Məhkəmə qərarları › İş №1(099)-227/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-227/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-227/2025 30.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi-X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakı ilə 02 avqust 1995-ci ildə Lənkəran rayonun Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə, gecə saat 17:40 radələrində faktiki istifadəsində olan “Daewoo Espero” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələbinə zidd olaraq, sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Lənkəran şəhəri, Tofiq Aslanov küçəsi ilə üzü Lənkəran şəhəri, Heydər Əliyev prospekti istiqamətində 70 km/saat sürətlə idarə edərkən, piyadanın yolu sağdan sola keçməsini nəzərə alaraq vaxtında avtomobili öz hərəkət zolağında dayandırması üçün tədbir görməli, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, yəni avtomobili qarşı sol hərəkət zolağına çıxarmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin 2-ci hissəsinin hissəsinin 1-ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərinə əməl etməyərək, yəni yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Espero minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirərkən hərəkətin təhlükəsizliyini təmin edə bilməyərək, getdiyi istiqamətdə yolu sağdan sola keçməkdə olan piyada-Astara rayonun Kolatan kənd sakini, 14 dekabr 1995-ci il təvəllüdlü X4 avtomobili sola istiqamətləndirərək qarşı əks hərəkət zolağında avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurub Anar Ağarzazadəyə həmin zərbənin güclü təsirindən yaranan, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik - başın açıq yarası, hər iki beyin yarımkürəsində geniş kontuziya sahələri, subaraxnoidal qansızma, mədəcikdaxili hemorragiya, diffuz beyin ödemi, alın, xəlbir, əsas və hər iki əng sümüklərində, hər iki orbita ətrafı sümüklərdə, paranazal sinusların divarlarında çoxsaylı parçalı yerdəyişmiş sınıqlar, sol təpə sümüyünə keçən parçalı yerdəyişmiş sınıq, Vİİ boyun fəqərəsinin köndələn çıxıntısının yerdəyişmiş sınığı, sol kürək sümüyünün yerdəyişməli sınığı, qabırğaların sınığı, ağciyər kontuziyası, sol baldır sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları, ətraf yumşaq toxumaların posttravmatik ödemindən ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 aldığı həmin xəsarətlər nəticəsində 01 oktyabr 2024cü il tarixdə müalicə olunduğu “X10” QSC-nin X21 klinikalar şəbəkəsinin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92N ünvanında yerləşən mərkəzi filialında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və verilmiş mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran rayonun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuşdur. Baş etibarnamə ilə istifadəsində “Daewoo Espero” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 24 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Daewoo Espero” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dənizkənarı yolla (Lənkəran şəhəri, T.Aslanov küçəsi ilə) H.Əliyev prospekti istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ kənarında yerləşən “Narva” istirahət mərkəzinin qarşısından bir nəfər şəxs (zərərçəkmiş Anar Ağarzazadə) yolu sağdan sola keçmək üçün yola tərəf çıxmış, həmin vaxt aralarında təxminən 20-25 metr məsafə olmuşdur. O, piyadanın yola çıxdığını görüb dərhal əyləci sıxıb siqnal vermiş, həmin şəxs də bir an dayanıb sonra irəli hərəkət etmişdir ki, yolu keçsin. O, getdiyi istiqamətdə yolu sağdan sola keçmək istəyən şəxsi vurmamaq üçün idarə etdiyi avtomobili bir qədər sola döndərib qarşı əks hərəkət zolağına çıxmış, həm də avtomobilə tormoz etmiş, lakin avtomobil sürüşərək hərəkət etmiş və elə bu anda qarşı əks hərəkət zolağında piyadanı (zərərçəkmiş Anar Ağarzazadəni) avtomobilin qabaq tərəfi ilə vurmuşdur. Həmin şəxs əvvəl avtomobilin qabaq hissəsinə, sonra avtomobilin ön alın şüşəsinə dəymiş və bundan sonra avtomobilin üzərində sürüşüb yolun sol tərəfinə düşmüşdür. O, dərhal avtomobili tam dayandırıb, avtomobildən düşüb zərərçəkmiş şəxsin (Anar Ağarzazadənin) yanına gedib onu qucağına alıb avtomobilin arxa oturacağına qoyub Lənkəran rayon xəstəxanasına aparmışdır. Sonra polis əməkdaşlarının çağırışı ilə polis şöbəsinə getmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, hadisənin baş verdiyi yeri göstərmiş və hadisənin hansı şəraitdə baş verməsi barədə izahat vermişdir. Avtomobillə vurduğu şəxsi tanımamış, sonradan həmin şəxsin Anar adlı şəxs olmasını bilmişdir. Sonra Anar müalicə olunması üçün Bakı şəhərinə xəstəxanaya aparılmış və bir neçə gündən sonra Anarın vəfat etdiyini eşitmişdir. Ailəsi Anarın müalicəsi üçün zərərçəkmiş tərəfə maddi yardım göstərmişlər. Hadisə özünün ehtiyatsızlığı, həm də piyada yola çıxdıqdan sonra irəli-geri hərəkət etməsi, sonra isə yolu qaçaraq çəpinə yolu keçməyə çalışması nəticəsində baş vermişdir. İdarə etdiyi avtomobillə ehtiyatsızlıqdan bu hadisənin törətdiyinə görə əməlindən peşmandır. Törətdiyi əməlinə görə ona cəza verilərkən ailəli olmaqla, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X12 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonun Digah kəndində yaşayır. Zərərçəkmiş-mərhum Anar Ağarzazadə oğludur. X17 rayonun Kolatan kəndində qeydiyyatda olmasına baxmayaraq onlarla birlikdə Lənkəran rayonun Digah kəndində yaşamışdır. X22 şəhərində dönərxanada işləmiş, evinə yeganə qazanc gətirən şəxs də oğlu Anar olmuşdur. 24 sentyabr 2024-cü il tarixdə gecə saatlarında qohumları ona oğlu Anarı yolda avtomobil vurduğunu və Anar ağır xəsarətlər alaraq rayon xəstəxanasında olduğunu bildirmişlər. Sonra oğlu Anar müalicə olunması üçün Bakı şəhərinə xəstəxanaya aparılmış, bir neçə gün orada müalicə olunsa da, nəticəsi olmamış və 01 oktyabr 2024-cü il tarixdə oğlu Anar vəfat etmiş və Anarın meyiti gətirilib Astara rayonun Kolatan kənd qəbiristanlığında dəfn etmişlər. Bu hadisəni törətmiş şəxsi, yəni Təqsirləndirilən şəxs nə özü, nə də ailəsi tanımamışdır. Sonra ona verilən məlumata görə 24 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında oğlu Anar yolu keçərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Anarı vurmuş, nəticədə oğlu aldığı xəsarətlərdən 01 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ailə üzvləri oğlu Anar Ağarzazadənin müalicəsi ilə bağlı onlara cəmi 4.400 manat məbləğində köməklik göstərmiş, lakin sonradan onlara heç bir köməklik göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ailəsi tərəfindən mərhum oğlu Anarın dəfn və yas mərasiminin keçirilməsi ilə bağlı onlara heç bir maddi yardım və başqa bir köməklik göstərilməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamış, ondan şikayətçi olmaqla ona daha ağır cəzanın verilməsini, həmçinin bu hadisə nəticəsində oğlu Anar Ağarzazadənin ölümü ilə bağlı onlara (ailəsinə) cəmi 20.000 manat miqdarında maddi ziyan dəymiş və həmin ziyanın təqsirkar Təqsirləndirilən şəxs tutulub ona verilməsi barədə verdiyi mülki iddianın tam təmin edilməsini məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Rəysanə Cabbarovanın məhkəməyə ünvanlandığı 16 may 2025-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmamış və zərərçəkmiş şəxsin hüquqi varisi verdiyi mülki iddianın tam təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, lakin dönərxanada dönərçi işləmiş mərhum Anar Ağarzazadəni tanımışdır. 24 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında dənizkənarı yolla (Lənkəran şəhəri, T.Aslanov küçəsi) üzü DSX-nin hərbi hissəsinə doğru piyada hərəkət edərkən bir nəfər tanımadığı şəxsin (Təqsirləndirilən şəxs) idarə etdiyi ağ rəngli avtomobillə (“Daewoo Espero” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə) dəmiryolu xəttinə doğru, Heydər Əliyev prospekti istiqamətində hərəkət etdiyini görmüş, sonra həmin avtomobil yolda hərəkətdə olarkən Anarın dənizkənarı istiqamətindən yola çıxmış və bu anda sürücü avtomobili yayındırmaq istəmiş, lakin yayındıra bilməyib avtomobilin qabaş hissəsi ilə Anarı vurmuşdur. Sürücü avtomobili saxlayıb yerdə uzanmış vəziyyətdə olan Anara yaxınlaşmış, həmin vaxt o da onlara yaxınlaşmışdır. Anar yerdə uzanmış vəziyyətdə olmuş və onun qulağından və burnundan qan axdığını görmüşdür. Sonra o, sürücüyə köməklik etmiş və onlar Anarı həmin avtomobilin arxa oturacağına qoymuşlar və sürücü Anarı xəstəxanaya aparmış, özü isə hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı sürücü tək olmuş, sürücü avtomobildən düşən kimi həyəcanlı şəkildə qəza törətdiyini demişdir. Bir neçə gündən sonra Anarın xəstəxanada vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri, Tofiq Aslanov küçəsində, Xəzər dənizinin sahilində yerləşən “Narva” İstirahət Mərkəzində administrator işləyir. Təqsirləndirilən şəxs və zərərçəkmiş-mərhum Anar Ağarzazadəni tanımamışdır. 24 sentyabr 2024-cü il tarixdə, axşam saat 17 radələrində sonradan adını və soyadını bildiyi Anar Ağarzazadə dəniz sahilindən çıxıb piyada yola doğru- istirahət mərkəzinin giriş hissəsinə tərəf getdiyini görmüşdür. O, bir neçə dəqiqə sonra yolda avtomobil tormozlama səsini və avtomobilin nəyəsə dəydiyini eşidib istirahət mərkəzinin həyətindən yola tərəf qaçmış və yola çatanda görmüşdür ki, bir nəfər tanımadığı şəxs (Təqsirləndirilən şəxs) idarə etdiyi avtomobillə (“Daewoo Espero” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə) yolda Anar adlı şəxsi vurmuşdur. Anar yerdə uzanmış vəziyyətdə olmuş, qulağından və burnundan qan axmışdır. Sonra sürücü avtomobildən düşüb yaralıya kömək etməyə, qucağına götürməyə çalışmış, sonra o da sürücü ilə birlikdə köməkləşib Anar Ağarzazadəni həmin avtomobilin arxa oturacağına qoymuşlar və sürücü xəsarət alan şəxsi-Anarı xəstəxanaya aparmışdır. O, hadisənin necə baş verdiyini görməmişdir. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 24 sentyabr 2024-ci il tarixli protokol və protokola əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, Yol-nəqliyyat hadisəsi baş verən yer Lənkəran şəhəri, Tofiq Aslanov küçəsində yerləşir, yaşayış məntəqəsidir. Yol iki istiqamətlidir, asfaltın üzərində hər hansı bir yol nişanı və ya nişanlanma xətti yoxdur. Yol örtüyünün eni 6 metr olmaqla, yol quru, düz, üfuqi olmaqla asfalt örtüklüdür. Asfaltın üzərində piyada keçidi yoxdur. X18 asfaltın üzərində vurulmuş, vurulma yerindən asfaltın sol kənarına 2,5 metr, asfaltın sağ kənarına qədər məsafə isə 3,5 metrdir. Vurulma yerindən asfaltın sağ kənarında yerləşən “Narva” İstirahət Mərkəzinin reklam lövhəsinə qədər məsafə 4,5 metr, yolun sol ehtiyat hissəsində olan işıq dirəyinə qədər isə 13,3 metrdir. Piyadanın vurulma yerindən H.Əliyev prospekti istiqamətində 4 metr məsafədə qan gölməçəsi vardır. Həmin qan gölməçəsindən asfaltın sol kənarına qədər məsafə 0,4 metrdir. Asfaltın üzərində 15 metr uzunluğunda tormozlama izi vardır. Həmin tormoz izi avtomobilin sağ təkərinə məxsusdur. Piyada avtomobilin getdiyi istiqamətdə yolun sağ tərəfindən sol tərəfinə çəpinə doğru keçməkdə olmuşdur. Sürücünün hərəkəti üçün təhlükə piyadanı gördüyü andan yaranmış, həmin an aralarında 25 metr məsafə olmuşdur. Baxış zamanı yol-nəqliyyat hadisəsinin sxemi, həmçinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 24 sentyabr 2024-cü il tarixli, 001322 №-li protokolla müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İşdə olan, AE № 064499 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən edilir ki, “Daewoo Espero” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. İşdə olan, Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Etibarnamənin surəti ilə müəyyn edilir ki, həmin etibarnamə ilə 09 sentyabr 2024-cü il tarixdə “Daewoo Espero” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sahibliyinə verilmişdir. İşdə olan, “Avtomobilə baxış keçirilməsi barədə” 25 sentyabr 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə “Daewoo Espero” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ağ rəngli olması, X7 mülkiyyətində olmaqla Təqsirləndirilən şəxs faktiki sahibliyində olması, avtomobilin ban nömrəsi sənəddə olduğu kimi KLAJA19W1SB402790 həkk olunması və avtomobilin dörd qapısının olması, avtomobilin qabaq nömrə nişanının “579” yazısı olan hissəsi, mühərrik örtüyünün üst hissəsi və qabaq alın şüşəsinin sürücü tərəfə olan hissəsi və sol şüşə silən (şotka) zədələnmiş formada olması və həmin zədələrin yeni yaranmış zədələr olması müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, X3 tibbi sənədlərə əsasən “Qapalı kəllə beyin travması, başın açıq yarası, Vİİ boyun fəqərəsinin köndələn çıxıntısının yerdəyişmiş sınığı, üz və kəllə sümüklərinin sınığı, beyin ödemi, sol kürək sümüyünün yerdəyişməli sınığı, qabırğaların sınığı, baldır sümüklərinin aşıq-baldır oynağı daxil olmaqla sınıqları, ağciyər kontuziyası” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 24 sentyabr 2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Anar Ağarzazadənin meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından ölümün dəqiq səbəbi haqqında fikir söyləmək mümkün deyildir. İşdə olan, əlavə məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən edilir ki, X3 tibbi sənədlərə əsasən başın açıq yarası, hər iki beyin yarımkürəsində geniş kontuziya sahələri, subaraxnoidal qansızma, mədəcikdaxili hemorragiya, diffuz beyin ödemi, alın, xəlbir, əsas və hər iki əng sümüklərində, hər iki orbita ətrafı sümüklərdə, paranazal sinusların divarlarında çoxsaylı parçalı yerdəyişmiş sınıqlar, sol təpə sümüyünə keçən parçalı yerdəyişmiş sınıq, Vİİ boyun fəqərəsinin köndələn çıxıntısının yerdəyişmiş sınığı, sol kürək sümüyünün yerdəyişməli sınığı, qabırğaların sınığı, ağciyər kontuziyası, sol baldır sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları, ətraf yumşaq toxumaların posttravmatik ödemi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zəminində piyadanın avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Anar Ağarzazadənin meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından ölümün dəqiq səbəbi və hansı xəsarətin ölümlə səbəbli əlaqəsinin olub-olmaması haqqında fikir söyləmək mümkün deyildir. İşdə olan, məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 13 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən edilir ki, istintaq orqanı tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Daewoo Espero” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 07 oktyabr 2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən 02 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmiş, habelə sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar barədə məlumat qeydə alınmamışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən “Daewoo Espero” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və istintaq orqanı tərəfindən həmin maddi sübut qanuni sahibinə təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədlərı sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisi Rəysanə Cabbarovanın, şahidlər Şahid2 və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş, şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 17 yanvar 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Lənkəran rayonun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 17 yanvar 2025-ci il tarixli arayış ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 02 fevral 2024-cü il təvəllüdlü X5 vardır. Məhkəmə hesab edir ki, cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Rəysanə Cabbarovanın baş vermiş cinayət hadisəsi nəticəsində (cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar) onu vurulmuş cəmi 20.000 manat miqdarında maddi ziyanla bağlı mülki iddiası qismən təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Rəysanə Cabbarova mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində oğlu Anar Ağarzazadənin ağır xəsarətlər alaraq bir müddət xəstəxanada müalicə olunması, daha sonra vəfat etməsi və dəfn olunması ilə bağlı (müalicə xərcləri ilə bağlı sənədlər iddia ərizəsinə əlavə edilmişdir) ona cəmi 20.000 manat mindarında maddi ziyan dəymişdir. Habelə işdə olan, mülki iddia ərizəsinə əlavə edilmiş “Bakı Medical Plaza” Tibb Mərkəzin pul vəsaitlərinin kassaya mədaxil edilməsi ilə bağlı 27 sentyabr və 01 oktyabr 2024-cü il tarixli “Qəbz”lərlə müəyyən edilir ki, həmin Tibb Mərkəzində müalicə olunan Anar Ağarzazadənin müalicəsi ilə bağlı mərkəzin kassasına 27 sentyabr 2024-cü il tarixdə 5.000 (beş min) manat, 27 sentyabr 2024-cü il tarixdə 150 (bir yüz əlli) manat və 01 oktyabr 2024-cü il tarixdə 274 (iki yüz yetmiş dörd) manat olmaqla cəmi 5.424 (beş min dörd yüz iyirmi dörd) manat pul vəsaiti ödənilmişdir. Həmçinin Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 29 may 2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Lənkəran rayonun Digah kəndində yaşayan vət. X6 01 oktyabr 2024cü il tarixdə vəfat etmiş oğlu X2 dəfni və hüzr mərasimləri ilə bağlı xərclər Rəysanə Cabbarova tərəfindən çəkilmişdir. Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinin müddəalarına əsasən fiziki şəxsə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmçinin mülki iddia verən şəxs ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda çəkilən xərcləri, o cümlədən zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə (maddə 181.3.1), eləcə ədə zərərçəkmiş şəxsin dəfni ilə bağlı (maddə 181.3.2) xərcləri tələb etməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki iddiaçı Rəysanə Cabbarova mərhum Anar Ağarzazadənin anasıdır və baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölümü nəticəsində ona müəyyən miqdarda maddi ziyan dəymiş və bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin hüquqi nəticələri də eyni zamanda mülki iddiaçı Rəysanə Cabbarovaya da şamil olunmalıdır. Həmçinin vurulmuş ziyanın konkret hallarından asılı olaraq məhkəmə hesab edir ki, vurulmuş ziyanla bağlı təsdiqedici sübutların, yəni müalicə xərcləri ilə bağlı pul vəsaitlərinin ödənilməsini təsdiq edən sənədlərin, habelə yas mərasiminin keçirilməsi və qəbir baş daşının hazırlanması ilə bağlı müvafiq xərclərin çəkilməsinin təkzibedilməz olması, eləcə də vurulmuş ziyanın bir hissəsinin (4.400 manat) ödənilməsi nəzərə alınmaqla müvafiq məbləğdə ziyanın mövcud olması barədə qərar qəbul edilməlidir. Bu baxımdan məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi Rəysanə Cabbarovaya vurulmuş maddi ziyanın cəmi 20.000 manat miqdarında olmasını mümkün hesab edir, eyni zamanda ödənilmiş 4.400 manat həmin məbləğdən çıxılmaqla vurulmuş ziyanın cəmi 15.600 manat miqdarında olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, həmin mülki iddia zərərçəkmiş şəxsin hüquqi varisinə cəmi 20.000 manat miqdarında maddi ziyan vurulması hissəsində 15.600 manat miqdarında olmaqla qismən təmin edilməli və 15.600 manat miqdarında pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) Rəysanə Cabbarovaya verilməlidir. Həmçinin istintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan olan “Daewoo Espero” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-85 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 344-347, 349, 351-354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 mülki iddiası qismən təmin edilsin. Həmin mülki iddia zərərçəkmiş şəxsin hüquqi varisi X9 cəmi 20.000 (iyirmi min) manat miqdarında maddi ziyan vurulması hissəsində 15.600 (on beş min altı yüz) manat məbləğində qismən təmin edilsin və 15.600 (on beş min altı yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) X9 verilsin. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan “Daewoo Espero” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci-85 (səksən beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar