Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-223/2023 09.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağcabədi rayonu, Qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə X1 özünə məxsus ev quşlarını onun Ağcabədi rayonunun Muğanlı kəndinin yaxınlığındakı əkin sahəsinə salaraq həmin əkin sahəsinə ziyan vurmasına görə Məleykə Ağayeva ilə mübahisə etdiyindən, 04 iyul 2022-ci il tarixdə Məleykə Ağayevanın yeznəsi Zərərçəkmiş şəxs onunla həmin məsələ ilə bağlı söhbət etmək üçün onu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazindəki “eşşək keçməz” deyilən ərazidə boş torpaq sahəsinə çağırmaqla qeyd edilən ərazidə həmin tarixdə saat 19 radələrində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı sonuncunun ona yumruq zərbəsi endirməklə yerə yıxmasından sonra, özünə məxsus avtomobildə daşıdığı açılıb-qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs iki dəfə zərbə endirməklə sonuncuya həyat üçün təhlükli olan sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarından qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi ilə müşahidə edilən bir ədəd və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boynun ön səthində bir ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, hadisəyə səbəb Məleykə Ağayeva ilə aralarında olan torpaq sahəsinə görə mübahisə olmuşdur. Məleykə Ağayeva öz heyvanlarını və quşlarını onlara məxsus torpaq sahəsinə salıb, əkinlərinə dəfələrlə ziyan vurmuşdur. Bu barədə bir dəfə onun oğluna da telefon vasitəsilə bildirmiş, oğlu anasına dedikdən sonra ona məxsus torpaq sahəsindən quşlarını çıxarmışdır. Məleykə Ağayeva isə bu mübahisəyə görə yeznəsinə zəng vurub bildirmiş və yeznəsini üstünə göndərmişdir. Zərərçəkmiş şəxs Tural və Seymur birlikdə onunla görüşmüşdür. Hadisə günü xx.xx.2022-ci il ildə saat 4-5 radələrində onlar yaşadığı kənddə idarə deyilən yerə gəlmişlər. Bundan iki gün əvvəl isə ona zəng edib görüşə çağırmışlar, lakin davaya çağırıldığını bildiyi üçün bəhanələr edərək, görüşməkdən yayınmışdır. Tural və Seymur yaşadığı kəndə gəlib onunla görüşmüş, Tural ona kənddən qıraqda yer olduğunu, ora getmələrini bildirmişdir. Bundan sonra Tural maşınına əyləşərək, demişdir ki, “gedirəm ora səni gözləyəm, gəl ora”. O, isə həmin yerə Ərşadla birlikdə getməyə qərar vermişdir. Bundan sonra Turalın onu gözlədiyi yerə getmiş, onunla söhbət əsnasında Tural ona yumruq atmış, onu döymüş, Turala isə fiziki cəhətdən gücü çatmamışdır. Seymur və Ərşad isə onların münaqişəsinə qoşulmamış, biraz kənarda öz aralarında mübahisə etmişlər. Özünü müdafiə etmək, Turalı isə qorxutmaq məqsədilə avtomobilindən cib bıçağını götürmüş, Turala tərəf tutub, onun üstünə gəlməməsini, yoxsa onu vuracağını bildirmişdir. Bu zaman Tural öz hərəkətlərinə davam etmiş, durmadan üzərinə-üzərinə gəlmiş, o isə geri çəkilə-çəkilə ona bıçaq atmışdır. Sonda isə bıçaq Turala dəymişdir. Bıçaq dəydikdən sonra isə Seymur və Ərşad onları aralamaq üçün gəlmiş, bu zaman isə özləri ayrılmışlar. Həmin vaxt özünündə tibbi yardıma ehtiyacı olduğundan Tural kömək edə bilməmiş, Tural isə öz avtomobilinə əyləşib, sürüb getmişdir. Hadisədən sonra isə Turalla barışmış, aralarında heç bir narazılıq yoxdur, əməlindən peşmandır, məhkəmədən iki azyaşlı uşağının olmasını, aztəminatlı ailə olmasını, zərərçəkmiş şəxsin də xahişini nəzərə alıb, ona CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və aşağı həddə cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi ilə yanaşı, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, qayınatası və qayınanası ilə Təqsirləndirilən şəxs qonşuluqda yaşayır. X11 şərikli olaraq Təqsirləndirilən şəxslə birlikdə, Seymura məxsus torpaq sahəsində soğan əkmişlər. Qayınanası Məleykə ilə Seymur arasında torpaq sahəsi üstündə mübahisə olmuş, mübahisəyə səbəb Məleykəyə məxsus quşların Seymura məxsus əkin sahəsinə keçib zərər vurması olmuşdur. Həmin vaxt Seymur Məleykə ilə kobud danışmış, ona cavab qaytarmışdır. Bunu bildikdən sonra isə Seymurla görüşüb, bu məsələni aydınlaşdırmaq üçün hadisədən bir həftə əvvəldən Seymura zəng vurub görüşmək istəmişdir. Lakin Seymur müxtəlif bəhanələrlə görüşməkdən yayınmışdır. Hadisə günü isə o, yenə də Seymura zəng edib harada olmasını soruşmuş, Seymur hazırda Ağcabədi rayonu, Qiyamadınlı kəndində olmasını bildirmiş, bundan sonra özünə məxsus olan avtomobildə Bakı şəhərindən qonaq gələn bacanağı Şahid1 ilə birlikdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində getmişdir. Həmin kəndə çatanda Seymura zəng edib onunla görmüş, söbhət etmək istədiyini bildirmişdir. Bu məqsədlə Seymurla kənddən kənar ərazidə görüşmüşlər. Həmin vaxt ora Seymur tək gəlməmiş, onunla birlikdə Ərşad adlı şəxs gəlmişdir. O, Seymurla söhbət edən zaman günahı olmuş, onunla acı danışmış, ona əl atmış və vurmuşdur, hadisədən əvvəl isə dəfələrlə Seymura zəng edib, onu görüşməyə təkid etmişdir. Seymurla söhbət əsnasında ona cavab qaytarmasının səhv olduğunu demiş, həmin vaxt Ərşadda dillənərək burada böyütməli birşey yoxdu demiş, özü isə əsəbləşib, Seymuru vurmuş və dava düşmüşdür. Bu zaman bacanağı Seymurla Ərşad isə onlardan biraz kənarda mübahisə etmişlər. Birdən ordan gələn səsə tərəf yüyürmüş, onları aralaşdırmaq istəmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxt onu tutmuş, çox güman ki, bıçaqda həmin vaxt ona dəymişdir. Əsas bir dənə bıçaq zərbəsi qarnına dəymiş, boğazındakı xəsarət isə yüngül cızıq olmuş, həmin xəsarəti bıçaqla və ya başqa şəraitdə almasını isə bilməmişdir. Həmin vaxt yaralandığını hiss etməmiş, daha sonra ondan qan gəldiyini görmüş, bu zaman mübahisələri başa çatmış, aralaşmışlar. Təqsirləndirilən şəxs və Ərşad ona kömək etmələrini təklif etmiş, onu həkimə aparmaq istəmişlər. Lakin, özü həkimə getmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Seymur onun mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuş, Seymur Tural tərəfindən söhbətə çağırıldığını bildirdikdə sonuncuya evdə olduğunu bldirmişdir. Seymur onu kənddə idarənin yaxınlığında olan çayxananın yanına çağırmış, Seymurun dediyi yerə çayxananın yanına getmişdir. Seymur orada söhbətə çağıran Tural və Seymur adlı şəxslərin onları Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində eşşək keçməz dərəsində gözlədiklərini bildirmişdir. Seymura məxsus olan avtomobillə qeyd edilən yerə getmişlər. Həmin yerə çatanda Tural və Seymurun onları gözlədiklərini görmüşlər. Avtomobildən düşərək Tural və Seymurla görüşmüş, söhbət etmişlər, onlar arasında olan davaya mane olmağa çalışmış, lakin bacarmamışdır. Əvvəlcə Seymur və Tural dava etmiş, ilk əvvəl Tural Seymuru vurmuş, Turalın yanında gələn Seymur isə onu vurmuş, dava düşmüşdür. Təqsirləndirilən şəxs Turalı bıçaqla vurduğu anı, bıçağı haradan çıxarmasını görməmişdir. Bir müddət sonra görmüşdür ki, Turalın sinəsindən qan gəlir, onda başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu bıçaqla vurub. Daha sonra Turala kömək etməyi təklif etmişlər, Tural isə ehtiyacın olmadığını bildirmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs sifətinin sol tərəfindən xəsarət almışdır. İşdə olan, xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan və fotocədvəldən görünür ki, X4 təqdim etdiyi X2 əynindən çıxarılan, üzərində qana bənzər ləkələr olan bir ədəd göy rəngli çins şalvar və üzərində qana bənzər ləkələr olan bir ədəd qara rəngli üç düymə qısaqol köynək götürülmüşdür. Köynəyin aşağısından yuxarıya doğru 15 sm, köynəyin sol kənarından ortasına doğru 15 sm hissədə 2,5 sm ölçüdə kəsilmiş zədə yeri vardır. (c İ, i.v 8-11) İşdə olan, xx.xx.2022-ci il tarixli könüllü olaraq gəlmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Tural Sərhadovu, Şahid2 isə çəkiclə Şahid1 vurub xəsarət yetirdikləri üçün könüllü olaraq Ağcabədi rayon polis şöbəsinə gəldiklərini bildirmişlər. (c İ, i.v 12) İşdə olan, xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında qərar və protokola əlavə fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi dəstəyi 9 sm uzunluğunda, tiyəsi 7 sm uzunluğunda, qara rəngli tutacağı olan açılıb-qatlanan bıçaq götürülmüşdür. (c İ, i.v 32-35) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 61) İşdə olan, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində eşşək keçməz adlanan yerdə Zərərçəkmiş şəxs ilə dava-dalaş etdikləri, avtomobili saxladığı və bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerləri göstərmişdir. (c İ, i.v 69-75) İşdə olan, xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. (c İ, i.v 80) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 iyul 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 117-118) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağcabədi Rayon Şöbəsinin 16 iyul 2022-ci il tarixli, 519 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər – qarının ön divarından qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi ilə müşahidə edilən deşilmişkəsilmiş yara, boyunun sol yan səthində bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən – qarının ön divarından qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükli olan sağlamlığa ağır zərə vurmaya, boyunun ön səthində olan bir ədəd deşilmişkəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (c İ, i.v 125-127) İşdə olan, Ağcabədi RİHB-nın Yuxarı Qiyaməddinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən, nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü uşaqları vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 141-145) İşdə olan, Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o Seymurla barışmış, ona qarşı hər hansı bir şikayəti, tələbi, iddiası yoxdur, bundan sonra da olmayacaqdır. (c İ, i.v 158) İşdə olan, Gəncə şəhər Psixonevroloji Dispanserinin 20 sentyabr 2022-ci il tarixli, 574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və ya həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 21.2-ci maddələrinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. (c İ, i.v 159-160) İşdə olan, Gəncə şəhər Narkoloji Dispanserinin 25 sentyabr 2022-ci il tarixli, 1447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 164) İşdə olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan xx.xx.2022-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 174-175) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Beyləqan Rayon Şöbəsinin 06 iyul 2022-ci il tarixli, 485/22 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər sol gözaltı nahiyəsində qançır olmuşdur. (c İ, i.v 201-203) İşdə olan, maddi sübutların kriminalistik ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 640-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itəlikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş qarının ön divarından qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi ilə müşahidə edilən deşilmişkəsilmiş yara, boyunun sol yan səthində bir ədəd deşilmiş-kəsilmiş yara ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə, qarının ön divarından qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara, boyunun sol yan səthində bir ədəd deşilmiş-kəsilmiş yara ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan zədələrin lokalizasiyasına görə demək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif qarşılıqlı vəziyyətdə olmaqla, iz törədən alətin tiyəsi zərərçəkmişə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. (c İ, i.v 250-253) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şahid2 barəsində zərərçəkmiş şəxsin şikayəti olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı şikayət və tələbin olmaması, Tural Sərhadovla tanışı Təqsirləndirilən şəxs barışması nəzərə alınmış, Şahid1 tərəfindən Şahid2 döyülməsi ilə bağlı şikayət və tələbin olmaması, Şahid1lə tanışı Şahid2 barışması nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülən bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək maddi sübut kimi tanınmış, saxlanılması üçün Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 261-276) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs açılıb-qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs iki dəfə zərbə endirməklə sonuncuya həyat üçün təhlükli olan sağlamlığa ağır zərə vurmaya aid qarının ön divarından qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi ilə müşahidə edilən bir ədəd və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boynun ön səthində bir ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə, könüllü gəlib təqsirini boynuna alması CM-nin 59.1.10-cu maddəsinə, himayəsində iki azyaşlı uşağının olması isə CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, dəymiş ziyanın ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Ağcabədi RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilməli, bir ədəd şalvar və bir ədəd köynək X5 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Ağcabədi RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilsin, bir ədəd şalvar və bir ədəd köynək X5 qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-223/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-223/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver