Məhkəmə qərarları › İş №1(099)-216/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-216/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-216/2023 11.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi dalan 1, ev 27-də qeydiyyatda olan və Şirvan şəhəri, Ordubadi küçəsi ev 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1985-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan və Şirvan şəhəri, Ordubadi küçəsi ev 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 3,692 qram narkotik vasitə heroini (bundan sonra – heroin) və 0,286 qram psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) satış məqsədi ilə qanunsuz olaraq əldə edib, heroini elektron tərəzi vasitəsi ilə 10 (on) ədəd bükümə ayırmaqla 8 ədəd bükümdə ümumi çəkisi-2,932 qramını və metamfetamini 03 (üç) ədəd bükümə ayırmaqla hamısını yaşadığı Şirvan şəhəri, ünvan 1 fərdi yaşayış evində saxlamış, heroinin qalan 0,362 qramını üzərində saxlamaqla daşımış, qalan 0,398 qramını isə qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 istifadə etmək üçün vermiş, 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncuların yaşadıqları şəhərin ünvan 1 fərdi yaşayış evinə Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən baxış keçirilən zaman həmin evin qonaq otağında olan mebel materialdan hazırlanmış stolun üstündən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0,083 qram, 07 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi-0,364 qram, 0,841 qram, 0,871 qram, 0, 285 qram, 0,166 qram, 0,207 qram, 0,115 qram olmaqla ümumi təmiz çəkisi-2,932 qram eyni tərkibli narkotik vasitə heroin və 03 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,101 qram, 0,092 qram, 0,093 qram olmaqla ümumi çəkisi-0,286 qram metamfetamin götürülmüş, Təqsirləndirilən şəxs1 həmin gün saat 16:30-da polis şöbəsinə gətirilib 19:35-dən 20:05-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zamanı isə üzərindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi yuxarıda qeyd edilən çəkidə heroindən götürdüyü - eyni tərkibli təmiz çəkisi- 0,362 qram heroin aşkar olunaraq götürülmüşdür. Budan əlavə Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd polietilən bükümdə təmiz çəkisi - 0,398 qram olan heroini istintaqa məlum olmayan vaxtda qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs1 yaşadıqları Şirvan şəhəri, ünvan 1 fərdi yaşayış evində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncuların yaşadıqları şəhərin ünvan 1 fərdi yaşayış evinə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra həmin gün saat 16:30-da polis şöbəsinə gətirilib saat 17:55-dən 18:30-dək olan müddət ərzində şəxsi axtarış aparılan zaman üzərindən Təqsirləndirilən şəxs1 evindən və üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,398 qram heroin aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitə saxlamağa və istifadə etməyə görə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir, bununla bağlı müalicə olunsa da narkotik çəkməyə davam etmişdir. Tarixi dəqiq xatırlamadığı vaxtda yaşadığı Şirvan şəhərində yolun kənarında ağacın dibində 8 bükümdə heroin tapmış, həmin heroini də istifadə etmək üçün götürüb evinə gətirib saxlamışdır. Həmin 8 bükümdə olan heroin ümumilikdə 1,6 qram çəkidə olmuşdur. Lakin onda metamfetamin olmamışdır. Elektron tərəzi onda olsa da həmin tərəzi işləməmiş, həmin tərəzini saxlamaqda heç bir məqsədi olmamış, evdə kirayədə qaldığından həmin tərəzi evdə o, yaşamamışdan əvvəl olmuşdur. Evində 9 ədəd mobil telefon aşkarlanmış, həmin telefonlar işlək vəziyyətdə olmamış, telefonları düzəldib satmaq niyyəti ilə saxlamışdır.13 sentyabr 2022-ci il tarixdə günorta saatlarında polis əməkdaşları evinə gəlib axtarış aparacaqlarını demiş, onu döymüşlər və evinə əlavə olaraq metamfetamin bükümləri də qoymuşlar. Həmçinin polislər onun evinə gələn vaxt o, narkotik vasitələrin təsiri altında olduğundan, bundan əlavə polis əməkdaşları onların dediklərini etmədiyi halda evindən 1 kiloqram “mal” çıxaracaqları ilə hədələdiklərindən onların istədiklərini etmişdir. Həmin vaxt evində Samirə də olmuşdur. Daha sonra evində axtarış aparılmış, axtarış zamanı videoçəkilişdən istifadə olunmuş və aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olduğunu demişdir. Polis şöbəsinə aparıldıqdan sonra vəkil gəlməmişdən əvvəl üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamış, sonra isə polis əməkdaşları onun üzərinə narkotik vasitə qoymuşlar və o, da təzyiq altında olduğundan, hədələndiyindən polis əməkdaşları ilə razılaşmış, həmin heroini cibindən çıxarıb təqdim etmişdir. Evində olan heroindən özü istifadə etmiş, arada bir Təqsirləndirilən şəxs2 da istifadə etmək üçün vermişdir. Bir gün ərzində 0,2-0,3 qram heroindən istifadə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkomaniya xəstəsi olduğundan narkotik istifadə etmişdir. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olmamış, arada bir Samirəyə istifadəsi üçün narkotik vasitə vermişdir. Evində olan 8 bükümdə heroin ona məxsus olmuş, Samirəyə aidiyyatı olmamışdır. Polis şöbəsində ona qarşı hər hansı fiziki zor tətbiq edilməsə də, evində olarkən polis əməkdaşları onu döymüş, hədələmişlər. Narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşmandır, xəstə olduğu üçün narkotik vasitə istifadə etmişdir, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 14 və 15 sentyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmiş və göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə etmişdir. 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Biləcəri qəsəbəsində hərəkət edərkən yolun kənarında bir neçə sellofan bükümün olduğunu görmüş, əyilərək həmin bükümlərin nə olduğu ilə maraqlanmış, açıb içərisinə baxdıqda həmin sellofan bükümlərin içərisində narkotik vasitə olan heroin və metamfetamin olduğunu görmüş, şəxsi istifadəsi üçün həmin bükümləri götürüb Şirvan şəhərinə gətirmiş, 13 sentyabr saat 14 radələrində Samirə ilə birlikdə yaşadığı evdə olmuş, həmin vaxt qapı döyülmüş və qapını açdıqdan sonra polis əməkdaşlarının olduğunu görmüş, yaşadığı evdə qanunsuz olaraq narkotik vasitənin saxlanılması barədə məlumat daxil olduğunu, bu səbəbdən evə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulmuş, heç bir etirazının olmadığını bildirmiş, polis əməkdaşları evə daxil olaraq baxış keçirmiş, həmin vaxt qonaq otağında olan masanın üzərindən 8 ədəd sellofan bükümdə heroin və 3 ədəd sellofan bükümdə metamfetamini könüllü təqdim etmiş, daha sonra polis əməkdaşları onu qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə polis şöbəsinə gətirmiş, üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış, satış niyyəti olmamışdır. Bundan başqa o, bildirmişdir ki, Şirvan şəhər polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, ifadələrində 8 büküm heroinin ona məxsus olması barədə yazılanlar doğrudur, qalanlar doğru deyil, hədələndiyi və fiziki zor tətbiq edildiyi üçün polis əməkdaşlarının dedikləri kimi ifadə vermişdir. İfadəsinin həmin hissələrini təsdiq etmir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə qeyri rəsmi ər-arvad münasibətində yaşamışdır. Heroindən istifadə etmişdir. Polis əməkdaşlarının yaşadığı evdə aşkar etdikləri narkotik vasitələr Nüsrətə məxsus olmuş, ona aid olmamışdır. Özü arada bir narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs1lə tanış olarkən onun narkotik istifadəçisi olmasını bilməmiş, bu barədə sonradan öyrənmişdir. Narkotik vasitəni istifadə etmək üçün müxtəlif yerlərdən tapmışdır. Polis əməkdaşları evində axtarış keçirilərkən video çəkilişdən istifadə olunmuş, lakin o, narkotik vasitələrin ona aid olmasını deməmişdir. Evində axtarışdan sonra onu da polis şöbəsinə aparmışlar və polis əməkdaşları ona bir büküm heroin verib üzərində saxlamağını, videoçəkiliş zamanı təqdim etməsini, onu 48 saat saxladıqdan sonra buraxacaqlarını, əks halda Təqsirləndirilən şəxs1lə əlbir kimi onu tutacaqlarını bildirmişlər. Buna görə də polis əməkdaşları ilə razılaşmışdır. Həmin narkotik vasitələri evə Nüsrət gətirmiş, narkotiklərdən kiməsə satmamış, ümumiyyətlə narkotik satışı ilə məşğul olmamış, narkotik satışı ilə bağlı Nüsrətlə hər hansı razılığı, danışığı olmamışdır. Üzərində heç bir narkotik vasitə olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 14 və 15 sentyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməsə də məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir. 13 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1lə birlikdə yaşadığı evdə olmuş, həmin vaxt qapı döyülmüş və qapını açmağa Nüsrət getmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 polis əməkdaşları gəldiyini və evə baxış keçirtmək istədiklərini bildirmiş, Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək, yaşadıqları evə polis əməkdaşlarının baxış keçirtməsinə heç bir etirazının olmadığını bildirmiş, evə baxış keçirilən zamanı Nüsrət qonaq otağında rəfin üzərində olan sellofan bükümdə heroini və metamfetamini könüllü təqdim etmiş, daha sonra polis əməkdaşları onu qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə heroini çıxarıb masanın üzərinə qoymuş və həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan başqa o bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr Təqsirləndirilən şəxs1 məxsus olmuş, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələrini oxumadan və fiziki təzyiqlər nəticəsində imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı, həmçinin yaşadıqları ünvanda və üzərilərində saxlamaqla məşğul olmaları barədə məlumat daxil olmuş, buna görə həmin şəxslər ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində o, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları Şirvan şəhəri, ünvan 1 ünvana getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvanda baxış keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazları olmadığından həmin evə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin qonaq otağında mebel materialdan olan stolun üzərindən 8 ədəd bükümdə heroinə bənzər kütlə, 3 ədəd bükümdə metamfetaminə bənzər kütlə, 1 ədəd elektron tərəzi, 9 ədəd müxtəlif markalı mobil telefonlar, 1 ədəd poverbank və 1 ədəd 20 manatlıq pul əskinazı aşkar edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar edilmiş kütlələr onlara məxsusdur, istifadə etmək üçün saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarla birlikdə Şirvan şəhər PŞ-yə gəlmiş, PŞ-də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin maddə Təqsirləndirilən şəxs1 məxsusdur və istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində onun və CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, yaşadığı ünvandan aşkar edilmiş kütlələrlə birlikdə ona məxsusdur və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa o, bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şirvan şəhər sakini kimi tanımış, onların Şirvan şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı və istifadə etməsi barədə ona məlumat daxil olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və ya kimlərə narkotik vasitə və ya psixotrop maddə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamış, bu barədə əməliyyat tədbirlərinin davam etdirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları - Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (i.v. 1-2) - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş, onların kirayə qaldıqları evdə qanunsuz yolla əldə etdikləri narkotik vasitələr saxlamaları, satışı ilə məşğul olmaları və tiryəkxana təşkil etmələrinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şifahi ifadələrində bildirdikləri onlar barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri könüllü olaraq təqdim etdikləri, hər hansı hala etiraz etmədikləri müəyyən edilir. (səh. 4-6; 9-10; 11-14; ) - Təqsirləndirilən şəxs1 imzaladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Şirvan şəhəri M.S.Ordubadi küçəsi ev 9 ünvanında yerləşən evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v 10) -“baxış keçirilməsi və götürmə” haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Şirvan şəhəri, ünvan 1 bir mərtəbəli yaşayış evində olan otaqdakı mebel materialdan hazırlanmış stolun üzərindən 11 ədəd içərisində kütlələr olan bükümlər, 1 ədəd elektron tərəzi, 10 ədəd müxtəlif markalı mobil telefon, 1 ədəd poverbank və 20 manatlıq pul əskinazı aşkar olunaraq götürülmüşdür. (i.v. 11-14) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:25-də, Təqsirləndirilən şəxs1 isə həmin gün saat 18:05-də şübhəli şəxs qismində tutulmuşlar. (i.v. 29-30; 53-54 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (i.v. 33-35) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (i.v. 57-59) -Məhkəmə bioloji ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 18/1022 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd sarımtıl rəngli kiçik pulqabının içərisində: 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,083 qr, 7 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,364 qr, 0,841 qr, 0,871 qr, 0,285 qr, 0,166 qr, 0,207 qr, 0,115 qr, ümumi çəkisi-2,932 qr olan kütlələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli heroindir; 03 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi-0,101 qr, 0,092 qr, 0,093 qr, ümumi çəkisi-0,286 qr olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli metamfetamindir. Üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,362 qr olan maddə heroindir. Üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,398 qr olan maddə heroindir. Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş 8 ədəd və onun üzərindən götürülmüş 1 bükümdə, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə, cəmi 10 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin ümumi çəkisi-3,692 qr, cəmi tədqiqata sərf edildi-0,04 qr (hər ob-0,04 qr), qalıq-3,292 qr, metamfetaminin ümumi təmiz çəkisi-0,286 qr, cəmi tədqiqata sərf edildi-0,12 qr (hər ob-0,04 qr), qalıq-0,166 qr. (i.v. 67-71) - 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 83-84) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 86-87) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 97-98) - Şirvan Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 4(032)-274/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 121-122) - Şirvan şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 4(032)-275/2022 qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 123-124) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 noyabr 2022-ci il tarixli 7111 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 182-183) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 dekabr 2022-ci il tarixli 7370 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 184-185) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri üç qrupa bölməklə müzakirə edilməlidir. Belə ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün irəli sürdüyü dəlillərin birinci qrupunu yəni, -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 8 bükümdə olan heroinin ona məxus olması, qalan heroin və metamfetaminin ona aid olmaması, şəxsi axtarış keçirilərkən üzərində hər hansı narkotik vasitə olmamasını bildirməsi, Təqsirləndirilən şəxs2 isə şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitə olmaması barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxslər müdafiəçilərinin iştirakı ilə verdikləri şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində evdə və üzərilərində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin növünü və miqdarını qətiyyən mübahisələndirməmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 8 bükümdə heroinin ona məxsus olmasını bildirsə də “təqsirləndirilən şəxsin ekspertiza rəyi ilə tanış edilməsi haqqında” protokoldan görünür ki, o, materialların məhkəmə ekspertizasının 16 sentyabr 2022-ci il tarixli rəyi ilə tanış olmuş, həmin rəydə heroinin və metafetaminin neçə bükümlərdə olması, ümumilikdə miqdarı göstərilmiş, Təqsirləndirilən şəxs1 isə bu hala hər hansı etiraz etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 evində 8 bükümdə heroinin olmasını, üzərində heroin olmadığını bildirsə də, məhkəmə kimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 18/1022 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş 8 ədəd və onun üzərindən götürülmüş 1 bükümdə, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə, cəmi 10 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Bu hal bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı bildirdikləri hər hansı obyektiv həqiqətə əsaslanmır. X10 da üzərində hər hansı narkotik vasitə olmadığını bildirsə də yuxarıda göstərilən ekspert rəyindən görünür ki, onun da üzərindən aşkar edilmiş heroin Təqsirləndirilən şəxs1 evindən və üzərindən aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün irəli sürdüyü dəlillərin ikinci qrupunu, yəni saxlanılarkən polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyi, həmçinin hədələndikləri üçün həmin narkotik vasitələr barədə etirafedici ifadələr vermələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədikləri səsli nitqlərində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmişlər, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nun ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nun məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün irəli sürdüyü dəlillərin üçüncü qrupunu, yəni narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamaları barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı evində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin sayını və növünü mübahisələndirsə də evində aşkar edilmiş 8 bükümdə heroinin ona aid olduğunu bildirmiş, lakin istintaq orqanı tərəfindən də aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 əlavə Təqsirləndirilən şəxs2 da məxsus olması sübuta yetirilə bilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 evinə baxış zamanı aşkar olunmuş kütlələrin iki növdə heroin və metamfetamin olması, həmin kütlələrin xırda bükümlərə (10 büküm heroin, 3 büküm metamfetamin) bölünməsi, işlək olmasa da elektron tərəzinin evdə olması, narkoloji ekspertizaının rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromundan, yəni yalnız heroin qəbulu zamanı yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməsi, metafetamin istifadəçisi olmaması kimi hallar Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə evində saxlaması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, evində saxlamışdır. Buna görə də onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir və həmin maddə ilə Təqsirləndirilən şəxs1 əsaslı ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddəni satış məqəsdi ilə əldə etməsində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan hansı razılığının olması, aralarında olan rol bölgüsünə uyğun olaraq Samirə Hüseynovanın rolunun nədən ibarət olması, cinayətin bilavasitə icraçısı olana Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hansı köməklikləri etməsi kimi hallar hər hansı sübutla müəyyən edilməmiş və təsdiq edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə bir evdə yaşamasını, həmin evdən də narkotik vasitə və psixotrop maddə aşkar edilməsini əsas götürərək Təqsirləndirilən şəxs2 da narkotik vasitələrin satışı məqsədi ilə Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi qənaətinə gəlmişdir ki, bu hal hər hansı sübutla təsdiq edilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində Təqsirləndirilən şəxs2 ilə iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Məhkəmə tərkibinin yuxarıda qeyd edilən mövqeyi ondan ibarət olmuşdur ki, Nsrət Mirzəyevin evndən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə elə sonuncunun özünə aid olmuşdur və bu hal cinayət işində olan sübutlarla da təsdiq edilmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə ittiham irəli sürmüşdür ki, o, qeyri rəsmi olaraq yaşadığı Təqsirləndirilən şəxs1 ilə olan bir qrup şəxs təşkil edərək, cinayət əlaqəsinə girib, istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdikləri külli miqdarda yəni, 3,692 qram narkotik vasitə heroini və 0,286 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin çəkidə narkotik vasitə heroini elektron tərəzi vasitəsi ilə 10 (on) ədəd bükümə ayırmaqla 8 ədəd bükümdə ümumi çəkisi-2,932 qramını və 0,286 qram psixotrop maddə metamfetamini 03 (üç) ədəd bükümə ayırmaqla yaşadıqları Şirvan şəhəri, ünvan 1 fərdi yaşayış evində, narkotik vasitə heroinin 0,398 qramını üzərində və qalan 0,362 qramını isə Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımışdır. Lakin cinayət işi materialları ilə sübut edilmişdir ki, külli miqdarda yəni, 3,692 qram narkotik vasitə heroini və 0,286 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs1 əldə etmiş, bükümlərə bölmüş, saxlamış, həmin hissələrə böldüyü heroindən bir bükümünü isə şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs2 vermişdir və həmin bükümdə olan 0,398 qram heroin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmişdir. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 14 sentyabr 2022-ci il, “şübhəli şəxs qismində tutma haqqında” 13 sentyabr 2022-ci il tarixli qərarlardan (i.v. 1; 17) görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə başlandıqdan və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 2 (iki) gün sonra ibtidai istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birgə yaşaması, Təqsirləndirilən şəxs1 evindən yuxarıda qeyd edilən miqdarda heroin və metamfetamin aşkar edilməsinə istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif etmiş və həmin maddələr ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs2 hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli 7370 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 0,398 qram, yəni şəxsi istehlak miqdarından çox olması, - onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs2 xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlil əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Lakin həmin sübutlar əsasında Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan da Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi maddəsi çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün təsviri hissəsində qeyd edilən cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, “baxış keçirmə və götürmə aparılması haqqında”, “şəxsi axtarış keçirilməsi haqqında” 13 sentyabr 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, məcburi narkoloji tibbi yoxlamanın 24 noyabr 2022-ci il tarixli 7111 nömrəli və 05 dekabr 2022-ci il tarixli 7370 nömrəli rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə və psixotrop maddə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən, Şirvan Şəhər Məhkəməsinin hökmündən və Şirvan şəhəri üzrə icra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 01 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 03 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur.xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. (i.v. 148-149; 161-163) Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi müddəti cəzadan azad edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı və onun hazırkı cinayət əməlini törətdiyi vaxt məhkumluğu ödənildiyindən əməlində cinayətlərin residivi olmaması nəzərə alınmalıdır. -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhərində qeydiyyatdadır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 216-217). -məhkumluq haqqında tələbnamədən, Şirvan Şəhər Məhkəməsinin hökmündən və Şirvan şəhəri üzrə icra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. (i.v. 146-147; 157-160) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. -Salyan rayon İcra Hakimiyyəti Başçısının Qaraçala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qaraçala qəsəbəsində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 153-155). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, azadlıqdan məhrumetmə cəzası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlinin tövsüf olunduğu maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə bağlı olmaya cəza nəzərdə tutulsa belə məhkəmə hesab edir ki, X11 şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzası bitsə də həmin əməlindən nəticə çıxarmayaraq, islah olunmayaraq yenidən həmin cinayəti törətmişdir və bu dəfə də ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi cinayət qanunvericiliyində nəzərədə tutulmuş cəzanın məqsədlərinə uyğun olmayacaqdır. Buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 13 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 7111 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli 7370 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 manat 74 qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 manat 74 qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,292 qram təşkil edən heroin, 0,166 qram təşkil edən metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 evinə baxış, sonuncunun və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,292 qram çəkidə heroin, 0,166 qram metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsi, sonuncunun və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 03 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar