Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-226/2025 12.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və müdafiəçisi- Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Lənkəran rayonu, Şiləvar kənd sakini xx.xx.2000-ci il təvəllüdlü X4 onun qardaşı arvadı Şahid2 sosial şəbəkələrdə ismarıclar yazaraq narahat etməsini, eləcə də Şahid2 birgə yaşadığı ailə üzvlərini söyməsini xx.xx.2024-cü il tarixdə gecə saatlarında Şahid2 öyrənib Elnur Cəfərovu qisas almaq niyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 22.00 radələrində istintaqa məlum olmayan bıçaqla silahlanıb, X10 şəhər ərazisində görüş təyin edib Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində görüşərək ikisi birlikdə piyada gəzib ünvan 3 ünvanında yerləşən Lənkəran Şəhər X22-Şahmat Məktəbi PHŞ-nin inzibati binasının qarşısına gəlmiş, burada Elnur Cəfərovdan qardaşı arvadı Şahid2 sataşıb-sataşmadığını, eləcə də sonuncunun onların evlərində gəlin olmasından xəbərinin olub-olmadığını soruşduqda Elnur Cəfərovun gülümsəyərək ona yaxşı edib həmin hərəkətləri etdiyini deməsindən sonra Elnur Cəfərovun ünvanına nalayiq ifadələr işlətmiş, Elnur Cəfərov da ona qarşılıq verərək onu və ailə üzvlərini söyməsindən əsəbiləşərək üzərində olan şalvarının arxa sağ cibindən çıxardığı istintaqa məlum olmayan bıçaqla müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə Elnur Cəfərovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək, ona həyat və sağlamlıq üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyunun sağ səthindəki əzələ və vətərlərinin, nəfəs borusunun, nəfəs borusunun arteriya və venalarının zədələnməsi və döş sümüyünün sağ körpücük sümüyünə birləşən qığırdaq hissədən kəsilməsi (sınığı), kəskin qanitirmə ilə müşahidə olunan 1 ədəd kəsilmiş deşilmiş yara, alın nahiyəsindən sağ göz yuvasına nüfuz edən sağ göz almasını zədələyən 1 ədəd kəsilmiş deşilmiş yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazu oynağı, sağ əl və sağ diz oynağı nahiyələrində 3 ədəd kəsilmiş yara xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşmış, E.E.Cəfərov Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılsa da 17 oktyabr 2024-cü il tarixdə saat 23.15-də boyun nahiyəsindən döş boşluğuna nüfuz edən nəfəs borusunun və nəfəs borusunun arteriya, venalarının kəsilməsi ilə əlaqədar kəskin qanitirmədən həmin xəstəxanada ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Elnuru əvvəldən tanıyırmış, münasibətləri yaxşı olmuşdur. Aidə ona Elnur adlı bir nəfərin onu narahat etdiyini demişdir, o, sonradan həmin Elnurun onun tanışı olan Elnur olduğunu öyrənmişdir. Elnur Aidəyə hədə-qorxu gələrək Ruslanı və onun atasını öldürəcəyini bildirmişdir. Onun Elnurla görüşməkdə məqsədi həmin məsələni aydınlaşdırmaq olmuşdur. Hadisə günü Elnurla Lənkəran şəhərində Qala Xiyabani küçəsində görüşmüşdür. O, üzərində həmişə bıcaq gəzdirdiyi üçün həmin gün də yenə üzərində bıçaq olmuşdur. Söhbət zamanı Elnur Şahmat məktəbinin yanına getmələrini istəmişdir. O, Elnurdan Aidəni niyə narahat etdiyini soruşmuş, Elnur isə gülərək yaxşı etdiyini bildirmiş, onu itələmiş və nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Elnuru vurmuşdur. Onu öldürmək, qisas almaq kimi niyəti olmamışdır, bir yalnışlıq olduğunu düşünərək məsələni aydınlaşdırmaq üçün onunla görüşmüşdür. Hadisəni tam xatırlamır, neçə bıçaq vurduğunu, zərərçəkmiş şəxsin hansı nahiyəsinə vurduğunu xatırlamır, ancaq gözlərini açdıqda hər ikisi yerdə olmuşdur. O, ayağa qalxıb getmiş, həmin vaxt Elnur da getmişdir. O, sonra “Zeytun” adlı kafenin yanına getmiş daha sonra gedib təslim olmuşdur. Həmçinin, o, ibtidai istintaq zamanı bildirmişdir ki, “...2024-cü ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda qardaşının arvadı Aidə xatırlamadığı mobil nömrə ilə onun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə zəng edərək tanışı olan Lənkəran rayonu, Şiləvar kənd sakini Elnur adlı şəxsin ikinci dəfə Lənkəran şəhərində avtomobillə ona yaxınlaşaraq onunla birgə yaşamasını, əks təqdirdə övladı ilə birlikdə onu qaçıracağını deyərək hədələdiyini bildirmişdi. Aidə ərinə bu barədə məlumat vermək istəmədiyini, ərinin əsəbiləşərək Elnura xəsarət yetirə biləcəyindən qorxduğunu, bu məsələni sakit şəkildə həll etməyini və Elnurun onu narahat etməməsini təmin etməyini xahiş etmişdi. O, bunları öyrəndikdən sonra Elnur adlı şəxsin kimliyini müəyyən etməyə başladı. xx.xx.2024-cü il tarixdə anasının doğum günü olmuş, həmin gün anası, atası, qardaşı, qardaşı arvadı, yəni bütün ailə üzvləri Bakı şəhərində kirayədə qaldıqları evdə yığışmışlar. Bu vaxt Aidə mobil telefonda onu narahat edən Elnur adlı şəxsin şəklini ona göstərmiş, o, bundan sonra bilmişdir ki, Aidəni narahat edən şəxs Elnur Cəfərovdur.... Təqribən xx.xx.2024-cü il tarixdə Bakıda iş yerindən öz xahişi ilə ayrılmış, buna səbəb onun tez-tez Lənkərana gəlməyi və işdən buna icazə verilməməsi idi. Elə həmin gün də “Xalqlar Dostluğu” adlanan yerdən xatırlamadığı mağazadan sonradan Elnuru öldürəcəyi bıçağı almışdır. Həmin bıçağı almaqda məqsədi Lənkəranda Elnurla görüşən vaxt sonuncunun “artıq-əskik” danışacağı təqdirdə Elnura gücü çatmayacağını bilməyi olmuşdur. Düşünmüşdür ki, həmin vaxt bıçaqla Elnuru vurar.... 17 oktyabr 2024-cü il, saat təqribən 22 radələrində Elnurla görüşmüşlər. Bu zaman Elnur ətrafda polislərin çox olduğunu və sakit bir yerdə söhbət etmək lazım olduğunu bildirmiş, o, hiss etmişdir ki, Elnur Aidəni narahat etməsindən onun xəbəri olduğunu bilir. Yoxsa elə deməzdi. Onlar oradan “Boranı” restoranın yanı ilə “Lux” otelə doğru ikisi piyada getmişlər. Yolda olarkən ancaq iş barədə danışmışlar. “Lux” otelə çatdıqdan sonra sola - X18 Teatrı yerləşən hissəyə doğu dönüb irəliləmişlər. Oradan da piyada gedərək LDU-nun nəzdində yerləşən sosial və aqrar-texnoloji kollecinin yanından keçərək Lənkəran şəhər X22-Şahmat məktəbi PHŞ-nin qarşısına gələrək dayanmışlar. Burada da bir neçə dəqiqə işdən danışdıqdan sonra o, Elnurdan Aidə ilə danışıb-danışmamasını soruşmuşdur. İlk öncə Elnur ona cavab verməmiş, o, Elnura bildirmişdir ki, “sən bilmirsən ki, Aidə bizim evdə gəlindir?”. Bundan sonra Elnur gülümsəyərək yaxşı elədiyini demişdir. O da bundan sonra əsəbiləşərk arxa sağ cibimdən çıxardığı bıçaqla Elnurun xatırlamadığı nahiyələrinə zərbələr endirmişdir. Daha sonra ikisi də yerə yıxılmış, o, ayağa qalxıb üzü “Zeytun” kafesinə doğru qaçmışdır. Qaçarkən də hadisə yerindən təxminən 7-8 metr sonra bıçağı yerə atmışdır. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Elnur Cəfərov qardaşının arvadı Aidəyə sataşaraq ona qarşı əxlaqsız hərəkətlər etdiyi üçün Elnur Cəfərovu öldürmək məqsədi ilə qəsdən bıçaqla vuraraq öldürmüşdür. Hadisə zamanı yalnız onun üzərində bıçaq olmuşdur. Elnurun əlində bıçaq və ya digər kəsici-deşici alət olmamışdır. Hadisə zamanı o, Elnura bıçaqla zərbələr endirən vaxt Elnur ona əl-qolla müqavimət göstərərək onu vurmağına mane olmaq istəyirdi. O, Elnura ilk öncə ayaq üstə olanda bıçaqla zərbə endirmişdir. Həmin vaxt ikisi də yerə yıxılmışlar. Yerdə olarkən də Elnura bıçaqla zərbələr endirirdi, lakin konkret olaraq Elnura dəyib-dəyməməsini bilmirdi. Daha sonra qalxaraq oradan qaçıb uzaqlaşmışdır. Onun sağ əlinin İİ barmağı nahiyəsində kəsilmiş yara, sağ əl, hər iki diz qapağı nahiyələrində sıyrıq xəsarətləri ilə bağlı bildirmişdir ki, sağ əlinin İİ barmağımda olan kəsik xəsarətini Elnur Cəfərovla qarşılıqlı mübarizə zamanı bıçaqla ehtiyatsızlıqdan əlini kəsərək almışdır. Digər xəsarətləri isə həm Elnur Cəfərovu bıçaqlayan zaman yıxılanda, həm də hadisə yerindən uzaqlaşmaq məqsədi ilə qaçarkən yerə yıxılıb almışdır. Hadisə zamanı Elnur Cəfərova konkret olaraq nə qədər xəsarət yetirməsini bilmir. Hadisə zamanı üzərində olmuş şalvarın səthində aşkar edilmiş zədələri hadisə zamanı yerə yıxılan vaxt, ya da hadisədən sonra qaçarkən yerə yıxılma nəticəsində almışdır. Hadisə zamanı sağ əlinin İİ barmağı kəsildiyi üçün paltarlar üzərində onun da qanı ola bilər. (İ cild səh. 34-38, 79-82, 109-112, İİ cild səh. 148-151) Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmadığını bildirərək, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, müəllim işləyir. Oğlu Elnur da oboy mağazasında işləyirmiş. Həyat yoldaşı olmadığından müəllim maaşı ilə 2 övladını təkbaşına böyüdüb, təhsil vermişdir. Hadisə günü Elnur toya pul yazdıracağını deyib ondan pul istəmiş və evdən çıxmışdır. Axşam saat 10 radələrində o yuxudan ayılmış, Elnurun evə gəlmədiyini görüb ona zəng etmişdir. Elnur telefonu götürmədiyi üçün bibisi oğlu İsmayıla zəng edib Elnuru maraqlanmış, hadisə barədə ondan məlumat almışdır. Bundan sonra xəstəxanaya getmişdir, oğlunun meyitini də qucaqlaya bilməmişdir. Oğlunun Şahid2 ilə münsibətinin olmasından xəbəri olmamış, onların birlikdə şəklini sonradan oğlunun planşetində görmüşdür. Təqsirləndirilən şəxs oğlunu amansızca qətlə yetirmiş, onunla barışmamışdır, ən yuxarı həddə cəza təyin edilməsini xahiş edir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, gəlini Aidə dərman atıb intihar etmək istədiyi üçün hadisə günü onlar xəstəxanada olmuşlar. Xəstəxanaya gedəndə Ruslanı xəstə bacısına nəzarət etsin deyə evdə saxlamışlar. Evə gedəndə Ruslanın anasına adam vurduğunu, təslim olmaq üçün polisə getdiyini deməsini eşitmişdir. Həmin vaxt Ruslandan hadisə ilə bağlı heçnə soruşa bilməmiş, o özü gedib polisə təslim olmuşdur. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü xəstəxanada olmuş, Elnurun ölməsini evə gələndən sonra bilmişdir. Elnur ona 2024-cü ilin mart ayından yazmağa başlamışdır. O, Elnurun ona yazdığı nalayiq ifadələri Ruslana və ev sakinlərinə göstərmişdir. Elnur ona hədə-qorxu gəldiyi üçün ona intim video atmışdır. İntihar etməyə cəhd etməsinə səbəb də Elnurun onu hədələməsi olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 18 oktyabr 2024-cü il tarixli, 312/24 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:15-də ARCM-in 120.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 21) - «Götürmə aparılması haqqında» 18 oktyabr 2024-cü il tarixli, 321/24 nömrəli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş və sonuncu tərəfindən könüllü olaraq təqdim edilmiş bir ədəd gödəkçə, bir ədəd köynək və bir ədəd şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (C-İ, i.v. 42-48) - «Götürmə aparılması haqqında» 18 oktyabr 2024-cü il tarixli, 322/24 nömrəli protokoldan görünür ki, hadisə vaxtı X4 üzərində olmuş və istintaq orqanına könüllü olaraq təqdim edilmiş bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd kəmər, bir ədəd mayka və bir ədəd qısaqol köynək, eləcə də bir ədəd qulaqcıq, bir ədəd saat, bir ədəd boyunbağı (sep) üzərində bir ədəd klonla, üç ədəd açar, eləcə də ümumilikdə 140 manat olmaqla, 1 ədəd 50 manatlıq, 8 ədəd 10 manatlıq və 10 ədəd 1 manatlıq əskinazlar, həmçinin, bir ədəd “Xiaomi Poco X6” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (C-İ, i.v. 49-57) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 19 oktyabr 2024-cü il tarixli, 328/24 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ARCM-in 120.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (C-İ, i.v. 72-73) - Lənkəran Rayon Məhkəməsinin 19 oktyabr 2024-cü il tarixli, 4(049)-163/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (C-İ, i.v. 91-94) - «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında» 25 oktyabr 2024-cü il tarixli, 356/24 nömrəli qərardan görünür ki, X6 cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır . ( C-İ, i.v. 141) - «Təqsirləndirilən şəxsə yenidən iitham elan etmə haqqında» 23 yanvar 2025-ci il tarixli, 28/25 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona ARCM-in 120.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (C-İİ, i.v. 142-143) - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 17 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri, ünvan 5 ünvanı ərazisində yerləşən Lənkəran Şəhər X22-Şahmat Məktəbi PHŞ-nin inzibati binasının qarşısıdır. Hadisə yerinə baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrdən nümunələr üç ədəd pambıq tampona hopdurulmuş halda müvafiq qaydada qablaşdırılıb götürülmüşdür.( C-İ, 5-10) - «Meyitə baxış keçirilməsi barədə» 18 oktyabr 2024-cü il tarixli, 307/24 nömrəli protokoldan görünür ki, meyitin xarici müayinəsində aşağıdakı xəsarətlər aşkar edildi: sağ qaş nahiyəsində 3,0x0,4 sm, boyunun aşağı 1/3-nin sağ ön səthində 3,0x1,5 sm, sağ bazu oynağının bayır səthində 1,5x0,3 sm, sağ əlin arxa səthində 3,0x0,4 sm, sağ diz oynağının bayır səthində 4,5x2,0 sm ölçülərdə kənarları hamar, qurtaran ucları iti, mənfəzi açıq, mənfəzindən qan və qan axıntısı müşahidə olunan kəsilmiş-deşilmiş yaralar, sağ göz almasında kəsilmiş-deşilmiş yarası vardır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilmədi. ( C-İ, i.v 11-15) - «Baxış keçirilməsi haqqında» xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer, Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi ünvanı ərazisində yerləşən “Zeytun” çay evidir. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, çay evinin və onun içərisində olan müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə çay evinin daxilinə və ətrafına ümumilikdə 16 ədəd “Dahua” adlı videomüşahidə kameraları yerləşdirilmişdir. Həmin kameralardan sutkalıq olaraq ətrafı müşahidə etmək olur və qeyd edilən görüntülər təqribən bir ay ərzində yaddaşda qalır. Kameralardan üç ədədi işləmir. Çay evinin giriş hissəsində onunla üzbəüz qaldıqda sol tərəfdə bir ədəd videomüşahidə kamerasının olması aşkar edildi. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, həmin kamera 03 saylı kameradır. Çay evi ilə üzbəüz qaldıqda sol tərəfdə çay evinin yan və arxa istiqamətdə üzü Lənkəran şəhər X22-Şahmat məktəbi X20 tərəfi çəkən bir ədəd videomüşahidə kamerasının olması aşkar edildi. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, həmin kamera 04 saylı kameradır. Çay evinin içərisində zalı çəkən bir ədəd videomüşahidə kamerasının olması aşkar edildi. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, həmin kamera 08 saylı kameradır. Bundan əlavə Xalid Babayev bildirdi ki, “Dahua” adlı videomüşahidə kamerasında vaxt real vaxtdan 18 dəqiqə geridədir. Bundan sonra çay evində olan “Casper” televizoru vasitəsi ilə Xalid Babayevin razılığı ilə həmin videomüşahidə kameralarına baxış keçirildi. İlk öncə 04 saylı kameraya baxış keçirildi. Videomüşahidə kamerasına baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 22:07:31 vaxtda bir nəfər şəxs “Zeytun” çay evinin arxasından önünə - bir qədər sağa doğru qaçıb, üzü Dəmiryolu relslərinə tərəf qaçaraq hərəkət edir. Bundan əlavə müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 22:07:35 vaxtda bir nəfər şəxs “Zeytun” çay evinin arxasından önünə doğru qaçır. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, görüntüdə ikinci qaçaraq “Zeytun” çay evinin arxasından önünə doğru gələn şəxs sonradan adının X11 olduğunu bildiyi şəxsdir. Baxış zamanı qeyd edilən şəxslərin yanında kənar şəxslərin olması, eləcə də həmin şəxsləri təqib edən digər şəxslərin olması aşkar edilmədi. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, qeyd edilən iki nəfər şəxsin xx.xx.2024-cü il saat 22:07:31-22:07:35 aralığında “Zeytun” çay evinin yanından keçmələri görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 18 dəqiqə geridə olduğuna görə həmin şəxslər real vaxtnan təqribən 22:25:31-22:25:35-də qeyd edilən ərazidən keçirlər. Baxış zamanı “Dahua” adlı videomüşahidə kamerasından xx.xx.2024-cü il tarix saat 22:07:24 vaxtdan xx.xx.2024-cü il tarix saat 22:07:39 vaxtadək (real vaxtda 22:25:24 vaxtdan 22:25:39 vaxtadək) olan 15 saniyəlik görüntülər “İphone” markalı mobil telefonla çəkilərək müvafiq qaydada götürülüb CD diskə əlavə edildi. Bundan sonra, 08 saylı videomüşahidə kamerasına baxış keçirildi. Videomüşahidə kamerasına baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 22:07:42 vaxtda bir nəfər şəxs “Zeytun” çay evinin önündən - pəncərədən içəri boylanır. Həmin vaxt çay evinin zalında əyləşən 7 nəfər şəxs ayağa dururlar. 22:07:57-də qeyd edilən şəxs çay evinin ön giriş qapısından tək halda içəriyə daxil olur. Həmin şəxsin üzərində qanabənzər ləkələr müşahidə edilir. Saat 22:08:11-də həmin şəxs ağ köynəkli şəxsin köməyi ilə çölə çıxarılır. Daha sonra zalda əyləşən şəxslərin bir neçəsi onun ardınca çölə çıxır. Saat 22:08:11-də qeyd edilən şəxsin çay evinin giriş qapısının önündə yerdə oturduğu müşahidə edilir. Saat 22:09:19-da qeyd edilən şəxs ayağa duraraq irəli doğru hərəkət edib çay evindən uzalaşır. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, görüntüdə olan “Zeytun” çay evinə daxil olan üzərində qanabənzər ləkələr olan şəxs sonradan adının X11 olduğunu bildiyi şəxsdir. Qeyd edilən şəxs xx.xx.2024-cü il saat 22:07:42-22:09:19 aralığında “Zeytun” çay evinin qarşısında və içərisində görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 18 dəqiqə geridə olduğuna görə həmin şəxs real vaxtnan təqribən 22:25:42-22:27:19-da qeyd edilən ərazidə olur. Baxış zamanı “Dahua” adlı videomüşahidə kamerasından xx.xx.2024-cü il tarix saat 22:07:27 vaxtdan xx.xx.2024-cü il tarix saat 22:09:31 vaxtadək (real vaxtda 22:25:27 vaxtdan 22:28:31 vaxtadək) olan 02 dəqiqə 04 saniyəlik görüntülər “İphone” markalı mobil telefonla çəkilərək müvafiq qaydada götürülüb CD diskə əlavə edildi. Bundan sonra, 03 saylı videomüşahidə kamerasına baxış keçirildi. Videomüşahidə kamerasına baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 22:07:40 vaxtda bir nəfər şəxsin “Zeytun” çay evinin önünə arxa-arxaya gəldiyi və çay evinə yaxınlaşdığı müşahidə edilir. Həmin şəxsin üzərində qanabənzər ləkələr müşahidə edilir. Bu zaman ətrafda kənar şəxslərin olmadığı aşkar edildi. 22:07:55-də qeyd edilən şəxs çay evinin ön giriş qapısına tək halda getdiyi müşahidə edilir. Saat 22:08:18-də həmin şəxs ağ köynəkli şəxsin köməyi ilə çölə çıxarılır. Daha sonra isə qeyd edilən şəxs yerdə oturur. Bir neçə saniyədən sonra isə ayağa qalxır. Daha sonra yenə yerdə oturub qalxır. Bu zaman ətrafda daha dörd nəfərin olduğu müşahidə edilir. 22:08:58-də yenidən qeyd edilən şəxs yerdə əyləşir. Daha sonra 22:09:06-da ətrafdan qeyd edilən şəxsə bir neçə şəxsin yaxınlaşdığı müşahidə edilir. Saat 22:09:22-də isə qeyd edilən şəxs ayağa duraraq çay evindən uzaqlaşır. Baxışda iştirak edən Xalid Babayev bildirdi ki, görüntüdə olan şəxs sonradan adının X11 olduğunu bildiyi şəxsdir. Qeyd edilən şəxs xx.xx.2024-cü il saat 22:07:40- 22:09:22 aralığında “Zeytun” çay evinin qarşısında görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 18 dəqiqə geridə olduğuna görə həmin şəxs real vaxtnan təqribən 22:25:40-22:27:22-da qeyd edilən ərazidə olur. Baxış zamanı “Dahua” adlı videomüşahidə kamerasından xx.xx.2024-cü il tarix saat 22:07:09 vaxtdan xx.xx.2024-cü il tarix saat 22:10:03 vaxtadək (real vaxtda 22:25:09 vaxtdan 22:28:03 vaxtadək) olan 02 dəqiqə 54 saniyəlik görüntülər “İphone” markalı mobil telefonla çəkilərək müvafiq qaydada götürülüb CD diskə əlavə edildi. (İ cild i.v: 65-67) - «Baxış keçirilməsi barədə» 21 oktyabr 2024-cü il tarixli, 339/24 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış keçirilən yer, ünvan 6 ünvanı ərazisində yerləşən Lənkəran Dövlət Universitetinin nəzdində sosial və aqrar-texnoloji kollecinin 3 saylı korpusunun inzibati binasıdır. Kollecin inzibati binası ilə üzbəüz qaldıqda kollecin sağ tərəfindən ensiz yolla kollecin arxa tərəfinə - üzü Lənkəran şəhər X22-Şahmat məktəbi X16 gedən istiqamətdə bir ədəd videomüşahidə kamerasının olması aşkar edildi. Baxışda iştirak edən Vüqar İbadzadə bildirdi ki, həmin kamera 09 saylı kameradır. Bundan sonra direktorun xidməti otağında sonuncunun razılığı ilə “LG” markalı televizorla 09 saylı videomüşahidə kamerasına baxış keçirildi. Baxışda iştirak edən Vüqar İbadzadə bildirdi ki, “Mulistar” adlı videomüşahidə kamerasıda vaxt real vaxtdan 18 dəqiqə irəlidədir. Videomüşahidə kamerasına baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 22:35:52 vaxtdan etibarən kollecin önündən kollecin arxasına doğru iki nəfər şəxs gəlir və 22:36:26 vaxtda kollecin arxa tərəfinə keçərək görüntüdən itirlər. Baxışda zamanı ətrafda kənar şəxslərin olması, eləcə də həmin şəxsləri təqib edən digər şəxslərin olması aşkar edilmədi. Baxışda iştirak edən Vüqar İbadzadə bildirdi ki, qeyd edilən iki nəfər şəxsin xx.xx.2024-cü il saat 22:35:52-22:36:26 aralığında kollecin yanından keçmələri görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 18 dəqiqə irəlidə olduğuna görə həmin şəxslər real vaxtnan təqribən 22:18-də qeyd edilən ərazidən keçirlər. ( C-İ, i.v. 100-101) - «Baxış keçirilməsi barədə» 21 oktyabr 2024-cü il tarixli, 340/24 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış keçirilən yer, Lənkəran şəhəri, Qala Xiyabnı, 11 ünvanı ərazisində yerləşən X2 məxsus Lənkəran “Luxe” otelinin inzibati binasıdır. Otelin inzibati binası ilə üzbəüz qaldıqda otelin sol tərəfində bir ədəd videomüşahidə kamerasının olması aşkar edildi. Baxışda iştirak edən Rahim Cangirzadə bildirdi ki, “H.265+” adlı videomüşahidə kamerasında vaxt real vaxtdan 18 dəqiqə geridədir. Videomüşahidə kamerasına baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 21:56:48 vaxtdan etibarən otellə üzbəüz qaldıqda sağ tərəfindən sol tərəfə doğru iki nəfər şəxs yanbayan gəlir və 21:57:05 vaxtda sol tərəfə - üzü X12 arxa girişinə doğru gedərək görüntüdən itirlər. Baxış zamanı qeyd edilən şəxslərin yanında kənar şəxslərin olması, eləcə də həmin şəxsləri təqib edən digər şəxslərin olması aşkar edilmədi. Baxışda iştirak edən Rahim Cangirzadə bildirdi ki, qeyd edilən iki nəfər şəxsin xx.xx.2024-cü il saat 21:56:48-21:57:05 aralığında qarşısından keçmələri görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 18 dəqiqə geridə olduğuna görə həmin şəxslər real vaxtnan təqribən 22:15-də qeyd edilən ərazidən keçirlər. ( C-İ, i.v. 102-103) - «Baxış keçirilməsi barədə» 21 oktyabr 2024-cü il tarixli, 341 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış keçirilən yer, Lənkəran şəhəri, Qala Xiyabanı, 14 ünvanı ərazisində yerləşən X18 Teatrının inzibati binasıdır. Teatrın arxa giriş qapısı ilə üzbəüz qaldıqda bayır hissədə bir qədər sağda və yuxarıda bir ədəd videomüşahidə kamerasının olması aşkar edildi. Həmin kamera Teatrın arxa giriş qapısının qarşısını və qarşıdan keçən yolu çəkir. Baxışda iştirak edən Şəhriyar Camalbəyli bildirdi ki, videomüşahidə kamerasında vaxt real vaxtdan 07 saat 36 dəqiqə geridədir. Buna səbəb UPS sisteminin olmaması və hər dəfə Teatrda işıqlar sönəndə kamerada vaxtın dayanmasıdır. Videomüşahidə kamerasına baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 14:40:08 vaxtdan etibarən teatrın arxa giriş qapısı ilə üzbəüz avtomobil yolunun sağ tərəfi ilə iki nəfər şəxsin “Luxe” otel tərəfdən gəlməsi və teatrın arxa giriş qapısının qarşısından keçərək LDU-nun nəzdində sosial və aqrar-texnoloji kollecinə doğru getməsi müşahidə edilir. Saat 14:40:19-da isə hər iki şəxs görüntüdən itirlər. Baxış zamanı qeyd edilən şəxslərin yanında kənar şəxslərin olması, eləcə də həmin şəxsləri təqib edən digər şəxslərin olması aşkar edilmədi. Baxışda iştirak edən Şəhriyar Camalbəyli bildirdi ki, qeyd edilən iki nəfər şəxsin xx.xx.2024-cü il saat 14:40:08-14:40:19 aralığında teatrın arxa giriş qapısı ilə üzbəüz yoldan keçmələri görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 07 saat 36 dəqiqə geridə olduğuna görə həmin şəxslər real vaxtnan təqribən 22:16:08-22:16:19 aralığında qeyd edilən ərazidən keçirlər. ( C-İ, i.v. 104-105) - «Baxış keçirilməsi barədə» 21 oktyabr 2024-cü il tarixli, 342 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış keçirilən yer, ünvan 12 ünvanında yerləşən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının inzibati binasıdır. Xəstəxananın giriş hissəsində daxildə bir ədəd videomüşahidə kamerasının olması aşkar edildi. Həmin kamera xəstəxananın əsas binasının giriş hissədən daxilini çəkir. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, həmin kamera 01 saylı kameradır. Bundan sonra xəstəxananın Təcili Yardım şöbəsində xəstəxananın direktorunun razılığı ilə “HP” markalı televizorla 01 saylı videomüşahidə kamerasına baxış keçirildi. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, “Dahua” adlı videomüşahidə kamerasında vaxt real vaxtdan 01 saat geridədir. Videomüşahidə kamerasına baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarix saat 20:21:39 vaxtdan etibarən xəstəxananın giriş qapısından içəriyə doğru iki nəfər şəxs, onların ardınca isə bir nəfər şəxs daxil olaraq xəstəxanın Təcili Yardım şöbəsinə doğru gedirlər. Saat 20:21:45-də onların ardınca daha bir nəfər şəxsin xəstəxanaya daxil olduğu görünür. Baxış zamanı qeyd edilən dörd nəfər şəxsin yanında kənar şəxslərin olması aşkar edilmədi. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, xəstəxanaya gələn şəxs Şahid2, onun yanında olan şəxslər isə onun ailə üzvləri olmuşdur. xx.xx.2024-cü il tarix saat 20:24:55 vaxtdan etibarən bir nəfər şəxsin xəstəxanaya daxil olması və Təcili Yardım şöbəsinə getməsi müşahidə edilir. Saat 20:25:08-də həmin şəxsin şöbədən çıxması, onun ardınca isə Şahid2 və digər ailə üzvlərinin şöbədən çıxaraq liftin qabağına getmələri müşahidə edilir. Saat 20:25:34-dən 20:25:50-dək olan vaxtda artıq Şahid2 liftlə qaldırıldığı və orada olmadığı, üç nəfər ailə üzvünün isə orada olması müəyyən edildi. Saat 20:27:00dan yenidən üç nəfər şəxsin görüntüdə olması aşkar edildi. Saat 20:27:10-da ailə üzvlərindən bir nəfər şəxs digər şəxsə nə isə verib əli ilə xəstəxananın arxa giriş qapısını göstərib həmin şəxsi oraya göndərməsi və digər ailə üzvünün saat 20:27:16-da həmin qapıdan çölə çıxması müşahidə edilir. Saat 21:00:15-də xəstəxananın mühafizə formasında olan şəxsi bir nəfər şəxsə nə isə verir və həmin şəxs də xəstəxananın arxa giriş qapısından çölə çıxır. Saat 21:08:02-də 20:27:16-da xəstəxananın arxa giriş qapısında çıxan şəxs gödəkçəsiz formada (gedəndə əynində gödəkçə var idi) xəstəxanaya daxil olur və saat 21:08:08-də xəstəxananın ön giriş qapısından çölə çıxır. Saat 21:15:31də xəstəxananın arxa giriş qapısından 21:00:15-də çıxan şəxs yenidən həmin yerdən xəstəxanaya daxil olub ön giriş qapısından çıxır. Saat 21:31:04-də xəstəxanaya iki nəfər şəxsin daxil olduğu müşahidə edilir. Həmin şəxslərdən birinin üzərində qanabənzər ləkələr vardır. Digər şəxs onun qolundan tutaraq onu Təcli Yardım şöbəsinə doğru aparır. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, üzərində qanabənzər ləkələr olan şəxs X7r. Saat 21:33:06-da Elnur Cəfərov xərəyin üzərində X21 şöbəsindən çıxarılaraq liftin önünə gətirilir və 21:33:18-də liftə mindirilərək görüntüdən itir. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, qeyd edilən görüntülər xx.xx.2024-cü il tarixdə saat 20:21:39-21:33:18 aralığında olması görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 01 saat geridə olduğuna görə həmin şəxslər real vaxtla 21:21:39-22:33:18 aralığında qeyd edilən yerdən keçirlər. Bundan sonra, Təcili Yardım şöbəsində olan giriş hissədə quraşdırılmış vedieomüşahidə kamerasına baxış keçirildi. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, həmin kamera 02 saylıdır. xx.xx.2024-cü il tarix saat 21:31:13-də iki nəfər şəxs şöbəyə daxil olurlar. Onlardan birinin üzərində qanabənzər ləkələr olması müşahidə edilir. Həmin şəxslər dəhlizlə irəli doğru gedərək saat 21:31:32-də görüntüdən itirlər. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, üzərində qanabənzər ləkələr olan şəxs X7r, qeyd edilən görüntülər xx.xx.2024-cü il tarixdə saat 21:31:13-21:31:32 aralığında olması görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 01 saat geridə olduğuna görə həmin şəxslər real vaxtnan 22:31:13-22:31:32 aralığında qeyd edilən yerdən keçirlər. Bundan sonra Təcili Yardım şöbəsində olan dəhlizdə quraşdırılmış vedieomüşahidə kamerasına baxış keçirildi. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, həmin kamera 03 saylıdır. xx.xx.2024-cü il tarix saat 21:31:20-də iki nəfər şəxs dəhlizlə girişdən gəlib kamera olan tərəfə doğru gəlirlər. Onlardan birinin üzərində qanabənzər ləkələr olması müşahidə edilir. Həmin şəxslər dəhlizlə irəli doğru gedərək saat 21:31:33-də görüntüdən itirlər. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, üzərində qanabənzər ləkələr olan şəxs X7r, qeyd edilən görüntülər xx.xx.2024-cü il tarixdə saat 21:31:20-21:31:33 aralığında olması görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 01 saat geridə olduğuna görə həmin şəxslər real vaxtnan 22:31:20-22:31:33 aralığında qeyd edilən yerdən keçirlər. Bundan sonra Təcili Yardım şöbəsində olan dəhlizdə quraşdırılmış digər vedieomüşahidə kamerasına baxış keçirildi. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, həmin kamera 04 saylıdır. xx.xx.2024-cü il tarix saat 21:32:48-də bir nəfər şəxs xərəyin üzərində üsü üstdə otaqdan çıxarılır və şöbənin giriş qapısı istiqamətində aparılaraq 21:32:54-də gözdən itir. Baxışda iştirak edən Kamran Sadıqov bildirdi ki, xərəyin üzərində uzanmış şəxs X7r, qeyd edilən görüntülərin xx.xx.2024-cü il tarixdə saat 21:32:48-21:32:54 aralığında olması görsənsə də videomüşahidə kamerasında vaxt real vaxtdan 01 saat geridə olduğuna görə həmin şəxslər real vaxtnan 22:32:48-22:32:54 aralığında qeyd edilən yerdən keçirlər. ( C-İ, i.v. 106-108) - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 16 dekabr 2024-cü il tarixli, 337/24 nömrəli protokoldan görünür ki, hadisə zamanı zərərçəkmiş şəxs X4 əynində olmuş bir ədəd qara rəngli, ön hissəsi zəncirbəndli gödəkçənin (jaketin) uzunluğu 630 mm, çiyin hissədən eni 390 mm-dir. Sağ qolunun ön səthinin yuxarı hissəsində emblem vardır. Boyun hissəyə daxildən bir ədəd “Dolce Gabbana made in İtaly” yazısı olan etiket tikilmişdir. Gödəkçənin sağ qolluğu kəsilmiş vəziyyətdədir. Gödəkçənin üzərində qəhvəyi rəngli qanabənzər maddənin ləkələri müşahidə olunur. Jaketin üzərində vizual baxış zamanı aşağıdakılar aşkar edildi: jaketin sağ qolluğunun ön hissəsində qolluq dairə tikişindən 50 mm aşağıda bir ədəd 10 mm uzunluqda zədə vardır. Baxış zamanı gödəkçədə digər zədə aşkar edilmədi. Baxış keçirilən bir ədəd qara rəngli qısaqol köynəyin uzunluğu 590 mm, çiyin hissədən eni 400 mm-dir. Köynəyin ön hissəsi və hər iki qolluğu kəsilmiş vəziyyətdədir. Köynəyin üzərində qəhvəyi rəngli qanabənzər maddənin ləkələri müşahidə olundu. Köynəyin üzərində vizual baxış zamanı aşağıdakılar aşkar edildi: köynəyin sağ qolluğunun ön hissəsində qolluq dairə tikişindən 60 mm aşağıda bir ədəd 20 mm uzunluqda zədə vardır. Baxış keçirilən bir ədəd ağ rəngli maykanın uzunluğu 530 mm, qolaltı hissədən eni 390 mm-dir. Maykanın ön hissəsi və hər iki qolluğu kəsilmiş vəziyyətdədir. Boyun hissəsinə daxildən üzərində “6-M 100% pamuk made in india” yazıları oxunur. Maykanın üzərində qəhvəyi rəngli qanabənzər maddənin ləkələri müşahidə edilir. Maykanın üzərində vizual baxış zamanı digər hər hansı bir zədə aşkar edilmədi. Baxış keçirilən bir ədəd iki yan, iki arxa cibə malik, ön hissəsi zəncirbəndli, cins şalvarın uzunluğu 850 mm, bel hissədən eni 380 mm-dir. Bel hissəyə kəmər keçirmək üçün 5 ədəd ilgək tikilmişdir. Ön hissədə metal zəncirbənd və bir ədəd düymə ilə bağlanılır. Arxa səthində bel nahiyəsinə və arxa sağ cibinin üzərində emblem tikilmişdir. Şalvarın sağ ayaqlığı kəsilmiş vəziyyətdədir. Şalvarın üzərində qəhvəyi rəngli qanabənzər maddənin ləkələri müşahidə edilir. Şalvarın üzərində vizual baxış zamanı aşağıdakılar aşkar edildi: şalvarın sağ ayaqlığının arxa hissəsində ətəyin son kənarından 350 mm yuxarıda, sağ yan tikişdən 30 mm solda bir ədəd 20x18 mm ölçüdə zədə vardır. Həmin zədədən 300 yuxarıda bir ədəd 18 mm uzunluqda zədə vardır. Baxış keçirilən bir ədəd qara rəngli, başlıq hissəsi qızılı rəngdə olan kəmərin uzunluğu 1130 mm, eni isə 30 mm-dir. Kəmərin üzərində vizual müşahidə zamanı hər hansı bir zədə aşkar edilmədi. Üzərində qəhvəyimtil rəngli qeyri müəyyən formalı ləkələr müşahidə edilir. (C-İİ, i.v. 26) - «Baxış keçirilməsi haqqında» 24 dekabr 2024-cü il tarixli, 339/24 nömrəli protokoldan görünür ki, hadisə zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd göy rəngli sviterin uzunluğu 580 mm, çiyin hissədən eni 360 mm-dir. Boyun ətrafı, aşağı azad kənar və hər iki qollarının aşağı azad kənarı sıx toxunuşlu manjet şəkillidir. Çiyin nahiyələrinə qara rəngli material zolaq şəklində salınmışdır. Ön səthində sol döş nahiyəsində zəncirbəndli eyni tipli materialdan kiçik cib tikilmişdir. Boyun hissəyə daxildən üzərində “Bottega Venet” yazısı olan bir ədəd etiket tikilmişdir. Sviterin üzərində vizual müşahidə zamanı hər hansı bir zədə aşkar edilmədi. Baxış keçirilən bir ədəd tünd göy rəngli, iki yan, iki arxa cibə malik, ön hissəsi zəncirbəndli, cins şalvarın uzunluğu 990 mm, bel hissədən eni 400 mm-dir. Bel hissəyə kəmər keçirmək üçün 5 ədəd ilgək tikilmişdir. Ön hissədə metal zəncirbənd və bir ədəd düymə ilə bağlanılır. Arxa sağ cibinin üzərində emblem tikilmişdir. Şalvarın üzərində qəhvəyi rəngli qanabənzər maddənin ləkələri müşahidə edilir. Şalvarın üzərində vizual baxış zamanı aşağıdakılar aşkar edildi: şalvarın sağ ayaqlığının ön hissəsində ətəyin son kənarından 440 mm yuxarıda, sağ yan tikişdən 50 mm solda bir ədəd 15 mm uzunluqda zədə vardır. Həmin zədədən 8 mm yuxarıda bir ədəd 7 mm uzunluqda zədə vardır. (C-İİ, i.v. 30) - Məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2024-cü il tarixli, 996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sağ əlin İİ barmağı nahiyəsində kəsilmiş yara, sağ əl, hər iki diz qapağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ əlin İİ barmağı nahiyəsində kəsilmiş yara kəsici əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni qarşılıqlı mübarizə zamanı əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. ( C-İİ, i.v. 39-40) - Məhkəmə tibbi ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 30 nömrəli rəyindən görünür ki; X4 ölümü zorakıdır. Ölüm boyun nahiyəsindən döş boşluğuna nüfuz edən nəfəs borusunun və nəfəs borusunun arteriya, venalarının kəsilməsi ilə əlaqədar kəskin qanitirmədən baş vermişdir. E.E.Cəfərovun ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. - X4 meyiti üzərində-boyunun sağ səthindəki əzələ və vətərlərinin, nəfəs borusunun, nəfəs borusunun arteriya və venalarının zədələnməsi ilə müşahidə olunan (1 ədəd) kəsilmiş-deşilmiş yara, döş sümüyünün sağ körpücük sümüyünə birləşən qığırdaq hissədən kəsilməsi (sınığı), kəskin qanitirmə, alın nahiyəsindən sağ göz yuvasına nüfuz edən sağ göz almasını zədələyən (1 ədəd) kəsilmiş-deşilmiş yara, sağ bazu oynağı, sağ əl, sağ diz oynağı nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə xəsarətlərin aşkar olunan nahiyələrinə bıçaqla vurma nəticəsində əmələ gələ bilməsi inkar edilmir və hər bir xəsarət ayrı-ayrılıqda canlı şəxslərdə dərəcəsinə görə boyunun sağ səthindəki əzələ və vətərlərinin, nəfəs borusunun, nəfəs borusunun arteriya və venalarının zədələnməsi ilə müşahidə olunan (1 ədəd) kəsilmiş-deşilmiş yara canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, alın nahiyəsindən sağ göz yuvasına nüfuz edən sağ göz almasını zədələyən (1 ədəd) kəsilmişdeşilmiş yara isə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. - X4 meyitində aşkar edilmiş xəsarətlərdən boyun nahiyəsindəki yara kanalının istiqaməti yuxarıdan aşağıya, sağdan bir qədər sola, öndən bir qədər arxaya doğru, alın nahiyəsindəki yara kanalının istiqaməti yuxarıdan aşağıya, soldan bir qədər sağa, öndən arxaya doğru olmuşdur. - X8 yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaqüstə, yarımoturaq, sağ tərəfi xəsarət yetirən şəxsə tərəf) olarkən o, cümlədən sağ tərəfi xəsarət yetirən şəxsə tərəf və sirkulyar vəziyyətlərdə yetirilə bilməsi mümkündür. - X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol və psixotrop maddələr aşkar edilməmişdir. ( C-İİ, i.v. 41-48) - Məhkəmə-lifli ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5054 saylı rəyindən görünür ki; - Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X8 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş, X8 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə X8 məxsus olduğu qeyd edilən jaketin tərkib liflərinə uyğun gəlirlər. ( C-İİ, i.v. 49-55) - Məhkəmə trasoloji ekspertizasının 29 noyabr, 2024-cü il tarixli, 3/1710 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X4 əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jaketin, köynəyin və şalvarın üzərində “Təqsirləndirilən şəxs əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Üzərində “X4 əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jaketin, köynəyin və şalvarın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Qeyd edilən geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. - Üzərində “Təqsirləndirilən şəxs əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın səthində olan zədələr isə ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir. - Təqdim edilmiş üzərində “X4 əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş maykanın, kəmərin və üzərində “Təqsirləndirilən şəxs əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş sviterin üzərində trasoloji zədə yoxdur. ( C-İİ, i.v. 56-60) - Məhkəmə-kompyuter texniki ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 5/1318 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Poco X6” markalı “23122PCD1G” modelli “**********31523, **********31531” “ımei” kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Xiaomi Poco X6” markalı “23122PCD1G” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, sənədlər, audio, foto, video fayllar, “vhatsapp” proqram təminatı, “instagram”, “tiktok” sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri, “Telegram” proqram təminatına aid rəqəmsal işlər və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-1318” adlı iş çantasında xarici yaddaş qurğuya köçürüldü. Tədqiq olunan ”Xiaomi Poco X6” markalı “23122PCD1G” modelli mobil smartfonun yaddaşında mövcud olan “SMS” mesajların əldə edilməsi üçün “APK” faylı yükləmək istədikdə həmin faylın mobil cihaz tərəfindən dəstəklənməməsi səbəbindən “SMS” mesajları əldə edərək istintaq orqanına təqdim etmək mümkün olmadı. ( C-İİ, i.v. 61-64) - Məhkəmə-bioloji ekspertizasının 17 dekabr 2024-cü il tarixli, 850/2024-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); X4 ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (elektron prokurorluğun informasiya sistemindən götürülmüş kserosurətə əsasən; Ekspertizaya təqdim edilmiş E.E.Cəfərova məxsus cins şalvar, bir ədəd gödəkçə, qolsuz mayka, qolsuz köynək, bir ədəd kəmər, Təqsirləndirilən şəxs məxsus məxsus bir ədəd cins şalvar və 03 ədəd çubuqlu pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta/(İİ) qruplu şəxsə, o cümlədən X8 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa); Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd sviter üzərində olan ləkələrdə qan aşkar olunmadı. ( C-İİ, i.v. 66-73) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli 3291 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan əlamətlər: emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, eqosentrizm və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. O, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. ( C-İİ, i.v. 86-89) - Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 26 oktyabr 2024-cü il tarixli, 13126 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən xx.xx.2021xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinədə olub. Diaqnoz: “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntu, özünü kəsmələrlə”. X11 yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (C-İ, i.v. 173-184) - Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 01 noyabr 2024-cü il tarixli, 738 nömrəli məktubundan görünür ki, X11 qeyd edilən xəstəxanada qeydiyyatda olmayıb. Təqsirləndirilən şəxs isə xx.xx.2021-ci ildən Lənkəran şəhər Psixiatriya xəstəxanasında qeydiyyatdadır. Diaqnoz: “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, davranış pozuntularla və özünükəsmə halı ilə”. (C-İ, i.v. 186-193). - «Sübutların qiymətləndirilməsi haqqında» 22 yanvar 2025-ci il tarixli, 16/25 nömrəli qərarda Təqsirləndirilən şəxs ifadəsində hadisədən sonra evə getdikdən, yəni artıq hər kəsin bu barədə məlumatı olduqdan sonra polisə məlumat verməsi səxsin könüllü gəlməsi kimi qiymətləndirilməməsi, hadisə vaxtı zərərçəkmiş şəxs X4 əynində olmuş bir ədəd gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd kəmər və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək, həmçinin zərərçəkmiş şəxs X8 məxsus bir ədəd "Xiaomi Poco X6" markalı mobil telefon, eləcə də məhkəmə kompyuter-texniki ekspertizası rəyinə əlavə edilmiş bir ədəd xarici yaddaş qurğusunun iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla Lənkəran Rayon Prokurorluğunda maddi sübutların saxlanma otağında saxlanılması qərara alınmışdır. ( C-İİ, i.v. 94-126) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 01 ədəd "CD" disk maddi sübutlar, hadisə gününə aid videodiskləri və ittiham tərəfinin təqdim etdiyib digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi : Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlilləri: Təqsirləndirilən şəxsin X9 öldürmək niyəti olmamışdır, təqsirləndirilən şəxs psixi problemləri olan şəxsdir, zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri qarşısında qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində onu öldürməyə məcbur qalmışdır. Qeyd edilən dəlillərlə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində bıçaq olmasının səbəbini adətən bıçaq gəzdirməsi ilə əsaslandırsa da, ibtidai istintaq zamanı verdiyi ifadələrində bıçağı Aidənin Elnurun onu narahat etməsini deməsindən sonra Bakı şəhərində tanımadığı yerdən aldığını bildirmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin qardaşı arvadına münasibəti milli-mənəvi dəyərlərlə birlikdə nəzərə alındıqda bu da onu göstərir ki, o, həmin bıçağı alarkən artıq zərərçəkmiş şəxsi öldürmək niyəti formalaşmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin psixi problemlərinin olması, cinayəti fizioloji affekt vəziyyətində törətməsi ilə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, əvvəla, iş materiallarından təqsirləndirilən şəxsin uzun müddətli hansısa psixi xəstəlikdən əziyyət çəkdiyi görünmür. Belə ki, işdə olan müvafiq sənəddən görünür ki, Təqsirləndirilən şəxs cəmi 2 dəfə, bir günlük olmaqla, yəni, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinədə olmuşdur. Təqsirləndirilən şəxsin xx xxxx 2003-cü il təvəllüdlü olduğu nəzərə alındıqda müəyyən olunur ki, həmin müayinələrin aparıldığı dövr hərbi xidmətə çağırış dövrünə təsadüf etməklə, nə həmin müddətdən əvvəl, nə də sonra təqsirləndirilən şəxsin hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi, aparılmış stasionar müayinə və müalicələr barədə müdafiə tərəfi heç bir sənəd təqdim etməmişdir. Əksinə, işdə olan müvafiq psixiatrik ekspertiza rəyindən görünür ki, “Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.” Göstərilən halları nəzərə alıb məhkəmə, müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin bu hissədə söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 onun qardaşı arvadı Şahid2 sataşmasını hadisədən günlər əvvəl bilib, onu öldürmək məqsədini həyata keçirmək üçün Bakı şəhərindən qabaqcadan bıçaq alıb Lənkəran şəhərinə gəlmiş, Elnur Cəfərovu təklikdə görüşə çağırmış, söhbət əsnasında eşitdiklərinin həqiqiliyindən əmin olub, Elnur Cəfərovun həyat əhəmiyyətli orqanlarına ona xüsusi əzab verdiyini dərk edərək və rəhmsizlik göstərərək zərbələr endirmiş və əməlindən peşman olmamışdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adam öldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Lakin, qanunvericilikdə sadəcə amansızlıqla deyil, xüsusi amansızlıqla törədilən qətl cinayətləri ağırlaşdırıcı hallarda törədilən qəsdən həyatdan məhrum etmə əməllərinə aid edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs X8 yetirmiş olduğu xəsarətlərin sayı, lokalizasiyası, yetirilmə mexanizmi və sair hallar onun X8 yetirdiyi çoxsaylı xəsarətlərin sonuncuya xüsusi fiziki əzab verdiyi faktını dərk etdiyinə dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c-İ, i.v. 223) - Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 yanvar 2025-ci il tarixli, 12-16/208 saylı arayışından və xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsdir. (C-İİ, i.v. 79-80) Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran rayon prokurorluğunda maddi sübutların saxlanma otağında saxlanılan hadisə vaxtı zərərçəkmiş şəxs X4 əynində olmuş bir ədəd gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd kəmər və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək məhv edilməlidir, zərərçəkmiş şəxs X8 məxsus bir ədəd “Xiaomi Poco X6” markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılmalıdır, məhkəmə kompyutertexniki ekspertizası rəyinə əlavə edilmiş bir ədəd xarici yaddaş qurğusu cinayət işinin materialları arasında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 420 (dörd yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 420 (dörd yüz iyirmi) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 51-2, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Rayon Prokurorluğunda maddi sübutların saxlanma otağında saxlanılan hadisə vaxtı zərərçəkmiş şəxs X4 əynində olmuş bir ədəd gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd kəmər və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək məhv edilsin, zərərçəkmiş şəxs X8 məxsus bir ədəd “Xiaomi Poco X6” markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılsın, məhkəmə kompyuter-texniki ekspertizası rəyinə əlavə edilmiş bir ədəd xarici yaddaş qurğusu cinayət işinin materialları arasında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi 420 (dörd yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-226/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-226/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver