Məhkəmə qərarları › İş №1(099)-215/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-215/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-215/2022 06.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı oğlu, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri olan Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2, müvafiq olaraq onların müdafiəçiləri olan Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 29 avqust 1971-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, İİ qrup əlil, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə, xx xxxxx 1969-cu il tarixdə Salyan rayonu, Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə, xx xxxxxx 1992-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, xx xxxx 1981-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 5ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3,299 qram olmaqla, külli miqdar təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) əldə etmiş, saxlamış, daşımış, həmin heroinin təmiz çəkisi 1,350 qram təşkil edən hissəsini 29 iyul 2021-ci il tarixdə saat 19 radələrində Hacıqabul şəhəri, Koroğlu küçəsindəki 8 nömrəli evin yanında tanışı Təqsirləndirilən şəxs4 iyirmi manat məbləğində pula, təmiz çəkisi 1,949 qram təşkil edən hissəsini isə 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhərində yerləşən “köhnə hərbi şəhərcik” adlandırılan ərazidə tanışı Təqsirləndirilən şəxs3 əlli manat məbləğində pula satmışdır. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 birgə istifadə etmək məqsədilə heroin əldə etmək barədə razılığa gəldikdən sonra 29 iyul 2021-ci il tarixdə saat 19 radələrində satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 ona verdiyi iyirmi manat məbləğində pula Hacıqabul şəhəri, Koroğlu küçəsindəki 8 nömrəli evin yanında tanışı Təqsirləndirilən şəxs1 təmiz çəkisi 1,35 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən heroini əldə etmiş, saxlamış, daşımış, həmin heroinin bir ədəd bükümdə təmiz çəkisi 0,662 qram təşkil edən hissəsini Hacıqabul şəhərində yerləşən “köhnə hərbi şəhərcik” adlandırılan ərazidə Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin heroini əlində saxlamış, daşımış, Təqsirləndirilən şəxs4 əldə etdiyi heroinin bir ədəd bükümdə qalan, təmiz çəkisi 0,688 qram təşkil edən hissəsini idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – idarə etdiyi avtomobil) sürücü tərəfdə olan günlüyündə saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə və iki ədəd bağlamada, müvafiq olaraq təmiz çəkiləri 0,98 qram, 19,42 qram və 255,0 qram, ümumi təmiz çəkisi 275,4 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) əldə etmiş, 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhərində yerləşən “köhnə hərbi şəhərcik” adlandırılan ərazidə tanışı Təqsirləndirilən şəxs1 iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram və 1,269 qram, ümumi təmiz çəkisi 1,949 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən heroini əlli manat məbləğində pula almaqla əldə etmiş, ünvan 6 ünvanında yerləşən, yaşadığı evə (bundan sonra – yaşadığı ev) daşımış, göstərilən qurudulmuş marixuananın təmiz çəkisi 255,0 qram təşkil edən hissəsini yaşadığı evin ikinci mərtəbəsindəki istifadə olunmayan otağın döşəməsi üzərində sərilmiş vəziyyətdə, qalan hissələrini və heroinləri isə yaşadığı evin həyətində yatmaq üçün hazırladığı yerin üzərində olmuş qablarda saxlamışdır. Bundan başqa, o, 2021-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qadağan olunmuş, dörd ədəd olmaqla, xeyli miqdar təşkil edən çətənə bitkilərini qanunsuz olaraq əkmək, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin (bundan sonra – Hacıqabul RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 29 iyul 2021-ci il tarixdə müvafiq olaraq saat 20 və 22 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilə, Təqsirləndirilən şəxs3 yaşadığı evə və onun həyətyanı sahəsinə baxış keçirilərkən göstərilən narkotik vasitələr və çətənə bitkiləri saxlanılması və əkilməsi yuxarıda qeyd edilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində ibtidai istintaq zamanı olduğu kimi, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, hər hansı şəxsə, o cümlədən əvvəllər tanıdığı, aralarında ədavət və düşmənçilik olmamış Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamışdır. İş üzrə Təqsirləndirilən şəxs3 yaşadığı evdən, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobil və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinləri ondan aldıqları barədə ifadə vermələrinin, həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində üzərindən aşkar edilmiş heroinin əldə edilmə mənbəyinə dair Təqsirləndirilən şəxs4 ifadəsini təsdiq etməsinin səbəbini bilmir. Əvvəllər ***-***-**-** mobil nömrə yalnız onun istifadəsində olmuşdur. 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4la, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3la telefonla danışmamış və şəxsən görüşməmişdir. 15 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Hacıqabul RPŞ-yə gətirilmişdir. Bu zaman polisə müqavimət göstərməmiş və özünə xəsarət yetirməmişdir. Hacıqabul RPŞ-də polis əməkdaşı Şahid2 ona kiməsə narkotik vasitə satması barədə etirafedici ifadə verməsi, həm də ünvanına dediyi nalayiq sözlərə qarşılıq verdiyinə görə zor tətbiq etmiş, nəticədə bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmiş və burnunu sındırmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən hər hansı qanunsuz predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, ibtidai istintaq zamanı: - 15 avqust 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 ilə üzləşdirilərkən verdiyi ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 ona zəng edib bədənindəki ağrılarla əlaqədar heroin istədiyini dedikdən sonra onun yaşadığı evə tərəf gəlmiş, bu səbəbdən Təqsirləndirilən şəxs3 heroini hədiyyə kimi vermiş, yəni pulla satmamışdır (İ cild, səh. 128-130). - 16 avqust 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs4 ilə üzləşdirilərkən verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 iş üzrə saxlanılmasından əvvəl ona zəng edib avtomobilinə təkər lazım olduğunu dedikdən sonra onun yaşadığı evə tərəf gəlmiş, bu səbəbdən Təqsirləndirilən şəxs4 bir ədəd avtomobil təkəri vermişdir (İİ cild, səh. 111, 112). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı sərbəst qaydada dindirilərkən və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər heroin və qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ilin mart ayında yaşadığı evin həyətində dörd ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş, onlara aqrotexniki qaydada qulluq etmişdir. 07 avqust 2021-ci il tarixdə şəxsən istifadə məqsədilə qurutmaq üçün həmin çətənə kollarından yığdığı yarpaqların bir hissəsini yaşadığı evin ikinci mərtəbəsindəki otaqda döşəmənin üzərinə, qalan hissəsini isə yaşadığı evin həyətindəki yatacağın üzərində olmuş qabın içinə tökmüş, bir ədəd bükümdə qurutduğu marixuananı yatacağın üzərində saxlamışdır. 14 avqust 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 (bundan sonra – Həsən) istifadəsində olmuş ***-***-**-** mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edib ona bir qram heroini əlli manat məbləğində pula satacağını demiş və bunun üçün Hacıqabul şəhərindəki “köhnə hərbi şəhərcik” adlandırılan yerdə görüşməyi təklif etmişdir. Buna görə də o, həmin əraziyə gedib Həsənin yaşadığı evin yerləşdiyi binanın müvafiq blokuna girmiş, orada sonuncu ona bir ədəd bükümdə heroin vermiş, o, buna görə Həsənə əlli manat məbləğində pul vermişdir. Həmin heroini şəxsən istifadə etmək məqsədilə əldə edib yaşadığı evə gətirdikdən sonra iki ədəd bükümə bölmüş və həyətindəki yatacağın üzərinə qoymuşdur. Həmin gün saat 20 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Hacıqabul RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar edilməmiş, yaşadığı evdə narkotik vasitələr saxladığını və həyətində əkib-becərdiyi çətənə bitkilərinin olduğunu demişdir. Yazılı razılığı ilə, videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən həyətində əkib-becərdiyi dörd ədəd çətənə bitkiləri, həyətində yatmaq üçün hazırladığı yerin üzərində olmuş qabda açıq vəziyyətdə saxladığı və bir ədəd bükümdə olmuş qurudulmuş marixuanalar, iki ədəd bükümlərdə olmuş heroinlər, yaşadığı evin ikinci mərtəbəsindəki istifadə olunmayan otağın döşəməsi üzərinə sərilmiş vəziyyətdə saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Göstərdikləri barədə tərtib edilmiş protokolları imzalamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşimandır. Ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş heroin və qurudulmuş marixuananın ümumi təmiz çəkilərini və çətənə bitkilərinin sayını mübahisələndirmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı 16 avqust 2021-ci il tarixdə sərbəst qaydada dindirilərkən və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmişdir. 29 iyul 2021-ci il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 (bundan sonra – Süsən) onun mobil nömrəsinə zəng edib bədənində ağrılar olduğuna görə ondan verəcəyi iyirmi manat məbləğində pula narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı tanışı Təqsirləndirilən şəxs1 (bundan sonra – Həsən) heroin almasını xahiş etmiş, alacağı heroini istifadə etmək üçün aralarında bölüşdürəcəklərini demişdir. Süsənin Həsəndən narkotik vasitə almaq üçün onlar arasında etibarlı münasibət olmamış, o, isə əvvəllər bir neçə dəfə tanışı Həsəndən heroin aldığına görə sonuncu ilə aralarında etibarlı münasibət olmuşdur. Göstərdiyi səbəbdən Süsənlə görüşmüş, avtomobilində olmuş Zaur adlı şəxsin mobil telefonundan Həsənə zəng edib heroin almaq istədiyini demişdir. Sonuncu onu heroin satmaq üçün Hacıqabul şəhəri, Koroğlu küçəsində gözlədiyini dediyinə görə idarə etdiyi avtomobildə Süsən və Zaurla birlikdə Hacıqabul şəhəri, Koroğlu küçəsinə gedib orada avtomobilini Həsənin idarə etdiyi “VAZ 2107” markalı avtomobilin yanında saxlamışdır. Süsəndən iyirmi manat məbləğində pulu alıb avtomobildən düşmüş, sonuncu və Zaur isə avtomobildə əyləşib onun gəlməsini gözləmişlər. Həsənə idarə etdiyi avtomobilin sürücü tərəfdən açıq olmuş pəncərəsindən iyirmi manat məbləğində pul vermiş, sonuncu bunun müqabilində ona bir ədəd bükümdə heroin vermişdir. İdarə etdiyi avtomobilə qayıdıb Süsən və Zaura Həsəndən heroin aldığını demişdir. Zauru yaşadığı evin yaxınlığında avtomobilindən düşürdükdən sonra idarə etdiyi avtomobildə Süsənlə birlikdə Hacıqabul şəhərində “köhnə hərbi şəhərcik” adlandırılan əraziyə gəlmiş və Həsəndən aldığı heroinin az hissəsindən orada qəbul etmişlər. Heroinin qalanını iki ədəd bükümlərə bölüb bir ədədini Süsənə vermiş, digər bir ədədini isə şəxsi istifadəsi üçün idarə etdiyi avtomobilin günlüyünə qoymuşdur. Süsəni başqa yerdə avtomobilindən düşürdükdən təxminən iki saat sonra polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlatdırmış və onu Süsənə narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib Hacıqabul RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar edilməsə də, idarə etdiyi avtomobildə heroin saxladığını demişdir. Yazılı razılığı ilə, videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin sürücü tərəfdə olan günlüyündə saxladığı bir ədəd bükümdə olmuş heroini polis əməkdaşlarına təqdim etmiş, həmin kütlə qablaşdırılıb götürülmüşdür. Göstərdikləri barədə tərtib edilmiş protokolları imzalamışdır. İş üzrə ibtidai araşdırmanın əvvəlində verdiyi ilkin izahat və ifadələrində Süsənin üzərindən aşkar edilmiş heroini sonuncuya satdığını desə də, əslində həmin heroini və avtomobilindən aşkar edilmiş heroini Süsənin verdiyi iyirmi manat məbləğində pula almış, sonuncuya üzərindən aşkar edilmiş heroini satmamışdır. Buna görə də iş üzrə ibtidai araşdırmanın əvvəlində verdiyi ilkin izahat və ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Ona qarşı irəli sürülmüş ittihamda əldə etdiyi və idarə etdiyi avtomobilindən aşkar edilmiş heroinlərin təmiz çəkilərini mübahisələndirmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı 16 avqust 2021-ci il tarixdə sərbəst qaydada dindirilərkən və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq etmiş və işin halları barədə Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmiş, əlavə olaraq qeyd etmişdir ki, 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobildə olarkən sonuncunun yaxınlıqda dayanmış “VAZ 2107” markalı avtomobildə olmuş Təqsirləndirilən şəxs1 heroin almasını görmüşdür. Həmin tarixdə saat 20 radələrində polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə olması şübhəsilə saxlanılıb Hacıqabul RPŞ-yə gətirilmiş, orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əlində bir ədəd bükümdə olmuş heroini polis əməkdaşlarına təqdim edib Təqsirləndirilən şəxs4 aldığını bildirmişdir. Həmin kütlə qablaşdırılıb götürülmüşdür. Göstərdikləri barədə tərtib edilmiş protokolu imzalamışdır. İş üzrə ibtidai araşdırmanın əvvəlində verdiyi ilkin izahat və ifadələrində üzərindən aşkar edilmiş heroinin ona Təqsirləndirilən şəxs4 tərəfindən satıldığını desə də, əslində sonuncu həmin heroini və avtomobilindən aşkar edilmiş heroini onun verdiyi iyirmi manat məbləğində pula almış, ona üzərindən aşkar edilmiş heroini satmamışdır. Buna görə də iş üzrə ibtidai araşdırmanın əvvəlində verdiyi ilkin izahat və ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş heroinin təmiz çəkisini mübahisələndirmir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barələrində ədalətli cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili Şahid3 verdiyi ifadəsində iş üzrə Təqsirləndirilən şəxs3 barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxışın nəticələri barədə sonuncunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, yaşadığı evin həyətində çətənə bitkisi əkməsi barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2 və Şahid1 ilə birlikdə keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı Hacıqabul şəhərində yaşadığı evin yaxınlığında saxlayıb Hacıqabul RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla həmin polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsində iştirak etmiş, bu barədə tərtib edilmiş protokollara imza etmişdir. Sonuncu ifadəsində yaşadığı evdən aşkar edilmiş heroinləri Təqsirləndirilən şəxs1 (bundan sonra – Həsən) əlli manat məbləğində pula aldığını bildirdiyinə görə sonuncunu verilmiş əməliyyat tapşırığı əsasında 15 avqust 2021-ci il tarixdə polis əməkdaşları Şahid2 və Şahid1lə birlikdə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Park” kafenin yaxınlığında dayanmış, idarə etdiyi avtomobildə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onlarla birlikdə Hacıqabul RPŞ-yə getməli olduğunu bildirdikdən sonra saxlamaq istəmişlər. Həsən Hacıqabul RPŞ-yə getməkdən imtina etməklə yanaşı, Hacıqabul RPŞ-yə aparılmaması üçün onlara müqavimət göstərmişdir. Həsəni cinayət törətməkdə şübhəli olmasına dair kifayət qədər əsaslar olduğuna görə avtomobilindən məcburi qaydada çıxarıb polis avtomobilinə mindirmişlər. Bu zaman sonuncu Hacıqabul RPŞ-yə aparılmaması üçün bədəninin müxtəlif nahiyələrini avtomobilin müxtəlif yerlərinə çırpmış, onları nalayiq sözlərlə təhqir etmişdir. Həsəni qollarından tutub özünə xəsarət yetirməsinin qarşısını aldıqdan sonra Hacıqabul RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar edilməmişdir. Həsənə iş üzrə saxlanılarkən, Hacıqabul RPŞ-yə gətirilərkən və orada olarkən hər hansı polis əməkdaşı, o cümlədən Şahid2 tərəfindən hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilməmişdir. Həsənin Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə ifadəsi yalandır, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin baş əməliyyat müvəkkili Şahid4 verdiyi ifadəsində iş üzrə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, sonuncunun üzərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilə baxışın nəticələri barədə sonuncu və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, 29 iyul 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Mahir oğlu ilə birlikdə keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı Hacıqabul şəhərində saxlayıb Hacıqabul RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla həmin polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroini Təqsirləndirilən şəxs4 aldığını bildirdiyinə görə sonuncunu həmin tarixdə verilmiş əməliyyat tapşırığı əsasında saat 22 radələrində polis əməkdaşları Şahid2 və Şahid3la birlikdə Hacıqabul şəhərində saxlayıb Hacıqabul RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla həmin polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsində iştirak etmiş, bu barədə tərtib edilmiş protokollara imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və Şahid3 ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində işin hallarının Təqsirləndirilən şəxs1 aid olan hissəsi barədə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Şahid3 və Şahid4 ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələrində işin hallarının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 aid olan hissələri barədə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarlar, onların icra edilməsinin nəticələri barədə raportlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış, sonuncunun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, Təqsirləndirilən şəxs3 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə razı olması barədə yazılı ərizəsi, müvafiq olaraq Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 barəsində 29 iyul 2021 və 14 avqust 2021-ci il tarixlərdə tərtib edilmiş əməliyyat tapşırıqları, 29 iyul 2021 və 15 avqust 2021-ci il tarixlərdə tərtib edilmiş, onların saxlanılmaları barədə raportlar, üzərilərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilməsinə razı olması barədə yazılı ərizəsindən iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, onların, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 saxlanılmaları, barələrində şəxsi axtarış, Təqsirləndirilən şəxs3 yaşadığı evə və həyətyanı sahəsinə, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilə baxış keçirilməsinin əsasları, mexanizmləri və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (İ cild, səh. 5, 6, 9, 26-34, 42-44, 62-64, 183, 184, 187, 206-208, 210, 211, 230-232, 234-237). - Məhkəmə-bioloji ekspertizasının 14 avqust 2021-ci il tarixli, 18/886-18/887 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətindəki yatacağın üzərindən aşkar edilmiş iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram və 1,269 qram olmaqla, ümumi təmiz çəkisi 1,949 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış eyni tərkibli heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,98 qram, bir ədəd polietilen torbada təmiz çəkisi 19,42 qram və Təqsirləndirilən şəxs3 yaşadığı evin otağından aşkar edilmiş bir ədəd polietilen torbada təmiz çəkisi 255,0 qram təşkil edən bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, eyni tərkibli qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş dörd ədəd yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın ümumi qalıq çəkisi 275,34 qram təşkil edir. Ekspertiza xərci 99,48 manatdır (İ cild, səh. 70-72). - Materialların məhkəmə ekspertizasının 30 iyul 2021-ci il tarixli, 18/798 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,688 qram, Təqsirləndirilən şəxs2 aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,662 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış eyni tərkibli heroindir. Ekspertiza xərci 31,95 manatdır (İ cild, səh. 244, 245). - Materialların məhkəmə ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 18/1095 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroinlər eyni tərkiblidir. Ekspert tədqiqatından sonra heroinin ümumi qalıq çəkisi 2,899 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (İİİ cild, səh. 10-12). - "xxxx" MMC-nin 16 sentyabr 2021-ci il tarixli, BKC/LGL-17138/21 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və ona baxış keçirilməsi haqqında 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 14 avqust 2021-ci il tarixdə saat 10:47-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edilməsi nəticəsində onlar arasında telefon danışığı olmuşdur (İİ cild, səh. 223, 224, 228). - Məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 3203 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Hazırda onun abstinensiya, intoksikasiya əlamətlərinin olmaması və öz vəziyyətinə tənqidi münasibətdə olması nəzərə alınaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİİ cild, səh. 124, 125). - Məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 4057 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Ona İİ qrup əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİİ cild, səh. 128, 129). - Məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 2950 nömrəli və 31 avqust 2021-ci il tarixli, 3155 nömrəli rəylərində müvafiq olaraq göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (İİİ cild, səh. 122, 123, 126, 127). - “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X7 27 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 2011-ci ildən xəstəxananın ruhi-əsəb kabinetində “Şizofreniya” diaqnozu ilə qeydiyyatdadır (İİ cild, səh. 176). - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli, 2415 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda olduğu kimi, iş üzrə təqsirləndirildiyi əməlin törədildiyi dövrdə də “Emosional davamsız şəxsiyyət pozuntusu” vəziyyətində olmuşdur. Bu hal onu öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də o, iş üzrə təqsirləndirildiyi əməlin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (İİİ cild, səh. 119-121). - Məhkəmə-tibbi ekspertizasının 18 avqust 2021-ci il tarixli, 262 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş alın nahiyəsinin sıyrığı, sol almacıq sümüyü üzərinin sıyrığı, burun yəhəri üzərinin sıyrığı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, hər iki gözaltı nahiyələrin qançırları, sağ gözün üst göz qapağı üzərinin qançırı, sol budun yuxarı 1/3-nin iç səthinin qançırı, burun sümüyünün köhnə mazollaşmış sınığından ibarət xəsarətlərin sıyrıqlar və qançırlardan ibarət olan hissələri küt əşya(lar)nın təsirindən əmələ gəlmiş, müxtəlif şəraitlərdə, eyni zamanda kənar şəxs tərəfindən vurulması nəticəsində yarana bilər, yaranma müddəti müayinədən 3-4 gün əvvələ uyğundur, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. Burun sümüyünün köhnə mazollaşmış sınığı küt əşyanın təsirindən əmələ gəlmiş, yaranma müddəti 14 avqust 2021-ci il tarixə uyğun deyildir (İ cild, səh. 150-152). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və ya satmağa görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımağa görə həmin Məcəllənin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs3, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə görə həmin Məcəllənin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai zamanı verdiyi ifadələrində özünü müdafiə etmək üçün irəli sürdüyü,: - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 heroin satmaması barədə olan dəlili özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4la, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3la mobil telefonla danışmadığı və şəxsən görüşmədiyini göstərdiyi halda, bunun əksinə olaraq, ibtidai istintaq zamanı hər hansı təsir olmadan, videoçəkiliş aparılmaqla 15 avqust 2021-ci il tarixdə sonuncu ilə üzləşdirilərkən verdiyi ifadəsində 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 ona zəng edib bədənindəki ağrılarla əlaqədar heroin istədiyini deməsindən sonra Təqsirləndirilən şəxs3 yaşadığı evə tərəf gəldiyini, bu səbəbdən sonuncuya heroini hədiyyə kimi verdiyini, 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4la üzləşdirilərkən verdiyi ifadəsində isə sonuncunun iş üzrə saxlanılmasından əvvəl ona zəng edib avtomobilinə təkər lazım olduğunu deməsindən sonra onun yaşadığı evə tərəf gəldiyini, bu səbəbdən Təqsirləndirilən şəxs4la görüşdüyünü göstərməsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 verdikləri ifadələr, 14 avqust 2021-ci il tarixdə saat 10:47-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq istifadələrində olmuş ***- ***-**-** və ***-***-**-** mobil nömrələr vasitəsilə bir-biri ilə danışıq aparmaları barədə olan məlumat, materialların məhkəmə ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 18/1095 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroinlərin eyni tərkibli olması ilə, - 15 avqust 2021-ci il tarixdə Hacıqabul RPŞ-də olarkən polis əməkdaşı Şahid2 tərəfindən ona zor tətbiq edilməsi barədə irəli sürdüyü dəlil isə özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid2 ona zor tətbiq etməsinə səbəb olmuş halı kiməsə narkotik vasitə satması barədə etirafedici ifadə verməsi və Şahid2 onun ünvanına dediyi nalayiq sözlərə qarşılıq verməsi, beləliklə də bir-biri ilə ziddiyyət təşkil edən məzmunda göstərməsi ilə yanaşı, cinayət işi materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli qərarla məhkəmə-tibbi ekspertizasının 18 avqust 2021-ci il tarixli, 262 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edildiyi göstərilmiş qançır və sıyrıqlardan ibarət xəsarətlərin 15 avqust 2021-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb polis avtomobilinə mindirildikdən sonra Hacıqabul RPŞ-yə aparılmamasına nail olmaq məqsədilə özünün bədəninin müxtəlif nahiyələrini avtomobilin müxtəlif hissələrinə vurması nəticəsində yaranması, burun sümüyünün köhnə mazollaşmış sınığından ibarət xəsarətin isə 14 avqust 2021-ci il tarixdən əvvəl yaranmasının müəyyən edilməsinə görə Təqsirləndirilən şəxs1 Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə müraciəti üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 və ya müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməməsi, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələrlə tam təkzib edilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmənarkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 4057 nömrəli rəyinə əsasən opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəksə də, məhkəmənin müəyyən etdiyi ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmışdır. Məhkəmə bu hüquqi mövqeyin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində özlərini müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 verdikləri tam etirafedici ifadələr, Təqsirləndirilən şəxs1 verdiyi ifadələrlə (sübut kimi nəzərə alınmayan hissələri istisna olmaqla) yanaşı, müvafiq hissələrdə məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid1 və Şahid2 verdikləri ifadələr, 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilməsi, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-bioloji ekspertizasının 14 avqust 2021-ci il tarixli, 18/886- 18/887 nömrəli rəyi, materialların məhkəmə ekspertizasının 30 iyul 2021-ci il tarixli, 18/798 nömrəli və 02 noyabr 2021-ci il tarixli, 18/1095 nömrəli rəyləri, "xxxx" MMC-nin 16 sentyabr 2021-ci il tarixli, BKC/LGL-17138/21 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və ona baxış keçirilməsi haqqında 30 sentyabr 2021-ci il tarixli protokol, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və qurudulmuş marixuana qalıqları, qalıq çətənə bitkiləri, yəni toplanmış sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 müvafiq cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli, 2415 nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü, Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 234.1 və 237.1-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələr və Hacıqabul Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(071)90/2017 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. Əsədli X2 Rayon Məhkəməsinin 04 iyul 2011 və 08 sentyabr 2015-ci il tarixli hökmləri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin əməlləri üzrə məhkumluğu ödənildiyinə görə iş üzrə məhkumluğu olmayan şəxsdir. Axundov X4 Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 sentyabr 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (İ cild, səh. 157, 164, 165, İİ cild, səh. 80, 81, 202-207). Məhkəmə Azərbaycan Respublikası CM-in 15.3, 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməlini Hacıqabul Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə məhkum edildiyi, az ağır cinayətlər kateqoriyasına aid olan, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 14 sentyabr 2020-ci il tarixdə çəkib qurtardıqdan sonra həmin əmələ münasibətdə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş iki illik müddət bitmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin sadə residivi mövcuddur. - Hacıqabul RİHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi və Hacıqabul RİH-nin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 subaydır, yaşayış yerləri üzrə mənfi xarakterizə edilmişlər. Təqsirləndirilən şəxs2 himayəsində 2005-ci il təvəllüdlü olmaqla bir nəfər yetkinlik yaşına çatmamış uşağı vardır (İİ cild, səh. 90, 91, 118, 119, 216, 217, 219, 220). - “Dövlət Sosial Müdafiə Fondu” X7 4 saylı Regional Ərazi Filialının 26 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 İİ qrup əlilliyə görə sosial müavinət alır (İ cild, səh. 176). - Şirvan Şəhər Onkoloji Xəstəxanasının 30 mart 2022-ci il tarixli, 55 nömrəli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 anası X3 “Sol süd vəzinin cərrahi əməliyyatdan və kimyəvi dərman müalicələrindən sonrakı vəziyyət” diaqnozu ilə həmin xəstəxanada qeydiyyatdadır. - Müvafiq tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 vərəm və “Hepatit C” xəstəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, həmçinin, cinayətin iştirakçılarının aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, iş üzrə məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdikləri bütün izahat və ifadələrində Təqsirləndirilən şəxs3 yaşadığı evdən, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobil və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinləri Təqsirləndirilən şəxs1 aldıqlarını göstərmələri, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinin əldə edilmə mənbəyinə dair Təqsirləndirilən şəxs4 ifadəsini təsdiq etməsi, onların göstərilən məzmunda verdikləri ilkin məlumatlarından sonra Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinin başlanması və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət işin faktiki hallarını Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlinin açılması və sonuncunun ifşa edilməsinə fəal kömək etmələri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 İİ qrup əlil olması, “Emosional davamsız şəxsiyyət pozuntusu”ndan, əvvəllər birlikdə yaşadığı anasının isə onkoloji xəstəlikdən əziyyət çəkmələri, Təqsirləndirilən şəxs3 vərəm və “Hepatit C” xəstəliklərindən əziyyət çəkməsi, sonuncu, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərindən səmimi peşiman olmaları, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamaları, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən müvafiq qaydada həmin təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin sadə residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən: - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Hacıqabul Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməlinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, xüsusilə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müvafiq olaraq ümumi təmiz çəkiləri 1,35 qram və 1,949 qram təşkil etmiş heroinləri satması, özünün yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, İİ qrup əlil olması, “Emosional davamsız şəxsiyyət pozuntusu”ndan, əvvəllər birlikdə yaşadığı anasının isə onkoloji xəstəlikdən əziyyət çəkməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, əməlində cinayətlərin sadə residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, xüsusilə də ondan aşkar edilmiş narkotik vasitələrin iki növdə, yəni heroin və qurudulmuş marixuanada ifadə olunması, heroinin iki ədəd bükümlərdə, qurudulmuş marixuananın isə bir ədəd bükümdə və iki ədəd bağlamada olması, özünün yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cinayətin açılması və cinayətin digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsi, vərəm və “Hepatit C” xəstəliklərindən əziyyət çəkməsi, törətdiyi cinayət əməllərindən səmimi peşiman olması və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, xüsusilə də iş üzrə Təqsirləndirilən şəxs1 aldığı heroinin təmiz çəkisinin 1,35 qram olması, Təqsirləndirilən şəxs2 qabaqcadan razılaşmalarına əsasən həmin heroinin təmiz çəkisinin 0,688 qram təşkil edən hissəsini verməsini (eləcə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iş üzrə ibtidai araşdırma zamanı verdikləri sonrakı ifadələrindən fərqli olaraq, izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində sonuncunun təmiz çəkisi 0,688 qram təşkil edən heroini Təqsirləndirilən şəxs2 24 manat məbləğində pula satmasını göstərmələrini), özünün yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cinayətin açılması və cinayətin digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsi, törətdiyi cinayət əməlindən səmimi peşiman olması və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsi və məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halları, cinayətin açılması və cinayətin digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsi, törətdiyi cinayət əməlindən səmimi peşiman olması və himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən nəzərə aldığını göstərdiyi hallara əsaslanaraq belə nəticəyə gəlir ki, azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin sadə residivi olması səbəbindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasının həmin Məcəllənin 65.2-ci maddəsində sadə residivə görə müəyyən edilmiş həddən az olmayan həddə, konkret olaraq 7 (yeddi) il müddətə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə görə müvafiq olaraq 2 (iki) il 6 (altı) ay, 2 (iki) il və 1 (bir) il 6 (altı) ay müddətə, Təqsirləndirilən şəxs3, həmçinin həmin Məcəllənin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün zəruridir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələbinə əsasən qəti cəza təyin edilməlidir. İş üzrə təqsirləndirilən şəxslərin hər birinə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 29 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonuncu 31 iyul 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Hacıqabul RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 31 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 09 sentyabr 2021-ci il tarixli qərarı ilə göstərilən qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ibtidai istintaq orqanının 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Hacıqabul RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (İ cild, səh. 22, 23, 122, 123, 202, 203, 226, 227, İİ cild, səh. 26, 27, 44-46, 209-211, 256, 257). Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 29 iyul 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 2 (iki) ay 22 (iyirmi iki) gün müddət, Təqsirləndirilən şəxs2 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, Təqsirləndirilən şəxs3 14 avqust 2021ci il tarixdən 15 avqust 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barələrində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını real çəkməli olduqlarına görə barələrində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, onlar məhkəmə iclasında dərhal həbsə alınmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli, həm onlar, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-in 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən təqsirlilik dərəcəsi nəzərə alınaraq, ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 72,80 manat, Təqsirləndirilən şəxs3 62,15 manat, Təqsirləndirilən şəxs4 23,10 manat və Təqsirləndirilən şəxs2 23,10 manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan, ekspert tədqiqatlarından sonra ümumi qalıq çəkisi 2,899 qram təşkil edən heroin, qalıq çəkisi 275,34 qram təşkil edən qurudulmuş marixuana və dörd ədəd çətənə bitkisi məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 14 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 29 iyul 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 2 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 72,80 manat, Təqsirləndirilən şəxs3 62,15 manat, Təqsirləndirilən şəxs4 23,10 manat və Təqsirləndirilən şəxs2 23,10 manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan, ekspert tədqiqatlarından sonra ümumi qalıq çəkisi 2,899 qram təşkil edən heroin, qalıq çəkisi 275,34 qram təşkil edən qurudulmuş marixuana və qalıq qalan dörd ədəd çətənə bitkisi məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar