Məhkəmə qərarları › İş №1(099)-228/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-228/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-228/2023 28.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1970-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında yaşadığı Ağcabədi şəhəri, H.Əliyev prospekti, ev 152 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda - 11 ədəd çətənə (kannabis) bitkilərini əkmiş, onlara aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 7555 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı evin otaqlarından birində saxlamış, 14 oktyabr 2022-ci il tarixdə saat 14:10 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 09 ədəd yaş halda, köküstə olan, yaşıl çətənə (kannabis) bitkiləri, evin ikinci mərtəbəsindəki otaqların birində isə 02 ədəd quru halda çətənə (kannabis) bitkiləri, eləcə də həmin otaqdan 20 ədəd polietilen torbalarda ayrıayrılıqda 935 qram, 710 qram, 310 qram, 235 qram, 200 qram, 375 qram, 260 qram, 155 qram, 525,0 qram, 640 qram, 405 qram, 655 qram, 445 qram, 50 qram, 305 qram, 165 qram, 440 qram, 200 qram, 115 qram və 430 qram-ümumi təmiz çəkisi 7555 qram olan, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2022-ci ilin may ayında özündə olan toxumlarını öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Təxminən 6-7 ədəd çətənə kolları əmələ gəlmişdir. Həmin kollardan əldə etdiyi 2-3 kiloqram miqdarda qurudulmuş marixuananı sellofan torbalara yığmaqla yaşadığı evin ikinci mərtəbəsindəki otaqda saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əldə etdiyi qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. 14 oktyabr 2022-ci il tarixdə o, evdə olmadığı zaman polis işçiləri qapını sındırmaqla onun evinə daxil olmuşlar. O isə sonradan evə gələrək həyətinə və evinə baxış keçirilməsində iştirak etmişdir. Lakin polis işçiləri tərəfindən ona təsir və ya təzyiq göstərilməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında yaşadığı evin həyətində əkdiyi toxumlardan saynı xatırlamadığı miqdarda çətənə bitkiləri əmələ gəlmişdir. Həmin bitkilərə qulluq etmiş, sulayıb yetişdirmişdir. Tutulmadan bir ay əvvəl əkib-becərdiyi çətənə kollarının böyük bir hissəsini kökündən çıxarmış, quruması üçün yaşadığı evin ikinci mərtəbəsində olan otaqda saxlamış və qurudaraq sellofan torbalara yığmışdır. Az bir hissəsi isə otaqda yerə səpilmiş vəziyyətdə qalmışdır. Həyətdə isə 11 ədəd çətənə kolu hələ də qalmış, bir neçə gün əvvəl isə həmin kollardan ikisini də kökündən çıxarmış və quruması üçün evinin ikinci mərtəbəsində otaqda saxlamışdır. Qalan 9 ədəd çətənə koluna isə qulluq etmiş, kolların bir az da böyüməsini istəmişdir. 14 oktyabr 2022-ci il tarixdə saat 14:10 radələrində evdə olduğu zaman polis işçiləri həyətə gəlmişlər. Yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməkdə və yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib, yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmiş, iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları videoçəkiliş vasitəsi ilə baxış keçirmişlər. Baxış zamanı yaşaıdğı evin həyətyanı sahəsindən 9 ədəd çətənə kolları aşkar edilmişdir. Evə baxış keçirilərkən ikinci mərtəbədə olan quruması üçün bir neçə gün əvvəl kökündən çıxarıb saxladığı iki ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Bundan başqa həmin otaqda daha əvvəldən qurudaraq saxladığı 18 ədəd sellofan torbada olan qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra yerdə olan ləyənin içərisində qurudaraq saxladığı və eləcə də yerə səpələnmiş formada olan qurudulmuş marixuanalar polis əməkdaşları tərəfindən sellofan torbalara yığılmış, həmin sellofan torbalar iki ədəd təşkil etmişdir. Aşkar edilmiş kollar və qurudulmuş marixuana götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli ozünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 oktyabr 2022-ci il tarixdə icratına Ağcabədi şəhəri, H.Əliyev prospekti, 152 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməsi, kultivasiya etməsi, narkotik vasitələrdən istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özü evdə olmuşdur. Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilər əkməsi, narkotik vasitələr saxlaması ilə bağlı məlumat daxil olmasını, məlumatla əlaqədar həyətinə və yaşadığı evə baxış keçirmək istədiklərin demişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edib yaşadığı evə və evin həyətinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin həyətinə və evə videoçəkilişdən istifadə etməklə baxış keçirmişlər. Həyətdə ağaclıq və əkin sahəsindən yeddi ədəd, həmin kollardan on metr qarşıda isə iki ədəd narkotik tərkibli cətənə kollarına bənzər kollar aşkar edilmişdir. Həmin kollar köklərindən çıxarılmaqla götürülmüşlər. Baxış zamanı evin ikinci mərtəbəsində yerləşən ikinci otaqdan iki ədəd quru vəziyətdə cətənə kollarına bənzər kollar, 18 ədəd selofan torbalarda, ləyəndə və döşəmə üzərinə tökülmüş vəziyətdə yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Ləyəndə olan və yerə tökülən narkotik vasitə marixunaya bənzər kütlələr iki ədəd selofan torbaya yığılmışdır. Daha sonra ümumilikdə içəsrisində narkotik vasitə marixuanaya bənzər kütlələr olan 20 ədəd selofan torbalar bir ədəd ağ kisəyə yığılaraq qablaşdırılıb götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs evini qapısını sındırmaqla evə daxil olmamışlar. Belə ki, Təqsirləndirilən şəxs evinə gedərkən Təqsirləndirilən şəxs evdə olmuş, qapını özü açmış və onun razılığı ilə baxış keçirmişlər. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Baxış keçirilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli protokoldan və bu zaman aparılmış videoçəkilişdən görünür ki, həmin gün saat 14:10 dəqiqədən başlayaraq saat 15:45-dək olan müddətdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, H.Əliyev prospekti 152 ünvanda yeləşən evin həyətinə və evinə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həyətdə göstərdiyi ağaclıq və əkin sahəsində 9 ədəd çətənə kollarına bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin ikinci mərtəbəsində yerləşən ikinci otaqdan iki ədəd quru vəziyətdə cətənə kollarına bənzər kollar, 18 ədəd selofan torbalarda, ləyəndə və döşəmə üzərinə tökülmüş vəziyətdə yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilmiş, ləyəndə olan və yerə tökülən narkotik vasitə marixunaya bənzər kütlələr iki ədəd selofan torbaya yığılmış, ümumilikdə içəsrisində narkotik vasitə marixuanaya bənzər kütlələr olan 20 ədəd selofan torbalar bir ədəd ağ kisəyə yığılaraq çəkilmiş və bağlanmaqla götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 18/1126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 09 ədəd yaş vəziyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 02 ədəd quru vəziyyətdə olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomum (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 09 ədəd yaş halda və 02 ədəd quru halda olan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 20 ədəd polietilen torbalarda ayrı-ayrılıqda çəkiləri 935 qram, 710 qram, 310 qram, 235 qram, 200 qram, 375 qram, 260 qram, 155 qram, 525 qram, 640 qram, 405 qram, 655 qram, 445 qram, 50 qram, 305 qram, 165 qram, 440 qram, 200 qram, 115 qram, 430 qram - ümumi çəkisi 7555 qram (7 kq 555 qram) olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 09 ədəd yaş halda, 02 ədəd quru halda olan çətənə bitkiləri və 20 ədəd polietilen torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə-psixatrik ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nin 21.1 və 21.2-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 1958 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin 30 noyabr 2022-ci il tarixli, 558 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və nevroloji kabinetlərində qeydiyyatda dayanmır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyylənir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə bitkilərini əkərək kultivasiya etməsi və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlaması, əməlində cinayət hadisəsinin və cinayət cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs evinin həyətində 6- 7 ədəd çətənə bitkilərini əkməsi, evində isə 2-3 kiloqram qurudulmuş marixuana olması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə həmçinin narkotik maddə olan qurudulmuş marixuananın miqdarını nəzərə alaraq Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədinin olmaması barədə ifadəsini də əsassız ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 11 ədəd çətənə (kannabis) bitkiləri və 7553 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 237.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 11 ədəd çətənə (kannabis) bitkiləri və 7553 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar