Məhkəmə qərarları › İş №1(099)-221/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-221/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-221/2024 23.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Cəlilabad rayonu, Edişə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Edişə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(073)- 101/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 126.2.3-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə, saat 13 radələrində Cəlilabad rayonu, Edişə kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində Zərərçəkmiş şəxs məxsus biçilmiş otu icazəsiz olaraq yığıb aparması ilə bağlı sonuncunun ona irad tutmasından sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təsərrüfat işlərini görmək məqsədi ilə əlində saxladığı yaba ilə qəsdən Zərərçəkmiş şəxs baş və sol bud nahiyəsinə zərbələr vuraraq ona qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsində əzilmiş yara, sağ göz yuvası ətrafında hematoma, sağ orbital sümüyün yerini dəyişən sınığı və alın sümüyünün sağ aşağı hissəsinin sınığı ilə nəticələnən vahid kompleks təşkil edib həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər və sol bud nahiyəsində sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, 24 may 2023-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında ot üstündə yaranmış mübahisə zamanı səhv edərək qardaşını yaba ilə vurmuşdur. Qardaşını vuran zaman yanlarında heç kim olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şaiqlə aralarında olan mübahisə ot üstündə olmuşdur. Ot sahəsi hər ikisinə, yəni sahənin yarısı Şaiqə məxsusdur, yarısı isə ona məxsusdur. Qardaşının arvadı Elvanə, o Şaiqi vuran zaman orada olmamış, Elvanə sonradan hadisə yerinə gəlmişdir. Qardaşından ayrılıb gedəndən sonra Elvanə gəlmiş, ancaq Elvanəni görməmişdir. Qardaşını vurduğu yaba ot yığdığı üçün əlində olmuşdur. Həmin vaxtı Şaiq də ot yığmışdır. Əməlindən peşamandır, qardaşı ilə barışmışdır. İstintaq zamanı ifadəsində, Elvanənin hadisə yerində olduğunu deməmişdir. Yazıb-oxuya bilməmiş, ifadəsini oxumadan imza etmişdir. Elvanə onu yaba ilə vurmamışdır, belə bir hadisə ümumiyyətlə olmamışdır. Şahid Rizvan Babayev yalan ifadə verir, ibtidai istintaq zamanı mütəxəssis kimi iştirak etməmiş, sənədləri sonradan imzalamış, yalnız 1-ci dəfə polis şöbəsinə dəvət olunan zaman Rizvan Babayevi görmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, ona Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. İfadəsində demişdir ki, Cəlilabad rayonu, Edişə kəndində ailəsi ilə birlikdə yaşayır və 3 az yaşlı uşağı vardır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 23 may 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı evin yaxınlığında yerləşən ona məxsus olan həyətyanı sahədə ot yığırmış və az yaşlı qızı Mənsurə Əliyeva ot yığılmasında ona köməklik etmişdir. Yaşadığı evin həyətinə gedən yolu qardaşı Zərərçəkmiş şəxs qazmış və bunun nəticəsində yaşadığı evə gedən yol bağlanmışdır. Həmin vaxtı qardaşı Şaiq və arvadı Şahid1 öz həyətyanı sahəsində ot yığmışlar. Şaiqin yanına gedib yolun açılmağını istədiyini demişdir. Şaiq isə ona bildirmişdir ki, yolu açmayacaqdır. Bundan sonra yaşadığı evə qayıdıb evə daxil olmuşdur. Lakin Mənsurə həyətyanı sahədə qalıb ot yığmağa davam etmişdir. Yaşadığı evdə olan zaman qızı Mənsurənin qışqırıq səsini eşidib dərhal çölə çıxmış və qızının qolundan Şaiq və Elvanənin tutaraq evlərinə aparmaq istədiklərini görmüşdür. Bundan sonra o, tez qardaşı Şaiqin yanına getmiş və ondan qızını buraxmağını istəmişdir. Şaiq qızının qolunu buraxıb onu təhqir etməyə başlamışdır. Mənsurə oradan uzaqlaşaraq yaşadıqları evə getmişdir. Elvanə üzərinə gələrək əlində olan yaba ilə bir dəfə onun kürək nahiyəsindən vurmuşdur. Şaiq onun üzərinə gələrək əlində saxladığı yaba ilə onun baş nahiyəsindən vurmaq istəyəndə, o, sol əli ilə Şaiqin yabasının sapı hissəsindən tutmuş və Şaiqin yabasının sapı hissəsindən tutan zaman ikisi də ayaqüstə tutaşmışlar. Şaiqin əlində saxladığı yabanın arxa hissəsi bir dəfə Şaiqin öz başına sağ qaşının alın tərəfinə dəymiş və qaşının alın tərəfi partlayıb qanamışdır. Elvanə yaşadığı evə gedib telefonu götürmüş və həyətə çıxıb ucadan qışqırmağa başlamışdır. Özü isə oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Şaiqlə münaqişə etməzdən əvvəl Şaiqin əlində ot yığmaq üçün təzə yaba olmuş, həmin yabanın uzunluğu 1,5 metr, özü dəmir və sapı taxtadan olmuşdur. Elvanənin əlində isə istifadə edilmiş yaba olmuş, həmin yabanın uzunluğu 1 metr, özü dəmir və sapı isə taxtadan ibarət olmuşdur. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yazıb- oxuya bilməmişdir. Qardaşı Təqsirləndirilən şəxs onu vurması ilə bağlı hadisə 2023-cü ilin may ayının ya 23də ya da 24-də olmuşdur. Pay torpağı ayrılan zaman həm Səftərə həm də ona pay torpağı ayrılmışdır. Ayrılmış torpaq sahəsindən keçən yolun yarısı qardaşına, yarısı da ona məxsusdur. Qardaşı ondan 11 il balacadır, qardaşının onu vuracağına inanmamışdır, ancaq hadisədir də olmuşdur. Qardaşı onu vuran zaman yanlarında heç kim olmamış, arvadı Elvanə də sonradan onun yanına gəlmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə ot üstündə olmuş, həmin vaxtı hər ikisində yaba olmuşdur. Arvadı Elvanə 1-ci Səftəri vurmamışdır. Qardaşı onu vuranda Elvanə orada olmamış, Elvanə sonradan onun yanına gəlmişdir. Elvanə ilə hər ikisi təklikdə ot yığmışlar, Elvanə aşağıda dərədə ot yığmışdır. Elvanə ondan təxminən 50-60 metr aralıda ot yığmışdır. Elvanə Səftər ilə aralarında mübahisəni eşidib gəlmişdir. Səftər yaba ilə onun başından vurmuş, başqa yerində xəsarəti olmamışdır. Səftər onu yaba ilə vurandan sonra yerə yıxılmış, sonra onu həkimə aparmışlar. Elvanə həkimə demiş, həkim də gəlmişdir. Səftər onu vurandan sonra getmiş, sonra isə xəstəxanaya gəlmişdir. Elvanənin hadisəni görüb-görmədiyini dəqiq bilməmiş, ancaq arvadı səsə gəlmişdir. Səftər ilə barışmışdır. Müstəntiq onu dindirəndə latın qrafikalı əlifba ilə yazıb-oxuya bilirsən deyə sorumuş, o da müstəntiqə latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyini demişdir. Hadisə vaxtı Elvanə hamilə olmuşdur. Həmin günə kimi qardaşı ilə aralarında mübahisə olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1 və 330.1-ci maddələrinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Cəlilabad rayonu, Edişə kəndində ailəsi ilə birlikdə yaşayır və 3 az yaşlı uşağı vardır. Hər hansı bir fəaliyyətlə məşğul olmur və 2013-cü ildə qaçaq yolla İran dövlətindən qanunsuz sərhəddən keçməyə görə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir, 2018-ci ildə isə həbsdən azad olunmuşdur. 24 may 2023cü il tarixdə, saat 13 radələrində yaşadığı evin həyətində biçilmiş otları yığırmış və həyətinin torpaq sahəsinin yarısını o, yarısını da qardaşı Təqsirləndirilən şəxs əkib becərmişdir. Səftərin ona məxsus torpaq sahəsində biçilmiş otları ondan icazəsiz aparmasını görmüşdür. Ona yaxınlaşıb biçilmiş otu aparmamasını və həmin otdan ona da saxlamasını demişdir. Səftər əlində saxladığı uzunluğu təxminən 2 metr olan yabanın arxa hissəsi ilə üç dəfə onun başının sağ gicgah nahiyəsindən, iki dəfə başının təpə nahiyəsindən və bir dəfə də sol ayağının bud nahiyəsindən möhkəm zərbələr vurmuşdur. Buna görə başının təpə nahiyəsi və sağ gözünün qaş nahiyəsinin alın tərəfi zərbədən partlayıb qanamışdır. Səftər onu vurandan sonra əlində yaba ilə hamilə vəziyyətdə olan arvadı Elvanənin də üstünə gedib onu döyməyə başlamışdır. Bundan sonra o, huşunu itirib yerə yıxılmışdır. Sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ayılıb özünə gəlmiş və həkimlərin ona sistem köçürtdüyünü görmüşdür. Elvanə orada olanda ona qardaşı Səftərin onları döyməsi barədə polisə məlumat verdiyini demişdir. Sonra şöbədən polis əməkdaşları gəlib ondan döyülməsi barədə ərizə almışlar. Həmin günü xəsarət alan zaman çox qan itirdiyini və buna görə xəstəxanada həkimlər tərəfindən ona 470 qr qan köçürülməsini bildirmişdir. Xəstəxanada 7 gün qalmış və müalicə aldıqdan sonra həkimlərin icazəsi ilə evə buraxılmışdır. Hazırda ev şəraitində müalicəsini davam etdirdiyini bildirmişdir. 31 may 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evdə yatdığı zaman Elvanə onu çağıraraq ona demişdir ki, qardaşı Səftər yenə qoyunlarını taxıl sahəsinə salmışdır. Həyətə çıxıb iki azyaşlı uşağını taxıl sahəsinə qoyunları çıxartması üçün göndərmişdir. Bu zaman yenə qardaşı Səftər, əlində mətbəx bıçağı ilə taxıl sahəsində təxminən 25 metr məsafədən iki az yaşlı uşağına sözlə hədələr gəldiyini bildirmişdir. Həmin vaxt Səftərə yaxın getməmiş, Səftərdən niyə qoyunları əkin sahəsinə buraxmasını soruşmuşdur. Bundan sonra evə gəlib DİN-nin «102»-xidmətinə zəng edib qardaşı Səftərin onu bıçaqla hədələməsi barədə məlumat verməsini bildirmişdir. Həmin gün polis əməkdaşları onun yaşadığı evə gəlmiş və o da bu barədə ərizə ilə müraciət etmişdir. Səftər və onun ailə üzvləri ilə aralarında heç bir ədavət və düşmənçilik olmamış, lakin pul borcu üstündə qardaşı Səftər və onun arvadı ilə bu ilin yanvar ayında mübahisələri yaranmış, hətta bu ilin may ayının 5-də Bakı şəhərinə işlə bağlı gedən zaman yoldaşının ona zəng edib qardaşı Səftərin onların işıq xəttini kəsməsini bildirmişdir. Hadisə zamanı Səftərə xəsarət yetirməmişdir. Münaqişə təxminən 4-5 dəqiqə davam etmiş, həmin vaxtı onun üzərində hər-hansı bir kəsici və deşici alətlər olmamış, lakin qardaşı Səftərin əlində köhnə yaba olmuşdur. Həmin yabanın uzunluğu təxminən 2 metr, özü dəmir və sapı isə taxtadan ibarət olmuşdur. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisənin tarixi və vaxtı yadında deyil, xatırlamır. Hadisə vaxtı dərədə ot yığmış, uşaqları atalarının yıxıldığını dediklərindən, Şaiqin yanına qaçmış və Şaiqin qanın içərisində olduğunu görmüşdür. Şaiqi kimin vurduğunu görməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ot yığdığı yerlə hadisə olan yer arasında məsafə 20-30 metr olardı. Hadisə ot üstündə baş vermişdir. O, təpənin o biri tərəfində olduğu üçün səs-küyü eşitməmişdir. Təpənin bir tərəfində əri, digər tərəfində isə özü ot yığmış, o olan tərəfə səs gəlməmişdir. Ərinin yıxılmağını 4 yaşlı qızı Zəhra demişdir. 4 uşağı var, ən böyük uşağının 6 yaşı, Zəhradan balaca uşağı isə 4 aylıqdır. Zəhra yanına gələ-gələ «atam-atam çağırır» demişdir. Zəhra yol ilə yanına gəlmiş, yol çox da təpə deyildir. Səftərin Şaiqi vurduğunu görməmişdir. Səftər yaba ilə üzərinə gəlməmişdir. Özü Səftəri vurmamışdır. Həkimə telefonla zəng edib məlumat vermiş, həkim isə təcili tibbi yardıma məlumat vermişdir. Şaiqi görəndə, qanın içində olduğunu görmüş, həmin vaxtı Şaiq tək olmuş, yanında heç kim olmamışdır. Şaiqin yanına gedəndə Səftər oradan getmiş, Səftərin aralıda sahə ilə getdiyini görmüşdür. Səftərin əlində yaba olmuşdur. Məktəbə getmədiyindən yazıb-oxuya bilməmişdir. Məktəbdə heç 1-ci sinifə belə getməmişdir. Müstəntiqə yazıb-oxuya bilmədiyini demişdir. Müstəntiq yazdıqlarını yavaşyavaş oxumuşdur. Müstəntiqə ifadə verən zaman, müstəntiqlə ondan başqa yanlarında heç kim olmamış, orada mütəxəssis iştirak etməmişdir. X8 Tibbi Yardımla özünün həkimə apardığını demişdir. Müstəntiqə hadisəni görmədiyini demişdir. Səftərlə barışmışlar, şikayət və tələbləri olmamışdır. Səftər Şaiqi vurandan sonra Səftərlə dialoqu olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Cəlilabad rayonu, Edişə kəndində ailəsi ilə birlikdə yaşayır və 3 az yaşlı uşağı vardır. Zərərçəkmiş şəxs onun əridir və hazırda özü 9 aylıq hamilədir. 24 may 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evin həyətində Şaiqə biçilmiş otları yığmağa kömək etmişdir. Həyətlərinin torpaq sahəsinin yarısını onlar, yarısını da qaynı Təqsirləndirilən şəxs əkib becərmişdir. Səftərin onlara məxsus torpaq sahəsində biçilmiş otları icazəsiz aparmasını görmüşlər. Bundan sonra Şaiq Səftərə yaxınlaşıb biçilmiş otların hamısını aparmamasını, otdan onlara da saxlamasını demişdir. Şaiqlə Səftərin arasında 1,5 metr məsafə olmuşdur. Səftər əlində olan yabanın arxa hissəsi ilə üç dəfə Şaiqin başının sağ gicgah nahiyəsindən, iki dəfə başının təpə nahiyəsindən və bir dəfə də sol ayağının bud nahiyəsindən möhkəm zərbə vurmuşdur. Şaiqin başının təpə nahiyəsi və sağ gözünün qaş nahiyəsinin alın tərəfi zərbədən partlayıb qanamışdır. Səftərə niyə yoldaşını belə vurmasını soruşmuş və Səftər də ona demişdir ki, «dəymə, qoy ölsün». Səftər Şaiqi vurandan sonra əlində olan yabanın arxa hissə ilə onun üzərinə gedərək onun kürək nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Sonra təpiklə də bir dəfə möhkəm kürək nahiyəsindən vurmuş və o da yerə yıxılmışdır. Əri Şaiq isə huşunu itirib yerə yıxılmış və Səftər də yaşadığı evə getmişdir. Bundan sonra o, dərhal DİN-nin «102»-xidmətinə zəng edib Səftərin əlində olan yaba ilə onu və Şaiqi döyməsi barədə məlumat vermişdir. Həmin vaxt özü qonşuya ərinin yıxıldığını demişdir. Biraz sonra kənd həkimi gəlmiş və Şaiqin yarasının qanının dayanmadığını görüb dərhal təcili yardım maşını çağırmışdır. Bundan sonra Şaiq ilə birlikdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına getmişlər, xəstəxanaya gələrkən Şaiq özündə olmamışdır. Xəstəxanada Şaiqə həkimlər sistem və qan köçürtdükdən sonra Şaiq ayılmışdır. Xəstəxanada olarkən Şaiqə, DİN-nin «102»-xidmətinə qaynı Səftərin onları döyməsi barədə məlumat verdiyini demişdir. Sonra şöbədən polis əməkdaşları gəlib yoldaşından döyülməsi barədə ərizə almışlar. Həmin gün əri Şaiq xəsarət alan zaman çox qan itirmiş və buna görə xəstəxanada ona həkimlər 470 qram qan köçürtmüşlər. Xəstəxanada əri 7 gün qalmış və müalicə aldıqdan sonra həkimlərin icazəsi ilə evə buraxılmışdır. 31 may 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evin həyətində olan zaman qaynı Səftərin taxıl səhələrinə qoyunlarını saldığını görmüşdür və bu barədə əri Şaiqə məlumat vermişdir. Şaiq həyətə çıxıb iki azyaşlı uşağını taxıl sahəsinə qoyunları çıxartması üçün göndərmişdir. Bu zaman yenə qaynı Səftər, əlində mətbəx bıçağı ilə taxıl sahəsində təxminən 25 metr məsafədən iki az yaşlı uşağına «niyə qoyunları çıxardırsınız» deyərək sözlə onlara hədələr gəlmişdir. Onlar evə gəlmişlər və əri Şaiq, DİN-nin «102»-xidmətinə zəng edib qardaşı Səftərin onu bıçaqla hədələməsi barədə məlumat vermişdir. Rayon polis şöbəsindən polis əməkdaşları gəlmiş və bu barədə ərizə almışlar. İfadəsi elan olunduqdan sonra Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadəni özü verməmişdir. Səftər onu vurmamış, Səftəri evinə gedəndə görmüşdür. Səftər onu vursaydı, o da Səftəri vurardı, aciz deyildir. DİN-nin «102» xidmətinə zəng edib-etmədiyini xatırlamamışdır. Məhkəmədə verdiyi ifadəsi düzdür. Məhkəmədə düzgün şəkildə ifadə verməsi üçün ona təzyiq və təsir olunmamışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 05 may 2023-cü il tarixdə həkim məntəqəqsində iş yerində olmuşdur. Ərazi nümayəndəsi ona zəng edib Edişə kəndində Şaiqin narahatçılığı ilə bağlı məlumat vermiş, saat 12-13 radələri olardı Edişə kəndinə Şaiqgilin evinə getmişdir. Şaiqgilə gedərkən hər ehtimal üçün təcili tibbi yardıma məlumat vermişdir ki, qarşısına gəlsin. Təcili tibbi yardımla kəndin girişində rastlaşmış və təcili tibbi yardımla Şaiqgilin evinə getmişdir. Həyətə çatanda Şaiq həyətdə oturmuş, Şaiqin başından qan gəlmiş və həmin vaxt Şaiqə ilkin yardım göstərmişdir. Baş vermiş hadisənin şahidi olmamışdır. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, həyətində kombayını təmir edən zaman Şaiqin arvadı Elvanənin «Şaiq öldü, Şaiq öldü» qışqırıq səsin eşitmiş, daha sonra ərazi nümayəndəsinə zəng edib qışqırıq səsi barədə məlumat vermişdir. Səftər və Şaiqlə münasibəti olmadığı üçün Şaiqgilə getməmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsində görmüşdür. 2 qardaş arasında mübahisə yaranmış, qız uşağı söhbəti var idi orda, kimsə onun qolundan tutmuşdur. Təqsirləndirilən şəxs dindirilməsində iştirak etmişdir. Digər iştirak etdiyi dindirmədə zərərçəkmiş şəxsin arvadı və balaca qız uşağı olmuşdur. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında ot üstündə söz-söhbət yaranmışdır. Verilən suallara cavab olaraq şahid Rizvan Babayev bildirmişdir ki, təqsirləndirilən şəxs qardaşını səhv etmirsə bel ilə vurmuşdur. Ot üstündə aralarında söz-söhbət olmuşdur. Dindirmə zamanı Təqsirləndirilən şəxs qardaşını vuran zaman zərərçəkmiş şəxsin arvadı və uşağının orada olduğunu bilmişdir. Müstəntiqin yanında mütəxəsis kimi olmuş və onların özlərinə mütəxəssis olduğunu izah etmiş, hətta zərərçəkmiş şəxs barışmamışdır. Üzləşmədə də iştirak etmiş, həmin vaxtı da zərərçəkmiş şəxs şikayətçi olduğunu bildirmişdir. Mobil nömrəsi ***-***-**-**-dir. Müstəntiq zəng edib onu dəvət etmişdir, müstəntiq ona zəng edən vaxt məktəbdə olmuşdur. Müstəntiq onu dəvət edən zaman saat 11-12 radələri olmuş, özü isə məktəbdə olmuşdur. Bu işlə bağlı polis şöbəsinə 3 dəfə getmişdir. 2-ci dəfə polis şöbəsinə getmə vaxtı tam yadında deyil, nahar fasiləsindən sonra getmişdir. Polis şöbəsinə gedən zaman saatın 13 və ya 14 olmasını dəqiq bilməmiş, müstəntiq ona gələ bilib-bilmədiyini soruşmuş, o da müstəntiqə gələ bildiyini demişdir. 24 iyul 2023-cü il tarixdə dərsin olub-olmadığını bilməmiş, həmin vaxtı məktəbdə olub-olmadığını xatırlamamışdır. Hətta Səftərın özü ilə danışmış, Səftərə «sizin həmkəndliniz mənim qonşumdur» demiş, Səftər də həmin şəxsin qohumu olduğunu demişdir. Onları dindirən zaman müstəntiq Araz olmuş, müdafiəçini xatırlamamış, səhv etmirsə zərərçəkmiş, arvadı və uşağı olmuşdur. Zərərçəkmiş şəxsdən 1-ci ifadənin alınması təxminən 40 dəqiqə çəkmişdir. Məktəbdən polis şöbəsinə avtomobillə 10-15 dəqiqəlik yoldur. Məktəbdən polis şöbəsinə 4 km yoldur. Cəlilabad şəhərində Səttarxan küçəsində yaşayır, məktəb evlərinin yanındadır. Polis şöbəsinə gedəndə telefonla gedir. Müstəntiq 1-ci zəng edəndə səhər saat 11-12 radələri olardı, müstəntiq ona, «müəllim mütəxəsis kimi gələr bilərsiniz» demiş, o, da razılıq vermişdir. Müstəntiq ondan diplom və vəsiqənin surətini də istəmişdir. Daha sonra protokol yazılmışdır. Bu iş üzrə polis şöbəsinə 3 dəfə getmişdir. 1-ci dəfə təqsirləndirilən şəxsə görə getmiş, 2-ci dəfə Elvanəyə görə getmiş, üzləşmədə olmuş, 3-cü dəfə isə polis şöbəsindən bir müstəntiq çağırmış, işin Ağır Cinayətlərə getdiyini demişdir. Həmin vaxt təqsirləndirilən şəxs orada olmamış, protokola imza çəkmiş, həmin protokol işin yekunlaşması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs və müdafiəçi orada olmamışdır. Müstəntiq Murad ona «sənədləri imzala» demiş o, da sənədləri imzalamışdır. 24 iyul 2023-cü il tarixdə mütəxsəsis kimi tanınmış, saat 15-dən saat 16-dək Elvanənin dindirilməsində iştirak etmiş, 25 iyul 2023-cü il tarixdə Mənsurə Əliyevanın dindirilməsinə imza çəkmişdir. Şahid4 Hacıağa oğlunun adını xatırlamamış, tanımamış, adı yadında qalmamışdır. Ona təqdim olunan cinayət işinin materiallarında olan bütün imzalar özünə məxsusdur. 31 iyul 2023-cü il tarixdə saat 11-12 radələrində polis şöbəsində olmuşdur. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşməsində iştirak etmişdir. Zərərçəkmiş şəxsin arvadı Elavənin təqsirləndirilən şəxslə üzləşməsində iştirak etmişdir. Şahid1 ilə Mənsurə Əliyevanın, Zərərçəkmiş şəxslə Mənsurə Əliyevanın üzləşməsində iştirak etmişdir. Həbs qətimkan tədbiri seçiləndə də iştirak etmişdir. Cəlilabad şəhəri 3 saylı tam orta məktəbdə idman müəllimi işləyir. İyul ayında məktəbdə dərslər olmur. 1-ci cinayət işi deyil ki mütəxəsis kimi iştirak edir, çox cinayət işlərində mütəxəsis kimi iştirak etmişdir. 1-5-ci günlər iş günləridir. Hər gün məktəbdə dərslər olmamışdır. Dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ailəsini tanımış, onlar Cəlilabad rayonu, Edişə kənd sakinləridir, «102» xidmətinə tez-tez zəng edən ailə olmuşlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birlərinə görə tez-tez «102» xidmətinə yığıb daimi şikayət etmişlər. Material ona veriləndən sonra prokurorun göstərişi ilə cinayət işi başlamış, cinayət işi başlayanda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 10-15 gün vaxt vermişdir ki, bir-birləri ilə barışsınlar, ancaq onlar qardaş olsalar da şikayət etməyə davam etmişlər. Zərərçəkmiş şəxs durmadan zəng etmişdir ki, Səftər onu vurmuş, hansı səbəbdən Səftər həbs olunmamışdır. Verilən suallara cavab olaraq şahid Araz Məmmədli bildirmişdir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Səftərin onu arvadının yanında vurduğunu bildirmişdir. Səftər yazıb-oxuya bilməmiş, buna görə də X4 dəvət etmiş, bütün sənədləri mütəxəsis Rizvan Babayev oxuyub daha sonra Təqsirləndirilən şəxs sənədlərə imza çəkmişdir. Səftəri şübhəli şəxs qismində tutanda mütəxəsis iştirak etmiş, Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Loğman Eynullayev də orada olmuşdur. Elə bir şey olmamışdır ki, hər hansı bir protokol tərtib olunsun mütəxəsis sonradan sənədlərə imza etsin. Səftəri şübhəli şəxs qismində tutmamışdan qabaq üzləşmə istintaq hərəkətləri keçirmiş, üzləşmələrdə də mütəxəsis iştirak etmişdir. Hadisə yerinə baxış keçirmişlər, videogörüntüdə də var, hadisə olan yer iki təpənin üstündə olmuş, o, ərazidə başqa evlər olmamışdır. İki daxma kimi ev var, bir ev Səftərin digər Şaiqin evdir, evlərin arasında isə yonca əkini vardır. Şaiqdən hadisə yerinin hara olmasını soruşduqda Şaiq hadisə yerini göstərmişdir. X4 əvvələr də tanımışdır. Mütəxəsis bütün sənədləri Səftərə oxumuş, bundan sonra Səftər sənədlərə imza çəkmişdir. Cinayət işi müstəntiq Muradın icraatına verildikdən sonra Şaiq dəfələrlə Muradın yanına gəlib qardaşı ilə barışdığını bildirmişdir. Cinayət işi onun icraatında olan zaman mütəxəsis bütün istintaq hərəkətlərində iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə, saat 13 radələrində Cəlilabad rayonu, Edişə kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində Zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəmnində əlində olan yaba ilə qəsdən sonuncunun başına və sol bud nahiyəsinə zərbələr vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyyəsində əzilmiş yara, sağ göz yuvası ətrafında hematoma, sağ orbital sümüyün yerini dəyişən sınığı və alın sümüyünün sağ aşağı hissəsinin sınığı ilə nəticələnən vahid kompleks təşkil edib həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər və sol bud nahiyəsində sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi faktına görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-46) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis leytenantı Aqil Heydərov tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli «raport» dan görünür ki, həmin tarixdə saat 12:41-də DİN-nin «102» zəng xidmətinə Cəlilabad rayonu, Edişə kənd sakini Şahid1 zəng edərək, qaynı Səftərin onu yaba ilə döyməsi və ərinin başına xəsarət yetirməsi barədə məlumat vermişdir.(i.v.4) -Cəlilabad RPŞ-yə ünvanlanmış 24 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə Cəlilabad RPŞ-yə məlumat vermiş və ərizəsinin nəzərə alınaraq tədbir görülməsini xahiş etmişdir.(i.v.6) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis kapitanı Elçin Hüseynov tərəfindən tərtib olunmuş 25 may 2023-cü il tarixli «raport»dan görünür ki, həmin tarixdə saat 10:10-da DİN-nin «102» zəng xidmətinə Cəlilabad rayonu, Edişə kənd sakini Şahid1 zəng vuraraq verdiyi məlumatla bağlı, Cəlilabad RPŞ-nin əməkdaşının onun döyülmə ilə bağlı xəstəxanada müalicədə olan yoldaşının izahatını almamasını bildirmişdir.(i.v.7) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis leytenantı Aqil Heydərov tərəfindən tərtib olunmuş 27 may 2023-cü il tarixli «raport»dan görünür ki, həmin tarixdə saat 14:01-də DİN-nin «102» zəng xidmətinə Cəlilabad rayonu, Edişə kənd sakini Şahid1 zəng vuraraq qaynı Təqsirləndirilən şəxs onun ünvanına gələrək uşaqlarını öldürməklə hədələməsi barədə məlumat vermişdir.(i.v.9) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis kapitanı Elçin Hüseynov tərəfindən tərtib olunmuş 31 may 2023-cü il tarixli «raport» dan görünür ki, həmin tarixdə saat 15:39-da DİN-nin «102» zəng xidmətinə Cəlilabad rayonu, Edişə kənd sakini Zərərçəkmiş şəxs zəng vuraraq qonşusu Səftərin onu bıçaqla hədələməsi barədə məlumat vermişdir.(i.v.10) -Zərərçəkmiş şəxs Cəlilabad RPŞ-yə ünvanladığı 31 may 2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə DİN-nin «102» zəng xidmətinə bir neçə gün öncə qardaşı Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsinə baxmayaraq Təqsirləndirilən şəxs barəsində heç bir tədbir görülməməsini, həmçinin Səftərin onu və ailə üzvlərini hədələməkdə davam etməsini bildirmiş və Səftərin barəsində tədbir görülməsini xahiş etmişdir.(i.v.12) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis leytenantı Aqil Heydərov tərəfindən tərtib olunmuş 05 iyun 2023-cü il tarixli «raport»dan görünür ki, həmin tarixdə saat 17:59-da DİN-nin «102» zəng xidmətinə Cəlilabad rayonu, Edişə kənd sakini Zərərçəkmiş şəxs zəng vuraraq qonşusunun traktorla onun evini sökməsi barədə məlumat vermişdir.(i.v.13) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin baş verdiyi yer Cəlilabad rayonu, Edişə kəndində yerləşir. Baxış zamanı yolun sağ tərəfində çiy palçıqdan tikilmiş üstü köhnə şiferlə örtülmüş Zərərçəkmiş şəxs məxsus bir mərtəbəli fərdi yaşayış evinin olması müşahidə edilmişdir. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs tərəfindən xəsarət aldığı yer Şaiqin yaşadığı fərdi yaşayış evinin arxa tərəfindən təxminən 7-8 metr aralıda Səftərin yaşadığı evə gedən torpaq avtomobil yoludur. Şaiqə məxsus fərdi yaşayış evinin sol tərəfində ona məxsus biçilmiş taxıl sahəsi vardır. Həmin evin arxa tərəfi isə boş torpaq sahəsidir.(i.v.15-19) -Şahid1 Cəlilabad RPŞ-yə ünvanladığı 11 iyul 2023-cü il tarixli ərizədən görünür ki, 24 may 2023-cü il tarixdə qaynı Təqsirləndirilən şəxs əlində olan yaba ilə ona və əri Şaiqin başına xəsarət yetirərək onları döymüşdür. Səftərin barəsində tədbir görülməsini xahiş etmişdir.(i.v.25) -«məhkəmə tibbi ekspertizası»nın 12 iyun 2023-cü il tarixli, 431 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ alıngicgah nahiyyəsində əzilmiş yara, sağ göz yuvası ətrafında hematoma, sağ orbital sümüyün yerini dəyişən sınığı və alın sümüyünün sağ aşağı hissəsinin sınığı, sol bud nahiyyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 24 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyyəsində əzilmiş yara, sağ göz yuvası ətrafında hematoma, sağ orbital sümüyün yerini dəyişən sınığı və alın sümüyünün sağ aşağı hissəsinin sınığı vahid kompleks təşkil edib həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sol bud nahiyyəsində sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.33-34) -«məhkəmə tibbi ekspertizası»nın 12 iyun 2023-cü il tarixli, 473 nömrəli rəyindən görünür ki, Şahid1 hər hansı bir xəsarət aşkar olunmadı.(i.v.35-36) -«məhkəmə tibbi ekspertizası»nın 16 iyun 2023-cü il tarixli, 493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı.(i.v.44-46) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.47-48) -«cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında» 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.116) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Cəlilabad Rayon Məhkəməsinin həmin tarixli, 4(073)-101/2023 nömrəli qərarı ilə barəsində 24 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir.(i.v.137-138, 154-156) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 05 avqust 2023-cü il tarixli, 2172 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, təhqirə qarşı həssaslıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Cinayət hadisəsi törədilərkən Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində hirslilik, emosionallıq yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədər olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur.(i.v.173-176) -«cinayət əməlinin tövsif edilməsi haqqında» 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilmişdir.(i.v.191-192) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, o, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(i.v.194-195) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 12 dekabr 2023-cü il tarixli, 3-13-3/224439/23 nömrəli məktubda göstərilmişdir ki, audioyazıların saxlanma müddəti bitdiyindən 2023-cü ilin may ayı üzrə daxil olan məlumatın araşdırılması mümkün deyildir. -«məhkəmə-xətşünaslıq ekspertizası»nın 15 aprel 2024-cü il tarixli, 4/190 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 60-61-ci vərəqələrində olan «mütəxəssis təyin etmək haqqında» 24 iyul 2023-cü il tarixli qərarda, «mütəxəssisə hüquq və vəzifələrinin izah edilməsi haqqında» 24 iyul 2023-cü il tarixli protokolda (i.v 62), «ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsi haqqında» 24 iyul 2023-cü il tarixli protokolda (i.v 63), «şahidin dindirilməsi haqqında» 24 iyul 2023-cü il tarixli protokolda (i.v 66-69), «yetkinlik yaşına çatmamış şahidin dindirilməsi haqqında» 25 iyul 2023-cü il tarixli protokolda (i.v 76-78), «şahidin dindirilməsi haqqında» 28 iyul 2023-cü il tarixli protokolda (i.v 86-88), «şahidin dindirilməsi haqqında» 31 iyul 2023-cü il tarixli protokolda (i.v 89-92), «üzləşdirmə dindirmə aparılması haqqında» 31 iyul 2023-cü il tarixli protokolda (i.v 93-95), «üzləşdirmə dindirmə aparılması haqqında» 31 iyul 2023-cü il tarixli protokolda (i.v 96-99), «üzləşdirmə dindirmə aparılması haqqında» 31 iyul 2023-cü il tarixli protokolda (i.v 100-102), «üzləşdirmə dindirmə aparılması haqqında» 31 iyul 2023-cü il tarixli protokolda (i.v 103-105), «cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair» 01 avqust 2023-cü il tarixli qərarda (i.v 106-107), Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış 01 avqust 2023-cü il tarixli ərizədə (i.v 108), «vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 113), «cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 116), «şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə» bildirişdə (i.v 120-121), «şübhəli şəxsin tutulduğu anda hüquq və vəzifələrinin izah edilməsi, tutulması barədə tərtib olunmuş protokolla tanış etmək və surətinin verilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 122-123), «şübhəli şəxs qismində tutulmuş şəxsə etiraz edilə biləcək şəxslərin siyahısının təqdim edilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 124), «şübhəli şəxsə və onun müdafiəçisinə ekspertiza rəyinin elan edilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 125), «şübhəli şəxsə və onun müdafiəçisinə ekspertiza rəyinin elan edilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 126), «şübhəli şəxsə və onun müdafiəçisinə ekspertiza rəyinin elan edilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 127), «şübhəli şəxsin dindirilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 128-130), «şübhəli şəxs qismində tutulmuş şəxsə etiraz edilə biləcək şəxslərin siyahısının təqdim edilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokolda (i.v 135), «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 03 avqust 2023-cü il tarixli protokolda (i.v 137-138), «təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair» protokolda (i.v 140-141), «təqsirləndirilən şəxsə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında» 03 avqust 2023-cü il tarixli protokolda (i.v 142), «etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında» 03 avqust 2023-cü il tarixli protokolda (i.v 143), «insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» 03 avqust 2023-cü il tarixli protokolda (i.v 144), «təqsirləndirilən şəxsi dindirmə haqqında» 03 avqust 2023-cü il tarixli protokolda (i.v 145-148), «təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması və surətlərini alması barədə» 03 avqust 2023-cü il tarixli protokolda (i.v 153), «ekspertiza təyin olunması haqqında qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında» 04 avqust 2023-cü il tarixli protokolda (i.v 163), «etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında» 18 sentyabr 2023-cü il tarixli protokolda (i.v 181), «ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında» 18 sentyabr 2023-cü il tarixli protokolda (i.v 182), «təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 16 oktyabr 2023-cü il tarixli qərarda (i.v 194-195), «təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair» bildirişdə (i.v 197-198), «təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında» 16 oktyabr 2023-cü il tarixli protokolda (i.v 199), «etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosessinin iştirakçısına bildirilməsi haqqında» 16 oktyabr 2023-cü il tarixli qərarda (i.v 200), «insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» 16 oktyabr 2023-cü il tarixli bildirişdə (i.v 201), «təqsirləndirilən şəxsi əlavə dindirmə haqqında» 16 oktyabr 2023-cü il tarixli protokolda (i.v 202-204), «təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında» 20 oktyabr 2023-cü il tarixli protokolda «mütəxəssis» qrafalarında və X3 adından olan imzalar-X5 tərəfindən icra olunmuşdur. -Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad Şəhər 3 X14 Məktəbindən daxil olmuş məktubdan görünür ki, X5 24 iyul 2023-cü il tarixdə, 25 iyul 2023-cü il tarixdə, 28 iyul 2023-cü il tarixdə, 31 iyul 2023-cü il tarixdə, 01 avqust 2023-cü il tarixdə, 04 avqust 2023-cü il tarixdə məzuniyyətdə olmuşdur, 18 sentyabr 2023-cü il tarixdə, 16 oktyabr 2023-cü il tarixdə və 20 oktyabr 2023-cü il tarixdə isə işdə olmuşdur. -"xxxx" MMC-dən daxil olmuş 01 may 2024-cü il tarixli, BKC/LGL-4649/24 nömrəli məktub və məlumatlardan görünür ki, X3 istifadəsində olmuş ********** saylı mobil nömrə 28 iyul 2023-cü il tarixdə (saat 11:00-12:00), 31 iyul 2023-cü il tarixdə (saat 12:00-13:00) müddətlər ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Rizvan Babayev istifadəsində olmuş ********** saylı mobil nömrənin 24 iyul 2023-cü il tarixdə saat 15:00 saat 15:58-dək olan vaxt ərzində anten məlumatları Beyləqan rayonu, Əhmədli kəndi, Türklər qəsəbəsi, Dünyamalılar kəndi, İmişli rayonu, Cəfərli kəndi ərazilərində müəyyən olunmuşdur. Rizvan Babayev istifadəsində olmuş ********** saylı mobil nömrənin 25 iyul 2023-cü il tarixdə saat 10:14-də olan vaxt ərzində anten məlumatları Cəlilabad rayonu, Sərhədabad kəndi ərazlərində müəyyən olunmuşdur. Rizvan Babayev istifadəsində olmuş ********** saylı mobil nömrənin 31 iyul 2023-cü il tarixdə saat 11:16-da olan vaxt ərzində anten məlumatları Cəlilabad şəhəri, Heydər Əliyev prospektində, saat 11:30-da Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, «Cəlilabad Avtovağzal»da olması müəyyən olunmuşdur. Rizvan Babayev istifadəsində olmuş ********** saylı mobil nömrənin 31 iyul 2023-cü il tarixdə saat 15:00-dan saat 15-30-dək olan vaxt ərzində anten məlumatları Biləsuvar rayonu, Günəşli kəndi, Nəsimi kəndi, Səmədabad kəndi, Arazbarlı kəndi, İmişli rayonu, Aranlı kəndlərində olması müəyyən olunmuşdur. -"xxxx" MMC-dən daxil olmuş 08 may 2024-cü il tarixli, 9821 nömrəli məktub və məlumatlardan görünür ki, Rizvan Babayevin istifadəsində olmuş ********** saylı mobil nömrənin 31 iyul 2023-cü il tarixdə saat 11:00-dan saat 12:00-dək olan vaxt ərzində anten məlumatları Cəlilabad rayonunda olması müəyyən olunmuşdur. Rizvan Babayevin istifadəsində olmuş ********** saylı mobil nömrənin 31 iyul 2023-cü il tarixdə saat 12:00dan saat 13:00-dək olan vaxt ərzində anten məlumatları Cəlilabad rayonunda olması müəyyən olunmuşdur. Rizvan Babayevin istifadəsində olmuş ********** saylı mobil nömrənin 31 iyul 2023-cü il tarixdə saat 15:00-dan saat 15:30-dək olan vaxt ərzində anten məlumatları Bilesuvar rayonu, Nerimankənd kəndində olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə, saat 13 radələrində Cəlilabad rayonu, Edişə kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində Zərərçəkmiş şəxs məxsus biçilmiş otu icazəsiz olaraq yığıb aparması ilə bağlı sonuncunun ona irad tutmasından sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təsərrüfat işlərini görmək məqsədi ilə əlində saxladığı yaba ilə qəsdən Zərərçəkmiş şəxs baş və sol bud nahiyəsinə zərbələr vuraraq ona qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsində əzilmiş yara, sağ göz yuvası ətrafında hematoma, sağ orbital sümüyün yerini dəyişən sınığı və alın sümüyünün sağ aşağı hissəsinin sınığı ilə nəticələnən vahid kompleks təşkil edib həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər və sol bud nahiyəsində sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Hazırkı iş üzrə ibtidai istintaq orqanının təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərərvurmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətində «xüsusi amansızlıq» əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Zərərçəkmiş şəxs yaxın qohumu yəni, arvadı Şahid1 onun bu hərəkətindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəyini qabaqcadan dərk etdiyi halda sonuncunun gözü qarşısında yəni, xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs baş və sol bud nahiyəsinə zərbələr vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsində əzilmiş yara, sağ göz yuvası ətrafında hematoma, sağ orbital sümüyün yerini dəyişən sınığı və alın sümüyünün sağ aşağı hissəsinin sınığı ilə nəticələnən vahid kompleks təşkil edib həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər və sol bud nahiyəsində sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə o, Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı «xüsusi amansızlıq» əlamətini yalnız arvadının orada olması, hadisənin onun gözü qarşısında baş verməsi ilə qiymətləndirmişdir. Dindirilmiş Şahid1 hadisənin tarixi və vaxtının yadında olmadığını, xatırlamadığını, hadisə vaxtı dərədə ot yığdığını, ərini vurduqlarını dediklərini, buna görə qaçıb Şaiqi qanın içərisində gördüyünü, Şaiqi kimin vurduğunu görmədiyini, uşaqları atalarının yıxıldığını dediklərindən qaçdığını, ot yığdığı yerlə hadisə yeri arasında olan məsafənin 20-30 metr olduğunu, hadisəsinin ot üstündə baş verdiyini, təpənin o biri tərəfində olduğu üçün səsküyü eşitmədiyini, təpənin bir tərəfində əri, digər tərəfində isə özünün ot yığdığını, səs gəlmədiyini, ərinin yıxılmağını 4 yaşlı qızı Zəhranın dediyini, Zəhra yanına gələ-gələ «atam-atam çağırır» dediyini, uşağın yol ilə onun yanına gəldiyini, Səftərin Şaiqi vurduğunu görmədiyini, Səftərin yaba ilə üzərinə gəlmədiyini, Səftəri vurmadığını, Şaiqi görəndə qanın içində gördüyünü, həmin vaxtı Şaiqin tək olduğunu, yanında heç kim olmadığını, Şaiqin yanına gedəndə Səftərin oradan getdiyini, Səftərin aralıda sahə ilə getdiyini gördüyünü, Səftərin əlində yaba olduğunu, müstəntiqə hadisəni görmədiyini dediyini, Səftər Şaiqi vurandan sonra Səftərlə dialoqu olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində Elvanənin hadisəni görüb-görmədiyini dəqiq bilmədiyini, ancaq arvadının səsə gəldiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir(124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin ifadə Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsində göstərilən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda tələbləri pozulmaqla alınmışdır. Cinayət işinin materiallarının 66-69-cu səhifələrinə əlavə olunmuş Şahid1 ibtidai istintaq zamanı 24 iyul 2023-cü il tarixdə saat 15:00-dan saat 16:00-dək şahid qismində verdiyi ifadəsində onun latın qrafikalı əlifba ilə oxumağı və yazmağı bacarmadığı yazılmış, bu səbəbdən də Rizvan Babayevin iş üzrə mütəxəssis qismində iştirak etməsi ifadədə qeyd edilmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində məktəbə getmədiyindən yazıb-oxuya bilmədiyini, müstəntiqə yazıb-oxuya bilmədiyini dediyini, müstəntiq yazdıqlarını yavaş-yavaş oxuduğunu, ifadə verən zaman müstəntiqlə ondan başqa heç kimin olmadığını, mütəxəssisin iştirak etmədiyini demişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Rizvan Babayev ifadəsində Təqsirləndirilən şəxs polis şöbəsində gördüyünü, dindirməsində iştirak etdiyini, digər iştirak etdiyi dindirmələr zərərçəkmiş şəxsin arvadı və balaca qız uşağı olduğunu, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında ot üstündə söz-söhbət yarandığını, təqsirləndirilən şəxsin qardaşını səhv etmirsə bel ilə vurduğunu, dindirmə zamanı Təqsirləndirilən şəxs qardaşını vuran zaman zərərçəkmiş şəxsin arvadı və uşağının orada olduğunu bildiyini, mobil nömrəsinin ***-***-**-** saylı olduğunu, cinayət işi üzrə polis şöbəsinə 3 dəfə getdiyini 1-ci dəfə təqsirləndirilən şəxsə görə, 2-ci dəfə Elvanəyə və üzləşməyə görə, 3-cü dəfə isə cinayət işinin Lənkəran Ağır Cinayətlərə getməsi ilə bağlı getdiyini, 3-cü dəfə gedən zaman təqsirləndirilən şəxsin orada olmadığını, protokola imza çəkdiyini, həmin protokolun işin yekunlaşması ilə bağlı olduğunu, təqsirləndirilən şəxs və müdafiəçinin orada olmadığını, 24 iyul 2023-cü il tarixdə mütəxəssis kimi tanındığını, saat 15-dən 16-ya kimi Elvanənin dindirlməsində iştirak etdiyini, 25 iyul 2023-cü il tarixdə Mənsurə Əliyevanın dindirilməsinə imza çəkdiyini, Şahid4 Hacıağa oğlunun adını xatırlamadığını, yadında qalmadığını, ona təqdim olunan cinayət işinin materiallarında olan bütün imzaların özünə məxsus olduğunu, 31 iyul 2023cü il tarixdə saat 11-12 radələrində polis şöbəsində olduğunu, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin, Şahid1 ilə təqsirləndirilən şəxsin, Şahid1 ilə Mənsurə Əliyevanın, Zərərçəkmiş şəxslə Mənsurə Əliyevanın üzləşmələrində iştirak etdiyini bildirmişdir. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Rizvan Babayev istifadəsində olmuş ********** saylı mobil nömrənin 24 iyul 2023-cü il tarixdə saat 15:00 saat 15:58-dək olan vaxt ərzində anten məlumatları Beyləqan rayonu, Əhmədli kəndi, Türklər qəsəbəsi, Dünyamalılar kəndi, İmişli rayonu, Cəfərli kəndi ərazlərində müəyyən olunmuşdur. Bundan əlavə ibtidai istintaq orqanı hadisə zamanı Təqsirləndirilən şəxs Şahid1 ifadəsində göstərdiyi «Təqsirləndirilən şəxs Şaiqi vurandan sonra əlində olan yabanın arxa hissəsi ilə üstümə cumub mənim kürək nahiyəmdən bir zərbə vurdu. Sonra təpiklə də bir dəfə möhkəm kürək nahiyəmdən vurdu və mən də yerə yıxıldım» məzmunlu hissələrinin olmadığını təsdiq etmiş, bununla bağlı Təqsirləndirilən şəxs hər hansı ittiham irəli sürməmişlər. Həmçinin cinayət işinin materiallarının 35-36-cı səhiflərində olan məhkəmətibbi ekspertizasının 12 iyun 2023-cü il tarixli, 473 nömrəli rəyindən görünür ki, Şahid1 hər hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarının 100-102-ci səhifələrində olan «üzləşdirmə dindirmə aparılması haqqında» 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə şahid Mənsurə Əliyeva arasında saat 15:00-dan saat 15:30-dək üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı Rizvan Babayev də iştirak etmişdir. Sözügedən protokolda Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi eyni məzmunda yazılmışdır. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Rizvan Babayevin istifadəsində olmuş ********** saylı mobil nömrənin 31 iyul 2023-cü il tarixdə saat 15:00-dan saat 15-30-dək olan vaxt ərzində anten məlumatları Biləsuvar rayonu, Günəşli kəndi, Nəsimi kəndi, Səmədabad kəndi, Arazbarlı kəndi, İmişli rayonu, Aranlı kəndlərində olması müəyyən olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Rizvan Babayev istifadəsində olmuş ********** saylı mobil nömrənin 31 iyul 2023-cü il tarixdə saat 15:00-dan saat 15:30-dək olan vaxt ərzində anten məlumatları Bilesuvar rayonu Nerimankənd kəndində olması müəyyən olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Qeyd olunanlara əsasən Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində və üzləşdirmə istintaq hərəkəti zamanı verdiyi ifadəsində göstərdiyi «Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs onun yanında vurması, hadisə zamanı Təqsirləndirilən şəxs onu da vurması» barədə göstərdiyi hissələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, sözügedən ifadələrin həmin hissələri ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Göründüyü kimi ibtidai istintaq orqanı Şahid1 Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs vurmasını gördüyünü və hadisə nəticəsində psixoloji sarsıntı keçirərək əzab çəkdiyini sübuta yetirməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız «cinayət əməlinin tövsif edilməsi haqqında» 16 oktyabr 2023-cü il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xüsusi amansızlığa tövsif etmənin yeganə əsası olaraq yanız zərərçəkmiş şəxsin yaxın qohumu hesab edilən arvadı-Şahid1 orada olmasına istinad etmiş, törədilmiş cinayətin obyektiv hallarını, cinayətin sübyekti və subyektiv cəhətinin tərəfləri hərtərəfli, tam və obtektiv təhlil edilməmişdir (i.v.191-192). İbtidai istintaq orqanı tərəfindən törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma hadisəsinin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə aid edilib-edilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, təqsirləndirilən şəxsin hərəkətləri zamanı yalnız zərərçəkmiş şəxsin arvadının orada olması faktına münasibəti deyil, eləcə də qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusi amansız olmasına münasibətinin öyrənilməsinin əhəmiyyətli olmasına, təqsirləndirilən şəxsin xüsusi amansızlığa subyektiv münasibətinin qiymətləndirilməsi üçün cinayətin obyektiv hallarının qiymətləndirilməsinə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin subyektiv cəhətinin analiz edilməsinə, təqsirləndirilən şəxsin təkcə qəsdən sağlamlığa ağır zərər vurmadan ibarət baş vermiş nəticəyə deyil, həm də qəsdən sağlamlığa ağır zərər vurmaya aid ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətinə dair halları toplanmış sübutlar əsasında düzgün olaraq müəyyən etməmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, ibtidai istintaq orqanının ehtimalına əsasən Zərərçəkmiş şəxs arvadının hadisə zamanı orada olması faktı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və ya zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan, zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab vermə xüsusatı kimi qiymətləndirilməməlidir. Məhkəmə tərkibinin həmin fakta məhz bu cür qiymət verməsi cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq olmuş və həmin məqsədinə çatmışdır. Şərh edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsinin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə aid edilib-edilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, Təqsirləndirilən şəxs hərəkətlərinin nəticəsi kimi yalnız zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma faktına münasibəti deyil, eləcə də qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusi amansız olmasına münasibətinin öyrənilməsi, cinayətin obyektiv hallarının aydınlaşdırılması, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin subyektiv cəhətinin təhlil edilməsi əhəmiyyətlidir. Hər bir halda Təqsirləndirilən şəxs təkcə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmadan ibarət baş vermiş nəticəyə deyil, həm də qəsdən sağlamlığa ağır zərər vurmanın ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətini müəyyənləşdirmək tələb olunur. Məhkəmə tərkibi hesab edir ki, cinayətin subyektiv cəhətini dəqiq aydınlaşdırmadan əməli xüsusi amansızlıq əlaməti üzrə tövsif etmək səhvlərə aparıb çıxara bilər. Zərərçəkmiş şəxs arvadının yanında qəsdən xəsarət yetirilməsi cinayətinin xüsusi amansızlıqla törədilməsinə o vaxt dəlalət edə bilər ki, həmin xəsarətin lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişin qüvvələrinin nisbəti, o cümdən zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyi faktını dərk etdiyi sübut edilmiş olsun. Məhkəmə tərkibi cinayət işi üzrə toplanılmış materiallara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs niyyətinin birbaşa və ya dolayı qəsdlə Zərərçəkmiş şəxs arvadına xüsusi iztirabların yetirilməsinə deyil, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya yönəlməsi şübhə doğurmur. Təqsirləndirilən şəxs niyyətinin məhz qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman arvadına xüsusi əzab verməsini təsdiq edən məlumatlar ümumiyyətlə cinayət işinin materiallarında mövcud deyildir və ibtidai istintaq orqanı tərəfindən həmin məlumatlar müəyyən edilməmişdir. O cümlədən, cinayət işinin materiallarından və verilmiş ittihamın məzmunundan görünür ki, hadisə otun yığılması nəticəsində yaranmış mübahisə zamanı ani vaxtda baş vermiş, qısa müddət ərzində cinayət hadisəsi törədilmişdir. Məhkəmə tərkibi həmçinin bu qənaətə də gəlir ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq üçün seçdiyi üsul, hadisənin ani zamanda təsadüfü halda və məkanda baş verməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hadisə anında olduqları qarşılıqlı vəziyyətləri, xəsarətlərin xarakteri və lokalizasiyası, zərərçəkmiş şəxsin arvadına xüsusi əzab vermək niyyətinin olmaması, sonuncunun məhkəmə istintaqında verdiyi ifadəsində baş vermiş hadisəni görmədiyini bildirməsi, habelə işin digər faktiki halları da nəzərə alınmaqla hazırkı iş üzrə qəsdən sağlamlığa ağır zərər vurma prosesinin baş verdiyi qısa müddət ərzində xüsusi amansızlığın reallaşdırılmasının mümkünlüyünün ibtidai istintaq orqanı tərəfindən israr edilməsi əsassızdır və obyektiv həqiqəti özündə ifadə etmir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin «xüsusi amansızlıq» kimi qiymətləndirərkən qəsdən sağlamlığa ağır zərər vurma hadisəsinin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə aid edilibedilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, təqsirləndirilən şəxsin hərəkətləri zamanı yalnız zərərçəkmiş şəxsin arvadının orada olması faktına münasibəti deyil, qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusi amansız olmasına münasibətinin öyrənilməsinin əhəmiyyətli olmasına, təqsirləndirilən şəxsin xüsusi amansızlığa subyektiv münasibətinin qiymətləndirilməsi üçün cinayətin obyektiv hallarının qiymətləndirilməsinə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin subyektiv cəhətinin analiz edilməsinə, təqsirləndirilən şəxsin təkcə qəsdən sağlamlığa ağır zərər vurmadan ibarət baş vermiş nəticəyə deyil, həm də qəsdən sağlamlığa ağır zərər vurmaya aid ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətinə dair halları toplanmış sübutlar əsasında düzgün olaraq müəyyən etməmişdir. Belə ki, xüsusi amansızlıq əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Təqsirləndirilən şəxsin xüsusilə əzabverici üsullardan istifadə etməməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməməsini sübut edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində həmçinin göstərilmişdir ki, xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində də ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarəti, aralarında yaranmış mübahisə zamanı ani vaxt ərzində yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl həmin cinayəti törətməyi planlaşdırmamış, cinayət əməlini törətmək üçün hər hansı üsul fikirləşməmiş, Zərərçəkmiş şəxs məxsus biçilmiş otu icazəsiz olaraq yığıb aparması ilə bağlı sonuncunun ona irad tutmasından sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təsərrüfat işlərini görmək məqsədi ilə əlində saxladığı istintaqla müəyyən edilməyən yaba ilə vuran zaman həmin cinayətkar hərəkətin zərərçəkmiş şəxsin arvadına xüsusi əzab verdiyini dərk etməmiş və ya həmin halı dərk etməsi üçün vaxtı belə olmamış, habelə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq niyyətində olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək qiymətləndirməmiş, Şahid1 hadisə yerinə nə vaxt gəlməsini dəqiq müəyyən etməmiş, bu isə istintaq orqanının düzgün nəticəyə gəlməməsinə səbəb olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Təqsirləndirilən şəxs hərəkətlərində «xüsusi amansızlıq» əlamətlərinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu birinsip beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda, o cümlədən bizim dövlətin hüququnda tanınan prinsipdir. X2 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. İkinci aspektdən baxdıqda isə təqsirsizlik prezumpsiyası cinayətə görə bəraət almış və ya barəsində icraat davam etdirilməmiş şəxsləri dövlət məmurları və ya hakimiyyət orqanları tərəfindən sanki təqsirli kimi rəftar edilməkdən qoruyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo» prinsipi tətbiq edilməlidir. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Kapo Belçikaya qarşı» qərarında qeyd edilmişdir ki, sübütetmə yükü məhkəmə işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də tərsinə çevrilə bilməz. Təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Avropa Məhkəməsinin «Nestak Slovakiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirin seçilməsi barədə qərarlar məhkəmədə müəyyən edilməmişdən əvvəl şəxsin təqsiri ilə bağlı qəti rəyə əsaslanarsa, təqsirsizlik prezumpsiyasının pozulması sayıla bilər. Məhkəmə tərkibi digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 24 iyul 2023-ci il tarixdə «cinayət işinin başlanması və icraata qəbul edilməsi» haqqında qərar qəbul edilərkən Şahid1 izahatı alınmış olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə bağlı xüsusi amansızlığa dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs 01 avqust 2023-cü ildə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmkdə şübhəli şəxs qismində tutulmuş, 03 avqust 2023-ci ildə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham olunması qərarı qəbul edilməsi anınadək əməlin xüsusi amansızlıq ilə törədilməsini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmçinin həmin mərhələ ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə tövsif edilməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfində heç bir müraciət də edilməmişdir. Məhkəmə tərkibinin diqqətini çəkən digər mühüm hal ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının özündə belə əməlin «xüsusi amansızlıq» ilə törədilməsi məqamı ilə bağlı ittiham təsvir edilməmiş, Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticə hissəsində həmçinin cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı iş üzrə də ittiham aktının həmin hissəsində «o, xüsusu amansızlıqla, yəni yaxın qohumu hesab edilən arvadı Şahid1 orada olmasına əhəmiyyət verməyərək onun gözü qarşısında» yazılması ilə kifayətlənilmiş, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində olan və verilmiş ittihamın təsvirinə yazılmış «xüsusi amansızlıq» hərəkətlərinin nədə ifadə olunması təsvir edilməmiş, çünki cinayət işinin materiallarında bununla bağlı hər hansı konkret sübut olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman niyyətinin məhz zərərçəkmiş şəxsin arvadına xüsusi əzab vermək və yaxud bunu arzu etmək, seçdiyi üsulun zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verməsini dərk etməsi olmamış, şüurlu surətdə buna yol verməmiş, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin yaxın adamlarına xüsusi əzab) münasibətdə birbaşa (CM-nin 25.2-ci maddəsi) və ya dolayı (CM-nin 25.3-cü maddəsi) qəsdlə hərəkət etməmişdir. Cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Cinayət tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə tövsifini istisna edir. Qeyd olunanlar və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən sağlamlığa ağır zərər vurma cinayət olaraq məhz Cinayət Məcəlləsinin 126.1-ci maddəsi nəzərdə tutmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilən 18 avqust 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.167) -Cəlilabad rayonu İcra Hakimiyyəti Başçısının Kövüzbulaq kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş 21 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Edişə kəndində qeydiyyatda olmaqla, xx.xx.1986-cı il təvəllüdlü arvadı X6, oğlu-xx.xx.2010-cu il təvəllüdlü Zahid Əliyev, qızıxx.xx.2012-ci il təvəllüdlü Mənsurə Əliyeva və oğlu-xx.xx.2012-ci il təvəllüdlü Kənan Əliyev birlikdə həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.183- 184) -Zərərçəkmiş şəxs 23 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiası, şikayəti, tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.(i.v.171) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş cəzaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayəthüquqi kriteriyalara əməl edilməklə təyin edilən və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə tərkibi qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olması, əməlini etiraf etməsi, şəxsiyyəti, ailə, maddi və sosial vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirici hallar kimi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırlan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Sinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının minimum həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan hal olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hal nəzərə alınmalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə qərar, Piersack Belçikaya qarşı iş üzrə qərar, X9rşı iş üzrə qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir». Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ilk dəfə qəsdən ağır cinayət törətməyə görə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablanmalı, Cəlilabad Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(073)-101/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 8, 41, 21, 44, 51-2, 56.1.3, 58, 124-137-1, 144-146, 318, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 01 avqust 2023-cü il tarixdən hesablansın. Cəlilabad Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(073)-101/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar