Məhkəmə qərarları › İş №1(099)-23/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-23/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-23/2022 06.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdə saat 05 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən, birgə yaşadıqları fərdi yaşayış evində arvadı X4 başqa kişilərlə əlaqədə olmaqla ona xəyanət etməsini hesab etdiyinə və faizə pul verməsinə son qoyması barədə tələbinə etiraz etməsinə görə aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə əvvəlcədən yaşadıqları evdən götürdüyü vintaçanla Sevinc Nəsirovanın bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurması, bu ərəfədə sonuncunun qışqırıq səslərini eşitmiş yetkinlik yaşına çatmamış övladı Şahid4 olduqları otağa daxil olmasını gördüyünə görə sonuncuya aşkar surətdə xüsusi əzab və iztirab verəcəyini dərk etdiyi halda, niyyətini başa çatdırmaq və Sevinc Nəsirovaya şiddətli ağrılar vermək məqsədilə buna şüurlu surətdə yol verərək, vintaçanı sonuncunun kürək nahiyəsinə vurub saxlaması nəticəsində döş qəfəsinin sağ yarısının arxa hissəsində 7-8-ci qabırğalararası məsafədən döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, diafraqma və qaraciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, hemopnevmotoraks (plevra boşluğuna sərbəst qanın və havanın yığılması), qarnın ön divarının qarın boşluğuna nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş yaraları, sol böyrəyin açıq zədələnməsinə səbəb olan, qarnın sol yarısının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət, yetirilmə anında həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid, sağ biləyin və əlin çoxsaylı deşilmiş-kəsilmiş yarası, hər iki göz və yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və hemotomasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmiş, olduqları otağa daxil olmuş uşaqları Rəmzi və Əlinin ona Sevinc Nəsirovaya vintaçanla növbəti zərbələr vurmasına mane olması səbəbindən sonuncuya zərbələr vurmağı dayandırsa da, Sevinc Nəsirovanın yetirdiyi həyat üçün təhlükəli olan xəsarətlərdən öləcəyini zənn edib hadisə yerindən qaçmış, sonuncunun ailə üzvlərinin köməyi ilə “Bioloji Təbabət” Klinikasının Masallı filialına aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Sevinc Nəsirovanı xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil etməyən hissələrini təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, arvadı X7 (bundan sonra - Sevinc) ilə münasibətləri əvvəllər normal olsa da, 2020-ci ilin sentyabr ayından başlayaraq sonuncunun xalası oğlu Ariz və qonşusu X8 ilə görüşüb cinsi əlaqədə olmaqla ona xəyanət etməsi və faizə pul verməsini (bundan sonra – göstərdiyi qanunsuz hərəkətlər etdiyini) uşaqları, valideynləri və kənd sakinlərindən eşitdiyinə görə pozulmuş, yaşadıqları evin birinci mərtəbəsində o, valideynləri ilə, ikinci mərtəbəsində isə Sevinc uşaqları Rəmzi və Əli ilə birlikdə yaşamışlar. Sevinc onu və valideynlərini saymamış, hərəkətləri və sözləri ilə onlara qarşı hörmətsizlik etmiş, göstərdiyi qanunsuz hərəkətləri onlardan xəbərsiz etmək üçün qayınatası Vüqarın köməkliyi ilə yaşadıqları evin arxa tərəfindən ikinci mərtəbəyə giriş yolu və qapı düzəltdirmişdir. Dəfələrlə Sevincə göstərdiyi qanunsuz hərəkətlərinə görə irad bildirmək istəsə də, sonuncu onunla ünsiyyətdən qaçmış, yaşadıqları evin ikinci mərtəbəsinə giriş qapısını həmişə bağlı saxlamışdır. 06 may 2021-ci il tarixdə saat 04 radələrində Sevinc və oğlu Rəmzi oruc tutduqlarına görə yaşadıqları evin birinci mərtəbəsinə düşüb yemək yedikdən sonra ikinci mərtəbəyə qalxmış, sonuncu yatsa da, Sevincin ayaq səslərini eşitdiyinə görə yatmadığını hiss etmişdir. Sonuncunun göstərdiyi qanunsuz hərəkətlərindən möhkəm əsəbiləşdiyinə görə Sevinclə həmin hərəkətlərinə son qoyması barədə söhbət etmək üçün yaşadıqları evin ikinci mərtəbəsindəki yataq otağına pəncərədən daxil olmağı qərara almışdır. Yəni, həmin vaxt Sevincə xəsarət yetirmək və ya sonuncunu öldürmək niyyəti olmamışdır. Ona həmin otağın açıq olmuş pəncərəsinə vurulmuş toru çöldən açmaq üçün lazım olacağına görə həyətdə atasına məxsus dəzgahın üzərində olmuş iki ədəd vintaçanı götürmüş, nərdivanı yaşadığı evin divarına söykəyib ikinci mərtəbəyə qalxmış, Sevincin qaldığı otağa pəncərəsinə vurulmuş toru çöldən açıb daxil olmuşdur. Sonuncu onu görən kimi yataqdan ayağa qalxmışdır. O, otağın işığını yandırıb Sevincin yanında oturmuş, sonuncudan göstərdiyi qanunsuz hərəkətlər etməklə onu biabır etdiyinə görə ona xəyanət etməməsini və atasının pullarını faizə verməməsini tələb etmişdir. Sevinc ondan otaqdan çölə çıxmasını tələb etmiş və atasının ünvanına nalayiq sözlər demişdir. Bu sözlərdən və xüsusilə də, Sevincin ona xəyanət etməsindən möhkəm əsəbiləşdiyinə görə Sevincə öldürmək deyil, cəzalandırmaq məqsədilə əlindəki vintaçanla zərbələr vurmağı qərara alıb ayağa qalxmışdır. Sevinc də ayağa qalxanda vintaçanla sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə, amma xatırlamadığı sayda zərbələr vurmuşdur. Sevincin qışqırıq səslərini eşitdiyinə görə qonşu otaqda yatmış oğlu Rəmzinin yuxudan oyanıb onların olduğu otağa daxil olmasını gördüyü anda əsəbi sakitləşmədiyinə görə vintaçanla Sevincin kürəyinə möhkəm zərbə vurmuş, nəticədə vintaçan sonuncunun kürəyinə sancılıb qalmış, Rəmzi bu halı görmüşdür. X10 gözü qarşısında zərbə vurmaq niyyəti olmamışdır. Həm buna, həm də Sevincə vintaçanla zərbələri sonuncuya və ya Rəmziyə xüsusi əzab və iztirab vermək məqsədilə vurmadığına görə iş üzrə cinayət hadisəsini xüsusi amansızlıqla törətmədiyini hesab edir. Bundan dərhal sonra qonşu otaqda yatmış oğlu Əli yuxudan oyanıb onların olduğu otağa daxil olmuşdur. Rəmzi və Əli qışqıraraq ona Sevinci növbəti dəfə vurmasına mane olmuş, onu otaqdan çölə çıxarmışlar. Uşaqları olduqları otağa gəlməsəydi, Sevinci vintaçanla vurmaqda davam edəcəkdi. Bu səbəbdən Sevincə vurduğu zərbələrin nə ilə nəticələnəcəyini düşünməmişdir. Dəhlizə çıxanda atasının səs-küyə oyanıb gəldiyini görmüşdür. Sonuncuya Sevinci gecələr mobil telefonla danışdığına görə vintaçanla vurduğunu demişdir. Həmin vaxt anası işlədiyi təndirxanada olduğuna görə evdə olmamışdır. Atasına Masallı RPŞ-yə gedib təslim olacağını deyib yaşadığı evdən çölə çıxmış, bir müddət küçənin kənarında gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra qayınatası Vüqarın onların yaşadığı evə gəlib Sevinci və uşaqlarını götürüb apardığını görmüşdür. Bundan sonra yaşadığı qəsəbənin ərazisini tərk edib xatırlamadığı istiqamətdə gedərkən Masallı RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyən, sinif yoldaşı X6 mobil nömrəsinə zəng edib ondan harada olduğunu və hadisənin necə baş verdiyini soruşmuşdur. Cavabında arvadını vintaçanla vurduğunu, uşaqları gəldiklərinə və qışqırdıqlarına görə dərhal otaqdan çıxıb getdiyini və Ərkivan qəsəbəsinin yaxınlığında olduğu yeri demişdir. Nazim Əkbərov ona olduğu yerdə dayanmağı və onların gəlməsini gözləməyi tapşırdığına görə olduğu yerdə dayanmış və polis əməkdaşlarının gəlib onu aparmalarını gözləmişdir. Bundan bir neçə dəqiqə sonra Nazim Əkbərov və bir neçə nəfər polis əməkdaşı olduğu yerə gəlib onu saxlamış və Masallı RPŞ-yə gətirmişlər. Orada iş üzrə cinayət hadisəsini törətdiyini etiraf etmişdir. Buna görə də Masallı RPŞ-yə könüllü gedib təqsirini boynuna aldığını hesab edir. Lakin polis əməkdaşlarını gözlədiyi və onlar tərəfindən saxlanıldığı yer Masallı RPŞ-yə gedən istiqamətdə deyil, əks istiqamətdə olmuşdur. Narkotik vasitə və metamfetamindən əvvəllər qəbul etsə də, iş üzrə cinayət hadisəsini törətdiyi gün qəbul etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrində iş üzrə cinayət hadisəsini törətməsindən əvvəl metamfetamin qəbul etdiyini həqiqətə uyğun olmayan məzmunda deməsinin səbəbini Sevincə xəsarətləri ona xəyanət etməsinə görə yetirdiyini demək istməməsi ilə izah edir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə təqsirli bilinməsini və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 11 may 2021-ci il tarixdə verdiyi, 27 may 2021-ci il tarixdə intihar edərək öldüyünə görə Azərbaycan Respublikası CPM-in 126.3 və 330.1-ci maddələrinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs (bundan sonra – Rəşad) narkotik vasitələrdən istifadə etməklə, məhkumluq həyatı yaşamaqla və ailəsinə qazanc gətirməməklə ona ər, uşaqlarına isə ata kimi üzərinə düşən vəzifələrini yerinə yetirmədiyinə görə Rəşaddan ayrı yaşamışdır. Sonuncu buna görə onunla guya başqaları ilə danışdığını bəhanə edərək tez-tez mübahisə etmiş, bir neçə dəfə onu döymüşdür. 06 may 2021-ci il tarixdə sübh tezdən orucunu açmaq üçün yuxudan oyanıb yaşadıqları evin birinci mərtəbəsinə düşəndə Rəşadın oyaq olduğunu görmüş, narkotik vasitənin təsiri altında olduğunu və onunla mübahisə edəcəyini zənn edib yaşadığı evin ikinci mərtəbəsinə qalxmışdır. Bu zaman uşaqları öz otaqlarında yatmışlar. Bir qədər sonra səs eşidib uzandığı yerdən ayağa qalxanda Rəşadın onun yataq otağına daxil olduğunu, əlində vintaçan olduğunu görmüşdür. Sonuncu vintaçanla onu öldürəcəyini dedikdə o, çarpayıda oturub Rəşaddan sakitləşməsini xahiş etmişdir. Lakin sonuncu guya ona xəyanət etdiyini, hər gün həyətə tanımadığı şəxslərin gəldiyini, atasının pulunu faizə verdiyini deyib valideynlərini təhqir etmişdir. Bu sözlərə dözməyib Rəşada kişi kimi yerində olmadığını, narkotikə qurşandığını deyəndə sonuncu onun sifətinə bir dəfə yumruqla vurmuş, o, müvazinətini itirib çarpayının üzərinə yıxılmışdır. Rəşad onu qəsdən öldürmək məqsədilə vintaçanla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, bir əli ilə onun ağzından tutduğuna görə qışqıra bilməmişdir. Səsə uşaqları yuxudan oyanıb otağa daxil olanda Rəşad vintaçanla kürəyinə zərbə vurmuş, nəticədə vintaçan kürəyinə sancılıb qalmışdır. Rəşad uşaqları görüb otaqdan çıxdıqdan sonra o, telefonla atasına zəng edib hadisə barədə məlumat vermiş, sonra uşaqlarının köməkliyi ilə yaşadığı evin birinci mərtəbəsinə düşmüşdür. Onların səsinə qayınatası çölə çıxmış, bu zaman gözü qaralıb yerə yıxılmışdır. Bir neçə dəqiqə sonra valideynləri gəlib onu xəstəxanaya aparmışlar. Orada cərrahi əməliyyat olunduqdan sonra aldığı xəsarətlərdən bədənində şiddətli ağrılar hiss etmişdir (İ cild, səh. 91-94). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 06 may 2021-ci il tarixdə saat 06 radələrində arvadı yaşadıqları evin telefonuna edilmiş zəngə cavab verəndə qızı Sevinc Nəsirova əri Təqsirləndirilən şəxs (bundan sonra – Rəşad) tərəfindən vintaçanla vurulduğunu demişdir. Buna görə də dərhal arvadı ilə Sevincin yaşadığı evə getmişlər. Həyətə daxil olanda sonuncunun pilləkənin aşağı yerində uzanmış vəziyyətdə olduğunu, kürəyində vintaçanın sancılmış vəziyyətdə olduğunu, bədəninin müxtəlif nahiyələrindən qan axdığını görmüşlər. Həmin vaxt Rəşad evdə olmamışdır. Sevinci kürəyinə sancılmış vintaçanı çıxarmadan avtomobilində “Bioloji Təbabət” Klinikasının Masallı filialına aparmışdır. Sevinci orada cərrahi əməliyyat olunduqdan bir neçə gün sonra öz yaşadığı evə aparmışdır. Sonuncu ona Rəşadın iş üzrə cinayət hadisəsini faizə pul verməsindən şübhələnməsi səbəbindən onu qəsdən öldürmək məqsədilə törətdiyini demişdir. Sevinc iş üzrə hadisənin baş verməsindən sonra özündə yaranmış psixoloji problemlər səbəbindən 27 may 2021-ci il tarixdə onun yaşadığı evin həyətində intihar etmişdir. Bundan sonra kənd sakinlərindən Sevincin bəzi şəxslərə faizə pul verməsini eşitmişdir. Rəşadla barışmır, sonuncuya qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddə təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ilə eyni məzmunda göstərmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər atası Təqsirləndirilən şəxs (bundan sonra - atası) cinayət məsuliyyətinə cəlb edilməsindən sonra anası Sevinc (bundan sonra - anası) babası Vüqarın pulunu müxtəlif şəxslərə faizə vermiş, qonşuluqda yaşayan Ramil və Ariz adlı şəxslərlə gizli münasibətdə olmuşdur. 2021-ci ilin əvvəlindən atası anasının bu hərəkətlərindən məlumatlı olduğuna görə onlar arasındakı münasibətlər pisləşmiş, bu səbəbdən yaşadıqları evin birinci mərtəbəsində atası valideynləri ilə, ikinci mərtəbəsində isə o, anası və qardaşı Əli ilə birlikdə yaşamışlar. Anası ilə oruc tutduqlarına görə 05 may 2021-ci il tarixdə saat 04 radələrində yuxudan oyanmış, yaşadıqları evin birinci mərtəbəsinə düşüb yemək yedikdən sonra ikinci mərtəbəyə qalxmışlar. Qardaşının yatdığı otağa gedib yatmışdır. Saat 05 radələrində anasının yataq otağından gələn qışqırıq səslərinə oyanıb həmin otağa girmiş, bu zaman atasının anasına “sən niyə mənim başımı aşağı salmısan, məni, uşaqlarımı biabır eləmisən” deyib əlindəki vintaçanla anasının kürəyinə bir dəfə zərbə vurduğunu və anasının bədəninin müxtəlif nahiyələrindən qan axdığını görmüşdür. Bu ərəfədə səs-küyə yuyudan oyanmış qardaşı Əli də olduqları otağa daxil olmuşdur. Əli ilə atasından anasını vurmamasını xahiş edəndən sonra atası anasına zərbə vurmamış, bundan istifadə etmiş anası otaqdan çıxıb qaçmışdır. Həmin vaxt anasının kürək nahiyəsində vintaçanın sancılıb qaldığını görmüşdür. Atası anasının arxasınca yaşadıqları evin birinci mərtəbəsinə düşüb əlində olmuş digər vintaçanla anasının kürəyinə bir dəfə zərbə vurduqdan sonra evdən çıxıb getmişdir. Anası yaşadıqları evin ikinci mərtəbəsinə qalxıb ona verdiyi mobil telefonunu sındırıb tualetə atmasını tapşırmışdır. Buna görə də həmin telefonu sındırsa da, tualetə atmayıb özündə saxlamışdır. Səs-küyə babası Əkbər yuxudan oyandıqdan sonra anası ev telefonu ilə “103” xidmətinə zəng edib həkim çağırmış və babası Vüqara zəng edib Rəşad tərəfindən vurulduğunu demişdir. Bir neçə dəqiqə sonra babası Vüqar və nənəsi Sənubər onların yaşdığı evə gəlmiş, anasını “Bioloji Təbabət” Klinikasının Masallı filialına, onu və qardaşı Əlini yaşadığı evə aparmışdır. Sındırdığı, anasına məxsus mobil telefonu sabahı gün babası Vüqara vermişdir. Anası xəstəxanadan babası Vüqarın yaşadığı evə gəldikdən sonra sonuncu anasının sınmış mobil telefonunu düzəltdirib sonuncunun bir neçə nəfər kişi ilə telefonla danışdığı şəxsləri öyrənmiş, bu səbəbdən ona və qardaşı Əliyə “gərək Sevinci xəstəxanaya aparmazdım, ölərdi” demiş, anasından isə hansı kişilərlə əlaqəsinin olduğunu soruşmuşdur. Anası Ariz və Ramil adlı şəxslərlə mobil telefon vasitəsilə danışdığını demişdir. Buna görə də babası Vüqar anasına özünü öldürməsini tapşırmış, əks halda onu dənizdə boğub öldürəcəyini demiş, hər gün anasını döymüşdür. 27 may 2021-ci il tarixdə anası babası Vüqarın yaşadığı evin həyətində intihar etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 verdikləri ifadələrində övladları olan Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin sonuncu ilə Sevinc Nəsirova arasındakı münasibətlər və sonuncunun davranışı, eləcə də iş üzrə cinayət hadisəsinin baş verdiyi günə dair onlarla bağlı hissələri ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsini Sevinc Nəsirovanın ona xəyanət etməsi səbəbindən törətmişdir. Mehparə Nəsirova iş üzrə hadisənin baş verməsindən sonra yaşadığı evə Şahid2 telefon vasitəsilə verdiyi məlumat əsasında gələrkən Təqsirləndirilən şəxs evdə olmamış, Sevinc Nəsirova isə atası tərəfindən xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxsla Sevinc Nəsirovanın nikahından doğulmuş Rəmzi və Əli onların himayəsində yaşayırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın rəisi X6 verdiyi ifadəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin onunla bağlı müvafiq hissələri barədə eyni məzmunda göstərmiş, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə baş vermiş cinayət hadisəsi barədə DİN-nin “102” xidmət zəng mərkəzindən Masallı RPŞ-nin növbətçi hissəsinə məlumat daxil olduqdan və ona həmin hadisənin Təqsirləndirilən şəxs (bundan sonra – Rəşad) tərəfindən törədildiyi barədə məlumat verildikdən dərhal sonra sinif yoldaşı olduğuna görə sonuncunun mobil nömrəsinə zəng etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə cinayət hadisəsi Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən, Şahid2 məxsus yaşadığı evdə baş vermişdir. Baxış zamanı hər hansı əşya və ya predmet götürülməmişdir (İ cild, səh. 5-14). - “Sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə barədə” 06 may 2021ci il tarixli, 63 nömrəli protokolda göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs müayinə edilərkən ayıq olduğu, onda alkoqol, narkotik və digər təsiredici maddələrin qəbulu nəticəsində yarana biləcək sərxoşluq vəziyyətinin olmadığı müəyyən edilmişdir (İ cild, səh. 19). - “Götürmə aparılması haqqında” 07 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə hadisənin baş verdiyi vaxt X3 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, cinayətin aləti olmuş bir ədəd vintaçan “Bioloji Təbabət” Klinikasının Masallı filialında qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 47-50). - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 09 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi halları hadisə yerində göstərmişdir (İ cild, səh. 71-81). - “Bioloji Təbabət” Klinikasının Masallı filialının 08 may 2021-ci il tarixli, 28 nömrəli məktubunda göstərilmişdir ki, X7 06 may 2021-ci il tarixdə saat 06 radələrində həmin tibb müəssisəsinə müraciət edərkən bədən səthində döş qəfəsinin sağ yarısının arxadan dəlicikəsici alətlə yaralanması (alət üstündə idi), sağ bel nahiyəsində 1,0 sm. diametrdə üç ədəd kəsilmiş-deşilmiş yara, qarnın ön səthində 1,0 sm. diametrdə iki ədəd kəsilmiş-deşilmiş yara, hər iki qolda çoxsaylı deşilmiş yaralar, sol gözətrafı sahənin hemtoması, instrumental müayinə zamanı sağtərəfli pnevmohemotaraks, ağciyər içində yad cisim, qarnın deşilmiş yarası, qaraciyər, sol böyrək və diafraqmanın yaralanmasından ibarət xəsarətlər aşkar edilmişdir (İ cild, səh. 54). - Məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli, 523 nömrəli rəyində göstərilmişdir ki, “Bioloji Təbabət” Klinikasının Masallı filialında X3 adına tərtib edilmiş ******* nömrəli stasionar xəstənin tibbi kartasında 06 may 2021-ci il tarixdə onun həmin tibb müəssisəsinə daxil olarkən kürək nahiyəsində batmış vəziyyətdə olmuş bir ədəd vintaçanın cərrahi əməliyyat zamanı çıxarıldığı qeyd olunmuşdur. Sevinc Nəsirovanın məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, döş qəfəsinin sağ yarısının arxa hissəsində 7-8-ci qabırğalararası məsafədən döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, diafraqma və qaraciyəri zədələyən, 8 sm. uzunluğunda yara kanalı olan bir ədəd deşilmiş-kəsilmiş yara, hemopnevmotoraks (plevra boşluğuna sərbəst qanın və havanın yığılması), qarnın ön divarının qarın boşluğuna nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş yaralar, sol böyrəyin açıq zədələnməsinə səbəb olan, qarnın sol yarısının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət, yetirilmə anında həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid, sağ biləyin və əlin çoxsaylı deşilmişkəsilmiş yarası, hər iki göz və yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və hemotomasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlərin hər iki göz və yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və hemotomasından ibarət olan hissələri bərk küt əşyanın, qalan hissələri isə ekspertizaya təqdim edilmiş vintaçan və ya buna oxşar digər alətin təsirindən törənmiş, törənmə müddəti 06 may 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 108-111). - “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 iyun 2021-ci il tarixli qərardan görünür ki, 27 may 2021-ci il tarixdə X3 atası Zərərçəkmiş şəxs məxsus evin həyətində özünü asaraq intihar etməsi faktı üzrə aparılmış araşdırma nəticəsində toplanmış 96C-21 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir (İİ cild, səh. 35-37). - Məhkəmə-tibbi ekspertizasının 15 may 2021-ci il tarixli, 353 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində hər hansı xəsarət aşkar edilməmişdir (İ cild, səh. 98, 99). - Məhkəmə tibbi-kriminalistik ekspertizasının 16 iyul 2021-ci il tarixli, 330-2021/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, X5 məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində iki ədəd, ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində dörd ədəd aşkar olunmuş zədələr iti ucu olan hər hansı əşyanın təsirindən əmələ gəlməyə xarakterikdir. Həmin zədələrin ekspertizaya təqdim edilmiş, zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab olunmayan vintaçan alətin işçi metallik hissəsinin ucu və ya oxşar konstruktiv xüsusiyyətli alətin (əşyanın) ucunun təsirindən əmələ gəlməsi inkar olunmur. Həmin köynəkdə qarşılıqlı mübarizəyə xarakterik zədə aşkar olunmadı. Sevinc Nəsirovaya məxsus şalvar üzərində hər hansı zədə aşkar olunmadı (İİ cild, səh. 47-51). - Məhkəmə-bioloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 495/MTBŞ-2021 nömrəli rəyində göstərilmişdir ki, X3 qrup göstəricisi (İ)dir. Təqdim olunmuş vintaçan, Sevinc Nəsirovaya məxsus köynək və şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda göstərilən predmetlərdə olan qan ləkələri AB0 sistemi üzrə X5 məxsus ola bilər (İİ cild, səh. 58-61). - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 avqust 2021-ci il tarixli, 1693 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) iş üzrə təqsirləndirildiyi əməlin törədildiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Hazırda da onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. O, həmin əməl törədilərkən və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş və iqtidarındadır. Buna görə də o, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Onun həmin əməl törədilərkən psixi-emosional sferasında hirslilik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik yaranmışdır. Həmin halların yaranma səbəbi onda müəyyən edilmiş xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. O, iş üzrə əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (İİ cild, səh. 42-45). Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan görünür ki, onun özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər iş üzrə X5 xəsarətləri öldürmək məqsədilə, eləcə də oğlu Rəmzinin gözü qarşısında xüsusi amansızlıq niyyətilə yetirməməsindən ibarət olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddələrində xüsusi amansızlıqla qəsdən öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, həmçinin cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda cinayəti törətmiş şəxsin birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab verməsini dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcud olması əməlin xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilməsinə kifayətdir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində dəqiqləşdirdiyi kimi, iş üzrə X5 xəsarətləri əsasən sonuncunun ona xəyanət etdiyini hesab etməsi səbəbindən yetirməsi, Sevinc Nəsirovanın ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə zamanı Təqsirləndirilən şəxs onu öldürəcəyini dediyini göstərməsi, məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli, 523 nömrəli rəyi və məhkəmə tibbi-kriminalistik ekspertizasının 16 iyul 2021-ci il tarixli, 330-2021/MTKŞ nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs həyat və sağlamlıq üçün təhlükə törədən alət olan vintaçanla Sevinc Nəsirovanın ümumilikdə qarın, kürək və döş qəfəsinin sağ yarısının arxa hissəsinə çoxsaylı zərbələr vurması, həmin zərbələrin cəmi dörd ədədinin daxilə keçib sonuncunun sağ ağciyər, diafraqma, qaraciyər və sol böyrəyinin zədələnməsi ilə nəticələnməsi, xüsusilə də Təqsirləndirilən şəxs vurduğu sonuncu zərbələrdən biri nəticəsində vintaçanın ucluğunun Sevinc Nəsirovanın döş qəfəsinin arxa səthində 8 sm. uzunluqda daxilə keçməsi, sonuncunun sağ bilək və əlində xəsarətlərin aşkar edilməsi faktının özü-özlüyündə həyat üçün əhəmiyyətli olan orqanlarının yerləşdiyi nahiyələrinə Təqsirləndirilən şəxs vintaçanla vurmaq istədiyi zərbələrin müəyyən hissəsinin qarşısını qollarını irəli verib müqavimət göstərməklə aldığını obyektiv şəkildə əks etdirməsi, Təqsirləndirilən şəxs Sevinc Nəsirovaya vintaçanla zərbələr vurmasını öz iradəsi ilə deyil, otağa daxil olmuş uşaqları Rəmzi və Əlinin ona mane olması səbəbindən dayandırması, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi kimi, uşaqlarının olduqları otağa gəlməyəcəyi halda Sevinc Nəsirovanı vintaçanla vurmaqda davam etmək niyyətində olması, Təqsirləndirilən şəxs göstərilən səbəbdən Sevinc Nəsirovaya zərbələr vurmasını dayandırsa da, sonuncuya yetirdiyi həyat üçün təhlükəli olan xəsarətlər, xüsusilə də həyat üçün əhəmiyyətli olan orqanlarının yerləşdiyi döş qəfəsinin arxa səthinə vurduğu möhkəm zərbədən sonra vintaçanın daxili orqanlarını zədələməsi və həmin nahiyədə dərinə işləyib sancılıb qalması nəticəsində Sevinc Nəsirovanın öləcəyini zənn edib hadisə yerindən qaçması, sonuncunun ailə üzvlərinin köməyi ilə “Bioloji Təbabət” Klinikasının Masallı filialına aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən Təqsirləndirilən şəxs cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi sonuncunun Sevinc Nəsirovaya vintaçanla zərbələri məhz qəsdən öldürmək məqsədilə vurduğunu, Təqsirləndirilən şəxs Sevinc Nəsirovaya vintaçanla çoxsaylı xəsarətlər yetirməsinin xüsusi ağrı və iztirab verdiyini dərk etməsi, eləcə də sonuncunun kürək nahiyəsinə vintaçanın sancılıb qalması ilə nəticələnən zərbəni övladı Şahid4 olduqları otağa daxil olmasını gördükdən sonra, sonuncunun aşkar gördüyü şəraitdə, beləliklə də Şahid4 xüsusi əzab və iztirab verəcəyini dərk edib buna şüurlu surətdə yol verməklə vurması isə sonuncunun göstərilən əməli xüsusi amansızlıqla törətdiyini sübut edir və nəticədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri təkzib edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3 və X2 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 may 2021-ci il tarixli, “Götürmə aparılması haqqında” 07 may 2021-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli, 523 nömrəli rəyi, məhkəmə tibbi-kriminalistik ekspertizasının 16 iyul 2021-ci il tarixli, 330- 2021/MTKŞ nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 495/MTBŞ-2021 nömrəli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 avqust 2021-ci il tarixli, 1693 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Astara Rayon Məhkəməsinin 01 dekabr 2016cı il tarixli, 1(018)149/2016 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 01 fevral 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (İ cild, səh. 162, İİ cild, səh. 9-17). - Azərbaycan Respublikası CM-in 15.3, 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Astara Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə məhkum edildiyi, az ağır cinayətlər kateqoriyasına aid olan, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 01 fevral 2021-ci il tarixdə çəkib qurtardıqdan sonra göstərilən cinayət əməllərinə münasibətdə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş iki illik müddət bitmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin sadə residivi mövcuddur. - Masallı RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmamış uşaqları vardır. O, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İİ cild, səh. 93, 97). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin sadə residivinin olmasını isə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərində “könüllü gəlib təqsirini boynuna alma”nın əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası təqsirkar şəxsin hər hansı psixi və ya fiziki təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, hər hansı məcburiyyət olmadan, azad və könüllü surətdə, öz təşəbbüsü ilə özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə bu orqanlara yazılı və ya şifahi şəkildə düzgün məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət prosesini həyata keçirən orqan, o cümlədən məhkəmə hər bir halda təqsirkar şəxsin hüquq mühafizə orqanına gəlib təqsirini boynuna alması halında “könüllülük” məsələsini ciddi araşdırmalı və yoxlamalıdırlar. Cinayət işi materiallarında olan Masallı RPŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli raportda göstərilmişdir ki, 06 may 2021-ci il tarixdə saat 05:51-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” xidmət zəng mərkəzinə zəng etmiş, özünü təqdim etməyən qadın Masallı rayonu, Ərkivan qəsəbəsində yaşadığı evə polisin gəlməsini xahiş etmişdir (İ cild, səh. 3). Həmin raport, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın rəisi X2 verdikləri ifadələr əsasında müəyyən edilir ki, iş üzrə baş vermiş cinayət hadisəsi barədə DİN-nin “102” xidmət zəng mərkəzinə, oradan da Masallı RPŞ-yə məlumat verildikdən, beləliklə də cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hüquq mühafizə orqanına məlum olduqdan sonra Masallı RPŞ-nin əməkdaşı Nazim Əkbərov sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edib sonuncudan Masallı rayonu, Ərkivan qəsəbəsinin yaxınlığında, Masallı RPŞ-yə gedən istiqamətdə deyil, ona əks istiqamətdə olduğunu öyrənmiş, Təqsirləndirilən şəxs olduğu yerdə dayanmağı və onların gəlməsini gözləməyi tapşırmışdır. Hüquq mühafizə orqanının gördüyü profilaktik psixi təsir tədbirləri nəticəsində təslim olmaqdan başqa yolu qalmamış Təqsirləndirilən şəxs olduğu yerdə dayanıb polis əməkdaşlarının gəlib onu aparmalarını gözləmişdir. Bundan bir neçə dəqiqə sonra Nazim Əkbərov və bir neçə nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs olduğu yerdə saxlamış və Masallı RPŞ-yə gətirmişlər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərində, eləcə də polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə gətirilməsindən sonra təqsirini boynuna alması halında “könüllülük” əlamətinin olmadığı, buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın tətbiq edilməsinin mümkün olmadığı barədə nəticəyə gəlir. Məhkəmə bu nəticəyə gələrkən, həmçinin Təqsirləndirilən şəxs iş üzrə polis əməkdaşları tərəfindən saxlanıldığı yerin Masallı RPŞ-yə gedən istiqamətdə deyil, ona əks istiqamətdə olmasının müəyyən edilməsini də nəzərə alır. Çünki Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsini törətdikdən sonra hüquq mühafizə orqanına könüllü təslim olmaq niyyətində olsaydı, polis əməkdaşları tərəfindən saxlanılarkən Masallı RPŞ-yə əks istiqamətdə deyil, oraya gedən istiqamətdə olardı. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Astara Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməllərinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, əməlində cinayətlərin sadə residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in: - 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddinin dörddə üçünü təşkil edən 15 (on beş) il müddətə təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmin cəzanın başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - məhkəmə-narkoloji ekspertizasının 16 may 2021-ci il tarixli, 465 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 100). - Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 29 iyun 2021-ci il tarixli, 331 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayından həmin xəstəxanada “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur (İ cild, səh. 190). Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, sonuncunun Lənkəran Şəhər Narkoloji Xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in: - 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. - 181.3.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyan hesab olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında qızı Sevinc Nəsirovanın iş üzrə aldığı xəsarətlərə görə “Bioloji Təbabət” Klinikasının Masallı filialında müayinə, cərrahi əməliyyat və müalicə edilməsinə cəmi 6159 manat, ev şəraitində müalicə olunmasına 1673 manat, 27 may 2021-ci il tarixdə vəfat etməsindən sonra dəfn mərasiminin keçirilməsi və məzar daşının qoyulmasına cəmi 8100 manat manat məbləğində pul xərclədiyini, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona və ailə üzvlərinə mənəvi ziyan vurduğunu göstərərək bu səbəblərdən Təqsirləndirilən şəxs iş üzrə vurduğu maddi ziyana görə cəmi 15932,00 manat, mənəvi ziyana görə 10000,00 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaya əlavə edilmiş, “Bioloji Təbabət” Klinikasının Masallı filialı tərəfindən X3 adına verilmiş ödəniş cədvəlindən görünür ki, 06 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək həmin tibb müəssisəsində sonuncunun müayinə, cərrahi əməliyyat və müalicə edilməsi xərci cəmi 6159 manat təşkil etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs X3 “Bioloji Təbabət” Klinikasının Masallı filialında müayinə, cərrahi əməliyyat və müalicə edilməsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 6159,00 manat, vurduğu mənəvi ziyana görə ağlabatan və ədalətli olması meyarları əsasında 3000,00 manat olmaqla, cəmi 9159 (doqquz min bir yüz əlli doqquz) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilməli, mülki iddianın maddi ziyanla bağlı qalan hissələri isə müvafiq qaydada mülki iddiaçının məhkəməyə Sevinc Nəsirovanın ev şəraitində müalicə olunmasına hər hansı məbləğdə pul xərcləməsinə dair sübut təqdim etməməsi, sonuncunun Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməli nəticəsində deyil, 27 may 2021-ci il tarixdə intihar etməsi nəticəsində vəfat etməsi, beləliklə də sonuncunun iş üzrə törətdiyi cinayət əməli ilə Sevinc Nəsirovanın ölümü arasında səbəbli əlaqənin olmamasına görə təmin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olmuş bir ədəd vintaçan, hadisə zamanı X3 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar məhv edilməlidir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 6159,00 manat, vurduğu mənəvi ziyana görə 3000,00 manat olmaqla, cəmi 9159 (doqquz min bir yüz əlli doqquz) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissələrdə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olmuş bir ədəd vintaçan, hadisə zamanı X3 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar