Məhkəmə qərarları › İş №1(099)-227/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-227/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-227/2023 02.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X7 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1996-cı ildə Cəlilabad rayonu Yusifli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu Yusifli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin İnzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməkləaçıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə faktiki ər-arvad münasibətlərində olduğu arvadı Zərərçəkmiş şəxs iki azyaşlı övladları ilə birgə kirayədə yaşadığı Bakı şəhərində tanış olduğu Şahid5 ilə sevgi münasibətləri qurduğuna əmin olduqdan sonra bu səbəbdən aralarında yaranmış mübahisə ilə əlaqədar ondan ayrılaraq övladlarını götürüb Cəlilabad rayonu Qarazəncir kəndinə atası Şahid1 evinə qayıdan arvadını yaranmış qısqanclıq hislərinin təsirindən öldürmək qərarına gəlmiş, əvvəlcədən onda yaranmış cinayətkar niyyətini həyata keçirmək üçün 20 oktyabr 2022-ci il tarixdə Cəlilabad şəhərinə gedərək təsərrüfat malları satılan mağazadan 8 manat dəyərində bir ədəd zavod üsülu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən balta alıb 21 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində arvadı və onun ailə üzvlərinin yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndindəki fərdi yaşayış evinin həyətinə daxil olub arvadının əlində olan baltanı görərək oradan uzaqlaşarsa cinayətkar niyyətini həyata keçirə bilməyəcəyi təhlükəsini aradan qaldırmaq üçün baltanı arvadı və ailə üzvlərinin görə bilməyəcəyi yerə, lakin özünə əlçatan olması üçün evin divarına söykədikdən sonra zərərçəkmişi səsləmiş, arvadı evin pəncərəsinə yaxınlaşdıqda aralarında yaranmış mübahisə zamanı qısqanclıq zəminində qəsdən öldürmək məqsədilə həmin vaxt yerdə olan baltanı sağ əli ilə götürərək sol əli ilə arvadı Zərərçəkmiş şəxs yaxasından yapışıb pəncərədən özünə tərəf çəkməklə baltanın çapıcı-kəsici tərəfi ilə onun baş və boyun nahiyələrinə bir neçə zərbə endirdikdən sonra zərərçəkmişin kömək çağırışlarına gələn sonuncunun anası Şahid2 onları görməsini dərk etdiyi halda zərərçəkmişin yaxın qohumu, yəni anasının gözləri qarşısında əzab və iztirab verdiyini dərk edib bunu arzu edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə zərərçəkmişə zərbələr endirməyə davam etmiş, Şahid2 zərərçəkmişin bədənindən tutaraq pəncərədən kənarlaşdırıb otağın içərisinə doğru çəkdiyinə görə öz iradəsindən asılı olmayaraq zərərçəkmişə zərbələr endirməyi dayandırsa da, məqsədinə nail olmaq üçün öz cinayətkar əməlini davam etdirib əlindəki baltanı zərərçəkmişin kürəyinə doğru tuşlayıb ataraq sonuncuya açıq kəllə-beyin travması, başın sağ təpə nahiyəsində çapılmış yara, sağ təpə sümüyünün basılmış qəlpəli sınığı, sınıq nahiyəsində epidural hematoma kimi vahid kompleks təşkil edib insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə qəsdən sağlamlığa ağır zərər vurmaya aid və sağ kürək nahiyəsində çapılmış və kəsilmiş səthi yara, boynun arxa səthində kəsilmiş səthi yara kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək zərərçəkmişin anası Şahid2 köməkliyi ilə ona müqavimət göstərərək geriyə doğru çəkilməsi, eləcə də hadisə yerindən uzaqlaşdırılıb dərhal xəstəxanaya çatdırılaraq müvafiq ixtisaslı tibbi yardımlar göstərilməsi səbəbindən nəticədə bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsində asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadə verməmək hüququndan istifadə edərək ifadə verməkdən imtina etmişdir. Ona görə də məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə tədqiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin təxminən avqust ayında atası Şahid3, anası Şahid4, bacısı X2, qardaşı X3 arvadı Aytəkin Bayrova, öz arvadı və övladları ilə birlikdə Bakı şəhərinə işləmək üçün getmişlər. Ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində kirayə tutduğu evdə yaşamışlar. Həmin vaxtdan hadisə baş verən günə qədər Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən lavaş sexində fəhlə kimi işləyərək ailəsinin maddi gəlirlərini təmin etmişdir. Atası Şahid3 və bacısı Zülfiyyə Bayramova isə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən şirniyyat sexlərinin birində fəhlə kimi işləyir. Bir müddətdən sonra arvadı da evin maddi vəziyyətinə kömək etmək üçün işləmək qərarına gəlmiş və bir neçə gün iş yeri axtarmışdır. Bir müddətdən sonra Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən qab-qacaq satılan mağazada satıcı kimi işə başlamışdır. 15 oktyabr 2022-ci il tarix saat 19 radələrində arvadı və övladları ilə birlikdə yaşadığı evdə olarkən mobil telefonunun enerjisi bitdiyindən arvadının mobil telefonunu götürmüşdür. Həmin vaxt arvadının istifadə etdiyi mobil telefondakı “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə tanımadığı şəxsə məxsus 055 985 00 34 mobil telefon nömrəsindən “Nəyə görə mənimlə soyuq danışırsan?” mətnli ismarış gəldiyini görüb bu məsələni aydınlaşdırmaq üçün arvadını çağırmışdır. Arvadından həmin mobil telefon nömrəsinin sahibinin kim olduğu və nəyə görə ona bu məzmunda ismarışlar yazdığını soruşmüşdur. Arvadı isə mobil telefon nömrəsinə baxdıqdan sonra həmin nömrəni tanımadığını və nəyə görə ona ismarış yazdığını bilmədiyi cavabını vermişdir. Arvadının sözlərinə inanmayaraq onun istifadəsində olan 051 559 01 91 mobil telefon nömrəsi ilə 055 985 00 34 mobil telefon nömrəsinə zəng etdikdə adının Murad olduğunu bildirən şəxs zəngə cavab vermişdir. Həmin tanımadığı şəxsdən arvadının mobil telefon nömrəsini hardan bildiyini və nəyə görə ona ismarış yazdığını soruşduqda sonuncu Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığını, arvadı ilə marşrut avtobusunda tanış olduğunu və buna görə ona ismarışlar yazdığını demişdir. Murad adlı şəxs onun kim olduğunu və nəyə görə onu sorğu-sual etdiyini soruşduqda o, cavabında Zərərçəkmiş şəxs əri olduğunu və onun arvadına yazdığı ismarışı görüb onun kimliyini müəyyən etmək üçün zəng etdiyini bildirəndə sonuncu arvadının onunla tanış olan zaman subay olduğunu dediyini də əlavə etmişdir. Artıq arvadının ona xəyanət etdiyini başa düşərək dəstəyi asmış və əsəbiləşdiyindən arvadı ilə mübahisə etmişdir. Həmin vaxt anası Şahid4 onu sakitləşdirməyə çalışmışdır. Bir neçə dəqiqə sonra anası, arvadı və övladları çıxıb evdən getmiş və o evdə tək qalmışdır. Onların getməyindən bir neçə saat sonra anası yaşadığı evə geri qayıdaraq atası ilə birlikdə arvadını və iki övladını qayınatasının yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən evlərinə yola saldığını demişdir. O günlərlə fikirləşərək arvadının tanımadığı Murad adlı şəxslə sevgi münasibətləri yaşadığı və həmin şəxslə ona xəyanət etdiyini yəqin etdikdən sonra ona xəyanət etdiyinə görə qisas almaq məqsədilə onu öldürmək qərarına gəlmişdir. Buna görə 20 oktyabr 2022-ci il tarix saat 16 radələrində Bakı şəhərindən fərdi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobillə Cəlilabad şəhərinə getmişdir. Artıq onu öldürmək qərarına gəldiyindən Cəlilabad şəhərində yerləşən təsərrüfat malları satan mağazaların birindən 08 manata bir ədəd kiçik ölçülü balta almışdır. Həmin gün bir neçə saat Cəlilabad şəhərində gəzərək və çayxanada oturub çay içməklə vaxt keçirmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evə gecə yarısı getsin. Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığını bilmişdir. Gecə yarısı getmək qərarına gəlmişdir ki, həmin vaxt Zərərçəkmiş şəxs və ailə üzvləri yatılı olsun və Zərərçəkmiş şəxs çağırıb onu hər hansısa bir maneə olmadan öldürə bilsin. 21 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində üzərində olan balta ilə arvadının ailə üzvləri ilə birlikdə yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. Həyətə daxil olaraq əlindəki baltanı evin divarına söykəyərək gizlətmişdirki, Zərərçəkmiş şəxs və ailə üzvləri əlində baltanı görüb qaçar və arvadını öldürə bilməz. Baltanı gizlətdikdən sonra arvadını səsləmişdir. Onun səsinə qayınanası Şahid2 evin həyətinə doğru açılan pəncərəyə çıxıb nə istədiyini soruşanda arvadı ilə danışmaq istədiyini demişdir. Həmin vaxt qayınanası arvadını çağırmış, özü isə geri qayıtmış və arvadı pəncərədə dayanıb nə istədiyini soruşmuşdur. Arvadından onun qulağına söz demək istədiyini bildirib pəncərədən aşağıya doğru əyilməyini istəmişdir. Arvadı pəncərədən ona doğru əyilən zaman sağ əli ilə yerə qoyduğu baltanı götürüb sol əli ilə arvadının yaxasından tutub özünə tərəf dartmışdır ki, ona balta ilə zərbələr endirə bilsin. Həmin vaxt sağ əlində tutduğu balta ilə arvadının baş və boyun nahiyələrinə bir neçə zərbə endirmiş və baltanın ona dəydiyini başa düşmüşdür. Zərbələr endirən zaman arvadı geriyə doğru dartılaraq qışqırmışdır. Həmin vaxt qayınanası arvadının belindən tutub onu otağın içərisinə doğru geri çəkmişdir. Ona yenidən zərbələr vura bilmədiyini görüb əlindəki baltanı arvadının kürək nahiyəsinə doğru tuşlayıb atdıqdan sonra həyətdən çıxıb getmişdir. Oradan çıxdıqdan sonra Cəlilabad şəhərində fərdi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşərək Bakı şəhərinə qayıtmışdır. Daha sonra Təqsirləndirilən şəxs istintaq zamanı Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti ilə balta alması və onu öldürmək yox, xəsarət yetirmək niyyəti ilə vurmasını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlinin törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübut və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında onlar Bakı şəhərinə köçüb orada yaşamışlar. O da ailəyə kömək etmək üçün mağazada işləmişdir. Mağazadan işdən gec çıxdığına görə qaynatası Bəxtiyar onu işdən çıxarmışdır. Sonra əri də işdən çıxıb evdə oturmuşdur. Ona görə də o tanışı Xəyalə adlı qızla danışaraq işləmək istədiyini demiş, Xəyalə Muradın nömrəsini vermiş və ona işçi lazım olduğunu bildirmişdir. O da Muradla danışmış, Murad da ona görüşməyi təklif etmiş, o şəklini Murada atmışdır ki, onu tanısın. Sonra da o Muradla görüşmüş, Murad onu telefon dükanında satıcı işi təklif etmiş, o bir qədər orada işləmiş, lakin həmin işi bacarmamış ona görə də işdən çıxmış və əri Şəhriyara zəng edərək işinin alınmadığını bildirmişdir. 15 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində evdə olarkən əri onun telefonunu götürüb baxmış və ona yazan şəxsin kim olduğunu soruşmuş, o da həmin şəxsin işlə bağlı yazdığını demişdir. Buna görə Şəhriyar onu döymüşdür.Həmin vaxt anası olmasaydaı onu öldürəcəkdi. Həmin gün qaynansı onu rayona evlərinə yola salmış, orada atası onu qarşılayıb evlərinə aparmışdır. 17 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində əri onların yaşadığı evin həyətinə gəlib onları səsləmişdir. Atası evdən çıxıb nə məsələ olduğunu soruşmuşdur. Əri səhv etdiyini deyib onunla barışmaq istədiyini bildirmiş, atası ona veriləsi qızının olmadığını bildirib həyəti tərk etməsini demişdir. 21 oktyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində anası Sevda həyətdə səs-küy gəldiyini bildirib, pəncərədən çölə baxmış, əri Şəhriyarın həyətdə olduğunu görmüş və ondan nəyə görə gecə vaxtı həyətə gəldiyini soruşmuş, əri onunla işinin olduğunu demiş, o isə əri ilə danışmaq istəmədiyini desə də, Şəhriyar bir kəlmə söz deyib gedəcəyini bildirdiyi üçün anası ona qulaq asmağını istəmiş, o başını pəncərədən çölə çıxarıb nə məsələ olduğunu ondan soruşduqda Şəhriyar qulağına söz deyəcəyini, başını aşağı salmağını demiş, o başını aşağı salan zaman Şəhriyar onun yaxasından tutaraq özünə tərəf çəkib əlində olan balta ilə onun baş və boyun nahiyələrinə bir neçə dəfə zərbələr endirmişdir. Qışqırdığı üçün anası onun paltarından tutub onu evə tərəf çəkmiş, həmin anda da Şəhriyar əlində olan baltanı ona tərəf atmış, balta onun kürəyindən dəymişdir. Hay-küyə atası yuxudan oyanmış və onu Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada ona tibbi yardım göstərilmişdir. O Şəhriyarla barışmamışdır və heç bir vaxt onunla barışmayacaqdır. Lakin ondan heç bir tələb və şikayəti yoxdur. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində həyətdən səs-küy gəldiyini eşidib, pəncərədən çölə baxmış və Şəhriyarın həyətdə olduğunu görmüş və ondan nəyə görə gecə vaxtı həyətə gəldiyini soruşmuş, Şəhriyar isə qızı ilə işinin olduğunu bildirmişdir. Qızı bu söhbəti eşidib onun yanına gəlib onunla danışmaq istəmədiyini demiş, lakin Şəhriyar bir kəlmə söz deyib gedəcəyini bildirdiyi üçün qızından ona qulaq asmağını demiş, ona görə də qızı başını pəncərədən çölə çıxarıb nə məsələ olduğunu ondan soruşmuş, həmin anda qızı ay ana öldüm deyərək qışqırmış, o qızının belindən tututub, onu evə tərəf çəkmiş və onun baş nahiyyəsinin qan içində olduğunu görmüş, Şəhriyar isə Səbinənin onun əlindən çıxıdığını görüb, əlində olan baltanı onun arxası ilə atmış, balta qızının kürək nahiyəsinə dəymişdir. O qızının qan içində olduğunu görüb qışqırmış, hay-küyə əri Nurəddin yuxudan oyanmış və o ərinə hadisə barədə danışdıqdan sonra qızını Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmış, orada ona tibbi yardım göstərilmişdir. Dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə verdi. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarix oğlu Şəhriyarla gəlini Səbinənin Murad adlı şəxsə mesaj yazması ilə əlaqədar aralarında mübahisə olduğunu arvadı Xuraman ona demişdir. Sonra da oğlu ilə gəlini Səbinənin arasında mübahisə daha da kəskinləşmişdir. Sonra da Səbinə uşaqları ilə birlikdə Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayan atasının yanına getmişdir. X6 yaşadığı evə gedərək balta ilə onu vurmasını bilmişdir. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Səbinə ilə 14 oktyabr 2022-ci il tarixdə Hövsan qəsəbəsində marşrut avtobusunda tanış olmuşlar. Səbinə ilə söhbət zamanı evli olub boşandığını, iki azyaşlı övladı ilə birlikdə Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığını demiş və telefon nömrəsini ona, o da öz telefon nömrəsini Səbinəyə vermiş və bundan sonra onunla danışmışdır. Səbinə onunla soyuq davrandığından o Səbinəyə “nəyə görə mənimlə soyuq danışırsan” məzmunılu mesaj göndərmişdir. Şəhriyar ona zəng edərək onun arvadı Səbinəyə mesaj yazmasının səbəbini soruşmuş və onunla görüşüb baş verənləri aydınlaşdırmaq istədiyini bildirmiş, lakin o Səbinə ilə 1 gündü tanış olduğunu, tanış olan zaman ona ərindən boşandığını deməsini, onunla görüşməyin mənasız olduğunu demişdir. Bundan təxminən 10 gün sonra Səbinənin atası ona zəng edərək Şəhriyarın arvadı Səbinəni balta ilə vurub öldürdüyünü ona demişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o ifadəsində göstərdiyi xüsusatları əyani surətdə göstərərək bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Cəlilabad rayonu Qarazəncir kəndində Şahid1 məxsus fərdi yaşayış evinin həyətidir. 21 oktyabr 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs evin həyətinə gələrək qızı Zərərçəkmiş şəxs baş və boyun nahiyələrinə balta ilə zərbələr vurmuşdur. Qeyd olunan fərdi yaşayış evinin həyətinə baxış keçirildi. Baxış zamanı yaşayış evinin pəncərəsinin ön hissəsində- həyətdə bir ədəd 0,30 metr uzunluğunda, sarı rəngli dəstəyi və qara rəngli kəsici hissəsi olan balta aşkar olundu. İş üzrə əhəmiyyət kəbs etdiyindən götürüldü. Cinayət işi materiallarında olan əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib, 3-cü sırada olan, uzunluğu 33 sm olan taxta tutacaqlı, kəsici dəmir hissəsinin eni 15 sm, uzunluğu 10 sm olan balta cinayət hadisəsini törətdiyi zaman istifadı etdiyi əşya olduğunu göstərib, həmin baltanı təsərrüfat əşyaları satılan mağazadan yeni aldığından, üzərində heç bir fərqləndirici rəng çalarının olmadığından, eləcə də 8 manat pulun qarşılığında aldığı üçün baltanın üzərində olan “Balaca rus balta 8.00 man” etiketinin olmasından əşyanı tanıdığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəımə tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1010 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, başın sağ təpə nahiyəsində çapılmış yara, sağ təpə sümüyünün basılmış qəlpəli sınığı, sınıq nahiyəsində epidural hematoma, sağ kürək nahiyəsində çapılmış və kəsilmiş səthi yara, boynun arxa səthində kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər çapıcı əşyanın, ola bilər ki, baltanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 21 oktyabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə açıq kəlləbeyin travması, başın sağ təpə nahiyəsində çapılmış yara, sağ təpə sümüyünün basılmış qəlpəli sınığı, sınıq nahiyəsində epidural hematoma vahid kompleks təşkil edib həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 3179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət pozuntusu müəyyən edilir. Onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlukəlılıyını dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyəlidir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 621-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Təqdim olunmuş baltanın üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına Cəlilabad Rayon Polis Şöbəsinin 05 yanvar 2023-cü il tarixli, 3-13-71/2-2121/2023 nömrəli cavabından görünür ki, baş vermiş hadisədə digər şəxslərin iştirakı olmamış, hadisəni Zərərçəkmiş şəxs anası Şahid2 bilavasitə görmüş, atası Şahid1 isə hadisə zamanı evdə olmuşdur. Şahid1 və Şahid2 dindirilməsindən ötrü rayon prokurorluğuna təmin olunmuşdur. Özünü Murad kimi təqdim edən şəxsin Şahid5 olması tərəfimizdən müəyyən olunaraq dindirilməsindən ötrü rayon prokurorluğuna təmin olunmuşdur. Göstərilənlərlə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi davam etdirilir. Gələcəkdə hər hansı bir əhəmiyyət kəsb edəcək məlumat əldə edilərsə əlavə olaraq məlumat veriləcəkdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı öz müdafiəsi üçün dəlillər gətirərək Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti ilə balta alması və onu öldürmək yox, xəsarət yetirmək niyyəti ilə vurmasını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla heç bir sübutla təsdiq edilmədiyindən, məhkəmədə heç bir sübutla təsdiq edilməyən ifadə olduğundan, işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edildiyindən həmin hissədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi Şahid2 öldürmək məqsədi ilə balta alması və öldürmək məqsədi ilə ona balta ilə zərbələr vurması barədə verdiyi ifadəsi ilə, Təqsirləndirilən şəxs cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli vaxt və alət seçməsini, bir neçə dəfə zərərçəkmişin həyat və sağlamlığı üçün vacib olan orqanlara, xüsusilə də, baş və boyun nahiyələrinə zərbələr endirməsi, zərərçəkmişin qışqırmaqla və əlləri ilə ona müqavimət göstərməsinə baxmayaraq onu dartıb yerə salaraq cinayətkar əməlini icra etmək istəməsi, zərərçəkmiş şəxsin anası Şahid2 köməkliyi ilə pəncərədən otağın içərisinə doğru geri çəkildikdən sonra da baltanı onun kürək nahiyəsinə atması, Şahid2 müdaxiləsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməməsi halları onun niyyətinin Zərərçəkmiş şəxs öldürmək olması təstiq olunur. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı qısqanclıq zəminində qəsdən öldürmək məqsədilə həmin vaxt yerdə olan baltanı sağ əli ilə götürərək sol əli ilə arvadı Zərərçəkmiş şəxs yaxasından yapışıb pəncərədən özünə tərəf çəkməklə baltanın çapıcı-kəsici tərəfi ilə onun baş və boyun nahiyələrinə bir neçə zərbə endirdikdən sonra zərərçəkmişin kömək çağırışlarına gələn onun anası Şahid2 onları görməsini dərk etdiyi halda zərərçəkmişin yaxın qohumu, yəni anasının gözləri qarşısında əzab və iztirab verdiyini dərk edib bunu arzu edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə zərərçəkmişə zərbələr endirməyə davam etmiş, Şahid2 zərərçəkmişin bədənindən tutaraq pəncərədən kənarlaşdırıb otağın içərisinə doğru çəkdiyinə görə öz iradəsindən asılı olmayaraq zərərçəkmişə zərbələr endirməyi dayandırsa da, məqsədinə nail olmaq üçün öz cinayətkar əməlini davam etdirib əlindəki baltanı zərərçəkmişin kürəyinə doğru tuşlayıb ataraq sonuncuya açıq kəllə-beyin travması, başın sağ təpə nahiyəsində çapılmış yara, sağ təpə sümüyünün basılmış qəlpəli sınığı, sınıq nahiyəsində epidural hematoma kimi vahid kompleks təşkil edib insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə qəsdən sağlamlığa ağır zərər vurmaya aid və sağ kürək nahiyəsində çapılmış və kəsilmiş səthi yara, boynun arxa səthində kəsilmiş səthi yara kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək zərərçəkmişin anası Şahid2 köməkliyi ilə ona müqavimət göstərərək geriyə doğru çəkilməsi, eləcə də hadisə yerindən uzaqlaşdırılıb dərhal xəstəxanaya çatdırılaraq müvafiq ixtisaslı tibbi yardımlar göstərilməsi səbəbindən nəticədə bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsində asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası Şahid2 yanında əlində olan balta ilə bir neçə dəfə onun baş nahiyyəsinə zərbələr vurmuş, zərərçəkmiş şəxsi anası Şahid2 evin içinə dartaraq ondan araladıqdan sonra da onun arxasınca əlindəki baltanı ataraq kürək nahiyyəsinə xəsarət yetirmişdir. Bununlada Təqsirləndirilən şəxs seçdiyi üsulla Zərərçəkmiş şəxs anası Şahid2 xüsusi əzab verdiyini dərk etmişdir. Xüsusi amansızlıq zərərçəkmiş şəxsin onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində də ifadə oluna bilər. Yaxın adamlar zərəçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Bu cür xüsusi amansızlıq ərin öz arvadının, yaxud uşaqların öz valideynlərinin, valideynin öz uşaqlarının gözü qarşısında öldürülməsində və s. ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumu da bu mövqedən çıxış edir. Qərarın 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlini (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərəçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrdə göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adamöldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan,mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi ilə, şəxsi münasibətlər zəmnində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 8-ci bəndinin 2-ci hissəsində göstərilir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab işgəncə verilməsi, təqsirkar üçün aşkar surətdə zərər çəkmişə xüsusi ağrılar (coxlu miqdarda xəsarətlər yetirmə və.s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə ola bilər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1996-cı ildə Cəlilabad rayonu Yusifli kəndində doğulmuşdur. Cəlilabad rayonu Yusifli kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 13 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. CM-in 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CMnin 29,120.2.4-cü maddəsinin sanksiyasında başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçü həddindən (15 ildən) aşağı azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-in 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi CM-in 29,120.2.4cü maddəsi ilə olan əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, cəzasını CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 11 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutların məsələsi də həll edilməlidir. Ona görə də cinayət işi üzrə maddi sübut olan və Cəlilabad Rayon Prokurorluğunda saxlanılan cinayətin aləti 1 ədəd balta məhv edilməlidir. İş üzrə sair maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 11 noyabr 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Cəlilabad Rayon Prokurorluğunda saxlanılan 1 ədəd balta məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar