Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-223/2022 17.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1997-ci ildə Saatlı rayonunun Qırağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonunun Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etməklə saxlamışdır. Belə ki, o, 2021-ci ilin aprel ayında əldə etdiyi 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndindəki fərdi yaşayış evinin arxa hisssəsində evin divarı ilə həyətin hasarının arasında 4 metr enində və 4 metr uzunluqda xüsusi hazırladığı yerdə 2021-ci ilin may ayının sonunda qanunsuz olaraq torpağa əkmiş, 22 oktyabr 2021-ci il tarixədək həmin yerdə böyüyən 7 ədəd, xeyli miqdarda çətənə (kannabis) şitilini mütəmadi suvarıb və diblərini yumşaltmaqla qulluq göstərərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirib hissələrini toplamaqla xeyli miqdarda kultivasiya etmiş, 2021-ci ilin oktyabr ayının əvvəlində həmin 7 ədəd bitkilərin hissələrini toplayıb satış məqsədilə qanunsuz olaraq külli miqdarda-1224,45 qram narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb olnları 5 ədəd ayrı-ayrılıqda 90 qram, 110 qram, 80 qram, 160 qram və 220 qram olmaqla polietilen torbalara, 3 ədəd ayrıayrılıqda 7,62 qram, 5,95 qram və 5,88 qram olmaqla kibrit qutularına, eləcə də 2 ədəd ayrı-ayrılıqda 205 qram və 340 qram olmaqla plastik qablara qablaşdırıb qanunsuz olaraq saxlamış, daxil olmuş məlumat əsasında 22 oktyabr 2021-ci il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı 7 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi və həmin bitkilərdən satış məqsədilə qanunsuz olaraq hazırlayıb saxladığı ayrı-ayrı qablaşdırılmış 5 ədəd polietilen torbalarda ayrı-ayrılıqda 90 qram, 110 qram, 80 qram, 160 qram və 220 qram, 3 ədəd kibrit qutularında ayrı-ayrılıqda 7,62 qram, 5,95 qram və 5,88 qram və 2 ədəd plastik qablarda ayrı-ayrılıqda 205 qram və 340 qram olmaqla cəmi külli miqdarda-1224,45 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailə üzvləriarvadı, uşağı və anası ilə birlikdə Saatlı rayonunun Mustafabəyli kəndində yaşayır, əsəb xəstəsi olduğu üçün işləmir, xəstəliyi ilə bağlı 190 manat təqaüd alır. Təxminən bir ildir ki, “nəşə”dən (qurudulmuş marixuanadan) istifadə etməyə başlamışdır. 2021-ci ilin aprel ayının əvvəlində yaşadığı evin yaxınlığından keçən Sabir kanalına balıq tutmağa gedərkən su kanalının kənarında bir ədəd sellofan büküm tapmış, həmin bükümün içərisində 7 ədəd çətənə toxumları olmuşdur. Marixuanadan istifadə etdiyi üçün qərarı almışdır ki, həmin toxumları həyətində əkib-yetişdirsin. 2021-ci ilin may ayının axırlarında 7 ədəd çətənə toxumu yaşadığı evin arxa tərəfində evin çöl divarı ilə hasarın arasında əkin üçün yer hazırlayıb toxumları həmin yerdə torpağa əkmişdir. Əkdiyi 7 ədəd çətənə toxumların hamısı bitmiş, həmin bitklərə diblərini yumşaldıb və suvararaq qulluq etmişdir. Bitkilər böyüyüb yetişdikdən sonra bitkilərin hissələrini yığıb qurudub istifadə etmək qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin oktyabr ayının əvvəllərində bitkilərin yarpaq və büdaqların hissələrini yığıb həyətində olan əl damında qrutmuşdür. Bundan sonra o, qurudub hazırladığı marixuananı 2 ədəd plastik qablara, 5 ədəd sellofan paketlərə və 3 ədəd kibrit qutusuna yığıb saxlamışdır ki, sonradan özü istifadə etsin. Hazırladığı marixuanadan heç kimə satmamış, verməmiş, yalnız özünün şəxsi istifadəsi üçün hazırlayıb saxlamışdır. 22 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evin həyətinə bir qrup polis əməkdaşları, kənd bələdiyyə sədri Gülağa (Şahid1) və kənd icra nümayəndəsinin müavini Emin (Şahid2) gəlmişlər. Polis əməkdaşları ona həyətində çətənə kolu əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu və həyətinə baxış keçirəcəklərini bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra özünün və həyətində olan başqa şəxslərin iştirakı ilə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirmişdir. Baxış zamanı o, etiraf edib bildirimşdir ki, əkib-yetişdirdiyi çətənə bitkilərinin yarpaq və hissələrəni toplayıb qurudub özünün istifadəsi üçün qablara yığıb əl damında saxlayıb. Bundan sonra o, əl damında saxladığı, içərisində marixuana olan 2 ədəd plastik qabları, 5 ədəd sellofan paketləri və 3 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qablarda olan marixuana polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Həmin vax əl damında aşkar edilmiş tərəzilər evinə aid tərəzilər olmuş, evdə lazım olanda istifadə etmək üçün əldamında saxlamışdır, həmin tərəzilərin narkotiklə əlaqəsi yoxdur. Aşkar olunmuş tərəzilər də polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra o, evin arxa tərəfində əkib-yetişdirdiyi çətənə kollarının olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları həmin yerdə olan 7 ədəd çətənə bitkilərini torpaqdan çıxarıb kisələrə qablaşdırıb götürmüşdür. O, özünün şəxsi istifadəsi üçün çətənə bitkilərini əkib-becərmiş və onların hissələrini qurudub marixuana hazırlayıb saxlamışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və əkdiyi çətənə bitkilərindən əldə edəcəyi marixuananı satmaq fikri olmamışdır. O, həyətində aşkar edilmiş marixuananı satmaq məqsədi ilə saxlamasına dair verilmiş ittiham üzrə (CM-nin 234.4.3cü maddəsi ilə) özünü təqsir bilmir, lakin özünün şəxsi istifadəsi məqsədi ilə həyətində çətənə bitkiləri əkib-yetişdirdiyinə görə (CM-nin 237.1-ci maddəsi ilə) və həmin bitkilərin hissələrini qurudub qablara yığıb özünün şəxsi istifadəsi üçün saxladığına görə (CM-nin 234.1-ci maddəsi ilə) özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, Saatlı RPŞnin məkdaşıdır. 22 oktyabr 2021-ci il tarixdə Saatlı rayonunun Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkilərinin əkib-becərilməsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş və o, həmin məlumatın yoxlanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Belə ki, həmin gün əməliyyat qrupu Saatlı rayonunun Mustafabəyli kəndinə İnsafəl Ağayevin yaşadığı evin həyətinə getmiş, həyətdə təhqiqatçı X10 Ağayevə həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olduğunu və həyətinə baxış keçiriləcəyini bildirilmiş, Təqsirləndirilən şəxs də baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən İnsafəl Ağayevin, mütəxəssis-aqronom Azad Kazımov, Mustafabəyli kənd bələdiyyəsinin sədri Şahid1 və Mustafabəyli kənd icra nümayəndəsinin müavin Şahid2 iştirakları ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində dəmir hasarla evin arasında olan sahədə 7 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar etmiş, baxışda iştirak edən aqronom Azad Kazımov həmin 7 ədəd bitkinin çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada becərildiyini bildirmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki əldamından 5 ədəd sellofan paketdə, 2 ədəd plastik qabda və 3 ədəd kibrit qutularında qurudulmuş marixuanaya oxşar kütlələr və 2 ədəd elektron tərəzilər də aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilmiş 7 ədəd bitkinin çətənə bitkiləri olduğunu və özünün əkib-yetişdirdiyini, əldamından aşkar edilmiş qablardakı kütlələrin isə marixuana olduğunu əkib-yetişdirdiyi çətənə bitkilərin hissələrini qurudub hazırladığı və öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş 7 ədəd çətənə bitkiləri, ayra-ayrı qablarda olan marixuanaya oxşar kütlələr və 2 ədəd elektron tərəzilər polietilen torbalara qablaşdırılıb təhqiqatçı tərəfiəndən götürülmüş, sonra təhqiqatçı tərəfindən sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid7 Şahid4 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonunun Mustafabəyli kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Mustafabəyli kənd sakini, anası, həm də özü xəstə olmaqla, sakit, öz işi ilə məşğul olan şəxs kimi tanıyır. O, 22 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən baxışda kənd icra nümayəndəsinin müavini Eminlə birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs də baxış da iştirak etmiş və həyətə baxış vedieoçəkilişlə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-yetişdirdiyini etiraf etmiş, sonra evin arxa hissəsində dəmir hasarla evin arasında olan sahədə əkdiyi bitkiləri onlara göstərib çətənə bitkiləri olduğunu bildirmişdir. Həmin yerdə 7 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki əldamında sellofan paketlərdə, plastik qablarda və kibrit qutularında bitki kütlələri (qurudulmuş marixuana) və 2 ədəd elektron tərəzilər aşkar edilmişdir. Şitfahi sorğu zamanı İnsafəli aşkar olunmuş kütlələrin marixuana olduğunu özünün istifadəsi üçün qablara yığıb saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş çətənə bitkiləri, qablarda olan kütlələr və elektron tərəzilər torbalara qablaşdırılıb götürülmüşdür. Sonra keçirilmiş tədbirlə bağlı sənədləşmə aparılmışdır. İşdə olan, Saatlı RPŞ-nin əməkdaşının 22 oktyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Saatlı rayonunun Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 22 oktyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Saatlı RPŞ-nin təhqiqatçısı Əlizadə Əliyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs, aqranom-mütəxəssisin və hal şahidlərinin iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsindəki torpaq sahəsindən 7 ədəd çətənə bitkilərinə oxşar bitkilər, həyətindəki əldamından 5 ədəd sellofan paketdə, 2 ədəd plastik qablarda və 3 ədəd kibrit qutularında qurudulmuş marixuanaya oxşar kütlələr və 2 ədəd elektron tərəzilər aşkar edilmişdir. Aşkar edilmiş çətənə bitkilərinə oxşar bitkilər, ayrı-ayrı qablarda olan kütlələr və elektron tərəzilər qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 22 oktyabr 2021-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş, Saatlı rayonunun Mustafabəyli kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahədə aşkar olunmuş 7 ədəd bitkilər tərkibində narkotik maddələr olan çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən..çətənə bitkilərinə oxşar...” sözləri və imzalar olan 02 ədəd sintetik torbanı açdıqda 07 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 6100 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ... marixuanaya oxşar kütlə ...” sözləri və imzalar olan polietilen torbanı açdıqda 02 ədəd ağ rəngli plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi-205 qram, 340 qram, 5 ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 90 qram, 110 qram, 80 qram, 160 qram, 220 qram, 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-7,62 qram, 5,95 qram, 5,88 qram, ümumi təmiz çəkisi-1224,45 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar edilmiş 02 ədəd sintetik torbada olan çətənə bitkiləri və 01 ədəd polietilen torbada olan marixuanalar eyni tərkiblidir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq marixuana 1224,25 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 23 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 07 ədəd çətənə (kannabis) bitkisi, 1224,25 qram qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Saatlı Rayon Mərkəzi X7 Şəxsin 27 oktyabr 2021-ci il tarixli arayışı ilə müəyyən ekdilir ki, xx xxxxxx 1997-ci il təvəllüdlü Ağayev X3 RMX-nın Psixonevroloji kabinetində 21 yanvar 2016-cı il tarixdən “Şəxsiyyətin emosional davamsız tipli pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, DSMF-nun 10 saylı regional ərazi filalının 17 noyabr 2021-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırda heç bir pensiya, sosial müavinət, təqaüd və kompensasiya almır. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yaşadığı evin həyətində olan əl damında aşkar olunmuş qurudulmuş marixuananı yalnız özünün şəxsi istifadəsi üçün saxlaması, həmin narkotik maddəni kiməsə satmaq niyyətinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni yaşadığı evin həyətində olan əl damında aşkar olunmuş qurudulmuş marixuananı yalnız özünün şəxsi istifadəsi üçün saxlaması, həmin narkotik maddəni kiməsə satmaq niyyətinin olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib, yetişdirib və toplamaqla kultivasiya etməsi, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddəni hazırlayıb əldə etmə və saxlama cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 3-15 ədəd olduqda xeyli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 07 ədəd çətənə (kannabis) bitkilərinin sayı xeyli miqdardadır, habelə ondan götürülmüş 1224,45 qram narkotik vasitə olan qurudulmuş marixuana, şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-yetişdirdiyi çətənə bitkilərindən toplayıb hazırlamaqla əldə etdiyi qurudulmuş marixuananı çoxsaylı qablara, o cümlədən 3 ədəd kibrit qutularına qablaşdırıb yaşadığı evin həyətində olan əl damında saxlaması və həmin yerdə 2 ədəd elektron tərəzilərin də aşkar olunması onun külli miqdarda qurudulmuş marixuananı məhz satış məqsədi ilə qanunsuz olaraq hazırlayıb əldə edib saxlaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və həmin bitkilərin hissələrindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddə olan qurudulmuş marixuananı hazırlayıb əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 24 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-22 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Saatlı rayonu İHB-nın Mustafabəyli kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Mustafabəyli kəndində qeydiyyatda olmaqla ailə üzvləri-anası Nüşabə Ağayeva, arvadı Nazənin Ağayeva və uşağı-27 mart 2020-ci il təvəllüdlü X4 ilə birliklə həmin ünvanda yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (yaşadığı müddətdə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, və təyin edilmiş cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Saatlı RPŞnin maddi sübutlar otağında saxlanılan 07 ədəd çətənə (kannabis) bitkisi, 1224,25 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Saatlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 07 ədəd çətənə (kannabis) bitkisi, 1224,25 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-223/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-223/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver