Məhkəmə qərarları › İş №1(099)-224/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-224/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-224/2022 24.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respubilikası Baş X3 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X4 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Dördüncü Qayıdış qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Əliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayət Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs valideynləri ilə aralarında olan razılaşmaya əsasən 20 oktyabr 2021-ci il tarixdə, saat 16:15 dəqiqədə özünə məxsus olan “VAZ 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2006-cı ildə Füzuli rayonu, Zərgar kəndində anadan olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Beyləqan rayonu, Birinci Şahsevən kəndinə müəllim yanına hazırlıq kursuna gətirdikdən sonra özünə məxsus VAZ 21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının avtomobilin salonundan açılmasını aradan qaldıran düyməsini yerindən çıxartmış, Zərərçəkmiş şəxs həmin gün saat 18 radələrində hazırlıq kursunu bitirərək onun avtomobilinin yanına gəlib, avtomobilin sağ arxa sərnişin oturacağında oturduqdan sonra o özünün oturduğu oturacağı tam arxaya verdiyi üçün Zərərçəkmiş şəxs onun hərəkətlərindən şübhələnərək avtomobilin qapısının şüşəsini açıb düşmək istəmiş, lakin o, Türkanə Qəhramanovanın köməksiz vəziyyətindən istifadə edərək, sonuncunun qollarından tutub avtomaşının qapısının şüşəsini açmasına imkan verməyib zor tətbiq etməklə sol əli ilə onun hər iki əlini sıxıb sol said nahiyəsinə qançır xarakterli xəsarət yetirməklə əllərini aşağı salmış, sağ əli ilə isə onun döş qəfəsinə qançır xarakterli xəsarət yetirərək əynindəki koftasının boğaz hissəsini aşağı çəkmək istəyərkən Türkanə Qəhramanova ona imkan vermədiyindən cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə onun koftasının altından əlini salıb hər iki süd vəzisini əli ilə oynadaraq, üzündən, dodağından, sinəsindən öpərək, əli ilə onun cinsiyyət orqanını sıxaraq ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, həmin vaxt Türkanə Qəhramanova bir əlini onun əlindən çıxardaraq avtomobilin qapısının şüşəsini açıb qışqırdığı üçün yaxınlıqda olan Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini Şahid1 onun olduğu avtomobilə yaxınlaşıb, avtomobilin qapısını açmaq istəyərkən qapının bağlı olduğunu görüb qışqıraraq avtomobilə bir neçə təpik zərbəsi vurandan sonra o, oturduğu oturacağı əvvəlki vəziyyətinə qaytarmış və bu zaman Zərərçəkmiş şəxs avtomobilin digər qapısını açaraq yerə düşmüş, bununla da o, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan X1 vəziyyətindən istifadə edərək zor tətbiq edib, döş qəfəsinə və sol said nahiyəsinə qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o tutulana kimi özünə məxsus VAZ 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs atası ilə aralarında olan razılaşmaya əsasən Türkanəni yaxın qohumu Aysunla birlikdə aylıq 80 manat müqabilində Beyləqan rayonu, Birinci Şahsevən kəndində Gülnarə müəllimənin evinə hazırlığa aparıbgətirmişdir. 20 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində Şahmurad ona zəng edərək Aysunun hazırlığa getməyəcəyini və onun qızını təkcə aparacağını ona bildirmişdir. Ona görə də o Şahmuradın evinə geədərək, Türkanəni maşına əyləşdirərək, yola düşmüşdür. Yolda olarkən Türkanəyə ondan xoşunun gəldiyini bildirmişdir. Türkanə isə ali məktəbə hazırlaşdığını bildirib, bu barədə heç nə düşünmədiyini demişdir. Təxminən 20 dəqiqə sonra o, Gülnarə müəllimənin evinə çatmış, Türkanə avtomobildən düşüb evə girmişdir. O, avtomobili bir qədər irəli sürərək Türkanənin hazırlıqdan çıxmasını gözləmişdir. Təxminən saat 18 radələrində Türkanə hazırlıqdan çıxıb avtomobildə sağ arxa oturacağda əyləşmişdir. Bu zaman onun qolu qapını kilidləyən düyməyə dəymiş və qapıların hamısı kilidlənmişdir. O, Türkanəyə baxıb ona toxunmaq istəmişdir. Türkanə avtomobilə əyləşdikdən sonra isti olduğunu bildirərək sağ arxa qapının şüşəsini açmağa başlamışdır. O, Türkanəyə avtomobilin şüşəsini endirməməyini söyləyərək şüşəni qaldırmasını istəmişdir. Sonra da oturacağını arxaya doğru hərəkət etdirib sağ əli ilə Türkanənin əlini tutmuşdur ki, şüşəni endirməsin. Sonra isə nə baş verdiyini xatırlamır. O ifadəsində əlavə olaraq göstərmişdir ki, Maşının arxa qapısını bağlayıb-açan düyməni xarab olduğu üçün o Türkanə gələnə kimi onu açmış, lakin düzəldə bilmədiyindən cibinə qoymuşdur. Həmin vaxt Elnur adlı şəxs onunla dalaşaraq yumruqla göz nahiyyəsinə vurmuşdur. Lakin Elnurun onu vurmasının səbəbini xatırlamır. İstintaq vaxtı ona heç bir təsir və təzyiq olunmamışdır. Verdiyi ifadələri düzgündür. Lakin hazırda bəzi məqamları xatırlamır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkanə onlarla eyni qəsəbədə yaşayır, onunla və ailə üzvləri ilə arasında heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən hadisədən 1 ay əvvəl Zərərçəkmiş şəxs atası Şahmurad Qəhrəmanovla yaşadığı qəsəbə ərazisində qarşılaşıb söhbət etmişlər. Söhbət əsnasında Şahmurad öz avtomobili olmadığı üçün onun qızı Türkanəni və onun uzaq qohumu olan Aysunu Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində fəaliyyət göstərən müəllimlərdən birinin evinə hazırlığa aparıbgətirməyini və bunun qarşılığında aylıq 80 manat pul verəcəyini ona bildirmişdir. O, Şahmuradın təklifi ilə razılaşmış və onun qızı Türkanə və uzaq qohumu Aysunu hazırlığa aparıb-gətirməyə başlamışdır. O, hadisə baş verən günə kimi təxminən 8-9 dəfə onların ikisini birlikdə qəsəbədən götürüb Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə gətirib müəllimin evinin qarşısında düşürmüş və onları gözləyib hazırlıq qurtardıqdan sonra yaşadığı qəsəbəyə qaytarmışdır. Onun bir neçə gün öncə Türkanə və Aysunu Beyləqan rayonu, Birinci Şahsevən kəndində aparan zaman Türkanədən xoşu gəlmişdir. Onunla tək qaldığı zaman Türkanəni istədiyini ona deyəcəyini planlaşdırmışdır. 20 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Şahmurad onun istifadəsində olan mobil nömrəyə zəng edərək qızı ilə hazırlığa gedən Aysunun artıq hazırlığa getməyəcəyini və onun qızını təkcə aparacağını ona bildirmişdir. O, Şahmuradın evinə gedib Türkanəni evdən götürən zaman Şahmurad darvazadan çölə çıxaraq artıq Aysunun hazırlığa getməyəcəyini ona söyləmişdir. O, Şahmurada heç bir problem olmadığını bildirib qızı Türkanəni maşına əyləşdirmiş və yola düşmüşdür. Yola düşən zaman Türkanəyə ondan xoşu gəldiyini bildirmiş, Türkanə isə ali məktəbə hazırlaşdığını bildirib və bu barədə heçnə düşünmədiyini demişdir. Təxminən 20 dəqiqə sonra o, müəllimin evinə çatmışdır və Türkanə avtomobildən düşüb müəllimin evinə girmişdir. O, avtomobili biraz irəli sürərək Türkanənin hazırlıqdan çıxmasını gözləmişdir. Təxminən saat 18 radələrində Türkanə hazırlıqdan çıxıb avtomobilin sağ arxa sərnişin oturacağına əyləşmişdir. Bu zaman onun qolu qapını kilidləyən düyməyə dəymiş və qapıların hamısı kilidlənmişdir. O, Türkanəyə baxıb ona toxunmaq istəmişdir. Türkanə avtomobilə əyləşdikdən sonra isti olduğunu bildirərək sağ arxa qapının şüşəsini açmağa başlamışdır. O, Türkanəyə avtomobilin şüşəsini endirməməyini söyləyərək şüşəni qaldırmasını istəmişdir. Oturacağını arxaya doğru hərəkət etdirib sağ əli ilə Türkanənin əlini tutmuşdur ki, şüşəni endirməsin. Bundan sonra əli ilə Türkanənin sinəsindən toxunub əlini Türkanənin köynəyinin altına salaraq döşlərinə toxunmaq istəmişdir. Türkanə isə buna etiraz edib əli ilə ona müqavimət göstərmişdir. O, bundan sonra sol əli ilə Türkanənin əllərini ayaqlarına sıxmışdır. Sağ əli ilə isə könəyini qaldırıb onun döşlərini sıxmağa başlamışdır. Eyni zamanda Türkanənin yanağından, dodağından və sinəsindən öpməyə başlamışdır. Bu zaman Türkanə sağ əlini onun əlindən açaraq şüşəni aşağı endirib avtomobilin qarşı tərəfindən keçən tanımadığı bir nəfər kənd sakinindən ona kömək etməsini xahiş etmişdir. Bu zaman həmin kişi ona qışqıraraq avtomobili saxlamağını bildirmişdir. Buna görə də o, oturacağını əvvəlki vəziyyətinə gətirib avtomobili saxlamış və aşağı enmişdir. Həmin şəxs ona yaxınlaşaraq yumruqla sol göz nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. O, həmin şəxsdən hansı səbəbə onu vurduğunu soruşduqda o yüksəkdən səs-küy salaraq ətrafda olan digər şəxslərin onların yanına gəlməsinə səbəb olmuşdur. Bundan sonra ətrafdan onların yanına gələn şəxslər onu əhatəyə alaraq bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirmişlər. Bundan bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib onlara müdaxilə etmişlər və onun da izahatının alınması məqsədilə polis şöbəsinə dəvət edilmişdir. Zərərçəkmiş şəxs qarşı iradəsinə zidd olaraq yaraşmayan hərəkətlər etmişdir. Həmin hərəkətləri etməzdən öncə Zərərçəkmiş şəxs qapını açaraq aşağı düşmək istədiyini gördüyü üçün həmin vaxt arxa sağ qapının düyməsini açmışdır ki, Türkanə aşağı düşməsin. Çünki, qorxmuşdur ki, Türkanə aşağı düşsə kənd camaatı onun əməlindən məlumatı olacaqdır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlinin törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə yanaşı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o oxuduğu məktəbdə 10-cu sinifdə təhsil alan Aysunla birlikdə Təqsirləndirilən şəxs məxsus avtomobillə Gülnarə müəllimənin yanına hazırlığa getmişlər. 20 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Aysunun anası Lyudmila onun anası Xəyaləyə zəng edib qızı Aysunun hazırlığa getməyəcəyini bildirmişdir. Bundan sonra anası atası Şahmuradla əlaqə saxlamış və vəziyyəti ona demişdir. Sonra atası Elgünlə danışaraq, onlara Elgünün onu hazırlığa tək aparacağını bildirib, Elgünün həyət darvazasının yanında gözlədiyini demişdir. O, saat 16 radələrində evdən çıxıb Elgünün idarə etdiyi VAZ 2107 markalı avtomobilin arxa sağ oturacağına əyləşmiş, Elgün avtomobili Birinci Şahsevən kəndi istiqamətində sürmüşdür. Bir qədər getdikdən sonra Elgün arxaya tərəf dönüb ona baxmış və ondan sevgilisinin olub-olmadığını soruşmuşdur. O, Elgünün bu sualından çaşmış və ona bu barədə sual verməməsini xahiş edib, ali məktəbə hazırlaşdığını, başqa heçnə barədə maraqlanmadığını demişdir. Elgün ondan xoşunun gəldiyini bildirmiş o isə heç bir cavab verməyib başını yola tərəf çevirmişdir. Onlar Gülnarə müəllimənin yaşadığı evə çatıb, o avtomobildən düşərək, hazırlığa getmişdir. Həmin gün saat 17 radələrində o hazırlıq yoldaşları Gözəl, Ləman, Nurcan və Aysu ilə birlikdə hazırlıqdan çıxmışlar. Qızlar evlərinə getmiş, o da bir qədər aralıda dayanmış Elgünün idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin anda Elgün pultla qapıları bağlamışdır. O, Elgünün nə etdiyini başa düşməmiş, qapını açmaq istəyən zaman özü tərəfdə olan qapını açan düymənin yerində olmadığını görmüşdür. O, tez qapının şüşəsini açmağa başlamış, Elgün isə oturacağını tam arxaya verərək, şüşəni qaldırmışdır. O, Elgündən niyə belə etdiyini soruşmuş, o isə avtomobili təzə qızdırdığını ona görə də şüşəni açmamasını desə də o təkrar şüşəni açmağa cəhd etmiş, Elgün yenidən ona mane olmuş və əlini onun sinəsinə atmış, o Elgünə müqavimət göstərmiş, Elgün onun əynində olan köynəyini dartaraq cırmış, köynəyini qaldırıb əli ilə onun döşlərinə toxunmuş, digər əli ilə onun şalvarının düyməsini açmağa başlamışdır. O, Elgünə müqavimət göstərmiş və qışqırmağa başlamış, yumruqla avtomobilin şüşəsinə vursa da ətrafda heç kim olmadığından onu eşitməmişlər. Bu zaman Elgün onun əllərini tutub sıxaraq boynunu və sinəsini öpmüş o isə sağ əlini onun əlindən çıxararaq, şüşəni bir qədər açaraq, qışqırıb kömək istəmişdir. Bu zaman avtomobilin yanından keçən əvvəllər tanımadığı bir nəfər orta yaşlı kişi onun səsini eşidib avtomobilin yanına qaçmış və təpiklə avtomobilə vurmağa başlamışdır. Elgün kənardan kiminsə gördüyünü hiss etmiş və oturacağını irəliyə doğru itələmişdir. O da bundan istifadə edib tez digər tərəfə keçib, qapını açaraq yerə düşmüş və avtomobilin arxasına keçmişdir. Həmin vaxt Elgün avtomobildən düşmüşdür. Ona köməyə gələn şəxs adını sonradan bildiyi Elnur onun əlindən tutaraq onu yaxınlıqda olan Samir adlı şəxsin dükanına aparmış, özü isə Elgünə yaxınlaşıb ona göz nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Bundan sonra o zəng edərək valideynlərinə hadisə barədə məlumat vermiş, bir müddət sonra atası ilə anası onun yanına gəlib, birlikdə Beyləqan rayon polis şöbəsinə gedərək baş vermiş hadisə barədə müraciət etmişlər. O Elgündən şikayətçidir, ona ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları cinayət törətməkdə şübhə edilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə razılaşaraq onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı kənddə ərzaq dükanından siqaret alıb, evinə qayıdan zaman yolun kənarında tünd qırmızı rəngli “VAZ 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. O, həmin avtomobilin yanından keçəndə avtomobilin arxa oturacağından kiminsə qışqırıb, kömək istədiyini eşitmişdir. O, arxaya dönüb baxan zaman azyaşlı bir nəfər qız uşağının ona qarşı əxlaqsız hərəkətlər edildiyini deyib qışqıraraq kömək istədiyini görmüş, tez avtomobilin yanına qaçmış, sürücünün əyləşdiyi oturacağı arxaya verdiyini, arxa sərnişin oturacağında sağ tərəfdə əyləşmiş adını sonradan bildiyi Türkanənin əllərini sıxıb əynində olan koftasını yuxarı qaldıraraq onun sinəsini öpdüyünü görmüşdür. O, həmin vaxt özündən çıxıb avtomobilin qapısını açmağa cəhd etmiş, lakin qapıların bağlı olduğunu görüb, avtomobilin qabaq sağ qapısına təpiklə vurub, adını sonradan bildiyi sürücü Elgündən qapıları açmasını tələb etmiş, Elgün oturacağı irəli verib, qapıları açmış o, Türkanəni avtomobildən düşürmüşdür. Həmin vaxt Elgün avtomobili işə salıb, uzaqlaşmaq istəyərkən, avtomobil orada olan qaz turbasına dəyib dayanmışdır. O Türkanəni yaxınlıqda olan həmkəndlisi Samirin dükanına aparıb, geri qayıdaraq bərk əsəbiləşdiyindən Elgünün yaxasından tutub azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətinə görə onu yumruq və sillə ilə vurmuş, hadisə yerinə gələn kənd camatı onları aralaşdırmışlar. Sonra da polis əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadələr verdilər. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Beyləqan rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid6 ilə birlikdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində xidmətdə olan zaman kənd sakinlərindən kimsə bir nəfər Birinci Şahsevən kəndində münaqişə olması barədə məlumat vermişdir. Onlar dərhal hadisənin baş verdiyi Samir adlı şəxsə məxsus dükanının qarşısına getmişlər. Orada kənd sakini Şahid1lə yanaşı bir neçə kənd sakininin olmasını görmüşlər. Bundan əlavə adını sonradan bildiyi Təqsirləndirilən şəxs kənd sakinlərinin əhatəsində olmasını müşahidə etmişdir. Onlar dərhal həmin şəxslərə yaxınlaşıb nə məsələ olmasını soruşmuşlar. Kənd sakinləri Təqsirləndirilən şəxs taksi kimi hazırlığa gətirdiyi yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etdiyini, bunu görən Şahid1 onu vurduğunu bildirmişlər. Onlar sakitliyi təmin edib. Elgünü kənd sakinlərinin əhatəsindən çıxarıb avtomobilə əyləşdirmişlər. Yetkinlik yaşına çatmayan qızın harada olmasını soruşduqda Gülnarə adlı müəllimənin evində olmasını bildirmişlər. Onlar Gülnarə müəllimənin evinə gedən zaman uşağın valideynlərinin orada olmasını görmüşlər. Türkanənin valideynləri hadisə ilə əlaqədar olaraq polis şöbəsinə şikayət etmişlər. Onlar da Elgünü Beyləqan rayon Polis Şöbəsinə aparmışlar. Dindirilmiş Şahid6 Şahid5 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 727/21 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anotomik quruluşuna görə tamlığı pozulmadan onunla cinsi əlaqədə olunması mümkün deyildir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeydri-təbii yolla cinsi əlaqədə olunmağa xarakterik hər-hansı bir əlamət aşkar olunmadı. Zərərçəkmiş şəxs döş qəfəsi və sol said nahiyələrində aşkar olunmuş qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20 oktyabr 2021-ci il tarixdə fiziki qüvvə (zor) tətbiq olunmaqla süd vəzilərini və döş qəfəsini əllə sıxması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2021-ci il tarixli, 836/21 nömrəli rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs sol qaş nahiyəsində əzilmiş yara, sol gözaltı və sağ bud nahiyələrində isə qançırlar müəyyən olundu. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 2952 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri məyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda simulyativ davranış əlamətləri, həmçinin xasiyyətin isterik cizgiləri (nümayişkaranəlik, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik, öz hisslərini dramatik tərzdə təqdim etmək və s.) aşkar olunur. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 dekabr 2021-ci il tarixli, 2986 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, ona qarşı törədilən əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hadisə zamanı onunla baş vermişlər barəsində düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs ünsiyyətcil, düşdüyü mühitə tez uyğunlaşmaq, hər kəslə yaxşı yola getmək, çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək çeviklik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qarşı edilən qanunazidd hərəkətlər zamanı onun psixi-emosional sferasında qorxu, həyəcan kimi hallar yaranmışdır. Hazırki müayinə zamanı Zərərçəkmiş şəxs emosional durumu norma səviyyəsindədir. Zərərçəkmiş şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs emosional vəziyyətində asılı olaraq onunla edilən hərəkətlərin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Məhkəmədə tədqiq edilmiş lifli materialların tədqiqi ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 6/5613 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikıəri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikıəri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 24 yanvar 2022ci il tarixli, 30/2022-MTBŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus cins şalvar, papaqlı kofta və qısaqol mayka üzərindəki ləkələrdə spermatozoidlər, ona məxsus gödəkçə üzərində isə spermaya şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İşdə olan ibtidai istintaq orqanının 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs məxsus olan “VAZ 21074” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs ön sərnişin oturacağında olan gödəkçəsinin sol yan cibindən aşkar olunaraq götürülmüş avtomobilin salonundan sağ arxa qapını açıb və bağlamaq üçün nəzərdə tutulan mexanizm maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Beyləqan rayon polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan AA2440769 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2006-cı il tarixdə anadan olmaqla hadisənin baş verdiyi 20 oktyabr 2021-ci il tarixdə yetkinlik yaşına çatmamışdır. İşdə olan ibtidai istintaq orqanının 24 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Şahid1 barəsində CM-in 186 və 221.1-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş və İXM-in 157 və 232-1-ci maddələri ilə tədbir görülməsi barədə qərar tədbir görülməsi üçün Beyləqan rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətlər etdiyini xatırlamadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşıdığını, məhkəmədə tədqiq edilmiş onun müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi həm cinayət törətməkdə şübhə edilən şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahididlərin ifadələri, onun zərərçəkmiş şəxslə üzləşdirmədə dindirmə istinaq hərəkəti protokolu ilə, hadisə zamanı təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilən zorakı hərəkət nəticəsində zərərçəkmiş şəxsin xəsarət alması və əynində olan köynəyinin çırılmasını təsdiq edən ekspertiza rəyləri, maddi sübutlar və işin faktiki halları ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini səmimi etirafedici və işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CMnin 150.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuşdur. Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Dördüncü Qayıdış qəsəbəsində yaşamışdır. Himayəsində iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarxli tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qanunun qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı ağırlaşdıran hallar olmamaqla yüngülləşdirən halları və işin vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 20 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “VAZ 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısını açıb və bağlamaq üçün nəzərdə tutulan mexanizmi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi 154,16 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 132, 346, 351- 353, 356-358,383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 150.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlmədən öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “VAZ 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısını açıb - bağlamaq üçün nəzərdə tutulan mexanizm məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 154,16 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar