Məhkəmə qərarları › İş №1(099)-216/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-216/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-216/2025 07.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxx 1996-cı ildə Yevlax rayonunun Yuxarı Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "X7" Şirkətinin Azərbaycan filialında baş elektrik işləmiş, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ortalarında “WhatsApp” ani yazışma proqramında tanış olduğu və ona özünü İran İslam Respublikasının Babək adlı vətəndaşı kimi təqdim edən, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə sonuncunun istifadə etdiyi +98 930 519 90 82 nömrəli telefonun “WhatsApp” ani yazışma proqramının səsli zəng xidməti ilə özünün istifadəsində olan 050 ***-**-** nömrəli telefonun “WhatsApp” ani yazışma proqramının səsli zəng xidməti vasitəsi ilə danışaraq tanış olub münasibətləri yarandıqdan sonra iran ərazisində olan Babək və digərləri ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə əvvəlcədən ümumi razılığa gəlmiş, onlar tərəfindən bir ədəd üzəri yapışqan lentlə bağlanmış iki ədəd iç-içə polietilen torbada bir ədəd bağlamada təmiz çəkisi 2325,0 qram xaşxaş bitkisindən küstar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryəki, külli miqdarda, yəni 100 ədəd ümumilikdə təsiredici maddəsinin miqdarı 4 qram olan narkotik vasitə “F/M40” metadon həbini, həmin sintetik torbada üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bükümündə təmiz çəkisi 72,095 qram külli miqdarda psixiotrop maddə metamfetamini Füzuli rayonu, Horadiz şəhərinin girişində yerləşən yeni tikili binanın arxasındakı dəmir çəlləyin içərisində gizlədilmiş və 01 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində ona məlumat verildikdən sonra külli miqdarda narkotik vasitələr və psixotrop maddəni qanunsuz olaraq əldə edib satmaq məqsədi ilə aralarında olan razılaşmaya uyğun olaraq 01 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində cinayətdən xəbərsiz iş yoldaşı Şahid1 “VAZ-2107” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək məqsədi ilə alıb, həmin avtomobili etibarnaməsiz idarə etməklə Füzuli rayonunun giriş qapısına gələrək avtomobili orada saxlayıb Babək adlı şəxsə “WhatsApp” ani yazışma proqramı vasitəsi ilə zəng edərək ona artıq Füzuli rayonu ərazisinə gəlib çatdığını bildirdikdən bir qədər sonra narkotik vasitələr və psixotrop maddəni götürməsi üçün Babək adlı şəxsin “WhatsApp” ani yazışma proqramı vasitəsi ilə Füzuli rayonu, Horadiz şəhərinin girişindəki yeni tikili binanın arxasında yerləşən dəmir çəlləyin fotoşəklini və məkanını (konumunu) göndərdiyi istiqamətdə idarə etdiyi avtomaşını sürüb, Füzuli rayonu, Horadiz şəhərinin girişində avtomobili saxladıqdan sonra avtomobildən yerə düşərək yaşayış olmayan evin arxasında yerləşən dəmir çəlləyin içərisində qoyulmuş bir ədəd üzəri yapışqan lentlə bağlanmış iki ədəd iç-içə politilen torbada bir ədəd bağlamada təmiz çəkisi 2325,0 qram xaşxaş bitkisindən küstar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryəki, külli miqdarda, yəni 100 ədəd, ümumlikdə təsiredici maddəsinin miqdarı 4 qram olan narkotik vasitə “F/M40” metadon həbini, həmin sintetik torbada üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bükümündə təmiz çəkisi 72,095 qram külli miqdarda psixiotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin torbanı götürərək idarə etdiyi avtomobil istiqamətində daşımış, Füzuli Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin tarixdə, saat 22:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin yerdə videoçəkiliş vasitəsi ilə daşıdığı polietilen torbaya baxış keçirilərkən bir ədəd üzəri yapışqan lentlə bağlanmış iki ədəd iç-içə polietilen torbada bir ədəd bağlamada təmiz çəkisi 2325,0 qram xaşxaş bitkisindən küstar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryək, külli miqdarda, yəni 100 ədəd, ümumilikdə təsiredici maddəsinin miqdarı 4 qram olan narkotik vasitə “F/M40” metadon həbi, həmin sintetik torbada üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bükümündə təmiz çəkisi 72,095 qram külli miqdarda metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonunun Yuxarı Qarxun kəndində yaşamışdır. 2024-cü ilin aprel ayının ortalarında özünü Babək adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edib İranla sərhəd olan Cəbrayıl və Füzuli rayonları ərazisinə İran İslam Respublikasından narkotik vasitə keçirəcəyini və həmin narkotik vasitəni götürüb onun deyəcəyi yerə aparmasını deyib, qarşılığında ona pul təklif etmiş, o isə bu təkliflə razılaşmamışdır. Babək dəfələrlə ona zəng edib danışaraq narkotik vasitə və psixotrop maddə satmaqla pul qazanmağı təklif etmişdir. 01 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində Babək istifadə etdiyi nömrədən “WhatsApp” proqramı vasitəsi ilə onun istifadə etdiyi 050 ***-**-** nömrəsinə zəng edib Füzuli rayonu, Horadiz şəhərində yerləşən yeni tikilən evin arxasına qoyduğu 10 qram tiryəki götürməsini deyib, telefon nömrəsi göndərərək 50 (əlli) manat pulu “M10” elektron pulqabı xidməti vasitəsi ilə hesaba köçürməsini tapşırmışdır. Şəxsi istifadəsi üçün Babəkin tapşırığı əsasında özünə məxsus kartdan Babəkin onun telefonuna göndərdiyi nömrəyə “M10” mobil tətbiqi vasitəsi ilə 50 (əlli) manat pul köçürmüşdür. Babək ona Füzuli rayonunun girişinə gəlməsini və oraya çatanda telefonundan məkanı ona göndərəcəyini bildirmişdir. Həmin gün saat 18 radələrində Ağcabədi rayonu, Minaxorlu kəndində yerləşən iş yerində iş yoldaşı Şahid1 yaxınlaşıb sonuncuya məxsus “VAZ-2107” markalı avtomobili Beyləqan rayonunda yaşayan qohumlarıgilə getməsi üçün istəmiş, həmin avtomobili idarə edərək saat 21 radələrində Füzuli rayonunun girişinə gəlib çatmış, yolun kənarında idarə etdiyi avtomobili saxlayıb Babəkə zəng edərək Füzuli rayonunun giriş qapısının qarşısında dayandığını demiş, Babək də “WhatsApp” proqramı vasitəsi ilə məkanı və dəmir çəlləyin fotoşəklini onun telefonuna göndərərək narkotikin olduğu yeri izah etmişdir. Təxminən otuz dəqiqə müddətdə avtomobili idarə edərək Babəkin onun nömrəsinə göndərdiyi məkana gəlib çatmış, tutulacağından qorxduğuna görə təqribən on dəqiqə avtomobildə oturmuş, sonra avtomobildən yerə düşüb Horadiz şəhərinin girişində təzə tikilən evin yanına yaxınlaşıb evin arxasındakı dəmir çəlləyin üzərinə qoyulmuş qara rəngli polietilen torbanı götürdükdə torbanın ağır olduğunu görmüşdür. Torbanı götürüb altında nə olduğuna baxmaq istəyəndə beş-altı nəfər polis əməkdaşı onu tutmuşlar. Füzuli rayonuna 10 qram narkotik vasitə tiryəki öz istifadəsi üçün götürmək məqsədilə getmişdir. Onun narkotik vasitə və psixotrop maddə satmaq məqsədi olmamışdır. Ondan aşkar olunmuş narkotikin ona aidiyyəti yoxdur. Əlinə götürdüyü torbanın içərisində başqa narkotik vasitələrin olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ona narkotik vasitənin çəlləyin altında olduğu deyilmişdir. Narkotik vasitənin çəlləyin üzərində olan torbanın altında ola biləcəyi düşüncəsi ilə torbanı qaldırıb baxdığı anda polislər təzə tikilən evin içindən çıxıb üzərinə gəlmişlər. Torba çəlləyin üzərində olduğundan çəlləyi aşırmaq üçün torbanı qaldırmaq məcburiyyətində olmuşdur. Əvvəllər qurudulmuş marixuana istifadə etmiş, tiryək qəbul etməmişdir. Ona maraqlı gəldiyindən tiryək almaq istəmişdir. Əvvəllər tiryək istifadə etmədiyindən alacağı tiryəkdən nə qədər müddət istifadə edəcəyini bilməmiş, bir ay istifadə edə biləcəyini düşündüyünü bildirmişdir. Axırıncı dəfə tutulmamışdan üç-dörd ay əvvəl marixuana istifadə etmişdir. Uzun müddətdir Qarabağ bölgəsində işlədiyindən istifadə etdiyi narkotik vasitəni də oradan əldə etmişdir. Polislər üzərinə gələndə qorxub qaçmaq istəmiş, polis əməkdaşları arxasınca atəş açmışlar. Polislər onu vurmuşlar, amma xəsarətləri yoxdur. Ağcabədi rayonunun Minaxorlu kəndində yerləşən “Kalyon” şirkətində baş elektrik işləmiş, aylıq 1.300-1.500 (bir min üç yüz-bir min beş yüz) manat əməkhaqqı almışdır. Narkotik vasitə əldə etməyə satıb pul qazanmaq üçün deyil, istifadəçisi olduğu və şəxsi istifadəsi üçün əldə etmək niyyəti ilə getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında son söz söyləyərək doğru danışdığına Allahın şahid olduğunu, şəxsi istifadəsi məqsədilə 10 qram narkotik vasitə tiryək əldə etmək üçün getməsini, bununla əlaqədar 50 (əlli) manat pul ödədiyini, valideynlərinin kasıb olduğunu, alın təri ilə halal pul qazandığını, narkotik vasitə sataraq pul qazanmağa meyl etmədiyini bildirmiş və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Yevlax rayon sakini Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, şöbə rəisinin eyni tarixli əmri ilə onun rəhbərliyi əsasında şöbənin baş əməliyyat müvəkilli, polis kapitanı Şahid3, əməliyyat müvəkilləri, polis baş leytenantı Şahid5, polis leytenantı Şahid4 və polis kiçik leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 oktyabr 2024-cü il tarixdə, saat 22:10 dəqiqədə Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektinin sağ tərəfində yerləşən yeni tikilmiş evin arxa tərəfindəki dəmir çəlləyin içərisindən bir ədəd qara rəngli polietilen torbanı götürüb, yaxınlıqda saxladığı avtomobilinə tərəf apararkən tutularaq saxlanılmış və videoçəkilişlə həmin polietilen torbaya baxış, habelə Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmişdir. Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımdan və özünün şəxsi vəkilindən istifadə edə bilməsi hüququnu izah etmiş, bundan sonra qara rəngli polietilen torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində üzəri yapışqanla bağlanmış iki ədəd iç-içə polietilen torbada bir ədəd bağlamada qara rəngli narkotik vasitə olan tiryəkə oxşar maddə, bir ədəd sintetik polietilen üzəri yapışqan lentlə bağlanmış torba bükümündə ağ rəngli metamfetaminə oxşar maddə və bir ədəd üzərinə “Metadone 40” yazılmış kağız qutuda içərisində 100 ədəd tablet aşkar edilmiş, Təqsirləndirilən şəxs polietilen torbada olan “patını” və “qaranı” bir neçə ay əvvəl “WhatsApp” ani yazışma proqramı vasitəsi ilə tanış olduğu Babək adlı İran İslam Respublikası vətəndaşının ona zəng edərək həmin maddələri satıb pulunu ona göndərməsi üçün qoyduğunu, Babəkin istifadə etdiyi nömrədən onun telefonuna konum atdığını və bu məqsədlə yaşadığı Yevlax rayonundan Füzuli rayonuna gəldiyini bildirmişdir. Həmin maddələrə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilərkən müəyyən edilmişdir ki, bir ədəd polietilen torba bükümdəki qara rəngli narkotik vasitə olan tiryəkə oxşar maddənin çəkisi 2,540 qram, bir ədəd polietilen bükümdə olan ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddənin çəkisi 0,100 qramdır. Həmin maddələr qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun üzərində bir ədəd “Realme” markalı mobil telefon aparatı və gəldiyi “VAZ-2107” markalı avtomobilin açarları aşkar edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna baxış zamanı +**********51 saylı nömrə ilə əlaqə saxlayaraq Füzuli rayonuna gəlməsi barədə məkanın göndərildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Polietilen torbada olan maddələr Füzuli Rayon Polis Şöbəsinə məxsus 114 saylı möhürlə möhürlənərək qablaşdırılıb götürülmüş, saat 22:40-da baxış və şəxsi axtarış qurtarmış, bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Əməliyyat-axtarş tədbirinin keçirilməsi, habelə şübhəli şəxsin üzərinə baxış keçirilməsi haqqında tərtib etdiyi protokol iştirakçılara və Təqsirləndirilən şəxs oxunduqdan sonra doğruluğu həmin şəxslərin imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tutularkən daşıdığı polietilen torbaya baxış keçirilməsini özündə əks etdirən videoçəkilişi bir ədəd CD diskə köçürərək topladığı sənədlərlə birlikdə aidiyyəti üzrə təhvil vermişdir. Şahid2 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla arasında heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Onun barəsində ilk dəfə idi ki, əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında şəxsin barəsində, habelə zaman və məkan dəqiqliklə qeyd olunmur. Narkotik vasitənin miqdarı, yəni xeyli və ya külli miqdarda olması əməliyyat məlumatında qeyd edilmişdir. Tərəflərindən mümkün şübhəli avtomobillər, yerlər müşahidəyə götürülmüş, şəxs saxlanılan vaxt şərait onun torbanı götürdüyü anı çəkilişə almağa imkan verməmişdir. Bundan başqa şəxsin torbanı götürdüyü anın çəkilişə alınması əməliyyat tədbirini təhlükəyə ala bilərdi. Təqsirləndirilən şəxs saxlanılarkən onlardan yayınmağa çalışmamış və heç bir etirazı olmamışdır. Əməliyyat tədbiri zamanı atəş açılmamışdır. Təqsirləndirilən şəxsi təzə tikili olan evin içində gözləyərək tutmamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən qaçmamış, yıxılmamış və bu kimi digər hallar olmamışdır. Əməliyyat tədbiri zamanı hansısa əməkdaşın təqsirləndirilən şəxsə onu iki gündür ki, təzə tikili olan evdə gözlədiklərini deməsini görməmiş, özü də ona bu barədə deməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər-hansı təzyiq, təsir olmamışdır. Səhv etmirsə, təqsirləndirilən şəxs ilkin ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, iranlı ilə 2.000 (iki min) manat pul qarşılığında razılaşıblar, həm də həmin kütlədən ona pay da veriləcəkmiş. Təqsirləndirilən şəxs hadisə yerinə özünə məxsus olmayan avtomobillə gəlmişdir. Səhv etmirsə, təqsirləndirlən şəxs iranlının “tiktok” və ya “instagram” sosial şəbəkəsi vasitəsilə onunla əlaqə yaratdığını bildirmişdir. Təqsirləndirilən şəxsin mobil telefonunda narkotik vasitələr və psixotrop maddənin olduğu yerin konumu, onun gizlədildiyi yerin və torbanın şəkilləri olmuşdur. Təqsirləndirilən şəxs əgər 10 qram narkotik vasitə dalınca gəlmişdirsə, kütləsi çox olan narkotik vasitəni götürməməli idi, lakin götürmüşdür. Təqsirləndirilən şəxsin 10 qram narkotik vasitə dalınca o qədər yolu gəlməsi inandırıcı deyildir. Məhkəmə iclasında dindirilmiş şahidlər Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və polis kiçik leytenantı Şahid6 Şahid2 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid6 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təzə tikili olan evdə qısa müddət ərzində gözləmişlər. Əməliyyat tədbirinin hansı müddət ərzində keçirilməsini bilməsə də, təxminən bir saatdan az müddət çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Kalyon” şirkətinin Ağdam rayonunda yerləşən bazasında gecə növbəsində çilingər işləyir. Orada elektrik kimi işləmiş Təqsirləndirilən şəxs 2020-2021-ci ildən tanımış, iş yoldaşları olmuşlar, aralarında ədavət, düşmənçilik münasibətləri və ya qohumluq əlaqəsi yoxdur. Özünün “VAZ-21074” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Ağdamda işlədikləri ərəfədə Ramil ondan həmin avtomobilini istəyərək Beyləqan rayonuna ad gününə getmək istədiyini demiş, etiraz etməmiş və ona, avtomobilinin köhnə olduğunu, qapılarının da bağlanmadığını, buna görə də, 15-20 km torpaq yolu gedib Ağcabədi rayonunda videokamerası olan mağazanın altında saxlamasını, oradan da taksi ilə Beyləqan rayonuna getməsini, sonra da eyni qaydada geri qayıtmasını bildirmişdir. Ramil avtomobili ondan götürmüş, lakin dediklərinin əksinə hərəkət etmişdir. Ramilin istifadə etdiyi nömrəyə zəng etsə də, ona zəng çatmamış, onu axtarmış, valideynlərinə məlumat verəndən sonra Ağcabədi Rayon Polis Şöbəsinə gedərək Ramilin ona məxsus “VAZ- 21074” markalı avtomobillə itkin düşməsi barədə ərizə vermişdir. Onlara videokameralara baxmaq təklif olunmuş, Ramilin ona məxsus avtomobillə adam vuraraq yol-nəqliyyat hadisəsi törətməsi ehtimalı ilə, həmçinin də maşını ona verdiyi üçün özünün də məsuliyyət daşıdığından narahat olmuşdur. Polis şöbəsində ona avtomobilə “stop” qoya bilməyəcəklərini, bunun üçün Baş Dövlət Yol Polisi İdarəsinə getməli olduğunu bildirmişlər. Həmin gün axşam Ramilin Füzuli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Füzuli rayonunun Horadiz şəhərindən narkotik vasitə və psixotrop maddə daşıyarkən tutulduğunu öyrənmişdir. Ramil heç vaxt onun yanında narkotik vasitə və yaxud psixotrop maddə istifadə etməmiş, satışı ilə bağlı danışmamışdır. Şahid1 cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, əvvəllər məhkum edilməmiş, narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxsla iş yoldaşı kimi münasibətləri olmuş, onun narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul ola bilməsi barədə şübhəsi olmamışdır. Ramil onun avtomobilini adətən yanında olanda idarə etmiş, ilk dəfə olan hal idi ki, Ramil avtomobili götürüb hadisə törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aidiyyatı üzrə göndərilmişdir (iş vərəqi 01-02). Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Yevlax rayon sakini Ramil adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 08). Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri və məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa məlumat verilmişdir (iş vərəqi 09-12). Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs torbanın içərisində “qara” rəngli narkotik vasitə və “patı” adlı psixotrop maddə olduğunu, həmin predmetləri “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə danışdığı İran İslam İslam Respublikasının Babək adlı vətəndaşının onun telefonuna göndərdiyi məkana gələrək əldə etdiyini bildirmişdir. Həmin sellofan torbaya baxış zamanı üzəri yapışqan lentlə bağlanmış bir ədəd sellefon bükümdə qara rəngli, kəskin qoxuya malik tiryəkə bənzər maddə, digər sellefon bükümdə isə ağ rəngli metamfetaminə bənzər maddə və bir ədəd kağız qutuda üzərinə İran İslam Respublikasının hərfləri ilə yazılmış “Metadone 40” yazısı və qutunun içərisində on ədəd preqalində ümumi sayı 100 ədəd olan metadon həbi aşkar edilmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş tiryəkə bənzər maddə 2.540 qram, metamfetaminə bənzər maddə 0,100 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Realme” markalı mobil telefon aparatı və bir ədəd avtomobil açarı aşkar edilərək götürülmüş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 13-16). Füzuli Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il, saat 22:10 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə, saat 01:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 27-28). Füzuli Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şöbənin inzibati binasında xx.xx.2024-cü il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmetlərin qablaşdırıldığı bağlamaya açılaraq baxış keçirildikdə içərisindən bir ədəd şəffaf ağ rəngli sellofana yapışqan lentlə bükülmüş kəskin spesifik iyə malik qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə, bir ədəd şəffaf ağ rəngli sellofana yapışqan lentlə bükülmüş iysiz, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, üzərində “metadone-40” yazısı olan on list, hər bir listdə 10 ədəd həb olan dərman vasitəsi aşkar edilmişdir. Ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərkən təxmini çəkisinin 775 qram olduğu, qara rəngli kəskin spesifik iyə malik narkotik vasitə tiryəkə bənzər kütlənin isə təxmini çəkisinin 2475 qram olduğu müəyyən edilmiş, həmin kütlələr ədəd bağlamada qablaşdırılaraq polis şöbəsinin “zərflər üçün 114” nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (iş vərəqi 33-38). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/843 və 6/4774 nömrəli, 02 və 03 oktyabr 2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyləri və onlara əlavə edilmiş aktlardan görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs ...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı üzəri yapışqan lentlə bağlanmış iki ədəd iç-içə polietilen torbada bir ədəd bağlamada təmiz çəkisi 2325,0 qram olan maddə xaşxaş bitkisindən küstar üsulla alınmış narkotik vasitə tiryəkdir; bir ədəd polietilen torba bükümündə təmiz çəkisi 72,095 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; bir ədəd üzərində “methadone 40… Faran” göstəriciləri olan qutuda on ədəd eyni göstəricili bisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumlikdə 100 ədəd dərman tabiletinin tərkibində ümumilikdə təsiredici maddəsinin miqdarı 4 qram (bir ədəd tabletdə 0,0, qram) olan narkotik vasitə metadondur. Ekspertiza tədqiqatından sonra narkotik vasitə tiryəkin 2324,9 qramı, psixotrop maddə metamfetaminin 72,045 qram qalığı və 94 ədəd metadon həbi ibtidai istintaq orqanına qaytarılmışdır. Metadon tərkibli tabletlər zavod üsuluna uyğun istehsal olunmuşdur. Aparılmış tədqiqatların dəyəri 159 (bir yüz əlli doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (iş vərəqi 48-57). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, “Realme” markalı mobil telefonda mövcud olan iki ədəd nömrə yuvasında bir ədəd “Azercell” və bir ədəd “Bakcell” mobil operatoruna məxsus kart vardır. Həmin nömrənin biri 050 471-48-39, digəri isə 055 ***-**-** saylıdır. Mobil telefonun giriş şifrəsi 666666 rəqəmlərdən ibarətdir. Həmin kodu yığdıqda telefon açılmışdır və 050 ***-**-** mobil nömrənin qeydiyyatdan keçmiş “WhatsApp” proqramına daxil olduqda orada çoxlu sayda telefon nömrələri ilə aparılmış söhbətlər vardır. Onların arasında “Babek İr” adı ilə qeyd olunmuş +98 ********** saylı nömrə ilə 01 oktyabr 2024-cü il tarixdə, saat 20:29-da yazışmalar, foto şəkillər, səsli zənglər və məkan (konum) göndərildiyi aşkar olunmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 20:29-da 03 saniyədən ibarət səs göndərərək “Girdim ay qa mən Füzuliyə girdim uje” sözünü demiş, daha sonra həmin şəxsə öz olduğu məkanı göndərmiş, bundan sonra qarşı tərəf ona 03 saniyədən ibarət səs göndərərək “Yaxşı-yaxşı qardaş, mən deyirəm konumu hazırrıya”, daha sonra Təqsirləndirilən şəxs həmin şəxsə 03 saniyədən ibarət səs göndərərək “Yaxşı gözdüyürəm mən burda”, digər şəxs ona “Yaxşı girişində dayan mən sənə konum atacam”, Ramil ona səs ataraq “Hə heç nə elə buralardayam bir az girişindən azca qabağındayam gözdüyürəm”, həmin şəxs ona “OK” sözünü yazmış və daha sonra dörd ədəd fotoşəkil, bir ədəd konum və “Bu evin arxasında sol tərəfdə gelende boçka var üstünde kubik qoymuşam. onu icinde”, Ramil ona səs göndərərək “Yaxşı gedirəm ay qa yaxşı gedirəm” sözlərini demişdir. Daha sonra aralarında 22 və 25 saniyədən ibarət səsli danışıq olmuş, sonra Ramil ona bir ədəd məkanı (konum) göndərib “Qaqa mən gəlmişəm bura bu evin dalıdı haradı bu konum göstərir. Bunu heç olmasa yolun qırağına tulluyardı dana. Mən ora nətəri gedim maşınnan” sözlərini demiş, sonra aralarında bir dəqiqə və on dörd saniyəlik danışıq olmuş, bundan sonra Babek ona “Qaqa goturdun?” sözlərini yazaraq iki dəfə səsli zəng etsə də, Ramil ona cavab verməmiş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 58-69). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 70-71). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmiş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (102-106). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs əlində olan torbadan aşkar edilərək götürülmüş narkotik vasitə 2324,9 qram tiryək, 94 ədəd metadon həbi və psixotrop maddə 72,045 qram metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq saxlanılması üçün həmin şöbəyə təhvil verilmişdir (iş vərəqi 107-108). Füzuli Rayon Məhkəməsinin 4(064)-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 116-117). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 129). “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (iş vərəqi 133). Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Yuxarı Qarxun Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Yuxarı Qarxun kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 134, 136). xx.xx.2024-cü il tarixli qəbzdən məlum olur ki, “VAZ-21074” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1 saz vəziyyətdə qaytarılmışdır (iş vərəqi 138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir (iş vərəqi 151). Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur (iş vərəqi 162). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş CD diskə keçirilmiş baxış zamanı 050 471-48-39 saylı nömrənin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi və həmin nömrə ilə müxtəlif nömrələr arasında telefon zənglərinin olması müəyyən olunmuşdur (iş vərəqi 170-174). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 3362 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, idrak prosessləri, dünyagörüşü, intellktual imkanları normaya uyğun olmaqla, adaptivlik, ünsüyyətçilik, özünə məxsus mövqeyə və prinsipə malik olmaq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış, hadisə vaxtı fizioloji (psixoloji ) affekt halında olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqi 175-178). Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 7560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 179-180). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işinin materiallarından narkotik vasitələr və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ayrıca icraata cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (iş vərəqi 189-191). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 08 və 09 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və “təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmək haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək ona, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittham elan edilmiş; əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair və şübhəli şəxs qismində tutulmuş şəxsdən götürülmüş bir ədəd sellefan torbaya, habelə avtomobilə baxışı özündə əks etdirən iki ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, Təqsirləndirilən şəxs götürülmüş “Realme” markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 195-209; 213-215). Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkət, davranış, işgəncə və fiziki zora məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözü gedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Haqqında bəhs olunan Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, özünü Babək adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edib İranla sərhəd olan Cəbrayıl və Füzuli rayonları ərazisinə İran İslam Respublikasından narkotik vasitə keçirəcəyini və həmin narkotik vasitəni götürüb pul qarşılığında onun deyəcəyi yerə aparmağı təklif etsə də, onun bu təklifi ilə razılaşmaması, 01 oktyabr 2024-cü il tarixdə Babəkin Füzuli rayonu, Horadiz şəhərində yerləşən yeni tikilən evin arxasına qoyduğu 10 qram tiryəki götürmək üçün həmin yerə getməsi, orada təzə tikilən evin yanına yaxınlaşıb evin arxasındakı dəmir çəlləyin üzərinə qoyulmuş qara rəngli polietilen torbanı götürdükdə torbanın ağır olduğunu görüb, altında nə olduğuna baxmaq istəyəndə beş-altı nəfər polis əməkdaşının həmin evin içərisindən çıxaraq onu tutmaları, bu zaman qorxub qaçmaq istəyəndə polislərin onun arxasınca atəş açmaları, onu vursalar da, üzərində xəsarət izlərinin olmaması, narkotik vasitə və psixotrop maddə satmaq niyyətində olmadığı, ondan aşkar olunmuş narkotikin ona aidiyyətinin olmadığı, torbada başqa narkotik vasitələrin olduğunu bilməməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, H.Əliyev prospektində saxlanılarkən əlində daşıdığı bir ədəd qara rəngli sellofan bağlamanı təqdim edərək içərisində patı, qara və ot adları ilə bilinən narkotik vasitə olduğunu, həmin narkotik vasitəni “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə danışdığı İran İslam Respublikasının Babək adlı vətəndaşının dediyi məkana gələrək əldə etdiyini bildirmiş, aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə ilə bağlı hər hansı narazılıq etməmişdir (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən CD diskdən görünür). Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlində daşıdığı torbadan aşkar olunduğunu etiraf etdiyi narkotik vasitələr və psixotrop maddə barədə məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını qeyd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin tiryək, metadon, psixotrop maddə metamfetamin kimi müxtəlif növdə olmaları, çəkiləri narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinin tələbinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 102-ci bəndinə əsasən tiryək dövriyyəsi qadağan edilən narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunan psixotrop maddə və İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon külli miqdar; 182-ci bəndinə əsasən təmiz halda 50 qramdan 5000 qramadək tiryək külli miqdar; İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edərək qiymətləndirmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməkdaşlarının ifadələri ilə yanaşı, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli, “Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofandan aşkar edilmiş kütlələr və dərman həblərinin qablaşdırıldığı bağlama, ... baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollar və həmin protokollara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, maddi sübut kimi tanınmış metadon, tiryək, metamfetamin, ekspert rəyləri və digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Sözü gedən Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2324,9 qram tiryək, 72,045 qram metamfetamin və 94 ədəd metadon həbi məhv edilməli; cinayət işinin materiallarına əlavə edilmiş “Realme” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair və şübhəli şəxs qismində tutulmuş şəxsdən götürülmüş bir ədəd sellofan torbaya, habelə avtomobilə baxışı özündə əks etdirən iki ədəd, "xxxx" MMC-dən daxil olmuş bir ədəd olmaqla, cəmi üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 159 (bir yüz əlli doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 159 (bir yüz əlli doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2324,9 qram tiryək, 72,045 qram metamfetamin və 94 ədəd metadon həbi məhv edilsin; cinayət işinin materiallarına əlavə edilmiş “Realme” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair və şübhəli şəxs qismində tutulmuş şəxsdən götürülmüş bir ədəd sellofan torbaya, habelə avtomobilə baxışı özündə əks etdirən iki ədəd, "xxxx" MMC-dən daxil olmuş bir ədəd olmaqla, cəmi üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar