Məhkəmə qərarları › İş №1(099)-224/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-224/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-224/2025 12.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: 30 yanvar 2025-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-nin) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət etməklə vəsatətini əsaslandıraraq göstərdi ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətində uzadılmalıdır. Dövlət ittihamçısı qeyd etdi ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının sədrinin suallarına cavab olaraq cinayət işinin materialları ilə tanış olmadığını, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyini bildirmişdir. Dövlət ittihamçısı çıxışına davam edərək göstərdi ki, Təqsirləndirilən şəxs təvəllüdünü, Azərbaycan Respublikasının Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə orta təhsil almasını, həmin dövrdə Azərbaycan Respublikası ərazisində rəsmi olaraq kiril qrafikalı əlifbadan istifadə edildiyini nəzərə aldıqda onun latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi müəyyən edilir. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanışetmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi halda xx.xx.2025-ci il tarixdə saat 16:15-dən saat 17:55-dək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialları ilə müdafiəçinin iştirakı olmadan tanış edilmişdir. Bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuş, Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi hissəsində təmin olunmasını bildirərək, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etdi. Həmçinin, Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razı olduğunu bildirərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini xahiş etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyib hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cinayət işinin 161-ci vərəqində olan kiril qrafikalı əlifba ilə yazılan ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Lənkəran ŞRPŞ-nin müstəntiqi Qüdrət Axundova müraciət edərək cinayət işinin materialları ilə hüquqlarını müdafiə edən vəkil X2 iştirakı olmadan tanış olmağa razı olduğunu bildirir. Cinayət işinin 162-ci vərəqində olan “təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanışetmə haqqında” xx.xx.2025-ci il tarixli 201 qeydiyyat nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:15-dən saat 17:55-dək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialları ilə müdafiəçinin iştirakı olmadan tanış edilərək həmin protokola kiril əlifbası ilə “vaxt məhdudiyyəti qoyulmadan tanış oldum, tərəfimdən əkilmiş və maddi sübut qismində tanınmış çətənə kolları və qurudulmuş marixuana ilə tanış olmaq istəmirəm, özümü AR CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilirəm, bundan başqa heç bir vəsatətim yoxdur, işin məhkəməyə göndərilməsinə etirazım yoxdur” məzmunlu qeyd yazaraq protokolu imzalamışdır. Cinayət işinin 169-cu vərəqində olan 17 yanvar 2025-ci il tarixli 224 qeydiyyat nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 xx.xx.2025-ci il tarixdə saat 11:10-dan 12:45-dək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialları ilə tanış olaraq protokolu imzalamışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, o, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmır, kiril qrafikalı əlifba ilə isə məhdud şəkildə yazıb-oxuya bilir, “təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanışetmə haqqında” protokoldakı, eləcə də, Lənkəran ŞRPŞ-nin müstəntiqi Qüdrət Axundova ünvanlanmış ərizədəki yazıları müstəntiqin diqtəsi ilə yazmış, cinayət işinin materialları ilə tanış olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, latın əlifbasını bilməyən təqsirləndirilən şəxs cinayət işi materiallarını oxumaq, başa düşmək və beləliklə, irəli sürülmüş ittihamdan səmərəli şəkildə müdafiə olunmaq imkanından məhrumdur. Belə ki, müdafiə hüququnun həyata keçirilməsi üçün Azərbaycan Respublikası CPM-də təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (CPM-in 91.5.2, 91.5.3, 91.5.18, 91.5.20-91.5.23-cü və s. maddələri). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında vurğulanır ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq; şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək; hər hansı prosessual tələbi irəli sürmək və s. Həmin qərarda qeyd olunmuşdur ki, şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə sənədlərlə tanış olması üçün daha səmərəli yardımı onun vəkili (müdafiəçisi) göstərə bilər. Cinayət prosesində iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü dövlət dilini mükəmməl bilərək müdafiə tərəfinin marağından çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət prosesini həyata keçirən orqan şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsi ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin etməlidir. Cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən həm təqsirləndirilən şəxs , həm də müdafiəçi tərəfindən verilmiş ərizələr əsas götürülərək təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan cinayət işi materialları ilə tanış edilmiş, latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən şəxslərin cinayət təqibi üzrə materiallarla tanış ola bilməsi üçün cinayət prosesində mütəxəssisin iştirakının təmin edilməsi təcrübəsi formalaşmasına baxmayaraq təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olarkən mövcud təcrübəyə uyğun olaraq mütəxəssisin iştirakını təmin etməmişdir. Məhkəmə bütün bunları təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirir, bu isə öz növbəsində CPM-nin 303.3.1-ci maddəsində qeyd olunmuş pozuntunu yaradır.Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında CPM-in normalarının digər pozulması hallarına da yol verilmişdir. Belə ki, 21 yanvar 2025-ci il tarixdə tərtib olunmuş ittiham aktının nəticəvi hissəsində “Belə ki, o, 2024-cü ilin may ayından istintaqla müəyyən edilməyən edilməyən mənbdən əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı Lənkəran rayonu Sərinbulaq kəndində yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq əkib, onlardan bitən 22 (iyirmi iki) ədəd olub külli miqdar təşkil edən əkilib becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinə həmin vaxtdan etibarən qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərərək, mütəmadi suvarıb və diblərini yumuşaldıb yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və əkib yetişdirdiyi tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkilərinin yarpaqlarından 2024-cü ilin sentyabr ayının ortalarından başlayaraq dərib qurudmaqla, yaşadığı, Lənkəran rayonu Sərinbulaq kəndində yerləşən evin həyətyanı sahəsində kustar üsulla satış məqsədilə qanunsuz olaraq ayrı-ayrılıqda 145,435 qram və 990,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1135,435 qram çətənə bitkisinin (yarpaq, gövdə, budaq və s) çəkisi 155,0 qram hissələri ilə birlikdə isə təmiz çəkisi 1290, 435 qram olub külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib onun 145,435 qram hissəsini əkdiyi çətənə (kannabis) bitkilərinin yanında sellofanda və 990,0 qramının çətənə bitkisinin 155,0 çəkidə olan hissələri ilə birlikdə yaşadığı həmin evin həyətindəki tövlədə sintetik torbada gizlədərək saxlamış...” göstərilmişdir. Cinayət işinin 1-ci cild 51-54-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 01 oktyabr 2024-cü il tarixli 19/680 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs qurudulmuş marixuana...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, təmiz çəkisi: -145,435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs qurudulmuş marixuana...” sözlər və imzalar olan bir ədəd kisədəki, bir ədəd kisə bağlamada təmiz çəkisi: -990,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi sayı 46 ədəd olmaqla, ümumi təmiz çəkisi: -155,0 qram olan kütlə çətənə bitkisinin (yarpaq, gövdə, budaq və sair olmaqla) hissələridir. Tədqiqata təqdim edilmiş ümumilikdə iki bükülü olmaqla, ümumi təmiz çəkisi: -1135,435 qram olan marixuanalar orqanoleptik əlamətllərinə görə bir-birindən fərqlidirlər. Məhkəmə Ekspertizası X6 Bölməsinin 01 oktyabr 2024-cü il tarixli 19/680 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq ekspert ümumi sayı 46 ədəd olmaqla ümumi təmiz çəkisi: -155,0 qram olan kütlənin çətənə bitkisinin (yarpaq, gövdə, budaq və sair olmaqla) hissələri olduğunu, qurudulmuş marixuananın ümumi təmiz çəkisinin 1135,435 qram olduğunu qeyd edir. İttiham aktının nəticə hissəsində müstəntiq tərəfindən ümumi təmiz çəkisi: -155,0 qram olan kütlənin çətənə bitkisinin (yarpaq, gövdə, budaq və sair olmaqla) hissələri olduğu qeyd olunsa da, ardınca məlum olmayan səbəbdən 155,0 qram təşkil edən çətənə bitkisinin hissələrini təmiz çəkisi 1135,435 qram olan qurudulmuş marixuananın həcminə daxil edilərək Təqsirləndirilən şəxs həyətyanı sahəsində aşkar edilmiş qurudulmuş marixuananın 1290,435 qram olması qeyd olunur. Eyni vəziyyət cinayət işinin 61-63-cü vərəqlərində olan 02 oktyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda da müəyyən olunur. Bu isə ittiham aktının nəticəvi hissəsində ziddiyyətin yaranmasına, verilmiş ittihamın məzmununun aydın olmamasına gətirib çıxarır. Həmin hal təqsirləndirilən şəxsə verilmiş ittihamın təsvirinə birbaşa təsir edən xüsusat kimi nəzərdən keçirilməlidir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. xx.xx.2025-ci il tarixdə Lənkəran şəhər-rayon Polis şöbəsinin müstəntiqi Qüdrət Axundov tərəfindən tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində “Bununla da, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir” göstərilmişdir. X1 olması, Təqsirləndirilən şəxs verilmiş ittihamla hansı əlaqəsinin olması nə cinayət işinin materiallarından nə də ittiham aktının məzmunundan aydın deyil. Bundan başqa cinayət işinin 1-ci cild 8 və 9-cu vərəqlərində Lənkəran ŞRPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanlanmış raportlar birəbir eyni məzmun təşkil etməklə özündə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:54-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması barədə məlumatı, onun barəsində daxil olmuş məlumatların yoxlanılması məqsədilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsindən ötrü müvafiq göstəriş verilməsinə dair müraciəti əks etdirir. 8-ci vərəqdə olan raport xx.xx.2024cü il tarixdə 9-cu vərəqdə olan eyniməzmunlu raport isə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 4-cü vərəqində “əməliyyat qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli Lənkəran ŞRPŞ-nin rəisinin əmri, eləcə də həmin cildin 7-ci vərəqində “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar olsa da, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması, əməliyyat məlumatının məzmununun nədən ibarət olması barədə raport cinayət işinin materiallarında yoxdur. Qeyd olunan hər iki raportun məzmunu eləcə də, cinayət işinin 11-12-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi” protokolunun məzmununu qarşılıqlı təhlil etdikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin onun polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həyata keçirilməsi və ya Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin gedişində saxlanılmasını müəyyən etmək olmur, qeyd olunan ziddiyyət ibtidai istintaq zamanı aradan qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli “tutulma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, ona CPM-də göstərilmiş hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yəni, şübhəli şəxs qismində tutulduqdan 2 (iki) gün sonra dindirilmişdir. Məhkəmə onu da qeyd edir ki, CPM-nin həmin tələbi şəxsin məhz şübhəli şəxs qismində dindirilməsini ehtiva edir, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli izahat şəxsin şübhəli şəxs qismində dindirilməsi hesab edilə bilməz. Bundan başqa təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd (şəxsiyyət vəsiqəsi, pasport) işə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-nin 155.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27 oktyabr 2000-ci il tarixdə 2130 nömrə ilə dövlət qeydiyyatına alınmış “İstintaq hərəkətləri protokollarının qeydi Qaydası”na əsasən istintaq hərəkətləri protokolları xüsusi olaraq hazırlanmış “İstintaq hərəkətləri protokollarının qeydi kitabı”nda, istintaq hərəkətlərini aparan əməkdaşlar tərəfindən qeydə alınır. Kitabda protokolun nömrəsi, məzmunu, tərtibi tarixi, istintaq hərəkətinin aparıldığı yer, vərəqələrin sayı, qeydə alınma tarixi və qeyd rekvizitləri öz əksini tapmalıdır. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq qeydə alınmalıdır. Qeyd kitabının Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun aparılmasına nəzarəti hüquq-mühafizə orqanının rəhbəri və ya onun göstərişi əsasında əməkdaşlardan biri həyata keçirir. İşin təşkilinə görə məsuliyyət bu şəxslərin üzərinə düşür. Amma təhqiqatı və istintaqı aparan şəxslər tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan tələbləri aşkar şəkildə pozulmuş, ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunmalı olan prosessual qərarlar adi vərəqlərlə tərtib olunmaqla onların yuxarı sağ künclərində diyircəkli qələmlə əlyazma şəklində rəqəmlər icra olunmuşdur. Bu vəziyyətdə olan həmin qərarların hər hansı birinin ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunmuş kimi qəbul edilə bilinməsi ciddi ziddiyyət yaradır. Cinayət işinin 1-ci cild 34-cü vərəqində olan “Cinayət prosesində etiraz edilə bilən şəxslərin siyahısının şübhəli şəxsə elan edilməsi haqqında” qərar isə 16 iyul 2024-cü il tarixi ilə, yəni ümumiyyətlə Təqsirləndirilən şəxs saxlanılmasından əvvəlki tarixə qeydiyyatda alınmışdır. Bundan başqa cinayət işinin vərəqləri düzgün nömrələnməmiş, belə ki, cinayət işinin 50-ci vərəqindən sonrakı vərəqlər 56,57,58,59,60 nömrələri ilə qeyd olunmuş ardınca isə nömrələnmə 51,52,53,54 olaraq davam etmiş, bundan sonra isə təkrarən nömrələnmə 61 nömrəsi ilə ardıcıl olaraq davam etmişdir. Beləliklə, məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı sonuncu dəfə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 fevral 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis leytenantı X8 barəsində xüsusi qərar çıxarılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə, yəni 15 aprel 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis leytenantı X8 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar