Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-219/2024 31.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Sabirabad rayonu Cəngən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 2-ci dərəcəli əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Nəsimi küçəsi ev 40-da qeydiyyatda olmaqla Sabirabad rayonu Cəngən kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının axırında yaşadığı Sabirabad rayonu Cəngən kəndində yerləşən evinin həyətyanı sahəsində torpağı şumlayraq həmin sahədə qanunusz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda - 38 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 15 iyul 2023-cü il tarixdə saat 14:52 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı Sabirabad rayonu Cəngən kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman, oradan 38 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 130000,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən 10 ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin yanvar ayında Sabirabad rayonu Cəngən kəndi ərazisində Kür çayının sahilində piyada hərəkət edən zaman yerdə 01 ədəd qara rəngli sellofan bükümdə qurudulmuş marixuana və çətənə bitkilərinin toxumlarını tapmışdır. Həmin marixuanadan istifadə etmiş, toxumları isə əkmək qərarına gəlmişdir. 2023-cü ilin aprel ayının axırında həmin çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Həmin toxumlardan 38 ədəd çətənə bitkiləri bitmişdir. Həmin bitkilərə mütəmadi olaraq qulluq etmiş, ətrafındakı alaq otlarını təmizləyib, su vermişdir. Bitkilər boyümüşlər. 15 iyul 2023cü il tarixdə evdə olduğu zaman polis əməkdaşları yaşadığı evin həyətə gələrək narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məlumat aldıqlarını, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını demişdirlər. O, ərizə yazaraq yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həyətyanı sahəsinə hal şahidlərinin və aqronomun iştirakı ilə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər sayılmış və ümumilikdə çətənə bitkilərinin sayının 38 ədəd olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. 38 ədəd çətənə bitkiləri torpaqdan çıxarılıb sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənmişdir. Çətənə bitkilərini öz istifadəsi üçün əkib yetişdirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Sabirabad Rayon Polis Şöbəsində Cinayət axtarış bölməçsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 iyul 2023-cü il tarixdə Sabirabad rayonu Cəngən kənd sakini Təqsirləndirilən şəxs Əlövsət oğlunun yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərini əkilib-becərilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyataxtarış tədbirləri həyata keçirilməklə həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs özünün, polis əməkdaşlarının, hal şahidlərinin və aqronom mütəxəssisin iştirakları ilə baxış keçirilərkən həyətdə yerləşən bağçada 38 ədəd köküstə, yaşıl çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərə aqortexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. Bitkilər köklərindən çıxarılmaqla qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Sabirabad rayonu Cəngən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə işləyir. 15 iyul 2023-cü il tarixdə həmin kəndin sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə polis işçiləri tərəfindən baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı həyətdə bağ sahəsində 38 ədəd əkilib becərilmiş çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkiləri öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. 15 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və videoçəkilişdən görünür ki, Sabirabad rayonu Cəngən kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, 38 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 16 iyul 2023-cü il tarixli, 18/730 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 38 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 130000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 38 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6049 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad Rayon İHB-nin Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 2016-cı il təvəllüdlü nəvəsi Rahilə Babazadə onun himayəsindədir, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 018228 nömrəli vəsiqədin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs iş üzrə 15 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 38 ədəd çətənə (kannabis) bitkilərini əkib becərərək yetişdirib kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs azyaşlı nəvəsinin onun himayəsində olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən, 2-ci dərəcəli əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 38 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 38 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-219/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-219/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver