Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-215/2025 26.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi, ev 70, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixədək olan müddətdə satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,742 qram və 0,133 qramümumi çəkisi 0,875 qram xeyli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,047 qram və 0,898 qram ümumi çəkisi 0,945 qram xeyli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə 0,36 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram xeyli miqdarda dərman tabletləri formasında olan narkotik vasitə metadon həblərini əldə edərək üzərində saxlamış, bundan başqa 24 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə digər şəxslə danışaraq təkrarən külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayət qrupunun üzvü ona narkotik vasitələrin Bakı-Ələt avtomobil yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən işləməyən, adsız kafenin içərisində sellofan torbada olduğunu, narkotik vasitələri oradan götürüb özündə saxlamasını, bir-iki gündən sonra ondan götürəcəyini bildirmiş və həmin yerin konumu ona göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs cinayətdən xəbərsiz olan tanışı, «Man» markalı, ** KY *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid6lə telefon əlaqəsi saxlamaqla onu qohumları ilə görüşməsi üçün idarə etdiyi avtomaşınla Hacıqabul rayonuna aparmasını xahiş edərək göstərilən narkotik vasitələri və psixotrop maddəni üzərində daşımaqla həmin gün Bakı şəhəri Ələt Qəsəbəsi ərazisində Şahid6 idarə etdiyi avtomobilə minərək Hacıqabul rayonu istiqamətində hərəkət edərkən üzərindəki narkotik vasitələri və psixotrop maddəni sürücüdən xəbərsiz avtomobilin salonundakı sərnişin oturacağının qarşısına qoymuş, həmin gün saat 21 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisində işləməyən kefeyə çatdıqda orada kiminləsə görüşəcəyini bildirməklə avtomoli saxlatmış, kafeyə daxil olaraq orada bir ədəd sellofan torbının içərisində 01 ədəd polietilen bükülüdə 470 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd polietilen bükülüdə 255 qram xeyli miqdarda arkotik vasitə qurudulmuş marixuananı qoyulduğu yerdən götürməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, bu zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, əlində olan sellofan torbaya baxış keçirilərkən 01 ədəd polietilen bükülüdə 470 qram narkotik vasitə heroin və 01 ədəd polietilen bükülüdə 255 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, sonra isə avtomobilin salonuna baxış keçirilərkən sərnişin oturacağının qarşısından 0,875 qram psixotrop maddə metamfetamin, 0,945 qram heroin, 0,36 qram qurudulmuş marixuana, 02 ədəd metadon həbləri, 01 ədəd içərisində narkotik vasitə heroin izləri olan şpris və 01 ədəd içərisində psixotrop maddə metamfetamin izləri olan folqa aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, anası ilə Bakı şəhəri Qaradağ rayonunda yaşayır. Narkotik vasitə istifadəçisi olmuşdur. Elə hallar olmuşdur ki, narkotik vasitəni özləri alaraq dost-tanışla birlikdə bir-birilərinə verib isdifadə etmişlər. 24 sentyabr 2024-cü il tarixdə tanışı Şahid6 ona idarə etdiyi «Man» markalı avtomaşınla reysə getdiyini bildirmiş və tək getməməsi üçün onunla birlikdə getməsini xahiş etmişdir. O, Şahid6la razılaşmışdır. Həmin gün Ələt qəsəbəsində Şahid6 idarə etdiyi «Man» markalı avtomaşına minmişdir. Avtomaşına minərəkən əvvəllər Bakı şəhərində öz istifadəsi üçün əldə etmiş olduğu az miqdarda psixotrop maddə metamfetamin və heroin üzərində olmuşdur. Onlar Bakı-Ələt-Qazax avtomobil yolu ilə Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. Bu zaman bir nəfər ona «Whatsapp» proqramı ilə zəng edərək adının Adəm olduğunu, Kürdəmirdə olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O isə həmin şəxsə Kürdəmirin uzaqda olduğunu, Hacıqabula gəlməsini və orada görüşmələrini demişdir. Onlar yollarına davam etmişlər. Yolda olarkən o, Şahid6la birlikdə narkotik vasitə heroindən və metamfetamindən istifadə etmişlər. Heroin istifadə etdikləri şprisi və metamfetamin istifadə etdikləri falqanı sərnişin oturacağının qarşısına qoymuşdur ki, sonra atar. Onlar yolda olduqları zaman Adəm adlı şəxs ona zəng edərək işinin çıxdığını, Hacıqabula gələ bilməyəcəyini demişdir. Onlar Hacıqabul rayonu Qarasu kəndi ərazisində yolun kənarında yerləşən, işləməyən, adsız kafeyə çatanda sürücü Şahid6 ayaqyoluna getmək istədiyini demiş və avtomaşını saxlamasını xahiş etmişdir. Sürücü avtomaşını saxlamışdır. O, ayaqyoluna getmək üçün avtomaşından düşərək yolun kənarındakı işləməyən kafeyə daxil olmuşdur. Kafedə dəmir qapının arxasında bir ədəd torba olduğunu görmüşdür. Bu zaman polis işçiləri onu tutmuşlar. Polis işçiləri onu tutanda əlində narkotik vasitə olan paket olmamışdır. Polis işçiləri onun qarşına paket gətirmiş, paketdə olan narkotik vasitəni öz üzərinə götürməsini tələb etmişlər. O, məcbur olub razılaşmışdır. Polislər onu döymüşlər, fiziki təzyiq göstərmişlər. O, polislərin dediyi ilə razılaşıb narkotik vasitəni öz üzərinə götürmüşdür. Polis tərəfindən aşkarlanan narkotik vasitə ilə onun heç bir əlaqəsi yoxdur. Özü narkotik istifadəçisi olsada, narkotik vasitənin yayılmasına qarşı olmuşdur. Onun qardaşı məhkumdur, evdə də xəstə anası vardır. Məhkəməyə inanır. Ona verilmiş ittihamla razılaşmır. Avtomobildə aşkar olunan marixuana və metadon həbləri ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində isə göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsində anası ilə birlikdə yaşayır. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum edilmiş, 2019-cu ildə isə cəzasının sonu ilə azad olunmuşdur. 24 sentyabr 2024-cü il tarixdə saat 17 radələrindən mobil telefonuna quraşdırdığı və ***-***- **-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi whatsApp ani mesajlaşma mobil tətbiqinə +**********23 saylı mobil nömrədən mesaj gəlmişdir. Həmin şəxslə əlaqə saxlayan zaman adının Adəm olduğunu bildirmiş və ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. O isə heroindən və patıdan istifadə etdiyini bildirdikdə həmin şəxs hazırda Kürdəmir rayonunda olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O isə Kürdəmir rayonuna gələ bilməyəcəyini, Hacıqabul rayonunda görüşməyi təklif etmişdir. Həmin şəxs onunla razılaşmış və ona Kürdəmir rayonundan çıxaraq Hacıqabul rayonuna tərəf gəldiyini bildirmişdir. O isə tanışı Şahid6 zəng edərək onu idarə etdiyi avtomaşınla qohumları ilə görüşməsi üçün Hacıqabula aparmasını xahiş etmişdir. Həmin gün Ələt qəsəbəsində Şahid6 sürdüyü «Man» markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş və Hacıqabul rayonuna yola düşmüşlər. Həmin vaxt əynində olan şalvarının cibində bir neçə ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyi iki ədəd kibrit qutularının içərisinə kiçik bükümlər formasında yığdığı narkotik vasitə heroin, narkotik vasitə marixuana, 02 ədəd M40 kimi tanıdığı narkotik vasitə və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. Şahid6 onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından heç bir məlumatı olmamışdır. O, həmçinin narkotik vasitə və psixotrop maddədən istifadə etmək məqsədi ilə üzərində folqa və şpris götürmüşdür. Yolda olduqları zaman Adəm adlı şəxs whatsApp vasitəsi ilə ona zəng edərək, təcili işinin çıxdığını, onunla görüşə bilməyəcəyini, lakin ona atacağı konumdakı kafenin içərisində sellofan torba olduğunu, həmin torbanı götürərək özündə saxlamağını və 1-2 gündən sonra gəlib ondan götürəcəyini bildirmişdir. O, həmin vaxt sellofan torbanın içərisində narkotik vasitələr ola biləcəyini ehtimal etmişdir. Adəm ona konum və sellofan torbanın olduğu yerin fotoşəklini göndərmişdir. O, Adəm adlı şəxslə razılaşaraq dediyini edəcəyini bildirib, mobil telefonunda konumu proqram vasitəsi ilə açmışdır. Təxminən saat 21 radələrində ona göndərilən konum əsasında Bakı-Ələt avtomobil yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun kənarında yerləşən adsız işləməyən kafenin olduğu yerə gəlmişlər. O, Atagəldiyə idarə etdiyi avtomobili kafenin qarşısına saxlamasını, orada bir nəfərlə görüşəcəyini bildirmişdir. Bu zaman sərnişin qismində əyləşdiyi avtomobilin kabinasında üzərində olan narkotik vasitə heroindən özündə olan şpris vasitəsi ilə qəbul etmişdir. Daha sonra üzərində olan iki ədəd kibrit qutularını və falqanı sərnişin oturacağının qarşısına şitin üzərinə qoymuşdur. İstifadə etdiyi şprisi və üzərində heroin qırıntıları olan sellofanı isə içərisinə zibil atdığı sellofana atıb, əyləşdiyi oturacağın yanına qoymuşdur. İçərisi qaranlıq olduğundan iki ədəd kibrit qutularını şitin üzərinə qoymasını Atagəldi görməmişdir. Atagəldi onun dediyini edərək, avtomobili işləməyən kafenin qarşısına tərəf idarə etmişdir. Bundan sonra avtomobildən yerə düşüb, kafenin içərisinə doğru hərəkət etmişdir. Atagəldi isə hər şeydən xəbərsiz idarə etdiyi avtomobilin içərisində qalmışdır. Adəm adlı şəxs ona əvvəldən bildirmişdir ki, ona götürməyi üçün göndərdiyi sellofan torba kafenin içərisindəki ağ rəngli dəmir qapının arxasındadır. Buna görə də kafenin içərisinə daxil olduqdan sonra orada olan ağ rəngli dəmir qapıya doğru hərəkət etməyə başlamışdır. Həmin hissəyə tərəf getməkdə məqsədi onun üçün göndərilən sellofan torbanı əldə etmək olmuşdur. Dəmir qapıya çatmamış mülki geyimdə olan şəxslərin ona tərəf gəldiyini görmüşdür. Həmin şəxslər onu kafenin içərisində saxlamışlar. Bundan sonra ona Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, üzərində külli miqdarda narkotik vasitə saxlamaqla danışmaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra dəmir qapının arxasında olan onun götürməli olduğu sellofan torbanı mülki geyimdə olan adını bilmədiyi polis əməkdaşı götürərək, ona təqdim edib əlində saxlamağını bildirmişdir. O, heç bir etiraz etmədən həmin sellofan torbanı sağ əlində saxlamışdır. Daha sonra birlikdə kafenin qarşısına çıxdıqda, Atagəldinin də mülki geyimdə olan polis əməkdaşlarının saxladığını görmüşdür. Polis əməkdaşlarına sağ əlində saxladığı torbanı təqdim etmişdir. Həmin torbanın içərisini yoxlayan zaman həmin torbanın içərisindən 01 ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroin və 01 ədəd bükümdə nəşə kimi tanıdığı narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, üzərindən özünə məxsus olan 01 ədəd Redmi markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon aşkar olunaraq götürülmüş və əməliyyatçı tərəfindən qablaşdırılmışdır. Sonda isə Şahid6 idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin kabinəsində sərnişin oturacağının qarşısına qoyduğu, içərisində narkotik vasitə və psixotrop maddələr olan kibrit qutuları, falqa və zibil atdığı sellofan torbanın içərisindən isə narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdiyi şpris və üzərində narkotik vasitə qırıntıları olan boş sellofan büküm aşkar olunaraq götürülmüşdür. Bundan sonra onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 sentyabr 2024-cü il tarixdə ona Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi ev 70, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 24 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Bakı-Ələt-Qazax avtomobil yolunun Bakı şəhəri istiqamətinə gedən hissəsi ilə hərəkətdə olan «Man» markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin Hacıqabul rayonu Qarasu kəndi ərzasində geri dönərək yolun əks hərəkət hissəsinə keçməsini və Bakı şəhəri istiqamətində bir qədər hərəkət etməklə yolun sağ ehtiyyat hissəsində yerləşən fəaliyyət göstərməyən kafenin qarşısında dayanmasını görmüşlər. Təqsirləndirilən şəxs avtomobildən düşərək kafenin içərisinə doğru getmiş, sonra isə sağ əlində sellofan torbanı tutaraq avtomobilə tərəf yaxınlaşdır. Dərhal Təqsirləndirilən şəxs saxlamışlar. Videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd sellofan torba yoxlanılarkən torbanın içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə narkotik vasitə marixuanayabənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, 01 ədəd «Redmi» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Sonda isə sürücü Şahid6 üzərində yoxlama aparılmış, qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra Şahid6 idarə etdiyi «Man» markalı avtomobilə baxış keçirilərkən avtomobilin kabinasından Təqsirləndirilən şəxs əyləşdiyi sərnişin oturacağının qarşısından içərisində bir neçə bükümdə müxtəlif çəkilərdə narkotik vasitə heroin, narkotik vasitə marixuana, psixotrop maddə metamfetamin olan kibrit qutuları, həblər, falqa və sellofan torbanın içərisindən isə narkotik vasitə heroin qəbul etmək üçün istifadə olunan şprist və üzərində narkotik vasitə qırıntıları olan boş sellofan büküm aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı, Şahid6 həmin əşyaların Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qarşı heç bir zor tədbiq etməmişlər. Təqsirləndirilən şəxs saxlayanda içərisində narkotik vasitələr olan torba faktiki onun əlində olmuş, torbanı avtomaşına tərəf apararkən onu saxlamışlar. Təqsirləndirilən şəxs həmin əraziyə faktiki olaraq narkotiki götürməyə getmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayanda onun başında yara izi olmuşdur. Ondan başında yaranın əmələ gəlmə səbəbini soruşanda mebel ustası olduğunu, iş görərkən başından zədə aldığını bildirmışdır. Təqsirləndirilən şəxs döyməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Hacıqabul rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, etibarnamə ilə «Man» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etmişdir. Ələt qəsəbə sakini kimi tanıdığı Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, onu idarə etdiyi avtomobillə Hacıqabul rayonu, Navahı qəsəbəsinə aparmasını xahiş etmiş və orada qohumu ilə görüşəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs xahişini yerə salmayaraq onunla razılaşmışdır. Daha sonra onlar Ələt qəsəbəsində görüşmüşlər. Bundan sonra idarə etdiyi avtomobillə birlikdə Hacıqabul rayonu Navahı qəsəbəsinə doğru hərəkət etməyə başlamışlar. Bir müddətdən sonra onlar Hacıqabul rayonu Qarasu kəndi ərazisinə çatdıqda Aslan onun geriyə donməsini, Bakı şəhəri istiqamətinə gedən yola keçməsini demişdir. O, əks hərəkət zolağına keçərək avtomobili Bakı şəhəri istiqamətində sürmüşdür. Təxminən saat 21 radələrində Bakı-Ələt avtomobil yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun kənarında yerləşən adsız, işləməyən kafenin olduğu yerə gəlmişlər. Təqsirləndirilən şəxs ona avtomobili kafenin qarşısına sürməsini və ayaqyoluna getmək istədyini demişdir. O, avtomobili işləməyən kafenin qarşısına tərəf sürmüşdür. Bu zaman Aslanın cibindən falqa çıxardığını və alışqanı yandıraraq falqaya tutduğunu görmüşdür. Aslandan nə etdiyini soruşduqda, patı çəkdiyini bildirmişdir. O, da patıdan istifadə etmək istədiyini bildirmişdir. Aslan onun istəyinə heç bir etiraz bildirməmişdir. Avtomobillə kafenin qarşısına çatdıqda orada avtomobili dayandırmışdır. Aslan avtomobildən düşməyə hazırlaşdıqda Aslandan falqanı və alışqanı almışdır. Aslan avtomobildən düşərək işləməyən kafeyə doğru getmişdir. O isə avtomobildə qalmış və patıdan 1 tüstü çəkmişdir. Həmin vaxt gözü Aslanın əyləşdiyi sərnişin oturacağının qarşısındakı şitin üzərinə sataşmış və görmüşdür ki, Aslan şitin üzərinə iki ədəd kibrit qutusu qoyub. Aslanı gözləyən zaman hava almaq məqsədi ilə avtomobildən yerə düşmüşdür. Bir qədər sonra Aslanın kafenin içərisindən ətrafında mülki geyimdə olan şəxslərlə hərəkət edərək sağ əlində 01 ədəd sellofan torba olmaqla avtomobilə tərəf gəldiyini görmüş, həmin vaxt nə baş verdiyini anlamamışdır. Buna görə də avtomobilə əyləşərək idarə edib həmin ərazidən uzaqlaşmağa çalışmışdır. Avtomobili kafenin həyətində 10-15 metr hərəkət etdirdikdən sonra mülki geyimdə olan şəxslər sərnişin qapısını açaraq polis əməkdaşı olduqlarını bildirib avtomobili dayandırmasını demişlər. O, Aslana yaxınlaşan şəxslərin polis əməkdaşları olduqlarını anladığı üçün dərhal avtomobili dayandırıb yerə düşmüşdür. Mülki geyimdə olan şəxslər ona Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, Aslanın üzərində külli miqdarda narkotik narkotik vasitə saxlamaqla danışmaqda şübhəli olduğunu, buna görə də saxlanıldığını bildirmişlər. Bundan sonra onu kafenin qarşısına Aslanın saxlanıldığı yerə gətirmişlər. Polis əməkdaşı ilk öncə Aslanın üzərində yoxlama aparmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonra əməliyyatçılar Aslanın sağ əlində saxladığı bir ədəd sellofan torbaya baxdıqda torbanın içərisində 01 ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroin və 01 ədəd bükümdə nəşə kimi tanıdığı narkotik vasitə marixuanayabənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. Sonra onun üzərində yoxlama aparılmış və qanunsuz əşya aşkar olunmamışdır. Sonda isə onun idarə etdiyi «Man» markalı, **-KY- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin kabinasından Aslanın əyləşdiyi sərnişin oturacağının qarşısına qoyduğu, içərisində narkotik vasitə və psixotrop maddələr olan kibrit qutuları, falqa və içərisinə zibil atdığı sellofan torbanın içərisindən isə narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdiyi şpris və üzərində narkotik vasitə qırıntıları olan boş sellofan büküm aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin əşyaların Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar polis şöbəsinə dəvət etmişlər. Baxış keçirilməsi və götürmə aparılması barədə 24 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən və fəaliyyət göstərməyən kafenin həyətində saxlanılmışdır. Həmçinin həmin yerdə «Man» markalı, **-KY-*** nömrə nişanlı avtomobil dayanmışdır. Təqsirləndirilən şəxs əlində olan sellofan torba açıldıqda içərisində iki ədəd büküm aşkar olunmuşdur. Bükümlərdən biri tərəzidə çəkilərkən 499 qram olması və içərisində heroinəbənzər maddə olması aşkar olunmuşdur. Digər bükümün çəkisi 281 qram olmuş və içərisindəki maddənin qurudulmuş marixuanayabənzər olması müəyyən edilmişdir. Həmin avtomobilin kabinəsinə baxış keçirilərkən sərnişin oturacağının qarşısından bir ədəd metamfetamin istifadə etmək üçün falqa deyilən əşya, 2 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun 1-ci açıldıqda içərisində 0,05 qram, 0,62 qram,0,16 qram olmaqla 3 ədəd bükümdə heroinəbənzər maddə, 1 ədəd bükümdə 0,14 qram psixotrop maddə olan metamfetaminəbənzər maddə və 01 ədəd M-40 dərman həbləri aşkar olunmuşdur. İkinci kibrit qutusu açıldıqda 0,85 qram, 0,52 qram olmaqla 2 ədəd bükümdə metamfetaminəbənzər maddə və 01 ədəd M-40 dərman həbi aşkar edilmişdir. Kibrit qutularının qoyulduğu yerə tökülmüş metamfetaminəbənzər maddələr yığılaraq çəkildikdə 0,29 qram olmuşdur. Sərnişin oturacağının yanında yerdə olan zibil sellofanın içərisinə baxıldıqda bir ədəd istifədə olunmuş şpris və heroinəbənzər maddə qalıqları olan boş sellofan büküm aşkar edilmişdir. Kompleks məhkəmə bioloji və kimyəvi ekspertizasının 25 sentyabr 2024-cü il tarixli, 18/822-823 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 01 ədəd bükümdə təmiz çəkisi 0,742 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd kibrit qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 0,133 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,047 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,898 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd şprisin içərisində narkotik vasitə heroinin izləri vardır. 01 ədəd falqanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric – mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. 01 ədəd boş bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edilmədi. Həmin kağız paketin içəirisində üzərində “...imza İsmayılov.A.O..” sözləri yazılmış polietilen torbada olan 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 470,0 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 255,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata təqdim olunmuş narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə cəmi 02 ədəd qəhvəyimtil rəngli həblərin tədqiqatı aparılmamış və suallar cavablandırılmamışdır. Fiziki-kimyəvi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 6/5237 nömrəli rəyinə əsasən Şahid6 məxsus avtomobildən götürülmüş 2 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı: 0,08 qram olan narkotik vasitə-metadon müəyyən edildi. Məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2024-cü il tarixli 6895 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən “Tiryək narkomaniyası” diaqnozu ilə Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 oktyabr 2024-cü il tarixli 3128 saylı saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, cinayət əməlini törədərkən anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə tibbi ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 363 saylı rəyinə əsasən müayinə zamanı, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Sağ gözaltı nahiyənin qançırı küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Müddəti müayinədən 4-5 gün əvvələ uyğundur. Yuxarda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. İşdə olan 09 noyabr 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 mart 2012-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 05 oktyabr 2012-ci il tarixdə cəriməni tam ödəmişdir. Qaradağ rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək təkrar olmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, xeyli miqdarda psixotrop maddə metamfetamini, qurudulmuş marixuananı və metadon həblərini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə tanışı Şahid6 idarə etdiyi avtomaşınla Hacıqabul rayonu Qarasu kəndi ərazisinə narkotik vasitə götürmək məqsədi ilə deyil, bir nəfər şəxslə görüşmək üçün getməsi, yolun kənarında yerləşən və işləməyən kafeyə oradan narkotik vasitələri götürmək üçün deyil, ayaqyoluna getmək üçün daxil olması, kafenin içərisində dəmir qapının arxasında sellofan torba olduğunu görsə də, həmin torbanı əlinə götürmədiyi halda polis işçilərinin onu saxlamaları, sonradan torbanın əlinə polis işçiləri tərəfindən verilməsi, torbanın içərisində olan bükümlərdəki narkotik vasitə heroinin və qurudulmuş marixuananın ona məxsus olmaması, polis işçiləri onu döydüklərinə görə məcbur olub polis işçilərinin tələbi ilə torbadakı narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməsi, Şahid6 idarə etdiyi avtomobilin salonunda aşkar olunan heroin və metamfetamin ona məxsus olsa da, qurudulmuş marixuananın və metadon həblərinin ona aid olmaması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən “Tiryək narkomaniyası” diaqnozu ilə Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 470,885 qram narkotik vasitə heroin, 0,775 qram psixotrop maddə metamfetamin, 255,16 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd metadon həbi, 01 ədəd şpris və 01 ədəd falqa məhv edilməli, bir ədəd “Redmi 10 A” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilməli, istintaq hərəkətləri barədə iki ədəd DVD disklər və telefon danışıqları barədə 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 470,885 qram narkotik vasitə heroin, 0,775 qram psixotrop maddə metamfetamin, 255,16 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd metadon həbi, bir ədəd şpris, bir ədəd falqa məhv edilsin, A.O.Aslanova məxsus «Redmi 10 A» markalı mobil telefon onun ailəsinə verilsin, cinayət işinə əlavə olunmuş istintaq hərəkətləri barədə 02 ədəd DVD disklər və telefon danışıqları barədə 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-215/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-215/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver