Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-210/2025 12.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Beyləqan rayonu, İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmayan, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olan, həmin kənddə yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2025ci il tarixli, 1(099)-210/2024 nömrəli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 sentyabr 2024-sü il tarixdə, saat 18 radələrində “Mercedes Benz 190” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində və nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun İmişli rayonu, Telişli kəndindən keçən hissəsində, İmişli rayonu istiqamətində 120 km/saat sürətlə, yəni yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox sürətlə idarə edib, yol hərəkəti üçün təhlükəli şərait yaratmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsi, 37ci maddəsinin İ hissəsinin 8-ci bəndi, 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, hərəkətin təhlükəsizliyinə əmin olmadan qarşısında hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün avtomobili icazə verilməyən yerdən sola, yəni qarşı əks hərəkət zolağına çıxarıb, kəsib keçmək qadağan olan 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, qarşıdan onunla üzbəüz yük avtomobilinin hərəkət etdiyini görüb, toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi avtomobili sağa doğru istiqamətləndirərək idarəetməni itirib avtomobili yoldan kənara aşırmış və nəticədə avtomobilin arxa oturacağındakı sərnişin X2 ehtiyatsızlıqdan alın sümüyündə solda təpə sümüyünə keçən və sağda gicgah sümüyünə keçən, ənsə sümüyündə isə kəllə əsası sümüyünə keçən yerini dəyişmiş sınıqlar, sınıq proyeksiyalarında yumşaq toxumaya, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızmalar, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, burun və üst çənə sümüyündə, sağ almacıq sümüyündə, sol said sümüklərinin aşağı 1/3-də qapalı, yerini dəyişmiş sınıqlar, sol əlin 1-ci barmağının əsas falanqasında açıq, qəlpəli, yerini dəyişmiş sınıq, alın nahiyəsində solda, sağ alın-gicgah nahiyəsində, ənsə nahiyəsində solda, sağ qaşüstü nahiyədə, sol əlin 1-ci barmağının əsas falanqası proyeksiyasında ovuc səthdə yaralar, hər iki göz yuvası ətrafında şişkinlik və qançırdan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, onun başın açıq küt travması nəticəsində baş beyin toxumasına qansızmadan ehtiyatsızlıqdan ölümünə, avtomobilin arxa oturacağındakı sərnişin Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sol körpücük sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, sol mil sümüyünün distal metafizinin oynaqdaxili yerdəyişmiş sınığından ibarət bədən xəsarətləri yetirərək sağlamlığına az ağır zərər vurulmasına, avtomobilin ön oturacağındakı sərnişin Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sağ kürək sümüyünün boynunun sınığı, sağ mil sümüyünün distal metafizinin yerdəyişmiş sınığı, sağ bazunun orta 1/3-nin ön səthində və sağ əlin ovuc səthində 3-cü barmağın 2-ci falanqası proyeksiyasında yaralardan ibarət xəsarətləri yetirərək sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu, Sor-Sor kəndində toya getmişlər, təxminən saat 16:00 radələrində toydan çıxmışlar. Toydan çıxan vaxtı arvadı Leyla, iki azyaşlı uşaqları, Zərərçəkmiş şəxs1 və birdə rəhmətlik anasıyla bir yerdə olmuşlar. Maşını Fuad idarə etmişdir. Toydan çıxdıqdan sonra yolda maqazində su almaq üçün saxlamışlar, avtomobili həmin yerə qədər Zərərçəkmiş şəxs1 idarə etmişdir. Avtomibildən düşüb maqazindən su və siqaret alıb avtomobilə qayıtmışlar. Maqazinin qarşısında avtomobili sürmək istəmiş və sükan arxasına əyləşmişdir. Hadisə baş verən yerə qədər avtomobili sərbəst idarə etmişdir. Ola bilər sürəti bir az çox olsun, amma bir problem olmamışdır. Önlərində ağ rəngdə “Mercedec Vita” markalı avtomobil getmişdir. “Mercedes Vita” markalı avtomobili dairədə ötmək istəmiş, həmin vaxtı qarşıdan yük avtomobili gəldiyini görmüşdür. “Mercedes Vita” markalı avtomobili ötsəydi avtomobildə hamısı ölərdilər. “Mercedes Vita” markalı avtomobili arxadan dəyməmək üçün avtomobili yolun sağına çəkmiş və yolun sağı ilə “Mercedes Vita” markalı avtomobili keçmək istəmişdir. Həmin vaxtı başqa çıxış yolu olmamış, asfaltdan kənara çıxmış, ondan sonra yola qayıda bilməmiş, idarə etdiyi avtomobil yolun sağ tərəfində çöllüyə düşmüşdür. Hadisə vaxtı sərxoş olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, “Mercedes Vita” markalı avtomobili soldan ötüb keçmək istəmiş, əks istiqamətdən avtomobil gəldiyini görmüşdür. Həmin vaxt ya “Mercedes Vita” markalı avtomobili vurmalı idi ya da sağa çəkib vəziyyətdən çıxmalı idi. “Mercedec Vita” markalı avtomobili dairədən çıxan vaxt görmüşdür. Əyləcdən istifadə etsəydi də “Mercedes Vita” markalı avtomobilə dəyəcəkdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, toy arvadının əmisi oğlunun toyu olmuş, həmin vaxtı atası toya gedə bilmədiyi üçün avtomobildə olan arağı toy evindən atası üçün pay qoymuşdular. İttiham aktını oxumuşdur. Hadisə baş verəndən sonra avtomobildə olan yaralıları avtomobildən çıxartmış, yolun kənarına çıxıb yol maşını saxlatmışdır. Hadisə baş verən zaman hadisə yerində heç kim olmamamışdır. Yol Patrul Xidmətinin əməkdaşları gələndə yaralılar hadisə yerində olmuşlar. Hadisədən sonra İmişli RPŞ-də sərxoşluğu yoxlanılmışdır. Toyda araq və bir ədəd tərkibində spirt olan “GO” içkisi içmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, az yaşlı uşaqlarının olmasını, atasının xəstə olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, anası öldüyü üçün yaşadığı müddətdə özünü bağışlamayacağını bildirərək məhkəmə tərkibindən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, hadisəni görməmiş, oğlu ailəsi ilə birgə Kürdəmir rayonu, Sor-Sor kəndindən qayıdan zaman qəza törətmişdir. Hadisə barədə ona zəng edib məlumat vermişlər. Oğlu Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Fədayətə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 25 sentyabr 2024 cü il tarixdə toydan çıxmışlar, həmin vaxtı avtomobili özü idarə etmiş, gəlib yolda maqazinin qarşısında saxlayıb su almaq üçün avtomobildən düşmüşdür. Maqazindən qayıdıb avtomobilinə oturan zaman Fədayət sükan arxasına keçib avtomobili idarə etmək istədiyini demişdir. O və Fədayətin yoldaşı Fədayətə sürmə demişlər, Fədayət buna baxmayaraq avtomobilin sükanı arxasına oturmuş, o isə avtomobildə qabağda sağ sərnişin tərəfdə oturmuşdur. Hadisə baş verən anı tam xatırlaya bilməmişdir. Avtomobildən onu Fədayət çıxartmışdır. Hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, inzibati qaydada cərimə olunmuşdur. Fədayətin nə içdiyini görməmişdir. Fədayətlə barışmış, heç bir tələb və şikayəti olmamışdır. Fədayətə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu, Sor-Sor kəndinə əmisi oğlunun toyuna getmişlər, toydan evlərinı qayıdan zaman əri Fədayət avtomobili idarə etmişdir və həmin vaxt avtoqəza baş vermişdir. Qəza anın görməmiş, ancaq avtomobilin yoldan çıxma anını görmüşdür. Fədayət spirtli içki qəbul etmişdir. Fədayətdən heç bir tələb və şikayəti olmamışdır. Fədayətin həbs olunmamağını xahiş etmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 25 sentyabr 2024-cü il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti yol patrul avtomobili ilə İmişli RPŞ-nin rəisinin müvafiq əmrinə əsasən əməliyyat-istintaq qrupuna təyin edildiyi üçün İmişli şəhəri ərazisində xidmətdə olmuşdur. Həmin vaxt İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid1 və İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid3 da onunla xidmətdə olmuşlar. Həmin günü saat 19 radələrində İmişli RPŞ-nin Növbətçi hissəsindən rabitə vasitəsilə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun İmişli rayonu Telişli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi və yaralıların olması haqqında məlumat alaraq, dərhal hadisə yerinə getmişlər. Ora çatanda çoxlu sayda adamların toplaşdığını, yolun kənarında nəqliyyat vasitələrinin dayanması səbəbilə yolun hərəkət hissəsində intensviliyin artdığını görmüşlər. Orada bilmişlər ki, **- GV-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz190” markalı minik maşının sürücüsü sərxoş vəziyyətdə nəqliyyat vasitəsi ilə yolun əyilən hissəsində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Mercedec Vita” markalı nəqliyyat vasitəsinə nəzərən ötmə əməliyyatına başlamış, lakin qarşı əks hərəkət zolağında “Shacman” markalı yük avtomobilinin gəldiyini görüb, nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün yenidən öz hərəkət zolağına qayıtmış və bu zaman yüksək sürət həddi ilə bağlı olaraq nəqliyyat vasitəsinin sağ ön və sağ arxa təkərləri yolun sağ tərəfindəki daşlıq və qumluq hissəyə düşdüyündən, nəqliyyat vasitəsi oynamış və sürücü idarəetməni itirdiyindən avtomobil yolun sağ tərəfindəki dərəyə aşaraq dörd təkəri üstə düşmüşdür. Hadisə yerinə çatanda artıq hadisə yerinə toplaşan şəxslər bir qadının meyitini maşının salonundan çıxararaq nəqliyyat vasitəsinin yaxınlığında yerə uzatmış və üzərinə örtük örtmüşlər. Aşmış nəqliyyat vasitəsində ön sərnişin oturacağında əyləşmiş bir nəfər gənc oğlan, arxa sərnişin oturacağında isə iki azyaşlı uşaq və bir nəfər də əlavə qadın cinsli şəxs olmuşdur. İkinci qadın cinsli şəxs isə hadisə yerində ölmüşdür. Sonra hadisə yerinə X11 Xidməti gələrək maşında olan yaralıları xəstəxanaya aparmışdır. Maşının sahibi Zərərçəkmiş şəxs1 avtomobilin ön oturacağında sərnişin qismində oturmuş, avtomobili isə Təqsirləndirilən şəxs idarə etmişdir. Təqsirləndirilən şəxs toy məclisində araq spirtli içkisi qəbul edib sərxoş vəziyyətdə olmuşdur. Hadisə nəticəsində ölən şəxs Fədayətin anası X4 olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, YPX inspektorları Şahid1 və Şahid3 onunla birlikdə olmuşlar, onunla eyni hadisələri görmüşlər. Təqsirləndirilən şəxs Şahid2 düzgün ifadə verdiyini, digər YPX inspektorları Şahid1 və Şahid3 dindirilməsinə ehtiyac olmadığını demişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun İmişli rayonu Telişli kəndindən keçən hissəsidir. Baxış qaranlıq havada keçirilmişdir. Örtüyün növü asfalt, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 7 metrdir. Hər iki hərəkət istiqamətini bir-birindən ayırmaq üçün yolun üzərində bütöv düz tək xətt vardır. Hərəkət hissəyə hər iki tərəfdən yol çiyni birləşmişdir. Sağ və sol tərəflər yulğun və yovşan bitkiləri bitmiş ərazilərdir. Yolun əyilən hissəsində əyrini göstərən qırmızı ox işarələri vardır. Həmin yolda sürət həddi 60 km/saatdır. Yolun sağ tərəfindəki digər hissədə eşinmə izləri, qum, daş, çınqıl izləri, həmçinin qəzaya uğrayan nəqliyyat vasitəsinə məxsus təkər izləri vardır. Həmin izlərin başladığı yer qəzaya uğrayan nəqliyyat vasitəsinin idarə etməni itirdiyi yerdir. Yolun əyilən hissəsindən nəqliyyat vasitəsinin idarə etməni itirdiyi yerə qədər 68 metr məsafə vardır. Yolun sağ tərəfində bir ədəd internet xətti aşmış vəziyyətdədir. Aşmış vəziyyətdə olan internet dirəyi ilə idarə etmənin itirildiyi yer arasında 8 metr məsafə vardır. Nəqliyyat vasitəsinin idarə etməni itirdiyi yerlə qəzadan sonra dayandığı yer arasında 20 metr məsafə vardır. Ümumilikdə nəqliyyat vasitəsi yolun əyilən hissəsindən qəzadan sonra dayandığı yerə qədər 88 metr məsafə qət etmişdir. Nəqliyyat vasitəsi çəpəki şəkildə, yolun hərəkət hissəsinin sağ kənarından 12 metr məsafədə, dörd təkəri üstündə dayanmış vəziyyətdədir. Nəqliyyat vasitəsinin sol tərəfində, 2 metr məsafədə arxası üstə uzanmış vəziyyətdə insan meyiti vardır.(i.v.6-30) -Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilməsi ilə bağlı aparılmış alkotester yoxlamasının 25 sentyabr 2024-cü il tarixli nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs 0,646% ölçüdə alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir.(i.v.40-41) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Yeganə Quliyeva zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.42-43) -“məhkəmə-tibbi ekspertizası”nın 25 sentyabr 2024-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü X1 bədəni üzərində alın sümüyündə solda təpə sümüyünə keçən və sağda gicgah sümüyünə keçən, ənsə sümüyündə isə kəllə əsası sümüyünə keçən yerini dəyişmiş sınıqlar, sınıq proyeksiyalarında yumşaq toxumaya, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızmalar, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, burun və üst çənə sümüyündə, sağ almacıq sümüyündə, sol said sümüklərinin aşağı 1/3-də qapalı, yerini dəyişmiş sınıqlar, sol əlin 1-ci barmağının əsas falanqasında açıq, qəlpəli, yerini dəyişmiş sınıq, alın nahiyəsində solda, sağ alın-gicgah nahiyəsində, ənsə nahiyəsində solda, sağ qaşüstü nahiyədə, sol əlin 1-ci barmağının əsas falanqası proyeksiyasında ovuc səthdə yaralar, hər iki göz yuvası ətrafında şişkinlik və qançırdan ibarət, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, həyati, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri vardır. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. X1 ölümünün müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və onun ölümünə səbəb başın açıq küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur.(i.v.59-64) -Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 09 oktyabr 2024-cü il tarixli, 0163-13- 16-4/2-438/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində, müvəqqəti istifadəsində heç bir nəqliyyat vasitəsi qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun adı məhrum olunanların siyahısında yoxdur.(i.v.108) -“zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X5 zərərçəkmiş şəxs olan arvadı Yeganə Quliyevanın hüquqi varisi qismində tanınmışdır.(i.v.127-129) -“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş 18 oktyabr 2024-cü il tarixli, 18-1-29/2-1475/20 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in psixiatrik, nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur.(i.v.149) -“məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 6 noyabr 2024-cü il tarixli, 8/2804 nömrəli rəyindən görünür ki, “Mercedec Benz 190” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə, “Mercedec Benz 190” markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən isə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluqlar olmuşdur.(i.v.170-173) - Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd CD diskin götürülməsi və baxış keçirilməsi haqqında 30 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan bir ədəd video fayl 25 sentyabr 2024-cü il tarixdə Kürdəmir rayonu Sor Sor kəndində təşkil edilən kiçik toy məclisinin keçirilməsini əks etdirir. Videonun 58-ci dəqiqəsində Təqsirləndirilən şəxs Hidayət oğlunun toy məclisində qonaqlarla birlikdə yemək stolunda əyləşdiyi və araq spirtli içkisi qəbul etdiyi görünür. Bundan başqa, həmin videoda Təqsirləndirilən şəxs eyni stolda əyləşdiyi şəxs tərəfindən ona araq spirtli içkisi süzməsi və birlikdə içməyə dəvət etməsi görünür. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin gün toy məclisində araq içdiyini və sərxoş vəziyyətdə olduğunu təsdiq etmiş, ikinci kadrda onun stəkanına araq süzən və onu birlikdə araq içməyə dəvət edən şəxsi tanımadığını, toyda olan təsadüfi qonaqlardan biri olduğunu bildirmişdir. Həmin kadrlar toy məclisinin ümumi çəkilişini əks etdirən videodan “Honor 8xA” markalı mobil telefonun kamerası vasitəsilə çəkilib ayrı CD köçürülərək götürülmüşdür.(i.v.174-179) -“məhkəmə-tibbi ekspertizası”nın 22 oktyabr 2024-cü il tarixli, 664 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ kürək sümüyünün boynunun sınığı, sağ mil sümüyünün distal metafizinin yerdəyişmiş sınığı, sağ bazunun orta 1/3-nin ön səthində və sağ əlin ovuc səthində 3-cü barmağın 2-ci falanqası proyeksiyasında yaralardan ibarəçt, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələn və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri vardır. (i.v.184-185) -“məhkəmə-tibbi ekspertizası”nın 22 oktyabr 2024-cü il tarixli, 663 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol körpücük sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, sol mil sümüyünün distal metafizinin oynaqdaxili yerdəyişmiş sınığından ibarət bərk küt əşyanın (əşyaların) təsirindən, sağ gözaltı nahiyədə və sol əlin arxa səthində 2-ci barmağın 2-ci falanqası proyeksiyasında yaralardan ibarət iti kənarlı kəsici xassəyə malik əşyanın (əşyaların), şüşə parçalarının təsirindən törənmiş, xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələn və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri vardır.(i.v.186-187) -“sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir.(i.v.188-201) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.(i.v.203-204) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.(i.v.214-216) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v.225-227) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün heç bir dəlil irəli sürməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə cəlb edilməsinə və Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda törədilməsi və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olması. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-sü il tarixdə, saat 18 radələrində “Mercedes Benz 190” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində və nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun İmişli rayonu, Telişli kəndindən keçən hissəsində, İmişli rayonu istiqamətində 120 km/saat sürətlə, yəni yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox sürətlə idarə edib, yol hərəkəti üçün təhlükəli şərait yaratmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsi, 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndi, 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, hərəkətin təhlükəsizliyinə əmin olmadan qarşısında hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün avtomobili icazə verilməyən yerdən sola, yəni qarşı əks hərəkət zolağına çıxarıb, kəsib keçmək qadağan olan 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, qarşıdan onunla üzbəüz yük avtomobilinin hərəkət etdiyini görüb, toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi avtomobili sağa doğru istiqamətləndirərək idarəetməni itirib avtomobili yoldan kənara aşırmış və nəticədə avtomobilin arxa oturacağındakı sərnişin Yeganə Quliyevanın aldığı xəsarətlərdən ölümünə, avtomobilin arxa oturacağındakı sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər, avtomobilin ön oturacağındakı sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığınına az ağır zərər almalarına səbəb olmuşdur. Məhz bu əməlləri törətdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və göründüyü kimi, yuxarıda göstərilən dispozitiv əlamətin hamısı ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmışdır. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbləri olmadıqlarını, Təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı mülki iddiaları olmadıqlarını bildirmişlər və müvafiq ərizə vermişlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalı, habelə belə ərizənin təqdim edilməsi və bunun Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeydi”nin 2-ci bəndinə əsasən hansı nəticəyə səbəb olmasının zərər şəkmiş şəxsə izah olunması məhkəmə iclas protokolunda əksini tapmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətməsi nəticəsində avtomobilin arxa oturacağındakı sərnişin Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sol körpücük sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, sol mil sümüyünün distal metafizinin oynaqdaxili yerdəyişmiş sınığından ibarət bədən xəsarətləri yetirərək sağlamlığına az ağır zərər yetirərək, avtomobilin ön oturacağındakı sərnişin Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sağ kürək sümüyünün boynunun sınığı, sağ mil sümüyünün distal metafizinin yerdəyişmiş sınığı, sağ bazunun orta 1/3-nin ön səthində və sağ əlin ovuc səthində 3-cü barmağın 2-ci falanqası proyeksiyasında yaralardan ibarət xəsarətləri yetirərək sağlamlığınına az ağır zərər xəsarətləri alması xüsusatı sonuncuya verilmiş ittihamın həcmindən çıxılmalı və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 11 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.111) -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının İmamverdili kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə Beyləqan rayonu, İmamverdilər kəndində yaşayır, himayəsində 13 aprel 2021-ci il təvəllüdlü Uğur Quliyev adlı oğlu, 12 iyul 2022-ci il təvəllüdlü Yeganə Quliyeva adlı qızı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.264-265) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, himayəsində azyaşlı uşaqlarının olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslərlə və zərərçəkmişlərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsi (Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsi), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi (Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi), şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini etiraf etməsini, yaşını, ailə, maddi və sosial vəziyyətini, ailənin tək qazanc gətirəni olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 21-cü bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində göstərilmişdir ki, cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilmədir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 1(099)-210/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 22-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Həmin plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra-Cəzaların İcrası Məcəlləsinin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş əsaslarla şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın icrası təxirə salındıqda, həmin cəzaya əlavə olaraq təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza icraya yönəldilir. Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Həmin Məcəllənin 154.3-cü maddəsində gsötərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza azadlığın məhdudlaşdırılması intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 179-188, 318, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi vaxtdan, 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-210/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-210/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver