Məhkəmə qərarları › İş №1(099)-219/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-219/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-219/2022 11.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi3 Cəlal oğlu, Müdafiəçi2 və Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi1 oğlunun iştirakı ilə,

1. xx xxxx 1998-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad şəhəri, F.Əhmədov küçəsi, ev 13-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 31 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi,

2. xx xxxxxx 1985-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Q.İsmayılov küçəsi, ev 15 B-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 31 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, 04 avqust 2021-ci ildə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və

3. xx xxx 1970-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayon məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 35-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 01 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 29 iyul 2021-ci ildə saat 12 radələrində Cəlilabad şəhəri, Q.İsmayılov küçəsi ərazisində tanışı ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 20 (iyirmi) manat pul verməklə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,461 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 29 iyul 2021-ci ildə saat 17 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, H.Məmmədov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş halda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq 28 iyul 2021-ci ildə tanışı, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 külli miqdarda -2,083 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və - 4,049 qram psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, əldə etdiyi narkotik vasitə heroinin 0,461 qram hissəsini 29 iyul 2021-ci ildə, saat 12 radələrində Cəlilabad şəhəri, F.Əhmədov küçəsində tanışı Təqsirləndirilən şəxs1 20 manat satmış, həmin gün saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Q.İsmayılov küçəsi ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə heroindən 1,622 qram hissəsi və 4,049 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,891 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5,332 qram psixotrop maddə olan metamfetamin əldə edib daşımaqla üzərində saxlamış, 28 iyul 2021-ci ildə Cəlilabad şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs2 50 manat pulun müqabilində narkotik vasitə heroindən 2,083 qram hissəsini, psixotrop maddə olan metamfetamindən isə 4,049 qram hissəsini satmış, 30 iyul 2021-ci ildə, saat 09 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Təbriz küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd gümüşü rəngli kağız parçasına bükülmüş halda, satış məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 0,808 qram hissəsi, eləcə də psixotrop maddə metamfetaminin 1,283 qram hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildir narkotik vasitə heroini tüstüsünü udmaqla istifadə etməyə başlamış, istifadə etdiyi narkotik vasitəni onunla qonşu küçədə yaşayan tanışı, Təqsirləndirilən şəxs2 pul müqabilində əldə etmiş, sonuncu dəfə 29 iyul 2021-ci ildə saat 12 radələrində Əfqanla görüşərkən ona 20 manat pul verib ondan bir ədəd bükülüdə narkotik vasitə heroin alaraq əynində olan şalvarın cibinə qoymuş, həmin gün saat 17 radələrində Cəlilabad şəhəri, H.Məmmədov küçəsində piyada gedərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, sorğu-sual zamanı narkotik vasitəni Əfqan adlı şəxsdən 20 manat aldığını bildirmişdir. Narkomaniya xəstəlyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 iyul 2021-ci ildə, saat 11 radələrində Cəlilabad şəhəri, Q.İsmayılov küçəsində piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, axşam saat 22 radələrinə kimi polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təzyiqlər olduğundan və ailəsi ilə hədələndiyindən məcbur qalıb onun adından yazılan ifadəsinə vəkilin iştrakı ilə imzalamış, Namiqdən narkotik almamış və Hilala narkotik vasitə satmamış, özünü narkotik vasitə istifadə etməkdə təqsirli bildiyini, istifadə etdiyi narkotiki kimdən almasını xatırlamadığını bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də ifadəsində üzərinə baxış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, onları Təqsirləndirilən şəxs3 aldığını, sonuncu dəfə xx.xx.2021-ci ildə Təbriz küçəsində Namiqə 10 manat pul verməklə ondan bir büküm narkotik vasitə heroin əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qonşusu olmaqla münasibətləri yaxşı olmuş, hadisə baş verən gün polis əməkdaşları onu yaşadığı evindən götürərək polis şöbəsinə aparmış, polis şöbəsində 5-6 nəfər polis əməkdaşı ona təzyiq göstərib onu ailəsi ilə təhdid etdiyindən məcbur olaraq onun adından yazılan ifadələrə imza etmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamış, ondan narkotik vasitə almamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhərində olarkən tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manat pul verməklə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin əldə etmiş, narkotik vasitə və psixotrop maddəni üzərində saxlayaraq hərdən istifadə etmiş, əldə etdiyi narkotik vasitə heroinin kiçik bir hissəsini 28 iyul 2021-ci ildə təmənnasız olaraq Təqsirləndirilən şəxs2 vermiş, 30 iyul 2021-ci ildə saat 09 radələrində Cəlilabad şəhəri, Təbriz küçəsində yaşadığı evdən çıxıb piyada gedərkən Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, polis şöbəsində üzərinə baxış keçirilərkən üzərində olan bir büküm metamfetamini və bir büküm heroini şalvarının sol yan cibindən çıxarıb polis əməkdaşına təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə Cəlilabad RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 29 iyul 2021-ci ildə Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilib orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə baxış keçirilərkən, Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 29 iyul 2021-ci ildə yaşadığı küçədə qonşusu Əfqan adlı şəxsdən əldə etdiyini bildirmiş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şhöbəsində müdafiəçinin iştirakı ilə sonunucunun üzərinə baxış keçirilərkən sonuncu əynində olan şalvarın cibindən bir ədəd üzərinə “Rothmans” yazılmış siqaret qutusunu çıxarıb həmin qutunun içərisindən bir bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər və bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb onlara təqdim edərək həmin narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələri Namiq adlı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını, lakin, onlardan istifadə etmədiyini bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs3 30 iyul 2021-ci ildə saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs3 də üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxslər istər saxlanılarkən, istərsə də polis şöbəsinə gətirilərkən onlara qarşı heç bir təsir və ya təyziq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid2 analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 iyul 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 iyul 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibindən üzərinə “Rothmans” yazılmış siqaret qutusunun içərisindən bir bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər və bir bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 30 iyul 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülümüş narkotik vaistə olan heroinə bənzər maddə və 01 ədəd şəffaf sellofana yerləşdirilməklə gümüşü siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 iyul 2021-ci il tarixli, 19/706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,461 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: - heroinin ümumi təmiz çəkisi – 0,461 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi -0,411 qramdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 iyul 2021-ci il tarixli, 19/708 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm metamfetaminə bənzər kütlə və 1 büküm heroinə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,622 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükülüdə təmiz çəkisi -4,049 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm metamfetaminə bənzər kütlə və 1 büküm heroinə bənzər kütlə” və “Vət. X3 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan 2 ədəd zərfdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: - heroinin ümumi təmiz çəkisi – 1,622 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -1,572 qram, metamfetaminin ümumi təmiz çəkisi – 4,049 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi -3,999 qram təşkil edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 iyul 2021-ci il tarixli, 19/709 nömrəli rəyindən görünüır ki, tədqiqata təqdim edilmiş üzərində: “ Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm metamfetaminə bənzər kütlə və 1 büküm heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,808 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükülüdə təmiz çəkisi -1,283 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm metamfetaminə bənzər kütlə və 1 büküm heroinə bənzər kütlə....”, “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm metamfetaminə bənzər kütlə və 1 büküm heroinə bənzər kütlə” və “Vət. X3 üzərindən aşkar olunaraq götürülmüş 1 büküm metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan 3 ədəd zərfdəki metamfetaminlər və heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: - heroinin ümumi təmiz çəkisi – 0,808 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -0,758 qramdır.metamfetaminin ümumi təmiz çəkisi – 1,283 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi -1,233 qram təşkil edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2021-ci il tarixli, 19/1121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində: “xx.xx.2021 Rəy № 19/708....” və “xx.xx.2021 Rəy №19/706” sözlər və imzalar olan 2 ədəd zərfdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 795 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları olub, lakin, hal-hazırda müayinə zamanı Nəsirov X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 797 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 796 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 avqust 2021-ci il tarixli 566 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 avqust 2021-ci il tarixli 568 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 sağ və sol bazu oynağı nahiyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlğa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 avqust 2021-ci il tarixli 567 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 alt dodaq nahiyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın/əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlğa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 189 və 193 saylı 18 avqust 2021-ci il tarixli qərarlarından görünür ki, vət. Təqsirləndirilən şəxs1 və X4 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsinin 25 avqust 2021-ci il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi barədə müraciətinə baxılmış və CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra 1,572 qram narkotik vasitə olan heroin, 3,999 qram psixotrop maddə olan metamfetamin, 0,758 qram narkotik vasitə olan heroin, 1,233 qram psixotrp maddə olan metamfetamin, 0,411 qram narkotik vasitə olan heroin Cəlilabad rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış keçirilməsi və götürmə haqqında istintaq hərəkətinin videoçəkilişləri əks etdirilmiş 03 ədəd DVD disklər cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi etirafedici, digər təqsirləndirilən şəxslərin isə məhkəməyədək icraat zamanı verdikləri qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq onların ifadələrində göstərdikləri xüsusatlara məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, onların ifadələrində göstərdikləri bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1,622 qram narkotik vasitə heroin və 4,049 qram psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 0,808 qram narkotik vasitə heroin və 1,283 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etmişlər. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrin daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli isə CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Nəsirov X6 rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cu maddəsi əsasən 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkməmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 18 aprel 2022ci il tarixli 78\2021-30-11 nömrəli məktubundan və Cəlilabad rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, «8 Noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Cəlilabad rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış və hazırda onun 1 (bir) il, 11 (on bir) ay, 11 (on bir) gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Cəlilabad rayon məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay 4 (dörd) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 24 avqust 2021-ci il tarixli qərarı ilə 21 iyun 2021-ci il tarixə çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 3 (üç) gün hissəsi Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X9 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə X8 təyin edilmiş 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 11 (on bir) ay, 11 (on bir) günü yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Hilal Nəsirliyə təyin edilmiş 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 11 (on bir) ay, 11 (on bir) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 11 (on bir) ay, 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 2 (iki) il 6 (altı) ay 4 (dörd) gün müddətdə azadlığın məhdudlaşdırılmasının, həmin məhkəmənin 24 avqust 2021-ci il tarixli qərarı ilə 21 iyun 2021-ci il tarixə çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 3 (üç) gün hissəsinin Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Cəlilabad rayon məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 1 (bir) il 2 (iki) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmasını əsaslı sayır. Belə ki, Cəlilabad rayon məhkəməsinin 31 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 29 iyul 2021-ci ildən, həmin məhkəmənin 01 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 həbsetmənin əvvəli 30 iyul 2021-ci ildən və həmin məhkəmənin 31 iyul 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 30 iyul 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, 04 avqust 2021-ci il tarixli qərarla həbs qətimkan tədbiri ev dustaqlığı qətmkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilidiyi dövrdə ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verildiyindən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. İş materiallarına əlavə edilmiş 04 avqust 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Nəsirov X6 şəhəri, F.Əhmədov küçəsi, ev 13-də qeydiyyatda qeydiyyatda olmaqla valideynləri, qardaşı və bacısı ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 04 avqust 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində heç bir yerdə işləməyən arvadı və bir azyaşlı uşağı ilə birgə ünvan 2 ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 05 avqust 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə ünvan 3 ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun cinayətin açılmasına, həmçinin digər iştirakçılarının ifşa edilməsinə köməklik göstərməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən qanunla müəyyən edimiş qaydada, eləcə də təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi- 0,416 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,411 qram narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş ümumi çəkisi 1,622 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,572 qram narkotik vasitə heroin və ümumi çəkisi 4,049 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 3,999 qram psixotrop maddə olan metamfetamin, eyni zamanda Təqsirləndirilən şəxs3 götürülmüş 2 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,885 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,758 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi -1,283 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,233 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslərin üzərində aparılan “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətlərinin videogörüntüləri olan 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 375 (üç yetmiş beş) manat hər birindən 125 (yüz iyirmi beş) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Cəlilabad rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 11 (on bir) ay, 11 (on bir) günün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 11 (on bir) ay, 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Cəlilabad rayon məhkəməsinin 10 mart 2021-ci il tarixli, 1(073)-74/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş və çəkilməmiş 1 (bir) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi- 0,416 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,411 qram narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş ümumi çəkisi 1,622 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,572 qram narkotik vasitə heroin və ümumi çəkisi 4,049 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 3,999 qram psixotrop maddə olan metamfetamin, eyni zamanda Təqsirləndirilən şəxs3 götürülmüş 2 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,885 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,758 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi -1,283 qram, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,233 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxslərin üzərində aparılan “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətlərinin videogörüntüləri olan 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 375 (üç yüz yetmiş beş) manat hər birindən 125 (yüz iyirmi beş) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3t oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3t oğluna hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar