Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-226/2023 11.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1990-cı ildə Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı Kürdəmir rayonu Yeni Şıxımlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gəlib sonuncuya bir neçə il bundan əvvəl 200 manat pul verdiyini iddia edərək Zərərçəkmiş şəxs2 əvvəllər bir neçə dəfə onunla cinsi əlaqəyə girmək təklifindən imtina etdiyinə görə sonuncudan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxarmış, həmin bıçağı qəsdən Bibixanıım Alıyevaya göstərib hədənin icra ediləcəyi üçün real əsas yaradaraq “bu bıçağı sənin üçün almışam, bu bıçaqla sənin başını kəsəcəm” sözlərini deməklə sonuncunu öldürməklə hədələmişdir. Bundan başqa o, təkrarən 27 sentyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gəlib sonuncuya bir neçə il bundan əvvəl 200 manat pul verdiyini iddia edərək Zərərçəkmiş şəxs2 əvvəllər bir neçə dəfə onunla cinsi əlaqəyə girmək təklifindən imtina etdiyinə görə sonuncudan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxarmış, həmin bıçağı qəsdən Zərərçəkmiş şəxs2 göstərib hədənin icra ediləcəyi üçün real əsas yaradaraq “qaçma, bura gəl, öldürəcəm səni” sözlərini deyərək sonuncunu təkrarən öldürməklə hədələmişdir. Bundan başqa o, 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Kürdəmir rayonu Yeni Şıxımlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısındakı torpaq yolda, mütəmadi olaraq sonuncunun arvadı Zərərçəkmiş şəxs2 onunla cinsi əlaqədə olmağı təklif etməsi və Zərərçəkmiş şəxs2 öldürməklə hədələməsi barədə Zərərçəkmiş şəxs1 ona haqlı iradını bildirdikdən sonra, öz şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyub insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarına zidd hərəkətlərə yol verərək ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə “əcəb etmişəm, yenə edəcəm” deyə bildirərək Zərərçəkmiş şəxs1 əsaslı səbəb olmadan münaqişəyə cəlb etmiş, bundan sonra sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü üzərində gəzdirdiyi, soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçağını şalvarının sağ cibindən çıxartdıqda Zərərçəkmiş şəxs1 onun bıçaq olan qolundan tutub dartdığına görə yerə yıxılmış, həmin vaxt üzərinə yıxılan Zərərçəkmiş şəxs1 həyatı üçün mühüm orqanların yerləşdiyi döş qəfəsinə və qarın nahiyəsinə bıçağın kəsici-deşici hissəsi ilə qəsdən 2 dəfə zərbə vurmaqla ona döş qəfəsinin dəlib keçməyən yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, qara ciyərin zədələnməsi ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin onun köməyinə gəlmiş ətrafdakı şəxslər tərəfindən Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılmaqla həkimlərin göstərdiyi zəruri tibbi yardımlar nəticəsində həyatı xilas edildiyinə görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun arvadı Bibixanım həmkəndliləridir, Bibiş kimi çağırdıqları Bibixanım onun uzaq qohumudur. Onları 10 ildən çoxdur ki, tanıyır. Tərlan və Bibixanımla əvvəllər aralarında hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Tərlan Bakı şəhərində işlədiyinə görə evə, yəni kəndə bir neçə aydan bir gəlib-getmişdir. Hadisədən bir müddət əvvəl oğlu Səlim Tərlanın həyətində qumu dağıtdığına görə Bibixanım Səlimə nalayiq ifadələr işlətmiş, bundan sonra onlara qarşı acıqlı olmuşdur. Hadisə baş verən günü, yəni 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində oğlu Səlimlə çörək almağa gedərkən Tərlangilin evlərinin yaxınlığından keçəndə Tərlan arxadan ona yapışaraq sürüyə-sürüyə evlərinin yaxınlığına gətirmişdir. Orada Tərlanın yaxın qohumları da olmuş, həm Tərlan, həm də Tərlanın yaxınları tərəfindən döyülmüşdür. Onların əlindən qurtulmaq üçün yerdə uzanıqlı vəziyyətdə olarkən cibində gəzdirdiyi bıçağı çıxarıb Tərlanın qarnından və döşündən bıçaqla vurmuşdur. Tərlanı vurduqdan sonra hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Tərlanı öldürmək məqsədi olmamışdır. Bibixanımla cinsi əlaqədə olmaq üçün ona pul verməmiş, aralarında ümumiyyətlə bu barədə söz-söhbət olmamış, Bibixanımı heç vaxt öldürməklə hədələməmişdir. Psixi problemləri olduğu üçün istintaq zamanı Bibixanım barəsində böhtan xarakterli ifadələr vermişdir. Törətdiyi əməldən peşmandır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində göstərmişdir ki, həmkəndlisi Bibixanımı çoxdan tanıyır, onun əri Tərlan Bakı şəhərində işlədyi üçün çox vaxtı evdə olmamış, subay olarkən həmin müddətdə Bibixanım onun mobil telefonundan istifadə edərək valideyinləri ilə danışmış, Bibaxanımla ünsiyyətdə olarkən onunla yaxın münasibətdə olmaq istədiyini bildirmişdir. Baş vermiş hadisədən təxminən 6-7 il əvvəl Bibixanıma cinsi əlaqədə olmaq istədiyini demiş, Bibixanım da ondan 200 manat pul istəmiş, 200 manatı Bibişə vermiş, lakin o, vaxtı uzadaraq hər dəfə onu müxtəlif bəhanələrlə yola vermişdir. O, da hər dəfə kənddə Bibişi gördükdə onunla cinsi əlaqədə olmasını istədiyini demişdir. Bibişin əri Tərlanın və qohumlarının bu söhbəti bildikdən sonra Tərlan hər dəfə onu kənddə görəndə arvadından əl çəkməyini, əks halda onun üçün pis olacağını demişdir. Sonuncu dəfə 26 sentyabr 2022-ci il tarixdə və 27 sentyabr 2022-ci il tarixdə Bibişi kənddə gördüyü vaxt ona cinsi əlaqədə olmasını təklif etmiş, Bibiş isə onunla cinsi əlaqədə olmayacağını demişdir. Bibişə verdiyi 200 manata heyfi gəldiyi üçün ondan əl çəkməmişdir. Buna görə Bibişi nə vaxt küçədə görsə ona yaxınlaşaraq cinsi əlaqədə olmaq istədiyini demişdir. Bibişin əri Tərlanın və qohumlarının bu söhbətdən xəbərləri olduqdan sonra Tərlan hər dəfə onu kənddə görəndə arvadından əl çəkməyini, əks halda onun üçün pis olacağını demişdir. Hətta buna görə Tərlanla bir neçə dəfə mübahisəsi də düşmüşdür. Sonuncu dəfə 26 sentyabr 2022-ci il tarixdə və 27 sentyabr 2022-ci il tarixdə Bibişi kənddə gördüyü vaxt ona cinsi əlaqədə olmasını təklif etmiş, Bibiş isə onunla razılaşmamışdır. Bibiş və əri bu barədə polisə də şikayət etmişlər. Dəfələrlə aralarında mübahisə olduğu üçün Tərlanın və qohumlarının ona nəsə edəcəklərindən qorxub son günlər üzərində bıçaq gəzdirmişdir. 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində oğlu Səlimlə birlikdə yaşadığı evdən çıxıb marketə yollanmış, Tərlangilin evlərinin yaxınlığından keçəndə Tərlan arxadan ona yapışaraq sürüyə-sürüyə evlərinin yaxınlığına gətirmiş, orada Tərlanın anası Təhminə, qayınatası Mirzəcan, qayınanası Pərvanə və baldızı Gülqız onu döymüşlər, əl-qolunu iplə bağlamışlar. Həmin vaxt o, yerdə uzanıqlı vəziyyətdə olarkən özünü onların əlindən qurtarmaq üçün üzərində olan bıçağı çıxarıb aşağıdan yuxarı Tərlana iki zərbə vurmuş, bıçaq Tərlanın qarnına dəymiş, sonra onların əlindən çıxıb qaçmış, bıçağı da oraya atmışdır. Kənarda durub polis əməkdaşlarının hadisə yerinə gəlməyini gözləmişdir. Bıçaqla Tərlana zərbələr vurarkən sağ əlindən xəsarət almışdır. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlara təslim olmuşdur. Tərlana bıçaq zərbələri vurmaqda məqsədi özünü onun əlindən qurtarmaq olmuşdur. Tərlanı öldürmək niyyəti olmamışdır. Bibişlə arasında olan sözsöhbətlərə görə Tərlan və qohumları ondan intiqam almaq istəmişlər. Onların nəsə etməklərindən qorxduğu üçün özünü qorumaq məqsədilə üzərində bıçaq gəzdirməyə başlamışdır. Hadisə baş verən zamanı səs-küyə kənd camaatı yığışmışdır. Bibixanımın ifadəsində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. 26 sentyabr və 27 sentyabr 2022-ci il tarixlərdə səhər saatlarında Bibixanımın yaşadığı həyətin qarşısına gedərək onu çağırıb əvvəllər onunla cinsi əlaqədə olmaq təkliflərindən hansı səbəbdən imtina etməsi barədə soruşsa da, Bibixanımı öldürməklə hədələməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə özünün məhkəmədə və ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Novruzu bir həmkəndlisi kimi çoxdan tanıyır. Özü Bakı şəhərində işlədiyi üçün çox vaxtı evdə olmur. Novruz hər dəfə onun arvadına sataşaraq camaat arasında şayə yaymışdır ki, guya bir müddət əvvəl arvadı Bibixanım ondan cinsi əlaqədə olmaq üçün 200 manat pul istəmiş, Novruz da həmin pulu Bibixanıma vermişdir. Hətta Novruz bir dəfə arvadı Bibixanım kənddə olan bulaqdan su doldurarkən mobil telefonla şəklini çəkmişdir. Bu barədə Novruzun arvadı da bilmişdir. Novruz hər dəfə arvadı Bibixanımı küçədə görəndə ona yaxınlaşıb cinsi əlaqədə olmağı təklif etmiş, lakin hər dəfə də rədd cavabı aldıqda nalayiq sözlərlə arvadını təhqir etmişdir. Bununla bağlı dəfələrlə Novruzla söhbəti olmuş, ona belə hərəkətlərə son qoymağı demiş, lakin Novruz onun sözlərinə məhəl qoymamış və arvadına nalayiq təkliflər və təhqir etməyi davam etmişdir. 26 sentyabr 2022-ci il tarixdə Bakıda olarkən Novruz arvadı Bibixanımı bıçaqla öldürməklə hədələmiş, arvadı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bu barədə arvadı Bibixanım telefonla ona məlumat vermişdir. Həmin günün axşamı Bakıdan kəndə qayıtmış, 27 sentyabr 2022-ci il tarixdə səhər saat 4 radələrində Bakı şəhərinə işə getmişdir. Həmin günü səhər saat 10 radələrində arvadı ona zəng edərək Novruzun yenə də evlərinə gəlib onu bıçaqla öldürməklə hədələdiyini demişdir. Həmin gün axşam saatlarında kəndə qayıtmış, saat 19 radələrində Novruzu evlərinin yaxınlığında görüb ona hansı səbəbdən arvadının şəkillərini çəkdiyini, onu öldürməklə hədələdiyini, nalayiq söyüşlərə təhqir etdiyini soruşmuş, Novruz isə cavabında əcəb elədyini və yenə də bu hərəkətlərini davam edəcəyini demişdir. Bu sözlərdən sonra Novruz hiddətlənərək cibindən bıçağı çıxardıb onun üstünə gəlmək istədikdə dərhal onun bıçaq olan qolundan tutmuş və əlbəyaxa olmuşlar. Bu zaman Novruz yerə yıxılmış, özü də onun üstünə yıxıldıqda Novruz bıçaqla onun qarnından vurmuş, ikinci zərbəni vurmaq istədikdə özünü arxaya atmış, bu zaman bıçaq onun sinəsindən dəymiş və xəsarət almışdır. Novruzun bıçaqla ona hücum etdiyini görüb qışqırmağa başlamış, Novruz ayağa qalxıb yenə onu bıçaqla vurmaq istədikdə səs-küyə ətrafa cammaatın yığışdığını görüb oradan qaçaraq uzaqlaşmışdır. Səs-küyə toplaşan qaynatası Mirzəcan, qonşusu Vasif və anası Təhminə və baldızı Gülqız onu qaynatasının avtomobilinə mindirərək xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 ifadəsində əlavə olaraq göstərmişdir ki, Novruzu döyməmiş, Novruzun məqsədi onu öldürmək olmuş, lakin səs-küyə camaatın yığışdığını görüb oradan qaçıb getmişdir. Hazırda Novruzdan şikayətçidir, onunla barışmır, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Novruzu uzun müddətdir həmkəndlisi kimi tanıyır. Aralarında hər hansı bir düşmənçilik və ya ədavətləri olmamışdır. Tərlanla evləndikdən sonra Novruz onun haqqında söz söhbət yaymışdır ki, guya bir neçə il əvvəl o, Novruzdan 200 manat pul istəmiş, bunun əvəzində isə Novruzla cinsi əlaqədə olmağa söz vermişdir. Novruzun onun haqqında dedikləri yalandır, aralarında bu barədə söhbət olmamışdır. Lakin, buna baxmayaraq Novruz hər dəfə onu görəndə onunla cinsi əlaqəda olmağı təklif etmiş, onun təklifini rədd etdikdə Novruz onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Hətta bir dəfə kənddəki bulaqdan su doldurarkən Novruz onun şəklini telefona da çəkmişdir. Bu barədə Novruzun arvadına məlumat vermişdir. Novruzun bu əxlaqsız hərəkətlərinə son qoyulması üçün özü və əri tərəfindən dəfələrlə ona deyilmiş, lakin Novruz bu əxlaqsız hərəkətlərini davam etdirmişdir. 26 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evdə olarkən Novruz yaşadığı evin həyətinin giriş qapısına yaxınlaşıb onu uca səslə nalayiq sözlərlə təhqir edərək çölə çağırdığını eşidib evdən çıxmış, həmin vaxt qaynanası Təhminə də yanında olmuşdur. Novruz cibindən bıçağı çıxarıb ona “bu bıçaqla sənin başını kəsəcəm, sən mənimlə cinsi əlaqəda olmadın” deyərək onu nalayiq sözlərlə təhqir etmiş və çıxıb getmişdir. Dərhal DİN-102 xidmətinə məlumat vermişdir. Axşam əri Tərlan Bakıdan kəndə qayıtmış, bu hadisəni ona danışmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 04 radələrində əri yenidən Bakı şəhərinə getmişdir. Həmin gün səhər saat 10 radələrində həyətlərində iş görərkən Novruzun hasardan ona baxdığını görmüş, Novruzun onu öldürəcəyindən qorxub qaçmağa başlamış, Novruz isə “qaçma, bura gəl, öldürəcəm səni” deyərək nalayiq sözlərlə onu təhqir etmişdir. Qaynanası Təhminə DİN-102 xidmətinə zəng edərək məlumat vermiş və polislərin gəldiyini demişdir. Novruz isə bunu eşitdikdə oradan qaçıb getmişdir. Bu hadisə barədə ərinə zəng edərək məlumat vermişdir. Həmin gün axşam saatlarında əri Tərlan Bakıdan qayıtmışdır. Saat 19 radələrində əri Tərlan Novruzu çöldə görmüş və çölə çıxmışdır. Bir müddət sonra evdə olarkən çöldə səs-küy eşitmiş və qayınanası Təhminə ilə çölə çıxmışlar. Onlar çölə çıxdıqda Tərlanı yerdə uzanmış və bıçaqlanmış vəziyyətdə görmüşlər. Tərlan qışqıraraq Novruzun onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt Novruzun əlində bıçaq görmüşdür. Hadisə yerinə qonşusu Vasif, Röyal və atası Mirzəcan gəlib çıxmışlar. Novruz hadisə yerindən qaçıb getmişdir. Bu zaman atası və Röyal Tərlanı maşına mindirib rayon xəstəxanasına aparmışlar. Novruzun cinsi əlaqədə olmaq üçün ona 200 manat pul verməsi barədə dedikləri böhtandır. Novruz uzun müddətdir ki, onun barəsində nalayiq məlumatlar yaymış, son günlərdə isə onu bıçaqla öldürməklə hədələmişdir. Novruz ərini təhqir etmiş və bıçaqla onu öldürmək istəmiş, lakin camaat oraya yığışdığı üçün qaçıb getmişdir. Hadisə vaxtı səs-küyə insanlar yığışsa da, orada kimlərin olmasını xatırlamır. 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Novruzun əl-qolunun bağlanılaraq döyülməsi kimi bir hadisənin şahidi olmamışdır. Hazırda Novruzdan şikayətçidir, onunla barışmır, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində yaşayan qızı Bibixanımın həmkəndlisi Novruz tərəfindən öldürüləcəyi ilə hədələnməsini eşidib 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrinədə arvadı Pərvanə və qızı Gülqızla birlikdə onlara yollanmışlar. Şıxımlı kəndinə çatdıqda qızının evinin yaxınlığında kürəkəni Tərlanın və Novruzun əlbəyaxa olaraq dalaşdıqlarınıgörmüş, maşını bir qədər qabağa verib saxlamış, maşından düşüb onlara yaxınlaşmaq istəyərkən ayağı çirkab suya düşmüş, bu vaxtı Tərlanın qışqıraraq Novruzun onu bıçaqla vurduğunu deməsini eşitmişdir. Ayaqqabısı palçığa batdığı üçün yıxılmış və orada olan Röyal adında şəxs ona köməklik edib qaldırmış, ayaqqabısını geyinib onlara tərəf qaçmış, Novruz bu zaman yerdən qalxıb oradan qaçmaq istəyərkən onu tutmaq istəmiş, lakin tuta bilməmiş, Novruz oradan qaçıb uzaqlaşmışdır. Tərlan ona Novruzun iki dəfə bıçaqla onu vurduğunu, onu öldürmək istədiyini demişdir. Hadisə vaxtı Tərlanın həkməndlisi Vasif də orada olmuşdur. Dərhal kürəkəni Tərlanı maşına mindirib Vasiflə onu xəstəxanaya çatdırmışdır. Hadisə baş verən zaman orada arvadı Pərvanə, qızı Gülqız, Tərlanın anası Təhminə, qonşulardan Vasif və Röyal olmuşlar. Novruzun qızı Bibixanım haqqında nalayiq sözlər deməsi yalandır. Hadisə baş verən gün nə o, nə də ki, ailə üzvləri Pərvanə, qızı Gülqız Novruzu döyməmişlər, onun əl-qolunu bağlamışlar. Novruzun dedikləri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və X1 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs döymədiklərini göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndliləridir. Aralarında heç bir düşmənçilikləri və ədavətləri yoxdur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evdə olarkən çöldə səs-küy, qışqırıq səsləri eşitmiş və dərhal nə olduğunu öyrənmək üçün çölə çıxmışdır. O, çölə çıxdıqda Tərlanın qan içində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Tərlanın səsinə ondan başqa Şahid6 və Tərlanın qayınatası Mirzəcan da onlara tərəf qaçaraq gəlmişlər. Tərlan qışqıraraq Novruz tərəfindən bıçaqlandığını demişdir. Norvuz onları gördükdə oradan qaçıb getmişdir. Bundan sonra onlar Tərlanı Mirzəcanın avtomobilinə mindirib Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Novruzun Tərlanın arvadı Bibixanıma sataşdığını, onunla cinsi əlaqədə olmaq istədiyini, Bibixanıma söz atdığını, Bibixanım və ailə üzvlərini təhqir etdiyini, həmçinin Novruzun əvvəllər Tərlanın həyətindən oğurluq etdiyini və Tərlanı bel ilə vurub xəsarət yetirdiyini eşitmişdir. Hadisənin konkret olaraq hansı səbəbdən baş verməsini bilməsə də, sonradan eşitmişdir ki, Novruz bir neçə vaxtdır ki, Tərlanın arvadı Bibixanıma sataşmış, söz atmışdır. 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində hadisə baş verən vaxtı orada olan Mirzəcanın, onun arvadının və qızının Təqsirləndirilən şəxs əl-qolunu bağlayıb sonuncunu döymələrinin şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində yaşayan yeznəsi Xəzərgildə olarkən çöldə səs-küy eşitmiş və dərhal nə olduğunu öyrənmək üçün çölə çıxmışdır. Çölə çıxdıqda qonşuları Tərlanın və Novruzun mübahisə etdiklərini və əlbəyaxa olduqlarını, həmçinin onlara tərəf gələn Mirzəcanın maşından düşüb su kanalizasiyasına palçığa düşdüyünü görmüş, əvvəlcə Mirzəcana kömək etmiş, sonra Novruzla Tərlanın yanına getmək istəmişdir. Mirzəcana kömək etdiyi vaxt Tərlan oradan qışqıraraq Novruzun onu bıçaqlamasını demişdir. Bunu görərək o, Mirzəcanla birlikdə Novruz və Tərlan tərəfə qaçmışlar. Novruz onların hadisə yerinə gəldiyini görüb oradan qaçmışdır. Bundan sonra Tərlanı Mirzəcanın avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Hadisənin konkret olaraq hansı səbəbdən baş verməsini bilməsə də, eşitmişdir ki, Novruz bir neçə vaxtdır ki, Tərlanın arvadı Bibixanıma sataşmış, ona söz ataraq nalayiq təkliflər etmişdir. Tərlan və qohumlarının Novruzu tutaraq əl-qolunu bağlamalarının və sonuncunu döymələrinin şahidi olmamışdır. Hadisə yerinə 20-25 metr məsafədə marketi var, həmin marketi anası işlədir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tərlan oğlu, Bibixanım isə gəlinidir. Qonşuluqda yaşayan Novruz bir neçə ildir ki, gəlini Bibixanımı kənddə gördükdə ona nalayiq təkliflər edərək sataşmış, Bibixanım isə onun təkliflərini rədd etdikdə onu nalayiq sözlərlə təhqir etmişdir. Novruza bu əxlaqsız hərəkətlərinə son qoyulmasına dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, heç bir nəticə çıxartmamışdır. 26 sentyabr 2022-ci il tarixdə səhər vaxtı Novruz onların yaşadıqla evə yaxınlaşıb səs-küy salaraq uca səslə gəlini Bibixanımı çağırmış, sonra cibindəki bıçağı çıxarıb Bibixanımı hədələyərək “sən mənimlə cinsi əlaqədə olmadın, bu bıçağı sənin üçün almışan, bu bıçaqla sənin başını kəsəcəm” deyərək təhqir etmiş və oradan uzaqlaşmışdır. Səhərisi günü xx.xx.2022-ci il tarixdə saat 10 radələrində həyətdə olarkən qamışlıqda Novruzun gizlənib həyətlərində paltar yuyan gəlininə baxdığını görüb ona “sən burada neyləyirsən” demiş, Novruz isə cavabında “sən gəlməsəydin Bibixanımı öldürəcəkdim” demişdir. Bu barədə telefonla polisə məlumat vermişdir. 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində oğlu Tərlan Bakıdan evə qayıtmış, Novruzu gördükdə çölə çıxmışdır. Özü isə həmin vaxt evdə olmuşdur. Bir neçə dəqiqədən sonra çöldən səs-küy eşitmiş, çölə çıxdıqda Tərlanı yerdə yaralı vəziyyətdə görmüş, Tərlan Novruzun onu bıçaqla vurduğunu demişdir. Hadisə yernə qonşular Vasif, Röyal gəlmiş, Mirzəcan isə Novruzu tutmaq istədikdə o, qaçıb getmişdir. Dərhal Tərlanı qonşuların köməkliyi ilə Mirzəcanın maşınına mindirib xəstəxanaya çatdırmışlar. Hadisə baş verən gün nə o, nə də ki, ailə üzvləri Pərvanə, qızı Gülqız Novruzu döyməmişlər, onun əl-qolunu bağlamışlar. Novruzun dedikləri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Novruz onun əri, Tərlan isə həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə kənddə Tərlanla rastlaşmış, Tərlan ona əri Novruzun onun arvadına qarşı etdiyi əxlaqsız və nalayiq hərəkətlərə son qoymasını demiş və nə üçün Novruzun hərəkətlərinə nəzarət etmədiyini soruşmuşudr. Həmçinin Tərlan ona demişdir ki, Novruz Bibixanımın şəklini telefonuna çəkmiş, həmin şəkilləri silsin. Bundan sonra evə gəlib əri Novruza Bibixanımın şəkillərini telefonundan silməsini demiş, lakin Novruz onun şəkillərini silməmişdir. xx.xx.2022-ci il tarixdə axşam vaxtı evdə olarkən əri Novruz oğlu Səlimlə birlikdə çörək almaq üçün evdən çıxmış, bir neçə dəqiqədən sonra oğlu evə gələrək Novruzun Tərlanı bıçaqladığını demişdir. Dərhal çölə çıxmış və Novruzu gördükdə nə baş verdiyini soruşmuş, Novruz ona Tərlanın qohumları onu boğduqları üçün Tərlanı bıçaqla vurduğunu demişdir. Sonra polislər gəlib ərini şöbəyə apırmışlar. Əvvəllər də bir neçə dəfə ərinin Bibixanıma sataşdığını eşitmişdir. Novruzun Bibixanımı öldürməklə hədələməsindən məlumatı yoxdur. Bibixanım tərəfindən onun uşağı Səlimə qarşı hər hansı bir nalayiq sözlər deyilməmişdir. Məhkəmə istintaqında yetkinlik yaşına çatmamış şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında atası ilə birlikdən evdən çıxıb çörək almağa getmişlər. Tərlangilin evlərinin yanından keçirkən Tərlan atasını çağırıb söhbət etməyə başlamış, özü isə həmin vaxt kənardan dayanmışdır. Birdən onların bir biri ilə mübahisə etdiklərini və söyüş söyərək tutaşdıqlarını görmüş, anasına xəbər vermək üçün evə gedərkən Tərlanın atası tərəfindən bıçaqlandığını eşitmişdir. Bu barədə ansına məlumat verdikdən sonra anası evdən çıxıb getmişdir. Əvvəllər də atası Novruzun qonşuları Tərlanla mübahisə etdiyini görmüşdür. Hadisə baş verən vaxtı Novruzun Tərlan tərəfindən əl-qolunun bağlanmasının və döyülməsinin şahidi olmamışdır.Bibixanım tərəfindən ona qarşı hər hansı bir nalayiq söz deyilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 522 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətləri vardır: qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, qara ciyərin zədələnməsi, döş qəfəsinin dəlib keçməyən yarası. Qeyd olunan xəsarətlər iti uca və iti kənara malik olan alətin (əşyanın) təsirindən törənmişlər. Törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qarın boşluğunu dəlib keçən və qara ciyərin zədələnməsinə səbəb olan yara həyat üçün təhlükəli hal olduğundan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Döş qəfəsinin dəlib keçməyən yarası sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: sağ əlin 5-ci barmağının yarası. Qeyd olunan xəsarət kəsici kənara malik olan alətin (əşyanın) təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 642/225 nömrəli rəyinə əsasən: 1) Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuş, əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur, öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. 2) Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). 3) Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən əsəbi psixi emosional halda olsa da həmin vəziyyət onun hərəkətlərinə mühüm təsir göstərə bilməzdi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-lifli materialların kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5994 saylı rəyinə əsasən: 1)Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. 2) Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxus olduğu qeyd edilən cins şalvarın üzərində aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. 3)Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə ballistik və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 31444, 3/1466 nömrəli rəyində göstərilmişdir ki: 1)Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu hazırlanmış, təssərüfatməişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. 2)Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 əynində olmuş...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd köynəyin ön hissəsinin sağ tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş iki ədəd zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmətə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. 3)Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) də təsirindən yaranması mümkündür. Lakin həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bıçaqla təsir nəticəsində yaranıbyaranmadığını müəyyən etmək mümküm deyildir. 4)Təqdim edilmiş köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə sol istiqamətdə olmaqla yetirilmişdir. 5)Həmin bağlamadan aşkar edilmiş bir ədəd jiletin və bir ədəd şalvarın səthində zədə yoxdur. 6)Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əynində olmuş...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd köynəyin və bir ədəd şalvarın ön hissələrində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Kürdəmir rayonu, Yeni-Şıxımlı kəndindəki Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin daşlıtorpaq ərazidə yerləşir. Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş qara rəngli bıçaq digər oxşar bıçaqlarla birlikdə tanınması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, o, həmin bıçağı tanıyaraq Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, hadisə yerindən aşkar edilərək götürülmüş 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılaması üçün Kürdəmir RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 evinin qarşısındakı torpaq yolda, əvvəllər ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki tövlədən toyuqcücə və tikinti materialları oğurladığı, Zərərçəkmiş şəxs1 bellə vurub xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunduğuna və mütəmadi olaraq Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 onunla cinsi əlaqədə olmağı təklif etdiyinə görə və həmin gün Zərərçəkmiş şəxs1 evinin qarşısına gedib arvadı Zərərçəkmiş şəxs2 onunla əvvəllər cinsi əlaqədə olmadığına görə sonuncunu öldürməklə hədələdiyi üçün Zərərçəkmiş şəxs1 ondan etdiyi hərəkətlərin səbəbini soruşaraq iradını bildirdiyi zaman Təqsirləndirilən şəxs nalayiq ifadələrlə Zərərçəkmiş şəxs1 təhqir edərək əsaslı səbəb olmadan mübahisə yaratmış və Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla ona qəsdən 2 dəfə zərbə vuraraq xəsarətlər yetirmiş və kənd sakinlərinin müdaxiləsi nəticəsində cinayəti başa çatdıra bilməyib qəsdən öldürməyə cəhd etmişdir. Hadisə baş verən zaman hadisəni Şahid6, Şahid5 və Şahid1 görmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 27 sentyabr 2022-ci il tarixli 274 nömrəli aktından görünür ki, hadisə baş verən günü Təqsirləndirilən şəxs sərxoşluğu olmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın xx.xx.2022-ci il tarixli 840 №li məktubundan görünür ki, Əhmədov X4 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliknika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilib və üzərindən məhkumluq götürülmüşdür. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 29-2022/5 №-li məktubdan görünür ki, Əhmədov X4 Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkum Əhmədov X4 Rayon İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyatdan keçmiş, həmin tarixdən Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza müddəti hesablanmağa başlamışdır. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 02 ay 06 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 02 il 09 ay 22 gün təşkil edir. İş materiallarında olan Kürdəmir RİHB Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur (kobud rəftarla, yaşadığı ərazidə xoşagəlməz hərəkətləri ilə tanınmışdır). İş materiallarında olan Kürdəmir RİHB-nın Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Zərərçəkmiş şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Kürdəmir RİHB-nın Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Zərərçəkmiş şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Şahid7 və xx.xx.2013-cü il təvəllüdlü qızı Nərmin Əhmədovadan, xx.xx.2015-ci il təvəllüdlü oğlu Səlim Novruzovdan və xx.xx.2021-ci il təvəllüdlü oğlu Sərvin Əhmədovdan ibarətdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünün müdafiəsi üçün dəlil gətirərək Tərlanı öldürmək niyyəti olmadığını, Bibixanımla cinsi əlaqədə olmaq üçün ona pul vermədiyini, ona ümumiyyətlə cinsi əlaqədə olmasına dair hər hansı bir təklifinin olmadığını, Bibixanımı heç vaxt öldürməklə hədələmədiyini, hadisədən bir müddət əvvəl oğlu Səlimin Tərlanın həyətində qumu dağıtdığına görə Bibixanımın Səlimə nalayiq ifadələr işlətdiyinə görə onlara qarşı acıqlı olduğunu, hadisə baş verən günü, yəni 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində oğlu Səlimlə çörək almağa gedərkən Tərlangilin evlərinin yaxınlığından keçəndə Tərlan arxadan onu tutaraq sürüyə-sürüyə evlərinin yaxınlığına apardığını, orada Tərlanın yaxın qohumları tərəfindən döyüldüyünü, onların əlindən qurtulmaq üçün məcbur olub bıçaqla Tərlanı vurduğunu göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi bu xüsusatlara tənqidi yanaşaraq bu ifadələrini işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir, onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəfələrlə cinsi əlaqəyə girməyi təklif etsə də, sonuncu onun bu əxlaqsız təklifini rədd etdiyinə görə qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçağı açıq-aşkar nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 real öldürməklə təkrarən hədələmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində güya Zərərçəkmiş şəxs2 onun oğlu Səlimi nalayiq sözlərlə təhqir etdiyinə görə onlardan acıqlı olması və heç vaxt Zərərçəkmiş şəxs2 öldürməklə hədələmədiyinə dair göstərdiyi xüsusatı ittiham qanuni və əsaslı həlli üçün sübut kimi qəbul etmir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, dalaşma hadisəsinin təşəbbüskarı məhz təqsirləndilən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 dəfələrlə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 qarşı əxlaqsız təkliflər etməsinə son qoymasını, arvadının fotoşəkillərini telefonundan silməsini tələb edərək arvadından əl çəkməsini bildirsə də, Təqsirləndirilən şəxs cəmiyyət arasında formalaşmış ümumi əxlaq normalarına zidd olaraq “əcəb edirəm, yenə edəcəm” deyərək yuxarıda qeyd olunan əxlaqsız hərəkətlərini açıq-aşkar davam etməklə Zərərçəkmiş şəxs2 dəfələrlə real olaraq bıçaqla öldürməklə hədələmişdir. Hadisə baş verən gün, 27 sentyabr 2022-ci ildə saat 19 radələrində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs nə üçün arvadını öldürməklə hədələməsini soruşduqda sonuncu Zərərçəkmiş şəxs1 haqlı iradından müsbət nəticə çıxartmaq əvəzinə bundan hiddətlənib qəsdən münaqişə yaradaraq zərərçəkmiş şəxsin ailəsinin ünvanına nalayiq küçə söyüşləri söyərək əlbəyaxa olmuş, dalaşma zamanı üzərində saxladığı bıçağı çıxardıb qəflətən Zərərçəkmiş şəxs1 iki zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmamasına dair göstərdiyi xüsusat məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertizanın rəyləri, maddi sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur və onun ifadəsinin bu hissəsini məsuliyyətini yüngülləşdirmək üçün gətirdiyi dəlil kimi qiymətləndirir, bu xüsusatı ittihamın qanuni və əsaslı həlli üçün sübut kimi qəbul etmir. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxs1 qəsdən öldürmək olmuşdur. Belə ki, əgər Təqsirləndirilən şəxs özünün deməsinə görə onu döyən şəxslər- Zərərçəkmiş şəxs1 və sonuncunun yaxın qohumlarının əlindən qurtulmaq məqsədi olsaydı o, bıçaqla xəsarəti Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan orqanlarına deyil, həyat üçün təhlükəli olmayan digər orqanlarına xəsarət yeritə bilərdi. Bundan başqa, müəyyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə sonuncuya həyat üçün təhlükəli olan iki bıçaq zərbəsi vurduqdan sonra səsküyə kənar şəxslərin yığışmasını görüb qorxusundan növbəti bıçaq zərbəsini vurmağa imkanı olmamış və hadisə yerindən qaçıb uzaqlaşmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun mənasına görə təqsirkar şəxsin əməli o vaxt xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi qiymətləndirilir ki, münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlansın, təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə cəlb etsin. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə sat 19 radələrində yaşadığı Kürdəmir rayonu Yeni Şıxımlı kəndində həmkəndlisi X3 yaşadığı evin qarşısındakı torpaq yolda, mütəmadi olaraq sonuncunun arvadı Zərərçəkmiş şəxs2 onunla cinsi əlaqədə olmağı təklif etməsi və Zərərçəkmiş şəxs2 öldürməklə hədələməsi barədə əxlaqa və hüquqa zidd davranışlarına görə Zərərçəkmiş şəxs1 ona haqlı iradını bildirdikdən sonra, öz şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyub insanlar arasında bərqərar olunmuş davranış və birgəyaşayış qaydalarına zidd hərəkətlərə yol verərək ətrafdakılara hömətsizlik göstərən eqoizmini nümayiş etdirməklə əcəb etmişəm, yenə edəcəm” deyərək Zərərçəkmiş şəxs1 əsaslı səbəb olmadan münaqişəyə cəlb etmiş, bundan sonra sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 həyatı üçün mühüm orqanların yerləşdiyi döş qəfəsinə və qarın nahiyəsinə qəsdən 2 dəfə zərbə vurmaqla ona xəsarətlər yetirmiş, lakin ətrafa toplaşmış şəxslərin Zərərçəkmiş şəxs1 köməyinə gəlməsi və həmin şəxslər tərəfindən vaxtında xəstəxanaya çatdırılmaqla həkimlərin göstərdiyi zəruri tibbi yardımlar nəticəsində həyatı xilas edildiyinə görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Yuxarıda qeyd olunan xüsusatlar bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs niyyəti zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs hadisə yerində Zərərçəkmiş şəxs1 və ya sonuncunun qohumları tərəfindən döyülməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən mötəbər sübut hesab edir. Təqsirləndirilən şəxsin əməlində onun təqsirliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,1202.2 və 134-cü maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalı, təyin olunmuş cəza çəkilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci (Xuliqanlın niyyəti ilə adam öldürməyə cəhd etmə) maddənin sanksiyasında on dörd ildən iyirmi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayət” anlayışına daxildir. Cinayət etməyə cəhdə görə cəzanın müddəti daha ciddi cəza növünün dörddə üçündən artıq,yəni 15 ildən artıq ola bilməz. CM-nin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddənin sanksiyasında alternativ cəzalarla yanaşı iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə, məhkəmə hesab edir ki, o, dəfələrlə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən xüsusilə ağır cinayət əməlini törətmişdir. Həmçinin, məhkəməyə təqdim olunmuş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Bu hal bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir və islaholunmazdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 134-cü maddəsinə münasibətdə cinayətin təkrar törədilməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,120.2.2 və 134-cü maddələrində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o, cəzasını çəkməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bundan başqa, Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 27 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 29 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və hazırda Kürdəmir Rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, hadisə yerindən aşkar edilərək götürülmüş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 249 (iki yüz qırx doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 134-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 14 (on dörd) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Kürdəmir Rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, hadisə yerindən aşkar edilərək götürülmüş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 249 (iki yüz qırx doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-226/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-226/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver