Məhkəmə qərarları › İş №1(099)-223/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-223/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-223/2024 17.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – Baş memarı vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, xx.xx.1971-ci il tarixdə Cəlilabad şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qənbərli X7 Rayon İcra Hakimiyyəti başçısının 7 oktyabr 2022-ci il tarixli 258 nömrəli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən vəzifə təlimatına əsasən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin, «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin və rayon icra hakimiyyətində aparılmış iş bölgüsünün tələblərinə uyğun qurmaq və həyata keçirmək, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyələrini icra etmək, təsdiq olunmuş memarlıq layihələrini qeydiyyatdan keçirmək, memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırılıqlar verən orqanla razılaşdırmaq, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədlərini hazırlamaq üçün rəy vermək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verilməsi üçün rəy vermək, tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar mübahisələrə baxmaq, memarlıq planlaşdırma sxemlərini və layihələrini, yaşayış məntəqələrinin baş planlarını, müvafiq ərazinin tikintiplanlaşdırma layihələrinin qanunauyğunluğunu yoxlamaq, inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim etmək, daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırmaq, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər görmək, qəbul edilmiş memarlıq layihəsinin dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, tikintisinə və istifadəsinə icazə verilmiş obyektlərin istismarına icazə sənədlərinin araşdırılmasında onların müvafiq tikinti norma və qaydalara uyğun olmasına və yerində baxış keçirilməsinə rəhbərlik etmək, obyektlərin tikintisinə və istismarına icazə sənədlərinin hazırlanmasına rəhbərlik etmək, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyəti vəzifələri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid1 Cəlilabad şəhəri “Okean” restoranının arxa hissəsində yerləşən 1 ha torpaq sahəsi üzərində mehmanxana tikintisi üçün layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsinə dair 2023-cü ilin may ayının əvvəllərində özünə etdiyi müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncudan Cəlilabad rayonu ərazisində həmin torpaq sahəsi üzərində tikiləcək mehmanxananın sənədlərinin hazırlanması, yəni X2 (layihənin) çəkilməsi və sənədlərin təsdiq edilib verilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə 2023-cü ilin may ayının ortalarında Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 203 ünvanında yerləşən Cəlilabad Rayon İcra Hakiyyətinin inzibati binasının qarşısında Şahid1 3.000 manat, 21 iyun 2023-cü il tarixdə Şahid1 tərəfindən Bakı şəhəri ərazisində yerləşən pul terminalından özünün istifadəsində olan "xxxx" ASC-ə məxsus 4169********5971 nömrəli bank hesabına göndərilmiş 1000 manat pul vəsaitini həmin tarixdə Cəlilabad şəhəri ərazisində yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq, qeyd edilən qaydada əldə etdiyi ümumilikdə 4.000 manat pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək, şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3, 74 və 75-ci maddələrinə əsasən, tikintisinə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpasına) icazə tələb olunan obyektlərdə tikinti fəaliyyətinin sifarişçi tərəfindən tikinti layihəsi əlavə edilmiş ərizə ilə yerli icra hakimiyyətinə etdiyi müraciət əsasında icra hakimiyyəti orqanı tərəfindən müraciət təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində sənədlərin tamlığı yoxlanılıb, tam olması nəticəsinə gəlindikdə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə, ekspertizadan keçirilməklə rəy verilməsinin və rəy müsbət olduğu təqdirdə qeyd edilən tikintiyə icazə verilməsi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsinin təmin edilməsindən sonra alınacaq rəylərə müvafiq olaraq tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina barədə qərar qəbul edilməli olduğu halda Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkında iaşə obyektinin tikintisi üçün Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə 2023-cü ilin iyun ayının ortalarında Şahid1 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 35.000 (otuz beş min) manat pul vəsaitini həmin tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkı ərazisində rüşvət qismində təkrarən istəmiş, həmin niyyətlə 20 iyun 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobildə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə 35.000 manat pul vəsaitini Şahid1 alıb, bundan sonra, cinayətkar niyyətini davam etdirib 2023-cü ilin iyun ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılaşmaya əsasən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” tətbiqetməsi vasitəsilə ilə danışıqları zamanı əlavə 5.000 manat maddi nemət olan pul vəsaitinin eyni niyyətlə təqdim olunmasını sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəyərək Şahid1 razılığını aldıqdan sonra 31 iyul 2023-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Şəhri Şuşa” restoranında 5.000 manat olmaqla ümumilikdə 40.000 manat pul vəsaitini Şahid1 alıb, həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, şəxsən özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində almışdır. Həmçinin ibtidai istintaq orqanı və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolu əsasında Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri seçilib həmin vəzifədə işləyərkən Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”nə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanununa və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, torpaq sahəsinin ayrılması üçün şəxsin ərizə ilə bələdiyyəyə müraciət etməsi, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilərək razılıq alınmalı, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə verilməli, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı olduğu halda vəzifəli şəxs kimi Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – Baş memarı vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkında iaşə obyektinin tikintisi üçün Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə 2023-cü ilin iyun ayının ortalarında Şahid1 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 35.000 (otuz beş min) manat pul vəsaitini həmin tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkı ərazisində rüşvət qismində istəmiş, həmin niyyətlə 20 iyun 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobildə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə 35.000 manat pul vəsaitini Şahid1 alıb, bundan sonra, cinayətkar niyyətini davam etdirib 2023-cü ilin iyun ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında olan razılaşmaya əsasən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” tətbiqetməsi vasitəsilə ilə danışıqları zamanı əlavə 5.000 manat maddi nemət olan pul vəsaitinin eyni niyyətlə təqdim olunmasını sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən rüşvət qismində sonuncu vasitəsi ilə istəyərək Şahid1 razılığını aldıqdan sonra 31 iyul 2023-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Şəhri Şuşa” restoranında 5.000 manat olmaqla ümumilikdə 40.000 manat pul vəsaitini Şahid1 alıb, həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, şəxsən özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, memarlıq layihəsi hazırlanması üçün Şahid1 pul almış, həmin memarlıq layihəsini də hazırlamışdır. Birinci dəfə Cəlilabad rayonunda yerləşən “Okean” restoranının ərazisində 1 hektarlıq ərazidə otel kompleksinin tikintisinin həyata keçirilməsi üçün layihə hazırlanması ilə bağlı 2023-cü ilin qış aylarında ona müraciət edilmiş, həmin layihənin çəkilməsinə razılaşmışdır. İxtisasca memar olduğundan ölkə xarici və daxilində 100-ə yaxın memarlıq layihələri hazırlamışdır. Şahid1 memarlıq layihəsinin hazırlanmasını ondan xahiş etmişdir. Həmin ərazi üçün layihənin hazırlanması üçün 18 min manata razılaşmışlar, həmin layihənin o qiymətə hazırlanması çox ucuzdur, lakin o, Cəlilabad rayonunda quruculuq işlərinə töhvə vermək üçün həmin qiymətlə razılaşmışdır. Ona rüşvət alması ilə bağlı ittiham elan edilmişdir ki, güya o, tikintinin aparılmasına icazə verəcəkdir.Lakin tikintiyə icazə vermək, tikinti layihəsini təsdiq etmək onun səlahiyyətlərinə aid deyildir, həmin səlahiyyətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətindədir. Həmin layihəni 18 min manata çəkməyə razılaşsalar da, Şahid1 həmin layihədən imtina etmişdir. Sonra Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə parkı”nın ərazisində 3 sot torpaq sahəsinə qeyri-yaşayış obyektinin tikintisi üçün layihə hazırlanmasını xahiş etmiş, bununla bağlı hər bir sahibkarla görüşdüyü kimi Şahid1la da görüşmüş, onu rayonda quruculuq abadlıq işlərinin görülməsinə təşfiq etmişdir. Həmin parkda yerləşən ərazidə tikintinin aparılmasına icazə verilməsi də onun səlahiyytəində deyildir. Sadəcə həmin ərazidə tikiləcək obyektin memarlıq layuhəsinin çəkməyə razılaşmış, Təqsirləndirilən şəxs2 da Şahid1 torpaq sahəsin çatmağa razılaşmışdır. Şahid1 Türkiyəyə gedəcəyini deyib işin tezləşməsini xahiş etmiş, həmin işlərin sürətlənməsinə razılaşmışlar. Şahid1 4 min manat əvvəldən layihə çəklişinə görə almışdır. Sonuncu Türkiyəyə gedəcəyini deyib ona və Mehdiyə 35 min mana da vermişdir. Həmin puldan 10 min manat layihəyə görə razılaşdıqları pul olmuş, 25 min manat isə torpaq sahəsinin satılmasına görə olan pul olmuşdur. Həmin pullar da rayon ərzisində tədbirlərin keçirilməsi, üçün daha doğrusu öz ehtiyacları üçün saxlamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2 Şahid1 5 min manat da pul almışdır. Onun tikintiyə icazə verilməsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. O, vətəndaşdan daxil olmuş müraciəti Şəhərsalma və Axitektura Komitəsinə göndərir, Komitədən müsbət rəy gəldikdən sonra isə vətəndaşı məlumatlandırmaq onun işidir. Tikintiyə icazə verilməsi üçün vətəndaş müraciətinə torpağın çıxarışını, tikmək istədiyi obyektin təsdiq olunmuş layihəsini əlavə etməlidir, həmin müraciət də Komitəyə göndərilməlidir. Layihə çəkmək üçün onun hər hansı bir lisenziyası olmamışdır. Lakin Şahid1 çəkdiyi layihəni təsdiqləmək üçün lisenziyası olmadığını bildirmişdir. İşlədiyi müddətdə qeyri qanuni tikintilərlə bağlı daim müvafiq orqanlara məlumatlar vermişdir. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid1 2023cü ilin yanvar ayından tanımış, sonuncunun Cəlilabad rayonunda "xxxx" ASC-nin müdiri olan Şahid4 onunla tanış etmişdir. Şahid1la layihəni çəkmək üçün 18 min manata razılaşmış, həmin puldan 4 min manat bir, 10 min manat da bir almışdır. Sənandan alınan pulun qalanı hesab edir ki, torpaq satışına görə Təqsirləndirilən şəxs2 alıb, həmin pulun ona aidiyyatı olmamışdır. Təqsirləndirilən şəxs2 da işə girdikdən sonra tanımışdır. Şahid4 israrla Sənanla dost olduğunu bildirdiyindən ona etibar edib layihə çəkmək üçün Şahid1 pul almışdır. Sənan layihənin çəkilməsi üçün 18 min manatı hissə-hissə verməyə razılaşmışdır. Razılaşdığı məbləğdən 14 min manat almış, Sənanın ona 4 min manat borcu qalmışdır. Layihənin böyük hissəsini çəkdiyindən 14 min manat almışdır. Belə ki, “Xatirə parkı”nda olan obyektin layihəsini tam hazırlamış, otel kompleksinin layihəsinin isə bir hissəsini hazırlamışdır. Layihənin çəkilməsi üçün Sənanla hər hansı müqavilə bağlamamışdır. Həmin layihəni lisenziyalı formada verəcəyini danışmamışdır. Çəkdiyi layihəni lisenziyalı şirkətdə təsdiqlətdirmək üçün Şahid1 onun fikrincə 100 min manat da ələvə pul verməli olacaqdı. “Xatirə parkı” ərazisində qeyri-qanuni tikinti aparılsaydı həmin tikintinin dayandırılması üçün tədbirlər görülməsi onun səlahiyyətində olmuşdur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı 31 iyul 2023-cü il tarixdə şübhəli, 01 avqust 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 308.1, 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmiş və göstərmişdir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 7 oktyabr 2022-ci il tarixli 258 nömrəli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri baş memar vəzifəsinə təyin edilməklə həmin vəzifədə çalışmışdır. 2023-cü ilin may ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı və "xxxx" ASC-nin X5 rəisi Şahid4 vasitəsi ilə tanış olduğu Şahid1 ona müraciət edərək Cəlilabad rayonu ərazisində otel tikintisinə eskiz layihə hazırlanmasını ondan xahiş etmiş, ona razılıq verərək İcra Hakimiyyəti rəhbərliyinə də bu barədə məlumat vermişdir. İşlədiyi vəzifə üzrə əmək haqqısı az olduğundan işindən savayı eskiz layihələrin hazırlanması fəaliyyəti ilə də məşğul olaraq qazanc əldə etmişdir. Şahid1 həmin eskiz layihənin hazırlanması üçün 2023-cü ilin may ayında nağd qaydada 3.000 manat şəxsən almış və həmin ilin iyun ayında istifadəsində olan bank kartına 1.000 manat köçürülən pul vəsaitini Cəlilabad şəhəri ərazisində bankomatdan nağdlaşdırmış, ümumilikdə 4.000 manat pul vəsaitini Şahid1 almış və həmin eskiz layihəni hazırlayaraq Sənana təqdim etmişdir. Həmin ərəfədə Sənan otel tikintisi üçün pul vəsaiti çatışmadığı üçün fikrindən yayındığını bildirmişdir. Bir müddət sonra Cəlilabad rayonu ərazisində Şahid1 ilə görüşləri zamanı orada Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 da iştirak etmişdir. Söhbət zamanı Şahid1 Cəlilabad rayonu ərazisində yerləşən “Xatirə parkı” adlanan park ərazisində iaişə obyekti tikmək istədiyini, bunun üçün ona 3 sot torpaq sahəsi və həmin torpaq sahəsində tikinti aparılması üçün icazə lazım olduğunu bildirmişdir. Səhəri gün bu barədə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyinə bu barədə məlumat verərək qeyd olunan park ərazisində iaişə obyekti tikmək üçün ona 3 torpaq sahəsi lazım olduğunu və həmin obyekti tikmək üçün İcra Hakimiyyətinin də razılığını istədiyini bildirmiş və İcra hakimiyyətindən Şahid1 qeyd olunan iaişə obyektini tikməkdə heç bir problem olmadığını bildirmişlər. Həmçinin, İcra hakimiyyətinin rəhbərliyindən həmin 3 sot torpaq sahəsinə görə 25.000 manat və tikintiyə icazə verilməsi üçün 10.000 manat Şahid1 verməli olduğunu deyərək bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs2 da deyəcəklərini bildirdilər. Bir neçə gün sonra Şahid1 ilə Təqsirləndirilən şəxs2 da iştirakı ilə aparılan söhbət zamanı ona torpaq sahəsinə görə 25.000 manat və tikintiyə icazə verilməsi üçün 10.000 manat pul vəsaiti verməli olduğunu demiş, Sənan da tələb olunan pul vəsaiti ilə razılaşaraq qısa müddət ərzində həmin pul vəsaitini təqdim edəcəyini bildirmişdir. 20 iyun 2023-cü il tarixdə Cəlilabad rayonunda yerləşən “Xatirə parkı” adlanan park ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxs2 və Şahid1 ilə görüşmüş, görüş zamanı Sənan pulu düzəltdiyini və özü ilə gətirdiyini bildirmiş, bundan sonra park ərazisində olan torpaq sahəsinə baxdıqdan sonra pulu almaq üçün mülkiyyətində olan və idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobilə birlikdə əyləşmişdilər. Avtomobildə Şahid1 özü ilə gətirdiyi 35.000 manat pul vəsaitini onlara təqdim etmiş və onlarda həmin pul vəsaitini qəbul edərək Sənana daha heç bir problem olmadığını, tikintiyə başlaya biləcəyini demişlər. Daha sonra Şahid1 avtomobili tərk etmiş və Təqsirləndirilən şəxs2 da avtomobildə 25.000 manat pulu ona təqdim edərək saxlamağı ondan xahiş edərək daha sonra götürəcəyini bildirərək 10.000 manat pul vəsaitini özündə saxlamışdır. Bu barədə Rayon İcra hakimiyyətinin rəhbərliyinə də məlumat verdikdə həmin pul vəsaitinin az olduğunu, Şahid1 qeyd olunan məsələlərin müsbət həll olunması üçün əlavə 5.000 manat verməli olduğunu və bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs2 da tapşırıq verdiklərini, həmçinin özündə saxladığı 25.000 manat pul vəsaitini də Mehdiyə təqdim etməyi tapşırmışlar. Həmin pul vəsaitini elə həmin gün Təqsirləndirilən şəxs2 təqdim etmiş, bundan əlavə Şahid1 ilə əlaqə saxlayaraq onun qeyd olunan məsələlərin müsbət həll olunması üçün əlavə 5.000 manat ödəməli olduğunu demişdir. 31 iyul 2023-cü il tarixdə səhər saatlarında Sənan ona mobil telefonla zəng edərək görüşməyi istəmiş, saat 13 radələrində Təqsirləndirilən şəxs2 da iştirakı ilə Sənanla “Şəhri Şuşa” restoranında görüş zamanı Sənan pulu hazır etdiyini və Səhəri gün tikinti işlərinə başlamaq istədiyini bildirmiş, Mehdi Şahid1 pulu qəbul etmək üçün kafedə digər sakit otağa keçmiş, bir neçə dəqiqə sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olaraq özlərini təqdim etmiş və izahatının alınması üçün baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək həmin ifadə ilə tanış olmadığını, birinci dəfə həmin vəziyyətlə qarşılaşdığını, buna görə ifadəsinə oxumadan imza etdiyini, həmin ifadə də yazılanların düzgün olmadığını bildirmişdir. Cəlilabad rayonuna baş memar vəzifəsinə gəlməkdə məqsədi Cəlilabad rayonunda aparılan quruculuq işlərində iştirak etmək istəməsi olmuşdur. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsini tam təsdiq edir. Barəsində həbs qətimak tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən verilən ifadəsini də təsdiq etmişdir. Qanunvericiliklə tanış olmadığı, özünü təqsirli bilmədiyi üçün ibtidai istintaqın sonunda ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə bildirmişdir ki, Cəlilabad rayonunda işə başlamazdan əvvəl ən böyük sənaye və tikinti şirkətlərinin birində məsul vəzifədə işləmiş, Cəlilabad rayonuna qayıtmaqda məqsədinin həmin rayonda tikinti və memarlıq işlərini nizama salmaq və bir sıra dövlət hesabına keçiriləcək layihələri icra etmək olmuşdur. 2022-ci ilin oktyabr ayında işə başlamış, cəmi 03 ay sonra başçının birinci müavini Qalib Xudaverdiyev onu Şahid1la tanış etmişdir. O, əvvəllər dövlət işlərində işləmədiyindən nəyi necə etməli olduğunu bilməmiş, buna görə də çox şeyi sonuncudan soruşaraq, görərək öyrənmişdir. Həmin vaxt Qalib Xudaverdiyev ona bildirmişdir ki, Cəlilabad rayon İcra Hakimiyyətində qeyri rəsmi fond vardır, həmin fonda bir sıra iş adamları ianələr verirlər və həmin ianələr hesabına bir sıra şəhid ailələri və qazilərin problemləri həll edilir. Bu məsələnin xırda detallarını Qalib Xudaverdiyevdən soruşmamış, sonuncu onun birbaşa kuratoru olmuşdur. Qalibin tanış etdiyi Şahid1 da həmin fonda 10 min manat ianə verəcəyini bildirmiş, onu bu məsələ maraqlandırmamışdır. Onu yalnız rayonda aparılacaq tikinti-quruculuq işləri maraqlandırmışdır. O, rayon üçün bir çox layihələri pulsuz çəkərək təqdim etmişdir. Şahid1 özü də etiraf etmişdir ki, ona 4 min manatı layihə çəkmək üçün vermişdir. Lakin qalan 10 min manatı onun rüşvət kimi alması yazılsa da bu belə deyildir, həmin pulu rüşvət kimi almışdırsa özü üçün xərcləməli idi. Lakin rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı ilə həmin pulu Təqsirləndirilən şəxs2 vermiş, həmin pulu özü üçün xərcləməmişdir. İşlədiyi dövrdə hər şeyi kuratoru olan Qalib Xudaverdiyevdən öyrənmiş, sonuncu nə demişdirsə onu da icra etmişdir ki, bunu da hamı bilmişdir. Cəlilabad sakinləri işlədiyi dövrdə onu tanımış, o, heç vaxt heç kimdən 1 manat rüşvət almamış, təklif olunsa belə almamışdır. Hadisənin ictimailəşməsinin qarşısını almaq üçün bir ildən artıqdır ki, susmuşdur, lakin onun başına gələnlərin reallığını ictimaiyyət bilir. Ona köməklik ediləcəyi vəd olunduğundan o, susmuşdur. Lakin ona çox ağır cəza verilməsi dövlət ittihamçısı tərəfindən təklif olunmuş, lakin o, cinayət törətməmiş, tapşırığı icra etmişdir. Onun və digər qohumlarının adında heç bir mülkiyyət yoxdur, əgər rüşvət almış olsaydı bu hallar bilinərdi. O, bütün qanunsuz tikintilərə etiraz etmiş, bir çox tikintinin qarşısını almışdır. Şahid1 aldığı 4 min manatı etiraf edir, həmin pulu da layihə çəkmək üçün almışdır. Əgər pul almışdırsa belə tikintiyə icazə vermə səlahiyyəti yoxdur, belə olan halda əməli dələdzuluqla tövsif olunmalıdır. Bütün bunları, tutulmamışdan bir ay əvvəl ailə həyatı qurduğunu da nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1la tanışlığı 2023-cü ilin fevral ayında Səttar müəllimin vasitəsi ilə olmuşdur. Belə ki, Səttar ona zəng edib yaxın dostu olan Sənan adlı şəxsin Cəlilabad rayonunda təsərrüfat qurmaq istədiyini, buna görə də ona 20- 30 ha torpaq sahəsi lazım olduğunu bildirmişdir. Bir-iki gün sonra Səttar müəllimlə görüşmüş, bələdiyyənin mülkiyyətində o qədər torpaq olmadığına görə tanıdığı bir vətəndaşın torpaq sahəsini almağı Sənana təklif etmiş, Səttar müəllimlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar, Səttar isə fikirləşib ona zəng edəcəyini bildirmişdir. Bir neçə gün sonra Səttar ona zəng edib bələdiyyənin hesabında olan torpaq sahəsi lazım olduğunu demiş, o, bir daha torpaq sahəsi olmadığını bildirmişdir. Bu söhbətdən təxminən iki ay keçdikdən sonra Cəlilabad rayon İcra Hakimiyyənin arxasında olan parkdan keçərkən orada Təqsirləndirilən şəxs1 bir nəfər şəxslə söhbət edərkən görmüşdür. Onunla salamlaşarkən Sahil söhbət etdiyi şəxsi Səttar müəllimin dostu Sənan kimi təqdim etmiş, Cəlilabad rayonunda otel, restoran tikmək istədiyini bildirmişdir. Həmin günədək o, Sənanı görməmişdir. Həmçinin Sahil bildirmişdir ki, Sənan park ərazisində olan seyrangah deyilən ərazidə obyekt tikmək istədiyini bildirmişdir. O, da həmin parkın ulu öndər Heydər Əliyevin adını daşıdığını, həmin parkda müxtəlif səviyyəli tədbirlər keçirildiyini və həmin parkda bələdiyyənin torpağı olduğu halda belə icazəsiz obyekt tikilməsinin mümkün olmadığını bildirmişdir. Bu söhbətdən on beş gün keçdikdən sonra Sahil və Sənan birlikdə olarkən ona zəng etmiş, həmin seyrangah deyilən yerdə tikinti aparmağa icazə olmadığını bildirmişlər. Həmin şəxslərlə görüşərkən o, rayonda sahibkarlıqla bağlı torpağın az olduğunu, çox torpağın satıldığını, lakin Səttar müəllimin yaxın olduğu adam olduğu üçün rayonda bir sıra torpaqlara baxmağı, istədiyi yer olduğu halda çalışıb ona kömək edəcəyini bildirmişdir. Bu söhbətdən də təxminən 10 gün keçdikdən sonra yenə Sənan və Sahillə görüşmüşlər. Sənan ona park deyilən ərazidə bəyəndiyi yer olduğunu demiş, o, da təsadüfən həmin ərazinin sənədlərinə baxarkən orada 300 m2 torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu ona demişdir. Həmçinin izah etmişdir ki, sahibkarlıq təyinatlı torpaqların satılmasını hərrac və ya müsabiqə yolu ilə satıldığını, buna görə sənədləri hazırlayacağını bundan sonra həmin ərazidən istifadə edə biləcəyini izah etmişdir. Həmçinin bildirmişdir ki, o, bələdiyyə sədri seçilməzdən əvvəl torpaqların satılmasında qanunsuzluqlar olmuş, bununla bağlı regional Ədliyyə İdarəsindən onlara məktub da göndərildiyini, torpaqlar satılarkən orta bazar qiymətinin müəyyən edildiyini, həyətyanı torpaq sahəsinin 6 sotunun 3600 manata bərabər olduğunu, sahibkarlıq təyinatlı torpaq sahələri isə ondan əvvəl bir sotu 300-500 manat arası olduğu halda, onun satdığı torpaq sahəsinin hər sotu üçün təxminən 5.000 manat müəyyən etmişdir. Həmçinin onun istədiyi yerin rayonun mərkəzi olduğunu, orada torpaq sahəsinin qara bazar qiymətinin 25- 30 min manat olduğunu, lakin dəqiq qiymət bilmədiyini bildirmişdir. Sənan isə hər hansı problem olmadığını bildirmişdir. Lakin bu söhbət belə də qalmış, Sənan ona dəfələrlə zəng etsə də sənədləşmədə hər hansı irəliləyiş olmadığını bildirmişdir. Dəqiq tarix yadında qalmayan vaxt “Okean” adlı restorana zəng əsasında yaxın bir dostu ilə getmiş, orada Sahili, Səttarı, Şahid1 görmüşdür. Birlikdə çörək yemişlər. Sənan yenə bu məsələ ilə bağlı soruşmuş, o, bir daha sənədlərin hazır olmadığını bildirmişdir. Sənan səhhəti ilə bağlı Türkiyəyə getdiyini, buna görə pulu saxlamaq üçün ona verməyi təklif etmiş, o, pulu qəbul etməyib Səttara verməsini istəmiş, lakin Səttar onun kimi rəislərin yerini tez-tez dəyişdiklərinə görə həmin pulu özünün götürmədiyini bildirmişdir. Çox isrardan sonra Şahid1 5 min manat pul götürmüş və pulu Səttara vermişdir ki, lazım olacağı halda Səttardan götürəcəkdir. Bundan sonra Sənan dəfələrlə zəng etmiş, bir neçə dəfə onunla görüşmüş, ondan pulu almasını xahiş etmiş lakin o, sənədləri hazırlamadığından pulu götürməmişdir. 2023-cü ilin iyun ayının əvvəli o, sənədləri hərraca vermək üçün hazırlamış, Sənana zəng edib şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yeri barədə ərizə və torpaq istəməsi barədə ərizə lazım olduğunu bildirmişdir. Buna görə həmin ərəfədə Sənan Cəlilabad rayonuna gəlmiş, onunla görüşmüş, bir daha pulu ondan götürməyi xahiş etmişdir. O, həmin torpaq sahəsi üzrə sənədlərin hazırlanmasının 4-5 ay çəkəcəyini bildirmiş, Sənan isə yenə səhhətində problem olduğunu, ola bilər ki, lazım olan vaxt ölkədə olmadığını deyib 30 min manat ona vermək istədiyini bildirmişdir. Həmçinin torpağın qiymətinin artıq olduğu halda yenə verəcəyini bildirmiş, ölkədə olmadığı halda kiməsə etibarnamə verəcəyini və hərracda iştirak edəcəyini bildirmişdir. Buna görə də Sənanla razılaşmış, sonuncu Sahillə ona 35 min manat vermiş, həmin pulu götürmüş və pul da Sahildə qalmışdır. Həmçinin lazım olan sənədləri də Sənan verəcəyini bildirmişdir. Pulu saxlamaqda məqsədi isə o olmuşdur ki, ola bilər ki, hərrac vaxtı həmin torpaq sahəsini hərracda iştirak edən başqa bir şəxs daha baha qiymətə ala bilər. Bundan sonra o, bilmişdir ki, Sahillə Şahid1 arasında nə isə layihə məsələləri olmuş, həmin pulun 10 min manatı layihənin pulu üçün ona çatmalı imiş. Həmçinin növbəti gün Sahilə zəng edib torpaq sahəsinin ilkin hərrac qiymətinin 30 min manatdan başlayacağını, əlavə 5 min manat da lazım olacağını bildirmiş, Sənan da sənədlərlə birlikdə həmin pulu verəcəyini bildirmişdir. Həmin ərəfədə yenə Sənan rayona gəlmiş, ərizəni, arayışı, şəxsiyyət vəsiqəsinin surətini verərkən 5 min manat pulu da ona vermişdir. Həmin vaxt xəstəxanaya getdiyi üçün pul lazım olmadığını desə də o, pulu vermək istəmiş, lakin o, bir daha razılaşmamışdır. Sonra gedib işlərini görmüşdür. Sonra sənan ona zəng edib “Şəhri Şuşa” deyilən restoranda Sahillə oturduqlarını deyib onu da dəvət etmişdir. Həmin yerə getdikdə Sənan və Sahilin yemək yediklərini görmüşdür. Həmin vaxt da Sənanla söhbət edərkən Sənan yenə də arxayın olmaq üçün həmin pulu ondan götürməyi xahiş etmiş, buna görə də Sənanla razılaşıb həmin pulu götürmüşdür. Az sonra isə KQMBİ-nin əməkdaşları gəlib onu və sahili saxlamışdır. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, rayonun daxili hesabına görüləcək işlər olduğundan Şahid1 verdiyi və Sahildə olan 35 min manat pulu həmin işlərə xərcləmişlər. Torpaq sahəsinin alınması üçün 35 min manat lazım olacağ Şahid1 Sahillə birlikdə demişlər, daha dəqiq həmin məbləği özü demişdir, həmin məbləğ də torpaq üçün ödənilməli rüsum olmuşdur. Hərrac keçirilməmiş heç bir vətəndaş bələdiyyənin hesabına pul köçürə bilməzdi, hərrac da keçirilmədiyindən həmin pulu bələdiyyə hesabına köçürməyi deməmişdir. Hərracdan əvvəl pul alınması da qanunsuz olmuşdur. Həmin 35 min manat pulu Sahillə birlikdə almış, həmin pulu Sənandan özü alıb Sahilə vermişdir. Sahilə pulu verməkdə məqsədi hərrac keçirilənədək pulun saxlanılması olmuşdur. Şahid1 əlavə 5 min manat istəməsinin səbəbi torpağın hərrac qiymətinin 25 min yox 30 min manatdan başlayacağını bildirməsi olmuşdur. İl yarımdır ki, bələdiyyə sədri işləmişdir. Aldığı 40 min manatı hər hansı şəxsi ehtiyaclarına xərcləməmişdir. Həmin puldan 21.500 manat tədbirin keçirilməsi üçün səhnənin icarəsinə, daha sonra “Çiyələk festivalının” keçirilməsinə, da sonra “Jek”in müdiri işləyən Vahidə verməklə fontan təmirinə, rayonun müəyyən yerlərinə dekorativ güllərin əkilməsinə və s. xərcləmişdir. Cəlilabad şəhəri ərazisində sonuncu dəfə hərrac yolu ilə satılan torpaq sahəsinin bir sotu 5 min manat olmuşdur. Lakin həmin torpaq şəhərdən kənarda olmuşdur, şəhərin mərkəzində torpaq sahəsi satmadığı üçün dəqiq qiymət bilməmiş, torpağın bir sotunun ilikn satış qiymətinin 10 min manat olacağını nəzərdə tutmuşdur. 35 min manat pulu verərkən Şahid1 torpaq ayrılması üçün ərizə də vermişdir. Həbs olunanadək Cəlilabad şəhər bələdiyyəsinin hesabında 50 min manat civarında pul olmuşdur. Həmin pulun xərclənməsi bələdiyyə üzvlərinin yığıncağının qərarı ilə müəyyən olunmuşdur. Az əvvəl dediyi xərclərin çəkilməsinə görə bələdiyyə üzvləri tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Həmin pul bələdiyyənin büdcəsinə köçmədiyindən həmin pulun xərclənməsi ilə bağlı da qərar qəbul edilməmişdir. Hərracda torpağı Sənandan başqası alsaydı, həmin pulu Sənana qaytarmağı fikirləşmişlər. 35 min manatın xərclənməsi istiqamətində rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona hər hansı tapşırıq verilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə pul alınmamalı olduğu halda Şahid1 etibar edib pul aldığını, həmin pulu aldıqdan sonra şəxsi ehtiyaclarına deyil, Cəlilabad rayonunda keçiriləcək tədbirlərə xərclədiyini nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı 24 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 308.1, 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmiş və göstərmişdir ki, Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolu əsasında həmin bələdiyyənin sədri seçilmişdir. Şəhər bələdiyyəsinin sədri kimi vəzifələrinə bələdiyyə mülkiyyətində olan torpaqların səmərəli istifadə edilməsi, icarəyə verilməsi, alqı-satqısının həyata keçirilməsi və qanunla ona verilmiş digər səlahiyyətləri həyata keçirmək olmuşdur. Şəhər bələdiyyəsinin 15 nəfər üzvü vardır. Şəhər bələdiyyəsinə məxsus torpaqlar qanunvericiliyə əsasən hərrac və müsabiqə yolu ilə icarəyə verilmiş, eyni zamanda satışı da həyata keçirilmişdir. 2023-cü ilin aprel-mart aylarında Şahid1 Cəlilabad Rayon İcra hakimiyyətinin baş memarı Sahillə birlikdə görüşmüşlər və Sahil ona sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 təqdim edərək onun "xxxx" ASC-nin X5 rəisi Şahid4 dostu kimi tanıtmış və Sənanın Cəlilabad şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi istədiyini bildirmiş, eyni zamanda bunun üçün torpağın dövlət rüsumunu və sair xərcləri ödəməyə hazır olduğunu bildirmişdir. Bundan sonra şəhərdə torpaqlara baxmaqlarını və istədikləri torpaq sahəsinin ona verilməsi məsələsinə baxıla biləcəyini demişdir. Şahid1 da Sahillə birlikdə gedib torpaq sahəsi bəyənsə də, həmin ərazi bələdiyyə mülkiyyətində olmadığı üçün verilməsi mümkün olmamışdır. Daha sonra Sənan şəhərin mərkəzində yerləşən “Xatirə” parkında ona torpaq sahəsi ayrılmasını istəmiş, bələdiyyə sənədlərinə baxdıqda parkın ərazisində bələdiyyə mülkiyyətində olan 300 kv.metr torpaq sahəsinə dair çıxarışı olmasını görmüşdür. Həmin torpaq sahəsində gələcəkdə tikili tikilməsi nəzərdə tutulduğu üçün bu barədə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşərək onlara da məlumat verib Şahid1 həmin ərazidə konstruksiya ilə iaşə obyekti tikəcəyini planlaşdırdığını demiş, onlar da bələdiyyə tərəfindən müvafiq sənədləşdirmə işləri başa çatdıqdan sonra həmin torpaq sahəsində dəmir konstruksiya ilə tikinti aparılmasına etiraz etməyəcəklərini bildirmişlər. Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə söhbət zamanı aralarında hər hansı pul barədə danışıqlar olmamışdır. Daha sonra Sahilin də iştirakı ilə Sənan ilə aralarında olan söhbət zamanı 300 kv.metr torpaq sahəsinə görə onun təxminən 25.000-30.000 manat dövlət rüsumu verməli olduğunu ona demişdir. Həmin vaxtdan bir müddət sonra 20 iyun 2023-cü il tarixdə Sənan və Sahillə görüş zamanı həmin torpaq sahəsinə görə dövlət rüsumu, layihə smetanın hazırlanması və sair rəsmi xərclər üçün 35.000 manat pul ödənilməli olduğunu Sənana demiş, Sənan da öz növbəsində razılaşaraq Cəlilabad şəhəri ərazisində Sahilin idarə etdiyi “Tiguan” markalı avtomobildə əyləşmişlər, orada Sənan pul vəsaitini bütöv şəkildə ona təqdim etmiş, pul vəsaitini qəbul edib saydıqdan sonra 35.000 manat pul vəsaitini bütöv şəkildə avtomobildə Sahilə təqdim etmişdir. Oradan ayrıldıqdan bir neçə gün sonra 35.000 manat pul vəsaitini Rayon İcra Hakimiyyətinin rəhbərliyinin tapşırığı ilə Sahildən alaraq əvvəlki tarixlərdə rayon tədbirlərinin təşkili üçün borc qalmış məbləğləri ödəmiş, həmin torpağa görə Sənanın ödədiyi dövlət rüsumunu sonra yerinə bərpa edəcəklərini düşünmüşdür. Daha sonra Rayon İcra Hakimiyyətinin rəhbərliyinin tapşırığı ilə Sahil ilə birlikdə Şahid1 ilə yenidən əlaqə saxlamış, onun torpağa görə əlavə 5.000 manat dövlət rüsumu ödəməli olduğunu demiş, Sənan da razılaşdıqdan sonra 31 iyul 2023-cü il tarixdə Sənan və Sahillə birlikdə Cəlilabad şəhərində yerləşən “Şəhri-Şuşa” kafesində görüşmüş və Sənan 5.000 manat pulu ona təqdim etdikdən bir neçə dəqiqə sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və həmin ərəfədə verdiyi ifadələrini təsdiq etmir, lakin ibtidai istintaqın sonunda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin nəzərdə 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişlər, onların əməli ibtidai istintaq orqanı tərəfindən həmin maddələrlə düzgün tövsüf edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs- Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı rayon İcra Hakimiyyətinə heç bir zərər dəyməmiş, buna görə də həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs- Cəlilabad şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı Cəlilabad şəhər Bələdiyyəsinə heç bir zərər dəyməmiş, buna görə də həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstrədi ki, 2009, 2014 və 2019-cu illərdə ölkə ərazisində keçirilmiş bələdiyyə seçkilərində Cəlilabad rayon Cəlilabad bələdiyyəsinin bələdiyyə üzvü kimi seçkilərdə qalib olmuş və hər dəfə 5 il müddətinə olmaqla bələdiyyə üzvü kimi fəaliyyət göstərmişdir. Hazırda Bələdiyyə sədrinin müavini vəzifəsi üzrə çalışır. 25 noyabr 2021-ci il tarixli 12 saylı iclas protokolu əsasında Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsinə Təqsirləndirilən şəxs2 səs çoxluğu ilə seçilmişdir. Bələdiyyə öz fəaliyyətində 22 avqust 2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”ni, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının Əsasnaməsini əsas tutmaqla fəaliyyət göstərmişdir. Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkı bələdiyyə mülkiyyətindədir. 31 iyul 2023-cü il tarixdə bələdiyyə sədri Təqsirləndirilən şəxs2 bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin Sənan adlı şəxsə verilməsi və həmin sahədə tikinti aparılmasına icazə verilməsi üçün İcra hakimiyyətinin baş memarı Təqsirləndirilən şəxs1 ilə birlikdə 40.000 manat rüşvət alması və bununla əlaqədar saxlanması barədə bələdiyyəyə sonradan məlumat daxil olmuşdur. Həmin dövrdə Sənan adlı şəxsə torpaq sahəsinin ayrılması məsələsi bələdiyyə iclaslarına çıxarılmamış və bununla əlaqədar hər hansı bir səsvermədə və qərar qəbul olunmasında iştirak etməmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, bələdiyyəyə aid torpaqların satışı ilə bağlı Təqsirləndirilən şəxs2 əvvəllər üzvlərə məlumat vermişdir. Torpağın qiyməti də real bazar qiyməti ilə, son hərrac qiyməti ilə tənzimlənmişdir. Sənanın torpaq sahəsi almaq istəməsi ilə bağlı eşitməmişdir. 2023-cü ilin may ayında Cəlilabad rayonunda “Çiyələk festivalı” keçirilmiş, həmin festivalı sahibkarlar keçirmişdir. Həmçin rayon ərazisində 10 may tarixində də ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilmişdir. Həmin tədbirlərin keçirilməsinə ümumi olaraq Cəlilabad bələdiyyəsi də köməklik göstərmiş, lakin bu köməklik maddi cəhətdən olmamışdır. Heç bir sənədlərdə də bələdiyyədən həmin tədbirlərə vəsait ayrılması barədə qeydlər yoxdur. Təqsirləndirilən şəxs2 da həmin tədbirlərə xərc çəkməsi barədə məlumatı olmamışdır. “Xatirə parkı” deyilən ərazidə torpağın qiymətini dəqiq bilmir. Belə ki, işlədiyi dövrdə sahibkarlıq təyinatı ilə torpaq satmamışdır. Təqsirləndirilən şəxs2 sədrlik etdiyi dövrdə sahibkarlıq təyinatlı torpaq sahəsi satılmamış, həyətyanı torpaq sahəsinin qiyməti isə bir sotu 610 manat olmuşdur. Bələdiyyə hesabına pul köçürülmədən hər hansı vətədaşa torpaq verilməsi şəhid və qazi ailələri istisna olmaqla mümkün deyildir. Bələdiyyə vəsaiti hesabına Cəlilabad şəhəri ərazisində hər hansı tədbirin keçirilməsinə , səhnə alınmasına və s. pul xərclənməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Cəlilabad rayonu İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır, şəhər Bələdiyyəsinin sədri vəzifəsində Təqsirləndirilən şəxs2 çalışır, onunla yalnız işgüzar münasibətləri vardır. Təqsirləndirilən şəxs2 işlədiyi dövrdə bpyük işlər görmüş, şəhərin abadlığında , təmizliyində və s. böyük zəhmətləri vardır. Rayon ərazisində 2023-cü ilin may ayı ərzində təşkil olunan tədbirlər ilə əlaqədar səhnə və digər bəzək əşyalarının quraşdırlması fəaliyyəti ilə məşğul olan şəxslər ilə Təqsirləndirilən şəxs2 tanış etmiş, həmin tədbirlərin keçirilməsində Təqsirləndirilən şəxs2 böyük işlər görmüşdür. Belə ki, küçə işıqlandırılması, “Cəlilabad” sözünün yazılması, bordürlərin rənglənməsi və s. işlər görmüşdür. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tədbirlərin keçirilməsinə xərclədiyi pulların mənbəyini soruşmamışdır. Lakin hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrini satmaqla əldə etdiyi gəlirdən həmin xərcləri qarşılamışdır. Həmin tədbirlərdə səhnənin alınmasını 15 min manat pul xərclənmişdir. Bundan əlavə elektrik naqillərinin, reklam lövhələrinin, dekorativ çiçəklərin alınmasına və s. pullar xərclənmişdir. Səhnə Vüqar adlı şəxsdən icarəyə götürülmüşdür. “Çiyələk festivalı” təxminən 20 mayda keçirilmişdir. Təqsirləndirilən şəxs2 kiməsə vəsait ödəməsinin şahidi olmamış, lakin Vüqar adlı şəxsin hesabına pul Mehdinin adamları vasitəsi ilə göndərilmişdir. “Xatirə parkı” deyilən ərazidə torpağın qiymətini dəqiq bilmir, təxminən sahibkarlıq təyinatlı torpağın bir sotu 5 min manatdır. Rayon tədbirlərində maddi vəsaitin xərclənməsi Təqsirləndirilən şəxs2 şəxsi təşəbbüsü olmamış, lakin həmin tədbirlərdə bələdiyyənin də üzərinə qoyulan vəzifələr olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Heydər oğlu ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayında "xxxx" ASC-nin X6 rəisi vəzifəsinə təyin olunmaqla həmin vəzifədə çalışmış, bir müddət əvvəl ortaq tanışları vasitəsi ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs Şahid1 ilə tanış olmuş, həmin şəxs Cəlilabad rayonu ərazisində sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi axtardığını bildirmişdir. Buna görə Sənanı Təqsirləndirilən şəxs2la tanış etmiş, Sənan Mehdiyə obyekt tikmək üçün torpaq almaq fikirləri barədə bildirmişdir. Bununla əlaqədar bir neçə dəfə onu Rayon İcra Hakimiyyəti başçısının müavini Qalib Xudaverdiyev və baş memar Təqsirləndirilən şəxs1 ilə də görüşdürmüşdür. Lakin sonrakı dövrlərdə Sənan torpaq məsələsini özünün həll etdiyini bildirmişdir. Sonradan eşitmişdir ki, Sənan Cəlilabad şəhəri ərazisində “Xatirə parkı” ərazisindən Təqsirləndirilən şəxs2 25 min manata torpaq sahəsi almağa razılaşmışdır. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sənanı həm Sahillə, həm də Mehdi ilə 2023-cü ilin təxminən aprel ayında tanış etmişdir. Şahid1 Cəlilabad rayonu ərazisində torpaq almaq təklifi ilə ona müraciət etmiş, ilk dəfə X12 və Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Sənanın biznes fəaliyyətlə malik olmaq üçün imkanları olması barədə ortaq tanışları ona məlumat vermişlər. Torpaq almaq üçün Sənanla bir torpaq sahəsinə baxmışlar, lakin Sənan torpağı bəyənməmişdir. Təqsirləndirilən şəxs2 Sənanın zənglərinə cavab verməkdən yayındığı hallar olub, buna görə də Sənanın zənglərinə cavab verməyi Mehdidən xahiş etmişdir. Sənanın onun barəsində şikayət etməsi barədə sonradan, yəni iyulda məlumatı olmuşdur.İyul ayının 31-də olan proselər zamanı o, da KQMBİ-yə dəvət olunmuşdur. Sənanın Mehdiyə pul təklif etməsinin şahidi olub, lakin Mehdi pulu qəbul etməyib. Sonrakı vaxtda Sənanın Sahilə və Mehdiyə pul verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 Sənana layihə çəkmək üçün hansı məbləğdə pul deməsindən məlumatı yoxdur, lakin Sənanın özünün layihəsi olmuş, lisenziyası olan şirkətə layihə çəkdirəcəyini Sənan bildirmişdir. 15-20 min manatı layihəni çəkmək üçün heç kim verməzdi, həmin məbləğə Şahid1 torpaq almağı fikirləşirdi. Sənanın özündə restoranın layihəsi olmasından məlumatı olmuşdur. Torpaq almamışdan əvvəl Sənanın hansı səbəbdən layihə ilə birlikdə gəlməsinin səbəbini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin aprel –may aylarında Cəlilabad rayonu ərazisində sahibkarlıq obyekti tikmək üçün torpaq sahəsi almaq istəmişdir. Ortaq tanışları vasitəsi ilə Cəlilabad rayonunda "xxxx" ASC-nin X5 rəisi Səttar adlı şəxslə tanış olmuş və ona fikirləri barədə bildirmişdir. Onunla birlikdə bir neçə yerə baxmışlar. Həmçinin Sahil ona Cəlilabad rayonunda “Okean” restoranının yanında ona 1 ha torpaq sahəsi təklif edilmişdir. Həmin torpaq sahəsini almaq üçün qiymətdə razılaşmamışdır. Bundan sonra ona “Xatirə Parkı” ərazisində torpaq sahəsi göstərmişlər və tikinti aparmağa icazə verəcəklərini bildirmişlər. Həmin yeri 35 min manata ona verəcəklərini bildirmişlər. Lakin ona heç bir sənəd verilməmişdir. Həmin pulu verdikdən sonra Sahil ona zəng edib başçının əlavə olaraq 5 min manat da istədiyini bildirmişdir. Həmin pulu ondan Sahil və Mehdi birlikdə istəmişlər və həmin pulu da onlara vermişdir. Bundan əlavə Sahil ona müxtəlif layihə şəkilləri atmış və buna görə ondan pul istəmiş, buna görə də ona 3.000 manat bir, 1.000 manat da bir pul vermişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sahilə bir dəfə üç min manat, sonra min manat vermiş. Daha sonra Mehdi və Sahilə 35 min manat, sonra isə onlara əlavə 5 min manat da pul vermişdir. Həmin pulları verdiyi vaxt ona hər hansı sənəd verilməmiş, həmin şəxslərin onu aldatdığını fikirləşmişdir. Pulu almaqda məqsədləri o olmuşdur ki, həmin torpaq sahəsi ona veriləcək, orada tikinti aparıldığı halda ona göz yumulacaq və o, heç bir maneəsiz orada tikinti aparacaqdır. Həmin pulun rüşvət qismində istənilməsini bilmişdir. Həmin torpaq sahəsini əvvəlcədən görmüş, bəyənmişdir. Səttar adlı şəxsə etibar etdiyindən Sahil və Mehdiyə də etibar etmiş, buna görə də bələdiyyəyə rəsmi müraciət etməmişdir. Səttar onu Mehdi və Sahillə tanış etdikdən sonra o, söhbətlərini onlarla aparmışdır. “Xatirə Parkı”nda olan torpaq sahəsini o, üç dəfə görmüşdür. KQMBİyə ilk dəfə şikayətinin nə vaxt olmasını xatırlamır. Həmin orqana müraciəti ərizə ilə etmişdir. Belə ki, İdarəyə getmiş, başına gələnləri demiş, Baş idarənin əməkdaşı yazmış və özü imzalamışdır. Həmin ərizəni kimin yazmasını bilməmişdir. Ona təqdim edilmiş ərizələrdə olan imzalar da ona məxsusdur. Torpaq sahəsinə görə Təqsirləndirilən şəxs2la sövdələşməzdən əvvəl bələdiyyədən torpaq alınması prosedurlarını öyrənməmişdir. Əslində o, çıxarışı olan torpaq sahəsi almaq istəmiş, lakin Sahil və Mehdi ona bələdiyyədən kiçik bir torpaq sahəsini almağı təklif etmişdir. İlk dəfə Cəlilabad rayonunda Səttarı tanımış, daha sonra Qalib, Sahil və Təqsirləndirilən şəxs2 tanımış, “Okean” adlı restoranda dəfələrlə oturub yemək yemişlər. Təqsirləndirilən şəxs2 ona müxtəlif xərclər olduğunu, bütün xərclərin 25 min manat edəcəyini bildirmişdir. Sonradan ona əng edib əlavə 5 min manat da pul istəmişlər. Cəlilabad rayonunda iş qurmaq istədiyindən Təqsirləndirilən şəxs2 və digərlərinin onu aldatmasına baxmayaraq iş qurmaqdan imtina etməmişdir. Verilən puldan hansı formada istifadə ediləcəyi, kimə nə çatacağını konkret olaraq bilməmişdir. Hərrac üçün köçürüləcək pul da verdiyi pulun içində olmuşdur. Verdiyi 35 min manat onun şəxsi vəsaiti olmuş, həmin pul vəsaiti ona qaytarılmamışdır. Pulu verdikdən 3-5 gün sonra yenidən Cəlilabada gəldikdən sonra ona torpaq satılması üçün ərizə vermişdir. Təqsirləndirilən şəxs2la bir neçə dəfə görüşmüş, sonuncu ilə Lənkəran və Lerik rayonlarında da görüşmüşdür. Cəlilabad rayonunda ferma üçün torpaq sahəsi axtarmış, həmin ərəfələrdə də Mehdi ilə görüşmüşdür. Mehdi onun zənglərinə bəzi hallarda gec cavab vermiş, buna görə də Səttara bu barədə demiş, Mehdi isə başının qarışıq olduğunu demişdir. Mehdi başçıdan hər şeyin razılığını aldıqdan sonra pulu alacağını bildirmişdir. İlk dəfə Mehdiyə pul verdikdə qəbul etmədiyindən 5 min manat pulu beh formasında saxlaması üçün Səttara vermişdir. Cəlilabad rayonunda bir neçə torpaq sahələrinə baxmış, lakin həmin yerlərdə real bir iş görməmişdir. Üçtəpə deyilən yerdə villa tikməsi, köhnə “şərab zavodu” deyilən ərazidə otel tikintisinə başlaması barədə Təqsirləndirilən şəxs2 hər hansı söz deməmişdir. 31 iyulda Təqsirləndirilən şəxs2 üzərindən pul aşkarlanması prosesində iştirak etməmiş, lakin maşında olmuşdur. 35 min manat pulu 20 iyun 2023-cü il tarixdə vermiş, həmin vaxt əməliyyatın keçirilməməsinin səbəbini bilməmişdir. Pulu verdikdən sonra Türkiyyəyə getməmiş, Azərbaycanda müalicə olunmuşdur. Cəlilabad rayonuna gəldikdə həmişə hesabı özü vermişdir. Səttarla münasibətlərinin pozulması, bundan sonra Türkiyəyə getməsi və buna görə də pulu götürüb ona kömək etməsini Mehdidən xahiş etmiş, Mehdi sənədləşmə həll olunduqdan sonra pulu götürəcəyini demiş, lakin sonra Sahil zəng edib hər şeyin hazır olduğunu deyib onun Cəlilabada çağırmışlar. 5 min manatı gətirməsi üçün Sahil ona zəng edib başçının istədiyini bildirmiş, buna görə də həmin pulu gətirmişdir. Mehdi ona 150 min manata ferma təklif etmiş, lakin istəməmişdir. Həmçinin Qalibin torpağını sotunu 5 min manata ona satmaq istəmişlər, lakin almamışıdır. Onunla söhbətdə ona bildirilmişdir ki, həmin pulun az bir hissəsi rusum kimi köçürülməli, qalanı isə başçıya, “şəhərsalmaya” və s. yerlərə xərc kimi çıxacaqdır. Mehmanxana tikintisi üçün layihəni ona Sahil hazırlamalı, lakin layihə çəkilməsi ilə bağlı hər hansı qiymətə razılaşmamışlar. Həmçinin Sahil bu işlərə görə ondan 3 min manat bir, 1 min manat isə bir pul almışdır. Layihələrin çəkilməsini Sahilin hazırlatdıracağına razılaşmış, lakin qiymət barədə danışmamışdır. Lakin Sahil ona zəng edib tanıdığı şəxslərin yanında biabır olduğunu, layihənin bir hissəsinin çəkili hazırlanmasını bildirb pul istəmiş, buna görə də Sahilə 3.000 manat və əlavə 1.000 manat da vermişdir. Layihənin dəyərinin 18.000 manat olması barədə hər hansı söhbət yadında qalmamışdır. O, hər hansı layihə sifariş verməmişdir. Yazışmalardan da görünür ki, layihəni hazırlatdığını Sahil demiş, lakin o, hər hansı sifariş verməmişdir. “Okean” restoranın yanındakı torpaqda restoran tikilməsi ilə bağlı layihə çəkilməsi danışılmış, lakin həmin torpağı almadığı halda Sahil ona layihə hazırladığını bildirmiş, ondan pul almışdır. Sahil sadəcə ona tikinti obyektlərinin şəkillərini atmış, hər hansı layihə göndərməmişdir. Mehmanxana və digər tikililər üçün onda hər hansı layihə olmamış, Səttarın bu barədə nə deməsindən məlumatı yoxdur. Torpağı baha verdiklərindən otel tikintisini həyata keçirməmişlər. Parkın içində alacağı torpaqda aşağı hissəsi beton, orta hissəsi daş, yuxarı hissəsi isə yüngül konstruksiya ilə hazırlanacaq tikili olacaqdı. Tikili üçün icazə alınıbalınmaması ilə bağlı məlumatı olmamış, Sahil və Mehdi nə demişdirsə onlara qulaq asmışdır. 35 min manatı verərkən prokurorluğa müraciət etmişdir. 4 min mantı verdiyi vaxt prokurorluğa müraciət edib-etməməsi yadında deyildir. Cəlilabad rayonuna xatırlamadığı maşınında gəlmişdir. Səttar onu ilk dəfə rayon İcra Hakimiyyətində müavin işləyən Qaliblə tanış etmişdir. Həmin şəxslə görüşüb torpaq məsələsi ilə bağlı söhbət etmişdir. Sahil ona zəng edib başçıdan çətinliklə razılıq aldıqlarını, əlavə 5 min manat da lazım olduğunu bildirmiş, buna görə də həmin pulu vermişdir. Ona zəng edəndə Sahilin telefonu ilə Mehdi də onunla danışmış, buna görə də həmin pulu ondan Sahil və Mehdi birlikdə istədiklərindən pulu da onlardan birinə - Mehdiyə vermişdir. Mehdi həmin pulu Səttara verməsini ona deməmişdir. Onu aldadan, onunla “məzələnən”, danışıqdan sonra əlavə pul tələb edən şəxslərdən şikayət etməli idi. Sahilə Böyükağanın apardığı tikintisi ilə bağlı icazə verilməsini xahiş etməmişdir. Sahilə layihə çəkilməsini bildirib ondan pul istəmiş, buna görə ona ümumilikdə 4 min mant pul vermişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı 31 iyul 2023-cü il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, fərdi qaydada avtomobil alqı-satqısı və fermer təsərrüfatı ilə məşğul olur, həmin təsərrüfatını inkişaf etdirmək və digər sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün 2023-cü ilin əvvəllərində Cəlilabad rayonunda torpaq sahəsi axtarmağa başlamış, ortaq tanışlar vasitəsi ilə "xxxx" ASC-nin X5 rəisi Şahid4 ilə tanış olmuşdur. Həmin ərəfədə rayon ərazisində mehmanxana tikintisi üçün torpaq sahəsi də axtarmağa başlayan vaxt Səttarın tanış etdiyi Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – Baş memarı vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə görüşmüş, bir neçə variant ona təklif etdikdən sonra sonuncu dəfə 2023-cü ilin may ayının əvvəllərində Cəlilabad şəhəri “Okean” restoranının arxa hissəsində yerləşən 1 ha torpaq sahəsi üzərində mehmanxana tikintisinin mümkün olduğunu, həmin tikintiyə dair layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərə biləcəyini deyərək Sahil ondan 4.000 manat pul istəmişdir. Sahilin tələbi ilə razılaşaraq 2023-cü ilin may ayının ortalarında Cəlilabad Rayon İcra Hakiyyətinin inzibati binasının qarşısında Sahilə 3.000 manat, 21 iyun 2023-cü il tarixdə isə onun təqdim etdiyi "xxxx" ASC-ə məxsus 4169********5971 nömrəli bank hesabına Bakı şəhəri ərazisində yerləşən pul terminalından 1000 manat pul vəsaitini köçürmüşdür. Həmin ərəfədə Sahil onu Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 ilə də tanış etmişdir. 2023-cü ilin iyun ayının ortalarında Mehdi və Sahil ilə görüşləri zamanı Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Xatirə parkı deyilən ərazidə iaişə obyekti tikmək üçün bələdiyyə mülkiyyətindən 3 sot torpaq sahəsi ayıra biləcəyini, həmin torpaq sahəsinin ayrılması və İcra hakimiyyəti tərəfindən tikintiyə icazə verilməsi və başqa idarələr tərəfindən ona hər hansı problem yaranmaması işini də həll edəcəkləri üçün ona və Sahilə birlikdə 35.000 manat pul vərilməli olduğunu demişdir. Sahil və Mehdinin qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, 20 iyun 2023-cü il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı əvvəlcədən ona təqdim edilmiş ABŞ dolları və milli valyutada olmaqla ümumilikdə 35.000 manat pul vəsaitini Sahilin idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobildə Mehdi və Sahilə təqdim etmişdir. Həmin vaxt onlar pul vəsaitini ondan alaraq heç bir problem olmadığını, 3 sot torpaq sahəsi ayıracaqlarını və tikintiyə icazə verəcəklərini bildirmişlər. 2023-cü ilin iyun ayının sonlarında Sahil istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp” tətbiqetməsi vasitəsilə ilə zəng edərək 5.000 manat əlavə ödəməli olduğunu bildirmiş, bir daha Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzarəti altında ona təqdim olunan 5.000 manat pul vəsaitini Cəlilabad şəhərində yerləşən “Şəhri Şuşa” restoranında Sahil və Mehdiyə təqdim etmişdir. Mehdi və Sahil aldıqları ümumilikdə 40.000 manat pul vəsaitinin Rayon İcra hakimiyyəti rəhbərliyinə çatacağını bildirsələr də, həmin vəzifəli şəxslər tərəfindən bununla əlaqədar birbaşa olaraq ondan hər hansı məbləğdə pul vəsaiti istənilməmiş və alınmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 4 min manat pulu layihə üçün istədiyini bildirmişdir. Üzləşdirmə zamanı torpağın qiymətinin layihə çəkildikdən sonra ona deyiləcəyi ilə bağlı bildirir ki, əvvəl torpağın qiyməti ona deyilməmiş, Sahil sonra ona müxtəlif şəkillər göndərmiş, sonra isə Qalibin qardaşı torpağın qiymətini baha dediyindən həmin torpağı almaq istəməmişdir. 35 min və 5 min manatı KQMBİ-nin əməkdaşlarına təqdim etmiş, həmin pullara nə isə edilmiş və sonra ona qaytarılmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 Qurban oğlu ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X3 direktoru vəzifəsində işləyir. 2023-cü ilin may ayında ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə Cəlilabad rayonu ərazisində silsilə tədbirlər keçirilmiş, rayon ərazisində abadlıq işləri də görülmüşdür. Həmin işlərdə Cəlilabad şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 yaxından iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən dekorativ güllər alınmış, bordurlər rənglənmiş, zibil qutuları alınmış, və s. işlər görülmüşdür. Mehdinin onun yanında kiməsə pul ödəməsini görməsə də xərclərin Təqsirləndirilən şəxs2 tərəfindən çəkilməsini bilmişdir. Həmin pulların Cəlilabad şəhər Bələdiyyəsi hesabına və ya Təqsirləndirilən şəxs2 şəxsi vəsaiti hesabına xərclənməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 xərclədiyi pulların mənbəyini soruşmamışdır. Onun rəhbərlik etdiyi müəssisə bələdiyyə ilə qarşılıqlı münasibətləri olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid6 Qurban oğlu ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə Cəlilabad rayonu ərazisində tədbir, eləcə də “Çiyələk festivalı” keçirilmişdir. Həmin tədbirlərdə Cəlilabad şəhər bələdiyyəsinin əsas funksiyası təminat olmuşdur. Belə ki, lazım olan təminatı Təqsirləndirilən şəxs2 həyat keçirmişdir. Təqsirləndirilən şəxs2 onunla birlikdə dekorativ güllərin alınıb rayona gətirilməsində, müsiqil fəvarənin təmiri üçün 4 ədəd nasosun alnmasında və s. işlərə xərc çəkmişdir. Həmin işlərə səhv etmirsə Mehdi 5 min manata yaxın pul xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 lazım olan şeylərin alınmasını həyata keçirmişdir. Həmin işlər üçün pulların Təqsirləndirilən şəxs2 tərəfindən haradan əldə edilməsini dəqiq bilməmişdir. Tədbirlər rayon əhəmiyyətli olmuş, tədbirlərdə təminat məsələsini şəhər bələdiyyəsi həyata keçirmişdir. Həmin işlər üçün Təqsirləndirilən şəxs2 kiminsə tapşırıq verməsindən məlumatı olmamışdır. Xərclədiyi pulların mənbəyini Təqsirləndirilən şəxs2 soruşmamış, həmin pulları bələdiyyə vəsaiti hesabına xərclədiyini fikirləşmiş, lakin bununla maraqlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Cəlilabad şəhərində istirahət parkı ərazisində hərrac yoluyla 0,03 ha torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi ilə bağlı hərracda qalib gələrək torpaq sahəsinin ona ayrılmasını təmin edəcəyini bildirməklə bunun müqabilində Cəlilabad şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ondan qanunsuz olaraq 25.000 manat pul vəsaitini rüşvət qismində tələb etməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. (İ cild, i.v. 43) - Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki,Cəlilabad şəhərində istirahət parkı ərazisində 0,03 ha torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi ilə bağlı hərracda qalib gələrək torpaq sahəsində sahibkarlıq məqsədi ilə obyekt tikintisinə icazə verilməsi müqabilində Cəlilabad rayon İcra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin və RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 ondan qanunsuz olaraq 10.000 manat pul vəsaitini rüşvət qismində tələb etmələri barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. (İ cild, i.v. 46) - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 5(001)-1085/2023 nömrəli, xx.xx.2023cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digərləri barəsində qəbul edildiyi gündən 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəklişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri hallarda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. (İ cild, i.v. 50-52) - “Pul vəsaitlərinin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciətinə əsasən Təqsirləndirilən şəxs2 ondan 25.000 manat, Təqsirləndirilən şəxs1 10.000 manat rüşvət tələb etməsi faktının ilkin təsbit edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 35.000 manat məbləğində pul vəsaiti Şahid1 təqdim edilmiş və tələb olunan pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqəsdi ilə onun üzərinə xüsusi texniki avadanlıq quraşdırılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən 35.000 manat pul vəsaitinin alınmasını əks etdirən videogörüntülər 01 diskə köçürülmüşdür. (İ cild, i.v. 53-163) - “Pul vəsaitlərinin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciətinə əsasən Təqsirləndirilən şəxs1 ondan əlavə olaraq 5.000 manat rüşvət tələb etməsi faktının təsbit edilməsi məqsədi ilə 5.000 manat məbləğində pul vəsaiti Şahid1 təqdim edilmiş və tələb olunan pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqəsdi ilə onun üzərinə xüsusi texniki avadanlıq quraşdırılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən 5.000 manat pul vəsaitinin alınmasını əks etdirən videogörüntülər 01 diskə köçürülmüşdür. (İ cild, i.v. 164-176) - “Baxış keçirilməsi haqqına” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Kərimov X11 şəhəri, Qurtuluş küçəsində yerləşən “Şəhri Şuşa” restoranında saxlanılarkən orada üzərində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 şalvarının cibindən A01810670, A16089750, A12917948, A32700052, A09380386, A04032140, A04032139, A14066110, A04032145, A04032146 seriya və nömrəli 10 ədəd 200 Azərbaycan manatı nominallı pul əskinasları, A22811713, C12539338, C42321060, A02354338, B07541288, D06170048, C63053089, C91921827, D15913885, A17671013, C41370205, C73049865, C52760872, C69762958, C90533488, C56307889, C89584600, C35705115, C71532790, D15950176, D01372217, C31554644, C76892284, A86529960, A26000685, C65254195, C59438560, C00892255, C41036827, C49086634 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları, cəmi 5.000 (beş min) manat pul vəsaiti aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 5.000 manat pul vəsaitini Şahid1 torpaq sahəsi ayrılaraq sənədləşdirilməsi və tikinti işlərinin aparılması üçün icazə alınması müqabilində ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qeyd olunan pul əskinasları götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. (İ cild, i.v. 177-178) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:30-dan, Təqsirləndirilən şəxs1 isə həmin gün saat 01:45-də şübhəli şəxs qismində tutulmuşlar. (İİ cild, i.v. 3-4; 27-28 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v. 90-93) - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-802/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs1 haqqında əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 124-130) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v. 134-136) - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-801/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs1 haqqlnda əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 163-170) - 21 iyun 2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, Şahid1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 50016 nömrəli “MilliÖn” elektron ödəmə sistemindən həmin tarixdə saat 18:48-də 1.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" ASC-ə məxsus 4169********5971 nömrəli bank hesabına göndərilmişdir. (İİ cild, i.v. 216-217) - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş 20 iyun 2023-cü il tarixə aid videogörüntüləri özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilmişdir. Həmin diskdəki video görüntülərdəki söhbətlər 50:28 dəqiqədə davam etməklə ilkin olaraq otaq şəraitində 2 şəxsin iştirakı ilə çay süfrəsi arxasında aparılır, istintaq materiallarına əsasən görüntüdəki şəxs Təqsirləndirilən şəxs1, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin 01:10-cu dəqiqədən başlayaraq Təqsirləndirilən şəxs1 “Sən öl heç kim belə şərait yaratmaz, heç bir İcra hakimiyyəti yaratmır, onun qiyməti otuzdusa, səndən altmış istəyəcəklər”, 02:24-dən “Mehdi gəlsin sənin yerini göstərsin, sən sabahdan gec yox, sən gəl orada səliqə səhmanını yarat, qazıntını apar, betonu tök, işini gör” sözlərini Şahid1 deyir. Çəkilişin 18:30-cu dəqiqəsində onların yanına Təqsirləndirilən şəxs2 gəlir və hal-əhval tutaraq işə aid olmayan söhbətərini davam etdirirlər. Çəkilişin 27:38-cu dəqiqəsində Şahid1 “mənim işimi də danışın, məni yola salın gedim” sözlərini deyir, cavabında Təqsirləndirilən şəxs2 ona “sənin işini danışmışıq da, day əl çək” sözlərini deyir, çəkilişin 31:48-ci dəqiqəsindən Şahid1 “sənədləri də danışdığımız kimi, verə bilərəm indi?” sözlərini deyir, Təqsirləndirilən şəxs2 əvəzində “burada vermə də çıxaq həyətdə maşında götürərik, duraq gedək yerə də baxaq” sözlərini deyir. Çəkilişin 33:30-cu dəqiqəsində hər 3 şəxs həmin yeri tərk edərək bir qədər ayaqla yeridikdən sonra Sahil və Mehdi Şahid1 park ərazisində torpaq sahəsini göstərərək “bax buradır yer” sözlərini deyirlər. Bundan sonra addımlayaraq Sahilin idarə etdiyi avtomobilə doğru hərəkət edirlər, avtomobildə sürücü hissəsində Təqsirləndirilən şəxs1, sürücünün yan oturacağında Təqsirləndirilən şəxs2, arxa sərnişin yerində isə Şahid1 əyləşir. Çəkilişn 37:17-ci dəqiqəsində Şahid1 pul vəsaitini Təqsirləndirilən şəxs2 təqdim edərək “bir dənə bunu say” sözlərini deyir, Təqsirləndirilən şəxs2 da pulu qəbul edərək saymağa başlayır. Təqsirləndirilən şəxs2 pulu sayıb qurtardıqdan sonra Şahid1 “Allah hamıya xeyir versin, tikintidə daha heç kim problem yaratmaz da yəqin, düzdümü?” sözlərini deyir, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 göstərək” bunlar problem yaratmasa heç kim yaratmayacaq” sözlərini deyir və daha sonra avtomobil dayanaraq sağollaşıb ayrılırlar. (İİİ cild, i.v. 19-20) - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş 31 iyul 2023-cü il tarixə aid videogörüntüləri özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilmişdir. Həmin video görüntülərdəki söhbətlər 02:02 dəqiqə müddətində davam etməklə otaq şəraitində 2 şəxsin iştirakı ilə aparılır, istintaq materiallarına əsasən görüntüdəki şəxs Təqsirləndirilən şəxs2, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin ilk saniyəsindən başlayaraq Şahid1 ilkin 3.000 manat pulu özü sayaraq Təqsirləndirilən şəxs2 təqdim edib saymasını xahiş edir, sonuncu da pulu qəbul edib saydıqdan sonra Sənan əlində qalan 2.000 manat pul vəsaitini də sayaraq təkrar Mehdiyə təqdim edir, Mehdi həmin pulu da sayaraq pul vəsaitlərini şalvarının sağ cibinə qoyur. Çəkilişn 01:30-cu saniyəsində Şahid1 “yəqin tikinti aparan zaman kimsə gəlib, o, bu nə bilim, şəhərsalmadı, bələdiyyədi” sözlərini deyir. Təqsirləndirilən şəxs2 da cavabında “bələdiyyə mənəm də, heç bir problem yoxdur” sözlərini demişdir. (İİİ cild, i.v. 21) - Cəlilabad rayon Cəlilabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 407 nömrəli məktubundan görünür ki, Cəlilabad şəhəri ərazisində yerləşən “Xatirə” parkı bələdiyyə mülkiyyətində olmaqla Cəlilabad şəhəri, H.Əliyev prospektinrə yerləşir. “Şəhri Şuşa” restoranı isə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşir. (İİİ cild, i.v. 29) - sənədlərin-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/1181 saylı rəyindən görünür ki, A01810670, A16089750, A12917948, A32700052, A09380386, A04032140, A04032139, A14066110, A04032145, A04032146 seriya və nömrəli 10 ədəd 200 Azərbaycan manatı nominallı pul əskinasları, A22811713, C12539338, C42321060, A02354338, B07541288, D06170048, C63053089, C91921827, D15913885, A17671013, C41370205, C73049865, C52760872, C69762958, C90533488, C56307889, C89584600, C35705115, C71532790, D15950176, D01372217, C31554644, C76892284, A86529960, A26000685, C65254195, C59438560, C00892255, C41036827, C49086634 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. (İİİ cild, i.v. 45-48) - Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanunu və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamədən çıxarışdan görünür ki, torpaq sahəsinin ayrılması üçün şəxsin ərizə ilə bələdiyyəyə müraciət edilməsi, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilərək razılıq alınmalı, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə verilməli, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. (İİ cild, i.v. 218-223; İİİ cild, i.v. 30-40) - Cəlilabad rayon Cəlilabad bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 bələdiyyə üzvlərinin səs çoxluğu ilə 25 noyabr 2021-ci il tarixdə həmin Bələdiyyənin sədri vəzifəsinə seçilmişdir.( İİİ cild, i.v. 30-41) - Cəlilabad Rayon İcra hakimiyyəti başçısının 7 oktyabr 2022-ci il tarixli, 258 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilmişdir. (İİİ cild, i.v. 51) - Cəlilabad Rayon İcra hakimiyyəti üzrə Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarın vəzifələrinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin, «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin və rayon icra hakimiyyətində aparılmış iş bölgüsünün tələblərinə uyğun qurmaq və həyata keçirmək, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyələrini icra etmək, təsdiq olunmuş memarlıq layihələrini qeydiyyatdan keçirmək, memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırılıqlar verən orqanla razılaşdırmaq, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədlərini hazırlamaq üçün rəy vermək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verilməsi üçün rəy vermək, tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar mübahisələrə baxmaq, memarlıq planlaşdırma sxemlərini və layihələrini, yaşayış məntəqələrinin baş planlarını, müvafiq ərazinin tikinti-planlaşdırma layihələrinin qanunauyğunluğunu yoxlamaq, inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim etmək, daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırmaq, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər görmək, qəbul edilmiş memarlıq layihəsinin dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, tikintisinə və istifadəsinə icazə verilmiş obyektlərin istismarına icazə sənədlərinin araşdırılmasında onların müvafiq tikinti norma və qaydalara uyğun olmasına və yerində baxış keçirilməsinə rəhbərlik etmək, obyektlərin tikintisinə və istismarına icazə sənədlərinin hazırlanmasına rəhbərlik etmək, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyəti vəzifələri yerinə yetirmək və digər vəzifələr aid olmuşdur. (İİİ cild, i.v. 52-53) - 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti və Cəlilabad rayon Bələdiyyəsi zərərçəkmiş hüquqi şəxs qismində, eyni tarixli qərarla isə Nümayəndə1 zərərçəkmiş hüquqi şəxs Cəlilabad rayon İcra Hakimiyyətinin, Nümayəndə2 zərərçəkmiş hüquqi şəxs Cəlilabad rayon Bələdiyyəsinin nümayəndəsi qsimində tanınmışdır. (İİİ cild, i.v. 54;61; 70) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 94-96) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 116-119) - “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərarın 6-cı bəndindən görünür ki, iş üzrə 20 iyun 2023-cü il və 31 iyul 2023-cü il tarixdə əməliyyataaxtarış tədbirlərinin keçirilməsi zamanı və Təqsirləndirilən şəxs2 üzrəinə 31 iyul 2023-cü il tarixdə baxış və götürmə keçirilmə zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd CD disk, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan A01810670, A16089750, A12917948, A32700052, A09380386, A04032140, A04032139, A14066110, A04032145, A04032146 seriya və nömrəli 10 ədəd 200 Azərbaycan manatı nominallı pul əskinasları, A22811713, C12539338, C42321060, A02354338, B07541288, D06170048, C63053089, C91921827, D15913885, A17671013, C41370205, C73049865, C52760872, C69762958, C90533488, C56307889, C89584600, C35705115, C71532790, D15950176, D01372217, C31554644, C76892284, A86529960, A26000685, C65254195, C59438560, C00892255, C41036827, C49086634 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları və 21 iyun 2023-cü il tarixli mədaxil qəbzi maddi sübut kimi tanınmış, qeyd olunan pul əskinasları saxlanılması üçün xx.xx.2023-cü il tarixdə pulun qanuni sahibi Şahid1 təhvil verilmişdir. Həmin qərarın 7-ci bəndindən görünür ki, X9 barəsində CPM-in 39.1.11-ci maddəsinə cinayət təqibi başlanılması rədd edilmiş, elcə də qərarın 8-ci bəndinə əsasən X14 və X4 barəsində CM-nin 308 və 311-ci maddələri ilə aparılan cinayət təqibi üzrə icraata CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs1 götürülmüş “İphone” markalı mobil telefon və saat, “Xiomi” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 götürülümüş “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuların ailə üzvlərinə ( mümkün olmadığı halda ailə üzvlərinin müqavilə bağladığı vəkilə) qaytarılması qərara alınmışdır. (İİİ cild, i.v. 132- 152; 153-154 ) - Məhkəmənin sorğusuna əsasən Cəlilabad rayon İcra hakimiyyətinin Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayonunda 2023-cü ilin 10 may tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının 12 dekabr 2022-ci il tarixli 342 nömrəli sərəncamı ilə tədbirlər planı və 21 may tarixində “Çiyələk festivalı”nın keçirilməsinin təşkili məqəsdi ilə rayon icra hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli sərəncamı ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin sədrliyi ilə Cəlilabad bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 və digər şəxslərdən ibarət təşkilat komitəsi yaradılmışdır. Tədbirlər planına uyğun olaraq hər iki tədbirin keçiriləcəyi ərazilərdə müvafiq hazırlıq və abadlaşdırma işləri aparılmışdır. Həmin tədbirlərin keçirilməsi təşəbbüsü rayon icra hakimiyyətinə məxsus olduğuna görə istər RİH və istərsə də digər dövlət qurumları tərəfindən dövlət büdcəsindən hər hansı maliyyə vəsaiti ayrılmamış, tələb olunan xərclər rayonun daxili imkanları hesabına qarşılanmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Şahid1 layihə çəkilməsi üçün 18 min manata razılaşdığını, buna görə də ondan ilk dəfə 3.000, sonra 1.000, daha sonra isə 10.000 manat aldığını, tikintiyə icazə verilməsi üçün hər hansı səlahiyyəti olmadığı, buna görə də həmin pulu rüşvət kimi almasının mümkün olmaması, məhkəmə istintaqının sonunda və ibtidai istintaq zamanı isə Şahid1 Cəlilabad şəhəri “Xatirə parkı” adlanan park ərazisində 3 sot torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazənin verilməsindən ötrü 20 iyun 2023-cü il tarixdə alınmış 35.000 manat pul vəsaitindən ona hər hansı məbləğdə pul çatmadığını, həmin pul vəsaitini Rayon İcra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə aldığını, Şahid1 mehmanxana tikintisinə görə eskiz layihəni hazırlayaraq təsdiq etdirmək üçün deyil, yalnız həmin layihəni tərtib etmək üçün zəhmət haqqı kimi 4.000 manat pul vəsaiti almasını bildirməsi, digər Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı Cəlilabad şəhəri “Xatirə parkı” adlanan park ərazisində bələdiyyə mülkiyyətində olan 3 sot torpaq sahəsinin ayrılması üçün Şahid1 ilk dəfə 25 min manat, daha sonra isə əlavə 5 min manat pulu Sahillə birlikdə aldığını, həmin pul vəsaitini keçiriləcək hərraca istifadə edəcəyini, həmin vəsaitdən ona hər hansı məbləğdə pul çatmadığını, həmin pul vəsaitini rayon ərazisində 2023-cü ilin may ayında keçirilən tədbirlərə və şəhərin abadlaşdırılmasına sərf etdiyini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı ifadə vermiş Şahid1 bildirmişdir ki, 2023-cü ilin iyun ayının ortalarında Mehdi və Sahil ilə görüşləri zamanı Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Xatirə parkı deyilən ərazidə iaişə obyekti tikmək üçün bələdiyyə mülkiyyətindən 3 sot torpaq sahəsi ayıra biləcəyini, həmin torpaq sahəsinin ayrılması və İcra hakimiyyəti tərəfindən tikintiyə icazə verilməsi və başqa idarələr tərəfindən ona hər hansı problem yaranmaması işini də həll edəcəkləri üçün ona və Sahilə birlikdə 35.000 manat pul vərilməli olduğunu demişdir. Onlarla razılaşıb ümumilikdə 35.000 manat pul vəsaitini Sahilin idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobildə Mehdi və Sahilə təqdim etmişdir. Həmin vaxt onlar pul vəsaitini ondan alaraq heç bir problem olmadığını, 3 sot torpaq sahəsi ayıracaqlarını və tikintiyə icazə verəcəklərini bildirmişlər. 2023-cü ilin iyun ayının sonlarında Sahil istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp” tətbiqetməsi vasitəsilə ilə zəng edərək 5.000 manat əlavə ödəməli olduğunu bildirmiş, buna görə pul vəsaitini Cəlilabad şəhərində yerləşən “Şəhri Şuşa” restoranında Sahil və Mehdiyə təqdim etmişdir. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə olan videogörüntü 20 iyun 2023-cü il tarixə aiddir. Video görüntüdəki şəxs Təqsirləndirilən şəxs1, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin 01:10-cu dəqiqədən başlayaraq Təqsirləndirilən şəxs1 “Sən öl heç kim belə şərait yaratmaz, heç bir İcra hakimiyyəti yaratmır, onun qiyməti otuzdusa, səndən altmış istəyəcəklər”, 02:24dən “Mehdi gəlsin sənin yerini göstərsin, sən sabahdan gec yox, sən gəl orada səliqə səhmanını yarat, qazıntını apar, betonu tök, işini gör” sözlərini Şahid1 deyir. Çəkilişin 18:30-cu dəqiqəsində onların yanına Təqsirləndirilən şəxs2 gəlmişdir. Çəkilişin 27:38-ci dəqiqəsində Şahid1 “mənim işimi də danışın, məni yola salın gedim” sözlərini deyir, cavabında Təqsirləndirilən şəxs2 ona “sənin işini danışmışıq da, day əl çək” sözlərini deyir, çəkilişin 31:48-ci dəqiqəsindən Şahid1 “sənədləri də danışdığımız kimi, verə bilərəm indi?” sözlərini deyir, Təqsirləndirilən şəxs2 əvəzində “burada vermə də çıxaq həyətdə maşında götürərik, duraq gedək yerə də baxaq” sözlərini deyir. Çəkilişin 33:30-cu dəqiqəsində hər 3 şəxs həmin yeri tərk edərək bir qədər ayaqla yeridikdən sonra Sahil və Mehdi Şahid1 park ərazisində torpaq sahəsini göstərərək “bax buradır yer” sözlərini deyirlər. Bundan sonra addımlayaraq Sahilin idarə etdiyi avtomobilə doğru hərəkət edirlər, avtomobildə sürücü hissəsində Təqsirləndirilən şəxs1, sürücünün yan oturacağında Təqsirləndirilən şəxs2, arxa sərnişin yerində isə Şahid1 əyləşir. Çəkilişn 37:17-ci dəqiqəsində Şahid1 pul vəsaitini Təqsirləndirilən şəxs2 təqdim edərək “bir dənə bunu say” sözlərini deyir, Təqsirləndirilən şəxs2 da pulu qəbul edərək saymağa başlayır. Təqsirləndirilən şəxs2 pulu sayıb qurtardıqdan sonra Şahid1 “Allah hamıya xeyir versin, tikintidə daha heç kim problem yaratmaz da yəqin, düzdümü?” sözlərini deyir, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 göstərək “bunlar problem yaratmasa heç kim yaratmayacaq” sözlərini deyir və daha sonra avtomobil dayanaraq sağollaşıb ayrılırlar. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə olan videogörüntü 31 iyul 2023-cü il tarixə aiddir. Video görüntüdəki şəxs Təqsirləndirilən şəxs2, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin ilk saniyəsindən başlayaraq Şahid1 ilkin 3.000 manat pulu özü sayaraq Təqsirləndirilən şəxs2 təqdim edib saymasını xahiş edir, sonuncu da pulu qəbul edib saydıqdan sonra Sənan əlində qalan 2.000 manat pul vəsaitini də sayaraq təkrar Mehdiyə təqdim edir, Mehdi həmin pulu da sayaraq pul vəsaitlərini şalvarının sağ cibinə qoyur. Çəkilişn 01:30-cu saniyəsində Şahid1 “yəqin tikinti aparan zaman kimsə gəlib, o, bu nə bilim, şəhərsalmadı, bələdiyyədi” sözlərini deyir. Təqsirləndirilən şəxs2 da cavabında “bələdiyyə mənəm də, heç bir problem yoxdur” sözlərini demişdir. Göründüyü kimi cinayət işi materialları və məhkəmə istintaqı zamanı tam təsdiq edilmişdir ki, X15 Əlişovdan ilk dəfə 3.000 manat və 1.000 manat olmaqla pul vəsaitini almış, daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə isə Şahid1 35 min manat və 5 min manat pul vəsaitini almışlar. Təqsirləndirilən şəxslərin əməllərinin tövsifi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı hərəkətin edilməsinə görə vəzifəli şəxsin maddi və ya sair neməti almasına düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə bu hərəkətin onun xidməti vəzifəsinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid olub-olmamasına dair bütün mötəbər sübutlar tam və ətraflı şəkildə araşdırılmalı və həmin sübutlar qanuna müvafiq qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayət tərkibi kimi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə bu cinayətin obyektiv cəhəti - vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən istifadə etməklə rüşvətin predmetini bilavasitə istəmədə və ya almaqda ifadə olunur. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası dedikdə isə bilavasitə tutduğu vəzifə səlahiyyətləri daxilində yerinə yetirməli olduğu vəzifələr başa düşülür. Vəzifəli şəxsin xidmət üzrə ümumi himayədarlığı dedikdə rüşvətalanın tutduğu vəzifənin əhəmiyyəti və mötəbərliyi sayəsində tabeçiliyində və ya nəzarəti altında olan başqa vəzifəli şəxslər tərəfindən rüşvətverənin xeyrinə müəyyən hərkətlərin edilməsinin mümkünlüyü başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan və ya onun öz qulluq mövqeyinə görə yardım edə bildiyi hərəkətləri (hərəkətsizliyi) etməsinə görə, yaxud xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə verilir. Burada vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan hərəkətlər (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Təqsirləndirilən şəxs1 Şahid1 Cəlilabad şəhəri “Okean” restoranının arxa hissəsində yerləşən 1 ha torpaq sahəsi üzərində mehmanxana tikintisi üçün layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsinə dair 4 min manat məbləğində pul vəsaitini, bundan başqa təkrarən Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkında iaşə obyektinin tikintisi üçün Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə Şahid1 rüşvət qismində pul vəsaitinin istənilməsi və qəbul edilməsinə görə təqsirləndirildiklərindən, həmin səlahiyyətlərin onların xidməti vəzifələrinin (səlahiyyətlərinin) dairəsinə aid olub-olmamasının müəyyən edilməsi iş üzrə ən mühüm əhəmiyyət kəsb edən və mütləq qaydada sübuta yetirilməli olan hallardan birini təşkil edir. Belə ki, iş materiallarında olan vəzifə təlimatına əsasən yerli icra hakimiyyəti orqanında işləyən baş memar öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin, «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin və rayon icra hakimiyyətində aparılmış iş bölgüsünün tələblərinə uyğun qurmaq və həyata keçirmək, təsdiq olunmuş memarlıq layihələrini qeydiyyatdan keçirmək, memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırmaya tapşırıqlar verən orqanla razılaşdırmaq, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, tikintiyə icazə sənədlərini hazırlamaq üçün rəy vermək, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər görmək, qəbul edilmiş memarlıq layihəsinin dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, tikintisinə və istifadəsinə icazə verilmiş obyektlərin istismarına icazə sənədlərinin araşdırılmasında onların müvafiq tikinti norma və qaydalara uyğun olmasına və yerində baxış keçirilməsinə rəhbərlik etmək, obyektlərin tikintisinə və istismarına icazə sənədlərinin hazırlanmasına rəhbərlik etmək, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə, ekspertizadan keçirilməklə rəy verilməsinin və rəy müsbət olduğu təqdirdə qeyd edilən tikintiyə icazə verilməsi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsinin təmin edilməsindən sonra alınacaq rəylərə müvafiq olaraq tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Bundan əlavə qeyd edilməlidir ki, Kərimov X11 rayonu Cəlilabad bələdiyyəsinin sədri seçilib həmin vəzifədə işləyərkən Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”nə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanununa və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə əsasən torpaq sahəsinin ayrılması üçün şəxsin ərizə ilə bələdiyyəyə müraciət etməsi, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərərək razılıq almaq, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə vermək, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün müraciət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Odur ki, təsdiq olunmuş memarlıq layihələrini qeydiyyatdan keçirmək, tikintiyə icazə sənədlərini hazırlamaq üçün rəy vermək, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər görmək kimi səlahiyyətlər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs1 səlahiyyəti olduğundan, bundan əlavə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərərək razılıq almaq, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə və müvafiq aydada hərrac keçirilməklə verilməsini təmin etmək Cəlilabad şəhər bələdiyyəsinin sədri – Təqsirləndirilən şəxs2 səlahiyyəti olduğundan və qeyd edilən hərəkətə görə hər hansı bir məbləğdə pul vəsaitinin istənilməsi, eləcə də bu vəsaitin qəbul edilməsi bilavasitə xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar olduğundan bu hərəkət Cinayət Məcəlləsinin 311-ci maddəsində göstərilən rüşvət alma kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 aldığı vəsaitin Cəlilabad rayonu ərazisində 2023-cü ilin may ayında keçiriləcək tədbirlərə xərclədiyini göstərməsi ilə bağlı ifadəsinə məhkəmə tərkibi tənqidi yanaşaraq hesab edir ki, hətta sonuncu tərəfindən rüşvət qismində alınmış vəsait həmin tədbirlərin keçirilməsində lazım olan xərclərin çəkilməsinə sonuncu tərəfindən sərf edilsə belə bu hal Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın düzgün olmaması qənaətinə gəlməyə əsas vermir. Təqsirləndirilən şəxs2 həmin pul vəsaitini qeyd edilən tədbirlərə xərclədiyini bildirsə də bunun üçün ona hər hansı bir tapşırıq verilmədiyini, həmin xərcləri könüllü olaraq çəkdiyini bildirmişdir ki, bu hal da Təqsirləndirilən şəxs2 vəzifəsində özünü layiqli sədr, cəmiyyət tərəfindən mübət qarşılanan vəzifəli şəxs kimi qəbul olunması ilə bağlı şəxsi marağından irəli gəlməsini təsdiq edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Şahid1 pul vəsaitini layihə çəkmək üçün aldığını bildirməsi, daha sonra məhkəmə çıxışları mərhələsində isə həmin pul vəsaitini Şahid1 Cəlilabad rayon İcra Hakimiyyəti başçısının və onun birinci müavini Qalib Xudaverdiyevin məlumatı və göstərişi əsasında aldığını, həmin pul vəsaitindən 10 min manat pulun rayonda yaradılmış “şəhid ailələri və qazilərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı “ fonda köçürüləcəyi ilə bağlı verdiy ifadəsi ilə bağlı qeyd edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs1 tərəfindən məhz real faktların örtbasdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 4.000 manat məbləğində pul vəsaitini, daha sonra isə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən 35.000 manat və vahid niyyətlə 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində almaqdan ibarət olan hərəkətləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü , Təqsirləndirilən şəxs2 isə hərəkətlərini isə Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid4 Heydər oğlu, Şahid1, əlavə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Qurban oğlunun ifadələri, Şahid1 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti, həmin müraciət əsasında müvafiq əməliyyat-axtarş tədbirlərinin keçirilməsinə dair Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 5(001)-1085/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı, “Pul vəsaitlərinin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli protokollar, Şahid1 Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə pul vəsaitini rüşvət qismində verməsini əks etdirən və sonuncunun Cəlilabad rayonu ərazisində “Şəhri Şuşa” restoranında saxlanılarkən orada üzərində baxış keçirilməsi və pul vəsaitinin götürülməsinə dair, eləcə də 20 iyun 2023-cü il tarixdə Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 35.000 manat verməsini və sonuncunun sayaraq pulu qəbul etməsi və Təqsirləndirilən şəxs1 verməsini əks etdirən vidogörüntülər, həmin görüntülərə baxış keçirilməsi barədə protokollar, Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”, Cəlilabad bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolundan çıxarış, 21 iyun 2023-cü il tarixli mədaxil qəbzi, müvafiq vəzifə təlimatı, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əməliyyat axtarış fəaliyyəti zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 03 ədəd “DVD” disklər, saxlanılması üçün Şahid1 verilən 30 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü, Təqsirləndirilən şəxs2 əməlində isə 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncuların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(İİİ cild, i.v 23) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. (İİİ cild, i.v 25) - Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1971-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, evli və ali təhsillidir, Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləmiş və hazırda işləmir, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamışdır. Ailə tərkibi həyat yoldaşı və 4 uşağından ibarətdir, himayəsində yetkinlik yaşına çatmayan uşaqları yoxdur. - Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, evli və ali təhsillidir, Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – Baş memarı vəzifəsində işləmiş və hazırda işləmir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamışdır. Psixiatriya dispanserində qeydiyyatda deyildir, yaşadığı yerdən müsbət xarakterizə olunur, hərbi mükəlləfiyyətlidir, dövlət təltifi yoxdur. Himayəsində azyaşlı uşağı yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) və zərərçəkmiş şəxslə barışıq əldə etmələri (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən) ilə bağlı cəzalarını yüngülləşdirən halların olduğunu, nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Bundan əlavə məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Habelə həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət törətdikdən sonrakı davranışlarını, yəni zərərçəkmiş şəxslə barışıq əldə etməsini (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən), rüşvət qisimndə aldığı pulu şəxsi ehtiyacları üçün deyil, Cəlilabad rayonunda təşkil edilmiş bir sıra tədbirlərin təşkilinə dəstək məqsədi ilə xərclədiyini, uzun müddət bələdiyyə orqanlarında olan fəaliyyətini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi qiymətləndirir və həmin hallar cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq, nəzərə alaraq Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirici halların məcmusunu cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hal kimi qəbul edib, hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 311.3.1 və 311.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə cəza təyin edilməlidir. Bu cəza ilə onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonunculara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 31 iyul 2023-cü il tarixdən hesablanmalı və Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 62 (altımış iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 62 (altımış iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 20 iyun 2023-cü il və 31 iyul 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı və Təqsirləndirilən şəxs2 üzərinə 31 iyul 2023-cü il tarixdə baxış və götürmə keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 3 ədəd “DVD” disk və 21 iyun 2023-cü il tarixli mədaxil qəbzi iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunaraq 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. 20 iyun 2023-cü il və 31 iyul 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı və Təqsirləndirilən şəxs2 üzərinə 31 iyul 2023-cü il tarixdə baxış və götürmə keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 3 ədəd “CD” disk və 21 iyun 2023-cü il tarixli mədaxil qəbzi iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar