Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-224/2024 14.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Şəki Regional vəkil bürosunun vəkili Müdafiəçi3 Rahin oğlunun iştirakı ilə, xx xxxxxxx 1985-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ortaixtisas təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində 07 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxx 1989-cu ildə Şəki rayonunun Orta Zəyzid kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində 07 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 2,112 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi “Honda İnside” markalı **-BV-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Təqsirləndirilən şəxs1lə birlikdə Füzuli rayonunun Qazaxlar kəndi ərazisində Qazaxlar-Cocuqmərcanlı avtomobil yolunun sağ tərəfində yerləşən qəbirstanlığın yaxınlığına daşımış, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan şəxsin sifarişi və hər kilosuna görə 300 manat pul təklifi ilə gələcəkdə dediyi yerlərə və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan şəxslər vasitəsi ilə Füzuli rayonunun Qazaxlar kəndində, Qazaxlar-Cocuqmərcanlı avtomobil yolunun sağ tərəfində yerləşən qəbirstanlığın içərisindəki gümbəzdə yerləşdirdiyi külli miqdarda, 66 kq 415 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda, 13 kq 650 qram çəkidə tiryəki əldə edib qəbirstanlığın yaxınlığında saxladıqları “Honda İnside” markalı avtomobilə yükləmək üçün avtomobilin yanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 mart 2023-cü ildə, saat 23:40-da cinayət hadisəsinin baş verdiyi yerdə saxlanılaraq Füzuli RPŞ-yə gətirilmiş, 06 mart 2023-cü ildə, saat 02:10-dan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onların satış məqsədi ilə qanunsuz olaraq təkrarən əldə edib saxlamaqla daşıdıqları 46 ədəd bağlamada ayrı-ayrı çəkilərdə olmaqla ümumilikdə külli miqdarda, təmiz çəkisi 66 kq 415 qram narkotik vasitə qurudulmuş marixuana və 07 ədəd bağlamada ayrı-ayrı çəkilərdə olmaqla ümumilikdə külli miqdarda, təmiz çəkisi 13 kq 650 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Eyni zamanda əməliyyat tədbirinin davamı olaraq 06 mart 2023-cü ildə, saat 07:10dan Füzuli RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Honda İnside” markalı **-BV-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin müdafiəçilərinin iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunun ön tərəfində sürətlər qutusunun yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,112 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında sosial şəbəkədə İİR-sı vətəndaşı ilə tanış olarkən özünü ona Fazil kimi təqdim etmiş, ona narkotik vasitə marixuana istifadəçisi olduğunu demiş, həmin şəxs onun üçün 2-3 dəfə narkotik vasitə qoymuş, gedib narkotik vasitəni götürdükdən sonra iranlının kartına 150 manat pul göndərmiş, fevral ayında Yaşar adlı şəxsdən narkotikin satışı ilə bağlı telefonuna mesaj gəlmiş, həmin ərəfədə “Topaz” lotoreya oyununda 1800 manat pul udmuş, həmin pulun 500 manatını narkotik vasitə almaq məqsədi ilə Yaşar adlı şəxsin kartına pul atmış, sonuncu onun üçün Füzuli rayonuna içərisində narkotik vasitələr olan bağlamalar göndərmiş, həmin bağlamaları gedib götürmək üçün 05 mart 2023-cü ildə, tanışı Elçinlə Bakıda görüşüb onunla 250 manata razılaşaraq Füzuli rayonuna yola düşmüş, yolda iranlı ilə telefonla danışsa da, Elçinin heç bir şeydən xəbəri olmamış, axşam saatlarında rayona çatarkən İranlı onların gedəcəyi yerin “xəritəsini-konumunu” ona göndərmiş, o da həmin mesajı Elçinin telefonuna yönləndirmiş, İranlının dediyi yerə çatıb avtomobildən düşüb bağlamanın qoyulduğu yerə “gümbəz”ə təxminən 20 metr qalmış, 20 nəfərə yaxın şəxs yaxınlaşıb onları saxlayaraq Füzuli rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İranlı Yaşar adlı şəxsin Füzuli rayonuna göndərdiyi, içərisində narkotik vasitələr olan bağlamaları götürmək üçün 05 mart 2023-cü ildə, gecə saatlarında tanışı Təqsirləndirilən şəxs2la birgə, sonuncunun idarə etdiyi avtomobillə Füzuli rayonunun Qazaxlar kəndinə getmiş, kəndin ərazisindəki qəbirstanlığın içərisindəki gümbəzə qoyulan 5 ədəd kisəni Elçinlə daşıyıb avtomobilin yanına yığarkən Elçin kisələrdə narkotik vasitələr olduğunu bilmiş, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq Füzuli rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla onların üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, lakin onun təqdim etdiyi 5 ədəd polietilen kisələrə baxış keçirilərkən kisədən ümumilikdə 46 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar, 07 ədəd bağlamada isə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmiş, eyni zamanda Elçinin idarə etdiyi avtomobilə baxış keçirilərkən sonuncu avtomobilin sürət qutusunun yanından bir ədəd sellofan kəsiyində olan bükümü götürüb polis əməkdaşlarına təqdim edərək içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bağlamalar elektron tərəzidə çəkilməklə götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən onların tərəfindən imzalanmış, polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmış, Təqsirləndirilən şəxs1 Şəki şəhərindən usta kimi tanımış, 04 mart 2023-cü ildə Famil ona zəng edərək Füzuli rayonuna getmək istədiyini deyərkən ondan nə üçün getməsinin səbəbini soruşmuş, sonuncu ona göndərilən sumkanı götürmək üçün getdiyini bildirmiş və onlar 250 manata razılaşaraq 05 mart 2023-cü ildə, axşam saatlarında rayona yola düşmüş, Füzuliyə çatan zaman Famil vhatsappda ona konum göndərmiş, onlar yolun qırağında qaranlıqda avtomobili saxlamış, dayanıb siqaret çəkərkən 20-30 nəfər yaxınlaşıb onları saxlayaraq gümbəzin içinə aparıb orada onların polis əməkdaşları olduqlarını, onlara narkotik vasitə götürmək üçün gəldiklərini bildirib şəkillərini çəkmiş, sonra onları rayon polis şöbəsinə aparıb orada ayrıayrı otaqlara salaraq sorğu-sual etmiş, videoçəkilişlə üzərlərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərində öz istifadəsi üçün 0,14 qram metamfetamin olmuş, onun Familin narkotik vasitə götürmək məqsədi ilə Füzuliyə gəldiyindən məlumatı olmamış, polis əməkdaşlarının ona göstərdiyi zor və təzyiq nəticəsində yazılan protokola və izahata imza etmiş, İstintaq Təcridxanasında tibbi müayinədən keçərkən üzərində olan xəsarətləri armud ağacından yıxılaraq aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirli olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 05 mart 2023-cü ildə Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, saat 23 radələrində əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 Füzuli rayonunun Qazaxlar kəndində, Qazaxlar-Cocuqmərcanlı avtomobil yolunun sağ tərəfində yerləşən qəbristanlığın ərazisindən narkotik vasitə götürəcəyi müəyyən edildiyindən əməliyyat qrupunun üzvləri həmin yerə getmiş, orada olarkən Təqsirləndirilən şəxs1 bir nəfərlə əlində kisələrlə “Honda İnside” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru hərəkət etdiklərini görüb onlara yaxınlaşmış, həmin şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra onlar polis əməkdaşları tərəfindən saxlanılaraq Füzuli RPŞ-yə gətirilmiş, şöbədə müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 beş ədəd polietilen kisələrdə olan narkotik vasitələri onlara təqdim edərək həmin kisələrdəki kütlələrin narkotik vasitələr olduğunu bildirmiş, kisələrə baxış keçirilərkən ümumilikdə 46 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar, 07 ədəd bağlamada isə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilərək elektron tərəzidə çəkilməklə götürülmüş, sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilərkən sonuncu avtomobilin sürət qutusunun yanından bir ədəd sellofan kəsiyində olan, bir ədəd bükümü götürüb onlara təqdim edərək içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 05 mart 2023-cü ildə, 10 manata Bakı şəhərində əldə etdiyini, özünün istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkoitk vasitələri təxminən bir-iki ay əvvəl sosial şəbəkədə tanış olduğu və əlaqə saxladığı Yaşar adlı İran İslam Respublikasının vətəndaşının Füzuli rayonunun Qazaxlar kəndi ərazisində, avtomobil yolunun sağ kənarında yerləşən qəbirstanlığa qoydurduğunu, həmin narkotik vasitələri aparıb Bakı şəhərində Yaşar adlı şəxsin deyəcəyi ünvana qoyaraq bunun müqabilində ondan narkotik vasitənin hər kiloqramına 300 manat pul alacağını, onunla birlikdə narkotik vasitələri götürməyə gəlmiş Elçinə 250 manat pul verəcəyini, Elçinin yükün narkotik vasitə olduğunu əvvəl bilmədiyini, narkotik vasitələri avtomobilin yanına daşıyarkən bu barədə məlumatı olduğunu, saxlanılarkən onlara qarşı hər hansı bir qanunsuzluğa yol verilmədiyini bildirmişdir. Əməliyyat tədbiri başa çatdıqdan sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçilərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onların təqdim etdiyi 05 ədəd kisənin içərisindən ümumilikdə 46 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 07 ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd avtomobil açarı, sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, sol içəri döş cibindən 01 ədəd pul qabı, əynindəki şalvarın sol yan cibindən 01 ədəd cib dəsmalı, pul qabından 2 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd bank kartı, həmçinin Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, gödəkcənin sol yan cibindən 01 ədəd açar və sağ içəri döş cibindən içərisində falqalar olan 01 ədəd siqaret qutusu aşkar edilmiş, mobil telefonlar, şəxsiyyət vəsiqəsi, iki ədəd sürücülük vəsiqəsi, iki ədəd bank kartı götürülmüş qalan əşyalar isə aidiyyəti üzrə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 06 mart 2023-cü ildə, saat 03:20-də başlamış və saat 04:35-də bitmişdir. İş materiallarında olan “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində təhqiqatçı tərəfindən araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 və müdafiəçisi Fəxri Rüstəmovun, Səfər Əliyevin və müdafiəçisi Vəkil Quliyevin, həmçinin polis əməkdaşlarının iştirakları ilə “Honda İnside” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sürətlər qutusunun yanından bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüş, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti 06 mart 2023-cü ildə, saat 07:10-da başlamış və saat 07:26-da bitmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 mart 2023-cü il tarixli 17/236 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərlərində yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri” sözləri, adlar və imzalar yazılmış 05 (beş) ədəd sintetik kisələrin içərisindəki; ümumilikdə 46 (qırx altı) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri -1145qr., 1945qr„ 1315qr., 1115qr., 1155qr., 595qr., 1020qr., 1730qr., 1530qr., 920qr., 615qr., 115qr., 1025qr., 595qr., 2980qr., 1375qr., 830qr., 1960qr., 1210qr., 1880qr., 1480qr., 3040qr., 1645qr., 1090qr., 1290qr., 610qr., 1410qr., 1150qr., 1280qr., 2230qr., 770qr., 1605qr., 1440qr., 1780qr., 1880qr., 2645qr., 2615qr., 1305qr, 940qr., 955qr., 2165qr., 1060qr., 2170qr., 940qr., 2250qr., 1615qr., ümumi təmiz çəkisi - 66 kiloqram 415 qram, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Eyni zamanda həmin rəydən görünür ki, ümumilikdə 07 (yeddi) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri -2150qr., 2295qr., 1810qr., 1975qr., 1330qr., 2140qr., 1950qr., ümumi təmiz çəkisi - 13 kiloqram 650 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəklərdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 istifadəsində olan avtomobildən aşkar olunmuş psixotrop maddə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, sellofana bükülmüş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 2,112 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, 46 (qırx altı) ədəd sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 07 (yeddi) ədəd sellofan bağlamalarda olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qurudulmuş marixuana və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Marixuanaların ümumi təmiz çəkisi - 66 kq 415,00 qr., tədqiqata sərf edildi - 1,00 qr. (10 əd. ob. hər birindən - 0,10qr.), qalıq çəkisi - 66 kq 414,00 qram təşkil edir. Tiryəklərin ümumi təmiz çəkisi - 13 kq 650,00 qr., tədqiqata sərf edildi - 0,700 qram. (hər ob,-0,100qr.)., qalıq çəkisi - 13 kq 649,30 qram təşkil edir. Metamfetaminin təmiz çəkisi - 2,112qr, tədqiqata sərf edildi - 0,050 qram, qalıq çəkisi - 2,062 qram təşkil edir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 5(064)- 19/2023 nömrəli qərarından görünür ki, DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş, Təqsirləndirilən şəxs1 barəsində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 05 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 may 2023cü il tarixli 2720 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 22 may 2023cü il tarixli 3120 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən olunması məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən müəyyən edilmişdir ki, daxil olmuş ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la əlbir olması, onların birlikdə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əlavə məlumatlar əldə olunmuşdir. Eyni zamanda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilən narkotik vasitə və psixotrop maddəni onların “Yaşar” adlı şəxsin sifarişi ilə əldə etdikləri və hər kilosuna görə 300 manat pul müqabilində onun deyəcəyi yerə qoymaq və ya deyəcəyi şəxslərə vermək məqsədi ilə saxladıqları məlum olmuş, eləcə də onların narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Yaşar” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və onu istintaqa təqdim etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməmələrinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə müxtəlif mobil nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda yazışmalar aparılmışdır: - xx-xx-2022 00:22:08 **********55 **********84 2 gündü cekmirem y men elimde olanlari ele saxlamadim.amma bele oz ccekmeye braz saxladim. - xx-xx-2022 00:29:57 **********55 **********84 Mende cekmeye isdiyi At bir yere götrüm - xx-xx-2022 15:41:19 **********84 **********55 Anardi teli ac malim sendedi yaşarin dosdu - xx-xx-2022 18:50:30 **********84 **********55 At bir yere konum at götürümde berk draznitem qedeş hörmetinden cixacaq - xx-xx-2022 22:58:17 **********84 **********55 Axşamin xeyir,Şeekili can qedeş elim hec hara girmir başim partdiyir güvenmirsen at biryere gedim götrüm lap pul verim sabah axşam malimda olcay vererem senede men pis oglan deyilem şekili yola ver can Birazda tiryek varimdi atardiq - xx-xx-2022 00:22:07 **********84 **********55 Mende mal olure başqa iranlilarnanda işdiyirem budeyqe elim catmir 2 gündü cekmirem yola ver qedeşi,yaxşi olacaq inşaallah - xx-xx-2022 00:29:56 **********84 **********55 Mende cekmeye isdiyirem neqedere görşek At bir yere götrüm isdiyirsen. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 mart 2023-cü il tarixli, 95/MEŞ nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 alın, diz və bazu nahiyələrində xəsarət aşkar olmuş, lakin Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə keçən gecə polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin xəsarətləri ondan əvvəl aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasından 07 mart 2023-cü il tarixli 96/MEŞ nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 burun və sağ əlində xəsarət aşkar olmuş, lakin Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə keçən gecə polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin xəsarətləri 2-3 gün əvvəl iş yerində yıxılaraq aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər prokurorluğunun 08 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq döyülməsi, ona işgəncə verilməsi ilə bağlı şikayəti prokurorluqda ətraflı araşdırılmış, araşdırma zamanı həmin xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 66 kq 414 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 13 kq 649,3 qram narkotik vasitə tiryək və qalıq çəkisi 2,062 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdikləri ifadələrində qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab edərək onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqında özlərinin müdafiəsi üçün dəlil gətirərək polis şöbəsində təzyiqlərə məruz qaldıqlarından məcbur olub yalandan etiraf etdiklərini, müstəntiqə verdikləri ifadələrini təsdiq etmədiklərini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən sonuncular “polis şöbəsində təzyiqlərə məruz qaldıqlarından məcbur olub cinayət törətmədiklərini yalandan etiraf etdikləri” barədə məhkəməyə hər hansı formada fikir bildirməmiş, əksinə onlara verilən ittihamla razılaşaraq məhkəmədən barələrində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqında özlərini müdafiə xarakterli ifadələr vermələri, başqa sözlə verdikləri ifadələrində göstərdikləri xüsusatlar ibtidai istintaq zamanı onların şübhəli və təqsirləndirilən şəxs qismində qismən etirafedici izahat və ifadələri ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərlərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barələrində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməmələri, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, təqsirləndirilən şəxslərin üzərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilərkən təhqiqatçının suallarına cavab olaraq cinayət hadisəsini etiraf etməklə polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalmaları və ya döyülmələri ilə bağlı hər hansı bir fikir bildirməmişlər. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə icraatı zamanı verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onların cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrində göstərdikləri bu xüsusatları onlara təyin ediləcək cəzadan, başqa sözlə, onların cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etmələri qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitələr qurudulmuş marixuana və tiryək, o cümlədən psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi məsələsini müzakirə edərək onların hərəkətlərini Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 05 mart 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qərarı ilə əməli CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 3 il 2 aya endirilmiş və cəzasını çəkmiş hesab edilərək azadlığa buraxılmış, hazırda məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində arvadı və bir azyaşlı uşağı ilə birgə ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda ilk məhkumluğunu, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, həmçinin yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun təqsrini qismən etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 66 kq 414 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 13 kq 649,3 qram narkotik vasitə tiryək, eləcə də qalıq çəkisi 2,062 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak vəs. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 107 (yüz yeddi) manat 91 qəpik hər birindən 53 (əlli üç) manat 95 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 66 kq 414 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 13 kq 649,3 qram narkotik vasitə tiryək, eləcə də qalıq çəkisi 2,062 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107 (yüz yeddi) manat 91 (doxsan bir) qəpik hər birindən 53 (əlli üç) manat 95 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov