Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-218/2024 02.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Masallı rayounda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonu, Bədəlan kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan vaxtda İran İslam Respublikası vətəndaşı “Səccad” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılığa əsasən İİR vətəndaşı “Səccad” adlı şəxs tərəfindən istintaqa dəqiq məlum olmayan tarixdə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan torpaq xəndəkdə gizlətdiyi külli miqdarda, yəni 6885,0 qram narkotik vasitə qurudulmuş marixuana (bundan sonra- qurudulmuş marixuana) barədə sonuncu tərəfindən “WhatsApp” mobil tətbiq proqramı vasitəsilə ona məlumat verildikdən sonra xx.xx.2023-cü il tarixdə saat 20 radələrində əvvəllər tanımadığı, taksi fəaliyyətilə məşğul olan Şahid11 idarə etdiyi “Vaz-21074 minik” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Bədəlan kəndindən Qəriblər kəndinə gələrək, həmin kənd ərazisində yerləşən asfalt yolun kənarında gizlədilmiş 1 ədəd ağ-qara zolaqlı kisə torbada olan külli miqdarda marixuananı götürüb qeyd edilən avtomobilin arxa sərnişin oturacağına qoyub satış məqsədilə daşıyaraq Masallı şəhəri istiqamətində hərəkət edərkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşlarının 31 iyul 2023-cü il tarixdə saat 20 radələrində keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin qismində olduğu “Vaz-21074 minik” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobildə Masallı rayonu Qəriblər kəndində saxlanılaraq Masallı şəhəri H.Əliyev prospekti 99 ünvanında yerləşən Masallı RPŞ-nin inzibati binasının həyətinə gətirilib orada “Vaz-21074 minik” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin yük yerindən 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1320,0 qr; - 1020,0 qr; -795,0 qr; -870,0 qr; - 1110, 0 qr; -930,0 qr: -840,0 qram: ümumi təmiz çəkisi: - 6885,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan 4 gün əvvəl iranlı bir şəxs “WhatsApp” şəbəkəsində ona səs atmış, o, həmin şəxsin kim olduğunu soruşduqda səs göndərən şəxs iranlı olduğunu, lakin Bakı şəhərində olduğunu demişdir. Həmçinin danışıq əsnasında iranlı şəxs ona Masallı rayonu Qəribli kəndi ərazisinə bir torba qoyacaqlarını bildirmiş, gedib götürməyi və 4-5 gün saxladıqdan sonra onun deyəcəyi yerə qoymağı təklif etmişdir. O, da narkotik istifadəçisi olduğundan ona da narkotik veriləcəyini fikirləşmiş, buna görə də iranlı şəxsin dediyi vaxtda həmin narkotik vasitəni gedib götürmüşdür. Həmin narkotik vasitəni götürməkdə məqsədi satış olmamış, həmin narkotikdən öz istifadəsi üçün götürmək olmuşdur. Bundan əvvəl o, iranlı şəxsin onun üçün Masallı rayonu ərazisində yolun kənarına qoyduğu 2 qram 01 bükümdə marixuana və 01 bükümdə metamfetamini də götürmüş, həmin narkotik vasitələrin əvəzində iranlı şəxsin göndərdiyi hesab kartına əvvəlcə 110 manat, daha sonra isə 120 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, iranlı şəxs narkotik vasitənin 8 kiloqram olacağını, həmin narkotikin üstündən özü üçün götürməyi, qalanını da deyəcəyi yerə qoymağı təklif etmişdir. Həmin narkotik vasitənin neçə bükümdə olacağını deməmişdir. Narkotiki götürmək üçün tanımadığı, Masallı–Boradigah marşurutu işləyən taksiylə getmiş və ona on manat pul vermişdir. Lakin taksi sürücüsünə narkotik vasitə göstürəcəyini deməmiş, sürücüyə tanışının onun üçün qoyduğu köhnə paltarlar götürəcəyini demişdir. İranlı şəxs ona “Kapital Bankın” kart nömrəsini göndərmiş, lakin qəbzi özündə saxlamamış, kart nömrəsi də yadında qalmamışdır. Tutulmamışdan 4-5 gün qabaq iranlı şəxsə pul göndərmişdir. Taksi sürücüsünü əvvəllər görmüş, lakin onunla heç bir əlaqəsi olmamışdır. İranlı şəxs ona zəng edəndə Bakıda olduğunu demiş, lakin narkotik vasitəni İrandan göndərəcəyini və ya Bakı şəhərindən göndərəcəyi barədə hər hansı söz deməmişdir. Heç vaxt İran İslam Respublikasına getməmiş, pasportu da olmamışdır. Əməlindən də peşmandır. İranlı şəxsə narkotiki göndərməsi və həmin narkotiki götürəcəyi barədə hər hansı vəd verməmişdir. İranlı şəxs Azərbaycan Respublikası ərazisində adamı olduğunu və həmin adam vasitəsi ilə narkotik vasitəni dediyi yerə qoyduğunu bildirmiş, həmin narkotik vasitəni İrandan keçirəcəyi barədə ona heç nə deməmişdir. İranlı şəxs göndərdiyi narkotik vasitədən nə qədər götürəcəyini deməmiş, lakin o, həmin narkotikdən çox götürməyi fikirləşmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və psixi təsir göstərilməmiş, saxlanılarkən də səmimi olaraq hər şeyi etiraf etmiş və düzgün ifadə vermişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ilkin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 Rüstam oğlu ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, uzun müddətdir ki, “VAZ-21074 minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 31 iyul 2023-cü il tarixdə axşam saat 20 radələrində o, Masallı rayon, Rüdəkənar kəndindən gələrkən Bədəlan kəndi ərazisində olarkən əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona əl edərək saxlamış, ona Masallı rayon, Qəriblər kəndi ərazisinə getmək lazım olduğunu bildirmişdir. O, Elməddinə gediş haqqının 10 manat olacağını bildirmiş, Elməddin də razılaşmışdır. Onu Qəriblər kəndinə aparmış, bir qədər dediyi yerdən irəli sürdürmüş, o, etiraz etdikdə Elməddin beş manat da əlavə pul verəcəyini demiş, o , da maşını sürmüşdür. Həmin ərazidən bir qədər irəli getdikdə Elməddin onu avtobus dayanacağının yanında saxlamağı xahiş etmiş, maşını saxladıqdan sonra Elməddin yerə düşmüş və beş dəqiqəyə qayıdacağını demişdir. O, maşında gözləmiş, üç-dörd dəqiqə sonra Elməddin əlində çanta geri qayıtmış və maşında arxa oturacaqda əyləşmişdir. O, həmin şəxsdən çantada nə olmasını soruşduqda Elməddin çantada paltarları olduğunu bildirmişdir. O, isə sonuncuya beş nəfərlik ailəsinin olduğunu, qanunsuz nəsə olarsa onu “işə” salmamağı bildirmiş, Elməddin isə narahat olmamağı bildirmişdir. O, geri qayıdarkən yol polis əməkdaşları onları saxlamış və Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində maşına baxış keçirilərkən maşındakı çantadan narkotik aşkarlanmış, Elməddin də həmin narkotikin ona aid olduğunu, iranlı şəxsin dediyi yerdən götürdüyünü və iranlı şəxsin deyəcəyi yerə qoyacağını, taksi sürücüsü kimi onun bu işə aidiyyatının olmadığını bildirmişdir. Şahid11 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yol uzaq olarkən o, Elməddindən şübhələnmiş, ona xəbərdarlıq etmiş, lakin Elməddin hər hansı narkotik götürəcəyi barədə ona deməmişdir. Elməddin onun maşınına Bədəlan kəndində oturmuş, Qəriblər kəndinə gedərkən telefonla məşğul olmuş, lakin telefonla danışmamışdır. Yol boyu Elməddinlə heç bir söhbəti olmamışdır. Elməddin çantanı maşına qoyduqdan sonra heç bir qoxu hiss etməmişdir. Polis şöbəsində baxış keçirilərkən görümüşdür ki, çantada 7 ədəd sellofana bükülmüş bükülü olmuşdur. Həmin çanta “jılka”dan olmuş, üzərində hər hansı palçıq olmamışdır. Elməddinlə əvvəllər hər hansı telefon əlaqəsi olmamışdır. Maşınla gedərkən Elməddin ön oturacaqda, qayıdarkən isə arxa oturacaqda oturmuşdur. Polis əməkdaşları onu saxlayarkən Elməddin ona maşını saxlamamağı təklif etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 31 iyul 2023-cü il tarixdə Masallı rayonu, Bədəlan kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin Masallı rayonu ərazisindən tranzit kimi istifadə etməklə “VAZ-21074” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşınması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında 31 iyul 2023-cü il tarixdə təxminən saat 20 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində xidmətdə olan RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “VAZ-21074 minik” markalı **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılmış, avtomobilin sürücüsü, sonradan Şahid11 olduğunu bildiyi şəxsə avtomobil ilə birlikdə Masallı RPŞ-nin avtomobillərin müvəqqəti saxlama duracağına aparılmış, həmçinin sürücü və sərnişin Təqsirləndirilən şəxs da polis şöbəsinə aparılmışdır. RPŞ-nin inzibati binasının yerləşdiyi həyətdə videoçəkiliş aparılmaqla Şahid1 idarə etdiyi və Təqsirləndirilən şəxs sərnişin qismində olduğu **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşıb arxa sərnişin oturacağının qapısını açmış və orada olan 1 ədəd ağ-qara zolaqlı kisəni iştirakçılara təqdim etmişdir. Həmin kisəyə baxış keçirilərkən 07 ədəd ayrı-ayrılıqda bükümlərdə narkotik vasitə olan marixuanaya bənzər bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı İran İslam Respublikası vətəndaşı “Səccad” adlı şəxsin Masallı rayonu, Qəriblər kəndi ərazisində qoydurduğunu, həmin külli miqdarda narkotik vasitənin 4 kiloqram 500 qramını onun sonradan deyəcəyi şəxsə verəcəyini, qalan 3 kiloqram 500 qramını isə sonradan nə etməli olduğunu deyəcəyini demiş və sürücü Şahid11 avtomobilinin arxa sərnişin oturacağında kisədə narkotik vasitə marixuana daşımasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və avtomobilə baxış keçirilərkən heç bir hala etiraz etməmiş, əməlini tam olaraq etiraf etmiş, hər hansı müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid10 və Şahid5, RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid8 və Şahid9 da Şahid2 və Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin məsul növbətçisi Şahid6 31 iyul 2023-cü il tarixdə Masallı RPŞ-də növbətçi olduğunu, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, sonuncunun saxlanılıb polis şöbəsinə gətirilərkən avtomobilə baxış keçirilərkən iştirak etdiyini və həmin avtomobildən 7 bükümdə bir çantada narkotik vasitə olduğunu gördüyünü, həmin narkotik vasitənin də Təqsirləndirilən şəxs özünə məxsus olduğunu qeyd etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, istifadə etməsi, satması, daşımasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 31 iyul 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı avtomobildən götürüb könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (i.v. 5-9; 18-20; 36-38) -“Baxış keçirilməsi və götürmə haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, “VAZ-21074 minik”markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis şöbəsinin inzibati binasının həyətində baxış keçirilmiş,baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağından bir ədəd bağlamanı təqdim edərək bildirdi ki, həmin bağlamada qurudulmuş marixuana vardır. Həmin bağlama açıldıqda içərisində 7 ədəd üzəri yapışqan lentə bükülmüş bükümlərin olması müəyyən edilmiş, ümumi çəkiləri 7 kq 610 qram olması müəyyən edilmişdir. (i.v. 18-20) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24-25 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 31 iyul 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı maddə, əşya və ya predmet aşkar edilməmişr. Lakin üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i.v. 36-36-38) -Məhkəmə bioloji ekspertizasının 01 avqust 2023-cü il tarixli, 19/763 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs “VAZ-21074 minik”markalı **-LR-*** d.q.n-lı avtomobilin arxa sərnişin oturacağında təqdim etdiyi narkotik vasitə olan marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1320,0 qr; -1020,0 qr; - 795,0 qr; -870,0 qr; - 1110, 0 qr; -930,0 qr: -840,0 qram: ümumi təmiz çəkisi: -6885,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi – 6885 qram, cəmi tədqiqata sərf edildi – 0.7 qram, qalıq -6884,3 qramdır .(i.v. 66-68) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 89-90) -Masallı rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 4(050)-85/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 110-112) -“maddi sübut kimi tanıma” haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, “Vaz-21074 minik” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-6884,3 qram narkotik vasitə olan marixuana maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Masallı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 130) -Masallı rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 5(050)-172/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin Masallı RPŞ-nin əməliyyat müəvəkkili Şahid2 31 iyul 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v.143-144) - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMCdən alınmış məktubdan görünür ki, +**********02 nömrəsi İran İslam Respublikasının “İran MCİ” mobil şəbəkəsinə məxsusdur. (i.v.154) - “mobil telefona baxış keçirilməsi” haqqında 26 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefon nasaz vəziyyətdə olduğundan və telefonun ekran görüntüsü açılmadığından baxış keçirilməsi mümkün olmamışdır. (i.v.158-159) - “Telefon məlumatlarına baxış keçirilməsi” haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsində daxil olan və çıxan telefon zənglərinə, eləcə də smslərə baxış keçirilərkən iş üçün əhəmiyyətli hal müəyyən edilməmişdir. (i.v. 183) - Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-ci il tarixli, 2666 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pisixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. (i.v. 231-233) - Məhkəmə-tibbi ekspertizasının 02 avqust 2023-cü il tarixli, 728 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. (i.v. 237-238) -Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2023-cü il tarixli, 777 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 239) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri cinayət işi ayrılmışdır. ( i.v. 269-270) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 273-275) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini, narkotik vasitələrin satışı ilə bağlı hər hansı şəxslə əlbir olmadığını, yalnız öz istifadəsi üçün narkotik vasitə götürəcəyinə görə gizlədilmiş yerdən götürdüyü narkotik vasitəni ona deyiləcək yerə aparacağını və hər hansı satış niyyətinin olmadığını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi (hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etməməsi istisna olmaqla) həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri ( narkotik vasitənin satışı ilə bağlı məqsədinin olmadığı hissədə) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində ilkin ifadələrində, həmçinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman şifahi izahatında, eləcə də təqsirləndirilən şəxs kimi ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin narkotik vasitəni ona “Səcdad” adlı İİR vətəndaşı göndərdiyini, həmin narkotik vasitəni götürüb daşıdığını və iranlı şəxs deyəcəyi yerə aparmağı qarşılığında ona narkotik vasitə veriləcəyi bildirldiyini, həmin şəxslə razılaşdığını, Masallı RPŞ-də ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, hər hansı formada təzyiq edilmədiyini bildirmişdir Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə barədə, narkotik vasitəni qanunsuz əldə etməsi və s. hallar barədə ətraflı izahat və ifadələr vermiş, məhkəmə baxışı dövründə verdiyi həmin ifadələri təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş, lakin “Səccad” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu, Qəriblər kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan torpaq xəndəkdə gizlədilmiş narkotik vasitəni götürərək satış məqsədi ilə saxlamış, daşımışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – qurudulmuş marixuananı əldə edib, saxlaması və daşıması onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrində göstərdiyi kimi, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra müvafiq olaraq ümumi təmiz çəkisi 6885 qram olmaqla şəxsi istehlak miqdarından və həmin narkotik vasitənin külli miqdarından dəfələrlə artıq miqdar təşkil edən qurudulmuş marixuananı Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etməsi, daşıması və saxlaması, eləcə də həmin narkotik vasitəni satmaq məqsədilə daşıması əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yaranır, buna görə də qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, sonuncuya qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi etirafedici izahat və ifadəsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11, Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid9 və Şahid10 ifadələri, “baxış keçirilməsi haqqında” 31 iyul 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fizikikimyəvi ekspertizasının 01 avqust 2022-ci il tarixli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 140-141; 181-182) - Ədliyyə Nazirliyi Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü xx.xx.2022-ci il tarixdə İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum həmin tarixdə qeydiyyata düşmüşdür. 13 oktyabr 2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 02 ay 03 gün cəza çəkmiş, xx.xx.2022-ci il tarixdən axtarışa verildiyi üçün cəza çəkməmişdir. Odur ki, Təqsirləndirilən şəxs çəkilməmiş 01 il 09 ay 23 gün cəzası qalmışdır. (i.v. 178) -Masallı rayon İcra hakimiyyəti Başçısının Bədəlan kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 06 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 168; ). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinsə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 iyul 2023-cü il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı (i.v. 110-112) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2023-cü il tarixli, 777 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6884,3 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və sərnişini olduğu avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi Note 11” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Masallı rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin madi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6884,3 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və sərnişini olduğu avtomobilə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş 02 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-218/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-218/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver