Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-228/2022 04.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1979-cu ildə Sabirabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarizxli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3.-1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla hazırda Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, özünə məlum olan mənbədən və vaxtda satış məqsədi ilə 11,538 qram çəkidə qurudulmuş marixuana və külli miqdar təşkil edən 304,624 qram çəkidə heroin narkotik vasitələri, həmçinin külli miqdarda 101,108 qram çəkidə metamfetamin psixotrop maddəni qanunsuz əldə edib üzərində daşımaqla Sabirabad rayonu Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə gətirərək saxlamış, daxil olmuş məlumat əsasında 15 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman, evin qonaq otağında, televizorun altındakı rəfdə bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 304,624 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 101,108 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 5 ədəd kibrit qutularında qablaşdırılmış, ayrı-ayrılıqda çəkiləri 1,668 qram, 2,461 qram, 2,711 qram, 2,927 qram və 1,771 qram, ümumi təmiz çəkisi isə 11,538 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisidir. 15 avqust 2020-ci il tarixdə səhər saatlarında hava almaq üçün evdən çıxmış, yaşadığı Sabirabad rayonu, Qaratəpə kəndində gəzib geri qayıdarkən, magistral yolun kənarında sellofan torbad görmüş, maraq olduğu üçün sellofan torbanı açdıqda içərisində 3 ədəd bükülü olmuşdur. Bükülülərə baxdıqda birində metamfetamin, digər birində heroin, üçüncü bükümdə isə 5 ədəd kibrit qutusunda marixuana olmuşdur. Narkotik vasitələrdən istifadə etdiyinə görə, tapdığı narkotik vasitələri yaşadığı evə aparıb gizlətmiş və ürəyi istəyəndə istifadə etməyi fikirləşmişdir. Həmin maddələri 3 ədəd sellofan bükümlərində yaşadığı evin qonaq otağında yerləşən televizorun alt rəfinə qoymuşdur. Həmin günü saat 19 radələrində evdən çıxıb getmiş, bir neçə saatdan sonra evə qayıtmışdır. Arvadı ona polislərin gələrək evdən televizorun altından narkotik vasitələri aşkar edib getdiklərini bildirmişdir. Tapdığı narkotik vasitələri satış məqsədi ilə deyil, öz istifadəsi üçün evə gətirmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 15 avqust 2020-ci il tarixdə Sabirabad rayonu, Qaratəpə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib yaşadığı evdə saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 21 radələrində əməliyyat qrupun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, lakin sonuncu evdə olmamış, onun arvadı Mehriban Musatafyevanın icazəsi və iştirakı ilə baxış keçirilmiş, Şahid3 evinin qonaq otağında televizor altlığının üzərinə qoyulmuş kütlələri göstərərək, həmin kütlələrin əri Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Həmin kütlələrə baxış keçirilən zaman bir bükülüdə narkotik vasitə heroinə bənzər, digər bükümdə psixotrop maddə metamfetaminə bənzər və 5 kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər maddələr aşkar olundu. Həmin maddələr qablaşdırılaraq götürüldü. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 16 avqust 2020-ci il tarixli 16/572 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində: “xx.xx.2020-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitə marixuanaya bənzər 5 (beş) ədəd kibrit qutusunda olan kütlələr..” sözləri yazılmış kağız paketdəki, 5 (beş) ədəd kibrit qutuslarında ayrı-ayrılıqda təmiz çəkiləri 1,668 qram, 2,461 qram, 2,711 qram, 2,927 qram, 1,771 qram, ümumi təmiz çəkisi 11,538 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 16 avqust 2020-ci il tarixli 16/573 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “xx.xx.2020-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitə heroinə bənzər bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen torba kəsiyində təmiz çəkisi 304,624 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2020-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen torba kəsiyində təmiz çəkisi 101,108 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli 3206 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 sentyabr 2021-ci il tarixli «baxış keçrilməsi haqqında» protokoldan görünür ki, Sabirabad rayonu Qaratəpə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin otaqlarına onun arvadı Şahid3 Tarverdi qızının razılıq ərizəsindən sonra baxış keçirilən zaman, evin otağından heroin və qurudulmuş marixuana narkotik vasitələri, həmçinin psixotrop maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra qalıq çəkisi 11,438 qram narkotik vasitə qurudulmuş marixuanna, 304,424 qram narkotik vasitə heroin və 100,908 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Abbasov X1 rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdam məhrumetmə cəzasına məhkum edilmişdir, hazırda da 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abbasov X1 rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla, ailə tərkibi arvadından ibarətdir, yaşayış yeri üzrə özünü nizam-imtizamlı aparması, barəsində yazılı və şifahi şokayət daxil olmaması göstərilməklə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “narkotik vasitələri satış məqsədilə deyil, öz istifadəsi üçün yaşadığı evə gətirməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələri “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki il) 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün hissəsi CM-nin 67.1-ci maddəsi ilə hazırki hökm ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq tədqiqatdan sonra qalıq çəkisi 11,438 qram narkotik vasitə qurudulmuş marixuanna, 304,424 qram narkotik vasitə heroin və 100,908 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə Müəssisəsində saxlanılması (cəza çəkməsi) nəzərə alınmalıdır. İş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlli, hökmün elan olunduğu 04 mart 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplansın və ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablansın və hazırda Penitensiarx Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq tədqiqatdan sonra qalıq çəkisi 11,438 qram narkotik vasitə qurudulmuş marixuanna, 304,424 qram narkotik vasitə heroin və 100,908 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-228/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-228/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver