Məhkəmə qərarları › İş №1(099)-217/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-217/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-217/2023 05.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi X3, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan atası X18 məxsus “Vaz-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri H.Əliyev prospektində təxminən 90-100 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməyərək, hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmaqla və avtomobilin hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməməklə idarəetməni itirərək avtomobili yolun sol tərəfində səkidə olan ağaca çırpılması nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X4 baş beyin mədəciklərinə və yumşaq toxumalarına yayılmış qansızma, kəllə əsasının sınığı, qabırğaların sağ tərəfli çoxsaylı sınıqları (sağ İ-İV qabırğalar yerini dəyişən sınıqları), sağ plevra, sağ ağciyərin zədələnməsi, daxili qanaxma (750 ml), sağ bud sümüyünün sınığı, sağ körpücük sümüyünün sınığı, sağ gicgah və döş qəfəsinin yuxarı 1/3-nin sağ ön səthinin yumşaq toxumalarının əzilməsi ilə müşahidə olunan yayılmış qansızma, sağ kürəküstü, sağ almacıq, sağ iç topuq nahiyyələrində sıyrıqlar, sağ göz qapaqları-gözaltı nahiyyəsində yayılmış qansızma-hematoma, sağ qulaq seyvanı nahiyyəsində yara ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik xəsarətlər alıb başın və döş qəfəsinin küt travması ilə əlaqədar baş beyinə yayılmış qansızma, sağ ağciyərin zədələnməsi və daxili qanaxma səbəbindən Astara Rayon Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə saat səkkizə işləmiş yaxın dostu, mərhum X6 ilə telefonda danışıb görüşmək qərarına gəlmişlər. Həmin vaxt atasının avtomobili də onda olmuşdur. O, İmaməliylə danışdıqdan sonra idarə etdiyi həmin avtomobillə gedib İmaməlini Ərçivan qəsəbəsindəki evindən götürmüşdür. Həmin vaxt İmaməli avtomobildə qabaq sərnişin yerində əyləşmişdir. Birlikdə Astara şəhəri istiqamətdə gəlmişlər. Avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt hava qaranlıq və yağışlı olmuşdur. Qarşıdakı döngədən keçmək istəyərkən isə birdən avtomobil həmin vaxt sağ tərəf istiqamətdə sürüşmüşdür. Avtomobilin istiqamətini düzəltmək üçün əlindən gələni etsə də, idarə etməni itirmişdir və avtomobil sürüşərək 3 nömrəli məktəbin yaxınlığında olan ağaca çırpılıb dayanmışdır. Daha sonra özünə gəlib avtomobildən yerə düşmüşdür. Həmin vaxt avtomobildə sağ tərəfdə oturan İmaməli Hüseynova köməklik etmək istəmişdir. Lakin sol qolu sındığı üçün sol əlini hiss etmədiyinə görə ona köməklik edə bilməmişdir. Bundan sonra ora ətrafdan tanımadığı şəxslər qaçaqaça onlara tərəf gəlməyə başlamış, İmaməlini avtomobildən çıxarmışlar. Bundan sonra ora təcili yardım gəlib X14 Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Daha sonra orada olan tanımadığı şəxslər onu da başqa bir avtomobillə Astara Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. İmaməli Hüseynova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmamış və o, xəstəxanada ölmüşdür. Xəstəxənadan çıxan kimi isə şöbəyə izahat verməyə getmiş, 2 ay sonra isə barəsində həbs seçilmiş, Bakı İstintaq Təcridxanasına göndərilmişdir. xx.xx.2022-ci ildə isə barəsində ev dustaqlığı seçilmiş və azad edilmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi X2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş, ifadəsində X5 göstərmişdir ki, X6 onun doğma oğludur. xx.xx.2001-ci il təvəllüdlü oğlu İsmayıl Hüseynov 13 oktyabr 2022-ci il tarixdə Astara şəhəri H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Belə ki, həmin gün o, müalicə almağı ilə bağlı İran İslam Respublikasının Tehran şəhərində olmuşdur. Həmin gün saat 23 radələrində hazırda adını xatırlamadığı qohumlarımdan biri ona zəng edərək oğlu İmaməlinin yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət aldığını, vəziyyətinin ağır olduğunu və təcili gəlməli olduğumu bildirmişdir. O da dərhal oradan çıxıb Azərbaycana gəlmişdir. O, yaşadığı Astara rayonu Ərçivan qəsəbəsinə gəldikdə hadisənin necə baş verməsi barədə maraqlanmışdır. Ona məlum olmuşdur ki, həmkəndlisi Arifin oğlu Təqsirləndirilən şəxs atasına məxsus Vaz- 2107 markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili götürüb oğlu X10 şəhərində çay içmək üçün gələrkən həmin avtomobili yüksək sürətlə idarə etdiyi üçün yol-nəqliyyat hadisəsi törətmiş və avtomobil yol kənarında olan ağaca çırpılmışdır. Həmin hadisə nəticəsində ağır xəsarət alan oğlu X16 rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Bundan başqa X5 məhkəməyə ərizə ilə müraciət edərək, İran İslam Respublikasının Astara şəhərində müalicə aldığını, məhkəməyə gəlmək imkanının olmadığını, istintaq verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilmədiyini, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 13 oktyabr 2022-ci il tarixdə əməliyyat-istintaq qrupunda növbədə olmuşdur. Xidmətdə olarkən saat 22 radələrində Astara RPŞ-nin X8 şəhəri H.Əliyev prospektində, 3 nömrəli orta məktəbin yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmişdir. Bundan sonra o, digər ekipaj üzvü olan YPX-nin inspektoru Şahid2lə birlikdə xidməti avtomobili ilə hadisə yerinə gedərək hadisə yerinin mühafizəsini təşkil etməyə başlamışdır. Ora çatdıqda «Vaz-2107» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Astara şəhəri H.Əliyev prospektində yolun kənarında olan ağacın gövdəsinə çırpılaraq üzü əks istiqamətdə dayandığını aşkar etmişdir. Avtomobilin sağ yan və müxtəlif hissələri deformasiyaya uğramış vəziyyətdə olmuşdur. Orada onlara məlum olmuşdur ki, Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüquq olmadan həmin gün təxminən saat 22 radələrində atasına məxsus idarə etdiyi “Vaz-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirərək avtomobil yolunun sol tərəf hissəsində olan ağaca çırpılmış, nəticədə həmin avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Astara rayonu Ərçivan qəsəbəsində yaşayan X6 ağır xəsarətlər almışdır. Bir qədər sonra ora Astara RPŞ-nin əməliyyat-istintaq qrupu gələrək hadisə yerini müayinə etməyə başlamışdır. Hadisə yeri müayinə edildikdən sonra həmin avtomobil duracağa aparılmışdır. Sonradan isə bilmişdir ki, həmin yaralı hadisə nəticəsində aldığı xəsarətlərdən Astara Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Hadisənin baş verməsinə səbəb düşünür ki, asfalt örtüyünü yaş olması və yüksək sürət olmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, özü ürəyindən əməliyyat olunmuşdur. 13 oktyabr 2022-ci ildə həkimlə danışıb müalicə almaq üçün Bakı şəhərinə getmişdir. Özünə məxsus olan həmin avtomobili isə yaşadığı Ərçivan qəsbəsində yerləşən evində saxlamış, açarı isə oğlu İmaməliyə vermişdir. Həmin gün gecə saatlarında hazırda adını xatırlamadığı qohumlarından biri ona zəng edərək oğlu İmaməlinin ona məxsus avtomobili həmin gün axşam saat 22 radələrində idarə edərkən Astara şəhəri H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə zamanı oğlu xəsarət almış və həmin vaxt avtomobildə sərnişin olan həmkəndlisi X6 isə aldığı xəsarətlərdən Astara Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. O, dərhal Bakı şəhərindən taksi ilə Astara rayonuna qayıtmışdır. Oğlu İmaməlidən hadisə barədə soruşduqda ona demişdir ki, dostu İmaməli Hüseynovla çay içmək üçün Astara şəhərinə gedərkən avtomobili sürətlə idarə etdiyi üçün və asfalt yol da yaş olduğu üçün idarə etməni itirib yol kənarında olan ağaca çırpılmışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolundan və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Astara şəhəri H.Əliyev prospektindən keçən avtomobil yoludur. Yol birtərəfli tərəfli olmaqla şəhər mərkəzi istiqamətindədir. Yol örtüyü düz, yaş, asfaltbeton olmaqla, ümumi eni 10 metrdir. Qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti yoxdur. Yolun hər iki tərəfində eni 5 metr olan səki vardır. Həmin zaman “Vaz-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər sərnişin olmuş, yük olmamış və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobil hadisədən əvvəl sürüşərək əvvəlcə sağa istiqamətlənmiş, daha sonra sürücü sükanı sola doğru istiqamətləndidikdə asfalt yaş olduğuna görə avtomobil sürüşərək hərəkət istiqamətinə nəzərən sol tərəfdə səkidə olan ağacın gövdəsinə çırpılıb üzü əks istiqamətdə dayanmışdır. (c 1, i.v 3-9) İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 750 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, yəni hadisə zamanı sərxoş olmadığı müəyyən olunmuşdur. (c 1, i.v 18) İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 12 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X1 meyitində aşkar edilmiş xəsarətlər – baş beyin mədəciklərinə və yumşaq toxumalarına yayılmış qansızma, kəllə əsasının sınığı, qabırğaların sağ tərəfli çoxsaylı sınıqları (sağ İ-İV qabırğalar yerini dəyişən sınıqları), sağ plevra, sağ ağciyərin zədələnməsi, daxili qanaxma (750 ml), sağ bud sümüyünün sınığı, sağ körpücük sümüyünün sınığı, sağ gicgah və döş qəfəsinin yuxarı 1/3-nin sağ ön səthinin yumşaq toxumalarının əzilməsi ilə müşahidə olunan yayılmış qansızma, sağ kürəküstü, sağ almacıq, sağ iç topuq nahiyyələrində sıyrıqlar, sağ göz qapaqları-gözaltı nahiyyəsində yayılmış qansızma-hematoma, sağ qulaq seyvanı nahiyyəsində yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə nahiyyəsinin və həmçinin qərarda göstərilən hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil tarvması, o cümlədən qərarın təsviri hissəsində göstəilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin oluğu minik avtomaşının ağaca çırpılması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilər və ümumlikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə – başın və döş qəfəsinin küt travması ilə əlaqədar baş beyinə yayılmış qansızma, sağ ağciyərin zədələnməsi və daxili qanaxma səbəb olmuşdur. (c 1, i.v 37-41) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 1, i.v 48). İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022ci il tarixli, 8/3021 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 2107 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. (c 1, i.v 49-52) İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 70) İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 dekabr 2022-ci ildən hesablanmışdır. (c 1, i.v 89-91) İş materiallarında olan Astara RİH Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2474 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası və anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 92-93) İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 412 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol said sümüyünün sınığı, alt dodaq nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi minik avtomaşını maneəyə çırpılması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (c 1, i.v 94) İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay həddində seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən dərhal azad edilmişdir. (c 1, i.v 95-97) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X20 özünə məxsus Vaz 2107 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Astara RPŞ-nin duracağından təhvil götürmüşdür. (c 1, i.v 104) İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Vaz 2107 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi X18 qaytarılması nəzərə alınmış, X15 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti Astara RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. (c 1, i.v 105-111) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası X15 mülkiyyətində olan “VAZ21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirərək avtomobilin yolun sol tərəfində səkidə olan ağaca çırpılması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X4 ölməsinə səbəb olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişin hüquqi varisi ilə aralarında barışığın əldə edilməməsi, tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2- ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli, müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1, 158.2.2 və 158.6-cı maddələrinə əsasən, onun 05 dekabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 13 dekabr 2022-ci il tarixdən 05 aprel 2023-cü il tarixədək ev dustaqlığında olması müddəti bir günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.3-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan “VAZ 21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə saxlanılması üçün sahibi X18 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X11 Saxlama Yerinə göndərilsin. Məhkəmə məsrəfləri hesab edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar