Məhkəmə qərarları › İş №1(099)-213/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-213/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-213/2023 02.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X9 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 02 il 02 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə və xx xxxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində 06 oktyabr 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq ümumi təmiz çəkisi 280,08 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin kütlədən 5,08 qram hissəsini ayıraraq ağ rəngli kağız bükümə qoyaraq əynindəki tünd yaşıl rəngli cins şalvarının sağ yan cibində, qalan 275 qram hissəsini isə göy rəngli sellofan torbanın içərisində saxlayaraq daşımış, 14 sentyabr 2022-ci il tarixdə saat 19:25 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “56” marketin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 20:05də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd yaşıl rəngli cins şalvarının sağ yan cibindən kağız bükümdə təmiz çəkisi 5,08 qram, əlindəki göy rəngli sellofan torbanın içərisində 275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair tanışı Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı ilə istintaqa məlum olmayan vaxtda və yerdə razılaşmaya gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan vaxtda Biləsuvar şəhəri, Q.Həsənova küçəsində yerləşən 90 sürət həddini göstərən yol nişanının yanına gizlədilmiş bir ədəd şəffaf rəngli sellofan bağlamada qablaşdırılmış, külli miqdarda təmiz çəkisi 1490 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməkdən ötrü 04 oktyabr 2022-ci il tarixdə saat 21:35 dəqiqədə tanışı Samirə Nəcəfəli ilə birlikdə cinayət barədə xəbərsiz olan Şahid5 idarə etdiyi “Hyundai İ30” markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gələrək qeyd olunan narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayonu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Görüş” kafesinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının altından bir ədəd şəffaf rəngli sellofan bağlamada qablaşdırılmış külli miqdarda təmiz çəkisi 1490 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair tanışı Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı ilə istintaqa məlum olmayan vaxtda və yerdə razılaşmaya gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan vaxtda Biləsuvar şəhəri, Q.Həsənova küçəsində yerləşən 90 sürət həddini göstərən yol nişanının yanına gizlədilmiş bir ədəd şəffaf rəngli sellofan bağlamada qablaşdırılmış, külli miqdarda təmiz çəkisi 1490,0 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməkdən ötrü 04 oktyabr 2022-ci il tarixdə saat 21:35 dəqiqədə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət barədə xəbərsiz olan Şahid5 idarə etdiyi “Hyundai İ30” markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gələrək qeyd olunan narkotik vasitələri gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayonu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Görüş” kafesinin yaxınlığında saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının altından bir ədəd şəffaf rəngli sellofan bağlamada qablaşdırılmış külli miqdarda təmiz çəkisi 1490,0 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 oktyabr 2022-ci ildə o Samirə, Ülkər və Orxan İsmayıla məxsus taksi ilə Mingəçevir şəhərindən Biləsuvar rayonuna narkotik götürməyə gəlmişdir. Həmin vaxt maşında 5 nəfər olmuşular. O İranlının dediyi yerə gəlib orada 90 sürəti göstərən nişanın yanında avtomobildən düşüb, həmin plakatın altından iranlının qoyduğu 3-4 qram patı (metamfetamin) götürmüş və maşına oturmuş, qayıdarkən yol patrul xidmətinə məxsus maşını işarə verib onları saxlayıb, Biləsuvar Rayon Polis Şöbəsinə aparmışlar. Orada üzərlərinə vəkilin iştirakı ilə videoçəkilişlə axtarış aparılmışdır. Lakin üzərlərindən qanunla qadağan edilmiş əşya və ya pedmet aşkar edilməmişdir. Üstündən bir qədər keçmiş onları polis şöbəsinin həyətinə çıxarıb, gəldikləri İsmayılın idarə etdiyi hunday markalı avtomobilə vəkillərin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Maşından bir bükümdə çıxan malı onların qabaqlarına qoymuşlar. Bunu görüb onlar şokda olmuşlar. Çünki o Biləsuvara 10 qram mala görə gəlmişdir. Maşından çıxan mal onun deyil. Həmin malın arxasınca getmələrindən ancaq Samirənin məlumatı olmuşdur. Ülkərin, taksi sürücüsünün və Oraxanın onların metamfetamin arxasınca gəlmələrindən məlumatları olmamışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, İranlı ilə sosial şəbəkədə tanış olmuşdur. O narkotik istifadəçisidir, metamfetamin üçün Biləsuvar rayonuna gəlmişdir. İranlı ilə o danışmışdır. 90 km surət göstərən plakatın konumunu ona iranlı atmış və o iranlı ilə mütəmadi əlaqə saxlamışdır. Samirənin də iranlı ilə əlaqəsi olmuşdur. Həmin iranlıya 100 manat pul vurmuş, həmin pul qarşılığında narkotik göndərməmişdi. İstintaqda veriyi ifadəsi düzgündür. İstintaqda Samirə ilə onu üzləşdiriliblər. 14 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində onu Mingəçevir şəhərində polis əməkdaşları saxlayaraq polis şöbəsinə aparıb üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə axtarış keçirmişlər. Axtarış zamanı üzərindən bir bükümdə pati (metamfetamin) aşkar edilərək götürülmüşdür. Həmin vaxt onun üzərindən götürülmüş qurudulmuş marixuana ona aid olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək 13 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhərində Anar adlı şəxsdən mettamfetamin və qurudulmuş marixuana alaraq üzərində saxladığını və 14 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində polis əməkdaşlarının onu saxlayaraq Mingəçevir Şəhər Polis Şöbəsinə apardıqlarını, X1rşısında vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əlində olan torbanın içərisindən və əynindəki şalvarın sağ yan cibindən kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar olunduğunu bildirmişdir. 05 oktyabr 2022-ci il tarixdə axşam saat təxminən 21 radələrində İsmayılın idarə etdiyi Hundai İ30 markalı avtomobillə Biləsuvar rayonuna gələrək iranlı üzərində 90 sözü yazılmış yol nişanın fotoşəklini göndərib, narkotik vasitənin həmin yol nişanın altında olduğunu, həmin yol nişanının da “Ok Oil” adlı yancaq doldurma məntəqəsindən bir qədər aralıda sağa dönən yolun üzərində yerləşdiyini bildirdiyini, onlar iranlının ona dediyi yerə çatdıqdan sonra taksi şoferinə avtomobili saxlamasını dediyini, taksi şoferi də avtomobili həmin yol nişanından bir qədər irəlidə yolun sağ ehtiyyat hissəsində saxladığını, Samirənin avtomobildən düşmək istədiyini görüb ona ehtiyyac olmadığını və özünün düşəcəyini dediyini, bundan sonra avtomobildən düşüb həmin yol nişanına yaxınlaşaraq, nişanın altından torbanı götürüb avtomobilə əyləşdiyini, sonra da həmin torbanı sürücünün görməyəcəyi şəkildə əyləşdiyi oturacağın altına qoyduğunu, Samirə heç bir söz demədən əlini ona doğru uzadaraq, narkotik vasitəni istədiyini başa düşüb heç kəsi şübhələndirməmək üçün telefonunun mesaj bölməsinə “hər şey qaydasındadır” sözünü yazıb ona göstərərək, İsmayıla isə avtomobili sürməsini bildirdiyini, İsmayıl ondan hara gedəcəklərini soruşduqda, X6 şəhərinə qayıdacaqlarını dediyini və o da geri qayıdıb Mingəçevir şəhəri istiqamətində hərəkət etməyə başladığını, həmin vaxt Yol Patrul Xidmətini əməkdaşları onlara saxla işarəsi verdiklərini, İsmayılın avtomobili saxladığını, bundan sonra mülki geyimdə olan polis əməkdaşları onları saxlayıb avtomobillə birlikdə Polis Şöbəsinə apardıqlarını, orada vəkilin iştirakı ilə video çəklişlə üzərində şəxsi-axtarış keçirildiyini və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmadığını, daha sonra isə vəkillərin və onların iştirakı ilə video çəkilişlə İsmayılın idarə etdiyi “Hyundai İ30” markalı avtomobilə baxış keçirildiyini, baxış zamanı polis əməkdaşları tərəfindən avtomobildə qabaq sağ oturacağının altından bir ədəd bükülü aşkar edilərək götürüldüyünü,həmin bükülü polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olmasının müəyyən olunduğunu və sonra da narkotik vasitə qablaşdırılaraq protokol tərtib edildiyini bildirmişdir. O ifadəsinə əlavə olaraq qeyd olunan narkotik vasitənin Təqsirləndirilən şəxs1 məxsus olduğunu, Samirə həmin narkotik vasitəni götürmək üçün ona məxsus olan plastik karta 120 manat pul atdığını, o da həmin pulu iranlıya məxsus olan plastik karta göndərdiyini, İran İslam Respublikasının vətəndaşı olan tanımadığı həmin şəxslə Samirənin göstərişi ilə vatsap vasitəsi ilə danışdığını, narkotik vasitəni də Biləsuvar rayonu ərazisindən o, götürdüyünü, Samirə ilə aralarında olan razılaşmaya görə Samirə həmin narkotik vasitədən istifadə etmək üçün 1-2 qram ona verəcəyini və eyni zamanda da 250 manat borcunu bağlayacağını vəd etdiyini, Şahid6, Şahid5 və Şahid1 Biləsuvar rayonu ərazisindən narkotik vasitə götürəcəyi barədə heç bir məlumatları olmadığını, narkotik vasitənin əldə olunması barədə razılaşma onunla Təqsirləndirilən şəxs1 arasında olduğunu, Samirənin tapşırığı əsasında iranlı ilə 10 qram heroin və 10 qram metamfetaminə görə razılaşdığını, lakin iranlının 1490 qram çəkidə narkotik vasitə göndərəcəyi barədə əvvəlcədən heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rövşən dəfələrlə iranlıdan narkotik vasitə almışdır. O iranlı ilə danışmamışdır. Rövşən narkotik götürməyə gəlmiş, 90 surəti göstərən plakatının altından narkotiki Rövşən götürmüşdür. Onun oğlu narkotik istifadəçisidir. 120 manat pulu Rövşənin kartına oğluna metadon almaq üçün atmışdır. Həmdə ona borcu olmuşdur. O Rövşənə qarşı əməliyyat qurmuşdur. Rövşən maşınını satdığını, onun sənədin götürmək üçün Biləsuvara getməyi ona təklif etmişdir. Rövşənin Könülə 1000 manat borcu olmuş, hər ayda ona pul ödəmişdir. Rövşənə taksi lazım olmuş və onun pulu olmadığına görə onları Biləsuvar rayonuna aparmağı öz yaxın adamına xahiş etmişdir. O narkotik dalıyca getsə idi yaxınını taksi kimi aparmazdı. Biləsuvarda 90 yazılan plakatın altından narkotik vasitəni Rövşən götürmüşdür. Rövşən maşına oturanda onda narkotik görməmişdir. Rövşən maşına oturandan sonra bir az getmişdilər ki, onları polislər saxlamışlar. Polislər özlərin təqdim etmədən onları polis şöbəsinə aparmışlar. Maşına onların yanında baxış keçirməmişlər. Onlar Biləsuvar rayonuna sürücü ilə birlikdə 5 nəfər gəlmişlər. Sürücü ilə onları gətirib aparmaq üçün 100-120 manata danışmışdır. Sürücü Biləsuvara nə məqsədlə gəlməsini bilməmişdir. Rövşən narkotiki götürüb maşına oturanda hamı maşında olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək Təqsirləndirilən şəxs2 Əli adlı iranlı ilə narkotik vasitə alveri barədə söhbətlər etdiyini eşitdiyini, 03 oktyabr 2022-ci il tarixdə o, Ülkər və Rövşən birlikdə narkotik vasitə götürmək üçün Bakı şəhərinə getdiklərini, lakin həmin vaxt Rövşən ona iranlının göndərdiyi narkotik vasitəni tapmadığını bildirdiyini, ona görə də geri qayıtdıqlarını, 04 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona və Ülkərə iranlının Biləsuvar rayonuna onun üçün narkotik vasitə göndərəcəyini və onu götürməyin lazım olduğunu dediyini, Ülkərlə onun Rövşənlə birlikdə Biləsuvar rayonuna gəlməkdə məqsədləri Biləsuvar rayonundan narkotik vasitəni götürüb geri qayıdan zaman bu barədə Mingəçevir polis şöbəsinə məlumat vermək olduğunu, sonra da həmin gün saat təxminən 21 radələrində İsmayılın idarə etdiyi avtomobillə o Rövşən, Ülkər və Orxanla birlikdə Biləsuvar rayonuna gəldiklərini, Biləsuvar rayonunda olan zaman Rövşən mobil telefonun mesaj bölməsinə “onu götürəndə şofer bilməz ki” mesajını yazıb ona göstərdiyini, o da yəqin ki, görməyəcəyini bildirdiyini, o Rövşəndən narkotik vasitənin harada olduğunu soruşduğunu və Rövşən də ona üzərində 90 yazılmış yol nişanının fotoşəklini göstərib, narkotik vasitənin həmin yol nişanın altında olduğunu bildirdiyini, eşidilməməsi üçün də mobil telefonun mesaj bölməsinə lazımı sözləri yazıb ona göstərdiyini, bir qədər hərəkət etdikdən sonra Rövşən taksi şoferinə avtomobili saxlamasını bildirdiyini və taksi şoferi avtomobili saxladıqdan sonra Rövşənin avtomobildən düşüb bir qədər sonra geri qayıtdığını, həmin vaxtı narkotik vasitə də əlində olduğunu, avtomobilə oturduqdan sonra taksi şoferinə geri qayıtmasını bildirdiyini, taksi şoferi də avtomobili döndərib geri qayıtdığını, sonra da Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən onlara saxla işarəsi verildiyini, Rövşən isə taksi şoferinə avtomobili saxlamamasını, avtomobildə olan şəxslərin əməliyyatçılar olduğunu bildirdiyini, onlar taksi şoferinə heç bir qanunsuz hərəkət etmədiklərini və avtomobili saxlamasını bildirdiklərini, bundan sonra taksi şoferi avtomobili yolun kənarına verib saxladığını, daha sonra mülki geyimdə olan polis əməkdaşları onları saxlayıb rayon polis şöbəsinə apardıqlarını və orada vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmadığını, sonra isə vəkillərin iştirakı ilə video çəkiliş aparılmaqla İsmayılın idarə etdiyi “Hyundai İ30” markalı avtomobilə baxış keçirildiyini, baxış zamanı polis əməkdaşları tərəfindən avtomobildə ön sağ oturacağının altından bükülü aşakar olunaraq götürüldüyünü, həmin bükülü polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində narkotik vasitəyə bənzər maddə olmasının müəyyən olunduğunu, həmin maddə qablaşdırılaraq bu barədə protokol tərtib edildiyini və protokolu o və bütün iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunan cinayət əməllərini törətmələri məhkəmədə elan olunmaqla tədqiq edilmiş onların ibtidai istintaq zamanı vermiş olduqları biri digərini ifşa edən və işin hallarına uyğun gələn ifadələrindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara aşağıdakı qaydada sübuta yetirilir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 ilə Samirə tutulandan 10 gün əvvəl tanış olmuşdur. 04 oktyabr 2022-ci il tarixdə Samirə ona zəng edərək Biləsuvar rayonuna getdiyini bildirib onunla getməsini dediyindən o, razılaşmışdır. Onlar İsmayılın idarə etdiyi avtomobillə gələrək onu da götürmüşlər. Avtomobildə Ülkər və Rövşən də olmuşlar. Həmin gün təxminən saat 21 radələrində onlar Biləsuvar rayonuna çatmışlar. Biləsuvar rayonunda olan zaman Rövşən Biləsuvar rayonu ərazisində tanımadığı bir yerdə taski sürücü İsmayıla avtomobili saxlamasını bildirmişdir. Bundan sonra Rövşən avtomobildən düşüb bir qədər sonra geri qayıtmış və avtomobilə mindikdən sonra sürücüyə geri qayıtmasını demiş, sürücü də avtomobili döndərib geri qayıtmışdır. Bir qədər ketdikdən sonra yol polisi əməkdaşları tərəfindən onlara saxla işarəsi verilmişdir. Həmin vaxtı Rövşən və Samirə taksi şoferinə avtomobili saxlamamasını, avtomobildə olan şəxslərin əməliyyatçıların olduğunu bildirmişlər. Orxanla taksi şoferi isə heç bir qanunsuz hərəkət etmədiklərini bildirib sürücü avtomobili yolun kənarına verib saxlamışdır. Daha sonra mülki geyimdə olan polis əməkdaşları onları saxlayıb Biləsuvar rayon Polis Şöbəsinə aparmışlar. Orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərlərində axtarış aparmışlar, lakin onların üzərlərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Sonra da vəkillərin iştirakı ilə video çəkilişlə İsmayılın idarə etdiyi “Hyundai İ30” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı polis əməkdaşları tərəfindən avtomobilin qabaq sağ oturacağının altından bir ədəd bükülü aşkar olunaraq götürülmüşdür. Həmin bükülü polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Bükülüdən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş və onlar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O həmin narkotik vasitədən heç bir məlumatı olmamışdır. O yol yoldaşı kim getmişdir. Onlar avtomobildə gedərkən, yolboyu Rövşənin telefonla kiminləsə danışdığını, telefonun mikrafonunu tez-tez qulağına yaxınlaşdırdığını, telefonu Samirəyə verib mesajları oxutmasını görmüş, lakin onun nə danışdığını eşitməmiş, mesajların məzmunun nədən ibarət olmasını bilməmişdir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 04 oktyabr 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. 04 oktyabr 2022-ci il tarixdə tərəflərindən əməliyyat axtarış-tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs2 içərisində olması ehtimal edilən “Hyundai İ30” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə saat 21:30 radələrində Biləsuvar şəhərində Mərkəzi Xəstəxanasının yaxınlığından Biləsuvar rayon Çaylı kəndi istiqamətində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş və həmin avtomobil “PMK 19” qəsəbəsinin yaxınlığında saxlanılmışdır. Avtomobildə Təqsirləndirilən şəxs2 başqa 4 nəfər şəxslər də olmuşdur. Həmin şəxslərə özlərini tədqim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxlanıldıqlarını izah edib onları avtomobillə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə aparmışlar. Avtomobildə olan şəxslərin Mingəçevir şəhər sakinləri Şahid1, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs1 olduqları müəyyən edilmişdir. Sonra vəkillərin iştirakları ilə videoçəkilişlə həmin şəxslərin üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onların üzərlərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra polis şöbəsinin inzibatı binasının həyətində saxlanılan şəxslərin, vəkillərin və polis əməkdaşlarının iştirakları ilə Şahid5 idarə etdiyi “Hyundai İ30” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sağ otacağın altından bir ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması məlum olmuşdur. Daha sonra isə həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1 kiloqram 525 qram olmuşdur. Soruğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İsam Respublikası vətəndaşının göndərdiyini bildirmişdir. Avtomobildən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddə qablaşadırılmış və bu barədə protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində o, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı X5 şəhərində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar saxlanılaraq polis şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan torbanın içərisindən 285 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, əynindəki şalvarın sağ cibindən çıxarıb təqdim etdiyi bir ədəd kağız bükümün içərisindən 5,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər və əyindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd kağız bükümün içərisindən 0,09 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Sonra da bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan üzləşmədə dindirmə istintaq hərəkəti protokolundan görürünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək qeyd olunan narkotik vasitənin Təqsirləndirilən şəxs1 məxsus olduğunu, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürmək üçün ona məxsus olan plastik karta 120 manat pul atdığını, özünün də həmin pulu iranlıya məxsus olan plastik karta köçürdüyünü, İran İslam Respublikasının vətəndaşı olan tanımadığı həmin şəxslə Samirənin göstərişi ilə vatsap vasitəsi ilə danışdığını, qeyd olunan narkotik vasitəni də Biləsuvar rayonu ərazisindən özünün götürdüyünü, Samirə ilə aralarında olan razılaşmaya görə Samirə həmin narkotik vasitədən istifadə etmək üçün 1-2 qram ona verəcəyini və eyni zamanda da 250 manat borcunu bağlayacağını, Şahid6, Şahid5 və Şahid1 Biləsuvar rayonu ərazisindən narkotik vasitə götürəcəkləri barədə heç bir məlumatları olmadığını, narkotik vasitənin əldə olunması barədə razılaşma onunla Təqsirləndirilən şəxs1 arasında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 da ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək Şahid5 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 1490 qram çəkidə narkotik vasitə heroinin Təqsirləndirilən şəxs2 məxsus olduğunu, narkotik vasitəni də Biləsuvar rayonu ərazisindən Rövşənin götürdüyünü, onun və Ülkərin Biləsuvar rayonuna gəlməkdə məqsədlərinin Təqsirləndirilən şəxs2 narkotik vasitəni götürüb geri qayıtdıqdan sonra Mingəçevir rayon polis şöbəsinə bu barədə məlumat vermək olduğunu, Şahid1 və Şahid5 həmin narkotik vasitədən heç bir məlumatı olmadığını, Şahid1 onunla yoldaş kimi, Şahid5 isə taksi kimi Biləsuvar rayonuna gəldiyini bildirmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması şübhəsi yarandığından üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan torbanın içərisindən 285 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, əyindəki şalvarın sağ cibindən çıxarıb təqdim etdiyi bir ədəd kağız bükümün içərisindən 5,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və əyindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd kağız bükümün içərisindən 0,09 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə tanış olaraq imzalamışdır. İşdə olan şəxsi axtarış zamanı «Panasonic» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki,videogörüntülər olan diskə baxış keçirilərkən baxış protokolunda olan xüsusatların diskdə olan videogörüntülərlə üst-üstə düşməsi təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması şübhəsi yarandığından üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə tanış olaraq imzalamışdır. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması şübhəsi yarandığından üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə tanış olaraq imzalamışdır. Cinayət işinin materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 idarə etdiyi “Hyundai İ30” markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə olması şübhəsi yarandığından şübhəli şəxslər Təqsirləndirilən şəxs2, Şahid1, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs1, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla “Hyundai İ30” markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxslərdən avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya, predmet, narkotik vasitə və yaxud psixotrop maddə olubolmaması, varsa könüllü olaraq təqdim etmələri təklif olunmuşdur. Şübhəli şəxslər avtomobildə narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdirlər. Bundan sonra avtomobildə axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı avtomobilin ön sağ oturacağının altından bir ədəd şəffaf rəngli sellofan büküm aşkar olunaraq götürülmüşdür. Büküm açılıb baxıldıqda içərisində spesfik iyindən və rəngindən narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyən olunmuşdur. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1525 qram gəlmişdir. Soruğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İsam Respublikası vətəndaşının göndərdiyini bildirmişdir. Avtomobildən aşkar edilərək götürülümüş, içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd büküm zərfə qoyularaq qablaşadırılmışdır. Zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan avtomobilə baxış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntülər olan diskə baxış keçirilərkən baxış protokolunda olan xüsusatların diskdə olan videogörüntülərlə üst-üstə düşməsi təsdiq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 17/725 №-li ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 ədəd sellofan torbanın içərisindəki ümumi təmiz çəkisi 275 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərinə yapışıdırılmış vərəqədə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 ədəd kağız zərfin içərisindəki kağız bükümdə ümumi təmiz çəkisi 5,08 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş əqdim olunmuş X4 əlində aşak edilmiş sellofan torbanın içərəsində olan qurudulmuş marixuana ilə onun şalvarının cibindən aşkar edilmiş ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərinə yapışıdırılmış vərəqədə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 ədəd kağız zərfin içərisindəki kağız bükümdə ümumi təmiz çəkisi 0,042 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İşdə olan ibtidai istintaq orqanının 22 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən qalıq çəkiləri 274,95 qram və 5,03 qram qurudulmuş marixuana və qalıq çəkiləri 0,032 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin matriallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 19/1061 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Hyundai İ30 markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddə sözlər və imzalar olan bir ədəd paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 1490,0 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1490,0 qram tədiqata sərf edildi 0,1 qram, qalıq 1489,9 qram. İşdə olan ibtidai istintaq orqanının 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, qalıq çəkisi 1489,9 qram heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmur. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı ondan aşkar olunub götürülmüş bir ədəd mobil telefon qara rəngli korpuslu “Samsung” markalıdır. Telefonda “Azərcell” mobil operatoruna məxsus +994-***-***-**-** saylı, “Azərfon” mobil operatoruna məxsus +994-***-***-**-** saylı mobil nömrələr vardır. Mobil telefona baxış keçirilən zaman mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat olmamışdır. İşdə olan telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman ondan aşkar olunub götürülmüş bir ədəd mobil telefon göy rəngli korpuslu «Redmi » markalıdır. Telefonda “Azərcell” mobil operatoruna məxsus +994-***-***-**-** saylı və “Bakcell” mobil operatoruna məxsus +994-***-***-**-**saylı mobil nömrə vardır. Telefonun “Whatsapp” proqramının “mesajlar” bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-***-***-**-** saylı mobil nömrə ilə X10 və Azərbaycan Respublikası mobil opertorlarına məxsus müxtəlif mobil nömrələr arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səs yazısı və mesajların olması müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Nihatdı Samirə” məzmununda, Təqsirləndirilən şəxs1: “Bildim gözdə” məzmununda, ***-***-**-** saylı mobil nömrə: “Qadanalm gor nagarsan bdene narhatam ey çox pis” məzmununda, Təqsirləndirilən şəxs1: “zəng edim?” məzmununda, ***-***-**-** saylı mobil nömrə: “Hə elə” məzmununda, Təqsirləndirilən şəxs1: “Qozde” məzmununda, ***-***-**-** saylı mobil nömrə: “yaxşı” məzmununda, Təqsirləndirilən şəxs1: “Məndə olmur ey gozde zəng edim” məzmununda, Təqsirləndirilən şəxs1: “Mən özümdə kiməsə atdırıram” “Bu gündə o adama zəng çatmır”, Sabah oldu bəlkə oda azı 0,5 verir” məzmununda, ***-***-**-** saylı mobil nömrə: “Neçye verir yarını” məzmununda, Təqsirləndirilən şəxs1: “sabah qədər 30 man düz qoş” Qetizdirene deyim” məzmununda, ***-***-**-** saylı mobil nömrə: “Özündə yoxdu bir az varsa verda bdene cet sen ol pis naratam ikmzn cani” məzmununda, Təqsirləndirilən şəxs1: “Vallah yoxdu” məzmununda mesajların olması müəyyən edilmişdir. Bundan başqa 21 sentyabr 2022-ci il tarixdə İran mobil operatorun məxsus +98-991-829-9838 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Patı14, Kola 14, Goll 8, M40 60” məzmununda, Təqsirləndirilən şəxs1: “Salam aleykum tez ma cavab ver tez” məzmununda, 23 sentyabr 2022-ci il tarixdə 98-991-829-9838 saylı mobil nömrə: “Salam Jan” məzmununda, Təqsirləndirilən şəxs1: “salam” məzmununda, 98-991-829-9838 saylı mobil nömrə: “salam salam necəsən yaxşısan” məzmununda, Təqsirləndirilən şəxs1: “saol yaxşı olasan aynonu ne vaxt gelim goturum” məzmununda, 98-991-829-9838 saylı mobil nömrə: “haçan her vaxt desen 24 saat 24 saat da biz atırıq,bizə problem yoxdu” məzmununda, 98-991-829-9838 saylı mobil nömrə: “Gencede de atırıq, Bakıda da atırıq, Gencenin qiymeti 18, Bakının qiymeti 14” Təqsirləndirilən şəxs1: “Menim 100 manatımin aynonunu ne vaxt atacaqsan” məzmununda, 98-991-829- 9838 saylı mobil nömrə: “hansı məzhədə istisən Bakıda ya da Gəncədən” məzmununda, Təqsirləndirilən şəxs1: “mən sənə 100 manat atmısıdımey” məzmununda, 98-991-829- 9838 saylı mobil nömrə: “aye mənə harda 100 atıbsan” məzmununda, Təqsirləndirilən şəxs1: “sefsaldım” məzmununda səsli və yazılı mesajların olması müəyyən olunmuşdur. Bundan başqa 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən İran mobil operatorun məxsus +98-905-492-0830 saylı mobil nömrəyə: “Kimdi” məzmununda, 98-905-492-0830 saylı mobil nömrə: “Ali, Milad verdi 10p 10k cıx Tz Alo” məzmununda, Təqsirləndirilən şəxs1: “Ha terefe verdi Konum at” məzmununda, +98-905-492-0830 saylı mobil nömrə: “Hardasan, 2 sat dan sunra” 28 de ol” məzmununda, Təqsirləndirilən şəxs1: “Zaklatı qoy sekilini cek at konumununda” səsli və yazılı mesajların olması müəyyən olunmuşdur. Bundan başqa telefonun “Fotolar” bölməsinə baxış keçirilən zaman narkotik vasitələrə və psioxtrop maddələrə bənzər kütlələrin fotoşəkillərinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-***-***-**-** saylı mobil nömrə ilə X10 və Azərbaycan Respublikası mobil opertorlarına məxsus müxtəlif mobil nömrələr arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səs yazıları bir ədəd CD diskinə köçürülmüş, mesajların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azercell MMC-dən daxil olmuş 26 dekabr 2022-ci il tarixli 27820 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirlməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, “CD” diskində mövcud olan Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə və Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə 01 yanvar 2022 00:00:00 dən 04 oktyabr 2022 23:59:59 qədər olan müddət ərzində müxtəlif nömrələrlə telefon danışıqları və mesajlaşmalar aparılmışdır. “CD” diskində mövcud olan “SMS tarixçəsi” bölmünə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı mobil nömrə, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif mobil operatorlara məxsus olan mobil nömrələr arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair bir sıra sms yazıları olması müəyyən edilmişdir. Belə ki, 03 yanvar 2022,03:42:21 tarixdə **********51 saylı mobil nömrədən Samirənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “AZ GEL EVE TEMA TUTMUŞAM PUL VAR SEN HELL ELİYE BİLERSEN ANCAX 1500 MANATDİ SABAH PUL BİZDEDİ” məzmununda, xx/xx/2022,01:19:17 tarixdə **********51 saylı saylı mobil nömrədən Samirənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “BALAM SEHERDE OZUM OZMU SOYUREM, BİLİRSEN NİYE? BEYAX DEDİME KAKOS BURAXMİYANA KİMİ ADAMİN UREYİ PARTDİYİR AMA ZULM CEKİR ADAM, SENE GOSTERMEK İSDİYİRDİM” məzmununda, 12 mart 2022,05:54:38 tarixdə saylı mobil nömrədən Samirənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “QAPİN AGZİNDAYDİM SENOL O SOZNE GORE SAGOL SAMİRE, MEN MAL PATİ ACİZİ DEYLEM O SOZUNE GORE PULUVUDA 4 5 CET PATİNİDA SEHER VERCEM, AYİB OLSUN” məzmununda, 14 mart 2022,03:10:51 tarixdə Samirənin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “HARDASAN NARAHATAM TEL NİYE SONDURMUSEN ANARDA SENİ AXDARİR AQRİYİİR OMRUM MEN BİLİRDİMKİ TEMA TABİB QELMİYECEKSEN BELE ELEME NOLAR BUQUN ELA OLASİYDİ” məzmununda, 23 mart 2022,22:30:12 tarixdə Samirənin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən **********07 saylı mobil nömrəyə “CİXMİWAM QİZNANAM 2 DENE0AYRİ AYRİ 05 ET BRAT BİRDEKİ CET TORPAQ GELİREM” məzmununda, 25 avqust 2022,23:47:25, tarixdə saylı mobil nömrədən Samirənin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə “samıw hecne yoxdı xeber gosduyurem mal atdıranda varyoxunu” məzmununda mesajların göndərilməsi müəyyən olunmuşdur.Bundan başqa 02 oktyabr 2022,09:06:47 tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74saylı mobil nömrədən **********30 saylı mobil nömrəyə “elimnen geleni eledim belede ziyanida odedim inwallah ozumdr hacan olarsa qulluxunuzdayam bele men ozume cet aliram, ama. Cet almali deyildimde yeni.” məzmununda, 02 oktyabr 2022,12:30:13 tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı mobil nömrədən **********81 saylı mobil nömrəyə “Qaqa evde danuwanmiram uwaqlar evdedi osturaq gede hayselli zinakinun altiba atdirib sebirli ol maw8n gelsin gedib gekirem” məzmununda, 03 oktyabr 2022,17:58:17 tarixdə İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı nömrəyə “ay can gardash” məzmununda, 03 oktyabr 2022,17:58:41, tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı mobil nömrədən İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrəyə “Vacapa gir qardaw tez” məzmununda, 03 oktyabr 2022,18:24:23, tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı nömrəyə “bir şey duzelib? məzmununda, 03 oktyabr 2022,18:26:31, tarixdə İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı nömrəyə “Oldu qardaw tez.ele sen allah pul goturmeliyem borca sen dabro ver goturym.o adam yanimdadu” məzmununda, 03 oktyabr 2022,18:28:21 tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı mobil nömrədən İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrəyə “Ali qardaw men sene guvenib inaniram.and olsun allaha senim barende birsey bele axlima gelmir mene deqiq duzgun deyersen ne deyersense” məzmununda, 03 oktyabr 2022,18:32:12, tarixdə İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı nömrəyə “pul ne qeder di?” məzmununda, 03 oktyabr 2022,18:39:51 tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı mobil nömrədən İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrəyə “Vacap tam meni yix tez” məzmununda, 03 oktyabr 2022,18:48:24 tarixdə İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı nömrəyə “gardash pulu hazira mende girirem 10 degige” məzmununda, 03 oktyabr 2022,18:50:59 tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı mobil nömrədən İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrəyə “Qardaw hele menen daniw qadan alim kecendefek8 kimi lengime olacaqsa men eliyenmerem, vallah kecen defe men ziyan elemisem ozum demjrdimki ayibdi qardaw” məzmununda, 04 oktyabr 2022, 18:26:55, tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********74 saylı mobil nömrədən İran İslam Respublikasına məxsus mobil operatoruna məxsus **********94 saylı mobil nömrəyə “Ali qardaw naviqatorda saat 8de orda gosterir oda hele weherin icini ele gosterir 8e qalmiw ordayam men vacapa gir qardaw” məzmununda mesajların göndərilməsi müəyyən olunmuşdur. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair 04 oktyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 09 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən cinayətin digər iştirakçılarının barələrində hazırki cinayət işindən CM-nin 234.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 ifadəsində Mingəçevir şəhərində saxlanılarkən polis əməkdaşları tərəfindən üzərinə axtarış keçirilərkən ondan bir bükümdə metamfetamin aşkar edilərək götürüldüyünü, qurudulmuş marixuananın isə ona aid olmadığını, Biləsuvar rayonu ərazisində saxlanılarkən avtomobildə aşkar edilən 1490 qram heroinin ona aid olmadığını, o iranlıya 10 qram heroin və 10 qram metamfetaminə görə razılaşdıqlarını, Təqsirləndirilən şəxs1 isə avtomobildə aşkar edilən heroinin ona aid olmadığını, onu Biləsuvar rayonu ərazisindən Rövşənin götürdüyünü, o Rövşənə əməliyyat qurduğunu, Rövşən həmin narkotiki götürüb, Mingəçevir şəhərinə apardıqdan sonra bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin bu ifadələrini, ziddiyyətli lakin biri-digərini ifşa edən ifadələr olmaqla, həm də özlərini müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə elan edilməklə tədqiq edilmiş, onların vəkillərinin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, vəkillərin iştirakları ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında, şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətlərinin qeydə alındığı disklərdə olan videogörüntülərə baxış keçirilməsi, telefon danışıqlarına baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin hissələrdə ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində və Təqsirləndirilən şəxs1 əməllərində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də Təqsirləndirilən şəxs2 CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Mingəçevir şəhəri, Ə.Vahid küçəsi ev 4, mənzil 26-da qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs1 xx xxxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 2008-cü il təvəllüdlü Elmina və 2012-ci il təvəllüdlü Aliyə adlı qızları, 2015-ci il təvəllüdlü Məhəmmədəli adlı oğlu vardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ilə 02 il 02 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 isə məhkum olunmamışdır. Məhkəməyə daxil olmuş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 21 fevral 2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza çəkilməmişdir. İşdə olan ibtidai istintaq orqanının 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş, istintaq orqanının onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti Mingəçevir şəhər prokuroru tərəfindən təmin edilməmiş və ibtidai istintaq orqanının 16 sentyabr 2022-ci il tarixli qərarına əsasən ona qarşı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o azad edilmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs müddətinin əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən məhkəmə onların cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ilə 02 il 02 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və o təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. O məhkum olunmuş şəxs hesab olunsa da bu hal CM-nin 18-ci maddəsinə əsasən residiv halını yaratmır və onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Lakin onun çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmanın iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla hesablanaraq, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 14 sentyabr 2022-ci il tarixdən başlayaraq 16 sentyabr 2022-ci il tarixədək cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanıldığı iki gün CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı ağırlaşdıran hallar olmamaqla, yüngülləşdirən halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzaları təyin edilməli və onlar həmin cəzaları çəkməlidirlər. CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 bir neçə cinayətdə təqsirli bilindiyindən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları vaxtdan, 04 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 1489,9 qram heroin, 274,95 qram və 5,03 qram qurudulmuş marixuana, 0,032 qram metamfetamin məhv edilməlidir. İş üzrə 162 manat 12 qəpik məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 81,06 manat olmaqla alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il 02 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə ilə əvəz edilməklə 01 il 01 ay 07 gün azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə ona hökmlərin məcmusu üzrə 11 (on bir) il 6 (altı) ay müddətə zadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 14 sentyabr 2022ci il tarixdən başlayaraq 16 sentyabr 2022-ci il tarixədək cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanıldığı iki gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 1489,9 qram heroin, 274,95 qram və 5,03 qram qurudulmuş marixuana, 0,032 qram metamfetamin məhv edilsin. İş üzrə 162 manat 12 qəpik məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 81,06 manat olmaqla alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar