Məhkəmə qərarları › İş №1(099)-211/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-211/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-211/2025 20.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Aqil Abdul oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Cəlilabad şəhəri 8 saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseydə Azərbaycan dili və Ədəbiyyat müəllimi (turantv.az saytının idarəçisi), evli, məhkumluğu olmayan, Cəlilabad rayonu, Eçara kəndində qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci, xx.xx.1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “facebook” sosial şəbəkəsində “bölgeinfo” səhifəsinin idarəçisi, evli, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 20 iyun 2025-ci il tarixdə, saat 11:30da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir.

2. Belə ki, Təqsirləndirilən şəxs1 hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “X24”nin və onun rəisi Zərərçəkmiş şəxs2 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2011-ci ildən 2019-cu ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 Cəlilabad rayonu ərazisində hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus 1.500 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

3. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “X36 Filialı”nın və onun rəisi Zərərçəkmiş şəxs3 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2014-cü ilin fevral ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində Cəlilabad rayonu ərazisində Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə sonuncuya məxsus 4.000 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

4. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “X24”nin və onun rəisi Zərərçəkmiş şəxs2 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2024-cü ilin mart ayında Cəlilabad şəhəri ərazisində yerləşən “Babək” restoranında sonuncuya hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində Zərərçəkmiş şəxs2 məxsus 150 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

5. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “Gəncə Dövlət Universiteti”nin və onun tələbə evinin direktor müavini Zərərçəkmiş şəxs5 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin iyul ayının sonundan 2024-cü ilin may ayının sonunadək olan müddət ərzində Cəlilabad rayonu ərazisində olduğu zaman istifadəsində olan mobil telefon vasitəsilə Gəncə şəhərində olan Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində 2023-cü ilin iyul ayının sonunda 100 manat, 2023-cü ilin avqust ayının sonunda 70 manat, 2023-cü ilin sentyabr ayında 130 manat, 29 dekabr 2023-cü il tarixdə 100 manat, 28 yanvar 2024-cü il tarixdə 100 manat, 2024-cü ilin mart ayının sonunda 100 manat, 2024-cü ilin aprel ayının sonunda 100 manat və 2024-cü ilin may ayının sonunda 100 manat məbləğində pul vəsaitlərinin istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2081 1878 0427 nömrəli plastik bank kartı hesabına göndərilməsinə nail olaraq ümumilikdə hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 məxsus 800 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

6. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “X39 Təhsil Mərkəzi”nin və onun direktoru Zərərçəkmiş şəxs7 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin sentyabr ayının sonunda və 2024-cü ilin may ayının sonunda Cəlilabad şəhəri ərazisində sonuncuya hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində ümumilikdə hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 məxsus 110 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

7. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib "xxxx" MMC-nin və onun mühəndisi Zərərçəkmiş şəxs4 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyun ayınadək olan müddət ərzində Cəlilabad rayonu ərazisində olduğu zaman istifadəsində olan mobil telefon vasitəsilə Cəlilabad şəhərində olan Zərərçəkmiş şəxs4 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gələrək ümumilikdə hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus 110 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

8. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “Gəncə Dövlət Universiteti”nin və onun tarix kafedrasının kabinet müdiri Zərərçəkmiş şəxs6 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2024-cü ilin may ayının sonunda və 2024-cü ilin iyun ayının əvvəllərində Cəlilabad rayonu ərazisində olduğu zaman istifadəsində olan mobil telefon vasitəsilə Gəncə şəhərində olan Zərərçəkmiş şəxs6 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində 2024-cü ilin may ayının sonunda 50 manat və 2024-cü ilin iyun ayının əvvəllərində 50 manat olmaqla ümumilikdə hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 məxsus 100 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

9. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “Sumqayıt şəhər Evdə fərdi təhsil məktəbi”nin və onun direktoru Zərərçəkmiş şəxs1 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2024-cü ilin iyul ayının sonunda Sumqayıt şəhəri ərazisində sonuncuya hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində Zərərçəkmiş şəxs1 məxsus 50 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

10. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “turantv.az” saytının redaktoru kimi təqdim edib “X36 Filialı”nın və onun rəisi Zərərçəkmiş şəxs3 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 09 yanvar 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək olan müddət ərzində Cəlilabad şəhəri ərazisində Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində 09 yanvar 2024-cü il tarixdə 50 manat, 01 fevral 2024-cü il tarixdə 50 manat, 14 mart 2024-cü il tarixdə 50 manat, 26 aprel 2024-cü il tarixdə 50 manat məbləğində pul vəsaitinin istifadəsində olan 4874 00** **** 7493 nömrəli plastik bank kartı hesabına göndərilməsinə nail olaraq, eləcə də, 10 avqust 2024-cü il tarixdə “X36 Filialı”nın xidmət mərkəzinin əməliyyatçısı Şahid3 vasitəsilə 50 manat məbləğində pul vəsaitini alaraq hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 250 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

11. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir.

12. Belə ki, o, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib "xxxx" ASC-nin direktor müavini Zərərçəkmiş şəxs10 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin noyabr ayının sonunda Cəlilabad rayonu ərazisində olduğu zaman istifadəsində olan mobil telefon vasitəsilə Bakı şəhərində olan Zərərçəkmiş şəxs10 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində qeyd olunan tarixdə 300 manat məbləğində pul vəsaitinin istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2081 1891 5866 nömrəli plastik bank kartı hesabına göndərilməsinə nail olaraq Zərərçəkmiş şəxs10 məxsus 300 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

13. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib Cəlilabad rayonu, Günəşli kəndinin bələdiyyə sədri X5 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin dekabr ayında Cəlilabad şəhəri ərazisində hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində qeyd olunan tarixdə və yerdə sonuncunun 100 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

14. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib “91 saylı Körpələr Evi-Uşaq Bağçası”nın təlim-tərbiyəçisi Zərərçəkmiş şəxs8 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2024-cü ilin fevral ayında Cəlilabad rayonu ərazisində olduğu zaman istifadəsində olan mobil telefon vasitəsilə Bakı şəhərində olan Zərərçəkmiş şəxs8 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində qeyd olunan tarixdə 500 manat məbləğində pul vəsaitinin tanışı cinayətdən xəbərsiz Şahid1 məxsus plastik bank kart hesabına göndərilməsinə nail olaraq Zərərçəkmiş şəxs8 məxsus 500 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

15. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib “X24”nin və onun rəisi Zərərçəkmiş şəxs2 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2024-cü ilin mart ayında Cəlilabad şəhəri ərazisində yerləşən “Babək” restoranında sonuncuya hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 150 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

16. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib “Gəncə Dövlət Universiteti”nin və onun tələbə evinin direktor müavini Zərərçəkmiş şəxs5 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin iyul ayının sonundan 2024-cü ilin may ayının sonunadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 vasitəsilə Cəlilabad rayonu ərazisində olduğu zaman istifadəsində olan mobil telefon vasitəsilə Gəncə şəhərində olan Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində 2023-cü ilin iyul ayının sonunda 100 manat, 2023-cü ilin avqust ayının sonunda 70 manat, 2023-cü ilin sentyabr ayında 130 manat, 29 dekabr 2023-cü il tarixdə 100 manat, 28 yanvar 2024-cü il tarixdə 100 manat, 2024-cü ilin mart ayının sonunda 100 manat, 2024-cü ilin aprel ayının sonunda 100 manat və 2024-cü ilin may ayının sonunda 100 manat məbləğində pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2081 1878 0427 nömrəli plastik bank kartı hesabına göndərilməsinə nail olaraq ümumilikdə hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 məxsus 800 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

17. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib “X39 Təhsil Mərkəzi”nin və onun direktoru Zərərçəkmiş şəxs7 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin sentyabr ayının sonunda və 2024-cü ilin may ayının sonunda Cəlilabad şəhəri ərazisində sonuncuya hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində ümumilikdə hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 məxsus 110 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

18. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib "xxxx" MMC-nin və onun mühəndisi Zərərçəkmiş şəxs4 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyun ayınadək olan müddət ərzində Cəlilabad rayonu ərazisində olduğu zaman Təqsirləndirilən şəxs1 vasitəsilə, sonuncunun istifadəsində olan mobil telefonla Cəlilabad şəhərində olan Zərərçəkmiş şəxs4 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gəlmək yolu ilə əlbir olaraq ümumilikdə hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus 110 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

19. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs9 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 2024-cü ilin iyun ayında Cəlilabad rayonu ərazisində olduğu zaman istifadəsində olan mobil telefon vasitəsilə Bakı şəhərində olan Zərərçəkmiş şəxs9 istifadəsində olan mobil telefona zəng edib hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində qeyd olunan tarixdə 50 manat məbləğində pul vəsaitinin istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2081 1891 5866 nömrəli plastik bank kartı hesabına göndərilməsinə nail olaraq Zərərçəkmiş şəxs9na məxsus 50 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

20. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “bolgeinfo.az” saytının redaktoru kimi təqdim edib “X36 Filialı”nın və onun rəisi Zərərçəkmiş şəxs3 barəsində müxtəlif sosial şəbəkələrdə paylaşım edib ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə 09 yanvar 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək olan müddət ərzində Cəlilabad şəhəri ərazisində Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək həmin paylaşımların yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində 09 yanvar 2024-cü il tarixdə 50 manat, 01 fevral 2024cü il tarixdə 50 manat, 14 mart 2024-cü il tarixdə 50 manat, 26 aprel 2024-cü il tarixdə 50 manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 istifadəsində olan 4874 00** **** 7493 nömrəli plastik bank kartı hesabına göndərilməsinə nail olaraq, eləcə də, 10 avqust 2024-cü il tarixdə “X36 Filialı”nın xidmət mərkəzinin əməliyyatçısı Şahid3 50 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq hissə-hissə olmaqla qeyd olunan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 250 manat məbləğində pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

İşin halları və dəlilləri:

21. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin sentyabr ayından “Turantv.az” adlı səhifə yaradaraq, sosial şəbəkələrdə fəaliyyət göstərməyə başlamışdır. Vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, müvafiq VÖEN əldə etmiş və vergi ödəyicisi olmuşdur. 2006-cı ildən etibarən Cəlilabad şəhər 8 saylı orta məktəbdə müəllim kimi çalışır. 15 avqust 2024-cü il tarixdə tutulmuşdur, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə BMCMİ) əməkdaşları aparıb, orada 7 saat saxlamış, həmin müddət ərzində onun telefonuna baxış keçirmişlər, halbuki telefonun cinayət işi ilə heç bir əlaqəsi olmamışdır, telefona baxdıqdan sonra “filankəsləri tanıyırsan? bunlardan pul almısan?” kimi suallar verilmişdir. Bundan sonra o, müvəqqəti saxlama yerinə aparılmış, daha sonra müstəntiq ona barəsində cinayət işinin başlandığını bildirmişdir. O qeyd etmişdir ki, uzun müddətdir tənqidi jurnalistika ilə məşğuldur və bu fəaliyyətinə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi tərəfindən təzyiqlərə məruz qalmışdır, belə ki, həmin şəxs onun seçkilərdə iştirak etməsinə imkan verməmişdir, bütün bu işlərin sifarişçisi kimi Cəlilabad Rayon Polis Şöbəsinin rəisini səbəbkar görür. Həmçinin, təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, digər Təqsirləndirilən şəxs2 həyatda yalnız bir dəfə görmüş və ikinci dəfə isə onu BMCMİ-nin zirzəmisində görmüşdür. O, Vüqarla heç bir əlaqəsinin və əlbirliyinin olmadığını bildirmiş, barəsində irəli sürülmüş ittihamları qəbul etmədiyini, hazırda qanunsuz olaraq həbsdə saxlanıldığını bildirmiş, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini qeyd etmişdir.

22. Təqsirləndirilən şəxs məhkəmə iclasında proses iştirakçıları və məhkəmə kollegiyası tərəfindən ona verilən sualları cavablandıraraq bildirmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2la hər zaman yaxın münasibətdə olmuşlar, Zaur ona 10 il əvvəl uşaqlarını görüb maddi kömək məqsədi ilə 20 manat pul vermişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zaur və Vüsal ona zaman-zaman maddi yardım göstərmişlər. Saytdan məlumatın silinməsi müqabilində Vüsaldan heç bir pul almamışdır, pulu iyul ayının 22-də – Milli Mətbuat Günü münasibətilə ona vermişlər. Digər Zərərçəkmiş şəxs7 ilə aralarında yaxın münasibət olmuş, hətta bir-birilərinə “əmi” və “qardaşoğlu” deyə müraciət etmişlər, Etibar müəllim hər il Milli Mətbuat Günündə ona işçisi vasitəsilə 20-30 manat pul göndərmişdir. Həmçinin, Orxan adlı şəxsin ona Şahin müəllimin adından karta 50 manat pul göndərdiyini qeyd etmiş, Şahin adlı şəxsi isə 25 ildir tanıdığını bildirmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6ı əvvəllər tanımadığını, sonradan tələbə yoldaşı çıxdığını, tarix fakultəsini bitirdiyini qeyd etmişdir. Şahin adlı şəxsin Gəncə Dövlət Universitetinin prorektoru olduğunu, onun özünün də Gəncə Dövlət Universitetinin dissertantı olduğunu qeyd etmişdir. Digər Zərərçəkmiş şəxs1 şəxsən tanımadığını, Zərərçəkmiş şəxs1 barəsində saytda məlumat yerləşdirməsini ondan, Abşeron Regional Təhsil İdarəsində təsərrüfat müdiri işləyən Aygün Hüseynovanın işdən çıxarıldığı üçün, onun işinə köməklik edilməsi üçün ondan xahiş etdiyini, onun da Zərərçəkmiş şəxs1 zəng edərək özünü müəllim kimi təqdim edərək, Aygün Hüseynova ilə bağlı məsələni maraqlandığını bildirmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 yarı zarafat, yarı ciddi onunla müəllim kimi söhbət edərək, bu işi Abşeron Regional Təhsil İdarəsinin müdiri işləyən İlhamə xanımın tapşırdığını ona bildirmiş, o isə İlhamə xanıma yazmış, İlhamə xanım onu Sumqayıt şəhərinə çağırmış, görüş zamanı «niyə Lənkəran Regional Təhsil şöbəsindən yazmırsan?» və sair bu kimi suallar verdiyini bildirmişdir. X18 Regional Təhsil İdarəsinin müdiridir, İlhamə Abdullayevanın rəhbərlik etdiyi qurumdan dəfələrlə yazılar yazdığını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 da onun müəllimlik fəaliyyəti ilə yanaşı jurnalist olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 təhsil günü münasibəti ilə ona 50 manat cib xərcliyi göndərmişdir. İlhamə Abdullayeva isə ona heç nə verməmiş, sadəcə oturub çay içmişlər. Sonradan o, həbs edildiyindən xahişini etdiyi Aygün Hüseynovanın işinin nə yerdə qaldığını bilməmişdir. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la şəxsi həyatda heç bir mübahisəsi olmamışdır. Zərərçəkmiş şəxs3 onun kartına müxtəlif vaxtlarda pullar göndərmişdir. Həmçinin, təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onu 15 avqust 2024-cü il tarixdə, səhər saat 11 radələrində Bakı şəhərinin girəcəyində saxlamışlar, ona heç bir məlumat vermədən BMCMİ-yə aparıb, onu 7 saat dindirmişlər. Digər Təqsirləndirilən şəxs2 sosial şəbəkədən tanıdığını, cəmi iki dəfə görüşdüyünü, sonuncu dəfə isə yas mərasimində görüşdüklərini bildirmişdir. Zərərçəkmiş şəxslərin heç biri əvvəllər ondan şikayət etməmişdir, o, tutulandan sonra 4 nəfər Cəlilabad, 2 nəfər Gəncə və 1 nəfər Sumqayıt şəhərindən olan insanlar eyni gündə ondan şikayət etmişlər. Heç kim ondan şikayət edəcəyi barədə əvvəlcədən ona bildirməmişdir. Daha sonra təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 bir dəfə Abşeron rayon ərazisində görmüşdür. Bir dəfə isə onunla əlaqə saxlamış, saytda gedən yazını dəqiqləşdirmişdir. Vüqar onun əlaqədə olduğu adamlardan heç kimi tanımamış, onunla birlikdə heç kimlə görüşməyə getməmiş, o, görüşlərə tək getmişdir. İbtidai istintaq zamanı, Bakı İstintaq Təcridxanasında saxlanılarkən müdafiəçinin iştirakı ilə Vüqarla üzləşdirməsi olmuşdur.

23. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

24. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi iş materialları – 1-ci cild, 215-218-ci səhifələrdə olan ifadəsində o, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, 2006-cı ildən etibarən Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə müəllim vəzifəsində işlədiyini, həmçinin əlavə olaraq da “turantv.az” saytının baş redaktoru olduğunu, bu saytda günlük xəbərləri paylaşdığını, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayından etibarən tanıdığını, onun Sumqayıt şəhərində yerləşən məktəblərin birinin direktoru olduğunu, əvvəllər başqa saytlarda onun barəsində mənfi xəbərlər paylaşılsa da, bunu özünün etmədiyini, İbrahimin ifadəsində onun barəsində rüsvayedici məlumatları paylaşdığını desə də, bunun yanlış məlumat olduğunu, onun barəsində heç bir zaman mənfi yönümlü xəbər paylaşmadığını, sadəcə olaraq, tanışı olan Şahid4 barəsində ondan xahiş etdiyini, belə ki, həmin zaman Şahid4 vəzifəsi ixtisara düşdüyündən Zərərçəkmiş şəxs1 həmin xanımın işini ixtisara salmamasını xahiş etdiyini, Vladimin də onun bu xahişini nəzərə aldığını və xanımın işləməsinə şərait yaratdığını, 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs1 maddi yardım etməsi üçün 50 manat pul istədiyini, lakin bu pulu hansısa hədə-qorxu yolu ilə almadığın bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 onun barəsində etdiyi şikayət ilə tanış olduğunu, həmçinin bu şəxsdən də heç bir məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs2 onu şərlədiyini, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs3 da 2014-cü ildən pul almağa başladığını, lakin bu şəxsin də ona xüsusi günlərdə və ya bayram günlərində ayda 50 manat olmaqla pul göndərdiyini, bəzən bu pulları onun işçisi olan Şahid3 aldığını, Zərərçəkmiş şəxs3 Cəlilabad X25 rəisi olduğunu, onun barəsində də heç bir rüsvayedici məlumat paylaşmadığını, Zərərçəkmiş şəxs3 onun dostu olduğunu, Vüsalın ona yalnız maddi yardım qismində təxminən 10 il ərzində ayda 50 manat olmaqla pul ödədiyini, lakin onun bəzi aylarda pul vermədiyini, ondan hər ay pul almadığını, bəzi aylarda aldığını, ondan aldığı pul məbləğinin ümumilikdə təxminən 5.000 manat miqdarında olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs4 da ərizəsi ilə tanış olduğunu, onun Cəlilabadda olan inşaatların birində mühəndis işlədiyini, Zəka ilə də dostluq əlaqələrinin olduğunu, ondan ümumiyyətlə 100 manat pul aldığını, bu pulları da ondan hissə-hissə aldığını, Zəkanın özünün ona bu pulları göndərdiyini, ona maddi yardım etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq, barəsində şikayətçi olan X6 ərizəsi ilə də tanış olduğunu, onun Gəncə Dövlət Universitetində hüquqşünas işlədiyini, onun “İlqar” müəllim adlı tanışının yaxını olduğunu, İlqar müəllimin ona etmək istədiyi maddi yardımları Kamil vasitəsilə ona çatdırdığını, İlqar müəllimin mətbuat günündə ona 70 manat pul göndərmək istədiyini, onun bu pulu Kamil vasitəsilə çatdırdığını, lakin özünün heç kimə hədə-qorxu gələrək ondan pul almadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 da müraciətləri ilə tanış olduğunu, həmin şəxslərin Gəncə Dövlət Universitetinin əməkdaşları olmalarını, onların “Şahin” müəllim adlı müdirləri olmasını, Şahin müəllimin onu bayramlarda və özəl günlərdə həmişə təbrik etdiyini və ona maddi yardım qismində pul göndərdiyini, Şahin müəllimin Zərərçəkmiş şəxs5 vasitəsilə ona 800 manat, Zərərçəkmiş şəxs6 vasitəsilə isə 100 manat pul göndərdiyinin bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs7 da ərizəsi ilə tanış olduğunu, həmin şəxsin də ümumilikdə ona 150 manat pul verdiyini, onun Cəlilabad rayonunda yerləşən təhsil mərkəzlərinin birinin direktoru olduğunu, lakin ondan da hədə-qorxu ilə pul almadığını, Zərərçəkmiş şəxs7 özünün ona maddi yardım etdiyini bildirmişdir.

25. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində 06 sentyabr 2024-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində (iş materialları – 2-ci cild, 174- 180-ci səhifələr) o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 15 avqust 2024-cü il tarixdə, səhər saat 11:00 radələrində tutularaq BMCMİ-nin inzibati binasına gətirilmiş, 2 gün müddətində həmin idarədə saxlanılmış, idarədə saxlanıldığı müddət ərzində ona kimdənsə pul tələb etməsi izah edilmiş, bu səbəbdən xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, məhkəmədə olan zaman guya ki, Təqsirləndirilən şəxs2 ilə əlbir olub kimdənsə pul almasını bilmiş, Təqsirləndirilən şəxs2 əvvəllər heç vaxt tanımamış, onunla hər hansı bir əlaqəsi olmamış, onu 2024-cü ilin avqust ayında Cəlilabad rayonu, Eçara kəndində yerləşən məsciddə görmüş, həmin gün “Aşura” günü olduğundan məscidə getmiş, rayon mərkəzinə geri qayıtmaq üçün avtomobil lazım olduğundan Vüqardan onu da qayıdarkən düşürməsini xahiş etmiş, günorta saatlarında rayon mərkəzinə geri qayıtmışlar, avtomobildə olarkən Vüqarın Cəlilabad RPŞ-nin rəisi Polad Qarayevin onun başına gətirdiyi oyunlardan danışmış, hətta onu həbs etdirdiyini demiş, Cəlilabad rayonuna çatdıqdan sonra ayrılmışlar və bir daha görüşməmişlər, Vüqarı yalnız həbs olunduqdan sonra BMCMİ-nin X21 görmüş, onun nə üçün saxlanılmasından xəbəri olmamış, həmin şəxslərin adlarını tutulduğu 16 avqust 2024-cü il tarixdə axşam saatlarında bilmiş, həmin vaxt ona “Orxan” adlı şəxsin təqdim edilmiş və onun barəsində şikayət edən şəxslərdən birinin də həmin şəxs olması deyilmiş, lakin həmin şəxslə heç bir danışığı olmamış, özü əvvvəllər Gəncə Dövlət Universitetinin məzunu olmuş, burada olan işçilərlə bu səbəbdən əlaqəsi və tanışlığı olmuş, təxminən 2 il əvvəl GDU-ya qəbul imtahanı zamanı getmiş, bu zaman GDU-nun prorektoru olan Şahin Xurşudovu görmüş, onu uzun müddətdir ki, tanıyırmış, həmin zaman Şahin müəllim “Orxan” adlı işçisini ona təqdim etmiş və Orxanın onun köməkçisi olduğunu demiş, Orxanı həmin zaman tanımış, 2024-cü ildə Milli Mətbuat günündə Şahin Xurşudov ona zəng edərək onu təbrik etmiş və köməkçisi olan “Ruslan” adlı şəxsin onu təbrik edəcəyini demiş, həmin gün Ruslan ona zəng edib ona 50 manat pul göndərmiş, təxminən 20 gün sonra Ruslan yenidən əlaqə saxlayıb ona 50 manat pul göndərmiş, o, heç bir şey istəmədiyini desə də, Ruslan ona pul göndərmiş, nəticədə öz təşəkkürünü bildirmiş, bundan başqa ona yardımdan kənar pul göndərilməmiş, Şahin Xurşudov və ya onun köməkçiləri barəsində onda hər hansı bir ifşaedici məlumatlar olmamış və ya bu məlumatları əldə etmək üçün heç bir cəhd etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq, Zərərçəkmiş şəxs2 tanımasını, onun əvvəllər Cəlilabad Su-Kanal İdarəsində rəis vəzifəsində, hazırda isə Biləsuvar Su-Kanal İdarəsində rəis vəzifəsində çalışmasını, 6 il müddətdir ki, onu görmədiyini, yalnız 2023-cü ilin iyul ayında onu qardaşı oğlunun yas mərasimində gördüyünü, bu zaman ona burada baş sağlığı verdiyini, bundan başqa ondan heç bir halda hədə-qorxu ilə pul almadığını və onun barəsində heç bir rüsvayedici məlumatlara sahib olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq, Zərərçəkmiş şəxs3 Cəlilabad Rayon Mərkəzi Poçtun filialının müdiri vəzifəsində olmasını, yaxın dostluq münasibətinin olmasını, dəfələrlə birlikdə yeyibiçdiklərini, 2023-cü ildə babası Barat müəllimin hüzüründə də iştirak etdiyini, ona və digər ailə üzvlərinə baş sağlığı verdiyini, Novruz bayramı və Mətbuat günü ərəfəsində ondan heç nə istəmədiyi halda Vüsalın ona 20 manat pul verib, “get, otur, mənim hesabıma ye, iç” deməsini, barəsində heç bir rüsvayedici məlumatının olmamasını, onunla yalnız xoş münasibətdə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq, Zərərçəkmiş şəxs4 da tanımasını, onun uşaqlarının özünün işlədiyi məktəbdə oxuduqlarını, onun Cəlilabad rayonu Qaz-İstismar İdarəsində mühəndis vəzifəsində işlədiyini, ondan heç vaxt heç nə tələb etmədiyini, münasibətinin də yaxşı olmasını, Zərərçəkmiş şəxs4 onu dəfələrlə çay içmək üçün çayxanaya dəvət etdiyini, dəfələrlə Cəlilabad rayonunun mərkəzində yerləşən çayxanada oturub çay içdiklərini, onun barəsində heç bir rüsvayedici məlumata da sahib olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq, Zərərçəkmiş şəxs7 15 il müddətdir ki, X39 Təhsili mərkəzinin direktoru olmasını, ancaq bu illər ərzində onunla heç bir yaxınlığının olmamasını, 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab X27 rayonuna gəlməsini, onun bu zaman burada yerləşən Cəlilabad Peşə təhsil mərkəzinin açılışını etməsini, açılışda təhsil mərkəzinin direktoru olan Zərərçəkmiş şəxs7 da iştirak etməsini, bu zaman ona zəng edib onu bu münasibətlə təbrik etməsini, söhbət zamanı özünün işlədiyi məktəbdə olan şagirdlərin necə həmin təhsil mərkəzinə yönləndirmək barədə söhbət etdiklərini, bundan sonra onunla yaxın münasibətinin yarandığını, 2024-cü ildə Mətbuat günündə tanımadığı bir nəfər şəxsin gəlib ona 20 manat pul verdiyini və bu pulu Zərərçəkmiş şəxs7 göndərməsini dediyini, onunla “əmi-qardaşoğlu” münasibətində olmasını, buna görə də Zərərçəkmiş şəxs7 qarşı olan hər hansı bir qanunsuz hərəkətin onun özünü mənəvi cəhətdən sarsıtmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq, Zərərçəkmiş şəxs1 da 2024-cü ilin fevral ayından etibarən tanıdığını, həmin vaxt Sumqayıt şəhərinə qonaq gəldiyini, bu zaman Zərərçəkmiş şəxs1la tanış olmasını, onunla bundan sonra görüşməsə də, telefon əlaqəsi saxladığını, onun direktoru olduğu məktəbdə Şahid4 adlı tanışının işlədiyini, Vladimin də bu qadını işdən azad etmək fikrində olduğunu, Vladimə zəng edib həmin qadının Seçki komissiyasının katibi olmasını, Parlament seçkiləri başa çatana qədər xanımı işdən azad etməməsini xahiş etdiyini, bundan sonra Zərərçəkmiş şəxs1 ona olan xahişləri nəzərə almasını və xanımı işdən azad etmədiyini, ondan hər hansı bir formada pul almadığını, ona hədə-qorxu gəlmədiyini və onun barəsində heç bir rüsvayedici məlumata malik olmadığını bildirmişdir.

26. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, həmin ifadələri təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə təqsirinin olmadığını bildirərək, məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

27. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, «Türkün fəxri» qəzetinin müxbiri olmuş, qəzet gündəlik dərc olunmuşdur. 2023-cü ildə «Bölgə İnfo» saytında yazılar yazmışdır. 2011-ci ildə H.Əliyev adına «Körpələr Evi» Ramil Hadıyev tərəfindən ələ keçirilmiş, o, bununla bağlı məqalə yazmışdır. Belə ki, İcra Hakimiyyətinin İƏD üzrə nümayəndəsi olan Ramil Hadıyev “Bənövşə” uşaq bağçasının binasında "Texno" Tədris Mərkəzi yaratmışdır, o, bununla bağlı məqalə yazdıqdan sonra İcra Hakimiyyətinin vəzifəli şəxsləri zəng vuraraq ona təzyiqlər etmişlər. 2023-cü ildə oktyabr ayının 24-də onu polis şöbəsinə çağırmışlar, o, şöbəyə getmiş, rəis ona bu məsələ ilə əlaqədar yazı yazmamasını demiş və yazdığı yazıları silməsini tələb etmişdir, 2024-cü ilin əvvəllərində polis rəisi yenə onu çağırmışdır, polis əməkdaşları ona şöbədə fiziki təsir göstərərək, onu məhkəməyə çıxarmışlar və barəsində İXM-nin 510 və 535-ci maddələri ilə ona 20 sutka inzibati həbs verdirmişlər. Ondan sonra yenə ona təzyiqlər olmuş, Cəlilabad rayon icra başçısı barədə olan yazıları silməyini ondan tələb etmişlər. Daha sonra onu bir dəfə də polis şöbəsinə çağırmışlar, o, getməmişdir, ən sonda isə polislər onu tutaraq BMCMİ-yə gətirmişlər. İdarəyə gətirdikdən sonra ondan Təqsirləndirilən şəxs1 tanıyıb-tanımadığını soruşmuşlar, o isə tanımadığını bildirmişdir, bir gün həmin idarədə saxlamışlar, sonrakı gün onu məhkəməyə aparanda orada Təqsirləndirilən şəxs1 görmüşdür.

28. Təqsirləndirilən şəxs məhkəmə iclasında proses iştirakçıları və məhkəmə tərəfindən ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 BMCMİ-də olarkən ona göstərmişlər, o isə tanımadığını demişdir. Belə ki, o, Vüsalı görməmiş, bir dəfə Vüsala mesaj yazaraq, şəxsiyyət vəsiqəsi göndərmiş, süd pulu ilə bağlı maraqlanmışdır. Digər zərərçəkmiş şəxs bələdiyyə sədri Fəxrəddini əvvəlcədən tanımış, bir nəfər şikayətçi vətəndaş ilə onun yanına gedib, ona vətəndaşdan torpağı özəlləşdirmək üçün 60000 manat pul istəməsi ilə bağlı onunla danışmışdır. Onun haqqında nəsə yazı yazmamışdır. Başqa bir səhifəsində Bakıxanovda qəbristanlıqda ağacların qəbir daşlarının üzərinə tökülməsi barədə video paylaşmışdır. Digər zərərçəkmiş şəxs bağça müdiri Zərərçəkmiş şəxs8 ilə bağlı heç nə paylaşmamışdır. Orada qəbul üçün əvvəlcədən 200 manat pul alındığını eşitmiş, tanış işçinin vasitəsi ilə bağçada olanları öyrənmişdir. O, müdirin köməkçisinə zəng etmiş, «uşağı bağçaya qoymaq istəyirəm, 200 manat pul müqabilində edə bilərsiz» deyə soruşmuşdur, onlar da onun valideyn olubolmadığını soruşmuşlar, daha sonra restoranın qarşısında görüşüb pulu onlara vermişdir. 200 manat pulu verməkdə məqsədi aldığı məlumatı həqiqətən dəqiqləşdirmək olmuşdur. O, öz pulu olan 200 manatı vermiş, daha sonra bu barədə video hazırlayaraq sosial şəbəkədə paylaşmışdır. Qeyd etmişdir ki, o, aldığı məlumat haqqında araşdırma etmişdir. O, bağça rəhbərliyinə və onun köməkçisinə öz verdiyi 200 manat pulun qaytarılması ilə bağlı yazmış, öz verdiyi pulu istəmişdir. Onlar da vətəndaşdan aldıqları 300 manatı da ona qaytarmışlar. Digər Zərərçəkmiş şəxs10 görməmiş, tanımamışdır. İlk dəfə Elvini BMCMİ-də görmüşdür, o, “Azərişıq”dan heç nə paylaşmamışdır. Digər zərərçəkən Fəxrəddinlə iki dəfə görüşmüş, Fəxrəddin ona heç nə verməmiş, o da Fəxrəddindən nə isə almamışdır. O, daim hüquq pozuntuları ilə bağlı hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Məsələn, vətəndaş rüşvətlə bağlı prokurorluğa müraciət etdiyini ona deyib, o da həmin şikayəti ictimailəşdirmişdir. Vətəndaş şəxsən özü videoçəkiliş istəmiş, o da etmişdir. O, rəsmi olaraq heç yerdə işləmir, günlük 28 manata icarə haqqı olan avtomobil maşın götürərək, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun jurnalist təhsili olmamışdır. O, qardaşı ilə yaşamışdır. Cəlilabadın polis şöbəsinin rəisi onu çağıranda da o, Bakıda yaşayırmış. İş üzrə Şahid1 digər Şahid4 ilə tanış olmuşlar. O, başqa bir adamdan pul alıb Aynurun kartına göndərmişdir. Daha sonra Aynur, onun da pulunu Liananın kartına atıb, ümumilikdə 500 manat. O, Aynura əvvəlcədən demişdir ki, onun öz pulunu öz kartına atsın. Bağça barədə video və yazı paylaşacağını Aynura demiş, lakin paylaşmamışdır. Daha sonra qeyd etmişdir ki, Sadıqov Ramillə pul vermə barədə heç nə danışmamış, Ramil ona heç nə verməmişdir. Zərərçəkmiş şəxs7 tanımamış, Zərərçəkmiş şəxs4 tanımamışdır, əgər görsə bəlkə tanıyar. Sadıqov Ramil onlardan pul alma barədə ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs3 poçt müdiri kimi tanımışdır. O, Təqsirləndirilən şəxs1lə heç bir idarəyə getməmişdir. 16 avqust 2024-cü il tarixdə saxlanılmış, saxlanıldığı gün BMCMİ-yə aparılmışdır. Ondan Təqsirləndirilən şəxs1 tanıyıb-tanımamağını soruşmuşlar. İbtidai istintaq zamnı o, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Elməddin Cəfərovla üzləşdiyini bildirmişdir.

29. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

30. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində (cild İ, iş vərəqə 231-234) göstərmişdir ki, facebook sosial şəbəkəsində xəbər səhifələri açıb işlətmiş, bir neçə ildir ki, “bölgeinfo” səhifəsini işlədirmiş, günlük xəbərləri bu səhifədə paylaşırmış, Təqsirləndirilən şəxs1 onun anasının uzaq qohumlarından biridir, lakin onunla heç bir yaxın əlaqəsi olmamış, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs1 ərizəsi ilə tanış olmuş, lakin ilk dəfə imiş ki, onun adını eşidirmiş, həmin şəxslə heç bir telefon əlaqəsi saxlamamış və Təqsirləndirilən şəxs1 da ondan hansı məqsədlə, nə qədər pul almasından xəbərsizdir, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs2 şikayəti ilə tanış olmuş, Zaur 2023-cü ildə onun barəsində sosial şəbəkələrdə yazı yazmış, bu yazıda xoşagəlməz ifadələr olmuş, onun barəsində həqiqətəuyğun məzmunda paylaşımlar etmiş, Zaur öz qohumunu döymüş, bu xəbəri də başqa saytlardan götürüb paylaşmış, lakin daha sonra Zərərçəkmiş şəxs2la danışmamış, Zaurun onu şərlədiyi barədə heç bir məlumatı olmamış, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs3 ilə də bir dəfə facebook-da danışmış, ona övladına süd pulu verilmədiyini, bankdan poçta göndərildiyini, lakin poçtdan ona pul verilmədiyini demiş, o da cavab olaraq sistemdən yoxlayıb pulun hələ poçta çatmadığını demiş, sonra isə qeyd olunan pulu gedib bankdan götürmüş, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs4, Kamil Məhəmmədli, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 da ərizələri ilə tanış olmuş, həmin şəxsləri ümumiyyətlə tanımamış, onların Təqsirləndirilən şəxs1 ilə aralarında olan məsələlərin heç birindən xəbərdar olmamışdır. Cinayət işi materiallarında olan digər ifadəsində (cild İİ, i.v. 126-129) Təqsirləndirilən şəxs2 bildirmişdir ki, X5 müraciəti ilə tanış olmuş, 2023-cü ilin dekabr ayının ortalarında Şahin Nəsirovun müraciəti əsasında çəkiliş aparmağa başlamaq istəmiş, Şahin Nəsirovun dediyi ifadələrə uyğun olaraq Fəxrəddin Cəfərovun yanına getmiş, Fəxrəddin Cəfərov isə deyilən halla bağlı sadalanan iddianı təkzib edib 60.000 manat pul istəmədiyini demiş, daha sonra Şahinin iştirakı ilə videoçəkiliş etmiş, qeyd edilən videoçəkilişi öz səhifəsində paylaşmış, Şahinin özü videoda, Fəxrəddin Cəfərovun yalan danışmasını və ondan 60.000 manat pul istədiyini demiş, bundan sonra Fəxrəddinin özü ona zəng etmiş və onunla görüşmək istədiyini demiş, onunla görüşmüş, ona burada deyilən fikirlərin onun öz fikri olmadığını, bunu Şahin Nəsirovun videoda özünün dediyini bildirmiş, bundan sonra sağollaşmışlar, daha sonra Şahin Nəsirov onunla yenidən əlaqə saxlayıb müxtəlif şəxslər tərəfindən təhdid olunmasını və yenidən fikirlərinin işıqlandırılmasını istəmiş, bundan sonra yenə də həmin şəxsin (Şahin Nəsirovun) dediyi fikirlər barədə paylaşım etmiş, daha sonra ona tanımadığı şəxsdən unutduğu nömrədən zəng gəlmiş və paylaşımları pul qarşılığında silməyi istənilmiş, bu təkliflə razılaşmamış, Fəxrəddin Cəfərovun onun barəsində nə üçün şikayət etdiyini başa düşməmiş, həmin şəxsdən hədə-qorxu ilə tələb etmə yolu ilə heç bir zaman 100 manat pul istəməmiş və almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq, Zərərçəkmiş şəxs9 da müraciəti ilə tanış olduğunu, müraciətdə səslənən fikirləri qəbul etmədiyini, onun niyə şikayət etdiyini başa düşmədiyini, həmin şəxsdən hədə-qorxu ilə tələb etmə yolu ilə heç bir zaman 50 manat pul istəmədiyini, nə də ki, almadığını bildirmiş, sadəcə olaraq ərazidə olan tullantıların videosunu öz səhifəsində paylaşdığını, bundan sonra Ramiz müəllim özü ona zəng edib tullantıların onların ərazisinə aid olmadığını, aidiyyəti sahə üzrə tapşırıq verdiyini dediyini, qısa müddət sonra ərazinin təmizləndiyini və bu barədə çəkilmiş videonun da Ramiz müəllimin ona göndərdiyini, bundan sonra həmin videonu da öz səhifəsində paylaşdığını, bundan sonra Ramiz müəllim ondan bank kartı nömrəsi istəməsini, onun bu mesajına cavab vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq, Zərərçəkmiş şəxs8 müraciəti ilə tanış olduğunu, ona “Liana” adlı tanıdığı qadının bu barədə məlumat verməsini, Mehriban xanımın işlədiyi bağçada rüşvət almaqla məşğul olmasını, bundan sonra Mehriban xanımı tanımış olmasını, Zərərçəkmiş şəxs8 öz ifadəsində yalan danışdığını, onun rüşvət alması barədə ona məlumat daxil olduqdan sonra onun barəsində məlumat toplayıb öz səhifəsində yayınlamaq fikrinə gəldiyini, bundan sonra onun əməllərini ifşa etməyə başladığını, bundan sonra başqa bir şəxsin övladının onda olan şəxsiyyət vəsiqəsini Mehriban xanıma göndərdiyini, onun da, bundan sonra özünün məzuniyyətdə olmasını, uşağın ilkin olaraq sağlamlıq arayışı almasının lazım olmasını dediyini, ona cavab olaraq, arayışı özünün alıb-ala bilməyəcəyini soruşduğunu, Mehriban xanımın ona cavab olaraq, bir tanışı olmasını, onun köməkliyi ilə arayışı özünün də ala biləcəyini dediyini, bundan sonra Mehriban xanımın işlədiyi bağçaya getdiyini, burada tanımadığı qadının ondan ümumilikdə 200 manat pul istədiyini, onların çirkin əməllərini ifşa etmək üçün onlarla razılaşdığını, daha sonra Mehriban xanımla 20 Yanvar metrosunun yanında, Badi-Səba restoranının qarşısında görüşdüyünü, daha sonra bu görüşdə Mehriban xanım ona bank kartının nömrəsini dediyini və ona burada 200 manat pul göndərdiyini və sağollaşdıqlarını, bundan sonra Mehriban xanıma mesaj yazaraq, qanunsuz olaraq ondan 200 manat və Liana Allahverdiyevadan 500 manat pul almış olmasını dediyini, Mehriban xanım da cavab olaraq, barəsində müvafiq orqanlara şikayət edəcəyini dediyini, onun əməllərini etiraf etmədiyini görüb onun barəsində düzəltdiyi videonu ona göndərdiyini, lakin onun hələ də Liana Allahverdiyevadan və onun özündən aldığı pulları geri qaytarmaq istəmədiyini, danışıqlardan sonra Mehriban xanım ilkin olaraq ona aldığı 200 manat pulu göndərdiyini, daha sonra isə Liana Allahverdiyadan da aldığı 500 manat pulu geri qaytarmasını istədiyini, lakin Zərərçəkmiş şəxs8 bu pulu qaytarmaq istəmədiyini, bu vəziyyəti görüb “bölgeinfo” səhifəsində xanımın videosunu paylaşdığını, bu videodan sonra isə Mehriban xanım Liananın kartına 500 manat pulu göndərdiyini, bundan sonra bir neçə adlarını unutduğu jurnalistlərin ona zəng vurub videonu silməyini istədiklərini, paylaşdığı videonu bundan sonra sildiyini, Zərərçəkmiş şəxs8 yalan danışmasını, onun Liana Allahverdiyadan aldığı 500 manat pulu onun öz kartına göndərdiyini bildirmişdir.

31. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2, həmin ifadələri təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə onun təqsirinin olmadığını nəzərə alıb, məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

32. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

33. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

34. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2009-2010-cu illərdə X2 rəisi vəzifəsində çalışmış, o vaxtdan Təqsirləndirilən şəxs1 tanımışdır. 2024-cü ilin yay aylarında Biləsuvar RPŞ-nin rəis müavini ona zəng edərək «rəis səninlə danışmaq istəyir» demiş, o isə şöbəyə getmiş, ora çatanda BMCMİ-nin generalı səni çağırır deyə bildirərək, onu Bakı şəhərinə aparmışlar, telefonunu əlindən almışlar, o, çox stress keçirtmişdir, daha sonra ondan Təqsirləndirilən şəxs1 tanıyıb-tanımadığını soruşmuşlar, o isə tanıdığını bildirmişdir. Bir müddət sonra onun halı pisləşdiyindən təcili tibbi yardım briqadası çağırmışlar.

35. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən ona verilən sualları cavablayan Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1lə görüşdüyü vaxtlarda Təqsirləndirilən şəxs2 Ramilə zəng etmiş telefonla danışmışlar, o da Vüqarı elə tanımışdır. Təqsirləndirilən şəxs1 ondan 50 manat toya getmək üçün borc pul istəmiş, o da vermişdir, Ramil həmin pulu sonradan qaytarmışdır. Bir dəfə Təqsirləndirilən şəxs1 yanında övladını görəndə onun cibinə pul qoymuşdur, çünki Ramillə dost olmuşdur. O, qeyd etmişdir ki, iki dəfə BMCMİ-yə getmişdir. İstintaq vaxtı verdiyi ifadəsini oxumamışdır, oxusaydı imza etməzdi. Əgər o həmin ifadəni imzalamasaydı, onu həmin idarədən buraxmazdılar. Təqsirləndirilən şəxs1 dövlətə qarşı heç bir yazısı olmayıb, əgər olsaydı o, özünü bağışlamazdı. O, qeyd etmişdir ki, 3-cü qrup əlildir. 2024-cü ildə Biləsuvar Su kanalının rəisi vəzifəsində çalışırdı, həmin vaxt zəng edib onu BMCMİ-yə çağırmışlar, ona 2 vərəq vermişlər və olanları yazmasını istəmişlər, o isə Ramilin ondan 50 manat toya getmək üçün borc pul istədiyini bildirmiş və daha sonra həmin pulu qaytardığını onlara demiş, daha sonra bir neçə dəfə isə 20-30 manat yardım etdiyini bildirmişdir. O, daha sonra kompüterdə yazılana imza etmişdir, orada yazılan ifadəsini xatırlamır. Zərərçəkmiş şəxs, Vüqarın ondan yazını silmək üçün pul istəmədiyini qeyd etmişdir. O, Təqsirləndirilən şəxs1 onu hədələmədiyini və pul tələb etmədiyini qeyd etmişdir. Həmçinin, o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 150 manat pul verməmiş, yalnız Ramilə 50 manat borc, 15-20 manat isə köməklik üçün pullar vermişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığını bildirmişdir.

36. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Təqsirləndirilən şəxs1 tanıyır, Ramil onunla bağlı məqalə dərc etməmişdir. Yay aylarında əsəbi olduğu üçün Ramildən şikayət etmişdir, hazırda onunla bağlı şikayət və tələbi yoxdur. Ona çoxlu zənglər gəldiyi üçün o, əsəbləşib şikayət etmişdir. Təqsirləndirilən şəxs1 ona müəyyən köməkliklər etmişdir. Hətta o, düşünür ki, Təqsirləndirilən şəxs1 ona ziyandan çox xeyri olub. Təqsirləndirilən şəxs1 vasitəsi ilə digər sayt rəhbərləri ilə əlaqəyə keçib, onların yazdıqları xəbərləri sildirmişdir. O, Ramilə göndərdiyi pulların müəyyən hissələri digər sayt rəhbərlərinə çatdırmaq üçün olub.

37. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən ona verilən sualları cavablayan Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 tanımır, onunla bağlı şikayəti yoxdur. Təqsirləndirilən şəxs1lə 12 ildir ki, münasibəti var, Ramil ondan köməklik göstərməsini xahiş etmiş, o da köməklik etmişdir. Çünki, Ramillə şəxsi münasibətləri olmuşdur, o, özü olmadığından Ramil sonuncu dəfə Şəmistandan pul götürüb. Hazırda onun heç bir şikayət və ya tələbi yoxdur. Suallara cavab olaraq qeyd etmişdir ki, saytlar onu bezdirdiyi üçün Ramillə əlaqəli olduğunu düşünüb, əsəbləşib şikayət etmişdir. O, özü gedib BMCMİ-də şikayət etmişdir. Getməzdən öncə ona zənglər olmuşdur. Təqsirləndirilən şəxs1 verdiyi pulların məbləği ilə bağlı təxmini rəqəmlər yazmışdır, hesab edir ki, ümumi məbləğ 4000 manatdan az olar. Ramillə münasibətləri yaxşı olmuş, bayramlarda təbrikləşmişlər. Onun adından olan şikayət ərizəsini yazmışlar, o isə ərizənin məzmunu ilə oxuyub, tanış olub, imza etmişdir. İbtidai istintaq zamanı Ramillə üzləşməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2la tanışlığı yoxdur, Vüqar ona bir dəfə süd pulu ilə bağlı yazmışdır. Sonda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir.

38. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Gəncə Dövlət Universitetinin yataqxanasının direktor müavini işləyir, Təqsirləndirilən şəxs1 Gəncə Dövlət Universitetinin məzunu olub, həmçinin həmin universitetdə doktorantdır. Jurnalistlərin peşə bayramı günü zəng etmiş, bayram münasibətilə ondan pul istəmiş, o isə 100 manat pul göndərmişdir, əslində birbaşa istəmirmiş, təzyiq etmirmiş, sadəcə bayram qabağı zənglər edirmiş. Onun Təqsirləndirilən şəxs1 pul göndərməkdə məqsədi o olmuşdur ki, saytda hər hansı neqativ məlumatın dərc olunmasını istəməmişdir. Təqsirləndirilən şəxs1 kömək məqsədilə 50-100 manat pul vermişdir. Gəncə Dövlət Universitetinin əsas korpusunu ona həvalə etmişdilər. Yataqxanada qız-oğlan bir qalırlar və yataqxana barəsində çıxan hər bir xəbərə buna görə həssas yanaşırmışlar. Ona BMCMİ-dən zəng edib Bakıya çağırmışlar, orada Təqsirləndirilən şəxs1 pul verməsi barədə soruşmuşlar, o isə Təqsirləndirilən şəxs1 uşağı xəstə olarkən 150 manat kömək etdiyini bildirmişdir.

39. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən ona verilən sualları cavablayan Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 iki ilə yaxındır ki, tanımışdır, belə ki, universitetdə ictimaiyyət üçün açıq qapı günləri olmuş, universitet rəhbərliyi imtahan vaxtları obyektivliyi müşahidə etmək üçün ictimaiyyətdən nümayəndələr, o cümlədən mediadan jurnalistlər də dəvət etmişlər, Təqsirləndirilən şəxs1 da özü gəlmişdir, universitetdə imtahan zamanı baxışa gəldiyi vaxtdan onu tanıyır. Bəzi vaxtlarda universitetin tədris üzrə prorektoru işləyən Şahin müəllim Ramili dəvət etmişdir. Təqsirləndirilən şəxs1 ona birbaşa olaraq “pul göndərməsən hər hansı məlumatı saytda dərc edəcəm” deməmişdir, lakin bayram qabağı zəng edərək, “nə qulluq?” deyə soruşub, ondan pul ummuşdur. O da cibindən 100 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs1 Gəncə Dövlət Universiteti barədə neqativ yazılar dərc etmişdir. 2023-2024-cü illər ərzində 50-100 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs1 bir neqativ məlumat yazanda bir-iki müsbət məlumat da yazırmış. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə şəxsi münasibəti olmamış, Vüqarı Ramil vasitəsi ilə tanımışdır. Ramil ondan pul istəyəndə “100 və ya 150 manat göndərə bilərsən?” deyə soruşurmuş, çünki tək olmadığını, köməkçisi və komandası olduğunu bildirmişdir. Köməkçisi deyəndə Təqsirləndirilən şəxs2 nəzərdə tutmuşdur. O, pulları Ramilin kartına göndərmişdir, konkret pul məbləği olmamış, gücü çata biləcək qədər göndərmişdir. Məsələn, Ramil ona desəydi 500 manat pul göndər, o pulu göndərməzdi, nə istəyirsən yaz deyə ona bildirərdi, lakin Ramil ondan böyük məbləğ istəməmişdir. O, heç vaxt Vüqarla danışmamış, ona birbaşa pul göndərməmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, onun da barəsində müxtəlif xəbərlər paylaşılmışdır, məsələn yazmışlar ki, o, hərbi xidmətə getməmişdir. Ona BMCMİ-dən zəng gəlmiş, Bakıya gəlməli olduğu bildirilmiş, o da getmiş, orada kartda olan pul göndərişləri barədə məlumatlar qarşısına qoyulmuş, o da pulları göndərdiyini təsdiq etmişdir. BMCMİ-də olan ərizəni şəxsən özü yazmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs1 pulu onun barəsində neqativ yazı yazacağından qorxub, ehtiyat etdiyi üçün göndərmişdir.

40. Məhkəmə istintaqı zamanı zərərçəkən Zərərçəkmiş şəxs5 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və ya tələbinin olmadığını bildirmişdir.

41. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Gəncə Dövlət Universitetinin tarix fakultəsinin ümumi kafedrasında kabinet müdiri işləyir, əvvəllər nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 üzdən tanımamışdır, Bakı şəhərində ibtidai istintaq vaxtı üzləşdirmə istintaq hərəkətində onları görərək, üzdən tanımışdır. Təqsirləndirilən şəxs1 onun barəsində rüsvayedici məlumat yayacağını dediyi üçün, o, iki dəfə, hər birində 50 manat olmaqla, cəmi 100 manat Təqsirləndirilən şəxs1 pul vermişdir.

42. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən ona verilən sualları cavablayan Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Ramil ona «WhatsApp» vasitəsi ilə zəng etmiş, özü prorektor köməkçisi olduğundan, onun əlaqə nömrəsini tapmaq çətin deyil, Ramil də onun nömrəsini tapıb zəng vurmuş, ona Gəncə Dövlət Universiteti haqqında neqativ məlumatlar yayacağını bildirmişdir, o isə Ramilə bunu etməməsi üçün pul göndərmişdir. 2024-cü ilin may ayında 1-ci dəfə Ramilə “Milliön” ödəmə terminalı vasitəsi ilə 50 manat, 2-ci dəfə ona zəng etdiyi üçün yenə Ramilə 50 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs1 ona ikinci dəfə də zəng edəndə, yenə eyni sözləri deyərək, Universitet haqqında neqativ məlumatlar yayacağını bildirmişdir. O, kabinet müdiri, prorektor köməkçisidir, universitetə və nüfuzuna xələl gəlməsin deyə Ramilə pul göndərmişdir. Ona verilən suallara cavab olaraq zərəçəkmiş şəxs qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 onun barəsində heç bir sosial şəbəkədə və ya qəzetdə məlumat paylaşmamışdır, elə məhz ona görə Ramilə pul göndərmişdir ki, haqqında məlumat paylaşılmasın. Daha sonra qeyd etmişdir ki, Bakı şəhərindən ona zəng gəlmiş, o da getmişdir, nə zaman getdiyini dəqiq xatırlamır, o, ifadə vermiş, ifadəsini kompüterdə yazmışlar, o isə oxuyub tanış olduqdan sonra imza etmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ona barəsində rüsvayedi məlumat yayacağını dediyi üçün məcbur olub ona pul vermişdir, Ramilin azyaşlı uşaqlarını nəzərə alaraq, şikayətini geri götürə bilər. Daha sonra suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanımamışdır.

43. Məhkəmə istintaqı zamanı zərərçəkən Zərərçəkmiş şəxs6 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və ya tələbinin olmadığını bildirmişdir.

44. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, X39 Məktəbinin direktorudur, 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs1 ona çoxlu zənglər gəlmişdir, o, Təqsirləndirilən şəxs1 ilə danışmışdır, Ramil onun barəsində sosial şəbəkələrdə şantaj xarakterli məlumatlar yerləşdirəcəklərini demişdir. O, artıq fərqinə varmışdır ki, ondan pul tələb edirlər. Məcbur olub razılaşmış, nağd formada 100 və 50 manat pul vermişdir ki, saytlarda onun haqqında rüsvayedici məlumatlar olmasın. Pulu Ramilə vermişdir ki, məktəbin adını saytlarda hallandırmasın.

45. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən ona verilən sualları cavablayan Zərərçəkmiş şəxs7 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 3 ildir ki, müəllim kimi tanıyır, bayramlarda Ramil onu təbrik etmişdir. Ramil onun barəsində yazı yazarkən Vüqarın adını hallandırırmış, lakin o, Vüqarı tanımamışdır. Pulu Ramilə rayonda H.Əliyev prospektində vermiş, bu zaman yanında heç kim olmamışdır. Pulu verməsinə səbəb Ramilin məktəb barəsində rüsvayedici yazılar yazmasını istəməməsi olmuşdur. Həmçinin o, qeyd etmişdir ki, şəxsi istifadə və ya kömək məqsədi ilə Ramilə pul verməmişdir. Digər sualları cavablandıraraq zərərçəkmiş şəxs bildirmişdir ki, ona çoxlu zənglər gəldiyi üçün o, bezmiş və Ramildən şikayət etmişdir. Digər şikayətçilərdən isə xəbəri olmamışdır. Ona, BMCMİdən zəng edib çağırmışlar, o, məhkəmə istintaqı zamanı dediklərini orada da demiş və şikayət ərizəsində yazmışdır. Pulu 2024-cü ilin yay aylarında vermişdir. Sosial şbəkələrdə onun özü və məktəb haqqında yazıların, məlumatların olmasını istəməmişdir.

46. Məhkəmə istintaqı zamanı zərərçəkən Zərərçəkmiş şəxs7 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, Təqsirləndirilən şəxs1 ilə barışmadığını, ondan şikayətçi olduğunu və barəsində qanuna müvafiq hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir.

47. Zərərçəkmiş şəxs1 səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və iş materialları - cild 1, 86-89-cu vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2023-cü ilin aprel ayının 14-dən “Sumqayıt şəhər Evdə fərdi təhsil” məktəbinə direktor vəzifəsinə təyin olunmuş, 2023-cü ilin sentyabr ayında “turantv.az” saytında barəsində, eləcə də direktor vəzifəsində çalışdığı “Sumqayıt şəhər Evdə fərdi təhsil” məktəbi barəsində həqiqətə uyğun olmayan, rüsvayedici məlumatların yazıldığını aşkar etmiş, bu saytda guya ki, onun özünün məktəbi idarə etmədiyi, məktəbi idarə edən şəxsin onun həyat yoldaşı olması, həmçinin onun məktəbdə işləyən müəllimlərə dərslərin saatını satdığı, kim istəsə ondan bu dərs saatlarını aldığı, dərs saatlarının çox olmasının da onların maaşına təsir etdiyi yazılmış, bundan sonra araşdırma apararaq həmin saytın idarəçisi, sonradan adını Təqsirləndirilən şəxs1 kimi bildiyi şəxsin mobil nömrəsini taparaq onunla əlaqə saxlamış, həmin şəxslə danışıq zamanı ondan nə üçün onun və çalışdığı məktəb barəsində həqiqətə uyğun olmayan xəbərlər paylaşdığını soruşmuş, həmin şəxs isə ona həmin xəbərləri başqa bir xəbər saytından əldə etdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 paylaşdığı məqaləni silməsini xahiş etmiş, lakin həmin şəxs məqaləni silə bilməyəcəyini bildirərək onu rədd etmiş, bu məsələ qeyd etdiyi kimi yarımçıq vəziyyətdə qalmış, o, (Təqsirləndirilən şəxs1) paylaşımları silməmiş, lakin yeni paylaşımlar etməyi də dayandırmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində əlavə olaraq 2023-cü ilin dekabr ayında “Sumqayıt şəhər Evdə fərdi təhsil” məktəbində təsərrüfat müdiri vəzifəsində çalışan Şahid4 çalışdığı ştat vəzifəsinin ixtisara düşməsi səbəbindən tutduğu vəzifədən kənarlaşdırmaq istədiyini, həmin ərəfədə Təqsirləndirilən şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Şahid4 ilə tanış olduqlarını və onu vəzifədən kənarlaşdırmamasını istəmiş, əks təqdirdə onun və direktoru olduğu “Sumqayıt şəhər Evdə fərdi təhsil” məktəbi barəsində yenidən xəbər saytında rüsvayedici məlumatlar yayacağını bildirərək ona hədə-qorxu gəldiyini, lakin onun paylaşacağı yeni rüsvayedici məlumatların nə barədə olacağını demədiyini, Təqsirləndirilən şəxs1 nəsə paylaşım etsə həmin xəbərə uyğun başqa xəbər saytlarının da onun barəsində rüsvayedici məlumatları çoxaldıb yaya biləcəyini düşünərək işini itirməkdən qorxduğundan və Təqsirləndirilən şəxs1 ona hədə-qorxu gəlməsindən qorxaraq həmin şəxsin dediyini etdiyini, yəni ki, Şahid4 vəzifəsində saxladığını, onu ixtisara vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində əlavə olaraq, 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs1 onunla təkrar əlaqə saxlayaraq onun və direktoru olduğu məktəb barəsində yenidən öz xəbər saytında işgüzar nüfuzuna xələl gətirəcək məlumatlar paylaşacağı ilə hədələyərək ondan 50 manat pul tələb etdiyini, onun yenə də bu rüsvayedici məlumatların nədən ibarət olmasını ona bildirmədiyini, sol böyrəyi uzun illərdir ki, əməliyyatla götürüldüyü üçün adi bir hədən belə olsa, çox həyəcanlandığını, təzyiqinin qalxdığını, bunun da onun sağlamlığı üçün çox təhlükəli olduğunu, Ramilin də ola bilsin ki, bundan məlumatlı olduğunu, onu belə hədələrlə təhdid etdiyini, bundan sonra Ramilin hədə-qorxu gəlməyi ilə razılaşdığını və ona 50 manat pul ödəmək istədiyini, daha sonra özünün bank kartına pul göndərə bilmədiyi üçün məcbur olub tanışı Şahid2 Təqsirləndirilən şəxs1 ona verdiyi kart hesabına 50 manat pul göndərməsini xahiş etdiyini, tanışı Şahid2 pulu mobil tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs1 kart hesabına göndərdiyi üçün onun özündə həmin pul köçürmə əməliyyatı ilə bağlı hər hansı bir qəbz olmadığını, bundan sonra Ramilin ona, artıq barəsində heç bir rüsvayedici məlumat paylaşmayacağını dediyini, 2024-cü ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxladığını və həmin vaxt ona müalicədə olduğunu, avqust ayının ortalarında işə çıxacağını bildirdiyini, həmin ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs1 onunla təkrar telefon vasitəsi ilə əlaqə saxlayaraq işə çıxmasıyla bağlı maraqlandığını, həmin şəxsin yenidən ona hədə-qorxu gələrək müəyyən məbləğdə pulunu alacağından qorxduğu üçün onun barəsində şikayət etmək qərarına gəldiyini, Təqsirləndirilən şəxs1 ödədiyi 50 manat pulu ona verdiyini təsdiq edə biləcək başqa bir şahidinin olmadığını, sadəcə olaraq Şahid2 Təqsirləndirilən şəxs1 ona göndərdiyi bank kartına 50 manat pul göndərməsini xahiş etdiyini bildirmişdir (C. İ, i.v. 86-89). İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa verdiyi əlavə ifadəsində, istintaq zamanı verdiyi ilkin ifadəni bir daha təsdiq etdiyini, ilkin ifadəsində həyəcanlı olduğu üçün hər hansı bir xüsusatı yanlış qeyd edə biləcəyini, ilkin ifadəsində 2023-cü ilin sentyabr ayından etibarən “turan tv” səhifəsində barəsində əsassız, rüsvayedici paylaşımlar edilməsini qeyd etməsini, lakin veb səhifələrə baxış zamanı barəsində olan xəbərlərin müxtəlif səhifələrdə paylaşıldığının göründüyünü, Təqsirləndirilən şəxs1 ilkin olaraq öz idarə etdiyi veb səhifədə barəsində hazırladığı həmin xəbərləri paylaşdığını, daha sonra həmin xəbərlərin silinməsini ondan xahiş etdiyini, Ramilin də cavab olaraq, məqaləni silə bilməyəcəyini bildirərək onu rədd etdiyini, bu məsələnin yarımçıq vəziyyətdə qeyd etdiyi kimi qaldığını, Ramilin paylaşımları silmədiyini, lakin yeni paylaşımlar etməyi öz səhifəsində dayandırdığını, buna baxmayaraq digər xəbər saytları barəsində olan həmin əsasız xəbərləri Ramilin səhifəsindən götürüb paylaşmağa davam etdiklərini, hazırda Təqsirləndirilən şəxs1 idarə etdiyi internet səhifəsi veb səhifələr arasında görünməsə də, eyni məqalənin digər xəbər saytlarında qaldığını, Şahid4 işdən kənarlaşmaması üçün Təqsirləndirilən şəxs1 tərəfindən ona qarşı olunan hədə-qorxulardan xəbərsiz olduğunu, Ramilin özünün ona zəng edib onu hədələmiş olmasını, Ramilin onu hədələyib, 3-4 ay əvvəl olduğu kimi barəsində olan əsassız xəbərləri məqalə halında hazırlayıb öz səhifəsində paylaşacaq olmasını, bundan sonra yenə də fərqli səhifələrin qeyd olunan xəbərləri paylaşmağa davam edəcək olmasını dediyini, bundan sonra işgüzar nüfuzumdan qorxub onun dediyini elədiyini və Şahid4 işdə saxladığını, konkret olaraq 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs1 onunla təkrar əlaqə saxlayaraq onun və direktoru olduğum məktəb barəsində yenidən öz xəbər saytında işgüzar nüfuzuna xələl gətirəcək məlumatlar paylaşacağı ilə hədələyərək ondan 50 manat pul tələb etdiyini, buna görə ona 50 manat göndərməyə razı olduğunu, daha sonra Təqsirləndirilən şəxs1 ona öz adına olmayan bir bank kartı nömrəsi dediyini, onun da bu kart nömrəsini tanışı Şahid2 verdiyini və ondan Təqsirləndirilən şəxs1 ona verdiyi kart hesabına 50 manat pul göndərməsini xahiş etdiyini, tanışım Şahid2 pulu mobil tətbiq vasitəsi ilə 2024-cü ilin iyul ayının sonunda Sumqayıt şəhərində olarkən Təqsirləndirilən şəxs1 verdiyi kart hesabına göndərdiyi üçün onda həmin pul köçürmə əməliyyatı ilə bağlı hər hansı bir qəbz olmadığını, bundan sonra Təqsirləndirilən şəxs1 ona, artıq barəsində heç bir rüsvayedici məlumat paylaşmayacaq olmasını, öz səhifəsində paylaşılan məlumatları da siləcək olmasını dediyini, sonraki tarixlərdə Ramilin yenə onu hədələyib barəsində məqalələr hazırlayacağını zəng edib bildirdiyini, artıq bundan sonra polis orqanlarına müraciət etmək qərarına gəldiyini, Təqsirləndirilən şəxs2 tanımadığını və Təqsirləndirilən şəxs1 belə bir şəxsin adını ona demədiyini bildirmişdir. (C. İİİ, 95-98)

48. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 şikayət və ya tələbinin olmadığını, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

49. Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarına səhhəti ilə əlaqədar gələ bilməmiş, teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və iş materialları - cild 1, 116-119-cu vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 3 ilə yaxındır ki, Cəlilabad rayonunda yerləşən məktəblərdən birində müəllim işləyən bir şəxs kimi, eyni zamanda jurnalist fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığını, həmin şəxslə hər hansı bir şəxsi münasibətinin olmadığını, 2023-cü ilin sonlarında Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq sosial şəbəkə vasitəsi ilə müxtəlif xəbər saytlarında onun barəsində həqiqətə uyğun olmayan, işgüzar nüfuzuna xələl gətirən, rüsvayedici məlumatları yaymaqla hədələyərək ondan 100 manat pul istədiyini, lakin ona imkanının olmadığı üçün istədiyi pulu verə bilməyəcəyini bildirdiyinə baxmayaraq həmin şəxsin təkrar ona eyni qaydada hədə-qorxu gəldiyini və qorxduğu üçün ona pul göndərməyə razılaşdığını, bundan sonra Təqsirləndirilən şəxs1 verdiyi kart hesabına mobil tətbiq vasitəsi ilə 2023-cü ilin dekabr ayında 40 manat pul göndərdiyini, bir müddət sonra Təqsirləndirilən şəxs1 onunla təkrar əlaqə saxlayaraq yenə də ona eyni üsulla hədə-qorxu gəlib barəsində rüsvayedici məlumatlar yayacağını, eyni zamanda özündən başqa Təqsirləndirilən şəxs2 adlı jurnalistin də sosial şəbəkə vasitəsi ilə onun barəsində rüsvayedici məlumatlar yayıb iş fəaliyyətinə və şəxsi nüfuzuna xələl gətirəcəyini bildirərək ondan pul tələb etdiyini, bu dəfə də qorxduğu üçün Təqsirləndirilən şəxs1 ilə razılaşaraq onun kart hesabına 2024-cü ilin mart ayında 30 manat pul göndərdiyini və ona həmin puldan Təqsirləndirilən şəxs2 adlı jurnalistə də pul verəcəyini bildirdiyini, bundan sonra 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxladığını və yenə də ona eyni üsulla həm öz adından, həm də jurnalist tanışı Təqsirləndirilən şəxs2 adından hədə-qorxu gələrək ondan pul tələb etdiyini, məcbur olub bu dəfə də onun verdiyi kart hesabına 2024cü ilin iyun ayında əlavə 40 manat pul göndərdiyini, hazırda həmin şəxsin yenidən ona hədə-qorxu gələrək müəyyən məbləğdə pulunu alacağından qorxduğu üçün onun barəsində şikayət etmək qərarına gəldiyini, bu yolla ümumilikdə Təqsirləndirilən şəxs1 110 manat pul göndərdiyini, işini itirməkdən qorxduğu üçün qeyd olunan proseslərində özündə əks edə biləcək heç bir yazışma, səsyazısı, eləcə də ödəniş çeklərini saxlamadığını bildirmişdir.

50. Zərərçəkmiş şəxs4 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və ya tələbinin olmadığını bildirərək, onlara cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

51. Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməmiş, bu barədə təsdiqedici arayışlar məhkəməyə təqdim edilmiş, həmçinin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və iş materialları - cild İİ, 31-34-cü vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayından etibarən tanıyır, özü təxminən 10 il müddətdir ki, 91 saylı Uşaq Bağçasında təlim-tərbiyəçi vəzifəsində çalışır, 2023-cü ilin oktyabr ayında adını unutduğu bir nəfər qadın işlədiyi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən bağçaya yaxınlaşmış, onun uşağının bağçada qeydiyyata alınmasını xahiş etmiş, lakin sentyabr ayının 15-dən sistem bağlı olduğu üçün bunu edə bilməyəcəklərini bildirmiş, lakin gələn xanım çox xahiş edib, uşağın qeydiyyata alınmasını istəmiş, 2023-cü ilin noyabr ayından etibarən həmin valideynin övladı sistemdə qeydiyyata salınmış, həmin valideyn övladının zəruri ehtiyacları üçün könüllü olaraq 150 manat pulu bağçaya vermiş, həmin pulla övladının zəruri ehtiyacları təmin olunmuş, bu ödəniş bağçaya gələn valideynlərin öz şəxsi istəkləri ilə, könüllü şəkildə qəbul olunurmuş, bundan sonra həmin uşağ bağçada təhsil almağa başlamış, 2024-cü ilin fevral ayında məzuniyyətə çıxmalı imiş, həmin vaxt həmin xanım ona zənglər edib başqa bir yaxının övladını da işlədiyi bağçaya qeydiyyata salmaq istədiyini demiş, o da tədrisin orta dövründə əlavə uşağı bağçaya ala bilmədiklərini demiş, lakin həmin xanım uşağın ailəsinin kənddən yeni gəldiyini deyib onu uşağın atası, adını daha sonra bildiyi Təqsirləndirilən şəxs2 ilə əlaqələndirmiş, daha sonra Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamağa başlamış, o (Təqsirləndirilən şəxs2) təkidlə kənddən yeni gəldiklərini, gündəlik işlədiklərini və uşağı qoymağa yerlərinin olmamasını demiş, Vüqar çox acınacaqlı danışırmış, onun çarəsiz vəziyyətdə olmasını görüb bağça müdirəsi ilə danışıb, onu qəbul etmələrini, problemini mümkünsə dinləmələrini xahiş etmiş, daha sonra bağça tərəfindən Vüqara razılıq verilməsini bilmiş, Vüqar bir neçə gün sonra onunla əlaqə saxlayıb uşağın bir neçə zəruri ehtiyacları üçün ona pul vermək istədiyini demiş, o da Vüqarla razılaşmış, Vüqar uşağın ehtiyacları üçün verdiyi puldan xərclənməsini istəmiş, daha sonra Vüqar onun bank kartına 200 manat pul göndərmiş, daha sonra Vüqarla sağollaşmış, həmin gecə Vüqar ona mesaj yazaraq özünün jurnalist oluğunu bildirib onu şantaj etməyə başlamış, ona xüsusi videogörüntü düzəltdiyini demiş, həmin xüsusi videogörüntüdə bağçanın və onun işçilərinin kənardan çəkilmiş şəkillərinin, ona uşağın zəruri ehtiyaclarının qarşılanması üçün göndərdiyi 200 manat pulun çekinin və s. məzmunların olduğunu demiş, ondan niyə belə etdiyini soruşmuş, ona yaxşılıq etdiyini demiş, Vüqar onunla tanış olmasında vasitəçilik edən qadından da pul alması ilə bağlı məlumatları paylaşacağını, əsassız iddialarla onu rüsvay edəcəyini demiş, Vüqar ona həmin videogörüntüləri paylaşmayacağı müqabilində ona 500 manat pul verməli olacağını demiş, o da bu barədə jurnalist fəaliyyəti ilə məşğul olan qardaşı X7 demiş, qardaşı da bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs2lə danışmağa başlamış, lakin Vüqar ona deyilənlərə qulaq asmamış, təkidlə yalnız ona 500 manat pulu verdiyi zaman əsassız düzəltdiyi paylaşımları siləcəyini və paylaşmayacağını demiş, ailəsiylə razılaşıb işin böyüməməsi və adının hallanmaması üçün Vüqarın ona göndərdiyi bank kartına 500 manat pul göndərmiş, lakin həmin axşam Vüqar yenə də düzəltdiyi videonu silməmiş və öz facebook səhifəsində paylaşmışdır, bundan sonra Vüqardan istədiyini etdiyini, yəni ki, 500 manat pulu ona göndərdiyi halda niyə videonu paylaşdığını soruşmuş, lakin Vüqar cavab olaraq öz rəhbərliyinin bu cür dediyini bildirmiş, Vüqar ona demiş ki, əgər ona pul verdiyini başqa yerlərdə desə, yenə də, onu təhdid edəcək, bundan sonra həmin şəxslə əlaqəni kəsmiş, “Təqsirləndirilən şəxs1” adlı şəxsi tanımamış, Təqsirləndirilən şəxs2 ondan 500 manat pulu alarkən başqa şəxslərin adını çəkməmiş, pulu tək almışdır.

52. Zərərçəkmiş şəxs8 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şikayət və tələbinin olmadığını qeyd etmişdir.

53. Məhkəmə iclaslarında Zərərçəkmiş şəxs9 səhhəti ilə əlaqədar iştirak edə bilməmiş, məhkəmə iclaslarına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və iş materialları - cild İİ, 56-58-ci vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 2005-ci ildən etibarən “Bakıxanov qəsəbəsi bələdiyyəsi”ndə sədr vəzifəsində çalışdığını, 2024-cü ilin iyun ayında özünü “bölgeinfo.az” səhifəsinin redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********64 saylı mobil nömrəsinə 01 ədəd videogörüntü atmasını, bu hadisəyə qədər həmin şəxsi tanımadığını, bu görüntüdə sədr vəzifəsində işlədiyi bələdiyyənin ərazisində olan qəbiristanlıqda məişət tullantılarının olmasının, əraziyə bələdiyyə tərəfindən baxılmadığı qeyd olunduğunun, eləcə də, bu videoda ünvanına yönələn təhqirlərdən əlavə olaraq da bələdiyyənin nüfuzunu rüsvayedici şəkildə aşağı salan həqiqətə uyğun olmayan fikirlərin də səsləndirildiyini, Təqsirləndirilən şəxs2, həftəsonu qeyd olunan nöqsanı aradan qaldıracaq olmasını dediyini, ərazi daima nəzarətində olsa da, tullantıların yeni olmasını, sakinlərlə mütəmadi danışıqlar aparsa da, əraziyə köçən yeni sakinlərin bu qaydalara əməl etmədiyini, Təqsirləndirilən şəxs2 də dərhal buranın videosunu çəkib saxlamış olmasını, bundan sonra göstərişiylə qeyd olunan ərazinin təmizləndiyini və videosunu çəkib həmin şəxsə göndərdiyini, lakin həmin şəxs bu videoya baxsa da, rəhbərlik etdiyi qurumdan əl çəkmək istəmədiyini, onun yenə də videonu müxtəlif sosial şəbəkələrdə, xəbər saytlarında paylaşacağını dediyini, ondan xahiş edərək, artıq ərazinin təmizləndiyini, niyə videonu paylaşdığını soruşduğunu, Təqsirləndirilən şəxs2 isə qarşılığında ondan 50 manat pul istədiyini, artıq vəziyyətin bu halda olmasını görüb ona razılıq verdiyini, daha sonra Təqsirləndirilən şəxs2 ona xatırlamadığı nömrəsi olan bir ədəd bank kartının şəklini atdığını, daha sonra bu karta 50 manat ödəniş etdiyini, lakin üzərindən bir neçə ay keçməsinə görə Təqsirləndirilən şəxs2lə olan yazışmasının və ona etdiyi ödənişə dair çekin şəklinin telefonunda qalmadığını bildirmişdir.

54. Məhkəmə iclaslarında Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və iş materialları - cild İİ, 81-84-cü vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 2023-cü ilin noyabr ayından etibarən tanımasını, ilkin ifadəsində bu hadisənin 2023-cü ilin iyun ayında baş verdiyini bildirsə də, daha sonra bu hadisənin həmin ilin noyabr ayında baş verdiyini xatırladığını, belə ki, çalışdığı idarədə “Mehin” adlı qadının işlədiyini, Mehinin idarədəki hərəkətlərinin əxlaq normalarına zidd olmasını, onun bu hərəkətlərinə görə kadrlar idarəsinə göstəriş verməsini, həmin qadının barəsində xidməti yoxlama aparılmasını istədiyini, yoxlamanın nəticəsində Mehinin nöqsanlarının üzə çıxdığını və onun işdən xaric olunduğunu, bundan sonra müxtəlif saytlarda barəsində əsassız paylaşımlar edilməyə başlandığını, yəqin ki, həmin qadının özünün və ya tanışlarının ondan əvəz çıxmaq istədiklərini, lakin həmin şəxslərdən şikayətçi olmadığını, şikayətinin Təqsirləndirilən şəxs2 olmasını, belə ki, həmin zamanlarda özünü “bölgeminfo.az” səhifəsinin redaktoru kimi təqdim edən şəxsin onunla əlaqə saxladığını, Vüqarın ona, barəsində hazırda müxtəlif sosial şəbəkələrdə rüsvayedici məlumatlar hazırlandığını, əgər onun tələbinə uyğun olaraq ona pul versə, onun da barəsində yayılmaq üzrə olan bu xəbərlərin qarşısını alacağını və paylaşmayacağını deməsini, onun hətta “vvatsap” proqramı üzərindən videolu zəng etdiyini və hədələrini bir daha təkrar etdiyini, öz işindən narahat olduğu üçün Vüqarın tələbinə əməl etməyə başladığını, bundan sonra həmin şəxsin, adını sonradan bildiyi, Təqsirləndirilən şəxs2 ondan telefon danışığı zamanı 300 manat pul istədiyini, əgər ona bu pulu ödəsə onun barəsində olan bu rüsvayedici məlumatları paylaşmayacağını, xəbərlərin məzmununun isə əsassız olan əvvəlki saytlarda paylaşılmış məzmunlar olduğunu, lakin Vüqarın bu məzmunlara daha da rüsvayedici məlumatlar əlavə etdiyini, bundan sonra həmin şəxslə yenə razılaşdığını və onun göndərdiyi bank kartına 2023-cü ilin noyabr ayının sonunda Bakı şəhəri, Xəzər rayonunda yerləşən ödəniş terminalı vasitəsilə 300 manat pul göndərdiyini, daha sonra həmin şəxsin də idarə etdiyi “bölgeinfo.az” facebook səhifəsində yayılacaq olan xəbəri sildiyini və paylaşmayacağını ona dediyini, bu pulu təxminən 2023cü ilin noyabr ayının sonunda həmin şəxsin göndərdiyi bank kartına ödəniş terminalı vasitəsilə göndərdiyini, lakin daha sonra həmin şəxslə heç bir əlaqəsinin olmadığını, həmin şəxslə ünsiyyətinin yalnız vatsap proqramı üzərindən olduğunu, bir dəfə də onunla videolu danışdığını, buna görə onun üzünün yadında qalmadığını, bundan sonra internet səhifələrində həmin şəxsin fotosunu və videosunu gördüyünü, bundan sonra onun adının Təqsirləndirilən şəxs2 olmasını bildiyini, istintaq zamanı onunla üzləşəndə də onu tanıdığını bildirmişdir. Zərərçəkmiş şəxs10 ifadəsində əlavə olaraq, Təqsirləndirilən şəxs1 tanımadığını, yalnız adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 ilə telefonda səsli və videolu danışdığını, onun özünü “bölgeinfo.az” səhifəsinin redaktoru olmasını bildirdiyini və ondan barəsində əsassız, həqiqətə uyğun olmayan məlumatları paylaşmaması üçün hədəqorxu ilə 300 manat pul tələb etdiyini, pulu ona göndərəndən sonra isə onun barəsində dediyi bu xəbəri paylaşmadığını, sildiyini bildirmişdir.

55. Məhkəmə iclaslarında iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaq zamanı verdiyi və iş materialları - cild İİİ, 122-125-ci vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində qeyd etmişdir ki, atası X10 xx.xx.2024-cü il tarixdə ürəyində olan problemlə əlaqədar vəfat etmişdir. Atası Bakı şəhərinə şikayət etmək üçün gələndə onunla gəlmişdir və ona bütün olan hadisələri danışmış, Təqsirləndirilən şəxs2 ondan hansı üsulla hədə-qorxu gələrək pul almasını bildirmişdir. Belə ki, atası Təqsirləndirilən şəxs2 "bölgeinfo.az" saytının redaktoru kimi tanımışdır. Qeyd etdiyi hadisə 2023-cü ilin dekabr ayının ortalarında olmuşdur. X29 atasından torpaq sahəsi istəmiş, o, oğlunun hərbiçi olmasını bildirib, pay qismində atasından Günəşli kəndində yerləşən stadionun ərazisində oğluna ev tikmək istəmişdir. Atası da onun bu istəyini rədd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Şahin Nəsirovun istədiyi torpaq sahəsində çəkiliş aparmış və o, bu videonu sosial şəbəkələrdə paylaşmışdır. Videoda deyilir ki, guya ki, atası X1 torpaq verilməsi üçün 60.000 manat rüşvət istəmişdir. Bundan sonra Vüqar atası ilə telefon əlaqəsi saxlamış və onunla görüşmək istədiyini demişdir. Vüqar, atasını şantaj etməyə başlamışdır. Atası ona pul verəcəyi halda Vüqar çəkilişləri dayandıracağını və paylaşdığı videonu siləcəyini demişdir. Atası bundan sonra 2023-cü ilin dekabr ayının ortalarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən dairənin yanındakı svetaforun yaxınlığında Vüqarla görüşmüşdür. Ona maşının içərisində 100 manat pul vermişdir. Bundan sonra Vüqar onun atasına paylaşımları dayandıracağını və videoları siləcəyini demişdir. Lakin, bundan sonra o, dediyinə əməl etməmiş və videoları silməmişdir. Bundan sonra da Vüqar bir neçə dəfə çəkilişlər edərək atasının barəsində rüsvayedici məlumatlar paylaşıb onu şantaj etməyi və ondan bu paylaşımları etməməsi üçün hədə-qorxu ilə pul istəməyi davam etdirmişdir. Lakin atası daha sonra pulunun olmamasını deyib ona pul verməyəcəyini bildirmiş və daha sonra onunla əlaqəsini kəsmişdir. Atası bütün bu olanları özü də bir neçə dəfə ona danışmışdır.

56. Məhkəməyə çağırılmış Şahid1 məhkəmə iclaslarına gələ bilməmiş, teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahidin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı şahid qismində verdiyi və iş materialları - cild İİİ, 35-37-ci vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində barəsində istintaq aparılan Təqsirləndirilən şəxs2 təxminən 1 il müddətdir ki, tanıdığını, ilkin olaraq Vüqarı taksi sürücüsü kimi tanımasını, bildiyi qədəri ilə həmin zaman Bakıda yaşadığını, özünün boşanmış olmasını və 1 azyaşlı övladının olmasını, Vüqarın da bəzən sürücü kimi onun köməyinə gəldiyini, bundan sonra onunla arasında sevgi münasibəti yarandığını və birlikdə yaşamağa başladıqlarını, Vüqarın ona, əvvəllər evli olsa da, sonra ailəsindən ayrıldığını və hazırda da Bakıda işləyib pul qazanmaqla məşğul olmasını dediyini, övladı olan Ağaverdi Hacıverdiyevi 2023-cü ilin noyabr ayının 15-də bağçaya qoyduğunu, bu bağçanın 20-ci sahədə yerləşdiyini, bağçaya girişin mümkün olmadığını, belə ki, həmin zaman qeydiyyat sisteminin artıq bağlanmış olmasının ona bildirildiyini, işləyib pul qazanmalı olmasını, bu səbəbdən onlardan xahiş edib, uşağı qeydiyyata almalarını və “Mehriban xanım” deyilən qadına 150 manat pul verib, bununla da uşağın xərclərini qarşılamasını xahiş etdiyini, onun pulu götürmək istəmədiyini, lakin pulu götürməsi üçün onu məcbur etdiyini, bundan sonra xərclər üçün pulu alıb, uşağı qeydiyyata aldıqlarını, özünün iş adamı olduğu üçün uşağı gec saatlarda gəlib bağçadan götürə bildiyini, buna görə bağça ilə aralarında narazılıqlar yaranmağa başladığını, hər ay əlavə olaraq Mehriban xanıma 50 manat pul verdiyini, bunun qarşılığında uşağa yaxşı baxmalarını istədiyini, lakin yenə də, Mehriban xanımın artıq bağçanın daxili qaydalarına bunun zidd olmasını və uşağı gec saatlara kimi saxlaya bilməyəcəklərini dediyini, bu barədə Vüqara danışdığını, Vüqarın bu zaman ona, ikinci fəaliyyətinin jurnalistika olmasını və ona kömək edə biləcəyini dediyini, daha sonra Vüqarın bunu qanuni müstəvidə həll edəcəyini, ondan bu pulun rüşvət qismində alınmasını dediyini, Vüqarın cavab olaraq, qeyd olunan aylıq ödədəyi pulu və girişdə ödədiyi pulu ondan rüşvət kimi alındığını dediyini, ona cavab olaraq pulu özünün könüllü olaraq, xərclərin qarşılanması üçün verdiyini dediyini, lakin onun yalnız bu halda yaranmış problemi aradan qaldıra biləcəyini dediyini, Bundan sonra Vüqarın ondan Mehribanın nömrəsini aldığını və özünün onunla danışmağa başladığını, lakin onların arasında nə danışıq olmasından xəbərsiz olmasını, Vüqarın ona, Mehriban barədə sübutlar topladığını dediyini və ondan sadəcə olaraq uşağın bağçada qalmasını, bağça işçilərinin uşağı gec götürməyinə göz yummasını xahiş etdiyini, daha sonra Vüqarın ondan bank kartının nömrəsini istədiyini, ona kartın nömrəsini nə səbəbdən istəməsini soruşanda onun bura pul göndərəcəyini dediyini, daha sonra kartına 500 manat pul göndərildiyini, pulun hansı tarixdə gəlməsini dəqiq xatırlamadığını, daha sonra Vüqarın həmin pulun 200 manatını ona verdiyini, Vüqarın deməsinə görə, Mehriban xanımın özünün öz xoşluğu ilə ona verdiyi 200 manat pulu qaytardığını və əlavə xərc üçün verdiyi pulun lazım olmadığını dediyini, onunla razılaşıb pulu götürdüyünü, qalan 300 manat pulu da Vüqarın götürdüyünü, bundan sonra övladının hələ də indiyədək həmin bağçada təlim və tərbiyə almağa davam etdiyini, yay aylarında Vüqarla əlaqəsinin kəsildiyini, bundan sonra onun polis əməkdaşları tərəfindən saxlanılmasının müəyyən edilməsini, Vüqarla Mehribanın arasında olan danışıqlardan xəbərsiz olmasını, Vüqarın sadəcə olaraq özünün gəlib, Mehriban xanımın özü öz xoşluğu ilə maddi vəziyyətinin pis olması üçün 200 manatı ona geri qaytarmasını dediyini, Vüqardan 300 manat əlavə olaraq nə üçün Mehriban xanımın göndərməsini soruşduq da, onun cavab olaraq, bunun onunla Mehriban arasında olan məsələ ilə əlaqədar olmasını deyib əlavə bir ifadə vermədiyini, Təqsirləndirilən şəxs1 isə tanımadığını bildirmişdir.

57. İş üzrə Şahid2 səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahidin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı şahid qismində verdiyi və iş materialları - cild İİİ, 46-48—ci vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində 2023-cü ildən etibarən Sumqayıt şəhəri 21 nömrəli orta məktəbin direktoru vəzifəsində çalışdığını, Zərərçəkmiş şəxs1 2003-cü ildən etibarən tanıdığını, onun da özü kimi məktəb direktoru vəzifəsində çalışdığını, Vladim müəllimlə tez-tez telefon əlaqəsi saxladığını, 2024-cü ilin yay aylarında Vladimin ona, bir nəfər şəxsin bank kartına 50 manat pul göndərmək lazım olduğunu dediyini, onun yaşı çox olduğu üçün telefon üzərindən pul göndərə bilmədiyini, buna görə dostu olaraq ondan bunu etməyini xahiş etdiyini, onun xahişini nəzərə aldığını, Vladim müəllimin ona bank kartı nömrəsi verdiyini, həmin karta 50 manat pul göndərdiyini, Vladim müəllimin bunu Türkiyədə oxuyan övladına göndərdiyini ilkin olaraq düşündüyünü, lakin bir neçə müddət sonra onunla yenidən söhbət edərkən, onun bu pulu bir jurnalist fəaliyyəti ilə məşğul olan şəxsə göndərməsini dediyini, ondan niyə həmin şəxsə pul göndərməsini soruşanda, onun cavab olaraq, həmin jurnalistin ona hədə-qorxu gəlməsini, onun barəsində əsassız məlumatları internet səhiflərində paylaşmasını, bu pulun göndəriləcəyi halda belə paylaşımların dayandırılacağını və internet səhifələrindən silinəcəyini dediyini, lakin pulun göndərilməsinə baxmayaraq Vladim müəllimin hələ də ona qarşı hədələrinin davam etdiyini dediyini, bundan sonra ona, müvafiq olaraq polis orqanlarına şikayət edə biləcəyini dediyini, bundan sonra Zərərçəkmiş şəxs1 həmin şəxsin barəsində müvafiq olaraq şikayət etdiyini və həmin şəxsin həbs edildiyini eşitdiyini, 50 manat göndərdiyi şəxsin anket məlumatlarını bilməsə də, onun sonradan həmin şəxsin adının “Ramil” olmasını Vladim müəllimdən öyrəndiyini, ona 2024-cü ilin yay aylarının birində Sumqayıt şəhərində olarkən 50 manat pul göndərdiyini, daha sonra da Vladim müəllimin ona 50 manatı geri qaytardığını bildirmişdir.

58. Məhkəmə iclaslarında Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi və iş materialları - cild İİ, 55-57-ci vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2017-ci ilin sentyabr ayının 3dən X36 Filialı, şəbəkə xidmət mərkəzinin əməliyyatçısı vəzifəsinə təyin olunmuş, Təqsirləndirilən şəxs1 Cəlilabad X25 rəisi Vüsal Kazımlıya hədə qorxu-gələrək X36 Filialı və onun barəsində həqiqətə uyğun olmayan, işgüzar nüfuzuna xələl gətirən, rüsvayedici məlumatları yaymaqla hədələyərək pulunu ələ keçirməsindən məlumatı olmuş, belə ki, Təqsirləndirilən şəxs1 işlədiyi müddət ərzində dəfələrlə 50 manat olmaqla təxminən 2.000 manatdan çox pulu Cəlilabad X25 binasında şəxsən özü vermiş, sonuncu dəfə yəni 10 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Cəlilabad X25 binasında 50 manat pul verməsi orada quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış, Təqsirləndirilən şəxs1 pulu verən zaman yanlarında başqa şəxslər olmamışdır.

59. Məhkəmə iclaslarında Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və iş materialları - cild İİİ, 38-40-cı vərəqlərdə olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 “facebook” sosial şəbəkəsindən tanımış, onu jurnalist kimi tanımış, sonra onun müəllim kimi çalışmasını da bilmiş, onunla bundan sonra dostluq münasibəti yaranmış, həmin zaman Sumqayıt şəhərində yerləşən “Evdə fərdi təhsil məktəbi”ndə təsərrüfat müdiri vəzifəsində çalışırmış, həmin məktəbin müdiri də Zərərçəkmiş şəxs1 olmuş, həmin zamanlarda Vladim müəllim ilə arasında işgüzar problemlər yaranmış, vəzifə ixtisarları zamanı Zərərçəkmiş şəxs1 onu da işdən çıxara biləcəyini düşünmüş, buna görə də, dostu olan Təqsirləndirilən şəxs1 bu barədə bildirmiş, Ramil özünü ona jurnalist kimi təqdim etmiş və bir sıra problemləri həll edə biləcəyini ona demiş, bu problemi Təqsirləndirilən şəxs1 bildirəndə Ramil ona bu məsələni özünün araşdırıb həll edəcəyini demiş, daha sonra Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında olan danışıqlardan xəbəri olmamış, 2023-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 onu öz xidməti otağına çağırmış, Vladim burada ona heç bir narahatçılığa əsas olmadığını, Təqsirləndirilən şəxs1 da onunla danışdığını, məsələnin artıq yoluna qoyulduğunu demiş, Vladimə öz təşəkkürünü bildirib otaqdan çıxmış, sonra da, Təqsirləndirilən şəxs1 zəng edib öz minnətdarlığını bildirmişdir, lakin həmin şəxslər arasında olan danışıqlardan xəbərsiz olmuş, sonra yenə də Təqsirləndirilən şəxs1 ilə münasibətinin davam etmiş, bu münasibətlər yalnız dostluq çərçivəsində olmuş, sonradan isə Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinə görə həbs olunduğunu öyrənmiş, lakin onun bu qanunsuz əməllərinə dair heç bir məlumatı olmamışdır, 2024-cü ilin noyabr ayının 28-dək həmin məktəbdə işləməyə davam etmiş, Təqsirləndirilən şəxs1 öz problemi barəsində danışarkən onun özünün də müəllim olmasını, Zərərçəkmiş şəxs1 bu sahədə çalışmasını, ona hansısa əlaqə taparaq yaranmış problemini həll edə biləcəyini demiş, Ramilin Vladim müəllimə başqa nəsə deməsindən, eləcə də, ona hədə-qorxu gəlməsindən xəbəri olmamışdır.

60. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

61. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 1).

62. İş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN-in BMCMİ-yə müraciət edərək, 2023-cü ilin iyul ayında özünü “turantv.az” saytının idarəçisi kimi təqdim edən Təqsirləndirilən şəxs1l Qasım oğlunun direktor vəzifəsində çalışdığı “Sumqayıt şəhər evdə fərdi təhsil” məktəbində olan xidməti fəaliyyəti ilə və onun özü ilə bağlı rüsvayedici məlumatları yaymaq hədəsi ilə onun 50 manat pulunu hədə-qorxu ilə tələb edib ələ keçirdiyini bildirmişdir. (cild 1, i.v. 5).

63. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN-in BMCMİ-yə müraciət edərək, 2024-cü ilin mart ayında özlərini jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 onun, eləcə də rəisi olduğu X15 xidməti fəaliyyəti ilə bağlı şər və böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkələrdə paylaşaraq onu rüsvay edəcəkləri hədəsi ilə hədələyib 150 manat pulunu ələ keçirdiklərini bildirmişdir. Bundan başqa, 2011-2019-cu illər ərzində də Təqsirləndirilən şəxs1 eyni hədələrlə onu hədələyərək hissə-hissə olmaqla ümumilikdə 1500 manat pulunu ələ keçirdiyini bildirmişdir. (cild 1, i.v. 11).

64. İş üzrə Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN-in BMCMİ-yə müraciət edərək, 2014-cü ilin fevral ayından 10 avqust 2024-cü il tarixinədək olan müddət ərzində özünü “turantv.az” saytının idarəçisi kimi təqdim edən Təqsirləndirilən şəxs1l Qasım oğlu və “Facebook” sosial şəbəkəsində “bolgeinfo redaksiyası” səhifəsini idarə edən Quliyev X9 Regional Poçt filialında olan xidməti fəaliyyəti ilə və onun özü ilə bağlı rüsvayedici məlumatları yaymaq hədəsi ilə ümumilikdə 5000 manat pulunu hədəqorxu ilə tələb edib ələ keçirildiyini bildirmişdir. (cild 1, i.v. 17).

65. İş üzrə Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN-in BMCMİ-yə müraciət edərək, 2023-cü ilin sonlarından 2024-cü ilin iyun ayınadək olan müddət ərzində özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs1 onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə ayrı-ayrı vaxtlarda 100 manat pulunun hədəqorxu ilə tələb edib ələ keçirdiyini bildirmişdir. (cild 1, i.v. 25).

66. X12 xx.xx.2024-cü il tarixli ərizə ilə AR DİN BMCMİ-yə müraciət edərək, özlərini jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun hüquqşünas işlədiyi “Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec” PHŞ-nin fəaliyyəti ilə bağlı rüsvayedici məlumatlar və şər-böhtan xarakterli məqalələr paylaşacaqları ilə hədələdikləri üçün həmin kollecin direktoru X16 göstərişi ilə ona verilən kart hesabına 70 manat pul göndərdiyini qeyd etmişdir. (cild 1, i.v. 31).

67. İş üzrə Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN BMCMİ-yə müraciət edərək, 2023-cü ilin iyul ayından 2024-cü ilin iyun ayınadək olan müddət ərzində özünü “turantv.az” saytının baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs1 və onun Vüqar adlı tanışı “Gəncə Dövlət Universiteti”nin fəaliyyəti və onun özü ilə bağlı rüsvayedici məlumatları yaymaq hədəsi ilə ümumilikdə 800 manat pulunu hədə-qorxu ilə tələb edib ələ keçirdiklərini bildirmişdir. (cild 1, i.v. 36).

68. İş üzrə Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN BMCMİ-yə müraciət edərək, 2024-cü ilin iyul-avqust ayları ərzində özünü “turantv.az” saytının baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs1 kabinet müdiri işlədiyi “Gəncə Dövlət Universiteti”nin fəaliyyəti ilə əlaqədar həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymaması üçün ümumilikdə 100 manat pul verdiyini bildirmişdir. (cild 1, i.v. 36).

69. İş üzrə Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN BMCMİ-yə müraciət edərək, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin may ayınadək olan müddət ərzində özünü “turantv.az” saytının baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs1 direktor vəzifəsində işlədiyi “X39 Təhsil Mərkəzi”nin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymaması üçün ümumilikdə 150 manat pul verdiyini bildirmişdir.

70. Qeyd edilən şikayət ərizələrinə münasibət bildirən Təqsirləndirilən şəxs1 həmin gün, yəni xx.xx.2024-cü il tarixdə verdiyi izahatında müəllim işlədiyini, eyni zamanda “turantv.az” saytının baş redaktoru olduğunu, bu saytda gündəlik xəbərlər paylaşdığını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 Qılıc oğlunu tanıdığını, ondan maddi yardım qismində 50 manat pul istədiyini, lakin bu pulu hədə-qorxu yolu ilə almadığını bildirmiş, Zərərçəkmiş şəxs3 tanıdığını, ondan 2014-cü ildən etibarən xüsusi günlərdə, bayramlarda pul aldığını, həmin pulların məbləğinin ümumilikdə təxminən 5000 manat olduğunu, bu pulları bəzi vaxtlarda işçisi Şahid3 vasitəsi ilə göndərdiyini, lakin Zərərçəkmiş şəxs3 onun dostu olduğunu və bu pulları hədə-qorxu yolu ilə almadığını bildirmiş, digər şikayət edən şəxs Zərərçəkmiş şəxs4 tanıdığını, onunla dostluq münasibətlərinin olduğunu, ondan hissə-hissə 100 manat pul aldığını, lakin bu pulları hədə-qorxu yolu ilə almadığını, Zərərçəkmiş şəxs4 ona maddi yardım göstərdiyini bildirmiş, bundan əlavə X6 ərizəsi ilə də tanış olduğunu, o “İlqar müəllim” adlı tanışının yaxınıdır, İlqar müəllim ona maddi yardım etmək istəmiş və Kamil adlı şəxs vasitəsi ilə ona 70 manat pul göndərmiş, lakin o heç kimə hədə-qorxu gəlmədiyini bildirmiş, bundan əlavə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 da müraciətləri ilə tanış olduğunu, hər iki şəxsin “Gəncə Dövlət Universiteti”nin əməkdaşları olduğunu, onların “Şahin” adlı müdirlərinin olduğunu, Şahinin onu bayramlarda və özəl günlərdə həmişə təbrik etdiyini və maddi yardım qismində pul göndərdiyini, Şahin müəllimin Zərərçəkmiş şəxs5 vasitəsi ilə 800 manat, Zərərçəkmiş şəxs6 vasitəsi ilə 100 manat pul göndərdiyini bildirərək təsdiq etmişdir. Şikayətçi olan şəxslərdən yalnız Zərərçəkmiş şəxs2 barəsində ondan hər hansı məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs2 onu şərlədiyini bildirmişdir. (cild 1, i.v. 40-41)

71. “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə ona müdafiəçi təqdim olunmuşdur. (cild 1, i.v. 157)

72. “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 159)

73. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs5 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, i.v. 169-171)

74. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs6 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, i.v. 172-173)

75. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs7 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, i.v. 174-175)

76. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, i.v. 176-179)

77. Barəsində olan şikayət ərizələrinə münasibət bildirən Təqsirləndirilən şəxs2 həmin gün, yəni xx.xx.2024-cü il tarixdə verdiyi izahatında uzun müddətdir ki, facebook sosial şəbəkəsində xəbər səhifələri işlətdiyini, bir neçə ildir ki, “bolgeinfo” səhifəsini işlətdiyini, həmin səhifədə gündəlik xəbərlər paylaşdığını, Təqsirləndirilən şəxs1 onun uzaq qohumlarından biri olduğunu, lakin yaxın əlaqəsinin olmadığını, onun barəsində şikayət edənlərdən Zərərçəkmiş şəxs1 adını ilk dəfədir eşitdiyini, onunla əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs1 ondan nə qədər pul almasından xəbərinin olmadığını, digər şikayət edən şəxs Zərərçəkmiş şəxs2 tanıdığını, onun barəsində yazı yazdığını, belə ki, onun yaxın qohumunu döydüyünü və bu barədə digər saytlarda gedən yazıları götürərək öz səhifəsində paylaşdığını, lakin zaur Məmməvovla danışmadığını, Zərərçəkmiş şəxs2 onu şərlədiyini bildirmiş, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs3 ilə bir dəfə “Facebook” sosial şəbəkəsində süd pulu ilə bağlı danışdığını, daha sonra həmin süd pulunu gedib bankdan götürdüyünü, digər şikayət edən şəxslər Zərərçəkmiş şəxs4, Kamil Məhəmmədli, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 ümumiyyətlə tanımadığını, Təqsirləndirilən şəxs1 ilə aralarında olan məsələlərdən xəbərdar olmadığını bildirmişdir. (cild 1, i.v. 42-43)

78. “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə ona müdafiəçi təqdim olunmuşdur. (cild 1, i.v. 188)

79. “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 190)

80. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild 1, i.v. 200-201)

81. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild 1, i.v. 204-205)

82. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 4(005)-1042/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmışdır. (cild 2, i.v. 5-10)

83. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 4(005)-1043/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmışdır. (cild 2, i.v. 11-16)

84. İş üzrə Zərərçəkmiş şəxs8 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN BMCMİ-yə müraciət edərək, 2024-cü ilin fevral ayında özünü “bolgeinfo.az” saytının baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs2 təlim-tərbiyəçi vəzifəsində işlədiyi “91 saylı Körpələr Evi-Uşaq Bağçası”nın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymaması üçün ümumilikdə 500 manat pulunu hədə-qorxu ilə tələb etmə yoluyla ələ keçirdiyini bildirmişdir. (cild 2, i.v. 21)

85. “Təqdim olunan fotogörüntülərin götürülməsi və onlara baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən iş üzrə Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdiyi 26 ədəd fotoşəkil iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən proses iştirakçıları ilə birlikdə həmin fotoşəkillər tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri ilə Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncuya müxtəlif hədələr gələrək ona 500 manat və 200 manat olmaqla ümumilikdə 700 manat pul verməli olmasını, pulu vermədiyi halda xüsusi hazırladığı videogörüntünü müxtəlif dövlət orqanlarına göndərəcəyini bildirmişdir. (cild 2, i.v. 38-45)

86. İş üzrə Zərərçəkmiş şəxs9 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN-in BMCMİ-yə müraciət edərək, 2024-cü ilin iyun ayında özünü “bolgeinfo.az” saytının baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs2 sədr vəzifəsində işlədiyi “Bakıxanov qəsəbəsi Bələdiyyəsi”nin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymaması üçün ümumilikdə 50 manat pulunu hədə-qorxu ilə tələb etmə yoluyla ələ keçirdiyini bildirmişdir. (cild 2, i.v. 47)

87. İş üzrə Zərərçəkmiş şəxs10 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN-in BMCMİ-yə müraciət edərək, 2023-cü ilin iyun ayında özünü “bolgeinfo.az” saytının baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs2 idarə rəisinin müavini vəzifəsində çalışdığı "xxxx" ASC-nin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymaması üçün ümumilikdə 300 manat pulunu hədə-qorxu ilə tələb etmə yoluyla ələ keçirdiyini bildirmişdir. (cild 2, i.v. 70)

88. İş üzrə zərərçəkmiş şəxs X10 xx.xx.2024-cü il tarixli şikayət ərizə ilə AR DİN BMCMİ-yə müraciət edərək, 2023-cü ilin dekabr ayının ortalarında özünü “bolgeinfo.az” saytının baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs2 sədr vəzifəsində çalışdığı Cəlilabad rayonu, Günəşli kəndində yerləşən bələdiyyənin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymaması üçün ümumilikdə 100 manat pulunu hədə-qorxu ilə tələb etmə yoluyla ələ keçirdiyini bildirmişdir. (cild 2, i.v. 86)

89. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 2, i.v. 102-104)

90. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 2, i.v. 105-106)

91. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 2, i.v. 107-108)

92. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 2, i.v. 109-110)

93. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 2, i.v. 110-112)

94. xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokoluna əsasən müəyən edilir ki, X10 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Fəxrəddin Cəfərov zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində dediklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 2, i.v. 113-114)

95. “Veb səhifələrə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən müxtəlif veb saytlara baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmiş və 58 ədəd çıxarış fotocədvəl halında cinayət işi materiallarına əlavə edilmişdir (cild 2, i.v. 141- 142)

96. Məhkəmə tərəfindən elan və tədqiq edilən 18 ədəd foto iş üzrə Zərərçəkmiş şəxs1 barəsində paylaşılmış yazılardır. Yazıların xalqxeber.az, sonxeber.az, qlobalxeber.az, doğruxeber.az internet səhifələrində paylaşıldığı görünür. Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs1 məhz bu xəbərləri öz idarə etdiyi internet səhifələrində paylaşmaması, eləcə də, xəbərlərə əsassız, rüsvayedici məlumatların əlavə edilib paylaşılmaması üçün ondan 50 manat pul almasını bildirmişdir (cild 2, i.v. 143-145).

97. Məhkəmə tərəfindən elan və tədqiq edilən 06 ədəd foto iş üzrə Zərərçəkmiş şəxs2 barəsində paylaşılmış yazılardır. Yazıların “teref” (xocanın blogu) internet səhifəsində paylaşıldığı görünür. Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub məhz bu xəbərləri öz idarə etdikləri internet səhifələrində paylaşmaması, eləcə də, xəbərlərə əsassız, rüsvayedici məlumatların əlavələr edilib paylaşılmaması üçün ondan ümumilikdə 1.650 manat pul almasını bildirmişdir. (cild 2, i.v. 146)

98. Məhkəmə tərəfindən elan və tədqiq edilən 04 ədəd foto iş üzrə Zərərçəkmiş şəxs3 barəsində paylaşılmış yazılardır. Yazıların xalqxeber.az internet səhifəsində paylaşıldığı görünür. Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub məhz bu xəbərləri öz idarə etdikləri internet səhifələrində paylaşmamaları, eləcə də, xəbərlərə əsassız, rüsvayedici məlumatların əlavələr edilib paylaşılmamaları üçün ondan ümumilikdə 5.000 manat pul almasını bildirmişdir. (cild 2, i.v. 147)

99. Məhkəmə tərəfindən elan və tədqiq edilən 22 ədəd foto iş üzrə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 barəsində paylaşılmış yazılardır. Yazıların mediatv.az, dogruxeber.az internet səhifələrində paylaşıldığı görünür. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ifadələrində Təqsirləndirilən şəxs1 məhz bu xəbərləri öz idarə etdiyi internet səhifələrində paylaşmaması, eləcə də, xəbərlərə əsassız, rüsvayedici məlumatların əlavə edilib paylaşılmaması üçün pul almasını bildirmişdir. (cild 2, i.v. 148- 151)

100. Məhkəmə tərəfindən elan və tədqiq edilən 04 ədəd foto iş üzrə Zərərçəkmiş şəxs7 barəsində paylaşılmış yazılardır. Yazıların bia.az internet səhifəsində paylaşıldığı görünür. Zərərçəkmiş şəxs7 ifadəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub məhz bu xəbərləri öz idarə etdikləri internet səhifələrində paylaşmamaları, eləcə də, xəbərlərə əsassız, rüsvayedici məlumatların əlavə edilib paylaşılmaması üçün ondan ümumilikdə 150 manat pul almasını bildirmişdir. (cild 2, i.v. 152)

101. Məhkəmə tərəfindən elan və tədqiq edilən 04 ədəd foto iş üzrə Zərərçəkmiş şəxs10 barəsində paylaşılmış yazılardır. Yazıların bia.az internet səhifəsində paylaşıldığı görünür. Zərərçəkmiş şəxs10 ifadəsində Təqsirləndirilən şəxs2 məhz bu xəbərləri öz idarə etdiyi internet səhifəsində paylaşmaması, eləcə də, xəbərlərə əsassız, rüsvayedici məlumatların əlavələr edilib paylaşılmaması üçün ondan 300 manat pul almasını bildirmişdir. (cild 2, i.v. 153)

102. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (cild 2, i.v. 154-155)

103. Məhkəmə tərəfindən soğu edilərək əldə edilmiş, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş islah işləri cəzasından iş yerində olmaqla 1 sentyabr 2023-cü il tarixdən başlayaraq 30 iyul 2024-cü il tarixədək cəza çəkərək əmək haqqısından ümumilikdə 2504 manat vəsait tutularaq dövlət nəfinə ödənilmişdir. Ona təyin edilmiş islah işləri cəzasının 11 ay hissəsi çəkilmiş, 1 il 1 ay islah işləri cəzası və 2 il müddətə kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə cəzası isə çəkilməmiş qalmışdır.

104. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (cild 2, i.v. 156-157)

105. “Müdafiəçi tutmaq hüququnun izah olunması və müdafiəçinin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 özünün seçdiyi müdafiəçi ona təqdim edilərək, müdafiəçisi qismində işə buraxılmışdır. (cild 2, i.v. 169)

106. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 1(073)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyrikommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (cild 2, i.v. 187-218)

107. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşadığı cəmiyyətdə mənfi xarakterizə olunduğu, müxtəlif şəxslərdən hədə-qorxu və şantaj yolu ilə pul tələb etdiyi qeyd edilmişdir. (cild 2, i.v. 227-230)

108. Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş digər xasiyyətnamədə isə Təqsirləndirilən şəxs1 da eyni ilə yaşadığı cəmiyyətdə mənfi xarakterizə olunduğu, müxtəlif şəxslərdən hədə-qorxu və şantaj yolu ilə pul tələb etdiyi qeyd edilmişdir. (cild 2, i.v. 231-235)

109. Məhkəmə iclasında iş materiallarında olan "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçələrinə və CD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 məxsus +**********51 saylı nömrəyə dair çıxarışda xx.xx.2024-cü il tarixdə +**********17 saylı mobil nömrədən “Açmırsan ayıb deyil?”, “Artıqlaması ilə aldız pulu ama sözünü tutmadın”, “Sildirin o videonu”, “Problem yaratmayın”, “Heç yaxşı olmaz”, “Silin”, “Özünüz etməyib başqasına edirsiz anan yaşda qadını”, ‘Pul dediz verdik də”, “Peşəndən sui istifadə etmək düzgün deyil”, “Deyin silsin” məzmunlu SMS mətnlərin göndərildiyi müəyyən edilmişdir. (cild 2, i.v. 240-241)

110. “Götürmə və baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, üş üzrə Zərərçəkmiş şəxs5 təqdim etdiyi 02 ədəd fotoşəkil iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən həmin fotoşəkillər məhkəmə istintaqında nümayiş etdirilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, həmin fotoşəkillər “Whatsapp” ani mesajlaşma proqramında olan yazışmaların görüntüsüdür və Zərərçəkmiş şəxs5 özünə məxsus mobil nömrədən Təqsirləndirilən şəxs1 məxsus +**********40 saylı mobil nömrəyə mesaj yazaraq ona 2 ədəd bank köçürməsinə dair qəbzin şəklini atmışdır. Mesajlarda məlum olur ki, Təqsirləndirilən şəxs1 ona göndəriləcək pulu 4127-2081-1878-0427 nömrəli bank kartına atmalı olmasını bildirmiş, Zərərçəkmiş şəxs5 isə ayrı-ayrılıqda 100 manat pul göndərmişdir. Həmin pulların birincisində mesajın nə vaxt yazılmasını müəyyən etmək mümkün olmasa da, ikinci dəfə 100 manat məbləğində pulun göndərilməsini təsdiq edən qəbzin xx.xx.2023-c il tarixdə göndərildiyi müəyyən edilmişdir. (cild 3, i.v. 54-58)

111. “Bank məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi qəbzin şəklində Təqsirləndirilən şəxs1 bank kartına xx.xx.2023-cü il tarixdə 100 manat pul göndərməsi öz təsdiqini tapmışdır. (cild 3, i.v. 147)

112. İş materiallarında olan ərizə və “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X10 xx.xx.2024-cü il tarixdə səhhətində yaranmış problemlər səbəbindən vəfat etmiş, oğlu X11 isə onun hüquqi varisi qismində tanınmışdır. (cild 3, i.v. 115-121)

113. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X8 istintaqa verdiyi ifadəsində, zərərçəkmiş şəxs Fəxrəddin Cəfərovun ifadəsində göstərilən xüsusatları təsdiq etmiş, atasının sağlığında bu olanları bir neçə dəfə ona danışdığını qeyd etmişdir. (cild 3, i.v. 122- 125)

114. “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, iş üzrə keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Oppo” markalı mobil telefona baxış keçirilmiş və telefonda 61 ədəd fotoşəkil aşkar edilmişdir. Bunlar zərərçəkmiş şəxs Fəxrəddin Cəfərov barəsində paylaşılmış yazıları özündə əks edən 04 ədəd, iş üzrə Zərərçəkmiş şəxs2 barəsində paylaşılmış yazıları özündə əks edən 01 ədəd foto, iş üzrə Zərərçəkmiş şəxs9 sədri olduğu Bakıxanov bələdiyyəsinin fəaliyyəti barədə 04 ədəd, Zərərçəkmiş şəxs9 ilə yazışmanı əks edən 03 ədəd, Gəncə Dövlət Universiteti barədə 01 ədəd, iş üzrə Zərərçəkmiş şəxs8 ilə yazışmanı özündə əks edən 48 ədəd fotolardan ibarətdir. (cild 3, i.v. 127-143)

115. “Götürmə və baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərara və eyni tarixli “Təqdim olunan fotogörüntülərin götürülməsi və onlara baxış keçirilməsi barədə” protokola əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona göndərdiyi bank kartına 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat pul göndərmişdir. Qeyd olunan 04 ədəd fotogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmişdir. (cild 3, i.v. 157-161)

116. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Cəlilabad rayon Məhkəməsinin 3(073)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, o, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-450/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən apelyasiya şikayəti təmin edilməmişdir.

117. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Cəlilabad rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 müraciətində və izahatında qeyd etdiyi Cəlilabad RİHB-nin Cəlilabad şəhər İƏD üzrə nümayəndəsi vəzifəsində işləmiş X30 tərəfindən vəzifəsindən sui-istifadə edilərək Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən dövlət mülkiyyətində olan “Bənövşə” uşaq bağçasının binasında "Texno" Tədris Mərkəzi yaratması ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığı üçün, toplanmış 20C-25 nömrəli material üzrə X17 əməlində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs2 izahatında qeyd etdiyi “Texno" Tədris Mərkəzi ilə bağlı sosial şəbəkələrdə açmış olduğu özünə məxsus hesablarda paylaşımlar etdikdən sonra, Cəlilabad RİH-nin başçısı Rafiq Cəlilovun yaxın ətrafının ona zəng edərək, həmin paylaşımları silməsi ilə bağlı ona təsir etmələri barədə xüsusatlar öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə Cəlilabad RİHnin vəzifəli şəxslərinin əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs2 Cəlilabad RPŞ vəzifəli şəxsləri və əməkdaşları tərəfindən ona qarşı yol verilmiş qanunsuzluqlarla bağlı xüsusatlar öz təsdiqini tapmadığından, Cəlilabad RPŞ-nın vəzifəli şəxsləri və əməkdaşlarının əməllərində hər hansı cinayət tərkibin əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CPM-nın 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.

118. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X31 və xx.xx.2010-cu il təvəllüdlü X23 adlı iki övladı var, onlardan biri azyaşlı, digəri isə yetkinlik yaşına çatmayandır.

119. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il təvəllüdlü X32, xx.xx.2017-ci il təvəllüdlü X33 və xx.xx.2022-ci il təvəllüdlü X34 adlı üç azyaşlı övladı var.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

120. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

121. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

122. «Orlov Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cımaddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

123. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

124. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

125. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

126. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

127. CPM-in 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

128. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

129. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

130. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.

131. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

132. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

133. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.

134. Məhkəmə baxışı iclaslarında, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara elan edilmiş ittihamla təqsirli bilməmiş, bir-biriləri ilə əlbir olmadıqlarını, birlikdə və ya ayrı-ayrılıqda heç kimə hədə-qorxu gəlmədiklərini və hədə-qorxu ilə pul tələb etmədiklərini qeyd etmişlər.

135. Məhkəmə, təqsirləndirilən şəxslərin müdafiələri üçün gətirdikləri aşağıdakı dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir:

136. Əvvəla, Təqsirləndirilən şəxs1 ittihamda qeyd edilən pul məbləğlərinin bir çox hissəsini həqiqətən aldığını bildirmiş, lakin həmin pulların ona “Mətbuat günü” və digər əlamətdar bayramlarda maddi köməklik məqsədi ilə edildiyini qeyd etmiş, heç kimə hədəqorxu gələrək pul istəmədiyini, pul aldığı zərərçəkmiş şəxslərlə yaxın münasibətinin olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrinə münasibətdə qeyd edir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin müvafiq izahatları, üzləşdirmə protokolları və xüsusən bank köçürmələrini təsdiqləyən sənədlər göstərir ki, həmin pullar müxtəlif vaxtlarda, sistematik xarakter daşımaqla və konkret hədəqorxu ilə alınmışdır. Pulların əksər hissəsinin göndərildiyi vaxt “Mətbuat günü”nə və ya hansısa əlanətdar bayramlara təsadüf etməmişdir. Həmçinin zərərçəkmiş şəxslər də həmin pulların konkret olaraq onlara olunan hədə-qorxudan qorxub çəkindikləri üçün, onların barəsində mətbuatda neqativ və ya rüsvayedici məlumatların yayılmaması üçün verdiklərini qeyd etmişlər. Bu baxımdan, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşır və onların özünü müdafiə məqsədi daşıdığını qeyd edir.

137. Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməməsi və özünü təqsirli bilməməsinə dair müdafiə xarakterli ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı onunla aparılmış üzləşdirmələrdə zərərçəkmiş şəxslər onun hədə-qorxu ilə pul tələb etməsini birbaşa təsdiq etmiş, eləcə də elektron yazışmalar, bank köçürmələri və media paylaşımları kimi sübutlar Təqsirləndirilən şəxs2 cinayət əməllərini aydın şəkildə təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 ilə aralarında həm “whatsapp” proqramı vasitəsi ilə olan yazışmaları, həm də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrəyə daxil olan SMS mətnlərinin, eləcə də iş materiallarında olan çoxsaylı sübutların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs2 izahlarının inandırıcı olmadığını müəyyən edir.

138. Təqsirləndirilən şəxslərin əlbir olmadıqlarına dair müdafiə mövqeyinə münasibət bildirərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz ifadələrində bir-birilərini tanımadıqlarını, yalnız təsadüfi hallarda rastlaşdıqlarını və cinayət əməllərini birlikdə törətmədiklərini bildirmişlər. Lakin bu müdafiə mövqeyi iş üzrə mövcud olan bir sıra mötəbər sübutlarla təkzib olunur. Əvvəla, Zərərçəkmiş şəxs5 məhkəmə istintaqı zamanı aydın və konkret şəkildə göstərmişdir ki, pulun məbləği ilə bağlı Təqsirləndirilən şəxs1 ona tək olmadığını və “köməkçisi və komandası olduğunu” demişdir, köməkçisi dedikdə isə Təqsirləndirilən şəxs2 nəzərdə tutduğunu bildirmişdir. Bu ifadə, cinayətin törədilməsində onların qabaqcadan razılaşdırılmış hərəkətlər etdiyini və birgə niyyətlə hərəkət etdiklərini sübut edir. Həmin ifadə istintaq və məhkəmə baxışı zamanı dəfələrlə təsdiqlənmiş, Vüqarın iştirakı ilə bağlı digər zərərçəkmişlərin də izahatlarında Ramilin vasitəçi qismində Vüqara pulun ötürülməsi və ya onların adlarının birlikdə hallanması ilə bağlı xüsusatlar öz əksini tapmışdır. Həmçinin iş materiallarında göstərilmişdir ki, bəzi hallarda Vüqarın adı birbaşa Ramilin hədə-qorxusunda istifadə olunmuş, bəzi hallarda isə Ramil aldığı pulun bir hissəsini “Vüqara çatacaq” şəklində izah etmişdir (xüsusən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində). Cinayət işi materialları və eləcə də məhkəmə istintaqı zamanı araşdırılan sübutlar, zərərçəkmişlərin ifadələri təqsirləndirilən şəxslərin bir neçə epizodda cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətdiyini sübut etmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslərin müdafiə üçün gətirdiyi dəlillər, guya onların bir-birini tanımaması, cəmi 2 dəfə görüşmələri və sair bu kimi məzmunlu izahatlar iş üzrə toplanmış sübutlarla təkzib olunur, özünü müdafiə məqsədi daşıyır. Bu səbəbdən onların əlbirliklə cinayət törətmələri məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab olunur.

139. Məhkəmə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməsi, ona təzyiq və təsir göstərildiyini, təqsirləndirilən şəxsin əleyhinə ifadə verməyə məcbur edilməsi ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxsin dediklərini təsdiq edən hər hansı ağlabatan dəlil təqdim edilməmiş, həmçinin məhkəməyədək icraat zamanı o, özünə qarşı edilmiş hər hansı təzyiq və ya təsir barədə şikayət etməmiş, ibtidai istintaqın sonuna qədər hər hansı etirazını bildirməmiş, həmçinin üzləşdirmə istintaq hərəkəti zamanı ifadələrini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi həmin ifadələr işin faktiki halları ilə uzlaşmadığından və digər mötəbər sübutlarla təkzib olunduğundan sübut kimi qəbul edilməməlidir. Nəzərə almaq lazımdır ki, ifadəsini təkzib edən və həmin ifadələri guya təzyiq altında verdiyini bildirən Zərərçəkmiş şəxs2 artıq Təqsirləndirilən şəxs1 ilə barışmışdır, həmçinin Təqsirləndirilən şəxs1 ilə uzun illərdir ki, tanışlığının olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadələr təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş yalan ifadələr kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə sözügedən zərərçəkmişin məhkəməyədək icraat zamanı vermiş olduğu əvvəlki ifadələrini iş üzrə sübut kimi qəbul edir.

140. Digər Zərərçəkmiş şəxs3 da məhkəmə icraatı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ilə yaxın münasibətinin olduğunu bildirmiş, ibtidai istintaq zamanı guya əsəbiləşib, Bakı şəhərinə gedərək ondan şikayət etdiyini bildirmişdir. Məhkəmə Zərərçəkmiş şəxs3 bu ifadələrini həqiqət hesab etmir, çünki zərərçəkmiş şəxs özü məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o özü Bakı şəhərinə gedərək, BMCMİ-yə Təqsirləndirilən şəxs1 barəsində şikayət etmiş, onun sözlərinə əsasən şikayət ərizəsi formalaşdırıldıqdan sonra oxuyub, məzmunu ilə tanış olaraq imza etmişdir. Ona qarşı hər hansı təzyiq və ya təsir edilməsi ilə bağlı heç bir hal bildirməmişdir. Nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs1 ilə barışmışdır, o özü qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ilə uzun illərdir bir-birilərini tanımışlar, əvvəllər münasibətləri olmuşdur. Bu səbəbdən məhkəmə Zərərçəkmiş şəxs3 məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin guya ona hədə-qorxu gəlməməsi və özünün ona köməklik etməsi ilə bağlı bildirdiklərini təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi əvvəlki ifadələrini iş üzrə sübut kimi qəbul edir.

141. Təqsirləndirilən şəxs2 polis və icra nümayəndələri tərəfindən təzyiqə məruz qalması barədə dediklərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında bu barədə bildirərək, Cəlilabad rayon Polis Şöbəsinin rəhbərliyi və Cəlilabad rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən ona qarşı qanunsuz təzyiqlər edilməsini qeyd etsə də, Cəlilabad rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən müəyyən edilmişdir ki, Cəlilabad RİH-nin başçısı Rafiq Cəlilovun yaxın ətrafının Təqsirləndirilən şəxs2 zəng edərək, həmin paylaşımları silməsi ilə bağlı ona təsir etmələri barədə xüsusatlar, eyni zamanda Cəlilabad RPŞ vəzifəli şəxsləri və əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 qarşı yol verilmiş qanunsuzluqlarla bağlı xüsusatlar da öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir

142. Sonuncu olaraq məhkəmə təqsirləndirilən şəxslərin qanunsuz saxlanılmaları ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq 15 və 16 avqust 2024-cü il tarixlərində saxlanılmalarını və hüquqlarının pozulduğunu bildirmişlər. Lakin iş materiallarına əlavə olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokollar, müdafiəçinin təqdim edilməsi, təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarı və digər aidiyyəti sənədlər onların saxlanmasının 17 avqust 2024-cü il tarixdə qanuni əsaslarla həyata keçirildiyini təsdiq edir. Həmçinin, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyədək icraat zamanı heç bir halda tutulma vaxtını mübahisələndirməmiş, bu barədə aidiyyəti üzrə şikayətlər etməmişlər. Həmçinin, təqsirləndirilən şəxslər onların qanunsuz saxlanılmaları ilə bağlı dediklərini təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişlər. Odur ki, təqsirləndirilən şəxslərin qanunsuz saxlanılmaları barədə şifahi olaraq bildirdikləri iş üzrə mötəbər sübutlarla təkzib edildiyindən, həmçinin təqsirləndirilən şəxslər tərəfindən hər hansı dəlil irəli sürülə bilmədiyindən və məhkəməyədək icraat zamanı qanunsuz tutulmaları ilə bağlı heç bir şikayət etmədiklərindən, məhkəmə təqsirləndirilən şəxslərin qeyd etdiklərini tamamilə təkzib edilmiş hesab edir.

143. Məhkəmə, təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi yuxarıda sadalanan dəlillərə və verdiyi ifadələrə münasibətdə yekun olaraq qeyd edir ki, onların qeyd etdiyi hallar işin faktiki halları ilə öz təsdiqini tapmadığından tam inkar edilir və məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, bu ifadələr özünü müdafiə xarakteri daşımaqla ağır cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzalarını yüngülləşdirmək məqsədi daşıyır və özlərinin işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

144. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

145. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

146. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır.

147. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət- Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.

148. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

149. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayətprosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

150. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli plenum qərarının 5-ci bəndində qeyd edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür.

151. CM-in 182.2.2-ci maddəsi hədə-qorxu ilə tələb etmə cinayətinin təkrar, yəni iki və ya daha çox dəfə törədilməsini nəzərdə tutur.

152. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, iş materiallarında mövcud olan digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 182.2.1 və 182.2.2ci maddələri ilə düzgün tövsif edilmişdir.

153. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində təqsirlidirlər, cinayət əməlləri qəsdən törədilmişdir, əməllər başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

154. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası CM-in, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur:

155. Azərbaycan Respublikası CM-in 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”.

156. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.

157. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

158. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə (ius talionis), yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.

159. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır.

160. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.

161. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

162. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı övladının olmasını və onun zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ilə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.

163. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladlarının olmasını, eləcə də zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 ilə barışmasını və ondan şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.

164. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

165. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar.

166. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

167. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.

168. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı).

169. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir.

170. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası CM-in 182.2.1-ci və 182.2.2-ci maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

171. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 182.2.1-ci və 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

172. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər ağır cinayətlər kimi təsnif edilmişdir.

173. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün onların ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməli olması müəyyən edilmişdir.

174. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

175. Digər Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə qeyd edir ki, onun barəsində Cəlilabad Rayon Məhkəməsinin 1(073)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş və hazırda çəkilməmiş qalan 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə və 01 il 01 ay müddətə islah işləri cəzası hazırki hökmlə təyin ediləcək cəzaya birləşdirilməlidir.

176. CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur.

177. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

178. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, habelə onun çəkilməmiş cəzası hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə, cəzanın məqsədlərinə nail olmaq olar.

179. Həmçinin, məhkəmə hazırki hökmün 172 və 173-cü bəndlərində qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

180. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

181. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

182. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər 17 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablanmalıdır.

183. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

184. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış məlumatların əks olunduğu 01 (bir) ədəd CD disk, veb səhifələrdən çıxarış edilmiş 58 ədəd fotoşəkil, Təqsirləndirilən şəxs2 mobil telefonundan çıxarış edilmiş 61 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 26 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 02 ədəd fotoşəkil və Zərərçəkmiş şəxs3 təqdim etdiyi 04 ədəd fotoşəkil iş materiallarında saxlanılmalıdır.

185. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.

186. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

187. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

188. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəlilabad rayon Məhkəməsinin 1(073)-10/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin olunmuş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 3 (üç) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcinin olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış məlumatların əks olunduğu 01 (bir) ədəd CD disk, veb səhifələrdən çıxarış edilmiş 58 ədəd fotoşəkil, Təqsirləndirilən şəxs2 mobil telefonundan çıxarış edilmiş 61 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 26 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 02 ədəd fotoşəkil və Zərərçəkmiş şəxs3 təqdim etdiyi 04 ədəd fotoşəkil iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar