Məhkəmə qərarları › İş №1(099)-217/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-217/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-217/2024 19.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, hazırda məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan “Nəbi” adlı şəxs və cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər üzvləri tərəfindən İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə satış məqsədilə qanunsuz olaraq keçirilmiş və içərisində külli miqdarda -4960,0 qram çəkidə narkotik vasitə olan heroini, -20180,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, -19458,0 qram çəkidə narkotik vasitə olan tiryəki, təsiredici maddəsinin ümumi miqdarı -80,0 qram olmaqla ümumilikdə 2000 ədəd narkotik vasitə olan metadon həblərini və külli miqdarda, -970,0 qram çəkidə psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs Astara rayonu, Pəlikəş kəndi ərazisindən, “Pəlikəş-Sım” avtomobil yolunun kənarından götürəcəyi və İpək yolunun Astara rayonu, Ərçivan qəsəbəsindən keçən hissəsində “Nəbi” adlı şəxsin deyəcəyi yerə qoymağı öhdəsinə götürdükdən sonra 18 iyul 2023-cü il tarixdə, saat 02 radələrində o, idarə etdiyi “Baic” markalı, “**-HP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Pəlikəş kəndi ərazisində, “Pəlikəş-Sım” yolun kənarına qoyulmuş 02 ədəd kisədə qeyd olunan külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələri götürüb avtomobilin yük yerinə qoyub, avtomobildə qanunsuz saxlayaraq daşımış, 18 iyul 2023-cü il tarixdə, saat 04:15-də Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Pəlikəş kəndi ərazisində idarə etdiyi “Baic” markalı, “**-HP- ***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Astara RPŞ-yə aparılmış, avtomobilə keçirilmiş baxış zamanı külli miqdarda 10 ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri -470,0 qr, -480,0 qr, -480,0 qr, -470,0 qr, -520,0 qr, -555,0 qr, -510,0 qr, -480,0 qr, -495 qr, -500 qram olmaqla ümumi təmiz çəkisi -4960,0 qram olan narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofanda külli miqdarda təmiz çəkisi -19458,0 qram olan narkotik vasitə tiryək, 200 ədəd konvalyutda, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı -80,0 qram, ümumilikdə 2000 ədəd narkotik vasitə olan metadon həbləri və külli miqdarda, 02 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri -480,0 qr və -490,0 qram olmaqla ümumi təmiz çəkisi -970,0 qram olan psixotrop maddə metamfetamin avtomobilin yük yerində olan qara rəngli kisənin içərisindən, 20 ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri -1035,0 qr, -1030,0 qr, -1015,0 qr, -1050,0 qr, -1000,0 qr, -1005,0 qr, -1055,0 qr, -1060,0 qr, -990,0 qr, -990,0 qr, -1005,0 qr, -970,0 qr, -1030,0 qr, -965,0 qr, -970,0, -960,0 qr, -1015,0 qr, - 940,0 qr, -1025,0 qr, -1070,0 qram olmaqla ümumi təmiz çəkisi -20180,0 qram olan narkotik vasitə qurudulmuş marixuana avtomobilin yük yerində olan narıncı rəngli kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nəbi adlı İran vətəndaşı ilə “WhatsApp” vasitəsilə tanış olmuşdur. Nəbi ona Astara rayonunda deyəcəyi yerdən bağlamanı götürüb onun deyəcəyi yerə çatdırmağı təklif etmiş, bunun müqabilində ona üç min manat pul verəcəyini bildirmişdir. İşi həll etdikdən sonra İranlı Nəbi 3000 manat pulu kart vasitəsilə ona göndərəcək idi. Pula ehtiyacı olduğundan Nəbinin təklifi ilə razılaşmışdır. Nəbinin adını mobil telefonunda “Nene” kimi qeyd etmişdir. Nəbinin zəngini gözləmişdir. 16 iyul 2023-cü ildə saat 16 radələrində Nəbi ona zəng edərək çantanın Astara rayonunun sərhəd kəndlərinin birinin ərazisində olduğunu demişdir. Astaraya getməyə maşını olmadığı üçün dostu Əlbalaya onu və anasını Lənkəranda yaşayan xalasıgilə aparmağı xahiş edərək yanacağın pulunu verəcəyini demişdir. Əlbala onunla razılaşmışdır. 17 iyul 2023-cü il tarixdə saat 17 radələrində Əlbalanın idarə etdiyi “Baik” markalı **-HP-*** dövlət qeydiyyat avtomobili ilə anası ilə birlikdə Lənkəran rayonu istiqamətinə yola düşmüşlər. Yolda Nəbi ilə bir neçə dəfə votsap vasitəsilə danışmışdır. Həmin günü saat 21 radələrində xalasının yaşadığı Lənkəran rayonu Zövlə kəndinə çatmışlar. Əlbaladan maşını istəmiş, ona yalandan demişdir ki, Ərçivan kəndində yaşayan dostu ilə görüşməlidir. Əlbala da maşını ona vermiş və xalasıgildə qalmışdır. Saat 22-23 radələrində Ərçivan qəsəbəsinə çatmış, Nəbi ona bağlamanın Sım kəndində olduğunu demişdir. Maşınla Sım kəndinə yollanmış və Piləkəş –Sım yolunun kənarında olan Nəbinin dediyi yerdən 2 ədəd bağlamanı götürmüşdür. Nəbinin 1-2 kiloqram narkotik vasitə göndərəcəyini fikirləşmiş, lakin kisələri güclə yerdən qaldırıb, avtomobilinin yük yerinə qoymuşdur. Avtomobillə təxmini 10 dəqiqə idarə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Nəbi ona, bağlamada narkotik vasitələr deyil, 10 min manatlıq tütün məhsullarının olacağını bildirmiş, bağlamada narkotik olduğunu şöbədə öyrənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavabında əlavə olaraq bildirmişdir ki, heç vaxt narkotikdən istifadə etməmiş, saxlanılarkən əməliyyatçılar tərəfindən döyülmüşdür. 2019-cu ildə CM-nin 126-cı maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021-ci ilin mart ayında əfv olunaraq azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində Nəbi adında iranlı ilə məhz külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin göndərilməsi ilə bağlı aralarında razılıq olduğunu, Nəbinin göndərdiyi bağlamalarda narkotik vasitələrin olmasından məlumatının olduğunu bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Astara RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitələri və psixotrop maddələri əldə etmək üçün həmin tarixdə avtomobillə Astara rayonun Sım kəndinə gələcəyi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 18 iyul 2023-cü il tarixdə, saat 04:15-də Təqsirləndirilən şəxs idarə etdiyi “Baic” markalı, “**-HP-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu, Pəlikəş kəndi ərazisində Sım yolunda hərəkətdə olduğunu görüb, avtomobilləri ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısını kəsərək saxlamışlar. Lakin Elxan avtomobildən düşməmiş və avtomobili idarə edərək qaçmağa cəhd etmişdir. Etdikləri xəbərdarlıqlara baxmayaraq Elxan avtomobilindən düşməmiş, Təqsirləndirilən şəxs avtomobilinin qapısını açmadığından digər polis əməkdaşları avtomobilin qabaq qapılarının yan şüşələrini dəyənəklə sındıraraq avtomobilin qapılarını açıb Təqsirləndirilən şəxs saxlamışlar və onu idarə etdiyi “Baic” markalı, “**-HP- ***” dövlət qeydiyyat nişanlı avtomobilə birlikdə Astara rayonu Pəlikəş kəndindən Astara rayon polis şöbəsinə gətirmişlər. Videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Nəbi adlı İranlı “Whatsapp” la ona göndərdiyi məkan vasitəsilə Astara rayonun Sım kəndinə gəlmiş, Nəbi adlı şəxsin işarə verdiyi, Astara rayon Sım kəndində yolun kənarında olan 2 ədəd içərisində müxtəlif növ narkotik vasitələr olan torbanı götürüb, idarə etdiyi avtomobilin yük yerinə qoymuş, həmin kütlələri deyiləcək yerə qoymaq məqsədilə idarə etdiyi avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, bunun müqabilində 3000 manat pul alacaqmış, həmin kütlələr hazırda idarə etdiyi avtomobilin yük yerindədir və təqdim edə bilər. Bundan sonra **-HP-*** qeydiyyat nişanlı, “BAİC” markalı minik avtomobilə baxış keçirilmiş, yük yerində 1 ədəd qara rəngli və 1 ədəd narıncı rəngli, içərisində kütlələr olan 2 ədəd torba aşkar edilərək götürülmüşdür. Narıncı rəngli torbanın içərisinə baxış keçirilən zaman içərisində qara rəngli torba, həmin qara rəngli torbanın içərisində isə ümumi təxmini çəkisi 22 kq 180 qram olan qara rəngli sellofana bükülmüş 20 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Qara rəngli torbanın içərisindən isə 1 ədəd bükümdə içərisində üzərində “Metadon 40” yazılmış hər birində 10 ədəd həb olmaqla 200 ədəd listdə narkotik vasitə metadon həblərinə bənzər həblər, 10 bükümdə ümumi təxmini çəkisi 5 kq 260 qram olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr, 2 bükümdə ümumi təxmini çəkiləri 1 kq 070 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlələr və 1 bükümdə təxmini çəkisi 19 kq 708 qram narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, Nəbi adlı şəxsin əvvəlcədən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyi külli miqdarda müxtəlif növ narkotik vasitələri və psixotrop maddəni Astara rayonun Pəlikəş kəndində Nəbinin dediyi yerdən götürüb avtomobilində daşımışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə kimyəvi və bioloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 19/742 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi ** HP *** q.n-lı “BAİC” markalı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr” sözlər və imzalar olan kisədəki, 10 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -470,0 qr: -480,0 qr: -480,0 qr: -470,0 qr: -520,0 qr: -555,0 qr: -510,0 qr: -480,0 qr: -495,0 qr: -500,0 qram: ümumi təmiz çəkisi: -4960,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -480,0 qr; -490,0 qram: ümumi təmiz çəkisi: -970,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: -19458,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi ** HP *** qeydiyyat nişanlı “BAİC” markalı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş kütlələr(qurudulmuş marixuanaya oxşar)” sözlər və imzalar olan kisədəki, 20 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1035,0 qr: -1030,0 qr: -1015,0 qr: -1050,0 qr: -1000,0 qr: -1005,0 qr: -1055,0 qr: -1060,0 qr: -990,0 qr: -990,0 qr: -1005,0 qr: -970,0 qr: -1030,0 qr: -965,0 qr: -970,0 qr: - 960,0 qr:-1015,0 qr: -940,0 qr: -1025,0 qr: -1070,0 qram; ümumi təmiz çəkisi: -20180,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş Ə.A.T. zamanı saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi ** HP *** q.n-lı “BAİC” markalı avtomobilin yük yerindən aşkar olunmuş metadona bənzər həblər” sözlər və imzalar olan kisədəki, 200 ədəd konvalyutda ümumi sayı: 2000 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 80,0 qramdır (bir həbdə 0,04 qr). Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 iyul 2023-cü il tarixli, 757 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilmiş və telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsla şifahi sorğu aparılan zaman bildirmişdir ki, Nəbi adlı İran İslam Respublikası vətəndaşının “Whatsapp” tətbiqi vasitəsilə ona göndərdiyi məkan vasitəsilə Astara rayonun Sım kəndinə gəlmiş, Nəbi adlı şəxsin işarə verdiyi, Astara rayon Sım kəndində yolun kənarında olan 2 ədəd içərisində müxtəlif növ narkotik vasitələr olan torbanı götürüb, idarə etdiyi avtomobilin yük yerinə qoymuş, həmin kütlələri deyiləcək şəxsə vermək məqsədilə idarə etdiyi avtomobillə Astara rayonun Ərçivan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, bunun müqabilində ona 3000 manat məbləğində pul veriləcəkmiş, həmin kütlələrin hazırda idarə etdiyi avtomobilin yük yerindədir və təqdim edə bilər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yaş asfalt rəngli, **-HP-*** qeydiyyat nişanlı, “BAİC” markalı avtomobilin yük yerindən aşkar edilmiş narıncı rəngli torbanın içərisinə baxış keçirilən zaman içərisində qara rəngli torba, həmin qara rəngli torbanın içərisində isə ayrı-ayrılıqda təxmini çəkiləri 1055 qram, 1045 qram, 1065 qram, 1040 qram, 1070 qram, 1035 qram, 1035 qram, 1045 qram, 1080 qram, 880 qram, 1185 qram, 865 qram, 1250 qram, 1075 qram, 1295 qram, 1040 qram, 1070 qram, 1035 qram, 1270 qram, 1270 qram, ümumi təxmini çəkisi 22 kq 180 qram qara rəngli sellofana bükülmüş 20 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Qara rəngli torbanın içərisindən isə 1 ədəd bükümdə içərisində üzərində “Methadon 40” yazılmış hər birində 10 ədəd həb olmaqla 200 ədəd listdə (2000 ədəd həb) narkotik vasitə metadon həblərinə bənzər həblər, 10 bükümdə ayrı-ayrılıqda təxmini çəkiləri 530 qram, 515 qram, 530 qram, 530 qram, 520 qram, 500 qram, 525 qram, 540 qram, 540 qram, 530 qram, ümumi təxmini çəkisi 5 kq 260 qram şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr, 2 bükümdə ayrı-ayrılıqda təxmini çəkiləri 545 qram, 525 qram, ümumi təxmini çəkiləri 1 kq 070 qram psixotrop maddə metamfetaminə bənzər kütlələr və 1 bükümdə təxmini çəkisi 19 kq 708 qram narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi “BAİC” markalı minik avtomobilin yük yerindən aşkar edilmiş kütlələr 02 ədəd torbada qablaşdırılaraq həmin torbalar DİN-nin 84 saylı möhürü ilə möhürlənmişdir. İşdə olan “Mobil telefona baxış keçirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefondur, qara rənglidir və içərisində ***-***-**-** saylı mobil nömrə vardır. Baxış zamanı mobil telefonda olan “WhatsApp Business” ani mesajlaşma tətbiqlərinə daxil olunduqda, mesaj hissəsində Təqsirləndirilən şəxs Nəbi adlı İİR vətəndaşının adını “Nene” kimi qeyd etdiyi, +7-***-***-**-** nömrəli abonent ilə bir neçə dəfə, həmçinin saxlanılan gün əlaqə saxladığı müəyyən edilmişdir. Belə ki, “WhatsApp Business” ani mesajlaşma tətbiqində “Nene” kimi qeyd olunan abonent 17 iyul 2023-cü il tarixdə saat 23:15 mesaj göndərmiş, həmin mesaj silinmiş, saat 23:16 səsli zəng etmiş, saat 23:17 “Gaga” mesajı yazmış, saat 23:26-da mesaj göndərmiş həmin mesaj silinmiş, Təqsirləndirilən şəxs saat 23:54 səsli mesaj göndərmiş “qaqa ağ körpünü keçdim”, “Nene” kimi qeyd olunan abonent saat 23:58 mesaj göndərmiş həmin mesaj silinmiş, “Nene” kimi qeyd olunan abonent 18 iyul 2023-cü il tarixdə saat 00:01 mesaj göndərmiş həmin mesaj silinmiş, saat 00:02 səsli mesaj göndərmiş mesaj silinmiş, Təqsirləndirilən şəxs saat 00:03 səsli mesaj göndərmiş “10-15 dəqiqəyə qaqa”, “Nene” kimi qeyd olunan abonent saat 00:03 mesaj göndərmiş həmin mesaj silinmiş, Təqsirləndirilən şəxs saat 00:04 səsli mesaj göndərmiş “10 dəqiqəyə İşaallah”, saat 00:04 səsli mesaj göndərmiş “sən bir imkan varsa mənimlə əlaqə saxlada, mən gedirəm, darıxıram axı, başıva dönüm sənin, ürəyim partladı axı”, “Nene” kimi qeyd olunan abonent saat 00:08 mesaj göndərmiş həmin mesaj silinmiş, saat 00:11 “Gag” mesajı yazmış, saat 00:26 “Alo” mesajı yazmış, saat 00:26 səsli zəng etmiş, saat 00:27 mesaj göndərmiş həmin mesaj silinmiş, saat 00:31 səsli zəng etmiş, saat 00:31 “Gaga” mesajı yazmış, saat 00:32 səsli zəng etmiş, saat 00:34 “Alo” mesajı yazmış, saat 00:36 “Gaha” mesajı yazmış, saat 00:37 səsli zəng etmiş etmiş, saat 00:38 “Gardash” mesajı yazmış, saat 00:39 zəng etmiş, saat 00:41 “Alo” mesajı yazmış, saat 00:43 mesaj göndərmiş həmin mesaj silinmiş, saat 00:45 və saat 00:49 səsli zəng etmiş, saat 00:50 “Alo” mesajı yazmış, saat 00:51 “Alo” mesajı yazmış, saat 00:53 “Gaga” mesajı yazmış, saat 00:56 “A” mesajı yazmış, saat 01:00 “A” mesajı yazmış, saat 01:01 səsli zəng etmiş, saat 01:04 səsli zəng etmiş, saat 01:19 “Alo” mesajı yazmış, saat 01:34 “Alo” mesajı yazmış, saat 02:13 mesaj göndərmiş həmin mesaj silinmiş, saat 02:13 səsli zəng etmiş, saat 03:08 mesaj göndərmiş həmin mesaj silinmiş, saat 03:08 “Gaga” mesajı yazmış, saat 03:09 səsli zəng etmiş, saat 03:09 səsli zəng etmiş, saat 03:10 səsli zəng etmiş, saat 03:21 səsli zəng etmiş kimi qeydlər vardır. İşdə olan 22 iyul 2023-cü il tarixli qərarla ümumi təmiz çəkisi 4959,0 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 969,8 qram psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 19457,9 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 20178,0 qram narkotik vasitə olan marixuana, ümumi sayı 1955 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış, saxlanılması üçün Astara RPŞ-yə təhvil verilmiş, baxış istintaq hərəkəti aparılarkən qeydə alınmış və diskə köçürülmüş videogörüntüləri özündə əks etdirən 04 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir.İşdə olan 23 oktyabr 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək narkotik vasitələrin deyil, tütün dalınca gəldiyini, bağlamalarda narkotik vasitələrin olmasını bilmədiyini, saxlanılarkən döyüldüyünü, polis şöbəsində təzyiqlərə məruz qaldığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən ibtidai istintaq başa çatanadək müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələrində, habelə məhkəmədə tədqiq edilmiş videoçəkilişlərdə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, məhz tütün məhsulunun dalınca gəlməsi, bağlamalarda narkotiklərin olmasından məlumatının olmaması ilə bağlı hər hansı bir fikir irəli sürməmiş, əkinə ifadələrində narkotik vasitələri ona Nəbi adında iranlı tanışının göndərdiyini, bağlamanı Nəbinin dediyi yerə çatdıracağı halda sonuncunun onun kartına 3000 manat pul göndərəcəyini səmimi etiraf etmişdir. Bundan başqa, İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı araşdırma aparılmış, Təqsirləndirilən şəxs ifadəsində Astara rayonuna gəlməzdən bir gün əvvəl yıxılmış və sağ bazu oynağı nahiyyəsindən xəsarət almış, xəsarət heç kim tərəfindən ona yetirilməmişdir. İşdə olan 23 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs xəsarət alması faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillərlə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması, avtomobilə baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokolları, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə öz xətti ilə yazdığı etirafedici izahatı, habelə verdiyi ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, “avtomobilə baxış keçirilməsi” haqqında istintaq hərəkətinin protokolları, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsinə dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar gizli olaraq İrandan ona göndərilən külli miqdarda narkotik vasitələrin və psixotrop maddə metamfetamin olan bağlamanı Astara rayonu Pəlikəş-Sım kəndinin ərazisindən Nəbi adında iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb idarə etdiyi avtomobildə qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, qurudulmuş marixuana və tiryək narkotik vasitələr, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfateminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş mariuxananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi külli miqdar, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 iyul 2023cü il tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Nəbi” adlı İİR vətəndaşının və digər şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs başqa şəxsə çatdırmaq məqsədi ilə Astara rayonu, Pəlikəş-Sim kəndinin ərazisinə gələrək Nəbinin ona göndərdiyi «konum»a əsasən “Pəlikəş-Sım” yolunun kənarında olan narkotik vasitələr olan bağlamanı qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobilin yük yerində daşıyarkən həmin ərazidə saat 4.15 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Nəbi” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin və güclü təsir edən maddənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Nəbi” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Nəbi” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Nəbi” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan) sonra başqa şəxsə çatdırmaq məqsədi ilə Astara rayonu, Pəlikəş kəndinin ərazisinə gələrək “Pəlikəş-Sım” yolunun kənarından qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olub-olmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur» Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019-cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxılışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Nəbi” adlı şəxs və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Nəbi” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Nəbi” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Nəbi”yə kömək etmişdir ki, həmin bağlamanı sonuncunun dediyi yerə çatdırsın. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Nəbidən başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Nəbiyə yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”.Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Habelə, dövlət İttihamçısı çıxışında Təqsirləndirilən şəxs əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, o, CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 18 iyul 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin günü cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 19 iyul 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Astara Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 iyul 2023cü il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə əvvəllər ağır cinayət əməli törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs 6 (altı) il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ağır cinayət əməllərini törətməsi cinayətlərin təhlükəli residivini yaradır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini (təhlükəli) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1, və 234.4.3 -cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və o, cəzasını çəkməlidir. CM-nin 65.2-ci (təhlükəli residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsinin son həddinin 7 ilin üçdə ikisindən- 4 il 8 aydan, CM-nin 234.4.1 və 234.4.3-cü maddənin son həddinin - 12 ilin üçdə ikisindən , yəni 8 ildən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 4959,0 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 969,8 qram psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 19457,9 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 20178,0 qram narkotik vasitə olan marixuana, ümumi sayı 1955 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, baxış istintaq hərəkəti aparılarkən qeydə alınmış və diskə köçürülmüş video görüntüləri özündə əks etdirən 04 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmiş ümumi təmiz çəkisi 4959,0 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 969,8 qram psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 19457,9 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 20178,0 qram narkotik vasitə olan marixuana, ümumi sayı 1955 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, baxış istintaq hərəkəti aparılarkən qeydə alınmış və diskə köçürülmüş video görüntüləri özündə əks etdirən 04 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar