onu və əməkdaşları içəri buraxmamışdır. Bundan sonra o, şikayət etmiş, həmçinin məlum olmuşdur ki, Elçin alqı-satqı müqaviləsindən sonra evi sökmüşdür. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. 2022-ci ilin oktyabr ayında əvvəllər tanıdığı İsmayıl Göyüşov ilə dava etdiyi üçün Şirvan ŞPŞ-yə gətirilmiş, izahat verdikdən sonra polis şöbəsinin qarşısında kafedə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə gəlmiş və onu əli ilə öz yanına çağırmış, o da Elçinin yanına getmişdir. Elçin ondan polis şöbəsində nə işinin olduğunu soruşmuş, o Elçinə dava etdiyi üçün polis şöbəsində araşdırma aparıldığını və işimin təhqiqatçısının Kənan Osmanlıda olduğunu bildirmiş, Elçin ona bu işi əlaqələri vasitəsilə asanlıqla həll edə biləcəyini və bu işi həll etməyin 3000 (üç min) manat xərci olduğunu və onu cinayət məsuliyyətindən azad etdirəcəyinə dair söz vermiş, o Elçinlə razılaşmış və ona 3000 (üç min) manat verəcəyini bildirmiş, bundan sonra Elçin onun istifadəsində olan mobil nömrəni götürmüş, sabahısı gün Elçin onun istifadəsində olan mobil nömrəyə “whatsapp” vasitəsilə zəng etmiş və onu polis şöbəsinin qarşısında gözlədiyini bildirmiş, o da 3000 (üç min) manat götürərək polis şöbəsinin qarşısına getmiş, Elçinin avtomobilini görüb ona yaxınlaşmış, Elçinlə görüşdükdən sonra sağ yan tərəfdə açıq olan pəncərədən Elçinə 3000 (üç min) manat pul vermiş, Elçin pulu götürdükdən sonra ona işinin hazır olduğunu və bir daha şöbəyə çağırılmayacağımı demiş, o da Elçinə inanaraq evə getmiş, bir müddət sonra müstəntiq ifadə vermək üçün Şirvan ŞPŞ-yə çağırmış, ona barəsində CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanıldığını demiş, o polis şöbəsindən çıxdıqdan sonra Elçinə “whatsapp” vasitəsilə zəng etmiş və ona barəsində cinayət işi başlandığını bildirmiş, Elçin əlavə olaraq 300 (üç yüz) manat pul lazım olduğunu demiş, o da Elçinin ona deməsindən sonra 300 (üç yüz) manat pulu götürüb Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayının qarşısında telefon mağazası işlədən Nicata vermiş, bir qədər sonra o işinin məhkəmədə olduğunu bildiyi üçün Elçinə zəng etmiş, Elçindən pulunu geri verməsini tələb etmiş, Elçin ona pulunu qısa müddət ərzində qaytacağını demiş, bundan sonra o sonuncu dəfə Elçinin deməsi ilə 300 (üç yüz) manat verdiyi Nicatın yanına getmiş və ondan 300 (üç yüz) manatı geri almış, hal-hazıraradək Elçin ondan almış olduğu 3000 (üç min) manatı geri qaytarmamışdır. Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. İş üzrə Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin nümayəndəsi qismində tanınaraq şahid qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 12 aprel 2023-cü il tarixli aktı Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin əməkdaşları ilə o tərtib etmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin əməkdaşı olan Şahid3 xx.xx.2023-cü il tarixdə ona məlumat verərək Şirvan şəhər, Mehmandarov küçəsi 6 saylı binanın arxasında qanunsuz hasarlama işləri aparıldığını bildirmiş, o da Mənzil-Təsərrüfat İdarəsinin əməkdaşı olan Vüqar Əşrəfov ilə birlikdə həmin əraziyə getmiş, əraziyə çatdıqda Mənzil-Təsərrüfat İdarəsinin əməkdaşı olan Şahid3, ünvan 7 ünvanında yaşayan Şahid4 və mişar daşından hasarlama işini aparan ustaları görmüş, o ustalara hasarlama işini dayandırmasını bildirmiş, Şahid4 və ustalar hasarlama işini dayandırmış, 1, 2 gün sonra Eynur ona yenidən hasarlama işinin aparıldığını bildirmiş, o da Eynura bu barədə polis əməkdaşlarına məlumat verməsini demiş, Eynur da polis əməkdaşlarını həmin əraziyə çağırmış, bir az sonra Eynur ona polis əməkdaşlarının əraziyə gəldiyini və ustaların polis şöbəsinə aparıldığını demişdir. 1, 2 gün sonra Eynur yenidən ona zəng etmiş və hasarlama işinin davam etdiyini bildirmiş, həmçinin Eynur ona telefonda Təqsirləndirilən şəxs1 adlı şəxsin hasarlama işinə nəzarət etdiyini, hasarlama işini özü apardığını və bunun üçün icazə aldığını dediyini bildirmiş, o telefonda Eynura Təqsirləndirilən şəxs1 həmin ərazidə hasarlama işi aparmasına icazəsinin olmadığını və əgər icazəsi varsa belə bir hüquq verən sənədi təqdim etməsini demiş, həmin vaxt Eynur münaqişə yaratmamaq məqsədilə hasarlama işinin aparıldığı ərazidən uzaqlaşmışdır. Hazırda Şirvan şəhər, Mehmandarov küçəsi 6 saylı binanın arxasında qanunsuz tikilən hasar sökülməmişdir. İş üzrə Şirvan şəhər Bələdiyyəsi nümayəndəsi qismində tanınaraq şahid qismində dindirilmiş Nümayəndə2 ifadəsndə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanının qarşısında olan 37 kv/m bələdiyyə mülkiyyətinə və 28 kv/m dövlət mülkiyyətinə məxsus olan ümumilikdə 65 kv/m torpaq sahəsinin 37 kv/m bələdiyyə mülkiyyətinə məxsusdur, qalan hissəsi isə dövlətin mülkiyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 özü Bələdiyyəyə gələrək ərizə ilə müraciət edərək həmin torpaq sahəsininin bələdiyyəyə aid hissəsi sənədləşmişdir.Həmin torpaq sahəsi Təhminəyə icarəyə verilmişdir. Məhkəmə iclasına dəvət olunmuş Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı və əvvəlki məhkəmə baxışı iclaslarında verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan olunmuş. Həmin ifadədə Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Elçinin oğlu Zərərçəkmiş şəxs1 ilə normal münasibəti olmuşdur. Elçinin oğlu Təbrizdən dəfələrlə borc alması ilə bağlı məlumatı vardır. 2022-ci ilin mart ayında oğlu Təbriz ona Elçinin pul lazım olduğu üçün Şirvan şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən evini 30000 (otuz min) manata satdığını, Elçinin deməsinə görə evin əslində qiymətinin 60000 (altmış min) manatdan artıq olduğunu demiş, o da Təbrizə əgər istəyərsə və evi bəyənərsə ala biləcəyini bildirmişdir. 2022-ci ilin mart ayında hal-hazırda konkret olaraq xatırlamadığı gündə o oğlunun ona deməsi ilə Elçinin satmaq istədiyi Şirvan şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən evinə getmiş, Elçin evi onlara göstərmiş, ev köhnə olsa da təmiri və vəziyyəti yaxşı vəziyyətdə olmuş, evə baxdıqdan sonra o yaşadığı evə geri qayıtmışdır. Təbriz və Elçin isə alqı-satqı müqaviləsi bağlamaq üçün notariusa getmiş, Təbriz Elçindən notarius qaydasında evi 30000 (otuz min) manata almış, 2023-cü ilin ortalarında Təbriz ona Elçindən almış olduğu evin Elçin tərəfindən sökülməsini eşitdiyini demiş, o da Elçinin bunu etməyinə inanmamış və Təbrizə qanuni qaydada hüquq mühafizə orqanlarına müraciət etməsi təklifini etmişdir. Təbrizin müraciəti əsasında cinayət işi başlandıqdan sonra Təbriz ona həqiqətən də Elçinin Təbrizin ondan almış olduğu evi söküb dağıtdığını və əlavə olaraq həmin yerdə tikinti işi aparıldığını demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o polis şöbəsində olarkən Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin nəzarətçi kassiri vəzifəsində işləyən Qəfərov X4 zəng edərək Şirvan şəhəri, Mehmandarov küçəsi 6 saylı inzibati binanın arxasında Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz hasarlama işini apardığını demiş və onu həmin qanunsuz hasarlama işini dayandırmaq üçün həmin yerə dəvət etmiş, bundan sonra o da Şirvan ŞPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid5 ilə birlikdə Eynurun dediyi Şirvan şəhəri, Mehmandarov küçəsi 6 saylı inzibati binanın arxasına getmiş, həmin yerə gedib çatdıqda Eynur ona mişar daşı ilə hasarlama işinin aparıldığı yeri göstərmiş və bir qədər əvvəl Təqsirləndirilən şəxs1 həmin hasarlama işini özü tərəfindən aparıldığını bildirmiş, həmin vaxt o orada Elçinin idarə etdiyi ağ rəngli “Toyota Prado” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilini görsə də Elçini orada görməmiş, onlar hasarlama işinin yanına yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 həmin yerə gələrək hasarlama işinin Təqsirləndirilən şəxs1 tərəfindən aparıldığını və sözügedən ərazinin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs2 Elçinin bibisi olduğunu demiş, bundan sonra onlar Elçini həmin ərazidə tapa bilmədiklərinə görə polis şöbəsinə geri qayıtmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o polis şöbəsində olarkən Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin nəzarətçi kassiri vəzifəsində işləyən Şahid3 ona zəng edərək Şirvan şəhəri, Mehmandarov küçəsi 6 saylı inzibati binanın arxasına Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz hasarlama işini apardığını demiş və onu həmin qanunsuz hasarlama işini dayandırmaq üçün həmin yerə dəvət etmiş, o da Şirvan ŞPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid6 ilə birlikdə Eynurun ona dediyi Şirvan şəhəri, Mehmandarov küçəsi 6 saylı inzibati binanın arxasına getmiş, həmin yerə gedib çatdıqda Eynur ona mişar daşı ilə hasarlama işinin aparıldığı yeri göstərmiş və bir qədər əvvəl Təqsirləndirilən şəxs1 həmin hasarlama işini özü tərəfindən aparıldığını bildirmiş, həmin vaxt o orada Elçinin idarə etdiyi ağ rəngli “Toyota Prado” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilini görsə də Elçini orada görməmiş, onlar hasarlama işinin yanına yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 həmin yerə gələrək hasarlama işinin Təqsirləndirilən şəxs1 tərəfindən aparıldığını və sözügedən ərazinin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdirö Təqsirləndirilən şəxs1 avtombili orada olsa da Elçini həmin ərazidə tapa bilmədiklərinə görə polis şöbəsinə geri qayıtmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 19 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/8585-9/8708 nömrəli rəyindən görünür ki, 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş **********61-10301 Reyestr nömrəli texniki pasportda göstərilən bir mərtəbəli fərdi yaşayış evi hal-hazırda mövcud deyildir. Mütəxəssisə təqdim olunmuş iki mərtəbəli fərdi yaşayış evi isə Zərərçəkmiş şəxs1 məxsus həyətyanı torpaq sahəsindən kənarda inşa edilmişdir. Ərazi İdarəsinin mütəxəssisinə təqdim olunmuş iki mərtəbəli fərdi yaşayış evinin **********61-10301 Reyestr nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi ilə heç bir uyğunluğu və əlaqəsi yoxdur. Araşdırma aparılan torpaq sahəsi ilə texniki pasportda göstərilən 0.0236 ha torpaq sahəsinə uyğundur və həmin sahənin faktiki koordinatları baza məlumatları ilə üst-üstə düşür. Peyk görüntülərinə əsasən müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi, hamam tikilisi və ayaqyolu qurğusu 2022-ci ilin aprel ayınadək mövcud olmuşdur. Həmin ev, tikili və qurğu 2022-ci ilin aprel ayından sentyabr ayına qədər olan aralıq dövrdə sökülmüşdür. 2022-ci ilin sentyabr ayına olan peyk görüntüsündə artıq həmin evin, tikilinin və qurğunun mövcud olmadığı görünür. Giriş qapısından sol tərəfdə yeni inşa edilmiş 2.8x3.0=17.4 kv.m ölçüdə olan tikili və 11.3x4.2=47.5 kv.m ölçüdə olan talvar qurğusu 2023-cü ilin yanvar ayına olan peyk görüntüsündə görsənmir. Həmin tikili və qurğu 2023-cü ilin yanvar ayından sonrakı dövrdə inşa edilmişdir və Zərərçəkmiş şəxs1 məxuss 0.0236 ha torpaq sahəsinin hüdudları daxilindədir. Şirvan şəhəri, Mehmandarov küçəsi, 6 saylı binanın qarşısında baxış zamanı həmin torpaq sahəsinin hasarlandığı, hasarlanmış ərazidə tikilinin olmadığı müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin ölçüsünün 65 kv.m olduğu müəyyən edilmişdir. Bundan 37 kv.m hissəsi bələdiyyə mülkiyyətinə, 28 kv.m hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Hasarlanma və tikintinin nə zaman inşa edilməsinin müəyyənləşdirilməsi üçün peyk görüntüsü aydın olmadığından sorğuya əlavə etmək mümkün olmamışdır. Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən 0.0236 hektar torpaq sahəsinin daxilində mövcud olmuş fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 62000.0 manat məbləğində müəyyən olunur.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat qəpikdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş **********61-10301 Reyestr nömrəli texniki pasportda göstərilən bir mərtəbəli fərdi yaşayış evi hal-hazıra mövcud deyildir. Mütəxəssisə təqdim olunmuş iki mərtəbəli fərdi yaşayış evi isə Zərərçəkmiş şəxs1 məxsus həyətyanı torpaq sahəsindən kənarda inşa edilmişdir. Ərazi İdarəsinin müxtəxəssisinə təqdim olunmuş iki mərtəbəli fərdi yaşayış evinin **********61-10301 Reyestr nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi ilə heç bir uyğunluğu yoxdur. Araşdırma aparılan torpaq sahəsi isə texniki pasportda göstərilən 0,0236 ha torpaq sahəsinə uyğundur və həmin sahənin faktiki koordinatları baza məlumatları ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş 06 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, peyk görüntülərinə əsasən müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi, hamam tikilisi və ayaqyolu qurğusu 2022-ci ilin aprel ayınadək mövcud olmuşdur. Həmin ev, tikili və qurğu 2022-ci ilin aprel ayından sentyabr ayına qədər olan aralıq dövrdə sökülmüşdür. 2022-ci ilin sentyabr ayına olan peyk görüntüsündə artıq həmin evin, tikilinin və qurğunun mövcud olmadığı görünür. Giriş qapısından sol tərəfdə yeni inşa edilmiş 2.8x3.0=17.4 kv.m ölçüdə olan tikili və 11.3x4.2=47.5 kv.m ölçüdə olan talvar qurğusu 2023-cü ilin yanvar ayına olan peyk görüntüsündə görsənmir. Həmin tikili və qurğu 2023-cü ilin yanvar ayından sonrakı dövrdə inşa edilmişdir və Zərərçəkmiş şəxs1 məxuss 0.0236 ha torpaq sahəsinin hüdudları daxilindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhəri, Mehmandarov küçəsi, 6 saylı binanın qarşısında baxış zamanı həmin torpaq sahəsinin hasarlandığı, hasarlanmış ərazidə tikilinin olmadığı müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin ölçüsünün 65 kv.m olduğu müəyyən edilmişdir. Bundan 37 kv.m hissəsi bələdiyyə mülkiyyətinə, 28 kv.m hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Hasarlanma və tikintinin nə zaman inşa edilməsinin müəyyənləşdirilməsi üçün peyk görüntüsü aydın olmadığından sorğuya əlavə etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-1 №1011564 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqasiləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 85,6, kv/m yaşayış sahəsi, 48,4 kv/m, yardımçı sahəsi 37,2 kv/m olan 2 otaqlı fərdi yaşayış evini ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 85,6, kv/m yaşayış sahəsi, 48,4 kv/m, yardımçı sahəsi 37,2 kv/m olan 2 otaqlı fərdi yaşayış evi Təqsirləndirilən şəxs1 mülkiyyətində olmuşdur. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmasının əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli « qətimkan tədbirinin dəyişdirilməsi haqqında» qərarı ilə ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs2 Hökmüməli qızı barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Şirvan 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdann, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, ev 27-A-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, iki yetkinlik yaşına çatmış və bir yetkinlik yaşına çatmayan uşaqlarından ibarətdir. Yaşadığı müddətdə barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş hüquqi şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 nazim oğlu və Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs2 19 mart 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs1 23 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə xx.xx.2022-ci il tarixdə 4Ə-280 reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilmiş, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmiş. Ona qarşı əmlakla bağlı heç bir şikayət və ğələbi yoxdur.bağlanmış na qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli Azərbaycan Kosmik Agentliyinin məktubundan görünür ki, Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, ev 27-A-də yerləşən yaşayış evinin koordinatları üzrə 2021-2022-ci illəri əhatə edən peyk görüntülərinə əsasən sorğulanan aylar üzrə 02 sentyabr 2021-ci il tarixində tikilinin mövcüdlüğü və 18 noyabr 2021-ci il tarixli peyk təsvirində tikilinin artıq sökülməsi (olmaması) faktı təsdiq olunur. Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia təqdim edərək onu iş üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs1 mülki cavabdeh qismində tanımaqla ona dəymiş 62.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəməyə daxil olmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər şöbəsinin 19 fevral 2025-ci il tarixliə məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli,4Ə-280 reyestr nömrəli (AN-İ № 1011564) müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışla Şirvan şəhəri, X11 küçəsi 27A ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə Zərərçəkmiş şəxs1 adına qeydiyyata alınmışdır. Əlavə olaraq bildirirk ki, Şirvan şəhər 1 saylı dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli 3M-645 reyestr nömrəli “Müqavilənin ləğvinə dair müqavilə"yə əsasən (müqavilənin surəti əlavə olunur) xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********61- 10301 reyestr nömrəli çıxarışla Şirvan şəhəri, X11 küçəsi 27A ünvanda yerləşən fərdi yaşayış evi Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təhima Sultanovaya CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin CM-in 75.1.1-ci maddəsinə əsasən ona elan olunmuş CM-in 188.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə cəza təyin edilməməlidir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilmişdir ki, “Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayı ərzində yaşadığı ünvan 5 ünvanının qarşısında olan 37 kv/m bələdiyyə mülkiyyətinə və 28 kv/m dövlət mülkiyyətinə məxsus olan ümumilikdə 65 kv/m torpaq sahəsinin kənarını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlamaqla özbaşına tutmuşdur.” Göründüyü kimi istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 cinayət əməlini 2023-cü ilin aprel ayında baş vermişdir, lakin aprelin hansı günü, dəqiq tarix göstərilməmişdir, hökm çıxarılan gün 21 aprel 2025-ci il olması nəzərə alınaraq, təqsirləndirilən şəxs tərəfindən konkret hansı tarixdə əməl törədilməsi göstərilmədiyi üçün CPM-in 21 və 145-ci maddələrinə uyğun olaraq cinayətin törədilməsinə dəqiq tarixlə bağlı yaranmış şübhələr təqsirləndirilən Təqsirləndirilən şəxs2 xeyrinə həll olunmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1ə CM-in 178.1, 186.2.1 və 188.4.1-ci maddələri ilə elan edilmiş ittiham təhlil edilmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticəyə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-in 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin CM-in 75.1.1-ci maddəsinə əsasən ona elan olunmuş CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası CM-nin 186.2.1 və 188.4.1-ci maddələri ilə verilmiş ittihama munasibətdə qeyd edir ki, ona istinad edilən əmələ münasibətdə ittiham orqanı tərəfindən gəldiyi nəticələr əsassızdır. Belə ki, qeyd edilmiş maddələrlə ittiham üzrə göstərilir ki, “ Təqsirləndirilən şəxs1 qəsdən, 2022-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək olan müddətdə tanışı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 11 mart 2022-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satmış olduğu Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi ev 27A ünvanında 0.0236 hektar torpaq sahəsinin daxilində yerləşən yaşayış sahəsi 48.4 kv/m, yardımcı sahəsi 37.2 kv/m olmaqla ümumi sahəsi 85.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evini həmin ünvanda yaşamasından istifadə edərək aralarında olan şəxsi münasibətlərə görə qisas almaq məqsədi ilə və qərəzçilik niyyəti ilə insan əməyi və texniki vasitələrdən istifadə etməklə dağıdaraq Zərərçəkmiş şəxs1 külli miqdarda ümumilikdə 62000 (altmış iki min) manat maddi ziyan vurmaqla sonuncunun əmlakını məhv etmişdir. Bundan başqa o, qəsdən, 2023-cü ilin yanvar ayından 26 oktyabr 2023-cü il tarixədək olan müddətdə tanışı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 11 mart 2022-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satmış olduğu Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi ev 27A ünvanında 0.0236 hektar torpaq sahəsinin hüdudları daxilində 17 kv/m ölçüdə olan tikili və 47.5 kv/m ölçüdə olan talvar qurğusu inşa etdirməklə mülkiyyət, istifadə və icarə hüququ olmadan Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş **********61-10301 Reyestr nömrəli texniki pasportda göstərilən bir mərtəbəli fərdi yaşayış evi hal-hazıra mövcud deyildir. Mütəxəssisə təqdim olunmuş iki mərtəbəli fərdi yaşayış evi isə Zərərçəkmiş şəxs1 məxsus həyətyanı torpaq sahəsindən kənarda inşa edilmişdir. Ərazi İdarəsinin müxtəxəssisinə təqdim olunmuş iki mərtəbəli fərdi yaşayış evinin **********61-10301 Reyestr nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi ilə heç bir uyğunluğu yoxdur. Araşdırma aparılan torpaq sahəsi isə texniki pasportda göstərilən 0,0236 ha torpaq sahəsinə uyğundur və həmin sahənin faktiki koordinatları baza məlumatları ilə üst-üstə düşür. Məhkəməyə daxil olmuş Kosmik Agentliyinin xx.xx.2024-cü il tarixli məktub və peyk təsvirlərindən görünür ki, milli peyk “Azersky”, həmçinin “Pleiades Neo” peyki və “Google Earth” peyk təsvirlərində 02 sentyabr 2021-ci il tarixədək ünvan 9 ünvanında tikilinin olması müşahidə olunur. Lakin 18 noyabr 2021-ci il və sonrakı tarixli peyk təsvirlərində isə tikili müşahidə olunmur. Ərazidə baş vermiş dəyişikliyin 2021-ci ilin 02 sentyabr – 18 noyabr 2021-ci il tarixləri aralığında baş verməsi müəyyən olunur. Məhkəmə nəzərə alır ki, sözü gedən alqı-satqı müqaviləsi 11 mart 2022-ci il tarixə təsadüf edir, lakin həmin müqavilə tarixindən bir neçə ay əvvəl, 18 noyabr 2021-ci ildə artıq alqı satqı predmeti olan ev mövcud olmamışdır. Bu hal da, özü özlüyündə Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda göstərildiyi kimi “2022-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək olan müddətdə....” Zərərçəkmiş şəxs1 məxsus evin sökülməsi istisna olunur. Təqsirləndirilən şəxs1 ifadələrində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 faizə pul götürmüş, bunun qarşılığında isə özünə məxsus sözü gedən evi faktiki olaraq girov kimi qoymuş, sadəcə rəsmi girov qoyulması mümkün olmaması üçün aralarında alqı-satqı müqaviləsi bağlanaraq ev Təbrizin adına keçmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə aralarında borc olub, Təqsirləndirilən şəxs1 evini girov kimi deyil, ev olaraq almış, alqı-satqıdan əvvəl isə gedib evə və həyətə baxmış, bəyəndiyi üçün almışdır. Lakin, müəyyən olunur ki, qeyd olunan alqı-satqı müqaviləsindən bir neçə ay əvvəl artıq mübahisəli ev sökülmüşdür. Zərərçəkmiş şəxs1 da, mövcud olmayan evə baxaraq bəyənib alması xüsusatını məhkəmə inandırıcı hesab etmir. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 arasında faktiki olaraq borc müqaviləsi olmuşdur. Təqsirləndirilən şəxs1 isə girov olaraq özünə məxsus evi və həyətini alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 62000 manat dəyərində olan evini, 30000 manata satarkən, faktiki olaraq sonuncudan aldığı 30000 manat borca görə öz evini girov qoymuşdur. Yəni həmin müqaviləni bağlamaqla aralarında olan borc müqaviləsini pərdələməyə çalışmışlar. Həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 olan borcu qaytarılandan sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli 3M-645 reyestr nömrəli “Müqavilənin ləğvinə dair müqavilə"yə əsasən sözü gedən Şirvan şəhəri, X11 küçəsi 27A ünvanda yerləşən fərdi yaşayış evi yenidən Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmışdır. Bu hal da, özü özlüyündə Zərərçəkmiş şəxs1 tərəfindən qeyd olunan evi almaq niyyətində olmaması, verdiyi borca görə girov qismində əldə etdiyini bir daha təsdiq edir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 arasında olan borca görə sözü gedən evin girov qoyulması əqdini pərdələmək məqsədi ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə də, Təqsirləndirilən şəxs1 tərəfindən öz həyətində talavar qurğusu və digər tikinti işlərinin aparılmasında cinayət hadisəsi yoxdur. Yazılanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunmuş CM-in 186.2.1 və 188.4.1-ci maddələri üzrə cinayət hadisəsi baş verməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 qarşı qəsdən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla məhv etmə və qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmağa dair irəli sürülmüş ittiham əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 ona CM-nin 188.4.1-ci maddəsinə istinad edilən təkrarən torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma xüsusatı üzrə ittihamda göstərilən “... Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır.” Xüsusatında cinayət hadisəsi olmadığı üçün, Təqsirləndirilən şəxs1 CM-in 188-ci maddəsinə münasibətdə təkrarçılıq inkar olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 məxsus Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən 6 saylı inzibati binanın qarşısında olan 37 kv/m bələdiyyə mülkiyyətinə və 28 kv/m dövlət mülkiyyətinə məxsus olan ümumilikdə 65 kv/m torpaq sahəsinin cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 188.1-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 188.4.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CMnin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 188.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayı ərzində yaşadığı ünvan 5 ünvanının qarşısında olan 37 kv/m bələdiyyə mülkiyyətinə və 28 kv/m dövlət mülkiyyətinə məxsus olan ümumilikdə 65 kv/m torpaq sahəsinin kənarını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlanması üçün tanıdığı günəmuzd fəhlələri göndərərək tikinti vasitələri ilə təmin edərək qeyd olunan torpaq sahəsinin Təqsirləndirilən şəxs2 tərəfindən özbaşına tutmasına köməkçilik etmişdir. Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 188.1-ci maddəsi ilə törədilən əməllər böyük ictimai təhlükə törətməyən, CM-nin 188.4.1-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CMin 178.1-ci maddəsindən əlavə həmçinin CM-in 32.5, 188.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə CM-nin 32.5, 188.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin CM-in 75.1.1-ci maddəsinə əsasən ona elan olunmuş CM-in 32.5, 188.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə cəza təyin edilməməlidir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 epizodu üzrə cinayət əməlini 2023-cü ilin aprel ayında baş vermişdir, lakin aprelin hansı günü, dəqiq tarix göstərilməmişdir, hökm çıxarılan gün 21 aprel 2025-ci il olması nəzərə alınaraq, təqsirləndirilən şəxs tərəfindən konkret hansı tarixdə əməl törədilməsi göstərilmədiyi üçün CPM-in 21 və 145-ci maddələrinə uyğun olaraq cinayətin törədilməsinə dəqiq tarixlə bağlı yaranmış şübhələr təqsirləndirilən Təqsirləndirilən şəxs1 xeyrinə həll olunmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini səmimi etirfa etməsini, ilk məhkumluğunu, 67 yaşda olmaqla qadın olmasını, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mübət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 357.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 178.1 və 32.5. 188.1-ci maddəsinə munasibətdəcinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyindən və ona həmin maddələrlə cəza təyin edilməyəcəyindən onun barəsində seçilmiş seçilmiş “ev dustaqlığı”növündə qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, məhkəmənin hökmü qanuni qüvəsini alanadən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia təqdim edərək onu iş üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs1 mülki cavabdeh qismində tanımaqla ona dəymiş 62.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs1 23 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə xx.xx.2022-ci il tarixdə 4Ə-280 reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilmiş, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmiş. Ona qarşı əmlakla bağlı heç bir şikayət və ğələbi yoxdur.bağlanmış na qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən ona dəymiş ziyan aradan qaldırılmaqla ödənildiyindən onun tərəfindən təqdim olunmuş mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən 25 (iyirmi beş) manat tutularaq dövlət nəfinə keçirilməsini əsaslı sayır. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə ona Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.1 və 32.5, 188.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alanadək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci Elçin Mediyevdən tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs1 qarşı verilmiş 62000 (altmış iki min) manat məbləğində mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyev
Məhkəmə qərarları › İş №1(099)-21/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-21/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver