Məhkəmə qərarları › İş №1(099)-220/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-220/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-220/2024 22.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxsin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 5010 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 97338,09 qram çəkidə qurudulmuş marixuana və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 48 qram təşkil edən 120 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında külli miqdarda 1200 ədəd dərman həblərini deyiləcək yerlərə yerləşdirmək üçün satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir bükümdə 28,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb satış üçün qablaşdıraraq üzərində saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 18 iyun 2023-cü il tarixdə, saat 02:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Beyləqan rayonu, Xələc kəndinin ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinə dəvət edilmiş, orada xidməti otaqların birində həmin tarixdə saat 04:45-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 28,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, saxlanılarkən yanında olmuş səkkiz ədəd polietilen kisələrin içərisindən on beş ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4560 qr, 5170 qr, 4565 qr, 5010 qr, 5655 qr, 5835 qr, 15000 qr, 12400 qr, 4460 qr, 4645 qr, 4680 qr, 4705 qr, 4780 qr, 10930 qr, 4915 qr, ümumi təmiz çəkisi 97310 qr olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuana ilə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd sellofan torbada və bir ədəd plastik qabda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1085 qr, 935 qr, 1165 qr, 1125 qr, 700 qr ümumi təmiz çəkisi 5010 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 120 ədəd “Methadone 40” yazısı olan blisterlərdə ümumi sayı 1200 ədəd tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 48 qram təşkil edən külli miqdarda eyni tərkibli dərman həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən marixuanadan istifadə edir, bununla bağlı həkim müayinəsindən də keçmiş rəy verilmişdir. 17 iyun 2023-cü ildə İİR vətəndaşı Hafiz adlı şəxslə whatsapp sosial şəbəkəsi vasitəsilə danışmışdır. Aralarında olan razılığa əsasən öz şəxsi istifadəsi üçün az miqdarda marixuananı Beyləqan rayonu ərazisindən götürməli imiş. İranlı demişdir ki, heçnə yoxdu, sadəcə bir damcı “nəşə” göndərirəm. Həmin gün taksi sürücüsü ilə Beyləqan rayonuna getmiş, ora çatdıqda artıq hava qaralmışdır. Bakıdan təxminən saat 7-də çıxmışlar, axşam saat 11 radələrində isə Beyləqan rayonuna çatmışlar. İİR-də olan şəxsin dediyi yerə maşından düşüb baxmış, görmüş ki, orada çoxlu narkotik vasitə var, demiş ki, “mənlik deyil” geriyə qayıtmaq istəyəndə polis əməkdaşları onu saxlamışdır. Həmin vaxt narkotiklərin çox olduğunu gördüyündən, maşına qayıtmaq istəmiş, polislər isə həmin yerdəki tikilidən çıxmışdır. İranlı ilə aralarında 70 kq malla bağlı heç bir danışığı olmamışdır. Sonra isə yalandan çəkiliş etmişlər. Əvvəlcə saxlamışlar, çəkiliş olmuş, ona siqnal vermişlər ki qaç səni tutaq, sonra isə nə var nə yox şöbəyə gətirmişlər. Şöbəyə gətirildikdən sonra isə demişlər ki, 28 qram marixuananı cibinə qoy, bu sənindir, o birilərin isə elə-belə çəkiliş edib, səni 234.1-lə rəsmiləşdirəcəyik. Cibinə qoyduqları bükümü isə, həmin narkotiklərin üstündən götürdüyünü deməyini istəmişlər. Əgər çəkiliş zamanı maneəçilik törətsən həmin narkotiklərin hamısını aparıb evinə qoyacayıq, evdəkiləri də tutacayıq. Çəkilişdə isə polislər necə demişlərsə, elə də demişdir ki, “paydı götürüb cibimə qoymuşam”. Aşkar olunan digər narkotiklərin heç birindən isə məlumatı olmamışdır. Həmin vaxt polislərə təklif etmiş ki, “gəlin iranlıya zəng vurum yalandan deyim ki, malın yarısın götürmüşəm, yarısı qalıb orda, gəlib götürəndə tutun oları”. Polislər isə ona demişdir ki, “narahat olma, onu da edəcəyik”. Özü isə törətdiyi əməlindən peşmandır. Himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1 adlı uşağı vardır, doğum şəhadətnaməsinin surəti tərəfindən istintaq təcridxanasından məhkəməyə göndəriləcəkdir. Özü narkotiki götürməkdən imtina etmiş, bütün bunları boynuna yükləmişlər, günahkardırsa, günahına görə cəza verilməlidir, bir balası var, ən aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 10-15 il olar ki, ara-bir düşəndə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə edir. Bildirdiyi “Hafiz” kimi özünü ona təqdim edən şəxs tutulmamışdan təxminən 1- 2 gün əvvəl ona “Whatsapp” sosial şəbəkədə zəng edərək tanışlıq verib İİR vətəndaşı olduğunu bildirib qeyd etmiş ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Söhbət zamanı o, “Hafiz”-ə demişdir ki, özü də arada nəşə çəkir. Odur ki, bir qədər söhbət etdikdən sonra “Hafiz” ona təklif etmişdir ki, rayondan göndərdiyi malı götürüb Bakı şəhərinə gətirsin və buna görə də “Hafiz” ona 8000 manat pul verəcək və əlavə də çəkmək üçün nəşə də verəcək. O, bir qədər düşünüb pula ehtiyacı olduğundan razılaşmış və şənbə günü axşam saat 6-7 radələrində “Hafiz” ona demişdir ki, Beyləqan rayona getmək lazımdır. Deməsinə görə 20 kilo çəkidə nəşə göndərəcəkmiş və əlavə də onun üçün bir büküm nəşə ayırıb qoyacaqmış ki, götürsün. O, “Hafiz”-ə demişdir ki, getməklə bağlı problem yoxdur, lakin ora getmək üçün pulu yoxdur. Ona görə də “Hafiz” ona demişdir ki, 100 manat pul göndərəcək və həmin pulu onun istifadəsində olan lakin dostunun adına olan bank kartına yükləmişdir. Həmin kartı o, məişət işləri üçün dostunun adına açdırmışdır. Belə ki, öz adına açdıra bilmirmiş, çünki öz şəxsiyyət vəsiqəsi itmişdir. Bundan sonra o, tanışı olan Vəli adlı “Bolt”-da işləyən taksi sürücüsünə yığaraq onu Beyləqan rayonuna neçəyə apara biləcəyi ilə maraqlanmışdır. Həmin şəxs ona demişdir ki, “Bolt” tətbiqi Beyləqan rayonunun girişinə qədər olan məsafənin gedişi 120 manat olacağını göstərir. O da həmin şəxsə 150 manat pul təklif edib demişdir ki, həmin rayona gedib bəzi özünə aid olan əşyaları götürüb qayıtmaq lazımdır. Demişdir ki, dərhal qayıdacaqlar. Beləliklə də, Vəli ilə görüşüb Beyləqan rayonuna yola düşmüşlər. Yol boyu o, arada “Hafiz”-lə danışırmış. Beyləqan rayonuna çatanda “Hafiz” ona Beyləqanda dəqiq ünvanı göstərən yerin koordinatlarını “Whatsapp” tətbiqi vasitəsilə göndərmiş, o da öz növbəsində həmin konumu Vəliyə yollamış ki, maşını lazım olan istiqamətdə sürsün. Odur ki, onlar deyilən yerə çatanda o, Vəliyə maşını saxlamasını və maşında oturmasını deyib özü düşərək tez qayıdacağını demişdir. Orada olan yarımtikilinin kənarına keçən zaman bir neçə iri torbanın olduğunu görmüş və “Hafiz”-in dediyi 20 kiloqramdan artıq çəkidə narkotik maddənin olduğunu düşünmüşdür. Çünki “Hafiz” ona demişdir ki, orada cəmi iki ədəd torba olacaq. Bununla belə o, həmin kisələri açaraq oradan özünə aid olan bir ədəd ayrılmış bükümü tapıb dərhal cibinə qoymuş və düşünürmüş ki, həmin malları maşına aparıb yükləsin lakin bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu yanında olan torbalarla birlikdə Beyləqən Rayon Polis Şöbəsinə aparmışlar. Onu da qeyd etmiş ki, həmin vaxt onu maşında gözləyən Vəli nədənsə qorxaraq oradan aralanmaq istəyib ərazi işıqlanmadığına görə avtomobili yolun kənarında olan kanala sürüşüb meyillənmişdir. Vəli maşından çıxan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və Vəli özünü təqdim edib taksi sürücüsü olduğunu demiş və Vəlini də onunla birlikdə polis şöbəsinə dəvət etmişlər. Ora çatanda o, müdafiəçi ilə təmin edilmişdir. Şöbədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan nəşəni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisindən yaşıl rəngli qurudulmuş ot formasında nəşəyə xas olan iyli maddə aşkar edilmişdir. Bundan sona üzərinə baxış keçirilərkən əlavə olaraq bir ədəd mobil telefon, bir ədəd bank kartı və nağd pul aşkar edilmişdir. Daha sonra o, saxlanılarkən orada olan ümumilikdə səkkiz ədəd torbalara baxış keçirilmiş, həmin torbalar ayrılıqda olaraq hamısı açılmış və içərilərində olan maddələrə baxış keçirilmişdir. Belə ki, nəticədə məlum olmuşdur ki, həmin torbalardan ümumilikdə 15 ədəd bağlamada nəşəyə oxşar maddə, dörd ədəd bağlamada və bir ədəd ağ rəngli plastik qabda qəhvəyi rəngli xüsusi iyli maddə, 1200 ədəd və ayrıca olaraq 20 ədəd dərman həbləri aşkar edilmişdir. Torbalardan aşkar edilmiş maddələr oxşar çeşidlərə aid olma meyarı üzrə elektron tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisinin təxminən 100 kiloqramdan artıq olması məlum olmuşdur. Bundan sonra təqdim etdiyi bükümlə torbalardan aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş, o da həmin qablaşmaların üzərində imza etmişdir. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu ilə plastik bank kartı götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin torbalarda olan maddələri “Hafiz” adlı İİR vətəndaşının tapşırığı ilə Bakıdan taksi ilə gələrək Beyləqan rayonu ərazisindən götürdüyünü və “Hafiz” adlı şəxsin ona verəcəyi 8000 manat pulun müqabilində narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerə qoymalı olduğunu bildirmişdir. Taksi sürücüsünün bu işlərindən məlumatının olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra ondan Bakı şəhərindən gəlmiş olduğu taksi maşını olan Vəli tərəfindən idarə olunan avtomobildə hər hansı qanunsuz maddə olub-olmaması soruşulan zaman o, maşında heç bir maddə olmadığını bildirib maşına videoçəkilişlə keçiriləcək baxışa etiraz etmədiyini bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak edən şəxslərin, əlavə də Vəlinin iştirakı ilə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilmiş. Baxış zamanı qanunsuz heç bir maddə və predmet aşkar edilməmişdir. Həmin vaxt şifahi sorğu zamanı Vəli onun dediklərini bir daha təsdiq edərək onun bu kimi işlərindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini qismən təsdiq etdiyini, iranlı şəxslə sonuncunun göndərdiyi 10 kq marixuananı 800 manat pul qarşılığında aparıb Bakı şəhərinə qoyacağı barədə razılaşdığını, müstəntiqə sərbəst ifadə verərək, tərəfindən oxunulub imzalandığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin rəis müavini vəzifəsində xidmət edir, polis mayorudur. 17 iyun 2023-cü il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq İİR-dən keçirilmiş külli miqdarda narkotik vasitələri Beyləqan rayonu ərazisindən götürərək, Bakı şəhəri ərazisinə aparacaqdır. Bununla bağlı əməliyyat-axtarış tədbirləri keçirilmişdir. 18 iyun 2023-cü ildə gecə saatlarında Beyləqan rayonu, Xələc kəndinin ərazisində yolun kənarında iki nəfər şəxs müşahidə etmişlər. Həmin şəxslərdən Təqsirləndirilən şəxs orada yolun kənarında olan köhnə tikilidə olan pilləkən kimi yerin arxasından bağlamaları götürüb, daşıyıb maşına qoymaq istəyərkən tərəflərindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin bağlamalarla birlikdə Beyləqan Rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman məlum olmuşdur ki, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə vardır. Daha sonra Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan ümumilikdə səkkiz ədəd torbalar hər biri açılaraq içərisinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, həmin torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, narkotik vasitə heroinə bənzər maddə, üzərində “metadon” yazısı olan və digər dərman həbləri vardır. Qeyd edilən torbalardan aşkar edilmiş içərisində narkotik maddələrə oxşar kütlələr olan bağlamalar oxşar ceşidlərə görə ayrılıb tərəzidə çəkilərək dərman həbləri ilə birlikdə, o cümlədən də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək narkotik maddəyə bənzər kütlə ilə birlikdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxsla birlikdə digər şəxsi də saxlayıb şöbəyə gətirmişlər, həmin şəxs barəsində onlarda məlumat olmamış, şəxs taksi sürücüsü kimi gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir təzyiq və ya təsir göstərilməmişdir, özü əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə Bakı şəhərində “Bolt” taksi xidməti göstərən mobil tətbiqi platformasında qeydiyyatdan keçərək taksi kimi fəaliyyət göstərir. Cinayət işi üzrə saxlanılmış Qoxmaz Hüseynovu tanıyır. Belə ki, Qorxmaz ona keçən ilin aprel ayında müştəri kimi sifariş edib onu Bakı şəhərindən Babək tərəfdən Xırdalana aparıb gətirmişdir. Həmin vaxtdan da etibarən Qorxmaz nömrəsini bilib bir neçə dəfə olmaqla ona zəng edərək Bakı şəhəri və yaxın ətraflara aparmağı xahiş edib mobil tətbiqdə qeyd edilən ödəniş pulunu verirmiş. Sonuncu dəfə şəhərdə işləyərkən 17 iyun 2023-cü ildə axşam saatlarında Qorxmaz ona yığaraq Beyləqan rayonuna aparıb-gətirməyi xahiş etmişdir. Bundan sonra gedib Qorxmazı 20 Yanvardan götürüb yola çıxmışlar. Yola çıxan zaman sifariş yüksək məbləğ verirmiş deyə, Qorxmazla 150 manata aparıb-gətirməyə razılaşmışdır. Həmin vaxt Qorxmazın əlində balıq tilovu olmuş, tilovu yük yerinə qoymuşdur. Qorxmaz demişdir ki, balıq tutmağa gedir. Yolda mağazada və yanacaqdoldurma məntəqəsində saxlayıb sonra yollarına davam etmişlər. Yolboyu Qorxmaz yanında əyləşib whatsappda kiminləsə yazışmışdır. Telefon Qorxmazın əlində olmuş, özünə də əvvəlcədən konum atmışdı ki, rayonun mərkəzinə gedir. Gəlib Beyləqana çatmışlar. Beyləqanın içindən keçən kənd yoluna çıxmışlar, oradan keçərkən demişdir ki, “maşını saxla iki dəqiqəyə gəlirəm”. Həmin vaxt saat artıq 00:00 keçmişdir. Düşünmüş ki, Qorxmaz hər hansı təbii ehtiyacını ödəmək üçün maşından düşür. Orada saxlayarkən polis əməkdaşları gəlib onu saxlamışlar, ondan Qorxmazı tanıyıb-tanımadığını soruşduqda, demişdir ki, taksi sürücüsüdür, Qorxmazı da müştəri kimi rayona gətirmişdir. Bundan sonra Qorxmazı tutmuşlar, demişlər ki, narkotiklə tutulub. Həmin vaxt maşını yolun kənarında saxlamış, yolun qırağı isə qaranlıq olduğundan nəsə görə bilməmiş, yalnız oradakı ağacları görə bilmişdir. Oradan da Beyləqan polis şöbəsinə gətirilmişlər. Ona demişlər ki, Qorxmaz 100 kq narkotiklə tutulub. Onlar günortaya qədər Beyləqan polisində saxlanılmış, sonra isə Bakıya BMCMİ-nə gətirilmişlər. Orada da həmin gün saxlanılıb, sabahı isə müstəntiq gəlmiş, hadisəni olduğu kimi danışmışdır. Bundan sonra onu buraxmışlar. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən bir ildən çoxdur ki, kreditlə əldə etdiyi “Chevrolet” markalı **-PX-*** nömrə nişanlı avtomobillə “Bolt”, “Uber” və s. bu kimi taksi xidməti göstərən müxtəlif mobil tətbiqi platformalarında qeydiyyatdan keçərək taksi kimi fəaliyyət göstərir. Cinayət işi üzrə saxlanılmış Qoxmaz Hüseynovu təxminən 1 ay olar ki, tanıyır. Qorxmazla adi müştəri münasibətləri vardır. Tanışlıqları Qorxmazın “Bolt” tətbiqi üzərindən bir dəfə etdiyi sifarişi üzərindən yaranmışdır. Həmin vaxtdan da etibarən Qorxmaz bir neçə dəfə olmaqla ona zəng edərək Masazır və s. Bakı şəhəri və yaxın ətraflara aparmağı xahiş edib mobil tətbiqdə qeyd edilən ödəniş pulunu verirmiş. Beləliklə də, şənbə günü, yəni onları polis əməkdaşarı saxladıqları gündən bir gün əvvəl axşam saat təxminən 18:00 radələri olardı ki, Qorxmaz ona yığaraq Beyləqan rayonuna neçəyə apara biləcəyi ilə maraqlanmışdır. O da proqramda həmin marşrutu yazaraq Qorxmaza yol haqqının 120 manat edəcəyini demişdir. Qorxmaz ona demişdir ki, bir saata çıxmaq lazım olacaq və gecə satlarında ora çatıb deməsinə görə bağlamada olan balıq götürüb geri qayıtmalıdır. Buna görə ona 150 manat pul verəcəyini demişdir. Odur ki, o da razılaşmışdır. Qorxmazı danışdıqları kimi götürüb Beyləqan rayonuna yola düşmüşlər. Qeyd etmiş ki, yol boyu Qorxmaz mobil telefonda kiminləsə danışırmış. Avtomobildə radio işlədiyi üçün Qorxmazın nə mövzuda danışdığını eşitmirmiş, lakin ara bir Qorxmazın həmsöhbətinə “Hafiz” deyərək xitab etdiyini eşidirmiş. Qeyd etmiş ki, onlar hələ yolda ikən Qorxmaz yol kənarında işləyən marketlərin birində düşərək yapışqan lent (skoç) almışdır. Bunu da onunla izah etmişdir ki, götürəcəyi bağlamalarda balıq olduğu üçün iy ola bilər. Ona görə də həmin bağlamanı yapışqan lentlə dolayacaq ki, iy olmasın. Onlar Beyləqan rayonunun girəcəyinə çatan zaman Qorxmaz ona “Whatsapp” tətbiqi vasitəsilə rayon ərazisində gedəcəkləri yerin dəqiq koordinatlarını konum şəklində göndərmişdir. O da həmin konuma uyğun maşını idarə etmişdir. Bir qədər sonra onlar lazım olan ünvana çatarkən Qorxmaz ona maşını saxlamasını istəmişdir. O, elektron xəritədə baxarkən görmüş ki, konuma çatmışlar, lakin həmin yer yolun kənarı olduğundan və işıqlanması olmadığı üçün düşünmüş ki, çatmaqlarına az qalıb, yəqin Qorxmaz təbii ehtiyaclarını ödəmək üçün utanaraq burada düşmüşdür. Belə ki, Qorxmaz, maşından düşərək tez qayıdacağını deyib orada yerləşən yarım tikilinin yanına tərəf getmişdir. O isə maşında oturub siqaret çəkirmiş. Bu vaxt Qorxmazın getdiyi tərəfdən səsküy gəldiyini, bir neçə şəxsin də ona tərəf gəldiyini və onu səslədiklərini görmüşdür. Qorxaraq ilk əvvəl düşünmüş ki, Qorxmaz nəsə problemə düşüb. Ona görə də tez bir zamanda oradan uzaqlaşmaq qərarına gəlmişdir. Maşını işə salıb bir qədər aralaşmaq istəyən zaman yolun əyri olması və işıqlanmaması səbəbindən idarə etməni itirib maşını yolun kənarında olan kanala salmışdır. Bu vaxt ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını və Qorxmaz barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri olduğunu bildirib onu Beyləqan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Qeyd etmiş ki, idarə etdiyi maşını da Polis Şöbəsinə təmin etmişlər. Orada ona məlum olmuşdur ki, Qorxmaz Beyləqan rayonuna balıq gətirmək üçün getdiyini ona yalandan deyərək əslində oraya getməkdə məqsədinin narkotik vasitələr götürmək olmuşdur. Bundan başqa məlum olmuşdur ki, Qorxmaza 100 kiloqramdan artıq olan narkotik maddələr göndərmişlər və Qorxmaz həmin maddələri götürmək üçün Beyləqan rayonuna gecə saatlarında yola düşmüşdür. O, polis əməkdaşlarına Qorxmazın bu işlərindən tam olaraq məlumatsız olduğunu, ona bu barədə heç bir şey demədiyini bildirib onların onun idarə etdiyi maşına da baxış keçirmək lazım olmasına dair heç bir etirazının olmadığını bildirib Qorxmazın saxlanılmasında iştirak etmiş polis əməkdaşları, Qorxmazın vəkili və onun iştirakı ilə videoçəkilişlə avtomobilə baxış keçirilmiş və baxış zamanı hər hansı qanunsuz maddə aşkar edilməmişdir. O, həmin vaxt bir daha Qorxmazın qanunsuz işlərindən xəbərinin olmadığını, yol haqqını ödəmək şərti ilə taksi sürücüsü qismində Qorxmazı Bakıdan Beyləqan rayonuna gətirdiyini bildirmişdir. Qeyd olunanlar barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsi elan olunduqdan sonra Şahid5 həmin ifadəsini təsdiq etdiyini, nə deyibsə onun da yazıldığını bildirmişdi. İş materiallarında olan BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli həmin şöbənin rəisinə ünvanlanmış “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Beyləqan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 17 iyun 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 6-7) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:20 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 22) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 18 iyun 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 28,089 qram narkotik vasitə qurudulmuş marixuana və saxlanılan zaman yanında olan səkkiz ədəd polietilen torbadan on beş ədəd bağlamalarda 97 kiloqram 310 qram narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd sellofan torbada və bir ədəd plastik qabda 5 kiloqram 10 qram narkotik vasitə heroin və 1200 ədəd “Methadone 40” yazısı olan blisterlərdə tərkibində narkotik vasitə metadon olan dərman həbləri aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 31-34) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şahid5 tərəfindən yazılmış ərizədən görünür ki, idarə etdiyi Chevrolet nexia minik markalı, ** PX *** qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə etiraz etmir. (c 1, i.v 38) İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması barədə 18 iyun 2023cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, X6 idarə etdiyi “Chevrolet Nexia” markalı **-PX-*** nömrə nişanlı avtomaşına baxış keçirilməsinə sonuncu etirazı olmadığını bildirib ərizə təqdim etdiyi üçün qeyd edilən nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar edilməsə də, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı ondan aşkar edilmiş torbaları İran İslam Respublikasının vətəndaşı olan “Hafiz” adlı şəxsin vasitəsilə əldə edib Beyləqan rayonu ərazisində götürdüyü yerdən aparıb Bakı şəhərində ona deyiləcək yerə qoymaq müqabilində 8000 manat pul qazanmalı olduğunu bildirmişdir. (c 1, i.v 39-42) İş materiallarında olan materialların məhkəmə və məhkəmə bioloji ekspertizasının 18 iyun 2023-cü il tarixli, 17/481 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqdə “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən və ...polietilen torbalardan aşkar olunan kütlələr.” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd sarı rəngli sintetik kisənin içərisindəki; 07(yeddi) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 4560 qr, 5170 qr, 4565 qr, 5010 qr, 5655 qr, 5835 qr və 15000 qr, ümumi çəkiləri – 45795,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd qara rəngli sintetik kisənin içərisindəki; 01(bir) ədəd sellofan bükümdə və 03 (üç) ədəd sellofan bağlamalarda, ayrıayrılıqda təmiz çəkiləri – 28,09 qr, 12400 qr, 4460 qr və 4565 qr, ümumi çəkiləri – 21533,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd yaşıl rəngli sintetik kisənin içərisindəki; 03 (üç) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 4580 qr, 4705 qr və 4780 qr, ümumi çəkiləri – 14165,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd narıncı rəngli sintetik kisənin içərisindəki; 02 (iki) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 10930 qr və 4915 qr, ümumi çəkiləri – 15845,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 04 (dörd) ədəd sellofan torbalarda və 01 (bir) ədəd plastik qabda, ayrı-ayrılıqda təmiz çəkiləri – 1085 qr, 935 qr, 1165 qr, 1125 qr və 700 qr, ümumi çəkiləri – 5010,0 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 120 (bir yüz iyirmi) ədəd üzərilərində “Methadone 40” yazısı olan blisterlərdə, ümumilikdə 1200 (bir min iki yüz) ədəd həblər metadon dərman preparatıdır. Həmin 1200 (bir min iki yüz) ədəd həblər təsiredici maddəsinin ümumi miqdarı-48,00 qram təşkil edir. 02(iki) ədəd üzərilərində “Milogen” yazısı olan blisterlərdə, ümumilikdə 20 (iyirmi) ədəd həblər narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş 15 (on beş) ədəd sellofan bağlamalarda və 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 04 (dörd) ədəd sellofan torbalarda və 01 (bir) ədəd plastik qabda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 1200 (bir min iki yüz) ədəd metadon həbləri, qablaşdırılma formalarına, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: 1) Marixuanaların ümumi təmiz çəkisi – 97 kq 338,09 qr., cəmi tədqiqata sərf edildi – 1,60 qr. (hər ob.-0,10 qr.), qalıq – 97 kq 336,49 qr. 2) Heroinlərin ümumi təmiz çəkisi – 5010,0 qr., cəmi tədqiqata sərf edildi – 0,500 qr. (hər ob.-0,100 qr.) qalıq - 5009,500 qr. 3) 1200 (bir min iki yüz) ədəd metadon həbləri, tədqiqata sərf edildi – 12(on iki) ədəd həb; qalıq – 1188 (bir min bir yüz səksən səkkiz) ədəd həb. 4) 20 (iyirmi) ədəd həb, tədqiqata sərf edildi – 02 (iki) ədəd həb; qalıq – 18(on səkkiz) ədəd həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 107,91 manat təşkil edir. (c 1, i.v 50-54) İş materiallarında olan 19 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid5 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (c 1, i.v 101- 105) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-922/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 18 iyun 2023-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 118-123) İş materiallarında olan 20 iyun 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 97336,49 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 5009,500 qram çəkidə narkotik vasitə heroin, 1188 ədəd narkotik vasitə metadon həbləri, “Milogen” yazısı olan blisterlərdə 18 ədəd həblər maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (c 1, i.v 134-136) İş materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı qeyd olunmamış +**********11 saylı və adı kontaktlar siyahısında “Afiz” kimi qeyd olunmuş +**********25 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefonun daxili yaddaşına yüklənmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında qeyd olunmayan +**********11 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçinin Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 00:35-də naməlum yerin xüsusi olaraq sonradan üzərində işarə ilə qeydiyyat aparılmış fotogörüntüsünü yollayaraq “Əmanəti götürdün-mənə deyərsən”, həmin tarixdə saat 01:21-də “Başıva dönüm neynədin? əmanəti götürdün? 70 kilo malı neynədin, götürdün? Mənə xəbər elə də bəs niyə belə edirsən? ay qaqa əmanəti götürmədin? Bəs mənə dedin 5 dəqiqəyə götürürəm? Onu sən götürdün aparıb yeyəsən? ay qaqa...70 dənə əmanətdi haaa..70 kilo maldır..sən bayaq dedin 5-10 dəqiqəyə götürürəm...yarım saatdır setdən çıxmısan...niyə belə edirsən? hələ 100 manat da mənə yol pulu vurdurmusan...yaxşı hərəkət deyil haa seydən çıxasan..10 dənə deyil..5 dənə deyil..70 kilo maldır niyə belə edirsən axı?” səsli və saat 02:13-də “Kart at 8 min vurum 7 mində çet bakiye mali at unvana vurum karte” yazılı mesaj yollaması, buan cavab olaraq Təqsirləndirilən şəxs ona həmin tarixdə saat 02:15-də “alo..eşidirsən məni? Götürdüm..hər şey yaxşıdır..narahat olma” səsli mesaj yollaması müəyyən olunmuşdur. Telefonun daxili yaddaşında yüklənmiş “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqində iş üzrə əhəmiyyət kəsd edən danışıqlar müəyyən edilməmişdir. (c 1, i.v 150-151) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 169-170) İş materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023cü il tarixli AZF/LGL-11363/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs qəbul etdiyi qısa SMS-lərin içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə tarixdə “Ot istiyiram”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “Yeke kiwisen bu nedi vermisen mene torpaqdi bu...yeke kiwisen bu nedi eliyirsen gelirem mehlevize agriyiram dedim sene... Meni agrida qoydun qorxmaz sen hecbiwey bugunun sabahida var” mətnli qısa yazışmaların Təqsirləndirilən şəxs göndərmələri məlum olmuş. Bundan başqa, Təqsirləndirilən şəxs öz növbəsində ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2023-cü il tarixdə “Gelirsən gəl Qardaşuvun borcunu getir!!Malda 25 olacag!!” mətnli mesajlar yazması məlum olmuşdur. (c 1, i.v 172-173) İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 5(020)-32/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Beyləqan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair 17 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c 1, i.v 175-178) İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 xx.xx.2023-cü il tarixli 4477 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz deməsinə görə narkotik vasitə olan marixuana istifadə edir. Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 193-194) İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, aparılmış şəxsi axtarış və götürmə, o cümlədən avtomobilə baxış və götürmə zamanı videoçəkilişlər iki ədəd DVD disklərə əlavə olunmuşdur. Həmin 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş, "xxxx" MMCdən və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqları məlumatlarının əks olunduğu CD disklər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs müvafiq olaraq götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon cihazı maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (c 1, i.v 201-217) İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından istintaqa adı “Hafiz” kimi məlum olan şəxs və qeyrilərinin barəsində qabaqcadan əlbir olan bir qrup şəxsin külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib satış məqsədi ilə Beyləqan rayonu ərazisinə daşıyaraq saxlaması xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (c 1, i.v 236-237) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan digər şəxslə telefon vasitəsilə danışaraq Beyləqan rayonu ərazisinə onun göndərdiyi az miqdarda qurudulmuş marixuananı götürmək məqsədi ilə getmiş, lakin İİR-də olan şəxsin dediyi yerdə çoxlu narkotik vasitə olduğunu görüb, onları götürmədən geriyə qayıtmaq istəyəndə polis əməkdaşları tərəfindən saxlanılmış, şöbədə üzərinə 28 qram marixuana qoyulmuş, digər narkotiklərlə də bağlı çəkiliş etmişlər, həmin narkotiklərin hamısını aparıb evinə qoyub, evdəkilərini də tutacaqları ilə hədələndiyindən, çəkiliş zamanı polislər necə demişlərsə, elə də demişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə aşkar edilmiş narkotik vasitələrin onun yaşadığı evə qoyulub, yaxın qohumlarının da əsassız yerə polis əməkdaşları tərəfindən tutulacaqları və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs dörd aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkətləri zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində aşkar olunmuş narkotik maddələri İİR vətəndaşı “Hafiz” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisindən Bakı şəhərində deyiləcək ünvana çatdırıb 8000 (səkkiz min) AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, şalvarının cibindən aşkar olunan qurudulmuş marixuananı həmin torbaların içindən istifadə etmək məqsədi ilə götürdüyünü, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təsir olmadığını bildirmiş, baxış və götürmə istintaq hərəkəti zamanı da yuxarıda göstərilən xüsusatları təsdiq etmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixoloji təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra psixoloji təzyiqə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai araşdırma zamanı vermiş olduğu şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini də qismən təsdiq edərək, müstəntiqə sərbəst ifadə verdiyini, ifadələrini oxuyub imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqları məlumatları habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 76-79) və xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 97-100, 229-232) şəxs qismində verdiyi ifadələrində, eləcə də video-çəkiliş vasitəsilə şəxsi axtarış, baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində və ifadələrində təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri İİR vətəndaşı “Hafiz” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisindən Bakı şəhərində deyiləcək ünvana çatdırıb 8000 (səkkiz min) AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, şalvarının cibindən aşkar olunan qurudulmuş marixuananı həmin torbaların içindən istifadə etmək məqsədi ilə götürdüyünü, bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıqaşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, +**********11 saylı İİR-ə məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçinin Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 00:35-də naməlum yerin xüsusi olaraq sonradan üzərində işarə ilə qeydiyyat aparılmış fotogörüntüsünü yollayaraq “Əmanəti götürdün-mənə deyərsən”, həmin tarixdə saat 01:21-də “Başıva dönüm neynədin? əmanəti götürdün? 70 kilo malı neynədin, götürdün? Mənə xəbər elə də bəs niyə belə edirsən? ay qaqa əmanəti götürmədin? Bəs mənə dedin 5 dəqiqəyə götürürəm? Onu sən götürdün aparıb yeyəsən? ay qaqa...70 dənə əmanətdi haaa..70 kilo maldır..sən bayaq dedin 5-10 dəqiqəyə götürürəm...yarım saatdır setdən çıxmısan...niyə belə edirsən? hələ 100 manat da mənə yol pulu vurdurmusan...yaxşı hərəkət deyil haa seydən çıxasan..10 dənə deyil..5 dənə deyil..70 kilo maldır niyə belə edirsən axı?” səsli və saat 02:13-də “Kart at 8 min vurum 7 mində çet bakiye mali at unvana vurum karte” yazılı mesaj yollaması, buna cavab olaraq Təqsirləndirilən şəxs ona həmin tarixdə saat 02:15-də “alo..eşidirsən məni? Götürdüm..hər şey yaxşıdır..narahat olma” səsli mesaj yollaması müəyyən olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə yerində heç bir heç bir narkotik vasitə götürməməsi, əlinin belə həmin narkotiklərə dəyməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (İİR məxsus mobil operatoruna göndərdiyi “alo..eşidirsən məni? Götürdüm..hər şey yaxşıdır..narahat olma” səsli mesajı, eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1, Hacıbaba Ağyev və Şahid3 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən bağlamaların bir hissəsini götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Bununla yanaşı onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması, aşkar edilmiş narkotik vasitələri götürməməsi ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində aşkar edilmiş narkotik vasitələrin Beyləqan rayonu, Xələc kəndi ərazisində İİR-də olan Hafiz adlı şəxs tərəfindən qoyulduğunu, narkotik vasitələri sonuncunun Bakı şəhərində deyəcəyi ünvana aparıb, qarşılığında 8000 manat məbləğində pul alacağı barədə razılaşdıqlarını, üzərindən aşkar edilmiş narkotik vasitəni isə şəxsi istifadə üçün həmin şəxs tərəfindən göndərilən bağlamanın üzərindən götürdüyünü bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə verdiyi ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Hafiz adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Hafiz adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Beyləqan rayonu, Xələc kəndi ərazisinə narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5, 12(a) və 13-cü sətrlərinə əsasən heroin, qurudulmuş marixuana və metadon narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 5 qram və 0,02 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 500 qram və 1,6 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda narkotik vasitələr olan 97338,09 qram qurudulmuş marixuananı, 5010,0 qram heroini və 1200 ədəd metadon dərman preparatları əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, müxtəlif növlərə adi olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 97336,49 qram narkotik vasitə qurudulmuş marixuana, 5009,500 qram narkotik vasitə heroin, 1188 ədəd narkotik vasitə metadon həbləri və 18 ədəd həblər məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-107,91 (bir yüz yeddi manat, doxsan bir qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 97336,49 qram narkotik vasitə qurudulmuş marixuana, 5009,500 qram narkotik vasitə heroin, 1188 ədəd narkotik vasitə metadon həbləri və 18 ədəd həblər məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-107,91 (bir yüz yeddi manat, doxsan bir qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür Hakim: Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar