Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-218/2023 10.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X6 oğlunun sədrliyi ilə, hakimlər – X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxtda qanunsuz olaraq əldə edilib, saxlanılmış və daşınmış, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında gizlədilmiş külli miqdarda, -254,216 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi satış məqsədi ilə əldə etməkdən ötrü 27 oktyabr 2022-ci il tarixdə saat 23:35 radələrində cinayətdən xəbərsiz Şahid3 idarə etdiyi «Chevrolet Aveo» markalı **- CE-*** dövlət nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, Azpetrol YDM-nin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən həmin narkotik vasitə bir ədəd bağlamada olmaqla onun əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 27 oktyabr 2022-ci il tarixdə Biləsuvar şəhərində olan Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığından narkotik maddə götürməli olduğundan həmin gün saat 19 radələrində tanışı, taksi sürücüsü Şahid3 “vatsapp” proqramı vasitəsi ilə mesaj yazaraq dostu ilə görüşəcəyini, dostunun ona pul verəcəyini bildirib onu Azpetrolun yaxınlığına aparmasını xahiş etmişdir. Sonra Şahid3 onun dalınca gəlmiş və Azpetrolun yanına getmişlər. Bir neçə dəqiqə orada qaldıqdan sonra Fuada dostunun gəlmədiyini bildirib geri qayıtmışlar. Bir neçə dəqiqədən sonra o yenə Şahid3 “vatsapp” vasitəsi ilə mesaj yazaraq onu Azpetrolun yaxınlığına aparmasını xahiş etmişdir. Həmin əraziyə çatdıqdan sonra Fuada dostunu gözləmək lazım olduğunu demişdir. Şahid3 maşından düşərək maşının motorxanasında su qabını düzəltməyə başlamış, o isə maşından uzaqlaşaraq yerdə içərisində narkotik maddə olan bağlamanı götürüb maşına qayıtmışdır. Fuadla birlikdə geri qayıtdıqda X7 avtomobilinin Fuada maşını saxlamağı işarə etməsini görüb qorxudan üzərində olan narkotik maddəni atmışdır. Polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə gətirmişlər. Şöbədə qarşısına narkotik vasitə olan bağlama qoyaraq ona məxsus olduğunu bildirmişlər. Polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olmadığını desə də ona fikir verilməmiş, üzərindən aşkar olunmayan narkotik vasitənin ona məxsus olması sənədləşdirilmişdir. Polis şöbəsində ona təqdim edilən bağlama götürdüyü bağlama olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, adını bilmədiyi İran vətəndaşı ilə danışmış, onunla İnstaqram sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. İranlı ilə aralarında narkotik vasitə barədə yazışması olmuşdur. O, İranlı ilə İnstaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olub onun mobil telefonunun nömrəsini almış. Bir gün İranlı ilə vatsap proqramı vasitəsi ilə danışmış, sonra bir müddət danışmamışdır. Saxlanılmamışdan bir gün qabaq İranlı ona zəng edərək dediyi yerdən narkotik maddə götürüb Bakı şəhərində deyəcəyi adama çatdırmağını təklif etmiş, o da onun sözlərinə aldanmışdır. İranlı ona görəcəyi işin müqabilində taksi pulundan əlavə 150-200 manat miqdarında pul verəcəyini vəd etmişdir. İranlı ona Azərbaycanda köməkçisi olduğunu, həmin adamın narkotik vasitəni harasa qoyub ona yerini deyəcyini bildirmişdir. O birinci dəfə “Azpetrol”un yaxınlığına gedib bir müddət orada gözlədiyi vaxt İranlı ona hələ narkotik vasitənin əraziyə qoyulmadığını bildirmiş, ona görə də geri qayıtmış, ikinci dəfə zəng edib narkotik vasitənin əraziyə qoyulduğunu bildirmişdir. Polislər maşına «saxla» işarəsi verdikdən sonra maşının saxlanmasından təxminən 10 saniyə qabaq qorxub üzərində olan narkotik vasitəni Bolqar çayın üstündən keçəndə maşının pəncərəsini açıb körpüdən atmışdır. İranlı ona bağlamada 50 qram narkotik vasitə olacağını demiş, həmin bağlamanı götürəndə çəkisinin az olduğunu hiss etmişdir. Polis şöbəsində içərisində narkotik vasitə olan bağlama onun cibinə qoyulmuş, cibinə qoyulan narkotik vasitə götürdüyü narkotik vasitə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü tam təqsirli bilsə də polislərin maşına «saxla» işarəsi verdikdən sonra maşının saxlanmasından təxminən 10 saniyə qabaq qorxub üzərində olan narkotik vasitəni Bolqar çayın üstündən keçəndə maşının pəncərəsini açıb körpüdən atması, İranlının ona götürəcəyi bağlamada 50 qram narkotik vasitə olacağını deməsi, həmin bağlamanı götürəndə çəkisinin az olduğunu hiss etməsi, polis şöbəsində içərisində narkotik vasitə olan bağlamanın onun cibinə qoyulduğunu, cibinə qoyulan narkotik vasitənin onun götürdüyü narkotik vasitə olmadığı barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu hissədə ifadəsinin araşdırılan digər sübutlarla təsdiq olunmadığına, işin hallarına uyğun gəlmədiyinə görə əldə etdiyi narkotik vasitənin çəkisini az göstərmək məqsədilə özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, 27 oktyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 23:30 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu “CHEVROLET AVEO” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri ərazisində əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra X7nin əməkdaşları tərəfindən həmin avtomobil “Balharı” çayının yaxınlığında saxlanılmışdır. Avtomobildə olan Təqsirləndirilən şəxs və sürücü Şahid3 avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. X3 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, həmin axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq içərisindəki narkotik vasitə heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə əldə etdiyini və pul qarşılığında Bakı şəhərində onun deyəcəyi ünvana aparacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitəni “Balharı” çayının yaxınlığına atması halını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin qrupunun tərkibinə o da daxil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs içərisində olduğu “CHEVROLET AVEO” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil onlar tərəfindən müşahidəyə götürülmüş və DYPB-nin əməkdaşları tərəfindən “Balharı” çayının üzərində quraşdırılmış körpünün yaxınlığında saxlanılmışdır. Həmin maşına yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs, avtomobilin sürücüsü Şahid3 avtomobillə birlikdə RPŞ-nə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə əldə etdiyini və pul qarşılığında Bakı şəhərində onun deyəcəyi ünvana aparacağını bildirmişdir. Bundan sonra həmin bükülüyə baxış keçirilərək qablaşdırılmış və protokol tərtib olunmuşdur. Bundan sonra Şahid3 idarə etdiyi “CHEVROLET AVEO” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə hər hansı bir qeyri-qanuni əşya və ya narkotik vasitə aşkar edilməmişdir. O, Şahid3 üzərində baxış keçirilən zaman orada iştirak etməmiş, onları saat 23:30 radələrində saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci ildə saat 19 radələrində qonşusu Təqsirləndirilən şəxs ona “vatsapp” proqramında mesaj yazaraq onu Biləsuvar rayonunda yerləşən Azpetrolun yanına aparmasını xahiş etmiş, Tehrişi həmin yerə aparmışdır. Tehrişdən kimi gözləməsini soruşmuş, o, Bakı şəhərindən dostunun gəldiyini və ona pul verəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra heç kimin gəlmədiyini görüb Tehrişə işi olduğunu deyərək onu evinə aparıb öz işinə getmiş, həmin vaxt Tehriş ona 5 manat pul vermişdir. Bir müddətdən sonra Tehriş mesaj yazaraq onu yenidən həmin yerə aparmağını xahiş etmişdir. Tehrişin dalınca gedib onu götürüb Azpetrol yanacaq doldurma məntəqəsinin arxasında yerləşən küçəyə aparmışdır. Taksi sürücüsü olduğu üçün Tehrişdən ora getməsinin səbəbini soruşmamış, yolda Tehriş ona maşını saxlamasını, kənara çəkilib gələcəyini demişdir. Tehrişə maşının nasaz olduğunu deyib o, gələnə qədər maşının motorxanasına baxmış, orada olan su qabına su əlavə etmiş, həmin vaxt Tehriş kənara gedib təxminən 3 dəqiqə sonra qayıtmış, onun əlində heç nə olmamış və maşina oturub geri qayıdarkən dayandıqları yerdən 200-300 metr aralandıqdan sonra polis əməkdaşları maşını saxlamağı işarə etmişlər. Həmin vaxt Tehriş ona üzərində narkotik vasitə olduğunu, maşını saxlamamasını demiş, o isə avtomobili yolun sağ hissəsində saxlamış, polis əməkdaşları yaxınlaşaraq onları rayon polis şöbəsinə aparmışlar. Onun üzərinə və maşınına baxış keçirilmiş, heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. O maşının motorxanasını açanda Tehriş yanında olmuş, motorxananı bağlayanda da Tehrişi orada görmüş, sonuncu ona getmələrini demiş, həmin ərazidə çoxlu maşınlar hərəkət etdiyindən Tehrişin yanına hər hansı maşınının gəlmə səsini eşitməmiş, maşının motorxanası açıq olduğu üçün Tehrişin yanında hansısa maşının dayanmasını görməmişdir. Polislər onları saxlayanda narkotrik vasitəyə görə saxladıqlarını bildirmişlər. Onların üzərinə ayrı-ayrı otaqlarda videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X2 28 oktyabr 2022-ci il tarixli 19/1132 №-li ekspert rəyindən görünür ki, « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözləri və imzalar olan bir ədəd paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -254,216 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert rəyinin qeyd hissəsində heroinin təmiz çəkisinin – 254,216 qram, tədqiqata sərf olunduğu çəkinin -0,05 qram, qalığın -254-166 qram olduğu göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə barədə 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoymuş və təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroinin özünə məxsus olmasını və həmin narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşının ona Bakı şəhərində deyilən adresə qoyacağını bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və 270 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Müdafiəçi2 və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. O, şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçi2la birlikdə tanış olub imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı bir ədəd “İPHONE” markalı mobil telefon aşkar olunub götürülmüşdür. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış keçirilməsi haqqında 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd mobil telefon korpusu qara rəngli olmaqla ”İPHONE” markalıdır. Telefonda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** saylı nömrəsi vardır. Telefonun «zənglər», «mesajlar», şəkillər, vatssap və instagram proqramlarına baxış keçirilmişdir. Telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman isə adı İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********44 saylı mobil nömrəsindən 27 oktyabr 2022-ci il tarixdə aşağıdakı səs yazılarının və mesajların göndərmələri müəyyən edilmişdir: -İran vətəndaşı: Mən malı götüzdürürəm, dolamısan sən məni. -İran vətəndaşı: qardaş canım sənə qurban götürdün, get sağlamat, onu apar keçən dəfəki yerə qoydune həmin yerə qoy ki, gəlib rahat götürsünlər. Bir inşallah mən sənə pul göndərəcəm, qardaşın səni pis vəziyyətdə qoymayacaq. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 25482 nömrəli məktubla daxil olmuş diskə əsasən zənglərə baxış keçirilməsi haqqında 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki,***-***-**-** mobil nömrəsini Təqsirləndirilən şəxs istifadə etmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: xx.xx.2022-ci il tarixdə saat 05:45:17-də +994-50- 707-81-92 saylı nömrədən +994-50-825-65-27 nömrəsinə (Vatsap daha lazim deyil?) otun olsa getirib verersen yoxdusa da canin sagolsun yazdiqlarimi oxu. Ozunen muqaet ol sagol) smsi göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan, yəni 27 oktyabr 2022-ci il tarixdə, saat 23:35 dəqiqədən tutulmuş hesab edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halı, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-də saxlanılan təqsirləndirilən şəxsdən götürülmüş ümumilikdə -254,216 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -254,166 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İPHONE” markalı mobil telefonun isə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə -254,216 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -254,166 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İPHONE” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-218/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-218/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver