Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-210/2024 13.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, mənzil 55-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxxxxx 1982-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Yağlıvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə olunması, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən 21511,5 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edilərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin Biləsuvar-Cəlilabad avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindəki 6-cı sərhəd zastavasının 21-22 sahəsinin arxa tərəfində gizlədilməklə bu barədə cinayətkar qrupun digər üzvünün vasitəsi ilə onları məlumatlandırmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə ödəniləcək 500 manat pul müqabilində qurudlumş marixuananı həmin yerdən götürməklə Sumqayıt şəhərinə aparmaqla cinayətkar qrupun üzvünə çatdırmaq məqsədi ilə 08 aprel 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **- EX-*** qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərindən Biləsuvar rayonu istiqamətində hərəkət etməklə cinayətkar qrupun digər üzvünün Təqsirləndirilən şəxs1 mobil telefonunun “VhatsApp” ani mesajlaşma tədbiqinə göndərdiyi mesajlardan, kordinatlardan və fotoşəkillərdən istifadə etməklə 09 aprel 2023-cü il tarixdə gecə saat N radələrində “N” salı hərbi hissənin Biləsuvar-Cəlilabad avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindəki 6-cı sərhəd zastavasının 21-22 sahəsinin arxa hissəsinə gəlmişlər, Coşqun Əsgərxanov avtomaşını saxlamış Təqsirləndirilən şəxs1 avtomaşından düşərək orada gəzlədilmiş külli miqdarda narkotik vasitəni götürməklə ümumi cinayətkar niyyətlə qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda-21511,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Goşqun Əsgərxanov isə idarə etdiyi “Toyota Prius” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobil ilə hadisə yerindən uzaqlaşsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində az sonra saxlanılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Sumqayıt şəhərində ailəsi ilə yaşayır. Özü əslən Masallı rayonundan olmaqla Masallı rayonundan süd məhsullarını aparıb Sumqayıt şəhərində satmaqla məşğul olur. X5 ilə aralarında tanışlıq münasibətləri olmuşdur. Müxtəlif vaxtlarda Tural Abbasova pendir, yağ və başqa süd məhsulları satmışdır. Təqsirləndirilən şəxs2la da aralarında tanışlıq münasibətləri olmuşdur. 07 aprel 2023-cü il tarixdə Sumqayıtda çayxanada Coşqun və Tural ilə görüşərkən Tural ona Masallıda yaşayan qohumlarının pay gəndərəcəklərini, əgər həmin payı Masallıdan götürüb gətirsə, ona 500 manat pul verəcəyini demişdir. O, Turalın təklifi ilə razılaşmışdır. Sonra Tural və Coşqunla parkda görüşəndə yenə də Tural ona gedib Msallıdan payı götürüb ona gətirəcəyi təqdirdə ona 500 manat pulu verəcəyini bildirmiş və bir daha razılaşmışlar. Tuuralın deməsinə görə ona göndərilən pay 2-3 kiloqram olmalı idi. Bundan sonra 08 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində Tural ona zəng edərək Coşqunla birlikdə rayona yola çıxmalı olduqlarını, Coşqunun onu avtomaşınla aparıb gətirəcəyini demişdir. Bundan bir qədər sonra Coşqun Əsgərxanov idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə onun yaşadığı ünvana, yəni Sumqayıt şəhəri, 12-ci mikrorayona gələrək onu avtomobilə götürmüş və saat 20 radələrində ikilikdə yola çıxmışlar. Yolda olduqları müddətdə Tural ilə mütəmadi olaraq əlaqə saxlamışlar. Cəlilabad rayonuna çatdıqda Tural onunla əlaqə saxlamış, qohumlarının yolun kənarında olan kafedə yeyib-içib, sonra da payı yolun kənarında qoyduqlarını bildirmiş və payın olduğu yerin kordinantlarını telefon vasitəsi ilə ona göndərmişdir. Həmin məkan istiqamətində hərəkət etmişlər. Məkana saat 23:30 radələrində çatdıqda Tural ona “Cəlilabad” sözü yazılan lövhənin qarşısında kafe olduğunu, payın orada plakatdan qabaqda, sağda qoylduğunu bildirmişdir. Həmin yerə çatdıqda o, avtomobildən düşərək payın qoyulduğu yerə yaxınlaşmış, Coşqun isə avtomobildə gözləmişdir. O, payın qoyulduğu yerə yaxınlaşdıqda, 8-10 metr qalmış orada 2-3 kiloqram yox, meşokda böyük həcmdə, çox miqdarda əşya olmasını görsmüşdür. Bu səbəbdən onda şübhə yaranmış və meşoku götürmədən geri qayıdarkən polis işçilçəri onu tutmuşlar. Bu anda Coşqun isə avtomobili sürüb oradan getmişdir. Polis işçiləri ona orada olan külli miqdarda narkotik vasitəni götürmək üçün gəldiyini demişlər. Onun gözlərini bağlamış və oradan aparmışlar. Gözünü açanda otaqda olduğunu, bir nəfər şəxsin isə kompüterdə yazdığını görmüşdür. Ona hədə-qorxu gələrək tərtib edilmiş sənədlərə imza etdirmişlər. Coşqunu da məcbur edib sənədlərə imza etdirmişlər. Polis işçilərit tərəfindən döyülməmiş, ona işgəncə verilməmişdir. Lakin hədə-qorxu gəlinmişdir. O, bağlamanı götürdükdən sonra Masallıya getməli, oradan yağ, pendir, südü götürüb Bakıya getməli, bağlamını isə Turala verməli olmuşdur. Yolda olduğu zaman Turala göndərdiyi sms-də meşoğun cırığının olub-olmamasını soruşması onunla bağlı olmuşdur ki, düşünmüşdür ki, meşoğun cırığı ola bilər, pendirin suyu maşına tökülə bilər. Əgər bağlamanı götürüb Bakı şəhərinə versə idilər, Tural ona və Coşquna, hər birinə 500 manat pul verməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə çayxanada Coşğun və Tural ilə görüşmüş, Tural onlara cənub rayonlarının birində 3-4 kq narkotik vasitə qurudulmuş marixuananı götürmək lazım olduğunu demiş, marixuananı götürmələri müqabilində hər birinə 500 manat pul təklif etmiş, 08 aprel 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün Turala zəng edib onun təklifini qəbul edərək, onunla razılaşmış, Tural ondan zəng gözləməsini demişdir. 08 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində Tural ona zəng edərək Coşğunla birlikdə Qazax rayonu istiqamətdə yola çıxmalarını demiş, Coşğun onun yaşadığı ünvana yəni Sumqayıt şəhəri, 12-ci mikrorayona gələrək birlikdə yola çıxmışlar, yolda olarkən Tural ilə mütəmadi olaraq əlaqə saxlamış, Qobustan şəhərini keçdikdən sonra «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanından Turala zəng etmiş, Tural ona Salyan rayonu istiqamətdə hərəkət etmələrini demişdir. Yollarına davam etmiş, «Hacıoğlu» restoranının yanında yenidən Tural ilə əlaqə saxlamış, Tural onlara Cəlilabad rayonu istiqamətdə hərəkət etmələrini bildirmişdir. Cəlilabad rayonuna çatdıqda Tural whatsaap tətbiqi vasitəsilə onun ***-***-**-** mobil telefonuna narkotik vasitənin olduğu məkanı göndərmiş, daha sonra həmin məkan istiqamətdə hərəkət etmişlər. Məkana çatdıqda Coşğundan avtomobili saxlamasını, nə vaxt zəng etsə, gəlib onu hadisə yerindən götürməsini demişdir. Coşqun avtomaşını saxlamış, o, avtomobildən düşmüş, Coşğun isə Cəlilabad rayonun Alar kəndi istiqamətdə avtomobili idarə etmişdir. Aavtomobildən düşdükdən sonra «172» km yazısı olan dəmir lövhədən 10-15 metr yoldan kənara çıxmış, orada olan 02 ədəd bağlamanı görmüş, bağlamaları əldə etdikdən sonra ona “dayan” çağırışı verilmişdir. O da çağırışa tabe olmuş, təxminən 10-15 dəqiqə sonra Coşğun da həmin hadisə yerinə gətirilmiş, daha sonra Coşğun və onun iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və 02 ədəd bağlama hadisə yerindən götürülmüşdür Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi sonrakı ifadəsində göstərmişdir ki, Tural onun Masallı rayonuna süd məhsulları, kənd təsərrüfatı məhsulları gətirib Sumqayıt şəhərində satmağından məlumatlı olduğundan ondan Masallı rayonuna gedibgetməməyini soruşmuş, o da bu yaxınlarda getmək fikri olduğunu demişdir. Tural ondan Cəlilabad rayonunda 2-3 kq-lıq bağlama olacağını, onu götürə bilərsənmi deyə soruşmuşdur. Tural həmin bağlamanı bu gün gətirməsi müqabilində ona 500 mant pul təklif etmiş, o da Turala maşını olmadığı üçün gedə bilməyəcəyini demişdir. Daha sonra Turala bağlamanı gətirməyi müqabilində 500 manat pulu verməyən kişi deyil demiş, Tural ona Coşğuna deyərəm səni aparıb-gətirər demişdir. Turalla razılaşmış, Tural ona Cəlilabad rayonunda «Cəlilabad» yazısı olan lövhənin yaxınlığında qohumlarının onu gözləyəcəyini, bağlamanı həmin şəxsdən götürəcəyini demişdir. 08 aprel 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhərindən Masallı rayonu istiqamətdə Coşğunun idarə etdiyi avtomobil ilə hərəkət etmiş, saat 23 radələrində həmin əraziyə çatmışlar. Turala zəng edərək burada heç kimin olmadığını demişdir. Tural da ona həmin adamın işi olduğu üçün getdiyini, bağlamanı «Cəlilabad» yazısından 20-30 metr keçdikdən sonra yolun 5 metr sağına qoyduğunu demişdir. O da həmin istiqamətə getmiş, həmin yerdə Turalın dediyi formada olmayan 02 ədəd bağlama olduğunu görmüşdür. Bağlamaları götürmədən geri qayıdarkən, hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Sərhədçilər ondan bağlamanın harada olduğunu soruşmuşlar. O da hansı bağlama olduğunu, Turalın dediyi bağlamanı dediklərini soruşmuş, daha sonra hərbi qulluqçular tərəfindən saxlanılmış, bağlamanı da, sərhədçilər qoyulduğu yerdən götürmüşlər. Bir müddət sonra Coşğun hadisə yerinə gətirilmiş, onu naməlum istiqamətdə aparmışlar. Daha sonra sərhəd zastavasına gətirildiyi ona məlum olmuşdur. Həmin yerdə gözləri və əlləri bağlanılmış, qapalı otaqda gözlərini açmışlar. Gözü açıldıqdan sonra kompüterdə bir nəfər onun izahatını almış, müəyyən sənədlərə imza çəkdirilmiş, lakin hansı sənədlərə imza çəkməyindən məlumatı olmamışdır. Onları Göytəpədə hərbi hissəyə aparmışlar. Bir gün saxlanıldıqdan sonra Bakı şəhərinə gətirilmişdir. Təqsirinin yalnız Turala inanaraq Cəlilabad rayonuna getmək olduğunu bildirmiş, Cəlilabad rayonuna gedərkən həmin bağlamanın içərisində nə olmasından məlumatı olmamışdır. Hərbçilər tərəfindən saxlanılan zaman bağlamanın harada olduğunu soruşmuş, lakin bağlamanın içərisində nə olduğunu ondan soruşmamışlar. Bağlamanı ona verəcək şəxslərin orada olmadığını, bağlamaların lövhədən 20 metr Masallı rayonu istiqamətdə 5 metr yolun kənarında olduğunu, həmin bağlamaların Turalın dediyi həcmdə olmadığını görmüşdür. Bağlamalar fərqli olduğundan bağlamaları götürməkdən imtina etmişdir. Məhkəmə istintaqında təqsirləndiriəln şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Tural Abbasovla bir orta məktəbdə oxumuşlar, Tural ondan 1-2 sinif yuxarı oxumuşdur, onunla münasibətləri yaxşı olmuşdur. Tural 06 aprel 2023-cü il tarixdə ona zəng edərək aprelin 7-8-də bir nəfər adamı idarə etdiyi avtomobil ilə Masallıya aparmasını demişdir. Tural həmin şəxsi Masallıya aparıb gətirməyə görə ona 80 manat pul verəcəyini bildirmişdir. O, Turalın bu təklifi ilə razılaşmışdır. Tural ona 50 manat pul vermiş, qalan 30 manatı isə Masallıdan qayıtdıqdan sonra verəcəyini demişdir. 07 aprel 20234-cü il tarixdə Tural ona zəng edərək Sumqayıt şəhərində dəniz sahilinə gəlməsini demişdir. O, həmin gün dəniz sahilinə gedəndə tanışı Muradın da orada olduğunu görmüşdür. Onlar görüşərək birlikdə çayxanada çay içmişlər. 08 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində Tural ona zəng edərək Muradla birlikdə rayona yola düşmələrini demişdir. O, idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə Sumqayıt şəhəri 12-ci mikrorayona gedərək Təqsirləndirilən şəxs1 yaşadığı evdən avtomobilə götürmüş və onlar ikilikdə Masallı istiqamətində yola düşmüşlər. Yol boyu Murad Tural ilə telefon əlaqəsi saxlamışdır. Cəlilabada çatanda Turalın Muradın telefonuna atdığı məkan üzrə hərəkət edərək saat 23:30 radələrində narkotikin olduğu yerə gəlib çatmışlar. Lakin orada narkotik olmasını sonradan bilmişdir. Həmin yerə çatdıqda Murad ona avtomaşını saxlamasını demiş və avtomaşını saxlamışdır. Ora ağaclıq sahə olmuş və həm də qaranlıq şəraitdə onda şübhə yarandığına görə Murada avtomobildən düşməməsini demişdir. Lakin Murad ayaqyoluna getmək istədiyini deyərək ovtomobildən düşmüş və uzaqlaşmışdır. O isə qorxaraq qaranlıq hava şəraitində Muradı orada qoymaqla avtomaşını sürüb getmişdir. Lakin polis işçiləri onun avtomobili saxladaraq həmin yerə qaytarmışlar. Həmin yerə qayıtdıqda orada meşokda çox miqdarda narkotik vasitə qurudulmuş marixuanayabənzər maddənin olduğunu və Muradın tutulduğunu görmüşdür. Həmin meşokda olan maddə götürülmüş və bu barədə protokol yazılmışdır. Onların hər ikisini həbs etmişlər. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə tanışı Tural adlı şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsi ilə zəng etmiş, onu Sumqayıt şəhərinin dəniz sahilinə dəvət etmişdir. Onun dəvətini qəbul edib, Sumqayıt şəhərində dəniz sahilinə gemiş, orada Tural və Muradla görüşmüşlər. Daha sonra dəniz sahilində yerləşən çayxanaların birində əyləşmiş, Tural Murada və ona rayonların birində 3 kq narkotik vasitə qurudulmuş marixuananı götürmək lazım olduğunu demiş, marixuananı götürmələri müqabilində hər birinə 500 manat pul təklif etmişdir. İlk əvvəl onun təklifi ilə razılaşmamış, lakin pula ehtiyacı olduğu üçün 08 aprel 2023-cü il tarixdə Turala zəng edib onun təklifini qəbul etmiş, onunla razılaşmışdır. Tural onun zəngini gözləməsini bildirmişdir. 08 aprel 2023-cü il saat 19-20 radələrində Tural ona zəng edərək Muradla birlikdə Qazax istiqamətdə yola çıxmalarını bildirmiş, o da Sumqayıt şəhəri, 12-ci mikrorayona gedərək Muradı götürmüş, birlikdə yola çıxmış, yolda olarkən Murad mütəmadi olaraq Tural ilə telefon vasitəsilə əlaqə saxlamışdər. X6 şəhərini keçdikdən sonra «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanından ona zəng etmələrini bildirmişdir. «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanında Murad Tural ilə əlaqə saxladıqdan sonra onlara Salyan rayonu istiqamətdə hərəkət etmələrini, «Hacıoğlu» restoranının yanında yenidən onunla əlaqə saxlamalarını demişdir. «Hacıoğlu» restoranının yanından yenidən Turalla əlaqə saxlamışlar. Tural onlara Cəlilabad rayonu istiqamətdə hərəkət etmələrini bildirmişdir. Cəlilabad rayonunun dairəsinə çatmamış Tural whatsaap tətbiqi vasitəsi ilə Muradın mobil telefonuna narkotik vasitənin olduğu məkanı göndərmiş, daha sonra həmin məkan istiqamətdə hərəkət etmiş, məkana çatdıqda Murad ondan avtomobili saxlamağını, nə vaxt zəng etsə, gəlib onu hadisə yerindən götürməsini deyərək avtomobildən düşmüşdür. O isə Cəlilabad rayonunun Alar kəndi istiqamətdə avtomobili idarə etmiş, təxminən 4-5 km hərəkət etdikdən sonra dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra həmin əraziyə Dövlət Sərhəd Xidmətinin əməkdaşları gəlmiş, onu hadisə yerinə aparmışlar. Onun və Muradın iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən Muradın götürdüyü içərisində narkotik vasitələr olan 02 ədəd bağlama götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 göstərdi ki, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 2-ci sərhəd komendantlığında əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 aprel 2023-cü il tarixdə 6-cı sərhəd zastavasının 21-22 sahəsinin arxa istiqamətində qoyulmuş narkotik vasitələrin həmin ərazidən götürüləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Narkotik vasitəni götürməyə gələn şəxsin saxlanılması məqsədi ilə 08 aprel 2023-cü il tarixdə saat 19:30-dan 09 aprel saat 03-dək kapitan Şahid2 və digər hərbiçilərlə birlikdə həmin sahədə «pusqu» naryadında olmuşlar. Saatı dəqiq xatırlamır, gecə saatlarında Biləsuvar istiqamətindən həmin əraziyə «Toyota Prius» markalı avtomobil gəlmişdir. Avtomobil dayanmış, avtomobildən bir nəfər şəxs düşərək uzaqlaşmış, avtomaşın isə oradan getmişdir. Avtomaşından düşən şəxs 40-50 metr uzaqlaşmış, ərazidə axtarış aparmış və oradan əşyanı götürərək geri qayıdarkən həmin şəxsi saxlamışlar. Saxlanılan şəxsin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Saxlanıldığı zaman bağlama onun əlində olmuşdur, lakin uzun müddət keçdiyinə görə bağlamanın bir və ya iki ədəd olması yadında qalmamışdır. Az sonra avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 da tutulmaqla hadisə yerinə gətirilmişdir. Sahədə Muradın və Coşğunun iştirakları ilə bağlama açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Murad oraya az miqdarda narkotik vasitəni götürmək üçün gəldiyini, lakin orada çox miqdarda narkotik vasitə olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotiklə birlikdə zastavaya aparılmışlır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmaları zamanı ola bilsin ki, onlara qarşı güc tədbiq olunmuş, lakin onlara təsir-təzyiq göstərməmiş və döyməmişlər. Məhkəmədə şahid qismində dindirilən Şahid2 göstərdi ki, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 2-ci sərhəd komendantlığında komendatın müavini vəzifəsində işləyir. 08 aprel 2023-cü il tarixdə 6-cı sərhəd zastavasının 21-22 sahəsinin arxa istiqamətində qoyulmuş narkotik vasitələrin həmin ərazidən götürüləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Narkotik vasitəni götürməyə gələn şəxsin saxlanılması məqsədi ilə 08 aprel 2023-cü il tarixdə saat 19:30-dan 09 aprel saat 03-dək kapitan Şahid2 və digər hərbiçilərlə birlikdə həmin sahədə «pusqu» naryadında olmuşlar. Saat dəqiq yadında qalmamışdır, 6-7 saat pusquda olmuşlar. Gecə saatlarında Biləsuvar istiqamətindən həmin əraziyə «Toyota Prius» markalı avtomobil gəlmişdir. Avtomobil dayanmış, avtomobildən bir nəfər şəxs düşərək uzaqlaşmış, avtomaşın isə oradan getmişdir. Avtomaşından düşən şəxs uzaqlaşmış, ərazidə axtarış aparmış və oradan əşyanı götürərək geri qayıdarkən həmin şəxsi o, Şahid1lə birlikdə saxlamışlar. Saxlanılan şəxsin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Saxlanıldığı zaman bağlama onun əlində olmuşdur, uzun müddət keçdiyinə görə dəqiq xatırlaya bilmir, lakin deyə bilər ki, Muradın əlindəki bağlamalar iki ədəd olmuşdur. Murad bağlamadakı malın qaçaq mal, narkotik olduğunu bildirmişdir. Muradın saxlanılmasından təxminən 5-10 dəqiqə sonra «Toyota Prius» markalı avtomaşın da sürücüsü Coşqun Əsgərxanovla birlikdə hadisə yerinə gətirilmişdir. Sahədə Muradın və Coşqunun iştirakları ilə bağlama açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 və Coşqun Əsgərxanov narkotiklə birlikdə zastavaya aparılmışlır. Sənədləşmə təhqiqatçı tərəfindən zastavada aparılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təsir-təzyiq göstərməmiş və onları döyməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 ilk ifadəsində göstərdi ki, 2023-cü il aprel ayının 8-də və 9-da Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 6-cı sərəd zastavasının 21-22-ci sahəsinin arxa hissəsində Təqsirləndirilən şəxs1 və Coşqun Əsgərxanovun saxlanıldıqları ərazidə və zastavada olmamışdır. Onlarda aşkar olunan narkotik vasitəyə baxış keçirilməsində hal şahidi kimi iştirak etməmişdir. İstintaq zamanı iş üzrə müstəntiq tərəfindən şahid kimi dindirilməmişdir. Ona təqdim olunan 09 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi, Təqsirləndirilən şəxs1 götürdüyü iki ədəd bağlamalara baxış keçirilməsi barədə 09 aprel 2023-cü il tarixli və şahid kimi dindirilməsi barədə 25 aprel 3023-cü il tarixli protokollarda imzalar ona məxsus deyildir. Onun istifadəsində həmin vaxt və hal-hazırda ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. X11 məhkəmə istintaqında verdiyi təkrar ifadəsində göstərmişdir ki, 2023-cü il aprel ayının 8-dən 9-na keçən gecə saatlarında Şahid3 və onu sərhədçi Elvin «Niva» markalı avtomaşını ilə Təqsirləndirilən şəxs2 və Şahbazı Muradın 6-cı sərhəd zastavası ərazisində tutulduqları sahəyə aparmış, onlar hə ikisi həmin sahəyə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişlər. Ərazidən iki ədəd torba olmuşdur. Sonra həmin torbalara da baxış keçirilməsində iştirak etmişlər. Torbalarda narkotik vasitə marixuanayaoxşar kütlə aşkar olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi və hadisə yerindən götürülmüş torbalara baxış keçirilməsi barədə protokollarda imzalar onun özünə məxsusdur. Həmçinin ibtidai istintaq zamanı şahid kimi dindirilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, ifadəsində imzaları özünə məxsusdur. Birinci dəfə məhkəmədə ifadə verəndə səhvən ifadə istintaqda ifadə verməməsini, imzaların özünə məxsus olmamasını göstərmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Gömrük idarəsində yeməkxanada aşbaz işləyir. 2023-cü il aprel ayının 8-dən 9-na keçən gecə satlarında yeməkxanada olduğu vaxt sərhədçi Elvin onu və Şahid4 «Niva» markalı avtomobili ilə 6-cı sərhəd zastavası ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları sahəyə aparmışdır. Onlara həmin ərazidən narkotik vasitə götürülməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmalarından sonra onu və Şahid4 həmin sahəyə aparmışlar. Onlar hər ikisi sahəyə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişlər. Həmin sahə platina ilə körpünün arasında olmuşdur. Tutulmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da orada olmuşlar. Sahədə iki ədəd torba olmuşdur. Torbaların biri qara rəngli olmuş, digərinin rəngi isə yadında qalmamışdır. Torbaları sahədə açıb içərisinə baxmışlar. Torbalarda narkotik vasitə müəyyən edilmişdir. Torbalardakı narkotik vasitənin ümumi çəkisi təxminən 20 kiloqram olmuşdur. Sahəyə və torbalara baxış keçirilməsində hal şahidi kimi iştirak etmişlər. Ona təqdim olunan baxış keçirilməsi barədə protokollarda imzalar özünə məxsusdur. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» saylı hərbi hissəsində təhqiqatçı işləyir. 08 aprel 2023-cü il tarixdə 6-cı sərhəd zastavasının arxa istiqamətində külli miqldarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqəda olaraq 08 aprel 2023-cü il tarixdə saat 19:30-dan 09 aprel saat 03:00-dək «pusqu» naryadı təşkil olunmuşdur. O, təhqiqatçı kimi hal şahidlər Şahid4 və Şahid3 ilə birlikdə yaxın ərazidə gözləmişlər. 09 aprel 2023-cü il tarixdə saat 00:20 radələrində əraziyə bir avtomobil gəlmişdir. Təqsirləndirilən şəxs1 avtomaşından düşmüş və ərazidə olan iki ədəd torbaları götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Avtomobil isə oradan uzaqlaşmışdır. Az sonra avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 da həmin əraziyə gətirilmişdir. Bundan sonra əraziyə baxış keçirmişlər. Ərazidən Muradın götürdüyü torbalar götürülmüşdür. Torbalar narıncı və qara rəngli olmuşlar. Təqsirləndirilən şəxs1 peşimançılığını bildirmiş, əraziyə az miqdarda narkotiki götürmək üçün gəldiyini bildirmişdir. Ərazidə torbalara açılıb baxılmış, içərilərində narkotik vasitə qurudulmuş marixuanayabənzər maddə aşkar olunmuşdur. Sonra torbalar zastavaya aparılmaqla baxış keçirilmişdir. Torbalarda narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələr aşkar olunmuş və çəkilməklə qablaşdırılıb götürülmüşdür. Baxış keçirilməsində hal şahidləri iştirak etmiş və protokolları imzalamışlar. 09 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının 21-22-ci sahəsinin arxa hüdududur. Ərazi düzənlik relyefə malikdir, xırda kollar və ağaclar mövcuddur. Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələr olan 02 ədəd bağlamanı əldə etdiyi ərazi Biləsuvar-Cəlilabad avtomobil yolundan 10 metr məsafədədir. Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə yerinə içərisində narkotik vasitələr olan bağlamaları götürmək üçün gəldiklərini bildirmişlər. 09 aprel 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «N» saylı hərbi hissənin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının 21-22-ci sahəsinin arxa hüdudundan Təqsirləndirilən şəxs1 tərəfindən götürülmüş iki ədəd qara və narıncı rəngli bağlamalara baxış keçirilmiş, bağlamalardan ümumi çəkisi bükümlərlə birlikdə 22570 qram qurudulmuş marixuanaya oxşar maddələr aşkar olunmuşdur. Məhkəmə bioloji ekspertizasının 9 aprel 2023-cü il tarixli, 7/505 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qara rəngli polietilen torbada üzərləri skoçla bağlanmış 12 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-989,8qram; 987,7 qram; 989,0 qram; 1004,3 qram; 985,6 qram; 983,9 qram; 982,2 qram; 981,7 qram; 1005,6 qram; 984,4 qram; 1110,9 qram; 1129,2 qram-ümumi çəkisi-12134,3 qram və narıncı rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 8 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1254,3 qram; 1236,7 qram; 1084,6 qram; 1061,5ram; 1124,6 qram; 1405,5 qram; 1111,6 qram; 1098,4 qram-ümumi çəkisi -9377,2 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təqdim olunmuş qara rəngli polietilen və narıncı rəngli sintetik torbalarda ümumi sayı 20 ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi - 21511,5 qramdır. Şahid4 Oqtay oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 08-09 aprel 2023-cü il tarixlərdə aparılmış danışıqlar və antenn dairəsi barədə məlumatlardan görünür ki, göstərilən günlərdə həmin telefon nömrəsi Biləsuvar ərazisində olmuşdur. 09 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 məxsus «REDMİ» markalı mobil telefonuna baxış keçirilərkən həmin mobil telefonun whatsaap ani mesajlaşma mobil tətbiqində «Oba» adı ilə qeyd olunmuş Rusiya Federasiyasının mobil telefon operatoruna məxsus +7 900 ***-**-** nömrəsi ilə Tural Abbasovla 08 aprel 2023-cü il tarixdə 01:47-də 17 saniyə, 22:07-də 23 saniyə, 22:12-də 34 saniyə, 09 aprel 2023-cü il tarixdə 00:07-də 41 saniyə müddətinə səsli və 09 aprel 2023-cü il tarixdə 00:14-də 2 halda 31 və 11 saniyə müddətinə video görüntülü danışıqlar olmuşdur. Bundan başqa 08 aprel 2023-cü il tarixdən saat 22:31-dən 09 aprel 2023-cü il tarixədək X7 Şahbazlının mobil telefonun whatsaap ani mesajlaşma tətbiqində aşağıdakı məzmunlu yazışmalar olmuşdur: Təqsirləndirilən şəxs1-Giririk Cəlilabada (22:31), uje (22:32), haydaa (22:34) -Tural Abbasov: 22:36-da göndərilmiş 3 mesaj silinmişdir. Təqsirləndirilən şəxs1: Əla (22:38), Tmm (22:38) -Tural Abbasov: İki dənə bağlamadı (22:39) -Təqsirləndirilən şəxs1: İki dənə bağlamadı, crığı zadı yoxduda yəqin (22:39) -Tural Abbasov: Yo (22:40) -Təqsirləndirilən şəxs1: Tmm (22:40), Xəbər edəcəm (22:40) -Tural Abbasov: 22:46-da göndərilmiş 1 mesaj silinmişdir. Təqsirləndirilən şəxs1: 30 dq (22:46) Tural Abbasov: Ok (22:46) -Tural Abbasov: 23:02-də göndərilmiş 1 mesaj silinmişdir. Təqsirləndirilən şəxs1: 15 dq (23:02) Təqsirləndirilən şəxs1: Mənim telefonumu niyə açmırsan? (00:09) xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa “Tural” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin X5 olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa “Tural” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin X5 olmasını bildirmişdir. 05 oktyabr 2023-cü il tarixli məktubla "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsi ilə X3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 06 aprel 2023-cü il tarixdə saat 15:55-də 134 saniyə danışıq olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə X3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 04 aprel 2023-cü il tarixdə saat 19:18-də 17 saniyə, 19:46 20 saniyə və 20:26-da 19 saniyə danışıq olmuşdur. Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4062 nömrəli və xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, 4303 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları aşkar olmuş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, onlar narkomaniya xəstəliyindən əzab çəkmirlər, narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində xx.xx.2007-ci ildə doğulmuş uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədən göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. İşdə olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi saxlanması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 21511,5 qram qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə etməklə daşımaları və saxlamaları, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs1 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Masalldan Sumqayıta süd, qatıq, pendir aramaq məqsədi ilə gəlmələri, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 ilə saxlanıldıqları əraziyə taksi sürücüsü kimi gətirməsi, onların aralarında narkotik vasitə ilə bağlı söhbətlərin olmaması barədə ifadəsini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onların hər ikisinin ibtidai istintaqda verdikləri ifadələrini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin Şahid4 məhkəmə istintaqında verdiyi 2023-cü il aprel ayının 8-də və 9-da keçən gecə Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 6-cı sərəd zastavasının 21-22-ci sahəsinin arxa hissəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları ərazidə və zastavada olmaması, hadisə yerinə və onlardan götürülmüş narkotik vasitələrə baxış keçirilməsində hal şahidi kimi iştirak etməməsi barədə ilk ifadəsini qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, onun həmin məzmunlu ifadəsi iş üzrə dindirilmiş digər şahidlərin ifadələri ilə təsdiq edilməməklə yanaşı, o, məhkəmədə təkrar ifadə verməklə həmin ifadəsini təkzib etmiş, 2023-cü il aprel ayının 8-dən 9-na keçən gecə Dövlət Sərhəd Xidmətinin xidməti ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı sahəyə baxış keçirilməsində, içərisində narkotik vasitə olan bağlamanın götürülməsində və bağlamaya baxış keçirilməsində hal şahidi kimi iştirakını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin cəzalarını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 21510,5 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 72 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 36 manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 21510,5 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 72 (yetmiş iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 36 (otuz altı) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev