Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-221/2022 29.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X12 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, Şahid4 Ərəstun oğlunun işlətdiyi kafenin ikinci mərtəbəsindəki otaqda orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən hər hansı əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 Əlikram oğlunu ucadan nalayiq sözlərlə təhqir edib və yaxasından tutub silkələyərək fiziki zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, kafedə olmuş Zərərçəkmiş şəxs1, Şahid1, Şahid5 və Zərərçəkmiş şəxs4 onu Zərərçəkmiş şəxs3 kənarlaşdırmaqla xuliqanlıq hərəkətlərinin qarşısını aldıqdan və kafedə olmuş şəxslər kafenin həyətinə düşdükdən sonra xuliqanlıq hərəkətlərini davam etdirmək üçün həmin kafenin mətbəxindən bıçaq götürüb kafedən uzaqlaşmaq istəmiş Zərərçəkmiş şəxs3 arxasınca getmiş, sonuncunu ucadan nalayiq sözlərlə təhqir edib üzərinə hücum edərkən yanında olmuş Zərərçəkmiş şəxs1 hər hansı səbəb olmadan bıçaqla bir dəfə zərbə vurub döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmuş, həmçinin müvafiq ardıcıllıqla onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər birinə hər hansı əsaslı səbəb olmadan bıçaqla bir dəfə zərbə vurub Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinin tikişə ehtiyacı olan kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla, Elvin Yahyayevə döş qəfəsinin arxa səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, Zərərçəkmiş şəxs4 qarnın ön divarının kəsilmiş-deşilmiş səthi yarası ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, eləcə də bu hərəkətləri ilə təxminən on dəqiqə ərzində ətrafda olmuş şəxslərin narahatlığına səbəb olmaqla, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə axşam Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, həmkəndlisi Şahid4 Ərəstun oğlunun (bundan sonra – Mərhəmət) işlətdiyi kafeyə sərxoş vəziyyətdə daxil olarkən həmkəndliləri X12, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 (bundan sonra – Elvin, Tural, İsa) tanışları ilə birlikdə kafenin ikinci mərtəbəsindəki açıq bölməsində domino oynadıqlarını görmüşdür. O, isə həmkəndliləri Zərərçəkmiş şəxs4 (bundan sonra - Şahmar), Şahid5 və Şahid3lə kafenin otağında domino oynamışlar. X2rın oyununa baxmışdır. Saat 22 radələrində Elvin onların olduğu otağa gəlib Şahid5 birlikdə getməyi təklif etmişdir. Sərxoş olması səbəbindən Elvinin ünvanına nalayiq söz deməsindən sonra sonuncu ilə aralarında mübahisə yaranmış, buna görə də Mərhəmət onlardan kafedən çıxmalarını tələb etmişdir. Həyətə düşdükdən sonra Elvin və Turalla mübahisə edib dalaşmış, bu gedişatda kafeyə daxil olub mətbəxdən kiçik ölçülü mətbəx bıçağını götürmüş, yenidən kafenin həyətinə düşmüşdür. Şahmar onun Elvin və Turalla mübahisə etməsinin qarşısını almaq üçün qollarından tutmuş, İsa isə Elvin və Turalı sakitləşdirməyə çalışmışdır. Şahmarın əlindən çıxıb İsa, Elvin və Turala tərəf bıçaqla nizamsız zərbələr atmışdır. Hava qaranlıq olduğuna və kafenin həyəti işıqlanmadığına, eləcə də içkili və əsəbi vəziyyətdə olduğuna görə atdığı bıçaq zərbələrinin İsa, Elvin və Turala dəyməsini görməmiş və hiss etməmişdir. Buna görə də sonunculara bıçaqla zərbə vurması və xəsarət yetirməsini xatırlamır. Şahmar ondan bıçağı almaq istəyərkən bıçaqla Şahmarın qarnına bir dəfə qəsdən zərbə vurmuş, sonuncu onu yerə yıxmış və Mərhəmət əlindən bıçağı alıb kənara atmışdır. Bundan sonra hadisə yerindən qaçmışdır. Göstərdiyi hadisələr təxminən 10-15 dəqiqə ərzində əvvəlcə kafedə, sonra isə həyətində təxminən 25- 30 nəfər şəxsin gözü qarşısında baş vermişdir. Həm göstərdiyi səbəblərdən, həm də hadisə zamanı başqa şəxsin əlində bıçaq olmadığına görə İsa, Tural və Elvinə də bıçaqla xəsarətlərin onun tərəfindən yetirildiyini hesab edir. İş üzrə bütün zərərçəkmiş şəxslərə qarşı törətdiyi cinayət əməllərindən səmimi peşimandır. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4, X12, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid1, Şahid4 Ərəstun oğlu, Şahid2 və Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs ilə ifadəsinin 22 oktyabr 2021-ci il tarixdə kafenin binasında baş verənlər, ümumilikdə iş üzrə hadisənin davam etmə müddəti və hadisəni görmüş şəxslərin sayı barədə eyni məzmunda göstərmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, qardaşı Şahid4 işlətdiyi kafedən sonuncunun tələbi ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Elvin Yahyayev, Zərərçəkmiş şəxs2, Şahid5 və Şahid1 çıxdıqdan sonra Qoşqar İsa ilə sonuncunun avtomobilinə tərəf getmiş Elvin və Turalın ünvanına yenə də nalayiq sözlər demiş, sonuncularla dalaşmışdır. Qoşqarı sakitləşdirmək üçün qollarından tutub saxlamışdır. Lakin sonuncu əlindən çıxıb Elvin və Tural, həmçinin sonuncuları sakitləşdirmək istəmiş Pərvin, İsa və Əliəkbərin üzərinə hücum etmişdir. Dərhal sonra İsanın yerə uzanmış vəziyyətdə qışqıraraq “Öldüm” və bıçaqlanmasını dediyini eşitmişdir. Həmin ərəfədə Qoşqarın bıçaqla Elvin və Turala da zərbələr atdığını gördüyünə görə Qoşqarı sakitləşdirmək və bıçağı əlindən almaq üçün qollarından tutub saxlamış, sonuncudan qanunsuz hərəkətlərinə son qoymasını tələb etmişdir. Həmin vaxt Qoşqar bıçaqla onun qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurmuşdur. Buna görə də Qoşqarı qarın nahiyəsinə bir dəfə yumruqla vurub yerə yıxmış, bu zaman onlara yaxınlaşmış qardaşı Mərhəmət Qoşqarın əlindən bıçağı alıb kənara atmışdır. Bu vaxta qədər hər hansı şəxs sonuncunu yerə yıxmamışdır. Qoşqarın bıçaqla İsaya zərbə vurması, eləcə də Tural və Elvinə tərəf atdığı zərbələrin sonunculara dəyməsi anını görməsə də, kafenin həyətində olan dalaşma zamanı yalnız Qoşqarın əlində bıçaq olması və sonuncunun ətrafdakı şəxslərə tərəf bıçaqla nizamsız zərbələr atmasına görə Qoşqarın hadisə yerindən qaçmasından sonra İsa, Elvin və Turalın bədənində gördüyü kəsilmiş yaraların Qoşqar tərəfindən bıçaqla yetirildiyini hesab edir. Məhkəmə istintaqı zamanı Şahid3 Zərərçəkmiş şəxs4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, Şahid4 işlətdiyi kafenin həyətində olanda Təqsirləndirilən şəxs onunla avtomobilinə tərəf getmiş Elvin Yahyayev və Zərərçəkmiş şəxs2 ünvanına yenə də nalayiq sözlər demiş, sonuncularla dalaşmışdır. Zərərçəkmiş şəxs4 Qoşqarı sakitləşdirmək üçün qollarından tutub saxlasa da, sonuncu Şahmarın əlindən çıxıb onlara tərəf gəlmişdir. Həmin an kürək nahiyəsinə görmədiyi şəraitdə bir dəfə vurulmuş bıçaq zərbəsinin təsirindən yerə yıxılmış, qışqıraraq bıçaqlandığını demiş və huşunu itirmişdir. Buna görə də sonradan hadisə yerində nə baş verməsini görməmişdir. Hadisədən sonra ona hadisə yerində olmuş Şahid1 kürək nahiyəsinə bıçaqla zərbənin Qoşqar tərəfindən vurulmasını gördüyünü demiş Qoşqarın atası müalicə xərclərini ödəmək üçün cəmi altı yüz manat məbləğində pul vermişdir. Hadisə zamanı bıçaqla kürək nahiyəsinə zərbənin kim və ya konkret olaraq Qoşqar tərəfindən yetirilməsini görməsə də, göstərdiyi səbəblərdən və kafenin həyətində olan dalaşma zamanı yalnız Qoşqarın əlində bıçaq olduğuna görə sonuncu tərəfindən yetirildiyini hesab edir. Məhkəmə istintaqı zamanı X12 ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, Şahid4 işlətdiyi kafenin həyətində qardaşı Tural və Zərərçəkmiş şəxs1la sonuncuya məxsus avtomobilə tərəf gedərkən Təqsirləndirilən şəxs onun və Turalın ünvanına yenə də nalayiq sözlər demiş, o və Turalla dalaşmışdır. Zərərçəkmiş şəxs4 Qoşqarı sakitləşdirmək üçün qollarından tutub saxlasa da, sonuncu Şahmarın əlindən çıxıb onlara tərəf gəlmişdir. Həmin anda İsanın yerə uzanmış vəziyyətdə qışqıraraq “Öldüm” və bıçaqlanmasını dediyini eşitmişdir. Tural Qoşqara tərəf çevriləndə sonuncu bıçaqla Turalın sol ayağına bir dəfə zərbə vurmuşdur. O, Qoşqarın əlindən bıçağı almaq istəyəndə görmədiyi şəraitdə kürək nahiyəsinə bıçaqla bir dəfə zərbə vurulmuşdur. Həmin zərbənin ona kim və ya konkret olaraq Qoşqar tərəfindən yetirilməsini görməsə də, göstərdiyi səbəblərdən və kafenin həyətində olan dalaşma zamanı yalnız Qoşqarın əlində bıçaq olmasına görə sonuncu tərəfindən yetirildiyini hesab edir. Məhkəmə istintaqı zamanı Yəhyalı X11 Elvin Əlikrəm oğlu ilə eyni məzmunda ifadə vermişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında, X12 isə yalnız məhkəmə iclasında Təqsirləndirilən şəxs ilə barışdıqları, sonuncuya qarşı şikayət və tələblərinin olmadığı barədə yazılı ərizə təqdim etmişlər (İİ cild, səh. 31, 50, 90). Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, Şahid4 işlətdiyi kafenin həyətində Təqsirləndirilən şəxs əlində tutduğu, amma konkret görmədiyi əşya ilə Zərərçəkmiş şəxs1 kürək nahiyəsinə zərbə vurmasını görmüş və bundan dərhal sonra İsanın ona bıçaqla zərbə vurulduğunu deməsini eşitmişdir. Buna görə də Qoşqarın İsaya bıçaqla zərbə vurduğunu başa düşüb sonuncuya kömək göstərmişdir. Qoşqar bununla sakitləşməmiş, Zərərçəkmiş şəxs2 ilə dalaşmış, Zərərçəkmiş şəxs4 Qoşqarı sakitləşdirməyə çalışmışdır. İsaya kömək göstərdiyinə görə Qoşqarın Tural, Elvin və Şahmara bıçaqla xəsarət yetirməsini görməmişdir. Amma hadisənin sonunda Tural, Elvin və Şahmarın da bıçaq xəsarəti aldıqlarını görmüşdür. Göstərdiyi səbəblərdən və kafenin həyətində olan dalaşma zamanı yalnız Qoşqarın əlində bıçaq olmasına görə Tural, Elvin və Şahmara da bıçaq xəsarətinin Qoşqar tərəfindən yetirildiyini hesab edir. Məhkəmə istintaqı zamanı Şahid4 Ərəstun oğlu ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, işlətdiyi kafedə olmuş şəxsləri, o cümlədən Təqsirləndirilən şəxs kafenin həyətinə çıxardıqdan bir neçə dəqiqə sonra Şahid2 ona Qoşqarın kafenin mətbəxindən bıçaq götürüb həyətə düşdüyünü dediyinə görə dərhal kafenin həyətinə düşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs1 yerdə uzandığını, X18 və Zərərçəkmiş şəxs2 ilə dalaşdığını, qardaşı Şahmarın Qoşqarı satikləşdirmək üçün tutub saxladığını görüb Şahmara kömək etmək üçün yanına getmişdir. Şahmar Qoşqarı yerə yıxanda sonuncunun əlində gördüyü bıçağı alıb kənara atmışdır. Qoşqar hadisə yerindən qaçdıqdan sonra İsa, Elvin, Tural və Şahmarın bıçaq xəsarətləri aldığını görmüşdür. Onlara həmin xəsarətlərin kim və ya konkret olaraq Qoşqar tərəfindən yetirilməsini görməsə də, göstərdiyi səbəblərdən və kafenin həyətində olan dalaşma zamanı yalnız Qoşqarın əlində bıçaq olmasına görə sonuncu tərəfindən yetirildiyini hesab edir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Şahid4 Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, işlətdiyi kafedə olmuş bütün şəxsləri, o cümlədən Təqsirləndirilən şəxs həyətə çıxardıqdan bir neçə dəqiqə sonra sonuncu kafenin mətbəxinə daxil olub oradan kiçik ölçülü mətbəx bıçağı götürmüşdür. Qoşqardan bıçağı yerinə qoymasını xahiş etsə də, sonuncu sözünə məhəl qoymamış, həmin bıçaqla kafenin həyətinə düşmüşdür. Buna görə də Mərhəmətə bu barədə məlumat vermişdir. Dərhal sonuncu ilə kafenin həyətinə çıxmış, bu zaman Zərərçəkmiş şəxs1 bıçaq xəsarəti aldığını eşitmiş, bundan sonra yaşadığı evə getmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs4 Biləsuvar RPŞ-yə ünvanladığı 22 oktyabr 2021-ci, Zərərçəkmiş şəxs2, X13 və Zərərçəkmiş şəxs1 Abbasağa oğlunun Biləsuvar RPŞ-yə ünvanladıqları 23 oktyabr 2021-ci il tarixli yazılı müraciətlərindən görünür ki, onlar 22 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən kafenin həyətində Təqsirləndirilən şəxs onlara bıçaqla xəsarət yetirdiyini göstərərək sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər (İ cild, səh. 16, 18, 21, 23). - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 23 oktyabr 2021-ci il tarixli, 819 nömrəli aktında göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir (İ cild, səh. 57). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxışda iştirak etmiş X4 göstərdiyinə əsasən iş üzrə cinayət hadisələrinin Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, Şahid4 Ərəstun oğlunun işlətdiyi kafenin həyətində baş verdiyi müəyyən edilmiş, hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet götürülməmişdir (İ cild, səh. 108-116). - İfadələrin yerində yoxlanılması haqqında protokollar və onlara əlavə edilmiş fotocədvəllərdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X12 və Zərərçəkmiş şəxs4, eləcə də Şahid4 Ərəstun oğlu ifadələrində bildirdikləri halları hadisə yerində göstərmişlər (İİ cild, səh. 34-40, 93-98, 102-107). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Biləsuvar RPŞ-nin CAB-nın səlahiyyətli əməkdaşının tərtib etdiyi 06 noyabr 2021-ci il tarixli raportda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı iş üzrə cinayət hadisəsinin Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, Şahid4 Ərəstun oğlunun işlətdiyi kafedə Təqsirləndirilən şəxs X7 nalayiq sözlərlə təhqir etməsi səbəbindən yaranmış mübahisəni kafenin həyətində davam etdirməklə dava-dalaşa çevirməsi, kafenin mətbəxindən götürdüyü bıçaqla sonuncu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Abbasağa oğlu və Zərərçəkmiş şəxs4 xəsarət yetirməsi nəticəsində baş verdiyi müəyyən edilmişdir (İ cild, səh. 169). - Məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 537 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş qarnın ön divarının kəsilmiş-deşilmiş səthi yarasından ibarət xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu dərəcəsi təyin olunmur, iti uclu, iti kənarlı alətin (ola bilsin bıçağın) təsirindən əmələ gələ bilər, törənmə müddəti 22 oktyabr 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 173, 174). - Məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2021-ci il tarixli, 526 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, sol bud nahiyyəsinin tikişə ehtiyacı olan kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, iti uclu və iti kənarlı alətin (ola bilsin bıçağın və ya eyni konstruksiyaya malik digər alətin) təsirindən əmələ gələ bilər, yetirilmə müddəti 22 oktyabr 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 178, 179). - Məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2021-ci il tarixli, 527 nömrəli rəyində göstərilmişdir ki, X8 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, döş qəfəsinin arxa səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur, iti uclu və iti kənarlı alətin (ola bilsin bıçağın və ya eyni konstruksiyaya malik digər alətin) təsirindən əmələ gələ bilər, yetirilmə müddəti 22 oktyabr 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 180, 181). - Məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 532 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, xarakteri və lokalizasiyası özü-özünə yetirilməsini inkar edir, iti uclu və iti kənarlı alətin (ola bilsin bıçağın və ya eyni konstruksiyaya malik digər alətin) təsirindən əmələ gələ bilər, yetirilmə müddəti 22 oktyabr 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 182-184). - Məhkəmə-tibbi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 514 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, sağ körpücükaltı nahiyənin qançırından ibarət xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur, bərk küt əşyanın təsirindən, o cümlədən əl ilə vurulma nəticəsində yarana bilərdi, törənmə müddəti 22 oktyabr 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 104, 105). - Əlavə məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 19 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş döş qəfəsinin sol yarısının daxilə keçən, kəsilmiş-deşilmiş yaradan ibarət xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, xarakteri və lokalizasiyasına görə özü-özünə yetirilməni inkar edir, iti uclu və iti kənarlı alətin (ola bilsin bıçağın və ya eyni konstruksiyaya malik digər alətin) təsirindən əmələ gələ bilər, yetirilmə müddəti 22 oktyabr 2021-ci il tarixə uyğun gəlir. Həmin xəsarətin xarakterik xüsusiyyətləri onun mətbəx bıçağı ilə yetirilməsinə daha çox uyğun gəlir, iş üzrə digər zərərçəkmiş şəxslər X13, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 aldığı xəsarətlər də eyni bıçaqla, yəni mətbəx bıçağı ilə yetirilə bilərdi (İİ cild, səh. 124-126). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 125 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra – o) hazırda və təqsirləndirildiyi əməlin törədilməsi dövründə psixi xəstəlik aşkar edilməmiş, o, təqsirləndirildiyi əməlin törədilməsi dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni törətdiyi əməl barəsində anlaqlı olmuşdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, səh. 122, 123). Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X12 və Zərərçəkmiş şəxs4 barələrində tərtib edilmiş məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilmiş xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı sonuncu, zərərçəkmiş şəxslər və şahid qismində dindirilmiş şəxslərin verdikləri ifadələrlə tam sübut edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqedən belə nəticə hasil olur ki, şəxsiyyət əleyhinə olan cinayətlərdə xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə) cinayət törətməsində ifadə olunur. Göstərilən kateqoriya cinayətlərin xuliqanlıq niyyətilə, yoxsa mübahisə və dalaşma zəminində törədilməsinin müəyyən edilməsi üçün dalaşma hadisəsinin təşəbbüskarının kim olması aydınlaşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin düzgün tövsif edilməsi üçün göstərilən hüquqi mövqeyi iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələr və məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilmiş işin faktiki hallarına anoloji qaydada tətbiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətlər etməsi, xüsusilə də hər hansı əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 Əlikram oğlunu ucadan nalayiq sözlərlə təhqir etmək və sonuncuya zor tətbiq etməklə mübahisə və dalaşmanın baş verməsinə səbəbkar olması, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması, kafedə olmuş digər şəxslər tərəfindən həmin qanunsuz hərəkətlərinin qarşısı alındıqdan və kafenin həyətinə sonra da oxşar hərəkətlərini davam etdirməsi və bu hərəkətərinin qarşısını almaq istəmiş zərərçəkmiş şəxslərə bıçaqla xəsarətlər yetirməsi əməlində Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi, digər zərərçəkmiş şəxslərə münasibətdə isə həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X14 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 Ərəstun oğlunun verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 23 oktyabr 2021-ci il tarixli, 819 nömrəli akt, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Biləsuvar RPŞ-nin CAB-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 06 noyabr 2021-ci il tarixli raport, məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 537 nömrəli, 13 noyabr 2021-ci il tarixli, 526 və 527 nömrəli, 15 noyabr 2021-ci il tarixli, 532 nömrəli rəyləri, əlavə məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 19 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 125 nömrəli rəyi və digər sənədlərlə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 130). - Biləsuvar RİHB-nın Amankənd kənd İƏD ümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamə, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və himayəsində olan dörd nəfər azyaşlı uşaqları ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 99-103). - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Şöbəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 275 nömrəli arayışda göstərilmişdir ki, X15 07 yanvar 1993-cü il tarixdə İ Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı və suverenliyi uğrunda gedən döyüşlər zamanı Laçın rayonu istiqamətində şəhid olmuşdur. - Müvafiq nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 Qoşqar Aslan oğlunun arvadı X5 qardaşıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşağının olması və iş üzrə bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən, arvadının qardaşı X9 07 yanvar 1993-cü il tarixdə İ Qarabağ müharibəsi zamanı Laçın rayonu istiqamətində baş vermiş döyüş əməliyyatlarında şəhid olmasına görə arvadının “şəhid ailəsi” statusuna malik olması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, törətdiyi cinayət əməllərindən səmimi peşiman olması və əvvəllər məhkum olunmamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, şəxsiyyətini, himayəsində dörd nəfər azyaşlı uşağının olması, iş üzrə bütün zərəçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, törətdiyi cinayət əməllərindən səmimi peşiman olması və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azəraycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X12 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməklə əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in təqsirli bilindiyi 126.2.4 və 221.3-cü maddələri cəza təyin edilərkən həmin Məcəllənin 60.1-ci maddəsinin tələbinə əməl edilməlidir. Göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Ona Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2021-ci il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2021-ci il tarixli qərarı ilə (İ cild, səh. 90, 91) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-221/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-221/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver