Məhkəmə qərarları › İş №1(099)-229/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-229/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-229/2024 30.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi - X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1971-ci ildə Cəlilabad rayonu, Bayxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Bayxanlı kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən yeni massivdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 167-3.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən əldə etdiyi, külli miqdar hesab olunan 82,514 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki (bundan sonra - tiryək) satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 01 fevral 2023-cü il tarixdə saat 13:30 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin (bundan sonra - Cəlilabad RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri, Cavadxan küçəsində saxlanılaraq Cəlilabad RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı 01 ədəd bükümdə təmiz çəkisi 82,514 qram olan külli miqdarda tiryək onun əynindəki qara rəngli gödəkçənin sol çöl döş cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən əldə etdiyi, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib 01 fevral 2023-cü il tarixədək, yəni Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən özünə məxsus “Chevrolet Niva” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılıb aşkar edilənədək, həmin avtomobilin salonundakı ön panelin saxlanc yerində gəzdirmişdir. Bundan əlavə o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda Azərbaycan Respublikasında hakimiyyətin dəyişməli olub İslam hakimiyyətinin qurulmasına yönələn, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini ekstremist ideyalar təbliğ edən, üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun təsviri olan və “Zülmə məruz qaldıqları üçün məzlumlara döyüşə icazə verildi, Allah onlara qalib gəlməyə qadirdir” sözləri yazılmış bir ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək yayma məqsədi ilə 03 fevral 2023-cü il tarixədək, yəni Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evində axtarış aparılıb aşkar edilənədək, həmin evdə saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, yalnız avtomobilində gəzdirdiyi bıçağa görə özünü Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilir. Onun maşınında yalnız bıçaq olmuşdur. Qalan şeylər şər, böhtan və iftiradır. O, nə narkotik satıb, nə də narkotik istifadə edir. Dövlətini sevən bir adamdır, dövlət əleyhinə heç bir kitabı olmayıb, evində yalnız “Quran” kitabı olmuşdur. Bıçağın maşından çıxmasını etiraf edir, narkotikə və dini kitablara isə etiraz edir. Onu tutarkən ona təzyiq göstərib polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları tərəfindən ona verilmiş narkotiki əvvəl qəbul etməmiş, buna görə polis əməkdaşları tərəfindən döyülmüş, evində torbada narkotik çıxarılacağı ilə hədələnmişdir. Buna görə də ailə üzvlərindən də narahat olub məcbur qalaraq etirafedici ifadə vermişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, heç bir narkotik vasitəni tanımır, narkotik istifadəçisi də deyildir. İbtidai istintaq zamanı ilk öncə etirafedici ifadə versə də hüquqlarını bildikdən sonra hadisə barədə olduğu kimi danışmışdır. Avtomobilində olan bıçağın soyuq silah olmasını bilməmiş, müəyyən şeyləri kəsmək üçün bıçaq avtomobilində saxlamışdır. Həmin bıçağın soyuq silah olmasını bilsəydi maşınında saxlamazdı. Heç bir yerdən heç vaxt narkotik vasitə tapmamışdır. Yaşadığı evdə dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materiallar olmamış, həmin materialları polis əməkdaşları özləri qoymuş, videoçəkiliş zamanı da götürmüşlər. Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini ekstremist ideyalar təbliğ edən, üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun təsviri olan və “Zülmə məruz qaldıqları üçün məzlumlara döyüşə icazə verildi, Allah onlara qalib gəlməyə qadirdir” sözləri yazılmış bir ədəd vərəqəni əldə etməmiş, həmin vərəqə evində olmamışdır. Həmin vərəqələri evinə yerləşdirərkən evində yaşayan ailə üzvləri də görmüşlər. Onun heç kimlə ədavəti, düşmənçiliyi olmamış, polis əməkdaşları ilə də ziddiyyəti olmamışdır. Onu 01 fevral 2023-cü il tarixdə günorta namazından yarım saat əvvəl məscidə gedərkən polis əməkdaşları saxlamış, öz maşınlarına salıb aparmışlar. Saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirilməmişdir. Polis şöbəsinə çatan kimi onun qollarını qandallayıb döymüşlər, həmin vaxt da qulağına xəsarət yetirmişlər. Sonra polis əməkdaşlarından biri onun qarşısına narkotik vasitə qoyub üzərinə götürməyi tələb etmişlər. O, etiraz etsə də evinə də narkotik qoyulacağı deyildiyindən polis əməkdaşlarının verdiyi narkotik vasitə barədə etirafedici ifadə vermişdir. Onu döymüş polis əməkdaşlarının adlarını bilmir, lakin üzdən görsə tanıya bilər. Dövlət əleyhinə heç bir dini işlərlə məşğul olmamış, bunu Cəlilabad rayonu ərazisində də hamı bilir. Fiziki zorakılığa məruz qalması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Ombudsmana və bir sıra orqanlara müraciət etmişdir. 14 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla tanış olub, ancaq orada nə yazılmasından məlumatı yoxdur. Həmin qərardan şikayət etməyib, ancaq fikirlərini bildiriblər, qərarın ləğv edilməsinə dair müraciət etməyiblər. xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olarkən zorakılığa məruz qaldığını, başına və qulağına xəsarət yetirildiyini deyib. xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nin MSY-yə gətirilərkən bədəni üzərində xəsarət olmuşdur. Fiziki zor tətbiq edildiyindən polis əməkdaşlarının dediyi kimi ifadə vermişdir. Bakı istintaq təcridxanasına daxil olarkən ona qarşı fiziki zor tətbiq edilməsini deməsinin heç bir xeyri olmayacağını düşünüb bu barədə orada heç nə deməmişdir. Şahidlər də özlərini müdafiə edərək ona qarşı fiziki zor tətbiq etmədiklərini deyəcəklər. Cəlilabad rayonunda da kimdən soruşulsa onun narkotik satışı ilə məşğul olmadığını bildirəcəklər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilib ifadəsində demişdir ki, Cəlilabad rayonu, Bayxanlı kəndində qeydiyyatda olsada Cəlilabad şəhəri, Cavadxan küçəsində yeni massivdə yaşamış, həbs edilməmişdən təxminən 3 gün əvvəl Cəlilabad rayonu, Bayxanlı kəndində torpaq ərazidə gəzərkən yerdə bir ədəd sellofon bükülü görmüş və həmin bükümün içərisində nə olduğunu öyrənmək məqsədi ilə avtomobilinə yaxınlaşaraq oradan bıçaq götürərək həmin bıçaqla sellofanı aralayıb bükümün arasına baxarkən bükümdə narkotik vasitə olan tiryəkin olduğunu başa düşmüşdür.O, da istifadə etmək məqsədi ilə həmin tiryək olan bükülünü qara rəngli gödəkçəsinin sol çöl döş cibinə qoyub saxlamış lakin ondan istifadə etməmişdir.01 fevral 2023-cü ildə saat 13:30 radələrində o, Cəlilabad rayonu, Cavadxan küçəsində özünə məxus olan “Chevrolet Niva” markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilinə əyləşən zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və ondan avtomobilində narkotik vasitə olub-olmadığını soruşmuşlar o, da üzərində narkotik vasitə olan tiryək olduğunu onlara bildirmiş, sonra polis əməkdaşları onu və avtomobilini Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra ona vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, bu zaman o, əynində olan gödəkçənin sol çöl döş cibindən saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə olan tiryəki könüllü təhvil vermiş, daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış və axtarış zamanı üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, bundan sonra ona məxsus avtomobildə axtarış aparılmış, axtarış zamanı avtomobilin salonunda olan saxlanc yerindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür.Hər iki istintaq hərəkəti zamanı protokol tərtib olunmuş və o, protokollara imza etmişdir. Bundan başqa o, evində aşkar olunmuş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarını yəni, “Müsəlman Qardaşıma cavab X17” sözləri yazılmış 2 ədəd kitabı, üzərində X27 X19 Sunənun-Nəbi Məhəmməd (s) peyğəmbərin davranışları X7 Təbatəbai sözləri yazılmış 2 ədəd kitabı, üzərində “X12 Hüseyn Tofiqi” sözləri yazılmış 1 ədəd kitabı, üzərində “X15 İntizar” sözləri yazılmış 1 ədəd kitabı, üzərində “Üsul Elmi (dərslik) X18 Məhəmmədbaqir Sədr” sözləri yazılmış 1 ədəd kitabı, üzərində X20 X26 (ə) buyurduqları X16” sözləri yazılmış 1 ədəd kitabı, üzərində “X9 Amuli” sözləri yazılmış 1 ədəd kitabı, üzərində “X13 Rəhbəri cənab Ayətullah Xameneinin nəzərindən Azadlıq” sözləri yazılmış 1 ədəd kitabı, üzərində “X10 X3” sözləri yazılmış 1 ədəd kitabı, üzərində ərəb yazıları olan 2 ədəd kitabı, üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı yazılmış kağızı, 2 ədəd CD diski, üzərində ərəb yazıları olan ədəd bayrağı, Xomeninin və Qasım Süleymaninin portretlərini dini işlərlə məşğul olduğu üçün evində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, aşkar olunmuş külli miqdarda- 82,514 qram olan narkotik vasitə tiryək və dini təyinatlı ədəbiyyatlar ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi və hədələr edildiyi üçün narkotik vasitə tiryəkin və dini eksptremist materialların özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkar olunmuş külli miqdarda-82,514 qram olan tiryəkin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təsir və hədələr olunduğunu, buna görə də tiryəkin özünə məxsus olmağını deməyini tələb etdiklərini, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər tərəfindən fiziki zor tətbiq edildikdən və hədələdikdən sonra bildirdiyini, ittihamda yazılaraq yaşadığı evdən çıxdığı qeyd edilmiş materialların özünün olmadığını dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Həmin əməliyyat qrupuna Şahid2, Şahid4 və Şahid3 adlı polis əməkdaşları daxil olmuşlar. Həmin gün Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Cavadxan küçəsində olması müəyyən edilib həmin küçədə “Chevrolet Niva” markalı avtomobilində saxlanılmış, ona özlərini təqdim edib üzərində narkotik vasitə olub-olmadığı, olduğu halda təqdim etməsi təklif edilmiş, o, da üzərində tiryək olduğunu bildirmiş, buna görə də onu avtomobili ilə birlikdə Cəlilabad RPŞyə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol çöl döş cibindən bir ədəd sellofan büküm çıxardıb təqdim etmiş, içərisində tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən oradan bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi izahatında tiryəki 3 gün əvvəl Cəlilabad rayonu Bayxanlı kəndi ərazisindən tapdığını bildirmiş, şəxsi istifadəsi üçün saxladığını demişdir. Həmin kənd iranla sərhədə ən yaxın kənddir. 03 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif dini kitablar, ərəb-fars dillərində kitablar, müxtəlif şəkillər aşkar edilib götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs din adı altında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, evindən dini təriqətlə bağlı disklər və digər materiallar da aşkar edilməsi bunu təsdiq edir. İsmayılın yaşadığı evə baxış keçirilərkən oğlu da iştirak etmişdir. İsmayılın məhkəmə istintaqında bildirdiyi ifadəsi yalandır, özünü müdafiə məzmunludur. Onun evinə oğlunun iştirakı ilə baxış keçirilmiş, video çəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə saxlamasını bilmir, bunun məqsədini İsmayıl daha yaxşı bilir. İsmayılın avtomobilində aşkar olunmuş bıçaq mətbəx bıçağından fərqlənmişdir. Təqsirləndirilən şəxs evində aşkar edilən materiallar barədə əvvəlcədən məlumat olmamış, həmin materiallar evə baxış keçirilərkən aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Əməliyyat məlumatı xx.xx.2023cü il tarixdə ona daxil olmuş, əməliyyat tədbirləri də həmin gün keçirilmişdir.Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs evinə hər hansı polis əməkdaşı tərəfindən dini kitablar və digər materiallar qoyulmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs evinə baxış zamanı onun oğlu da baxışda iştirak etmiş, heç bir hala etiraz etməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən də ona qarşı fiziki zor tətbiq edilməyib. Təqsirləndirilən şəxs dini ekstremist materialları saxlaması barədə ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığl evə polis əməkdaşları tərəfindən dini təyinatlı ədəbiyyat və digər materiallar qoyulmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verərək ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs məxsus “Chevrolet Niva” markalı avtomobili əməliyyat müşahidəsinə götürülmüş və saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim etmiş, ona aid olduğunu, Bayxanlı kəndi ərazisindən tapdığını, istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Həmçinin vəkilinin sualında da İsmayıl hər hansı problem olmadığını deyib cavab vermişdir. Avtomaşına baxış keçirilərkən İsmayıl maşında bir ədəd bıçaq olmasını bildirmişdir. Təqsirləndirilən şəxs saat 13 ya 14 aralığında saxlamışlar. Üzərində axtarış da az sonra olmuş, lakin saat dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxs döyülməsini bildirməsi özünü müdafiə xarakterli ola bilər, əgər hər hansı şəxs onu döymüşdürsə bu barədə müraciət edib məhkəmə tibbi ekspertizadan keçə bilərdi. Təqsirləndirilən şəxs barəsində ona hər hansı əməliyyat məlumatı daxil olmamış, o, Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirlərində iştirakçı olmuşdur. Sonuncunun evində keçirilən axtarışda iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 Şahid1lə eyni məzmunlu ifadə verərək ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əməliyyat tədbirində iştirakçı olmuş, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim etmiş, ona aid olduğunu, Bayxanlı kəndi ərazisindən tapdığını, istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs avtomobilindən bıçaq aşkar olunmuş, bıçaqla bağlı sonuncunun nə dediyini xatırlamır. Sonuncunun barəsində əməliyyat məlumatı ona daxil olmadığından həmin məlumatın nə vaxt daxil olmasını bilmir. Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs evində keçirilən axtarışda iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs şər atılıb. İsmayıldan 3 gün xəbərləri olmamış, sadəcə polislər tərəfindən tutulduğunu bilmişlər. X4 rayonu ərazisində olmadığını, Bakı şəhərində saxlanıldığını bildirmişlər. Polis əməkdaşları onun evinə daxil olarkən nəvəsi qorxduğu üçün hazırda Bakı şəhərində müalicə alır. Polis əməkdaşları evə gələrkən izləri ilə şəkil, kitablar, bayraq gətirib evə yerləşdirmişlər. Bu halı görüb etiraz etdikdə ona da hədə qorxu gəlmişlər və onun da tutulacağını bildirmişlər. Dini kitabları, bayraq və şəkilləri polislər özləri gətirib evə qoymuşlar, həmin materiallar evdə olmamışdır. Polislər evə gələrkən o, evdə olmuş, lakin axtarış keçirilərkən onu evdən çıxarmışlar. Polis əməkdaşlarından həmin materialları niyə evə gətirdiklərini soruşmuş, polislər isə səsini çıxarmamağı tapşırmışlar. Polis əməkdaşları həmin materialları qara rəngli çantada (diplomatda) gətirmişlər. Həmin çantanı gətirən şəxsin kim olduğunu bilmir, lakin üzünü görsə tanıyar. Polis əməkdaşları tərəfindən evdə olan şəxslərə qarşı fiziki zor tətbiq edilməmişdir. Həmin vaxt telefonla çəkiliş aparmaq istəsə də polis əməkdaşları çəkiliş aparmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs alverlə məşğul olduğu üçün istifadə məqsədi ilə maşınında bıçaq saxlamışdır. İsmayıl heç vaxt narkotik vasitə istifadə etməyib, evində də narkotik vasitə olmayıb. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı tutulduqdan 2-3 gün sonra polis əməkdaşları İsmayılın evinə gəlmiş, bir neçə polis evdə, bir neçəsi isə evdə olmuşlar. Evdə aşkar edilən materialları polis əməkdaşları çantada (diplomatda) evə gətirib yerləşdirmişlər. Diplomatı gətirən şəxslərə baxanda bilinirdi ki, həmin çantanı gətirən şəxsin vicdanı çantanı gətirməyi qəbul etmir, belə ki, çantanın içində nəsə var. Həmin şəxslər yaşadığı otağa girib qapını bağlamışlar. Onlar, yəni İsmayılın yaxın adamları – oğlu, qardaşı, yoldaşı orada idilər. Onlar çölə çıxanda komputerdən çıxan təzə şəkil general Qasiminin şəklini stolun üstünə qoyub həmin şəkli tapdıqlarını bildirmişlər. Lakin həmin şəkil evdə olmamış, həmin şəkili diplomatda özləri gətirmişlər. Lakin həmin şəklin diplomatdan çıxarılıb evə qoyulmasını görməmişdir. Belə ki, həmin vaxt otağın qapısı bağlı olmuş, ona görə də diplomatdan nə çıxmasını görməmişdir. Polis əməkdaşları qapını bağlayanda İsmayılın yoldaşı da onunla birlikdə dəhlizdə, yəni polislərin diplomatla girdiyi otağın çölündə qalmışlar. Bundan sonra bir vərəqdə olan yazı, bayraq və kitabı çıxarıb təqdim etmişlər ki, həmin əşyalar evdən tapılmışdır. Halbuki qardaşı olaraq o, təsdiq edir ki, həmin predmetlər evdə olmamışdır. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, 03 fevral 2023-cü il tarixədək polis əməkdaşları evə baxış keçirməyə gələnədək özü həmin evdə olmuşdur. Həmin evdə üzərində dini yazılar yazılmış şəkillər görməmişdir. Polis əməkdaşlarının gətirdiyi çanta qara rəngdə olmuş, içi dolu olduğundan güclə bağlanmış vəziyyətdə olmuşdur. O, Təqsirləndirilən şəxs kiçik qardaşıdır. Diplomatın içindən bayraq çıxarılmasını da görməmiş, lakin stolun üstündə görmüşdür. Lakin əvvəllər evdə belə şeylər görməmişdir. Qardaşı İsmayıl dindar, “Quran” oxuyan olmuşdur. İsmayılın evində “Quran” olmuşdur. Diplomatı gətirən şəxsin kim olduğunu bilməmiş, kimliyini öyrənməmişdir. Diplomatlı şəxs otağa girəndə ailə üzvlərindən heç kimi otağa girməyə icazə verməmişlər. İfadə verən ailə üzvlərindən birinin polis əməkdaşları tərəfindən diplomatın açıldığını görməsi barədə bildirdikləri ilə qeyd edir ki, ola bilər ki, həmin vaxt başı qarışmış, polislərin həmin otaqda diplomatdakı əşyaları çıxarmağını görməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid6 Yahya oğlu ifadəsində bildirmişdir ki, qardaşı İsmayılın tutulduğu üçüncü gün olardı ki, kənddən qardaşının yaşadığı evə gəlmiş, həmin vaxt evdə bacıları, qardaşları, qohumları olmuşlar. Həmin vaxt həyət darvazası döyülmüş, qapını açdıqda çoxlu sayda polis əməkdaşı həyətə daxil olmuşlar. Onlara evi axtaracaqlarını bildirmişlər, onlar da icazə vermişlər. Həmin vaxt İsmayılın yoldaşının da üstünə qışqırmışlar. Polislər evə girdikdən sonra İsmayılın yoldaşı, özü və Rza da otağa girmişlər. Polislər hansı otaqda axtarış aparacaqlarını fikirləşib yataq otağında axtarış aparmağa qərara gəlmişlər, həmin otağa girdikdən sonra o, Rza və Səlimə də onların arxasınca baxdıqda diplomatdan təzə çap olunmuş şəkil çıxardıqlarını görmüş, polislər onların bunu gördüklərini bilib otağın qapısını bağlamışlar. Az sonra qapını açıb İsmayılın oğlunu baxışda iştirak etməyə çağırmışlar. Təxminən 15 dəqiqə sonra isə çölə çıxıb göy parça bayraq, şəkil və digər vərəqlər aşkar olunduğunu bildirmişlər. İsmayıl da məcburiyyət qarşısında qalıb baxış protokoluna imza çəkmişdir. Masanın üzərinə qoyulan şəkil diplomatdan çıxarılan şəkil olmuş, 03 fevraladak evdə həmin şəkilləri, kitabları evdə görməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, evdə işləyərkən küçəyə polis əməkdaşlarının gəldiyini görmüş, həmin vaxt da pəncərədən çölə baxmış, bu zaman polis əməkdaşlarından biri onu çağırıb çəkiliş aparıb-aparmadığını soruşmuş, onun telefonunu alıb çəkiliş aparmadığını görmüş və ondan evinə girməyi tələb etmişlər. Həmin polis əməkdaşlarının bəzilərinin əli boş olmuş, bəzilərinin əlində çantaları da olmuşdur. Polislərdən bəziləri çöldə qalmış, bəziləri isə içəri girmişlər. İçəridə polis əməkdaşlarının nə etdiklərini görməmişdir. Polis əməkdaşlarının kiməsə qarşı fiziki zor tətbiq etmələrini, kiməsə qarşı kobud davranıldığını görməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə, təmiz çəkisi- 82,514 qram olan tiryək aşkar edilərək götürülməsi faktına görə toplanılmış yoxlama materialları əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1-49) - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 01 fevral 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (cild 1, i.v. 4-7; 10-11; 30-31) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 fevral 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.13) -“şəxsi axtarış və götürmə barədə” 01 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Cəlilabad RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində 01 fevral 2023-cü il tarixdə, saat 13:30-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Cavadxan küçəsi ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz saxlanılan əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan paltonun altından geyindiyi qolsuz gödəkçənin sol çöl döş cibindən sellofana bükülmüş kütləni çıxardaraq təqdim etmiş, həmin kütlənin tiryək olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və 84,47 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan tiryəkə bənzər kütlədən başqa hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kütlənin tiryək olduğunu, həmin kütləni 3-4 gün əvvəl Cəlilabad rayonu Bayxanlı kəndində sahədən tapdığını, həmin kütləni maraq üçün sonradan istifadə etmək üçün üzərində gəzdirdiyini, heç bir şəxsin onun üzərində narkotik olmasından xəbəri olmadığını bildirmişdir. (cild 1, i.v.30-31) -“avtomobilə baxış keçirilməsi və götürmə barədə” 01 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Cəlilabad RPŞ-nin inzibati binasının arxa hissəində yerləşən dayanacaqda Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Niva” markalı, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin sağ ön sərnişin yerinin önündə olan soyuq silaha bənzər bıçaq aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağı avtomobilində toyuq- cücəni kəsmək üçün gəzdirdiyini bildirmişdir. (cild 1, i.v.34-35) -“məhkəmə fiziki- kimyəvi ekspertizası”nın 01 fevral 2023-cü il tarixli, 19/140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə .....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəksi 82,514 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Tətqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə .....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bıçaq üzərində tiryək izləri vardır.Tiryək iz şəklində olduğuna görə digər paketdəki tiryək ilə müqayisəli tətqiqat aparmaq və çəkisini müəyyən etmək mümkün olmadı. Tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr»in siyahısına (Siyahı 1) daxildir. (cild 1, i.v.43-37) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(073)-17/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək hazırda törətdiyi əməldən peşman olduğunu, istintaqın və məhkəmənin çağırışına vaxtında gələcəyini bildirmiş və barəsində verilmiş təqdimatın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (cild 1, i.v. 56-57, 73-75) -Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 5(073)-32/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşamış olduğu Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən nömrəsiz evində, həytayanı sahəsində və təsərrüfat tikililərində axtarış və götürmə istintaq hərəkəti aparılması qərara alınmışdır. (cild 1, i.v.83-85) -“axtarış və götürmə aparılması haqqında” 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən nömrəsiz evdə, eləcə də evin həyətyanı sahəsində, yardımçı tikililərdə 03 fevral 2023-cü il tarixdə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşamış olduğu evin sol tərəfindəki otaqdan “Müsəlman Qardaşıma cavab X17” sözləri yazılmış 2 ədəd kitab, üzərində X27 X19 Sunənun-Nəbi Məhəmməd (s) peyğəmbərin davranışları X7 Təbatəbai” sözləri yazılmış 2 ədəd kitab, üzərində “X12 Hüseyn Tofiqi” sözləri yazılmış 1 ədəd kitab, üzərində “X15 İntizar” sözləri yazılmış 1 ədəd kitab, üzərində “Üsul Elmi (dərslik) X18 Məhəmmədbaqir Sədr” sözləri yazılmış 1 ədəd kitab, üzərində “X20 X26 (ə) buyurduqları X16” sözləri yazılmış 1 ədəd kitab, üzərində “X9 Amuli” sözləri yazılmış 1 ədəd kitab, üzərində “X13 Rəhbəri cənab Ayətullah Xameneinin nəzərindən Azadlıq” sözləri yazılmış 1 ədəd kitab, üzərində “X10 X3” sözləri yazılmış 1 ədəd kitab, üzərində ərəb yazıları olan 2 ədəd kitab, üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı” yazılmış kağız, 2 ədəd CD disk, üzərində ərəb yazıları olan ədəd bayraq, Xomeninin və Qasım Süleymaninin portretləri aşkar edilərək götürülmüşdür. (cild 1, i.v.86-89) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 02 fevral 2023-cü il tarixli, 125 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub, lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v.112) -“maddi sübut kimi tanınma haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi 82,464 qram olan tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-nin «maddi sübutların saxlanması otağı»na təhvil verilmişdir. (cild 1, i.v.125) -“məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası”nın 10 mart 2023-cü il tarixli, 4/210 nömrəli rəyindən görünür ki, təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında (“Azərbaycan İslam Müqavimət Hərəkatı”-ın təsviri olan 1 ədəd vərəq istisna olmaqla) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. Dini təyinatlı ədəbiyyat nümunələri dini məzmunlu məlumat materiallarında (“Azərbaycan İslam Müqavimət Hərəkatı”-ın təsviri olan 1 ədəd vərəq istisna olmaqla) hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya qurluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Dini təyinatlı ədəbiyyat nümunələri dini məzmunlu məlumat materiallarında (“Azərbaycan İslam Müqavimət Hərəkatı”-ın təsviri olan 1 ədəd vərəq istisna olmaqla) kütləvi iğtitaşlarının təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar əks olunmamışdır. Dini təyinatlı ədəbiyyat nümunələri dini məzmunlu məlumat materiallarında (Doktor Mənuçöhrün “İslam İnqilabının böyük rəhbəri cənab Ayətullah Xameneinin nəzərində azadlıq” (“ Üfüqe-fərda”, İran, 2012) kitabı istisna olmaqla) aşkar surətdə sosial nifrət və düşmənçilyin salınmasına, sosial mənsubiyyətindən asılı olaraq vətəndaşalrın hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəktlərinə yol verilməmişdir.Həmin ədəbiyyat nümunələri dini təyinatlıdır. Doktor Mənuçöhrün “İslam İnqilabının böyük rəhbəri cənab Ayətullah Xameneinin nəzərində azadlıq” ( “Üfüqe-fərda” İran, 2012) kitabının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X25 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Eyni zamanda bildiririk ki, digər ədəbiyyat nümunələri istehsal və idxal edilməsi, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsi ilə satışının həyata keçirilməsi məqsədəuyğun hesab edilməyən dini ədəbiyyat nümunələrinə aid deyildir. Dini təyinatlı ədəbiyyat nümunələri dini məzmunlu məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. X24 Al Haşimin “Eqameye namaz dər İslam” (Təbriz 2000) və Doktor Mənuçöhrün “islam inqilabının böyük rəhbəri cənab Ayətullah Xameneinin nəzərində azadlıq” ( “Üfüqe-fərda” İran, 2012) kitabları istisna olmaqla, digər ədəbiyyat nümunələri ölkədə çap edilmişdir. (cild 1, i.v.138-143) - “məhkəmə ballistik ekspertizası”nın 03 aprel 2023-cü il tarixli 3/472 nömrəli ekspert rəyindən görünür ki, tətqiqata təqdim edilən 01 ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. (cild 1, i.v.144-147) - “məhkəmə psixiatrik ekspertizası”nın 01 may 2023-cü il tarixli 1194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sübut edir. Belə ki, İ.Y Əliyev əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir.Təqsirləndirilən şəxs hadisəni törədərkən, yəni 01 fevral 2023-cü il tarixdə, hadisəni törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır.Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, i.v.154-155) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 24 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 06 ayadək, yəni 02 iyun 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək uzadılmışdır.(cild 1, i.v.164-165) -Cəlilabad Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 4(073)-70/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 02 (iki) ay müddətinə, yəni 02 avqust 2023-cü il tarixədək uzadılmışdır.(cild 1, i.v. 172-173) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edilməsi faktı üzrə araşdırma aparılmış, məhkəmə tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 488 saylı rəyində Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamasına,Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində Təqsirləndirilən şəxs adına tərtib edilmiş 941/2023 nömrəli məhkumun tibbi kitabçasında Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət olmaması və həbs olunarkən xəsarət almadığını bildirməsinə, “Cəlilabad RPŞ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabı” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda müvafiq qeydlər aparılmış səhifələrin surətlərində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə MSY-yə daxil olarkən bədənində hər hansı xəsarət müəyyən edilməməsinə, iş üzrə dindirilmiş şəxslərin izahatlarına əsasən həmin fakt üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.(cild 1, i.v.181-182) -“əməlin tövsif edilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 1, i.v.183) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 1, i.v.184-185) -“maddi sübut kimi tanınma haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş soyuq silah hesab edilən 1 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-nin «maddi sübutların saxlanması otağı»na təhvil verilmişdir. (cild 1, i.v.199) -“məhkəmə-dinşünaslıq ekspertizası”nın 20 iyun 2023-cü il tarixli, 4/1061 nömrəli rəyindən görünür ki, «ekspertizaya təqdim edilmiş dini təyinatlı nümunələri və dini məzmunlu məlumat materiallarından üzərində «Hüseynçilər: Azərbaycan İslami müqavimət Hərəkatı»nın loqosunun təsviri olan A4 formatlı vərəqə dini ekstremist materiallar sayılır.(cild 1, i.v.204-207) - 24 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinə göndərilmişdir.(cild 1, i.v.209-211) - “cinayət işinin icraata qəbul edilməsi və cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsində icraata qəbul edilməklə istintaq davam edirilməsi və Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 167-3.1 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır.( (cild 1, i.v.212-213) «birgə istintaq qrupunun yaradılması haqqında» 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həmin şöbənin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X1 və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə kapitanı X5 iştirakı ilə birgə istintaq qrupu yaradılmış, istintaq qrupuna rəhbərlik Cövdət isgəndərova həvalə edilmişdir.(cild 1, i.v.228-230) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay olmaqla, 09 ayadək, yəni 02 avqust 2023-cü il tarixdən 02 noyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 1, i.v.237-238) -Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 4(009)-504/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 01 noyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.5-9) -“sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən götürülmüş dini ekstremist material hesab edilən 01 ədəd A4 formatlı vərəqə maddi sübut kimi tanınması və həmin və digər maddi sübutların saxlanılması üçün Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır.(cild 2, i.v.85-97) -“cinayət işinin ayrılması haqqında” 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 2, i.v.91-93) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay olmaqla, 10 ayadək, yəni 02 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.103-104) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 2, i.v.109-110) -Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 4(009)- 746/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 01 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.120-125) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsa qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə qanunsuz olaraq soyuq silahı əldə etmə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkin və evindən aşkar olunmuş məzmununda Azərbaycan Respublikasında hakimiyyətin dəyişməli olub İslam hakimiyyətinin qurulmasına yönələn, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini ekstremist ideyalar təbliğ edən, üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun təsviri olan və “Zülmə məruz qaldıqları üçün məzlumlara döyüşə icazə verildi, Allah onlara qalib gəlməyə qadirdir” sözləri yazılmış bir ədəd vərəqənin ona məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Cəlilabad rayonu, Bayxanlı kəndində qeydiyyatda olsada Cəlilabad şəhəri, Cavadxan küçəsində yeni massivdə yaşamış, həbs edilməmişdən təxminən 3 gün əvvəl Cəlilabad rayonu, Bayxanlı kəndində torpaq ərazidə gəzərkən yerdə bir ədəd sellofon bükülü görmüş və həmin bükümün içərisində nə olduğunu öyrənmək məqsədi ilə avtomobilinə yaxınlaşaraq oradan bıçaq götürərək həmin bıçaqla sellofanı aralayıb bükümün arasına baxarkən bükümdə narkotik vasitə olan tiryəkin olduğunu başa düşmüşdür.O, da istifadə etmək məqsədi ilə həmin tiryək olan bükülünü qara rəngli gödəkçəsinin sol çöl döş cibinə qoyub saxlamış lakin ondan istifadə etməmişdir. Yaşadığı evdən aşkar olunmuş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarını yəni, dini təyinatlı kitabları və üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı yazılmış kağızı, 2 ədəd CD diski, üzərində ərəb yazıları olan ədəd bayrağı, Xomeninin və Qasım Süleymaninin portretlərini dini işlərlə məşğul olduğu üçün evində saxladığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs 01 fevral 2023cü il tarixdə, saat 13:30 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində idarə etdiyi “Chevrolet Niva markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman saxladıqlarını və avtomobillə birlikdə Cəlilabad RPŞ-yə gətirdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol çöl döş cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin kütləni tutulmamışdan təxminən 3 gün əvvəl Cəlilabad rayonunun Bayxanlı kəndi ərazisində yerləşən çöl torpaq sahəsinin kənarından tapdığını və özü qəbul etmək üçün cibində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq əl yük yerindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə sonuncunun oğlu Rza Əliyevin iştirakı ilə videoçəkiliş vasitəsi ilə axtarış aparılarkən o, da həmin axtarışda iştirak etmiş, axtarış zamanı Təqsirləndirilən şəxs evindən 13 ədəd dini kitablar, 02 ədəd CD diski, üzərində fars və yaxud ərəb yazıları olan 1 ədəd bayraq, fars və yaxud ərəb sözləri yazılmış 1 ədəd kağız parçası, Xomeninin şəkili, Qasım Süleymaninin isə hərbi geyimdə Xomeni ilə birlikdə şəkilləri, “Hüseynçilər:Azərbaycan İslami Müqavimət Hərəkatı” nın loqosunun təsviri olan bir ədəd vərəqə aşkar edilərək götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ilkin ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (avtomobilində aşkar edilmiş bıçağın ona aid olması hissəsi istisna olmaqla) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri- polis əməkdaşlarının ona fiziki təzyiq göstərməsi və hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edilməsi faktı üzrə araşdırma aparılmış, məhkəmə tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 488 saylı rəyində Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamasına,Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində Təqsirləndirilən şəxs adına tərtib edilmiş 941/2023 nömrəli məhkumun tibbi kitabçasında Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət olmaması və həbs olunarkən xəsarət almadığını bildirməsinə, “Cəlilabad RPŞ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabı” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda müvafiq qeydlər aparılmış səhifələrin surətlərində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə MSY-yə daxil olarkən bədənində hər hansı xəsarət müəyyən edilməməsinə, iş üzrə dindirilmiş şəxslərin izahatlarına əsasən həmin fakt üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.(cild 1, i.v.181-182) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 488 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında çıxış edərək hazırda törətdiyi əməldən peşman olduğunu demiş, lakin polis əməkdaşları tərəfindən hədələnməsi barədə məhkəmədə hər hansı bir söz deməmişdir. Məhkəmə hazırkı məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan əlavə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şəxslər – Şahid5, Şahid7 və Şahid6 məhkəmə istintaqında verdiyi ifadələrində hadisənin səbəbləri, mexanizmi və inkişafı barədə yanlış məlumatlar verməklə məhkəmə istintaqını səhv yönə yönləndirməyə çalışmış, buna görə də məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı göstərdiklərini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə zərərçəkmiş şəxslərin və qeyd edilən şahidilərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, əlavə şahidlər – Şahid5, Şahid7 və Şahid6 məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil- narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş tiryəkə dair niyyətinin satış deyil, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın (köhnə redaksiyada) müvafiq bəndlərinə əsasən tiryək narkotik vasitə hesab edilir. Siyahılara əsasən tiryəkin 5 qramı və artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni onun satış məqsədilə əldə etməsini təsdiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 82,514 qram tiryək əldə etmiş, saxlamışdır. İş materiallarında Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 82,514 qram tiryəki isə onun satış məqsədi ilə saxlanmasını təsdiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyyətdə həmin maddənin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda tiryək əldə edərkən və üzərində saxlayarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş tiryəki nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin 1 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 82,514 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,7 dəfə çox olması, -onun ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində üzərindən aşkar edilmiş tiryəkin satış deyil, şəxsi istifadəsi üçün üzərində saxlaması və tiryəkdən istifadə etdiyini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş tiryəkə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitə tiryəkin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş tiryəki əldə etməsi, saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan tiryəki qanunsuz olaraq hazırlaması və saxlaması onun məhz həmin kütləni şəxsi istifadəsi məqsədi saxlamağa yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 167- 3.1, 228.4 və 234.1-1-ci maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, polis əməkdaşlarının şahid qismində verdikləri ifadələri, «şəxsi axtarış və götürmə barədə» və “avtomobilə baxış keçirilməsi və götürmə barədə” 01 fevral 2023-cü il tarixli, «axtarış və götürmə aparılması haqqında» 03 fevral 2023-cü il tarixli protokollar, «məhkəmə-kimyəvi ekspertizası»nın 01 fevral 2023-cü il tarixli, 19/140 nömrəli, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 fevral 2023-cü il tarixli, 125 nömrəli, «məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası»nın 10 mart 2023-cü il tarixli, 4/210 nömrəli, məhkəmə ballistik ekspertizasının 03 aprel 2023-cü il tarixli 3/472 nömrəli , «məhkəmə-dinşünaslıq ekspertizası»nın 20 iyun 2023-cü il tarixli, 4/1061 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış tiryəkin qalığı, 1 ədəd bıçaq, dini ekstremist material hesab edilən 01 ədəd A4 formatlı vərəqə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 25 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.108) -Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Boyxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli, 189 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Boyaxanlı kəndində ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi arvadı və yetkinlik yaşına çatmış üç uşağından ibarətdir. (cild 1, i.v.129-131) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş tiryəkin külli miqdarda olmaqla 82,514 qram təşkil etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yaşadığı evdə saxlaması Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.1-1-ci maddələrinin sanksiyaları daxilində, şəxsiyyətinə uyğun, cəzanı ağırlaşdıran hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxsa qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 167-3.1, 228.4 və 234.1-1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 fevral 2023-cü il tarixdən hesablanmalı, Cəlilabad Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 fevral 2023-cü il tarixli 125 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi - 82.464 qram qram olan tiryək, soyuq silah hesab edilən bir ədəd ov bıçağı və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş dini ekstremist material sayılan “Hüseynçilər:Azərbaycan İslami Müqavimət Hərəkatı” nın loqosunun təsviri olan bir ədəd vərəqə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxsdan 474 (dörd yüz yetmiş dörd) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 474 (dörd yüz yetmiş dörd) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi - 82.464 qram olan tiryək, bir ədəd ov bıçağı və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş dini ekstremist material sayılan üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı” nın loqosunun təsviri olan bir ədəd vərəqə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar