Məhkəmə qərarları › İş №1(099)-220/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-220/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-220/2025 15.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Hovil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 150.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində Lerik rayonunun Hovil kəndində yaşadığı evdə qaynanası Zərərçəkmiş şəxs qarşısını kəsərək sağ qolunun bilək nahiyyəsindən tutaraq otağa keçməsini tələb etmiş, Zərərçəkmiş şəxs buna etiraz edib müqavimət göstərdikdə sonucununu zorla içəri otağa salmış, qapını arxdan kilidləyərək Zərərçəkmiş şəxs yerə yıxmış, yumruq ilə sağ gözünün altından, almacıq sümüyü nahiyəsinə zərbələr endirib zorla Zərərçəkmiş şəxs üzü üstə çevrilməsini tələb etmiş, sonuncuya sol diz oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsihematoması, sol baldır, sağ almacıq nahiyəsində qançır nəticələn dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs üzü üstə çevirdikdən sonra özünün əynində olan şalvarı çıxartmış, bundan sonra Zərərçəkmiş şəxs əynində olan finkanı və tumanı cırıb zorla əynindən çıxartmış, gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edərək təxminən 3-4 dəqiqə hərəkət etdirməklə sonuncu ilə qeyritəbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə X2 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 4 övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs onun qayınanasıdır. Qayınanası ilə aralarında sevgi münasibətlərində olmuşdur. 17 sentybar 2024-cü tarixdə Bakı şəhərindən gəlmiş, evdə Gülzadə tək olmuşdur. O Gülzadə ilə otaqda qeyri təbii yolla cinsi əlaqədə olan vaxtı oğlu İsmayıl onları görmüş sonra onların sevgi munasibətlərinin üstü açılmışdır. Onların arasında 18 ildir cinsi munsaibətlər olmuş lakin heç vaxt tutulmamışlar. Hadisə günü arvadı onların munasibətlərindən xəbər tutduğu vaxt evdə səs-küy olmuşdur. Gülzadə ilə onun könüllü razılığı ilə cinsi əlaqədə olmuş, ona zor tətbiq etməmişdir. Lakin hadisə aşkar olunduğu üçün Gülzadə özünü təmizə çıxarmaq üçün şikayət etmişdir ki, güya zorla cinsi əlaqə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, ifadəsində göstərdiyi “qayınanası Zərərçəkmiş şəxs könüllü razılığı ilə cinsi əlaqədə olması, ona zor tətbiq etməməsi, Gülzadə özünü təmizə çıxarmaq üçün şikayət etməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünün müdafiə xarakteri daşıyır, onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir, aralarında narazılıq və ya ziddiyyət yoxdur. 17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərindən Lerik rayounun Hovil kəndinə gəlmiş, nahar edərək araq içmişdir. Həmin tarixdə saat 13 radələrində işlədiyi Lerik rayonunun Qılqılov kənd məktəbindən nahar fasiləsi üçün evə gəlmişdir. O, nahar edən zaman Şahid1 məktəbdən gələn övladlarını qarşılamaq üçün evdən çıxaraq getmiş, ondan və Təqsirləndirilən şəxs başqa evdə heç kim olmamışdır. Naharını bitirəndən sonra Təqsirləndirilən şəxs qarşısını kəsərək sağ qolunun bilək nahiyyəsindən tutaraq otağa keçməyini tələb etmişdir. O niyə yan otağa keçməyini soruşduqda Təqsirləndirilən şəxs ona “neçə ildir sənin üçün ölürəm, vaxt tapa bilmirdim” demişdir. Yenidən onu içəri otağa salmağa çalışmış, o Rahilə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs onu otağa salmış, qapını bağladıqdan sonra ona fiziki qüvvə tətbiq edərək onu yerə yıxmışdır. Təqsirləndirilən şəxs təkidlə onun üzü üstə çevrilməsini tələb etmişdir. O üzü üstə çevirdikdən sonra Təqsirləndirilən şəxs özünün əynində olan şalvarını çıxartmışdır. Bundan sonra onun əynində olan ağ rəngli finkanı və qara rəngli şalvarı cırmış və onları zorla əynindən çıxartmışdır. O Rahilə narazılığını bildirmişdir. Qollarını özünə tərəf dartıb onu üzü üstə döşəməyə uzatmışdır. Bundan sonra Rahil cinsiyyət orqanını onun anus dəliyinə daxil etmişdir. O qışqırmış, lakin heç kim köməyinə gəlməmişdir. Ona zor tətbiq edib qeyri-təbii yolla onunla cinsi əlaqəyə girmişdir. Təxminən 3-4 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bu zaman nəvəsi İsmayıl evə gəlib qapını açmaq istədikdə Təqsirləndirilən şəxs oğlundan qapını açmamağı tələb etmiş, o qışqırmağa başladıqda uşaq qaçaraq oradan uzaqlaşmıdşır. O uşaqların gəldiyin deyib onu buraxmasını istəsə də Təqsirləndirilən şəxs buna məhəl qoymamışdır. İsmayıl köməyə çağırdığı anası Şahid1 və digər nəvələri qapının qarşısına gəlmişlər. Qapının açılmasını tələb etsələr də Təqsirləndirilən şəxs qapını açmamışdır. Şahid1 qapını zorla açıb içəri girdikdə onu və Təqsirləndirilən şəxs yarı çılpaq vəziyyətdə görmüşdür. Şahid1 Təqsirləndirilən şəxs nə səbəbə belə bir şey etdiyini soruşduqda sonuncu izah verə bilməmişdir. Rahildən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Zakir oğlu ifadəsində göstərmişdir ki, Lerik rayonunun Qılqılov kənd ümümi orta məktəbində şagirdidir, 11 yaşı var. 17 sentyabr 2024cü il tarixdə dərs bitdikdən sonra evə gəlmişdir. Həyətə daxil olub qapının ağzına çatdıqda evdən səs gəldiyini eşitmişdir. İçəri, səslərin gəldiyi otağa girmək istəyəndə, qapının kilidli olduğunu görmüş, atası onun içəri girməməyini istəmiş, İçəridən səslər gəlirdi. Atası onun çıxıb getməyini demiş, o, bundan sonra çantasını qoyub həyətin yuxarısına doğru qaçmışdır. Bacıları ilə məktəbdən gələn anasını görüb ona atasının nənəsini otağa salıb döydüyünü demişdir. Onlar birlikdə qaçaraq evə doğru otağın qabağına gəlmişlər. Anası qapını itələyib içəri girmişdir. Anası ilə birlikdə onlar da içəri girmişlər. Həmin zaman atasıın əynində köynək olmuş, lakin şalvar olmamışdır. Atasının əynində sadəcə olaraq tuman olmuşdur. Nənənin saçı dağınıq vəziyyatdə, əyninde don olmuş. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 yaşı var, Təqsirləndirilən şəxs atasıdır. 17 sentyabr 2024-cü il tarixdə səhər tezdən məktəbə getmiş, saat 13:30 radələrində bacısı ilə birlikdə məktəbdən çıxıb evə doğru gəlməyə başlamış, anası ilə yolda görüşdükdən sonra evə doğru gəlmişlər. Evin həyətinə çatmamiş qardaşı Şahid4 gələrək atanın nənəni evə salib döydüyünü demiş və onları tez köməyə çağırmış. Onlar çantalarını yerə atıb evə doğru qaçmağa başlamışlar. Evin qapısına çatıb qapını açmağa çalışmışlar. Anası qapını ilk öncə aça bilməmiş, sonra qapını itələyib içəri girmişdir. Anası ilə birlikdə onlar da içəri girmişlər. Həmin zaman atasının əynində köynək var imiş, lakin şalvar olmamışdır. Nənəsi Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olduğunu demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cimayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 79 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol diz oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol baldır, sağ almacıq nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 89 nömrəli rəyində göstərilir ki,1.Vət. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə omanı göstərən əlamətlər(nisbi hamarlaşma, səthi cırılmış yara) aşkar edilmişdir. Düz bağırsağın arxa keçəcək nahiyəsində aşkar edilmiş səthi cırılmış yaraya görə qeyri-təbii yolla cinsi əlaqəda olmanın müddəti qərarın təsviri hissəində göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir. 2.Cinsiyyət yolu girəcəyində spermanın qalma müddəti 2-3 gün və düz bağırsaq nahiysəindən isə fizioloji aktın hər gün olmasını nəzərə alaraq hadisədən 13-14 gün keçdiyi üçün həmin nahiyələrdən tamponların götürülməsi məqsədə müvafiq sayılmır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 505 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patalogiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqəda olma qabiliyyətini təsdiq edən əlamətlər mövcuddur. Təqsirləndirilən şəxs xroniki prostatit xəstəliyi müəyyən edilsə də, onun cinsi əlaqəyə girməyə mane olacaq səbbə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3227 nömrəli rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs müayinə zamanı hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan 27 sentyabr 2024-cü tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və videoçəkilişdən görünür ki, hadisə Lerik rayonu, Hovil kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə baş vermişdir. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lerik rayon məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Lerik RMX-nın 13 yanvar 2025-ci il tarixli, 18-1-59/2-8/2025 nömrəli məkubundan görünür ki, Lerik rayonunun Hovil kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ruhi əsəb və narkoloji xəstəliyinə görə Lerik RMX-nın PHŞ-nın poliklinika şöbəsinə müraciət etməmiş və dispanser qeydiyyatında durmur. İş materiallarında olan Lerik rayon Siyov kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonu Hövil kəndində yaşayır, ailə tərkibi arvadından, 01.122008-ci il təvəllüdlü heytkinlik yaşına çatmayan Şahid3, xx.xx.2010-cu il təvəllüdlü Şahid2, xx.xx.2013-cü il təvəllüdlü Şahid4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adllı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir təqsirləndirci materiallar daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli «sübutların qiymmətləndirilməsi haqqında» qərarla Zərərçəkmiş şəxs təqdim etdiyi finka və tumanın üzərində lolan zədələrin Təqsirləndirilən şəxs tərəfindən seksual xarakterli zorakılığa məruz qalarkən yarandığını göstərdiyindən, finka və tuman iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Lerik RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 150.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd finka və tuman onun özünə qaytarılmalı, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlini 27 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Lerik RPŞ-nin saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd finka və tuman onun özünə qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar