Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-227/2022 15.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas ŞabanovValeh İxtiyar oğlu, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X19 və X8 iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 120.2.9, 120.2.10 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2018-ci il tarixdə ailəsi ilə birlikdə yaşadığı Kürdəmi rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evində qardaşı Şahid4 növbəti gün keçiriləcək toy mərasiminə hazırlıqla bağlı evin həyətində həmkəndliləri və qonşuları ilə birlikdə işlər görərkən axşam saatlarında böyük qardaşı Şahid1 bacısı Şahid9 yaşadıqları evin qonaq otağında şillə vurmasını görüb, qardaşından bunun səbəbini öyrənməyə çalışsa da, Şahid1 bu barədə ona cavab verməməsindən narazı qalmış, bir neçə gün sonra, 2018-ci ilin sentyabr ayının ortalarında yenidən yaşadıqları evin həyətində Şahid1 bu barədə soruşduqda sonuncu ona toy məclisi axşamı bacıları Şahid9 evin həyətində yerləşən ayaqyolunda olarkən qonşusuları və yaxın dostu X9 ayaqyolunun qapısını açıb baxdığını, sonra isə bu hərəkətlərinə görə ondan üzr istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qardaşından bu sözləri eşitdikdən sonra yaxın dostu olan Tərxan Əlyarovun onun namusuna sataşmaqla xəyanət etdiyini düşünərək Tərxan Əlyarovu qısqanclıq zəmnində qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, bu məqsədlə Tərxan Əlyarovu başqa şəxslərin olmadığı yerə aparmaq, əvvəlcə dinləyib ona xəyanət etməsini etiraf etdirmək, sonra isə öldürmək niyyətini həyata keçirmək üçün əvvəlcədən özündə olan, küstar üsulla polad dəmirdən metalkəsən mişarla kəsib düzəltdiyi, ucu deşici, kənarları kəsici, təxminən 20 sm uzunluqda olan, bıçağabənzər aləti 22 sentyabr 2018-ci il tarixdə saat 22 radələrində əynində olan şalvarın bel hissəsinə keçirib koftasını üstünə salmaqla gizlətmiş, X18 rayonunun Atakişili kəndində yerləşən evlərinə gedərək onunla görüşmüş və gəzmək adı ilə aldatmaqla Tərxan Əlyarovu yaşadığı evdən 1 km məsafədə yerləşən, Mil Qarabağ və X21 İstismar idarəsinin balansında olan «S» kollektorunun kənarına aparmış, orada kollektorun sağ kənarında Tərxan Əlyarovdan 02 sentyabr 2018-ci ildə axşam saatlarında bacısı Şahid9 ayaqyolunda olarkən qapını açıb baxmasının səbəbini soruşduqda Tərxan Əlyarovun belə bir hadisənin olmadığını təkidlə bildirməsinə baxmayaraq öz cinayətkar niyyətini həyata keçirmək üçün sağ əli ilə qəflətən sonuncunun sol alın-qaş nahiyyəsinə yumruqla güclü zərbə vurmuş, şalvarının bel hissəsində gizlətdiyi bıçağabənzər aləti çıxarıb Tərxan Əlyarovun ürəyinin yerləşdiyi döş qəfəsinin sol yuxarı nahiyəsinə ardıcıl olaraq ən azı üç dəfə daxilə nüfuz edən zərbələr vurmuş, Tərxan Əlyarov kürəyi üstə yerə yıxılaraq almış olduğu xəsarətlərdən ölmuşdur. Beləliklə də Tərxan Əlyarovu qısqanclıq zəmnində qisas almaq məqsədi ilə qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Tərxan Əlyarovun ölməsinə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədi ilə onun meyitini çiyninə götürərək təxminən 10-15 metr məsafədə daşıyıb həmin vaxt dərinliyi 4 metr, dibdən 3, üst hissədən 12 metr endə olmaqla içərisi su ilə dolu olan «S» kollektoruna atmışdır. Sonra isə cinayətin aləti olan bıçağı və Tərxan Əlyarova məxsus, hadisə zamanı yerə düşmüş üzərində 050 326-14-12, 070 ***-**-** və 050 ***-**-** nömrələr olan **********53790 və **********49554 İMEİ kodlu iki ədəd mobil telefon aparatlarını məhv etmək məqsədilə yaşadığı ev istiqamətində kollektor boyu 25-30 metr daşıyıb su kanalına atmışdır. Sonradan həmin kollektordan X12 məxsus sklet sümükləri aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmədiyini düşünərək təkrarən bacısı Şahid11 qayınanası, Kürdəmir şəhəri Soltan Şıxəliyev küçəsində yerləşən ünvansız yeni tikilidə (həyət evində) tək yaşayan X4 ayrı-ayrı kişilərlə görüşməsi barədə qohumlar, dost-tanışları arasında məlumatlar yayıldığından Xanımqız Bədəlovanın həmin hərəkətlərini özünü və ailəsini nüfuzdan salan hərəkətlər kimi qəbul edib, Xanımqız Bədəlovanı da öldürmək qərarına gəlmiş, bu məqsədlə 05 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhərindən Kürdəmir şəhərinə gəlmiş, Xanımqız Bədəlovanı yaşadığı evdə yatılı vəziyyətdə öldürməyi palanlaşdırmaqla Kürdəmir şəhərində yerləşən Heydər Əliyev adına parkda gəzişərək havanın qaralmasını gözləmiş, 05 avqust 2021-ci il tarixdə saat 23 radələrində Xanımqız Bədəlovanın yaşadığı evə yaxınlaşmış, evin həyətinə giriş qapısı bağlı olduğundan hasar üzərindən aşmaqla həyətə, oradan isə evin qapısını döyməklə özünü təqdim edərək Xanımqız Bədəlovanın razılığı ilə evə daxil olmuşdur. Xanımqız Bədəlova ilə bir müddət qohum kimi söhbət edib vəziyyəti ilə maraqlanmaq görüntüsü yaratmış, daha sonra yorğun olduğunu, uzaq yol gəldiyini və zərərçəkmişin evində gecələmək istədiyini bildirib, sonuncunun yataq otağı kimi istifadə etdiyi mətbəxə keçərək çarpayı üzərinə uzanmaqla Xanımqız Bədəlovanın yatmasını gözləmişdir. Xanımqız Bədəlova isə həmin otaqla üzbəüz yerləşən evin giriş qapısının açıldığı digər otağa keçib, döşəməyə sərdiyi yataq dəstinin üzərinə uzanmaqla yatmışdır. Təqsirləndirilən şəxs Xanımqız Bədəlovanın tam yatmasına əmin olduqdan sonra 06 avqust 2021-ci il tarixdə saat 04-05 radələrində evdə təklikdə yatmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Xanımqız Bədəlovanın artıq ona hər hansı formada müqavimət göstərmək iqtidarında olmadığını yəqinliklə bilib, zərərçəkmişin yatdığı otağa daxil olaraq həmin otaqda masa üzərindən götürdüyü, dəstəyi və ucu metaldan olan çəkiclə üzü üstə yatmış vəziyyətdə olan Xanımqız Bədəlovanın baş nahiysinə ardıcıl olaraq ən azı 3 dəfə zərbələr endirməklə Xanımqız Bədəlovaya başın küt travması, 6 ədəd didilmiş-cırılmış yara, beyin qışalarına qansızma, başın yumuşaq toxumasına bütünlüklə qansızma, təpə sümüklərinin bitişməsinin sınığı, xarici kütləvi qanitirmə və komotoz vəziyyətdə düşməsi ilə müşaiyyət olunan, həyat üçün təhlükəli olub, sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Xanımqız Bədəlovanı aşkar surətdə köməksiz vəziyyətindən istifadə etməklə qəsdən həyatdan məhrum etməklə qəsdən təkrar qadam öldürmüşdür. Xanımqız Bədəlovanı öldürdükdən sonra isə ona məxsus, evdə olan əmlakı-pulu gizli-zinət əşyalarını talamaq qərarına gəlmiş, bu məqsədlə evi axtararaq Xanımqız Bədəlovaya məxsus parça materiallı çantasından pul qabında olan 115 manat pulu aşkar edib gizli olaraq talamaqla oğurlamış, sonra isə 06 avqust 2021-ci il tarixdə saat 06 radələrində evi tərk edib Bakı şəhərinə getmişdir. Məhkəmədə təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.10 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. 2018-ci ilin sentyabr ayının əvvəllərində Atakişili kəndindəki evlərində qardaşı Amalin toy axşamı məclisi keçirilmişdir. Həmin gün qonaqlar getdikdən sonra, gecə saat 01 radələrində evə daxil olarkən qardaşı Şahid1la bacısı Şahid9 mübahisə etdiklərini və Anarın Pərvinə şillə vurduğunu görmüşdür. Anardan bacıları Pərvini nə üçün vurduğunu soruşmuş, lakin anar ona cavab verməmişdir. Bundan beş-on gün sonra Anardan bacıları Pərvinə şillə vurmasının səbəbini təkrar soruşduqda Anar Amalın toy axşamı günü bacısı Pərvin həyətdəki ayaqyolunda olarkən qonşuları Tərxan Əlyarovun ayaqyolunun qapısını açıb, sonradan içəridə Pərvinin olduğunu görüb bağladığını, bununla bağlı sonradan ondan üzr istədiyini demişdir. Tərxan Əlyarovla aralarında dostluq münasibətləri olduğundan sonrakı müddətdə onunla dəfələrlə görüşsələr də, Tərxan ona bu məsələni danışmamış, heç nə olmamış kimi davranmışdır. Ona görə də 22 sentyabr 2018-ci ildə Tərxanı dəvət edib bu barədə özündən soruşmağı, etiraf edib səhv etdiyini boynuna almasa, onu öldürməyi qərara almışdır. 22 sentyabr 2018-ci il tarixdə saat 20 radələrində Tərxan ona mobil telefonla zəng edərək Kürdəmir şəhəri, “Saat dairəsinin” yanında yerləşən “Lal Hüseynin çayxanası” deyilən çayxanaya çağırmışdır. Lakin o, yorğun olduğunu bildirməklə getməmişdir. Həmin günü saat 22 radələrində hava qaraldıqdan sonra qara uzunqol köynək, qara cins şalvar və boz rəngli idman ayaqqabısını geyinmiş, əvvəlki illərdə düzəltdiyi, bıçağa bənzər aləti şalvarının başına taxaraq göynəyin altında gizlətmiş, Tərxanı sakit bir yerdə həmin hadisə ilə bağlı sorğusual etmək məqsədilə onun evinə gedərək Tərxanı qapıdan çağırmış, bir az gəzməyi və söhbət etməyi təklif etmişdir. Onlarda beş-on dəqiqə oturdaqdan sonra evdən birlikdə çıxıb sağ tərəf istiqamətə yeriyərək kənddə dəmir yolunun yanından keçən su kanalının yanına kimi getmişlər. Qəsdən yolu o istiqamətdə salmışdır ki, heç kimin olmadığı yerdə öz məqsədini həyata keçirsin. Təxminən 1 km məsafəni 5-10 dəqiqə yerimişlər. Su kanalının yanına çatdıqda Tərxandan qardaşı Amalın toy axşamı günü bacısı Pərvin ayaqyolunda olarkən ayaqyolunun qapısını açıb-açmamasını soruşmuşdur. Tərxan isə ona Pərvin ayaqyolunda olarkən qapını açmadığını demişdir. Dəfələrlə bu sualı təkrar etsə də, Tərxan belə bir hadisənin olmadığını təkidlə bildirmişdir. Hadisədən sonra qardaşı Anarın Tərxanla söhbət etməsini və sonuncunun qardaşından üzr istədiyini bildiyini və buna görə də düzgün danışmasını demişdir. Tərxan da and içərək, eləcə də söyüş söyərək belə bir hərəkətə yol vermədiyini demişdir. Tərxanın inadla etiraf etmək istəmədiyini görüb sağ əli ilə qəflətən sonuncunun sol alın-qaş nahiyəsinə yumruqla güclü zərbə vurmuş, Tərxan səndəlləmiş, lakin yerə yıxılmamışdır. Tərxandan yenə düzgün danışmasını tələb etmişdir. Tərxan isə hərbi hissədə müddətdən artıq hərbi qulluqçu işlədiyini, hazırda məzuniyyətdə olduğunu, alnındakı xəsarətə görə işə çıxan zaman problem yaranacağını demişdir. Tərxana dəfələrlə təkidlə hadisəni düzgün danışmasını demiş, sonuncu isə danışmamışdır. Dost kimi qəbul etdiyi adamın onun ailəsinə, doğma bacısına sataşmağını xəyanət kimi qəbul etdiyi üçün, həmin vaxt ütsündə olan, 2015-ci ildə kustar üsulla polad dəmirdən laqonda ilə kəsib düzəltdiyi bıçağı belindən çıxarıb sağ əli ilə Tərxanın sol yuxarı sinə nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Qaranlıq olsa da, bıçağın Tərxanın bədəninə girdiyini hiss etmişdir. Birinci bıçaq zərbəsindən sonra sonuncu yenə yıxılmamış, ayaq üstə olmuş, ona müqavimət göstərməmiş, artıq danışmağa başlamış, həqiqətən belə bir hal olduğunu, toy axşamı günü Pərvin ayaqyolunda olarkən qapını bilmədən açdığını, buna görə qardaşı Anardan üzr istədiyini etiraf etmişdir. Artıq gec olduğunu deyərək ardıcıl olaraq Tərxanın sol sinə, yəni ürək nahiyəsinə əlində olan bıçaqla 3 dəfə əlavə zərbə endirmiş, bıçağın sol sinə nahiyəsinə girdiyini hiss etmişdir. Sonuncu zərbədən sonra Tərxan kürəyi üstə yerə yıxılmış, özündən getdiyi üçün danışmamışdır. Beş dəqiqə gözlədikdən sonra Tərxanın xırıldadığını və artıq öldüyünü görmüşdür. Tərxanın meyitini çiyninə götürmüş, 15-20 metr məsafədə aparıb kanala çatdıqda kanala atmışdır. Meyiti çiyninə alanda əlindəki bıçaq və Tərxanın cibindəki mobil telefon yerə düşmüşdür. Kanalın dərinliyi təqribən 2 metrə qədər olmuş, içərisində azacıq su olmuş, Tərxanı kanala atdıqdan sonra dəmiryolu xətti boyunca evi istiqamətində yəni kanalın qırağı ilə ev istiqamətinə irəliləmişdir. Bu zaman Tərxanın üzərində olmuş mobil telefonu və bıçağı özü ilə götürmüşdür. Həmin telefonu və zərbə endirdiyi bıçağı kanala atmışdır. Telefon və bıçağı hansı istiqamətdə atdığını xatırlamır. Təxminən həmin istiqamətdə 1-2 km yeridikdən sonra evə çatmışdır. Evə daxil olan kimi sol tərəfdə yerləşən hamama çiyni qan olan köynəyini atmış, daha sonra əl-üzünü yuyaraq evə daxil olmuşdur. Səhəri gün üzərində qan ləkəsi olan köynəyi yumuşdur. Bundan başqa X10 bacısı Zinyətin qaynanası olmuşdur. Bacısı Zinyət təxminən 10 il bundan əvvəl X3 ailə qurmuş, onlar Bakı şəhərində yaşamışlar. Xanımqız Bədəlova isə Kürdəmir şəhəri Soltan Şıxəliyev küçəsində yerləşən evində tək yaşamışdır. Xanımqızın uzun müddətdir ki, Kürdəmir rayonu Qarabucaq qəsəbəsi sakini Tahir adlı şəxslə qeyri-rəsmi ər-arvad kimi münasibətləri olmuşdur. Xanımqızın əxlaqsızlıqla məşğul olduğunu, evində kənar şəxslərlə görüşdüyünü bilmişdir. Xanımqızın bu hərəkətlərini özünə və ailəsinə qarşı alçaqlıq gətirməsini düşünərək, Xanımqız Bədəlovanı əxlaqsızlığına görə öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 05 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhərindən mikroavtobusla Kürdəmir şəhərinə gəlmişdir. Kürdəmirə çatandan sonra bir müddət Heydər Əliyev adına parkında gəzişmiş, hava qaraldıqdan sonra saat 23 radələrində parkdan çıxaraq Xanımqız Bədəlovanın evinə getmişdir. Həyət qapısı bağlı olduğundan hasardan keçərək həyətə daxil olmuş, pilləkənlə qalxıb evin plastik qapısını döymüşdür. Bu zaman Xanımqız Bədəlova içəridən kim olduğunu soruşmuş, o, özünü təqdim etdikdən sonra Xanımqız qapını açmışdır. Xanımqıza Bakı şəhərindən gəldiyini, yorğun olduğunu və gecəni onun evində qalmaq istədiyini demişdir. Bundan sonra Xanımqızla birlikdə evin girəcəyindəki pilləkəndə oturub çay içmişlər. Xanımqız özünün yatdığı yerdə onun üçün yer açmış, özü isə evin o biri otağında, yəni təmirsiz otaqda yatmışdır. Gecəni yatmamış, gecə saat 4-5 radələrində yatdığı otaqdan çıxaraq Xanımqız Bədəlovanın yatdığı otağın qapısını açmış, sonuncunun otağın girəcəyində, qapının qarşısında yerdə döşəyin üzərində üzü üstə yatdığını görüb otağa daxil olmuş, qapısını azacıq örtmüşdür. Otaqdakı stolun üstündən dəmir dəstəkli çəkici götürüb Xanımqızı öldürmək üçün ilk olaraq başının gicgah nahiyəsinə zərbə endirmiş, sonuncunun xırıldadığını görüb sol əli ilə başını tutub sağ əlindəki çəkiclə baş nahiyəsinə ardıcıl olaraq 3-4 zərbə endirmişdir. Əli qan olduğu üçün stolun üzərində olan dəsmal ilə əlini silib, həmin dəsmalı yerə atmışdır. Daha sonra 1-2 dəqiqə gözləyib Xanımqızın öldüyünü təxmin edib, otağın qapısını açıb həyətə düşmüşdür. Həyətin ortasında olan, içərisi su ilə dolu olan ağ vedrədə əlindəki çəkici yuyub yenidən otağa qayıtmışdır. Otağın döşəməsi olmayan hissədən çəkici evin zirzəmisinə atmışdır. Daha sonra otaqdakı odeyalların arasında pul qabı görüb götürmüşdür. Həmin pul qabının içərisində 115 manat pul olmuşdur. Həmin pulu götürüb pul qabını otaqda yerə atmışdır. Bundan sonra Xanımqızı öldürdüyü otaqdan çıxaraq qapısını örtmüş və öz yatdığı otağa keçib həyətin işığını söndürmüş və həyətə düşmüşdür. Həyət qapısını az açaraq başını küçəyə çıxarıb heç kimin olmadığına əmin olub həyətdən çıxmış, sağ tərəfə dönüb məhlələrin arası ilə dəmir yolu xəttinin kənarına gəlmişdir. Oradan dəmir yolu xəttinin kənarı ilə tikinti materialı satılan tərəfə gedərək işıqfora çatmış, sağa dönərək dördyol deyilən istiqamətə getmiş, orada tanımadığı taksiyə minərək Bakı şəhərinə qayıtmışdır. Xanımqız Bədəlovanın ölümünün yeddinci günü Bakı şəhərindən Kürdəmir rayonuna gəlmiş, bundan sonra atası və anası ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində atasına məxsus evində yaşamışdır. Bir müddət sonra isə onun cinayət əməlləri polis tərəfindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəylərii və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X17 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs və ailə silə qonşu olmaqla yanaşı münasibətləri yaxşı olmuşdur. Tərxan Əlyarov xaraktercə sakit və ədəbli insan olmuş, Rəfael Cəfərovla dostluq etmiş və onunla daha çox ünsiyyətdə olmuşdur. Ailələri 02 sentyabr 2018-ci ildə Təqsirləndirilən şəxs qardaşı Amilin toy axşamı məclisində iştirak etmişdir. Orada Rafaelin bacısı Pərvin ayaqyolunda olarkən Tərxanın ayaqyolunun qapısını açmasını və bununla bağlı söz-söhbət olmasını eşitməmişdir. Ümumiyyətlə Tərxan belə hərəkət etməmişdir. Həmin gündən sonrakı vaxtlarda da Təqsirləndirilən şəxsla və ailəsi ilə münasibətləri yaxşı olmuşdur. O, işi ilə əlaqədar 22 sentyabr 2018-ci il tarixdə saat 05 radələrində evdən çıxmışdır. Tərxan həmin vaxt evdə qalmışdır. 22 sentyabr 2018-ci il tarixdə saat 19 radələrində iş yoldaşlarından birinin mobil telefonu ilə Tərxanın ***-***-**-** nömrəli mobil telefonuna zəng edib evdə olub-olmadığını, nə işlə məşğul olduğunu, hal-əhvalının nə yerdə olduğunu soruşmuşdur. Tərxan isə ona yemək yediyini əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirmişdir. 23 sentyabr 2018-ci il tarixdə səhər saat 08 radələrindən işdən çıxıb təqribən saat 09 radələrində evə çatmış və Tərxanın evdə olmadığını görmüşdür. Tərxanın istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlarına zəng etmiş, lakin Tərxanın telefonu sönülü olmuşdur. Tərxanın dostu Rafaeli çağırıb Tərxanın harda olduğunu soruşmuşdur. Rəfael yuxudan təzə oyandığını, Tərxanın harada olduğunu bilmədiyini demişdir. Rəfaelə şəhərdə kompyuter işlədilən yerlərə baxmasını, Tərxanı tapıb dərhal evə çağırmasını demişdir. Rafael şəhərə Tərxanı axtarmağa getmişdir. O, saat 11 radələrində oğlu Orxana zəng edib Tərxanın evdə olmadığını bildirmişdir. Rafael ona Tərxanı tapa bilmədiyini, lakin axtardığını demişdir. O, daha çox narahat olmağa başlamışdır. 24 sentyabr 2018-ci il tarixdə Tərxanın fotoşəklini götürüb Kürdəmir Rayon Polis Şöbəsinə gedib, Tərxanın itkin düşməsi ilə bağlı ərizə yazmışdır. Sonradan oğlu Tərxanın qonşuları və yaxın dost hesab etdiyi Təqsirləndirilən şəxs tərəfindən öldürülərək evlərindən təxminən 1 km məsafədə yerləşən su kanalına atıldığı məlum olmuşdur. Su kanalarından Tərxanın sklet sümükləri aşkar olunmuşdur. Rafael Tərxanı öldürdüyü və su kanalanı atdığı yeri özü göstərmişdir. Təqsirləndirilən şəxs onun oğlunu heç bir əsas olmadan öldürmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X19 məhkəmədə göstərdi ki, anası X14 şəhəri Soltan Şıxəliyev küçəsində yeni məhəllədə yerləşən evində təklikdə yaşamış və Kürdəmir rayonu Qarabucaq qəsəbəsi sakini Tahir adlı şəxslə qeyri-rəsmi ərarvad kimi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs anası Xanımqız Bədəlovanı hansı səbəbdən öldürməsini bilmir. Xanımqızın meyiti yaşadığı evdən aşkar olunduğu gün Rafaellə telefonda danışdığı vaxt Rafael ona Bakı şəhərində işdə olduğunu demişdir. Sonradan isə anasının Rəfael Cəfərov tərəfindən öldürülməsi məlum olmuşdur. Məhkəmədən Təqsirləndirilən şəxs qanuna uyğun cəzalandırılmasını xahiş edir. Şahid1 ibtida istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, 02 sentyabr 2018-ci il tarixdə atasının Kürdəmir rayonu Atakişili kəndində yerləşən evində qardaşı Amalın toy axşamı məclisi keçirilmişdir. Qonşuları Tərxan və ailə üzvləri də məclisdə iştirak etmişlər. 03 sentyabr 2018-ci ildə gecə saat 01 radələrində evin darvazası tərəfdə səs-küy, deyib-gülmək eşitmiş həmin istiqamətə getmiş, ayaqyolu tərəfə çatanda qonşuları Şahid6 oradan qaçaraq uzaqlaşdığını görmüşdür. Eyni zamanda qonşuları Bəxtiyarın qızların ayaqyolunda olduğunu deməsini eşitmişdir. Sonra Bəxtiyar qızlar ayaqyolunda ola-ola Elçinin ayaqyolu tərəfə getdiyini, bu məsələyə görə Tərxanın da üzr istədiyini demişdir. Bacısı Pərvinin ayaqyolunda olarkən ayaqyolunun qapısını açıq qoyduğunu eşitmişdir. Evə gələrək bacısı Pərvinə hansı səbəbə ayaqyolunun qapısını açıq saxladığını demiş, sonuncu isə ona sərt cavab verdiyi üçün bacısına bir şillə vurmuşdur. Bu zaman Pərvinə şillə vurduğunu görən Rafael ondan hansı səbəbə Pərvinə şillə vurduğunu soruşmuş, o da cavabında Rafaelə heç nə-deyə cavab vermişdir. Bundan təxminən beş-on gün sonra evdə olarkən Rafael ondan yenidən toy gecəsi axşamı bacıları Pərvinə sillə vurmasının səbəbini soruşduqda Rafaelə toy axşamı bacıları Pərvin ayaqyolunda olarkən Elçinin ayaqyolu tərəfə getdiyini, Bəxtiyarın da bunu təsdiq etdiyini və bu söhbətə görə Tərxanın da üzr istədiyini demişdir. Bundan bir müddət sonra Tərxan yoxa çıxmışdır. 06 avqust 2021-ci il tarixdə qardaşı Amal ona zəng edərək Xanımqız Bədəlovanın öldürülməsini və Xanımqızın qohumlarının Rafael ilə maraqlanmalarını demişdir. O, Rafaelin “20 Yanvar” metro stansiyasının yaxınlığında işlədiyi dönərxanaya getmiş, Rafaelə Xanımqızın qohumlarının onunla maraqlandıqlarını demişdir. Rəfael isə heç bir söz deməmişdir. Rafaelin 05 avqust 2021-ci il tarixdə Kürdəmirə, Xanımqızın yaşadığı evə getməsini bilməmişdir. Şahid2 Mehrəli qızı məhkəmədə göstərdi ki, 02 sentyabr 2018-ci il tarixdə Kürdəmir şəhərində, yaşadıqları evdə oğlu Amalın toy axşamı məclisi keçirilmişdir. Qonşuları Tərxan və ailə üzvləri də məclisdə iştirak etmişlər. Axşam saatlarında evdə olarkən böyük oğlu Anarın bacısı Pərvini yanına çağırıb axşam saatlarında evdən kənarda nə işi olduğunu deyərək əsəbiləşdiyini və Pərvinə bir sillə vurduğunu görmüşdür. Digər oğlu Rafael isə Pərvini vurduğuna görə Anara əsəbiləşmişdir. Səhəri gün evin həyətində Amalın toyu olmuşdur. Bundan sonrakı günlərdə oğlu Rəfaelin Tərxanla daim münasibəti yaxşı olmuşdur. 22 sentyabr 2018-ci il tarixdə evdə olmuş, həmin gün Rafael də evdə olmuşdur. Həmin günü Rafaelin harasa getdiyini xatırlamır və Tərxanla görüşdüyünü görməmişdir. Tərxan həmin vaxtdan yoxa çıxmışdır. Tərxanın evinə gedib anasına baş sağlığı vermiş, lakin anası Əsmər də tez-tez oğlunun öldüyünə inanmadğını demişdir. Kənd camaatı arasında Tərxanın sağ və ölkə xaricində olması barədə söz gəzmişdir. Oğlu Rafaelin isə hərəkətlərində heç bir şübhəli hal hiss etməmişdir. Lakin sonradan oğlu Rafaelin Tərxanı öldürdüyünü və evlərinin yaxınlığındakı su kanalına atdığını bilmişdir. Şahid3 və Şahid4 da məhkəmədə Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Şahid5 məhkəmədə göstərdi ki, mərhum Tərxan Əlyarov onun qardaşıdır. 02 sentyabr 2018-ci il tarixdə qapı qonşusu Şahid4 yaşadığı fərdi yaşayış evində keçirilən toy axşamı məclisdə ailə üzvləri ilə iştirak etmişdir. Qardaşları Elçin və Tərxan ev sahiblərinə məclisdə kömək etmişlər. Axşam saatlarında evin həyətində Amalın qardaşları Rafaellə Anarın mübahisə etdiklərini görmüşdür. Tərxanla birlikdə Rafaeli evdən uzaqlaşdırmışlar. Rəfael qardaşı Anarın şərəfsiz olduğunu və yalnış söhbətlər etdiyini bildirmişdir. O və X22 nə səbəbə əsəbiləşdiyini soruşmamışlar. Bəxtiyar Anarın bacısı Pərvin ayaqyoluna gedərkən Elçinin Pərvini çağırdığına görə əsəbiləşdiyini bildirmişdir. Sonra isə başqa bir hadisə baş veməmiş və evlərinə getmişlər. Səhəri gün isə Amalın toyu olmuşdur. Toydan sonra o ailəsi ilə yaşadığı Şirvan şəhərinə getmişdir. Qardaşı Tərxan 22 sentyabr 2018-ci il tarixdə itkin düşmüşdür. Bununla bağlı 24 sentyabr 2018-ci il tarixdə Şirvan şəhərindən Atakişili kəndinə gəlmişdir. Qardaşı Tərxanın itkin düşməsində qonşulraı Rəfaeldən şübhələnməmişlər, çünki onlar dost olmuşlar. Bir müddət sonra Tərxanın meyiti evlərinin yaxınlığında yerləşən su kanalından tapılmış və onu Rəfaelin öldürməsi məlum olmuşdur. Şahid7 da məhkəmədə həyat yoldaşı Şahid5la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid6 məhkəmədə göstərdi ki, 02 sentyabr 2018-ci il tarixdə qonşusuları Şahid4 yaşadığı fərdi yaşayış evində keçirilən məclisdə ailə üzvləri - anası, qardaşları Orxan və Tərxanla birlikdə iştirak etmişdir. Həmin gün axşam saatlarında ayaqyoluna gedərkən həyətdə Amalın bacısı Pərvinə səslənib məclisdə yeni boşqabların gətirilməsi ilə bağlı söz demək istəmiş, lakin Pərvin onu eşitməmiş və uzaqlaşmışdır. O da ayaqyoluna getmişdir. Ayaqyolundan çıxdıqdan sonra Anar onu kənara çağırmış və ayaqyoluna gedərkən nə səbəbə bacısı Pərvini çağırdığını soruşmuşdur. O, Anara Pərvinə bacı kimi yanaşdığını, sonuncunu pis niyyətlə çağırmadığını bildirmişdir. Anar da ona ayıb olsun deyə bildirib oradan uzaqlaşmışdır. Bundan sonra evə getmiş, sonra olanlar barədə məlumatı olmamışdır. Sonrakı günlərdə Anar və Rafaellə münasibətləri yaxşı olmuşdur. xx.xx.2018ci il tarixdə anası ona zəng edərək Tərxanın evdə olmadığını və telefonlarına zəng çatmadığını bildirmişdir. Onlar Tərxanı axtarsalar da, tapa bilmədiklərindən bu barədə polisə müraciət etmişlər. Rafael də onlarla bərabər Tərxanın axtarılmasında iştirak etmişdir. Ancaq sonradan Tərxanı Rafaelin öldürüb evlərinin yaxınlığındakı su kanalına atması məlum olmuşdur. Şahid8 məhkəmədə göstərdi ki, Tərxan Əlyarov və ailəsi onlarla qonşu olmuşlar. Tərxan Əlyarov sakit təbiətli və mehriban adam olmuşdur. O özü son vaxtlar ailəsi ilə Bakı şəhərində yaşamışdır. 02 sentyabr 2018-ci il tarixdə digər qonşuları Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində onun qardaşı Amalın toy axşamı məclisi qeyd edilmişdir. Tərxanın özü və ailə üzvləri də məclisdə iştirak etmişlər. Axşam saatlarında evin həyətində Rafaelin qardaşı Anarla Tərxanın qardaşı Elçinin mübahisə etdiklərini görmüşdür. Anara yaxınlaşıb Elçinin azyaşlı olduğunu, mübahisə etməməsini demişdir. Anar Elçinlə mübahisə edərkən sonuncudan nə səbəbə bacısı Pərvini yanına çağırdığını soruşmuşdur. Elçin də Pərvinə öz bacısı kimi yanaşdığını bildirmişdir. Bundan sonra Anarı çəkib oradan uzaqlaşdırmışdır. Bundan sonra mahnı çalınıb oynamışlar. Axşam saatlarında Anargilin evində söz-söhbət olduğunu eşitmişdir. Anar Rafaellə çölə çıxıb sözlə mübahisə etmişlər. X27 bacıları Pərvini vurulması barədə mübahisə etmişlər. 03 sentyabr 2018-ci il tarixdı Amalın toy məclisi olmuşdur. 23 sentyabr 2018-ci il tarixdə Tərxanın anası Əsmər kənddə hər kəsə Tərxanın itkin düşdüyünü bildirmişdir. Bundan sonra Tərxanın yerini müəyyn etmək üçün Rafael, Orxanla bərabər Tərxanın şəkillərini kənd əhalisinə və şəhərdə digər şəxslərə göstərmişlər. Kürdəmir rayon prokurorluğunda Tərxan Əlyarovun ölümü ilə bağlı cinayət işi başlanıb istintaq aparıldıqdan sonra sonuncunun öldüyünü bilmişdir. Sonra isə Tərxanın Rafael tərəfindən öldürülməsi məlum olmuşdur. Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, əvvəllər Kürdəmir rayonu Atakişili kəndində ailəsi ilə yaşamış, 2019-cu ilin may ayında isə Gürcüstan respublikasında yaşayan şəxslə ailə qurmaqla həmin ölkədə yaşayır. 02 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu Atakişili kəndində yaşadıqları evdə qardaşı Amalın toy axşamı məclisi keçirilmişdir. O, məclisə gələn qonaqları qulluq etmişdir. Məclis bitən zaman evin həyətində yerləşən ayaqyolunda olmuş və sonra əlini yuyan zaman qonşuları Şahid6 yanına gələrək məclisin bitdiyini, qab-qabacağa kömək etməsini demişdir. O isə gələcəyini demişdir. Qonaqlar tam şəkildə getdikdən sonra qardaşı Şahid1 ondan ayaqyolunda olduğu zaman Elçinin nə üçün onun yanına getməsini soruşmuşdur. O isə Elçinin ona qab-qaşığa kömək etmək lazım olduğu deməsini bildirmişdir. Lakin Anar əsəbiləşib ona bir şillə vurmuşdur. Bu zaman yanında olan Rafael qardaşı Anara onu niyə vurduğunu demişdir. Anar isə nəyinə lazımdır-deyərək Rafaelə cavab verməmişdir. Bununla da söhbət bitmişdir. Səhəri gün isə Amalın toy məclisi olmuşdur. Şahid10 məhkəmədə göstərdi ki, ailəsi ilə Şirvan şəhərində yaşayır. “Samsung A51” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən internet üçün istifadə etmişdir. Təqsirləndirilən şəxsla 2018-ci ilin fevral ayında «odnaklasnik.ru» internet saytında tanış olmuşdur. Rafael ilə real həyatda görüşməmişdir. Rafael ona bir dəfə söhbət əsnasında Tərxan adlı dostunun itkin düşdüyünü, Tərxanın itkin düşməsi ilə tez-tez polisə çağırıldığını demişdir. Yazışmalarında günahının çox olduğunu və cəzasının Allah tərəfindən veriləcəyini demişdir. Şahid11 məhkəmədə göstərdi ki, Xanımqız Bədəlova onun qaynanası olmuş və Kürdəmir şəhərində yerləşən həyət evində təklikdə yaşamışdır. Qayınanasının yaşadığı evdə öldürülməsində əvvəllər qardaşı Rafaeldən şübhələnməmişdir. Rafael 03 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Xanımqızın Rafael tərəfindən öldürüldüyünü bilmişdir. Hadisənin hansı şəraitdə və necə baş verməsini bilmir. Şahid12 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanımış, sonuncu onunla birlikdə 2020-ci ilin fevral-mart aylarında və həmin ilin avqustoktyabr aylarında Bakı şəhərində tikintidə usta kimi işləmişdir. Təqsirləndirilən şəxs 75 manat borc almış, bir hissəsini ödəmiş, bir hissəsini ödəməmişdir. Bununla əlaqədar aralarında dəfələrlə telefon danışıqları olmuşdur. Xanımqız Bədəlovanın öldürülməsi barədə hadisədən təxminən bir həftə sonra eşitmiş, sonuncunun Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi barədə isə Rafael həbs edildikdən sonra öyrənmişdir. Şahid13 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Xanımqız Bədəlova ilə 1993-cü il tarixdə tanış olmuş, həmin vaxtdan öldüyü günə qədər sonuncu ilə qeyri-rəsmi münasibətdə olaraq ər-arvad kimi yaşamışdır. Bu barədə onların ailələrinin də məlumatı olmuşdur. 06 avqust 2021-ci il tarixdə Bakı şəhərinə olduğu zaman Xanımqız Bədəlovanın öldürüldüyünü eşitmişdir. Şahid15 məhkəmədə göstərdi ki, mərhum Xanımqız Bədəlova onun qonşusu olmuş, öz evində tək yaşamış və Tahir adlı şəxslə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Onunla bir bazarda işləmişlər. Xanımqız 06 avqust 2021-ci il tarixdə işə gəlməmişdir. Evinə getdikdə onun evdə üzüaşağı uzanmış vəziyyətdə olduğunu və başının qanlı olduğu görmüşdür. Bu barədə polisə məlumat vermişlər. Şahid17 məhkəmədə göstərdi ki, 2008-ci ildən Kürdəmir şəhərində yerləşən “Setkalı Bazar” adlanan bazarın müdiridir. Xanımqız Bədəlova həmin bazarada xadimə işləmişdir. Xanımqız Tahir adlı şəxslə qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. 06 avqust 2021-ci il tarixdə saat 12 radələrində Xanımqız Bədəlovanın işə gəlmədiyini görüb İmana gedib sonuncunu çağırmasını bildirmişdir. İman Xanımqızın evinə getmiş və geri qayıdıb ona Xanımqızın evdə yerdə uzandığını demiş, sonuncu ilə birlikdə oraya getmişdir. Xanımqızın evinə daxil olduqda sonuncunu üzüaşağı uzanmış vəziyyətdə olduğunu və baş hissəsinin qanlı olduğunu görüb polis əməkdaşlarını çağırmışdır. Şahid18 da məhkəmədə Şahid17la eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində istintaqa verdiyi ifadəsi xx.xx.2021-ci il tarixdə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsi ilə əyani şəkildə göstərdikləri arasında ziddiyyət aşkar edilməmiş, sonuncu ifadənin yerində yoxlanılması zamanı X6 öldürdüyü şəraiti, yeri, hadisənin detallarını əyani şəkildə göstərmişdir. Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsi xx.xx.2021-ci il tarixdə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsi ilə əyani şəkildə göstərdikləri arasında ziddiyyət aşkar edilməmiş, sonuncu ifadənin yerində yoxlanılması zamanı xx.xx.2018-ci il tarixdə X13 öldürdüyü şəraiti, yeri, hadisənin detallarını əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən un kombinatının yaxınlığında keçən dəmir yol xəttindən 120 metr əks tərəfdə meşə zolağının kənarında yerləşən kanalın kənarında insana məxsus kəllə sümüyü və onurğa sümükləri aşkar edilərək götürülmüşdür. xx.xx.2018-ci il tarixli skelet sümüklərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, skelet sümükləri öz morfoloji əlamətlərinə görə insan sümükləridir, onlardan bir ədədi alt çənəsiz kəllə skeletidir. İki ədədi bel fəqərəsi, 3 ədədi tam sağ qabırğa, bir ədədi sol qabırğa fraqmentinin və həmçinin birləşmiş vəziyyətdə 15 ədəd fəqərə və beş ədəd qabırğadır. Fəqərələrlə birləşmiş vəziyyətdə olan qabırğalarıdan üç ədədi sonu deffektlə bitir. Həmin defektlə bitən kənarlarda sınıq qeyri düzdür, səthləri nahamrdır və burqada sümüklərin boylama iki ədədi bel fəqərəsi, 3 ədədi tam sağ qabırğa, bir ədədi sol qabırğa fraqmenti və həmçinin birləşmiş vəziyyətdə on beş ədəd fəqərə. Bunlardan iki ədədi boyun, on iki ədədi döş, bir ədədi belə uyğundur və beş ədəd qabırğanın üçü sağa ikisi sola uyğundur. Göstərilən birləşmiş vəziyyətdə olan skelet sümükləri qurumuş yumşaq toxuma qalıqları ilə birləşmiş vəziyyətdədirlər. Əllə təsir etdikdə bir-birindən bir qədər çətinliklə ayrılırlar. xx.xx.2019-cu il tarixli əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, skelet sümüklərinin aşkar olunduğu Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən su kanalına insana məxsus digər sümüklərin olması ehtimalı nəzərə alınaraq əlavə baxış keçirilmişdir. Baxış zamanı 02 ədəd qamış sümüyü, çanaq sümüyünün bir hissəsi və 02 ədəd fəqərə sümüyü aşkar edilərək götürülmüşdür. xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Rəfael Cəfərov xx.xx.2018-ci il tarixdə Tərxan Əlyarovu öldürdükdən sonra sonuncuya məxsus mobil telefonları və cinayətin aləti olmuş metal predmeti su kanalına atması ilə əlaqədar Kürdəmir rayonu, Atakişili kəndində yerləşən “S” kollektoruna baxış keçirilmiş, kanalın suyu azaldılaraq “Hyundai” markalı ekskavator ilə su kanalının içərisindəki torpaq baxış keçirilməsi məqsədi ilə kənara tökülmüşdur. Müdafiə Nazirliyinin 859 nömrəli Mühəndis-İstehkam Briqadasının əsgər və zabit heyətinin iştirakı ilə aparılan baxış zamanı təxminən 13-14 sm uzunluğunda dəmir parçası aşkar edilmişdir. Aşkar edilmiş dəmir parçası baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin metaldan olan aləti tanıyaraq xx.xx.2018-ci il tarixdə həmin alətlə Tərxan Əlyarovu qəsdən öldürdüyünü və sonradan həmin predmeti kanala atdığını bildirmişdir. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Kürdəmir şəhəri Soltan Şıxəliyev küçəsində yerləşən X4 yaşadığı fərdi yaşayış evidir. Evdə sol tərəfdəki taxta qapıdan birinci otağa daxil olduqda Xanımqız Bədəlovanın meyiti yerdə sərilmiş döşək üzərində üzü üstə uzanmış vəziyyətdə aşkar olunmuşdur. Meyitin başının altında iki ədəd sarı və qırmızı rəngli qana bulaşmış iki ədəd balış, altında bir ədəd döşək olmuşdur. Meyitin başının təpə nahiyəsində xəsarətlər müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış zamanı zərərçəkmiş Xanımqız Bədəlovanın evindən götürülmüş pulqabı Rəfael Cəfərova təqdim olunarkən o, həmin pulqabını tanımış və Xanımqız Bədəlovanı öldürdəükdən sonra 115 manat pulu həmin pulqabından götürdüyünü bildirmişdir. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 36 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş skelet sümükləri öz morfoloji əlamətlərinə görə insan sümükləridir. Onların bir ədədi alt çənəsiz kəllə skeletidir. İki ədədi bel fəqərəsi, üç ədədi tam sağ qabırğa, bir ədədi sol qabırğa fraqmenti və həmçinin birləşmiş vəziyyətdə on beş ədəd fəqərədir. Bunlardan iki ədədi boyun, on iki ədədi döş, bir ədədi belə uyğundur və beş ədəd qabırğanın üçü sağa, ikisi sola uyğundur. Fəqərələrlə birləşmiş vəziyyətdə olan qabırğalardan üç ədədi sonu defektlə bitir, həmçinin təqdim olunmuş bir ədəd qabırğa fraqmentinin sonu da defektlə bitir. Həmin defektlə bitən kənarlarda sınıq kənarı nahamardır və burada sümüklərin boylama oxuna paralel çoxlu sayda çat və mikroçatlar ayrılır. Bu defektlərin morfoloji əlamətləri onların təbii faktorlarının nəticəsində əmələ gəlməsinə dəlalət edir.Müayinəyə təqdim edilmiş alt çənəsiz kəllə skeletində sağ gicgah sümük üzərində bir ədəd xətti sınıq aşkar edildi. Həmin sınıq küt təsir nəticəsində əmələ gəlmişdir. Bu sınıq, uzun müddət öncə əmələ gəlmişdir, lakin onun həyati olub-olmaması barəsində konkret fikir söyləmək mümkün deyil. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 27-MKTŞ/2019 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş sümüklər insan skelet sümükləridir və bir insan skeletinə məxsusdurlar. Göstərilən sümüklərin nəm şəraitdə (suda və torpaqda) qalma müddəti təxminən 1-4 ilə (bir ildən dörd ilə qədər) uyğun gəlir və çox güman ki, bu sümüklər mənsub olan naməlum şəxsin ölümü həmin müddət intervalına uyğun bir tarixdə baş vermişdir. Bu sümüklərin mənsub olduğu şəxs avropoid irqinə uyğun kişi cinsli şəxs olub, onun yaşı təxminən 23-34 yaş ilinə, bədəninin həyati uzunluğu isə təxminən 166-171 sm-ə uyğun gəlir. Alt çənəsiz kəllə skeletində, sağ gicgah sümük üzərində bir ədəd xətti sınıq aşkar edildi. Həmin sınıq küt təsir nəticəsində əmələ gəlmişdir. Bu sınıq, uzun müddət öncə əmələ gəlmişdir, lakin onun həyati olub-olmaması barəsində konkret fikir söyləmək mümkün deyil. Təqdim olunmuş digər sümüklər üzərində hər-hansı bir əhəmiyyətli fərdi əlamət, patoloji əlamət və yaxud anomaliya aşkar edilmədi. Tapılmış skelet sümüklərinə görə onların mənsub olduğu şəxsin ölümünün konkret səbəbini demək mümkün deyil. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 16-MKTŞ/2020 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş kəllə skeletinin sağ gicgah sümüyünün üzərində bir ədəd sümük defekti ilə müşahidə olunan xətti sınıq aşkar olunmuşdur. Bu sınıq küt yaranma mexanizmə malikdir, hər hansı bir küt əşya təsirindən yaranmışdır. Sınığın həyati olub-olmaması və onun törənmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. Meyitin digər skelet sümükləri təqdim edilmədiyindən və meyit tam çürümə prosesinə məruz qaldığından hal-hazırda ölümün səbəbi haqqında hər hansı fikir söyləmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş kəllə skeletinin sağ gicgah sümüyünün üzərində olan bir ədəd sınıq canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli 19/105R nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd alt çənəsiz kəllə sümüyü üzərindən götürülmüş diş nümunələrindən DNT profilinin DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində yerləşən avtomatlaşdırılmış eyniləşdirmə sistemi vasitəsilə DNT Məlumat Bankında olan itkin düşmüş şəxslərin yaxın qohumlarından götürülmüş bioloji nümunələrdən əldə edilmiş DNT profilləri ilə müqayisəli tədqiqatı keçirildi. Müqayisəli tədqiqat nəticəsində müəyyən edildi ki, 01 (bir) ədəd alt çənəsiz kəllə sümüyü və üzərindəki diş nümunələri xx.xx.2018-ci ildə övladı itkin düşmüş Kürdəmir rayon sakini X1 cinsindən olan bioloji övladına məxsusdur (99,983% ehtimalla). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 10 nömrəli rəyində göstərilmişdir ki, Xanımqız Bədəlovanın meyitinin məhkəmə tibb müayinəsi zamanı aşağıdakı xəsarətləri vardır: başın küt travması, 6 ədəd didilmiş-cırılmış yaraları, beyin qişaları altına və mədəciklərinə qansızma, başın yumşaq toxumasına bütünlüklə qansızma, təpə sümüklərinin bitişməsinin sınığı, xarici qanitirmə. Qeyd olunan xəsarətlər həyati olmaqla küt alət təsirindən X4 ölümündən bir neçə saat əvvəl baş vermişdir və həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurmaya aiddir. X4 ölümünə səbəb kütləvi qanitirmə olmuşdur. X5 xəsarət üfüqi və şaquli vəziyyətdə yetirilməsi mümkündür, xəsarətlərin yetirilməsi bədənin arxa səthindən olan zərbələrlə yetirilməsi daha çox güman edilir, başın təpə nahiyəsində olan uzunsov formalı yara uzunsov silindrik formalı küt alətlə, qalan beş ədəd yara çəkic və ya baltanın arxa səthinə uyğun xarakterli alətlərin təsirindən əmələ gəlməyə daha çox uyğundur. X4 ölümündən sonra yetirilməyə xarakterik xəsarətlər yoxdur. Qanaxmanın xarakterinə uyğun olaraq demək olar ki, X10 xəsarət aldıqdan uzun müddət sonra, təxminən 4-5 saat müddətə sağ qalmış, komotoz vəziyyətdə olmuş, qanitirmə daha çox xarici qanitirmə xarakterli olmuşdur. X4 ölümü meyitin meyitxanada müayinəsindən 8-12 saat əvvələ (meyit xx.xx.2021-ci il tarixdə saat 15:30-dan saat 17:40-dək müayinə olunmuşdur) uyğun gəlir. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X4 meyitinin müayinəsi zamanı uşaqlıq yolundan və arxa keçəcəkdən götürülmüş tampon yaxmada spermatozoidlər aşkar edilməmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1833 nömrəli rəyində göstərilmişdir ki, zərərçəkmiş şəxs Xanımzər Bədəlovanın evindəki əşya üzərindən götürülmüş ovuc izi Təqsirləndirilən şəxs sağ əlinin hipotenar hissəsindən qalmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8581 nömrəli rəyində (xərc 50 azn) göstərilmişdir ki, qərarda göstərilən GSM nömrələrin və mobil telefonların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2018-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 122,0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 761/2021 MKTŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş predmet hər hansı bir metal predmetin hissəsidir və soyuq silah hesab edilmir. Metal predmetin səthi paslanmaya məruz qalmış, üzəri qaramtıl rəngli maddə hissəcikləri ilə örtülmüşdür, lakin bir ucu nisbətən iti, bir kənarı kəsici xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə mərhum Tərxan Əlyarova deşici-kəsici alətlə xəsarət yetirməsi mümkündür. Göstərilən şəraitdə deşici-kəsici alətlə yetirilən xəsarət boşluğa nüfuz edə bilərdi. Yaranın preoyeksiyasından asılı olaraq daxili üzv zədələnə bilərdi. Yara kanalı müayinə edilmədiyi təqdirdə onun hansı dərinliyə nüfuz etməsini təyin etmək mümkün deyildir. Yara tərxan Əlyarovun ürəyini zədələdiyi təqdirdə onun sərbəst hərəkət etmə müddəti çox qısa ola bilərdi. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 773/2021 MKTŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş insan skelet sümüklərinin vəziyyətinə, onların üzərində aşkar olunmuş morfoloji əlamətlərinə, onların tapılma şəraitinə və elmi vəsaitlərdəki məlumatlara əsasən demək olar ki, bu insan skelet sümüklərinin suda qalma müddəti dörd ilə qədərdir. Suyun tərkibinin şirin və ya duzlu olması, tərkibində olan kimyəvi element və birləşmələr, həmçinin orada olan canlıların sayı, növləri skelet sümüklərinin suda qalma müddətinə birbaşa təsir edir. Təqdim edilmiş skelet sümükləri tapılan su hövzəsində canlıların sayı çox olarsa bu skelet sümüklərinin suyun içərisində qalma müddəti 2018-ci ilin sentyabr ayının 23-dən dekabr ayının 21-dən olan müddətə uyğun gələ bilər. Ekspertizaya təqdim edilmiş insan skelet sümükləri skeletləşmiş vəziyyətdə aşkar olunduğu üçün onların mənsub olduğu şəxsin ölümünün vaxtı haqqında fikir söyləmək mümkün deyildir. ekspertizaya təqdim edilmiş alt çənəsiz kəllə skeletinin sağ gicgah sümüyünün üzərində aşkar edilmiş xətti sınıq meyiti kanala atarkən kanal üzərində olan metal boruya və digər əşyalara dəymə nəticəsində yaranması istisna olunmur. Ekspertizaya təqdim edilmiş digər sümüklərin üzərində - sol İİ, İV və V, sağ İV qabırğalar üzərində zədələr, hər iki bud sümüyünün distal və proksimal hissələrində, çanaq sümüyünün simfiz və qalça nahiyyələrində İX, X, Xİ, Xİİ döş fəqərələrənin sağ yan çıxıntılarında, Xİİ döş fəqərəsinin sol yan çıxıntılarında sümük toxuması defektləri vardır. Bu zədələrin və kənari defektlərin xarakterinə, morfoloji əlamətlərinə görə demək olar ki, bu dəyişikliklər sümüklərin uzun müddər ərzində suda qalması nəticəsində ( suyun tərkibində olan müxtəlif fiziki-kimyəvi maddələrin, müxtəlif canlıların təsirinə mərzu qalmaları səbəbindən) əmələ gələ bilərdilər. Kompleks məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3068 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlmətləri qeyd edilməmişdir. O, ona ittiham olunan cinayət əməlini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Rəfael Cəfərov törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar edilmir, əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər iki cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. "xxxx"MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, 23872 nömrəli, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-28375/21 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Onun istifadəsində olmuş ***-***-**-**saylı mobil nömrə xx.xx.2018-ci il tarixdə Kürdəmir rayonu anten dairəsində olmuşdur. "xxxx"MMC-dən daxil olmuş 18 aprel 2019-cu il tarixli, 11008 nömrəli məktubdan görünür ki, zərərçəkmiş Tərxan Əlyarovun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə **********53790 İMEİ kodlu cihazda, ***-***-**-** mobil nömrə isə **********49554İMEİ kodlu cihazda işlədilmişdir. Tərxan Əlyarovun istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr xx.xx.2018-ci il tarixdə Kürdəmir rayonu anten dairəsində olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx"MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 16991 nömrəli sənədlərdən görünür ki, Xanımqız Bədəlovanın istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Cinayət işinə əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi 05 avqust 2021-ci il tarixdə saat 17:00:34-də “ Bakı şəhəri, Sumqayıt şossesi, ev 3, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsi” yerləşən antenin əhatə dairəsində, saat 21:13:00-da, saat 21:14:22-də, saat 22:39:02-də Kürdəmir şəhərində yerləşən antenlərdə, 06 avqust 2021-ci il tarixdə saat 11:32:45-də Bakı şəhərində yerləşən anten dairəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 011-10354-1221 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonu, S.Şıxəliyev küçəsində yerləşən fərdi yaşayış evində X4 naməlum şəxslər tərəfindən qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş Rəfael Cəfərovun sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Kürdəmir RPŞ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, 171-2491-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə günorta saatlarında Kürdəmir rayonu, Atakişili kənd sakini Şahid19 idarə etdiyi “Mercedes Sprinter” markalı, **- KR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərindən Kürdəmir rayonuna gəlməsi barədə məlumat daxil olmuşdur. Kürdəmir Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 143 nömrəli məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Kürdəmir rayonu, Atakişili kənd sakini Təqsirləndirilən şəxs barəsində kənd nümayəndəliyinə təqsirləndirici şikayət daxil olmamışdır. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2021-ci il tarixli, 964 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli, xx/xx-13052 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mil Qarabağ və X15 İstismar İdarəsindən daxil olmuş 10 noyabr 2021-ci il tarixli 138 nömrəli məktubdan görünür ki, 1972-ci ildə tikilmiş «S» kollektorunun su keçirtmə qabiliyyəti 2,5-3m3/san-dir. Həmin ərazidəki «S» kollektorunun lildən təmizlənməsi işləri 2015-ci ildə olmuşdur. Tərtib edilmiş plana əsasən növbəti lildən təmizləmə işləri 2022-ci ilin fevral ayında icra edilməli olmuşdur. Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2021-ci il tarixli, 1242 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Kürdəmir rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 2/1311-6 nömrəli məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Kürdəmir rayonu Atakişili kənd sakini Təqsirləndirilən şəxs barələrində kənd nümayəndəliyinə təqsirləndirici şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iki şəxsi-Tərxan Əlyarov və Xanımqız Bədəlovanı qəsdən öldürməsi, həmçinin Xanımqız Bədəlovanı üzü aşağı yatdığı, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olduğu halda öldürməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.10 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ağırlıq dərəcəsini, cinayəti törətməsinin hallarını və cinayət əməllərini törətməsindən sonrakı davranışını nəzərə alaraq hesab edir ki, ona CM-nin 120.2.9 və 120.2.10-cu maddələrində nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, müəyyən edilir ki, Təqsirləndirilən şəxs onunla uşaqlıqdan qonşuluqda yaşayan, aralarında dostluq münasibəti olan, valediynləri arasında da yaxın münasibətlər olan Tərxan Əlyarovu onun bacısı Şahid9 ayaqyolunda olduğu zaman ayaq yolunun qapısını açmasına görə öldürmüşdür. Təqsirləndirilən şəxs Tərxan Əlyarovla aralarında olan münasibətlərə əhəmiyyət vermədən, ailəvi yaxın münasibətlərdə olmalarına baxmayaraq onun valideynlərini də göz önünə qoymadan, insani hisslərdən uzaq olmaqla, Tərxan Əlyarova qarşı amansızlıq göstərib onu öldürmüş və hətta sonra onun meyitini su kanalına ataraq cinayətini gizlətmişdir. Sonra isə qeyri-səmimi hərəkətlər etməklə Tərxan Əlyarovun valideynlərini aldadaraq guya yaxın dostu kimi onun axtarışında «iştirak» etmişdir. Rəfael Cəfərov həmin cinayətinin üstü açılmadığından daha da azğınlaşaraq ikinci bir şəxsi, bacısının qayınanası Qızxanım Bədəlovanı da öldürmək qərarına gəlmişdir. Qızxanım Bədəlovanı isə öldürməsinə səbəb onun yüngül həyat tərzi keçirməsini özünün və ailəsinin hörmətdən salınması kimi hesab etməsi olmuşdur. Hansı ki, Qızxanım Bədəlova ilə uzaq qohumluq əlaqələri olmuş, Qızxanım Bədəlovanın hansı həyat tərzi keçirməsinin ona birbaşa aidiyyəti olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9 və 120.2.10-cu maddələrində nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.5-ci maddəsi ilə isə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, ömürlük azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.5-ci maddəsinə əsasən həbsxanada çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olmaqla iş materiallarına əlavə edilmiş, istintaq hərəkətlərin aparılmasını özündə əks etdirən və telefon danışıqları barədə disklər və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində saxlanılan 2 ədəd balış üzləri, dəsmal, yaylıq, döşək üzü, mayka, don, çəkic, 1 cüt ayaqqabı, cins şalvar, qısaqol köynək, çəkic, qan nümunələri, metal predmet, pul qabı məhv edilməlidir. X12 məxsus kəllə sümüyü və skelet sümükləri dəfn edilməsi üçün onun ailəsinə verilməlidir. X7 və Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonlar onların ailələrinə verilməlidir. Ekspertiza xərci 803 (səkkiz yüz üç) manat 27 (iyirmi yeddi) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.10 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 120.2.9 və 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrumetmə cəzası, CM-nin 177.2.5-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasını həbsxanada çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olmaqla iş materiallarına əlavə edilmiş, istintaq hərəkətlərin aparılmasını özündə əks etdirən və telefon danışıqları barədə disklər, habelə əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan-2 ədəd balış üzləri, dəsmal, yaylıq, döşək üzü, mayka, don, çəkic, 1 cüt ayaqqabı, cins şalvar, qısaqol köynək, qan nümunələri, metal predmet və pul qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X12 məxsus kəllə sümüyü və skelet sümükləri hökm qanuni qüvvəyə mindikdən sonra dəfn edilməsi üçün onun ailəsinə verilsin. X7 və Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların ailələrinə verilsin. Ekspertiza xərci 803 (səkkiz yüz üç) manat 27 (iyirmi yeddi) qəpik X11 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-227/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-227/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver