Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-225/2025 05.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 avqust 1994-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, yəni 4,35 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 noyabr 2024-cü il tarixdə, saat 00:16 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu, Şahağacı kəndindən keçən dəmir yolu xəttinin yanında dayanan zaman saxlanılmış, üzəri yoxlanılan zaman 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 4,35 qram təşkil edən psixotrop maddə olan metamfetamin onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ailəlidir, 7 yaşlı bir övladı vardır, Astara rayonu, Şahağacı kəndində yaşayır, balıqçılıqla məşğul olur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Bildirdi ki, 26 noyabr 2024-cü il tarixdə, saat 20:15 radələrində evdən çıxmış və evinin yaxınlığında saxlanılmışdır. Ayın 27-nə keçən gecə, təxminən saat 01:00 radələrində onun iştirakı ilə videoçəkiliş aparılmışdır. Həmin müddət ərzində ona fiziki təsir və təzyiqlər göstərilmiş, bel və qasıq nahiyələrində xəsarətlər əmələ gəlmişdir. Təzyiq altında olduğu üçün narkotik vasitə olan metamfetamini üzərinə götürmək məcburiyyətində qaldığını, əslində ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini, Lənkəran rayonuna getmədiyini və heç kəsdən narkotik vasitə almadığını və satmadığını bildirmişdir.
3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, əvvəllər marixuana (nəşə) istifadə etmiş, başqa heç bir narkotik vasitədən istifadə etməmişdir. 5-6 ay əvvəl Rusiyadan qayıtmış, Rusiyada olarkən də narkotik vasitələrdən istifadə etməmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində evinin yaxınlığında polislər tərəfindən tutulmuşdur. O, çayxanaya getmək məqsədilə evdən çıxmış və dəmir yolunun üstü ilə hərəkət etmişdir. Saxlanılarkən üzərinə baxış keçirilməmiş, polis şöbəsinə aparılarkən yolda, avtomobildə onun üstü yoxlanmışdır. Polis əməkdaşları onu əvvəlcə PPX avtomobilinə mindirərək Kələdəhnə kəndinin ərazisinə aparmış, daha sonra başqa bir avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxsin bildirdiyinə görə, onunla birlikdə 5 nəfər həmin avtomobilə əyləşmişdir. Üzərinə baxış Kələdəhnə kəndində, avtomobilin içində, əlləri qandallı vəziyyətdə aparılmış, üzərinə baxış zamanı heç bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin avtomobildə olarkən fiziki təzyiqlərə məruz qaldığını, konkret olaraq “Həsən” adlı polis əməkdaşının onu bel nahiyəsindən vurduğunu və narkotik vasitəni ona verərək üzərinə götürməsini tələb etdiyini qeyd etmişdir. Lənkəranda və Kürdəxanıdakı müəssisələrdə tibbi müayinədən keçmiş və bel nahiyəsində xəsarətlər qeydə alınmışdır. Həmin gün istifadə etdiyi mobil nömrə ***-***-**-** olmuş və o gün heç kəsdən zəng qəbul etməmişdir. Müdafiəçinin suallarını cavablandırarkən o, qeyd etmişdir ki, saxlanılarkən 8-9 nəfər polis əməkdaşı olmuşdur. Sonuncu dəfə 2024-cü ilin noyabr ayının əvvəllərində Lənkərana getdiyini bildirmişdir. Həmin gün saat 21:00-dan gecə saat 01:00-a qədər avtomobilin içində oturaraq gözləmişdir. Belə ki, “Həsən” adlı polis əməkdaşı onu döymüş və cibinə narkotik vasitə yerləşdirmişdir.
4. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 49-51 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 62-65) göstərmişdir ki, 1994-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, evlidir, 1 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 aydır ki, psixotrop maddə olan metamfetamindən çəkmə üsulu ilə istifadə etmiş, saxlanılmamışdan təxminən 1 həftə əvvəl Lənkəran şəhər ərazisində yerləşən “Böyük Bazar” adlanan yerdən, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat müqabilində psixotrop maddə olan metamfetamin almış, o gündən saxlanılan günə kimi həmin psixotrop maddədən təxminən 2-3 dəfə istifadə etmiş, 27 noyabr 2024-cü il tarixdə, saat 00:16 radələrində Şahağacı kəndi ərazisindən keçən dəmir yolu xəttinin yanında olan zaman anidən yanında avtomobil dayanmış, avtomobili gördükdə üzərində olan bükümə görə narahatçılıq hissi keçirtmiş, qaçmağa başlamış, lakin avtomobilin içərisindən düşən mülki geyimli şəxslər qaçaraq dərhal ona yaxınlaşıb saxlamış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər, polislər ona üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşyanın və ya predmetin olması halında təqdim etməsini təklif etmişlər, həmin təklifdən sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf sellofon bükümdəki metamfetamini təqdim etmiş, onun üzərində aşkar olunan bükümün “patı” olduğunu bildirmiş, sonra üzərində axtarış keçirilmiş, əynində olan şalvarının sağ yan cibindən “Redmi” markalı mobil telefon, sol yan cibindən isə 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar edilmiş, başqa da heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunan büküm elektron tərəzidə çəkilmiş, çəkisinin təxminən 4 qramdan çox olması müəyyən edilmiş, boş zərfdə qablaşdırılmış, möhürlənmiş, imzalar çəkilmişdir. Onunla aparılan şifahi sorğu zamanı kütləni Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını, heç kəsə satmadığını və vermədiyini, başqa yerdə də narkotik vasitəsinin və ya psixotrop maddəsinin olmadığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. O, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, daha sonra isə müdafiəçisinin iştirakı ilə üzərində aşkar edilən bükümə baxış keçirilmiş, büküm zərfdən çıxarılmış, elektron tərəzidə çəkilmiş, çəkisinin yenə 4 qramdan çox olması müəyyən edildikdən sonra 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, orada əynində olan şalvarının sağ yan cibindən mobil telefon aşkar edilmiş, başqa üzərində qanunsuz heç bir əşya aşkar edilməmişdir. Onunla yenidən şifahi sorğu aparılarkən metamfetamini yuxarıda qeyd etdiyi formada haradan və hansı qiymətə aldığını bildirmiş, üzərində aşkar olunan mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, yekunda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və iştirak edən digər şəxslər protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan psixotrop maddə olan metamfetamini saxlanılmamışdan təxminən 1 həftə əvvəl Lənkəran şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat müqabilində almışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, ümumiyyətlə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üstü yoxlanılan zaman aşkar edilmiş psixotrop maddəni Lənkəran şəhərindən istifadə etmək məqsədi ilə almışdır. Ona qarşı hansısa qeyri-qanuni hərəkətlər edilməmişdir, heç kəs ona zor tətbiq etməmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur.
6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 noyabr 2024-cü il tarixdə Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla dərhal şöbə rəisinə məruzə edilmişdir. Şöbə rəisinin göstərişi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. 27 noyabr 2024-cü il tarixdə, saat 00:16-da əməliyyat qrupu ilə birlikdə Şahağacı kəndində dəmir yol xəttinin yanında olarkən Təqsirləndirilən şəxs yol kənarında dayandığını görmüş, avtomobili saxladıqları zaman o, qaçmağa başlamışdır. Əməliyyat qrupunun əməkdaşları arxasınca qaçaraq onu saxlamış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya narkotik vasitənin olub-olmadığı soruşulduqda, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən psixotrop maddə olan metamfetaminin olduğunu bildirib, kütləni çıxararaq təqdim etmişdir. Həmin kütlə sıfırlanmış elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuşdur. Şalvarının cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan aşkar edilmiş, digər hər hansı bir əşya tapılmamışdır. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğuda o, aşkar edilən maddəni təxminən 1 həftə əvvəl Lənkəran rayonunda tanımadığı şəxsdən aldığını və üzərində saxlamaq məqsədilə daşıdığını bildirmişdir. Daha sonra o, Astara RPŞ-yə aparılmış və iş şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuşdur. Ona verilən sualları cavablandırarkən şahid bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən narkotik istifadəçisi kimi tanıyırdı. Onun evinin yaxınlığında saxlanıldığını, tərəflərindən heç bir təzyiq göstərilmədiyini, saxlanıldıqdan sonra müdafiəçinin dəvət olunduğunu bildirmişdir. Şəxs barəsində təqib və izləmə tədbirlərinin keçirilmədiyini, yalnız əməliyyat məlumatı əsasında hərəkət edildiyini demiş, hadisə zamanı əməliyyat tədbirində dörd polis əməkdaşının iştirak etdiyini bildirmişdir. Tədbirin əvvəldən videoçəkilişlə aparıldığını, saxlanmanın dəmir yolu xəttinin yaxınlığında baş verdiyini, İslamovun cibinə hər hansı narkotik vasitə yerləşdirilməsi halının olmadığını qeyd etmişdir. Həmçinin, şahid əgər təqsirləndirilənə qarşı hər hansı qanunsuz hərəkətlər olsaydı, o, ilkin məhkəmə iclasında, yəni həbs qətimkan tədbiri seçilən zaman bunu bildirə biləcəyini qeyd etmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 noyabr 2024-cü il tarixində Astara rayonu, Şahağacı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə 27 noyabr 2024-cü il tarixdə, saat 00:16-da Şahağacı kəndindəki dəmir yol xəttinin yanında xidmət apararkən Təqsirləndirilən şəxs yolun kənarında, divarın arxa hissəsində dayandığını görmüşlər. Avtomobil onun yanında saxlanıldıqda, İslamov qaçmağa başlamış, arxasınca gedilərək saxlanılmış və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və psixotrop maddənin olubolmaması soruşulmuşdur. Sonuncu əynindəki qara rəngli gödəkcənin sağ yan cibində metamfetamin olduğunu bildirmiş və həmin kütləni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi kütlə elektron tərəzində çəkilmişdir. Həmçinin, üzərinə baxış zamanı şalvarının sağ cibindən “Redmi” markalı mobil telefon, sol cibindən bir ədəd siqaret qutusu və bir ədəd alışqan aşkar edilmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxsin təqdim etdiyi kütlənin çəkisi 4 qramdan artıq olmuş və sıfırlanmış tərəzi ilə çəkilmişdir. Həmçinin, əməliyyat zamanı İslamova qarşı heç bir fiziki güc, təzyiq və ya təsir göstərilməmişdir. O, ayın 26-dan 27-nə keçən gecə, Şahağacı kəndində, dəmir yolunun yaxınlığında saxlanılmışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Astara Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 26 noyabr 2024-cü il tarixdə Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş, bu məlumat dərhal raportla şöbə rəisinə məruzə edilmiş və həmin məlumat əsasında qəbul olunmuş qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. 27 noyabr 2024-cü il tarixdə, saat 00:16-da əməliyyat qrupu ilə birlikdə Şahağacı kəndindəki dəmir yol xəttinin yaxınlığında xidmət apararkən Təqsirləndirilən şəxs yol kənarında dayandığını görmüş, avtomobili onun yanında saxlamışlar. Şöhrətdin qaçmaq istəmiş, lakin dərhal saxlanılmışdır. Saxlanılma videoçəkilişlə aparılmış və Təqsirləndirilən şəxs üzərində olan kütləni öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra o, əməliyyat qrupu ilə birlikdə Astara RPŞ-yə aparılmış və materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuşdur. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki güc, təzyiq və ya təsir göstərilməmişdir. O, qaçmaq istədiyi anda saxlanılmışdır. Saxlanma 26-dan 27-nə keçən gecə Şahağacı kəndində, dəmir yolunun yaxınlığında baş vermiş və tədbirə videoçəkilişlə başlanılmışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Müğabil oğlu ifadəsində bildirmişdir ki, o, Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 noyabr 2024-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və 27 noyabr 2024-cü il tarixdə, saat 00:16-da əməliyyat tədbirləri həyata keçirilmişdir. Əməliyyat qrupu ilə birlikdə Şahağacı kəndindəki dəmir yol xəttinin yaxınlığında olarkən Təqsirləndirilən şəxs yol kənarında dayandığını görüblər. Avtomobil onun yanında saxlanıldıqda Şöhrətdin qaçmağa cəhd göstərmiş, lakin dərhal yaxalanmışdır. Videoçəkiliş aparılmaqla ona üzərində qanunsuz əşya və ya psixotrop maddənin olub-olmaması barədə sual verilmiş, o da gödəkcəsinin sağ cibindən psixotrop maddə olan metamfetamin olduğunu bildirərək kütləni çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki güc, təzyiq və ya təsir göstərilməmişdir. Saxlanılma zamanı videoçəkiliş aparılmış, əməliyyatda 4 nəfər polis əməkdaşı iştirak etmişdir. Şahid həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxs qaçmaq istəsə də, müqavimət göstərməmişdir. Maddə onun üst geyiminin cibindən çıxmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra istifadəçi olduğunu və metamfetamini bir həftə əvvəl Lənkəran şəhərində tanımadığı bir şəxsdən aldığını bildirmişdir.
13. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs bildirmişdir ki, qonşusu Abuzər onun saxlanıldığını görmüş, dəniz kənarından dəmir yoluna çıxarkən ona rast gəlmişdir. Ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, qonşusu Şahağacı kəndində yaşayan X8r, hətta saxlanılarkən qonşusu Abuzərdən evlərinə xəbər verməsini xahiş etmişdir. Müdafiə tərəfinin verdiyi vəsatət əsasında əlavə şahid qismində dəvət edilmiş X12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Şöhrətdinin tutulmasını kənddə olarkən, mağazada eşitmiş və bu barədə onun anasına məlumat vermişdir. Şahid qeyd etmişdir ki, tutulma anını görməmiş, bu barədə sadəcə eşitmişdir. Onun sonradan eşitdiyinə görə, Şöhrətdin təxminən saat 21:00–22:00 radələrində tutulmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şöhrətdinin polislər tərəfindən tutulduğunu və ya aparıldığını şəxsən görməmişdir, o, tutulma xəbərini kənddə, mağazada eşitmişdir. Təqsirləndirilən şəxsin sualına cavab olaraq şahid Abuzər Əhədov bildirmişdir ki, həmin gün özü içkili vəziyyətdə olub və onu (təqsirləndirilən şəxsi) görməyib.
14. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs bildirmişdir ki, o, tutularkən tək olmamış, qonşusu Şahid5 da onunla birlikdə polis əməkdaşları tərəfindən tutulmuş, onlar birlikdə polis şöbəsinə aparılmışlar, Şahid5 da barəsində hazırda narkotiklə bağlı cinayət işi gedir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid5 hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə Şahid5 əlavə şahid qismində dindirmiş və o, öz ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Şöhrətdini o, Astara RPŞ-nin X14 (MSY) təxminən gecə saat 01:30 radələrində görmüşdür və onunla birlikdə eyni saxlama şəraitində olmuşlar. Ona verilən suallara cavab olaraq Şahid5 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur, münasibətləri yaxşıdır, lakin saxlanıldıqları gün bir yerdə tutulmamış, Şöhrətdin onun yanında olmamışdır. Şahid5 özünün saat 19:00 radələrində saxlanıldığını, təxminən 4–5 saat yolda olduğunu, sonra isə Astara rayonuna gətirildiyini və MSY-yə salındığını bildirmişdir. Şahid qeyd etmişdir ki, 26 noyabr tarixində Şöhrətdini ümumiyyətlə gün ərzində görməmiş, onunla bir yerdə tutulmamış, yalnız 27-nə keçən gecə, təxminən saat 01:30-dan sonra polis şöbəsində olarkən, Şöhrətdini MSY-də görmüşdür.
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
17. Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlaması, daşıması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 3)
18. «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 26 noyabr 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Əməliyyat İşləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Elnur Heydərli tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5)
19. «Əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminəbənzər kütlə aşkar edilərək götürülmüş, həmin psixotrop maddə metamfetaminəbənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, çəkisinin təxminən 4,49 qram olması müəyyən edilmiş və qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni saxlanılmamışdan 1 həftə əvvəl Lənkəran rayonunda adını bilmədiyi, amma üzdən tanıdığı şəxsdən aldığını, heç kimə satmadığını və vermədiyini bildirmişdir. (c İ, i.v 10-11)
20. Həmçinin, əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı cinayət prosesi tərəflərinin iştirakı ilə baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 19-cu bəndində tədqiq edilən protokolda qeyd edilənlərin DVD diskdə olan videogörüntülər ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c İ, i.v 12)
21. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 15)
22. «Şübhəli şəxsə vəkilin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 22-29)
23. 27 noyabr 2024-cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» protokoldan görünür ki, 27 noyabr 2024-cü il tarixdə saat 01:50-dən saat 02:02-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli gödəkсənin sağ yan cibindən aşkar edilərək götürülmüş, içərisində psixotrop maddə metemfetaminəbənzər kütlə olan 01 ədəd zərf açılmış, bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləyə baxış keçirilmiş, həmin büküm elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 4,5 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi zərurətindən qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Redmi” markalı mobil telefon cihazı da aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilə şifahi sorğu zamanı, o, üstü yoxlanılarkən bildirdiyi məlumatları təkrar olaraq bir daha təsdiqləmişdir. (c İ, i.v 31-33)
24. Həmçinin, əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 23-cü bəndində tədqiq edilən protokolda qeyd edilənlərin DVD diskdə olan videogörüntülər ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c İ, i.v 34)
25. Məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2024-cü il tarixli, 19/747 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə......” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -4,35 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 42)
26. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. (c İ, i.v 41)
27. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (c İ, i.v 53-54)
28. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-84/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, qapalı məhkəmə iclasında törətdiyi əməli səmimi etiraf edərək narkotik vasitə hesab edilən metamfetamindən 15-20 gün müddətdir ki, istifadə etdiyini, həmin narkotik vasitəni Lənkəran rayonunda tanımadığı şəxsdən 50 manata aldığını qeyd etmişdir. (c İ, i.v 75-78)
29. «Mobil telefona baxış keçirilməsi haqqında» 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş mobil telefona baxış keçirilmiş və həmin mobil telefondan iş üzrə sübut əhəmiyyətinə malik olacaq hər hansısa bir dəlil aşkar edilməmişdir. (c İ, i.v 79)
30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 29 noyabr 2024-cü il tarixli, 814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda absitiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 92)
31. «Canlı şəxsin məhkəmə-tibbi ekspertizası»nın xx.xx.2024-cü il tarixli, 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində-bel nahiyəsində-sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, həmin xəsarətlər Təqsirləndirilən şəxs özünün göstərdiyi şəraitdə əmələ gələ bilərdi, xəsarətlərin yaranması müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. (c İ, i.v 94-95)
32. «Maddi sübut kimi tanınma haqqında» 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi külli miqdarda – 4,35 qram psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4,25 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır və saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 99-100)
33. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(c İ, i.v 106)
34. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından verilmiş 05 dekabr 2024-cü il tarixli, 4671 №-li arayışdan görünür ki, İslamov X6 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil.(c İ, i.v 109)
35. Astara rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 dekabr 2024-cü il tarixli, 899 nömrəli arayışdan görünür ki, İslamov X1 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə daimi qeydiyyatdadır, ailəsi arvadı X13, oğlu X5 (xx.xx.2017-ci il təvəllüdlü) və anası X4 ibarətdir. (c İ, i.v 115)
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasının xx.xx.2024-cü il tarixdə Astara Rayon Prokurorluğuna daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:15 radələrində Bakı İstintaq Təcridxanasında müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun bel nahiyəsində sıyrılmış qərtməkli yara xəsarəti aşkar olunmuş, həbs edilmiş şəxs həmin xəsarəti həbs olunmazdan əvvəl aldığını bildirmişdir. (c İ, i.v 124)
37. «Təqsirləndirilən şəxsi əlavə dindirmə» haqqında 22 yanvar 2025-ci il tarixli protokol və dindirmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Belə ki, əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu heç kəs döyüb xəsarət yetirməmişdir, o, saxlanılmamışdan 5-6 gün əvvəl yaşadığı evin həyətində işləyən zaman yer palçıqlı olduğundan yıxılmış və həmin vaxt beli yerdəki daşa dəymişdir, beli daşa dəyən zaman xəsarət almış və həmin xəsarətlə bağlı da heç kəsdən şikayət və tələbi yoxdur. Həmin protokolun doğruluğu Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir.(c İ, i.v 136-138)
38. «Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 22 yanvar 2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi, bu istiqamətdə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsindən ötrü ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. (c İ, i.v 151-152)
39. Cinayət işinin məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəsinə 01 noyabr 2024-cü il, saat 23:59 tarixindən 30 noyabr 2024-cü il, saat 23:59 tarixinədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin, həmin müddət ərzində ötürücü stansiyalara (anten əhatə dairəsi) dair məlumatların müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilmiş, "xxxx" MMC tərəfindən göndərilən CD disk məhkəmə iclasında elan və tədqiq edilmişdir. Diskdə olan “antena.xlsx” adlı excel fayla baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil nömrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 19:11-də “Astara r-nu,Sahagaci” adlı antenin əhatə dairəsində olmuş, həmin gün başqa məlumat olmamış, növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 11:05-də “Astara rayonu” adlı antenin əhatə dairəsində olmuşdur. Həmçinin, fayla baxış zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə bir qayda olaraq “Astara r-nu,Sahagaci” adlı antenin əhatə dairəsində olur, xx.xx.2024-cü il tarixdə, saat 17:22-dən 17:34-ə qədər “Lenkeran- Shilavar yolu” adlı anten əhatə dairəsində olmuşdur. Bu fakt ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni tutulmazdan 1 həftə öncə Lənkəran rayonundan almasını bildirməsi ilə üst-üstə düşür. Məhkəmədə ona ünvanlanan suallara cavab olaraq, təqsirləndirilən şəxs tutulmazdan 1 həftə əvvəl Lənkəran rayonuna dostu ilə görüşməyə getdiyini bildirmiş, lakin görüşün baş tutmadığını, yəni dostu ilə görüşmədən geri qayıtdığını söyləmiş, hansı dostu ilə görüşməli olması barədə isə tutarlı cavab verməmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
40. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
41. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
42. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
43. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
44. «X11 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi, əsasən, qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
45. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmiş, özü və müdafiəçisi tərəfindən verilmiş vəsatətlərə baxılaraq qanuni qərarlar qəbul edilmiş, sorğular verilmiş, dindirilməsini istədiyi şahidlər məhkəmə iclasına dəvət edilərək, əlavə şahid qismində dindirilmişdir.
46. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
47. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
48. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
49. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
51. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
52. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.
53. Belə ki, şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təsirlərə, təzyiqlərə məruz qalması və xəsarət alması ilə bağlı məhkəmə qeyd edir ki, hazırki hökmün 31-ci bəndində şərh edilən «Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının» xx.xx.2024-cü il tarixli, 381 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərin yaranması müddəti müayinədən 5-7 gün əvvələ (müayinə xx.xx.2024-cü il tarixdə keçirilmiş, Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdə tutulmuşdur) uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. Bundan əlavə, hazırki hökmün 36-cı bəndində şərh edilən Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasından verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:15 radələrində Bakı İstintaq Təcridxanasında müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun bel nahiyyəsində sıyrılmış qərtməkli yara xəsarəti aşkar olunmuş, həbs edilmiş şəxs həmin xəsarəti həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Həmçinin, hazırki hökmün 37-ci bəndində şərh edilən «Təqsirləndirilən şəxsi əlavə dindirmə» haqqında 22 yanvar 2025-ci il tarixli protokol və dindirmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD diskdə olan görüntülərə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu heç kəs döyüb xəsarət yetirməmişdir, o, saxlanılmamışdan 5-6 gün əvvəl yaşadığı evin həyətində işləyən zaman yer palçıqlı olduğundan yıxılmış və həmin vaxt beli yerdəki daşa dəymişdir, beli daşa dəyən zaman xəsarət almış və həmin xəsarətlə bağlı da heç kəsdən şikayət və tələbi yoxdur. Həmin protokolun doğruluğu Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, Astara Rayon Məhkəməsi tərəfindən şəxsin barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, ozünün döyülməsi, fiziki və ya psixi təsirə məruz qalması, ona təzyiqlər edilməsi barədə məhkəməyə heç bir fikir bildirməmişdir. Bu səbəbdən məhkəmə şəxsin döyülməsi, ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, təsir və təzyiq göstərilməsi ilə bağlı dediklərinə tənqidi yanaşaraq, həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir.
54. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi digər dəlil isə onun ittiham aktında göstərilən vaxtdan daha əvvəl saxlandığı, çəkilişin sonradan çəkilməsi ilə bağlı dedikləri ilə bağlı məhkəmə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdi ki, onu polis əməkdaşları saat 20:30 radələrində saxlayıblar və həmin vaxt qonşusu Abuzər Əhədovu görüb, ondan evinə gedib onun tutulduğunu ailəsinə bildirməsini xahiş edib. Lakin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X12 bu ifadəni təkzib edərək, həmin vaxt təqsirləndirilən şəxsi görmədiyini və onun tutulduğunu yalnız sonradan kənddə, mağazada eşitdiyini bildirdi (bax: hökmün 13-cü bəndi).
55. Bundan əlavə, məhkəmə iclasının gedişində təqsirləndirilən şəxs bildirdi ki, o, 20:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən tək olmayıb və qonşusu Nicat da onunla birlikdə tutulub. Lakin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 bu iddianı təkzib edərək, həmin vaxt Şöhrətdinlə birlikdə olmadığını, birgə saxlanmadıqlarını, özünün axşam saat 19:00 radələrində tutulduğunu və xx.xx.2024cü il tarixində gün ərzində Şöhrətdini ümumiyyətlə görmədiyini, onunla yalnız 27-nə keçən gecə, saat təxminən 01:30 radələrində MSY-də qarşılaşdıqlarını məhkəməyə bildirdi (bax: hökmün 14-cü bəndi). Təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə irəli sürdüyü bu iddia da təsdiqini tapmadığından, məhkəmə onun verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq, həmin ifadələrin işin faktiki halları ilə uyğunluq təşkil etmədiyi və sübutlarla təsdiqlənmədiyi qənaətinə gəlmiş, bu səbəbdən həmin izahatları təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirmişdir.
56. Bununla da, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü qeyd edilən mülahizələr, yuxarıda göstərilən sübutlarla, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunduğundan, təqsirləndirilən şəxsin özünü CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilməməsi, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, iş materiallarında göstərilən vaxtdan bir neçə saat əvvəl saxlanılması, polis əməkdaşları tərəfindən tutularkən ona fiziki zor tətbiq olunması, xəsarət alması, hədə qorxular nəticəsində həmin narkotiki qəbul etməsi ilə bağlı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşır, bu ifadələri onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini məhkəmə istintaqında tədqiq edilmiş dəlil və sübutlara əsasən tam sübuta yetirilmiş hesab edir.
57. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında ətraflı şəkildə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.
58. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir.
59. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
60. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
61. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
62. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq metamfetamin külli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
64. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
65. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
66. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri).
67. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
68. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
69. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
70. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
71. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
72. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
73. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
74. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığından ona müalicə təyin edilməməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır.
75. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi külli miqdarda – 4,35 qram maddə psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4,25 qramı məhv edilməlidir.
76. “Əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında», «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında», «Təqsirləndirilən şəxsi dindirmə» və «Təqsirləndirilən şəxsi əlavə dindirmə» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin videogörüntülərinin köçürüldüyü 04 (dörd) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 05 (beş) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
77. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
78. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (X3 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
79. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
80. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
81. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
82. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 4 mart 2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin ərazi narkoloji kabinetində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ilkin çəkisi 4,35 qram olan, ekspert tədqiqatından sonra 4,25 qram qalıq qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 05 (beş) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva