Məhkəmə qərarları › İş №1(099)-214/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-214/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-214/2023 06.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi–Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası CPM-in 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin pozulub-pozulmaması barədə məsələyə də baxılır. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatət verərək bildirir ki, ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilərək, cinayət işinin materiallarında olan “09 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərarda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs3 qarşı 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməsi qeyd olunsa da, pulun hansı terminallar vasitəsi ilə göndərilməsi, yəni cinayət əməlinin törədildiyi yer göstərilməmişdir. Bundan əlavə “09 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərarda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 1000 (bir min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməsi qeyd olunsa da, cinayət əməlinin törədildiyi yer göstərilməmişdir. Bundan əlavə “09 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərarda və ittiham aktının təsviri-əsaslndırıcı hissəsində Musazadə X4 Əsmər Etibar qızının bacısı oğlu Rasim Sadıxovun tutulmadan azad edilib azadlığa çıxarılması üçün sonuncu barəsində cinayət işinin ibtidai istintaqını aparan Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 xidməti vəzifələrinin icrası ilə əlaqədar Rasim Sadıxovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilməsinə zəruri tədbirlərin görülməsinə görə özü, birbaşa yolla maddi nemət olan 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təhrik etdiyi göstərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmin əməli törətməklə təkrar rüşvət verməyə təhrik etmə cinayət əməlini törətməsinə baxmayaraq “09 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərarda və ittiham aktının təsviri-əsaslndırıcı hissəsində Təqsirləndirilən şəxs vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə cinayət əməlini törətməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 289.3.1 və 289.3.2-ci maddələrinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar əks etdirilir. Həmçinin, həmin Məcəllənin 289.2.1-ci maddəsinin tələbinə əsasən ittiham aktının giriş hissəsində ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer göstərilir. Həmçinin, həmin Məcəllənin 289.6-ci maddəsinin tələbinə əsasən müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır. İttiham aktından görünür ki, Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 ittiham aktının tərtib edilmə tarix və vaxtını “13 yanvar 2022-ci il tarixdə saat 13:00 dəqiqədə” kimi qeyd etmiş, yeri isə ümumiyyətlə yazmamış, ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı “13 yanvar 2022-ci il tarixdə saat 13:00 dəqiqədə” kimi qeyd etmişdir. CPM-nin 289.2.3-ci maddəsinin tələbinə əsasən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. İttiham aktından görünür ki, müstəntiq Kənan Cəfərli tərəfindən Təqsirləndirilən şəxs barəsində kim tərəfindən axtarış elan olunduğu, cinayət işi üzrə icraatın kim tərəfindən dayandırıldığı, cinayət işi üzrə icraatın kim tərəfindən təzələndiyi, Təqsirləndirilən şəxs kim tərəfindən şübhəli şəxs qismində tutulduğu, kim tərəfindən sonuncuya yenidən ittiham elan edildiyi yazılmamışdır. Göründüyü kimi, cinayət işi üzrə ittiham aktı həmin hissədə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmədiyindən, o, CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. CPM-nin 233.10-cu maddəsinin tələbinə əsasən dindirmənin əvvəlində müstəntiq təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini aydınlaşdırmalıdır. Cinayət işinin materiallarında olan 09 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsi əlavə dindirmə protokolunun" 3-cü vərəqində “mənə 09 yanvar 2022-ci il tarixli qərarla elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özümü təqsirli bilmirəm” yazılmış, hansıki iş materiallarında olan 09 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin MSY-də CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə yenidən ittiham elan olunmuş, dindirmə protokolunun sonuncu vərəqində həmin ifadənin kimə məxsus olması qeyd edilməmişdir. Bundan əlavə iş materiallarında olan 09 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticə hissəsində “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılsın” göstərilmişdir, hansi ki iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan olunmamış, Təqsirləndirilən şəxs “09 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərarla Lənkəran ŞRPŞ-nin MSY-də CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bundan əlavə cinayət işinin İİ cildində i.v. 48-də olan “müdafiəçinin cinayət prosesindən kənarlaşdırılması haqqında” qeydiyyat nömrəsi 6 saylı qərarın, i.v. 49-da olan “müdafiəçinin digər vəkillə əvəz edilməsi haqqında” qeydiyyat nömrəsi 7 saylı qərarın və №220620375 saylı “Lənkəran rayon vəkil bürosuna” ünvanlandırılmış məktubun göndəriş tarixləri 07 yanvar 2022-ci il kimi qeyd edilmişdir. Həmçinin cinayət işinin İİ cildində i.v. 105-də olan “ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” qeydiyyat nömrəsi 18 saylı protokolda Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə 10 yanvar 2022-ci il tarixdə tanış olacağı qeyd edilmişdir. Cinayət işinin İİ cildində i.v. 106-108-də olan zərərçəkmiş şəxslərə “ibtilai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” qeydiyyat nömrələri 19, 20, 21 saylı protokolların tarixləri-09 2023-cü il kimi qeyd edilərək, ay və tarix tam göstərilməmişdir. Cinayət işinin İİ cildində i.v. 109-da olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” qeydiyyat nömrəsi 22 saylı protokolda müstəntiq, təqsirləndirilən şəxsi və müdafiəçisini iş materiallarında olan CD disklərlə tanış etməsi göstərilməmişdir. CPM-nin 285.2-ci maddəsinin tələblərinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. CPM-nin imperativ tələbinin olmasına baxmayaraq Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 təqsirləndirilən şəxsi və onun müdafiəçisini iş materiallarında olan CD disklərlə tanış etməməklə Azərbaycan Respublikası CPM-nin 285.2-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. CPM-nin 286.3-sü maddəsinin tələblərinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Bundan başqa cinayət işinin İİ cildində i.v. 115-116-da olan “zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə” haqqında qeydiyyat nömrəsi 23, 24 və 25 saylı protokollarda, protokolların tarixi 10 yanvar 2023-cü il qeyd olunsa da protokolların təsviri hissələrində isə tanış olmanın tarixi 10 yanvar 2022-ci il kimi qeyd olunmuş, protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı qeyd edilməyərək, ümumi şəkildə “İİ 361” vərəqə kimi yazılmış, Zərərçəkmiş şəxs3 iş materialları ilə tanış olması ilə bağlı tərtib edilmiş protokolda üç ədəd diskin təqdim edilməsi ilə bağlı qeyddə “üç” yazısı pozularaq düzəldilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin müddətinin 10 fevral 2023-cü il tarixdə bitməsini nəzərə alaraq, həbsin müddətinin 1 ay müddətinə uzadılmasını xahiş etmişdir. Müdafiəçi dövlət ittihamçısının vəsatətinin qismən, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması hissəsində təmin edilməsini, lakin Təqsirləndirilən şəxs elan edilmiş ittihamda göstərilmiş ümumi dəymiş 3300 manat ziyandan, Təqsirləndirilən şəxs istintaq dövründə 1000 manatını Zərərçəkmiş şəxs1 ödədiyini, digər Zərərçəkmiş şəxs2 vurulmuş 1400 manat məbləğində ziyanı ödədiyini, (bununla bağlı Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş 07 yanvar 2023-cü il tarixli, 8İ-255 saylı ərizəsini təqdim edir) digər Zərərçəkmiş şəxs3 900 manat ödənməmiş ziyanının qalmasını, həmin ziyanıda qısa müddət ərzində ödəniləcəyini bildirərək, məhkəmədən onun şəxsiyyətini, ailə vəziyyətini, himayəsində az yaşlı uşaqlarının olmasını, daimi yaşayış yerinin olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyəşdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini və həbsdən azad olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti qismən, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduqda, cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmadıqda, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin CPM-nin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulduqda məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 300.3 və 307.1-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol verən şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in tələblərinin kobud pozulması halları aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. İbtidai araşdırma aparmış orqan tərəfindən qərarda göstərilən pozuntular aradan qaldırılaraq cinayət işi yenidən aidiyyəti üzrə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 10 fevral 2023-cü il tarixdə bitir. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda istinad edilən əməlin ağırlığı, xarakteri, onun şəxsiyyəti, yaşı, ailə, maddi və sosial vəziyyəti, himayəsində az yaşlı uşaqlarının olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası 303.3.1, 303.3.6 və 303.3.8-ci məddələrinin tələblərinə uyğun olaraq cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 299, 300.1, 300.1.5, 303.3, 303.3.1, 303.3.6, 303.3.8 və 307-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyəşdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın surəti məlumat üçün cinayət prosesi tərəflərinə, Təqsirləndirilən şəxs həbsdən azad etmə hissəsində icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar