Məhkəmə qərarları › İş №1(099)-22/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-22/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-22/2025 08.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7 və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, müdafiəçilər-Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakı ilə, xx xxx 1994-cü ildə Lənkəran rayonu, Port-İliç (Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi ev 10, mənzil 3-də qeydiyyatda olmaqla, Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi ev 5-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1995-ci ildə Lənkəran rayonu, Port-İliç (Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs1 2023-cü ilin sentyabr ayında həmyerlisi olan qohumu Təqsirləndirilən şəxs2, istintaqa “Fərhad”adı ilə məlum olan şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitə tiryək və qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə edilməsi ilə bağlı razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq 2023-cü ilin sentyabr ayında qrup üzvləri olan “Fərhad”və digərlərinin istintaqla müəyyən edilməmiş mənbədən əldə etdikləri 01 ədəd bükülüdə külli miqdarda-1050,584 qram narkotik vasitə olan tiryəki və 04 ədəd bükülülərdə ayrı-ayrılıqda 1570,0 qram, 1985,0 qram, 2320,0 qram və 2550,0 qram olmaqla cəmi, külli miqdarda-8425,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı əvvəlcədən razılaşdıqları kimi Astara rayonunda ona məlum olan yerdə istintaqa məlum olmayan qrup üzvlərindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq qrup üzvü olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına daşıyaraq sonuncu ilə birlikdə həmin evdə onları saxlamış, 21 sentyabr 2023-cü il tarixdə onların satışını realizə edib birlikdə qazanc əldə etmək üçün narkotik vasitə tiryəkin 75,584 qramını qrup üzvü Təqsirləndirilən şəxs2 verib, qalan 975,0 qram tiryəki və 8425,0 qram qurudulmuş marixuananı 21 sentyabr 2023-cü il tarixdə üzərində saxlayaraq daşıyarkən, bu barədə əməliyyat məlumatı almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həmin gün saat 15:35 dəqiqədə keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs1 əlində sintetik torba olarkən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbənin inzibati binasına gətirilib üzərində şəxsi axtarış zamanı sintetik torbanın içərisindən 975,0 qram tiryək və 8425,0 qram marixuana aşkar edilib götürülmüş, daha sonra əməliyyat tədbirləri davam etdirilərək digər qrup üzvü Təqsirləndirilən şəxs2 yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbənin inzibati binasına gətirilib üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 75,584 qram tiryək aşkar edilib götürülmüşdür. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ-nin) əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Cəfərli X4 şəhəri, “Mayak” binasının yaxınlığında yerləşən “Özbəyin yeməkxanası”da saxlanılıb ondan Elnur adlı şəxsdən (Şahid6) götürdüyü torbanın harada olması soruşulanda o, Elnur adlı şəxsin ona verdiyi torbanın (içərisində narkotik maddələr olması güman edilən) xalası oğlu Təqsirləndirilən şəxs2 (Təqsirləndirilən şəxs2) işlətdiyi çayxanada saxladığını bildirdikdən və polis əməkdaşların nəzarəti altında Təqsirləndirilən şəxs2 ilə telefonla danışdıqdan sonra polis əməkdaşları tərəfindən o, ünvan 1 ünvanına aparılıb orada əməliyyat qrupunun üzvlərinin nəzarəti altında Təqsirləndirilən şəxs2 işlətdiyi çayxanaya daxil olub qapının arxasında olan bir ədəd torbanı götürüb əməliyyat qrupun üzvlərinə təqdim etmiş və həmin torba əməliyyat qrupu tərəfindən qeyri-rəsmi qaydada götürülmüş, elə həmin vaxt əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs2 də saxlanılmışdır. Bundan sonra həmin ünvanda (21 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində) polis əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında, qeyri-rəsmi qaydada torbanı açıb baxdıqdan sonra içərisində narkotik vasitələr olmasını bildirib və bu torbanı polis əməkdaşlarına aid avtomobilin yük yerinə qoyduqdan sonra saxlanmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BNMİ-nin X9 Şöbəsinə (21 sentyabr 2023cü il tarixdə, saat 17 radələrində) gətirilib orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı əməliyyat qrupu tərəfindən götürülməsi bildirilən bir ədəd torbaya baxış zamanı torbanın içərisindən bir ədəd torbada ayrı-ayrılıqda 1570,0 qram, 1985,0 qram, 2320,0 qram və 2550,0 qram olmaqla cəmi, külli miqdarda-8425,8425,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd torbada külli miqdarda-975,0 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən külli miqdarda-75,584 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmalarını təsdiq edən kifayət qədər mötəbər sübutlar əldə olunmamışdır. Habelə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətməkdə təqsirsizliyi onların və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi ev 10, mənzil 3-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, o, əvvəllər Daxili Qoşunlarda hərbiçi olmuş, sonradan “1635” Taksi sifariş şirkətində taksi sürücüsü işləməklə Bakı-Lənkəran-Liman ərazisi üzrə sərnişin daşımaqla məşğul olmuşdur. Ona verilmiş ittihamda göstərilənlər qəbul etmir, belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. Tutulmamışdan bir neçə gün əvvəl tanışı zərgər işləyən Elnur adlı şəxs ona bir ədəd sellofan torba verib həmin torbanı Bakı şəhərində, Binə qəsəbəsində olan cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşına çatdırmasını xahiş etmiş, o da Binəyə, cəzaçəkmə müəssisəsinə gedə bilməyəcəyini, kimsə gəlib ondan torbanı götürməsini demiş, Elnur da ona bir nəfərə deyəcəyi və həmin şəxsin gəlib ondan torbanı götürəcəyini bildirmişdir. O, Elnurun ona verdiyi torbanın içərisində nə olmasını bilməmiş, güman etmişdir ki, torbanın içərisində pal-paltarlar vardır. Bakı şəhərində Elnurun dediyi şəxs gəlib ondan torbanı götürməmiş, həmin vaxt Elnura zəng etsədə, ona zəng çatmamışdır. Torbanı Lənkərana qaytarmış, yenə də Elnura zəng etmiş, lakin ona zəng çatmamışdır. Bundan sonra o, xalası oğlunun Liman şəhərində işlətdiyi çayxanaya gedib torbanı çayxanada qapının arxasına qoyub Mirməhərrəmə demişdir ki, torbanı gəlib Elnur, ya da özü götürəcəkdir. Mirməhərrəmə torbada nə olmasını deməmiş, özü də torbada nə olmasını bilməmişdir. Həmin vaxt və ya başqa bir vaxtı o, Mirməhhərəmə narkotik maddə, o cümlədən tiryək verməmişdir. Bir neçə gündən sonra, yəni 21 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində o, “Özbəyin yeməkxanası”nda (telefon anten məlumatına əsasən “Mayak” binasının yaxınlığında) olarkən bir qrup polis əməkdaşları onu tutub həmin ərazidə olan “Dəmiryol vağzalı”na tərəf aparmış, orada onu döyərək Elnurun ona verdiyi bağlanın harada olduğunu soruşmuş, o da torbanın xalası oğlu Mirməhərrəmin işlətdiyi çayxanada olduğunu bildirmişdir. Sonra polislər ona xalası oğlu ilə danışmasını demiş, o da telefonla zəng edib Mirməhərrəmlə danışıb (telefon danışıqlarına dair məlumatlarla bu fakt təsdiq olunur) harada olduğunu soruşmuş, o da çayxanada olduğunu bildirmişdir. Sonra polislər onu maşını ilə Liman şəhərində yerləşən, Mirməhərrəmin işlətdiyi çayxanaya (Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 31 ünvanına) aparmış (telefon anten məlumatına əsasən bu fakt təsdiq olunur), orada o, polislərin yanında çayxanaya girib Mirməhərrəmdən bir neçə gün əvvəl gətirib qoyduğu torbanı soruşmuş, o da torbanın qoyduğu yerdə-qapının yanında olduğunu demiş və o, oradan torbanı götürüb polislərə təqdim etmişdir. Bundan sonra polislər onu, sonra da Mirməhərrəmi çayxananın yaxınlığına, Mirməhərrəmin yaşadığı evin yanına (Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 31 ünvanı) aparmış, orada polislər torbanı açıb baxdıqdan sonra torbada narkotik maddə olduğunu bildirmiş, özü isə torbada nə olmasını görməmiş, sonra polislər torbanı özlərinə aid maşının arxa yük yerinə qoymuş, bundan sonra polislər onu və Mirməhərrəmi regional polis şbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona bir ədəd torbanı təqdim edib ona məxsus olması bildirilmiş, həmin torba Elnurun ona verdiyi və sonradan onun çayxanadan götürüb polislərə təqdim etdiyi torba olmamışdır. Sonra həmin torbaya baxış keçirilmiş və torbanın içərisindən narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 verilmiş sualları cavablandırmaqla əlavə ifadəsində göstərmişdir ki, onlar regional polis şöbəsinə aparılandan iki saat sonra polislər Elnuru da onların yanına kameraya gətirmiş, Elnur bir sutka o və Mirməhərrəmlə birlikdə eyni kamerada qalmış, səhərsi gün Elnur buraxılmış, onlar isə həbsdə qalmışlar. Regional polis şöbəsinə apardıqdan sonra polislər onu döymüş, polislər ondan Elnurun adını çəkməməsini, narkotik vasitənin Elnurdan aldığını deməməsini tələb edib belə ifadə versə xalası oğlu Mirməhərrəmi buraxacaqlarını bildirmişlər. O da polislərin dedikləri ilə razılaşmış, sonra videoçəkiliş olmuş, videoçəkiliş zamanı polislərin dedikləri kimi demişdir. Polislər ona xalası oğlu Mirməhərrəmi və Elnuru buraxdıqlarını bildirmişlər. O, polislərin dediklərinə inanmış, bundan sonra polislərin dedikləri qaydada ifadə vermişdir. Sonradan o, ifadəsini dəyişmək istəsə də, müstəntiq buna imkan verməmiş, lakin məhkəməyə aparılarkən müstəntiq ona Elnurla bağlı hissədə ifadəsini dəyişməyi, yəni Elnurun xahişi ilə gedib narkotiki götürməyi barədə izahat verməsi tapşırılmış, o da məhkəmədə Elnurun xahişi ilə Astaraya gedib narkotik olan çantanı götürdüyünü demişdir. Bunu ona görə etmişdir ki, polislər xalası oğlu Mirməhərrəmi azadlığa buraxsınlar. Lakin sonra başa düşmüşdür ki, polislər onu aldatmış, xalası oğlu Mirməhərrəmi də tutmuşlar. Elnur ona qardaşının 2 saylı Cəzaçəkmə Müəsissində cəza çəkdiyini demişdir. Elnurun ona verdiyi çantanın içərisinə baxmamış, amma çantanın üstündən içərisində idman paltarların olması görünmüşdür. İstintaqda vermiş olduğu ifadəsi ilə tanış olmamış, ifadəsini oxumamış, vəkil də yanında olmamışdır. Polislər ona videoçəkilişdə verdiyi ifadəsini dəyişməsini tələb etdiyindən o, yenidən ifadə vermişdir. Sonra polislər yenə də ondan ifadəni dəyişməsini demiş, çünki o, ifadəsində Elnurun adını çəkdiyindən polislər ona Elnurun adını çəkməməsini demişlər. Sonradan ifadə verəndə o, Elnurun adını çəkməmişdir. Həmçinin o, 15 sentyabrda (2023-cü il) gecə vaxtı Astara rayonun Pensər kəndinə sərnişin aparıb Lukoyl YDM-nin yanında sərnişini düşürmüşdür. Habelə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində (22 və 23 sentyabr 2023-cü il tarixli) bildirmişdir ki, o, 21 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən iranlı “Fərhad” adlı şəxsin göndərdiyi içərisində narkotik maddələr olan qara rəngli sintetik torba əlində olmuş, həmin vaxt mülki geyimdə olan polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilib Lənkəran şəhərində yerləşən regional polis şöbəsinə (CBRB-yə) gətirmişlər. Regional şöbədə vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində qanunsuz əşyalar aşkar edilməmişdir. Sonra polis əməkdaşları tərəfindən Liman şəhərində saxlanılarkən əlində olan qara rəngli sintetik torbaya baxış keçirilmiş və torbanın içərisində bir ədəd selofan bükülüdə tiryək və dörd ədəd selofan bükülüdə qurudulmuş marixuana kütlələri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin narkotik vasitələri təxminən 6-7 gün əvvəl Astara rayonun Pensər kəndi ərazisində adını bilmədiyi bir oğlanla telefonda vatsapla əlaqə saxlayıb gecə saat 23 radələrində tək gedib ondan götürdüyünü, həmin şəxsin yanında bir nəfər olmaqla onların iki avtomaşında olmaları, ona verilməsi üçün “Fərhad” adlı iranlı tərəfindən həmin şəxslərə narkotik maddələrin göndərildiyini, onun bu maddələri Bakı şəhərinə aparıb iranlı “Fərhad”ın deyəcəyi yerə qoyduqdan sonra özünə avtomaşın alınmağında iranlının ona maddi köməklik ediləcəyini, həmin narkotik vasitələrdən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Sonra aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, bundan sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olumuşdur. Təqsirləndirilən şəxs1 23 sentyabr 2023-cü il tarixdə yuxarıda qeyd olunan məzmunda ifadə verdikdən bir neçə saat sonra Lənkəran Rayon Məhkəməsində barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata baxılarkən verdiyi ifadəsini təkzib edib başqa məzmundu ifadə vermişdir. Belə ki, işdə olan, Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, məhkəmədə barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs1 izahatında göstərmişdir ki, o, tanışı Elnur adlı şəxs ona narkotik vasitə olduğunu və həmin narkotik maddəni Astara rayonundan götürüb Bakı şəhərinə aparsa ona avtomobil alacağını vəd vetmiş, avtomobili köhnə olduğu üçün bu təkliflə razılaşmış, sonra Elnur adlı şəxsin dediyi yerdən, yəni Astara rayonun girişində “Niva” maraklı avtomobildən tanımadığı şəxsdən sellofan torbada narkotik maddəni götürmüş, götürdüyü torbada 4 kq marixuana olmuş, tiryək olmamışdır. Sonra o, idarə etdiyi avtomobillə narkotik maddəni Bakı şəhərinə apararkən yolda yol polisi işarə vermişdir ki, maşını saxlasın, lakin o, maşını saxlamayıb sürətlə sürüb oradan uzaqlaşıb qaçıb getmişdir. Bu barədə Elnura zəng edib demiş, Elnur da ona narkotik vasitəni özündə saxlamağı xahiş etmiş, sonra o, icarəyə götürdüyü maşınla xalası oğlu Mirməhərrəmin yanına gedib narkotik vasitəni saxlaması üçün ona vermişdir. 21 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulduqdan sonra polis əməkdaşları onu döyərək narkotik maddəni iranlıdan almasını deməyə məcbur etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarış zamanı aparılmış videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında ifadə vermiş, həmin ifadəsində nə yazılmasını bilməmişdir. Polislər onu döymüş, sonra narkotik vasitəni üzərinə götürməsini ondan tələb etmiş, o da təzyiqlərə dözməyib onların dedikləri ilə razılaşmışdır. Bir daha bildirir ki, o, heç bir cinayət əməli törətməmiş, aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur və bununla bağlı verilmiş ittiham üzrə o, özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşadığı Liman şəhərində icarə götürdüyü çayxananı işlətmişdir. Təqsirləndirilən şəxs1 xalası oğludur. Əvvəllər narkotiklə bağlı məhkum olunmuşdur. 2023-cü ilin sentyabr ayında Mirəli çayxanaya, onun yanına gəlib bir ədəd torbanı ona verib demişdir ki, torbanı çayxana saxlasın, bir-iki gündən sonra Elnur adlı şəxs və ya özü gəlib həmin torbanı götürəcəkdir. Sonra Mirəli torbanı çayxanada qapının arxasına qoymuşdur. O, torbada nə olmasını bilməmiş, Mirəli də torbada nə olmasını ona deməmişdir. 21 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Mirəli ona zəng edib (telefon danışıqlarına dair məlumatlarla bu fakt təsdiq olunur) harada olduğunu soruşmuş, o da iş yerində çayxanada olduğunu bildirmişdir. Az sonra Mirəli çayxanaya gəlib bir neçə gün əvvəl gətirib çayxanaya qoyduğu torbanı götürmüş, həmin vaxt onunla birlikdə gələn polis əməkdaşları ondan nə işlə məşğul olduğunu soruşmuş, o da çayxana işlətdiyini demişdir. Sonra polislər Mirəlini və onu yaşadığı evin qarşısına (Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 31 ünvanına) aparmış, orada polis əməkdaşları onun və Mirəlinin iştirakı ilə torbanı açmış və həmin vaxt o, torbada narkotik maddə olmasını bilmişdir. Polislər onu saxladıqları vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Sonra polislərdən bir nəfər zəng edib dayısı Namiqi həmin yerə çağırmışlar. Dayısı ora gələn vaxt o və Mirəli polislərə məxsus atomobildə olmuş, ona görə də dayısı Namiqlə polislərin nə danışmasından xəbəri olmamışdır. Sonra polislər onu və Mirəlini regional polis şöbəsinə (CBRB-yə) aparmışlar, orada onlara qarşı təzyiqlər olmuş və polislər onu və Mirəlini orada döymüşlər. Polis şöbəsində onun üzərinə bir bükümdə tiryək qoyub ona qarşı təzyiqlər etmişlər ki, desin ki, həmin tiryəki ona Mirəli vermişdir. Əslində isə həmin tiryək ona məxsus deyil, tiryəki üzərinə polis əməkdaşları qoymuşdur. Bundan sonra səhərisi günü (22 sentyabr 2023-cü il tarixdə) regional şöbədə vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış keçirilmiş və polislərin əvvəldən üzərinə qoyduqları narkotik maddə ondan götürülmüşdür. Həmçinin Mirəlinin saxlaması üçün verdiyi torbada narkotik olmasını bilməmişdir. Daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs2 verilmiş sualları cavablandırmaqla əlavə ifadəsində göstərmişdir ki, xalası oğlu Mirəli onun işlətdiyi çayxanaya tez-tez gəlib onunla görüşmüş və aralarında telefon danışıqları da olmuşdur. 2023-cü ilin sentyabr ayında Mirəli çayxanaya gəlib ona harasa müştəri apardığını deyib maşında olan çantanı götürüb çayxanaya qoyub sonra gəlib çantanı götürəcəyini demişdir. 21 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Mirəli ona zəng etmiş, sonra maşını ilə çayxanaya gəlmiş və Mirəli ilə birlikdə tanımadığı şəxslər də olmuşdur. Mirəli çantanı soruşmuş, o da çantanın qoyduğu yerdə olduğunu demiş, sonra Mirəli qapının arxasında olan çantanı götürüb yanındakı şəxsə (polis əməkdaşı) vermişdir. Sonra həmin şəxs (polis əməkdaşı) ondan kim olduğunu soruşmuş, o da çayxananı işlədən şəxs olduğunu demişdir. Həmin şəxs də (polis əməkdaşı) ona çantanı niyə götürüb çayxanada saxlamısan demiş, sonra polislər onu da saxlamışlar. Sonra dayısı Namiq onların saxlandıqları yerə gəlib polislərlə danışmış, bundan sonra polislər onu və Mirəlini polis şöbəsinə aparmışlar. Mirəli gündüz vaxtı saat 15 radələrində çayxanaya gəlmiş və həmin vaxt polislər onu da orada tutub Mirəli ilə birlikdə regional polis şöbəsinə aparmışlar. Regional şöbədə olarkən əvvəllər tanımadığı Elnur adlı şəxsi polislər gətirib onların olduğu kameraya salmış, Mirəli Elnuru tanımış və onların arasında çanta ilə bağlı söhbət olmuşdur. Tutulduğu gün, yəni 21 sentyabr 2023-cü il tarixdə regional polis şöbəsində onun üzərində axtarış aparılmış və üzərində heç nə olmamışdır. 22 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları onun üzərinə bir büküm tiryəki qoyub həmin tiryəkin guya ona Mirəlini verməsini deməyə məcbur etdikdən sonra videoçəkiliş olmuş və üzərindən həmin tiryək götürülmüşdür. Həmçinin polislər onu 22 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində tutsa da, sənədlərdə onun saat 20-də tutulması yazılmışdır. Habelə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində (22 və 23 sentyabr 2023-cü il tarixli) bildirmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında küçədə olarkən mülki geyimli polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilib Lənkəran şəhərində yerləşən regional polis şöbəsinə (CBRB-yə) gətirmişlər. Regional şöbədə vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış zamanı o, şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd selofan bükümdə tiryəki çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi bükümün içərisində olan tiryəki Liman şəhərində yaşayan qohumu Mirəlinin ona qəbul etmək üçün pay verdiyini, bundan başqa Mirəlinin ona saxlamaq üçün bir ədəd sumka (torba) da verdiyini, sonra polis əməkdaşları tərəfindən Mirəlinin saxlandığını və içərisində narkotik maddə olan torbanın götürüldüyünü, Mirəlinin həmin narokotik maddələri kimdən əldə etdiyini bilmədiyini bildirmişdir. Əldə etdiyi tiryəkdən istifadə etməmiş, heç kimə verməmiş və satmamışdır. Polislərə təqdim etdiyi tiryək elektron tərəzidə çəkildikdən sonar qablaşdırılıb götürülmüş, bundan sonra protokola yazılmışdır. Təqsirləndirilən şəxs2 23 sentyabr 2023-cü il tarixdə yuxarıda qeyd olunan məzmunda ifadə verdikdən az sonra Lənkəran Rayon Məhkəməsində barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata baxılarkən verdiyi ifadəsini tam təkzib etmişdir. Belə ki, işdə olan, Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, məhkəmədə barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs2 verdiyi izahatında göstərmişdir ki, tutulmamışdan bir-iki gün əvvəl xalası oğlu Təqsirləndirilən şəxs1 ona zəng edib əlində içərisində narkotik vasitə olan sellofan torba olduğunu və həmin torbanı saxlamaq lazım olduğunu, sonra gəlib götürəcəyini demiş, o da torbanı götürüb evində saxlamışdır. 21 sentyabr 2023-cü il tarixdə Mirəli ona zəng edib torbanı gətirməsini bildirmiş, o da torbanı götürüb Lənkran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin qarşısında Mirəliyə vermiş və orada polis əməkdaşları Mirəlini və onu saxlayıb CBRB-nə gətirmişlər. Həmin şöbədə ona hədə-qorxu gəlmişlər və o da məcbur olub narkotik vasitədən guya Təqsirləndirilən şəxs1 ona 75 qram tiryəki pay verməsini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında ifadə vermiş, həmin ifadəsində nə yazılmasını bilməmişdir. İstifadəsində 077/503-66-59 saylı mobil telefon nömrəsi olmuş, xalası oğlu Mirəli ilə həmin nömrə ilə əlaqəsi olmuş, o cümlədən 21 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Mirəli həmin telefon nömrəsinə zəng edib onunla danışmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır. 21 sentyabr 2023-cü il tarixdə ona Lənkəran rayon sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 21 sentyabr 2023-cü il tarixdə, günorta saat 15 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanın əlində bir ədəd torba ilə küçədə saxlanılıb ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı olduğunu bildirilib, torba ilə birlikdə BNMİ-nin CBRŞ-nə aparılmışdır. Şöbədə təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində heç nə aşkar olunmamış, lakin əlindəki torbanın içərisində tiryəkə və marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələri bir müddət əvvəl tanış olduğu “Fərhad” adlı iranlının göndərdiyini və Astara rayonun Pensər kəndinə gedib orada iranlının dediyi şəxsdən götürdüyünü və Bakı şəhərinə aparıb iranlının deyəcəyi yerə qoyduqdan sonra ona maddi köməklik ediləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Liman şəhərində yaşayan xalası oğlu Təqsirləndirilən şəxs2 götürdüyü narkotikdən (tiryəkdən) az miqdarda verdiyini, başqa kiməsə narkotik maddə vermədiyini, satmadığını bildirmişdir. Bundan sonra əməliyyat tədbirləri davam etdirilmiş və həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs2 Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində, yaşadığı evin yaxınlığında küçədə saxlanılıb BNMİ-nin CBRŞ-nə gətirilmişdir. Şöbədə təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və üzərində bir büküm tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin tiryəki Liman şəhərində yaşayan qohumu Mirəlinin ona qəbul etmək üçün pay verdiyini, həmçinin Mirəlinin ona saxlamaq üçün içərisində narkotik maddə olan torba da verdiyini, sonra torbanın Mirəlinin ondan götürdüyünü, daha sonra polis əməkdaşlarının həmin torba ilə birlikdə Mirəlinin saxlandığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr tədqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra bu barədə protokollar tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq və zorakılıq göstərilməmiş, həmçinin üzərilərində axtarış zamanı onların hər hansı şikayəti və ya narazılığı olmamışdır. Həmçnin Mirəli tutulan gün (21 sentyabr 2023-cü il tarixdə) bu işlə bağlı polis əməkdaşları tərəfindən Elnur adlı şəxs (Şahid6) regional şöbəyə gətirilməmiş və şöbədə saxlanmamış, bununla bağlı deyilənlər doğru deyildir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımış və münasibətləri normal olmuşdur. Mirməhərrəmi isə bir dəfə regionla polis şöbəsində orakən görmüşdür. 21 sentyabr 2023-cü il tarixdə taksi lazım olduğu üçün mobil telefonla (070/500-58-45) taksi sürücü Mirəliyə zəng etmiş, lakin Mirəli telefonu açmamış, o da başqa taksiyə zəng edib ondan istifadə etmişdir. Həmin gün polis işçiləri onu tutub regional polis şöbəsinə aparmış, orada o, taksi sürücüsü Mirəlini görüb ondan nə səbəbə burda olduğunu soruşanda Mirəli narkotikə görə tutulduğunu bildirmişdir. Orada polis əməkdaşları ondan Mirəliyə nəyə görə zəng etdiyini soruşmuş, o da taksi lazım olduğu üçün Mirəliyə zəng etdiyini, onunla başqa hər hansı bir əlaqəsinin olmadığnı bildirmişdir. Həmin gün o, Mirəli və Mirməhərrəmlə eyni kamerada olmaqla polis şöbəsində qalmış, səhərisi günü onu buraxmışlar. O, Bakı şəhərində cəzaçəkmə yerində cəza çəkən qardaşına çatdırılması üçün Mirəliyə heç bir torba verməmiş, bununla bağlı Mirəlinin dedikləri yalandır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dayısıdır. O, təqsirləndirilən şəxslər Mirəlinin və Mirməhərəmin dayısıdır, hər ikisi ilə münasibəti yaxşıdır. Mirəli və Mirməhərəmin tutulan gün-21 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında ona, istifadəsində olan 050/546-55-56 saylı telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs polis əməkdaşı olduğunu bildirib Mirməhərrəmi saxladıqlarını deyin onun yaşadığı evinin qarşısına gəlməyini bildirmiş, o da Mirməhərrəmin yaşadığı evinin yanına getmişdir. Orada iki maşın və yanlarında 5-6 nəfər polis əməkdaşının dayandıqlarını görmüş, polislər ona Mirəlini və Mirməhərəmi narkotiklə bağlı tutduqlarını, Mirməhərrəmin çayxanasına qoyulmuş “nəşə” çantasını da götürdüklərini bildirmişlər. Həmin vaxt Mirəli və Mirməhərəmin maşınlardan birinin içərisində olmuş, onlarla danışa bilməmişdir. Polislər onu ora Mirəlini və Mirməhərəmi tutmaları barədə məlumat vermək üçün çağırmışlar, polislərlə aralarında başqa söhbət olmamış, sonra polislər Mirəlini və Mirməhərəmi polis şöbəsinə aparmışlar. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 21 sentyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi ev 10, mənzil 3-də qeydiyyatda olmaqla, Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Liman şəhərində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 21 sentyabr 2023-cü il tarixdə, saat 15:35-də DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında saxlanılıb BNMİ-nin CBRŞ-yə gətirilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərarı “zərurət olduqda yaşayış yerinə baxış keçirilməsi” hissəsində qanunsuz hesab edilərək ləğv edilməklə, qərarın digər hissələrində göstərilənlər məhkəmə qaydasında yoxlanılmalı olmaması əsası ilə təsdiq edəlmədən geri qaytarılmışdır. İşdə olan, “Şübhəli şəxsin tutulması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 16:15-də DİN-nin BNMİ-nin CBRŞ-in təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 16:35-dən saat 16:52-dək olan müddətdə BNMİ-nin TQ-nun təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 saxlanılan vaxt əlində olan bir ədəd torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində bir bağlamada tiryəkə və dörd ədəd bükülüdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik maddələri (tiryəki və qurudulmuş marixuananı) 6-7 gün əvvəl Astara rayonun Pensər kəndi ərazisində adını bilmədiyi şəxslərdən götürdüyünü, “Fərhad” adlı iranlı tərəfindən həmin şəxslərə narkotik maddələr göndərildiyini və bu narkotikləri Bakı şəhərinə aparıb iranlı “Fərhad”ın deyəcəyi yerə qoyduqdan sonra ona maddi köməklik ediləcəyini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 21 sentyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib Liman şəhərində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 21 sentyabr 2023-cü il tarixdə, saat 19:00-da DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanın qarşısında saxlanılıb BNMİ-nin CBRŞ-yə gətirilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr və 03 oktyabr 2023-cü il tarixli qərarları ilə müəyyən edilir ki, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərarı “zərurət olduqda yaşayış yerinə baxış keçirilməsi” hissəsində qanunsuz hesab edilərək ləğv edilməklə, qərarın digər hissələrində göstərilənlər məhkəmə qaydasında yoxlanılmalı olmaması əsası ilə təsdiq edəlmədən geri qaytarılmışdır. İşdə olan, “Şübhəli şəxsin tutulması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 20:00-da DİN-nin BNMİ-nin CBRŞ-in təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Ədalət Muradovun iştirakı ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 19:15-dən saat 19:24-dək olan müddətdə BNMİ-nin TQ-nun təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Ədalət Muradovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarının cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümün içərisində tiryəkə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş narkotik maddəni (tiryəki) Liman şəhərində yaşayan qohumu Təqsirləndirilən şəxs1 ona qəbul etmək üçün pay verdiyini bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 19/886 saylı rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 torbada aşkar olunmuş 04 (dörd) bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr və 01 ədəd bükülüdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi- 975,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1570,0 qram, 1985,0 qram, 2320,0 qram 2550,0 qram olmaqla ümumi təmiz çəkisi-8425,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 19/887 saylı rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. X2 təqdim etdiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-75,584 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli, 19/138 saylı rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1 bükülü tiryək və 4 bükülü marixuana rəy №19/886 ...” sözlər və imzalar olan 1 ədəd kisədəki və “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 büküm tiryək Rəy №19/887 …” sözlər və imzalar olan 1 ədəd zərfdəki, ümumilikdə 2 bükülü olan tiryəklər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 01 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 974,8 qram və 75,384 qram tiryək və qalıq 8424,6 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 yanvar 2024-cü il tarixli, 13 saylı rəyli ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 yanvar 2024-cü il tarixli, 12 saylı rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını, nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlarla baxış keçirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində 70/243-44-49 saylı və Təqsirləndirilən şəxs2 istifadəsində 77/503-66-59 saylı mobil telefon nömrəsi olmuşdur. 01 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 70/243-44-49 saylı telefon nömrəsinin 15 sentyabr 2023-cü il tarixdə, saat 22:09:40-da Astara rayonun ərazisindəki, saat 22:11:45 və 22:25:04-də Astara rayonun Pensər kəndinin ərazisində olduğu görünür. Daha sonra 21 sentyabr 2023-cü il tarixdə, saat 14:14:42-də Lənkəran şəhəri, “Mayakın binası” ərazisində, saat 15:34:04-də Lənkəran rayonun Ürgə kəndinin ərazisində, saat 19:17:49-da, saat 19:38:01-də Lənkəran şəhəri “Ləvəngi dairəsi” və M.Nəsirli küçəsi ərazisində, saat 21:17:49-da, saat 21:47:49-da, saat 22:17:49-da, saat 22:47:49-da, saat 23:17:49-da və saat 23:47:49-da Lənkəran şəhəri “Mayakın binası” ərazisində olduğu görünür. Həmçinin 01 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixədək olan müddət ərazisində anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 77/503-66-59 saylı telefon nömrəsi 15 sentyabr 2023-cü il tarixdə, saat 22:01:59-dan saat 22:30:23-dək olan müddətdə Lənkəran rayonun Liman şəhəri və Lənkəran rayonun Ürgə kəndinin ərazisində olmuşdur. Bundan başqa 21 sentyabr 2023-cü il tarixdə, saat 14:11:42-dən saat 15:34:24-dək olan müddətdə Lənkəran rayonun Liman şəhəri və Lənkəran rayonun Ürgə kəndinin ərazisində və 21 sentyabr 2023-cü il tarixdə, saat 17:55:36-da Lənkəran şəhəri, “Mayakın binası” ərazisində olmuşdur. Habelə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında telefon danışıqları, o cümlədən 15 sentyabr 2023-cü il tarixdə, saat 19:46:05-də və 21 sentyabr 2023-cü il tarixdə 14:14:17-də danışıqlar olmuşdur. İşdə olan, telefon danışıqlarına dair məlumatlar, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmaları ilə bağlı sənədlərlə müəyyən edilir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində, Təqsirləndirilən şəxs2 21 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində tutulduqdan sonra əməliyyat-axtarış tədbirinin rəhbəri olmuş polis əməkdaşı Şahid1 şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dayısı Namiq Allaverənovun arasında 21 sentyabr 2023-cü il tarixdə, saat 15-04-də, saat 15-10da, saat 15-17-də, saat 16-28-də, 16-55-də və 18-35-də telefon danışıqları olmuşdur. İşdə olan, telefon danışıqlarına dair məlumatlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil Əbdülhəsən Əzimovun istifadəsində olan 050/364-13-21 və 070/364-13-21 saylı mobil telefon nömrələri üzrə anten məlumatlarına əsasən Əbdülhəsən Əzimovun 22 sentyabr 2023-cü il tarixdə “Mayakın binası” ərazisində yox, Lənkəran rayonun başqa ərazisində olmuşdur. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” və Lənkəran ŞRPŞ-nin “MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı” kitablarında aparılmış qeydlərlə müəyyən edilir ki, polis əməkdaşı Roman Hsənovun raportuna əsasən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 CBRŞ-nə 21 sentyabr 2023-cü il tarixdə, saat 22:10-da daxil olmuşlar. Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-nin MSY-nə 22 sentyabr 2023-cü il tarixdə daxil olmuş və həmin gün saat 18:10-da Təqsirləndirilən şəxs1 kameradan çıxarılıb istintaq otağına aparılmış və saat 18:40-da kameraya qaytarılmışdır. Vəkilin istintaq otağında olması barədə qeyd yoxdur. 23 sentyabr 2023-cü il tarixdə, saat 09:25-də Təqsirləndirilən şəxs1 kameradan çıxarılıb istintaq otağına aparılmış və saat 11:35-də kameraya qaytarılmış və Vəkilin istintaq otağında olması barədə qeyd vardır. Həmçinin 23 sentyabr 2023-cü il tarixdə, saat 12:00-da Təqsirləndirilən şəxs2 kameradan çıxarılıb istintaq otağına aparılmış və saat 14:20-də kameraya qaytarılmış və Vəkilin istintaq otağında olması barədə qeyd vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri törədilmiş cinayətin (cinayətin predmeti olan tiryək və marixuananın aşkar olunub götürülməsi faktının) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsini istisna edən sübutlar (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nə vaxt və harada saxlanmaları, bir ədəd torbaya baxışın keçirilməsi və Şahid6 polis şöbəsinə aparılmaması ilə bağlı hallar üzrə ziddiyyətli ifadələr) kimi də qəbul edir. Həmçinin məhkəmə şahidlər Şahid8 və Şahid6 ifadələrini (Şahid8 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra polis əməkdaşı Şahid1 telefonla zəng edib onu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in tutulduqları yerə çağırması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları yerə getməsi, sonradan polis əməkdaşı ilə telefon danışıqlarının olması (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in buraxılmaları ilə bağlı, habelə Şahid6 polis əməkdaşlarının onu polis şöbəsinə aparması (Təqsirləndirilən şəxs1 tutulduğu gün) və orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görməsi, onlarla bir kamerada qalması, sonradan polis şöbəsindən buraxılması ilə bağlı hallara dair ifadələr) törədilmiş cinayətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsizliyi baxımından sübutlar kimi qəbul edir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, yəni BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız saxlanılmaları, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə və törətmədikləri cinayəti etiraf etməyə məcbur edilmələri, Elnur adlı şəxsin verdiyi (Mirəliyə verilmiş) torbanın içərisində nə olmasını bilməmələri, polis əməkdaşları tərəfindən götürülmüş narkotik maddələrin onlara aid olmaması, həmin narkotik maddələrin onlara məxsus olduğunu etiraf etməyə polis əməkdaşları tərəfindən məcbur edilmələrinə dair ifadələr məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid8 və Şahid6 ifadələri, telefon danışıqlarına dair anten məlumatlar və digər iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 22 və 23 sentyabr 2023-cü il tarixli ifadələri (verilmiş ittihamda göstərilən halları təsdiq etmələrinə dair) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlərin və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələri ilə təkzib olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olmadığından, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəaları nəzərə alınaraq sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxslərin 22 və 23 sentyabr 2023-cü il tarixli ifadələrinə, habelə şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələrə, eləcə də tədqiqat orqanı tərəfindən toplanmış materiallara (sənədlərə) əsaslanaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gələrək onlara bu maddələrlə ittiham verilmiş və verilmiş bu ittihamda göstərilir ki, 2023-cü ilin sentyabr ayında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və “Fərhad”adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitə tiryək və qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə edilməsi ilə bağlı razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq 2023-cü ilin sentyabr ayında qrup üzvləri olan “Fərhad”və digərlərinin istintaqla müəyyən edilməmiş mənbədən əldə etdikləri 01 ədəd bükülüdə külli miqdarda- 1050,584 qram narkotik vasitə olan tiryəki və külli miqdarda-8425,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 Astara rayonunda qrup üzvlərindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq qrup üzvü Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına daşıyaraq sonuncu ilə birlikdə həmin evdə onları saxlamış, 21 sentyabr 2023-cü il tarixdə onların satışını realizə edib birlikdə qazanc əldə etmək üçün narkotik vasitə tiryəkin 75,584 qramını qrup üzvü Təqsirləndirilən şəxs2 verib, qalan 975,0 qram tiryəki və 8425,0 qram qurudulmuş marixuananı 21 sentyabr 2023-cü il tarixdə üzərində saxlayaraq daşıyarkən, bu barədə əməliyyat məlumatı almış BNMİ-nin əməkdaşları 21 sentyabr 2023-cü il tarixdə, saat 15:35 dəqiqədə keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs1 əlində torba ilə saxlanılıb BNMİ-nin CBRŞ-nə gətirilib üzərində şəxsi axtarış zamanı torbanın içərisindən 975,0 qram tiryək və 8425,0 qram marixuana aşkar edilib götürülmüş, daha sonra əməliyyat tədbirləri davam etdirilərək digər qrup üzvü Təqsirləndirilən şəxs2 yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb BNMİ-nin CBRŞ-nə gətirilib üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 75,584 qram tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə ittihamda göstərilən halların aşağıda göstərilən sübutlarla təkzib olunmasını nəzərə alaraq istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə ittihamın verilməsi üçün qəbul etmiş sübutları kifayət qədər mötəbər sübutlar hesab etmir. Belə ki, təhqiqat və istintaq orqanı tərəfindən tərtib olunmuş sənədlərə əsasən BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə, saat 15:35-də, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi 31-də saxlanılmış, 21 sentyabr 2023cü il tarixdə, saat 16:15-də şübhəli şəxs kimi tutulmuş, 21 sentyabr 2023-cü il tarixdə, 16:35-16:52-də üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkiliş 21 sentyabr 2023-cü il tarixdə, saat 17:54-də aparılmış və 21 sentyabr 2023-cü il tarixdə, saat 17:05-17:30-da protokol tərtib olunmuşdur. 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 izahatı alınmışdır. Təqsirləndirilən şəxs1 CBRŞ-nin MSY-nə 21 sentyabr 2023-cü il tarixdə, saat 22:10-da daxil olmuşdur. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi ifadəsi 22 sentyabr 2023-cü il tarixdə, 18:50-19:30-da (rəqəmlər pozulub yenidən yazılıb) alınmış, habelə təqsirləndirilən şəxs kimi 23 sentyabr 2023-cü il tarixdə, saat 10:10-11:05-də dindirilmişdir. Həmçinin BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 21 sentyabr 2023cü il tarixdə, saat 19:00-da, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi 31-də saxlanılmış, 21 sentyabr 2023-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs kimi tutulmuş, 21 sentyabr 2023cü il tarixdə, 19:15-19:24-də üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışla bağlı videoçəkiliş 22 sentyabr 2023-cü il tarixdə, saat 16:34-də aparılmış və 21 sentyabr 2023cü il tarixdə, saat 19:40-20:00-da protokol tərtib olunmuşdur. 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 izahatı alınmışdır. Təqsirləndirilən şəxs2 CBRŞ-nin MSY-nə 21 sentyabr 2023-cü il tarixdə, saat 22:10-da daxil olmuşdur. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi ifadəsi 22 sentyabr 2023-cü il tarixdə, 19:50-20:45-də (rəqəmlər pozulub yenidən yazılıb) alınmış, habelə təqsirləndirilən şəxs kimi 23 sentyabr 2023-cü il tarixdə, saat 12:10-13:15-də dindirilmişdir. Məhkəmə istintaqı zamanı isə tədqiq olunmuş sübutlarla, əsasən də təqsirləndirilən şəxslərin, şahidlərin, o cümlədən şahid polis əməkdaşlarının mobil telefonları üzrə olduqları yerlərin anten məlumatları ilə müəyyən edilir ki, BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri, “Mayak” binasının yaxınlığında yerləşən “Özbəyin yeməkxanası”da saxlanılmış, həmin vaxt onun üzərində narkotik maddələr olmamışdır. Saxlandığı ərazidə polis əməkdaşlarının nəzarəti altında Təqsirləndirilən şəxs1 saat 14:30-da mobil telefonla Təqsirləndirilən şəxs2 ilə danışmış və bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 Liman şəhərinə, M.Ə.Rəsulzadə küçəsi, ev 31 ünvanına aparılmışdır. Liman şəhərinə, M.Ə.Rəsulzadə küçəsi, ev 31 ünvanında, saat 16 radələrində polis əməkdaşlarının nəzarəti altında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 işlətdiyi çayxanaya daxil olub qapının arxasında olan bir ədəd torbanı götürüb polis əməkdaşlarına təqdim etmiş və həmin torba polis əməkdaşları tərəfindən qeyri-rəsmi qaydada götürülmüşdür. Həmin vaxt polis əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs2 də saxlanılmışdır. Sonra elə həmin ünvanda (21 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində) polis əməkdaşları saxlanmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında, qeyri-rəsmi qaydada torbaya baxış kçirmiş, sonra torba polis əməkdaşlarına aid avtomobilin yük yerinə qoyulmuşdur. Bundan sonra saxlanmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BNMİ-nin CBRŞ-yə saat 17 radələrində (21 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində “Mayak” binası və saat 19:17-də Lənkəran şəhərində “Ləvəngi dairəsi” və M.Nəsirli küçəsinin ərazilərində olmaqla) gətirilmişlər. Həmçinin işdə olan videoçəkilişlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış 21 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində yox, saat 17-dən sonra aparılmışdır. Habelə Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi kimi 22 sentyabr 2023-cü il tarixdə, saat 18:50-19:30-da dindirilərkən hüquqlarını müdafiə edən vəkil iştirak etməmişdir (qeydiyyat kitabına əsasən MSY-nin kamerasından dindirmə ilə bağlı Təqsirləndirilən şəxs1 22 sentyabr 2023-cü il tarixdə, saat 18:10-da çıxarılıb saat 18:40-da geri qaytarılmış və müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı barədə qeyd yoxdur, həmçinin telefon nömrələri üzrə anten məlumatlarına əsasən göstərilən tarixdə vəkil X8 rayonunda başqa ərazidə olmuşdur). Eyni zamanda müəyyən edilmişdir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs2 21 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində saxlanılıb saat 17 radələrində regional polis şöbəsinə gətirilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış 21 sentyabr 2023-cü il tarixdə yox, 22 sentyabr 2023-cü il tarixdə, saat 16:34-də aparılmışdır (işə əlavə edilmiş videoçəkilişlə bu fakt təsdiq olunur). Bundan başqa müəyyən edilir ki, BNMİ-nin əməkdaşları tərəfindən 21 sentyabr 2023cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr və 03 oktyabr 2023-cü il tarixli qərarları ilə qanuni və əsaslı hesab edilməmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarının 2-ci bəndində izah verilir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmçinin məhkəmə tədqiq olunmuş sübutlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent əhəmiyyətli hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, ... Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Hazırki iş üzrə BNMİ-nin əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrindən Lənkəran şəhəri, “Mayak” binasının yaxınlığında əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs1 saxlanılmış, əməliyyat-axtarış tədbiri davam etdirilərək həmin gün saat 16 radələrində Liman şəhərinə, M.Ə.Rəsulzadə küçəsi, ev 31 ünvanında Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd torba götürülmüş və elə həmin vaxt Təqsirləndirilən şəxs2 də saxlanılmış, lakin onların üzərində şəxsi axtarış saxlandıqları yerdə deyil, saxlandıqları vaxtdan bir müddət sonra təhqiqatçı tərəfindən cinayət törətməkdə şübhəli şəxs kimi tutulduqdan və bir sıra digər prosessual qaydalar icra olundundan sonra onların üzərində müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik maddə aşkar edilib götürülmüş, eləcə də əməliyyat-axtarışını həyəta keçirən polis əməkdaşları tərəfindən götürülmüş bir ədəd torbaya qeyri-rəsmi qaydada baxış keçirilib, torbada narkotik maddələrin olması məlum olduqdan sonra polis şöbəsinə gətirilib təhqiqatçıya verildikdən sonra həmin torbaya Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə yenidən baxış keçirilərək narkotik maddələr aşkar edilib götürülmüşdür. İş üzrə müəyyən edilən bu hallları yuxarıda qeyd edilən Avropa Məhkəməsinin Azərbaycana qarşı olan president xarakterli qərarlarındakı hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 34-cü bəndində verilən izaha əsaslanaraq məhkəmə, BNMİ-nin əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı əvvəl Təqsirləndirilən şəxs1, sonra Təqsirləndirilən şəxs2 saxlandıqları ünvanda şəxsi axtarışın aparılmaması, sübut əhəmiyyətinə malik ola biləcək predmetlər-narkotik maddələrin prosessual qaydada götürülməməsi (polis əməkdaşlarının təqdim olunmuş torbaya qeyrirəsmi qayda baxış keçirilib götürülməsi nəzərə alınmaqla), sonradan polis şöbəsinə aparılaraq bir müddət sonra onların üzərində şəxsi axtarışın aparılması və sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin-narkotik maddələrin prosessual qaydada götürülməsini bu sübutların əldə edilməsi şəraitini ciddi qüsur kimi qəbul edib həmin sübutların, yəni təqsirləndirilən şəxslərə aid olması bildirilən torbaya baxış zamanı, eləcə də şəxsi axtarış zamanı aşkar olunub götürülmüş narkotik maddələrin məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olmasının mötəbərliyini şübhə altına alan hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmələrinə dair təqdim etdiyi sübutlar, o cümlədən əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar mahiyyəti etibarilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil. Ona görə də bu sübutlar mənbəyi etibarilə mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasn bu Məcəllənin 125.2.3 və 125.2.7-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının … pozulması ilə və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin bu Məcəllənin 128.3 və 128.3.1-ci maddələrinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Hazırki iş üzrə müəyyən edilir ki, əldə olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda göstərilən cinayəti-qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri (tiryək və qurudulmuş marixuananı) əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmələrində əsaslı şübhələr vardır (təqsirləndirilən şəxslərin tutulma yeri, vaxtı, üzərilərində şəxsi axtarışın aparılmasının vaxtı, saxlanmış şəxslərin şübhəli şəxs kimi dirilmələrinin vaxtı və müdafiəçilərin iştirakı, iş üzrə maddi sübutlar olan narkotik maddələrin götürülməsinin yeri və vaxtı ilə bağlı prosessual pozuntularla müşayiət olunan sənədlərlə rəsmiləşdirilməsi və həmin sənədlərində də ziddiyyətli halların olması, o cümlədən protokollarda yazılmış rəqəmlərin silinib sonradan yazılması və s.) və bu səbəbdən məhkəmə istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulma yeri, vaxtı, üzərilərində şəxsi axtarışın aparılmasının vaxtı, onların şübhəli şəxs kimi dirilmələrinin vaxtı və müdafiəçilərin iştirakı, iş üzrə maddi sübutlar olan narkotik maddələrin götürülməsinin yeri və vaxtı ilə bağlı sənədləri mötəbər sübut kimi qəbul etmir və həmin sübutlara əsaslanıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamı isə əsassız hesab edir. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri ilə bağlı müəyyən edilən yeni hallar üzrə əldə olunmuş sübutlara əsaslanıb yeni məzmunda ittihamın verilməsini də mümkünsüz hesab edir. Belə ki, məhkəmə istintaqı zaman müəyyən edilmişdir ki, BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri, “Mayak” binasının yaxınlığında yerləşən “Özbəyin yeməkxanası”da saxlanılmış, həmin vaxt onun üzərində narkotik maddələr olmamışdır. Polis əməkdaşları ondan Elnur adlı şəxsdən (Şahid6) götürdüyü torbanın harada olmasını soruşanda o, Elnur adlı şəxsin ona verdiyi torbanın (içərisində narkotik maddələr olması güman edilən) xalası oğlu Təqsirləndirilən şəxs2 (Təqsirləndirilən şəxs2) işlətdiyi çayxanada saxladığını bildirmiş, sonra polis əməkdaşlarının nəzarəti altında Təqsirləndirilən şəxs1 saat 14:30-da mobil telefonla Təqsirləndirilən şəxs2 ilə danışdıqdan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 Liman şəhərinə, M.Ə.Rəsulzadə küçəsi, ev 31 ünvanına aparılmış, (saat 15:34-də Lənkəran rayonunun Ürgə kəndinin ərazisində olmaqla), orada polis əməkdaşlarının nəzarəti altında Təqsirləndirilən şəxs2 işlətdiyi çayxanaya daxil olub qapının arxasında olan bir ədəd torbanı götürüb polis əməkdaşlarına təqdim etmiş, həmin torba polis əməkdaşları tərəfindən qeyri-rəsmi qaydada götürülmüş, həmin vaxt polis əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs2 də saxlanılmış, bundan sonra elə həmin ünvanda (21 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində) polis əməkdaşları saxlanmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında, qeyri-rəsmi qaydada torbanı açıb baxdıqdan sonra içərisində narkotik vasitələr olmasını bildirib və torbanı polis əməkdaşlarına aid avtomobilin yük yerinə qoyduqdan sonra saxlanmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BNMİ-nin X9 Şöbəsinə (21 sentyabr 2023cü il tarixdə, saat 17 radələrində “Mayak” binası və saat 19:17-də Lənkəran şəhərində “Ləvəngi dairəsi” və M.Nəsirli küçəsinin ərazilərində olmaqla,) gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən götürülməsi bildirilən bir ədəd torbaya baxış zamanı torbanın içərisindən külli miqdarda- 8425,8425,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda-975,0 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı (22 sentyabr 2023-cü il tarixdə, saat 16:34-də) əynindəki şalvarın cibindən külli miqdarda-75,584 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur və bu sübutlar olduqda həmin Məcəllənin 223.3.2-ci maddəsinə əsasən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə şəxs təqsirləndirilən şəxs qismində cəlb edilə bilər. Qeyd olunanlara əsaslanaraq məhkəmə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilən, yəni cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və ittihamın mahiyyətini ehtiva edən halların, o cümlədən ittihamda göstərildiyi kimi narkotik maddələrin götürülməsi məhkəmədə tədqiq olunmuş sübutlara təsdiq olunmamasını, əksinə təqsirləndirilən şəxslərin göstərilən cinayət əməlini törətməsini ehtiva edilən başqa halların (verilmiş ittihamda göstəriləndən hallarla tam ziddiyyət təşkil edən yeni hallarin) müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, hazırda müəyyən edilən yeni hallar üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham verilməlidir, lakin belə ittihamın məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülməsi mümkün deyil. Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinə əsasən törədilən cinayətin əlamətləri aşkar edildikdən təhqiqatçı, müstəntiq və ya prokuror öz səlahiyyətləri daxilində təhqiqat və ya istintaq aparmalı, nəticəsindən asılı olaraq şəxsə cinayət qanunverciliyinin müvafiq maddəsi və ya maddələri ilə ittiham elan etməlidirlər. Məhkəmələr isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən cinayət işlərinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxaraq ittihamda göstərilən halları tam, obyektiv yoxlamaqla ədalət mühakiməsini həyata keçirirlər. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə, iş üzrə verilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsini ehtiva edilən başqa halların, yəni verilmiş ittihamda göstərilən hallarla tam ziddiyyət təşkil edən yeni halları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda verilmiş ittiham kimi qəbul edə və bu ittiham üzrə yekun qərar çıxara bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübut və dəlillərin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır, eyni zamanda müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BNMİ-nin əməkdaşları tərəfindən ittihamda göstərilən vaxtda və yerdə saxlanılmamış, çoxsaylı prosessual pozuntularla müşayiət olunan sənədlər təhqiqat orqanı tərəfindən tərtib edilməklə onların saxlanılması və üzərilərində şəxsin axtarışın aparılması, eləcə də maddi sübutlar olan narkotik vasitələrin götürülməsi onların saxlanması yeri və vaxta uyğun rəsmiləşdirilməmişdir. Eyni zamanda məhkəmə iş üzrə verilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsini ehtiva edilən başqa halların, yəni verilmiş ittihamda göstəriləndən hallarla tam ziddiyyət təşkil edən yeni halları təqsirləndirilən şəxslərə yeni məzmunda verilmiş ittiham kimi qəbul edə və bu ittiham üzrə yekun qərar çıxara bilməz. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilən, yəni iş üzrə götürülmüş narkotik vasitələrin onlara məxsus olmasına dair kifayət qədər mötəbər sübutlar olmadığından onların bu əməli qanunla nəzərdə tutulan qaydada sübuta yetmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar və qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onlara Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməməsi əsası ilə onlara bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan, hər biri ayrı-ayrı qablaşdırılmış 975,0 qram və 75,584 qram tiryək və 8425,0 qram qurudulmuş marixuana Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azad edilməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. İş üzrə maddi sübutlar olan, hər biri ayrı-ayrı qablaşdırılmış 975,0 qram və 75,584 qram narkotik vasitə olan tiryək və 8425,0 qram narkotik vasitə olan qurudulmuş marixuana Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılsın. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azad edilsinlər. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar