Məhkəmə qərarları › İş №1(099)-228/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-228/2025

21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-228/2025 21.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 142-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Məhsəti Gəncəvi küçəsi, 1 nömrəli evin həyətinə daşımış, 28 oktyabr 2024-cü il tarixdə, saat 13:40-da Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Məhsəti Gəncəvi küçəsi 1 nömrəli evin həyətində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 2,927 qram narkotik vasitə olan heroin və 01 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 2,028 qram psixotrop maddə olan metamfetamin əynindəki göy rəngli şalvarının sol yan cibindən aşkar edilib götürülmüşdür. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 28 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs bibisi Tamamnaz Məmmədovanın yaşadığı Hacıqabul şəhəri, M.Gəncəvi küçəsi, 1 nömrəli evin həyətində olarkən mülki geyimli bir qrup polis əməkdaşları, yəni Hacıqabul RPŞ-nin əməkdaşları həmin həyətdə əlləri arxada olmaqla qandalla bağlanmış və fiziki qüvvə tətbiq edilərək tutulub saxlanılmış vəziyyətdə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda-2,927 qram narkotik vasitə olan heroini və bir ədəd bükümdə külli miqdarda-2,028 qram psixotrop maddə olan metamfetamini aşkar edilib götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar əldə olunmamışdır. Habelə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirsizliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 142-də qeydiyyatda olsa da, oarada yaşamamış, müvəqqəti olaraq Bakı şəhərində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də metamfetamindən istifadə etmişdir. Əvvəllər narkotiklə bağlı bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ildə narkotiklə bağlı məhkum olunmuş, 2024-cü ilin aprel ayında cəzaçəkdiyi yerdən azadlığa buraxılmış və müvəqqəti olaraq Bakı şəhərində yaşamağa başlamışdır. Narkotik maddələrdən istifadə etsə də, hər gün istifadə etməmiş, 3-4 gündən bir narkotik maddədən istifadə etmişdir. 28 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanına) bibisigilə qonaq gəlmişdir. Həmin vaxt bibisi Tamamnaz, bibisinin əri Yaqub, bibisi oğlu Şahin və bibisinin gəlini evdə olmuşlar. Həmin gün saat 13 radələrində evin həyətində bibisinin nəvəsi ilə dayandığı vaxt həyətə mülki paltarda 4-5 nəfər polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşlardan Eldar adlı polis əməkdaşını tanısa da, digər polis əməkdaşlarını tanımamışdır. Sonradan bilmişdir ki, həyətə gələn polis əməkdaşlarının içərisində olan bir nəfər şəxs-rəis müavini Rüfət adlı polis əməkdaşıdır. Həyətdə dayandığı yerdə polis əməkdaşları onu tutub əllərinə qandal vurmuşlar. Onun həyətdə tutulmağını evdə olan şəxslər, yəni bibisi, bibisinin əri, bisbisi oğlu və bibisinin gəlini görmüşlər. Polislər evdə olan şəxsləri evin içərisinə salıb çölə çıxmamalarını tapşırmış, onlar da çölə çıxmamışlar. Sonra polis əməkdaşları onu evin yan hissəsinə aparıb orada üstünü yoxlamışlar və üzərində heç nə aşkar olunmamışdır. Həmin vaxt üzərində heç bir narkotik vasitə də olmamışdır. Bundan sonra polis əməkdaşlarından bir nəfər, yəni sonradan adını bildiyi Rüfət adlı polis əməkdaşı yaxınlaşıb onun üzərinə baxış keçirməyə başlamış və əlini cibinə salıb çıxarmış, bu vaxt o, həmin şəxsin cibinə nəsə qoyduğunu hiss etmişdir. Həmin vaxt onun əlləri qandalla arxadan bağlı olmuş, cibinə nəsə qoyulmasını hiss etsə də, cibinə nəyin qoyulduğunu bilməmişdir. O, polis əməkdaşlarına üzərində heç bir narkotik maddə olmadığını bildirsə də, polislər ikinci dəfə videoçəkilişlə onun üzərini axtarmağa başlamışlar və cibindən iki ədəd bükümü çıxarıb ona məxsus olmasını bildirəndə o, həmin bükümlərdə olan narkotik maddənin ona məxsus olmamasını, bükümləri cibinə onların qoyduğunu, üzərində ona məxsus heç bir narkotik maddənin olmadığını, aşkar olunmuş narkotik maddənin ona aid olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar və orada ona təzyiqlər edərək əvvəllər məhkum olunduğu, narkotik istifadəçisi olduğu, üzərinə qoyulmuş narkotiklə bağlı CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağı bildirilib cibinə qoyulmuş narkotik maddənin özünə məxsus olmasını bildirməsi tələb olunmuş, əks halda yaşadığı evdən kilolarla narkotik maddə aşkar olunacağı ilə onu hədələmişlər. Bundan sonra o, cibinə qoyulmuş narkotiklə bağlı CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına polislərlə razılaşaraq onun adından polislərin yazdığı sənədləri imza edib təqsirli olmasını bildirmiş, həmçinin barəsində sanksiya verilərkən də (barəsində həbs qətimkan tədbiri seçilərkən) onun CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğunu bilmiş, lakin sonra verilmiş maddənin CM-nin 234.1-1-ci maddəsi olduğunu bilib etiraz etmiş, prokurorun yanında olarkən də öz etirazını bildirmişdir. Bundan sonra o, istintaq vaxtı «aclıq aksiyası” keçirib dediyi qohumlarının şahid kimi dindirilmələrini tələb edib, üzərinə narkotik maddənin qoyulduğunu bildirmişdir. Onun polis əməkdaşları ilə heç ədavəti və ya düşmənçiliyi olmamışdır, lakin güman edir ki, o, əvvəllər narkotiklə bağlı məhkum olunduğundan tutularkən polislər üzərinə narkotik maddə qoyub düşünmüşlər ki, məhkum olunmuş şəxs olduğu üçün o, bu ittihamla razılaşar. Polislərin yazdığı sənədələrdə onun üzərində aşkar olunmuş bükümlərdə metamfetamin və heroin olması, həmçinin bu maddələri guya küçədə yerdən tapması göstərilmişdir. O, istintaq ifadəsində yazılanlarla razı deyil, həm də narkotik maddəni küçədən tapması barədə yazılanlar da doğru deyil. Üzərində aşkar olunmuş bükümlərdə olan metamfetamin və heroin ona məxsus deyil, həmin bükümləri cibinə polis əməkdaşı qoymuşdur. Bir daha bildirir ki, o, heç bir cinayət əməli törətməmiş, üzərindən aşkar olunmuş narkotik maddələrin (heroin və metamfetaminin) ona heç bir aidiyyəti yoxdur və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 29 və 30 oktyabr tarixli ifadələrində bildirmişdir ki, o, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarına əsasən 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, 05 iyul 2024-cü il tarixdə cəza müdəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. 28 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi piyada gedən zaman asfalt örtüyünün üzərində sellofana bükülmüş bükülünü görmüş, həmin büklünü götürüb açıb içərisinə baxarkən büklünün içərisində 2 ədəd bükülünün olduğunu, birində narkotik vasitə heroin və digər bükülüdə isə psixotrop maddə metamfetamin olduğunu bilmiş, ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra həmin sellofan bükülərdə olan narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini qəbul etmək məqsədi ilə əynində olan göy rəngli şalvarının ön sol cibinə qoyub yoluna davam edib, Hacıqabul şəhəri, Məhsəti Gəncəvi küçəsi 1 nömrəli evdə yaşayan qohumu Şahid5 yaşadığı evinə gəlmişdir. Həmin günü saat 13:30 radələrində həmin evdə olan zaman bir neçə mülki formada olan şəxslər gəlib onu həyətə çağırmış, özlərini Hacıqabul RPŞ-nin polis əməkdaşları kimi təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirmişlər. Polis əməkdaşları onun hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşmuş, üzərində hər hansı bir qanunsuz əşya və ya pretmetin olmadığını bildirmişdir. Polis əməkdaşları videoçəklişdən istifadə etməklə üzərində yoxlama aparmış, yoxlama aparılan zaman təkidlə üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını və üzərindən aşkar olunan əşyalardan xəbərinin olmadığını bildirib polis əməkdaşlarını inandırmağa cəhd göstərmiş, lakin buna baxmayaraq polis əməkdaşları üzərində yoxlama aparan zamanı əynində olan göy rəngli şalvarının sol ön cibində gizlətdiyi 2 ədəd sellofana bükülmüş, büklünün birində narkotik vasitə heroin və digər büklünün içərisindəki psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdür. Aşkar olunub götürülmüş narkotik vasitə heroin ilə psixotrop maddə metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkilərkən narkotik vasitə heroin 3,07 qram və psixotrop maddə metamfetamin isə 2,08 qram olmuşdur. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində olan zaman onun hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət etdilmişdir. Hacıqabul şəhəri, Məshəti Gəncəvi küçəsi, 1 nömrəli evin həyətində üzrərindən aşkar olunaraq qablaşdırılmış heroinlə psixotrop maddə metamfetamin onun və müdafiəçinin iştirakı ilə poçt zərfi açılaraq təkrar baxış keçirilərək başqa poçt zərfinə qablaşdırılmışdır. Yoxlama və əşyaya baxış keçirilməsi barədə tərtib olunmuş protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Həmin bu ifadələri, yəni şübhəli şəxs və təqsirləndirilən şəxs kimi verilmiş ifadələrə münasibətdə ilkin olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsindən, eləcə də istintaqın sonrakı mərhələsində verilmiş ittihama dair bildirdiklərindən və yazılı qeydlərindən tam fərli olaraq ibtidai istintaq zamanı yuxarıda qeyd olunan məzmunda ifadə verməsi, yəni təqsirləndirilən şəxsin ifadəsində hüquqi və prosessual tələbləri ehtiva edən söz və ifadələrdən istifadə etməsi baxımından, həmçinin onun “28 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi piyada gedən zaman asfalt örtüyünün üzərində sellofana bükülmüş bükülünü görüb, həmin bükülünü götürüb açıb içərisinə baxarkən büklünün içərisində 2 ədəd büklünün olduğunu, birində narkotik vasitə heroin və digər bükülüdə isə psixotrop maddə metamfetamin olduğunu bilib, ətrafa baxıb, heç kimin olmadığından əmin olduqdan sonra həmin sellofan bükümlərdə olan narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini qəbul etmək məqsədi ilə əynində olan göy rəngli şalvarının ön sol cibinə qoyub yoluna davam edib, Hacıqabul şəhəri, M.Gəncəvi küçəsi 1 nömrəli evdə yaşayan qohumu Şahid5 yaşadığı evinə getməsi”ni bildirməsi təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə məhkum olunması nəzərə alınaraq inandırıcı olmamaqla yanaşı, hətta onun ifadəsində “yoxlama aparılan zamanı təkidlə üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını və üzərindən aşkar olunan əşyalardan xəbərinin olmadığını bildirib polis əməkdaşlarını inandırmağa cəhd göstərməsi”ni bildirməsi ümumiyyətlə bu ifadənin onun iradəsinin göstəricisi kimi qəbul etmək mümkün deyildir. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqlərə məruz qalması ilə bağlı Hacıqabul rayon prokurorluğuna müraciət etməsi və prokurorluğa verdiyi izahatında 29 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan bibisigilə qonaq getməsi, həmin vaxt evdə bibisi, bibisinin əri, bibisinin qayınanasının olması, 4 nəfər mülki geyimli polis əməkdaşların həyətə daxil olmaları və onun əllərinin qandallanması, üzərində axtarış aparılması, sonra polis işçisinin əlini cibinə salıb nəsə qoyduğunu hiss etməsi, üzərində videoçəkilişlə axtarış aparılması və əynindəki şalvarının cibindən heroin və metamfetamin aşkar olunması, aşkar olunmuş maddələrin ona aid olmaması, üzərinə vidoçəkilişdən əvvəl qoyulması, polis şöbəsinə aparıldıqdan sonra Rüfət adlı polis əməkdaşının ona törətmədiyi əməli etiraf etməyə sözlə təzyiq etməsini bildirməsinə baxmayaraq istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin xüsusatlar üzrə ifadəsi alınmamış, hətta istintaq tamamlanıb məhkəməyə göndərilərkən iş materialları ilə tanış olma protokolunda Təqsirləndirilən şəxs öz xətti ilə “... Bu üstümə qoyulan narkotik , psixotrop maddənin mənə heç bir aidiyyəti yoxdur, mənim üzərimə qoyub məni heç bir günahım olmadan həbs ediblər, mən heç bir maddə yəni AR CM-nin 234-cü maddəsində göstərilən bəndlər üzrə təqsirli bilmirəm” yazmasına baxmayaraq istintaqın yekunu ilə bağlı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə “CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməsi” göstərilmişdir ki, bu da Təqsirləndirilən şəxs iş üzrə verdiyi 29 və 30 oktyabr tarixli ifadələrinin onun iradəsinə uyğun olmadığını bir daha göstərir. Eyni zamanda məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 29 oktyabr 2024-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik və psixotrop maddələr saxlaması və daşıması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyataxtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 29 oktyabr 2024-cü il tarixdə, günorta saatlarında əməliyyat-axtarış tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında olması barədə məlumat daxil olduğundan əməliyyat qrupu həmin ünvana getmişdir. Qeyd olunan ünvana çatıb həyətə daxil olanda Təqsirləndirilən şəxs həyətdə dayandığını görmüş, onun yanında heç kim olmamışdır. Təhlükəsizlik məqsədi ilə Təqsirləndirilən şəxs qoluna qandal vurulmuş, sonra ona üstündə narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib üzərində yoxlama aparılacağı izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik maddələr olmadığını bildirmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış və yoxlama zamanı Təqsirləndirilən şəxs təkidlə üzərində narkotik maddələr olmadığını bildirsə də, onun əynindəki şalvarının cibindən 2 ədəd büküm və həmin bükümlərin içərisində heroin və metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Orada şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama keçirilən vaxt onun cibinə polis əməkdaşları tərəfindən içərisində heroin və metamfetamin olan bükümlər qoyulmamış, bununla bağlı Təqsirləndirilən şəxs dedikləri yalandır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılıb üzərində yoxlama aparılan vaxt Təqsirləndirilən şəxs qohumu olan evin sahibi və ailə üzvləri evin içərisində olmuş, aparılmış tədbirin şahidi olmamışlar. Məhkəmə iclasında şahidlər X4, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Hacıqabul şəhəri, Məshəti Gəncəvi küçəsi, 1 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs qayını oğludur, yoldaşı Tamamnaz Həsənin bibisidir. 28 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onun evinə qonaq gəlmişdir. Həmin vaxt evdə o, yoldaşı, oğlu, gəlini və qayınanası olmuşlar. Saat 13 radələrində Həsən evdən həyətə çıxmış, həmin vaxt azyaşlı nəvəsi də Həsənin yanında olmuşdur. Bir az sonra həyətdə səs eşidib çölə çıxmış, yoldaşı, oğlu və gəlini də həyətə çıxmış və tanımadığı şəxslərin Həsənin qollarından tutub saxladıqlarını görmüşdür. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib onları evə daxil olmalarını tələb etmiş, onlar da evə daxil olmuşlar. Sonradan adının Eldar olduğu bildiyi polis əməkdaşları onlara evdən çölə çıxmamalarını tapşırmış, özü də qapının yanında dayanmışdır. Sonra polis əməkdaşları Həsəni evin yan tərəfinə apardığından onlar evin içərisindən pəncərədən polis əməkdaşlarını və Həsəni görməmişlər, lakin evin içərisində olsalar da, həyətdə Həsənin polislərlə danışığını eşitmişdir. Həsən polislərə üzərində heç nə olmadığını, cibinə qoyulan şeyin ona məxsus olmadığını, “mənim ciblərim boşdur, mənim olan mənimdir, mənim olmayan mənim deyildir” deməsini eşitmişdir. Polis əməkdaşları Həsəni tutub polis şöbəsinə aparılandan sonra onlara məlumat verilmişdir ki, Həsən narkotiklə bağlı tutulmuşdur. Məhkəmə iclasında şahidlər X5 və X8 Şahid5 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 28 oktyabr 2024-cü il tarixli “Raport”ları ilə, habelə “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 28 oktyabr 2024-cü il tarixli protkolla müəyyən olunur ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 28 oktyabr 2024-cü il tarixdə, saat 13:40-da Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qohumu Şahid5 yaşadığı Hacıqabul şəhəri, Məshəti Gəncəvi küçəsi 1 nömrəli evin həyətində saxlanılıb dərhal təhlükəsizlik məqsədilə qoluna qandan vurulmuş, sonra onun üzərində vidoçəkilişlə aparılan yoxlama zamanı narkotik və psixotrop maddələrə oxşar kütlələr aşkar edilib götürülmüş, daha sonra o, Hacıqabul RPŞ-nə gətirilmişdir. Yoxlama bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət hüquqi qiymət verilmədən (əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanılması və qanuniliyinə huquqi qiymət verilməsi mümkün olmaması əsası ilə) geri qaytarılmışdır. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 2,927 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,028 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin və metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin İ və İİ siyahılara daxildirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,877 qram və qalıq metamfetamin 1,978 qramdır. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 08 noyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,877 qram heroin və qalıq 1,978 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X13 06 noybar 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü Məmmədov X6 RMX X13 konsultativ-polikinika şöbəsinin narkoloji kabinetində xx.xx.2022-ci il tarixdən “F11.2 Aslılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik və onun obyektiv izləri aşkar olunmamışdır. İşdə olan, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 22 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvvəqəti pozulmasını, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır,məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli il qərarla müəyyən olunur ki, hazırki cinayət işindən CM-nin 243.4.3-cü maddəsi ilə şəxsə görə cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib iş üzrə ilkin olaraq dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri törədilmiş cinayətin (cinayətin predmeti olan heroin və metamfetaminin aşkar olunub götürülməsi faktının) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin Təqsirləndirilən şəxs törətməsini istisna edən sübutlar (əməliyyat-axtarış tədbirinin keçirilərkən Təqsirləndirilən şəxs qollarına qandal vurulmaqla fiziki qüvvə tətbiq edilməklə saxlanılaması və bundan sonra onun üzərində yoxlamanın aparılması, Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmamasını bildirməsinə aid ifadələr vermələri) kimi də qəbul edir. Həmçinin məhkəmə şahidlər Şahid5, Tamamnaz Məmmədova və Şahin Məmmədzadənin ifadələrini (yaşadıqları evə Təqsirləndirilən şəxs qonaq gəlməsi, günorta saatlarında bir qrup polis polis əməkdaşlarının həyətə girib həyətdə dayanmış Təqsirləndirilən şəxs tutmaları, polis əməkdaşlarının evin sahibini və digər şəxsləri evin içərisində saxlayıb onların həyətə çıxmalarına imkan verilməməsi, Təqsirləndirilən şəxs evin yan tərəfinə aparılıb orada üstünün yoxlanılması və həmin vaxt Təqsirləndirilən şəxs “mənim ciblərim boşdur, mənim olan mənimdir, mənim olmayan mənim deyildir” deməsini eşitmələrinə dair ifadələr) törədilmiş cinayətin Təqsirləndirilən şəxs aidiyyətinin olmamasını dəlalət edən sübutlar kimi də qəbul edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsi, həm də ibtidai istintaq zamanı verilmiş ittihamla bağlı prokurorluğa verdiyi izahatı və cinayət işinin materialları ilə tanış olmağa dair protokolda apardığı yazılı qeydləri (29 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan bibigilə qonaq getməsi, həmin vaxt evdə bibisi, bibisinin əri, bibisinin qayınanasının olması, 4 nəfər mülki geyimli polis əməkdaşların həyətə daxil olmaları və onun əllərinin qandallanması, üzərində axtarış aparılması, sonra polis işçisinin əlini cibinə salıb nəsə qoyduğunu hiss etməsi, üzərində videoçəkilişlə axtarış aparılması və əynindəki şalvarının cibindən heroin və metamfetamin aşkar olunması, aşkar olunmuş maddələrin ona aid olmaması, bu maddələrin üzərinə vidoçəkilişdən əvvəl qoyulması, polis şöbəsinə aparıldıqdan sonra Rüfət adlı polis əməkdaşının ona törətmədiyi əməli etiraf etməyə sözlə təzyiq etməsini bildirməsinə dair izahat və “... Bu üstümə qoyulan narkotik, psixotrop maddənin mənə heç bir aidiyyəti yoxdur, mənim üzərimə qoyub məni heç bir günahım olmadan həbs ediblər, mən heç bir maddə yəni AR CM-nin 234-cü maddəsində göstərilən bəndlər üzrə təqsirli bilmirəm” yazılmış protokol) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər Şahid5, Tamamnaz Məmmədova və Şahin Məmmədzadənin ifadələri, eləcə də əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkilişlə və digər iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 29 və 30 oktyabr 2024-cü il tarixli ifadələri (verilmiş ittihamda göstərilən halları təsdiq etməsinə dair) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər Şahid5, Tamamnaz Məmmədova və Şahin Məmmədzadənin ifadələri, eləcə də Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri (verilmiş ittihamda göstərilən cinayətin Təqsirləndirilən şəxs törətməsinə dair göstərilən xüsusatlara aid hallar istisna olunmaqla), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş ittihamla bağlı izahat və qeydləri, həm də məhkəmədə verdiyi ifadəsi ilə təkzib olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olmadığından, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəaları nəzərə alınaraq sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs 29 və 30 oktyabr 2024-cü il tarixli ifadələrinə, habelə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanaraq Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gələrək ona bu maddə ilə ittiham verilmiş və verilmiş bu ittihamda göstərilir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, M.Gəncəvi küçəsi, 1 nömrəli evin həyətinə daşımış, 28 oktyabr 2024-cü il tarixdə, saat 13:40-da Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M. Gəncəvi küçəsi 1 nömrəli evin həyətində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 2,927 qram narkotik vasitə olan heroin və 01 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 2,028 qram psixotrop maddə olan metamfetamin əynindəki göy rəngli şalvarının sol yan cibindən aşkar edilib götürülmüşdür. Həmin ittihamda göstərilən hallarla bağlı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi verdiyi 29 oktyabr 2024-cü il tarixli ifadəsində və bu ifadədən olduğu kimi köçürülməklə yazılmış təqsirləndirilən şəxsin 30 oktyabr 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, 28 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi piyada gedən zaman asfalt örtüyünün üzərində sellofana bükülmüş bükülünü görüb, həmin bükülünü götürüb açıb içərisinə baxarkən bükülünün içərisində 2 ədəd bükülünün olduğunu, birində narkotik vasitə heroin və digər bükülüdə isə psixotrop maddə metamfetamin olduğunu bilib, ətrafa baxıb, heç kimin olmadığından əmin olduqdan sonra həmin sellofan bükülülərdə olan heroin və metamfetamini qəbul etmək məqsədi ilə əynində olan göy rəngli şalvarının ön sol cibinə qoyub yoluna davam edib, Hacıqabul şəhəri, M.Gəncəvi küçəsi 1 nömrəli evdə yaşayan qohumu Şahid5 yaşadığı evinə getmiş, sonra polis əməkdaşları həyətə gəlib onu saxlamış, bundan sonra üzərində yoxlama aparılan zaman təkidlə üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını və üzərindən aşkar olunan əşyalardan xəbərinin olmadığını bildirib polis əməkdaşlarını inandırmağa cəhd göstərsə də, polis əməkdaşları üzərində yoxlama apararaq əynindəki göy rəngli şalvarının sol ön cibində gizlətdiyi 2 ədəd sellofana bükülmüş, bükülünün birində olan heroini və digər bükülünün içərisində olan metamfetamini aşkar edib götürmüşlər. Məhkəmə istintaq orqanın bu ittihamın verilməsinə əsaslandığı sübutları (ittihamda göstərilən halları təsdiq edən yeganə sübut kimi təqsirləndirilən şəxsin özünün əleyhinə verdiyi (sonradan bu ifadəsini təkzib etməsinə baxmayaraq) ifadələri və adı çəkilən şahidlərin ifadələri) məhkəmədə tədqiq edib belə nəticəyə gəlir ki, həmin sübutlar kifayət qədər mötəbər hesab edilə bilməz. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixli ifadəsində və bu ifadədən olduğu kimi köçürülməklə yazılmış təqsirləndirilən şəxsin 30 oktyabr 2024-cü il tarixli ifadəsində göstərdiyi-“28 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi piyada gedən zaman asfalt örtüyünün üzərində sellofana bükülmüş bükülünü görüb, həmin bükülünü götürüb açıb içərisinə baxarkən bükülünün içərisində 2 ədəd bükülünün olduğunu, birində narkotik vasitə heroin və digər bükülüdə isə psixotrop maddə metamfetamin olduğunu bilib, ətrafa baxıb, heç kimin olmadığından əmin olduqdan sonra həmin sellofan bükülülərdə olan heroinlə metamfetamini qəbul etmək məqsədi ilə əynində olan göy rəngli şalvarının ön sol cibinə qoyması”na dair halları onun ibtidai istintaq zamanı verilmiş ittihamla bağlı prokurorluğa verdiyi izahatı və (29 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan bibigilə qonaq getməsi, həmin vaxt evdə bibisi, bibisinin əri, bibisinin qayınanasının olması, 4 nəfər mülki geyimli polis əməkdaşların həyətə daxil olmaları və onun əllərinin qandallanması, üzərində axtarış aparılması, sonra polis işçisinin əlini cibinə salıb nəsə qoyduğunu hiss etməsi, üzərində videoçəkilişlə axtarış aparılması və əynindəki şalvarının cibindən heroin və metamfetamin aşkar olunması, aşkar olunmuş maddələrin ona aid olmaması, bu maddələrin üzərinə vidoçəkilişdən əvvəl qoyulması, polis şöbəsinə aparıldıqdan sonra Rüfət adlı polis əməkdaşının ona törətmədiyi əməli etiraf etməyə sözlə təzyiq etməsini bildirməsinə dair izahat və cinayət işinin materialları ilə tanış olmağa dair protokolda apardığı yazılı qeydləri ilə (“... Bu üstümə qoyulan narkotik, psixotrop maddənin mənə heç bir aidiyyəti yoxdur, mənim üzərimə qoyub məni heç bir günahım olmadan həbs ediblər, mən heç bir maddə yəni AR CM-nin 234-cü maddəsində göstərilən bəndlər üzrə təqsirli bilmirəm” yazılmış protokol) tam təkzib etməsini, bu xüsusatın nə birbaşa, nə də dolayısı ilə təsdiq edən digər sübutların mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəalarına əsasən Təqsirləndirilən şəxs 29 və 30 oktyabr 2024cü il tarixli ifadələrində göstərilən hallar inandırıcı (ağlabatan) və mötəbər sübut kimi qəbul edilə bilməz və məhkəmə bu xüsusatları tam formal xarakterli mülahizələr kimi qiymətləndirir. Həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrində göstərilən hallar, yəni Təqsirləndirilən şəxs narkotik maddələr əldə edib üzərində saxlamaqla daşımasına barədə əməliyyat məlumatının daxil olması, Təqsirləndirilən şəxs bibisinin yaşadığı evin həyətində saxlanılarkən və bundan sonra ona qarşı heç bir təzyiqin olmaması, Təqsirləndirilən şəxs saxlanılarkən həyətə tək olması və ev sahiblərinin evin içərisində olmaları və onların həyətə çıxmalarına icazə verilməməsi halının olmamasına, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən içərisində heroin və metamfetamin olan bükümlərin qoyulmaması və Təqsirləndirilən şəxs üzərinə narkotik maddənin qoyulması ilə bağlı yalan ifadə verməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid5, Tamamnaz Məmmədova və Şahin Məmmədzadənin ifadələri (yaşadıqları evə Təqsirləndirilən şəxs qonaq gəlməsi, günorta saatlarında bir qrup polis əməkdaşlarının həyətə girib həyətdə dayanmış Təqsirləndirilən şəxs tutmaları, polis əməkdaşlarının ev sahibləri və digər şəxslərin evin içərisində saxlayıb onların həyətə çıxmalarına imkan verilməməsi, Təqsirləndirilən şəxs evin yan tərəfinə aparılıb orada üstünün yoxlanılması və həmin vaxt Təqsirləndirilən şəxs “mənim ciblərim boşdur, mənim olan mənimdir, mənim olmayan mənim deyildir” deməsini eşitmələrinə dair ifadələr), Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təkzib edərək tutulan vaxt üzərində narkotik maddənin olmaması və üzərinə narkotik maddənin polis əməkdaşı tərəfindən qoyulmasına dair izahatı və yazılı qeydləri, eləcə də Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə tam təkzib olunduğundan məhkəmə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrində yuxarıda göstərilən xüsusatları sübut kimi qəbul etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 30-cu bəndində izah verilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyat-axtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, CPM-in 137-ci maddəsindən və digər normalarından, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra-728-İQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyat-axtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və s. məsələlərlə əlaqədar aşağıdakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin Qərarının 31-ci bəndində izah verilir ki, ... cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özüözlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bu Qərarının 30 və 31-ci bəndlərində verilən izaha əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə Hacıqabul RPŞ-nin əməkdaşının 28 oktyabr 2024-cü il tarixli “Raport”unda, habelə “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 28 oktyabr 2024-cü il tarixli protokolunda göstərilən hallar, yəni Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri saxlaması və dışıması barədə əməliyyat məlumatın mövcüd olması inandırıcı deyil və belə qənaətə gəlmək olar ki, formal olaraq belə məzmunlu “Raport” yazılmaqla 28 oktyabr 2024-cü il tarixdə, saat 13:40-da Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən əməliyyataxtarış tədbiri keçirilsə də, Hacıqabul Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət hüquqi qiymət verilmədən (əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanılması və qanuniliyinə huquqi qiymət verilməsi mümkün olmaması əsası ilə) geri qaytarılmışdır ki, məhkəmə bunu nəzərə alaraq hesab edir ki, həmin əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərində yoxlamanın nəticələri müəyyən qanın pozuntuları ilə müşayiət olunmaqla əldə edildiyindən Hacıqabul RPŞ-nin əməkdaşının 28 oktyabr 2024-cü il tarixli “Raport”u və “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 28 oktyabr 2024-cü il tarixli protokol ittihamyönümlü sübut kimi qəbul edilə bilməz. Məhkəmədə tədqiq olunan əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı videoçəkilişlə müəyyən edilir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs bibisinin yaşadığı evin həyətində saxlanılıb əlləri arxadan qandalla bağlandıqdan sonra müəyyən təzyiqlər, o cümlədən psixi və fiziki təsirlər altında üzərində yoxlama keçirilməyə başlanmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik maddələrin olmadığını, üzərində aşkar olunmuş maddələri isə üzərinə polis əməkdaşlarının qoyduğunu bildirir. Habelə videoçəkilişdən aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları saxlandıqdan bir müddət sonra onun üzərində vidoçəkilişlə yoxlama aparılmışdır. Belə nəticəyə gəlməyə əsas verən amillər:- əməliyyat tədbirinin keçirilməsi ilə bağlı videoçəkilişin əməliyyat qrupunun həyətə daxil olması və ya Təqsirləndirilən şəxs yaxınlaşması anından deyil, məhz Təqsirləndirilən şəxs qolları qandalla arxadan bağlanıb və iki polis əməkdaşının onun qollarından tutub fiziki qüvvə tətbiq etməklə saxlanması anından başlanaraq aparılması, polis əməkdaşları Təqsirləndirilən şəxs məxsus olmayan başqa şəxsin yaşadığı evin həyətinə daxil olsalar da, videogörüntülərdə ev sahibinin və ya ailə üzvlərinin həyətdə görünməmələri, aparılmış tədbirə ev sahibi olan şəxsin, yəni Təqsirləndirilən şəxs qohumunun dəvət edilməməsi və onlar tərəfindən aparılan tədbir barədə ev sahibinə heç bir məlumat verilməməsi, ən əsası isə Təqsirləndirilən şəxs iradəsini qırmaqla müşayiət olunan halın, yəni əli-qolu bağlı şəxsin şalvarının cibinə kənar şəxsin (polis əməkdaşının) əl salıb cibindən müəyyən əşyalar və içərisində heroin və metamfetamin olan bükümlərin çıxarılmasını ehtiva edən hərəkətlərin olmasıdır. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd olunan qaydada saxlanılıb üzərində yoxlama aparılmamış, onun üzərində keçirilmiş yoxlama psixi və fiziki təsirlər altında aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən təhqiqat orqanın əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb üzərində videoçəkilişlə yoxlamanı tam əvvəldən olmaqla icra etməli olduğu halda bunu etməmiş, yalnız onu saxladıqdan bir müddət sonra yuxarıda qeyd olunan qaydada üzərində yoxlama aparılmışdır. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən bu Məcəllənin 125.2.1-125.2.8-ci maddələrdə göstərilən hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Hazırki cinayət işi üzrə təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsində (zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə) və 125.2.7-ci maddəsində (istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda) göstərilən qaydada əldə edilmiş sübutlar, yəni Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsinə dair “Əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 28 oktyabr 2024-cü il tarixli protokol və əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş ittihamyönümlü sübut sübut kimi qəbul edilməməlidir. Cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 28 oktyabr 2024-cü il tarixdə Hacıqabul şəhərində yaşayan bibisigilə qonaq getmiş və həmin gün saat 13 radələrində evin həyətində bibisinin nəvəsi ilə dayandığı vaxt həyətə mülki paltarda beş nəfər polis əməkdaşları daxil olmuşlar. Həyətdə dayandığı yerdə polis əməkdaşları onu tutub əllərinə qandal vurmuşlar. Onun həyətdə tutulmağını evdə olan şəxslər, yəni bibisi, bibisinin əri, bisbisi oğlu və bibisinin gəlini görmüşlər. Polislər evdə olan şəxsləri evin içərisinə salıb çölə çıxmamalarını tapşırmış, onlar da çölə çıxmamışlar. Sonra polis əməkdaşları onu evin yan hissəsinə aparıb orada üstünü yoxlamışlar və üzərində heç nə aşkar olunmamışdır. Həmin vaxt üzərində heç bir narkotik vasitə də olmamışdır. Bundan sonra polis əməkdaşlarından bir nəfər, yəni sonradan adını bildiyi Rüfət adlı polis əməkdaşı yaxınlaşıb onun üzərinə baxış keçirməyə başlamış və əlini cibinə salıb çıxarmış, bu vaxt o, həmin şəxsin cibinə nəsə qoyduğunu hiss etmişdir. Həmin vaxt onun əlləri qandalla arxadan bağlı olmuş, cibinə nəsə qoyulmasını hiss etsə də, cibinə nəyin qoyulduğunu bilməmişdir. O, polis əməkdaşlarına üzərində heç bir narkotik maddə olmadığını bildirsə də, polislər ikinci dəfə videoçəkilişlə onun üzərini axtarmağa başlamışlar və cibində iki bükümü çıxarıb ona məxsus olmasını bildirəndə o, həmin bükümlərdə olan narkotik maddənin ona məxsus olmamasını, bükümləri cibinə onların qoyduğunu, üzərində heç bir narkotik maddənin olmadığını, aşkar olunmuş narkotik maddələrin ona aid olmadığını bildirmişdir. İş üzrə müəyyən edilən bu hallar yuxarıda qeyd edilən Avropa Məhkəməsinin Azərbaycana qarşı olan president xarakterli qərarındakı hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 30 və 31-ci bəndlərində verilən izahlara əsaslanaraq məhkəmə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən 28 oktyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb üzərində yoxlama aparılarkən sübut əhəmiyyətinə malik ola biləcək predmetlər-narkotik və psixotrop maddələrin şübhə doğuracaq üsulla, habelə saxlanılan şəxsə qarşı psixi və fiziki təsirlər göstərilməklə götürülməsini və bu sübutların əldə edilməsi şəraitini ciddi qüsur kimi qəbul edib həmin sübutların, yəni əməliyyat tədbiri keçirilərkən üzərində yoxlama zamanı aşkar olunub götürülmüş narkotik və psixotrop maddələrin məhz Təqsirləndirilən şəxs aid olmasının mötəbərliyini şübhə altına alan hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyəti etibarilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil. Ona görə də bu sübutlar mənbəyi etibarilə mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır, eyni zamanda müəyyən edilir ki, Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və ona qarşı edilən psixi və fiziki təzyiqlər nəticəsində o, saxlanılarkən üzərində yoxlama zamanı polis əməkdaşının əlini onun cibinə salıb çıxardığı bükümlərin içərisində olan narkotik və psixotrop maddələrin ona məxsus olmasına dair etirafedici ifadə verməyə məcbur edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik və psixotrop maddələrin ona məxsus olmasına dair kifayət qədər mötəbər sübutlar olmadığından onun bu əməli qanunla nəzərdə tutulan qaydada sübuta yetmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 2,877 qram heroin və qalıq 1,978 qram metamfetamin Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 2,877 qram narkotik vasitə olan heroin və qalıq 1,978 qram psixotrop maddə olan metamfetamin Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılsın. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar