Məhkəmə qərarları › İş №1(099)-22/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-22/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-22/2022 28.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxxxx 1954-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ağcabədi şəhəri, üzrə Üzeyir Hacıbəyli adına X12 direktor vəzifəsində işləmiş, məhkumluğu olmayan, Ağcabədi şəhəri, 28 May küçəsi, fərdi evdə kirayədə yaşayan, 15 iyul 2021-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Aslan oğlu vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla şəxsən və qeyrisi vasitəsilə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə 10 aprel 2013-cü il tarixli, 83-K saylı əmrlə Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına X16 direktor vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 oktyabr 2010-cu il tarixli, 490 saylı əmri ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə 29 aprel 2015-ci il tarixli, 2 saylı qərarı ilə təsdiq edilmiş “X13 Əsasnaməsi”nə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11 mart 2019-cu il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “X13 Əsasnaməsi”nə əsasən Mərkəzin bütün fəaliyyətinə rəhbərlik etmək, tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək, onların arasında iş bölgüsünü təşkil etmək, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, Mərkəzin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görmək, tədris planları və proqramlarının tam yerinə yetirilməsinə, təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək, müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul etmək, müəllimləri qanuna müvafiq qaydada işdən azad etmək, Şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühasibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü və müəllimin ixtisasına uyğun dərs yükü bölgüsünü aparmaq, müəllimlərin tarifləşmə cədvəlini hazırlamaq, mərkəzdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə müəllim vəzifəsinə qəbul edilməsi üçün ona müraciət edən qohumu Şahid12 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini 2013-cü ilin avqust ayında Şahid12 Mərkəzin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid12 X12 müəllim vəzifəsinə təyin edilməsi haqqında 16 sentyabr 2013-cü il tarixli, 37 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2013-cü ilin sentyabr ayından şəxsən, 2020-ci ilin sentyabr ayından etibarən isə mərkəzdə kargüzar işləməklə cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına X12, özünün tabeliyində müəllim, kargüzar və digər vəzifələrdə işləyən şəxslərdən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni təyinatı üzrə vəzifələrinin icrasına davam etmələri, habelə müəllimlərə münasibətdə, əlavə olaraq, dərs saatlarının azaldılmadan saxlanılması müqabilində Mərkəzin ünvan 2 ünvanında yerləşəninzibati binasındakı xidməti otağında, imtina etdikləri təqdirdə onlarla bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad etmək və müəllimlərə münasibətdə, əlavə olaraq, tədris etdikləri dərs saatlarının miqdarını azaltmaqla əlaqədar sənədləşdirmənin aparılması ilə onlara hədə-qorxu tətbiq etməklə, həmin şəxslərdən özü üçün birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə, o cümlədən səs müəllimi işləyən Şahid9 2013-cü ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayınadək hər ay 30 (otuz) manat olmaqla 2.520 (iki min beş yüz iyirmi) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 400 (dörd yüz) manat, 2018-ci ilin sentyabr ayında 300 (üç yüz) manat, 2019-cu ilin sentyabr ayında 250 (iki yüz əlli) manat olmaqla 950 (doqquz yüz əlli) manat, cəmi 3.470 (üç min dörd yüz yetmiş) manat, qarmon müəllimi işləyən Şahid10 2013-cü ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla 4.450 (dörd min dörd yüz əlli) manat, əlavə olaraq, 2015-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2016-cı ilin sentyabr ayında 600 (altı yüz) manat, 2017-ci ilin sentyabr ayında 1.000 (min) manat, 2018-ci ilin sentyabr ayında 1000 (min) manat, 2019cu ilin sentyabr ayında 700 (yeddi yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 4.600 (dörd min altı yüz) manat, cəmi 9.050 (doqquz min əlli) manat, qarmon müəllimi işləyən Şahid12 2013-cü ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək hər ay 40 (qırx) manat olmaqla 3.120 (üç min bir yüz iyirmi) manat, əlavə olaraq, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, cəmi 3.620 (üç min altı yüz iyirmi) manat, fortepiano müəllimi işləyən Şahid3 2014-cü ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək hər ay 30 (otuz) manat olmaqla cəmi 2.280 (iki min iki yüz) manat, səs müəllimi işləyən Şahid15 2015-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək hər ay 30 (otuz) manat olmaqla cəmi 2.160 (iki min bir yüz altmış) manat, fortepiano müəllimi işləyən Şahid24 2015-ci ilin sentyabr ayından 2020-ci ilin may ayınadək hər ay 30 (otuz) manat olmaqla cəmi 1.680 (bir min altı yüz səksən) manat, tar müəllimi işləyən Şahid22 2015-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 40 (qırx) manat olmaqla 2.600 (iki min altı yüz) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 600 (altı yüz) manat, 2018ci ilin sentyabr ayında 700 (yeddi yüz) manat, 2019-cu ilin sentyabr ayında 600 (altı yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 2.700 (iki min yeddi yüz) manat, cəmi 5.300 (beş min üç yüz) manat, səs müəllimi işləyən Şahid8 2015-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 40 (qırx) manat olmaqla cəmi 2.520 (iki min beş yüz iyirmi) manat, fortepiano müəllimi işləyən Şahid16 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla cəmi 2.050 (iki min əlli) manat, səs müəllimi işləyən Şahid11 2017-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək hər ay 50 (əlli) manat olmaqla cəmi 1.950 (bir min doqquz yüz əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2019-cu ilin sentyabr ayında 500 (beş yüz) manat, 2020-ci ilin sentyabr ayında 500 (beş yüz) manat olmaqla 2.000 (iki min) manat, cəmi 3.950 (üç min doqquz yüz əlli) manat, qarmon müəllimi işləyən Şahid23 2017-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayınadək hər ay 50 (əlli) manat olmaqla 1.050 (bir min əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 2.000 (iki min) manat, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat olmaqla 2.500 (iki min beş yüz) manat cəmi 3.550 (üç min beş yüz əlli) manat, tar müəllimi işləyən Şahid4 2017-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək hər ay 50 (əlli) manat olmaqla 1.950 (bir min doqquz yüz əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 1.500 (bir min beş yüz) manat, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2019-cu ilin sentyabr ayında 300 (üç yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 3.100 (üç min bir yüz) manat, cəmi 5.050 (beş min əlli) manat, qarmon müəllimi işləyən Şahid20 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla cəmi 2.050 (iki min əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 1.000 (bir min) manat, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2019-cu ilin sentyabr ayında 500 (beş yüz) manat, 2020-ci ilin sentyabr ayında 500 (beş yüz) manat olmaqla 2.500 (iki min beş yüz) manat, cəmi 4.550 (dörd min beş yüz əlli) manat, tar müəllimi işləyən Şahid5 2019-cu ilin sentyabr ayından 2020-ci ilin aprel ayınadək hər ay 30 (otuz) manat olmaqla 210 (iki yüz on) manat, əlavə olaraq, 2019-cu ilin sentyabr ayında 800 (səkkiz yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 1.600 (bir min altı yüz) manat, cəmi 1.810 (bir min səkkiz yüz on) manat, Mərkəzdə xadimə işləyən Şahid7 2017-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayınadək hər ay 20 (iyirmi) manat olmaqla cəmi 980 (doqquz yüz səksən) manat, təsərrüfat müdürü işləyən Şahid17 oğlundan 2019-cu ilin fevral ayından 2021-ci ilin fevral ayınadək hər ay 20 (iyirmi) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat, kargüzar işləyən Şahid1 2019-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 20 (iyirmi) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat, operator işləyən Şahid2 2020-ci ilin sentyabr ayından 2021ci ilin fevral ayınadək hər ay 20 (iyirmi) manat olmaqla cəmi 100 (yüz) manat, ümumilikdə Mərkəzin adları qeyd edilən 18 nəfər əməkdaşından külli miqdar təşkil edən 52.940 (əlli iki min doqquz yüz qırx) manat məbləğində pul vəsaitini Mərkəzin Ağcabədi şəhərində yerləşən inzibati binasında hədə-qorxu tətbiq etməklə təkrarən özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib almaqla, həmçinin, eyni niyyətlə, tədris etdikləri dərs saatlarını azaldacağını bildirib qeyd edilən inzibati binada hədə-qorxu tədbiq edərək, razılıqlarına nail olduğu təqdirdə bunu etməyib, dərs saatlarını artırmaq müqabilində Şahid12 2018-ci ilin noyabr ayında 1.000 (min) manat, Şahid15 2019-cu ilin sentyabr ayında 500 (beş yüz) manat, Şahid19 2020-ci ilin noyabr ayında 2.000 (iki min) manat olmaqla, cəmi 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini Mərkəzin Ağcabədi şəhərində yerləşən inzibati binasında hədə-qorxu tətbiq etməklə təkrarən özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəməklə, ümumilikdə qeyd edilən qaydada maddi nemət olan cəmi 56.440 (əlli altı min dörd yüz qırx) manat məbləğində pul vəsaitini hədəqorxu tətbiq etməklə təkrarən özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə rüşvət qismində istəyib, həmin niyyətlə 52.940 (əlli iki min doqquz yüz qırx) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə vakant olan fortepiano müəllimi vəzifəsinə Şahid3 işə qəbul edilməsi müqabilində bununla əlaqədar köməklik göstərilməsi üçün özünə müraciət edən sonuncunun atası Şahid14 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini 2014-cü ilin sentyabr ayında Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə 2014-cü ilin sentyabr ayında maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid14 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid3 X12 fortepiano müəllimi vəzifəsinə təyin edilməsi haqqında 15 sentyabr 2014-cü il tarixli, 68 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə vakant olan səs müəllimi vəzifəsinə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid8 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini 2015-ci ilin iyun ayında Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında təkrarən rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə 2015-ci ilin iyun ayında maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid8 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid8 X12 səs müəllimi vəzifəsinə təyin edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 117 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə təsərrüfat müdürü vəzifəsinə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid17 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini 2016-cı ilin iyun ayındaMərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında təkrarən rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə 2016-cı ilin iyun ayında maddi nemət olan 1.000 (min) manat məbləğində pul vəsaitini Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid17 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid17 Qarabağ X6 müdürü vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2019-cu il tarixli, 255 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə vakant olan operator vəzifəsinə X2 işə qəbul edilməsində köməklik göstərilməsi məqsədilə özünə müraciət edən sonuncunun qardaşı Şahid21 Nərgiz Həsənovanın həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini 2019-cu ilin mart ayında Mərkəzin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında təkrarən rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid21 2019-cu ilin mart ayında 1.000 (min) manat, həmin ilin avqust ayında 1.200 (min iki yüz) manat olmaqla, iki dəfəyə ümumilikdə maddi nemət olan 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün X5 X12 operator vəzifəsinə təyin edilməsi haqqında 02 avqust 2019-cu il tarixli, 280 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə operator vəzifəsinə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid2 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.600 (min altı yüz) manat məbləğində pul vəsaitini 2020ci ilin may ayındaMərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə 2020-ci ilin may ayında maddi nemət olan 1.600 (min altı yüz) manat məbləğində pul vəsaitini kirayədə yaşadığı Ağcabədi şəhəri, 28 may küçəsindəki fərdi yaşayış evində Şahid2 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid2X12 operator vəzifəsinə təyin edilməsi haqqında 11 may 2020-ci il tarixli, 338 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə Şahid6 işə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən sonuncunun atası Şahid13 Şahid6 həmin Mərkəzdə işlə təmin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini 2020-ci ilin noyabr ayında X13 ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə X13 qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid13 2020-ci ilin mart ayında 1.500 (min beş yüz) manat, 2021-ci ilin yanvar ayında 1.000 (bir min) manat olmaqla,iki dəfəyə ümumilikdə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid6 Qarabağ X6 müdürü vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2021-ci il tarixli, 377 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11 mart 2019-cu il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Üzeyir Hacıbəyli adına X8 əsasnaməsinə əsasən Mərkəzin Mədəniyyət Nazirliyinin tabeliyində olmaqla Nazirliyin mərkəzləşdirilmiş büdcəsindən, yəni dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisəsi olmasına baxmayaraq, 2015-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə Mərkəzdə müəllimə işləyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 özünə olan inam və etibarlarından sui-istifadə edərək guya X13 inzibati binasının təmirə ehtiyacının olmasına və X13 mütəmadi təsərrüfat xərclərinin qarşılanması üçün pul vəsaitlərinin toplanmasına zərurət olduğunu yalandan bildirərək inandırıb aldatmaqla Zərərçəkmiş şəxs1 2015-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 3.250 (üç min iki yüz əlli) manat, Zərərçəkmiş şəxs2 2016-cı ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayınadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 2.400 (iki min dörd yüz) manat, Zərərçəkmiş şəxs3 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında onlardan alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə həmin şəxslərə məxsus cəmi 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Aslan oğlu ona Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2013-cü ilin aprel ayından 2021-ci ilin fevral ayına kimi Üzeyir Hacıbəyli adına X8 direktoru vəzifəsində işləmişəm. Dərs bölgüsünə o, nəzarət etsə də tədris bölgüsünə onun heç aidiyyəti olmamış, heç kimin dərs saatların azaltmamış və heç kimdən pul almamış, Şahid12 qohumu olduğundan onu işə qəbul etmiş, lakin ondan pul almamış, Muğam mərkəzində görülən təmir işləri ilə bağlı öz hesabından pul xərləmişdir. Onun regional idarə ilə arasında konflikt yarandığından bütün bu işlər təşkil edilmişdir. İşlədiyi müddətdə düzgün işləmiş, hətta heç bir töhmət belə almamış, hər hansı bir qanunsuzluğa yol verməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2014-cü ildən X12 fortepiano müəllimi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs X13 mütəmadi olaraq təmirə ehtiyacı olduğunu, həm bu məqsədlə həm də təsərrüfat xərclərinin qarşılanması üçün hər ay ona əmək haqqını aldıqdan sonra 50 manat məbləğində pul verməli olduğunu bildirmiş, o, da sonuncuya inandığı üçün 2015-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay əmək haqqını aldıqdan sonra mütəmadi olaraq və könüllü qaydada 50 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızı istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş müsabiqə vasitəsilə X12 musiqi nəzəriyyəsi müəllimi təyin edilmiş, həmin vaxtdan etibarən X13 direktoru Təqsirləndirilən şəxs mütəmadi olaraq hər ay şəxsən, 2020-ci ilin sentyabr ayından etibarən isə Mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə 50 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında onu öz xidməti otağına çağıraraq X13 təmirə ehtiyacı olduğunu, təmir və təsərrüfat xərclərinin qarşılanması üçün hər ay ona 50 manat məbləğində pul verməli olduğunu bildirmiş, o, da 2019-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayına kimi hər ay Təqsirləndirilən şəxs əmək haqqını aldıqdan sonra 50 manat məbləğində pul vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, X13 direktoru Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayında onu öz xidməti otağına çağıraraq Mərkəzin təmir edilməsi və təsərrüfat xərclərinin qarşılanması üçün hər ay ona 50 manat məbləğində pul verməli olduğunu bildirmiş, o da Təqsirləndirilən şəxs inandığı üçün sonuncu ilə bu barədə mübahisə etməmiş, könüllü qaydada ona şəxsən hər ay 50 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs heç vaxt onu hər hansı səbəbdən hədələməmiş, hədələyərək ondan pul tələb etməmiş, sadəcə hər ay 50 manat məbləğində pul verməyini istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2019-cu ildən hal-hazıradək X6 müdiri vəzifəsində işləyir. 2016-cı ilin iyun ayında X12 işə qəbul edilmək üçün direktor Təqsirləndirilən şəxs müraciət etmiş, xidməti otağında təkbətək söhbət edən zaman sonuncu onu işə qəbul etmək üçün 1000 manat məbləğində pul istəmiş, o da məcbur qalıb onun tələbi ilə razılaşaraq 2016-cı ilin iyun ayında 1000 manat məbləğində pulu sonuncunun xidməti otağında ona vermiş, ondan bir neçə gün sonra işə çıxmış, Təqsirləndirilən şəxs 3 il ərzində onun işə qəbul edilməsi ilə bağlı əmr verməmiş, pulu ondan aldıqdan təxminən 3 il sonra, yəni 01 fevral 2019-cu ildə 255 saylı əmrlə onu təsərrüfat müdiri vəzifəsinə təyin etmiş, işə qəbul edildikdən sonra direktor ondan əlavə olaraq hər ay 20 manat məbləğində pul verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə onu işdən çıxarmaqla hədələmiş, o, da məcbur olub 2019-cu ilin fevral ayından 2021-ci ilin fevral ayınadək 20 manat məbləğində pulu şəxsən Təqsirləndirilən şəxs özünə xidməti otağında, 2020-ci ilin sentyabr ayından etibarən isə Mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə vermiş, sonuncu dəfə pulu 2021-ci ilin yanvar ayında vermişdir. X9 Mərkəzdə işə qəbul olunması üçün Təqsirləndirilən şəxs 2019-cu ilin mart və avqust aylarında olmaqla iki dəfəyə qaynı Şahid21 ümumilikdə 2200 manat məbləğində pul almış, Rüstəm pulu direktora xidməti otağında şəxsən vermiş və buna dair səs yazısı qeydə almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid20 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayından X7rmon müəllimi işləyir. 2017-ci ilin sentyabr ayından etibarən Mərkəzin direktoru Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələmiş, hər ay ondan 50 manat məbləğində pulu rüşvət qismində şəxsən istəmiş, həmin tarixdən hər ay 50 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında, 2020-ci ilin sentyabr ayından sonra isə Mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə direktora vermişdir. Aylıq 50 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs hər ay mütəmadi olaraq 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək vermişdir. Təqsirləndirilən şəxs ondan hər dərs ilinin sentyabr ayında dərs saatını kəsməklə hədələyərək bunu etməmək üçün ondan pul vəsaitləri tələb etmiş, konkret olaraq bu məqsədlə 2017-ci ilin sentyabr ayında 1000 manat, 2018-ci ilin sentyabr ayında 500 manat, 2019-cu ilin sentyabr ayında 500 manat, 2020-ci ilin sentyabr ayında 500 manat məbləğində pul vəsaitlərini öz xidməti otağında ondan istəyərək almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2015-ci ilin yanvar ayından imtahan əsasında X12 səs müəllimi vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə işləyir. Müəllim təyin olunduqdan sonra ilkin olaraq ona 12 saat minimum dərs saatı yazılmış, daha sonra dərs saatları 20 saata qaldırılsa da 2019-cu ilin sentyabr ayında Mərkəzin direktoru Təqsirləndirilən şəxs onu öz xidməti otağına çağıraraq 500 manat məbləğində pul verməyəcəyi təqdirdə dərs saatını kəsəcəyini bildirmiş, sonuncunun istədiyi məbləğdə pulu vermədiyi üçün dərs saatı azaldılmış, 2015-ci ilin fevral ayından etibarən Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını daha da azaltmaqla hədələyib hər ay ondan 30 manat məbləğində pul etdiyindən həmin tarixdən hər ay 30 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında özünə, 2020-ci ilin sentyabr ayından sonra isə Mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə 2021-ci ilin fevral ayınadək hər ay mütəmadi olaraq direktora vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2012-ci ildən X12 işləyir, həmin vaxt mərkəzin direktoru Aydın Niftəliyev olmuşdur. Təqsirləndirilən şəxs mərkəzə direktor təyin olunduqdan sonra 2013-cü ilin sentyabr ayından etibarən onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələyib hər ay ondan 50 manat məbləğində pul tələb etmiş, həmin vaxtdan hər ay 50 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında özünə, 2020-ci ilin sentyabr ayından sonra isə 2021-ci ilin fevral ayınadək Mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə ona vermişdir. Təqsirləndirilən şəxs ondan hər dərs ilinin sentyabr ayında dərs saatını kəsməklə hədələyərək bunu etməmək üçün ondan pul vəsaitləri tələb etmiş, konkret olaraq bu məqsədlə 2015-ci ilin sentyabr ayında 500 manat, 2016-cı ilin sentyabr ayında 600 manat, 2017-2018-ci illərin sentyabr ayında 1000 manat, 2019-cu ilin sentyabr ayında 700 manat və 2020-ci ilin sentyabr ayında 800 manat məbləğində pul vəsaitlərini sonuncunun xidməti otağında ona vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 Elburus oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2009-cu ilin yanvar ayından X12 səs müəllimi işləyir. 2013-cü ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayınadək hər ay Mərkəzin direktoru Təqsirləndirilən şəxs şəxsən təklikdə öz xidməti otağında 30 manat məbləğində pul vermiş, işlərini itirməkdən qorxduqları üçün o və iş yoldaşları Təqsirləndirilən şəxs istədiyi və özünün müəyyən etdiyi məbləği vermişlər. Təqsirləndirilən şəxs 2017-ci ildən sonra ona yazılan həftəlik dərs saatını 24 saatdan 18 saata endirmiş, dərs saatlarını bərpa etmək, dərs saatlarını azaltmamaq müqabilində ondan 2017-ci ilin sentyabr ayında xidməti otağında şəxsən 400 manat məbləğində, 2018-ci ilin sentyabr ayında 300 manat məbləğində, 2019-cu ilin sentyabr ayında 250 manat məbləğində pul vəsaitlərini istəyərək almış, 2020-ci ildən etibarən isə o, Təqsirləndirilən şəxs aylıq pul verilməsini dayandırdığı üçün sonuncu onun dərs saatını yenidən azaltmış, Təqsirləndirilən şəxs pulu şəxsən və kargüzar Şahid1 vasitəsilə yığmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2015-ci ilin sentyabr ayından etibarən Muğam Mərkəzində müəllim vəzifəsində işləyir. 2015-ci ilin iyun ayında işə qəbul olunmaq üçün Mərkəzinin direktoru Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu onu öz xidməti otağında təklikdə qəbul edərək Mərkəzdə səs müəllimi vəzifəsinə təyin edilməsi üçün ondan 3000 manat pul istəmiş, o, da razılaşaraq bir neçə gün sonra həmin məbləğdə pulu şəxsən özünə vermişdir. 2015-ci ilin noyabr ayından etibarən direktor onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələmiş, hər ay ondan 40 manat məbləğində pul tələb etmiş, həmin vaxtdan 2021-ci ilin fevral ayınadək hər ay 40 manat məbləğində pulu sonuncunun otağında ona vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında Muğam Mərkəzinə işə qəbul edilmək üçün anası Şahid18 ilə birlikdə direktor Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu onu operator vəzifəsinə qəbul etmək üçün 2000 manat məbləğində pul istəmiş, həmin məbləği verməyə imkanı çatmayacağını dedikdə sonuncu son olaraq məbləği 1600 manata salmağa razılaşmış, o, da 2020-ci ilin may ayında 1600 manat məbləğində pulu Mərkəzin yanında, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Ağcabədi şəhəri, 28 may küçəsindəki evində anası Şahid18 yanında onu X16 işə qəbul etməsi üçün Təqsirləndirilən şəxs özünə vermişdir. Pulu verdikdən bir neçə gün sonra, yəni 11 may 2020-ci il tarixdə operator vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla bağlı hədə-qorxu gələrək ondan hər ay şəxsən 20 manat məbləğində pulu 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək istəyərək öz xidməti otağında almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 da Şahid2 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid22 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2011-ci ildən X12 tar müəllimi vəzifəsinə qəbul edilmiş, həmin vaxt mərkəzin direktoru Aydın Niftəliyev olmuşdur. 2013cü ildə Təqsirləndirilən şəxs mərkəzə direktor təyin olunmuş, bundan sonra 2015-ci ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələmiş, hər ay ondan 40 manat məbləğində pulu rüşvət qismində öz xidməti otağında şəxsən istəməsi ilə əlaqədar həmin tarixdən hər ay 40 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında, 2020-ci ilin sentyabr ayından sonra isə mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə X12 vermişdir. 2015-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 40 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs dərs saatlarımın kəsilməsi ilə onu hədələyərək dərs saatlarının kəsilməməsi və əlavə dərs saatlarının yazılması müqabilində ondan təklikdə Muğam Mərkəzindəki xidməti otağında 2017-ci ilin sentyabr ayında 600 manat, 2018-ci ilin sentyabr ayında 700 manat, 2019-cu ilin sentyabr ayında 600 manat və 2020-ci ilin sentyabr ayında 800 manat məbləğində pul istəyərək almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2019-cu ildə Muğam Mərkəzinə kargüzar vəzifəsinə işə qəbul edilmiş, işə qəbul edildikdən sonra sentyabr ayında Təqsirləndirilən şəxs onu otağına çağıraraq hər ay ona 20 manat məbləğində pul verməli olduğunu, pulu verməyəcəyi təqdirdə onu işdən çıxarmaqla hədələmiş, o, da məcbur qalaraq 2019-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay əmək haqqından 20 manat məbləğində pulu Təqsirləndirilən şəxs tələbi əsasında onun xidməti otağında özünə şəxsən əlbəəl vermişdir. Təqsirləndirilən şəxs mütəmadi pul yığmasına görə narazılıq yaranmış, 2020-ci ilin sentyabr ayında sonuncu onu otağına çağıraraq pulları şəxsən özü almamaq üçün həmin aydan etibarən aylıq pulu onun toplamasını tapşırmış, buna qəti şəkildə etiraz etsə də, Təqsirləndirilən şəxs buna görə ona psixoloji təzyiq göstərməyə başlamış, əvvəlcə oturduğu otaqdan çıxarmış, sonra tələbini yerinə yetirməyəcəyi təqdirdə onu işdən azad edərək başqa şəxsi işə götürəcəyini bildirmiş, onu işdən çıxarmaqla hədələmişdir. Maddi imkanı yaxşı olmadığından və Təqsirləndirilən şəxs onu işdən çıxarmaq üçün bəhanə axtardığını, əvəzinə başqa şəxslərdən pul alaraq onun yerinə işə götürmək istədiyini ehtimal etdiyi üçün məcbur qalıb Təqsirləndirilən şəxs tələbini icra etmişdir. 2020-ci ilin sentyabr ayından etibarən demək olar ki, müəllimlərin hər birindən 30- 50 manat arası, texniki işçilərdən isə 20 manatdan toplayaraq Təqsirləndirilən şəxs şəxsən öz xidməti otağında vermiş, pul toplayarkən işçilər pulun hansı səbəbdən yığıldığı və Təqsirləndirilən şəxs verildiyi barədə məlumatlı olmuş, direktor onların hər birini işdən çıxarmaqla, dərs saatlarını azaltmaqla hədələyərək özünün müəyyən etdiyi məbləğdə aylıq pul vəsaitləri verməli olduqlarını onlara şəxsən demiş, ona görə də o, işçilərə əlavə heç nə deməmiş, onun funksiyası yalnız pul vəsaitlərini müəyyən edilmiş məbləğlərdə əməkdaşlardan toplamaq olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında pul toplayıb vermiş və 2021-ci ilin fevral ayında DTX-nin Ağcabədi rayon şöbəsinə ərizə ilə şikayət edərək Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid12 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2013-cü ilin avqust ayının ortalarında ildə X12 direktoru vəzifəsində işləyən və uzaq qohumu olan Təqsirləndirilən şəxs Mərkəzdə qarmon müəllimi vəzifəsinə işə qəbul edilmək üçün öz ərizəsi ilə müraciət etmiş, sonuncu ondan işə qəbul edilməsi üçün 600 manat məbləğində pul istəmiş, o, da bir neçə gün sonra 600 manat məbləğində pulu öz xidməti otağında təklikdə ona vermiş, pulu verdikdən bir neçə gün sonra öz əmri ilə onu işə qəbul etmişdir. 2013-cü ildə onun təqribən 17 saat həftəlik dərs saatı olmuş və o, təqribən 200-250 manat məbləğində əmək haqqı almış, 2013-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələyib hər ay ondan 40 manat məbləğində pul istəmiş, həmin vaxtdan 2020-ci ilin mart ayınadək həmin məbləğində pulu özünə, xidməti otağında vermiş, 2020-ci ilin sentyabr ayından etibarən isə həmin pulu hər ay mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə almışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında pul yığmış, fevral ayında isə barəsində olan şikayətlə bağlı pul yığmağı dayandırmışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayında öz xidməti otağında dərs saatlarının artırılması və mövcud olan dərs saatlarının azaldılmaması müqabilində ondan 500 manat məbləğində pulu öz xidməti otağında ondan istəmiş, o, da 2018-ci ilin sentyabr ayında sonuncunun tələb etdiyi 500 manat məbləğində pulu öz xidməti otağında ona təklikdə vermiş, bunun müqabilində Təqsirləndirilən şəxs onun dərs saatını artırmış, 2 ay həmin artıq məbləği aldıqdan sonra Təqsirləndirilən şəxs ona yenidən dərs saatının ixtisara düşdüyünü bildirmiş, artıq dərs saatını bərpa etmək üçün 2018-ci ilin noyabr ayında öz xidməti otağında təklikdə ondan yenidən 1000 manat tələb etmiş, lakin o, Təqsirləndirilən şəxs istədiyi pulu verməkdən imtina etdiyi üçün sonuncu onun dərs saatını kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2014-cü ildə iş axtararkən X12 xadimə işinə vakant yerin olduğunu eşitdiyi üçün həmin işə qəbul edilmək üçün ərizə ilə müraciət etmiş, direktor Təqsirləndirilən şəxs əmri ilə xadimə işinə qəbul edilmiş, həmin vaxt işə qəbul edilməsi müqabilində Təqsirləndirilən şəxs ona hər hansı tələb irəli sürməmiş və heç nə almamışdır. 2017-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onu xidməti otağında çağıraraq ondan hər ay ona 20 manat məbləğində pul verməyini tələb etmiş, pulu verməyəcəyi təqdirdə onu işdən çıxarmaqla hədələmiş, o, da məcbur olub 2017-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayınadək 20 manat məbləğində pulu şəxsən Təqsirləndirilən şəxs özünə xidməti otağında və 2020-ci ilin sentyabr ayından etibarən mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə vermiş, sonuncu dəfə pulu 2021-ci ilin yanvar ayında vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid23 Sakir oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş müsabiqə vasitəsilə X7rmon müəllimi vəzifəsinə işə qəbul edilmiş, 2017-ci ilin sentyabr ayından etibarən direktor Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələyib hər ay ondan 50 manat məbləğində pul istəmiş, həmin vaxtdan hər ay 50 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında ona vermişdir. 2017-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayınadək aylıq pul vəsaitini Təqsirləndirilən şəxs hər ay mütəmadi olaraq 50 manat məbləğində vermiş, 2019-cu ilin iyun ayından isə sonuncunun hədələrinə baxmayaraq aylıq pul vəsaitlərini verməyi dayandırmış, bundan sonra Təqsirləndirilən şəxs onun dərs saatlarını azaltmışdır. Təqsirləndirilən şəxs 2017 və 2018-ci ilin sentyabr aylarında dərs saatını kəsməklə hədələyərək bunu etməmək üçün onu öz xidməti otağına çağıraraq təklikdə ondan pul vəsaitləri tələb etmiş, konkret olaraq bu məqsədlə 2017-ci ilin sentyabr ayında 2000 manat, 2018-ci ilin sentyabr ayında 500 manat məbləğində pul vəsaitlərini öz xidməti otağında ondan təklikdə istəyərək almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş müsabiqə vasitəsilə X12 səs müəllimi vəzifəsinə işə qəbul edilmiş, 2017-ci ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələyib hər ay ondan 50 manat məbləğində pul istəmiş, həmin vaxtdan hər ay 50 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında və 2020-ci ilin sentyabr ayından etibarən mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə işdə vermişdir. 2017-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək aylıq pul vəsaitini Təqsirləndirilən şəxs hər ay mütəmadi olaraq 50 manat məbləğində vermişdir. Təqsirləndirilən şəxs 2017, 2018, 2019 və 2020-ci ilin sentyabr aylarında dərs saatını kəsməklə hədələyərək bunu etməmək üçün ayrıca olaraq öz xidməti otağına onu çağıraraq təklikdə ondan pul vəsaitləri tələb etmiş, konkret olaraq bu məqsədlə 2017-ci ilin sentyabr ayında 500 manat, 2018-ci ilin sentyabr ayında 500 manat, 2019-cu ilin sentyabr ayında 500 manat, 2020-ci ilin sentyabr ayında 500 manat məbləğində pul vəsaitlərini öz xidməti otağında ondan istəyərək almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid24 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2013-cü ildən X12 fortepiano müəllimi vəzifəsində işləyir. 2015-ci ilin sentyabr ayında direktor Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələyib hər ay ondan 30 manat məbləğində pulu şəxsən istəmiş, həmin vaxtdan hər ay 30 manat məbləğində pul vəsaitini şəxsən ona öz xidməti otağında vermiş, aylıq 50 manat məbləğindəki pul vəsaitini sonuncuya hər ay mütəmadi olaraq 2015-ci ilin sentyabr ayından 2020-ci ilin may ayınadək vermiş, 2020-ci ilin may ayında Təqsirləndirilən şəxsla mübahisə edərək sonuncunun hədələrinə baxmayaraq pul verməyi dayandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, orta-ixtisas təhsilini 2010-2014cü illərdə X17 “Fortepiano müəllimi” ixtisası üzrə aldıqdan sonra 2014-cü ildə X12 Fortepiano müəllimi vəzifəsində işləmək qərarına gəlmiş, bu məqsədlə həmin ilin sentyabr ayında atası Şahid14 Qarabağ Muğam Mərkəzin direktoru Təqsirləndirilən şəxs qəbulunda olaraq onu işə götürməsini xahiş etmiş, sonuncu atasından buna görə 2000 manat məbləğində pul istəmiş və atası bu barədə ona məlumat vermiş, atası onun işsiz qalmaması üçün məcbur qalıb Təqsirləndirilən şəxs istədiyi 2000 manat məbləğində pulu 2014-cü ilin sentyabr ayında öz xidməti otağında təklikdə sonuncuya vermiş, bir neçə gün sonra onun işə qəbul edilməsi barədə əmr verilmiş, Fortepiano müəllimi vəzifəsinə təyin edilmişdir. 2014-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələmiş, hər ay ondan 30 manat məbləğində pul istəmiş, həmin vaxtdan hər ay 30 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında təklikdə direktora vermişdir. 2014-cü ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək aylıq pul vəsaitini Təqsirləndirilən şəxs, vermiş, 2020-ci ilin sentyabr ayından etibarən isə sonuncu mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə almışdır Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş müsabiqə vasitəsilə X12 səs müəllimi vəzifəsinə işə qəbul edilmiş, 2019-cu ilin sentyabr ayından etibarən direktor Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələmiş, hər ay ondan 30 manat məbləğində pul istəmiş, həmin vaxtdan 2020-ci ilin aprel ayınadək hər ay mütəmadi olaraq 30 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında Təqsirləndirilən şəxs vermiş, 2020-ci ilin aprel ayında maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar direktora pul verilməsini onun hədələrinə baxmayaraq dayandırmışdır. Təqsirləndirilən şəxs 2019 və 2020-ci ilin sentyabr aylarında dərs saatını kəsməklə hədələyərək bunu etməmək və dərs saatlarının artırılması müqabilində ayrıca olaraq öz xidməti otağına onu çağıraraq təklikdə ondan pul tələb etmiş, konkret olaraq bu məqsədlə 2019 və 2020-ci ilin sentyabr ayında hər dəfə 800 manat məbləğində olmaqla həmin pulları sonuncu xidməti otağında ondan almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2013-cü ildə X12 direktor vəzifəsində işləyən və uzaq qohumu olan Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Mərkəzdə fortepiano müəllimi vəzifəsinə qəbul edilmiş, işə qəbul edildikdən sonra 2017-ci ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs onu işdən çıxarmaqla və dərs saatlarını azaltmaqla hədələmiş, hər ay ondan 50 manat məbləğində pul istəmiş, həmin vaxtdan hər ay 50 manat məbləğində pul vəsaitini şəxsən öz xidməti otağında təklikdə və 2020-ci ilin sentyabr ayından isə mərkəzdə kargüzar işləyən Şahid1 vasitəsilə sonuncuya vermişdir. 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək aylıq pul vəsaiti hər ay mütəmadi olaraq yığılıb Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayında atası Şahid13 X13 direktoru Təqsirləndirilən şəxs müraciət edərək onun Mərkəzdə işlə təmin olunmağını xahiş etmiş, Təqsirləndirilən şəxs vakansiya olmadığını, ştat almaq üçün Mədəniyyət Nazirliyinə müraciət etməli olduğunu, onu kadrlar üzrə mütəxəssis vəzifəsinə götürəcəyini, lakin bunun müqabilində 2500 manat məbləğində pul istəmiş, atası həmin vaxt direktora o qədər pulunun olmadığını deyərkən sonuncu əvvəlcə 1500 manat verməsini, qalan 1000 manatı isə işə qəbul haqqında əmr verildikdən sonra verə biləcəyini bildirmiş, atası da sonuncunun bu təklifi ilə razılaşaraq 08 noyabr 2020-ci ildə həmin pulun 1500 manat hissəsini Təqsirləndirilən şəxs xidməti kabinetində ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhərinə gedəcəyini və ştat açdırmağa nail olduqdan sonra 2021-ci ilin mart ayına qədər onun işə qəbul edilməsi haqqında əmr verəcəyinə söz vermiş, 2021-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs atasını öz yanına çağırmış, onun işə təyin edilməsi barədə əmrinin verilmək ərəfəsində olduğunu bildirmiş, atası da razılaşmaya əsasən qalan 1000 manat məbləğində pulu götürərək xidməti otağında ona vermiş, sonuncu 2021-ci ilin fevral ayının 1-də onu işə qəbul etmiş, həmin vaxt o, əmrlə tanış olmamış və elə zənn etmişdir ki, kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, 3 ay Mərkəzdə xadimə kimi işləmiş, mütəmadi olaraq işə gedib-gəlmiş, 3 ay ərzində hər ay 220 manat olmaqla Təqsirləndirilən şəxs ona öz cibindən 660 manat məbləğində əmək haqqı vermiş, sonradan məlum olmuşdur ki, sonuncu qanunsuz olaraq təsərrüfat müdiri Şahid17 işdən çıxararaq onu sonuncunun yerinə işə götürmüş, lakin X4 İdarəsi tərəfindən həmin əmr ləğv edilmiş, direktor onu rəsmi olaraq X12 işçi olmamağına baxmayaraq öz cibindən 3 ay guya rəsmi əmək haqqı ödəməklə onu aldatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 da Şahid6 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan üzləşdirmə haqqında protokollardan görünür ki, şahidlər Şahid5, Şahid9, Şahid22, Şahid1, Şahid2, Şahid7, Şahid8, Şahid4, Şahid15, Şahid17, Şahid19, Şahid23 və Şahid11 Təqsirləndirilən şəxsla üzləşdirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə deməklə onu ifşa etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən işlədiyi 2013-cü ildən X12 hər hansı təmir işlərinin aparılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Şahid1 tərəfindən təqdim edilmiş diskə keçirilmiş baxış protokolundan görünür ki, diskdə VLC vob. formatında 01 ədəd fayl var və həmin fayl diskə 01 mart 2021-ci ildə əlavə olunmuşdur. Faylı açdıqda məlum olmuşdur ki, ümumi vaxtı 17 dəqiqə 01 saniyədir. Fayl üzərində “Kanal 21” logosu olan jurnalist araşdırması ilə başlayır, 07-ci dəqiqə 50-ci saniyəyə kimi Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb etməyən səs yazısı və jurnalistin video istinadları ilə davam edir. 07-ci dəqiqə 50-ci saniyədə isə iş üzrə əhəmiyyət kəsb edən dialoq başlayır, dialoq diski təqdim edən Şahid1 ilə Təqsirləndirilən şəxs arasında davam edir, dialoqdan aydın olur ki, Şahid1 X13 müəllimlərinin adlarını çəkərək hansı müəllimlərin Təqsirləndirilən şəxs göstərişi ilə pul verdiyini, hansı müəllimlərin isə pul vermədiyini qeyd edərək bu barədə siyahını və yığılmış 500 manat pulu Təqsirləndirilən şəxs verir. Şahid1 ilə Təqsirləndirilən şəxs arasındakı dialoq 11:35-də başa çatır. İş materiallarında olan Şahid21 tərəfindən təqdim edilmiş diskə keçirilmiş baxış protokolundan görünür ki, diskdə 01 ədəd “M4A” formatında audio fayl var, 05 dəqiqə 19 saniyə davam edir, səs yazısı iki nəfər şəxsin bir nəfər şəxsin otağına daxil olmaqla görüşməsi ilə başlayır. Şahid21 baxış zamanı bildirmişdir ki, səs yazısı 2016-cı ilin avqust ayında Təqsirləndirilən şəxs bacısı X10 Muğam Mərkəzində işə təyin etdirmək üçün Təqsirləndirilən şəxs ondan tələb etdiyi 2200 manat pul məbləğinin 1200 manat hissəsini verən zaman onun tərəfindən gizli olaraq yazılıb. Şahid21 bildirmişdir ki, səs yazısı Təqsirləndirilən şəxs xidməti otağında qeydə alınıb, onunla qaynı X3 Təqsirləndirilən şəxsla danışıqlarını əks etdirir. Əsas danışıqlar 01 dəqiqə 49-cu saniyədə başlayır, Təqsirləndirilən şəxs Nərgiz Həsənovanı tərifləyir, onun işə qəbul edilməsi barədə əmri hazırladığını bildirir, bundan sonra Şahid21 1200 manat məbləğində pulu Təqsirləndirilən şəxs verir. Sonra Təqsirləndirilən şəxs pulu saymaqla aralarındakı məsələnin həll olunduğunu bildirir, danışıqlar başa çatır. İş materiallarında olan Şahid17 tərəfindən təqdim edilmiş elektron yaddaş daşıyıcısına keçirilmiş baxış protokolundan görünür ki, daşıyıcıda 1 ədəd ”JPG” formatında şəkil var və şəkildə X13 texniki işçilərinin siyahısı, onların verdikləri pul vəsaitlərinin məbləğləri əks olunub. Bundan başqa, daşıyıcıda “M4A” formatında 01 ədəd audio fayl aşkar edilmiş, həmin audio fayl 01 dəqiqə 44 saniyə davam edir. Təqsirləndirilən şəxsla Şahid17 dialoqunu əks etdirir. Aralarındakı söhbət Təqsirləndirilən şəxs Şahid17 sonuncunun iki ay ərzində aylıq pulu verməməsi barədə iradı ilə başlayır və Şahid17 təkidlə pulu verməsi barədə tələbi ilə davam edir. Şahid17 maddi çətinliklərinin olduğunu bildirsə də, Təqsirləndirilən şəxs təkidi ilə pulu haradansa tapıb verəcəyini deyir və danışıq burada bitir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus +**********56 və +**********14 saylı mobil telefon nömrələri ilə Şahid21 məxsus +**********64 mobil nömrəsi arasında 19 mart 2019-cu il tarixdən həmin ilin sentyabr ayına kimi 20 dəfə telefon danışığının olması, özünə məxsus +**********14 saylı mobil telefon nömrəsi ilə Şahid8 +**********29 telefon nömrəsi arasında 25 iyul 2015-ci ildən işə təyin olunması barədə əmrin verildiyi 02 noyabr 2015-ci ilədək 20 telefon danışığının olması, özünə məxsus +**********56 saylı mobil telefon nömrəsi ilə Şahid13 məxsus +**********23 saylı mobil telefon nömrələri arasında 2020-2021-ci illərdə ümumilikdə 9 telefon danışığının olması, özünə məxsus +**********14 saylı mobil telefon nömrəsi ilə Şahid17 məxsus +**********87 saylı mobil nömrə arasında 2016-cı ilin iyul ayına kimi 25 telefon danışığı olması müəyyən edilmişdir. İş materiallarında olan əmrlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şahid12 Mərkəzdə müəllim vəzifəsinə təyin etmək üçün 600 (altı yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində aldıqdan sonra onun X12 müəllim vəzifəsinə təyin edilməsi haqqında 16 sentyabr 2013-cü il tarixli, 37 saylı əmr imzalamış, Şahid14 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində aldıqdan sonra Şahid3 X12 fortepiano müəllimi vəzifəsinə təyin edilməsi haqqında 15 sentyabr 2014-cü il tarixli, 68 saylı əmr imzalamış, Şahid8 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində aldıqdan sonraonun X12 səs müəllimi vəzifəsinə təyin edilməsi haqqında 02 noyabr 2015ci il tarixli, 117 saylı əmri imzalamış, Şahid17 1.000 (min) manat məbləğində pul vəsaitini rüşvət qismində aldıqdan sonra onun Qarabağ X6 müdürü vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2019-cu il tarixli, 255 saylı əmr imzalamış, Şahid21 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində aldıqdan sonra X5 X12 operator vəzifəsinə təyin edilməsi haqqında 02 avqust 2019-cu il tarixli, 280 saylı əmri imzalamış, Şahid2 1.600 (min altı yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində aldıqdan sonra onun X12 operator vəzifəsinə təyin edilməsi haqqında 11 may 2020-ci il tarixli, 338 saylı əmri imzalamış, Şahid13 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində aldıqdan sonra Şahid6 Qarabağ X6 müdürü vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2021-ci il tarixli, 377 saylı əmri imzalamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə 10 aprel 2013-cü il tarixli, 83-K saylı əmrlə Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına X16 direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 oktyabr 2010-cu il tarixli, 490 saylı əmri ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə 29 aprel 2015-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “X13 Əsasnaməsi”nə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11 mart 2019-cu il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “X13 Əsasnaməsi”nə əsasən Təqsirləndirilən şəxs X13 direktoru kimi Mərkəzin bütün fəaliyyətinə rəhbərlik etmək, tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək, onların arasında iş bölgüsünü təşkil etmək, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, Mərkəzin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görmək, tədris planları və proqramlarının tam yerinə yetirilməsinə, təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək, müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul etmək, müəllimləri qanuna müvafiq qaydada işdən azad etmək, Şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühasibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü və müəllimin ixtisasına uyğun dərs yükü bölgüsünü aparmaq, müəllimlərin tarifləşmə cədvəlini hazırlamaq, mərkəzdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 və Şahid21 tərəfindən təqdim edilmiş disklər, habelə Şahid17 tərəfindən təqdim edilmiş elektron yaddaş daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş disk, Şahid12un X12 müəllim vəzifəsinə təyin edilməsi haqqında 16 sentyabr 2013-cü il tarixli, 37 saylı əmr, Şahid3 X12 fortepiano müəllimi vəzifəsinə təyin edilməsi haqqında 15 sentyabr 2014-cü il tarixli, 68 saylı əmr, Şahid8X12 səs müəllimi vəzifəsinə təyin edilməsi haqqında 02 noyabr 2015-ci il tarixli, 117 saylı əmr, Şahid17 Qarabağ X6 müdürü vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2019-cu il tarixli, 255 saylı əmr, Şahid21 X12 operator vəzifəsinə təyin edilməsi haqqında 02 avqust 2019-cu il tarixli, 280 saylı əmr, Şahid2 X12 operator vəzifəsinə təyin edilməsi haqqında 11 may 2020-ci il tarixli, 338 saylı əmr, Şahid6 Qarabağ X6 müdürü vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2021-ci il tarixli, 377 saylı əmr maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq yuxarıda qeyd edilənləri sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisələri həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməlləri zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə tövsif olunmuşdur. Cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından o, qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Eyni zamanda, məhkəmə onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alımalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı ilə birgə Ağcabədi şəhəri, Sadıqov küçəsi ev 226-da qeydiyyatda olmaqla, Ağcabədi şəhəri, 28 May küçəsi, fərdi evdə kirayədə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yaşını, səhhətini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, İİ qrup əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CPM-in 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 46-cı maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda müəyyən vəzifə tutma və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməməsini əsas götürərək onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzanın təyin edilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza kimi tətbiq olunmalı, həmin cəza azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s.müəyyən edilmədiyindən onu barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə zərər çəkmiş şəxslərə 6500 (altı min beş yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə qaydasında iddia vermək hüququ onlara izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 3 ədəd CD disk, 01 ədəd elektron yaddaş daşıyıcısı, 16 sentyabr 2013-cü il tarixli, 37 saylı əmr, 15 sentyabr 2014-cü il tarixli, 68 saylı əmr, 02 noyabr 2015-ci il tarixli, 117 saylı əmr, 01 fevral 2019-cu il tarixli, 255 saylı əmr, 02 avqust 2019-cu il tarixli, 280 saylı əmr, 11 may 2020-ci il tarixli, 338 saylı əmr, 01 fevral 2021-ci il tarixli, 377 saylı əmr cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkizz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 28 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan da Bakı İstintaq Təcridxanasına etap olunsun. İş üzrə maddi sübut kimi tanınan 3 ədəd CD disk, 01 ədəd elektron yaddaş daşıyıcısı, 16 sentyabr 2013-cü il tarixli, 37 saylı əmr, 15 sentyabr 2014-cü il tarixli, 68 saylı əmr, 02 noyabr 2015-ci il tarixli, 117 saylı əmr, 01 fevral 2019-cu il tarixli, 255 saylı əmr, 02 avqust 2019-cu il tarixli, 280 saylı əmr, 11 may 2020-ci il tarixli, 338 saylı əmr, 01 fevral 2021-ci il tarixli, 377 saylı əmr cinayət işində saxlanılsın. Zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Müşfiq Məmmədov İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar