Məhkəmə qərarları › İş №1(099)-217/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-217/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-217/2025 27.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə xx xxxx 1977-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtomobil yuma məntəqəsində avtoyuyucu işləmiş, məhkumluğu olan, Salyan şəhəri F.Məlikov küçəsi, ev 7də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsində “Alion” adlı məişət avadanlıqlarının satışı dükanının yaxınlığında dayandığı vaxt qonşusu X7 yüngül dərəcəli sərxoş vəziyyətdə ona yaxınlaşaraq aqressiv formada siqaretinin olub-olmadığını soruşmuş, Əziz Salayev siqaretinin olmadığını bildirdiyi üçün sonuncu ona cibinə siqaret alıb qoymasını dediyindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Əziz Salayev onun özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsi səbəbindən Əziz Salayevdən qonşuları Şahid1, Şahid2 və Şahid3 yanında onu və ailə üzvlərini söyməməsini tələb edərək yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Əziz Salayevi həmin küçənin digər tərəfində yerləşən yarımtikilinin yanına dəvət etmiş, Əziz Salayev onu və ailə üzvlərini söyməyə davam etdiyinə görə aralarında olan mübahisə şiddətlənərək bir-biri ilə əlbəyaxa olan zaman Əziz Salayev onu yerə yıxaraq sinəsinin üstündə oturub ona əli ilə zərbələr vuraraq sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan alın sol nahiyəsinin sıyrığı xəsarəti, o, isə sonuncuya sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan sol və sağ çiyin nahiyələrinin qançırları xəsarətlərini yetirmiş, onların ardınca həmin yerə gəlmiş Şahid1, Şahid2 və Mikayıl X5 araladıqdan sonra, o ayağa qalxaraq Əziz Salayevi cəzalandırmaq məqsədilə hadisə yerindən götürdüyü daş parçası ilə sonuncunun başının sol qulaq ətrafı nahiyəsindən qəsdən vurmaqla Əziz Salayevə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid başın sol ənsə nahiyəsinin əzilmiş-sıyrılmış yaraları, qapalı kəllə beyin travması, beyin qışaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sol ənsə çuxurunun sınığı kimi bədən xəsarətləri yetirməklə, Əziz Salayevin başın küt travmasından törənmiş beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar səbəbindən həmin tarixdə saat 21 radələrində hadisə yerində ölməsi nəticəsində, Əziz Salayevin sağlamlığına qəsdən ağır xəsarət yetirməsi ilə nəticələnən əməlləri ilə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Salyan şəhəri, F.Məlikov küçəsində yerləşən avtomobil yuma məntəqsəində avtoyuyucu işləmişdir. Əvvəllər narkotik maddələrdən istifadə etmiş və narkotiklə bağlı iki dəfə məhkum olunmuşdur. X17 uşaqlıqdan tanımış, qonşu olmaqla bir məhəllədə böyümüş və münasibətləri həmişə yaxşı olmuşdur. Hadisə olan günü, yəni 19 oktyabr 2024-cü il tarixdə içkili olmuş, həmçinin Əziz də içkili olmuşdur. Hadisə həmin gün saat 21-22 radələrində olmuş və orada özü, Vasif, Asif Mikayıl və Əziz olmuşdur. O, hadisə olan yerə gələndə orada olan şəxslərin Əzizlə mübahisə etmələrini görmüş, sonra Əziz onun da ünvanına söyüş söyüb mübahisə etmiş və yumruqla onu vurmuş, o da yerə yıxılmış, ayılıb yerdən qalxanda Mikayıl ilə Əzizin dava etmələrini görmüşdür. O, Əzizi vurmamış, əksinə orada olan şəxslər-Vasif, Asif və Mikayıl onu Əzizin əlindən almışlar ki, Əziz onu vurmasın. Dava zamanı özü birinci xəsarət almışdır. Sərxoş olduğu üçün orada baş verənləri tam xatırlamır, həmin vaxt Əziz də sərxoş olmuşdur. Mikayıl ilə Əziz dava edərkən o, yaxınlaşıb onları aralaşdırmış və Əziz aralanıb 5-6 metr getdikdən sonra yerə yıxılmışdır. Orada olan şəxslərldə birlikdə o, Əzizi yerdən qaldırıb yarıuzanmış vəziyyətdə yerdə oturdub baş tərəfini isə stula söykəmişlər ki, yerə yıxılmasın, həm də ona yardım etsinlər. Sonra o, su gətirib Əzizin üzünə vurmuşdur ki, özünə gəlsin. Həmin vaxt Əziz danışa bilməmiş, əlini Əzizin başının arxasına toxundurduqda Əzizin başının arxasında qan olmasını görmüşdür. Sonra o, təcili tibbi yardımın nömrəsini telefonda yığıb orada olan şəxslərdən birinə vermişdir ki, təcili tibbi yardım çağırsınlar. Sonra o, qaçaraq Əzizin qardaşı Kamalın yanına gedib Əzizin vəziyyəti barədə məlumat vermişdir. Sonra o, evinə getmiş, daha sonra isə maşına minib polis şöbəsinə gedərkən yolda polis əməkdaşları onu görüb tutub polis şöbəsinə aparılmışlar. Habelə verilən sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, hadisə olan yerə gələrkən Əzizin məhəllə uşaqları ilə mübahisə etməsini görmüş, həmin gün siqaretlə bağlı onun Əzizlə mübahisəsi olmamışdır. Hadisədən əvvəl o, Əzizə məhəllədə mübahisə etməmələrini, kənara çəkilib, kənarda mübahisə etmələrini demiş, sonra onlar kənara çəkilmişlər. Həmin vaxt Əziz həm onu söymüş, həm də ümumi söyüşlər etmişdir. Orada Əziz yumruqla onu vurub yerə yıxmış, yerə yıxılandan sonra Əziz onun üstündə olarkən Mikayıl arxadan gəlib Əzizi onun üstündən qaldırıb onları aralamış, sonra Əziz ondan aralanıb küçə ilə getmiş, o və orada olan digər şəxslər də onun arxasınca getmişlər. O, yerə yıxılmış vəziyyətdə olmaqla üst-başı tam palçıqlı olmuşdur. Əziz ondan aralanıb 5-10 metr kənara getdikdən sonra o, yerdən qalxıb onun arxasınca getmiş, həmin vaxt onun əlində daş və ya başqa nəsə olmamış, arxadan Əzizə daş atmamış, onu daşla vurmamışdır. O, Əzizə kömək edib başına su tüküb yuyarkən Əzizən başının arxasında deşik olduğunu, qan axdığını görmüş, sonra o, “Əziz-Əziz” deyib bir-iki dəfə çağırmış, o da “hə” cavabını vermişdir. Orada olan şəxslərdən Əzizin necə xəsarət almasını soruşmamışdır. Təcili tibbi yardım gec gəlmiş və təcili tibbi yardım gələndən sonra həkim Əzizi yoxlamış və onun artıq öldüyünü bildirmişdir. Sonra o, çayxanaya gedib Əzizin qardaşı Kamalı hadisə olan yerə çağırmış, Kamal da ora gələndə Əziz artıq ölmüşdür. Sonra o, evinə getmiş, paltarını dəyişmişdir ki, gedib hadisə barədə polisə məlumat versin, elə həmin vaxt Nofəl adlı polis əməkdaşı ona zəng edib harada olduğunu soruşub hadisə baradə demiş (Əziz Salayevin xəsarət alması barədə), sonra o, maşına minib polis şöbəsinə gedərkən polis əməkdaşları gəlib evin qapısının yanında onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş, polis əməkdaşları onu döymüş və o, təzyiqlər altında, həm də “anlaqsız” vəziyyətdə ifadə vermişdir. Polislər ona necə deyibsə, o da elə ifadə vermişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, X17 uşaqlıqdan tanımış, eyni məhəllədə yaşamaqla aralarında münasibətləri qonşu kimi normal olmuşdur. Əziz Salayev tüfeyli həyat tərzi keçirən, hər gün spirtli içki qəbul edən və sərxoş olan vaxt aqressiv davranışları ilə seçilən biri olmuşdur. Əziz sərxoş olanda məhəllədə kim onunla üzbəüz gələrsə həmin şəxslə səbəbsiz yerə münaqişəyə girmiş, sataşaraq söz atmışdır. 19 oktyabr 2024-cü il tarixində, səhər saatlarında işdəavtoyuma məntəqəsində olan vaxt Əzizi görüb salamlaşmış, danışığından onun sərxoş olduğunu hiss etmiş, sonra Əziz ondan siqaret istəmiş, o da siqaretinin olmadığını, işə hələ yeni başladığını bildirdikdə Əziz ona kinayəli şəkildə “cibinə niyə siqaret almırsan, mən yas yerinə gedirəm siqaret çəkmək istəyirəm” demiş, o da sadəcə olaraq onu yola vermək üçün mülayim şəkildə səhər işə yeni başladığını, hələlik müştərisi olmadığı üçün siqaret ala bilmədiyini demişdir. Əziz isə ona “özünü oğraşlığa qoymusan” deyib ünvanına nalayiq söyüşlər söymüş, o isə Əziz içkili olduğu üçün onu yola verib, dərinə getməyib işi ilə məşğul olmuş, sonra Əziz ondan uzaqlaşıb çıxıb getmişdir. O, həmin günü saat 17:30dək işdə olmuş, sonra marketdən özünə siqaret, “Go” adlı spirtli içki və bir ədəd pivə alıb evinə getmiş, yolda olarkən Go” adlı spirtli içkini, evdə isə pivəni içmişdir. Təxminən saat 19 radələrində tanışı Vasifə çayxanaya gedib vaxt keçirməyi təklif etmiş, Vasif də namazını qıldıqdan sonra onunla çayxanaya gedə bilcəyini demişdir. Sonra o, Vasifin yaşadığı ünvanda, küçədə dayanıb Vasifi gözləmişdir ki, evdə namazını qılıb gəldikdən sonra onunla birlikdə çayxanaya getsinlər. O, küçədə dayandığı vaxt saat 20-21 aralığında, küçənin o biri tərəfindəki anbarının mühafizəçisi Mikayılın onun üçün ayrılmış “budkada” (köşkdə) oturduğunu, Əzizin isə X.R.Ulutürk küçəsi istiqamətindən ona tərəf gəlməsini görmüşdür. Küçədə Əziz ona yaxınlaşanda davranışı, yerişi və danışığından onun çox sərxoş olduğunu hiss etmişdir. Əziz ona yaxınlaşan kimi yenidən aqressiv halda “cibinə siqareti aldın ala” deyib soruşmuş, o da siqaretinin olmadığını, bir azdan gedib siqaret alacağını bildirmiş, Əziz də ona “bəs sən işləməmisən bu gün” deyərək cibinə siqaret almamasının səbəbini soruşmuş, o da “işləmişəm özüm üçün, işləmişəm sənə siqaret almalıyam” dedikdə Əziz onun və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Əziz bu sözündən sonra küçənin həmin hissəsində onunla əlbəyaxa olub mübahisə etsələr də, biri bir-birlərinə heç bir xəsarət yetirməmişlər. Eləcə biri-birinin yaxalarından tutub çəkərək münaqişə etmişlər. Küçədə həmin yer insanların çoxluq təşkil etdiyi, gediş-gəlişli yer olduğu üçün Əzizi ondan nə istədiyini, nə üçün onun ailə üzvlərinin ünvanına küçə söyüşləri söyməyinin səbəbini aydınlaşdırmaq üçün onu kənara dəvət etmişdir. Sonra o, həmin küçədə yerləşən gediş-gəlişi olmayan qaranlıq yerdə Əzizlə söhbətini davam etdirmək və ona nə üçün söyüş söyməsinin səbəbinə ondan soruşmaq üçün qabaqda Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsi ilə hərəkət etmiş, Əziz də onun arxasınca gələ-gələ onun və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyərək kinayəli əkildə “mən qoçu Mirzağanın nəvəsiyəm” demişdir. O, Əzizlə mübahisə edəndən sonra Mikayıl, Vasif və Asif də ora gəlmiş, sonra onlar da onun və Əzizin arxasınca küçənin digər tərəfinə doğru getmişlər. O, küçənin qaranlıq ara küçə ilə kəsişməsinə çatıb Əzizi gözləmiş və Əziz ona yaxınlaşanda nə üçün söyüş söyməsini soruşanda Əziz onun ayağına badalaq vurub onu yerə sərib sinəsinin üstündə oturub üz nahiyəsinə yumruq atmağa başlamışdır. Əzizin atdığı yumruqlardan biri onun alın nahiyəsinə dəymiş, digər zərbələrini əli ilə saxlamağa çalışmış və onlar yerdə olduqları vaxt o da Əzizi yumruqla vurmuş, zərbələrindən 1-2-si onun çiyninə dəymişdir. Elə həmin vaxt Mikayıl kişi gəlib Əzizi onun üzərindən qaldırıb kənara çəkmiş, Asiflə Vasif də onları sakitləşdirib aralamağa çalışmışlar. Əziz fiziki cəhətdən ondan daha cüssəli və qüvvətli olduğu üçün ona gücü çatmamış, həmçinin Əzizin onun ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyməyə davam etməsi onu özündən çıxartmışdır. Həmin vaxt qəzəbli şəkildə əlini yerə ataraq yerdən sağ əlinə götürdüyü daş parçasını var gücü ilə ondan təxminən 2-3 metr aralıda dayanmış Əzizə tərəf atmış, həmin vaxt Əziz arxasını ona tərəf çevirmiş və atdığı daş onun başının, qulaq nahiyəsinin sol hissəsinə dəymişdir. Daş Əzizə dəydikdən sonra Əziz bir neçə addım atıb yerində dayanmış, sonra dizlərini büküb yerdə oturmuşdur. O, Əzizə yaxınlaşmış və onun sakitcə gözü açıq halda dayanıb ətrafa baxdığını görmüşdür. Sonra o, Vasif və qardaşı Asifin köməkliyi ilə Əzizi yerə yarıoturaq vəziyyətdə uzadıb baş tərəfini stola söykəmişlər. Həmin vaxt Əzizin huşu özündə olmuş, sonra su gətirib üzünə vurmuş, lakin getdikcə Əziz huşunu itirmiş və deyilənlərə heç bir reaksiya verməmişdir. Sonra o, Əzizin başını su ilə yuyarkən onun sol qulağının arxa nahiyəsində qançır izləri olduğunu görmüşdür. Bundan sonra o, dərhal təcili yardıma telefonla zəng etmiş, lakin həyacandan telefonunda nömrəni səhv yığdığından zəng getməmişdir. Sonra o, dərhal qaçıb Əzizin qardaşı Kamalın yanına gedib onu çağırıb Əzizin yıxıldığını, xəsarət aldığını demiş, Kamal da “ölür cəhənnəmə ölsün” demişdir. Sonra ora insanlar toplaşmağa başlamış, bir qədər sonra polis əməkdaşları və təcili tibbi yardım həkim briqadası da hadisə yerinə gəlmişlər. Həkimlər Əzizi müayinə edib onun artıq öldüyünü demişlər. Qorxduğu üçün hadisə yerinə gələn polis və prokurorluq əməkdaşlarına yalandan Əzizin meyitini elə həmin formada aşkar etdiyini demişdir. Onun Əzizi öldürmək fikri olmamış, Əziz, ona və ailəsinə pis söyüşlər söydüyü üçün qəzəblənmiş, həm də ona gücü çatmadığına görə özünü müdafiə məqsədilə anidən əlinə yerdən keçən daşı götürüb var gücü ilə Əzizə tərəf atmış və həmin daş Əzizin başına dəymiş, sonra Əziz hadisə yerində ölmüşdür. Həmin gün əynində qara rəngli cins şalvar, qara rəngli önü zəncirbəndli uzunqol pulover olmuşdur. Hadisəni Mikayıl, Vasif və Asif görmüş, digər şəxslər isə hadisədən sonra ora gəlmişlər. Əzizin ölümü ilə bağlı etdiyi əməldən peşmandır. İşdə olan, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 21 oktyabr 2024-cü il tarixli protokolla və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ərazini əyani olaraq göstərməklə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri və ifadəsinin yerində yoxlanılmasına dair protokol elan olunduqdan, hadisə ilə bağlı videogörüntülər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, həmin ifadələri təzyiq altında vermişdir. Hadisə olan günü o, Əzizlə mübahisə etməmiş, dalaşmamışdır. Aralarında baş vermiş mübahisə zamanı Əziz onu vursa da, o, Əzizi vurmamışdır. Əziz Mikayılla mübahisə edib dalaşmışdır. O, yerdən daş götürüb Əzizin arxasınca atmamış, Əzizi daşla vurmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün onların dediyi kimi ifadə vermiş, yəni Əzizi daşla vurmasını bildirmişdir. Əslində isə belə hal olmamışdır. O, Əzizin baş nahiyəsində gördüyü xəsarətin hansı şəraitdə ona yetirilməsini bilməmiş və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayəti törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, o, hazırda Xırdalan şəhərində yaşayır, mərhum Əziz Salayev atasıdır. Atası ilə münasibəti yaxşı olmuş, aralarında telefonla əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs tanısa da, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Salyan şəhərində atası Əzizlə qonşuluqda yaşamışdır. Atası içki aludəçisi olduğu üçün anası ondan boşandığından atası başqa bir qadınla evlənib Salyan şəhərində yaşamış, anası, qardaşları və bacısı isə Abşeron rayonuna köçüb orada yaşayırlar. Rayonda yaşadıqları müddətdə atası tez-tez sərxoş olub küçədə olan şəxslərlə mübahisə edib münaqişə yaratdığına görə qonşuları və başqa şəxslər atasından şikayət etmişlər. 19 oktyabr 2024cü il tarixdə, gecə saatlarında əmisi Kamal ona zəng edib atasının yıxılaraq xəsarət aldığını və vəfat etdiyini demişdir. Səhəri gün anası ilə birlikdə Salyan rayonuna gəlib atasının yas mərasimində iştirak etmişlər. Yas yerində atası ilə qonşusu Elşənin küçədə mübahisə etmələri və digər qonşuları Vasif və Asif qardaşlarının da həmin vaxt orada olduqlarını və onların bu hadisənin gördüklərini öyrənmişdir. Daha sonra ona məlum olmuşdur ki, hadisə olan günü küçədə atası ilə qonşusu Elşənin arasında mübahisə yaranmış, həmin vaxt Elşənin yerdən götürüb atdığı daş atası Əzizin başına dəymiş və atası başından aldığı xəsarət nəticəsində ölmüşdür. Elşənin nə səbəbə görə atasına xəsarət yetirdiyini dəqiq bilməmiş, yas yerində eşitdiyinə görə guya atası Elşəni söydüyü üçün Elşən də ona daşla xəsarət yetirməsi nəticəsində atası ölmüşdür. Həmin günü atasının Elşəndən başqa kimləsə mübahisə edib dalaşmasını eşitməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamış, lakin onu bağışlamaqla ona qarşı şikayət və tələbi yoxdur. Törətdiyi cinayətə görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, məhkəməyə ünvanlandığı 07 avqust 2025-ci il tarixli ərizəsində zərərçəkmiş şəxsin hüquqi varisi Mirzağa Salayev Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etmiş, daha sonra 27 avqust 2025-ci il tarixli ərizəsində isə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və X17 tanımış, onlar qonşuları olmaqla hər ikisi ilə münasibəti yaxşı olmuş, Elşənlə münasibəti isə daha yaxın olmuşdur. 19 oktyabr 2024-cü il tarixdə, saat 20-21 radələrində Elşən onu çağırıb çayxanaya çay içməyə getməyi təklif etmiş, o da Elşənə evdə namazını qılıb çıxacağını bildirmişdir. 5-10 dəqiqə sonra evdən küçəyə çıxmış, həmin vaxt Elşənin Məmmədin anbarında mühafizəçi işləyən Mikayılın köşkünün içərəsində Əzizlə söhbət etdiyini, Mikayılın da orada olduğunu görmüşdür. Sonra küçədə Əziz Elşəni söyməyə başlamış, Elşən də Əzizə söyüş söyməməsini, bir az qırağa çəkilib söhbət etməyi demiş, həmin vaxt qardaşı Asif də ora gəlmişdir. Əziz və Elşən küçənin kəsişməsində olan tikilinin qarşısına getmiş, qardaşı Asif də ora getdiyindən özü də onun arxasınca getmiş, həmin vaxt Mikayıl da oturduğu köşkdən çıxıb gəlib onların hər ikisini keçib bir-birləri ilə mübahisə edən Əzizlə Elşəni aralamağa başlamışdır. Mübahisə zamanı Əziz əli ilə Elşənin sinəsindən əli ilə itələmiş və Elşən yerə yıxılmış, sonra Əziz üstündə oturub əli ilə onun paltarlarını dartışdırmağa başlamış, Elşən də özünü müdafiə etməyə çalışmışdır. Həmin vaxt o, qardaşı X18 sinəsinin üstündən çəkib kənarlaşdırmaq istəmiş, lakin Əziz onların ikisini də kənara itələmişdir. Əziz Elşəndən, ondan və qardaşından iri cüssəli olduğunqdan onu tutub kənarlaşdırmağa gücləri çatmamışdır. Sonra Mikayıl yaxınlaşıb Əzizin hər iki çiynindən tutub dartıb Elşənin üzərindən qırağa çəkmış və bundan sonra Elşən ayağa qalxmışdır. X19 sinəsindən əli ilə geri itələmiş və Mikayıl yerə yıxılmışdır. Bundan sonra Əziz Elşənin arvadını, anasını, uşağını söyməyə başlamış, Elşən isə Əzizə söyüş söyməməsini bildirmişdir. X15 yerdən qalxmağa kömək edən vaxt o, Elşənin əlindəki daşı Əzizə tərəf atdığını və daşın Əzizin başına dəydiyini görmüşdür. Həmin vaxt Elşənlə onun arasında məsafə az olduğundan o, Elşəni qucaqlayıb kənara çəkmişdir ki, Əzizlə dalaşmasın. Elşənin atdığı daş Əzizin başına dəyəndən sonra Əziz aşağı, yerə oturmuş, sonra özündən getmişdur. Orada olan şəxslər, həm də Elşən köməkləşib Əzizi yerdən qaldırıb, su gətirib üzünə vurub ayıtmağa çalışsalar da, Əziz ayılmamışdır. Sonra Elşən təcili tibbi yardıma zəng etmiş, lakin telefonunda kontur olmadığından zəng edə bilməmiş, bundan sonra qardaşı Asif təcili tibbi yardıma zəng edib məlumat vermiş, sonra Elşən qaçaraq Əzizin qardaşı Kamalı çağırmağa getmişdir. Bir azdan Əzizin qardaşı, sonra təcili tibbi yardım maşını gəlmiş və həkim Əzizi müayinə edib onun artıq öldüyünü demişdir. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və X17 tanımış və hər ikisi ilə münasibəti yaxşı olmuşdur. O, Məmməd adlı şəxsin anbarında mühafizəçi işləyir və 19 oktyabr 2024-cü il tarixdə işdə olmuşdur. Həmin gün axşam saatlarında mühafizəçi «bunkasında» (köşkdə) olan vaxt küçədə kimlərinsə mübahisə etmələrini eşidib küçəyə çıxmış, oturduğu yerdən təxminən 100 metr alarıda kimlərinsə mübahisə etmələrini eşitmiş, lakin həmin şəxslərin kimlər olmasını və nəyə görə mübahisə etmələrini bilməmişdir. Həmin vaxtdan bir az əvvəl Elşənin onun yanında olmuş, oturub birlikdə çörək yemişlər. O, Əziz və Elşənin mübahisə edib dalaşmalarını görməmişdir. Sonradan hadisə olan yerə getmiş və orada ona məlum olmuşdur ki, Əziz vəfat etmişdir. Əzizin nədən ölməsini bilməmişdir. Əzizin Elşəni söyməsin və vurmasının şahidi olmamışdır. Həmçinin Elşənin də Əzizi vurması barədə heç bir məlumatı yoxdur. Əzizin hansı şəraidə xəsarət alaraq ölməsi barədə onun heç bir məlumatı yoxdur. Həmçinin ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 19 oktyabr 2024-cü il tarixdə, saat 20-21 radələrində işdə olmaqla “budkasında” (mühafizəçi köşkündə) oturan vaxt Əziz “budkaya” (köşkə) tərəf yaxınlaşıb onunla söhbət etməyə başlamış, Əziz sərxoş olduğu üçün söyüşlə danışımış, sonradan kənarda dayanan Elşən onlara yaxınlaşmış və Elşənlə Əziz mübahisə etməyə başlamışlar. Elşən həmin yerdə adamların çox olduğunu bildirib Əzizi qıraqda söhbət etməyə dəvət etmiş, həmin vaxt Asif və Vasif də həmin yerə yaxınlaşmışlar. Əzizlə Elşən “budkadan” (köşkdən) çıxıb Elşən qabaqda, Əziz isə ondan arxada olmaqla Cavanşirin binasının kənarına tərəf getmişlər. O, Asif və Vasif də onların arxasınca getməyə başlamışlar. Həmin yerdə Əzizlə Elşən sözlü mübahisə etmişlər, sonra Əziz Elşəni əli ilə itələyib yerə yıxıb sinəsinin üzərində oturmuşdur. O, yaxınlaşıb Əzizi Elşənin üzərindən kənara itələmiş, Əziz isə yenə də Elşəni nalayiq ifadələrlə söyməyə davam etmişdir. Əzizi aralamaq istəyən vaxt Əziz onu da itələdiyi üçün o, yerə yıxılmışdır. Sonra o, Elşənin Əzizə tərəf nəsə atdığını görmüş, ondan sonra Əziz yavaş-yavaş arxaya gedib bir anlıq dayanıb yerə oturmuşdur. Özü və orada olan şəxslər Əzizi arxadan tutub yerə uzatmışlar ki, başı yerə dəyməsin. Sonra da qıraqdan stul gətirib Əzizi onun üzərinə otuzdurmuşlar. Əzizin reaksiyaları yavaş-yavaş itmişdir. Sonra Elşən gedib Əzizin qardaşı Kamala bu barədə xəbər vermişdir. Elşən Kamalın gəlmək istəmədiyini, onsuz da Əzizdən bezdiyini dediyini bildirmişdir. O, Əzizin baş nahiyəsinə baxanda onun sol qulaq nahiyəsində qan görmüş, daha sonra təcili yardımın həkimləri gəlib Əzizi yoxlayandan sonra onun öldüyünü onlara demişlər. Sonra o, oradan aralanıb mühafizə etdiyi obyekitin yanına getmişdir. O, Elşənin Əzizə tərəf nəsə atdığını görmüş, lakin onun daş və ya başqa hər hansı əşya olub-olmadığını bilməmişdir. Həmin yerdə asfalt üzərində çoxlu daş parçaları olduğundan Elşənin Əzizə daş atdığını güman etmişdir. Əziz Salayev həmin gün həmişəki kimi sərxoş olmuş və Elşənin ailə üzvlərini söydüyünə görə Elşən ona xəsarət yetirmişdir. Elşənlə Əzizin arasında əvvəllər mübahisə olub-olmadığını bilməmişdir. Ümumiyyətlə Əziz hər gün sərxoş olduğundan yoldan keçən hər kəsə sataşmışdır. Hadisə vaxtı orada o, Vasif, Asif, Əziz və Elşən olmuşdur. İşdə olan, Salyan rayon prokurorluğunun əməkdaşının 19 oktyabr 2024-cü il tarixli “Təqrir”i ilə müəyyən edilir ki, 19 oktyabr 2024-cü il tarixdə, saat 21:30-də Salyan RPŞ-nin Növbətçi hissəsindən prokurorluğa Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsi, ev 95-də qeydiyyatda olan X2 “sol qulaq ətrafı” nahiyəsində xəsarət izləri olan meyitinin Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsində aşkar edilməsi barədə məlumat daxil olmuşdur. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, qeyd olunan cinayətin baş verdiyi yer Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsidir. Ətrafda “Alneo” elektronik dükanı, “Ay işığı” mağazasının anbarı və yarımtikili vardır. X2 meyiti yarımtikilinin qarşısında yerdə yarıoturmuş və stula söykənmiş vəziyyətdədir. Baxış zamanı meyitin aşkar edildiyi yerin yaxınlığında yerləşən “Alneo” mağazasının, yarımtikilinin və “Ay işığı” mağazasının anbarının təhlükəsizlik kameralarının videogörüntüləri istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Meyitin xarici müayinə edilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, mərhum X2 meyitinin müayinəsi zamanı Əziz Salayevin başın sol ənsə nahiyəsində (sol qulaq seyvanının arxasında) 7x3 sm ölçüdə qırmızımtıl rəngli kənarları nahamar səthi yara, sağ çiyin nahiyəsində 4x3 sm, sol çiyin nahiyəsində 3x2 sm ölçülərdə göyümtül-qırmızımtıl rəngli qançırlar aşkar edilmişdir. Müayinə zamanı Əziz Salayevin meyitinin əynində olan geyim əşyalar-jilet, jaket, şalvar və köynək qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Müşahidə kameralarına baxış keçirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, istintaq orqanı tərəfindən hadisənin baş verdiyi ərazidə- Salyan şəhəri, Ə.Hüseynzadə küçəsində yerləşən “Ay işığı” mağazasının anbarında olan müşahidə kamerasından götürülmüş videogörüntülərə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ilə irəlidə və onun arxasınca Əziz Salayev hərəkət edir. Onlardan bir qədər geridə isə ardıcıl olaraq Asif və Şahid2lar, Şahid3 onların getdikləri yarımtikili istiqamətində hərəkət edirlər. Az sonra Təqsirləndirilən şəxs geri çevrilərək Əziz Salayevə aqressiv formada söz dediyi müşahidə olunur. Vidoemüşahidə kamerasının 19 oktyabr 2024-cü il saat 21:02-dən etibarən olan görüntülərində Təqsirləndirilən şəxs öndə, Əziz Salayevin arxada və digərlərinin isə ardıcıl olaraq onlardan arxada yarımtikilinin yanına yaxınlaşmaları, saat 21:04:00-dan etibarən Əziz Salayevin mübahisə əsnasında geri getdiyi, Təqsirləndirilən şəxs sağ əli ilə zərbəylə ona nəsə atdığı, Əziz Salayevin arxaya çəkildiyi müşahidə olunur. İşdə olan, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 20 oktyabr 2024-cü il tarixli, 83 №-li Aktla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İşdə olan, “Könüllü təqdim edilən əşyaların götürülməsi və baxışının aparılması haqqında” 20 oktyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən edilir ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi (hadisə zamanı əynində olmuş) paltarlar-bir ədəd poliver (jaket) və bir ədəd şalvar istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 25 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşağıdakı xəsarət aşkar edilmişdir: Alın sol nahiyəsinin sıyrığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 19 oktyabr 2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, 1979-cu il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın sol ənsə nahiyəsinin əzilmişsıyrılmış yaraları, sağ və sol çiyin nahiyələrinin qançırları, qapalı kəllə beyin travması, beyin qışaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sol ənsə çuxurunda sınıq. Bu xəsarətlərdən başın sol ənsə nahiyəsinin əzilmiş-sıyrılmış yaraları, qapalı kəllə beyin travması, beyin qışaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sol ənsə çuxurunun sınığı ölümündən bir qədər əvvəl bərk küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 19 oktyabr 2024-cü il tarixdə baş nahiyəsinə daşla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli, hansı ki, onun ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. sağ və sol çiyin nahiyələrinin qançırları küt əşya təsirindən Əziz Salayevin ölümündən bir qədər əvvəl, müxtəlif şəraitdə, o cümlədən dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, törənmə müddəti 19 oktyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Əziz Salayevin ölümünə səbəb başın küt travmasından törənmiş beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar olmuşdur. Əziz Salayevin ölümü onun meyitinin meyitxanadakı müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. Əziz Salayevin bədəni üzərində olan xəsarətlər özü tərəfindən yetirilə bilməzdi. Əziz Salayevin aldığı xəsarətlər öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gələ bilməzdi. Əziz Salayevin yaranmış xəsarətləri aldıqdan sonra qısa zaman müddətində sərbəst və məqsədyönlü hərəkət edə bilərdi. Əziz Salayev xəsarət yetirilən zaman sol yan və arxa tərəfi xəsarəti yetirən şəxsə tərəf olmuşdur. Əziz Salayevin meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 0,6 % qatılığında etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. İşdə olan, məhkəmə-lifli ekspertizasının 06 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs və X3 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Əziz Salayevə məxsus şalvarın üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 manat təşkil edir. İşdə olan, məhkəmə-trasoloji ekspertizasının 29 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvarın, bir ədəd puloverin səthində zədə yoxdur. X3 məxsus bir ədəd jaketin sol yan hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə zədəsidir. Təqdim edilmiş jaketin səthində olan zədə müxtəlif şəraitlərdə yarana bilər. Əziz Salayevə məxsus bir ədəd şalvarın, bir ədəd jiletin, bir ədəd köynəyin səthində zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında, hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik,xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional vəziyyətində qəzəb, hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirtməmişdir. İşdə olan, “Respublika Narkoloji Mərkəzi” X20 04 noyabr 2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında “Opoid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji (dispanser- 5 illik) qeydiyyatdadır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin halhazırda abstiensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətdə olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetdə 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, zərərçəkmiş şəxs X3 məxsus olmuş bir ədəd qısaqol jilet, bir ədəd jaket, bir ədəd köynək, bir ədəd şalvar və Təqsirləndirilən şəxs məxsus olan bir ədəd şalvar və bir ədəd jaket iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Salyan rayon prokurorluğun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Mirzağa Salayevin, şahidlər Şahid1 və Şahid2 ifadələri, eləcə də Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Əziz və Elşənin mübahisə edib dalaşmalarını görməməsi, hadisə yerinə sonradan getməsi, Əzizin nədən ölməsini bilməməsi, Əzizin Elşəni söyməsin və vurmasının, Elşənin də Əzizi vurmasının, eləcə də Əzizin hansı şəriatdə xəsarət alaraq ölməsi barədə onun heç bir məlumatının olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, Təqsirləndirilən şəxs ifadəsi, eləcə də tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunduğundan məhkəmə Şahid3 ifadəsinin qeyd olunan hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi öz mülahizələrinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (hadisə olan günü zərərçəkmiş şəxs Əziz Salayevlə mübahisə etməməsi, dalaşmaması, aralarında baş vermiş mübahisə zamanı Əziz Salayev onu vursa da, onun Əziz Salayevi vurmaması, X10 (Şahid3la) mübahisə edib dalaşması, yerdən daş götürüb Əzizin arxasınca atmaması, Əzizi daşla vurmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün onların dediyi kimi, həm də “anlaqsız vəziyyətdə” olmaqla ifadə verməsi, yəni Əzizi daşla vurmasını bildirməsi, əslində isə belə halın olmaması və Əzizin baş nahiyəsində gördüyü xəsarətin hansı şəraitdə ona yetirilməsini bilməməsi, ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Mirzağa Salayevin, şahidlər Şahid1 və Şahid2 ifadələri, eləcə də Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi (şahidlər ifadələrində mübahisə zamanı Təqsirləndirilən şəxs yerdən daş götürüb Əziz Salayevə tərəf atmasını və daşın Əzizin baş nahiyəsinə dəyməsini göstərmişlər) maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi hallar, yəni hadisə olan günü zərərçəkmiş şəxs Əziz Salayevlə mübahisə etməməsi, dalaşmaması, aralarında baş vermiş mübahisə zamanı Əziz Salayev onu vursa da, onun Əziz Salayevi vurmaması, X10 (Şahid3la) mübahisə edib dalaşması, yerdən daş götürüb Əzizin arxasınca atmaması, Əzizi daşla vurmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün onların dediyi kimi, həm də “anlaqsız vəziyyətdə” olmaqla ifadə verməsi, yəni Əzizi daşla vurmasını bildirməsi, əslində isə belə halın olmaması və Əzizin baş nahiyəsində gördüyü xəsarətin hansı şəraitdə ona yetirilməsini bilməməsi, ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Mirzağa Salayevin, şahidlər Şahid1 və Şahid2 ifadələri, eləcə də Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi (şahidlər ifadələrində X21 Səmədovun mübahisə edib dalaşmaları, Əzizin Elşəni nalayiq ifadələrlə söyməsini, Elşənin yerdən daş götürüb Əzizə tərəf atması və daşın Əzizin baş nahiyəsinə dəyməsini gördüklərini bildirmişlər), maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Ay işığı” mağazasının anbarının təhlükəsizlik kameralarından götürülmüş videogörüntülərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün halları təsdiq etməklə yerdən götürüb atdığı daşın Əziz Salayevin baş nahiyəsinə dəydiyini bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində daşla Əziz Salayevi vurmasını göstərməsi və həmin ifadəsinin sonradan ittihamın əsasını təşkil edən sübutlardan biri kimi qəbul edilməsini əsassızdır və Təqsirləndirilən şəxs həmin ifadəni hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Salyan Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs izahatında Əziz Salayevi öldürmək niyyətinin olmamasını, fiziki baxımdan Əziz Salayevdən daha zəif olduğuna görə özünü qorumaq məqsədi ilə yerdən götürdüyü daşı ona tərəf tullamışdır. Hadisədən dərhal sonra tibbi yardımın göstərilməsi məqsədilə təcili tibbi yardım çağırmış, sonra Əziz Salayev vəfat etmiş, bundan sonra mərhumun qardaşına bu barədə məlumat vermişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Salyan Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Salyan Rayon Məhkəməsinin 16 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 06 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Salyan Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 9 ay 16 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və 02 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 16 aprel 2013-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 31 may 2022-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan və hazırda məhkumluğu olmasına baxmayaraq CM-nin 18.4.4-cü maddəsinə əsasən hazırki əməlinə münasibətdə onun əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Salyan RİHB-nın Salyan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Salyan şəhər, F.Məlikov küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, həmçinin mövsümi işlərlə bağlı ərazidən kənarda işləyib yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2010-ci il təvəllüdlü X11 və 2016-cı il təvəllüdlü X12 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsi və vurması) təsiri altında törədilməsi həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Həmçinin istintaq orqanı təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə digər şəxslərlə birlikdə kömək etməyə cəhd etməsi hərəkətlərini, yəni su gətirməsi, təcili tibbi yardıma zəng etməyə çalışması və qaçaraq zərərçəkənin qardaşına bu barədə məlumat verməsini CM-nin 59.1.11-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan hərəkətlərini CM-nin 59.1.11-ci maddəsində göstərilən “təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması” müddəasına uyğun hal kimi qəbul edilməsini əsassız hesab edib həmin xüsusatları cəzanı yüngülləşdirən hal kimi qəbul etmir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən yoxdur. İşdə olan, Salyan RİHB-nın Salyan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, mərhumzərərçəkmiş şəxs-10 mart 1973-cü il təvəllüdlü X1 şəhər, Ə.Hüseynzadə küçəsi, ev 95-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 126.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun ittiham olunduğu CM-nin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, CM-nin 60.1-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 126.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərərçəkmiş şəxs Əziz Salayevə məxsus olmuş bir ədəd qısaqol jilet, bir ədəd jaket, bir ədəd köynək, bir ədəd şalvar və Təqsirləndirilən şəxs məxsus olan bir ədəd şalvar və bir ədəd jaket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-219 (iki yüz on doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Salyan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, zərərçəkmiş şəxs X3 məxsus olmuş 1 (bir) ədəd qısaqol jilet, 1 (bir) ədəd jaket, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd jaket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-219 (iki yüz on doqquz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar