Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-214/2024 26.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Astara şəhəri, H.Əliyev prospekti ev 213-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-31,009 qram narkotik vasitə olan heroin və külli miqdarda-25,394 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə, saat 04 radələrində ünvan 1 ünvanında, küçədə saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-31,009 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda-25,394 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Astara şəhəri, H.Əliyev prospekti ev 213-də qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. Əvvəllər narkotik maddə olan “nəşə”dən (marixuanadan) istifadə etmiş, heroin və metamfetamindən istifadə etməmiş, sonralar ümumiyyətlə narkotiklərdən istifadə etməmişdir. Tutulmamışdan iki gün əvvəl narkotiklə bağlı CM-nin 234.1-ci maddəsi ilə Astara Rayon Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 13 iyul 2023-cü il tarixdə, gecə saat 04 radələrində bir qrup polis əməkdaşı evinə gəlib onu tutub Astara RPŞ-nə aparmışlar. Polis əməkdaşları evinə gələrkən arvadı, uşağı və atası evdə olmuşlar. Tutulub polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik və psixotrop maddə olmamışdır. Polis şöbəsində polis əməkdaşlarının ona qarşı fiziki zorakılıq halları olmamış, lakin psixi təsirlər edilərək təqdim etdikləri heroin və metamfetamini üzərinə götürməsi tələb olunmuş, əks təqdirdə evindən daha çox narkotik maddə aşkar olunacağı və ailə üzvlərinin də məsuliyyətə cəb olunacağı bildirilmiş, o da qorxusundan polislərin dedikləri ilə razılaşmışdır. Dediyi formada polislərin ona qarşı təzyiqləri olduğu üçün o, polis əməkdaşları ilə razılaşıb həmin maddələrin özünə məxsus olmasını deməyə razılaşmışdır. Sonra polis əməkdaşları heroin və metamfetamin olan bükümləri ona vermiş, o da həmin bükümləri əynindəki şalvarın cibinə qoymuşdur. Bundan sonra vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki şalvarının cibindən bükümləri çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisindən heroin və metamfetamin aşkar olunmuşdur. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, həmin heroin və metamfetamini tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və metamfetamin kütlələri ona məxsus deyil, həmin maddələri üzərinə polis əməkdaşları qoymuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən özünün iştirakı ilə yaşadığı evə baxış keçirilmiş və evində narkotik maddələr və ya başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. O, üzərində aşkar olunmuş heroin və metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, əvvəllər narkotik maddə olan marixuanadan və heroindən istifadə etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Sonuncu dəfə, bir müddət əvvəl o, Astara rayonunda tanımadığı şəxsdən heroin və metamfetamin alıb istifadə etmək məqsədi ilə əynindəki şalvarının cibinə qoymuşdur. 13 iyul 2023-cü il tarixdə, saat 04 radələrində ünvan 1 ünvanının qarşısında piyada hərəkət edərkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğunu bildirilib Astara RPŞ-nə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışlar. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən iki ədəd bükümləri çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisində heroin və metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunan heroin və metamfetaminin özünə məxsus olmasını, həmin maddələri Astara rayonunda tanımadığı şəxsdən əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, polis bölməsinə gətirilərkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddələr olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş maddələrin (heroinin və metamfetaminin) özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və metamfetamin ona məxsus deyil, həmin maddələri üzərinə polis əməkdaşları qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş heroin və metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır. 12 iyul 2023-cü il tarixdə Astara rayon sakini Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 13 iyul 2023-cü il tarixdə, saat 04 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Astara şəhəri, Heydər Əliyev prospektində, küçədə saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Astara RPŞ-nə aparılmışdır. Polis şöbəsində BNMİ-nin TQ-nun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərdən birinin içərisində heroinə, digər bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin və metamfetamini tanımadığı şəxsdən əldə edib şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Daha sonra təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və baxış zamanı evdən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 13 noyabr 2023-cü il tarixdə, gecə saatlarında bir neçə polis əməkdaşı evinə gəlib oğlu İbrahimi tutub rayon polis şöbəsinə aparmışlar. Sonra həmin gün polis əməkdaşları tərəfindən İbrahim evə gətirib evə baxış keçirilmiş və yaşadıqları evdə narkotik maddələr və ya başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Polis şöbəsinə aparılarkən İbrahimin üzərində narkotik vasitə olub-olmamasını bilməmiş, sonradan telefonla danışarkən oğlu İbrahim tutulan vaxt üzərində narkotik maddə olmadığını, üzərində aşkar olunmuş narkotik maddələri üzərinə polis əməkdaşlarının qoyduğunu bildirmişdir. İbrahim narkotik maddələrdən istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 12 və 13 iyul 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 13 iyul 2023-cü il tarixdə, saat 04 radələrində BNMİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında saxlanılıb Astara RPŞ-nə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Astara Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyul 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-də, BNMİ-nin TQ-nun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən müdafiəçi Zaur Qasımovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən iki büküm çıxarab təqdim etmiş, həmin bükümlərin birinin içərisində heroinə, digər bükümün içərisində metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroin və metamfetmini tanımadığı şəxsdən əldə edib istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 25,394 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 31,009 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 30,959 qram, qalıq metamfetamin 25,344 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab etmə haqqında” 14 iyul 2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 30,959 qram heroin və qalıq 25,344 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından narkotik və psixotrop maddələrin əldə edilmə mənbəyi ilə bağlı CMnin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması, həmin maddələr polis əməkdaşları tərəfindən üzərinə qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olması, üzərində aşkar olunmuş heroin və metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması, həmin maddələr polis əməkdaşları tərəfindən üzərinə qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olması, üzərində aşkar olunmuş heroin və metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahid Əfqan Əbilovun ifadəsində göstərdiyi xüsusatlar, yəni 13 noyabr 2023cü il tarixdə, gecə saatlarında bir neçə polis əməkdaşı evinə gəlib oğlu İbrahimi tutub rayon polis şöbəsinə aparması, sonradan telefonla danışarkən İbrahimin ona tutulan vaxt üzərində narkotik maddələrin olmaması və üzərində aşkar olunmuş narkotik maddələri üzərinə polis əməkdaşlarının qoymasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlə təkzib olunduğundan məhkəmə şahid Əfqan Əbilovun ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya (13 iyul 2023-cü il tarixdə qüvvədə olmuş) əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş 31,009 qram narkotik vasitə olan heroin və 25,394 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin və metamfetamin əldə edib üzərində saxlaması, həmin maddələrin ayrıayrı növlərdən ibarət olması onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmlə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildikdən sonra bu hökm qanuni qüvvəyə minməmiş, 13 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hazırki iş üzrə verilmiş ittihamda göstərilən cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş, daha sonra isə məhkəmənin qərarı ilə barəsidə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də 11 iyul 2023-cü il tarixli hökmlə təyin edilmiş 01 il 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs çəkməmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 11 iyul 2023cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır) məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da, onun hazırki cinayət əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Astara şəhər İƏD üzrə Nümayəndəliyindən tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara şəhəri, H.Əliyev prospekti ev 213-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Astara şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 31 iyul 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində 30 iyul 2017-ci il təvəllüdlü X5 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Astara Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 08 ay 23 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 08 ay 23 gün azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DİN-nin BMCMİ-nin maddi sübutlar otağında saxlanılan 30,959 qram heroin və 25,344 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Astara Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3cü maddələrinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 8 (səkkiz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 30,959 qram narkotik vasitə olan heroin və 25,344 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-214/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-214/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver