Məhkəmə qərarları › İş №1(099)-211/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-211/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-211/2023 19.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 avqust 1993-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 24, mənzil 8-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə 0,457 qram psixotrop maddə metamfetamini və 13 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,718 qram, 0,899 qram, 0,456 qram, 0,459 qram, 0,440 qram, 0,464 qram, 0,477 qram, 0,463 qram, 0,475 qram, 0,464 qram, 0,459 qram, 0,452 qram və 0,451 qram olmaqla ümumilikdə 15,134 qram, külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib 1 ədəd bükümdə 0,457 qram metamfetamini əynindəki şalvarının sağ yan cibində, digər maddələri isə idarə etdiyi “Lada Priora” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobilin oturacağının alt hissəsində qara rəngli kiçik pulqabının içərisində daşıyaraq saxlamış, 15 avqust 2022-ci il tarixdə saat 20 radələrində Şirvan şəhəri, M.Aydınov küçəsində avtomobildə hərəkətdə olarkən Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən 01 ədəd polietilen kəsiyi bükümündə 0,457 qram psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən, 13 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,718 qram, 0,899 qram, 0,456 qram, 0,459 qram, 0,440 qram, 0,464 qram, 0,477 qram, 0,463 qram, 0,475 qram, 0,464 qram, 0,459 qram, 0,452 qram və 0,451 qram olan psixotrop maddə metamfetamin isə “Lada Priora” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobilin oturacağının alt hissəsində qara rəngli kiçik pulqabının içərisində aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər metamfetamindən istifadə etmiş, lakin tutulmasından dörd ay əvvəl metamfetamindən istifadəni dayandırmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 15 sentyabr 2022-ci il tarixdə saat 16-17 radələrində Şirvan şəhəri M.Aydınov küçəsi ev 16-da yaşayan əmisi oğlu Zahidgildə olmuşdur. Əmisi oğlugilə getməkdə məqsədi onu nəzərdə tutduğu qonaqlığa dəvət etmək olmuşdur. Ona məxsus «Lada Priora» markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobil isə küçədə olmuşdur. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə, eləcə də metamfetamin olmamışdır. Əmisi oğlugilə getməsindən bir qədər sonra onun tanışı Mehman adlı şəxs də oraya gəlmişdir. O, əmisi oğlu Zahid və tanışı Mehman həyətdə göyərçinlərə tamaşa etdikləri zaman Valid adlı şəxs də həyətə daxil olmuş və əlləri çirkli olduğu üçün əllərini yumaq məqsədi ilə ayaqyolu tərəfə getmişdir. Bu zaman polis işçiləri evə basqın etmişlər. Polis işçiləri onu və yanında olan şəxsləri saxlamışlar. Həmin vaxt onun əlində pulqabı olmuşdur. Pul qabının içərisində isə pul, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin texniki pasprotu, avtomobilin açarı, enerji kartı və «İpone 7» markalı mobil telefonu olmuşdur. Polis işçiləri onun üzərini və avtomobilini axtarmışlar, sonra Zahidin evinə baxış keçirmişlər, lakin narkotik aşkar olunmamışdır. Onlar həyətdə olduqları zaman İsmayıl adlı polis işçiəsi ona məxsus avtomobilin yanına gedib qayıtmışdır. Sonra bir polis işçisi İsmayıldan ona məxsus avtomobilin açarını almış, ona məxsus avtomobilə tərəf getmiş və geri qayıdanda əlində balaca pulqabı gətirmiş və pulqabının ona məxsus olub-olmamasını soruşmuşdur. O isə pulqabının ona məxsus olduğunu bildirmişdir. Sonra polis işçiləri onu, Zahidi, Mehmanı və Validi eyni bir avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Polis işçiləri ona məxsus avtomobili isə onsuz sürüb polis şöbəsinə aparmışlar. Avtomobili polis şöbəsinə kimin sürüb aparmasını bilmir. Polis işçiləri ona məxsus avtomobilin açarlarını almışlar. Polis işçiləri onu döymüşlər, ona təzyiq etdiklərinə görə metamfetaminin ona məxsus olmasını boynuna götürməyə məcbur olmuşdur. Onu döymüş polis işçilərinin adlarını bilmir. Polis işçilərinin onu döymələri, təzyiq göstərmələri və qanunsuz hərəkətləri barədə şikayət etməmişdir. Ona məxsus avtomobilin oturacağının alt hissəsinə 13 ədəd bükümlərdə metamfetamin polis tərəfindən qoyulmuşdur. Çünki onu saxlayarkən polislər avtomobilinin açarlarını ondan almışlar, avtomobili onsuz özləri sürüb polis şöbəsinə aparmışlar, sonra isə avtomobilə baxış keçirilmişdir. Polis şöbəsində həmçinin ona məxsus pulqabında narkotik maddə olmasını bildirmişlər. Hər hansı polis işçisi ilə ədavəti, düşmənçiliyi yoxdur. Polis işçilərinin ona qarşı belə hərəkət etmələrinin səbəbini bilmir. Onun istifadəsində ***-***-**-** telefon nömrəsi olmuşdur. Bundan başqa ***-***-**-** telefon nömrəsi də onun adınadır. Vüsal Orucovu tanıyır. Vüsal Orucovun xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə «qaqa M40 yeri bilmirsən»?, xx.xx.2022ci il tarixdə «dediyin 3 dənəni də götür ki, mən getməliyəm» məzmunlu sms-lərin göndərilməsinin səbəbini bilmir. xx.xx.2022-ci il tarixdə «vasqa 2 balamın canı problem çıxdı, yaxın uşaq var, tutdular mənim də adım keçir. Qaqa pulum yoxdu aradan çıxım at karta indi gedim mən» məzmunulu sms göndərməsinin səbəbi Vüsal adlı şəxsə pul borcunun olmasıdır. xx.xx.2022-ci il tarixdə «Qaqa mənə 100m k düzəltmək olar?» məzmunlu sms göndərməkdə məqsədi ondan pul istəmək olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22.56-da «qaqa sən öl kola 06. Pa 04 55m verdim. Ona de vüsal gəlir kolanı vazvrat et. P. cəhənnəm qalsın. Sən öl vasqa söz tapmıram 2 gün qabaq 17 M verdim bilirsən» məzmunlu sms ona görə göndərmişdir ki, Vüsal onun tanışından narkotik almış və narkotiki qaytarmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 15 sentyabr 2022-ci ildə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında gəzən zaman yerdən 14 ədəd sellofan bükülü tapmış, o həmin bükülüləri açıb içərisinə baxdıqda bükülülərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu görüb həmin bükülülərin içərisində olan metafetamindən istifadə etmək üçün şalvarının sağ yan cibinə və idarə etdiyi “Lada Priora” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin oturacağının alt hissəsində olan qara dəri qabın içərisinə qoyub saxlamış, 15 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində o, Şirvan şəhəri, M.Aydınov küçəsində “Lada Priora” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis işçiləri ona yaxınlaşıb ona polis şöbəsinə getməyini təklif etmiş, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ yan cibində özü qəbul etmək üçün saxladığı 01 ədəd sellofan bükümün içərisində metamfetamin psixotrop maddəsi aşkar edib götürülmüş, bundan sonra onun idarə etdiyi “Lada Priora” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin oturacağının alt hissəsində olan qara dəri qabın içərisinə qoyub saxladığı 13 ədəd sellofan bükülüdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, sorğu zamanı o, üzərindən və avtomobilindən aşkar olunmuş bükülülərin içərisində olan psixotrop maddə olan metamfetamini yaşadığı ünvanın yaxınlığında gəzən zaman yerdən tapdığını bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən və avtomobilindən aşkar edilib götürülmüş içərisində psixotrop maddə olan metamfetamin olan bükülüləri zərfə qoyaraq möhürləmiş, sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 sentyabr 2022-ci il tarixdə Şirvan şəhəri, M.Aydınov küçəsində yerləşən nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində və özünə məxsus olan “Lada Priora” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olması, həmçinin onun, narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbirləri aparmaqla polis baş serjantı Şahid2 ilə birlikdə həmin gün saat 20:00 radələrində Şirvan şəhəri, M.Aydınov küçəsində Vasifin “Lada Priora” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini görüb onu saxlatmışlar. Vasifə üzərində və avtomobilində narkotik saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. Vasif onlarla polis şöbəsinə getmişdir. Avtomaşını Vasifin özünün iştirakı ilə sürüb polis şöbəsinə aparmışlar. Lakin uzun müddət keçdiyinə görə Vasifə məxsus avtomaşını polis şöbəsinə apararkən kimin sürməsini xatırlamır. Polis şöbəsində Vasif təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, vəkil dəvət edilmiş, Vasifin üzərində vəkilin iştirakı və videoçəkilişlə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı Vasifin əynindəki şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş bükülü aşkar olunmuşdur. Vasif sellofan bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini yaşadığı evin yaxınlığından yerdən tapdığını bildirmişdir. Sonra Vasif idarə etdiyi avtomobildə də psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkiliş aparılmaqla avtomaşına baxış keçirilərkən sürücü oturacağının alt hissəsində qara rəngli kiçik pulqabının içərisindən 13 ədəd sellofana bükülmüş bükülü aşkar olunmuşdur. Vasif həmin bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini yaşadığı evin yaxınlığından yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş həmin kütlələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. 15 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əmisi oğlu Zahidin evinin həyətində saxlamamış və həmin vaxt onun avtomobili küçədə olmamışdır. Vasiflə birlikdə Zahid, Mehman və Valid adlı şəxsləri də polis şöbəsinə aparmamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir zor tədbiq etməmişlər. Onun üzərinə və avtomobilinə psixotrop maddə metamfetamin qoymamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Eyni zamanda daxili əmrə əsasən əməliyyatçılarla birgə fəaliyyət göstərir. 15 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 Şirvan şəhərində yaşayan Təqsirləndirilən şəxs üzərində və özünə məxsus avtomobildə narkotik vasitə olması, həmçinin onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat tədbirləri keçirilməklə həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhərində yerləşən Kənd evləri adlanın əraziyə getmişlər. Həmin ərazidə olarkən Təqsirləndirilən şəxs M.Aydınov küçəsində “Lada Priora” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini görmüşlər. Şahid1 özünün sürdüyü avtomobil ilə marqat etdirməklə Vasifin avtomobilini saxlatmışdır. Vasifə üzərində və avtomobilində narkotik vasitələr saxlamasına şübhələr olduğunu bildirməklə onu şəhər polis şöbəsinə dəvət etmişlər. Fərman Vasifin avtomobilinə minmişdir. Vasif özü də avtomobilində olmaqla onun avtomobilini sürüb birlikdə şəhər polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, vəkil dəvət edilmiş, onun üzərində vəkilin iştirakı ilə və videoçəkilişlə şəxsi-axtarış keçirilərkən cibindən 1 ədəd sellofana bükülmdə psixotrop maddə metamfetaminəbənzər maddə aşkar olunmuşdur. Vasif özü avtomobilinin oturacağının altındakı pulqabında da narkotik olduğunu bildirmişdir. Vasifin özünün iştirakı ilə idarə avtomobilə baxış keçirilərkən sürücü oturacağının altından pulqabında 12-13 ədəd bükümlərdə psixotrop maddə metamfetaminəbənzər maddələr aşkar olunmuşdur. Vasif həmin maddələri yaşadığı evin yaxınlığından yerdən tapdığını və özünə məxsus olduğunu bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. 15 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əmisinin evində yox, küçədə idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən saxlamışlar. Həmin vaxt o tək olmuşdur. Onlar Vasiflə birlikdə Mehman, Zahid və Valid adlı şəxsləri polis şöbəsinə aparmamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərməmişlər. Məhkəmədə şahid kimi dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs və digər ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yaşayırlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasını sonradan bilmişdir. Vasifin əmisinin evi onların evlərinin yaxınlığındadır. Əmisi vəfat etmişdir. Əmisinin evində arvadı X4 oğlu Zahid Məmmədovla birlikdə yaşayırlar. 15 sentyabr 2022-ci il tarixdə nəvəsinin məktəbə getməsi ilə əlaqədar olaraq evində qonaqlıq təşkil etmək istəmişdir. Həmin gün bazarlıq etmək üçün Vasifə 80 manat pul vermiş, həm də əmisigilə gedərək onları qonaqlığa dəvət etməsini tapşırmışdır. Vasif əmisigilin həyətində əmisi oğlu Zahid, tanışları Mehman və Validlə birlikdə olduqları zaman polis işçiləri həyətə gələrək onları saxlamışlar. Orada hər üçünün üzərində axtarış aparmışlar, heç bir narkotik aşkar olunmamışdır. Həmin vaxt Vasifin avtomobili küçədə dayanmışdır. Polis işçiləri orada avtomobilə də baxış keçirmişlər. Avtomobildə heç bir narkotik vasitə aşkar olunmamışdır. Polis işçiləri avtomobildən pulqabını götürmüşlər. Pulqabının içində 80 manat pul olmuşdur. Həmçinin Zahidgilin evlərində də axtarış aparmışlar, evdə də narkotik aşkar olunmamışdır. Sonra Vasifi, Validi, Mehmanı və Zahidi polis avtomaşını ilə polis şöbəsinə aparmışlar. Vasifin avtomobilini isə polis işçisi İsmayıl sürüb polis şöbəsinə aparmışdır. Vasifin üzərinə və avtomobilinə narkotik vasitə polis işçiləri tərəfindən qoyulmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs bibisidir. 15 sentyabr 2022-ci il tarixdə Vasifgilə gedərkən Vasifə məxsus avtomobilin Aydınov küçəsində əmisinin evinin giriş darvazası qarşısında olduğunu və 3 nəfər polis işçilərinin avtomobili axtardıqlarını görmüşdür. Onlara yaxınlaşdıqda avtomobildən iki ədəd pulqabı tapdıqlarını görmüşdür. Pulqabının birninin içərisində pul, digərində isə telefon adapteri olmuşdur. Bu zaman polis işçilərinin Vasifi özləri ilə polis şöbəsinə apardıqlarını görmüşdür. Həmin vaxt Vasifin narazılıq etməsini eşitməmişdir. Validin isə adını çəkmişlər. Həmin vaxt ev sahibəsi Zülfiyyə Məmmədova evdə olmuşdur. Polis işçiləri Vasifin avtomabilini axtardıqdan sonra polis işçisi İsmayıl Vasifin avtomobilini sürüb polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs bibisi oğludur. Təqsirləndirilən şəxs tutulmasından sonra təcridxanada olduğu zaman onunla telefon vasitəsi ilə danışarkən Vasif ona bildirmişdir ki, onları həyətdə dörd nəfər bir yerdə olduqları zaman saxlayıblar. Onların üstlərini axtarmışlar, üzərlərində heç bir narkotik vasitə olmamışdır. Onun avtomaşınını da axtarmışlar, avtomaşında da narkotik olmamışdır. Onları döymüşlər. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Təqsirləndirilən şəxs əmisinin arvadıdır. Onun həyat yoldaşı vəfat etmişdir. X5 ilə Şirvan şəhəri M.Hüseynzadə küçəsi yerləşən evdə yaşayırlar. Təqsirləndirilən şəxs onun qayını oğludur. 15 sentyabr 2022-ci il tarixdə axşam üstü saat 17 radələrində Təqsirləndirilən şəxs özünə məxsus avtomaşınla onlara gəlmiş, avtomaşını küçədə saxlamaqla həyətə daxil olmuşdur. Təqsirləndirilən şəxs onlara gəlməkdə məqsədi onları evlərində təşkil olunmuş qonaqlığa dəvət etmək olmuşdur. Vasif onlara gəldikdən sonra oğlu Zahidlə münasibətləri olan Valid Azayev və Mehman Həsənov da onlara gəlmişlər. Oğlu Zahid, Təqsirləndirilən şəxs Valid və Mehman evlərinin həyətində quşlara baxdıqları zaman bir neçə nəfər polis işçiləri onların həyətlərinə gəlmişlər. Polis işçilərindən Namazın və İsmayılın adları yadında qalmışdır. Digər Polis əməkdaşlarının adlarını xatırlamır. Polis əməkdaşları Vasifi, Zahidi, Mehmanı və Validi həyətdə tutmuş və onların hər birinin üzərlərini axtarmışlar. Onların üzərlərində heç bir narkotik vasitə olmamışdır. Polis işçilərindən iki nəfər küçəyə çıxaraq Təqsirləndirilən şəxs məxsus avtomobilə baxmış və yenidən həyətə qayıtmışlar. Polislər maşina baxanda avtomaşının içərisində olan pulqabını götürüb baxdıqlarını görmüşlər. Polis işçiləri onun evini axtarmışlar və heç bir qanunsuz əşya tapmamışlar. Vasifi, Zahidi, Mehmanı və Validi polis avtomobilinə mindirməklə polis şöbəsinə aparmışlar. Vasifə məxsus avtomaşını isə arıq polis işçisi sürüb polis şöbəsinə aparmışdır. Cinayət işinin materialları ilə müəyyən edilir: Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli təqrirində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində və ona məxsus olan idarə etdiyi «Lada Priora» markalı, **-MV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə 15 sentyabr 2022-ci il tarixli protokoldan və aparılmış vieoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirir, əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur və həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Şəxsi axtarış müdafiəçi Salman Fərəcovun iştirakı ilə aparılmış, 20:50-də başlanılmış, 21:15-də başa çatmışdır. 15 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Lada Priora» markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilində hər hansı qanunsuz predmetin olması soruşulur, o, avtomobilində psixotrop maddə metamfetamin olduğunu bildirir, avtomobildən qabaq sol oturacağın altından kiçik pulqabının içində olan 13 ədəd bükümdə psixotrop maddə olan metamfetaminəbənzər kütlələri təqdim edir. Həmin kütlələr elektron tərəzidə çəkilməklə qablaşdırılıb götürülür. Avtomobilə baxış müdafiəçi Salman Fərəcovun iştirakı ilə aparılmış, saat 21:30-da başlanılmış, 21:45-də başa çatdırılmışdır. Materialların-məhkəmə ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 18/1030 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,457 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin oturacağının alt hissəsində qara rəngli kiçik pulqabının içərisində 13 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-8,718 qram, 0,899 qram, 0,456 qram, 0,459 qram, 0,440 qram, 0,464 qram, 0,477 qram, 0,463 qram, 0,475 qram, 0,464 qram, 0,459 qram, 0,452 qram, 0,451 qram, ümumi çəkisi-14,677 qram olan maddəllər kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərtkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə və onun maşınıdan götürülmüş 13 bükümdə, cəmi 14 bükümlərdə ümumi çəkisi-15,134 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb xəstəxanasında qeydiyyatda yoxdur. xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalması baprədə ifadəsində verdiyi məlumatlar üzrə Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılmış, həmin hallar təsdiq olunmadığına görə 17 dekabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış sms-lərin məzmunundan görünür ki, Vüsal Orucovun istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 09:29-da “qaqa M40 yeri bilmirsən?”, xx.xx.2022-ci il tarixdə saat 12:36-da “dediyin 3 dənənidə götür ki, mən getməliyəm”, xx.xx.2022-ci il tarixdə saat 23:05-də “vasqa 2 balamin canı problem çıxdı, yaxın uşaq var tutdular mənimdə adım keçir. Qaqa pulum ypxdu aradan çıxım at karta indi gedim mən”, xx.xx.2022-ci il tarixdə saqat 18:31-də “Qaqa mənə 100m k düzəltmək olar?”, 05.08.202-ci il tarixdə saat 22:56-da “qaqa sən öl kola 06. Pa04 55m verdim. Ona de vüsal gəlir kolanı vazvrat et. P cəhənnəm qalsın. Sən öl vasqa söz tapmıram 2 gün qabaq 17M verdim bilirsən”, xx.xx.2022-ci il tarixdə “özüm 30M. 06 alıram gülmək tutur mənim günahım nə allahın. Vasqa sənlik bir şey yoxdu amma mənim vəziyyətimi başa düş. Nanıya yıxım ya sən deyirsən?” xx.xx.2022-ci il tarixdə saat 12:57-də “vasqa elə bilirəm ki məni başa düşürsənki səni tələsdirməkdə mənə olan zənglərdi ki məndə səni yığıram. Qaqa mənə amanatın yiyəsi yığıb türmədən pul lazım”, xx.xx.2022-ci il tarixdə “olduğun deyir nə edim qaqa çörək kəsmişəm hamımız odla oynayırıq bir ayağımız ordadi. Şükür biz azadlıqdayıq. Qaqa pul düzqoş edək verim olara 200m” xx.xx.2022-ci il tarixdə saat 11:38də “Qaqa 30 verəcəm p bir az verdə” xx.xx.2022-ci il tarixdə saat 09:45-də “Salam qaqa sabahın xeyir ay qaqa 30m var 1sot t əmələ gələr?” xx.xx.2022-ci il saat 05:00-da “Qaqa 25dən əmələ gəlir azdı sən öl neçə m gətirim?” xx.xx.2022-cü il tarixdə saat 13:23-də “Qaqa salam Vasqa sen öl kişi agzına gələni dedi savaşdi mənle. Hirsimden partdayiram qaqa səndə nə qalıbsa gətir görüm nə edirəm verim getsin qaqa” məzmunlu mesajlar yazılmışdır. Sahibi istintaqa məlum olmayan 51-425-29-92 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 15:56da “Narkotik çəkməyə gedən sən….mənə deyirsən?”, “… 5 saat narkotik etməmisən sevinirsən narkoman olasan əsgiklikdən danışasan” məzmunlu mesaj yazmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(099)-219/2023 nömrəli hökmündən görünür ki, Şirvan şəhər sakini X2 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroini əldə edib üzərində daşımaqla saxlamağa görə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmün məzmunundan görünür ki, Valid Azayev 15 sentyabr 2022ci il tarixdə saat 22:40 radələrində polis əməkdaşları tərəfindən Şirvan şəhərində C.Qaryağdı küçəsində saxlanılmış və polis şöbəsinə aparılmaqla üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə aşkar edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-153/2023 nömrəli hökmündən görünür ki, Şirvan şəhər sakini X3 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroini əldə edib üzərində daşımaqla saxlamağa görə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmün məzmunundan görünür ki, Zahid Məmmədov 15 sentyabr 2022-ci il tarixdə saat 21:15 radələrində polis əməkdaşları tərəfindən Şirvan şəhərində Marif Aydınov küçəsində saxlanılmış və polis şöbəsinə aparılmaqla üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə aşkar edilmişdir. Zahid Məmmədov məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində küçə ilə gedərkən yerdən bir ədəd sellofan bükümdə heroin tapmış və üzərində saxlamışdır. Həmin gün saat 21 radələrində onu yaşadığı evin yaxınlığında polis əməkdaşları saxlayıb polis şöbəsinə aparmışlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, yzərində və idarə etdiyi avtomobildə saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs 15 sentyabr 2022ci il tarixdə saat 16-17 radələrində Şirvan şəhəri M.Aydınov küçəsi ev 16-da yaşayan əmisi oğlu Zahidgilin evinin həyətində Zahid, Valid və Mehman adlı şəxslərlə birlikdə olduğu zaman polis işçiləri tərəfindən saxlanılması, həmin vaxt üzərində və küçədə saxladığı avtomobilində heç bir psixotrop maddə metamfetaminin olmaması, avtomobilinin polis şöbəsinə onun iştirakı olmadan polis işçiləri tərəfindən aparılması, üzərinə və avtomobilinə metamfetaminin polis işçiləri tərəfindən qoyulması, polis işçiləri tərəfindən təsirlərə, işgəncəyə məruz qalması səbəbindən həmin maddələrin özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kim qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi- psixotrop maddə metamfetaminin özünə məxsus olması, 15 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi avtomobil ilə Şirvan şəhəri M.Aydınov küçəsində hərəkətdə olduğu zaman polis işçiləri tərəfindən saxlanılmaqla polis şöbəsinə aparılması, şübhəli şəxs kimi tutulmaqla vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə idarə etdiyi “Lada Priora” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin oturacağının alt hissəsində olan qara dəri qabın içərisinə qoyub saxladığı 13 ədəd sellofan bükülülərdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, məhkəmə iclas zalında nümayiş etdirilmiş videogörüntülərdən də məlum olar ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilinə baxış müdafiəçisinin iştirakı ilə keçirilir və həmin vaxt psixotrop maddələrin özünə məxsus olduğunu və ona qarşı hər hansı təzyiq olmadığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs əmisi oğlu Zahid Məmmədovla birlikdə onun yaşadığı evin həyətində olduqları zaman polis əməkdaşları tərəfindən hər ikisinin və digər şəxslərin saxlanıldıqlarını göstərsə də, Zahid Məmmədovun barəsində olan məhkəmə hökmündən görünür ki, o məhkəmə istintaqında verdiyi ifadəsində 15 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanıldığını göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus mobil telefonla aparılmış smslərdən məlum olur ki, digər şəxslərlə narkotik vasitələrin satışı, istifadəsi və əldə edilməsi ilə bağlı çoxsaylı sms yazışmaları aparmışdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs anası Şahid4, bibisi Şahid3 və əmisi arvadı Zülfiyyə Məmmədovanın məhkəmə istintaqında verdikləri- Təqsirləndirilən şəxs əmisi oğlu Zahid Məmmədovun yaşadığı evin həyətində olarkən polis işçiləri tərəfindən saxlanılması, həmin vaxt üzərinin axtarılması, lakin heç bir narkotik maddə tapılmaması, ona məxsus avtomobilin küçədən polis işçiləri tərəfindən sürülməklə aparılması, üzərinə və avtomobilinə psixotrop maddənin polis işçiləri tərəfindən qoyulması barədə ifadələrini Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş iki ədəd videodisklər cinayət işinin materiallarında saxlanılmalı, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 14,574 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş iki ədəd videodisklər cinayət işinin materiallarında saxlanılsın, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 14,574 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar